31 Aralık 2014 Çarşamba

Sığorta işi

G İ R İ Ş

Müasir dünya iqtisadiyyatı nəzərə çarpacaq də­rə­cə­də müxtəlif risklərlə əlaqədardır. Bu risklərin nəticəsində isə böyük iqtisadi itkilərin baş verməsi qaçılmazdır. Belə it­kilərin əvəzinin müəyyən qədər də olsa doldurulması problemi insanları hər zaman düşündürmüşdür. Dünya təc­rübəsi göstərir ki, xüsusi fondlar hesabına yaradılan sı­ğor­ta sistemi əmtəə istehsalçılarının, vətəndaşların sosial tə­minatının, dövlət iqtisadi mənafelərinin müdafiəsini tə­min etməklə bərabər, həm də təkrar istehsal prosesini fa­si­lə­siz surətdə tənzimləyir. Sığorta iqtisadi anlayış olmaqla cə­miyyətin inkişafında mühüm rol oynayır və istehsal pro­se­sində baş verən maddi itkilərin əvəzinin ödənilməsi ilə əla­qədardır.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bütün sa­­hə­lər­də olduğu kimi sığorta sistemi də yeni müna­si­bət­lə­rə uy­­ğun­laşdırılaraq liberallaşdırılmış, sığorta şirkətləri ilə sı­ğor­ta olu­nan­lar arasında mənafelər nisbəti bazar qa­nun­la­­rı­na müvafiq ola­­raq dünya standartları səviyyəsində qu­rul­­ma­ğa başlanıl­mış­dır. 
Qeyd etmək lazımdır ki, bütün dövrlərdə sığorta sis­te­mi vasitəsilə cəlb edilən maliyyə resurslarına böyük eh­ti­yac vardır. Belə ki, bu vəsaitlərdən kredit resursları kimi, iq­­tisadiyyata investisiya qoyu­luşları kimi istifadə edil­mə­si­nin çox böyük əhəmiyyəti var­dır. Bazar iqtisadiyyatı şə­ra­itində sığortanın daha bir əhəmiy­yəti dəymiş zərərlərin ara­dan qaldırılmasıyla bağlıdırsa, digər bir əhəmiyyəti də sı­ğorta sistemi vasitəsilə cəlb edilmiş vəsaitlərdən iq­ti­sa­diy­yatın möhkəmləndirilməsi üçün onlardan kredit re­surs­ları və investisiyalar kimi istifadə olunmasıyla bağlıdır.
Azərbaycanda transformasiya proseslərinin vüsət al­dı­ğı və genişləndiyi bir dövrdə sığorta münasibətləri də tək­mil­ləş­dirilir, yeni forma və məzmun kəsb edir, əvvəlki dövr­lər­dən fərqli olaraq inkişaf edir. Bu zaman sözsüz ki, qar­şı­ya müxtəlif məsələlərin həlli problemi çıxır. Belə mə­s­ə­­­lə­lərdən sığorta fondunun yaradılmasının, sığorta əmə­liy­­yat­larının maliyyə möh­kəmliyinin təmin edilməsi, sı­ğor­ta ta­riflərinin qurulması metodika­sının təkmilləş­diril­mə­­­si, ye­­ni mütərəqqi sığorta növlərinin tətbiqi, vergiyə cəl­­­­b­et­mə, investisiya, təkrarsığorta və s. bu kimi prob­lem­lə­ri gös­tərmək olar.
İctimai inkişafın obyektiv məntiqi ölkəmizdə sığorta iş­ində inhisarçılığın aradan qaldırılması, sığorta bazarının for­malaşması, bütün bunların isə hər şeydən əvvəl iqtisadi qa­­nunların, o cümlədən dəyər qanununun, tələb və təklif qa­­nunun tələbləri səviyyəsində nizamlaşdırılması zər­ur­ə­ti­ni ortaya qoymuşdur.
Özü-özlüyündə qaçılmaz olan bu proses sığortanın iq­tisadi münasibətlər və alətlər içərisində özünəməxsus la­yiq­li yer tutmasına, onun sivil inkişafına şərait ya­rat­ma­lı­dır.
Bu baxımdan bəzi monoqrafik və tədris ədəbiyyat­la­rın­da sığortanın maliyyə iqtisadi kateqoriyasına aid edil­mə­si kimi baxışlarla artıq hesablaşmamaq da olar. Sı­ğor­ta­ya maliyyənin funksiyaları və rolu prizmasından ba­xıl­ma­sı, praktiki planda onun fəaliyyət dairəsinin düzgün qiy­mət­ləndirilməməsinə gətirib çıxarırdı. Sığorta öz məzmu­nu və genezesi baxımından həm maliyyədən, həm də kre­dit­­dən prinsipial keyfiyyət fərqlərinə malikdir. Eyni za­man­­da bütün yenidənbölgü alətləri kimi onlar arasında ox­şar cəhətlər də kifayət qədərdir. Lakin məhz sığortaya xas olan xarakterik cəhətlər (risklə bağlılıq, qapalı bölgü mü­na­sibətləri, bölgünün zaman və məkan xarakteri, qay­ta­rıl­maq xüsusiyyəti, natural bölgünün mövcudluğu və s.) onu müs­təqil iqtisadi kateqoriya kimi dəyərləndirməyə imkan ve­rir. Bu baxımdan sırf sığorta yönümlü tədqiqatların, əsər­­lərin və kitabların olmasına artıq ehtiyac ya­ran­maq­da­dır. Təqdim etdiyimiz kitabın nəşri də bu məramdan irəli gəlmişdir. Digər bir tərəfdən ölkəmizdə sığorta elminin for­malaşmasında, onun tədris olunmasında və geniş oxucu küt­ləsinə çatdırılmasında bir nizama, terminoloji uyarlığa, nə­zəri-fundamental məktəbə ehtiyac duyulmaqdadır. Az­ər­­­bay­canın öz sığorta məktəbi yaranmaqdadır. Geniş mə­nada bu məktəb həm vahid elmi-nəzəri, həm də vahid praktiki bazaya malik olacaqdır. Yaxın gələcəkdə sığorta prob­lemləri üzrə ümumrespublika elmi-nəzəri konfransın ke­çirilməsinə və göstərilən problemlərin aradan qaldırıl­ma­sına bir zərurət də vardır.
Ümumiyyətlə, həyat göstərir ki, sığorta işində yeni, müa­sir baxışlarla zənginləşmiş kadrlara ehtiyac vardır. Belə kadrların hazırlanması isə vahid metodoloji ya­naş­ma­lar, xarici təcrübənin peşəkarcasına mənim­sə­nil­məsi, sı­ğor­tanın nəzəri və praktiki əsaslarına yiyələnmək yolu ilə əl­də edilə bilər.

I FƏSIL. SIĞORTANIN ZƏRURİLİYİ VƏ IQTİSADİ MAHİYYƏTİ

1.1. Sığortanın iqtisadi-nəzəri əsasları

Müasir iqtisadi münasibətlərin mühüm ele­ment­lə­rin­dən biri sığorta işidir. O iqtisadiyyatda spesifik funk­si­ya­lar yerinə ye­tirilməsi ilə bağlı olan maliyyə müna­si­bət­lə­ri­nə aid edilir. Tə­sərrüfatçılıq baxımından müstəqil olan sub­yektlər istehsal-tə­sərrüfat fəaliyyətinin fasiləsizliyinə tə­minat qazanmaqdan ötəri ixtisaslaşmış yenidənbölgü mü­nasibətlərini xarakterizə edən sığorta müdafiəsinə hər za­man ehtiyac duyurlar. Bu ba­xım­dan həmin təsərrüfat sub­yektlərinin əmlak maraqları mə­sə­lə­si qarşıya çıxır. Tə­sər­rüfat subyektlərinin əmlak maraqları de­dik­də, ilk növ­bə­də, əmlaka sahib olmaq, sərəncam vermək və ey­ni za­man­da istifadə etmək sahəsində, habelə bunlarla bağlı olan mül­ki məsuliyyəti, həmçinin də müxtəlif gəlir mənbələri ilə bağlı əmlak maraqları başa düşülür. Təsərrüfat sub­yek­ti­nin əm­lak maraqlarına zərər vurulması, onun əmlakının məhv ol­ma­sında və ya qismən zədələnməsində, göz­lə­nil­mə­yən ma­liy­yə öhdəliklərinin yaranmasında və ya gəlirin (mənfəətin) iti­ril­mə­sində öz konkret əksini tapır.
Əmlak maraqlarına zərər dəyməsi müxtəlif səbəb­lər­dən baş verə bilər. Belə bir prosesin baş verməsinə həm əm­lak sahibinin öz səhlənkarlığı, həm də müxtəlif göz­lə­nil­məz hadisələr səbəb olur. Bu cür gözlənilməz hallar əm­lak sahibinin maraqlarına zərər yetirə biləcək risklər ad­landırılır.
Kapitalın yeni istehsala investisiyası ilə bağlı olan və mən­­fəət əldə edilməsi (və ya edilməməsi) ilə əlaqədar sa­hib­­­kar­lıq risklərini, ticarət, maliyyə və s. əməliyyatların apa­rılması za­manı tərəfdaşlar arasında yaranan təsərrüfat fəa­liy­yətilə bağlı riskləri və nəhayət, təsərrüfat sub­yekt­lə­ri­nin iradəsindən asılı olmayan bədbəxt hadisə xarakteri da­şıyan hallarla bağlı olan sığorta risklərini bir-birindən fərq­ləndirmək lazımdır. Aydındır ki, hər bir təsərrüfat subyekti, ona dəymiş zərərin kom­pen­sa­si­ya mənbəyində ma­raqlıdır. Bu isə öz növbəsində xüsusi sığorta ma­rağının ol­­masını şərtləndirir. Belə subyekt əksər hallarda qeyri-əl­ve­­rişli hallarda ona dəymiş zərərlərə qarşı sığorta mü­da­fi­ə­sində həmişə maraqlıdır.
Sığorta işi – iqtisadi fəaliyyətin xüsusi növü olub, ix­ti­­sas­laş­mış təşkilatlar tərəfindən (sığortaçı) sığorta iştirak­çı­larının (sığorta etdirən və olunanlar) iqtisadi maraqlarına də­yə biləcək zərərlər üzrə risklərin yenidən bölgüsünü xa­rak­terizə edir. Bu zaman sığorta olunanlar arasında risk­lə­rin bölgüsü dedikdə, fak­tiki olaraq, sığorta fondunun ya­ra­dıl­ması yolu ilə dəymiş zə­rər­lərin ödənilməsində həmrəy (birgə) iştirak başa dü­şül­mə­li­dir. Bu bölgüdə həlledici şərt kimi sığortaçıya sığorta etdirən tərəfindən vaxtlı-vaxtında sığorta haqqlarının köçürülməsi çıxış etməlidir. Bunsuz ye­nidənbölgü prosesini təşkil etmək qeyri mümkün olardı.
Lakin bu heç də, sığorta tədiyyələrinin kifayət et­mə­di­yi hal­da, sığorta təşkilatını dəymiş zərərlərin ödənilməsi mə­­su­liy­yə­tindən azad etmir. Sahibkarlıq fəaliyyətinin xü­su­si bir növü olan sığorta fəaliyyəti, sığortaçının həm sı­ğor­ta fondu, həm də xü­susi mənbələri hesabına dəymiş zə­rər­lərin mütləq ödə­nil­mə­si­ni və kompensasiya etməsini özün­də əks etdirir.
Sığorta işi bir iqtisadi fəaliyyət sahəsi olmaqla əmlak ma­­raq­ları daşıyıcılarının – sığorta olunanların – onların fəa­liyyəti ilə bağlı olan sığorta risklərinin bölüşdürülməsi yolu ilə sığorta mü­dafiəsinin təşkilatçısı vəzifəsini yerinə ye­­tirir. Bu cür bö­lüş­dürmə ancaq təsadüfi hadisələr xa­rak­te­ri daşıyan risklərə şamil edilə bilər. Belə risklər həm tə­sa­düfi, həm də ehtimallı ha­di­sə­lə­ri əhatə etməlidir. Sığorta ha­disəsinin təsadüflə bağlı olması tələb edir ki, sığortaya qə­bul edilən risklər məcmusundan baş verilməsi real və müt­ləq olan hadisələri sərf nəzər etsin.

1.2. Sığortanın yaranması tarixi

Dünya tarixində sığortaya bənzər ilk fəaliyyətlərə təx­­minən 4000 il bundan əvvəl Babillərdə rast gəlinir. Dövr­ünün ticarət mərkəzi hesab edilən Babildə karvan sahiblərinə borc verən sərmayədarlar, karvanları qarət edil­dikdə və ya pulları güclə əllərindən alındıqda tacirlərin borc­larını silər və bunun müqabilində tacirlər borcu geri qay­tardıqları zaman, öz üzərlərinə götürdükləri riskə görə bor­­cun əsas məbləğinin müəyyən faizi miqdarında əlavə pul alardılar.
Sonralar sığortaya daha yaxın fəaliyyətlərə, xüsusilə də­niz ticarətinin inkişaf etdiyi yerlərdə rast gəlinir. Dəniz ti­carəti ilə romalılar, yunanlar arasında müəyyən şəxslər gə­minin daşıdığı yükə borc verib, gəminin limana çat­ma­ma­sı riskini öz üzərinə götürərək daşıdığı bu risk mü­qa­bi­lin­də gəmi geri qayıtdıqda öz pulu ilə birlikdə əlavə müəy­yən faiz də alırdılar. Kilsə tərəfindən alınan faizlərin çox­lu­ğu tənqid olunmuş, bir qədər sonra isə faiz alınması ta­ma­milə qadağan edilmişdir. Çox güman ki, bu qadağan baş verə biləcək təhlükələrə görə qabaqcadan haqq almaq for­masına, başqa sözlə sığorta anlayışının meydana gəl­mə­­sinə səbəb olmuşdur. Tədiyyə əsaslı sığortaya ilk dəfə təx­­minən 1250-ci illərdə Venetsiya, Pisa, Floransa və Ge­nu­ya şəhərlərində rast gəlinir. Bu günki mənada sığortaya isə yalnız  XIV əsrdə təsadüf edilir.
XIV əsrdə dəniz ticarətinin ən çox inkişaf etdiyi İta­li­yada sığorta təminatına bir ehtiyac hiss edildi və dəniz sı­ğortası anlayışı da ilk dəfə burada yarandı. İlk sığorta şə­ha­dətnaməsi (polisi) kimi qəbul edilən müqavilə 23 ok­t­ya­br 1347-ci ildə İtaliyanın Genuya limanından Mayor­ka­ya gedən «Santa Klara» gəmisində daşınan yükə təminat ve­ril­mə­si məqsədilə hazırlanmışdır. İlk sığorta şirkəti isə 1424-cü ildə yenə də Genuya şəhərində yaradılmışdır. Sığorta işi üzrə ilk qanun isə 1435-ci ildə elan edilmiş Barselona Fər­manıdır.
Quru sığortalarının yaranmasına isə 1666-cı ildə Londonda baş verən və dörd gün davam edərək 13000 ev və 100 kilsənin yanıb külə dönməsinə səbəb olan böyük yan­ğın təkan vermişdir. Bu hadisə xalqa çox güclü təsir et­miş və bu cür fəlakətlərin nəticələrinə qarşı qabaqcadan təd­bir görülməsi fikrini meydana gətirmişdir. XVII əsrin son­larına doğru İngiltərənin London şəhərində bu böyük yan­ğından sonra burada da sığorta işinin aparılmasına baş­lan­dı.
XIII əsrin əvvəllərində ilk dəfə Almaniyanın Brukke şə­hərində əmlakı sığorta edən «Sığorta» palatası ya­ra­dıl­mış­dır. XVIII əsrin ortalarından artıq bütün Avropada sı­ğo­rta şirkətlərinin sayı artmağa başladı.

1.3. Azərbaycanda milli sığorta sisteminin formalaşması

Respublikada milli sığorta sisteminin yetkin şəkildə for­­malaşması da müstəqillik dövrünə təsadüf etsə də, sı­ğor­tanın yaranma dövrü 19-cu əsrin axırlarına təsadüf edir. Bu dövrdən etibarən Azərbaycanın neft sənayesinə xa­­rici investorların cəlb edilməsi nəticəsində sığorta işinin in­­kişafında tərəqqi başlanır, ilk neft və gəmiçilik şirkətləri mey­dana gəlir. Sənayeçilərinin qarşılıqlı sığortası, yan­ğın­dan sığorta, vətəndaşların şəxsi əmlakının sığortası geniş ya­­yılır. Azərbaycanda əsasən dəniz gəmilərinin sığorta edil­məsi üzrə ixtisaslaşmış ingilis şirkəti «Lloyd»un fi­lial­la­rı, habelə «Rus Lloyd»un və Almaniyadan olan in­gi­lis şirkətinin iki nümayəndəliyi, Rusiya və İranın sərhəd li­manlarına qədər daşınan yüklərin sığortası ilə məşğul ol­an «Repman və Rust» ticarət evi ilə təqdim edilən «Şimali Alman Lloydu», həmçinin gəmilərin və yüklərin sı­ğortasını aparan «Alman, Livantiya xətti» Cəmiyyəti fəa­liyyət gös­tər­məyə başlayırlar. 1912-ci ilin mə­lu­mat­larına görə Ba­kı­da 30 sığorta cəmiyyəti və agentliyi fəaliyyət gös­tər­miş­dir. Məhz bu dövrdə ingilis, alman şirkətləri və başqa böyük şirkətlərin filialları, habelə bir sıra Rusiya sı­ğorta təş­ki­lat­la­rı fəaliyyətə başlamışdır. Azərbaycanda sı­ğorta işinin ilk başlanğıcında görkəmli sənayeçilər, milli bur­­ju­az­iyanın lə­­yaqətli nümayəndələri, Dövlət Bankı şö­bə­sinin uçot-s­suda komitəsinin üzvləri: Hacı Zeynalabdin Ta­ğıyev, Musa Nağıyev, Ələkbər Dadaşov, Mustafa Rəsu­lov və başqaları du­rurdular.
Keçmiş SSRİ-nin başqa respublikalarında olduğu kimi, Sovet hakimiyyəti illərində Azərbaycanda da dövlət sı­­ğorta sistemi təşkil edilmişdir. Respublikada sığorta işi­nin inkişafında müəyyən rol oynamış və onun sosial-iq­ti­sa­di inkişafına təkan vermiş Azərbaycan SSR Dövlət Sı­ğor­ta­sı Baş İdarəsi və SSRİ İnqosstraxının Bakı şöbəsi fəa­liy­yət göstərirdi.
Sovet hakimiyyəti qurulduqdan sonra isə 1922-ci ildən başlayaraq bütün SSRİ-də sığorta dövlət inhisarına alındı. 1991-ci ilin axırınadək respublikada sığorta işi iki sı­ğorta təşkilatının Azərbaycan Respublikasının Sığorta Şir­kətinin və SSRİ-nin xarici dövlət sığorta təşkilatının Ba­kı şəhərindəki şöbəsinin inhisarı altında idi. Onların fəa­­liyyət dairəsi qanunvericilik tərəfindən bölüş­dü­rül­müş­dür. 
Milli sığorta bazarı Azərbaycanda 1992-ci ilin əv­və­lin­dən formalaşmağa başlamışdır. AR Milli Məclisi Azər­bay­canın tarixində ilk dəfə olaraq 1993-cü ildə «Sığorta haq­qında» AR Qanununu qəbul etdi. Bu qanunun tələb­lə­ri­nin icra edilməsi üçün sığorta işinin inkişafına təkan ve­rən müxtəlif normativ-hüquqi sənədlər hazırlanmışdır ki, bu da sığorta xidmətləri həcminin artırılmasına, sığorta təş­kilatlarının maliyyə sabitliyinin möhkəmləndirilməsinə tə­kan vermişdir. 1999-cu ildə «Sığorta haqqında» AR Qanunu ikinci dəfə yeniləşmiş formada və 2007-ci ildə isə hal-hazırda qüvvədə olan qanun qəbul edilmişdir.

1.4. Sığortanı iqtisadi kateqoriya kimi xarakterizə edən əsas əlamətlər

Sığorta – dəymiş zərərlərin kompensasiya edilməsi ilə bağlı olub sığorta olunanların əmlak maraqlarının qo­run­ması vasitəsidir. Sığorta işinin aparılması praktikası be­lə münasibətlərin çox optimal bir formasını yaratmışdır: ix­tisaslaşmış təşkilat (sığortaçı) sığorta olunanların pay haqları hesabına sığorta fondu yaradır və onlara dəymiş zə­rərləri sığorta ödənişləri ilə təmin edir.
Sığorta, maliyyə kateqoriyası ilə qarşılıqlı şəkildə əla­qədə olan iqtisadi kateqoriyadır. Maliyyə sahəsində ol­du­ğu kimi, sığorta da pul vəsaitlərinin dövriyyəsinə və eləcə də pul vəsaitinin bölüşdürülməsi prosesində iştirak edən müvafiq məqsədli fondların vəsaitlərinin for­ma­laş­dı­rıl­ması və istifadəsi üçün zəruri olan məbləğə əsaslanır. Ey­ni zamanda sığorta sahəsi üçün maddi və diğər itkilərin ödənilməsi üçün nəzərdə tutulan gəlir və toplanmış pul və­sa­itinin bölüşdürülməsi ilə əlaqədar olan iqtisadi mü­na­si­bət­lər də xarakterikdir. Məhz buna görə də sığorta, pul for­masında olan dəyərin ehtimal olunan dövriyyəsi ilə bağ­­­lıdır.
Sığorta iqtisadi kateqoriyasını xarakterizə edən aşa­ğı­dakı əlamətləri də qeyd etmək lazımdır:
1.      Sığorta prosesi zamanı, sığorta hadisəsinin baş ver­məsi nəticəsində maddi və ya digər itkilərin aradan qal­dı­rılmasına yönəldilən pul vəsaitlərinin bölüşdürülməsi üz­­rə münasibətlər meydana çıxır. Bu xüsusiyyətinə görə sı­ğorta, ictimai istehsalın sığorta müdafiəsi kateqoriyasına ya­xın­dır.
2.      Bir və ya bir neçə təsərrüfatda olan zərər məb­lə­ği­nin müştərək şəkildə paylaşdırılması ilə əlaqədar olan iş­ti­rakçılar arasındakı qapalı bölüşdürücü müna­si­bət­lər də sı­ğorta prosesi üçün səciyyəvidir. Zərərin bu cür qa­pa­lı şək­ildə paylaşdırılması, zərərçəkən təsərrüfatların, bir qay­da olaraq, sığorta iştirakçılarının sayından az olmasına əsas­­lanır.
Zərərin qapalı şəkildə paylaşdırılması üçün sığorta iştirakçıları­nın təsbit edilmiş sığorta haqlarının hesabına formalaşan məq­səd­li təyinatlı maliyyə-sığorta fondları ya­ra­dılır. Bu fondun və­saitləri yalnız onu yaradan iştirakçılar tə­rəfindən istifadə olunduğu üçün, sığorta haqqının öl­çü­sü, onların hər biri üçün paylaşdırılan zərər payını ifadə edir. Buna görə də, sığorta iştirakçılarının əhatə dairəsi nə qə­dər geniş olarsa, sığorta haqlarının ölçüsü də bir o qə­dər az, sığorta isə daha əlverişli və keyfiyyətli olar. Sı­ğor­ta­da mil­yo­na qədər sığorta etdirən şəxs iştirak etdikdə və yüz mil­yo­nlarla obyekt sığorta olunduqda, minimal sığorta haqlarının vasitəsilə maksimal itkini ödəmək mümkün olur.
Zərərin qapalı şəkildə paylaşdırılması xüsusiyyəti sı­ğor­tanı di­gər maliyyə kateqoriyalarından əsaslı şəkildə fərq­ləndirir. Məsələn, dövlət büdcəsinin gəlirləri müəssisə və vətəndaşların ödəmələri he­sabına formalaşır, lakin sə­fər­bər olunmuş pul vəsaitlərinin istifa­dəsi, bu haqları ödə­­yən tədiyyəçilərin fəaliyyətindən kənara çıxır.
3.      Sığorta prosesində itkinin nəinki ərazi vahidləri üzrə, həm də müəyyən zaman kəsiyində bölüşdürülməsi xüsusi əhəmiyyət kəsb edir.
Sığorta olunmuş təsərrüfatlar arasında sığorta fon­du­nun il ər­zində ərazi cəhətdən səmərəli şəkildə bölüş­dü­rül­məsi üçün kifayət qədər böyük ərazi və sığorta olunan ob­yekt­lərin əhəmiyyətli dərəcədə çox olması tələb olunur. Yal­nız bu şərtlərə əməl etməklə, böyük əraziləri əhatə edən təbii fəlakətlərin baş verməsi nəticəsində dəyən zə­rə­ri paylaşdırmaq mümkündür.
Fövqəladə hadisələrin baş verməsinin təsadüfi əla­mət­ləri ilə əlaqədar olaraq, itkinin zaman üzrə pay­laş­dı­rıl­ma­sı bir təsərrüfat ilinin çərçivəsindən kənara çıxır. Föv­qə­ladə hadisələr bir neçə il baş verməyə bilər və onların baş verməsi müddəti məlum deyil. Bu səbəbdən ehtiyat fond­larının yaradılması məqsədilə daxil olan sığorta ödə­niş­lərinin bir hissəsinin əlverişli il ərzində ehtiyatda sax­la­nıl­masına zəruriyyət yaranır.
4.      Sığortanın xarakterik xüsusiyyətlərindən biri də sı­ğorta fonduna səfərbər olunmuş vəsaitin sığorta ödə­niş­lə­ri formasında qaytarılması ilə əlaqədardır. Sığorta ödə­niş­ləri 2 hissədən – müm­kün zərərin ödənilməsi üçün təyin olu­nan netto – ödənişlərdən və sığortanı həyata ke­çi­rən sı­ğor­ta təşkilatının saxlanılması üçün nəzər­də tutulan əlavə xərc­lərdən ibarət olan sığorta tariflərinə əsasən təyin edilir. Netto ödəmələrin ölçüsü, müəyyən ərazi miq­ya­sın­da hə­yata ke­çirilən hesabat dövrü (5 ildən 10 ilədək) üzrə olan müm­kün zərərə əsasən müəyyən olunur. Buna görə də netto ödə­niş­lərin məbləği, müəyyən zaman dövrü ər­zin­də zərərin ödə­niş forması kimi elə həmin əraziyə qay­ta­rı­lır. Və­sa­it­lə­rin qaytarılması əlaməti sığor­tanı kredit kate­qo­riyasına yaxınlaşdırır. Bununla da sığorta yalnız ma­liy­yə deyil, həm də kredit kateqoriyası kimi də fəaliyyət gös­tə­rir.

1.5. Sığorta işinin təşkilinin prinsip və funksiyaları

Sığorta prosesi zamanı yaranan bölüşdürücü müna­si­bət­lərin xüsusiyyətləri ona belə bir tərifin verilməsinə şə­ra­it yaradır.
Sığorta, müəssisə və təşkilatlara dəyən fövqəladə və digər zərərin ödənilməsi və ya vətəndaşlara pul yardımının təq­dim olunması üçün nəzərdə tutulmuş məqsədli sığorta fond­larının pul vəsaitlərinin formalaşması prosesində iş­ti­rak edənlər arasındakı qapalı bölüşdü­rücü münasi­bət­lə­rin xüsusi məcmusu kimi çıxış edir.
Sığorta kateqoriyasının iqtisadi mahiyyətini onun iqt­isadi məzmunundan ayırmaq lazımdır. Məlum olduğu kimi mahiyyət daimidir, məzmun isə dəyişkən olaraq, ictimai-iqtisadi formasiyanın hər birində özünün əlamətinə ma­lik olur və sığortanın ictimai-tarixi növlərini müəyyən edir. Sığortaya verilmiş tərif onun iqtisadi mahiyyətini və müasir cəmiyyətdə olan məzmununu xarakterizə edir.
Qeyd olunduğu kimi, sığorta, sığorta fondundan əv­vəl yaranmışdır, belə ki, cəmiyyətin inkişafının erkən mər­hə­ləsində, sığorta fondunun formalaşması mövcud ol­ma­dan itkinin qarşılıqlı şəkildə paylaşdırılması həyata ke­çir­i­lir­di. Sonralar əməyin ictimai bölgüsü bazasında əmtəə-pul münasibətlərinin inkişaf etməsi ilə əlaqədar olaraq, sı­ğor­ta iştirakçılar arasında itkilərin qapalı şəkil­də pay­laş­dı­rıl­ması prinsipi üzrə sığorta fondunun formalaşdırıl­ması üçün sığorta kateqoriyasından istifadə olunmağa başlandı. Baş­qa sözlə desək, əmtəə-pul münasibətləri şəraitində sı­ğor­ta fondunun təşkili üsulu kimi də sığortadan istifadə et­mək olar.
Sığorta prosesinin uğurlu şəkildə həyata keçirilməsi üçün bir təsərrüfat ili, sonra isə zaman ərzində itkinin ərazi cəhətdən paylaşdırılmasını təmin etmək lazımdır. Qeyd olun­muş şərt sığorta fondunun vəsaitinin miqyas cəhətdən təmərküzləşməsinin kifayət qədər olmasını tələb edir. Bu səbəb nəticəsində də bizim ölkəmizdə sığortanın inkişaf etməsi, 1923-cü ildə dövlətin sığorta inhisarının yaranması ilə əlaqədar olmuşdur. Dövlət sığortası, sığorta fondunun vəsaitlərinin zəruri təmərküzləşməsinin təmin olunması və va­hid sığorta siyasətinin həyata keçirilməsində əhə­miy­yət­li rol oynamışdır. Dövlət sığortası vasitəsilə, fövqəladə it­ki­lərin ödənil­diyi güclü sığorta fondu yaradılmışdır. Qeyd et­mək lazımıdır ki, müasir dövrdə də inkişaf etməkdə olan sı­ğorta bazarında dövlət sığortası hələ uzun illər ərzində əsas yerlərdən birini tutacaqdır.
Sığortanın, sığorta fondu vəsaitlərinin tə­mər­k­küz­ləş­mə­sinə olan meyli sığorta işinin təşkilinin əsas prin­sip­lə­rin­dəndir. Bu prinsip qeyri-dövlət sığorta təşkilatlarının hər biri üçün aparıcı olmalıdır. Çünki uzunmüddətli və it­ki­­siz sığorta fəaliyyətinə zəmanəti məhz bu prinsip verir.
Sığorta kateqoriyasından, ictimai istehsalın sığorta mü­­­­dafiəsi məqsədilə istifadə olunmasına şərait yaradan ob­­­­yektiv iqtisadi zərurət, təsərrüfat həlqələrinin və vətən­daş­­­­ların ailələrinin əmlak maraqlarının müxtəlifliyinə əsas­­­­lanır. Dövlət xalq təsərrüfatının inzibati üsulla idarə olun­­ması və eləcə də maliyyə ehtiyatlarından geniş şəkildə tə­­sərrüfatlar və ərazilər arasında məqsədli istifadə olun­ma­sı imkanından məhrum olduqda, zərərin daha səmərəli şə­kil­də ödənilməsi onun təsərrüfatlar arasında pay­laş­dı­rı­l­ma­sı üsulu hesab olunur. Sovet dövrü ümumxalq dövlət mül­kiy­yətinin hökmranlığı ilə əlaqədar olduğundan, sı­ğor­t­anın istifadə olunmasına tələbat yaratmır və bu da sı­ğor­ta­nın fəaliyyət sahəsini kolxoz-kooperativ, vətəndaşların şəxsi mülkiyyəti və onların ailə maraqları ilə məhdud­laş­dı­rılmasına gətirib çıxarırdı. Müasir şəraitdə isə mül­kiy­yə­tin dövlətsizləşdirilməsi müxtəlif risklərin və təsərrüfat sub­yektlərinin iqtisadi maraqlarının sığorta olunmasına ge­­niş imkanlar yaradır.
Suveren partnyorların əmlak maraqlarının müxtə­lif­li­yi ilə əlaqədar beynəlxalq iqtisadi münasibətlər sahəsində də xarici ticarət obyektlərinin və digər təsərrüfat əməliy­yat­larının sığorta müdafiəsini təmin etmək, yalnız sı­ğor­ta­la­ma vasitəsi ilə mümkün olur. Beləliklə, hər bir mülkiyyətçinin əmlak cəhətdən müstəqil olması-sığorta kate­qo­ri­ya­sının tətbiqinin əsas səbəblərindən biridir. Sığortanın iqti­sadi mahiyyətinə, bu kateqoriyanın ictimai təyinatını ifa­də edən funksiyalar uyğun gəlir. Bu funksiyalar sığor­ta­nın, maliyyə sisteminin bir bölməsi kimi təsdiq edilməsinə şərait yaradır. Maliyyə kateqoriyası öz iqtisadi mahiy­yə­ti­ni əsasən bö­lüş­dü­rücü funksiya vasitəsilə ifadə edir. Bu funk­siya öz konk­ret və spesifik təzahürünü, sığortaya aid olan risklilik, xə­bər­daredici və əmanət funksiyalarında ta­pır.
Sığorta riski, zərərçəkən təsərrüfatlara pul yardı­mı­nın göstərilməsi üzrə sığortanın əsas təyinatı ilə əlaqədar ol­duğundan, risklilik funksiyası əsas funksiyalardan biri he­sab olunur. Məhz risklilik funksiyasının fəaliyyəti nəti­cə­­sində dəyərin pul formasının məbləği, təsadüfi sığorta ha­­disələrinin baş verməsi ilə əlaqədar olaraq, sığorta iş­ti­rak­­çılarının arasında bölüşdürülür.
Xəbərdaredici funksiya, sığorta riskinin azaldılması üzrə tədbirlərin, sığorta fondunun vəsaitlərinin bir hissəsi hesabına maliyyələşdirilməsini nəzərdə tutur. Həyat sığor­ta­sı növlərində sığorta kateqoriyası, məsələn, şərtləş­di­ril­miş sığorta məbləğinin ömürlük sığorta müqaviləsi üzrə toplan­ması zamanı kredit kateqoriyasına yaxınlaşır. Hə­ya­tın, sağlamlığın sığorta olunması vasitəsilə pul məbləğinin qə­naətlə toplanması, ailə gəlirinin sığorta müdafiəsinə olan ehtiyacı ilə əlaqədardır. Bundan başqa, sığorta, əma­nət funksiyasına da malik ola bilər.
Sığortanın nəzarət funksiyası, sığorta fondu vəsait­lə­ri­­nin məq­səd­li şəkildə formalaşması və bu vəsaitlərdən məq­­səd­­li şəkildə isti­fadə olunmasına əsaslanır. Bu funk­si­ya yu­xa­rıda sadalanan üç spe­sifik funksiyaların fəaliyyəti nə­­ti­cə­sin­də yaranır və onlar ilə eyni zamanda konkret sı­ğor­­ta mü­na­sibətləri və sığorta şəraitində tə­zahür olunur. Nə­­za­rət funk­siyasına uyğun olaraq, qanunvericilik və inst­ru­ktiv sə­nədlərə əsasən, sığorta əməliyyatlarının qa­nu­na­uy­­ğun şək­ildə icra olunması üzrə maliyyə sığorta nəzarəti hə­yata ke­çirilir.
İctimai istehsalatın fasiləsizliyinin, müntəzəmliyinin və tarazlı­ğının təmin olunmasında sığortanın rolu onun hə­yata keçiril­mə­sinin son nəticəsində: sığortanın tətbiqi sa­həsinin optimallaşdırıl­masında; sığorta əməliyyatlarının in­kişaf göstəricilərində; gəlirlə zərər və itkilərin tam şə­kil­də ödənilməsində; sığorta təşkilatlarının investisiya fəa­liy­yə­tində sığorta fondunun sərbəst vəsaitlərinin müvəq­qə­ti şəkildə iştirak etməsində; ölkənin dövlət büdcəsinin gə­lir­lə­rinin sığorta gəliri və digər təsərrüfat əməliy­yat­la­rın­dan alı­nan gəlir hesabına tamamlanmasında özünü büruzə ve­rir. Müa­sir dövrdə işçilərin xəstələnməsi, əmək qabiliy­yə­tini itirməsi, ailə baş­çısını itirməsi və vəfat etməsi za­ma­nı onların sosial sığorta müda­fiəsini təmin etmək üçün, sosial sı­ğorta fondu və pensiya fondlarının formalaşması və is­ti­fa­dəsi metodunu daha məqsədə­uyğun edir. Bu za­man sı­ğor­ta haqlarını (sosial sığortaya ödənilən haqları) işçilər deyil, onların işlədiyi müəssisə və təşkilatlar ödəyir.


II FƏSİL. SIĞORTANIN ƏSAS ANLAYIŞLARI VƏ TƏSNİFATI

2.1. Sığorta sahəsində əsas anlayışlar

Sığorta haqqında danışılarkən ilk növbədə burada olan əsas anlayışlar izah olunmalıdır. «Sığorta fəaliyyəti haqqında» Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olu­nur:
Sığorta – sığortalının əmlakının və əmlak mə­na­fe­lə­ri­nin müdafiəsi sahəsində münasibətlərdir.
Həyat sığortası – sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sı­­ğortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta ha­di­­səsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəy­­yən edilmiş qaydada və şərtlərlə sığortalıya qay­ta­rı­lır.
Qeyri-həyat sığortası – sığorta hadisəsi baş verdiyi za­man sığortalıya vurulan zərər ödənilməklə onun mə­su­liy­yəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sı­ğor­ta­sı­dır.
Sığortalı – sığortaçı ilə müqavilə bağlayan (sığorta et­­di­rən) və ya xeyrinə sığorta müqaviləsi bağlanan (sığorta olu­nan), yaxud qanuna görə sığortalanmış sayılan fiziki şəxs (fəa­liy­yət qabiliyyəti məhdud olan və ya fəaliyyət qa­bi­­liyyəti məh­kəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəa­liyyət qa­biliy­yə­ti olmayan şəxslərdən başqa) və ya hü­qu­­qi şəxslərdir.
Sığorta etdirənlə sığortalı adətən eyni şəxs olur. Lakin bəzən sığorta etdirənlə sığortalı müxtəlif şəxslər də ola bilər. Hər hansı bir şəxsin, başqa birisinin malını və ya hə­yatını sığorta etdirə bilməsi üçün, həmin şəxs ilə həyatı sı­ğorta olunan şəxs və ya sığortalanan mal arasında bir mən­fəət əlaqəsi olmalıdır.
Faydalanan şəxs – icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxsdir.
Sığortaçı – yalnız sığorta və təkrarsığorta fəa­liy­yə­ti­ni göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə müəy­­yənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs olan sığorta təşkilatıdır.
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığor­ta­la­nan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal hesab olunur.
Sığorta obyekti – sığortalının, yaxud sığorta olu­na­nın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.
Sığorta riski – ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır. Sığortanın məqsədi ayrı-ayrı fərdlərin həyatda rast gələ biləcəkləri risklərə tə­mi­nat verişməsidir. Təsadüfən baş verən zərərlər, sığorta ilə qabaqcadan görülmüş tədbirlər nəticəsində aradan qal­dı­rılmış olur. Risk gələcəkdə baş verən, ehtimal olunan, qeyri-müəyyən və qanuni olmalıdır.
Sığorta hadisəsi – qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin, sığortalıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan haldır.
Sığorta məbləği – sığorta müqaviləsinə və ya qanuna uy­ğun olaraq sığorta obyektinin sığortalandığı və sı­ğor­ta­çı­nın öhdəçilərinin son həddi olan pul məbləği.
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sı­ğor­ta­lının əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin ye­rini doldurmaq üçün pul və ya natura şəklində ödənilən və­saitdir. Sığorta ödənişinin verilməsi üçün baş verən risklə meydana gələn zərər bir-biri ilə bilavasitə əlaqədar ol­­malıdır. Bu əlaqə «səbəb-nəticə əlaqəsi» adlanır. Sığor­ta­çı sığorta ödənişini müqaviləyə və ya qanuna müva­fiq su­­rətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında ak­ta əsasən verir. Sığorta aktını sığortaçı və ya onun vəkil et­­­diyi şəxs (ekspert) tərtib edir. Sığortaçı sığorta hadi­sə­si­nin səbəblərini və təfsilatını aydınlaşdır maq hüququna ma­­lik­dir. Sığorta ödənişlərindən vergi və rüsumlar tu­tul­mur.
Ödəniş verildiyi zaman problem yarada biləcək iki əsas amil vardır. Bunlar «Əmlakın dəyərindən az məb­ləğ­də olan sığorta» və «Əmlakın dəyərindən çox məb­ləğ­də olan sığorta»-dır. Əmlakın dəyərindən az məbləğdə olan sı­ğor­­ta sığorta məbləğinin sığorta dəyərindən az olması ha­lı­­dır. Əgər sığorta məbləği, əmlakın real dəyərindən az gös­­tərilibsə, bu «Əmlakın dəyərindən az məbləğdə olan sı­ğor­ta»-dır. Bu vəziyyət, sığorta hadisəsi baş verdiyi zaman sı­ğortaçı ilə sığortalı arasında anlaşılmamazlıqlar ya­ran­ma­sına səbəb olur. Bu cür xoşagəlməz hallarla rast­laş­ma­maq üçün sığorta təklifi alan agentlər dəqiq dav­ran­ma­lı, və­ziyyəti düzgün sığortalıya başa salmalı və sığorta mü­qa­vi­ləsini real dəyərə əsasən hazırlamalıdırlar. Əmla­kın də­yə­rindən az məbləğdə olan sığortalarda sığor­ta­lı mal zə­rə­rə düşdüyü zaman: a) tam zərər baş veribsə, sı­ğorta ödə­ni­şi olaraq sığorta şəhadətnaməsində göstərilən məb­ləğ ve­ri­lir; b) qismən zərər baş verdikdə isə ödəniş be­lə he­sab­la­nır:

Ödəniş = zərər x (sığorta məbləği) : (sığorta dəyəri)

Sığorta məbləğinin sığorta dəyərindən çox olmasına «Əmlakın dəyərindən çox məbləğdə olan sığorta» deyilir. Bu zaman sığortalı, Əmlakın dəyərindən çox məbləğdə olan sığorta haqqını ödənilməli olan məbləğindən artıq ödəməli olur. Əgər zərər baş verərsə sığorta ödənişi həqiqi dəyərə əsasən verilir, artıq alınmış sığorta haqları sığor­ta­lı­ya geri qaytarılır. Əgər sığorta hadisəsi baş verməzsə, çox yəqin ki, əmlakın dəyərindən çox olan sığorta məb­lə­ği­­nin mövcudluğu hiss edilməz və sığortalı artıq sığorta haq­­qı ödəmiş olar.
Sığorta haqqı (pirim) – sığorta müqaviləsinə və ya qa­nunvericiliyə uyğun olaraq sığortalının sığortaçıya ver­mə­li olduğu pul məbləği.
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz də­rə­cə­sidir. Üç növ tarif vardır:
1)    Tənzimlənmiş tarif sistemi. Bu sistemdə qiy­mət­lər Dövlət Sığorta Nəzarəti tərəfindən hazırlanır və təsdiq edi­­lir.
2)    Təsdiq edilmiş tarif sistemi. Bu sistemdə sığorta şir­kətləri hazırladıqları tarifləri Dövlət Sığorta Nəza­rə­tin­də təsdiq etdirdikdən sonra tətbiq edirlər.
3)    Sərbəst tarif. Bu sistemdə sığorta şirkətləri öz qiy­mətlərini (tariflərini) özünün iqtisadi siyasəti və sta­tis­tik məlumatlarına uyğun olaraq müəyyənləşdirdiyi qay­da­la­ra əsasən təyin edir və dövlət şirkətlər tərəfindən tətbiq edilən qiymətlərə müdaxilə edə bilməz. 
Sığorta müqaviləsi – sığortalı ilə sığortaçı arasında sa­­zişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi za­ma­nı sığortalıya sığorta ödənişi verməyi, sığortalı isə müəy­­­yənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öh­­­dəsinə götürür.
Ümumi sığorta daxili– yüksək sığorta risklərinin sı­ğor­talanmasında öz ödəmə qabiliyyətinin təmin olunması və sığortalıların əmlak mənafelərinin müdafiəsinə zəmanət verilməsi üçün sığortaçıların öz aralarında bağladıqları sa­ziş əsasında qarşılıqlı sığorta fəaliyyətinin təşkili for­ma­sı­dır.
Frontinq sazişi – frontinq edən sığortaçı tərəfindən digər sığortaçının təklifi ilə sığorta şəhadətnamələrinin verilməsinə və təkrarsığorta müqaviləsinə əsasən komi­s­si­yon mükafatı almaqla həmin sığortaçıya risklərin tam həcm­­də ötürülməsinə dair razılaşmadır.
Sığorta şəhadətnaməsi – sığortalı ilə sığortaçı ara­sın­da bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir.
Sığorta sahəsində olan digər anlayşlar əlavələrdə – «Sığorta fəaliyyəti haqqında» Qanunda göstərilmişdir.

2.2. Azərbaycanda sığorta fəaliyyətinin təsnifatı

Sığorta ixtisaslaşdırılmış dövlət və özəl sığorta təşki­lat­ları tərəfindən həyata keçirilir. Sığorta təşkilatlarının fəa­liyyət dairəsi daxili (məhdud), xarici və qarışıq sığorta ba­zarını əhatə edir. Bununla bərabər inkişaf etmiş sığorta ba­zarı şəraitində sığorta həm ölkə daxilində, həm də öl­kə­nin hüdudlarından kənarda da həyata keçirilir.
Bu sığortanın təşkilati baxımdan təsnifatıdır. Lakin digər tərəfdən sığorta münasibətlərinin mövcudluğu sı­ğor­ta obyektlərinə və təhlükəlilik növləri üzrə təsnifatın kö­mə­yi ilə də ifadə olunur.
Sığorta sığorta etdirən şəxslərin müxtəlif kate­qo­ri­ya­la­­rını əhatə edir. Onun şərtləri sığorta məsuliy­yətinin həc­mi­­nə görə fərqləndirilir: o qanun vasitəsilə və ya könüllü şə­­kildə həyata keçirilə bilər. Sığorta münasibətlərinin gös­tə­­rilən müxtəlifliyinin qaydaya salınması və qarşılıqlı əla­qə­də olan vahid sistemin yaradılması üçün sığortanın təs­ni­fatı zəruridir.
Təsnifat dedikdə adətən bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli hissələrin iyerarxiya baxımından tabeçilikdə olan sistemi başa düşülür. Bu da öz növbəsində sistemin bütöv hissələrini ayırmaqla yanaşı onun vahid şəklini yaratmağa imkan verir. Sığortanın təs­nifatı eyni vəzifəni həll etməyə xidmət edir; bu sığorta müna­si­bətləri toplusunu bir-biri ilə iyerarxiya baxımından tabeli münasi­bətdə olan, qarşılıqlı şəkildə əlaqəli hissələrə ayırmaqdan ibarətdir. Hər bir təs­ni­­fatın əsasında elə meyarlar qoyulmalıdır ki, o bütün qa­r­şı­lıqlı bölmələri əhatə etmiş olsun. Bu baxımdan, sı­ğor­ta təs­nifatının əsasında əsasən iki meyar mövcuddur: 1)sığorta obyektlərində müxtəliflik və 2) sığorta mə­su­liy­yə­­tinin həcmində müxtəliflik. Bu meyarlara müvafiq ola­raq iki təsnifat tətbiq edilir:
a) sığorta obyekti üzrə təsnifat;
b) təhlükəlilik növü üzrə təsnifat.
Birinci təsnifat ümumi xassəyə, ikinci isə yalnız əm­lak sığortasını əhatə edən xüsusi xassəyə malikdir.
Sığorta obyektləri üzrə sığortanın ümumi təsnifatına aşağıdakı kimi tərif vermək olar. Sığorta obyektləri üzrə sığortanın ümumi təsnifatı təsnifatın hissələri olan sahələr, yarımsahələr və növlər üzrə sığortanın bölüşdürücü tabeli sistemidir.
Təsnifatın bütün hissələri elə yerləşir ki, hər bir son­ra­­kı hissə əvvəlki hissənin bir hissəsi ola bilir. Burada ən ali hissə-sahə, orta hissə-yarımsahə, aşağı hissə isə – sığor­­ta­nın növü kimi qəbul olunmuşdur. Təsnifatın bütün his­­sə­ləri sığortanın aparılma formaları olan icbari və kö­nül­­lü sı­ğor­taları əhatə edir.
Sığortanın sahələrə bölünməsinin əsasını sığorta ob­yekt­lərində mövcud olan prinsipial fərqlər təşkil edir. Bu me­yara müvafiq olaraq sığorta münasibətlərinin bütöv top­lusunu 4 sahəyə ayırmaq olar; əmlak sığortası, və­tən­daş­ların həyat səviyyəsinin sığortası, məsuliyyət sığortası və sahibkarlıq risklərinin sığortası. Əmlak sığortasında obyekt kimi maddi dəyərlər çıxış edir; vətəndaşların həyat sə­viyyəsinin sığortası zamanı – onların həyatı, sağlamlığı və əməkqabiliyyəti əsas obyektdir. Əgər müəyyən ha­di­sə­lə­rin nəticələri ilə əlaqədar olaraq göstərilən həyat sə­viy­yə­si azalırsa, o zaman sığorta köməyə çatır. Məsuliyyət sı­ğor­tası üzrə obyekt kimi sığorta etdirən şəxslər tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi, kreditorlara borcların ödənməsi və ya üçüncü şəxslərə vurula biləcək zərərlərin maddi və dəyər baxımından ödənilməsi üzrə müqavilə şərtlərinin yerinə yetirilməsi çıxış edir.

2.3. Sığortanın icbari və könüllü qaydada həyata keçirilməsi

Sığorta icbari və könüllü qaydada keçirilə bilər. Cə­miy­yət dövlətin simasında icbari sığortanı müəyyən edir, yəni burada maddi zərərin ödənilməsi zəruriyyəti və ya bu və ya digər pul yardımının göstərilməsinin həm zərər­çə­kən konkret şəxsin, həm də ictimai maraqlarına toxunan za­manı sığorta etdirən şəxslərin müvafiq dairəsi tərəfindən təs­diq edilmiş sığorta tədiyyələrinin icbari ödənməsi nə­zər­də tutulur. İcbari və könüllü sığortanın optimal şəkildə uz­laşması ictimai istehsalın sığorta müdafiəsinin universal həc­mini təmin edən sığorta növlərinin sistemini for­ma­laş­dır­mağa imkan verir.
Əhalinin sosial müdafiəsinə əlavə təminatların yara­dıl­ması, baş vermiş təbii fəlakət, bədbəxt hadisə, qəza nə­ti­cəsində vətəndaşların səhhətinə, fiziki və hüquqi şəxs­lə­rin əmlakına, habelə ətraf mühitə vurulan zərərlərin ödə­nil­məsinin təmin edilməsi üçün konkret bir sahədə çalışan iş­çilərin fərdi qəza üzrə, yaxud konkret bir sahənin əmlakı sığortaya mütləq qaydada cəlb edilə bilər. Belə sığortalar qa­nunvericiliyə uyğun olaraq müvafiq icbari sığorta qa­nun­ları əsasında həyata keçirilir. İcbari sığortanın şərt­lə­ri və aparılması qaydası, daha doğrusu sığortalıların və sı­ğor­taçının müəyyən edilməsi, hansı hadisələrin sığorta ha­di­səsi hesab olunması, sığorta məbləği və sığorta haqları (tarifləri), sığorta ödənişi verməkdən imtina əsasları, sı­ğor­tanın həyata keçirilməsi üçün zəruri hesab olunan digər şərt­lər həmin icbari sığortanı tənzimləyən qanunla müəy­yən edilir. Əgər qanunvericilikdə başqa hal nəzərdə tu­tul­ma­­mışdırsa, icbari sığorta müvafiq qanunla müəyyən olun­­­muş şərtlər və qaydalar çərçivəsində həyata ke­çi­ril­mə­li­­­dir. İcbari sığorta qanunu ilə həmçinin sığortanı həyata ke­­­çirəcək sığortaçı müəyyən edilməlidir.
Sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödə­­nilməsi nəzərdə tutulan icbari sığortanın aparılması, büd­cə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadənin tə­min edilməsi məqsədilə qanunla dövlət sığorta orqanına həvalə edilə bilər. Qeyd etmək yerinə düşərdi ki, respub­li­ka­da icbari formada həyata keçirilən sığorta növlərindən beşi Azərbaycan Respublikası Dövlət Sığorta Kommer­si­ya Şirkətinə həvalə edilmişdir. 2011-ci ilin dekabrın 15-dən Azərbaycan Respublikasında “İcbari sığortalar haq­qın­da” yeni Qanunun tətbiqinə başlanıb. Həmin qanun avto­nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin ic­ba­ri sığortası sahəsində bir sıra mühüm dəyişiklikləri özün­də əks etdirir. Əvvəlki qanunda həyat və sağlamlığa də­yən zərərə görə sığorta məbləği bir hadisə üzrə 5 000 ma­natdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağ­lam­lığına dəyən zərər üzrə 1 000 və əmlaka dəymiş zərər üzrə sı­­ğorta məbləği də 1 000 manat idi. Ümumilikdə, bir sı­ğor­ta şəhadətnaməsi üzrə sığorta məbləği cəmi 6 000 ma­nat təşkil edirdi. Yeni qanuna əsasən isə bu məbləğlər hə­yat və sağlamlığa dəyən zərər üzrə, müvafiq olaraq, 50 000 manat və 5 000 manat, əmlaka dəyən zərərə görə də 5 000 ma­nat­dır. Beləliklə, bir sığorta şəhadətnaməsi üzrə maksimal sı­ğorta məbləği 55 000 manat təşkil edir. Bu, əvvəlki ilə mü­qayisədə 9 dəfə çoxdur. Sürücülərə daha böyük məb­ləğ­də təminat verdiyindən sığortanın qiyməti də əvvəl­kin­dən fərqlidir. Hazırkı sığorta haqqının baza məbləği 50 ma­nat müəyyən edilmişdir və mühərriki 1500 sm3 olan mi­nik avtomobillərinə tətbiq olunur. Avto­mo­bi­lin mü­hər­ri­kinin həcmi artdıqca, baza sığorta məbləğlərinə 1,5-dən 5-dək əmsal tətbiq olunur. Avtobuslara müna­si­bət­də əmsal sərnişin yerlərinə görə, yük avtomobillərinə mü­nasibətdə isə onların icazə verilən maksimum kütləsinə gö­rə dəyişir.
Yeni qanuna görə, növbəti sığorta müqaviləsi bağla­yan şəxslərin ödəməli olacaqları sığorta məbləğlərinə on­ların “qəza tarixçələri” də təsir göstərəcək. Bu cür sis­tem “bonus-malus” sistemi adlanır və latın dilində “yaxşı-pis” deməkdir. Sistem ondan ibarətdir ki, yaxşı, yəni qəza tö­rətməyən sürücülərin ödədiyi sığorta haqları hər il azal­dı­lır, ilboyu qəza törədən və ödəniş alan digər sürücülərin ödədiyi sığorta haqqı isə artırılır.
Misal üçün, 1 600 sm3 həcmli mühərriki olan av­to­mo­bil sahibi üçün icbari sığorta 75 AZN-dir. Əgər sürücü 5il ərzində heç bir yol-nəqliyyat qəzasına səbəb olmasa, bu rəqəm 56.25 AZN-ə düşəcək. Müqayisə üçün qeyd et­mək olar ki, Rusiyada sığorta təminatının hər 1 000 ma­na­tı­nın orta qiyməti 7,2 manat, Ukraynada 2,1 manat, Qa­zax­standa 4,3 manat, Azərbaycanda isə 1,45 manat təşkil e­dir.
Qanun sığorta ödənişlərinin verilməsini maksimum sadələşdirməyə, bu sahədə sığortalıların hüquqlarının və qanuni mənafelərinin qorunmasının gücləndirilməsinə yö­nə­lib. Qanuna görə, sığorta ödənişindən imtina etmək üçün heç bir hal nəzərdə tutulmayıb. Zərərçəkənlər hər bir hal­da zərərin əvəzini alacaqlar. Lakin bəzi hallarda – təq­sir­kar sürücü sərxoş olduqda, hadisə yerini tərk etdikdə, hadisəni qəsdən törətdikdə, onun avtonəqliyyat vasitəsini ida­rə etməyə hüququ olmadıqda sığortaçı zərərçəkənlərə sı­ğorta ödənişi verdikdən sonra ödədiyi məbləğləri təq­sir­kar sürücüdən tələb etmək hüququna malikdir.
Əvvəlkindən fərqli olaraq, yeni qanunda bəzi hal­lar­da DYP tərəfindən verilən müvafiq arayış olmadan da sı­ğor­ta ödənişi nəzərdə tutulur. Bu, qəza iştirakçılarının sayı 2 olduqda, hadisə nəticəsində sağlamlığa heç bir zərər dəy­mədikdə, hər iki tərəfin sığortası olduqda, tərəflər təq­si­rin kimdə olmasına dair həmfikir olduqda, ziyanın məb­lə­ği 1 000 AZN-dən çox olmadıqda mümkündür.
İcbari sığorta şəhadətnaməsi sürücülük vəsiqəsi, tex­ni­ki pasport və etibarnamə kimi daim sürücünün üstündə ol­malıdır. İnzibati Xətalar Məcəlləsində müvafiq riskləri ic­bari qaydada sığorta etdirməyən şəxslərin cərimələnməsi nə­zərdə tutulmuşdur. İcbari sığorta müqaviləsinin bağ­lan­ma­­masına görə fiziki şəxslər 10 manat miqdarında, və­zi­fə­li şəxslər 60 manatdan 80 manatadək miqdarda, hüquqi şəxs­lər 150 manatdan 200 manatadək miqdarda cərimə edi­ləcək.
Avtomobildən bir neçə nəfər istifadə etdikdə yalnız av­­tomobil sahibi sığortalanmalıdır. Onun sığortası bu av­to­mobilin bütün istifadəçilərinə şamil ediləcək.
Yeni yaradılmış İcbari Sığorta Bürosunda sığorta şir­kətləri akkreditasiyadan keçməkdə davam edirlər. Bun­dan sonra yalnız bu büronun üzvləri vətəndaşlarla icbari sı­­ğorta üzrə müqavilələr imzalamaq səlahiyyətinə malikdir.
Könüllü sığortanın aparılması qaydası və şərtləri sı­ğor­taçının təsdiq etdiyi müəyyən növlər üzrə sığorta qay­da­ları, habelə sığortaçı ilə sığortalı arasında bağlanılan mü­qavilə ilə müəyyən edilir. Sığorta qaydalarında sı­ğor­ta­nın məqsədi, sığorta obyektləri, sığorta hadisələri, sığorta ödənişi verməkdən imtina səbəbləri, tərəflərin hüquq və və­zifələri müəyyənləşdirilməlidir. Sığorta qaydalarında həm­çinin sığortaçının aktuar hesablamalar əsasında müəy­yən etdiyi tariflər göstərilməlidir. Əgər sığorta qay­da­la­rın­da nəzərdə tutulmuşdursa, sığorta müqaviləsində əlavə şərt­lər də nəzərdə tutula bilər.

2.4. İcbari sığortanı fərqləndirən prinsiplər

İcbari sığortanın növündən, sığorta obyektinin (ob­yekt­lərinin) həcmindən, sığortanın əhatə dairəsindən, sı­ğor­ta haqlarının ödənilməsi mənbəyindən asılı olaraq sı­ğor­taçı dövlət sığorta orqanı, yaxud mülkiyyət və təşkilati-hü­quqi formasında asılı olmayaraq müvafiq sığorta növ­ü­nün aparılmasına icazəsi (xüsusi razılığı) olan bütün sı­ğor­ta şirkətləri müəyyən edilə bilər. İcbari sığortanı aşağıdakı prinsiplər fərqləndirir:
1.  İcbari sığorta qanun vasitəsilə müəyyən olunur.
Bu qanuna müvafiq olaraq sığortaçı müvafiq obyekt­lə­ri sığorta etdirməyə, sığorta etdirən şəxslər isə nəzərdə tu­tulan sığorta tədiyyələrini ödəməyə borcludur. Qanun aşa­ğıdakıları əhatə edir:
-  icbari sığortadan keçəsi obyektlərin siyahısı;
-  məsuliyyət sığortasının miqyası;
-  sığorta təminatının səviyyəsi və yaxud norması;
-  tarif dərəcələrinin müəyyən olunma qaydası və ya­xud tarif dərəcələrinə yerlərdə differensasiya etmə hü­qu­qu­nu verməklə bərabər onların orta ölçüləri;
-  sığorta tədiyyələrinin mütəmadi olaraq ödənil­mə­si;
-  sığortaçı və sığorta etdirən şəxsin əsas hüquq və və­zi­fələri və s.
2.  Qanunda göstərilmiş obyektlərin icbari sığorta ilə tam şəkildə əhatə olunması. Bunun üçün sığorta orqanları hər il bütün ölkə üzrə sığorta olunmuş obyektlərin qey­diy­ya­tını, sığorta tədiyyələrinin hesablanması və müəyyən olun­muş müddətə ödənilməsini həyata keçirirlər.
3.  Qanunda göstərilmiş obyektlərə icbari sığortanın dər­hal şamil edilməsi. Sığorta etdirən şəxs sığorta or­qa­nı­na təsərrüfatda məqbul sığorta obyektinin meydana çıx­ma­sı haqqında xəbər verməməlidir. Təsərrüfat əmlakı dərhal sığorta sahəsinə daxil edilir. Növbəti qeydiyyat zamanı o nə­zərə alınaraq sığorta etdirənə qarşı ödənməsi tələb edi­lən sığorta haqqı təqdim olunacaqdır.
4.  İcbari sığortanın həyata keçirilməsi sığorta tədiy­yə­lə­rinin ödə­nil­məsindən asılı deyildir. Sığorta etdirən şəxs sı­ğorta haqqını ödə­mədiyi təqdirdə bu məbləğ məh­kə­mə yo­lu ilə həmin şəxsdən alınır. Sığorta haqqı ödə­nil­mə­miş, la­kin sığorta olunmuş əmlakın məhvi və ya zə­də­lən­məsi za­ma­nı sığorta ödənişi sığorta tədiyyələri üz­rə borc­­­ların sax­la­nılması ilə ödənilməlidir. Müəyyən olun­muş müddətdə sığorta tədiyyələrinin ödənilməsinə görə pe­nsiya hesablanır.
5.  İcbari sığortanın müddətsizliyi. Qanun sığorta et­di­rən şəxsin sığorta etdirdiyi əmlakdan istifadə etdiyi müd­dət ərzində qüvvədə olur. Yalnız yararsız və köhnə əm­lak sığorta olunmur. Əmlakın digər sığorta etdirən şəx­sə ötürüldüyü zaman sığorta qüvvəsini itirmir. Sığorta yal­nız sığorta olunmuş əmlakın tam məhvi zamanı qüvvəsini itirə bilər.
6.  İcbari sığorta üzrə sığorta təminatının nor­mal­laş­dı­rılması. Sığorta ödənişinin ödənmə qaydasının və sığorta qiymətinin sadələşdirilməsi məqsədilə hər hansı bir ob­yek­tin dəyərindən möh­kəm məbləğlə və ya sığorta qiy­mə­ti­nə görə faizlə sığorta təmina­tının normaları müəy­yən­ləş­di­rilir.
İcbari şəxsi sığorta üzrə həqiqi mənada sığorta tə­mi­na­tının tam şəkildə əhatə olunması, avtomatiklik və nor­mal­laşdırma prinsipləri əsasında təmin olunur. Lakin, o cid­di şəkildə təsdiqlənmiş müd­dətə malik olmalı və ta­ma­milə sığorta haqqının ödənməsindən asılı olmalıdır (mə­sə­lən; sərnişinlərin icbari sığortasında olduğu kimi).

2.5. Sığortanın könüllü növlərinin istinad etdiyi prinsiplər

Respublikamızda aparılan sığortanın icbari növlərinə nis­bətən sığortanın könüllü növləri getdikcə daha geniş in­ki­şaf etməkdədir. Müasir dövrdə sığortanın əsas prinsipial iq­tisadi inkişaf istiqamətləri mərhələsinin başlıca tə­ləb­lə­rin­dən biri bazar iqtisadiyyatı şəraitində sığortaya cəlb olun­ma inhisarçılığa yol verilməməsi və minimum vahid ta­rif dərəcələrinin tətbiq edilməsi, sığortanın ayrı-ayrı növ­ləri üzrə əsas şərtlərinin vahid qaydalarının qəbul edi­lə­rək icra edilməsi, ölkədaxili təkrarsığorta fəaliyyətinin ge­nişləndirilməsi və s. məsələlər təşkil edir. Sığortanın kö­nül­lü növləri (könüllü sığorta) aşağıdakı prinsiplərə is­ti­nad edir:
1. Könüllü sığorta qanun vasitəsilə və könüllü şə­kil­də tətbiq edilir. Qanun könüllü sığortadan keçməyə yararlı olan obyektləri və sığortanın daha ümumi şərtlərini müəy­yən edir. Konkret şərtlər sığortaçı tərəfindən tərtib olunan sığorta qaydaları tərəfindən tənzimlənir.
2. Sığortada könüllü surətdə iştiraketmə sığorta et­di­rən şəxslər üçün xarakterikdir. Əgər sığorta etdirənin ira­dəsini izhar etməsi sığortanın şərtlərinin ziddinə ol­ma­dıq­da sığortaçı obyektin sığortasından imtina etmək hüqu­qu­na malik deyildir. Bu prinsip sığorta müqaviləsinin sığorta et­dirənin birinci tələbi (hətta şifahi) əsasında imza­lan­ma­sı­na zəmanət verir.
3. Könüllü sığorta ilə seçimli əhatə olunma sığorta et­dirən şəxslərin bu prosesdə iştirak etmə arzusunu ifadə et­mələri ilə əlaqədardır. Bütün bunlardan əlavə, sığortanın şərtləri üzrə müqavilələrin imzalanması üçün məh­du­diy­yət­lər mövcuddur.
4. Könüllü sığorta hər zaman sığorta müddəti ilə məhdudlaşdırılır. Bu zaman müddətin əvvəli və sonu xü­su­si olaraq müqavilədə razılaşdırılır. Belə ki, sığorta ödə­nişi və ya məbləği sığorta müddəti ərzində sığorta ha­di­sə­si­nin baş verməsi zamanı ödənilməlidir. Könüllü sı­ğor­ta­nın fasiləsizliyini yalnız yeni müddətə müqavilənin təkrar ola­raq yenidən imzalanması yolu ilə təmin etmək müm­kün­dür.
5. Könüllü sığorta yalnız birdəfəlik və ya dövrü sı­ğorta haqlarının ödənilməsi zamanı həyata keçirilə bilər. Könüllü sığorta müqaviləsinin qüvvəyə minməsi bir­də­fə­lik və ya birinci sığorta haqqının ödənməsi ilə şərt­ləş­di­ril­miş­dir. Uzunmüddətli sığorta üzrə növbəti sığorta haq­qı­nın ödənməməsi müqavilənin qüvvədən düşməsinə səbəb olur.
6. Könüllü sığorta üzrə sığorta təminatı sığorta et­di­rə­nin arzu və istəyindən asılıdır. Əmlak sığortası üzrə sı­ğor­ta etdirən şəxs əmlakın sığorta qiymətinin həddi da­xi­lində sığorta məbləğinin miqdarını təyin edir. Şəxsi sı­ğorta üzrə sığorta məbləği müqavilə üzrə tərəflərin razılığı əsasında müəyyən olunur.


III FƏSİL. SIĞORTA BAZARI VƏ ONUN SOSİAL-İQTİSADİ MƏZMUNU

3.1. Sığorta bazarının mahiyyəti və onun mövcud olması şərtləri

Sığorta bazarı – təkliflərin formalaşdığı və bu tək­liflərə tələbatın yarandığını ifadə edən, alqı-satqı obyekti sığorta müdafiəsi olan pul münasibətlərinin xüsusi sosial-iq­tisadi strukturdur. Sığorta bazarının inkişaf etməsinin ob­yektiv əsasını təsadüfi hadisələrin baş verməsi zamanı zə­rərçəkənlərə pul yardımının göstərilməsi vasitəsilə tək­rar istehsal prosesinin fasiləsizliliyinin təmin olunması təş­kil edir. Sığorta bazarını cəmiyyətin sığorta müda­fiə­si­nin təmin olunması məqsədilə sığorta fondunun for­ma­laş­dı­­rılması və bölüşdürülməsi üzrə maliyyə müna­si­bətl­ə­rinin təşkili forması kimi və eləcə də müvafiq xidmətlərin gös­tərilməsində iştirak edən sığorta təşkilatlarının məc­mu­su kimi də nəzərdən keçirmək olar.
Sığorta bazarının mövcud olmasının mütləq şərtlə­rin­dən biri sığorta xidmətlərinə olan ictimai tələbatın və bu tələbatları təmin edən sığortaçıların çox olmasıdır. U­zun illər ərzində mövcud olmuş inzibati iqtisadiyyatdan sı­ğo­rta bazarına keçid, sığortaçının iqtisadi münasibətlər sis­te­min­də rolu və yerini dəyişmişdir. Sığorta kom­pa­ni­ya­la­rı təsər­rü­fat həyatının tamhüquqlu subyektlərinə çev­ri­lir­lər.
Fəaliyyət göstərən sığorta bazarı müxtəlif struktur his­sələrini özündə cəmləşdirən mürəkkəb və üzvi bir sis­te­mi əhatə edir. Məhz onun mövcudluğu əsasında sığorta fon­dunun istifadəsi prosesi yaranır, bu və ya digər iqtisadi münasibətlər formalaşır, şəxsi, qrup və kollektiv maraqlar isə bir-birinə qarışır.
Beləliklə, sığorta xidmətlərini satan sığortaçılar (sı­ğor­ta şirkətləri) və sığorta müdafiəsinə ehtiyacı olan sı­ğor­ta­lılar (hüquqi və fiziki şəxslər) sığorta bazarında sığorta xidmətlərinin iştirakçılarıdırlar. Bazar münasibətləri şərai­tin­də potensial sığortaçıların maraqları risklərin sığorta olun­masında artır. Bu risqlər muzdlu fəhlələr qarşısında işə götürənlərin və sahibkarların məsuliyyətinin artması ilə, onların sərəncamlarında olan əmlak üzərində hüquq­la­rı­­­nın genişlənməsi ilə, eləcə də iş yerlərinin itirilməsi, müəs­­sisələrin, bankların və s. iflası zamanı maliyyə zə­ma­nət­lərinin təmin olunması ilə əlaqədardır.
Sığorta bazarı elə bir iqtisadi münasibətlər sferasıdır ki, burada alqı-satqı obyekti rolunda sığorta müdafiəsi çı­xış edir və ona tələb və təklif formalaşır. Sığorta ba­za­rın­da spesifik əmtəə kimi bazar münasibətləri şəraitində tərkibi və strukturu daha da genişlənən sığorta xidmətləri çıxış edir­lər.
Onu da qeyd etmək lazımdır ki, sığorta bazarının in­ki­şafında say amili (sığorta şirkətlərinin sayı) elə bir əhə­miy­yət kəsb etmir.
Sığorta bazarının inkişafı iqtisadiyyatın digər sa­hə­lə­ri­nin inkişafı ilə bilavasitə bağlıdır. Təbii ki, istehsal mü­na­sibətlərinin inkişafı sığortaya tələb doğurur və bu tə­lə­bin təmin edilməsi sığorta münasibətlərinin inkişafını tə­min edir.
Sığorta bazarının inkişafında əhalinin gəlirləri də əhə­miyyətə malikdir. Belə ki, əgər əhalinin əldə etdiyi gə­lir onun maddi və sosial tələbatını tam ödəyirsə, əhali özü­nün sosial müdafiəsinə əlavə təminat yaratmaq məqsədilə əm­lakının, yaxud əmlak mənafelərinin sığortalanmasını zə­ruri hesab edəcək və əldə etdiyi gəlirdən sığorta haqqı ödə­məklə sığorta müqaviləsi bağlamağa üstünlük ve­rə­cək­dir.
3.2. Sığorta şirkətləri - sığorta xidmətlərinin həyata keçirilməsinin xüsusi strukturu kimi

Sığorta fondunun fəaliyyətinin tarixən təşəkkül tap­mış ictimai forması olan sığorta şirkəti sığorta mü­qa­vi­lə­lə­­rinin imzalanması və sığorta xidmətlərin həyata ke­çi­rilməsinin xüsusi strukturudur. Sığorta şirkətinə texniki-təş­kilat vahidliliyi və xüsusilik xasdır. Sığorta şirkətinin iq­ti­sadi cəhətdən xüsusi olması, onun ehtiyatlarının tam şə­kildə bir-birindən ayrı-ayrı olmasında və bu ehtiyatların sər­bəst dövriyyəsində özünü büruzə verir. Sığorta şirkəti iqtisadi sistemdə müstəqil olaraq təsərrüfat işlərini aparan sub­yekt kimi fəaliyyət göstərir və istehsal müna­si­bət­lə­ri­nin müəyyən sisteminə uyğun olaraq “qurulur”. İqtisadi cə­hətdən xüsusi olan sığorta şirkətləri digər sığortaçılar ilə mü­nasibətlərini yenidən sığortalama və birgə sığorta üsulu ilə qururlar.
Bazar iqtisadiyyatı vətəndaşların müstəqil seçiminə əsas­­lanır. Prinsip etibarilə hər kəs istənilən qərarı qəbul edə bilər. İnsan şəxsi gəlirini sərbəst şəkildə xərcləyə və müs­­təqil surətdə bu gəlirin müəyyən hissəsini istehlaka, müəy­­yən hissəsini isə yığıma yönəldə bilər. Bundan baş­qa, hər bir şəxsə digər şəxslər ilə müqavilə bağlamaq hü­qu­­quna ma­likdir. Bütün bu amilləri sığorta xidmətinin ge­niş se­çi­mi­ni təklif edən sığorta bazarı mütləq nəzərə al­ma­lı­­dır.
Sığorta bazarı əmtəə təsərrüfatının inkişaf pro­se­sin­dən asılı olaraq formalaşır, onun ayrılmaz hissəsi və əsas ele­menti olur. Bu və ya digər amilin yaranma şərtləri icti­mai əmək bölgüsü və xüsusi əmtəə istehsalçıları olan ayrı-ayrı mülkiyyətçilərin mövcud olmasına əsaslanır. Bu şərt­lə­rin real əlaqəsi bazar münasibətlərinin inkişaf səviy­yə­si­ni müəyyən edir. Sığorta bazarı, bazar münasibətləri sub­yekt­lərinin sərbəstliyini, onların sığorta xidmətinin alış-sa­tı­şı sahəsindəki tamhüquqlu tərəfdaşlığını, şaquli və üfüqi əla­qələrin inkişaf sistemini nəzərdə tutur.

3.3. Sığorta bazarının strukturu

Sığorta bazarının strukturu təsisat (institusional) və əra­zi aspektləri üzrə xarakterizə oluna bilər.
Təsisat aspektində sığorta bazarının strukturu səhm­dar, korporativ, qarşılıqlı və dövlətin sığorta kom­pa­ni­ya­la­rı tərəfindən təqdim olunur. Ərazi aspekt isə regional, da­xi­li (milli) və dünya sığorta bazarına ayrılır. Bazar mü­na­si­bətlərinin inkişafı etməsi ictimai-iqtisadi tərəqqi yo­lun­da­kı ərazi sərhədlərini aradan qaldırır, inteqrasiya pro­se­si­ni gücləndirir, milli sığorta bazarının dünya bazarına in­teq­­rasiya olmasına şərait yaradır. Buna nümunə olaraq AŞ-sının üzv ölkələrinin yaratdıqları ümumi Avropa sı­ğor­ta bazarını göstərmək olar.
Sığorta xidmətlərinə tələbat və təklifin miqyasına gö­­rə isə sığorta bazarını daxili, xarici və beynəlxalq sı­ğor­ta bazarına ayırmaq olar. Konkret sığortaçılar tərəfindən tə­­­­min olunan sığorta xidmətlərinə bilavasitə tələbatı olan yer­­li bazarı daxili sığorta bazarı adlandırırlar.
Daxili bazarın sərhədlərindən kənarda yerləşən və regionun sərhədləri xaricində bir-bir ilə əlaqədar olan sı­ğor­ta kompaniyalarından asılı olan bazarı xarici sığorta ba­zarı adlandırırlar. Dünya sığorta bazarı dedikdə isə dün­ya təsərrüfatı miqyasında sığorta xidmətləri üzrə tək­lif­lər və onlara olan tələbat başa düşülür. Sahə xü­su­siy­yə­ti­nə görə isə bazarı şəxsi sığorta və əmlak sığortası ba­za­rı­na bölürlər. Bu bazarlardan hər birini isə xüsusi seq­ment­lə­rə ayırmaq olar.
Sığorta bazarı eyni zamanda mürəkkəb və çoxamilli di­­namik sistemə malikdir. Sistem dedikdə, bir-biri ilə mün­­­təzəm olaraq qarşılıqlı şəkildə fəaliyyət göstərən və bir-birindən qarşılıqlı surətdə asılı olan ayrı-ayrı tərkib his­sələrinin tam vəhdət qrupunu təşkil etməsi başa dü­şü­lür. Sığorta xidmətinin bazar sistemində tərkib elementləri qru­puna aşağıdakılar daxildir: sığorta məhsulları, tariflər sis­temi, sığortaçıların müştərilər ilə qarşılıqlı fəaliyyətinin ifa­də edən infrastruktur və s. Bu sistem əhatəsində olduğu mü­hit ilə qarşılıqlı şəkildə fəaliyyət göstərir. Qarşılıqlı fəa­liyyət mühitin sistemə olan təsirini, sistemin isə mühit ilə qarşılıqlı fəaliyyətini xarakterizə edən xarici əlaqələr va­­sitəsilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, burada sis­temin və mühitin bir birindən ayrılması ümumi bazar sis­temindəki konkret bazarın məqsədli funksiyası və yerini də­qiqliklə müəyyən etməyə imkan verən şərti metodoloji üsul­dur.
Sığorta bazarı iki sistemin-daxili sistem və xarici mühitin dialektik vəhdətini təşkil edir. Onlar bir-biri ilə qarşılıqlı şəkildə fəaliyyət göstərir və bir-birinə qarşılıqlı su­rətdə təsir edirlər. Daxili sistem və ya xarici mühit sı­ğor­taçının idarəetmə təsiri göstərdiyi elementlərdən və elə­­cə də sığortaçı tərəfindən idarə olunmayan element­lər­dən ibarətdir. Bu zaman xarici mühit daxili sistemi əhatə edir və onu məhdudlaşdırır.

3.4.  Sığorta bazarında  fəaliyyət göstərən peşəkar iştirakçılar

Sığorta bazarının peşəkar iştirakçılarının tərkibinə sa­tıcılar, alıcılar, vasitəçilər və eləcə də onların as­so­sia­si­ya­ları daxil olurlar. Satıcı kateqoriyası sığorta və təkrarsığorta ilə məşğul olan kompaniyalardan ibarətdir. Alıcılar isə bu və ya digər satıcı ilə sığorta müqaviləsini bağlayan edən fiziki və ya hüquqi şəxslər – sığorta etdirən şəxs­lər­dir. Alıcı və satıcılar arasındakı vasitəçilər isə sığorta mü­qa­viləsinin imzalanmasına yardım edən sığorta agentləri və sığorta brokerlərindən təşkil olunur.
Sığorta bazarında təqdim olunan spesifik əmtəə isə sı­ğorta xidmətidir. Onun istehlak dəyərini isə sığorta ödə­ni­şi formasına malik olan sığorta müdafiəsinin təmin olun­ma­sı təşkil edir. Sığorta xidmətinin qiyməti sığorta tarifi ilə ifadə olunur. O təklif və tələbatların müqayisə edilməsi za­manı rəqabətə uyğun olaraq formalaşır. Qiymətin aşağı həd­di, daxil olmuş sığorta tədiyyələrinin sığorta ödə­niş­lə­ri­nə bərabərlilik prinsipi ilə müəyyən olunur. Qiymətin yuxarı həddi isə sığortaçının tələbatına uyğun olaraq təyin edilir. Sığorta xidmətinin qiyməti həddindən artıq yüksək olduqda, sığortaçı rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətə düşür və müştərisini itirir. Konkret sığortaçının xid­mətinin qiyməti, onun sığorta çantasının həcmi və struk­turundan, investisiya fəaliyyətinin keyfiyyətindən, ida­rəetmə xərclərinin miqdarı və gözlənilən gəlirdən bir­başa asılıdır.
Sığorta xidməti müqavilə (könüllü sığorta) və ya qa­nu­na (icbari sığorta) əsasən təqdim olunur. Başqa sözlə de­sək, sığorta müdafiəsinin təqdim edilməsi ictimai ma­rağa uyğun olduqda, sığorta məcburi xüsusiyyətə malik olur. Sığorta xidmətinin alışı və satışı sığorta mü­qa­vi­lə­sinin imzalanması ilə rəsmiləşdirilir və sığorta edən şəxsə bu müqaviləni təsdiq edən sığorta şəhadətnaməsi (polis) təq­dim olunur; Sığorta etdirənlərin istifadə etdiyi sığorta növlərinin məcmusu sığorta bazarının çeşidi adlanır.

3.5.  Sığorta bazarında  risklərin idarə edilməsi və təsnifatı

Sığorta iqtisadi ictimai münasibətlər sistemi kimi risk kateqoriyası ilə əlaqədardır. Lakin hər bir risk sığor­ta­ya qəbul edilə bilməz. Cəmiyyətin təsərrüfatına, sosial hə­ya­tına, insanın iqtisadi və şəxsi həyatına məxsus risklərin çox­luğu, həmin risklərin mənfi təsirinin nəticəsi olaraq müm­kün olan zərərlərin gözlənilməsi ilə əlaqədar qeyri-müəy­yənlik elementi daşıyır. Bununla birlikdə sahibkarlıq fəa­liyyətinin həyata keçirilməsində, müxtəlif növ ticarət, in­vestisiya sazişlərinin yerinə yetirilməsində hətta daxilən müəyyən kommersiya riski mümkündür. Belə ki, riskli qiy­mətli kağızların müəyyən növlərinə investisiya qo­yulması həmin kağızların sahibinə zərərlə başa gələ bilər, la­kin istisna edilmir ki, bu cür investisiyalar həm də xeyli mən­fəət gətirə bilər.
Risklərin müxtəlif xüsusiyyətləri – ehtimal, dağı­dı­cı­lıq, mənfəətin və ya zərərin qazanılması mümkünlüyü, ya­yıl­ma dərəcəsi, əmələgəlmə mənbəyi, həmçinin risklərin mən­fi təsiri nəticəsində itkilərin aşağı salınması qay­da­la­rı­nı risk menecmenti və ya risklərin idarə edilməsi elmi öy­rə­nir. Risk – bu hazırda və ya gələcəkdə arzu edilməyən, ya da daha az arzu edilən nəticənin potensial ehtimalıdır. Risk nəzəriyyəsinin obyekti müxtəlif tipli risklərin – de­moq­rafik və riyazi risklərdən maliyyə risklərinə qədər – bu dərslikdə biz iqtisadi, maliyyə nəticələrinə malik olan risk­lərin tiplərini nəzərdən keçirəcəyik.
   Tərəflərin iradəsindən asılı olmayan, qeyri-müəy­yən hadisə olub, tez-tez təhlükə törədən və zərərlərə səbəb olan və ona görə də sığortaya maraq yaradan hadisəni adi risk adlandırırlar.
Riskin eyniləşdirilməsi əsasında risklərin müxtəlif təs­nifatını aşağıdakı kimi ayırmaq olar:
- təbii hadisələrlə (fırtına, zəlzələ, daşqın və s.) şər­t­ləş­dirilmiş;
- texnogen və məişət mühiti ilə əlaqədar;
- sahibkarlıq, maliyyə fəaliyyəti ilə əlaqədar;
- üçüncü şəxslərə vurulmuş zərər üçün mülki mə­su­liy­yətlə əlaqədar;
- siyasi risklər.
Göstərilən təsnifat kifayət qədər struktur­lan­ma­mış­dır. Məsələn, siyasi risklər mütləq sahibkarlıq risklərinin his­səsi kimi, üçüncü şəxslərə vurulmuş zərər üçün mülki mə­suliyyətlə əlaqədar risklər isə sənayenin müəyyən sa­hə­sin­dəki texnoloji dövrün xüsusiyyətləri ilə əlaqədar olan zə­rər risklərinin bilavasitə baş vermə səbəbi ilə əla­qə­dar­dır. Risklərin hər şeyi əhatə edən təsnifat quruluşunun çə­tin­liyini risklərin əmələgəlmə mahiyyətinin müxtəlifliyi ilə, onların qarşılıqlı təsirinin müddəti ilə, riskin özünə və onun nəticələrinə təsir etməklə idarəetmə subyektinin im­kan­ları ilə və s. ilə izah etmək olar.
Amillərin çoxluğu müxtəlif təsnifatlaşdırma əla­mət­lə­rinə əsaslandırılmış risklərin təsnifatının qurulmasını tə­ləb edir. Risk menecmenti məqsədləri üçün riskləri onların xas­sə əlamətlərinə görə bölüşdürmək zəruridir: xalis və təc­rübəyə əsaslanmayanlar. Xalis risklər yalnız zərərlərin baş verməsi ilə nəticələnə bilər, idarəetmə subyekti nöq­te­yi-nəzərindən bu cür risklərin iki nəticəsi ola bilər: zərərin baş verməsi və ya onun olmaması, lakin riskin baş ver­mə­si­nin nəticəsi kimi gəlirin alınmaması.
Təcrübəyə əsaslandırılmayan risklər dedikdə isə on­la­rın baş verməsi ilə həm mənfəətin alınmasını, həm də zərərin vurulmasına səbəb olması başa düşülür: Bu cür risklərin klassik nümunəsinə – kazinoda oyun misal ola bilər. Təcrübəyə əsaslandırılmayan risklər bir qayda ola­raq, risk menecmenti subyektinin qərarı ilə əlaqədardır və ona görə də obyektiv xüsusiyyət deyil, subyektiv xü­su­siy­yət daşıyır. Bu xeyli çətinliklərə səbəb olur, çox vaxt isə risklərin baş verməsinin obyektiv ehtimalının öl­çül­mə­si­nin qeyri-mümkün olmasına səbəb olur ki, bu da təc­rü­bə­yə əsaslandırılmayan risklərin idarəetmə üsullarının yı­ğı­nı­nı təyin edir.
Xalis risklərin iki cür təzahür forması ola bilər: zə­rər­lərin vurulması və ya zərərlərin olmaması. Risk me­nec­men­tinin subyekti xalis risklərdən hər hansı bir mənfəəti gözl­əyə bilməz və onların baş verməsi risk menecmenti sub­yektinin arzusundan asılı deyildir. Bu cür risklərə yan­ğın­lar, təbii fəlakətlər, partlayışlar və onlara oxşar və on­lar­la əlaqədə olan risklər aid edilir.
Risklərin xalis və təcrübəyə əsaslandırılmayan risk­lə­rə ayrılması sığorta üçün mühüm əhəmiyyət kəsb edir, be­lə ki, bir çox sığorta növlərində müqavilə xalis risklərin baş verməsi halından bağlanılır.
Risk menecmenti subyekti üçün riskləri əmələgəlmə mən­bələrinə görə xarici və daxili risklərə ayırmaq olar. Da­xili risklər risk menecmenti obyektinin təşkilati-funk­sio­nal strukturu ilə əlaqədardır: daxili istehsalat-təsərrüfat əla­qələrlə, istehsalın tipi ilə, istehsal və maliyyə axın­la­rı­nın strukturu ilə, obyektin işçi heyətinin miqdarı və başqa fərdi xüsusiyyətləri ilə.
Daxili risklərə münasibətdə fəal idarəetmə təd­bir­lə­ri­nin qəbul edilməsinin imkanları böyükdür, həm də risk me­necmenti subyektinin idarəetmə obyektinin vəziyyətinə və risklərin strukturuna subyektiv təsir etmə dərəcəsi də böyükdür. Misal üçün, qeyri-profil aktivlərin satışı onların qeyri-professional idarə edilməsi nəticəsində zərər risk­lə­ri­ni xeyli aşağı salır və ya satılmış məhsulun bir valyuta ilə hesablamalarının həyata keçirilməsi valyuta risklərini də xeyli aşağı salır. Əksinə olaraq, xarici risklər təbii, risk menecmenti subyektinin fəaliyyət göstərdiyi texnoloji və siyasi mühiti daxil etməklə iqtisadi təsirlə əlaqədardır.
Yayılma dərəcəsinə görə riskləri əsas və təsadüfi risk­lərə ayırmaq olar. Əsas risklər dedikdə elə risklər başa dü­şülür ki, onların meydana çıxması hər hansı bir sub­yek­tin İradəsindən asılı deyildir, hər şeydən əvvəl onlar ob­yek­tiv xüsusiyyət daşıyır. Bu cür risklərin baş verməsinin nə­ticəsi risk menecmentin bütün subyektlərinin mə­na­fe­yi­nə toxunur. Onlar (risklər) son dərəcə sıxışdırıcıdır və on­la­rın aradan qaldırılması xeyli iqtisadi və maliyyə xərcləri tə­ləb edir. Bu cür risklərin idarə edilməsi üçün istifadə edilə bilən alətlərin siyahısı zərərçəkənləri mənfi nəticə­lər­lə əhatə etdiyindən, məhz, son dərəcə məhduddur. Kifayət qədər tez-tez bu cür risklərə təbii fəlakətləri–qasırğaları, daşqınları aid edirlər. Lakin eyni zamanda bu cür risklərə siyasi riskləri də aid edirlər. Siyasi risklər dedikdə, geniş mənada siyasi quruluşun dəyişdirilməsi riskləri, sosial çax­naşmalar və ixtişaşlar, müharibələr və onlarla əlaqədar olan nəticələr başa düşülür. Təsadüfi risklər əsas risklərlə zid­diyyət təşkil edir, həm əmələgəlmə xassəsində, həm də bu cür risklərin nəticələrinə meylli olmağında kifayət qədər müəyyən yerdən (hüduddan) kənara çıxmır.
Əsas və təsadüfi riskləri bir-birindən ayıran səlis hüdudları çəkmək olduqca mürəkkəbdir. Lakin əsas meyar kimi riskin təbiəti deyil, risk menecmenti subyektlərinin ris­kə meyilliyini hesab etmək olar. Məsələn, yanğın ayrı-ay­rılıqda götürülmüş ev sahibinin ev əmlakının zədə­lən­mə­sinə və ya tam məhv olmasına, eyni zamanda meşə yan­ğını böyük ərazidə meşələrin yanıb kül olmasına, yüz­lər­lə xüsusi mülklərin məhv olmasına və bir çox insanların ölü­münə səbəb ola bilər.
Risklərin idarə edilməsi alətlərinin də seçilməsinə bu cür dəqiq yanaşmaq lazımdır. Əsas risklərə münasibətdə «həmin risklərin nəticələrinə görə bütün cəmiyyətin mə­su­liy­yət daşıması» ilə razılaşmaq olmaz, risk menecmenti aləti kimi sığorta isə tətbiq edilməyəndir. Təbii fə­la­kət­lə­rin baş verməsi halından sığorta kifayət qədər yayılmışdır. Lakin sığortaçı və təkrarsığortaçı riskə nəzarət etməyə ma­raq­lıdırlar və maksimum sığorta məbləğləri və sığorta mü­qavilələrinin miqdarı ilə mümkün olan müdafiəni məh­dud­laşdırırlar. Bu cür sığorta risklərinin örtülməsi üçün fond ba­zarlarının kapitallarını cəlb etmək imkanı verən təbii fə­la­kətlərin baş verməsi halında sığorta öhdə­lik­lə­ri­nin böl­mə­lərə bölüşdürülməsi geniş yayılmaqdadır. Siyasi risk­lə­rə və onların idarə edilməsi üsullarına münasibətdə də yu­xa­rıda göstərilən doğrudur. Nəticədə risk menec­men­ti sub­yek­tinin riskin idarə edilməsi alətinin seçilməsində sı­ğor­ta, fond və başqa bazarların təqdim etdiyi iqtisadi və ma­liy­yə imkanları məhduddur, bu məqsədlər üçün olan mə­s­rəf­ləri isə risk menecmenti subyektinin özü ödəyir.
Risklərin əmələgəlmə miqdarları və tezliklərinə görə onları 4 qrupa ayırmaq olar:
- müntəzəm kiçik zərərlər – bu cür zərərlər tez-tez qa­baqcadan xəbər veriləndir və risk menecmenti subyekti üçün ciddi təhlükə yaratmır;
- müntəzəm böyük zərərlər – risk idarəetməsi sub­yek­tinin mövcud olması üçün ciddi təhlükə yaradır. Böyük zərərlərin müntəzəm təkrar olması risk idarəetməsi sub­yektinin «yaşamasını» şübhədə qoyur, əgər bu cür zə­rər­lər təbii fəlakətlərin və ya qəzaların baş verməsinin eh­ti­malı nöqteyi-nəzərindən az güman edilən həmin ha­di­sə­lə­rin nəticəsi hesab edilmirsə, təsərrüfat və ya peşəkar fəa­liy­yət prinsiplərinin tənqidi cəhətdən yenidən də­yi­ş­di­ril­mə­sini tələb edir;
- bir dəfə baş vermiş böyük zərərlər – risk me­nec­men­tinin subyekti üçün ciddi sınaq ola bilər. Bu cür risk­lə­rin idarə edilməsi barədə qərarlar az ehtimal olduğundan çox vaxt qəbul edilmir və ya əsla qəbul edilmir;
- bir dəfə baş vermiş kiçik zərərlər – onların idarə edil­məsi nöqteyi-nəzərindən zərərlərin daha asan tipidir. Bu cür zərərlər risk menecmentinin subyekti tərəfindən ciddi idarəetmə qərarlarını tələb etmir. Risklərin nəticə­lə­rinin tip üzrə statistik bölüşdürülməsinin daha tipiki qa­nu­na­uğyunluğu – yüksək ehtimalı (və ya tezliyi) olan zə­rər­lər üçün nisbətən bir o qədər də böyük olmayan zərər miq­dar­larının xarakterik olması hesab edilir. Risklərin ey­ni­ləş­dirmə aləti kimi aşağıdakılardan istifadə edilə bilər: risk me­necmenti subyektinin fiziki cəhətdən yoxlanılması, yox­lama vərəqləri, proseslərin sxemləri, səbəb-istintaq dia­qrammaları, təşkilati mexanizmin modeli, risk in­di­ka­tor­ları, maliyyə nəticələrinin təhlili və başqa üsullar. Son nə­ticədə risklərin eyniləşdirilməsi vəzifəsi risk menec­men­ti subyektinin fəaliyyətinə məxsus olan risklərin mak­si­mum tam aşkar edilməsi və ayrı-ayrılıqda götürülmüş şir­kətin risklərinin konkret təsnifatının qurulması məq­sə­di­ni daşıyır.
Risklərin təhlil edilməsi və ya qiymətləndirilməsi mər­hələsində risk menecmentin başlıca vəzifəsi aşkar edil­miş risklərin baş verməsi nəticələrinin ölçülməsidir. Risk­lə­rin eyniləşdirilməsi və qiymətləndirilməsi bir tə­rəf­dən risk­lərin mənbələrini (səbəblərini) və təzahür etməsini xa­rak­terizə edən risk menecmenti subyektinin fəaliyyəti ilə əla­qədar olan risklərin matrisasını, digər tərəfdən isə risk­lə­rin nəticəsini (zərərini) tərtib etməyə imkan verir. Ey­ni­ləş­dirmə mərhələsində müəyyən edilmiş risk tərəfindən təh­lükədə qoyulan risk menecmenti obyektinin aşkar edil­məsi və tam uçotunun aparılması daha vacib hesab edilir.
Riskin qiymətləndirilməsi mərhələsində riskin miq­da­ri və keyfiyyət təhlilinin müxtəlif üsullarından isti­fa­də edilir. Bu məqsədlər üçün tez-tez riskin hərəkətinin riyazi və statistik modelləri, riskin baş verməsi nəticəsində bu və ya digər fəlakətlərin nəticələrinin ssenarisinin və ehti­ma­lı­­nın qiymətləndirilməsi tətbiq edilir. Məsələn, bəzi Avropa ölkələrində səhiyyənin inkişaf etməsi və həyat səviy­yə­si­nin yüksəlməsi yaşama müddətinin xeyli artmasına səbəb ol­muşdur. Digər tərəfdən də, eyni zamanda bu pro­ses­lə əla­qədar doğum sayı azalır. Demoqrafik pro­ses­lərin po­ten­sial dinamikasını təhlil etmək əsasında qu­rul­muş mo­dellər ba­şa düşməyə imkan vermişdir ki, dövlət pensiya tə­mi­n­a­tı­nın müasir sistemi yaxın illərdə pensiyaya çıx­dıq­dan sonra ömürlük ödənilməli dövlət pensiyasının ödənişi üzrə öhdəliklər yerinə yetirildikdə ciddi çətinliklərlə toq­qu­şa bilər. Bu pensiya təminatı sisteminin dəyişdirilməsini tə­ləb edir, yəni dövlət pensiya təminatı sisteminin birdən da­yan­masının qarşısının alınmasının müxtəlif qaydalarını da­xil edir: pensiya yaşının yüksəldilməsi, pensiyaların ödənilməsində dövlətin iştirak etməsinin azaldılması və bu məq­sədlər üçün vergiyə cəlbetmənin güzəştli vəsaitlərini tət­biq etdikdə işverənlərin və işləyənlərin özlərinin və­sa­it­lə­rinin daha çox cəlb edilməsi, dövlət pensiya sisteminə ödə­nilməli icbari tədiyyələrin miqdarının artırılması və baş­qa əməliyyatlar.
Başqa nümunə – zəlzələləri müşahidə etməklə seys­mik nöqteyi-nəzərindən torpaq səthinin daha təhlükəli zo­na­­larını aşkar etməyə, Rixter şkalası üzrə müxtəlif güclü zəl­zələlərin baş verdiyi bu ərazilər üçün həmin zəlzə­lə­lə­rin nəticələrinin dağıdıcılıq modelini qurmaq im­ka­nı ya­ran­mışdır. Bu cür modelləşdirmədən daşqınların, fır­tı­na­ların və başqa təbii fəlakətlərin proq­noz­laş­dı­rıl­masında istifadə edilir.

3.6. Makroiqtisadi səviyyədə risklərin idarə edilməsi

Risk idarəetməsi dedikdə risklərin aşkar edilməsi, təh­lili və onlara iqtisadi cəhətdən nəzarət etməklə əlaqədar olan idarəetmə prosesi başa düşülür. Risklər mal, iş və xid­mət istehsalçılarının aktivlərinə və gəlirlərinə təhlükə ya­rada bilər. Daha ümumi mənada bu düzgün və qısaca ifa­dəetmə doğurur və fiziki şəxslərə məxsus iqtisadi mə­na­­felərə şamil edilə bilər. Risk idarəetməsi sistemində risk­lərin idarə edilməsini dörd əsas mərhələyə ayırırlar:
- risklərin eyniləşdirilməsi və ya müəyyən edilməsi;
- riskin baş verməsi ilə onun potensial nəticələrinin qiymətləndirilməsi;
- riskin özünün idarə edilməsi, yəni riskin baş ver­mə­si nəticələrinin optimallaşdırılmasına imkan verən müəy­yən üsulların seçilməsi;
- risklərin idarə edilməsi və onlara nəzarət etmə.
Risklərin idarə edilməsinin birinci mərhələsi – risk idarəetməsi subyektinin fəaliyyətinə və ya mövcud olma­sı­na məxsus olan risklərin əmələ gəlməsinin dəqiq­ləş­di­ril­mə­sini və təsnifatını nəzərdə tutur. Bu cür subyekt kimi dövlət, təsərrüfat subyekti (xüsusi sahibkar və hüquqi şəxs) və nəhayət, insan çıxış edə bilər. Görünür ki, risk me­necmenti subyektinin xüsusiyyətlərini nəzərə almaqla, risk­lərin yığını və onların xüsusiyyətləri eyni ola bilməz.
Dövlət idarəetməsi vəzifəsinin genişliyi, vətən­daş­la­rın sosial təminatının səviyyəsinin təmin edilməsi zə­ru­ri­li­yi, nəhayət, iri həcmli təbii fəlakətlərin qarşısının alın­ması üçün vəsaitlərə olan təcili tələbatın yüksək ehtimalını bu cür risklərin idarə edilməsi üsullarının seçilməsi ilə müəy­yən edirlər. İqtisadiyyatın müxtəlif sahələrində fəa­liy­yət gös­tərən sahibkarlar da beləcə dəqiq olaraq iqtisadi fəa­liy­yət göstərdiyi sahənin xüsusiyyətlərini, əsas və­sa­it­lə­rin tər­kibini və texniki vəziyyətini əks etdirən risklərin fər­di tər­kibini, istehsal dövrünün xüsusiyyətlərini, istehlak edi­­lən xammalın tərkibini və coğrafiyasını, istehsal ob­yekt­lə­ri­nin coğrafi yerləşməsini, valyuta sazişlərini, mal sa­tan­la­rın və alıcıların tərkibini, onların kredit tarixini və s. diq­qət­lə qəbul etməlidir.
Vətəndaşların gəlirlərində və əmlak vəziyyət­lə­rin­də­ki fərq, müxtəlif peşə sahiblərinə məxsus risklərin xüsu­siy­­yətləri, ailələrin tərkibi və başqa amillər ayrı-ayrılıqda gö­­tü­rülmüş hər bir şəxsə və ya kollektiv üzvünə müna­si­bət­­də risk menecmentinin fərdiləşdirilməsi zə­ruriliyini müəy­yən edirlər. Geniş mənada risk idarəetməsinin ob­yek­­ti məfhumu idarə subyektinin fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin kompleksi kimi başa düşülür. Əmlak mənafeləri kompleksi idarə subyektinin aktivlərini və öhdəliyin, maliyyə orqanlarını və maliyyə nəticələrini xa­rakterizə edə bilər. Ümumiyyətlə, risk menecmentin ob­yek­ti kimi əmlak mənafelərini aşağıdakı qayda ilə təs­nif­ləş­dirmək olar:
- təsərrüfatçılıq subyektlərinin əsas və dövriyyə vəsa­itlərinin, ev əmlakının və fərdi mülkün, idarə subyek­ti­­nin mülkiyyətində olan qeyri – material aktivlərinin daxil edil­diyi əmlak hüquqlarına və əmlaka sahib olmaqla, on­la­ra sərəncam verməklə və onlardan istifadə etməklə əla­qə­dar olan əmlak mənafeləri. Özünün əmlakından başqa, bu an­layışa istehsalatdan və başqa fəaliyyətdən gözlənilən gə­lir­ləri də daxil edirlər. Məsələn, anbarda baş vermiş yan­ğın nəticəsində əsas və dövriyyə fondlarının, malların məhv ol­ma­sından başqa təsərrüfat fəaliyyətinin subyekti nor­mal istehsal prosesinin dayanması ilə əlaqədar xeyli zə­rərlərə məruz qala bilər. Onlara məhsulun təchiz edil­məsi üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nə­ticəsində bazar payının itirilməsi, alınmış kreditlərin ödə­nilməsi üçün mən­bələrin olmaması, icbari vergilərin və digər tədiy­y­ə­lə­rin ödənilməsi zəruriliyi ilə əlaqədar büd­cə və sosial sığorta orqanları qarşısında öhdəliklər və s.;
- əmlak və əmlak hüquqlarına sahib olmaqla, onlara sə­rəncam verməklə və onlardan istifadə etməklə əlaqədar olan hüquqi öhdəliklərin və müqavilə öhdəliklərinin ye­ri­nə yetirilməməsi, ya da müəyyən hərəkətlər etmə və ya fəa­liyyətsizlik (hüquqşünaslıqda bu cür öhdəliyi delikt ad­lan­dırırlar) nəticəsində üçüncü şəxslərin əmlak məna­fe­lə­ri­nə vurulan ziyan nəticəsində əmələ gələn əmlak məna­fe­lər­i. Avtonəqliyyat vasitəsinin sahibi üçün bu cür öhdə­lik­lər yol-nəqliyyat hadisəsinə səbəb olan günahkar və ya eh­ti­yatsız hərəkətlərdən əmələ gələ bilər ki, yol-nəqliyyat ha­disəsi nəticəsində də başqa şəxsə məxsus olan nəqliyyat va­sitəsi və ya əmlak zədələnmişdir, ya da başqa şəxslərə zə­də vurulmuş və ya həmin şəxslər ölmüşdür;
- fiziki şəxslərin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə əlaqədar olan əmlak mənafeləri. Bu cür əmlak mənafeləri vətəndaşların özlərinə məxsusdur və zə­dələnmə və ya xəstəlik nəticəsində peşə fəaliyyətini hə­ya­ta keçirmək qabiliyyətini itirməklə əlaqədar ola bilər. Həmin zədələnmə və xəstəlik həm zərərçəkənin özü üçün, həm də ailə üzvləri üçün başqa pul mənbələrinin olmasını tələb edir və ya ailə başçısının ölməsi ilə əlaqədar mənəvi iztirabdan başqa iş qabiliyyəti olmayan ailə üzvlərinin və himayədə olanların maliyyə vəziyyətlərinin pisləşməsinə səbəb olar. Eyni zamanda bu cür əmlak mənafeləri başqa risk menecmentinin subyektində də əmələ gələ bilər: döv­lət və təsərrüfatçılığın xüsusi subyektləri. Konstitusiyaya əsa­sən dövlət xoşagəlməz hadisələr baş verdikdə və­tən­daş­ların əmlak mənafelərini onların həyatını və sağ­lam­lı­ğı­nı təmin etməyə borcludur, bu eyni zamanda istehsal pro­sesində məşğul olan fəhlə və qulluqçular üçün də əda­lət­lidir.



3.7. Mikroiqtisadi səviyyədə risklərin idarə edilməsi

Risklərin inkişaf etməsinin statistik qanuna­uy­ğun­luq­larını və onlarla əlaqədar zərərlərin aşkar edilməsi – ris­kin təşkil edilməsinin əsas elementlərindən biridir. Bu cür qanunauyğunluqları qurmaq üçün bir sıra illər ərzində sta­tistik müşahidələrin aparılması zəruridir. Bu riskin nor­mal bölüşdürülməsi və ondan kənarlaşma funk­si­ya­la­rı­nı qur­mağa imkan verir. Sığorta üzrə əməliyyatlar aparıl­dıq­da sığorta tariflərinin hesablanılması bazasına bu cür funk­si­yalar qoyulmuşdur. Statistik müşahidələrin aparıldığı dövrü – sığortada tarif dövrü adlandırırlar. Müşahidə etmə dövrü nə qədər uzunmüddətli və risk amilinin, onlarla əla­qə­də olan zərərlərin uçotu nə qədər tam olarsa, sığorta mü­qa­vilələrinin bağlanılmasında istifadə edilən sığorta ta­rif­ləri də bir o qədər əsaslandırılmış olur. Zərərlərin inkişaf et­məsinin təhlili, həmçinin sığortaçılar üçün mühüm olan gös­təriciləri baş vermiş, lakin bildirilməmiş zərərlər eh­ti­ya­tını, zərərlilik dəyişmələri ehtiyatını və qəzalar ehti­ya­tı­nı proqnozlaşdırmağa imkan verir. Eyni zamanda statistik mü­şahidələrin spektri kifayət qədər geniş olmalıdır ki, bö­yük ədədlərin yerləşdirilməsi qanunlarından və risklərin, zə­rərlərin bölüşdürülməsi funksiyalarının qurulması üçün eh­timallar nəzəriyyəsindən istifadə edilməsi mümkün ol­sun. Risk və zərərlərin inkişaf etməsinin statistik qa­nu­na­uy­­ğunluqlarının aşkar edilməsinin qeyri-mümkünlüyü risk­­lərin idarə edilməsi məqsədi üçün kifayət qədər tez-tez sı­­ğortadan istifadə edilməsinin qeyri-mümkünlüyünə sə­bəb olur. Məsələn, bir çox sığorta cəmiyyətləri SPİD kimi ye­ni xəstəliyin statistika cəhətdən əsaslandırılmış ehti­ma­lı­nın olmaması səbəbindən həmin xəstəliklə xəstələnmə hallarından sığortanın aparılmasından imtina edir.
Bəzi hallarda ehtimallar nəzəriyyəsi yeni ərazidə və ya digər tədqiqat subyekti üçün tədqiq edilən yeni risk­lə­rin, ya da məlum olan risklərin kifayət qədər statistiki, ya­xud dəqiq müşahidələri olmadıqda zərərlərin alınmış funk­si­yalarının analogiyası üzrə modelləşdirməyə və tət­bi­q­et­mə­yə yol verir. Məlumdur ki, sığorta tariflərinin hesab­la­nıl­ması bazasına sığorta dövrü ərzində həmin ərazidə baş ve­rən və müəyyən risklər tərəfindən vurulan zərərlərin göz­lənilən kəmiyyəti ilə sığorta tarifləri miqdarı arasında ek­vivalentlik qoyulmuşdur. Bu müddəadan bir neçə nəticə ya­ranır:
- statistik müşahidələr əsasında alınan nəticələr doğ­ru­dur və yalnız tədqiq edilən ərazidə (və ya risklərin se­çil­mə­sində) istifadə edilə bilər;
- gələcəkdə hesablamaların əsaslandırılması yalnız il­­kin hesablama bazasına qoyulmuş həmin tarif dövrü üçün yoxlanıla bilər.
Risk və zərərlərin faktiki bölüşdürülməsinin hesab­la­ma göstəricilərindən kənarlaşma ehtimalı da böyükdür, belə ki, təhlil edilən obyektlərin xüsusiyyətləri də dəyişə bi­lər. Mütəxəssislərin qiymətləndirmələrinə görə 1992-ci il­də baş vermiş Endryu qasırğası ABŞ-da 15,0 mlrd. ABŞ dol­ları məbləğində zərər vurmuşdur ki, bu da müasir də­yər­lə 6 dəfə çoxdur. Yalnız bu nümunə risk menecmentin hə­yata keçirildiyi obyektlərə münasibətdə risklərə tərəf me­yilliliyin dəyişməsinin cari monitorinqinin zəruri ol­ma­sı­nı göstərir.
Riskin qiymətləndirilməsinin mühüm elementi – ris­kin baş verməsi nəticəsində vurulmuş maksimum müm­kün olan zərərin proqnozlaşdırılmasıdır. Bu cür anlayışın tət­biq edilməsi riskin idarə edilməsi ilə əlaqədar olan mə­s­rəf­ləri optimallaşdırmağa imkan verir. Riskin baş verməsi nə­ticəsindən obyektin zədələnməsinin maksimum dərə­cə­si­ni müəyyən edən maksimum mümkün olan zərər fər­ziy­yə­si əmlak sığortasında əmələ gəlmişdir. Qarşısıalınma təd­birlərinin sistemi mövcud olduqda riskin baş verməsi nə­ticəsində bütün obyekt deyil, ehtimal edilir ki, onun müəy­yən hissəsi məhv ola bilər. Maksimum mümkün olan zə­rərin qiymətləndirilməsi üçün obyektin planından is­ti­fa­də edilir, yanğın təhlükəsizliyi sistemi, yanğının başqa bi­na­lara keçməsinin qarşısını alan təcridetmə və yayılmama sis­temləri öyrənilir, istehsalatda binalar və qurğular ti­kil­dik­də istifadə edilən materialların yanması və başqa amil­lər təh­lil edilir. Bu cür yanaşmanın ümumi səmərəliliyi ilə fak­ti­ki zərərin hesablanılmış maksimum mümkün olan zə­rər­dən yüksək ola biləcəyini qeyd edək. Belə ki, Nyu-Yorkdakı ticarət mərkəzini (11.09.2001-ci ildə baş vermiş ter­ror əməliyyatı) sığorta etdikdə sığorta müqaviləsi bağ­la­nar­kən bu binalardan birinin sığortalanmadığı aşkar edil­miş­dir, belə ki, maksimum mümkün olan zərərin qiy­mət­lən­dirilməsi iki binanın eyni zamanda konstruktiv məhv ol­masının qeyri-mümkünlüyü fərziyyəsi əsasında qu­rul­muş­du.
Beləliklə, risk idarəetməsi prosesində riskin və zə­rər­lə­rin hesablanılmasının təhlil edilməsi prosesi – risk­lə­rin hə­rəkətinin və onların vurduqları zərərlərin riyazi qiy­mət­lən­dirilməsinə və modelləşdirilməsinə əsaslan­dı­rıl­mış mü­rək­kəb prosesdir. Risk idarəetməsinin birinci iki mər­hə­lə­si: risklərin eyniləşdirilməsi və təhlili risk me­nec­men­ti sub­yektinə riskin idarə edilməsi üsulları barədə stra­te­ji qə­rar­ların qəbul edilməsi üçün zəruri olan məlumatı almağa im­kan verir. Ənənəvi olaraq aşağıda göstərilən risklərin ida­rə edilməsinin əsas üsullarını ayırırlar:
- zərərlərin və onların miqdarının azaldılmasına yö­nəl­dilmiş risklərə nəzarət edilməsi;
- mümkün olan zərərlərlə əlaqədar olan fəaliyyətin da­yandırılması və ya aktivlərə sahib olmaq yolu ilə risk­dən ­imtina etmək. Sahibkar nəqliyyat vasitəsinin satın alın­­­­ma­sından imtina edə bilər və icarəyə götürülmüş av­to­mo­­bildən istifadə etməklə əmlakın oğurlanması riskindən qaç­­maq imkanı əldə edir;
- istehlakçıların həyatına və sağlamlığına, ətrafdakı təbii mühitə zərərin vurulması ilə əlaqədar potensial zə­rər­lərdən qaçmaq məqsədi ilə müəssisə kimyəvi aktiv mad­də­lər istehsalını dayandıra bilər;
- aktivlərin və riskə məruz qalan başqa obyektlərin fəaliyyətinin difersifikasiyası. Binaların bir-birindən xeyli məsafədə aralı yerləşməsi yanğın nəticəsində onların eyni zamanda məhv olmasını azaltmağa imkan verir. Disklərdə sax­lanılan məlumatların müntəzəm olaraq surətinin çı­xa­rıl­ması və onların bir-birindən ayrı yanmayan binalarda sax­lanılması məlumat fayllarının məhv olmasının və iti­ril­məsi riskini azaldır. Qiymətli şeylərin bir-birilə bağlı ol­ma­yan qruplar və müxtəlif daşıyıcılar tərəfindən da­şın­ma­sı əmlakın məhv olması riskini azaldır. Yüksək menecer və­zifələrində çalışan şəxslərin korporativ siyasəti hüd­ud­la­rın­da eyni vaxtda uçmasını qadağan edən şirkətdə əsas şəxs­lərin eyni vaxtda da itirilməsi riskini xeyli aşağı salır;
- qarşısıalınma tədbirlərinin həyata keçirilməsi. Qar­şı­sı alınma tədbirlərinin klassik nümunələrinə hər yer­də yan­ğınsöndürənlərin quraşdırılmasını, yanmayan material­lar­dan hazırlanmış mebeldən istifadə edilməsini, mümkün olan risklərin nəticələrinin azaldılmasına yönəldilmiş di­gər buna oxşar tədbirlərin və sprinklerlərin məcburi qay­da­da yerləşdirilməsi tədbirlərini daxil etməklə yanğına qar­şı tədbirlərin həyata keçirilməsi aid edilir. Sprinklerin qu­raşdırılması ilə sığorta hadisəsi baş verdikdə məsrəflərin azal­dılması problemi həll olunmur;
- potensial zərərlərin risk idarəetməsi xüsusi və­sa­it­lə­ri hesabına örtülməsini fərz edən riskin tutulması;
- məqsədli ehtiyatların və fondların yaradılması. Bu cür ehtiyatlar həm pul, həm də natural formada yaradıla bi­lər.
Əgər qanunvericiliklə başqa hallar nəzərdə tutul­ma­mış­dırsa, onda mənfəət vergiyə cəlb edildikdən sonra eh­ti­yat­ların yaradılması məqsədlərinə vəsaitlər yönəldilə bi­li­nər. Adətən bu cür fondların məqsədli xüsusiyyəti–zə­rər­lərin örtülməsi halında–onlar yaradıldıqda göstərilmir, bir qay­da olaraq, yaradılmış fondların və ehtiyatların «sığor­ta» xüsusiyyəti əlverişsiz hadisələr (hadisələr) baş ver­dik­də aydınlaşır. Bundan başqa, mühasibat balansında yara­dı­lan fondlar və ehtiyatlar tez satıla bilən və ya çətin satıla bi­lən aktivlərlə təqdim olunmuşdur ki, bu da sığorta ha­di­sə­ləri baş verdikdə əmələ gəlmiş məsrəflərin aradan qal­dı­rıl­ması üçün zəruri olan pul vəsaitlərinin alınmasına görə tez satıla bilmir.
Özünü sığorta etdirmə. Mütəxəssislər hesab edirlər ki, risk idarəetməsi subyektinin tez-tez təkrarlanan, öz miq­darına görə çox böyük olmayan zərərlərin baş verməsi ha­lında özünü sığorta etdirmədən istifadə etmək məq­sə­də­uy­ğundur ki, bu da potensial zərərlərin və onların nə­ti­cə­lə­ri­nin ehtimalını müəyyən etməyə imkan verir. Bu risklər öz təbiətinə və mümkün olan nəticələrinə görə eyni cür ol­ma­lıdırlar. Özü sığorta etdirmənin də həmçinin öz qiy­mət­lə­ri vardır. Məsələn, özünü sığorta etdirmə məqsədləri üçün binanın dəyərinə ekvivalent olan 1,0 mln. dolları eh­ti­yatda yığmışdır, bu onu göstərir ki, vəsait təsərrüfat döv­riy­yəsindən çıxarılmışdır və bu cür sığorta etdirmənin qiy­mə­ti il ərzində bankın müddətli depozitində yer­ləş­di­ril­dik­də alınmış minimum normal gəlirlilik göstəricisinə mü­va­fiq olacaqdır. Özünü sığorta etdirmənin tətbiq edilməsi məh­duddur, belə ki, o, risk menecmenti subyektinin nor­mal təsərrüfat dövriyyə vəsaitlərindən xüsusi fondlara ayır­ma ilə əlaqədardır. Potensial zərərin miqdarı nə qədər çox olarsa, bu cür ayırma da bir o qədər çox olmalıdır. Özü­nü sığorta etdirmənin zəruriliyi iki əsas səbəblə izah edi­lə bilər:
Sığortadan başqa, digər qaydalarla sığorta müda­fiə­si­nin təşkil edilməsinin təmin edilməsinin qeyri-müm­kün­lü­yü və ya risklərin vurulmuş zərərin əvəzini ödəyəbilmə xü­su­siyyəti ilə. Misal üçün, sığorta hadisəsinin baş ver­mə­si ehtimalını hesablamaq qeyri-mümkün olan risklərə mü­na­sibətdə və bölüşdürülməsi normal risklərdən fərqlənən risk­lər. Məqsədli fondların və ehtiyatların yaradılmasını və özünü sığorta etdirməni riskin tutulmasının müstəqil forması kimi ayıraraq biz onlara risk menecmenti sub­yek­ti­nin normal pul və ya təsərrüfat dövriyyəsindən və­sait­lə­rin ayrılması məqsədləri əlamətinə görə həddlər qoyuruq. İkinci halda, məhz «sığorta etmə» məqsədləri müəy­yə­n­edici, birinci halda isə sığorta zərərlərinin örtülməsində vəsaitlərdən istifadə edilməsi zərərin mövcud olmasından və sığorta hadisəsinin baş verməsi tarixinə yaradılmış ehtiyatların qalıqlarından asılıdır. Lakin müxtəlif məq­səd­lər üçün ehtiyatların yaradılmasına çox vaxt qanun­ve­ri­ci­lik­lə icazə verilmir. O cümlədən, Rusiya qanunvericiliyi ver­giyə cəlbetmədə və mühasibat uçotunda «özünü sığorta et­dirmə» məqsədləri üçün məqsədli ehtiyatlar yaratmağa im­kan vermir.
Keptiv sığorta. Keptiv sığortanın mahiyyəti müs­təs­na olaraq təsərrüfat təşkilatının həmin qrupuna məxsus olan risklərin idarə edilməsi üçün maliyyə-sənaye qrupu hüdud­larında törəmə şirkətlərin təsis edilməsini nəzərdə tut­duğundan riskin verilməsini deyil, riskin tutulması for­ması kimi keptiv sığortanı ayırırıq. Bir qayda olaraq, kep­tiv sığortaçılar əlverişli vergi qanunvericiliyi olan ölkə­lər­də (Bermud, Qibraltar, Men adası, Kipr və Offşor zona adlandırılan bir sıra başqa ölkələr və ərazilər) təsis edilir ki, ümumilikdə şirkətlər qrupu üçün risk menecmenti ilə əla­­qədar olan məsrəflərə əlavə olaraq qənaət etməyə im­kan verir.
   Dünyada keptiv sığorta şirkətlərinin miqdarı 1000-dən çoxdur. Kifayət qədər tez-tez müəyyən risklərin (mə­sə­lən, aviasiya) sığortası üzrə ixtisaslaşan keptiv sığ­o­r­ta­çı­lar qarşılıqlı təkrarsığorta və biznesin birlikdə aparılması məq­sədləri üçün pullarda birləşirlər. Keptiv sığortaçıların is­tifadə etdikləri potensial üstünlüklər aşağıda göstərilən amil­lərlə əlaqədar ola bilər: vergi üstün­lük­ləri; tək­rar­sı­ğo­r­ta­ya qənaət; keptiv sığortaçını təsis edən şirkətlər tə­rə­fin­dən qrupda maliyyə axınlarına yaxşı nə­zarət etmə; po­ten­sial mənfəət. Bununla birlikdə risk me­nec­mentin bu for­ma­larının göstərilən nöqsanları da bun­lardır: keptiv sı­ğor­ta­çının təsis edilməsi və onun fəa­liy­yətinin ma­liy­yə­ləş­di­ril­məsi ilə əlaqədar olan ilkin yüksək məsrəflər; vergi qa­nunvericiliyinin mümkün əl­ve­riş­li ol­mayan də­yi­şik­lik­lə­ri; xeyli miqdarda tək­rar­sı­ğor­ta­ya zə­ru­rilik; maliyyə-sə­na­ye qrupunun əsas biznesinə məx­sus olan potensial risk­lə­rin və təhlükələrin qiy­mət­lən­di­ril­mə­mə­si.
Riskin daşınmasında iştirak etmə. Bir çox sığorta növ­lərində riskin daşınmasında sığorta subyektinin iştirak et­məsi yalnız arzu edilən olmayıb, lakin sığortanın şərt­lə­ri­nə görə bir çox sığorta şirkətlərində məcburidir. Risk­də iş­tirak etmənin şərti və şərtsiz franşiza formaları ola bilər. Əgər franşiza əvvəlki illərdə şəxsi əmlak, avto­nəq­liyyat sığortalarında, dəniz sığortasında istifadə edi­lir­di­sə, son illərdə maraqlanan sığortalının riskdə iştirak etməsinin bu for­ması sənaye sığortası formalarında, o cümlədən sığorta hadisəsi üzrə aqreqat franşiza formasında tibbi sığorta, kredit sığortası müqavilələrində və başqa növlərdə istifadə edilir. Sığorta müqaviləsinə əlavə olaraq riskin daşın­ma­sın­da iştirak etmə sığorta müqaviləsinin qiymətini xeyli aşağı sa­lır, risklərə və sığorta edilmiş sığorta obyektlərinin və­ziy­yətinə nəzarət etməkdə idarəetmə subyektinin maraqlı ol­masını artırır. Sığorta risk – menecment subyektindən risk­lərin və onunla əlaqədar olan zərərlərin bu məqsədlər üçün xüsusi olaraq yaradılmış başqa şəxsə – təşkilata ve­ril­məsini təklif edir. Hüquqi nöqteyi nəzərdən «riskin bu cür verilməsi» müqavilə və ya qanununun göstərişi əsa­sın­da həyata keçirilə bilər. Lakin sığorta o halda mümkündür ki, riskin verilməsi bunda maraqlı olan bir çox şəxslər tə­rə­findən həyata keçirilsin. Böyük ədədlər qanunlarının və eh­timal nəzəriyyəsinin tələblərinə əsasla­nan bu şərt onu bil­dirir ki, ayrı-ayrılıqda götürülmüş sığor­ta isti­rak­çı­la­rın­da (risk menecment subyektlərində) baş ver­miş zərərlər bü­tün sığorta iştirakçıları tərəfindən ödə­nil­miş sığorta mü­ka­fatları hesabına örtülməlidir. Bu me­xa­nizm bütün mə­lum olan sığortalar üçün ümumidir. Digər tərəf­dən sığor­ta­nın konkret təşkil olunması bir çox hal­lar­da risk menec­men­ti subyektinin iradəsindən (qəra­rın­dan), sığortanın hə­ya­ta keçirildiyi risklərin miq­ya­sından və fəlakətliliyindən asılıdır. Sığortanın ümumi əlamətləri aşağıdakılardır:
- riskin başqa şəxsə verilməsi;
- risklərin qəbul edilməsinə görə sığorta haqlarının ödənilməsini nəzərdə tutan əvəz ödəmə;
- zərərlərin statistik cəhətdən ehtimal edilən bö­lüş­dü­rülməsinə tabe olan risklərin məhdud və oxşar siyahısı;
- zərərlər yalnız sığortada iştirak edən və yalnız sı­ğor­ta edilmiş əmlak mənafelərinə münasibətdə sub­yekt­lə­rə ödənilir;
- sığorta etmək məqsədləri üçün yaradılmış ixtis­as­laş­dırılmış təşkilatın mövcud olması.
Sığorta iqtisadi fəaliyyətin xüsusi növü kimi sığorta edi­lmiş əmlak mənafelərinə zərər vurulduqda sığorta ödə­niş­lərinin həyata keçirilməsini, sığorta haqlarının alın­ma­sını və sığorta ehtiyatlarının yaradılmasını təmin edən ixti­sas­laşdırılmış təşkilatlar (sığortaçılar) tərəfindən sığorta işti­rakçıları (sığortalılar) arasında əmlak mənafelərinə vu­rul­muş zərər riskinin yenidən bölüşdürülməsi ilə əla­qə­dar­dır. Sığortalılar arasında risklərin yenidən bölüşdürülməsi de­dikdə sığortalılardan hər birinin əmlak mənafelərinə vu­rul­muş zərərin potensial riskinin hamıya «paylanması» və bir nəticə kimi sığortalılardan hər biri faktiki baş vermiş zə­rərin əvəzinin ödənilməsində iştirakçıya çevrilən xüsusi pro­ses kimi başa düşülür. Bu cür yenidən bölüşdürmə yal­nız risklərin – təsadüfi hadisələrə münasibətdə müm­kün­dür. Təsadüfi hadisələrin baş verməsi vətəndaşların həyat və sağlamlığına ziyanın vurulmasına və ya onların, sahib­kar­ların əmlakına, əmlak mənafelərinə zərərin vurul­ma­sına səbəb olur. Onlar üçün hadisələrin baş verməsinin eyni zamanda təsadüfiliyi və ehtimallılığı xarakterikdir.
Bu cür münasibətlərdə əsas an – yenidən bölüşdürmə prosesinin təşkilini təmin edən sığortaçının sığorta haqqını (sı­ğorta mükafatını) ödəməsidir. Ancaq bu onu bil­dir­mə­mə­lidir ki, toplanmış sığorta haqları çatışmadıqda sı­ğor­ta­çı təsərrüfat subyektindən əmələ gələn zərərin əvə­zi­nin ödə­nilməsindən azaddır. Məhz, bu şərait əlavə riski – sa­hib­karlıq riskini sığortaya təklif edir. Məhz ona görə də bir çox ölkələrin qanunvericiliyində kifayət qədər böyük ka­pi­ta­la sahib olan ixtisaslaşdırılmış təşkilatlar tərəfindən sı­ğor­tanın aparılmasının məcburi şərti müəyyən edilmişdir.
Açıq kredit xətlərindən istifadə edilməsi və ya açıq bank təminatlarının mövcud olması baş vermiş zərərlərin ör­­tülməsi üçün zəruri olan əlavə vəsaitlərin alınmasını xey­li asanlaşdıra bilər. Kredit ehtiyatları məhdud ola bilər, kre­ditlərdən istifadə edilmə dövrü də kredit müqaviləsinin müd­dəti ilə məhdudlaşdırılır ki, bu da ümumilikdə kredit vəsaitlərindən zərərlərin örtülməsi məqsədlərinə istifadə olun­ma səmərəliliyini aşağı salır. Kreditdən istifadə edil­mə­nin qiyməti risklərin idarə edilməsinin bu üsulunu is­ti­fa­də etdikdə nəzərə alınmalıdır.
Bununla birlikdə kreditdən istifadə etməyə görə bu cür məsrəflərin və faizlərin tam miqdarda işlərin və xid­mət­lərin maya dəyərinə aid etmə imkanı son nəticədə müəy­yən riskləri idarə etmənin bu formasını başqalarına nis­­bətən daha cəlb edəndir – məsələn, özünü sığorta et­dir­mə və ya mənfəətdən xüsusi fondların yaradılması. Gün­də­­­lik əməliyyatlarda riskə yol verməmək üçün müddətli sa­­­zişlərin və opsionların bağlanılmasını təklif edir. Mə­sə­lən, neft çıxaran və ya emal edən müəssisə üçün neft və neft məhsullarına olan qiymətlərin dəyişməsi ilə ya plan­laş­dırılmamış mənfəətin alınması, ya da gözlənilməz zə­rər­lərin yaranmasına səbəb ola bilər. Əgər istehsalçı mü­qa­vilənin qüvvədə olduğu bütün müddət ərzində qiyməti qeyd edərək müəyyən edilmiş müddətə saziş bağlayırsa, on­da bu, neft emal edən müəssisənin fəaliyyətində məlum olan müəyyənliyi və proqnozlaş­dırmanı aparmağa imkan verər. Aydındır ki, bu zaman istehsalçı neftə olan dünya qiymətlərinin gözlənilmədən yüksəlməsi halında əlavə gə­lir­lər ala bilmir. Ona görə də risk menecmenti sub­yek­ti­nin biz­nesin təşkilində və ya gözlənilməz nəticələrin (həm müs­bət, həm də mənfi) alınmasında mümkün olan sa­bit­li­yin daxil edilməsini seçməlidir.
Risklərin idarə edilməsinin yuxarıda göstərilən üsul­la­rı bir-birini inkar etmir. Bundan başqa, risklərin idarə edil­məsi nə qədər balanslaşdırılmış və müxtəlif olarsa, on­da onların nəticələrinin tətbiq edilməsi də bir o qədər qa­baq­cadan xəbər verilən və səmərəli olar.
Risk – menecmentin son mərhələsi – risklərə nəzarət et­mədir. Məhz bu mərhələdə şirkətin bütün bölmə və funk­siyalarında risklərin idarə edilməsi üsulları barədə qə­bul edilən qərarların tətbiq edilməsi təmin edilir. Risklərin ida­rə edilməsi ilə əlaqədar olan konkret əməliyyatların mo­nitorinqi bu əməliyyatların dəyərinə nəzarət etmək nə­ti­cələri barədə rəhbərliyə məlumatların vaxtında ha­zır­lanması və əməli təcrübə əsasında qərarların qəbul edil­mə­sin­də dəyişikliklərin edilməsi zəruriliyi imkanını verir.

IV FƏSİL. SIĞORTA FƏALİYYƏTİNİN TƏŞKİLATI VƏ HÜQUQİ ƏSASLARI

4.1. Sığortaçıların fəaliyyətinin əsas mahiyyəti və məzmunu

Sığortaçıların fəaliyyətinin əsas mahiyyəti sığor­ta­lı­la­rın əmlakı və əmlak mənafeləri ilə bağlı zərərlərin, o cüm­lədən onların həyat və sağlamlığına vurulan zərərlərin ödə­nilməsindən, habelə üçüncü şəxslərin əmlakına və əmlak mənafelərinə vurulan zərərlərlə əlaqədar sığor­ta­lı­la­ra qarşı onların irəli sürdükləri iddiaların təmin edil­mə­sin­dən ibarətdir.
Sığortaçılar sığortanı fiziki və hüquqi şəxslərlə bağ­la­dıqları sığorta müqavilələri əsasında həyata keçirirlər. Sığorta müqaviləsinə görə sığortaçı şərtləşdirilmiş məb­ləğ­də sığorta haqqı qəbul etməklə sığortalının əmlakına, səhhətinə, həyatına vurula bilən zərərlərin ödənilməsini, ya­­xud üçüncü şəxslərin əmlakına və əmlak mənafelərinə vura biləcəyi zərərlə əlaqədar ona qarşı irəli sürülə bilən id­dialar üzrə tələbin müqavilədə nəzərdə tutulmuş sığorta məb­ləğləri həddindən təmin edilməsini öhdəsinə götürür. 
Sığorta şirkəti vətəndaşların və əmtəə istehsalçı­la­rı­nın iqtisadi maraqlarının qorunmasını təmin edən vasitə­lər­dən biri kimi çıxış edir. Ölkədə bazar iqtisadiyyatının tə­şək­kül tapması və inkişafı bu aspektdən sığortaçıların fəa­­liyyətini daha da zəruri edir. Elmin və texnikanın sü­rət­lə inkişaf etməsi iqtisadiyyata və ümumiyyətlə cə­miy­yətə nai­liyyətlər bəxş etsə də zərərsiz ötüşmür. Bu zərərlər özü­nü hər bir sferada – istehsalatda, məişətdə, təbiətdə və s. büruzə verir. Baş vermiş zərərlərin ödənilməsi problemi ta­rixən mövcud olmuşdur və sığortaya bu problemin həll edil­məsi istiqamətində aparılan təhqiqatların məhsulu kimi ba­xılmalıdır. 
Sığorta müqaviləsi bağlanarkən sığortaçı müvafiq sı­ğor­ta növü üzrə sığorta qaydalarını sığortalıya təqdim et­mə­lidir. Belə ki, sığortalı müqaviləyə əsasən hansı hə­rə­kət­ləri etməli olduğunu, hansı hallarda sığortaçının ona sı­ğor­ta ödənişi verməkdən imtina edəcəyini bilməlidir. Sı­ğor­talıların, sığortaçıların və sığorta bazarının digər pe­şə­kar iştirakçılarının (sığorta brokerləri, agentləri, eksp­ert­lə­ri, produktorlar və aktuarilər), habelə dövlətin hüquq və mənafelərinin qorunması sığorta qanunvericiliyinə əməl edil­məsi məqsədilə sığortaya nəzarət orqanı tərəfindən hə­ya­ta keçirilir. Sığorta nəzarəti orqanının hüquq və və­zi­fə­lə­ri «Sığorta fəaliyyəti haqqında» AR Qanunu ilə müəy­yən edil­miş­dir.
Həyat sığortası müqaviləsinə görə sığortaçı müqavilə ilə şərtləşdirilmiş və sığortalının ödədiyi sığorta haqqı mü­qa­bilində öhdəsinə götürür ki, sığortalının özünün və ya mü­qavilədə adı çəkilmiş başqa şəxsin müəyyən yaşa çat­dı­ğı, öldüyü və ya sağlamlığına zərər dəydiyi və ya onun hə­ya­tında müqavilədə nəzərdə tutulmuş ayrı sığorta ha­di­sə­si­nin baş verdiyi təqdirdə müqavilə ilə şərtləşdirilmiş sı­ğor­ta məbləğini bir dəfəyə və ya vaxtaşırı ödəyəcəkdir.
Həyat sığortası müqaviləsinin bağlanması üçün sı­ğor­taçı üçün vacib olan əsas şərtlərdən biri ondan ibarətdir ki, əgər sığorta müqaviləsi hər hansı şəxs tərəfindən başqa şəx­sin sığortalanması məqsədilə bağlanarsa, bu halda sı­ğor­ta olunan və ya onun nümayəndəsinin sığortaçıya rəs­mi razılıq təqdim etməsi tələb olunur.
Həyat sığortası uzun müddətə (5, 10, 15, 20 il) müd­də­tində bağlanır. Həyat sığortası müqaviləsinə görə, əgər sı­ğortalı müqavilənin başa çatdığı tarixə sağ qalmışdırsa onun ödədiyi sığorta haqları sığortaçı tərəfindən ona geri qay­tarılır. Əgər müqavilənin qüvvədə olduğu müddətdə sı­ğor­talının sağlamlığına zərər dəymiş, yaxud ölmüşdürsə, bu halda müqavilədə şərtləşdirilmiş sığorta məbləği sığor­ta­çı tərəfindən sığortalıya, yaxud onun varisinə ödənilir.
Həyat sığortasının aparılması üçün ən vacib şərt­lər­dən biri ölkədə qiymətli kağızların dövriyyəsini təmin edən aktiv fond birjasının fəaliyyət göstərməsidir. Sı­ğor­ta­lı sığorta hadisəsinin baş verdiyi təqdirdə sığortaçıdan (müəy­yən yaşa çatması, səhhətinə zərər vurulması, ölümü və s.) sığorta məbləğini almaq təminatı almalıdır. Həyat sı­ğortası müqavilələri, qeyd edildiyi kimi uzun müddətə bağ­lanılır və bu müddətdə yaranmış inflyasiya sığortalıya belə təminatın verilməsinə maneçilik törədə bilər. Məhz bu baxımdan sığorta şirkəti fəaliyyətini riyazi hesab­la­ma­lar əsasında elə qurmalıdır ki, sığorta müqavilələri üzrə qə­bul etdiyi öhdəlikləri müqavilə ilə müəyyən olunmuş şərt­lər çərçivəsində həyata keçirmək iqtidarında olsun.

4.2. Sığorta şirkətlərinin təşkilati-hüquqi formaları

Sığorta şirkəti yalnız sığorta və təkrarsığorta fəaliy­yə­tini həyata keçirmək məqsədilə hüquqi şəxs olaraq ya­ra­dı­lır və sığorta şirkətinin bank, istehsal və ticarət fəaliyyəti ilə məşğul olması qadağandır. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, 1980-cı ilin sonlarından baş­la­ya­raq Azərbaycanda da özəl sığorta şirkətləri yaranmağa baş­­ladı və həmin dövrdə qanunvericilikdə məhdudiyyətlər nə­­zərdə tutulmadığından bəzi sığorta şirkətləri ticarətin da­­ha gəlirli sahə olması ilə əlaqədar sığorta şirkətləri sı­ğor­ta fəaliyyəti ilə yanaşı öz fəaliyyətlərini daha çox bu sa­hə üzərində qu­rur­dular. Belə halların qarşısının alınması üçün sığor­ta­çının yal­nız sığorta fəaliyyəti ilə məşğul ol­ma­sına dair qa­nun­vericilikdə nəzərdə tutulan müddəa öl­kə­də sığorta işinin in­ki­şafı üçün mühüm əhəmiyyət kəsb edir.
Sığorta şirkətlərinə ilk növbədə əsas məqsədi mən­fə­ət götürməkdən ibarət olan kommersiya hüquqi şəx­si kimi ba­xılmalıdır. Təbii ki, bazar iqtisadiyyatı şəraitində hər han­sı fəaliyyət növünü həyata keçirmək üçün təsərrüfat sub­yekti gəlir əldə etmək məqsədilə yaradılır. Onun fəa­liy­yətinin mahiyyəti isə ikinci plana çəkilir.
Sığorta şirkəti hüquqi şəxs olaraq qanunla müəyyən­ləş­dirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yara­dılmış elə bir qurumdur ki, mülkiyyətindən ayrı əm­la­kı, o cümlədən təsisçiləri tərəfindən ödənilmiş nizamnamə kapi­talı vardır, öz öhdəlikləri üçün bu əmlakla cava­b­deh­dir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə id­diaçı və ya cavabdeh olmaq hüququna malikdir və müs­tə­qil balansı vardır. Siyasi partiyalar, ictimai birliklər fond­­lar (qeyri-kommersiya təşkilatları) istisna edilməklə, bir və ya bir neçə hüquqi şəxs, bilavasitə sığorta fəaliy­yə­ti­ni həyata keçirmək üçün qanunvericilikdə nəzərdə tu­tu­lan bütün təşkilati hüquqi formalarda sığortaçını təsis edə bilərlər.
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri məh­dud məsuliyyətli və səhmdar cəmiyyətləri formasında ya­radılmışdır. Sığorta şirkəti məhdud məsuliyyətli cəmiy­yət formasında bir və ya bir neçə hüquqi və ya hüquqi şəxs tərəfindən təsis edilə bilər. Məhdud məsuliyyətli cə­miy­yət formasında yaradılmış sığorta şirkətinin nizam­na­mə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş qaydada pay­lara bölünür, iştirakçıları onun öhdəlikləri üzrə məsu­liy­yət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoy­duqları mayaların dəyəri həddindən risk daşıyırlar.
Sığorta şirkəti açıq, yaxud qapalı səhmdar cəmiyyəti təşkilati-hüquqi formada bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxs tərəfindən təsis edilə bilər. Səhmdar cə­miy­yəti formasında yaradılmış sığorta şirkətində iştirak­çı­lar (səhm­dar­lar) şirkətin öhdəlikləri üçün cavab­deh deyil­dir­lər və şir­kətin fəaliyyəti ilə bağlı zərərə görə onlara mən­­sub səhmlərin dəyəri həddində risk daşıyırlar. Açıq  səhm­dar  cə­miyyəti formasında yara­dıl­mış sığorta şir­kə­tin­­də iş­ti­rak­­çılar (səhmdarlar) onlara mən­sub səhm­lə­ri  di­­gər səhm­dar­ların razılığı olmadan öz­gəninləşdirə bi­lir­­­lər. Qapalı səhm­dar cəmiyyəti for­ma­sında yara­dıl­mış sı­ğorta şirkə­ti­nin səhm­­­darları isə sir­kə­tin onlara mən­sub olan səhm­lə­ri­ni sər­bəst öz­gə­nin­ki­ləş­dirmək hüququna ma­­lik deyillər. Səhm­lər ilk növbədə şirkətin səhm­dar­la­rı­na  səs  çoxluğu ilə başqa şəxslərə  sa­tıla  bilər. 

4.3. Sığortalıların hüquq və vəzifələri

Sığorta münasibətlərinin digər subyekti sığortaçı ilə sı­­ğorta müqaviləsi bağlayan fiziki və hüquqi şəxslərdir. Hər bir vətəndaş, müəssisə, idarə və ya təşkilat sığortaçı ilə sığorta müqaviləsi bağlamaqla özünün əmlak və əmlak mə­nafelərinin müdafiəsinə təminat almaq hüququna ma­lik­dir.
Sığorta müqaviləsinə görə sığortalı sığortaçının müəy­yən etdiyi tarif dərəcəsinə və şərtləşdirilmiş sığorta məb­­ləğindən asılı olaraq, sığortaçının göstərdiyi sığorta xid­­mətinə görə ona sığorta haqqı ödəyir. Sığorta müqa­vi­lə­­sində sığortalının bir sıra hüquq və vəzifələri nəzərdə tu­tu­­lur.
Sığortalının müqavilə ilə müəyyən olunmuş vəzi­fə­lə­ri tam və ya qismən yerinə yetirməməsi sığortalının zə­rə­ri­nə hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, bu vəzifələr sı­ğortaçının mənafeyi ilə bilavasitə əlaqədar olduğundan bun­ların sığortalı tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsi sı­ğortada vacib sayılan şərtlərdəndir. Bu vəzifələrdən hər han­sı birinin yerinə yetirilməməsi sığortaçıya müqavilə bağ­lamaqdan imtina etməyə, sığorta müqaviləsini ləğv et­mə­yə və ya sığorta ödənişini verməkdən tam və ya qismən im­tina etməsinə hüquq qazandırır.
Nəzərə almaq lazımdır ki, sığorta hadisəsi ilə bağlı sı­ğortaçının verdiyi sığorta ödənişinin məbləği sığortalının ödə­diyi sığorta haqqından dəfələrlə çox ola bilər və bu­nun­la əlaqədar sığortaçı özünün maliyyə sabitliyinin qo­run­ması, ödəmə qabiliyyətinin təmin edilməsi üçün onun üçün vacib olan hallar barədə sığortalıdan məlumat almaq, müəy­yən hərəkətləri yerinə yetirməyi tələb etmək hü­qu­qu­na malikdir. Sığorta müqaviləsində sığortalının başqa və­zi­fələri də nəzərdə tutula bilər.
Sığortalının öz vəzifələrini yerinə yetirməməsinin hüquqi nəticələri mülki qanunvericiliklə müəyyən­ləş­di­ri­lir. Sığortalının, mülki hüquq subyekti olmaqla, sığortaçı ilə bağladığı sığorta müqaviləsi üzrə mülki qanun­ve­ri­ci­lik­lə müəyyən olunmuş hüquqları da meydana çıxır. Sığor­ta­lı, sığorta müqaviləsinə əsasən sığortaçıdan ona vurulmuş zə­rə­rin əvəzini tələb etmək, şərtləşdirilmiş məbləğdə sı­ğor­ta ödənişini sığortaçıdan almaq, sığortaçı öz öh­də­lik­lə­ri­ni lazımınca yerinə yetirmədikdə müqaviləyə vaxtından əvvəl xitam verilməsini tələb etmək, sığorta ödənişi ver­mək­­dən imtina edildikdə, zərər məbləği düzgün müəy­yən­ləşdirilmədikdə, sığortaçının təqsiri nəticəsində hüquq və mə­nafelərinə xələl gəldikdə sığortaçıya qarşı məhkəmədə id­dia qaldırmaq və s. hüquqlara malikdir.
4.4. Respublikada icbari sığortanın aparılması zəruriliyi

Əhalinin sosial müdafiəsinə əlavə təminatların yara­dıl­ması, baş vermiş təbii fəlakət, bədbəxt hadisə, qəza nə­ti­cəsində vətəndaşların səhhətinə, fiziki və hüquqi şəxs­lə­rin əmlakına, habelə ətraf mühitə vurulan zərərlərin ödə­nil­məsinin təmin edilməsi üçün konkret bir sahədə çalışan iş­çilərin fərdi qəza üzrə, yaxud konkret bir sahənin əmlakı sı­ğortaya mütləq qaydada cəlb edilə bilər. Belə sığortalar qanunvericiliyə uyğun olaraq müvafiq icbari sığorta qa­nun­ları əsasında həyata keçirilir. İcbari sığortanın şərt­lə­ri və aparılması qaydası, daha doğrusu sığortalıların və sı­ğor­taçının müəyyən edilməsi, hansı hadisələrin sığorta ha­di­səsi hesab olunması, sığorta məbləği və sığorta haqları (tarifləri), sığorta ödənişi verməkdən imtina əsasları, sı­ğor­tanın həyata keçirilməsi üçün zəruri hesab olunan digər şər­t­lər həmin icbari sığortanı tənzimləyən qanunla müəy­yən edilir. İcbari sığorta, əgər qanunvericilikdə başqa hal nə­zərdə tutulmamışdırsa, müvafiq qanunla müəyyən olun­muş şərtlər və qaydalar çərçivəsində həyata keçirilməlidir. İc­bari sığorta qanunu ilə həmçinin sığortanın həyata ke­çi­rə­cək sığortaçı müəyyən edilməlidir.
İcbari sığortanın növündən, sığorta obyektinin (ob­yek­tlərinin) həcmindən, sığortanın əhatə dairəsindən, sı­ğor­ta haqlarının ödənilməsi mənbəyindən asılı olaraq sığor­taçı dövlət sığorta orqanı, yaxud mülkiyyət və təş­ki­lati-hüquqi formasında asılı olmayaraq müvafiq sığorta nö­vü­nün aparılmasına icazəsi (xüsusi razılığı) olan bütün sı­ğor­ta şirkətləri müəyyən edilə bilər.
Sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulan icbari sığortanın aparılması, büdcə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadənin təmin edilməsi məqsədilə qanunla dövlət sığorta orqanına həvalə edilə bilər. Qeyd etmək yerinə düşərdi ki, respub­li­ka­da icbari formada həyata keçirilən səkkiz sığorta növün­dən beşi Azərbaycan Respublikası Dövlət Sığorta Kom­mer­siya Şirkətinə həvalə edilmişdir. Könüllü sığortanın apa­rılması qaydası və şərtləri sığortaçının təsdiq etdiyi müəy­yən növlər üzrə sığorta qaydaları, habelə sığortaçı ilə sı­ğor­talı arasında bağlanılan müqavilə ilə müəyyən edilir. Sı­ğorta qaydalarında sığortanın məqsədi, sığorta obyek­tl­ə­ri, sığorta hadisələri, sığorta ödənişi verməkdən imtina səbəbləri, tərəflərin hüquq və vəzifələri müəyyənləşdiril-mə­lidir. Sığorta qaydalarında həmçinin sığortaçının aktuar he­sab­lamalar əsasında müəyyən etdiyi tariflər göstəril­mə­li­dir. Əgər sığorta qaydalarında nəzərdə tutulmuşdursa, sığorta müqaviləsində əlavə şərtlər də nəzərdə tutula bilər.
Sığorta xidmətləri bazarının digər peşəkar isti­rak­çı­la­rı sığorta agentləri və sığorta brokerləridir. Sığorta agent­ləri və brokerləri sığorta xidmətlərinin satıcıları ilə alıcı­la­rı arasında vasitəçi kimi çıxış etməklə öz fəaliyyətləri ilə sı­ğorta münasibətlərinin genişlənməsinə və inkişafına kö­mək edirlər.
Qeyd etdiyimiz kimi, ölkədə sığorta xidmətinin tək­mil­ləşdirilməsində sığorta bazarının formalaşması və hü­qu­qi bazasının yaranması xüsusi əhəmiyyət kəsb edir. Sı­ğor­ta təşkilatlarının səylərini birləşdirmək, sığorta ba­za­rı­nın inkişafına kömək etmək, onların fəaliyyətini əlaqə­lən­dir­mək, dövlət, beynəlxalq təşkilatlarla əlaqələrini təş­kil et­mək və bərabərlik prinsipləri əsasında sığorta fəaliy­yə­ti­nin həyata keçirilməsinə köməklik göstərilməsi məqsədi ilə 1993-cü ildə ilk dəfə olaraq Azərbaycanda Sığorta Cəm­iyyətləri İttifaqı yaradıldı. Bundan keçən dövr ərzində sı­ğorta bazarının tənzimlənməsi və sığorta qanunve­ri­ci­li­yi­nin tələblərinə uyğun inkişaf etdirilməsinə dair 35-dən çox normativ və metodiki sənədlər hazırlanmaqla icra me­xa­nizmi kimi istifadə olunmuş, ardıcıl olaraq sığorta iş­lə­ri­nin inkişafı və günün tələblərinə müvafiq həmin sənəd­lər­də əlavə və dəyişikliklər edilmişdir. Bütün bunlar sa­yə­sin­də ölkədə sığorta işinin inkişafı və həyata keçirilməsini, sı­ğor­talıların hüquq və mənafelərinin müdafiə edilməsini, sığorta təşkilatlarının maliyyə bazasının möhkəm­lən­di­ril­mə­sini, sığorta sahəsində fəaliyyət göstərən fiziki və hü­qu­qi şəxslərin peşə fəaliyyətinin, sığorta müqavilələrindən irə­li gələn münasibətlərin tənzimlənməsini və sığorta sa­hə­sində müvafiq dövlət orqanlarının səlahiyyətlərinin müəy­yən edilməsini özündə əks etdirməlidir.
Ölkəmizdə aparılan qeyri-həyat sığortasına aid olan sığorta növləri demək olar ki, tikinti və iqtisadiyyatın di­gər bütün sahələrini, o cümlədən də vətəndaşların sağlam­lı­ğını və əmlak mənafelərini əhatə edir. Bu isə ölkəmizdə bey­nəlxalq standartlara uyğun milli sığorta bazarının for­ma­laşmasına və inkişaf etməsinə müsbət təsir göstərir. Son illərdə və gələcək perspektivdə tikintinin artan sürətlə in­kişafını nəzərə alaraq bu sahədə sığortanın müxtəlif növ­lə­rinin daha da təkmilləşdirilməsi zərurəti meydana çıxır. De­yilənlər həm də icbari sığorta növlərinə aiddir. Ti­kil­mək­də olan obyektlərin icbari sığortası qanununun ha­zır­lan­ması buna aiddir.
Respublikamızda aparılan sığortanın icbari növlərinə nis­bətən sığortanın könüllü növləri daha da inkişaf etmiş­dir. Müasir dövrdə sığortanın əsas prinsipial iqtisadi inki­şaf istiqamətləri mərhələsinin başlıca tələblərindən biri ba­zar iqtisadiyyatı şəraitində sığortaya cəlb olunma inhi­sar­çı­lığa yol verilməməsi və minimum vahid tarif dərə­cə­lə­ri­nin tətbiq edilməsi, sığortanın ayrı-ayrı növləri üzrə əsas şərt­lərinin vahid qaydalarının qəbul edilərək icra edilməsi, öl­kədaxili təkrarsığorta fəaliyyətinin təşkil edilməsi və s. məsə­lələr təşkil  edir.
1990-cı ildən başlayaraq ölkəmizdə inkişaf etməkdə olan sığorta bazarında rəqabətə davam gətirməyən, ma­liy­yə sabitliyinin əsasını təşkil edən nizamnamə kapitalının minimum məbləğini təmin edə bilməyən 26-dan çox sı­ğor­ta təşkilatı ləğv edilmişdir. Sığorta bazarında fiziki və hü­quqi şəxslərə sığortanın könüllü və icbari növləri üzrə 40-a qədər sığorta xidməti növləri təklif olunur. Sığorta xidmətlərinin 90 faizi, sığorta ödənişlərinin 80 faizi sabit işləyən sığorta təşkilatlarının payına düşür.
İllər üzrə daxil olmuş sığorta haqları və sığorta ödə­niş­lərinin müqayisəli təhlili göstərir ki, ölkəmizdə sığorta xid­mətinə marağın artması, sığorta haqlarının daxil olması və sığorta hadisələri ilə əlaqədar verilmiş sığorta ödə­niş­ləri əvvəlki illərə nisbətən artan müstəvidə inkişaf etmiş­dir. Ölkəmizdə sığorta xidmətlərinin bazar iqtisadiyyatının tələblərinə və sığorta etdirənlərin tələb və təkliflərini nəzərə almaqla həyata keçirilməsi, sığorta məbləğlərinə tət­biq olunan tarif dərəcələrinin düzgün seçilməsi, he­sab­lan­mış sığorta haqları üzrə güzəşt faizlərinin verilməsi və sı­ğorta bazarı üzrə dövlət tənzimlənməsinin günün tələb­lə­ri­nə uyğunlaşdırmaqla gücləndirilməsi sığorta xidmətinin yüksəlməsinə şərait yaratmışdır. Sığortalılara etibarlı sı­ğor­ta təminatının verilməsində və sığorta xidmətlərinin dün­ya sığorta sisteminə yaxınlaşdırılmasında sığorta risklərinin təkrarsığortaya verilməsi mühüm rol oynayır.
Azərbaycan Respublikasında sığorta qanunvericiliyi ilə sığorta təşkilatları üçün müəyyən olunmuş saxlama həddindən artıq olan sığorta risklərinin təkrarsığortaya verilməsi qanunvericiliyin tələbləri ilə həyata keçirilir. Bu isə öz növbəsində baş verə biləcək sığorta hadisələri nəticəsində sığorta təminatına alınmış sığorta növləri üzrə dəymiş zərərin vaxtında ödənilməsinə imkan verir.


V FƏSİL. SIĞORTA FƏALİYYƏTİ ÜZƏRİNDƏ DÖVLƏT NƏZARƏTİ

5.1. Milli sığorta sistemində sığorta bazarının rolu

Azərbaycanda bazar iqtisadiyyatının yaranması və in­ki­şafı vətəndaşların və əmtəə istehsalçılarının maraq­la­rı­nın qorunmasında sığortanın rolunu daha da artırdı. Sı­ğor­taya tələbin artması yeni özəl sığorta şirkətlərinin ya­ran­ma­sına və inkişafına şərait yaratdı. Sığorta xidmətlərinin artması, sığortalılarla sığortaçılar arasında münasibətlərin ge­niş vüsət alması ölkədə sığorta bazarının yaranmasını tə­min etmiş oldu.
Sığorta bazarı sığorta müdafiəsinə ictimai tələbatın ödə­nilməsi prosesində ortaya çıxan iqtisadi münasibətlər sis­temi olmaqla, fiziki və hüquqi şəxslərin əmlak mə­na­fe­lə­rinin müdafiəsi baxımından ayrıca sığorta fonduna malik olan müstəqil təşkilatlar kimi çıxış edən çoxlu sığortaçının ol­duğu şəraitdə meydana gəlir. Milli sığorta bazarı Azər­bay­canda 1992-ci ilin əvvəlindən formalaşmağa baş­la­mış­dır. Bir az sonra «Sığorta haqqında» AR Qanununu qəbul edil­mişdir. Bu qanunun tələblərinin icra edilməsi üçün sı­ğor­ta işinin inkişafına təkan verən müxtəlif normativ-hü­qu­qi sənədlər hazırlanmışdır ki, bu da sığorta xidmətləri hə­c­minin artırılmasına, sığorta təşkilatlarının maliyyə sabitliyinin möhkəmləndirilməsinə təkan vermişdir. Sığor­ta bazarının yaradılmasında əsas məqsəd respublikada sı­ğor­ta işinin inkişafı üçün maliyyə-iqtisadi, normativ-hü­qu­qi baza yaratmaqla, iqtisadi sabitliyin və milli iqtisadi təh­lü­kəsizliyin mühüm amillərindən biri kimi sığortanın ro­lu­nun yüksəldilməsidir. Sığorta bazarının sığorta təşki­lat­la­rı­nın mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi üz­rə fəaliyyəti üzərində dövlət nəzarəti sisteminin güc­lən­di­rilməsinin təmin edilməsidir.
Sığorta sahəsində münasibətlər «Sığorta fəaliyyəti haq­qında» Azərbaycan Respublikasının Qanunu, Azər­bay­can Respublikasının digər normativ hüquqi aktları və bey­nəl­xalq müqavilələri, habelə Maliyyə Nazirliyinin nor­ma­tiv hüquqi aktları ilə tənzimlənir. «Sığorta fəaliyyəti haq­qın­da» Azərbaycan Respublikasının Qanunu sığorta işinin in­kişaf etdirilməsinə və etibarlı şəkildə həyata ke­çi­ril­mə­si­nə, sığortalıların hüquq və mənafelərinin qorunmasına yö­nəl­dilir, sığortaçıların maliyyə sabitliyinin təmin edil­mə­si­ni, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəa­liyyəti (ekspert, aktuar, agentlik, broker və produktor fəa­liyyətini) göstərmələrini tənzimləyir, sığorta sahəsində döv­lətin səlahiyyətlərini müəyyən edir.
«Sığorta fəaliyyəti haqqında» Qanunla sığorta təş­ki­lat­larının təşkilati əsasları, yəni sığortaçı kimi fəaliyyət gös­tərməsi üçün tələb olunan şərtlər və tələblər, sığorta ba­zarının digər peşəkar iştirakçılarının fəaliyyətinin ümu­mi əsasları, sığorta müqaviləsinin bağlanması, mü­qa­vi­lə­dən irəli gələn münasibətlərin tənzimlənməsi qaydaları, sı­ğor­taçıların və sığortalıların hüquq və vəzifələri, sığor­ta­çı­nın maliyyə sabitliyinin əsasları, habelə sığorta fəaliy­yə­ti­nə dövlət nəzarətinin forma və prinsipləri müəy­yən­ləş­di­ril­mişdir. «Sığorta fəaliyyəti haqqında» Qanun sığorta işi­nin həyata keçirilməsinin təmin edilməsi, sığorta fəaliyyəti ilə bağlı münasibətlərin tənzimlənməsi vasitəsi kimi sığor­ta­nın bazar infrastrukturunun iqtisadi əhəmiyyətli sahə­lə­rin­dən biri kimi formalaşmasında önəmli yer tutur. Sığorta mü­qavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsi üçün həmçinin Azərbaycan Respublikasının Mülki Mə­cəl­lə­sinin 50-ci (Sığorta) fəslində geniş müddəalar nəzərdə tu­tul­muşdur. Qeyd etmək lazımdır ki, mövcud qanun­ve­ri­ci­liyə əsasən sığortanın zəruri hesab edilən müəyyən növləri icbari qaydada həyata keçirilə bilər və belə icbari sı­ğotaların aparılması Azərbaycan Respublikasının mü­va­fiq icbari sığorta qanunları ilə nəzərdə tutulmalıdır. İcbari sı­ğorta müqavilələrindən irəli gələn münasibətlər müvafiq ic­bari sığorta qanunları ilə tənzimlənir.

5.2. Sığorta fəaliyyətinin aparılmasında DSN-in rolu

Sığortalıların, sığortaçıların və sığorta bazarının di­gər peşəkar iştirakçılarının, habelə dövlətin hüquq və mə­na­felərinin qorunması, sığorta bazarının tənzimlənməsi, sı­ğorta fəaliyyətinə nəzarət Azərbaycanda Maliyyə Na­zir­li­yi tərəfindən həyata keçirilir. Qanunvericiliklə Maliyyə Na­zirliyinin sığorta sahəsində əsas vəzifələri kimi aşa­ğı­da­kı­lar müəyyən edilmişdir:
-  sığorta fəaliyyətinin göstərilməsi üçün sığorta şir­kət­lərinə xüsusi razılıq (lisenziya) vermək;
-  qanunvericiliyə uyğun olaraq sığortaçıların, o cüm­lə­dən təkrarsığortaçıların, onların filiallarının, brokerlərin və sığorta bazarının digər peşəkar iştirakçılarının uçotunu apa­rmaq;
-  sığortaçıların sığorta haqları və tariflərinin əsaslan­dı­rılmasına, maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin tə­min olunmasına nəzarət etmək;
-  qanunvericiliklə müəyyən olunmuş qaydada sığor­ta­çıların sığorta ehtiyatlarının və fondlarının yara­dıl­ma­sı­na və yerləşdirilməsinə nəzarət etmək;
-  sığortaçıların reyestrini aparmaq;
-  sığorta fəaliyyəti ilə əlaqədar qanunvericiliklə müəy­yən edilmiş səlahiyyət dairəsində normativ aktları və me­to­di­ki sənədləri hazırlayıb təsdiq etmək;
-  sığorta təcrübəsini ümumiləşdirmək, sığorta fəaliy­yə­tinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər ha­zır­lamaq.
«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respub­li­ka­sı Qanunu ilə Maliyyə Nazirliyinin sığorta sahəsində aşa­ğıdakı hüquqları müəyyənləşdirilmişdir:
- sığortaçılardan, brokerlərdən və sığorta bazarının digər peşəkar iştirakçılarından onların fəaliyyəti haqqında məlumat və maliyyə vəziyyəti barədə hesabatlar almaq;
- bu məlumatın və hesabatların düzgünlüyünü yox­la­maq, onların fəaliyyəti və maliyyə əməliyyatları barədə bank­lara, digər kredit idarələrinə və müəssisələrinə mü­ra­ci­ət etmək;
- sığortaçıların, brokerlərin və sığorta bazarının digər pe­şəkar iştirakçılarının fəaliyyətində qanunun tələblərinin po­zulması aşkar edildikdə pozuntuların aradan qaldırıl­ma­sı üçün təqdimatlar vermək, təqdimatlar yerinə ye­tiril­mə­dik­də sığortaçılar və brokerlərə verilmiş xüsusi razılığın qüvvəsini müvəqqəti dayandırmaq, onu məhdudlaşdırmaq və geri almaq, qanunvericiliklə müəyyən edilmiş qaydada in­zibati cəza və tənbeh tədbirləri tətbiq etmək;
- sığortaçılar və brokerlər tərəfindən sığorta qanun­ve­riciliyi dəfələrlə pozulduqda onların ləğv edilməsi ba­rə­də qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq məh­kəmədə iddia qaldırmaq;
- sığortaçıların ödəmə qabiliyyətinin olmaması ilə əlaqədar onların iflas elan edilməsi barədə məsələlərə ba­xıl­maq üçün məhkəməyə müraciət etmək.
Sığortaçının maliyyə sabitliyinin xüsusi təminatı nor­ma­tivləri gözlənilmədikdə, yaxud onun müqavilə öhdə­lik­lərini yerinə yetirə bilməməsi və ya maliyyə vəziyyətinin sı­ğortalıların hüquq və mənafelərinə təhlükəli olan dərə­cə­də pisləşməsi sübut edildikdə Maliyyə Nazirliyi, müəyyən vaxt verərək həmin sığortaçıdan bu tədbirlərin həyata keçirilməsini tələb etmək hüququna malikdir:
- öz vəsaitinin (kapitalın) artırılmasını və (və ya) mənfəətin divident şəklində bölüşdürülməsinin dayan­dırıl­ma­s­ını;  
- risklərin (öhdəliklərin) təkrarsığortaya verilməsi və sax­lama paylarının miqdarının dəyişdirilməsini; yaranmış və­ziyyət ilə əlaqədar ümumi yığıncağın çağrılmasını və mü­vafiq qərar qəbul edilməsini (təsisçi təkdirsə, onun tə­rə­findən qərar qəbul edilməsini);
- maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqa­mə­tin­də digər tədbirlərin görülməsini.
Sığortaçının rəhbərliyi və ya təsisçiləri qeyd olunan təd­birlərin yerinə yetirilməsi haqqında məlumatı dövlət sı­ğor­ta nəzarəti orqanına aylıq hesabat qaydasında ver­mə­li­dir­lər.
Qeyd olunan tədbirlərin yerinə yetirilməsi və ya on­la­rın görülməsinə baxmayaraq maliyyə vəziyyətinin yax­şı­laş­dırılması mümkün olmadıqda dövlət sığorta nəzarəti orqa­nının aşağıdakı tədbirləri həyata keçirmək səlahiyyəti var­dır:
-  sığortaçının yeni sığorta və (və ya) təkrarsığorta müqavilələri bağlamasını qadağan etmək;
-  sığortaçının sığorta fəaliyyəti növlərindən birinə və ya hamısına aid olan sığorta portfelinin xüsusi təminat və sı­ğorta ehtiyatları ilə birlikdə başqa sığortaçılara veril­mə­si haqqında qərar qəbul etmək;
-  müvafiq sığorta fəaliyyətinə xüsusi razılığı ləğv et­mək.
Qeyd etmək lazımdır ki, sığorta sahəsində inhisar fəa­liy­yətinin və haqsız rəqabətin qarşısının alınması, məh­dud­laşdırılması və aradan qaldırılması qanunvericiliyə uy­ğun olaraq Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazir­lik­lə­ri tərəfindən həyata keçirilir.
Lisenziyanın alınması ilə bağlı məsələlər də Maliyyə Nazirliyi tərəfindən həll edilir. Lisenziyanın alınması üçün zə­ruri şərtlərdən biri, sığorta təşkilatında tam şəkildə ödə­nil­miş nizamnamə kapitalının olmasıdır.
Maliyyə sabitliyinin və sığorta əməliyyatlarının tə­min edilməsi zamanı sığorta nəzarəti sığorta təşkila­tın­dan bu fondların ölçüsünün manat və valyuta üzrə artırılmasını tə­ləb edə bilər. Fəaliyyətin dayandırılması, lisenziyaların ləğv olunması haqqında qərarların qəbul edilməsi zamanı Sı­ğorta Nəzarəti ekspert komissiyasının yekun qərarına əsas­lanır. Sığortaçıdan lisenziyanın verilməsinə görə xü­su­si rüsum alınır.

5.3. Xarici ölkələrdə sığorta fəaliyyəti üzərində dövlət nəzarəti

Dünya təcrübəsində malların ixracı və idxalı, müx­tə­lif kommersiya riskləri, alıcının ödəmə qabiliy­yə­ti­nin ol­ma­ması, müqavilələrə riayət olunmaması sığorta edi­lir; atom və kosmik risklərin, ətraf mühitin çirkl­ən­mə­si­nin, kom­püterlərin və dənizdə qazma qurğularının, müx­tə­lif mü­təxəssislərin peşə səhvlərindən sığortalar meydana çıx­mış­dır.
Sığortanın bütün bu və digər növləri dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Bəzi ölkələrin təcrü­bə­sin­də sığorta fəaliyyəti üzərində dövlət nəzarətini nə­zər­dən keçirək.
Məsələn, dövlətlə biznesin qarşılıqlı münasibətləri nöqteyi–nəzərindən sığorta ABŞ-ın təsərrüfat sistemində unikal yer tutur. Ölkənin ən təsirli maliyyə institutlarından biri kimi sığorta müasir ABŞ cəmiyyətinin gündəlik hə­ya­tı­nın praktiki olaraq bütün aspektlərinə toxunur. Məsələn, Amerika Birləşmiş Ştatlarında bir çox ölkələr­dən fərqli olaraq, ölkənin əksər əhalisini əhatə edə biləcək tib­bi sı­ğor­tanın dövlət sistemi yoxdur. Buna görə müa­licə­yə sərf olu­nan xərclərin çox hissəsi xüsusi sığorta şirkət­lə­ri va­si­tə­si ilə ödənilir.
ABŞ – ın  sığorta bazarı eyni zamanda yüksək rə­qa­bə­tlidir. Sığorta bazarında minlərlə sığorta şirkət­lə­ri­nin fəaliyyət göstərməsinə baxmayaraq, onların əksər his­sə­si yalnız bir ştatda qeydiyyata alınmış xırda sığorta şir­kət­ləridir.
Lakin, hətta əksər ştatlarda qeydiyyata alınmış və filial olaraq milli səviyyədə sığorta əməliyyatlarını aparan bö­yük sığorta şirkətləri sığortanın hər bir növü üzrə ba­za­rın bir neçə faizinə malikdirlər və qiymətlərə təsir göstərə bilmirlər.
ABŞ – ın sığorta bazarında olan rəqabət daha çox döv­lətin bu sahənin tənzimlənməsinə yanaşması ilə əla­qə­dar­dır. ABŞ dövləti rəqabətə təklifin yüksək səviy­yə­sini və sığorta xidmətlərinin keyfiyyətini təmin etməyə imkan ve­rən mühüm bir mexanizm kimi baxır. Buna görə də, döv­lət mahiyyətcə rəqabətin möhkəmlənməsinə isti­qa­mət­lə­nən və bu sahənin tənzimlənməsinə liberal yanaşmanı əsas götürür. Əksər ştatlarda sığorta bazarına yanaşmanın meyarı kapitala olan tələblərdir.
Böyük Britaniyada dövlətin sığorta nəzarətinin necə hə­yata keçirildiyini nəzərdən keçirək. Bu əməliyyatlara nə­zarəti Böyük Britaniyanın Sənaye və Ticarət Departa­men­ti həyata keçirir. Sənaye və Ticarət Departamentinin (STD) fəaliyyəti bir sıra mərhələləri özündə cəmləşdirir:

5.4. Xarici ölkələrdə sığorta əməliyyatlarının həyata keçirilməsinə görə razılıq verilməsi

Sığorta əməliyyatlarına başlamazdan əvvəl sığorta kom­paniyası müəyyən olunmuş sığorta növlərinə görə STD-dən icazə olmalıdır. 1987-ci il yanvarın 1-dən eti­ba­rən AŞ-nın direktivlərinə uyğun olaraq, uzunmüddətli sı­ğor­tanın 7 növü, ümumi sığortanın isə 17 növü müəyyən olun­muşdur və bunlardan hər birinə görə sığorta kom­pa­ni­ya­sı STD-dən icazə almalıdır. Belə təsnifat AŞ üzvü olan ölkələrin hər biri tərəfindən bəyənilmişdir. Fəaliyyət gös­tə­rən sığorta kompaniyaları da sığortanın yeni növlərinə görə icazə almalıdırlar. STD icazə verməzdən əvvəl bu kom­paniyanın sığortanın bu növünün həyata keçirilməsinə ha­zır olub-olmadığının yoxlamalıdır. Buna görə də STD-nə göndərilmiş sığorta kompaniyasının yaradılması haq­qın­da ərizədə, ilkin kapital, sığorta əməliyyatlarının növ­lə­ri, sığorta polisləri, sığorta mükafatlarının stavkası, risk­lə­rin yenidən sığorta olunmasına dair müqavilələr, əmə­liy­yat xərcləri, gəlir və zərərlərin qiymətləri, üçillik pers­pek­tiv üzrə balans məqalələri haqqında məlumatlar da öz ək­si­ni tapmalıdır. Departamentə həmçinin yaradılan kom­pa­ni­yanın direktoru, rəhbəri, baş mühasibi vəzifəsinə olan na­mizədlər də təqdim olunmalıdırlar. 
Sənaye və ticarət Departamentinin naziri tələb olu­nan informasiyaya və tam şəkildə ödənəsi kapitalın həc­mi­nə dəyişiklikləri edə bilər. STD yeni yaranmış sığorta kom­paniyalarından investisiya əməliyyatlarının müəyyən nö­vünün 5 il ərzində həyata keçirilməsini tələb edə bilər: sığorta mükafatının toplanmış həcminin məhdud­laş­dı­rıl­ma­sı; sığorta kompaniyasının ölkə ərazisində sığorta olun­muş riskləri üzrə məsuliyyətinə bərabər olan aktivlərin və ya onların müəyyən hissəsinin STD-nin maliyyə-kredit şö­bə­sində saxlanılması; sığorta əməliyyatlarının həyata ke­çi­ril­məsi haqqında ətraflı informasiyanın rüblər üzrə tələb olun­ması.
AŞ daxil olmayan ölkələrin xarici sığorta kompa­ni­ya­ları Böyük Britaniyada və eləcə də onun sərhədlərindən kənarda həyata keçirilən əməliyyatlar üzrə təyin olunmuş tədiyyə qabiliyyətini Britaniyanın digər sığorta kompani­ya­larının səviyyəsində saxlamalı və bundan əlavə müəy­yən edilmiş depoziti ödəməlidirlər.
AŞ direktivlərinə müvafiq olaraq sığorta kom­paniya­la­rının kommersiya əməliyyatların tənzimlən­mə­si haq­qın­da 1981-ci ildə qəbul edilmiş aktda tədiyyə qabiliyyətinin sə­viyyəsi daha mürəkkəb üsulla müəyyən olunmuşdur. Bu­rada hesablaşmalar EKÜ-də ikili üsulla: kompaniya tə­rə­findən akkumulyasiya edilmiş sığorta mükafatlarının və sı­ğorta etdirən şəxslərin iddiaları üzrə ödənilən məb­ləğ­lə­rin nəzərə alınması üsulu ilə aparılır.
Uzunmüddətli sığorta növlərini həyata keçirən sı­ğor­ta kompaniyaları, elan olunmuş balanslara aktuar­la­rın qiy­mət­ləndirilməsini də əlavə etməlidirlər. Uzunmüd­dət­li sı­ğor­ta kompaniyaları hər üç ildən bir onların aktiv və öh­də­çi­liklərini yoxlayan aktuar mütəxəssislərini kom­pa­­niyaya cəlb etməlidirlər. Tədiyyə qabiliyyətinin tələb olu­­nan səviyyəsinə əməl etməyən kompaniyalar, onlara qar­şı tətbiq ediləcək sanksiyaların qarşısını almaq üçün STD-nə maliyyə sağlamlaşdırılması haqqında ətraflı plan təq­dim etməlidirlər. Bu qayda bütün sığorta kom­pa­ni­ya­la­rı­na tətbiq edilir.
Böyük Britaniyada sığorta kompaniyalarının bu və ya digər aktivlərin ümumi aktivlərdəki payına xüsusi qanunvericilik tələbləri tətbiq edilmir. Sığortaçıların in­ves­tisiya əməliyyatları üzərində nəzarət, sığorta kom­pani­ya­larının tədiyyə qabiliyyətinə nəzarət olunmasının ümu­mi siyasəti çərçivəsində həyata keçirilir.
STD sığorta kompaniyalarının operativ fəaliyyətinə mü­daxilə etmək kimi geniş səlahiyyətlərə malikdir. Kom­pa­niya tərəfindən qəbul olunan öhdəçiliklərin yerinə ye­ti­ril­məsi zamanı və ya kompaniya müəyyən olunmuş və elan edilmiş sığorta polisləri üzrə gəlirlərin səviyyəsini tə­min etmək iqtidarına malik olmadıqda, STD sığorta et­di­rən şəxslərin maraqlarını müdafiə etmək məqsədilə kom­pa­niyanın fəaliyyətinə müdaxilə edə bilər. Sığorta kom­pa­ni­yası doğru hesabat məlumatlarını təqdim etmədikdə, ümumi sığorta əməliyyatları üzrə tələb olunan tədiyyə qabiliyyətinin səviyyəsinə əməl etmədikdə, uzunmüddətli sığorta əməliyyatları üzrə öhdəçiliklər müvafiq aktlar va­si­tə­silə təmin olunmadıqda, zəruri sığorta müdafiəsi fəa­liy­yət göstərmədikdə və sığorta kompaniyasının rəhbər iş­çi­lərinin ixtisası onların vəzifələrinə uyğun olmadıqda, STD bu kompaniyalara sanksiyaları tətbiq edir. Sığorta kom­paniyasının fəaliyyətində bu cür qanunauyğunsuzluq-ların aşkar edilməsi zamanı STD xəbərdarlıq etdikdən bir ay sonra kompaniyada aşağıdakı sanksiyaları tətbiq edə bilər; yeni müqavilələrin imzalanmasının və ya köhnə sığorta mü­qavilələrinin yenidən imzalanmasının qadağan olun­ma­sı (belə hallarda kompaniya öz öhdəçiliklərini yalnız sı­ğor­ta müqavilələrinə müvafiq olaraq həyata keçirməlidir); inves­tisiya əməliyyatlarının müəyyən növlərinə qa­da­ğan­la­rın tətbiq olunması; bir sıra aktivlərin tam və ya qismən STD-nin müəyyən etdiyi maliyyə təşkilatında saxla­nıl­ma­sı­na dair tələblərin irəli sürülməsi; Böyük Britaniyada sı­ğor­ta olunmuş risklər üzrə öhdəçiliklərə uyğun olan ak­tiv­lə­r­in Britaniya ərazisində saxlanılması; akkumulyasiya edil­­miş sığorta mükafatlarının ümumi həcminin kom­pa­ni­ya üçün müəyyən olunmuş məbləğ ilə məh­dud­laş­dı­rıl­ma­sı; təyin edilmiş aktuaridən, uzunmüddətli sığorta növ­lə­ri­nin həyata keçirilməsi haqqında məlumatların STD-nə təq­dim edilməsinin tələb olunması: hesabat məlumatlarının təqdim olunması üçün qısa müddətin təyin edilməsi; əlavə informasiyanın tələb olunması və s. Bundan başqa, kom­pa­niyanın operativ fəaliyyətində sığorta etdirən şəxslərin ma­rağına zidd olan amillərin müəyyən olunması zamanı STD dalar qəti tədbirlərdən də istifadə edir.
Sığorta kompaniyaları haqqında 1974-ci ildə qəbul edilən qanun, sığorta etdirən şəxsləri keyfiyyətsiz sığorta xid­mətlərinin təqdim olun maşından müdafiə edir. Əlve­riş­siz və ya ümumiyyətlə yerinə yetirilməsi mümkün ol­ma­yan sığorta xidmətlərinin təqdim edilməsi qəti şə­kil­də qa­da­ğan olunmuşdu. Bu qanun, sığorta növünün həyata ke­çirilməsin dair STD-nan icazəsini olmayan, lakin sığor­ta kom­paniyasının xeyrinə bu əməliyyatları həyata keçirən vasitəçilərə də tətbiq edilir.
Sığorta kompaniyalarının fəaliyyətini tənzimləyən qanunlardan başqa Böyük Britaniyada qarşılıqlı sığorta cə­miy­yətləri, "Lord" sığorta korporasiyaları və Böyük Britaniyanın sığorta bazarının əsasını təşkil edən sığorta brokerləri üçün oxşar qanunlar fəaliyyət göstərir. Bütün bu qa­nunlar həmçinin sığorta bazarının sabitliyə malik olma­sı­na yönəldil misdir.

VI FƏSİL. TƏKRARSIĞORTANIN İQTİSADİ ƏSASLARI

6.1. Təkrarsığortanın iqtisadiyyatda rolu

Təkrarsığorta sığortanın müstəqil sahələrindən biri olub, ənənəvi olaraq təkrarsığorta təminatı olmayan və sı­ğor­ta müqavilələri üzrə sığorta ödənişləri verən birbaşa sı­ğor­ta­çını maliyyə itkilərindən müdafiə edir. Təkrarsığorta dünya sığorta sistemində kifayət qədər mürəkkəb proses olan sığorta risklərinin ikinci dəfə yenidən bö­lüş­dü­rül­mə­si­ni təmin etməklə birbaşa sığortaçının imkanlarını ge­niş­lən­dirir və sığorta risklərini qəbul etməyə şərait yaradır. Əks təqdirdə isə sığorta məbləğləri miqdarının və ya ha­di­sə­nin baş vermə ehtimalının yüksək olması ilə sığorta risk­lərinin qəbul edilməsi qeyri-mümkün olardı.
Təkrarsığorta müqaviləsində sığortaçının riskini qə­bul edən tərəf ixtisaslaşdırılmış təkrarsığorta cəmiyyəti ki­mi və ya təkrarsığortanı əlavə sığorta əməliyyatı kimi hə­yata keçirən başqa sığortaçı çıxış edir. Ümumi qaydaya görə bu münasibətlər qanunvericiliklə möhkəm­lən­di­ril­di­yin­dən təkrarsığortaçı ilə sığortalı arasında münasibətlər ya­rana bilməz ki, bu da təkrarsığorta ilə sığorta arasındakı mühüm fərqdir.
Sığortaçı ilə birbaşa sığorta müqaviləsi bağlayan sığortalının mövcud olan təkrarsığorta müqavilələri barədə mə­lumatı olmur. Təkrarsığorta birbaşa sığortaçı və təkrarsığortaçı və ya bir neçə təkrarsığortaçı iştirak edən risk­lə­rin ikinci dərəcəli (təkrar bölüşdürmə) yenidən bölüş­dü­rül­mə­sidir.
Təkrarsığorta üzrə göstərilən xidmətləri həm peşəkar təkrarsığortaçılar, həm də sığorta fəaliyyətinin bir neçə nö­v­ünü aparan sığortaçılar da təklif edə bilərlər. Peşəkar tək­rarsığortaçı cəmiyyətləri sahibkarlıq fəaliyyətinin vahid nö­vü kimi yalnız təkrarsığorta üzrə əməliyyatlar həyata ke­çirirlər.
   Təkrarsığortanın iqtisadi mahiyyəti təkrarsığorta­çı­nın müəyyən şərtlərlə və birbaşa sığortaçı ilə təkrarsığorta­çı arasında sığorta olunmuş riskin müəyyən edilmiş haq­la bölüşdürülməsində iştirakından və onun sığortaya qəbul edil­miş risklər üzrə baş vermiş sığorta hadisələri ilə əla­qə­dar birbaşa sığortaçının ödəməli olduğu zərərlərin təmin edil­məsində iştirak etməsindən ibarətdir.

6.2. Təkrarsığortanın əhəmiyyəti və müsbət cəhətləri

Müasir sığorta sistemində təkrarsığortanın əhəmiy­yə­ti aşağıda göstərilən əsas funksiyaların yerinə ye­ti­ril­mə­si ilə əlaqədardır:
- birbaşa sığortaçının riskləri sığortaya qəbul etməsi üçün əlavə maliyyə tutumunun (kapitalının) yaradılması;
- sığortaya qəbul edilmiş riskin (risklərin) ikinci dəfə yenidən bölüşdürülməsi;
- hər bir hesabat ili ərzində sığortaçının fəaliyyət nəticələrinin balanslaşdırılmasının təmin edilməsi;
- sığortaçının illik balansının müdafiə olunması;
- birbaşa sığortaçının vergi planlaşdırılmasında işti­rak etməsi;
- birbaşa sığortaçının aktivlərinin toplanılması üçün şə­raitin yaradılması;
- birbaşa sığortaçının ödəmə qabiliyyəti gös­tə­ri­ci­lə­ri­nin yaxşılaşdırılmasına təsir etmək;
- sığorta olunmuş risklər üzrə sığorta hadisələri baş ver­­dikdə birbaşa sığortaçının zərərləri daha tez tən­zim­lə­mək üçün onu tez satıla bilən aktivlərlə təmin etmək.
Təkrarsığorta müstəqil xidmət növü olub, sərbəst qiy­mətə malikdir ki, bu da təkrarsığorta xidmətlərinin müəy­yən edilmiş növlərinə olan tələb və təklif nəticəsində for­malaşır və təkrarsığortanın forma və növlərindən ası­lı­dır. Təkrarsığorta öz mahiyyətinə görə beynəlxalq biznes olub, sığortaya qəbul edilmiş risklərin sonrakı bö­lüş­dü­rül­mə­si olduğundan ikili məqsəd daşıyır ki, bu da başlıca ola­raq xarici kapitalın cəlb edilməsi ilə təmin edilə bilər. Bir­başa sığorta bazarına nisbətən təkrarsığortanın müasir dün­ya bazarı sığorta, bank, ehtiyat kapitallarının qlo­bal­laş­dı­rılması və birləşdirilməsi proseslərinə daha çox məruz qalır. Bu proseslər vurulmuş zərərlərin miqdarının on mil­yard­larla ABŞ dolları ilə qiymətləndirilən təbii fəlakətlərin təkrarsığorta olunması üçün zəruri olan maliyyə tu­tum­la­rı­nın verilməsində təkrarsığortaçıların kapital­laş­dı­rıl­ma­sı­nı artırmaq zəruriliyinin nəticəsidir. Maliyyə təkrarsığorta­sının ilkin konsepsiyası keçən əsrin 70-ci illərində ya­ran­mışdır və sığortanın müxtəlif növləri və siniflərinə mü­na­sibətdə bir neçə il ərzində təkrarsığorta müdafiəsini təş­kil edən obliqator təkrarsığortasının inkişaf etdirilməsinin davamı kimi hesab edilir.
   Təkrarsığorta ödəmə qabiliyyəti marjının (ehtiya­tı­nın) hesablanılmasında zəruri düzəlişlər edərək ödəmə qa­bi­liy­yətinin yüksəldilməsində mühüm rol oynasa da, ənə­nə­vi təkrarsığortada bu cür təsirlər yalnız cari ilin maliyyə nə­ticələrinin qiymətləndirilməsində nəzərə alınır. Cari ildə riskin qiymətini ödəyərək, təkrarsığortanı satın alaraq sı­ğor­taçı onsuz da özünün uzunmüddətli planlaşdırmasını və maliyyə vəziyyətinin menecment riski problemlərini həll et­­mir. Ənənəvi və alternativ təkrarsığorta variantları təkrarsığortaçının maliyyə sabitliyinin və tədiyyə ödəmə qa­bi­liyyətinin daha yüksək səviyyəsini təmin etdiyindən hə­min iki variant sığortaçının maliyyəni idarəetmə qaydaları ki­mi nəzərdən keçirilməlidir. Alternativ təkrarsığorta da bir­başa sığorta müqavilələri üzrə sığortaçının qəbul etdiyi risk­lərlə həmişə əlaqədardır, bununla yanaşı alternativ tək­rarsığorta sığortaçının maliyyə vəziyyətinin müdafiəsi və sabitləşdirilməsi problemlərinin çevik həllini təklif edir.
   Təkrarsığortanın maliyyə xüsusiyyətlərini nəzərə ala­raq dünya sığorta və təkrarsığorta bazarlarının inkişaf et­dirilməsi üçün onun mənasını aşağıdakı kimi ayırmaq olar:
-  sığorta mərhələsinin inkişafında mənfi dəyişmə­lə­rin aradan qaldırılması;
-  əvvəllər baş vermiş, lakin bildirilməmiş zərərlərin idarə olunması imkanlarının verilməsi;
-  ənənəvi «sığorta edilməyən» risklərin, məsələn, si­ya­si və ekoloji risklərin təkrarsığortaya verilməsi üçün təkrarsığorta tutumlarının təqdim edilməsi;
-  sığortaçı və təkrarsığortaçı arasında uzunmüddətli ma­liyyə münasibətlərinin müəyyən edilməsi;
-  sığortaçıların sığortaya (təkrarsığortaya) qəbul edil­­miş yenidən bölüşdürmə məqsədləri ilə əlavə tutum­la­rın formalaşdırılması üçün zəruri olan ssuda kapitalı ba­zar­ına daxil olmasına şərait yaratmalı.
Məhdud mənada təkrarsığortanın əsas formaları aşa­ğı­dakılardır:
- idarə olunan fond (Funded cover) əsasında təkrarsığorta;
- əvvəlki illərin zərərlər portfelinin (Loss portfolio trans­fer imkanlarını sığortaçıya verən uzunmüddətli mü­qa­vilə əsasında böyük, lakin ağlagəlməz zərərləri cover) tək­rarsığortası;
- qarışıq təkrarsığorta (Blended cover).
   İdarə olunan fond (Funded cover) əsasında təkrarsığorta böyük zərərləri vaxta görə bir sıra illər ərzində bö­lüş­dürərək, eyni zamanda müəyyən edilmiş maliyyə ilin­də sığortaçının fəaliyyətinin maliyyə nəticələrinə bö­yük zərərlərin mənfi təsirini aradan qaldırmaqla onların ida­rə olun­ması təkrarsığortaya vermək imkanı yaradır. Bir qay­da olaraq, təkrarsığorta müqaviləsi elə sığorta risklərinə görə bağlanılır ki, sığortaçı həmin sığorta növü üzrə böyük zərərlərin baş verməsi ehtimalını nəzərdə tutur, lakin bu cür zərərlərin ehtimalı kifayət qədər azdır. Sığortaçı hər il təkrarsığorta müqaviləsi üzrə təkrarsığorta mükafatını ödəyərək əlverişli (zərərli olmayan) illərdə əlverişsiz illər üçün təkrarsığorta ödənişlərinin əvəz olunması mənbəyi hesab edilən və qeyd edilmiş miqdarda fondu yığır. Əlavə ola­raq sığortaçı həmin fondun kəmiyyətinə hesablanmış əv­vəlcədən müəyyən edilmiş investisiya gəlirini, habelə son­radan borcu ödəmək şərti ilə yığılmış fondun kəmiy­yə­tin­dən çox olan zərəri təmin etmək üçün təkrarsığorta ödə­ni­şini almaq hüququna malikdir.
Təkrarsığortanın belə forması təkrarsığortanın xüsusi balansarxası fondunun, yəni təkrarsığortaçının balansında formalaşan və nəzərə alınan fondun formalaşdırılması hesabına daha böyük zərərlərə təminat müddətini 5 illik dövr ərzində bölüşdürmək imkanı verir. Aydındır ki, bu cür təkrarsığorta sığortaçıya təkrarsığorta müqaviləsinin qüv­vədə olmasının kifayət qədər uzun dövrü ərzində fəa­liy­yətinin maliyyə nəticələrini düzəltməyə imkan verir. Bir tərəfdən əlverişli illərdə sığortaçının mənfəəti təkrarsığorta haqqının ödənilməsi ilə əlaqədar olan xərc kə­miy­yə­ti miqdarında azalır, digər tərəfdən isə əlverişsiz illərdə (göstərilmiş misalda – üçüncü ildir) zərərlər müqavilə li­miti ilə müəyyən edilmiş həddlərdə formalaşdırılmış fond he­sabına, habelə təkrarsığortaçının verdiyi əlavə vəsaitlər hesabına tamamilə ödənilir.
Beləliklə, bu cür təkrarsığortanın başlıca nəticəsi əlverişli illərdə alınmış mənfəət göstəricilərinin azalması və əlverişsiz illərdə müstəqil ödənilmiş zərərlərin miq­da­rı­nın azalması hesabına bir sıra illər ərzində sığorta­çı­nın ma­liyyə nəticələri dəyişmələrinin düzəldilməsidir. Əvvəl­ki illərin zərərlər portfelinin (Loss portfolio transfer cover) təkrar­sı­ğor­tası əvvəlki illərdə sığortanın həyata keçirilməsi nəticələri ilə əlaqədar olan zərərlərin təkrarsığortaya ve­ril­mə­sinə im­kan verir. Təkrarsığorta haqqı sığortanın kon­k­ret növü üzrə zə­rərlər ehtiyatının, o cümlədən baş vermiş, lakin bil­di­ril­mə­miş zərərlər ehtiyatının müasir dəyərinə, ha­belə müqavilənin qüv­vədə olması ərzində ehtiyatların və zərərlərin kəmiyyət artımı qiymətinə uyğun olur. Bu cür təkrarsığorta sığortaçıya təkrarsığorta müqaviləsinin bağ­lanıldığı ildə öhdəliklərinin azaldılmasına, tədiyyə ödə­mə qabiliyyəti göstəricilərinin və sığorta əməliyyat­la­rı­nın zərərlilik göstəricilərinin yaxşı­laş­dı­rıl­masına, özünün gə­ləcəkdə inkişaf etmə nəticələrini təmin etməsinə imkan ve­rir.
   Qarışıq təkrarsığorta (Blended cover) «riskin maliy­yələşdirilməsi»nə əsaslanan ənənəvi mütənasib və ya qey­rimütənasib təkrarsığorta bölmələrini quraraq ənənəvi təkrarsığorta prinsiplərini maliyyə təkrarsığorta konse­p­si­ya­sı ilə birləşdirməyə imkan verir. Təkrar­sı­ğortanın gös­tə­ril­miş əsas formaları, təkrarsığortada istifadə edilən tək­rar­s­ığorta haqqı, təkrarsığortaçının məsuliyyətinin limiti, zərər kimi ənənəvi anlayışları ilə yanaşı, təkrarsığorta üçün həqiqətən yeni olan anlayışlar: mənafe, fond, kredit an­la­yışları da vardır. Beləliklə, xidmətin özü təkrarsığorta müqaviləsi kimi, kredit müqaviləsi də bizim fikrimizə görə sığorta ilə riskin maliyyə cəhətdən idarə olunmasının digər konsepsiyaları arasında uyğunlaşma əlamətidir.

6.3. Təkrarsığortanın növləri və formaları

«Təkrarsığortanın formaları» anlayışı sığortaçı ilə tək­rar-sığortaçı arasındakı qarşılıqlı münasibətlərin xüsu­siy­yətlərini xarakterizə edir və müəyyən sığorta növü üzrə risklərin təkrarsığortaya qəbul edilməsi və verilməsi üzrə tək­rarsığorta müqaviləsinin qüvvədə olmasının bütün müddəti ərzində tərəflərin qarşılıqlı öhdəliklərinin mövcud ol­masını əks etdirirsə, «təkrarsığortanın növü» anlayışı sı­ğor­taçının qarşılıqlı öhdəliklərinin hesablanmasının tex­niki xüsusiyyətlərini əks etdirir və təkrarsığortaya verilmiş ris­kin müvafiq hissəsinin, təkrarsığorta mükafatının və mü­qavilə üzrə təkrarsığortaçının ödədiyi zərərlərin müəy­yən edilməsi qaydalarını nizama salır. Onda təkrarsığorta münasibətlərinin müasir strukturu aşağıdakı kimi verilə bilərdi:
Təkrarsığortanın tipləri:
- klassik;
- maliyyə.
Təkrarsığortanın formaları:
- fakultativ;
- obliqator.
Təkrarsığortanın növləri:
- mütənasib;
- qeyri mütənasib.
Yarımnövlər:
- kvota-ekssedent məbləq;
- ekssedent zərər-ekssedent zərərlilik.

6.4. Təkrarsığorta haqqı və  komissiyası

Təkrarsığorta münasibətlərinin xüsusiyyətləri təkrarsığortada xüsusi mövhum və anlayışların tətbiq edilməsi zə­ruriliyini müəyyən edir. Onlardan əsaslarını nəzərdən ke­çirək.
Təkrarsığorta haqqı. Təkrarsığortaçının təkrarsığorta müqavi-ləsi üzrə qəbul etdiyi öhdəliklərə görə sığortaçının ona ödədiyi haqdır. Mütənasib təkrarsığorta müqa­vi­lə­lə­rin­də təkrarsığorta haqqı ödənilməli olan brutto-təkrarsığorta haqqı ilə sığortaçının təkrarsığortaçıya ödədiyi təkrarsığorta komissiyası arasındakı fərq kimi hesablanır. Qeyri mütənasib təkrarsığorta müqavilələrində təkrarsığorta haqqının kəmiyyəti təqdim edilən təkrarsığorta tu­tu­mu əsasında təkrarsığortaçı tərəfindən hesablanır və sı­ğor­tanın növündən, təkrarsığortaçının anderayter qay­da­la­rın­dan, oxşar obyektlərin sığortasının zərərlilik gös­tə­ri­ci­lə­rin­dən və başqa amillərdən asılıdır. Qeyri mütənasib obli­qa­tor təkrarsığortası müqavilələrində depozit haqqından və bərpaedici haqdan istifadə edilir.
   Depozit haqqı təkrarsığorta müqaviləsi bağlandıqda sığortaçı tərəfindən ödənilən təkrarsığorta haqqının mini­mum kəmiyyətini əks etdirir. Təkrarsığorta müqaviləsinin qüvvədə olması ili qurtardıqdan sonra haqqın ödənilməli olan faktiki miqdarı, təkrarsığorta haqqının hesab­la­nıl­ma­sı üçün müqavilədə müəyyən edilən tarifin, qeyri mü­tə­na­sib təkrarsığorta müqaviləsinin bağlanıldığı sığorta növü üzrə sığortaçı tərəfindən alınmış faktiki sığorta haqqının kə­miyyətinə vurulması əsasında müəyyən edilir. Köçürmə üçün məbləğ alınmış nəticə ilə əvvəl ödənilmiş depozit haq­qı arasındakı fərq kimi hesablanır. Əgər ödənilməli məb­ləq depozit məbləğdən az olarsa, onda əlavə yenidən he­­sablamalar aparılmır. Bərpaedici haqq qeyri mütənasib təkrarsığorta müqavilələrinə görə sığortaçı tərəfindən təkrar - sığortaçıya ödənilməli təkrarsığorta haqqı, təkrarsığorta ödənişləri verildikdən sonra təkrarsığorta limitinin tamamilə azalması və təkrarsığorta müqaviləsi ilə razılaş­dı­rılmış limitin bərpa olunma imkanı nəzərdə tutulduğu hal­da verilir. Bu cür imkan təkrarsığorta müqaviləsi bağ­la­nıl­dıqda müəyyən edilir və bu sığortaçıya təkrarsığorta li­mi­tinin ikiqat və ya üç qat bərpa edilməsi imkanı verə bilər. Bərpaedici haqq tərəflər arasında təkrarsığorta mü­qa­viləsi üzrə son hesablama aparılana qədər depozit haqq miq­darında ödənilməlidir.
Təkrarsığorta komissiyası. İlk dəfə təkrarsığorta ko­mi­ssiyası birbaşa sığorta müqavilələri bağlanılması ilə əla­qə­dar olan sığortaçının xərclərinin ödənilməsi, vergi və rü­sumların ödənilməsi, birbaşa sığortaçının biznesi həyata keçirməsi ilə əlaqədar olan inzibati xərclərin örtülməsi üçün təkrarsığortaçı tərəfindən ödənilən pul vəsaitləri və məb­ləği (qəti müəyyən edilmiş və ya brutto-təkrarsığorta haq­qından faizlərlə) başa düşülürdü. Təkrarsığortanın müa­­sir konsepsiyalarında təkrarsığorta komissiyası təkrarsığorta dəyərini hesabladıqda qiymət əmələ gətirmə elementi ki­mi nəzərdə tutulur. Təkrarsığorta komissiyasının növləri aşa­ğıdakılardır:
- qəti müəyyən edilmiş komissiya;
- mənfəətdən komissiya;
- azalan şkala üzrə komissiya.
Qəti müəyyən edilmiş komissiya – təkrarsığorta müqaviləsində qeyd edilmiş faizlə müəyyən edilir ki, bu da təkrarsığortaçıya ödənilməli olan təkrarsığorta haq­qı­na vurulur. Mənfəətdən komissiya – təkrarsığorta ödə­niş­lə­rinin (zərərlər ehtiyatını daxil etməklə) və müqavilə üzrə ödə­nilən təkrarsığorta haqqı məbləqində təkrarsığortaçı xərc­lərinin təkrarsığorta haqqın-dan qəti müəyyən edilmiş faizinə nisbəti kimi, təkrarsığorta müqaviləsinin qüvvədə ol­duğu ilin nəticələri üzrə hesablanır. Azalan şkala üzrə ko­missiya – təkrarsığorta tərəfindən ödənilməli olan ko­mis­siyanın faktiki kəmiyyəti hesablandıqda şkala tətbiq edi­lir ki, həmin şkalaya əsasən komissiyanın faizi təkrarsığorta ödənişinin təkrarsığorta müqaviləsi üzrə ödənilmiş təkrarsığorta haqqına olan nisbətdən asılıdır, bir qayda ola­raq, təkrarsığorta əməliyyatları zərərliliyinin göstə­ri­ci­si nə qədər yüksək olarsa, təkrarsığorta komis­si­ya­sının da miq­darı bir o qədər aşağı olar, ayrı-ayrı hallarda bu hesa­b­la­ma üsulunun tətbiq edilməsi sığortaçı tərəfindən əlavə öh­dəliklərin, belə ki, faktiki zərərlilik göstəricisi razılaş­dı­rıl­mış təkrarsığorta müqaviləsində olan kəmiyyətdən yük­sək olarsa, «mənfi» adlanan komissiyanın araya çıxmasına səbəb ola bilər. Təkrarsığortaçı risklərin təkrarsığortaya qə­bul edilməsində son dərəcə ixtisaslaşan sığorta təşki­la­tı­dır. Milli qanunvericiliklə icazə verilərsə, onda birbaşa sığortaçı da təkrarsığortaçının vəzifələrini icra edə bilər. Təkrarsığortalı bağlanılmış birbaşa sığorta müqavilələri üzrə risklərin müəyyən edilmiş hissəsini təkrarsığortaçıya verən birbaşa sığortaçıdır. Təkrarsığortaçını çox vaxt xa­rici və Azərbaycan ədəbiyyatında «sedent» adlan­dı­rır­lar, lakin bu məvhumun işlənilməsi əsassızdır, belə ki, hü­qu­qi cəhətdən təkrarsığorta müqaviləsi üzrə sığortaçıdan təkrarsığortaçıya hüquqlar (sessiya) verilmir. Retrosessiya elə təkrarsığorta müqaviləsidir ki, bu zaman bir təkrarsığorta­çı həmin müqavilənin şərtləri üzrə öz öhdəliklərinin bir his­səsini və ya bütün öhdəliyi başqa təkrarsığortaçıya v­e­rir.

6.5. Təkrarsığorta limiti və tutumu

Təkrarsığorta limiti maksimum məbləğ olub, təkrarsığorta müqaviləsində müəyyən edilmiş təkrarsığorta ödə­ni­şini (ödənişləri) həyata keçirən təkrarsığortaçının öh­də­li­yi hədlərində meydana çıxa bilər. Bu anlayış birbaşa sı­ğor­ta müqavilələrindəki sığorta məbləği anlayışına uy­ğun­dur. Qeyri mütənasib təkrarsığorta müqavilə­lə­rin­də təkrarsığorta limiti tək-tək sığorta hadisəsi və ya mü­qa­vilədə ra­zı­laşdırılmış zərər miqdarı sığortaçının üstün­lü­yün­dən çox ol­duqda sığorta hadisələri məcmusu ilə əla­qə­dar birbaşa sığorta müqaviləsi üzrə zərər baş verdikdə təkrarsığorta­çı­nın öhdəliyinin maksimal mümkün məbləğini müəy­yən e­dir.
Ekssedent məbləqləri əsasında mütənasib təkrarsığorta müqaviləsində təkrarsığorta limiti razılaşdırılmış risk­lərin təkrarsığorta üçün sığortaçıya verilən təkrarsığorta tutumunu əks etdirir. Xətt ekssedent məbləqləri əsa­sın­da mütənasib təkrarsığorta müqavilələrində xətt, təkrarsığortaya verilməli hər bir riskdə sığortaçının xüsusi tutumunun minimal kəmiyyətini göstərir. Sığortaçının xü­su­si tutumunun miqdarına tam bölünən kimi müəyyən edil­miş xəttlərin miqdarı təkrarsığorta tutumunu və ya mü­qavilə üzrə təkrarsığorta limitini müəyyən edir.
Təkrarsığorta tutumu təkrarsığortaçının və ya sı­ğor­ta­çının sığortaya (təkrarsığortaya) risk qəbul etmək üçün maliy­yə imkanlarının qiymətləndirilməsidir. Tutum an­la­yı­şı təkrarsığortaçının kapitalından və onun xüsusi və­sait­lə­rindən törəmə kimi hesab edilir. Təkrarsığorta mü­qa­vi­lə­­­sində tutum təkrarsığortaçının sığortaçıya ödəməyə borclu olduğu və onun payına düşən həddlərlə müqavi­lədə müəy­yən edilmiş maksimum məbləqi bildirir. Makro iq­ti­sa­di nöqtəyi-nəzərdən tutum birbaşa sığortaçıların risk­lə­ri­nin təkrarsığortaya qəbul etməsində təkrarsığorta ba­za­rı­nın məcmu imkanlarını əks etdirir.
   Bordero, haqların borderosu, zərərlər borderosu. haq­qların borderosu mütənasib təkrarsığorta müqa­vi­lə­lə­rin­­də sığortaçının rüb üçün təkrarsığortaçıya təkrarsığorta­ya verilməli sığorta müqavilələri, onlar üzrə sığorta əb­ləğ­ləri, təkrarsığorta haqqının və təkrarsığorta komis­si­ya­sı­nın ödənilməli və alınmış sığorta haqları, başqa göstə­ri­ci­lər bərədə məlumatlar verilməsi üçün istifadə edilir. Zərər­lər borderosu zərərlər baş vermiş sığorta mü­qa­vi­lə­lə­ri, zərərin baş vermə tarixi, zərərin baş vermə səbəbi, zərə­rin miqdarı, zərərdə təkrarsığortaçının payı haqqında mə­lu­­­matları əks etdirir. Borderonun konkret forması təkrarsığorta müqaviləsi bağlanıldığda sığortaçı ilə təkrarsığorta­çı arasında razılaşdırılmalıdır.




6.6. Fakultativ təkrarsığorta

«Fakultativ» məvhumu bildirir ki, hər bir hal üçün sı­ğortaya qəbul edilən hər bir riskə görə ayrı-ayrılıqda ris­kin təkrarsığortaya qəbul edilməsi və verilməsi barədə qə­rar sığortaçı ilə təkrarsığortaçı arasında razılaşdırılır. Bir­ba­şa sığortaçı zəruri olduğu halda riskin hansı təkrarsığorta­çıda təkrarsığorta edilməsi təklifini özü həll edir, təkrarsığortaçı da riski qiymətləndirərək və alınmış mə­lu­ma­tı təh­­lil edərək, həmin məlumatları özünün fəaliy­yə­tinin əsas prin­sipləri ilə tutuşduraraq, hansı risk his­sə­si­nin qəbul edilməsini, hansı təkrarsığorta tutumunu (kapi­ta­lı) və hansı şərtlərlə (təkrarsığortanın növünün, təkrarsığorta haqqının, xüsusi şərtlərin) verilməsini həll edir. Fakultativ təkrarsığorta tərəflərin razılığı ilə müəyyən edilən bütün zəruri şərtlərə malik müstəqil təkrarsığorta müqaviləsinin bağlanılması əsasında həyata keçirilir. Fakultativ təkrarsığorta barədə birbaşa sığortaçının təklifi risk barədə bü­tün zəruri məlumatları saxlamalıdır ki, bunun əsasında təkrarsığortaçı da riskin düzgün qiymətləndirilməsini hə­ya­ta keçirir. Bir qayda olaraq, bu cür məlumat aşa­ğı­da­kı­lar­dan ibarət olmalıdır:
- sığortaçının adı və ünvanı;
- sığortanın növü;
təkrarsığortanın növü: mütənasib və qeyri mü­tə­na­sib;
- riskin yerləşdiyi ünvan (ölkə, ünvan);
- sığorta olunmuş mənafe;
- sığortanın şərtləri sığorta olunmuş təhlükələr (zəru­ri olanlar üçün onlardan hansının birbaşa sığorta mü­qa­vi­lə­sinə daxil edildiyi, hansının isə çıxarıldığı göstəril­m­əli­dir, yaxud müqavilənin dəyişdirilmiş standart şərtləri gös­tə­­rilməlidir);
- ümumi sığorta məbləği sığorta valyutasını göstər­mək­lə maksimum mümkün olan zərər məbləqi, mükafatın ta­rifi;
- sığortaçının franşizası;
- təkrarsığorta haqqı, təkrarsığorta komissiyası və başqa xərclər;
- fakultativ təkrarsığortanın başlanılma və qurtarma müddətləri;
- təkrarsığortaya təklif edilmiş hissə;
zərərlərin qarşısının alınması tədbirləri və im­kan­la­rı;
- syürveyer hesabatının təqdim edilməsi imkanları;
- sığorta obyekti, təkrarsığortaya verilənin sığorta mənafeyi barədə birbaşa sığorta müqavilələrinin statistik mənşəyi (yaxşı olardı ki, son dərəcə axırıncı 5 il üçün);
- mövcud olan başqa təkrarsığorta müqavilələri ilə birləşdirilmək imkanının və təkrarsığorta təminatı şamil edilən, təkrarsığortaya verilməli fakultativ riskin gös­tə­rilməsi;
- birbaşa sığorta müqaviləsi üzrə sığortaçının xüsusi tutum payı və miqdarı;
- əsas sığortaçının adı və şərikli sığortaçılar olduqda onları göstərmək.
Sığortanın müxtəlif sahələrinin hər birinin öz xü­su­siy­yətləri olduğundan verilmiş bu siyahı, yalnız nümunəvi xarakter daşıyır. Yuxarıda göstərilmiş məlumat təklif (oferta) xüsusiyyətlidir, yəni təkrar sğortaçıya təkrarsığorta müqaviləsinin bağlanılması təklifidir. Bundan sonra risk­lə əlaqədar olan məlumatı öyrənir və birbaşa sı­ğor­ta­çı­ya fakultativ sığortanın hansı hissəsini (faizlərlə və ya rə­qəm­lə) qəbul edəcəyini bildirir. Bu cür təsdiqetmə (aksept) təklif (oferta) kimi, təkrarsığorta müqaviləsi for­ma­sı üçün də mövcud qanunvericiliklə nəzərdə tutulmuş for­mada olmalıdır: təkrarsığortaçının razılaşdığı hissə gös­tə­rilməklə təklifin imza edilmiş surəti faksla göndərilir.
Təkrarsığortaçı təklif edilmiş riskdən imtina edil­mə­sini daha tez bildirmək üçün ya telefondan, ya da te­leks­dən və ya telefaksdan istifadə edə bilər. Təkrarsığortaçı bağ­lan­ı­l­masına razılıq verdiyi fakultativ təkrarsığorta mü­qaviləsi üçün təklifdə (ofertada) göstərilməyən baş­qa şərt­lər də təklif edə bilər. Əğər təkrarsığortaçı tək­li­fə ca­vab vermirsə, onun susması aksept kimi nəzərdə tu­tul­ma­m­a­lı­dır.
Əgər tərəflər başqa şərtlər göstərmirlərsə, onda fa­kul­tativ təkrarsığorta müqaviləsi akseptin alındığı andan qüv­vəyə minir. Birbaşa sığorta müqaviləsinin qüvvədə ol­du­ğu dövrdə onun şərtlərinin mühüm dəyişmələri (mə­sə­lən, sığorta məbləbi, haqqın tarifi, sığorta edilmiş təhlü­kə­lə­rin siyahısı) təkrarsığortaçının həmin dəyişmələrə razılıq ver­diyi halda zəruri hesab edilir.
Məlumatın tələb edilməsi nöqteyi-nəzərindən fakul­ta­tiv təkrarsığorta bir çox hallarda birbaşa sığorta ilə eyni­dir. Böyük peşəkar təkrarsığorta şirkətlərində fakultativ tək­rarsığorta şöbələri vardır ki, həmin şöbələrdə təklif edi­lən riskləri tez və səlahiyyət hüququ çərçivəsində qiy­mət­lən­dirən müxtəlif sahələrdə işləyən mütəxəssislər işlə­yir­lər.
Fakultativ təkrarsığorta zamanı təkrarsığortaçının və­zifəsi risklərin qəbul edilməsi üzrə birbaşa sığortaçının ma­liyyə imkanlarını genişləndirməklə məhdudlaşdırılmır. Kifayət qədər tez-tez təkrarsığortaçı riskin qiymətlən­di­ril­mə­sində, sığorta müqaviləsi şərtlərinin müəyyən edil­mə­sin­də, baş vermiş zərərin qarşısının alınmasında, habelə həmin məsələlər üzrə məsləhətlərin verilməsində birbaşa sığortaçıya kömək edir. Çox vaxt onlar riskin istər milli ərazidə, istərsə də xaricdə yerləşməsindən asılı olmayaraq onun təftiş edilməsini birlikdə həyata keçirirlər.
6.7. Obliqator təkrarsığortası

Sığortaçı obliqator təkrarsığorta müqaviləsi üzrə ra­zı­laşdırılmış ərazidə sığorta təminatının (məsələn; Azər­bay­­can Respublikası ərazisində bağlanılmış bədbəxt ha­di­sə­lərdən sığorta müqavilələri və ya Azərbaycan Respub­likası ərazisində bağlanılmış yanğından və digər təbii fə­la­kət­lərdən əmlakın sığorta edilməsi müqavilələri, ha­be­lə Azər­baycan Respublikası vətəndaşlarının və xaricdəki hü­qu­qi şəxslərin bütün əmlak mənafeləri) bütün konkret müə­y­yən edilmiş risklərini verməyə borcludur.
Təkrarsığortaçı razılaşdırılmış riskləri təkrarsığorta­ya qəbul etməyə borcludur və təkrarsığortanın ayrı-ayrı sı­ğorta müqavilələrinin bağlanılmasının hər bir konkret ha­lında aksept cavabdehliyi daşımır. Birbaşa sığortaçı tək­rar­sığortaçı ilə razılaşdırılmış səlahiyyətli anderrayterlə və sığorta şərtləri hüdudlarında olan riskləri şəxsən özünün mü­lahizələri ilə qəbul etmək, sığorta haqqını müəyyən et­mək, təkrarsığortaya verilməli sığorta müqavilələrinin ida­­rə edilməsi münasibətində zəruri tədbirləri həyata ke­çir­mək, sığortaçının və təkrarsığortaçının ümumi mənafeyi üçün zərərləri tənzimləmək hüququna malikdir.
Obliqator təkrarsığortası bağlanıldıqda tərəflər təkrarsığorta müddəti ərzində əmələ gələn zərərlərlə müna­s­i­bət­də və ya təkrarsığorta müddəti ərzində sığortaya qəbul edi­lən risklərlə münasibətdə təkrarsığorta təminatının han­sı şərtlərlə verilməsini razılaşdırmalıdırlar. Müqavilə «zərər­lərin baş verməsi ili» kimi adlanan şərtlərlə bağ­la­nar­sa, bu onu bildirir ki, bütün baş vermiş, lakin bildi­ril­mə­miş zərərlər də bildirilmiş zərərlər kimi təkrarsığorta ödə­nişini həyata keçirmək öhdəliyinin əmələ gəlməsinə cəlb oluna bilinərlər.
Obliqator təkrarsığorta müqavilələri, bir qayda ola­raq, bir il müddətinə bağlanılır. Bu zaman mütənasib ob­liqator təkrarsığorta müqaviləsinin tərəfləri, adətən, təkrarsığorta müqaviləsinin qüvvədə olması barədə təq­vim ilinin qurtarmasına 3 ay qalmışa qədər bir-birinə mü­­qavilənin dayandırılması barədə vaxtında bildiriş gön­dər­məmişlərsə, onda müqavilə mexaniki olaraq sonrakı təq­vim ili müd­də­ti­nə qədər uzadılacaqdır. Qeyri-mü­tə­na­sib təkrarsığorta müqavilələrində bu cür praktika tətbiq edil­mir və obliqator müqaviləsi yalnız tərəflərin xüsusi ra­zı­l­ığı olduqdan sonra yeni müddətə uzadıla bilər.
Obliqator təkrarsığorta müqaviləsinin vaxtından əv­vəl dayandırılması yalnız müqavilənin xüsusi nəzərdə tu­tul­muş şərtləri ilə mümkündür. Bir qayda olaraq, bu cür şərt­lərə aşağıdakılar aiddir:
- müqavilənin deyure və de fakto halında icra edil­mə­si mümkün olmadıqda;
- bir tərəfin öz borclarını ödəmə qabiliyyətinin ol­ma­ma­sı, onun müflisləşməsi və ya ləğv edilməsi, ya da işə aid əməliyyatların aparılması səlahiyyətlərinin və ya lisen­zi­yanın geri çağırılması halında;
- ikinci tərəfin bütün ödədiyi kapitalın və ya onun müəyyən hissəsinin itirilməsi halında;
- ikinci tərəfin başqa hüquqi şəxslə birləşməsi və ya baş­qa hüquqi şəxsin, ya da dövlətin nəzarətinə keçməsi ha­lında;
- başqa tərəfin yerləşdiyi və ya qeydiyyata alındığı ölkə başqa ölkə ilə müharibənin elan edilməsi və ya elan edilməməsi ilə hərbi əməliyyatların aparması, ya da başqa dövlət tərəfindən tam və qismən zəbt olunması halında.
Mütənasib təkrarsığorta təkrarsığorta müqavilələri üzrə tərəflərin öhdəliklərinin miqdarının müəyyən edil­mə­si­nin daha geniş yayılmış növü (qaydası) hesab edilir. Mü­tə­­nasib təkrarsığortada təkrarsığorta haqqının ödənilməsi, zərərdə təkrarsığortaçının iştiraketmə payının müəyyən edilməsi cəhətdən tərəflərin öhdəlikləri təkrarsığorta mü­qa­viləsi bağlanıldıqda razılaşdırılmış nisbətlərlə (faizlərlə) müəyyən edilir. Mütənasib kvota təkrarsığortası eks­se­dent məbləq əsasında təkrarsığortadan seçilir.
Kvota təkrarsığortasında tərəflər birbaşa sığorta mü­qa­viləsi üzrə sığorta məbləqinin miqdarından asılı ol­ma­ya­raq təkrarsığortaya verilmiş hər hansı və hər bir riskdə tək­­rarsığortaçının iştiraketmə payını müəyyən edirlər. Bun­dan başqa, tərəflər sığortaçı ilə təkrarsığortaçı ara­sın­da riskin mütənasib bölünməsinin tətbiq edilməsi həd­d­lə­rin­də təkrarsığorta limitini də müəyyən edirlər. Məsələn; təkrarsığorta limitinin 2,0 mln. manat həddi miqdarında təkrarsığortaçının iştraketmə payı 30% təşkil edir.
Bu onu bildirir ki, sığorta məbləqinin 1,5 mln. manat miqdarında müəyyən edilməsi ilə təkrarsığortaçının risk­də iştiraketmə payının razılaşdırılmış limit həddlərində miq­darı 450,0 manat olacaqdır ki, bu da həmin riskin tək­rar­sığorta üçün təkrarsığortaçı tərəfindən verilən təkrarsığorta tutumunun kəmiyyətini əks etdirir. Bununla da hə­min misala görə riskin 70%-i sığortaçının xüsusi tu­tu­mun­da qalır. Bu cür halda təkrarsığortada deyilir ki, tərəflərin öhdəliyi 70:30 nisbətində müəyyən edilmişdir.
Təkrarsığorta haqqının miqdarı hesablandıqda bir­ba­şa sığorta müqaviləsi üzrə alınmış haqq, müqavilə ilə müəy­yən edilmiş riskdə təkrarsığortaçının iştiraketmə pa­yı­na vurulur. Əgər təkrarsığorta müqaviləsində təkrarsığorta haqqı miqdarının azaldılması nəzərdə tutulmuşdursa, on­da həmin kəmiyyət təkrarsığorta komissiyasının kə­miy­yəti (faizlə) qədər azaldılmalıdır.
Zərər baş verdikdə təkrarsığorta müqaviləsində müəyyən edilmiş paylara (hissələrə) müvafiq olaraq ödə­niş üzrə öhdəlik də təkrarsığorta müqaviləsi tərəfləri ara­sın­da mütənasib bölüşdürüləcəkdir.
Ekssedent məbləğ əsasında mütənasib təkrarsığorta­da təkrarsığorta müqaviləsi üzrə öhdəliyin bö­lüş­dü­rül­dü­yü nisbəti müəyyənləşdirməzdən əvvəl sığortaçının xüsusi tu­tumunu əks etdirən xəttin miqdarı tərəflər arasında ra­zı­laş­dırmalıdırlar.
Sığorta müqaviləsi üzrə sığorta məbləqinin miqdarı ra­zılaşdırılmış limitdən az, xüsusi tutumdan çox olduğu halda tərəflər özləri arasında bu riskə dair öhdəliyin hansı nis­bətdə bölüşdürlməsini müəyyən edirlər.
Qeyri-mütənasib təkrarsığortada tərəflərin öh­də­lik­lə­ri hesablandıqda mütənasib bölüşdürülmə prin­sip­indən istifadə olunmur. Təkrarsığortanın beynəlxalq prak­ti­ka­sın­da ekssedent məbləq əsasında qeyri-mütənasib təkrarsığortadan və ekssedent zərərlilik əsasında qeyri-mü­tə­na­sib təkrarsığortadan istifadə edilir.
Ekssedent zərəri əsasında təkrarsığorta təkrarsığorta tə­minatının növləri üzrə hissələrə bölünə bilər: hər bir ayrı-ayrı riskə («risk üzrə») və ya bir hadisənin («hadisə üzrə») nəticəsində əmələ gəlmiş zərərlərin bir yerə top­lan­ma­sı halında. Qeyri-mütənasib təkrarsığortada sığortaçı baş vermiş zərələrin tam ödənildiyi həddlərdə müəyyən məb­ləği – üstünlüyü müəyyən edir. Üstünlüyü keçən birbaşa sığorta müqavilələri üzrə zərərlər təkrarsığortaçı tərəfindən təkrarsığorta limiti həddində ödəniləcəkdir.
Təkrarsığorta təminatı «hadisə üzrə» verildiyi halda sığortaçının üstünlüyü kifayət qədər yüksək məbləqlərə çatır, onda təkrarsığortaçının öhdəliyi fırtına, daşqın, dolu və başqa təbii fəlakətlər kimi bir hadisə nəticəsində baş verən zərərlərin həqiqi toplanması zamanı yaranır. Üstün­lü­yün miqdarı konkret ərazilərdə sığorta əməliy­yat­la­­rının apa­rılmasında, sığorta növündən, sığorta port­fe­lin­də sı­ğor­ta məbləğlərinin miqdarının dəyişməsindən və baş­qa amil­lə­rin sığortaçının portfeli riskinə meyilli ol­ma­sın­dan ası­lı­dır.
Qeyri-mütənasib təkrarsığortanın obliqator mü­qa­vi­lə­ləri üçün üstünlüyün və təkrarsığorta limitinin müəy­­yən edil­məsi ilə yanaşı təkrarsığorta tutumunun bər­pa edil­mə­si imkanları və bu cür bərpaedilmə imkanlarının miq­da­rı­nın verilməsi xarakterikdir.
Ekssedent zərərlilik əsasında təkrarsığorta sığortanın müəy­yən edilmiş növü üzrə sığorta əməliyyatlarının zə­rər­li­lik göstəricisinin artması halında sığortaçıya təkrarsığorta təminatı yaradır. Bu cür müqavilələrdə təkrarsığortaçı il üçün sığortaçının qazandığı və ya aldığı sığorta haq­qın­dan faizlərlə ifadə edilmiş üstünlükdən çox olan zərərləri ödə­məyə borcludur.
Beləliklə bir hadisə və ya bir neçə böyük zərərlər nə­ti­cəsi kimi zərərlərin toplanması hesabına bu cür artmanın baş verməsi əhəmiyyət kəsb etmir.



VII FƏSİL. SIĞORTA EHTİYATLARININ FORMALAŞDIRILMASI VƏ YERLƏŞDİRİLMƏSİ

7.1. Sığorta ehtiyatlarının yaradılmasının məqsədi və vəzifələri

Sığorta ehtiyatları məqsədli təyinata malik olan pul vəsaitlərinin məcmusudur. Bu ehtiyatlar sığorta haqları he­sabına yaradılır və qəbul edilmiş sığorta öhdəliklərinin ye­rinə yetirilməsi məqsədilə istifadə edilir. “Sığorta haq­qın­da” Azərbaycan Respublikası Qanununun 44-cü mad­də­sində göstərilir ki, sığortaçılar sığorta müqavilələri üzrə qəbul edilən öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün sığorta ehtiyatları yaradırlar. Sığorta ehtiyatları sı­ğor­taçılar tərəfindən sığortanın hər bir növü üzrə ayrılıqda ya­radılır. Sığortaçı sığorta ehtiyatlarının miqdarını hesabat tarixinə sığorta fəaliyyəti üzrə maliyyə göstəricilərini müəy­yən edərkən hesablayır.
Öz fəaliyyətinin sabitliyini təmin etmək üçün sığor­ta­çılar mövcud qanunvericiliyə uyğun olaraq sığorta haq­q­la­­rından sığorta ehtiyatları yaradırlar». Sığorta ehtiyatları bu müddət ərzində sığortaçının bağladığı sığorta müqa­vi­lə­ləri üzrə yerinə yetirmədiyi məcmu öhdəliklərini əks etdirir. Sığorta ehtiyatları sığortaçının bağladığı sığorta mü­qa­vilələri üzrə öz öhdəliklərinə cavab verilməsi, yerinə yeti­rilməsi məqsədi ilə müəyyənləşdirilir. Həyat sığortası növ­ləri və qeyri-həyat sığorta növləri üzrə sığorta e­h­ti­yat­la­rının yaradılması qaydası bir-birindən fərqlənir, lakin hər iki sığorta ehtiyatı sığortaçının deyil, sığortalıların və­sa­iti hesab edilir və hesabat tarixinə başa çatmamış sığorta mü­qavilələrindən əmələ gələn öhdəliklər üzrə sığorta ödənişlərinin verilməsi üçün müəyyənləşdirilir. Sığorta eh­tiyatlarının miqdarı gələcək sığorta ödənişlərini tam hal­da üstələməlidir. Bu səbəbdən sığorta ehtiyatlarının miq­da­rı sığortaçının sığorta əməliyyatlarının təhlili və riyazi he­sablamaların nəticəsi əsasında müəyyənləşdirilir. Hal-ha­zırda respublikada fəaliyyət göstərən sığorta təşkilatları sı­ğorta ehtiyatlarına ayırmaları «Qeyri-həyat sığortası üzrə sı­ğorta ehtiyatlarının yaradılması və ayırmaların he­sab­lan­ma­sı qaydaları» əsasında aparılır. Qaydanın adından da gö­ründüyü kimi bu yalnız qeyri-həyat sığortası növləri üz­rə sığorta ehtiyatlarının hesablanması qaydasıdır.

7.2. Sığorta ehtiyatlarının tərkibi

Sığorta ehtiyatlarının tərkibinə daxildir: texniki ehti­yat­l­ar, zəlzələ ehtiyatı, qarşısıalınma tədbirləri fondu (QTF), xüsusi təminat.
Texniki ehtiyatların tərkibinə daxildir: qazanılmamış mükafatlar ehtiyatı (QME), zərərlər ehtiyatı. Zərərlər eh­ti­ya­tı aşağıdakı hissələrdən ibarətdir:
- bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı (BTZE);
- baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı (BVBZE);
Sığortaçı sığortanın növünün xüsusiyyətindən asılı olaraq aşağıdakı əlavə texniki ehtiyatları yarada bilər:
- zəlzələ ehtiyatı (ZE);
- zərərlilik dəyişməsi ehtiyatı (ZDE);
Texniki ehtiyatların miqdarı sığortaçının gələcək sı­ğor­ta ödənişləri üzrə maliyyə öhdəliklərini pul formasında qiy­mətləndirməklə təyin olunur. Baza sığorta mükafatına sı­ğorta haqlarından təkrarsığortaya hesablanmış sığorta haq­­ları çıxılmaqla, qalan vəsaitdən müəyyən olunmuş qay­­dada hesablanmış xüsusi təminat, sığorta müqa­vi­lə­lərinin bağlanması üçün komisyon mükafatları və qarşı­sı­alı­nma tədbirləri fondunun yaradılmasına yönəldilmiş və­sa­itlər çıxılmaqla alınan məbləğ aid edilir. Qazanılmamış mükafatlar ehtiyatı dedikdə, hesabat dövründə qüvvədə olmuş sığorta müqavilələri üzrə daxil olmuş və qüv­və­də­ol­ma müddəti hesabat dövrünün hüdudlarından kənara çı­xan sığorta müqavilələrinə aid olan baza sığorta mü­ka­fat­la­rı başa düşülür. QME-ni hesablamaq üçün sığorta fəa­liy­yə­tinin növləri 3 uçot qrupuna bölünür.

I uçot qrupu:
(1) yanğın sığortası, mühəndislik sığortası;
(2) fərdi qəza sığortası;
(3) sağlamlıq sığortası (könüllü tibbi sığorta);
(4) yerüstü nəqliyyat vasitələrinin sığortası;
(5) hava nəqliyyatı vasitələrinin sığortası;
(6) su nəqliyyatı vasitələrinin sığortası;
(7) yüklərin nəqliyyat sığortası;
(8) əmlak sığortasının başqa növləri;
(9) avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin sığortası;
(10) məsuliyyətin başqa növlərinin sığortası.
II uçot qrupu:
(11) maliyyə risklərinin sığortası;
(12) kreditlərin ödənilməsi üçün borcluların məsuliyyətinin sığortası.


III uçot qrupu:
- qüvvədə olma müddətinin başlanğıc və son tarixləri qeyri-müəyyən (“açıq”) olan sığorta müqavilələrinin bağ­lan­­masının mümkünlüyünü nəzərdə tutan sığorta növləri.

7.3. Sığorta ehtiyatlarının hesablanması metodikası

Sığorta ehtiyatlarının hesablanmasının müxtəlif me­todları mövcuddur. Ayrı-ayrı uçot qrupları üzrə onların he­sablanması qaydalarını nəzərdən keçirək. Birinci uçot qrupu üzrə qazanılmamış mükafatlar ehtiyatının hesab­lan­ma­sının üç variantı mümkündür.
I variant: Qazanılmamış mükafatlar hər bir sığorta müqaviləsi üzrə “Pro rata temporis” (qazanılmamış müka­fat sığorta müqaviləsinin hesabat tarixinə başa çatmamış qüv­vədəolma müddətinə mütənasibdir) metodu ilə he­sab­lanır. Qazanılmamış mükafat aşağıdakı düstur üzrə sığorta müqaviləsinin hesabat tarixinə günlərlə başa çatmamış qüv­vədəolma müddətinin günlərlə bütün qüvvədəolma müd­dətinə nisbətinin hesablama üçün qəbul edilmiş baza sı­ğorta mükafatına hasili kimi hesablanır:

QMi = BSMi    (ni-mi)/ni.
Burada :
QMi-ci müqavilə üzrə qazanılmamış mükafat,
BSMi-ci müqavilə üzrə baza sığorta mükafatı;
ni i-ci müqavilənin müddətinin günlərlə sayı;
mi i-ci müqavilənin qüvvəyə mindiyi andan hesabat tarixinə qədər günlərlə qüvvədə olduğu müddətdir.
II variant: Qazanılmamış mükafat “24-cü” metodu ilə hesablanır. Bu metoda əsasən baza sığorta mükafatları Sığortaçının məsuliyyəti müddətinin başlanğıc ayı, sığorta brutto-mükafatlarının ödənilməsinin dövrüliyi və sığorta mü­qavilələrinin qüvvədəolma müddətləri üzrə qruplaş­dı­rı­lır. QME-nin miqdarı baza sığorta mükafatlarını 5 №-li Formada göstərilmiş əmsallara vurmaqla təyin edilir.
III variant: Qazanılmamış mükafatlar ehtiyatının yu­xa­rıda qeyd edilən I və II variantlar üzrə hesablanması tex­niki cəhətdən mümkün olmadıqda, həmin ehtiyat nəq­liy­yat (yük) sığortası üzrə baza sığorta mükafatının 25%-i, digər sığorta növləri üzrə isə baza sığorta mükafatının 33,5%-i miqdarında ayırmalar hesabına yaradılır.
Qazanılmamış mükafatlar ehtiyatının III variantla he­sablanması üçün 5H formasından istifadə edilir. Sı­ğor­ta­çılar I uçot qrupu üzrə qazanılmamış mükafatlar eh­ti­ya­tı­nın hesablanması üçün nazirliyin razılığı ilə “1/8” metodu və ya “36 %” metodundan da istifadə edə bilərlər. “1/8” metoduna əsasən, hər rüb ərzində bir il müddətinə bağ­lanan bütün sığorta müqavilələrinin həmin rübün or­ta­sın­da (məsələn, II rüb üçün-15 may) bağlanılması qəbul edi­lir.    “36 %” metodu isə sığorta müqavilələrinin sayı çox bö­yük olduqda (hansı ki, həmin müqavilələrin bağ­la­nıl­ma­sı­nın konkret tarixləri rol oynamır və bütün sığorta mü­qa­vi­lələrinin ilin ortasında (iyulun 1-də) bağlanılması qəbul edi­lir) istifadə olunur.
Sığortaçılar qazanılmamış mükafatlar ehtiyatının he­sab­lanması metodunu seçməkdə sərbəstdirlər. İkinci uçot qru­pu üzrə QME hər bir sığorta müqaviləsi üzrə baza sı­ğor­ta mükafatı miqdarında sığorta müqaviləsinin qüv­və­də­ol­ma müddəti tam qurtaranadək təyin olunur.
Üçüncü uçot qrupu üzrə QME hər bir sığorta müqa­vi­ləsi üzrə hesabat tarixinə baza sığorta mükafatının 40%-i miqdarında təyin olunur. Sığortanın baxılan növü üçün bağ­lanmış bütün sığorta müqavilələri üzrə QME-nin məb­lə­ği sığortaçının həmin növ üzrə qazanılmamış mükafatlar eh­tiyatını təşkil edir.
   Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı sığortaçı tərəfindən hesabat və ya ondan əvvəlki dövrlərdə baş vermiş, hansı ki, baş vermə faktı haqqında qanunla və ya sığorta müqaviləsilə müəyyən olunmuş qaydada sığor­ta­çıya bildirilib, sığorta hadisələri ilə əlaqədar yaranmış, zərərlərin tənzimlənməsi üzrə hesabat tarixinə tam icra olun­­mamış öhdəliklərin yerinə yetirilməsini təmin etmək mə­qsədi ilə yaradılır. Bildirilmiş, lakin tənzimlənməmiş zə­­rərlər ehtiyatının miqdarı tənzimlənməmiş hər bir tələb üz­rə təyin olunur. Zərərin miqdarı təyin olunmayıbsa, he­sab­lama üçün zərərin sığorta məbləğini aşmayan miqdarı qə­bul olunur.
Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı he­sabat dövrünə tənzimlənməmiş zərərlər məbləği və hə­min məbləğin 3%-i miqdarında zərərlərin tənzim­lən­mə­si üzr­ə xərclərin cəminə uyğundur.
Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı he­sa­bat dövrü ərzində baş vermiş, lakin qanunla və ya sı­ğor­ta müqaviləsi ilə müəyyən olunmuş müddətdə sığor­ta­çıya bildirilməmiş zərərlərin tənzimlənməsi məqsədi ilə yara­dı­lır. Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatının miq­darı aşağıdakı qaydada hesablanır:
- hesabat dövründə daxil olmuş baza sığorta mü­ka­fat­ları məbləğindən 10% miqdarında, əgər hesabat dövrü il he­sab olunursa;
- hesabat dövründə və bundan əvvəlki 3 hesabat döv­rün­də daxil olmuş baza sığorta mükafatları məb­lə­ğin­dən 10% miqdarında, əgər hesabat dövrü rüb hesab olu­nur­sa.

7.4. Zərərlilik dəyişməsi və zərərlər ehtiyatı

“Sığorta haqqında” Azərbaycan Respublikası Qanu­nu­nun 44-cü maddəsinin 2-ci bəndinə əsasən sığortaçılar yan­ğın və mühəndislik sığortası növləri üzrə baş verə bilə­cək zəlzələ nəticəsində zərərin ödənilməsi müqabilində aldıqları sığorta haqlarından təkrarsığortaya hesablanmış sığorta haqları, komisyon mükafatlar və sığorta hadi­sə­si­nin qarşısının alınması xərcləri çıxılmaqla qalan sığorta haq­ları məbləğindən ayırmalar hesabına on beş il müd­də­ti­nə sığorta ehtiyatını yaradırlar.
Zəlzələ ehtiyatı 13 nömrəli forma ilə hesablanılır və alı­nan məbləğ 14 nömrəli formada texniki ehtiyatların tər­ki­bində göstərilir. Zərərlilik dəyişməsi ehtiyatı sığorta məb­ləğinin zərərlilik qiyməti sığortanın növləri üzrə sı­ğor­ta tarifinin netto-dərəcə hissəsinin hesablanmasının əsasını təş­kil edən gözlənilən zərərlilik səviyyəsini hesabat döv­rün­də aşdıqda sığortaçının sığorta ödənişlərini vermək üçün xərclərini kompensasiya etmək üçündür. Yəni bu eh­ti­yat ayrı-ayrı sığorta növləri üzrə zərərliliyin orta illik sə­viy­yəsini təmin etmək üçün bir neçə il ərzində sığorta ödə­niş­lərinə çəkilən xərclərin dəyişməsinin uzun müddətli kom­pensasiyası təyinatını daşıyır.
Zərərlilik dəyişməsi ehtiyatının yaradılması və isti­fa­də­si qaydası sığortaçı tərəfindən müəyyən olunur və na­zir­lik ilə razılaşdırılır. Bu ehtiyat yaradıldıqda alınan məbləğ 14 nömrəli formada texniki ehtiyatların tərkibində gös­tə­ri­lir. Qarşısıalınma tədbirləri fondu baş verə biləcək sığorta hadisəsinin qarşısını almaq məqsədi ilə sığortaçılar tərə­fin­dən həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün­dür. Qarşısıalınma tədbirləri fondu sığorta müqa­vi­lə­lə­ri üzrə hesabat dövründə hesablanmış sığorta haq­la­rın­dan ayırma yolu ilə yaradılır. Qarşısıalınma tədbirləri fon­du­na ayırmalar tarif dərəcələrinin strukturunda nəzərdə tu­tul­duğu hallarda aparılır.
Riyazi ehtiyat dedikdə, qüvvədə olan həyat sığortası müqaviləsi üzrə sığortaçının öz öhdəliyini yerinə yetirməsi üçün yaratdığı sığorta ehtiyatı başa düşülür. Bu ehtiyat hər bir sığorta müqaviləsi üzrə ayrılıqda hesablanılır.Ona görə də həyat sığortası üzrə ümumi riyazi ehtiyat ayrı-ayrı sığorta müqavilələri üzrə hesablanmış riyazi ehtiyatların cəminə bərabərdir.
Riyazi ehtiyatın Prospektiv metodla hesablanması sı­ğor­ta təcrübəsində daha çox yayılmışdır. Bu metoda əsa­sən, riyazi ehtiyat sığortaçının gələcək öhdəliklərinin müa­sir ehtimal dəyəri ilə sığorta etdirənin gələcək öh­də­lik­lə­ri­nin müasir ehtimal dəyəri arasındakı fərqə bərabərdir. Ri­ya­­zi ehtiyat sığorta haqlarının birdəfəlik və ya hissə-hissə ödənilməsindən asılı olaraq müxtəlif düsturlarla hesablanır
Zərərlər ehtiyatı. Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı sığortaçı tərəfindən hesabat və ya ondan əvvəlki dövrlərdə baş vermiş və baş vermə faktı haqqında qanunla və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş qaydada sığortaçıya bildirilmiş, lakin sığorta hadisələri ilə əlaqədar yaranmış zərərlərin tənzimlənməsi üzrə hesabat tarixinə icra olunmamış və ya tam icra olunmamış öh­də­lik­lərin yerinə yetirilməsini təmin etmək məqsədilə ya­ra­dı­lır. BTZE-nın miqdarı hesabat dövründən əvvəlki dövrlər üçün tənzimlənməmiş zərərlərin məbləği qədər artırılan və hesabat dövrü ərzində ödənilmiş zərərlərin məbləği üstə­gəl hesabat dövrü üçün tənzimlənməmiş tələblərin məblə­ğin­dən 3 faiz miqdarında zərərlərin tənzimlənməsi üzrə xərc­lər qədər azaldılan bildirilmiş zərərlərin məbləğinə uy­ğundur. Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı (BVBZE) hesabat dövrü ərzində baş vermiş, lakin hadisə haq­qında qanunla və ya müqaviləyə uyğun olaraq sığor­ta­çı­ya bildirilməmiş sığorta hadisələri ilə əlaqədar yaranmış zərərlərin tənzimlənməsi üzrə xərclər də daxil olmaqla öh­də­liklərin yerinə yetirilməsini təmin etmək üçün yaradılır. BVBZE dörd rüb ərzində daxil olmuş baza sığorta mükafatının 10 faizi miqdarında hesablanır.
Yanğın və mühəndislik sığortası növləri üzrə götü­rül­müş risklər üzrə əlavə zəlzələ üzrə də risk qəbul edil­ir­sə, təminat verirsə, onda sığorta tarifində zəlzələ təminatı üçün tətbiq olunan hissəsi üzrə alınmış sığorta haqlarından tək­rarsığortaya verilmiş (hesablanmış) sığorta haqları, işin aparılması və qarşısıalınma xərcləri çıxılmaqla qalan sı­ğor­ta haqqları məbləğinin on beş il müddətinə sığorta eh­ti­ya­tı yaradılır. Zərərlilik dəyişməsi ehtiyatı sığorta məb­lə­ği­nin zərərlilik qiyməti sığortanın növləri üzrə sığorta tar­i­fi­nin netto dərəcə hissəsinin hesablanmasının əsasını təşkil edən gözlənilən zərərlilik səviyyəsini hesabat dövründə aş­dıqda sığortaçının sığorta ödənişlərini vermək üçün xərc­lərini kompensasiya etmək üçündür. Yəni bu ehtiyat ayrı-ayrı sığorta növləri üzrə zərərliyin orta illik səviy­yə­si­ni təmin etmək üçün bir neçə il ərzində sığorta ödəniş­lə­ri­nə çəkilən xərclərin dəyişməsinin uzun müddətli kom­pen­sa­siyası təyinatını daşıyır.        
Qarşısıalınma tədbirləri fondu. Qarşısıalınma təd­bir­lə­ri fondu baş verə biləcək sığorta hadisəsinin qarşı­sı­nı almaq məqsədi ilə sığortaçılar tərəfindən həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçündür. QTF tarif dərəcə­lə­rinin strukturunun nəzərdə tutulmuş faiz miqdarında sığorta müqavilələri üzrə hesabat dövründə daxil olmuş sığorta brutto mükafatlarından ayırma yolu ilə yaradılır.
Həyat sığortası üzrə sığorta ehtiyatları. Həyat sığor­ta­sı üzrə sığorta ehtiyatı riyazi ehtiyat adlanır. Bu ehtiyat qüv­vədə olan həyat sığortası müqavilələri üzrə sı­ğor­ta­çı­nın öz öhdəliyini yerinə yetirməsi üçün yaratdığı sığorta eh­tiyatıdır. Bu ehtiyat hər bir sığorta müqaviləsi üzrə ay­rı­lıq­da hesablanılır. Ona görə də həyat sığortası üzrə ümumi ri­yazi ehtiyat ayrıayrı sığorta müqavilələri üzrə he­sab­lan­mış riyazi ehtiyatların cəminə bərabərdir.
Riyazi ehtiyatın Prospektiv metodla hesablanması sı­ğor­ta təcrübəsində daha çox yayılmışdır.Bu metoda əsa­sən, riyazi ehtiyat sığortaçının gələcək öhdəliklərinin müa­sir ehtimal dəyəri ilə sığorta etdirənin gələcək öh­də­lik­lə­ri­nin müasir ehtimal dəyəri arasındakı fərqə bərabərdir. Ri­ya­zi ehtiyat sığorta haqlarının birdəfəlik və ya hissə-his­sə ödənilməsindən asılı olaraq müxtəlif düsturlarla he­sab­la­nır.

7.5. Sığorta ehtiyatlarının yerləşdirilməsi

Maliyyə sabitliyini və sığorta ödənişlərini təmin etmək məqsəd ilə sığorta təşkilatları sığorta ehtiyatlarının müm­kün investisiya risqini azaltmaqla investisiya vasi­tə­lə­ri obyektlərinin geniş hüdudunun olması (diversi­fi­ka­siya), investisiyaya yönəldilmiş vəsaitlərdən zəruri olaraq gəlirin alınması (rentabellik), sığorta ödənişləri üzrə gö­tü­rü­lən öhdəliklər zəruri olaraq icra edilməsi halında in­ves­ti­si­yaya qoyulmuş aktivlərin nominal dəyərini saxlamaqla onların tez satılması mümkünlüyü prinsipləri əsasında investisiyaya qoyulmuş aktivlərin nominal dəyərini saxla­maq­la onların tez satılması mümkünlüyü prinsipləri müm­kün­lüyü əsasında investisiyaya verməyə yönəldir.
Sığortaçının tədiyyəödəmə qabiliyyətini təmin etmək məqsəd ilə sığorta ehtiyatlarının yerləşdirilməsi müddətlər sı­ğorta müqavilələri üzrə götürülmüş öhdəliklərin müddət­lə­rinə uyğunlaşdırılmalıdır.
“Sığorta haqqında” Qanunda göstərilmiş sığorta eh­ti­yat­ları sığortaçının müqavilələr üzrə öhdəliklərinin ye­ri­nə ye­tirilməsi üçün nəzərdə tutulur. Sığorta ehtiyat­la­rı­nın və­sa­iti sığortaçının seçimi ilə aşağıdakı qaydada yer­ləş­dirilə bi­lər (investisiya edilə bilər):
1. Dövlət qiymətli kağızlarının satın alınmasına - 70 fai­zədək.
2. Bank və digər kredit təşkilatlarındakı depozit hesablarında - 80 faizədək.
3. Daşınmaz əmlakın və torpaq sahələrinin, habelə on­­lardan istifadə hüquqlarının satın alınmasına - 20 faizə­dək, o cümlədən bir satınalınmaya - bu həddin 50 faizi­nə­dək.
4. Qeyri-dövlət qiymətli kağızların, xarici valyutanın və onunla ifadə edilmiş qiymətli kağızların satın alın­ma­sı­na - 40 faizədək, o cümlədən bir satınalınmaya - bu həddin 10 faizinədək.
5. Cari sığorta ödənişlərinin verilməsi üçün bankdakı hesablaşma hesabında 5 faizdən az olmayaraq.
6. Digər investisiya sahələrinə - 10 faizədək.
Qeyd etmək lazımdır ki, bir bankda və ya kredit təşkilatında bütün sığorta ehtiyatları vəsaitini 40 faizindən çoxu saxlanıla bilməz. Sığorta ehtiyatlarının vəsaiti yerləşdirilən daşınmaz əmlakın və torpaqların dəyəri onların bazar qiymətinin 80 faiz miqdarında qəbul edilir.
Aşağıdakı hallarda sığorta ehtiyatlarının vəsait­lə­rin­dən istifadə etmək qadağan olunur:
- bu qaydalarla nəzərdə tutulmayan investisiyalar üçün;
- fiziki və hüquqi şəxslərə borcların (kreditlərin) ve­ril­məsi üçün, habelə sığorta ehtiyatlarının yerləş­di­ril­məsi qay­dalarında nəzərdə tutulan hallardan başqa, sığorta olu­na­n­lara ssudaların verilməsi üçün;
- sığorta ehtiyatlarının yerləşdirilməsi qaydalarında nəzərdə tutulan obyektlər üzrə alqı-satqı müqavilələrindən başqa, alqı-satqı müqavilələrinin bağlanılması üçün;
- Azərbaycan Respublikasının “Sığorta haqqında” Qanu­nunda nəzərdə tutulan şərtlərə müvafiq olmayan ölə qiy­mətli kağızlara; çek, təqdim edən üçün bank əmanət ki­tab­çası, özəlləşdirmə qiymətli kağızı, habelə digər bu kimi qiy­mətli kağızlara sığorta ehtiyatları vəsaitlərinin in­ves­ti­si­ya qoyuluşları üçün;
- əmtəə və fond birjalarının səhm və paylarının satın alınması üçün;
- intellektual mülkiyyətə qoyuluş üçün;
- sığorta ehtiyatlarının yerləşdirilməsi qaydalarında nə­zərdə tutulan qoyuluşlar istisna olmaqla, birgə fəaliy­yə­tin aparılması üçün;
- sığorta ehtiyatlarının yerləşdirilməsi qaydalarında nə­zərdə tutulan daşınmaz obyektlər istisna olmaqla, əsas və­saitlərin satın alınması üçün;
- sığorta şirkəti işçilərinin əməyinin ödənilməsi, on­la­ra maddi köməyin göstərilməsi və ssudaların verilməsi, ha­belə başqa ödənişlərin: o cümlədən vergilərin, cə­ri­mə­lə­rin və s. ödənilməsi üçün;
- ticarət-vasitəçilik, bank və istehsalat fəaliyyətinin hə­yata keçirilməsi üçün.
Sığorta ehtiyatları girov predmeti ola bilməz. Sığorta eh­tiyatları təminat öhdəlikləri üzrə pul məbləqlərinin kre­di­tora ödənilməsi üçün də mənbə ola bilməz. Bununla ya­na­şı sığorta şirkəti cari sığorta ödənişlərini həyata ke­çir­mək üçün bankdakı hesablaşma hesabında kifayət qədər eh­tiyatların olmasını təmin etməyə borcludur. Bu və­sa­it­lə­rin məbləği sığorta ehtiyatlarının ümumi məbləğinin 3 fa­i­zin­dən aşağı ola bilməz.
Uzunmüddətli həyat sığortası üzrə yaradılmış sığorta eh­tiyatlarının 20 faizindən az olmayan miqdarı, həyat sı­ğor­tasından başqa, digər sığorta növləri üzrə isə yara­dıl­mış sığorta ehtiyatlarının 10 faizindən az olmayan miqdarı dövlət qiymətli kağızlarına qoyulmalıdır.
Azərbaycan Respublikasının bağladığı beynəlxalq sazişlərlə və qüvvədə olan qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, sığorta ehtiyatlarının 80 faizin­dən az olmayan miqdarı Azərbaycan Respublikası əra­zi­sində investisiyaya qoyulmalıdır.
Sığorta ehtiyatları ölkə ərazisindən kənarda investi­si­y­a­ya qoyulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə və Azərbaycan Respublikasının işti­rakı ilə bağlanılmış beynəlxalq sazişlərlə nəzərdə tu­tul­m­uş şərtlərə əsaslanmaq zəruridir. Sığorta ehtiyatlarının xa­ricdə investisiyaya qoyulması barədə Azərbaycan Res­pub­likası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xid­mətinə xəbər verilməklə, bu cür sazişin qanu­na­uy­ğun­lu­ğunu və əsaslandırılmasını təsdiq edən sənədlər də əlavə edi­l­məlidir.


VIII FƏSİL. SIĞORTA TƏŞKİLATLARININ İDARƏEDİLMƏSİNİN ƏSASLARI

8.1. Sığorta qanunvericiliyi və normativ hüquqi aktlar

Sığorta sahəsində münasibətlər «Sığorta fəaliyyəti haq­qında» Azərbaycan Respublikasının Qanunu, Azərbay­can Respublikasının digər normativ-hüquqi aktları və bey­nəl­xalq müqavilələri, habelə Maliyyə Nazirliyinin nor­ma­tiv hüquqi aktları ilə tənzimlənir. «Sığorta fəaliyyəti haq­qın­da» Azərbaycan Respublikasının Qanunu sığorta işinin in­ki­şaf etdirilməsinə və etibarlı şəkildə həyata ke­çi­ril­mə­si­nə, sığortalıların hüquq və mənafelərinin qorunmasına yö­nəl­­dilir, sığortaçıların maliyyə sabitliyinin təmin edil­mə­si­ni, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəa­liyyəti (ekspert, aktuar, agentlik, broker və produktor fəa­l­iyyətini) göstərmələrini tənzimləyir, sığorta sahəsində döv­lətin səlahiyyətlərini müəyyən edir.
«Sığorta fəaliyyəti haqqında» Qanunla sığorta təşki­lat­larının təşkilati əsasları, yəni sığortaçı kimi fəaliyyət gös­tərməsi üçün tələb olunan şərtlər və tələblər, sığorta ba­zarının digər peşəkar iştirakçılarının fəaliyyətinin ümu­mi əsasları, sığorta müqaviləsinin bağlanması, mü­qa­vi­lə­dən irəli gələn münasibətlərin tənzimlənməsi qaydaları, sı­ğor­taçıların və sığortalıların hüquq və vəzifələri, sı­ğor­ta­çı­nın maliyyə sabitliyinin əsasları, habelə sığorta fəaliy­yə­ti­nə dövlət nəzarətinin forma və prinsipləri müəyyən­ləş­di­ril­mişdir. «Sığorta fəaliyyəti haqqında» Qanun sığorta işi­nin həyata keçirilməsinin təmin edilməsi, sığorta fəaliyyəti ilə bağlı münasibətlərin tənzimlənməsi vasitəsi kimi sığor­ta­nın bazar infrastrukturunun iqtisadi əhəmiyyətli sahə­lə­rin­dən biri kimi formalaşmasında önəmli yer tutur. Sığorta müqavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsi üçün həmçinin Azərbaycan Respublikasının Mülki Məcəl­lə­sinin 50-ci (Sığorta) fəslində geniş müddəalar nəzərdə tu­­tulmuşdur. Qeyd etmək lazımdır ki, mövcud qanun­ve­ri­ci­liyə əsasən sığortanın zəruri hesab edilən müəyyən növ­lə­ri icbari qaydada həyata keçirilə bilər və belə icbari sı­ğo­ta­ların aparılması Azərbaycan Respublikasının müva­fiq icbari sığorta qanunları ilə nəzərdə tutulmalıdır. İcbari sı­ğorta müqavilələrindən irəli gələn münasibətlər müvafiq ic­bari sığorta qanunları ilə tənzimlənir..
    «Sığorta fəaliyyəti haqqında» Qanunun tələblərinə müvafiq olaraq sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətini, sığorta ehtiyatlarının yaradılması və ayırma­la­rın hesablanması, həyat sığortası üzrə riyazi ehtiyatların hesab­lanması qaydasını tənzimləyən normativ hüquqi akt­lar da qəbul edilmişdir. Azərbaycan Respublikasının sı­ğor­ta qanunvericiliyi əsas etibarilə aşağıdakı normativ hü­qu­qi aktlardan ibarətdir:
1. «Qeyri-həyat sığortası növləri üzrə sığorta ehti­yat­larının yaradılması və ayırmaların hesablanması Qay­da­ları».
2.«Azərbaycan Respublikasında sığorta və təkrarsığorta brokerlərinin fəaliyyət Qaydaları.
3. «Aktuari və sığorta ekspertinin fəaliyyət gös­tər­mə­si Qaydaları.
4. «Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları.
Sığortaçıların fəaliyyət göstərməsi üçün tələb olunan il­kin şərtlərdən biri sığortaçının sığortalılar qarşısında öh­də­liklərinə təminat verə biləcək məbləğdə nizamnamə k­a­pi­talına malik olmasıdır. Nizamnamə kapitalı sığortaçının ma­liyyə sabitliyi və ödəmə qabiliyyətini təmin edən ən əhə­miyyətli şərtlərdəndir. Mövcud qanunvericilik sı­ğor­ta­çı­ların və təkrarsığortaçıların nizamnamə kapitalının mi­ni­mum məbləğinin Azərbaycan Respublikası Nazirlər Ka­bi­neti tərəfindən müəyyən edilməsini nəzərdə tutur. Na­zir­lər Kabinetinin müvafiq qərarı ilə hazırda nizamnamə ka­pi­talının minimum məbləği sığortaçılar üçün 5,0 mln. ma­nat, təkrarsığortaçılar üçün isə 10,0 mln. manat məb­lə­ğin­də müəyyən edilmişdir.

8.2. Sığorta şirkətlərinə lisenziya verilməsi qaydaları

Sığorta təşkilatının sığortaçı kimi fəaliyyətə başla­ma­sının vacib şərtlərindən biri sığorta fəaliyyətinə xüsusi ra­zılıq (lisenziya) alınmasıdır. Sığorta fəaliyyətinin lisen­zi­yalaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edil­miş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növ­lə­rinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qay­dalar» və Azərbaycan Respublikası Nazirlər Kabine­ti­nin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edil­miş «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xü­susi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»-in 17-ci bəndi əsasında tənzimlənir. Sığorta təş­ki­lat­larına sığorta fəaliyyətinə lisenziyanın verilməsi Azər­bay­can Respublikasının Maliyyə Nazirliyi tərəfindən hə­ya­ta keçirilir və qeyd olunan normativ aktlara əsasən sı­ğor­ta təşkilatları lisenziya almaq üçün aşağıdakı sənədləri Maliyyə Nazirliyinə təqdim etməlidirlər:
   1. Lisenziya almaq üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
• hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi və fəaliyyət göstərdiyi ünvanı, filiallar barədə məlumat (əgər nəzərdə tutulmuşdursa), hesablaşma hesabının (he­sab­­larının) nömrəsi və bankın adı, fəaliyyət aparılacaq sı­ğor­­ta növləri;
2. Müəssisənin təsis sənədlərinin surəti;
3. Müəssisənin dövlət qeydiyyatı haqqında şəha­dət­na­mənin surəti;
4. Müəssisənin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;
5. Ərizəçinin fəaliyyət aparacağı ünvan, o cümlədən əri­zədə göstərilən obyektlərdən (filiallardan) hər biri üçün əriz­əçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, is­ti­fadə və s. əsasları) təsdiq edən sənədin surəti;
6. Lisenziya almaq üçün dövlət rüsumunun ödə­ni­l­di­yi­ni təsdiq edən sənəd;
7. Sığortaçının nizamnamə kapitalının minimum məb­ləğinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödə­nilməsini təsdiq edən sənəd;
8. Sığortanın fəaliyyət aparılması nəzərdə tutulan kö­nül­lü növləri üzrə qaydalar;
9. Rəhbər qismində cəlb edilən mütəxəssislərin ali iq­tisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təh­si­lin və sığorta əməliyyatlarının aparılması ilə əlaqədar sı­ğor­ta sahəsində azı iki il iş təcrübəsinin, yaxud bu şərt­lər­dən asılı olmayaraq, ali təhsilin və belə sahədə azı dörd il iş təcrübəsinin olmasını təsdiq edən sənədlərin surəti.
Lisenziya almaq üçün təqdim edilən sənədlər Maliyyə Nazirliyi tərəfindən qəbul edilir, baxılır, çatış­maz­lıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gün­dən başlayaraq 15 gündən gec olmayaraq lisenziya ve­ril­məsi haqqında qərar qəbul edilir.
Bütün fəaliyyət növləri, o cümlədən sığorta fəali­y­yə­ti üçün lisenziyanın müddəti qanunvericiliklə 5 il müəy­yənləşdirilmişdir.
Lisenziyalaşdırma qaydalarında həmçinin, lisenziya sahibləri tərəfindən lisenziya tələblərinə və şərtlərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, bu sahədə lisen­zi­ya verən orqanın hüquqları müəyyən edilmişdir. Belə ki, Ma­liyyə Nazirliyi sığortaçılar tərəfindən lisenziya tələb­lə­ri­­nə və şərtlərinə əməl edilməsinin yoxlanılması zamanı aş­kar olunmuş qanun pozuntuları ilə əlaqədar lisenziyanın fəa­liyyətinin müvəqqəti dayandırılması və lisenziyanın ləğv edilməsi barədə qərar qəbul etmək səlahiyyətinə ma­lik­­dir. Maliyyə Nazirliyi sığorta fəaliyyətinə verilmiş li­sen­­ziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:
• lisenziya sahibi (sığortaçı) tərəfindən müvafiq ərizə təqdim edildikdə;
• lisenziya sahibi tərəfindən normativ aktlra əməl edil­mədikdə, yaxud Azərbaycan Respublikasının qanun­ve­­riciliyinə uyğun olaraq müvafiq dövlət orqanı trəfindən əri­zəçinin fəaliyyəti dayandrıldıqda;
• lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;
• Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
   Maliyyə Nazirliyinin aşağıdakı hallarda lisenziyanı ləğv etmək hüququ vardır:
• lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edil­dikdə;
• lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;
• məhkəmənin müvafiq qərarı olduqda;
• sığortaçı hüquqi şəxs kimi ləğv edildikdə;
• Azərbaycan Respublikasının qanunvericiliyi ilə nə­zər­də tutulan digər hallarda.
Maliyyə Nazirliyi lisenziyanın dövlət reyestrində qey­də alındığı tarixdən 10 gün müddətində, lisenziyanın fəa­liyyətinin dayandırılması və ya lisenziyanın ləğv edil­mə­si və lisenziyanın bərpa edilməsi barədə isə müvafiq qə­rarların qəbul edildiyi andan 5 gün müddətində li­sen­zi­ya sahibinə və ərazi üzrə dövlət vergi xidməti orqanına rəs­mi məlumat təqdim etməlidir.

8.3. Sığorta müqaviləsinin bağlanması və onun məzmunu

Sığortaçılar fəaliyyətlərini bütün hüquqi şəxslər kimi ni­zamnamə əsasında həyata keçirirlər. Sığortaçının təsis­çi­lə­ri tərəfindən təsdiq edilmiş nizamnamə hüquqi şəxsin təsis sənədidir. Bir təsisçi tərəfindən yaradılan hüquqi şəxs hə­min təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəa­liy­yət göstərir. Sığortaçının nizamnaməsində sığortaçının adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, ha­be­lə onun ləğvi qaydası müəyyənləşdirilir. Nizamnamədə də­­yişikliklər barədə qanunvericiliyə uyğun olaraq dövlət qey­diyatı orqanına və Maliyyə Nazirliyinə 15 gün müd­də­tin­də məlumat verilir və dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Sığorta müqaviləsinin bağlanması üçün sığortalı müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı təklif ver­mə­li, yaxud bu niyyətini şifahi bildirməlidir. Sığorta müqa­vi­lə­sinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, sı­ğortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir. Sı­ğortaçının, sığorta agentinin və brokerin sığorta mü­qa­vi­lə­si bağlamaq üçün fiziki və ya hüquqi şəxslərə onların hü­quq və vəzifəsi haqqında, habelə broşurada, izahat ki­tab­­çalarında, reklam və elanlarda yalan, çaşdırıcı və ya al­dadıcı məlumat verməsi qadağandır. Sığorta müqa­vilə­sin­də aşağıdakılar göstərilməlidir:
• sığortaçının adı və ünvanı;
• sığortalının adı və ünvanı;
• sığorta obyekti və onun olduğu yer;
• sığorta riskləri;
• sığorta məbləği və ödənişinin verilməsi qaydası;
• sığorta haqqının məbləği, onun verilməsi qaydası və müddəti;
• müqavilənin qüvvədə olduğu müddət;
• müqavilə üzrə sığorta münasibətlərinin digər isti­rak­­çıları varsa, onlar barədə məlumat (sığorta olunan, fay­da götürən, lazım gəldikdə sığorta agent və brokerləri)
• müqavilənin dəyişdirilməsi və xitam verilməsi qay­da­sı.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə mü­va­fiq olaraq, habelə tərəflərin razılığı ilə müqavilədə baş­qa şərtlər də göstərilə bilər.
Sığorta müqaviləsinin bağlanılması faktını təsdiq edən sənəd sığorta şəhadətnaməsidir. Hüquqi şəxslərlə sı­ğor­ta müqaviləsi bağlanarkən, sığortaçı hər bir sığorta olu­na­nanın adına sığorta şəhadətnaməsi tərtib edə bilər. Sı­ğor­ta şəhadətnaməsində sığorta müqaviləsində nəzərdə tu­tu­lan məlumatlar qeyd olunur. Sığortaçı sığorta ödənişini mü­qaviləyə və ya qanuna müvafiq surətdə sığortalının əri­zə­sinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Sı­ğor­ta aktı sığortaçının nümayəndəsi tərəfindən sığortalının və ya sığortada marağı olan digər şəxslərin iştirakı ilə tər­tib edilir. Sığorta aktında sığortalının adı (adı, atasının adı, so­yadı), ünvanı, sığorta müqaviləsinin və ya şəha­dət­n­a­mə­si­nin tarixi və nömrəsi, sığorta hadisəsinin təfsilatı, səh­hə­tə, yaxud əmlaka vurulan zərər barədə məlumatlar qeyd olu­nur və sığortaçının nümayəndəsi və aktın tərtib edil­mə­sin­də iştirak edən şəxslər tərəfindən imzalanır.

8.4. Sığorta müqaviləsindən irəli gələn hüquqi münasibətlər

Xoşagəlməz hadisələrin müxtəlif növlərindən fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin sığorta müda­fiə­ləri üzrə sığorta təşkilatlarının göstərdiyi xidmətlərlə əla­qə­dar əmələ gələn ictimai iqtisadi münasibətləri sığorta hü­ququ münasibətləri adlandırırlar. Özünün tərkibinə görə sı­ğorta hüquqi münasibətlərinin məcmusu, sığorta mü­qa­vi­lələrinin bağlanılması və onların yerinə yetirilməsi za­ma­­nı əmələ gələn münasibətlər kimi, sığorta təşkilatlarının fəa­liyyətinin və sığorta bazarının digər subyektlərinin: sı­ğor­talıların, sığorta vasitəçilərinin, təkrarsığortaçıların, risk qiymətləndiricilərinin, aktuarların və sığorta fəaliy­yə­ti­nə cəlb edilmiş başqa şəxslərin dövlət tərəfindən tən­zim­lən­məsi ilə əlaqədar əmələ gələn münasibətlər də eyni de­yil­dir. Bu cür hüquqi münasibətlərin hüquqi mahiyyəti də müx­təlifdir. Sığorta müqaviləsindən irəli gələn hüquqi mü­nasibətlər – icbari sığorta müqavilələrini istisna et­mək­lə, mülki münasibətdə bərabərhüquqlu iştirakçılar arasında yaranır, bu zaman sığortalı və sığortaçı sığorta müqa­vi­lə­lə­rinin konkret növlərinin (şəxsi sığorta müqaviləsinin, əmlak sığortası müqaviləsinin, məsuliyyət sığortası mü­qa­vi­ləsinin, sahibkarlıq riskinin sığorta edilməsi mü­qa­vi­lə­si­nin, təkrarsığorta müqaviləsinin) tənzimlənməsində bir­ba­şa münasibətlərə malik olan, yalnız ümumi qəti qa­nun­ve­ri­ci­lik normalarına əsaslanaraq sığorta müqaviləsi şərt­lə­ri­nin formalaşdırılmasında sərbəstdirlər. Eyni zamanda, sığorta nəzarəti orqanı qismində dövlətlə sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxs arasında hüquqi münasibətlər mülki münasibət subyektlərinin bərabərliyinə əsas­lan­ma­mış­dır və sığorta təşkilatının, sığorta bazarının başqa sub­yekt­lərinin sığorta fəaliyyətini tənzimləyən qanunlarda və akt­l­arda müəyyən edilmiş norma və göstərişlərə riayət et­mək vəzifəsini nəzərdə tuturlar. Bu, sığortanın aparılması ilə əlaqədar vergilərin: sığorta haqlarında tutulan ver­gi­lə­rin, sığorta təşkilatlarının mənfəətindən verilən ver­gi­lərin ödə­nilməsində, sığortaya çəkilən xərclərin hü­quqi şəxs­lə­rin məsrəflərinə daxil edilməsi qaydasında və hüquqi şəxs­lə­rin vergiyə cəlbetmə bazasının formalaşdırılmasında, sı­ğor­ta ödənişlərinin vergiyə cəlb edilməsinin qayda və şərt­lə­rində və s. dövlət və sığortalı, sığortaçı və xeyirgötürən ara­s­ında əmələ gələn hüquqi münasibətlər cəhətindən də düz­gündür.
Son vaxtlar maliyyə bazarında ayrı-ayrı sığor­ta­çı­la­rın inhisar vəziyyətinin məhdudlaşdırılmasına dair dövlət və sığortaçılar arasında hüquq münasibətlərinin fəal for­ma­laşması müşahidə edilir. Göstərilən hüquq mü­na­si­bət­lə­ri­nin bütün müxtəlifliyində: onların subyektiv tərkibi və əmə­ləgəlmə mənbələri üzrə – öz mənbəyi ilə təşkilatın mü­rəkkəb sisteminin mövcud olması üçün vətəndaşlara, hü­quqi şəxslərə sığorta müdafiəsi və bazarının fəaliyyət gös­tərməsi üzrə sığorta təşkilatlarının xidmət göstər­mə­si­nə borclu olmasında eynidirlər. Sığorta hüququ pre­d­me­ti­nin strukturu aşağıda göstərilən şəkildə təqdim edilə bilər:
-  sığorta müqaviləsinin bağlanılması, qüvvədə olması və onun yerinə yetirilməsinə dair sığortaçı ilə sığortalı (sı­ğor­ta olunmuş şəxs və xeyirgötürən) arasında olan mülki hü­quq münasibətləri;
-  sığorta fəaliyyətinin həyata keçirilməsində sığorta təş­kilatları, sığorta vasitəçiləri və sığorta nəzarəti orqanları və başqa dövlət orqanları arasında inzibati hüquq mü­na­si­bət­ləri;
-  sığorta təşkilatları və sığorta nəzarəti orqanları, vergi orqanları arasında sığorta ehtiyatlarının forma­laş­dı­rıl­ması və onlardan istifadə olunması, sığorta haqlarının alın­ması və sığorta ödənişlərinin həyata keçirilməsinə dair maliy­yə hüquq münasibətləri. Eyni zamanda yaddan çı­xar­maq lazım deyildir ki, həm sığortalı və ya sığortaçı, həm də sığorta bazarının başqa subyektləri rolunda çıxış edə bilən xarici fiziki və hüquqi şəxslərin iştirakı ilə də sığorta hüququ münasibətləri əlaqəli ola bilər, məsələn; sığorta müqaviləsinin bir tərəfində xarici sığortaçı və ya təkrarsığortaçı çıxış edə bilər. Bu cür hallarda sığorta hüququ münasibətləri beynəlxalq xüsusi hüququ və onun tətbiq edilməsinin milli xüsusiyyətləri nəzərə alınmaqla tənzimlənəcəkdir.




8.5. Sığorta hüququ münasibətlərinin formalaşma mənbələri

Azərbaycan və xarici sığortaçılara sığorta xidmət­lər­i­nin göstərilməsi üzrə respublikanın sığorta təşkilatlarının fəa­liyyətinə bu və ya digər dərəcədə təsir göstərən bey­nəl­xalq təşkilatlarda Azərbaycan Respublikası da iştirak edir. Birinci növbədə bu cür sazişlər xarici sığortaçılar tərə­fin­dən həm ölkə ərazisində, həm də onun hüdudlarından kə­nar­da ölkə sığortaçılarına sığorta xidmətlərinin gös­t­ə­ril­mə­si qaydaları və şərtləri müəyyən edilir. Bu cür sazişlər ki­fayət qədər tez-tez respublikada sığorta hüququ üçün ye­ni mühüm elementlər şəklində məvhumlar və anlayışlara m­alik olur ki, bu da sığorta hüququ sisteminin inkişaf et­mə­si və yenidən qiymətləndirilməsi zəruriliyini mütləq edir. Sığorta hüququ münasibətlərini tənzimləyən hüquqi nor­maların məcmusu sığorta hüququnu təşkil edir. Bazar iq­tisadiyyatı şəraitində sığorta hüququnun əsasını sığorta mü­qaviləsi haqqında qanunvericilik, sığorta təşkilatları və sı­ğorta brokerlərinin fəaliyyətinə dövlət sığorta nəzarəti haq­qında, milli və beynəlxalq sığorta bazarları, habelə sı­ğor­ta bazarının milli və xarici subyektləri arasında qar­şı­lıq­lı münasibətləri tənzimləyən milli və beynəlxalq qanun­ve­ricilik təşkil edir.
Sığorta hüququ münasibətləri müxtəlifdir və o cüm­lə­dən, sığortalı ilə (xeyirgötürənlə) sığorta müqa­vi­lə­si­nə görə əmlak öhdəlikləri üzrə sığortaçı arasında; dövlət və sı­ğorta təşkilatları arasında sığortaçıların lizenziya al­ma­sı­na, maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə dair mü­na­si­bət­lər birləşir. Sığorta hüququ münasibətlərinin kon­k­ret­li­yi və müxtəlifliyi onların hüquqi tənzimlənməsinin mü­rək­kəb strukturunu müəyyən edir. Sığorta hüququ hü­qu­qun kompleks sahəsi olub, hüququn əsas sahələrinə: mülki hü­quqa, inzibati hüquqa, dövlət hüququna, maliyyə hü­qu­qu­na və beynəlxalq hüquqa məxsus olan sığorta hüququ mü­na­sibətlərinin və normalarının tənzimlənməsi üsul­la­rın­dan istifadə edir. Sığorta müqavilələrinin bağlanılmasını, onun icra edilməsini və ona xitam verilməsini, habelə sı­ğor­taçıların, sığorta vasitəçilərinin yaradılmasını və ləğv edil­məsini, sığorta üzrə sazişlərin varlığının ümumi və xü­su­si məsələlərini nizamlayan mülki hüquq müxtəlif hü­qu­qi mahiyyətin aşağıda göstərilən əsas hüquq mənbələrinə: Azərbaycan Respublikası Mülki Məcəlləsinə, «Sığorta  fəa­liyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və başqalarına əsaslanmışdır.
   Sığorta təşkilatlarının fəaliyyətinə mühüm nəzarət aləti olmaqla, sığortaçılarla, sığorta brokerləri ilə dövlət ara­sında münasibətləri tənzimləyərək inzibati hüquq aşa­ğı­da göstərilən əsas hüquq mənbələrinə: 2007-ci ildə ve­ril­miş Azərbaycan Respublikasının «Sığorta fəaliyyəti haq­qın­da» Qanununa və başqa sənədlərə əsaslanır. Dövlət icra ha­kimiyyətinin sığorta nəzarəti orqanının hüquqi for­ma­sı­nı, onun yerini və funksiyalarını dövlət hüququ tən­zim­lə­yir. Sığorta hüququnun əsas mənbələri aşağıdakılardır: «Azər­baycan Respublikasının Konstitusiyası», «Sığorta fəa­liy­yəti haqqında» Azərbaycan Respublikasının Qanu­nu, Azərbaycan Respublikası Prezidentinin fərman­la­rı, sə­rən­camları və Azərbaycan Respublikası Nazirlər Ka­bi­ne­ti­nin qərarları və sərəncamları.
Sığorta münasibətləri subyektlərinin məsrəfləri tər­ki­bi­nin, sığortaçıların vergiyə cəlbetmə bazasının müəyyən edil­məsini, mənfəətdən verginin, əlavə dəyər vergisinin, ver­gilərin digər növlərinin və icbari tədiyyənin hesab­la­nıl­ması və ödənilməsinə dair sığorta təşkilatları, həmçinin sığortalılarla dövlət arasındakı münasibətləri maliyyə hüququ tənzimləyir. Sığorta hüququnun əsas mənbələri bun­lardır: «Azərbaycan Respublikasının Vergi Mə­cəl­lə­si», «Sığorta haqqında» Azərbaycan Respub­li­ka­sı­nın Qa­nu­nu, «Həyat sığortasından başqa, digər sığorta növləri üz­rə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları», Ru­siyanın MN-yi tərəfindən təsdiq edilmiş mühasibat uço­tunun hesablar Planı və sığorta nəzarəti orqanının qə­bul etdiyi normativ aktlar. Sığorta müqavilələri üzrə öh­də­lik­lər iki tip hüquq münasibətlərinə bölünür: zərərlərin ödə­nilməsi (əmlak sığortası, məsuliyyət sığortası, həyat sı­ğor­tası, tibbi sığorta və bədbəxt hadisələrdən sığorta) ilə əla­qədar və ya sığorta müqaviləsi ilə müəyyən edlmiş ha­di­sələr baş verdikdə sığorta məbləqinin nəzərdə tutulan ödə­nişi. Sığorta müqaviləsi üzrə sığorta hüququ mü­na­si­bət­ləri sığortalının əmlak mənafelərinin sığorta müdafiəsi za­manı əmələ gəlir. Sığorta obyekti hesab edilən əmlak mə­nafeləri sığortalının malik olduğu əmlak hüquqlarına və ya öhdəliklərinə, habelə onun əmək və ya ailə mü­na­si­bət­lə­rindən əmələ gələn vəzifələrə əsaslanmışdır. Müqavilə üz­rə sığorta edilmiş əmlak mənafeləri qanuna görə tam hü­quqlu olmalıdır. Sığorta öhdəliyi sığorta riskinin ka­te­qo­riyası ilə əlaqədardır. Sığorta riski dedikdə təsadüfi, sı­ğor­talı üçün xoşagəlməz nəticələrə səbəb olan gözlənilməz ha­disənin baş verməsidir. Sığorta riski ehtimallıq və tə­sa­dü­filik əlamətlərinə malik olmalı, müqavilənin tərəflərinin və ya başqa maraqlı şəxslərin ixtiyarından asılı olma­ma­lı­dır. Sığorta öhdəliyi isə mürəkkəb subyekt tərkibi ilə xa­rak­terikdir: sığortalı, sığortaçı, habelə üçüncü şəxslər. Sığorta obyekti əlamətinə görə şəxsi sığorta, əmlak sığor­ta­sı və məsuliyyət sığortası üzrə sığorta öhdəliklərinə ayrı­lır. Onlardan hər biri subyekt tərkibi ilə əlaqədar xü­su­siy­yət­lərə malikdir: sığorta obyekti (əmlak mənafeləri); sı­ğor­taya qəbul edilmiş sığorta risklərinin siyahısı; sığorta məb­ləqinin, ödəmə formasının müəyyən edilməsi və sı­ğor­ta ödənişinin təyin edilməsi qaydası. Göstərilən an­la­yış­lar sığorta müqaviləsinin mühüm şərtlərini təşkil edir.
Sığorta hüququ münasibətləri sığortalı ilə sığortaçı arasında bağlanılmış sığorta müqaviləsi əsasında əmələ gəlir. Sığorta müqaviləsi qanunun tələb etdiyi kimi, yazılı formada bağlanılır. Bir qayda olaraq, sığorta müqaviləsi tərəflərin-saziş iştirakçılarının sərbəst istəklərinə əsaslanır. Lakin dövlət qanun əsasında vətəndaşları və ya hüquqi şəxs­ləri sığortanın müəyyən edilmiş növləri (icbari sı­ğor­ta) üzrə sığorta müqavilələri bağlamağa məcbur etmək hü­qu­quna malikdir. Azərbaycan Respublikasında icbari sı­ğor­tanın aparılması, yalnız icbari sığortanın keçirilməsi qay­daları və şərtlərini müəyyən edən müvafiq qanun əsa­sın­da mümkündür. Avropa Şurası ölkələrinin bir çox eks­pert­lərinin rəyinə görə keçid dövrü ölkələrində sığorta mü­qa­vilələrinin bağlanılması, xüsusi ilə sığortalılar, o cüm­lə­dən, yüksək təhlükəli mənbələr tərəfindən zərərlərin vu­rul­ması nəticəsində zərər çəkənlərin əmlak mənafelərinin mü­dafiəsi ilə əlaqədar sığorta edilməsi hallarında sığorta mü­qavilələrinin bağlanılmasında vəzifələrin qanunla təh­kim edilməsinin müəyyənləşdirilməsi zəruridir. Xüsusi ilə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sı­ğortası, əmtəə istehsalçıları məsuliyyətinin sığortası, iş­çi­lərin həyatına və sağlamlığına vurulmuş zərər üçün iş ve­r­ənlərin məsuliyyətinin sığortası, müəyyən risk fəa­liy­yə­ti (tibb işçiləri, notarius) ilə məşğul olduqda mə­su­liy­yə­tin sığortası. Bu cür icbari sığorta növlərinin meydana çıx­ma­sı, zərər vuranın maliyyə vəziyyətindən asılı ol­ma­ya­raq, zərər çəkənlərin əmlak mənafelərinin təmin edilməsi ilə vurulmuş zərərin qanunla müəyyən edilmiş miq­dar­lar­da sığorta ödənişini həyata keçirmək və onu əvəz etmək müm­kündür. Əmlak sığortasında və məsuliyyət sığor­ta­sın­da qanunla birbaşa zərərin ödənilməsi prinsipi möh­kəm­lən­dirilmiş, sığorta ödənişi sığorta məbləğinin kəmiyyəti ilə məhdudlaşdırılmış və vurulmuş zərərin miqdarından yük­sək olmamalıdır. Şəxsi sığortada sığorta təminatı sı­ğor­ta məbləqi miqdarında və ya ondan müəyyən edilmiş faiz­lərlə ödənilir və sosial sığorta üzrə ödənilmiş məb­ləğ­lər­dən və zərərin əvəz edilməsi qaydasında alınmış məb­ləğ­lərin miqdarından asılı deyildir.

8.6. Sığorta fəaliyyətinə nəzarətin həyata keçirilməsinin hüquqi əsaslandırılması

İnzibati hüquq sığorta təşkilatlarının fəaliyyətinə döv­lət tərəfindən nəzarəti (sığortada «nəzarət» məvhu­mun­­dan istifadə edilir) səmərəli sürətdə həyata keçirmək üçün­dür. Sığorta fəaliyyətinə nəzarətin həyata ke­çi­ril­mə­si­nin hüquqi əsaslandırıl-ması və sığorta nəzarətinin döv­lət orqanı tərəfindən həyata keçirilən nəzarət funk­si­ya­la­rının əsas siyahısı Azərbaycan Respub-likasında «Sığorta fəa­liy­yəti haqqında» Azərbaycan Respublika-sı­nın Qa­nun­un­da müəyyən edilmişdir. Sığortaya dövlət nə­za­rətinin hə­ya­ta keçirilməsi aşağıda göstərilən əsas nəzarət fun­ksiyaları ilə əlaqədardır:
-  maliyyə vəziyyətinə, sığorta şərtlərinə və sığorta ta­r­iflərinin əsaslandırılmasına nəzarəti daxil etməklə sı­ğor­ta fəaliyyətinə lisenziyaların verilməsi;
-  sığorta ehtiyatlarının formalaşdırılması qaydasının müəy­yən edilməsi, sığorta ehtiyatlarının (sığorta eh­ti­yat­la­rı­nı örtən aktivlər) yerləşdirilməsi qaydalarının müəyyən edil­məsi, sığorta fəaliyyətinin həyata keçi­ril­mə­si hü­qu­qu­nun dayandırılması və ləğv edilməsi.
Sığorta nəzarəti orqanı mühasibat və statistika he­sa­bat­larının forma və təqdim edilmə müddətlərini müəyyən edir, sığortaçıları və sığorta brokerlərinin uçotunu və lisen­ziyaların vahid Dövlət qeydiyyatını (reyestrini) apa­rır. Sığorta təşkilatlarına göstərişlərin verilməsi, məh­dud­laş­dırmaların qoyulması, onlara verilmiş lisenziyaların da­yan­dırılması və geri çağırılması dövlət nəzarəti orqanı tə­rə­findən nəzarətin həyata keçirilməsi aləti hesab edilir. Sı­ğor­ta sahəsində maliyyə hüququ sığorta təşkilatları tərə­fin­dən sığorta ehtiyatlarının yaradılması, investisiyaya qo­yul­ma­sı və hərəkəti qaydalarını, onlar tərəfindən mühasibat uço­­tunun aparılması qaydalarını, onların sığorta fəa­liy­yə­tinin maliyyə nəticələrinin müəyyən edilməsi, maliyyə hesabatlarının tərtib edilməsi və onun sığorta nəzarətinə təqdim edilməsi qaydalarını, habelə sığorta əməliyyat­la­rı­nın aparılması ilə əlaqədar sığortalıların və sığortaçıların ver­giyə cəlbetmə qaydasını tənzimləyir.
   Son illərdə ölkənin vergi qanunvericiliyində mü­hüm dəyişikliklər baş vermişdir. Vergi Məcəlləsi nor­ma­ları ilə sığorta növləri üzrə xərcləri sığortalıların – hüquqi şəxs­lərin məsrəflərinə aid edilməsinə icazə verilmişdir, be­ləliklə, sığorta üzrə xərclər ictimai zərurət hesab edil­ə­rək sığortadan risklərin idarə edilməsi üsulu kimi istifadə edilir. O cümlədən, Vergi Məcəlləsinin müvafiq mad­də­lə­ri­nə əsasən sığortalıların – hüquqi şəxslərin məsrəflərinin tər­kibinə icbari sığorta, nəqliyyat vasitələrinin, yüklərin, is­tehsal təyinatlı əsas vəsaitlərin, qeyri material ak­tiv­lə­ri­nin, bitməmiş kapital tikintisi obyektlərinin, tikinti-qu­raş­dır­ma işlərinin, əmtəə-material qiymətlilərinin, kənd tə­sər­rü­fatı bitkiləri və heyvanlarının məhsulunun sığortası, vu­rul­muş zərərə görə məsuliyyət sığortası növləri üzrə ödə­nil­miş sığorta haqlarının faktiki miqdarını daxil edirlər. 5 il­d­ən az olmayaraq qüvvədə olan müqavilələr və təqaüdün alınması əsasları yarandığı halda sığorta təminatı ödənişini nə­zərdə tutan həyat sığortası müqavilələri üzrə sığorta haq­ları ödənildikdə əməyin ödənilməsinin məcmu illik xərcləri və tibbi sığortanın könüllü müqavilələri üzrə məc­mu illik xərclərin sığorta haqları məbləqi hüquqi şəxslərin mə­srəflərinə aid edilir. Eyni zamanda işəgötürənlər tərə­fin­dən işçilərin xeyrinə bağlanılmış müqavilələr üzrə sı­ğor­ta haqlarının və sığorta ödənişlərinin gəlir vergisinə cəlb olunması qaydalarında da mühüm dəyişikliklər edil­miş­dir. Birincisi, sığorta hadisələri baş verdikdə sığorta ödə­­nişlərinin sığorta təşkilatlarından alınmasından asılı ol­ma­yaraq, həmin sığorta ödənişləri fiziki şəxslərin gə­lir­lə­rinə aid edilir. Bununla yanaşı aşağıda göstərilən sığorta ha­disələrinin baş verməsi ilə əlaqədar verilən sığorta ödə­niş­lərinə bu ümumi müddəa aid edilmir:
- sığortanın icbari növləri üzrə;
- uzun müddətli (5 il müddətindən az olmayan) həyat sı­ğortası və təqaüd alma əsasları baş verdikdə təqaüd sı­ğor­tası üzrə, bu zaman sığortalıların (sığorta edilmiş şəxs­lə­rin) vergiyə cəlb etmə bazasına sığortalılar tərəfindən ödə­nilmiş və sığortaçılar tərəfindən sığorta müqaviləsinin bağlanıldığı tarixə Rusiya Bankının maliyyələşdirmə tarı­fin­dən asılı olaraq hesablanılmış investisiya gəlirinin məb­lə­ği qədər artırılmış sığorta haqları həddlərində olan sı­ğor­ta ödənişləri daxil edilmir;
- tibbi sığorta üzrə (əgər sığorta ödənişi bilavasitə sığor­talıya və ya sığorta edilmiş şəxsə verilmirsə);
- üçüncü şəxslərin əmlakına vurulmuş ziyan üçün mül­ki məsuliyyət sığortasını daxil etməklə könüllü əmlak sığortası üzrə və sığorta müqaviləsinin bağlanıldığı tarixə və ya sığorta hadisəsinin baş vermə tarixinə müəyyən edil­miş, itirilmiş və ya zədələnmiş, sığorta olunmuş əm­la­kın ba­zar qiymətləri həddlərində avtonəqliyyat sahib­lə­ri­nin mül­ki məsuliyyətinin sığortası üzrə.
   Sığorta təşkilatlarında sığorta ehtiyatlarının forma­laş­dırılması və mühasibat uçotunun aparılması qaydası mü­vafiq normativ aktlarla tənzimlənir. Sığorta hüququ nor­malarının məcmusu sığortaya dair ictimai-iqtisadi mü­na­sibətlərin tənzimləyici funksiyasını yerinə yetirir. Sığor­ta hüququ münasibətlərinin tənzimlənməsinə təsir edən müx­təlif sahələrin hüquq normaları qarşılıqlı olaraq birbiri ilə nə qədər çox uzlaşarsa, bu cür tənzimlənmənin də sə­mə­rəliliyi bir o qədər çox olar. Həyat sığortasına aid edi­lən sığortanın müxtəlif növlərinin mühüm şərtlərinin hü­qu­­qi cəhətdən bü cür müəyyən etməsinin və xüsu­siy­yət­lə­ri­nin olmaması sığorta şərtlərinin və sığorta müqaviləsinin mülki-hüquqi tənzimlənməsini çətinləşdirir, maliyyə və in­zibati hüquq normalarının dəqiq tətbiq edilməsini qeyri-mümkün edir. Qanunvericilikdə olan bu cür «ağ ləkələr» müt­ləq müxtəlif subyektlərin malik olduğu sığorta hüququ mü­nasibətləri normalarının bir-birinə əks olan şərhlərini do­ğurur ki, bu da məhkəmə orqanlarının işə qarışmasına və onların qərarlarının çıxarmasını tələb edən mü­ba­hi­sə­lə­rə səbəb olur.

IX fəsil.  Sığorta tədiyyələrinin hesablanması prinsipləri

9.1. Sığorta tədiyyələrinin hesablanmasında sığorta tariflərinin rolu və əhəmiyyəti

Sığorta fondunun lazımi səviyyədə təşkil edilməsi, sığorta tariflərinin düzgün müəyyən edilməsi sığorta əmə­liy­yatlarının maliyyə davamlılığının əsasını təşkil edir. Sı­ğor­ta əməliyyatlarının maliyyə davamlılığı dedikdə, sı­ğor­ta­çının gəlirlərinin xərclərindən artıq olması başa düşülür. Bu­radan da sığorta əməliyyatlarının maliyyə da­va­m­lı­lı­ğı­nın təmin edilməsində bütövlükdə sığorta tariflərinin əhə­miy­yəti aydın olur.
Tarif dərəcəsi dedikdə il ərzində sığorta məbləğinin müəyyən vahidinə düşən sığorta haqqı, yaxud da müəyyən bir tarixə ümumi sığorta məbləğindən tutulan faiz dərəcəsi başa düşülür. Tarif dərəcəsi vasitəsilə sığortaçılara ödə­ni­lən sığorta haqları hesablanır. Sığorta haqları əsasında sı­ğor­ta fondu formalaşdırılır, bu da öz növbəsində sığorta ödə­nişlərinin verilməsinə, sığortaçının saxlanması xərc­lə­ri­nin ödənilməsinə yönəldilir.
“Sığorta fəaliyyəti haqqında” Qanunda sığorta haqqı və sığorta tarifi belə müəyyən edilmişdir: “1. Sığorta haq­qı sığorta müqaviləsində və ya qanunauyğun olaraq sı­ğor­ta olu­nanın sığortaçıya verməli olduğu pul məbləğidir. 2.Sı­ğorta tarifi sığorta haqqının sığorta məbləği va­hi­din­dən götürülmüş dərəcəsidir. Könüllü sığorta zamanı sığor­ta tarifi sığortaçı tərəfindən müstəqil şəkildə hesablanır və sığorta müqavilələrində tərəflərin razılaşmasına əsasən müəy­yənləşdirilir. İcbari sığorta zamanı sığorta tarifləri ic­ba­ri sığorta haqqında qanunlarda müəyyən edilir.”
Sığorta tariflərinin qurulması zamanı qarşıya qoyu­lan başlıca vəzifə hər bir sığorta olunana və ya hər bir sı­ğor­ta məbləği vahidinə düşən ehtimal zərər məbləğinin müəy­yən edilməsidir. Əsas tarif dərəcəsi ehtimal olunan zə­rəri kifayət qədər dürüst əks etdirirsə, onda zərərin sı­ğor­ta olunanlar arasında zəruri bölgüsü təyin edilmiş olur.
Tarif dərəcəsi sığorta məsuliyyəti həcmi ilə birbaşa bağlıdır. Sığorta məsuliyyəti həcminin genişləndirilməsi və ya məhdudlaşdırılması öz əksini bilavasitə dərəcələrdə tapır. Sığortaçı öz qarşısına ikili vəzifə qoymalı olur: sı­ğor­ta olunanları cəlb etmək üçün minimal sığorta tarifləri tət­biq etməklə böyuk həcmli sığorta məsuliyyətini müəy­yən etmək. İmkan daxilində olan sığorta tarifləri tətbiq edil­dikdə sığorta fonduna sığorta olunanların gəlirlərinin xeyli az hissəsi cəlb edilmiş olur. Bu isə müasir təsər­rü­fat­çı­lıq şəraitində maliyyə vəziyyəti baxımından çox şey de­mək­dir. Əgər tarif dərəcələri lazım olan səviyyədən yük­sək müəyyən edilmişsə, demək sığorta fondu vasitəsilə ar­tıq vəsaitin yenidən bölgüsünə yol verilmiş və sığorta olu­nan­ların gəlirlərinin artıq cəlb edlməsinə imkan ya­ra­dıl­mış­dır. Yaxud da əksinə, sığorta tarifləri aşağı müəyyən edi­libsə, deməli, sığorta fondu lazımi həcmdə yara­dıl­ma­mış­dır. Bu isə sığortaçının sığorta olunanlar qarşısında gö­tür­düyü vəzifələrin yerinə yetirilməməsinə səbəb ola bilər.


9.2. Sığorta tarif dərəcələrinin differensasiyası

Elmi cəhətdən düzgün müəyyən edilmiş sığorta ta­rifl­əri sığortaçının müvəffəqiyyətli inkişafının zəruri şərti olan sığorta fondunun optimal həcminin yaradıl­ma­sı­nı tə­min edir. Fəaliyyətini təsərrüfat hesabı əsasında quran sı­ğor­ta təşkilatları sığorta əməliyyatları üzrə xərcləri ödə­mə­li, sığortanın inkişafını təmin etməli, sığorta işçilərini mad­­di cəhətdən maraqlandırmalı, mənfəət əldə etməlidir. Bü­tün bunlar brutto – stavkanın digər tərkib hissəsi olan əla­vədə öz əksini tapır.
Sığorta tariflərini sığorta məbləğinin zərərlilik gös­tə­ri­cisinə uyğunlaşdırmaq üçün tarif dərəcələrinin dif­fe­ren­si­yası keçirilir.
Sığorta praktikasında tarif dərəcələrinin diffe­ren­si­ya­sı aşağıdakı əsas əlamətlər üzrə həyata keçirilir:
1. Sosial.   
2. Ərazi.    
3. Əmlak.
Sosial əlamət üzrə tarif dərəcələrinin differensiyası sı­ğorta olunanlar kateqoriyası üzrə aparılır. Məsələn, kooperativ, səhmdar və ictimai təşkilatların əmlakının sı­ğor­tası üzrə tariflər kooperasiya və digər təşkilatların nö­vün­dən asılı olaraq differensiya edilir. Ərazi üzrə tarif də­rə­cələrinin differensiyası zamanı sığorta obyektlərinin han­sı rayonda, yaxud şəhərdə və ya kənddə olması nəzərə alınır. Əmlak üzrə tarif dərəcələrinin diffe­ren­sial­laş­dı­rıl­ma­sı isə əmlak qrupları və növləri üzrə həyata keçirilir.
 Nəqliyyat vasitələrinin sığortalanması və digər sı­ğor­ta növləri üzrə tarif dərəcələri hesablanarkən diffe­ren­sa­siya həyata keçirilir. Nəqliyyat vasitələrinin sığorta­lan­ma­sı zamanı nəqliyyat vasitəsinin qəzaya uğraması ehti­ma­lı əsas götürülür. Tarif dərəcələrinin differen­sial­laş­dı­rıl­ma­sı zamanı nəqliyyat vasitələrinin tam dəyərində sığ­or­ta­lan­masını maraqlandırmaq üçün tariflərin xeyli azal­dıl­ma­sı işi də həyata keçirilə bilər. Bir çox ölkələrdə dif­fe­ren­sa­si­ya zamanı hətta avtomobilin markası, sürücünün stajıda nəzərə alınır.

9.3. Sığorta tariflərinin hesablanmasında sığorta statistikasının rolu

Sığorta tariflərinin hesablanmasında sığorta sta­tis­ti­ka­sı mühüm əhəmiyyətə malikdir. Sığorta ştatı­sti­kası de­dik­də, sığorta işini xarakterizə edən ümumiləşdirilmiş yekun natural və dəyər göstəricilərinin işlənilməsinin sta­tis­tik elmi metodları əsasında daha çox kütləvi və tipik sı­ğor­ta əməliyyatlarının sistemləşdirilmiş şəkildə öy­rə­nil­mə­si və ümumiləşdirilməsi başa düşülür. Statistik öy­rə­nil­mə­li olan bütün göstəricilər iki qrupa bölünür. Birinci qrupa sığorta ehtiyatlarının yaradılması prosesini xarak­te­ri­zə edən göstəricilər, ikinci qrupa isə həmin ehtiyatların is­tifadə olunmasını xarakterizə edən göstəricilər daxildir.
Statistika, keçmişdə bu və ya digər sığorta hadi­sə­lə­ri­nin baş verməsinin kütləvi müşahidə olunması nəti­cə­sin­də, gələcəkdə baş verməsi mümkün ola biləcək riskləri proq­nozlaşdırmağa imkan verir. Müşahidə olunan ob­yekt­lə­rin sayı nə qədər çoxdursa, proqnozlaşdırma bir o qədər də­qiq olur. Sığorta statistikasının əsas göstəriciləri aşa­ğı­da­kılardır:
-sığorta obyektlərinin sayı (n);
-sığorta hadisələrinin sayı (N);
-sığorta hadisələri nəticəsində zərər çəkmiş sığorta obyektlərinin sayı (m);
-yığılmış cəmi sığorta haqlarıı ( p);
-verilmiş cəmi sığorta ödənişləri ( q);
-cəmi sığorta məbləği ( Si), i = 1,2,…,n.;
-müşahidə olunan sığorta obyektlərinin küllisindən sığorta hadisəsi nəticəsində zədələnmiş obyektlərə uyğun cəmi sığorta məbləği ( Sj), j = 1,2,…,m.
İndi isə bu göstəricilərin köməyi ilə hesablanan, yəni törəmə olan göstəriciləri nəzərdən keçirək.
1) Sığorta hadisələrinin tezliyi. Bu göstərici sığorta hadisələrinin sayının sığortalanmış obyektlərinin sayına olan nisbəti (N/n) şəklində müəyyən edilir. Başqa sözlə desək, həmin göstərici bir sığorta obyektinə düşən sığorta hadisələrinin sayını ifadə edir. Aydındır ki,bu göstəricinin qiyməti vahiddən kiçikdir.
2) Dağıdıcılıq (Risklərin kumulyasiyası (toplan­ma­sı) əmsalı). Bu göstərici sığorta hadisələri nəticəsində zərər dəymiş sığorta obyektlərinin sayının sığorta ha­di­sə­lə­rinin sayına olan nisbəti göstərir (m/N) və onun qiyməti va­hiddən kiçik deyildir.
3) Zərərlilik əmsalı. Bu göstərici zərər dəymiş sı­ğor­­ta obyektləri üzrə ümumi sığorta ödənişinin həmin ob­yekt­­lə­rin ümumi sığorta məbləğinə olan nisbəti xa­rak­te­ri­zə edir ( q/ Sj, j=1,2,…,m) və qiyməti vahidi aşmır.
4) Bir sığorta obyekti (müqaviləsi) üzrə orta sığorta məbləği. Bu göstərici bütün sığorta obyek­t­lə­ri (mü­qavilələri) üzrə ümumi sığorta məbləğinin həmin ob­yekt­lərin sayına olan nisbətidir, [( Si)/n], i=1,2,…,n.
5) Zərər dəymiş bir sığorta obyekti üzrə orta sığorta məbləği. Bu göstərici sığorta hadisələri nəti­cə­sin­də zərər dəymiş bütün sığorta obyektləri üzrə ümumi sı­ğor­ta məbləğinin həmin obyektlərin sayına olan nisbətidir, [( Sk)/m], k=1,2,…,m.
6) Riskin ağırlığı. Bu göstərici zərər dəymiş bir sı­ğo­rta obyekti üzrə orta sığorta məbləğinin bir sığorta ob­ye­kti üzrə orta sığorta məbləğinə olan nisbəti göstərir,
[( Sk)/m] /[( Si)/n].
7) Sığorta məbləğinin zərərliliyi (zərər ehtimalı). Bu göstərici ümumi sığorta ödənişinin sığortalanmış bütün ob­yek­tlərin ümumi sığorta məbləğinə nisbətidir,
( q)/( Si), i=1,2,…,n və faizlə ifadə edilir. Onun qiyməti va­hid­dən kiçikdir.
8) Zərərlilik norması (sığorta əməliyyatlarının zə­r­ər­liliyi göstəricisi). Bu göstərici ümumi sığorta ödə­ni­şi­nin ümumi sığorta haqlarına nisbətidir ( q)/( p) və fai­zlə ifadə edilir.Onun qiyməti vahiddən kiçik, vahidə bə­ra­bər və ya vahiddən böyük ola bilər.Bu göstərici vasitəsi ilə sığorta növünün rentabelli olub-olmaması müəyyən edilir.
9) Zərərin tezliyi. Bu göstərici sığorta hadisələrinin tezliyi ilə sığorta hadisələrinin dağıdıcılığının hasili şəklində müəyyən edilir [(N/n) x (m/N) = m/n]. Aydındır ki, zərərin tezliyi həmişə vahiddən kiçikdir.
10) Zərərin ağırlılığı. Sığorta statistikasında zərərin tezliyinə təsir edən amillərin öyrənilməsi mühüm əhə­miy­yə­tə malikdir. Bəzən, baş vermiş sığorta hadisəsi nə­ti­cə­sin­də dəymiş zərər sığortalanmış əmlakın sığorta dəyərinə bə­rabər olur. Bu cür zərəri tam zərər adlandırırlar. Lakin çox hallarda, baş vermiş sığorta hadisəsi nəticəsində dəy­miş zərər əmlakın sığorta dəyərindən kiçik olur. Belə hal­da həmin zərəri qismi zərər adlandırırlar. Zərərin ağır­lı­ğı anlayışını riyazi olaraq zərərliliyin əmsalı ilə riskin ağır­lığının hasili şəklində ifadə etmək olar.
9.4. Sığorta işində statistik müşahidələrin aparılma əlamətləri

Sığorta statistikasının köməyi ilə əmlak sığortasının və məsuliyyət sığortasının bütün növləri üzrə zərərin tez­li­yi və sığorta məbləğinin zərərliliyi müəyyən edilir. Sta­tis­tik metodlarla zərərin səbəbləri və onların zamana, həm­çi­nin məkana görə paylanması nəzərə alınır. Sığorta işində sta­tistik müşahidələr aşağıdakı əsas əlamətlərə görə apa­rı­lır:
- zərərin baş verdiyi zaman və yer;
- zərərin səbəbləri;
- sığorta təminatı;
- zərərin ləğv olunmasına (azaldılmasına) çəkilən xərc­lər;
- sığorta məbləği və sığorta dəyəri;
- sığorta obyektlərinin riskli qrupu;
- zərərin digər obyektlərə yayılması;
- qarşısıalınma tədbirlərinin həyata keçirilməsinin nəti­cələri.
Bu məlumatların əsasında nisbi göstəricilər təyin edi­lə və xüsusi cədvəllər tərtib oluna bilər.Statistik mə­lu­mat­­­ların işlənilməsi kompüterlərin köməyi ilə aparılır. Zə­rə­­rin ağırlığına təsir edən bir neçə amil mövcuddur.Bu amil­­­lərin təhlili müəyyən qanuna uyğunluqları nəzərə al­maq­­la aparılır.Çox hallardı zərərin ağırlığı sığorta ob­yek­ti­nin qiymətindən asılı olur. Məsələn, əgər nəqliyyat va­si­tə­lə­rinin sığortası üzrə zərərliliyin araşdırılmasını aparsaq, tam və ya qismi zərərin qiymətinin gəminin tonnajından ası­l­ı olmasını müəyyən etmiş olarıq. Dəniz gəmilərinin sı­ğor­tası üzrə sığorta haqlarının məbləği gəminin dəyə­rin­dən asılı olmaqla yanaşı həm də onun tonnajından asılıdır.
Elə amillər vardır ki, onlar həm zərərin tezliyinə, həm də zərərin ağırlığına təsir edir. Bu isə sığorta haqqının mə­bəginə öz təsirini göstərir. Ümumiyyətlə, sığorta ta­rif­ləri hesablanarkən çoxlu sayda statistik göstəricilər nəzərə alınır.

9.5. Sığorta tariflərinin tərkibi və quruluşu

Sığorta haqlarının əsasını təşkil edən tarif dərəcəsi brutto - dərəcə adlanır. O, netto-dərəcə və yüklənmədən iba­­rətdir. Netto-dərəcə sığorta ödənişlərinin verilməsi üçün sığorta ehtiyatlarının yaradılması, yüklənmə isə sı­ğor­ta əməliyyatlarının aparılması üzrə sığortaçının xərc­lə­ri­nin təmin edilməsi və  tarif mənfəətinin (planlaşdırılan mən­fəətin) alınması təyinatına malikdir. Qeyri-həyat sı­ğor­­tası sahəsinə aid olan sığorta növləri üzrə netto-də­rəc­ə­nin tərkibi əsas hissə və risk üstəliyindən ibarətdir. Netto-də­rəcənin əsas hissəsi orta sığorta ödənişinə uyğundur. Risk üstəliyi isə ayrı-ayrı illər üzrə sığorta hadisələrinin sa­yının onların orta qiymətini aşmasını nəzərə almaq məq­sə­di ilə netto-dərəcənin tərkibinə daxil edilir. Həyatın qarışıq sığortası üzrə netto-dərəcə sığorta müqaviləsinin müd­dətinin sonunadək yaşamaq və ya həmin müddət ər­zin­də ölmək hadisələri üzrə netto-dərəcələrin cəmindən iba­rətdir. Bu növ sığortanın şərtlərində əlavə olaraq həm də bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin iti­ril­mə­si üzrə sığorta təminatının verilməsi nəzərədə tu­tul­duq­da həmin hissəyə uyğun netto-dərəcə ümumi netto-də­rə­cə­nin tərkibinə daxil edilir.Bundan başqa, həyatın qarışıq sı­ğor­tasının şərtlərində əlavə olaraq həm də müəyyən xəs­tə­liklərdən sığorta təminatının verilməsi nəzərdə tutula bilər.
Qeyri-həyat sığortasında yüklənmənin tərkibinə işlə­rin (sığorta ilə əlaqədar) aparılması xərcləri, qarşı­sı­a­lın­ma təd­birləri fondu və tarif mənfəəti daxildir. Həyat sı­ğor­ta­sın­da isə yüklənmənin tərkibi işlərin aparılması xərc­lə­rin­dən və tarif mənfəətindən ibarətdir. İşlərin aparılması xərc­­lərinə ştat işçilərinin və sığorta vasitəçilərinin əmə­yi­nin ödənilməsi xərcləri,inzibati-təsərrüfat xərcləri (otaq­la­rın icarə haqqı, kommunal xərclər, poçt-teleqraf xidmətləri üçün xərclər, ezamiyyə xərcləri), blank xərcləri, sığorta işi­nin reklamı xərcləri və s. daxildir.
İşlərin aparılması xərcləri dəyişən və ya sabit ola bi­lər. Dəyişən xərclər ayrıca sığorta növünə və ya sığorta şə­ha­dətnaməsinə aid edilə bilər. Sabit xərclər isə ayrıca sığorta növünə aid edilə bilməz. Bu xərclər bağlanılmış sığorta müqavilələrinin bütün portfeli üzrə bölüş­durul­mə­li­dir. Sabit və ya dəyişən xərclər anlayışı müddəti bir ildən çox olan sığorta müqavilələri üzrə aktuar hesablamalarda is­ti­fadə edilir. İşlərin aparılması xərcərinin tərkibində sabit xərclərin çəkisi dəyişən xərclərlə müqayisədə kiçikdir. Sığortaçının fəaliyyətində dəyişən xərclər mühüm yer tu­tur. Sığorta tarifləri hesablanarkən nəzərə alınır ki, bu ta­rif­ləri tətbiq etməklə sığorta etdirənlərdən alınacaq sı­ğor­ta haq­ları sığorta ödənişlərinin verilməsi ilə yanaşı həm də iş­lərin aparılması xərclərinə kifayət edəcək. Qar­şı­sıa­l­ın­­ma təd­birləri fondu baş verə biləcək sığorta ha­di­sə­lə­ri­nin qar­şı­sını almaq məqsədi ilə həyata keçirilən tədbirlərin ma­liy­yə­ləşdirilməsi üçün yaradılır. Bu fond sığorta tarifinin struk­turunda nəzərdə tutulduğu halda yaradılır (sığorta mü­qaviləsi üzrə daxil olmuş sığorta haqqından sığorta ta­ri­finin strukturunda nəzərdə tutulmuş faiz qədər birbaşa ayır­ma yolu ilə).
Tarif mənfəəti sığorta işinin kommersiya xarakterinə malik olması nəzərə alınaraq sığorta tarifinin strukturuna daxil edilir. Başqa sözlə desək, sığortaçı fiziki və hüquqi şəxs­lərə sığorta xidmətləri göstərməklə yanaşı həm də mən­fəət qazanmağa çalışır. Qeyd etmək lazımdır ki, sığor­ta tarifinin strukturunda tarif mənfəəti nəzərdə tutulmaya da bilər. Çünki sığortaçı maliyyə nəticəsini birbaşa olaraq sığorta tarifinin strukturu üzrə deyil, konkret fəaliyyətlə əlaqə­dar yaranan gəlirlər və xərclər əsasında müəyyən edir. Netto-dərəcə hesablandıqdan sonra yüklənmə nəzərə alın­maqla brutto-dərəcə hesablanır. Qeyri-həyat sığortası sahəsinə aid olan sığorta növləri üzrə netto-dərəcənin əsasını sığorta məbləğinin zərərlilik göstəricisi təşkil edir. Bu göstərici müəyyən tarif dövrü üçün mövcud olan sı­ğor­ta statistikası əsasında hesablanır və sığortanın növü üzrə ümu­mi sığorta ödənişinin ümumi sığorta məbləğinə nis­bə­ti­ni xarakterizə edir. Tarif dövrü keçmişə aid olan illəri əha­tə etməklə müəyyən ərazi (respublika, vilayət, diyar, şəhər və s.) üzrə adətən 5 il götürülür.Sığortanın ayrı-ayrı növ­ləri (məsələn, kənd təsərrüfatı bitkilərinin sığortası) üz­rə isə tarif dövrü 10 il qəbul edilir.
Həyat sığortasının növləri üzrə netto-dərəcə ölüm cədvəlinin göstəriciləri və netto-sığorta haqlarının inves­ti­si­yasından gözlənilən gəlirlər əsasında hesablanır. Sığorta ha­di­səsinin ehtimalı dedikdə, keçmişdə müəyyən dövr ər­zin­də bağlanılmış sığorta müqavilələri üzrə baş vermiş sı­ğor­­ta hadisələrinin sayının həmin müqavilələrinin ümumi sa­yına nisbəti başa düşülür.Həmin kəmiyyət 0-dan 1-dək də­yişir. Əgər hadisənin ehtimalı 0 və ya 1 olarsa, onda hə­min hadisələrdən sığorta aparılmır.Başqa sözlə desək, sı­ğor­ta əməliyyatı elə hadisələrdən aparılır ki, həmin hadi­sə­lə­rin əvvəlcədən baş verəcəyi və ya verməyəcəyi məlum deyildir.

9.6. Sığorta tariflərinin müəyyənləşdirilməsində aktuar hesablamalar və onların xüsusiyyətləri

Aktuar hesablamalar sığorta tariflərinin və sığorta eht­i­yatlarının hesablanması üçün istifadə edilən iqtisadi-ri­ya­zi metodlar sistemidir. Aktuar hesablamalar üzrə mütə­xəs­sis aktuari adlanır. Aktuari termini latın dilində olan “actuarius” sözündən olub Azərbaycan dilində “qeydə alan”, “hesabdar” mənalarını ifadə edir. Aktuar hesab­la­ma­lar sığorta təcrübəsi ilə əlaqədar bir sıra xüsusiyyətlərə malikdir. Onlardan ən mühümləri aşağıdakılardır:
1) Qiymətləndirilən hadisələr ehtimal xarakterinə malikdir. Bu isə ödəniləcək sığorta haqlarının məbləğində öz əksini tapır.
2) Ayrı-ayrı illərdə ümumi qanunauyğunluq kütləvi sığorta hadisələri vasitəsi ilə yaranır.
3) Sığortaçı tərəfindən göstərilən sığorta xidmət­lə­ri­nin maya dəyərinin hesablanması bütün sığorta ob­yekt­lə­ri­nə nəzərən aparılır.
4) Sığorta ehtiyatlarının yaradılması və onun optimal həc­minin müəyyən edilməsi zəruridir.
5) Sığortaçının və sığorta etdirənin maliyyə öh­də­lik­lə­rinin ekvivalentliyi prinsipi.
6) Baxılan sığorta obyektləri çərçivəsində risk qrup­la­rının seçilməsi.
Aktuar hesablamaların əsas məsələlərinə aiddir:
1) Baxılan sığorta obyektləri çərçivəsində risk qrup­la­rının seçilməsi və onların tədqiqi.
2) Sığorta hadisələrinin baş verməsi ehtimalının he­sab­lanması və zərərin ağırlılığının müəyyən edilməsi.
3) Sığorta əməliyyatlarının aparılmasına çəkiləcək xərc­lərin zəruri məbləğinin riyazi əsaslandırılması və hə­min xərclərin dəyişməsinin proqnozlaşdırılması.
4) Sığortaçının zəruri ehtiyat fondlarının riyazi əsas­lan­dırılması və həmin fondların yaradılması mənbələrinin və metodlarının müəyyən edilməsi.
Qeyri-həyat sığortası üzrə tarif dərəcəsi hesab­la­nar­kən əvvəlcə netto-dərəcə hesablanılır. Netto-dərəcənin he­sab­lanmasında aşağıdakı statistik məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı.
2) Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği.
3) Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi.
4) Bağlanılacaq sığorta müqavilələrinin gözlənilən sa­yı.
Sığorta hadisəsinin baş verməsi ehtimalını q, bir sı­ğor­ta müqaviləsi üzrə orta sığorta məbləğini S, bir sığorta ha­disəsi üzrə orta sığorta ödənişini isə Sö ilə işarə edək. Nəzərdən keçirilən sığorta növü üzrə statistika mövcud ol­duq­da q, S və Sö kəmiyyətləri aşağıdakı düsturlarla he­sab­la­nılır:

q = M/N,     (1)

N
S = ( Sk)/N, (2)
k=1

M
Sö = ( Sök)/M, (3)
k=1
Burada:
N - keçmişdə müəyyən dövr ərzində bağlanılmış sı­ğor­ta müqavilələrinin sayıdır;
M - keçmişdə müəyyən dövr ərzində bağlanılmış sı­ğor­ta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin sa­yıdır;
Sk - k saylı sığorta müqaviləsi üzrə sığorta məb­lə­ği­dir;
Sök - k saylı sığorta hadisəsi üzrə sığorta ödənişidir.
Yeni sığorta növləri üzrə q, S və Sö kəmiyyətləri ba­rə­də məlumat olmadığı üçün bu kəmiyyətlər ekspert me­­todu ilə qiymətləndirilə bilər və ya onların əvəzinə hə­min kəmiyyətlərin analoqunu götürmək olar.Bu halda eks­pe­rtin rəyi və ya həmin kəmiyyətlərin analoqunun gö­tü­rül­mə­si üzrə əsaslandırılmış izahat təqdim olunmalıdır.Orta sığorta ödənişinin orta sığorta məbləğinə nisbətini isə aşağıda göstərilənlərdən az götürməmək tövsiyyə olunur:
0,3 - fərdi qəza sığortası və sağlamlıq sığortası növləri üzrə;
0,4 - yerüstü nəqliyyat vasitələrinin sığortası üzrə;
0,5 - yüklərin sığortası üzrə;
0,6 - hava və su nəqliyyatı vasitələrinin sığortası üz­rə;
0,7 - avtonəqliyyat vasitəsi sahiblərinin mülki mə­su­liy­yətinin və məsuliyyətin digər növlərinin sığortası, ma­liy­yə risklərinin sığortası üzrə.
Netto-dərəcəni Tn, onun əsas hissəsini Tə, risk üstəliyini isə Tr ilə işarə etsək yaza bilərik:

                              Tn = Tə + Tr ,                     (4)

Netto-dərəcənin əsas hissəsi (100 manat sığorta məbləğinə uyğun olaraq) aşağıdakı düsturla hesablanılır:

                            Tə = 100qSö/S ,                   (5)
Risk üstəliyi q, S və Sö kəmiyyətlərindən başqa həm də aşağıdakı üç parametrdən asılıdır:
n - bağlanılacaq sığorta müqavilələrinin gözlənilən sa­yı;
Rö - sığorta ödənişlərinin orta kvadratik kənar­laş­ma­sı;
ü (təminat ehtimalı) - yığılan sığorta haqlarından yaradılan sığorta ehtiyatlarının baş vermiş sığorta hadisləri üzrə sığorta ödənişlərinin verilməsinə kifayət etməsi üçün tələb olunan ehtimal.

9.7. Tarif siyasəti və müasir şəraitdə onun təkmilləşdirilməsi

Sığorta işinin gələcək inkişafının təmin edilməsi, sı­ğor­ta əməliyyatlarının maliyyə davamlılığının artırıl­ma­sı, sı­ğortanın iqtisadi və sosial səmərəliliyini daha da ar­tı­rıl­­ması üçün düzgün tarif stavkasının işlənib ha­zır­lan­ma­sı­nın böyük əhəmiyəti vardır. Beləki Respublikamızda tarif si­yasəti daima diqqət mərkəzində saxlanılmış və də­qiq­ləş­di­rilmişdir.
Tarif siyasəti dedikdə, sığortanın müvəffəqiyyətli və qey­­ri zərərli inkişafını təmin edən sığorta tariflərinin müəy­­yən edilməsi və nizama salınması sahəsində sı­ğor­ta­çı­­­nın məqsədyönlü fəaliyyəti başa düşülür.
Tarif siyasəti aşağıdakı başlıca prinsiplərə əsaslanır:
-  tərəflərin sığorta münasibətlərinin ekvivalentliyi;
-  sığorta tariflərinin sığorta olunanların geniş dairəsi üçün imkan daxilində olması;
-  uzun müddət ərzində sığorta tariflərinin həcminin dəyiş-məz qalması;
-  sığorta məsyliyyəti həcminin genişləndirilməsi;
-  sığorta əməliyyatlarının öz xərcini ödəmə və renta­bel­li olması.
Birinci prinsip sığortanın qapalı bölgü xarakterli ye­ni­dən – bölgü mahiyyətinə tam uyğun gəlir. Sığorta ta­rif­lə­rinin imkan daxilində olması isə sığortanın iqtisadi sə­mə­rəliliyini daha da artırır. Sığorta tariflərinin yük­səl­dil­mə­­si ancaq sığorta işinin qeyri – zərərli inkişafını təmin et­­mək məqsədilə sığorta məbləğinin zərərlilik göstə­ri­ci­si­nin yüksəlməsi zəminində ola bilər. Sığorta məsuliyyəti nə qə­dər geniş olarsa, deməli bir o qədər sığorta olunanın tə­lə­batının ödənilməsinə səbəb olar. Sığorta məsuliyyətinin ge­nişlənməsi sığorta məbləğinin zərər göstəricisinin azal­ma­sı əsasında təmin olunur.
Sığorta tarifləri elə qurulmalıdır ki, o nəinki sı­ğor­ta­çı­nın sığorta olunanlar qarşısında öhdəliyini yerinə ye­tir­mə­yə və xərcləri ödəməyə, habelə tariflərin xərc­lər­dən ar­tıq olmasını, yəni mənfəət əldə edilməsini də təmin et­mə­li­dir. Mənfəət netto-dərəcəyə əlavə olunan yükləmə gös­tə­ri­cisində öz əksini tapır. Qeyd edək ki, hər hansı bir əl­ve­riş­li ildə sığorta məbləğinin zərər göstəricisi netto-stav­ka­dan az olarsa, onda əmələ gəlmiş qənaətin bir hissəsi sı­ğor­taçının ehtiyat fonduna, digər hissəsi isə onun mən­fə­ə­ti­nin yaradılmasına yönəldilməlidir. Sığortaçının mən­fə­əti­nin yaradılmasının belə mexanizmi təsərrüfat hesabı prinsipinin tələblərinə uyğundur. Qeyd edək ki, Azərbay­can Respublikasının vergi qanunvericiliyinə müvafiq olaraq sığortaçıların mənfəətindən vergi tutulur. Sığor­ta­çıl­ar vergiləri ödədikdən sonra qalan gəlir hesabına öz fəaliyyətlərini təmin etmək üçün əlavə fondlar yarada bi­lər­lər. “Sığorta fəaliyyəti haqqında” Qanuna müvafiq ola­raq  sığortaçılar sığorta ehtiyatlarını və digər vəsaitlərini in­­vestisiyalara yönəltmək, yaxud başqa şəkildə yer­ləş­dir­mək hüququna malikdirlər.
Tarif siyasətinin təkmilləşdirilməsindən danışarkən sığorta tariflərinin əsaslandırılmasına nəzarətdən də bəhs etmək lazımdır. Azərbaycan Respublikasında sığorta olu­nan­ların, sığortaçıların, habelə dövlətin, hüquq və mə­na­fe­lə­rinin qorunması, sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi məqsədilə sığorta fəaliyyətinə nəzarət Döv­lət Sığorta Nəzarəti tərəfindən həyata keçirilir. Azər­bay­can Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi Əsas­na­məyə uyğun olaraq fəaliyyət göstərən Sığorta Nəzarəti Baş İdarəsi sığortaçıların sığorta ehtiyatlarının yaradılması və yerləşdirilməsi qaydalarını müəyyən etmək, normativ və metodik sənədləri hazırlamaq, sığortaçıların sığorta ta­rif­lərinin əsaslandırılmasına və ödəniş qabiliyyətinin tə­min olunmasına nəzarət etmək hüquqları vardır. 
Sığorta tariflərinin hesablanması metodikasına dair, onun təkmilləşdirilməsinə dair bu orqan tərəfində ayrıca qa­nun, yaxud əsasnamə qəbul edilməsinə nail olunsaydı çox əhəmiyyətli olardı.
Tarif dərəcələrinin düzgün müəyyən edilməsi sığorta sis­temi ilə hüquqi və fiziki şəxslər arasında ekvivalent ma­liy­yə münasibətlərinin yaradılmasında, sığorta hadi­sə­lə­rindən dəyən zərərin vaxtında aradan qaldırılması kimi mü­hüm vəzifənin obyektiv icra edilməsində çox böyük əhə­miyyət kəsb edir.
Sığorta ödənişlərinin verilməsinin gecikdirilməsi, sü­rün­dürməçilik və s. kimi mənfi hallar aradan qal­diril­ma­lı­dır.
Respublikamızda tarif siyasətinin növbəti təkmil­ləş­di­rilməsi zamanı sığorta tarifləri düzgün hesablanmalı, düzgün əsaslandırılmalı, obyektiv şəraiti nəzərə almalı, habelə dərəcələrin differensiallaşdırılmasını diqqət mərkə­zin­də saxlamalıdır. Qeyd edək ki, respublikamızın ərazisi kiç­ik olsa da, təbii – iqlim şəraiti və rayonlarımızın ix­ti­sas­laşması müxtəlifdir. Bu səbəbdən də sığorta tarifləri iq­ti­s­adi – coğrafi rayonlar üzrə nisbətən fərqli qaydada müəy­yən edilsə əhəmiyyətli olardı.
Sığorta qiymətlərinin də düzgün müəyyən edilməsi ta­riflərin hesablanması və əsaslandırılması zamanı böyük əhə­miyyət kəsb etdiyindən onun təkmilləşdirilməsi də məq­sədə müvafiqdir.
Ümumiyyətlə tarif siyasəti müəyyən edilərkən aşa­ğı­da­kı məsələlərə diqqət verilməlidir:
- sığorta tariflərindən bacarıqla istifadə edil­mə­si sı­ğor­ta işinin gələcək inkişafında möhkəm təminatdır;
- sığorta fondunun optimal səviyyəsinin müəyyən edil­məsində sığorta tarifləri çox mühüm iqtisadi alətdir;
- sığorta tariflərinin düzgün müəyyən edilməsi sı­ğor­ta əməliyyatlarının maliyyə davamlılığının əsasıdır;
- şəxsi və əmlak sığortasında tarif dərəcələrinin qurulmasının özünəməxsus xüsusiyyətləri vardır. Şəxsi sı­ğor­ta üzrə tarif dərəcələri riyazi və statistik qanun­a­uy­ğun­luq­lar sistemi olan aktuar hesablaşmalar nəzəriyyəsi əsa­sın­da müəyyən edilir. Əmlak sığortası üzrə tarif dərəcələri isə sığorta məbləğinin zərərlilik göstəricisinin əsasında müəy­yən edilir;
- sığorta tariflərinin müəyyən edilməsində statistik mü­şahidələr nəticəsində əldə olunan məlumatların böyük əhə­miyyəti vardır. Bu məqsədlə Dövlət Statistika Komi­tə­si­nin məlumatlarından istifadə olunması məqsədə müva­fiq­dir;
- düzgün tarif siyasətinin işlənib – hazırlanmasının bö­yük iqtisadi və sosial əhəmiyyəti vardır;
- düzgün təşkil edilmş sığorta fondunun vəsait­lə­rin­dən kredit resursları və investisiyalar kimi istifadə etmək müm­kündür və bu məsələ indiki şəraitdə böyük aktuallıq kəsb edir.
Bizcə, respublikada tarif siyasəti aşağıdakı isti­qa­mət­lər üzrə təkmilləşdirilməlidir:
- sığorta tariflərinin qurulması metodikasını özündə əks etdirən normativ sənədlər qəbul edilməli, bütövlükdə isə sığorta qanunvericiliyindəki boşluqların doldurulması üçün hüquqi – normativ baza mökəmləndirilməlidir;
- sığorta tariflərinin əsaslandırılması üzərində Dövlət Sığorta Nəzarətinin ciddi nəzarəti təmin edilməlidir;
- tarif siyasətində differensasiya prinsipləri daha ge­niş tətbiq olunması və onlar elmi cəhətdən əsaslan­dır­l­ma­lı­dır;
- sığorta orqanlarının təşkilati – kütləvi işi güclən­di­ril­məli, əhalinin məlumatlandırılması sahəsində işlər gö­rül­məlidir;
- təşkilati – kütləvi işin forma və metodları təkmil­ləş­­dirilməli, sığorta reklamı, o cümlədən dövlət sığor­ta­sı­nın reklamı gücləndirilməlidir;
- bütün növ sığorta təşkilatlarının inkişafına şərait ya­­radılmalı və onların investisiya təyinatlı fəaliyyətləri ma­raqlandırılmalıdır;
- sığorta orqanlarının maddi – texniki bazası möh­kəm­ləndirilməli, kadrların hazırlığının yüksəldilməsi, on­la­rın maddi maraqlandırılması daha da artırılmalıdır;
- sığorta orqanlarında sığorta informasiyasının avto­mat­laşdırılmış sistemlərindən istifadə edilməsi, avto­mat­laş­dırılmış iş yerlərinin yaradılması işi sürətlən­di­ril­mə­li­dir;
- tarif siyasəti sahəsində qabaqcıl ölkələrin böyük sı­ğor­ta kompaniyalarının təcrübəsi öyrənilməli, təhlil edil­mə­li və onlardan respublikamızın yerli şəraitinə uyğun olanları tətbiq edilməlidir.

X FƏSİL. ŞƏXSİ SIĞORTA (HƏYATIN QARIŞIQ SIĞOR­TA­SI)

10.1. Həyatın sığorta olunmasının mahiyyəti və məzmunu

Həyatın sığorta olunması üzrə təcrübə, sığorta təşki­lat­ları tərəfindən imzalanan sığorta müqavilələrinin müx­tə­lifliyini sübut edir. Bu sığorta sahəsi, maliyyə bazarında baş verən cüzi dəyişikliklərə adekvat şəkildə reaksiya ve­rir. Lakin imzalanan sığorta müqavilələrinin hər biri müəy­yən tipik xüsusiyyətlərə malikdirlər. Həyatın sığorta olun­ması müqavilələrini bir – birindən fərqləndirən əsas me­yarlar bunlardır:
-   sığorta obyekti;
-   sığorta predmeti;
-   sığorta mükafatlarının ödəniş qaydası;
-   sığorta təminat forması;
-   sığorta ödənişlərin növləri;
-   imzalanan müqavilənin forması.
Həyatın sığorta olunma obyektinin aşağıdakı növləri mövcuddur:
-   şəxsin həyatı ilə əlaqədar olan müqavilə: burada sığorta olunmuş və sığorta etdirən şəxs eyni subyektdir;
-   diğər şəxsin həyatı ilə əlaqədar olan müqavilə: burada sığorta olunmuş və sığorta etdirən şəxslər müxtəlif subyektdir.
Həyatın müştərək şəkildə sığorta olunması üzrə müqavilələri Qərbdə əsasən ailə quranlar imzalayırlar. Həyatın müştərək şəkildə sığorta olunması müqaviləsinə əsasən, sığorta olunmuş iki şəxsdən birinin ölümü zamanı sığorta məbləği sağ olan sığorta olunmuş şəxsə ödənilir. Bu müqavilənin şərtlərinə görə, ikinci şəxsin ölməsindən sonra sığorta məbləği varislərə ödənilməlidir. Sığorta müqaviləsinin birinci növü üzrə sığorta mükafatı ikinci növünü sığorta mükafatından çoxdur, çünki bir ölüm riski ikinci ölüm riskindən yüksək olur.

10.2. Həyat sığortasının müxtəlif əlamətlərə görə təsnifatı

Sığortanın predmetindən asılı olaraq, həyatın sığorta olunması aşağıdakılara bölünür:
-   ölüm hallarının sığorta olunması;
-   uzunmüddətli həyatın sığorta olunması;
-   qarışıq sığorta.
Ölüm hallarının sığorta olunmasında, müqavilə üzrə sı­ğorta məbləği sığorta olunmuş şəxsin ölməsi nəticəsində ödə­nilir.
Həyatın uzunmüddətli sığorta olunmasında isə, ək­si­nə, sığorta məbləği, müqavilənin müddətinin bitmə­sin­dən son­ra da yaşayan sığorta olunmuş şəxsə ödənilir.
Qarışıq sığortada isə sığorta ödənişi sığortaçı tərə­fin­d­ən hər iki halda qeydolunan qaydalar üzrə ödənilir.
Sığorta mükafatlarının ödəniş qaydasına əsasən, sı­ğor­ta müqavilələri aşağıdakılara bölünür:
-   birdəfəlik mükafatlar;
-   dövri mükafatlar;
-   müqavilənin fəaliyyət göstərdiyi müddət ərzində ödənilən mükafatlar;
-   məhdudlaşdırılmış müddət ərzində ödənilən mü­ka­­fat­lar;
-   bütün həyat boyu ödənilən mükafatlar.
Birdəfəlik mükafatlar müqavilənin imzalandığı gün­dən etibarən bir dəfə sığorta polisinin ödənilməsini nəzər­də tutur.
Dövri mükafatlar ildə, ayda və rüb ərzində bir dəfə ödə­nilir.
Sığorta təminatını fəaliyyət dövrünə görə bunlara bö­lür­lər: ömürlük sığorta; həyatın müəyyən müddətə qədər sı­ğorta olunması.
Sığorta təminatının fəaliyyət dövrü üzrə təyin edil­mə­si nəinki vaxt amillərini, eləcə də sığortaçı tərəfindən hə­yata keçirilən riskin xüsusiyyətini də əks etdirir. Birinci hal­da, «R» adlı sığorta hadisəsinin baş verməsi müm­kü­n­lü­yü 1-ə bərabərdir və burada sığortaçı üçün risk, sığorta ha­disəsinin baş verdiyi müddətdən və bu hadisənin riyazi eh­tiyata nə qədər mükafatı əlavə etməsindən asılıdır. İkin­ci halda isə, sığorta hadisəsinin baş vermə mümkünlüyü, sı­­ğor­ta vasitəsinin – uzunmüddətli yaşama (R>1), ölüm (R<1) və yaxud onların hər ikisinin qarışığı (R=1) ol­ma­sın­dan asılıdır. Bu zaman sığortaçı tərəfindən təqdim olu­nan sığorta zəmanəti, sığorta müqaviləsinin fəaliyyət müd­də­tindən qısa və baha olacaqdır. Təbii haldır ki, qarışıq sı­ğor­ta üzrə mükafatlar daha yüksək, müddətli sığorta üzrə mü­kafatlar isə eyni sığorta məbləğini əhatə etsə də, cüzi öl­çüdə olacaqdır. Ömürlük sığorta üzrə mükafatlar isə orta ma­hiyyətə malikdirlər.
Formasına görə sığorta təminatını aşağıdakılara bö­lür­lər:
-   ciddi şəkildə müəyyən olunmuş sığorta məb­lə­ği­nin sığorta olunması;
-   cüzi şəkildə olan sığorta məbləği vasitəsilə sığorta olunma;
-   artmaqda olan sığorta məbləği vasitəsilə sığorta olunma;
-   pərakəndə qiymət indekslərinin artmasına uyğun olan sığorta məbləğinin artması;
-   sığortaçının gəlirində iştirak edən sığorta məblə­ği­nin artırılması;
-   sığorta mükafatlarının xüsusiləşmiş investisiya fond­larına cəlb olunması vasitəsilə sığorta məbləğinin a­r­tı­rıl­ması.
Ciddi şəkildə müəyyən olunmuş sığorta məbləğinin sığorta olunması – həyatın sığorta olunmasının qədim və daha ənənəvi növlərindəndir. Cüzi şəkildə olan sığorta məb­ləği vasitəsilə sığorta olunma növündən, kreditin əldə edil­məsinə yardım edən element kimi istifadə olunur. bu za­man borcların ödənilməsi ilə əlaqədar olaraq, faizlər və sı­ğorta məbləği kreditorun xeyrinə olaraq azaldılır. Art­maq­da olan sığorta məbləği vasitəsilə sığorta olunmanın növ­ləri, maliyyə bazarında baş verən rəqabətin nəticəsi ola­raq yaranmışdırlar. Belə halda sığortaçılar sığorta və ma­liyyə məhsullarının satışını bir-birinə uy­ğun­laş­dı­rır­dı­lar.
Sığorta ödənişlərini növlərinə görə bu cür ayrırlar:
-   sığorta məbləğinin eyni zaman ərzində ödənilməsi va­sitəsilə həyatın sığorta olunması;
-   rentanın ödənilməsi vasitəsilə həyatın sığorta olun­­ması;
-   pensiyanın ödənilməsi vasitəsilə həyatın sığorta olun­ması.
Sığortanın birinci növü, sığorta hadisəsinin baş ver­mə­si və ya müqavilə müddətinin bitməsi zamanı sığorta et­dirən şəxslərə və ya onun varislərinə müəyyən kapitalın ödə­nilməsini nəzərdə tutur. Sığortanın ikinci növü üzrə ka­pital ödənilmir, yalnız sığorta olunmuş şəxslərin va­ris­lə­ri­nin xeyrinə olaraq, periodik renta formasında olan sı­ğor­ta məbləğlərinin bu şəxslərə ödənilməsi müəyyən edilir. Üçüncü növ üzrə ödənişlər pensiya sığortası çərçivəsində həyata keçirilir. Burada pensiya planı üzrə konversiya edil­miş məbləğ sığorta olunmuş şəxsə aylıq, rüblük və ya il­lik pensiya şəklində ödənilir.
Müqavilənin imzalanma üsulları üzrə həyatın sığorta olunmasını aşağıdakılara bölürlər:  fərdi və kollektiv.
Birinci halda fiziki şəxs ilə müqavilə bağlanılır və onun əsas predmeti – bir və ya iki şəxsin həyatıdır. Kollektiv müqavilələr hüquqi şəxs tərəfindən imzalanır və fiziki şəxslərin müəyyən sayının risklərini təmin edir. Hüquqi şəxs və kollektivin üzvləri arasında yaranan qar­şı­lıq­lı münasibət hüquqi əsaslara malikdir. Bir qayda olaraq, be­lə müqavilələr müəssisənin inzibatçıları, təşkilatlar, as­so­siasiyalar və təşkilatın üzvləri tərəfindən imzalanır. Kollektiv müqavilələr əksər hallarda ölüm, bədbəxt ha­di­sə­lər, və xəstəlik riskini təmin edir.

10.3. Həyatın sığorta olunma müqavilələrinin əsas növləri

Təcrübədə həyatın sığorta olunmasını bir-birindən fərq­lənən şəhadətnamələrin 3 baza növünə bölürlər:
1)  həyatın müəyyən müddətə sığorta olunması- hə­ya­tın müəyyən müddətə qədər sığorta olunması sığortaçı, sı­ğor­ta olunmuş şəxsin ölümü zamanı sığorta müka­fat­la­rı­nın əvəzinə müqavilədə ifadə olunmuş sığorta məbləğinin ödənilməsinə görə məsuliyyət daşıyır.
2)  həyatın ömürlük şəkildə sığorta olunması- sığorta olunmuş şəxsin bütün həyatı ərzində baş verən hadisələrin sığorta olunması. Sığortaçı, müqavilənin fəaliyyət göstər­di­yi müddət ərzində sığorta olunmuş şəxsin ölməsi za­ma­nı, sığorta mükafatının əvəzinə müqavilədə ifadə olunmuş sığorta məbləğinin ödənilməsinə görə məsuliyyət daşıyır.
3) həyatın qarışıq şəkildə sığorta olunması – ölüm və müəyyən müddətə qədər yaşamaq hallarının sığorta olun­ma­sı. Sığortaçı, müqavilənin son müddətinə qədər və elə­cə də müqavilənin təsir müddətinin bitməsinə qədər sı­ğor­ta olunmuş və ya ölmüş şəxs qarşısında sığorta məb­lə­ğinin ödənilməsinə görə məsuliyyət daşıyır.
Baza növləri aid olan və spesifik riskləri təmin edən müqavilələri də xüsusi növlərə ayrılırlar:
- pensiya sığortasının müqaviləsi;
- həyatın annuitet və ya renta üzrə sığorta olunması.
Sığortanı yalnız yaşama müddəti ərzində nəzərdən keçirən müqavilələrin mövcud olmaması haqqında qanu­na­uyğun suallar da yarana bilər. Məsələ burasındadır ki, ya­şama müddətinə olan sığorta müqaviləsinin imza­lan­ma­sı zamanı sığorta məbləği sığortaçı tərəfindən yalnız mü­qa­vilənin fəaliyyət göstərdiyi müddətə qədər sağ qalan sı­ğor­ta etdirən şəxsə ödənilir, əks halda isə ödənilmiş sığ­or­ta mükafatları sığortaçının hesabına keçir. Belə müqavilə sı­ğorta etdirən şəxs üçün əlverişli deyil, çünki bu mü­qa­vi­lə sığorta etdirən şəxsi ölüm hallarında təmin etmir. Bun­dan başqa, yaşama müddətinə qədər olan müqavilə məh­dud­laşdırılmış investisiyaya malikdir, yəni müqavilə üzrə top­lanılan kapital ölüm halları zamanı nə inki sığorta olun­muş şəxsə, hətta onun varislərinə də ödənilmir.
10.4. Həyatın müəyyən müddətə sığorta olunması

Qeyd etdiyimiz kimi, həyatın müəyyən müddətə qə­dər sığorta olunması müqavilələrində sığorta olunmuş şəx­sin ölümü zamanı sığorta mükafatlarının əvəzinə mü­qa­vi­lə­də ifadə olunmuş sığorta məbləğinin ödənilməsinə görə sı­ğortaçının məsuliyyət daşıması nəzərdə tutulur. Həyatın müəyyən müddətə qədər sığorta olunmasının da bir neçə nö­vü mövcuddur:
1)  Müddətli sığorta müqaviləsi. Daimi mükafatlı müd­dətli sığorta. Bu həyatın sığorta olunmasının ən ucuz və sadə növüdür. Müqavilənin fəaliyyət göstərdiyi müddət ər­zində periodik, daimi və aşağı sığorta mükafatlarının ödə­nilməsi zamanı sığorta kompaniyası zəmanətli sığorta məb­ləğini, sığorta olunmuş şəxsin ölümü zamanı ödə­mə­li­dir.
2)  Konvertasiya edilmiş müddətli sığorta. Müqa­vi­lə­nin fəaliyyət göstərdiyi müddət ərzində ömürlük və ya qa­rı­şıq sığorta növlərinin müqaviləsinə konvertasiya mü­qa­vi­ləsinin aid edilməsini nəzərdə tutur. Yeni sığorta mü­ka­fa­tı ömürlük və ya qarışıq sığorta tariflərinə əsasən hesab­la­nır. Sığortanın bu növünə görə tibbi müayinədən də keç­mək lazım deyil. Müqavilənin konversiya edilməsi, əv­vəl­ki sığorta məbləğinə və ya məbləğin müəyyən hissəsinə uy­ğun olaraq həyata keçirilir. Sonuncu halda sığortaçı bir müd­dətli müqavilə əvəzinə ikisini əldə edir. Sığorta məb­lə­ği ilə olan müddətli sığorta müqaviləsi və ya əvvəlki sı­ğor­ta məbləğinə uyğun olan qarışıq və ya ömür­lük sı­ğor­ta­nın yeni müqaviləsi, müddətli müqavilə üz­rə yeni polisdə qeyd olunmuş sığorta məbləğinə b­ə­ra­bər­dir.
3)  Azalmaqda olan sığorta məbləğli müddətli sı­ğor­ta. Sı­ğorta məbləğinin, sığorta müddətinin sonuna qədər müəy­yən ölçüyə uyğun olaraq illik şəkildə azalmasının nəzərdən keçirir. Sığorta mükafatları daimi olur, lakin on­la­rın ödənilmə müddəti müqavilənin müddətindən qısadır. Bu isə onunla əlaqədardır ki, sığorta etdirən şəxs mü­qa­vi­lə­nin son müddətinə qədər mükafatların ödənilməsini azalda bilər. Adətən belə müqavilələrdən azaldılmış məb­lə­ğin borc öhdəçiliklərinin zəmanəti kimi istifadə edirlər. Borc məbləğinin ödənilməsi ilə əlaqədar olaraq, borclu şəx­sin həyatının sığorta olunması üzrə müqavilənin sı­ğor­ta məbləği də azalır. Bu növ sığorta müqaviləsi üzrə bene­fi­siar kimi kredit təşkilatı çıxış edə bilər. Bizdə, vətən­daş­la­rın kredit alması prosesinin inkişaf etməməsi ilə əla­qə­dar olaraq, sığortanın bu növü də geniş şəkildə vüsət ol­ma­mışdır.
4)  Artan sığorta məbləğli müddətli sığorta olunma. Bu polis, inflyasiya prosesinə qarşı fəaliyyətə zəmanət ve­rir. Mükafatlar, təqdim olunmuş sığorta təminatının yük­səlməsi ilə əlaqədar olaraq, artırlar. Belə müqavilə üz­rə sığorta məbləğinin ideal şəkildə artırılması, onun qiy­mət indeksinin artımına proporsional olması hesab edilir.
5)   Ailə gəlirinin sığorta olunması. Ailə gəlirinin sı­ğor­ta olunması həyatın müddətli sığorta olunması növü­nə əla­vədir. Onların əsas fərqləndirici xüsusiyyəti on­dan iba­rət­dir ki, sığorta hadisəsinin yəni sığorta olunmuş şəx­sin ölüm hadisəsinin baş verməsi zamanı, faydalanan şəx­sə cid­di şəkildə müəyyən olunmuş birdəfəlik məbləğ de­yil, ai­lə başçısının yaşadığı dövr ərzində ailəsinə verdiyi gə­li­rin ölçüsünə uyğun olan gəlir (renta) ödənilir. Gəlirin və ya rentanın ödənilməsi müqavilənin müddətinin sona çat­ma­sına qədər, hər ayda, rübdə və ya il ərzində həyata ke­çi­ri­lir.
Avropanın bir sıra sığorta kompaniyaları həmçinin av­tomatik şəkildə yüksələn ödənişli ailə gəlirinin sı­ğor­ta­lanması polislərindən də (razılaşdırılmış stavkaya uyğun olaraq) istifadə edirlər. Bu inflyasiya faktorunun taraz­lan­ma­­sı məqsədilə həyata keçirilir. Ödənilən gəlirin sə­viy­yə­si­nin il ərzində yüksəlməsinin 2 metodu fəaliyyət gös­tə­rir. Birinci metodda gəlirin illik artımı şəklində yük­səl­mə­si yalnız sığorta hadisəsinin baş verdiyi müddətə qədər hə­ya­ta keçirilir. İkinci metodda isə ödənişlərin səviyyəsinin art­ması, sığorta hadisəsinin baş verməsindən sonra da da­vam edir. Adətən illik artım 3%-dən 10%-ə qədər olur və sa­də və ya mürəkkəb faizin məbləğə əlavə edilməsi va­si­tə­si­lə həyata keçirilir. Təbii haldır ki, sığorta etdirən şəxs üçün daha əlverişli olan şərtlər bir az bahadır.
Fransada sığorta kompaniyaları son illər ərzində müd­dətli sığorta müqavilələrinə, kontrsığorta adlanan əla­və­ləri daxil edirlər. Kontrasığorta müqavilə müddəti başa çat­dığı zaman qədər müəyyən məbləğin sığorta olunmuş şəx­sə ödənilməsindən ibarətdir. Başqa sözlə, bu təmiz sı­ğor­ta haqlarının geri qaytarılmasıdır. Təmiz sığorta müka­fa­tı, sığorta yükləri də daxil olmaqla, bütün sığorta müka­fa­tının məbləğinə bərabər olur.

10.5. Ömürlük sığorta müqaviləsinin mahiyyəti və növləri

Möhkəm məbləğdə müəyyən olunmuş ömürlük sı­ğor­ta. Sığorta etdirən şəxs, müqavilə imzalanan müddət­dən həyatının sonuna qədər, daimi şəkildə bərabər məb­ləğ­li mükafatı ödəyir. Bu şəxsin öldüyü zaman isə mü­qa­vi­­lənin şərtlərinə görə təsbit olunmuş sığorta məbləği ödə­nil­məlidir. Bu müqavilələr üzrə mükafatlar, müddətli mü­ka­fatların məbləğindən yüksəkdir. Belə müqavilə üzrə olan sığorta mükafatı nəinki ömürlük, hətta birdəfəlik (mü­qavilənin imzalanmasından sonra yalnız bir dəfə ödə­ni­lir) və ya müvəqqəti şəkildə ödənilən (mükafatların ödə­nil­məsi, əvvəlcədən razılaşdırılmış müddət ərzində pe­rio­dik olaraq, pensiya çıxmaq müddətinə və ya 80 yaş həd­di­nə çatana qədər həyata keçirilir) mükafat ola bilər.
Ömürlük sığorta sadecə olaraq, riskdən insanları mü­da­fiə etmir, həm də uzunmüddətliyinə görə müəyyən yı­ğım­ların yaranması mexanizmini təşkil edir. Məhz buna görə də sığorta və maliyyə məhsullarını özündə birləşdirən və eləcə də sığorta etdirən şəxslərə sığorta müdafiəsindən baş­qa, investisiya gəlirini təklif edən ömürlük sığorta mü­qa­viləsi, müştərilər üçün daha cəlbedici müqavilədir.
Sığortaçının gəlirində iştirakla bağlı olan ömürlük sı­ğor­ta. Sığorta etdirən şəxs müqavilənin fəaliyyət gös­tər­di­yi müddət ərzində birdəfəlik və ya daimi mükafatı ödə­yir. Sığorta hadisəsinin baş verməsi zamanı, sığortaçı bo­nus­ların əlavə edildiyi sığorta məbləğini ödəməlidir.
 İkiqat sığorta məbləği olan ömürlük sığorta. Ömür­lük sığortanın belə polisləri, müqavilədə müəyyən olun­muş sığorta təminatının səviyyəsini əks etdirirlər.

Mü­qa­vi­lə­də, ölüm halları zamanı zəmanət vermiş sığorta məbləği və bonusların əlavə olunması hesabına hər ildə artan sığ­or­ta məbləğinin aşağı bazası qeyd edilməlidir. Sığorta hadi­sə­sinin baş verməsi zamanı daha yüksək iki məbləğdən biri ödənilir. Belə müqavilələr gəlirdə iştirak olmadan da ömür­lük sığorta müqaviləsindən ucuzdur.
Ömürlük sığorta üzrə investisiya polisləri. Sığorta kompaniyası, sığorta etdirən şəxslərdən alınan məbləğlərin həm fond bazarı, həm də müəyyən qiymətli kağızlar üzrə it­kilər və bilavasitə kapitalların yönəldilməsi üzrə yer­ləş­di­rilməsinə görə məsuliyyət daşıyır. İlk investisiya po­lis­lə­ri Böyük Britaniyada 50-ci illərin sonlarında yaranmışdır və onları unitlinked (yupitlər ilə əlaqədar olan) adlan­dı­rır­dı­lar. Hal-hazırda da Böyük Britaniyada investisiya sı­ğor­ta­sı xüsusi yerlərdən birini tutur. Azərbaycanda isə in­ves­ti­siya sığortası tətbiq olunmur. Bu növ polislər ilk növ­bə­də kapitalın yaradılmasına və əlavə gəlirin əldə olun­ma­sı­na maraq gəstərən müştərilər üçün nəzərdə tutulmuşdur.
İnvestisiya fondu sığorta kompaniyaları tərəfindən ya­radıla və ifadə oluna və yaxud ixtisaslaşmış yupittrast fond­ları tərəfindən istifadə edilə bilər. Polisin məbləği, investisiya fondunun payını əks etdirən yupitlərin əldə edi­lən məbləğinin dəyişilməsi ilə əlaqədar olaraq dəyişilə bi­lər. İkili qiymət sistemindən istifadə olunur; hər bir yupit alış və satış qiymətinə malikdir.
Təklif qiyməti – (offer price) kompaniya müka­fat­la­rın ödənilməsi zamanı hər bir sığorta polisi üzrə yupitlərin əldə olunması məqsədilə bu qiymətdən istifadə edir. Alış qiy­məti (bid price)- sığorta məbləğinin ödənilməsinin zə­ru­ri olduğu müddət ərzində kompaniya tərəfindən yupitə gö­rə ödənilən qiymətdir. Bu qiymət həmşə təklif qiy­mə­tin­dən aşağı olur. Adətən fərq təqribən 5%-i təşkil edir və bu fərq sığortanın əlavə xərcləri üçün nəzərdə tutul­muş­dur. Həmçinin yupitin ikili qiymətinin hesablanması müd­də­tinə qədər fondlardan alınan polislərin idarə olunması yö­­nəl­dilən aylıq faiz də (0,08%-dən 0,33%-ə qədər) fəa­liy­­yət göstərir. Kompaniyaların bir hissəsi ikili qiy­mət­dən is­tifadə etmir, bunun əvəzinə onlar müqavilənin daha er­kən müddətdə pozulmasına görə çərimə alırlar.
Sığorta kompaniyaları, sığorta etdirən şəxsin öz ma­liy­yəsini yerləşdirməsi mümkün olan müxtəlif fondları şəxs­lərə təklif edirlər. Fondlar yalnız bir sığorta kom­pa­ni­ya­ları tərəfindən yaradılan və istifadə olunan daxili fond­la­ra və eləcə də diğər maliyyə qrupları tərəfindən ya­ra­dı­lan xarici fondlara ayrılırlar. Daha geniş şəkildə inkişaf et­miş fondlar bunlardır;
-       birjada qiyməti təyin edilmiş adi səhmlər fondu;
-       təsbit olunmuş gəlir normalı fondlar (invest­ləş­di­ril­mə, dövlət və ya yerli hakimiyyət orqanları tərəfindən bu­raxılan istiqrazlar üzrə həyata keçirilir);
-       daşınmaz əmlak fondu (binalara, torpaq sahələrinə və tikililərə investləşdirilmə);
-       beynəlxalq fond (xarici fond bazarlarında təyin olunmuş qiymətli kağızlara və xarici aktivlərə invest­ləş­di­ril­mə);
-       nəqd maliyyə fondu (bazarda qısa müddətli və­sa­it­lə­rə (bank depozitləri, xəzinə vekselləri) invest­ləş­di­ril­məsi);
-       parəkəndə qiymətlərin artım indeksi ilə əlaqədar olan qiymətli kağızlara investləşdirilən fond (əsasən döv­lət fondları);
-       tikinti cəmiyyətlərinin depozitlərinə invest­ləş­di­ri­lən fond;
Hal-hazırda idarə olunan fondların bir konsepsiyası da fəaliyyət göstərir, burada fondların menecerləri vəsait­lə­­rin daha çox hara cəlb edilməsinin sərfəli olduğunu mü­za­kirə edirlər.
İnvestisiya polisinin kapitalının bir fonddan digərinə kö­çürülməsini, sığorta etdirən şəxslərə bir sıra sığorta kom­paniyaları təklif edirlər. Fondlar yupit məzənnəsini hər gün, hər həftə və hər ay ərzində dəyişirlər. Yupitlərin iki­li qiyməti müvafiq olaraq qabaqçıl maliyyə nəşrlərində dərc olunur (məsələn, Financial Times).
Unit Linked polislərinin potensial investisiya im­kan­la­rı, gəlirdə iştirak edən polislərdən yüksəkdir, lakin belə hal­larda risk də çox olur. Sığorta etdirən şəxsin əldə etdiyi sı­ğorta məbləği investisiya polisləri üzrə ödənilmiş mü­ka­fat­dan da aşağı olur.
Məhz buna görə son illər ərzində sığorta kom­pa­ni­ya­la­rı investləşdirilmə əməliyyatlarının uyğunlaş­dı­rıl­ma­sın­dan istifadə edir və gəlirdə iştirak edirlər. Sığorta etdirən şəxs­lərə gəlirdə iştirak etməklə yanaşı, yupitləşdirilmiş polisləri də təklif edirlər. Belə polislər yupit-fondlardan asılı olsalar da, sığorta kompaniyaları bu yupitlərin ucuz­laş­mayacağı haqqında sığorta etdirən şəxslərə zəmanət verirlər.
Ömürlük sığortanın investisiya polisləri adətən 2 növdə olur:
-       birdəfəlik;
-       müntəzəm mükafatlar.
Müqavilənin birinci növünü adətən sığorta bondları ad­landırırlar. Bu investisiya müqaviləsinin ən sadə for­ma­sı­dır. Bondlar ömürlük sığorta şəraitində imzalanır və sı­ğor­ta etdirən şəxs bondları sığorta hadisəsinin baş ver­mə­si­nə qədər özündə saxlaya bilər. Mükafatdan yupitlərin ödə­nilməsi üçün istifadə edilir. Polis nəğd kapitala istə­ni­lən vaxt ərzində köçürülə bilər, bu zaman alışın məbləği ve­rilmiş polis üzrə yupitlərin satış məbləğinə (bidprice) bə­rabər olacaqdır. Sığorta hadisəsinin baş verməsi zamanı (sığorta olunmuş şəxsin vəfat etməsi) sığortanın məbləği, yaş həddi şkalası üzrə təshih edilmiş yupitləri məbləğinə bərabərdir. Məsələn, 60 yaşdan yuxarı olan şəxslər üçün yu­pitlərin məbləğinin 101%-i, 50 yaşdan yuxarı olan şəxs­lər üçün məbləğin 120%-i, 30 yaşdan yuxarı olan şəxslər üçün 200%-i ödənilir. Sığorta etdirən şəxs yupitlərin alın­dı­ğı və onların polislərinə birləşən yeni, birdəfəlik mü­ka­fat­ları da ödəmək hüququna malikdirlər. Həmçinin il ər­zin­də yupitlərin bir hissəsini kənarlaşdırmaq və gəliri əldə et­mək də mümkündür.
Son illər ərzində bir sıra sığorta kompaniyaları bond­la­rı sığorta etdirən şəxsə dividend və ya renta şəklində ödə­yirlər.
Müntəzəm mükafatı olan ömürlük sığortanın inves­ti­si­ya polisləri prinsip etibarilə yupitlərin, müqa­vilə­də gös­tə­rilən sığorta təminatı üzrə məbləğlə cəmləşməsindən təş­kil olunmuşdur. Sığorta olunmuş şəxsin vəfat etməsi za­ma­nı iki məbləğdən biri ödənilir; müqavilə üzrə hesab­la­nan sığorta məbləği və ya alış qiyməti üzrə hesablanan yupit məbləği (bidprice).

10.6. Qarışıq həyat sığorta müqavilələri

Qarışıq həyat sığorta müqavilələri müxtəlif formaları mövcuddur:
1)  Gəlirdə sığortaçının iştirak etmədiyi qarışıq sı­ğor­ta. Bu, təsbit edilmiş mükafatı olan və müqavilənin sona çat­ma­sı müddətinə qədər ödənişin zəmanətli sığorta məb­lə­ği­nə malik olan qarışıq sığortanın baza formasıdır. Sığorta məb­ləği həm eyni, həm də müxtəlif ola bilər; ölüm ha­di­sə­lə­rinə qədər olan sığorta təminatı yaşayış ilə bağlı olan sığorta təminatından yüksəkdir.
Sığorta məbləğinin ödənilməsi, ölüm hadisəsinin baş verdiyi zamandan etibarən nəzərdə tutulan müddətdə hə­ya­ta keçirilir. Məsələn, müqavilə 10 il müddətinə im­za­lan­mış­dır, ölüm hadisəsi isə 3 ildən sonra baş verir, kapital isə 7 ildən sonra ödənilməlidir yəni, sığortaçı, sığorta et­di­rən şəxsin ölməsi və ya sağ qalmasından asılı olmayaraq, kapitalı müqavilədə qeyd edilmiş müddətə qədər ödəyir.
Qarışıq sığorta üzrə ödənilən mükafat, sığortaçı tərə­fin­dən şərti olaraq 3 hissəyə ayrılır:
-   riskli mükafat (vaxtından əvvəl ölüm hadisəsinin baş verməsi zamanı risk fondların yaradılması-yerləşdirmə prin­sipi);
-   əmanət mükafatı (ehtiyatın toplanması–kapitallaş­dır­ma prinsipi);
-   işlərin həyata keçirilməsinə sərf olunan xərclər.
Mükafatlar, bir qayda olaraq periodik şəkildə olurlar, lakin onlardan birdəfəlik mükafat kimi də istifadə etmək olar. Birdəfəlik mükafatı olan qarışıq sığortanı, prinsip eti­ba­rilə sığorta adlandırmaq olmaz, çünki bu sığorta, sı­ğor­ta riskindən deyil, maliyyə riskindən ibarətdir. Müd­dət­dən əvvəl ödənilmiş, gəlirlərin bölgüsündə iştirak et­mə­yən qarışıq sığorta müqavilələrində bu risk diskont edil­mənin daha dəqiq şəkildə olan stavkasının təyin olun­ma­sına uy­ğun­laşdırıla bilər.
2)  İkiqat sığorta məbləğli qarışıq sığorta. Bu mü­qa­vi­lə gəlirdə iştirak edən qarışıq sığorta və azalan sı­ğor­ta məb­ləğli müddətli sığortanın bir-biri ilə bir­ləş­mə­sin­dən ya­ranmışdır. Ölüm hadisəsi zamanı sığortaçı 2 məbləğdən birini ödəyir; bonusun əlavə olunduğu sığorta məbləğini və ya zəmanətli sığorta məbləğini. Müqavilənin təsir müd­də­tinin bitməsinə qədər bonusların əldə olunduqu sı­ğor­ta məbləğini ödəmək lazımdır. Sığortaçının gəlirinin iştirakı ilə qarışıq sığorta, yığım xarakterli sığortaının daha çox ya­yılmış növüdür. Ölüm hadisəsi və müqavilə müddətinin bit­məsi zamanı ödənilən sığorta məbləği müqavilənin qüv­və­də olduğu dövr ərzində bonusların əlavə edildiyi zə­ma­nət­li məbləğdir.
3)  Həyatın uyuşqan qarışıq sığortası. Sığorta müqa­vi­ləsinin müddətdən əvvəl ləğv olunmasına zəruriyyət ya­ran­dıqda, alış məbləğinin ucuzlaşmasının qarşısının alın­ma­sı məqsədilə bu müqavilədən istifadə olunur. İri məb­lə­ği olan bir müqavilə deyil, cüzi sığorta məbləği olan, lakin sı­ğorta təminatını tam şəkildə təşkil edən bir neçə mü­qa­vi­lə imzalanır. Bütün müqavilələr üzrə mükafatların ödə­nil­mə­si qeyri-mümkün olduqda, polislərin bir hissəsi üzrə mü­qavilə dayandırılmalıdır.
Reduksiyalı polislər. Sığorta etdirən şəxs tərəfindən mü­kafatların ödənilməsi qeyri-mümkün olduqda və mü­qa­vi­lənin təsir müddətinə qədər sığorta təminatının təqdim olun­masını davam etdirmək məqsədilə reduksiyalı po­lis­lər­dən istifadə edilir. Bazalı sığorta məbləği proporsional ola­raq, ödənilməyən mükafatlar hesabına azaldılır. Sığorta müd­dətinin sona çatması və ya ölüm halları zamanı sığorta et­dirən şəxs ilk sığorta məbləğinin azaldılmış hissəsini əl­də edə bilər. Sığorta etdirən şəxs üçün azaldılmış şəkildə də olsa sığorta təminatını qoruyub saxlamaq, aşağı alış məb­ləğini almaqdan daha sərfəlidir. Sığorta müqaviləsinin re­duk­siyasından (sığorta məbləğinin sığorta mükafat­la­rı­nın ödənilməməsi hesabına azaldılması) sığortaçılar bəzi hal­larda istifadə edirlər. Sığortaçı, sığorta – etdirən şəxs tərə­findən hesaba daxil edilməyən növbəti mükafatı, sı­ğor­ta müqaviləsinin ehtiyatları hesabına ödəyir. Sığortaçı tə­rəfindən mükafatların ödənilməsi, müqavilə ehtiyatının bit­diyi vaxta qədər həyata keçirilir.


10.7. Qarışıq sığortanın investisiya polisləri

Qarışıq sığortanın investisiya polisləri, ömürlük sı­ğor­tanın polislərinə oxşar şəkildə fəaliyyət gəstərirlər. Bu sı­ğortalar arasındakı əsas fərq bundan ibarətdir ki, sığorta olun­muş iki riskdən: ölüm və yaşamaq risklərindən əldə olu­nan mükafat 2 hissəyə ayrılır: birinci hissə yupitlərin alın­ması prosesinə ikinci hissə isə-ölüm hadisəsinin baş verməsi zamanı sığorta təminatının zəmanətli məbləğinin yara­dılmasına yönəldilir. Sığorta olunmuş şəxs müqavi­lə­nin sona çatdığı müddətdən də çox yaşadıqda, bu şəxsə yu­pitlərin alış qiyməti üzrə məbləği (bidprice) ödənilir. Ölüm riskinin baş verməsi zamanı isə iki məbləğdən biri ödə­nilməlidir; müqavilə üzrə toplanmış yupitlərin məbləği və ya zəmanətli sığorta məbləği.
Son illər ərzində xaricdə, sığorta bazarında sığorta et­dirən şəxslərə həyatlarının sığorta olunması üzrə şərtlərə dəyişikliklərin və əlavələrin daxil edilməsinə şərait yara­dan yeni məhsullar müvəfəqiyyətli şəkildə satılır. İlk ola­raq, Universal life ("Universal həyat") adlı sərbəst sığorta polisləri göstərə bilərik. Bu polislər Böyük Britaniya və ABŞ-da da geniş şəkildə tətbiq edilir.
Bu sığorta növünün əsas mahiyyəti bundan ibarətdir ki, sığorta etdirən şəxs müqaviləni imzalamaqla, müka­fat­la­rı müəyyən olunmuş müddət və həcmdə ödəyir. Faktiki şə­kildə ödənilən sığorta haqqlarından asılı olaraq, sığor­ta­çı daima sığorta məbləğini təshih edir. Belə müqavilələr sı­ğorta məhsullarına deyil, maliyyə məhsullarına daha ya­xın­dırlar. Onların əsas məqsədi sığorta zəmanətinin əldə olun­masından deyil, yığımların yaradılmasından ibarətdir. Belə sığorta müqavilələrinin adi baza forması-qarışıq sı­ğor­tanın investisiya müqavilələridir. Sığorta etdirən şəxs tə­rəfindən ödənilən sığorta mükafatı, sığorta olunmuş şəx­sin əmanət hesabına daxil edilir. Bu hesab müəyyən mini­mal gəlirə malikdir (ABŞ-da 4,5%) sığorta kompaniyası ölüm hadisəsi zamanı zəmanəti təmin edən "riskli" müka­fat­ları ay ərzində əmanət kassasına köçürür. Sığorta et­di­rən şəxs özü sığorta məbləğini seçir və ölüm riskini təmin edən əmanət hesabından götürülən ümumi mükafatın bir his­səsi bu şəxs üçün nəzərdə tutulur. Mükafatların ödə­nil­mə­si imkanları çox çevikdir. Sığorta etdirən şəxs müəyyən müddət ərzində sığorta haqqlarını ödəməsə də, əmanət he­sa­bında olan qalıq, sığorta mükafatının ödənilməsi im­ka­nı­nı təmin edən müddətə qədər müqavilə ləğv olunmur. Uzun müddətli yaşamaq üzrə sığorta məbləği, sığorta olun­muş şəxsin əmanət hesabında toplanan kapital ilə müəy­yən yupitləşdirilmiş fondlardan istifadə edirlər, universal həyatın polislərini isə, bu kompaniyalar, Unit linked polislərinin növü üzrə təklif edirlər. Müqavilənin fəaliyyət göstərdiyi müddətə qədər sığorta etdirən şəxs polisə istənilən məqamda əlavə zəmanətləri daxil etmək və yaxud əmanət hesabından vəsaitləri almaq, eyni­z­a­man­da əlavə mükafatları hesaba köçürmək və eləcə də ölüm hadisəsi zamanı sığorta məbləğini dəyişdirmək hüququna m­alikdir. Belə müqavilələr banklar və ya investisiya kom­pa­niyaları tərəfindən təqdim olunan maliyyə məhsulları ilə müvəfəqiyyətli şəkildə rəqabət aparırlar. Çünki bu müqa­vi­lələr əhalinin şəxsi qoyuluşlarının yüksək rentabel­li­yini tə­min edirlər. Demək olar ki, bütün qərb ölkələrinin sı­ğor­ta həyatında iştirak edən güzəştli vergi qoyuluşu sistemi də bu prosesə şərait yaradır.
Həyatın renta ödəniş ilə sığorta olunması aşağıdakı hadisələrə zəmanət verir:
-       sığorta olunmuş şəxsin sığorta müqaviləsinin sona çatması müddətinə qədər yaşaması;
-       sığorta olunmuş şəxsin müqavilənin sona çatması müddətinə qədər vəfat etməsi;
-       sığorta olunmuş şəxsin müqavilədə müəyyən edil­miş sığorta rentasının ödənilməsi müddətinə qədər ya­şa­ma­sı. Renta ay, rüb ərzində, 6 ayda bir dəfə, ildə bir dəfə və eləcə də müqavilənin sona çatması müddətinə qədər ödə­nilməlidir.
-       böhran xarakterli müəyyən xəstəliklərin diaqnost­laş­dırılması zamanı sığorta məbləğinin ödənilməsi;
-       dəfn mərasimləri xərclərinin ödənilməsi.
Həyatın sığorta olunması müqaviləsi, bir qayda ola­raq, uzunmuddətli müqavilə olduğundan, onun fəaliy­yət müddəti ərzində sığorta etdirən şəxsin maliyyə və ailə və­ziy­­yəti, iqtisadi şərait, vergi qoyuluşu sistemi, qanun­ve­ri­ci­lik və hüquq təcrübəsi dəyişikliklərə məruz qala bilər. Sı­ğorta etdirən şəxs üçün onun tərəfindən alınmış zə­ma­nə­ti­nin uzun illər ərzində öz mahiyyətini itirməməsi vacib şərtlərdən biridir. Məhz buna görə də, sığorta etdirən şəxs­lə­rin tələbatını əvvəlcədən hiss edən sığortaçılar, bu şəxs­lə­rə müqavilə şərtlərinin dəyişdirilməsi və ya onlara əlav­ə­lə­rin edilməsi üzrə opsion adlanan müxtəlif variantları tək­lif edirlər. Əlavə qruplarının mahiyyəti bundan ibarətdir ki, sığorta etdirən şəxs, sığorta müqaviləsinin şərtlərində də­yişiklik apardığına görə əlavə mükafatı ödəməlidir. Da­ha geniş şəkildə vüsət almış opsionlara bunlar daxildir:
-  sığorta məbləğinin parəkəndə qiymət indeksinə uy­ğun olaraq artırılması (artan sığorta məbləğinə görə ödə­nilən sığorta mükafatı da avtomatik olaraq artır);
-  sığorta olunmuş şəxsin gəlirinin artması hesabına sı­ğorta məbləğinin də müqavilə üzrə periodik olaraq ar­tı­rıl­ması (yeni müqavilə və tibbi şəhadətnamə olmadan);
-  müqavilənin şərtlərinə digər sığorta olunmuş şəxsin də əlavə olunması (həyat yoldaşı).
Əlavələrin 3-cü qrupu, sığorta kompaniyasının müş­tə­rini itirməmək və müxtəlif xoşagəlməz amillər zamanı sı­ğorta müqaviləsinin qorunub saxlanılması arzusundan irə­li gəlmişdir. Sığorta kompaniyaları sığorta haqlarının ödənilməsi üzrə aşağıdakı güzəştləri də təqdim edirlər:
-        iş qabiliyyətinin itirildiyi dövr ərzində mükafat ödə­nişlərindən azad olmaq;
-        işsizlik şəraitində mükafatın ödənilməsini mü­vəq­q­ə­ti şəkildə dayandırmaq;
-        qısaldılmış məbləğli sığorta təminatının qorunub sax­lanılması zamanı sığorta müqaviləsinin reduksiya et­mə­si.
İngiltərənin sığortaçıları ödənilmiş polislərdən ge­niş şə­kildə istifadə edirlər. Bu zaman sığorta etdirən şəxs mü­kafatları ödəmək imkanını əldə etmədikdə, sığorta tə­mi­natı öz qüvvəsini itirmir, lakin sığorta məbləği, ödə­nil­miş və ödənilməmiş mükafatlara uyğun olaraq ixtisar edi­lir.
Annuitetlər və ya həyatın renta üzrə sığorta olun­ma­sı. Annuitet dedikdə, müqavilənin imzalandığı gündən eti­ba­rən birdəfəlik mükafat əvəzinə, sığorta olunmuş şəxsin hə­yat dövrü ərzində ödənilən illik renta üzrə sığorta mü­qa­vi­ləsi başa düşülür. Təcrübədə illik renta rüb və ay ər­zin­də, lakin illik məbləğ üzrə ödənilməlidir. Birdəfəlik mü­ka­fatın ödənilməsi üçün əksər hallarda həyatın qarışıq sığor­ta­sı və ya "yaşamaq" sığortası üzrə toplanan sığorta məb­ləğ­lərindən istifadə olunur.
Əksər hallarda annuitetləri pensiyaya çıxan zamanı və ya uşaqların təhsilinin ödənilməsi məqsədilə alırlar.
Annuitetlər üzrə sığorta tariflərinin müəyyən etmək üçün sağlamlığın daha yüksək səviyyəsinə və ölümün da­ha aşağı əmsallarına malik olan əhalinin ölümü üzrə cəd­vəl­lərindən istifadə edirlər.
Annuitetlərin aşağıdakı növləri vardır:
Sadə annuitet. Sığorta olunmuş şəxs birdəfəlik mü­kafatı təqdim etdiyi zaman ona illik renta ödənil­mə­li­dir.
Müddəti uzadılmış annuitet. Renta ciddi şəkildə tə­yin olun­muş tarixə və ya vaxtından əvvəl hallarına qədər ödə­ni­lir.
Zəmanətli annuitet. Müqavilədə rentanın ömürlük və ya zəmanətli müddətə qədər ödənilməsi (ölüm hallarına qədər) nəzərdən keçirilir. Beləliklə, sığorta olunmuş şəx­sin vəfat etməsi zamanı renta təsbit olunmuş dövr ərzində va­rislərə ödənilməlidir. Rentanın ümumi məbləği varislərə bir­dəfəlik şəkildə də təqdim oluna bilər.
Pensiya planları. Pensiya, əmək fəaliyyətinin dayan­dırılmasından sonra gəliri təmin edən vasitədir. Pensiya müqaviləsini bağlamaq üçün pensiya planları və ya onların sxemlərindən istifadə olunur.

XI FƏSİL. BƏDBƏXT HADİSƏLƏRƏ QARŞI SIĞORTA VƏ TİBBİ SIĞORTA

11.1. Bədbəxt hadisələrdən sığorta olunmanın əsas məqsədi və yaranması tarixi

Bədbəxt hadisələrdən sığorta, şəxsi sığortanın ənə­nə­vi növlərindən biridir. Son illər ərzində sığortanın bu nö­vü, əhalinin müəyyən qrupu və təbəqəsi üçün nəzərdə tu­tu­lan bədbəxt hadisələrdən sığortanın icbari növlərinin təş­ki­linə, müəssisə və təşkilatların işçilərinin sığortasının kol­lektiv şəkildə inkişaf etməsinə, xaricə gedən vətən­daş­la­rın sığortası kimi yeni sığorta növlərinin meydana çıx­ma­sı və sürətli şəkildə inkişafına təsir göstərən mühüm də­yi­şikliklərə məruz qalmışdır.
Təcrübədən göründüyü kimi, sığortaçılar əksər hal­lar­da şəxsi məsuliyyətlərini yalnız bədbəxt hadisələr ilə məh­dudlaşdırır və xəstəlik riskini isə tibbi sığorta və hə­ya­tın sığorta olunması sahələrinə aid edirlər.
Bədbəxt hadisələrdən sığorta olunmanın əsas məq­sə­di – sağlamlığa dəyən zərərin ödənilməsidir. Bəd­bəxt ha­di­sələrdən sığortanın yaranması, dəmir yolu nəq­liy­yatının inkişaf etməsi ilə əlaqədardır. XIX-cü əsrdə sı­ğor­tanın bu növü İngiltərədə geniş şəkildə inkişaf etməyə başlamışdır. 1849-cu ildə İngiltərədə dəmiryolunda baş verən bədbəxt hadisələrin sığorta olunması ilə məşqul olan ilk kompa­ni­ya təsis edildi. Sonralar istehsalatda baş verən bədbəxt ha­di­sələrə görə sahibkarların vətandaşlıq məsuliyyəti haq­qın­da aktın və fəhlə qanunvericiliyinin nəşr edilməsi ilə əla­qədar olaraq, sığorta kompaniyaları sığortanın bu nö­vü­nə xüsusi diqqət ayırdılar və bu məqsədlə xüsusi şöbələri təsis etdilər.
Bədbəxt hadisələrdən sığorta sahəsi üzrə Rusiyada 1903-cü ilin iyunun 2-də qüvvəyə minən "Müəssisə, fab­rik, zavod və dağ-mədən sənaye sahəsində baş verən bəd­bəxt hadisələr nəticəsində zərər çəkmiş fəhlə və qul­luq­çu­la­rın mükafatlandırılması haqqında" qanun xüsusi əhə­miy­yət malik oldu. Bu qanuna əsasən, sahibkar işçiyə dəyən zə­rərə və ya istehsalatda baş verən hadisə zamanı işçinin öl­məsinə görə məsuliyyət daşıyırdı. Bu qanunun qəbul olun­masından sonra Rusiyada, səhmdar cəmiyyətləri və qar­şılıqlı sığorta cəmiyyətlərinin köməyi vasitəsilə kol­lek­tiv sığorta sürətlə inkişaf etməyə başladı. 1904-cü ildə Ru­si­yada artıq əllilik, iş qabiliyyəti olan yaş həddi ərzində ölüm risklərinin sığortası və eləcə də qocalıq, pensiya tə­mi­natının sığortası ilə məşqul olan 500 sığorta kom­pa­ni­ya­sı fəaliyyət göstərirdi. Fəhlələrin bədbəxt hadisədən kol­lek­tiv şəkildə sığorta olunması, sahibkarların və xəstəxana kas­salarının sığortası hesabına 1912-ci ilin qanunvericiliyi vasitəsilə möhkəmləndirildi. Bu qanunvericilik aktları XX əsrin əvvəllərində Azərbaycanda da fəaliyyət göstərmişdir.

11.2. Bədbəxt hadisələrdən icbari sığorta.

Hal-hazırda bədbəxt hadisələrdən sığorta, sığorta olun­muş şəxslərin, onların ailə üzvlərinin iqtisadi risk­lər­dən kompleks müdafiəsini təmin edir. Bədbəxt ha­dis­ə­lər­dən sığortanın təcrübəsindən göründüyü kimi, bu sığorta nö­vü vahid sosial-iqtisadi məzmununu saxlamaqla, icbari və könüllü formalar üzrə həyata keçirilə bilər.
Bədbəxt hadisələrdən icbari sığorta sosial sığorta sis­te­­minin əsas elementlərindən biri olaraq, istehsalat zədəsi və peşəkar xəstəliklər riskini təmin edir. Onun fəaliyyət dai­rəsi, iş yerlərində və ya iş müddətində baş verən bəd­bəxt hadisələrin nəticələri ilə məhdudlaşdırılır. Bu növ sı­ğor­tanın əsas xüsusiyyətlərindən biri odur ki, sığorta haq­larını tam ölçüyə uyğun olaraq sahibkar ödəməlidir. Bəd­bəxt hadisələrdən icbari sığorta adətən bütün muzdlu fəh­lələrə, məktəbəqədər müəssisələrə gedən uşaqlara, fer­mer­lərə və kənd təsərrüfatında işləyən şəxslərə aiddir.
İstehsalatda baş verən bədbəxt hadisələrdən icbari sı­ğor­ta sahəsi demək olar ki, dünyanın bütün ölkələrində fəa­liy­yət göstərir və əhalinin sosial müdafiəsinin yük­səl­mə­sinə şərait yaradır.
Sığorta praktikasında istehsalatda baş verən bədbəxt hadisələrdən və peşəkar xəstəliklərdən icbari sosial sığorta növü mühüm əhəmiyyət kəsb edir. Sığorta etdirən şəxslər sa­hibkarlar, sığortaolunmuş şəxslər isə-muzdlu əməyin nü­mayəndələridir. Sığorta hadisəsinin baş verməsi zamanı sı­ğorta təminatı aşağıdakı zəmanətləri təqdim edir:
-   iş qabiliyyətininin müvəqqəti itirilməsi ilə əla­qə­dar olaraq, əmək haqqının 100% məbləğinə uyğun olaraq ödənilən maddi yardım (müavinət);
-   birdəfəlik sığortanın ödənilməsi (işçinin vəfat et­mə­si ilə əlaqədar olaraq, onun əmək haqqının müəyyən nis­bətində);
-   əlillik zamanı sığorta olunmuş şəxsə və ailə baş­çı­s­ının vəfatı ilə əlaqədar olaraq onun ailə üzvlərinə ödə­ni­lən aylıq sığorta;
-   tibbi yardım, dərman preparatları, xüsusi qulluq, pro­­tezləmə və s. ilə əlaqədar olan əlavə xərclərin ödə­nil­mə­si;
Bədbəxt hadisədən icbari sığortanın digər istiqa­mə­ti­ni, hava, dəmiryolu, su və avtomobil nəqliyyatı ilə bey­nəl­xalq və turistik marşrutlar üzrə daşınan sərnişinlərin icbari şəx­si sığortası təşkil edir. Səfər ilə əlaqədar olan bədbəxt ha­disələrin nəticəsində baş verən zədə və bədən xə­sa­rə­ti­nin alınması və ya ölüm riski, sığorta ilə təmin edilməlidir.
Sərnişinin fəlakət nəticəsində vəfat etməsi zamanı ödə­nilən maksimal sığorta məbləği, qanunvericilik tərə­fin­dən şərti maliyyə vahidinin normativ ödçüsü dəyərinə uy­ğun olaraq müəyyən edilmişdir. Travma və ya əlillik ha­di­sə­sinin baş verməsi zamanı sığorta ödənişinin dəyəri, qəza nə­ticəsində alınan bədən xəsarətinin ağırlığı üzrə pro­por­sio­nal olaraq hesablanılır.
Gediş biletinin əldə olunması zamanı icbari şəxsi sığorta üzrə sığorta haqqını ödəyən sərnişinlərin özləri də sığorta etdirən şəxslərdir. Lakin sığorta əməliyyatının ic­ra­sı zamanı sığorta etdirən şəxslərin marağını, sığorta kom­pa­niyasını seçən nəqliyyat təşkilatı-ifadə edir. Sığorta kom­­paniyalarına tətbiq edilən yeganə tələb sərnişinlərin icbari sığortasının həyata keçirilməsini əks etdirən müva­fiq lisenziyanın çox olmasıdır. Pulsuz gediş hüququna ma­lik olan sərnişinlər sığorta haqqını ödəməsələr də, sığorta olunmuş şəxs hesab olunurlar.
Sərnişinlərin icbari şəxsi sığortası həyata keçirilmə for­masına görə əksər hallarda çətiniliklərlə rastlaşır. Birin­ci­­si, daşınmanı həyata keçirən subyektin xərclərinin ma­liy­­yələşdirilməsinə olan sığorta tarifinin 30%-dən ço­xu­nun köçürülməsi zamanı, sərnişinlərin sığorta olunması əla­və vergi qoyuluşunu, sığorta tarifi isə nəqliyyat ver­gi­si­ni xatırladır. İkincisi, sərnişinlərin həyat və sağlamlığı ilə əla­qədar olan məsuliyyətin, sərnişinləri daşıyan şəxsdən, sərnişinlərin elə özlərinə aid edilməsi, sivilizasiyalı cəmiy­yə­tə layıq olmayan ölçüdür. Bir sıra ölkələr artıq sər­ni­şin­lə­ri daşıyan şəxsin, sərnişinlərin həyat və sağlamlığına görə icbari, maddi məsuliyyət ilə əlaqədar olan təsisatların tətbiq edilməsi hesabına bu məsələni həll etmişdirlər. İs­teh­laçıların maraqlarının müdafiə olunması ilə əlaqədar ola­­raq, sərnişinlərin həyat və sağlamlığına görə sər­ni­şin­lə­ri daşıyan şəxsin məsuliyyətini də müəyyən etmək qa­nu­na­uyğun olardı.

11.3. Bədbəxt hadisələrdən könüllü sığorta və onun formaları

Bədbəxt hadisələrdən könüllü sığortanın bir neçə for­ması vardır. Birinci növbədə bədbəxt hadisələrdən fərdi və kollektiv şəkildə sığorta olunmanı bir-birindən fərq­lən­di­rirlər.
Fərdi sığorta müqaviləsi fiziki şəxslər tərəfindən im­za­lanır və onun fəaliyyəti sığorta etdirən şəxsi və onun ailə üzvlərini də əhatə edir. Kollektiv sığortada sığorta olun­­muş şəxs hüquqi şəxs, sığorta olunmuş şəxs isə sı­ğor­ta etdirən şəxs tərəfindən həyatına və sağlamlığına maraq gös­tərilən fiziki şəxsdir. Kollektiv şəklində olan sığorta mü­qavilələrinə əsasən öz işçilərinin xeyrinə olaraq sa­hib­kar­ların imzaladığı və ya öz üzvlərinin xeyrinə assosiasiya və cəmiyyətlərin imzaladığı müqavilələr təşkil edir. Bəd­bəxt hadisələrdən kollektiv şəkildə sığorta olunma üzrə sı­ğor­ta ödənişləri nəinki peşəkar və ya içtimai fəaliyyət dövrü ilə məhdudlaşdırıla, həm də sığorta etdirən şəxsin se­çim dairəsindən asılı olaraq, sığorta olunmuş şəxsin fər­di həyatına da müdaxilə edə bilər. İstehsalatda əksər hal­lar­da xidməti borcun yerinə yetirilməsi və ya yarışlarda iş­ti­rak edən zamanı bədbəxt hadisələrdən məhdudlaşdırmış sı­ğorta təminatını alırlar. Kollektiv sığorta üzrə sığorta haq­qı fərdi sığortaya nisbətən aşağıdır, çünki müəyyən qrup çərçivəsində riskin əlavə şəkildə bərabərləşməsi pro­se­si baş verir. Bədbəxt hadisələrdən kollektiv şəkildə sı­ğor­ta olunma özünəməxsus xüsusiyyətlərə malikdir.
Bədbəxt hadisələrdən fərdi könüllü sığortanı aşağı­da­kılara bölürlər:
-    müqavilənin fəaliyyət göstərdiyi müddət ərzində in­sanın fərdi və peşəkar həyatının müxtəlif dövrünü sı­ğor­ta zəmanəti ilə təmin edən bədbəxt hadisələrdən tam sı­ğor­ta;
-    insanın həyat fəaliyyətinin müəyyən dövrünü zə­ma­nət ilə təmin edən qismən sığorta – səfər, səyahət, o cüm­­lədən xarici ölkələrə səfər zamanı tətbiq edilən bəd­bəxt hadisələrdən sığorta, daha geniş yayılmış sığorta nö­vü­­dür;
-    əldə sığorta, yəni, bədbəxt hadisələrdən sığortanın müx­təlif şəklində kombinə edilmiş və ya paket polislərinin tər­kib hissəsi kimi istifadə etmək (məsələn, bədbəxt ha­di­sə­lərdən avtomobil sığortasını avtomobil sığortasının po­li­si çərçivəsində, bədbəxt hadisə nəticəsində baş verən ölüm hadisəsi zamanı ikiqat sığorta məbləğinin ödənilmə zə­ma­nə­tini həyatın sığorta olunma növü üzrə həyata keçirmək).
Qeyd etmək lazımdır ki, bədbəxt hadisələrdən sı­ğor­ta növü; bir sıra sığorta polisləri və şəxsi sığorta çər­çi­və­sin­də daha sərfəli olan sığortaçılar üçün nəzərdə tutulan ris­kin əlavəsi kimi daha geniş şəkildə inkişaf etmişdir.
Bədbəxt hadisələrdən sığorta obyekti ölkə qanun­ve­ri­ciliyində əmək qabiliyyətinin itirilməsi və bədbəxt ha­di­sə­lərin ölümlə nəticələnməsi ilə əlaqədar olan sığorta olun­muş şəxsin əmlak marağından ibarətdir. Sığortada bəd­bəxt hadisə dedikdə, insan orqanizminə təsir edən qəfil və gözlənilməz xarici amillərin nəticəsində sağlamlığın mü­­vəqqəti və ya daimi şəkildə pozulması və hətta sığorta olun­muş şəxsin ölüm halı başa düşülür.
Qəfil hadisələr insan orqanizminə olan məhvedici təs­irinə görə nisbətən qısamüddətlidir və bu hadisələrə ətraf mühitin insan orqanizminə olan mənfi təsiri və ya xəs­təliklər daxil deyildir. Sığorta olunmuş şəxsin günahı və qəsdi arasında olan fərqi nəzərə almaq zəruridir. Hadisə sığorta olunmuş şəxsin təqsiri ucbatından, lakin pis niy­yət­lə baş vermədikdə, zərərə görə sığorta ödənilməlidir. Əks təqdirdə isə sığorta ödənilmir. Xarici təsir dedikdə, in­sanın anotomik və fizioloji varlığına zərər verən təbii tə­za­hürlər və insanların fəaliyyəti başa düşülür. İnsanın hə­ya­tında baş verən üzvi və funksional dəyişikliklər xarici tə­sir anlayışını təşkil edir və bu dəyişikliklərə sığortanın nö­vü üzrə ödənişlər tətbiq olunmur. Qeyd etmək lazımdır ki, bu məsələ bədbəxt hadisələrin nəticələrinin qiy­mət­lən­di­rən sığortaçılar üçün vacib məsələlərdən biridir. Əksər hal­larda bədbəxt hadisə nəticəsində baş verən xəsarət və zə­dələr gizlin xüsusiyyətə malik olur və yalnız uzun müd­dət keçdikdən sonra aşkar edilir (məsələn, baş-beyin trav­ma­sının fəsadları). Buna görə də sığortaçılar öz mə­su­liy­yət­lərini müəyyən dövr üzrə məhdudlaşdırmağa çalışırlar.
Sığorta şəraitində narazılıqları aradan qaldırmaq məq­sədilə sığorta hadisəsi kimi qəbul edilən və ya qəbul edil­məyən bütün hadisələrin ətraflı siyahisi tərtib olunur və bu sığorta hadisəsi sığorta təminatına daxil edilir və ya sı­ğ­orta təminatından kənar olunur.
Müalicə-profilaktik müəssisələrin arayışı ilə təsdiq olu­nan aşağıdakı hadisələr ənənəvi sığorta hadisələri kimi nə­zərdən keçirilir:
1) Motosikl və avtomobilləri çıxmaq şərtilə qalan bütün yerüstü nəqliyyat vasitələrindən istifadə olunması:
- nəqliyyatın ictimai növlərindən, o cümlədən avia­si­ya növlərindən istifadə olunması;
- idmanla məşqul olmaq;
- insan və ya əmlakın özünü müdafiə məqsədilə xi­las edilməsi;
- hücum və ya sui-qəsd nəticəsində alınan trav­ma­lar və diğər bədən xəsarətləri.
2) Dənizdə batmaq və asfiksiya:
- qaz və ya buxarın qəza tullantısı;
- elektrik zərbəsi;
- məlum olmayan maddənin tənnəffüs orqanlarına düş­məsi nəticəsində asfiksiya.
3) Odun təsiri:
- ildırım zərbəsi;
- zəhərli maddələrin udulması;
- X şüalanması və ya radiaktiv materialların təsiri nə­ti­cəsində əmələ gələn yanıqlar və diğər zədələr.
4) Kimyəvi maddələr:
- dərman preparatları;
- zəhərli bitkilər;
- keyfiyyətsiz qida məhsullarının istifadəsi nəticə­sin­də zəhərlənmə.
5) Donmaq.
6) Heyvan, ilan və həşəratların sığorta olunmuş şəxs­lə­ri dişləməsi ilə əlaqədar olan hadisələri ənənəvi sığorta hadisələri adlandırırlar.
Sığorta kompaniyasının hər biri sığorta hadisələrinin şəxsi siyahısından istifadə edir. Kompaniyaların əksər his­sə­­si sığorta hadisəsinə, doğuş və ya hamiləliyin po­to­lo­gi­ya­sını, ensefalit təsiri və eləcə də müalicədə baş verən səhv­ləri daxil edirlər. Diğər kompaniyalar isə əksinə, sı­ğor­ta təminatına aviasiya sərnişin nəqliyyatının istifadəsi nə­ticəsində baş verən travma və ölüm, eləcə də dərman pre­paratları ilə zəhərlənmə hallarını əlavə etmirlər.
Sığorta tə­minatından kənar edilmiş istisnalara aşa­ğı­da­kıları aid et­mək olar:
- sui-qəsd və ya qəsdə cəhd göstərmək;
- sığorta olunmuş şəxsin qəsdən özünə bədən xə­sa­rə­ti yetirməsi;
- sığorta olunmuş şəxsin özü və ya bu şəxsin zədə al­ma­sından faydalanan şəxs tərəfindən sığorta olunmuş şəx­sə bədən xəsarətlərinin yetirilməsi;
- sığorta olunmuş şəxsin spirtli içki və ya narkotik mad­dələri qəbul etməsi nəticəsində baş verən bədbəxt ha­di­s­ələr;
- hərbi fəaliyyət;
peşəkar idman və idmanın təhlükəli növləri (sı­ğor­ta­­nın xüsusi şərtlərinə uyğun olaraq imzalanan müqa­vi­lə­lər);
- xəstəliklərin, o cümlədən xroniki xəstəliklərin ağır­laş­ması.
Bədbəxt hadisələrdən sığorta dörd bazalı zəmanəti özündə əks etdirir. Lakin təcrübədə sığortaçılar bu standart tə­minatların müxtəlif kombinasiyasından istifadə və ya on­lardan bəzilərini sığortanın xüsusi şərtlərindən istisna edirlər. Məsələn, bizim sığortaçılar, zərərçəkənlərin müa­li­cə­si zamanı yaranan tibbi xərclərə çox nadir hallarda sı­ğor­ta təminatını cəlb edirlər.
Bədbəxt hadisə nəticəsində baş verən ölüm hadi­sə­si­nə zəmanət, sığorta müqaviləsində qeyd olunan be­ne­fi­si­a­ra və ya sığorta olunmuş şəxsin varisələrinə müəyyən sı­ğor­ta məbləğinin (kapitalın) ödənilməsini nəzərdə tutur. Ka­pital sığorta etdirən şəxsin arzusuna uyğun olaraq renta (pensiya) şəklində də ödənilə bilər.
Əlillik hadisəsi üzrə zəmanət, sığorta olunmuş şəx­sin, sığorta müqaviləsində göstərilən sığorta məbləğinin, əmək qabiliyyətsizliyi üzrə səhhətə vurulması nəticəsində əl­də olunan sığorta ödənişinin məbləğini təmin edir;
Sığorta ödənişinin məbləği = sığorta məbləği x əmək qabiliyyətsizliyinin səviyyəsi (norması).
Müvəqqəti əmək qabiliyyətsizliyi vəziyyəti ilə əla­qə­dar olan zəmanət sığorta olunmuş şəxsi, müalicə və rea­bi­li­tasiya müddəti ərzində gündəlik müavinət ilə təmin edir.
Bu zamanətin təqdim olunmasının mühüm xüsu­siy­yət­ləri vardır. Birincisi, müavinətin ölçüsü, müvəqqəti əmək­qabiliyyətsizliyi riski üzrə müqavilədə qeyd olunmuş sı­ğorta məbləği ilə təyin edilir (məsələn, gün ərzində sı­ğor­ta məbləğinin 0,3 və ya 0,5%-i). Müavinətin maksimal həd­di kimi, sığorta olunmuş şəxsin əməyinin orta günlük gə­lirinin ölçüsünü nəzərdən keçirmək lazımdır.
İkincisi, müvəqqəti əmək qabiliyyətsizliyinə zəma­nət, əmək qabiliyyətsizliyinin ilk günlərinin sayı ilə ifadə olun­muş franşiza təşkil edir. Ən geniş yazılmış franşiza 7 gün­lük olur.
Üçüncüsü, müvəqqəti əmək qabiliyyətsizliyinə olan zəmanət, həmçinin müavinətlərin davamlı şəkildə ödənil­mə­sinin məhdudiyyətlərinə malikdir. Bu müddət, sığor­ta­nın xüsusi şərtlərinə uyğun olaraq razılaşdırılır (365 gün).
Bədbəxt hadisilərin fəsadlarının müalicəsi üçün zə­ru­ri olan tibbi xərclərin ödəniş üzrə zəmanət, xərclərin hos­pi­tallaşdırılmaya ambulator müalicəyə, dərman və xüsusi qul­luqa sərf edilməsini nəzərdə tutur.
Bədbəxt hadisələrdən sığorta zamanı tətbiq olunan sı­ğorta təminatından bəhs edərkən, sığorta ödənişlərinin kon­kret həcmini müəyyən edən 2 müxtəlif üsulu nəzərdən ke­­çirmək lazımdır. Sığorta kompaniyası bir sığorta mə­b­lə­ği­nə istinad edərək, bütün faizli zəmanətlərin ölçüsünü nə­zə­rə alır, ya da hər bir zəmanəti təyin etmək üçün müxtəlif sığorta məbləğlərindən istifadə edir. Sığortaçılar adətən ölüm halları üzrə müəyyən edilmiş bir sığorta məbləğinin bütün zəmanətlərini hesablayırlar.
Lakin sığorta müqaviləsinin fəaliyyyət göstərdiyi dövr ərzində baş verən bir və ya bir neçə sığorta hadisəsi üz­rə sığorta ödənişinin ümumi məbləği, müqavilədə göstə­ril­miş sığorta məbləğindən və ya hər bir zəmanət üçün təyin edilmiş sığorta məbləğindən yüksək olmamalıdır.
Bədbəxt hadisələr üzrə sığorta məbləğinin ödənil­mə­si üzrə məsələlərin tənzimlənməsi prosesi, ən mübahisəli və mürəkkəb problemlərdən biridir. Birinci növbədə, bu, əlillik halları zamanı ödənilən kapital və ya pensiyaya aid­dir. Kapital və ya pensiyanın ölçüsünün təyin olunması, ək­sər hallarda sığorta olunmuş şəxs və sığortaçı arasında na­razılıqların yaranmasına səbəb olur. Bədbəxt hadisələrin nə­­ticələrinin qiymətləndirilməsi, əlilliyin qrupunu və ya daimi əmək qabiliyyətsizliyinin ümumi səviyyəsini təyin edən (%-lə) tibbi müəssisə tərəfindən həyata keçirilir. Sı­ğor­taçı tibbi arayışı əldə edərək və onun göstəricilərini özü­­nün qiymət şkalası ilə müqayisə edərək, ödəniş məb­lə­ği­­ni təyin edir. Sığortaçının qərarı sığorta etdirən şəxsi qa­ne etmədikdə, o sığorta kompaniyası haqqında məh­kə­mə­yə şikayət edə bilər. Məhkəmə orqanları, bu məsələlər ilə əla­­qədar olan qərarları qəbul etmək üçün, zərərin maddi cə­hətdən qiymətləndirilməsi üzrə cədvəldən istifadə edir­lər.
Son illərdə sığorta olunmuş şəxsin sağlamlığına də­yən zərərin ödənilməsi ilə əlaqədar olan mübahisəli mə­sə­lələrin həll edilməsi prosesinin sürətləndirilməsi məq­sə­di­lə, müştərilər məhkəməyə deyil, müstəqil ekspert ko­mi­si­yasına müraciət edirlər. Komissiya müştərilərin nümayən­də­lərindən, sığortaçıdan və müstəqil tibbi müəssisələrin əməkdaşlarından təşkil edilmişdir.
Əmək qabiliyyəti olmayan sığorta olunmuş şəxs ona məx­sus olan sığorta ödənişini vəfat etdiyinə görə ala bil­mə­dikdə, bu ödəniş onun varisinə təqdim olunur. sı­ğor­ta olunmuş şəxs bədbəxt hadisənin baş verməsi nəti­cə­sində vəfat etdikdə isə, sığorta məbləği benefisiar şəxsə və ya sı­ğor­ta olunmuş şəxsin varisinə tam ölçüyə uyğun olaraq ödə­nilir.
Sığortaçıya irəli sürülən iddiaların müddəti isə, sığorta hadisəsindən 3 il sonrakı müddətə müəyyən edil­miş­dir. Bədbəxt hadisələrdən sığorta üzrə tariflər bir qay­da olaraq, sığorta olunmuş şəxslərin cinsi tərkibi və yaş həd­dindən asılı olmur. Sığorta mükafatlarının dif­fe­ren­sa­si­ya­sı, sığorta məbləğinin ölçüsü və sığorta olunmuş şəxs tə­rəfindən həyata keçirilən peşəkar fəaliyyətin təhlükəlilik sə­viyyəsi ilə müəyyən edilir. Sığorta tarifləri, sığorta məb­lə­ğinin ölçüsünün və sığorta olunmuş şəxs tərəfindən yerinə yetirilən peşəkar və ya ictimai vəzifələrin risk sə­viy­yəsinin artması ilə əlaqədar olaraq yüksəlir sığor­ta­çı­lar ta­rif və sığorta məbləğinin şkalasından və eləcə də po­ten­sial təhlükədən asılı olan peşə qruplaşmalarından is­ti­fa­də edir­lər. Bədbəxt hadisələrin ənənəvi olaraq yüksək risk sə­viyyəsinə, mexanikləşdirilmiş əmək ilə əlaqədar olan pe­şə­lərin nümayəndələri, nəqliyyat işçiləri, kimya səna­ye­sin­d­ə və kənd təsərrüfatında çalışan işçilər və inşaatçılar da­xildirlər. Əqli əmək, xidmət və idarəetmə sahələrinin əmək­­daşları isə bədbəxt hadisələrin təh­lü­k­ə­si­nə daha az mə­­ruz qalırlar. İdmançı, aktyor, yazıçı və diğər peşə qrup­la­rının sığorta olunması sığorta mükafatlarının fərdi şə­kil­də hesablanmasını tələb edir.


11.4. İcbari tibbi sığorta və onun təşkili qaydası

İcbari tibbi sığorta (İTS)-əhalinin sosial müdafiəsi sisteminin, sağlamlığın mühafizəsi və xəstəliklər zamanı zə­ruri tibbi yardımın alınmasının əsas elementlərindən biridir. İTS dövlət tərəfindən yaradılmış və ümumi şəkildə əhali üçün nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, dövlət özünün qanunvericilik və icra orqanlarının simasında İTS-nın təşkilinin əsas prinsiplərini, ödənişlərin tariflərini, sı­ğor­ta etdirən şəxslərin əhatə dairəsini müəyyən edir və ödəniş haqqının icbari tibbi sığortaya akkumulyasiya olun­ması üçün nəzərdə tutulan dövlət fondlarını yaradır. İTS - nın ümumiliyi, bütün vətəndaşların tibbi, dərman və pro­filaktik yardım alması üçün yeni zəmanətli imkanlarla tə­min edilməsi ilə əlaqədardır.
İTS-nın əsas məqsədi, sığorta haqqlarının yığılması, kapitallaşdırılması və toplanmış vəsaiti bütün təbəqələrdən olan vətəndaşlara qanunvericilik ilə müəyyən olunmuş qay­dada və zəmanətli ölçülərə uyğun olaraq, tibbi yar­dı­mın göstərilməsindən ibarətdir. Buna görə də İTS sis­te­mi­ni iki nöqteyi-nəzərdən keçirmək lazımdır. Bir tərəfdən, bu pensiya sığortası, sostal sığorta və işsizlik üzrə sığorta ki­mi dövlətin sosial müdafiə sisteminin tərkib hissəsidir. Di­ğər tərəfdən, İTS sağlamlığın mühafizəsi və tibbi xid­mət­lər üzrə ödəniş əlavə pul vəsaiti ilə maliyyələşdirilməsi me­xanizmini təşkil edir. Qeyd etmək lazımdır ki, İTS sa­hə­sinə yalnız əhalinin tibbi xidmət ilə təmin olunması da­xil­dir. Xəstəlik zamanı itirilən əmək haqqının ödənilməsi isə artıq dövlətin sosial sığorta sisteminin çərçivəsi da­xi­lin­də həyata keçirilir.
İTS dövlət sisteminin maliyyə vəsaitləri, sığorta etd­i­r­ən şəxslərin müxtəlif təbəqələrindən alınan məqsədli ic­bari ödənişin hesabına formalaşır. Toplanmış vəsaitlərin ida­rə olunması, xüsusi olaraq bu məqsədlə yaradılmış döv­lətin qeyri-kommersiya maliyyə kredit müəssisələri tə­rə­findən icra olunur.
İTS çərçivəsi daxilində sığorta xidmətlərinin fasilə­siz şəkildə təqdim edilməsi prosesi ilə, İTS-nın hə­ya­ta ke­çi­rilməsi üzrə lisenziyaya malik olan tibbi sığorta təş­ki­lat­la­rı məşqul olurlar. Onlar, adətən vətəndaşlara təklif edi­lən tibbi xidmətlərin ödənilməsini və təqdim olunan tibbi yar­dımın ölçüsünə düzgün şəkildə nəzarət olun­ma­sı­nı hə­ya­ta keçirirlər.
 İTS üzrə sığorta etdirən şəxslər, yəni bütün vətən­daş­ların tibbi sığorta olunmasının təmin edilməsi üzrə sı­ğor­ta haqqlarını ödəyən şəxslər sahibkarlardan və icra ha­ki­miyyətinin yerli orqanlarından ibarətdirlər.
Sahibkarlar işləyən əhalinin əvəzinə sığorta haqqını ödəməlidirlər. Hazırda sığorta haqları əmək haqqı fonduna görə xüsusi normativlə hesablanır. Tibbi sığorta üzrə mü­na­sibətlərin nizamlaşdırılması, sığorta nəzarətinin xü­su­si sənədləri vasitəsilə həyata keçirilir. Bu sənədlərə mü­va­fiq olaraq, icbari tibbi sığorta fondlarına sığorta haq­q­la­rını, fəaliyyətin təşkilat-hüquq forması və şəxsi mülkiyyət for­ma­sından əsılı olmayaraq, bütün təsərrüfat subyektləri ödə­­­məlidirlər. Bu subyektlərə aşağıdakılar daxildir:
- təşkilatlar, idarələr, müəssisələr;
- kənd təsərrüfatının (fermer) nümayəndələri və tə­sər­­­rüfatçılığın növləri ilə ənənəvi şəkildə məşqul olan ailə tə­sərrüfatları;
- hüquqi təhsilə və xüsusi təcrübəyə malik olmayan, lakin fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşqul olan vətəndaşlar;
- şəxsi təsərrüfatında muzdlu işçilərin əməyindən is­ti­fadə edən vətəndaşlar;
- yaradıcılıq peşəsi ilə məşqul olan şəxslər.
Əlillərin içtimai təşkilatları və bu təşkilatların nizam­na­mə məqsədlərinin həyata keçirən müəssisə və təşkilatlar sığorta haqqlarının ödənişindən azaddırlar.
İcbari tibbi sığortaya aid olan şəxsləri, özünün əmək fəa­liyyətinin ilk günlərdən etibarən sığortada iştirak edən şəxs hesab edirlər. Sahibkar işçinin əmək fəaliyyəti haq­qın­da müvafiq xəstəxana kassasına məlumat verir. İşçi sı­ğor­ta nömrəsini, sosial sığorta haqqında şəhadətnaməni və sosial pasportu əldə edir. Bundan başqa, sosial sığor­ta­nın sığorta haqqlarının qeydiyyatının aparılması üçün onun adına dəftərçə açılır.
Müxtəlif ölkələrdə dövlət təbabəti və icbari sığor­ta­nın üstün və çatışmaz cəhətlərini müqayisə etmək məq­sə­də­uyğun deyil, çünki tibbi xidmətin milli sistemi, bir sıra ob­yektiv və subyektiv amillərin və şəraitin təsirinə məruz qa­lır.

11.5. Könüllü tibbi sığorta və onun xüsusiyyətləri

Könüllü tibbi sığorta icbari tibbi sığortaya oxşar olub, vətəndaşlara sığortanın maliyyələşdirilməsi üsulu ilə tibbi yardımın təqdim olunmasından ibarətdir. Lakin bu vahid məqsəd hər sistemdə müxtəlif vasitələrlə həyata keçirilir.
Birincisi, könüllü tibbi sığorta icbari tibbi sığortadan fərqli olaraq, kommersiya sığortasının bir sahəsidir. KTS, həyatın sığorta olunması və bədbəxt hadisələrdən sığorta növü ilə yanaşı, şəxsi sığorta sahəsinə aiddir.
İkincisi, KTS vətəndaşların tibbi xidməti əldə etməsi imkanlarını təmin edən və ya dövlət büdcənin imkanları çərçivəsində tibbi xidmətlərə zəmanət verən İTS sisteminə əlavədir.
Üçüncü, hər iki sistemin sığorta sistemi olmasına baxmayaraq, İTS-sığortanın həmrəylik prinsipini, KTS isə sığortanın ekvivalentlik prinsipini rəhbər tutur. Könüllü tibbi sığorta müqaviləsinə əsasən, sığorta olunmuş şəxs, sığorta mükafatının ödənidiyi ölçüyə uyğun olaraq tibbi xidmət növlərindən istfadə edir.
Dördüncü, KTS proqramında iştirak, dövlət tərə­fin­dən nizamlanmır və bu sığorta növü, hər bir vətəndaş və ya kollektivin tələb və imkanlarına uyğun həyata keçirilir.
Könüllü tibbi sığorta, demək olar ki, bütün ölkələrdə fəa­liyyət göstərir və milli sığorta bazarında mühüm yer­lər­dən birini tutur. Bu onunla izah olunur ki, təbabətin in­ki­şa­fına yönəldilən dövlətin və ya icbari sığortanın maliyyə eh­tiyatları, hal-hazırda daha müasir tibbi standartlar sə­viy­yə­sində olan tibbi yardımın təqdim edilməsi üçün kifayət et­mir.
İqtisadi nöqteyi-nəzərdən könüllü tibbi sığorta, xəstəlik və ya bədbəxt hadisələrin baş verməsilə əlaqədar olaraq, xərc və itkilərin kompensasiya mexanizminin vətəndaşlara təqdim olunmasıdır.
Ümumdünya standartları üzrə tibbi sığorta xəstəliklə əlaqədar olaraq meydana çıxan risklərin iki qrupunu təmin edir;
-    sağlamlıq, reabilitasiya və tibbi qulluq üzrə tibbi xidmətlərə sərf olunan itkilər;
-    xəstəlik və əlillik müddəti ərzində peşəkar fəaliy­yə­tin həyata keçirilməsinin qeyri-mumkünlüyü ilə əla­qə­dar olaraq, əmək gəlirinin itirilməsi.
Tibbi xərclərin sığorta tlə təmin olunmasına zəmanət zamanı, sığorta olunmuş şəxs müalicənin həyata ke­çi­ril­mə­si və əmək qabiliyyətinin bərpası ilə əlaqədar olan fak­ti­ki itkiləri ödəməlidir. Beləliklə, tibbi itkilərin sığortası zə­rərin sığortası kimi müştərinin ümumi vəziyyətini qəfil xərc­lərdən müdafiə edir.
Gəlir itkisinin sığorta təminatı zamanı sığortaçı, sı­ğo­r­ta olunmuş şəxsə xəstəlik gününə görə maliyyə it­ki­si­ni ödəyir. Ödəmənin ölçüsü və onun ödənilmə müddəti mü­qa­viləyə uyğun olaraq razılaşdırılır və eləcə də sığorta olun­muş şəxs tərəfindən real şəkildə alınan əmək gə­li­rin­dən və əmək qanunvericiliyi və ya sosial sığortanın fəa­liy­yət sistemi vasitəsilə müəyyən edilmiş gündən asılı olur. Beləliklə, əmək gəlirinin itirilməsinin sığorta olunması-konkret məbləğin sığorta olunmasıdır. O sığorta olunmuş şəxsin şəxsi gəlirini müdafiə edir.

11.6. Könüllü tibbi sığortanın yaranmasının iqtisadi əsasları

Respublikada könüllü tibbi sığorta xaricdə fəaliyyət gös­tərən könüllü tibbi sığortadan, sığorta müdafiəsinin möv­cud olmaması ilə fərqlənir. Vətəndaşların tibbi sığor­ta­sı haqqında” qanun tibbi sığorta obyekti kimi, “sığorta hadisəsinin baş verməsi zamanı tibbi yardımın göstə­ril­mə­si­nin itkiləri ilə əlaqədar olan sığorta riskini” müəyyən edir. Bununla əlaqədar olaraq, qanunda qeyd edilmişdir ki, kö­nüllü tibbi sığorta “vətəndaşlara icbari tibbi sığorta proq­ramı ilə müəyyən olunmuş əlavə tibbi və diğər xid­mət­lərin təqdim olunmasını təmin edir”.
Bizdə tibbi sığorta sahəsində gəlir itkisinin sığor­tasının mövcud olmaması iki amillə əsaslanır. Birin­ci­si, xəs­təlik zamanı əmək gəliri itkisini, indiyə kimi əhalinin iş­ləyən təbəqəsinə aid olan sosial sığorta kompensasiya edir. İkincisi, qanunvericilik aktlarının qəbul olunması za­ma­nı potensial istehlakçılarda bu zəmanətlərə tələbat yox idi. Sığortaçıların isə müvafiq təklifləri qəbul etmək üçün ma­liyyə bazaları kifayət etmirdi.
KTS-nın yaranmasının iqtisadi əsaslarını belə izah etmək olar:
1. KTS tibbi xidmətin ödənilməsi zamanı yaranır. Tib­bi yardım pulsuz olduqda və dövlət və ya İTS sistemi va­sitəsilə tam şəkildə maliyyələşdikdə, əlavə tibbi sı­ğor­ta­ya tələbat yaranmır.
2. İnsanın həyatı ərzində xəstəlik riskinin baş ver­mə­si­nin periodik olması, bu riskin sığorta olunmuş risk­lərin si­yahısına daxil edilməsinə şərait yaradır. Xəstə­lən­mək ris­ki hər bir insana xasdır, lakin bu zaman insanın hə­ya­tı­nın dörd dövr üzrə bölünməsinə imkan verən sabit sta­tistik qanunauyğunluq aşkar olunur:
a) anadan olandan 15 yaşına qədər – xəstəliyin yük­sək səviyyəsi ilə xarakierizə olan uşaq xəstəliyi üzrə dövr;
b) 15 yaşından 40 yaşına qədər – xəstəliyin nisbətən aşa­ğı səviyyəsi ilə xarakterizə olunan sabitlik dövrü;
c) 40 yaşından 60 yaşına qədər – riskin tədricən art­ma dövrü;
d) 60 yaşından sonraki dövr – xəstəliyi daha yüksək səviyyəsini xarakterizə edən dövr.
Riskin bu cür dinamikası, onun sığorta vasitəsilə cə­miy­yətdə eyni ölçüyə uyğun olaraq bölüşdürülməsinə şə­ra­it yaratdı.
3. KTS-na olan tələbat, xəstəlik riskinin hansı his­sə­si­nin tibbi sığortanın icbari sistemi ilə təmin olunmasından ası­lıdır.
4. xüsusi tibbi sığortaya olan tələbat, əksər hallarda tibbi müəsisədə yalnız müalicə zəmanəti deyil, həm də xid­mətin yüksək səviyyəsini əldə etmək arzusu ilə təyin olu­nur (xüsusi palata, məşhur mütəxəssislər tərəfindən müa­licə olunmaq).
5. KTS-na olan tələbat xaricə, xüsusilədə tibbi sığor­ta­nın təqdim edilməsi lazım olan ölkələrə səfər edilən za­ma­nı, daha aktual olur.

11.7. KTS-nın sosial – iqtisadi mahiyyəti və iqtisadi nəticələrə görə növləri

KTS-nın sosial – iqtisadi mahiyyəti ondan ibarətdir ki, o sosial təminat və sosial sığorta çərçivəsi daxilində təq­dim olunan zəmanətləri müasir şəraitin standartlarına uy­ğun olaraq tamamlayır. Bu ilk növbədə müalicənin ba­halı növlərinin və diaqnostikanın həyata keçirilməsinə aid­dir; daha müasir tibbi texnologiyanın tətbiq olunması; müa­licənin rahatlıq şərtlərinin təmin olunması; "həyat gös­təriciləri üzrə tibbi yardım" sahəsinə daxil olan müa­li­cə növlərini həyata keçirilməsi KTS-nın əsas növləri KTS-nın növlərini həm iqtisadi, həm də tibbi reabilitasiya xa­rak­terli nəticəsindən sığorta təminatının həcmində, sığorta ta­rifinin növündən və İTS sisteminin doldurulması sə­viy­yə­sindən asılı olaraq, fərqləndirirlər.
İqtisadi nəticələrə görə sığortanın iki növü mövcud­dur;
-  müalicə, sağlamlığın bərpası ilə əlaqədar olan it­ki­lərin sığorta olunması;
-  xəstəliyin baş verməsi ilə əlaqədar olan gəlir it­ki­si­nin sığorta olunması.
Sığorta təminatını həcminə görə aşağıdakılara bö­lür­lər:
-  tibbi xərclərin tam şəkildə sığorta olunması;
-  tibbi xərclərin qismən şəkildə sığorta olunması;
-  xərclərin yalnız bir risk üzrə sığorta olunması.
Tam şəkildə olan tibbi sığorta, həm ambulator, həm də stasionar müalicə xərclərinin təmin olunmasına zə­ma­nət verir. Tam şəkildə olan sığortadan fərqli olaraq, qis­mən tibbi sığorta ambula-tor, stasionar və ya ixtisas­laşmış müa­licənin birinin xərclərini təmin edir (stomatologiya, sa­natoriya-kurort müalicəsi və s.).
Tibbi sığorta, tətbiq edilən sığorta tariflərinin tipinə uyğun olaraq bu cür təsnif olunur;
-  tam tarif üzrə;
-  sığorta etdirən şəxsin özünün iştirak etdiyi tarif üz­rə;
-  sığortaçının məsuliyyət limitini ifadə edən tarif üz­rə;
-  dinamik tarif üzrə.
Tam şəkildə olan tarif üzrə sığorta ambulator və ya sta­sionar müalicənin xərclərinin təmin olunmasına görə sığor­ta etdirən şəxslərə sığorta mükafatının və eləcə də se­çil­miş opsionlara görə əlavə məbləğin təqdim olunmasını nə­zərdə tutur.
Sığorta hadisəsinin baş verməsi zamanı sığorta et­di­rən şəxs müalicəyə sərf olunan xərclərin bir hissəsini sər­­bəst şəkildə ödəyir. Məsuliyyət limitini ifadə edən tarif, sı­­ğortaçı tərəfindən öz iştirakını sığorta etdirən şəxsin tib­bi xərclərinin müəyyən məbləğə və onun tələbatına uy­ğun təmin olunması ilə məhdudlaşdırılmasına şərait yaradır.
Məsuliyyət limiti 3 üsula müəyyən edilir;
-  sığortaçı tərəfindən sığorta etdirən şəxsin tibbi xərc­­lərinin ödənilməsi zamanı sığorta təminatının illik məb­ləği təyin olunur;
-  tibbi xidmətlərin müəyyən növü üçün nəzərdə tu­tu­lan sığorta təminatının məbləği təyin edilir.
-  sığorta etdirən şəxsin tibbi xərclərinin təmin olun­ma­sında sığortaçının iştirak payı müəyyən olunur (şərtləri-sı­ğorta etdirən şəxsə baş verən hər bir sığorta hadisəsi ilə əla­qədar olan xərclərin x%-i qaytarılır).
KTS-nın əsas vasitəsi, xəstəlik və ya bədbəxt ha­di­sə­lə­rin baş verməsi zamanı sığorta olunmuş şəxsə tətbiq olu­nan tibbi xidmət üçün zəruri olan xərclərdən təşkil olun­muş­­dur. Müasir təbabətin imkanlarından və müştərilərin tə­ləbatından asılı olaraq, sığorta təşkilatları sığorta qay­da­la­rını işləyib hazırlayır, sonra isə könüllü tibbi sığortanın müx­təlif proqramlarını tərtib edərək, bu qaydaları konk­ret­ləş­dirirlər.
KTS qaydalarına sığortanın ümumi şərtləri daxil edi­lir:
-  sığorta obyekti, sığorta hadisəsi və sığorta məb­lə­ği­nin müəyyən olunması;
-  sığorta müqaviləsinin imzalanması və tərtib olun­ma­sı qaydaları;
-  sığorta itkisinin ödənilməsi şərtləri;
-  sığorta təminatına əsaslanan standart nəticələrin si­ya­hısı.
KTS – obyekti kimi adətən, sığorta olunmuş şəxsin tib­bi xidmətinə yönələn xərclərin yaranması riskini misal gös­tərmək olar.
KTS – da sığorta hadisəsi dedikdə, isə sığorta olun­muş şəxs tərəfindən tibbi müəssisəyə yardım məqsədilə mü­raciət edilməsi başa düşülür. Tibbi göstəricilər üzrə müa­licə olunmaq zəruriyyəti yaran-madıqda, sığorta ha­di­səsi tənzimlənən hadisə hesab edilir. KTS qaydaları üz­rə baş verən sığorta hadisələrinin sayı məhdud ola bilər.
KTS üzrə sığorta təminatı aşağıdakı şəkildə müəy­yən edilir:
-  sığorta olunmuş şəxsin konkret şəkildə olan tibbi xərclərinin illik həcminin ödənilmə çərçivəsi daxilində ciddi surətdə təyin olunmuş sığorta məbləğinə əsasən;
-  müalicənin tam şəkildə ödənilməsinə zəmanət verən sığorta hadisəsinin siyahısına əsasən;
-  yaxud da sığortaçının məsuliyyət limitinin hər bir növü üzrə sərf olunan tibbi xərclərin siyahısına əsasən müəyyən edilir.
XII FƏSİL. ƏMLAK SIĞORTASI

12.1. Əmlak sığortasının mahiyyəti və nəzəri əsasları

Əmlak üzrə sığorta obyekti dedikdə, əmlak marağı və əmlakın özü başa düşülür. AR-nın Milli Məclisi tə­rə­fin­dən qəbul olunmuş 2007-ci il 25 dekabr tarixli "Sığorta fəa­liyyəti haqqında" qanuna əsasən, sığorta hüquqi və fi­zi­ki şəxslərin əmlakına şamil edilir və bu da bir sıra sığorta növlərində ifadə olunur.
Əmlak və ya əmlak marağı naminə sığorta edilmiş risklər növlərinə görə müxtəlifdirlər. Əksər hallarda əmlak yan­ğın, daşqın, zəlzələ, qəza, partlayış və s. kimi ha­di­sə­lə­rə məruz qalır.
Sığorta təsnifatı əmlak sığortasını əmlak marağı üzrə sı­ğortalanmış risk növlərinə görə üç yarımsahəyə ayı­r­mış­dır;
-  itki, qeyri-kafilik və ya müəyyən əmlakın zədə­lən­mə­si riski;
-  diğər şəxslərin həyatı, sağlamlığı və ya əmlakına də­yən zərər nəticəsində yaranan öhdəçiliklər üzrə mə­su­liy­yət riski, qanun ilə nəzərdən keçirilən hallarda isə mü­qa­vi­lə­lər üzrə vətəndaşların məsuliyyət riski;
-  sahibkarlıq kontragentlərinin öz vəzifələrində qa­nun pozuntusuna yol verdiklərinə görə sahibkarlıq fəa­liy­yətindən yaranan itki riski və ya sahibkardan asılı ol­ma­yan səbəblərə görə bu fəaliyyətin şərtlərinin dəyişməsi ris­ki, o cümlədən gözlənilən gəlirin alınmaması riski-sahib­kar­lıq ris­ki.
Sığorta müqaviləsində sığorta obyekti üzrə məhdu­diy­yətlərin mövcud olması, eləcə də risk növləri və sığorta ob­yektlərinin bir-birinə uyğunlaşması da mümkündür (mə­­sələn, qəza nəticəsində əmlakın sığortalanmış növ­lə­ri­nin zədələnməsi və ya məhv olması zamanı iki obyektin (nəqliyyat vasitəsi və yükün) sığortalanması).
Bir müqavilə bir neçə müxtəlif növlü obyektləri və ya­xud müxtəlif növlü sığortaları (sığorta olunmuş riskləri) bir-birinə birləşdirdikdə, belə sığortanı kombinasiya edil­miş və ya kompleksli sığorta adlandırırlar.
Xüsusiyyətinə görə əmlak sığortası yanğından sı­ğor­ta, sənaye və kənd təsərrüfatı müəssisələrinin sığortası, də­niz sığortası, hava sığortası, kosmik sığorta, bank sığortası və diğər sığortalara bölünür.

12.2. Nəqliyyat vasitələrinin sığorta olunmasına dair müqavilələr

Nəqliyyat vasitələrinin sığorta olunması - nəqliyyatın me­xaniki və diğər vasitələrinin sığortasını əhatə edən av­to­nəqliyyat sığortasının bir növüdür. Sığortanın bu növü könüllü şəkildə həyata keçirilir.
Nəqliyyat vasitələrinin sığorta olunmasına dair mü­qa­­vilələr – respublika vətəndaşları, onun ərazisində ya­şa­yan əcnəbi vətəndaşlar və eləcə də ölkə vətəndaşı ol­ma­yan şəxs­lərə imzalanır. Sığorta aşağıdakı vasitələrə tət­biq olu­nur; DİN orqanlarında qeydiyyatdan keçən av­to­nəq­liyyat vasitələrinə; avtomobillərə; motosikllərə; motorollerlərə; mühərrikinin işgücü 49,8 sm3 olan mopedlərə; xüsusi or­qan­lar tərəfindən qeydiyyata alınmış su nəqliyyatlarına; pər­li, yelkənli, motorlu qayıqlara; motorlu, yelkənli, mo­tor­lu yelkənli kater və yaxtalara.
Nəqliyyat vasitələrinin sığorta olunmasına dair əsas müqavilə, 1 il və ya 2 aydan 11 aya qədər müddət ərzində, əla­və müqavilə isə əsas müqavilənin sona çatdığı müddətə qə­dər imzalanır.
Sığorta aşağıdakı hallara uyğun olaraq həyata ke­çi­ri­lir:
a) nəqliyyat vasitəsinin oğurlanması zamanı onun məbləği üzrə (aşınma dəyəri nəzərə almaqla);
b) nəqliyyat vasitəsinin məhv edilməsi zamanı – isti­fa­də üçün əlverişli olan qalıqların məbləğini istisna etmək şə­rtilə onun məbləği üzrə;
c) nəqliyyat vasitəsinin zədələnməsi zamanı - təmirin məb­ləği üzrə aşağıdakı qaydalara uyğun olaraq: yeni his­sə­çiklər, detallar və əşyaların məbləği, sığorta mü­qa­vi­lə­sin­də qeyd olunmuş köhnəlmə faizinə uyğun olaraq azal­dı­lır, təmir işlərinin məbləği alınan məbləgə əlavə edilir, sonra isə qalıqların məbləği hesablanaraq, sığorta hadisəsi nə­ticəsində yaranan qiymətdən düşmə səviyyəsi və faizi üz­rə yenidən qiymətləndirilir. İtki məbləğinə, həmçinin nə­qliyyat vasitəsinin (eləcə də insanların) sığorta hadisəsi zamanı xilas edilməsi, sığorta etdirən şəxsin daimi iş yerinə və ya yaxınlıqdakı təmir məntəqəsinə nəqliyyat va­si­tələrinin daşınması üzrə xərclər də daxil edilmişdir. Sı­ğor­taçı, təmirə olan xərclərin smetasının işlənib ha­zır­lan­ma­sı üzrə işləri maliyyələşdirir. Sığortaçı tərəfindən sı­ğor­ta etdirən şəxsə daşınma vəsaitinin zədələnməsi və ya məhv olması nəticəsində dəyən zərərin ödənilməsi zamanı nəq­liyyat vasitələrinin sığorta olunmasını kasko sığortası ad­landırırlar. Lakin Avtonəqliyyat sığortası təcrübəsində tək­çə nəqliyyat vasitəsi deyil, həm də maşının sa­hib­ka­rı­nın və eləcə də yük və əlavə avadanlığın sığorta olunduğu kom­binə edilmiş sığorta daha çox inkişaf etmiş sığorta növ­lərindəndir.
Sığorta variantları müxtəlif olduğundan, sığorta et­di­rən şəxs nəqliyyat vasitəsinin zədələnməsi, məhv olması və oqurlanması nəticəsində dəyən zərərin tam və ya qis­mən ödənilməsi üsulunu seçə bilər.
Lakin hərbi vəziyyət, manevrlər və diğər hərbi təd­birlər, vətəndaş müharibələri, xalq ixtişaşları və ya ra­dia­k­tiv zəhərlənmə və s. nəticəsində yaranan zərər ödənilmir.
Avtomobil, sürücü və yüklərin kombinə edilmiş sığortası 2 variant üzrə həyata keçirilir:
-  zərərin tam şəkildə ödənilməsi və ödənişlərin tarif üzrə həyata keçirilməsi;
-  zərərin müəyyən məbləğ üzrə ödənilməsi və ödə­niş­lərin tarif üzrə sığorta etdirən şəxsin iştirakı ilə həyata ke­çirilməsi.
Müqavilə üzrə franşiza ölçüsünə uyğun olan zərər ödə­nilmir. Bundan başqa, sürücü və sığorta etdirən şəxs, yol-nəqliyyat hadisəsi zamanı (YNH) sığorta olunmuş şəxs hesab olunurlar.
Əmlak Sığortası münasibətləri sistemində daha ümu­mi problemlərdən birini də nəqliyyat risklərinin sığortası tu­tur.
Tam şəkildə olan sığorta – sığorta olunmuş nəqliyyat va­sitəsinin, insanların və üçüncü tərəfin əmlakının zə­də­lən­məsi nəticəsində yaranan zərərin sığortaçının ödə­nil­mə­sini nəzərdən keçirən daha geniş şəkildə olan sığorta tə­mi­natıdır.
Tranzit sığortası – nəqliyyat vasitəsinin təyinat ye­ri­nə çatdırılması zamanı sığorta müdafiəsinin təmin olun­ma­sı məqsədilə 30 gün müddəti ərzində imzalanır.



12.3. Nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərin bədbəxt hadisələrdən sığorta olunması

Nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərin bədbəxt hadisələrdən sığorta olunması zamanı, sığortaçı YNH nəticəsində sığorta olunmuş şəxsin zədə olması və ya yaralanmasına, əmək qabiliyyətinin uzunmüddətli və ya daimi şəkildə itirilməsinə görə bu şəxsə sığorta məb­lə­ği­ni ödəməlidir.
Avtomobillər və nəqliyyatın diğər vasitələri ya on­la­rın həqiqi məbləği, ya da ondan az sığorta məbləği üzrə sı­ğor­ta olunmalıdırlar. İkinci halda sığorta proporsional mə­su­liyyət prinsipi üzrə həyata keçirilir. Əlavə avadanlıqlar və avtomobilin baqajının əşyaları, sığorta etdirən şəxsin ar­zusuna uyğun olaraq nəqliyyat vasitəsi ilə birlikdə (ümu­mi məbləğ üzrə) və ya ayrı-ayrılıqda sığorta oluna bi­lər.
Avtomobilin sığorta olunması zamanı nəqliyyat va­si­tə­sinin sürücü və sərnişinləri də bədbəxt hadisələrdən (zədə və ya şikəstlik, əmək qabiliyyətinin uzunmüddətli və ya daimi şəkildə itirilməsi və ya sığorta olunmuş şəxslərin ölü­mü ilə nəticələnən yol-nəqliyyat hadisələri) sığorta olu­na bilərlər. Sığorta qaydalarına əsasən, yol nəqliyyat ha­di­sə­ləri nəticəsində sığorta olunmuş şəxsin vəfat etməsi və ya şəxsin I, II və ya III-cü qrup əlillik alması zamanı ona sı­ğorta təminatı ödənilir.
Sığorta müqaviləsini imzalayan zaman nəqliyyat va­si­təsinin ilkin baxışını həyata keçirmək lazımdır. Polis sı­ğor­ta etdirən şəxs sığorta mükafatını və ya sığorta haqqını ödə­dikdən sonra ona təqdim olunur.
Sığorta sənədlərində nəqliyyat vasitələri haqqında mə­lumat qeyd olunur; avtomobilin nişanı, modeli, şassinin və mühərrinin nömrəsi, buraxılış il, mühərrikin gücü və həcmi, nəqliyyat vasitəsi və əlavə avadanlığın dəyəri, nəq­liy­yat vasitəsinin rəngi və qeydiyyat nömrəsi, avtomobil üzrə sığorta olunmuş yerlərin sayı, nəqliyyat vasitələrinin sax­lanılma şərtləri, siqnalizasiyanın çoxluqu və həmçinin nəq­liyyat vasitəsinin istifadə olunması məqsədləri. Əldə olu­nan məlumatların əsasında sığortaçı, sığorta müqa­vi­lə­si­­nin diğər şərtlərini qiymətləndirir.
Sığorta etdirən şəxs tərəfindən informasiyanın giz­lə­dil­məsi və ya təhrif olunması nəticəsində sığortaçı mü­qa­vi­ləni saxta müqavilə kimi qəbul edə bilər.
Sığorta mükafatının ölçüsü, nəqliyyat vasitəsi və sı­ğor­ta variantının növündən asılı olaraq müəyyən edilmiş stav­kalar üzrə hesablanır. Əlavə avadanlıq və baqajın sı­ğor­ta olunması zamanı sığorta mükafatının ölçüsü arta­raq, sığorta məbləği və sığortanın variantından asılı olur. Sı­ğor­ta etdirən şəxsin sığortaya cəlb olunmasına görə, sı­ğor­ta­çıya müxtəlif güzəştlər (məsələn, ödənişlərin müddətinin uza­dılması və sığorta mükafatı üzrə güzəştlər) təklif olu­nur.

12.4. Sığorta hadisəsinin baş verməsi zamanı tərəflərin vəzifələri

Sığorta hadisəsinin baş verməsi zamanı zərərin öl­çü­sü və sığorta ödənişinin məbləği, sığorta hadisəsinin səbəb və faktlarını təsdiq edən (qəza, oqurluq, yanğın, üçüncü şəx­sin qeyri qanuni hərəkəti və s.) sığorta aktına və ya əla­və edilmiş sənədlərə (DİN, yanğına nəzarət, təhqiqat, məh­kəmə orqanlarının və tibbi müəssisələrin sənədləri) əsa­sən müəyyən edilir. Nəqliyyat vasitəsinin qismən zədə ol­ması zamanı isə zərərin ölçüsü və sığorta ödənişinin məb­ləği təmir smetası üzrə təyin edilir. Sığorta ödənişi sı­ğor­ta müqaviləsinə əsaslanan müvafiq sığorta məb­lə­ğin­dən yüksək olmamaq şərtilə, dəyən zərərin ölçüsünə uy­ğun olaraq (köhnəlmiş əmlakın zədələnməmiş hissəsinin məb­ləğini də nəzərə almaqla) ödənilir.
Sığorta hadisəsinin baş verməsi zamanı sığorta et­di­rən şəxs bu vəzifələri yerinə yetirməlidir: avtomobilin, sər­nişinlərin və baqajın xilas edilməsi, onların yenidən zə­də­lənməsinin və əlavə zərərin əmələ gəlməsinə şərait y­a­ra­dan səbəblərin aradan qaldırılması üzrə mümkün təd­bir­lə­ri həyata keçirmək; avtomobilin qəza, yanğın, partlayış, onun ayrı-hissələrinin və detallarının oqurlanması zamanı haq­qında səlahiyyətli orqanlara (DİN, yanğına nəzərət or­qan­ları) xəbərdarlıq etmək; sutka və ya müqavilə ilə müəy­yən olunmuş müddət ərzində nəqliyyat vasitələrində baş verən sığorta hadisəsi haqqında müqaviləni imzalayan sığorta təşkilatına yazılı şəkildə xəbərdarlıq etmək; sığorta təş­kilatına zədələnmiş avtomobili (və ya diğər nəqliyyat va­sitəsini) və ya onun qalıqlarını və eləcə də zədələnmiş his­sələri, detalları, baqajdakı əşyaları və ya onların qa­lıq­la­rını təqdim etmək.
Sığortaçı ərizəni əldə edən gündən etibarən zə­də­lən­miş avtomobili nəzərdən keçirməli, müəyyən olunmuş for­ma­ya uyğun sığorta aktını tərtib etməli və müqavilə ilə tə­yin edilmiş müddət ərzində sığortanı ödəməlidir.
Oğurlanmış avtomaşına görə sığorta ödənişi, oqurluq ha­disəsindən 2 ay sonra, yəni DİN orqanları tərəfindən hə­ya­ta keçirilən ilkin təhqiqatın müddətinin başa çat­ma­sın­dan sonra ödənilir.
Müqaviləyə əsasən, sığorta bilavasitə yalnız sığorta ha­disəsi nəticəsində dəyən zərərə görə ödənilir. Məhz bu­na görə də bərpa-edici təmirin smetasına aşağıdakılar da­xil edilmir: texniki xidmət və zəmanətli təmirin məbləği; detalların dəyişdirilməsi ilə əlaqədar olan işlərin məbləği; av­tomobil qovşağının dəyişdirilməsi üzrə məbləğ.
Lakin sığorta ödənişinə, həmçinin zədələnmiş avto­mo­bilin təmirdən əvvəl dayanacağa daşınmasına, şəklinin çə­kilməsinə, təmir və əmtəə növünün itirilməsi üzrə sme­ta­sının tərtib olunmasına görə xərclərin ödənilməsi də da­xil edilir.
Sığorta təminatı, sığorta etdirən şəxsə və ya fayda­la­nan şəxsə (və yaxud varislərə) ödənilməlidir.

12.5. Dəmiryolu nəqliyyatı vasitələrinin sığorta olunması

Dəmiryolu nəqliyyatı vasitələrinin sığorta olunması- sı­ğorta etdirən şəxsin, dəmiryolunun hərəkət edən tər­ki­bin­dən istifadə olunması ilə əlaqədar olan əmlak marağını təmin edir. Sığorta aşağıdakı birləşmələrə tətbiq olunur:
-  dartıçı nəqliyyat vasitələri (bütün növlər üzrə loko­mo­tivlər, dizel qatarları, turbo qatarlar, avtomotorislər, avto və motodizellər, motovozlar);
-  vaqonlar (sərnişin, baqaj, poçt, poçt-baqaj va­qon­ları xidməti, izotermik, xüsusi vaqonlar, yarımvaqonlar, plat­formalar, sistern və sement daşıyan vaqonlar, trans­por­ter­lər, heyvan, diri balıq, bitum və yüngül avtomaşinları da­şıyan vaqonlar).
 Dəmiryolu nəqliyyatı vasitələrinin sığorta müqa­vi­lə­si, bir il müddətə və hüquqi şəxslərlə (dəmiryolu nəq­liy­ya­tı vasitələrinin sahibkarları və ya icarədarları) imzalanır. Onun fəaliyyəti bir qayda olaraq ölkə ərazisini əhatə edir, lakin onun öhdəçilikləri MDB dövlətləri və uzaq xarici də əhatə edə bilər. Dəmiryolu nəqliyyatı vasitələrinin zə­də­lən­məsi və ya məhv olması riskinin sığorta olunması de­mək olar ki, eyni müddət ərzində həyata keçirilir, lakin sı­ğor­taçı ilə razılaşdırılmış şərtlər üzrə sığorta hər bir riskə uyğun olaraq tətbiq edilir. Zədələnmə, məhv olma riski üz­rə minimal sığorta məbləği, yeni nəqliyyat vasitələrinin məb­ləğinin 40%-dən aşağı olmamalıdır.
Dəmiryolu nəqliyyatı vasitələrinin məbləğinin sığor­ta olunması zamanı zədələnmə riski üzrə olan maksimal sı­ğorta məbləği, nəqliyyat vasitələrinin sığorta olunmuş va­hid (həqiqi) məbləğindən yüksək olmamalıdır və bu məb­ləğ nəqliyyat vasitələrinin hər bir vahidi üzrə müəy­yən olunur. Həqiqi məbləğ dedikdə, sığorta müqaviləsinin imzalandığı andan etibarən köhnəlməni də nəzərə almaqla, dəmiryolu nəqliyyatı vasitələri vahidinin məbləği başa dü­şü­lür. Sığorta məbləği, nəqliyyat vasitələri vahidinin hə­qi­qi məbləğinə bərabər və ya bu məbləğdən az olduqda, onu balans məbləği adlandırırlar. Sığorta müqaviləsinin fəaliy­yət dövrü ərzində dəmiryolu nəqliyyat vasitələri üzrə qiy­mət­lər artdıqda, sığorta etdirən şəxs sığortaçının ra­zı­lı­ğı­na əsa­sən, sığorta müqaviləsinin başa çatması müddətinə qə­dər olan sığorta haqqını ödəməklə, sığorta məbləğinin öl­çü­sünü artıra bilər.
Sığorta müqaviləsi üzrə sığorta tarifinin ölçüsü, bir sıra amillərə əsaslanan (xidmət müddətinə, nəqliyyat va­si­tə­lərinin növü və sayı və s.) və sığorta müqaviləsinin im­za­lanması zamanı müəyyən edilən riskin səviyyəsindən ası­lıdır.
Sığorta ödənişi, sığorta müqaviləsinə uyğun olaraq ödə­nilir:
-  dəmiryolu nəqliyyat vasitəsinin zədələnməsi zama­nı onun bərpa məbləğinin hesablanması üzrə qay­da­lara uyğun olaraq; ehtiyat hissələri və detallarının məb­lə­ğinə bərpa işlərinin məbləği əlavə edilir, sonra isə növ­bə­ti istifadə üçün yararlı olan qalıqların məbləği əlavə olu­nan məbləğlərdən çıxılır;
-  dəmiryolu nəqliyyatı vasitələrinin məhv olması za­ma­nı əvvəlki ödənişləri nəzərə almaq və utilizasiya üçün ya­rarlı olan qalıqların məbləğini istisna etmək şərtilə tam şə­kildə olan sığorta məbləği ödənilir.
Zərərin məbləği, sığorta məbləği və nəqliyyat va­si­tə­lə­rinin dəyərinə nisbətən proporsional şəkildə ödənilir.
Sığorta olunmuş nəqliyyat vasitələrinin vahidi oğur­lan­dıqda, sığorta etdirən şəxsə sığorta ödənişi verilir. Belə hallarda ödənişdən əvvəl müqavilə imzalanır və mü­qa­vi­lə­yə əsasən, sığorta etdirən şəxs ya şəxsi hüquq­la­rın­dan im­ti­na edir, ya da sığorta olunmuş vaqonun tapılması za­manı sı­ğorta ödənişini, müqavilədə təyin edilmiş müd­dət ər­zin­də qaytarır. Lakin ödəniş haqqında ərizəni və bü­tün zəruri sənədləri sığorta etdirən şəxs sığorta hadisəsinin baş ver­mə­si zamanı müqavilədə müəyyən edilmiş müddət ərzində sığortaçıya təqdim etməlidir. Əks təqdirdə, sığortaçı sı­ğor­ta ödənişi ödəməkdən imtina edir. Sığortaçı, sığorta ha­di­sə­si üzrə olan zəruri sənədləri, sığorta müqaviləsində təyin olun­muş müddət ərzində (adətən 7-10 gün) nəzərdən ke­çi­rir, sığorta aktını tərtib edir və yaxud da sığorta etdirən şəx­sə yazılı şəkildə olan imtina sənədini təqdim edir.
Aşağıdakı hallarda sığorta ödənişi ödənilmir: zə­də­lən­mə səlahiyyətli orqanlar tərəfindən təyin edilən sığorta et­dirən şəxsin qərəzli fəaliyyəti nəticəsində baş verdikdə: sı­ğorta etdirən şəxs, sığortaçıya və ya onun nüma­yən­də­si­nə zədələnmiş nəqliyyat vasitəsini (onun qalıqlarını və ya qə­zaya uğramış nəqliyyat vasitəsinin şəklini) təmirdən əv­vəl təqdim etmədikdə; zərəri günahkar şəxs ödədikdə: sı­ğor­ta etdirən şəxs (və ya onun nümayəndəsi) yüklərin da­şın­ma qaydasına əməl etmədikdə (məsələn, nəqliyyat va­si­tə­lərinin normadan artıq yük ilə yüklənməsi); sığorta et­di­rən şəxs və ya onun nümayyəndəsi dəmiryolunun istismar edil­məsinin texniki qaydalarına əməl etməməsi nə­ti­cə­sin­də dəyən zərərə görə; sığorta etdirən şəxs tərəfindən nəq­liy­yat vasitələrinin zədələnməsi və ya xarab olması za­ma­nı zəruri sənədlər təqdim olunmadıqda; sığorta hadisəsi, sı­ğorta müqaviləsinin fəaliyyət müddətinin bağlanması və ya sona çatması müddətinə qədər baş verdikdə; sığorta et­di­­rən şəxs sığorta müqaviləsinin şərtlərini yerinə ye­tir­mə­dikdə və ya bu şərtləri yerinə yetirməkdən imtina et­dik­də.

12.6. Su nəqliyyatının sığorta olunmasının ümumi əsasları

Gəmilərin, yüklərin sığortası (dəniz sığortası) aşa­ğı­da­kı prinsiplərə əsaslanır:
-  əmlak marağının olması;
-  tərəflərin etimadının yüksək səviyyədə olması (müş­təri, sığortanın rəqabət qabiliyyətini təyin etməyə şə­ra­it yaradan sığorta olunmuş obyektlər haqqında infor­ma­si­yanı sığortaçıya bəyan etməlidir);
-  zərər və onu əmələ gətirən hadisələrdə səbəb-nəticə əla­qələrinin çox olması (yalnız sığorta hadisəsinin zərər və fak­tının səbəbini müəyyən etdikdən sonra sığorta ödə­ni­şi­ni almaq olar);
-       ödənişin real zərərin ölçüsünə uyğun olaraq hə­ya­ta keçirilməsi (ödəniş faktiki zərərin həddində olan məb­lə­ğə uyğun olaraq həyata keçirilir);
-       subroqasiya – sığorta ödənişini həyata keçirən sı­ğor­taçıya, tələb hüququnun verilməsi (yəni sığorta ödənişi ödəyən sığortaçı müştərinin hüququnu öz üzərinə götürür və günahkar üçüncü şəxsdən zərərin ödənilməsini tələb edir).
Gəmilərin kasko sığortası – gəmilərin istismar edil­mə­sində iştirak edən gəmi sahiblərinin və diğər şəxslərin sı­ğorta müdafiəsini təmin edən dəniz sığortasının əsas nö­vü­dür. Sığortaya aşağıdakılar qəbul olunur; gövdə (ing.- Hull, alm. Kasko), maşın, avadanlıq və takelojların daxil olduğu gəmilər, fraxt (yükün dəniz ilə nəql edilməsinə görə ödəniş), təchizat xərcləri və gəmilərin istismarı ilə əla­­qədar olan diğər xərclər və eləcədə tikilməkdə olan gə­mi­lər.
Sığorta məsuliyyətinin həcmi, gəmi sahiblərinin zə­rər­lərinin üç qrupu üzrə müəyyən edilir:
-  korpus, maşın və ya gəmi avadanlıqlarının kor­pu­su­nun fiziki şəkildə məhv olması, zədələnməsi və ya sın­ma­sı;
-  üçüncü şəxslər qarşısında məsuliyyətin yaranması;
-  gəmi sahiblərinin zərərin ölçüsünün azaldılması üz­rə xərcləri.
Birinci qrupa aşağıdakılar daxildir:
-  dəniz, çay, göl və diğər növlər üzrə gəmiçilik ilə əlaqədar olan təhlükəli hallar fırtına, gəminin batması və ya enməsi, müxtəlif gəmilərin, sualtı gəmilərin və ya hərəkətsiz obyektlərin toqquşması və s);
-  yanğın, partlayış;
-  "sığorta etdirən şəxs" qrupuna aid olmayan şəxslər tə­rəfindən baş verən oqurluq;
-  əmlakın bortdan kənara atılması;
-  quldurluq;
-  atom reaktorunda və ya onun qurqusunda baş verən sın­malar və ya qəzalar;
-  təyyarələr, onlara oxşar olan uçuş aparatları və bu apa­ratlardan düşən əşyalar ilə və eləcə də yerüstü nəq­liy­yat vasitələri, port avadanlıqları və onların qurquları ilə to­quş­ma;
-  zəlzələ, vulkan püskürməsi və ya ildırım zərbəsi.
Yuxarıda sadalanan təhlükələr, sığorta müqaviləsinə daxil edilən standart siyahını təşkil edir. Bundan başqa, "lazımi qayğının mövcud olması" sübut edilmədikdə, sı­ğor­ta etdirən şəxs, gəmi sahibi və ya gəminin operatoru tə­rə­findən zərərlərin ödənilməsi aşağıdakı hallarda həyata ke­çirilir:
-  yüklənmə, yükün və ya yanacağın bunkerə yer­ləş­di­rilməsi zamanı baş verən hadisələr;
-  buxar çəninin partlaması, pərlərin sınması və ya ma­şın avadanlıqlarında və gəmi korpusunda gizli de­fekt­lə­rin yaranması;
-  kapitan, zabit həyyəti və ya botsmanlar tərəfindən yol verilən ehtiyatsızlıq;
-  təmir xidmətləri və fraxtaçılar tərəfindən yol ve­ri­lən ehtiyatsızlıq;
-  kapitan, zabit və ya heyət üzvləri tərəfindən həyata ke­­çirilən baratriya (gəmidə qəsdən qanun pozuntusuna yol vermək);
-  rəsmi hakimiyyət dairələrinin ətraf mühitin çirk­lən­mə təhlükəsinin azalması və ya aradan qaldırılması üzrə fəa­liyyətinin nəticəsində gəmiyə dəyən zərərin ödə­nil­mə­si­nə əsaslanan çirklənmə təhlükəsi.
Üçüncü şəxslərin qarşısında məsuliyyət yarandıqda, sığortaçı bu amillər nəticəsində dəyən zərəri qismən və ya tam şəkildə ödəyir:
-  hər hansı bir gəmiyə və ya diğər gəmidə yerləşən əm­laka dəyən zərər;
-  diğər gəmidən və onun daxilində yerləşən əm­lak­dan istifadənin qeyri-mümkün olması və ya onların sax­la­n­ıl­ması;
-  ümumi qəza, xilasetmə işlərinin həyata keçirilməsi, diğər gəmi və ya əmlakın xilas edilməsi.
 Kasko-polislər üzrə məsuliyyətin sığorta olunması za­manı sığortanın diğər növlərinə aid olan və aşağıdakı sə­bəb­lər nəticəsində yaranan zərər və ya xərclər istisna edi­lir:
-  sınıq, yük və ya diğər əşyaların aradan qal­dı­rıl­ma­sı;
-  şəxsi və daşınmaz əmlaka dəyən zərər (diğər gə­mi­lər­də yerləşdirilən əmlakı istisna etmək şərtilə);
-  sığorta olunmuş gəmidə yerləşən yükə və ya diğər əm­laka dəyən zərər;
-  ölüm halları, fiziki travma və ya xəstəlik;
-  şəxsi və ya daşınmaz əmlakın çirkləndirilməsi və ya sınması (sığorta olunmuş gəminin toqquşduqu diğər gə­mi və onun tərkibində yerləşən əmlakı istisna etmək şərtilə).
Gəmi sahiblərinin xərclərinin sığorta ödənişinə aşa­ğı­dakılar daxildir:
-  gəmi, yük və fraxt arasında onların məbləğinə proporsional təhlükənin aradan qaldırılması ilə əlaqədar olan xərclər.
-  bortunda yük olan gəminin xilas edilməsinə görə xərclər;
-  zərərin aradan qaldırılması, onun ölçüsünün qiymətləndirilməsi və ya azaldılması üzrə xərclər (Sue and Labour expenses).

12.7. Gəmilərin kasko sığorta olunmasının ingilis və kontinental üsulları

Gəmilərin kasko sığorta olunmasının ingilis və kon­ti­nental üsulu bir-birindən bir sıra xüsusiyyətlərinə görə fərq­lənir. Belə ki, kontinental üsulunda gəmi sahibi zə­rər­li­lik faktını nümayiş etdirir, ingilis təcrübəsində isə gəmi sa­hibi zərərin hansı sığorta olunmuş risk nəticəsində ya­ran­dığını aydınlaşdırmalıdır. Buradan belə məlum olur ki, sı­ğorta müqaviləsinə daxil olan risklərin təsnifatı ingilis təc­rübəsində daha mükəmməldir.
İngilis üsulu (standart şərtlər) riskləri 2 qrupa ayırır:
-       insani amillər ilə əlaqədar olmayan risklər, yəni gəmi sahibinin iradəsindən asılı olmayan risklər: müxtəlif noviqasiya təhlükələri, o cümlədən gəminin fırtına nəti­cə­sin­də batması; partlayış, yanğın; gəmiyə quldurların bas­qın etməsi; əmlakın qəsdən bortdan kənara atılması; zəl­zə­lə, vulkanın püskürməsi, ildırımın çaxması; yükləmə-bo­şaltma işlərində baş verən hadisələr; hakim dairələrin əm­ri­nə əsasən, ətraf mühiti çirklənməsinin potensial mənbəyi olan gəminin məhv edilməsi;
-       insani amillər ilə əlaqədar olan risklər. Gəminin sahibi bu risklərin qarşısını ala bilər; buxar çənlərinin part­la­ması, pərlərin sınması, avadınlıq və ya korpusunun giz­li de­fektləri; zabit və ya həyətin, təmirçi və ya fra­x­to­çu­la­rın eh­tiyatsızlığı; zabit və ya heyət tərəfindən dələduzluq hə­rəkətlərinə yol verilməsi; uçuş aparatları, yerüstü nəq­liy­yat, dok və ya port avadanlıqları ilə toqquşma.
Gəmi sahibi zərərin bu iki qrupdan birinin səbəbləri nəticəsində yarandığını sübut edərsə, növbəti təhqiqata prak­tiki cəhətdən ehtiyac olmayacaqdır. Sığorta hadisəsi ikinci qrupa aid olduqda isə, gəmi sahibinin zərəri, yalnız gə­mi sahibi, menecer, superintendant və ya gəmiçilik kom­paniyasının sahil aparatının rəhbər əməkdaşlarının eh­ti­yatsiz fəaliyyəti sübut olunduqdan sonra ödənilir. Ka­pi­tan, zabitlər, heyətin üzvləri və botsman bu təbəqəyə aid de­yildirlər (bəzi ölkələrdə “gəmi sahibi” anlayışına gə­mi­nin kapitanı da daxildir). Yuxarıda qeyd olunan şəxslərin eh­tiyatsız hərəkətləri sığorta ilə təmin edilir.
Gəmilərin kasko sığortası zamanı sığorta müka­fa­tı­nın stavkası, müqavilə üzrə olan sığorta məbləğinin faiz­lə­ri ilə ifadə olunsa da, gəminin ölçüsü və yaşından asılı olur. Sığorta mükafatının dərəcə ölçüsü adətən franşizanın öl­çüsünə proporsionaldır və onun səviyyəsi müxtəlif öl­kə­lər­də müxtəlif olaraq, gəminin qiyməti və növündən ası­lı­dır (məsələn Rusiyada franşizanın qiyməti təqribən 5000 dollara, ABŞ-da hər bir sığorta hadisəsinə uyğun, ingilis ba­­zarında isə onun orta dəyəri 50000 ABŞ dollarına bə­ra­bər olur). Sığorta müqaviləsinə aşağıdakılar daxil edilir:
-  hərbi və tətil riskləri (sığortanın bu növü nisbətən ucuzdur və avtomotik olaraq yalnız yüksək təhlükəsi olan əra­zilərin hüdudlarından kənarda fəaliyyət göstərir, lakin gə­milər təhlükəli əraziyə daxil olduqda, əlavə sığorta mü­ka­fatı ödənilir);
-  fraxtın itirilməsi riski. Bu zaman gəmi sahibinə, gə­mi­nin qəza şəraitində dayanması ilə əlaqədar olmayan gə­lir ödənilir;
-  xərclərin artım riski (sığortanın ümumi məbləğinin azal­dılması məqsədilə, gəminin dəyərinin 80%-i tam şə­rai­tə uyğun olaraq, gəminin dəyərinin 20%-i isə yalnız tam şəkildə məhv olan zamanı və ən aşağı stavkalar üzrə olan sığorta təminatının praktiki cəhətdən təqdim olun­ma­sı şəraitində sığorta edilir);
-  kreditorun maraqları – sığortanın reysə aid şərtləri, tə­mir və ya tikinti dövrü (belə hallarda nəinki sığortaçının mə­suliyyət müddətini ciddi şəkildə təyin etmək, eləcə də xü­susi şərtləri müəyyən etmək lazımdır). Məsələn, mar­ş­ru­tu, “buz təshihlərini” və s.

12.8. Hava nəqliyyatının sığorta olunması

Hava gəmilərinin sığorta olunması – hava gəmisinin is­tismarçılarının, aeroport və anbarların sahiblərinin (ope­ra­­torlarının), uçuş aparatlarının və aviasiya sahəsi ilə əlaqədar olan aviasiya – sənaye kompleksinin məsu­liy­yə­ti­nin müxtəlif növlərinin sığortasının daxil olduğu aviasiya sı­ğortasının əsas növlərindən biridir.
1944-cü ilin Çikaqo konvensiyası mülki aviasi­ya­sı­nın və hava gəmilərinin sığortasının fəaliyyətini tən­zim­lə­yir (bura havada uçmaq üçün təyin edilmə, hava və ya mü­hə­riklərin ağırlığı ilə qarşılıqlı əlaqədə olaraq atmosfer qa­tın­da uçuş edən, havadan aqır və yüngül olan aparatlar da­xil­dir). Hava gəmiləri mülki və qeyri – mülki gəmilərinə ay­­rılırlar.
Aviasiya sığortasının şərtləri, gəmi və yüklərin sı­ğor­ta­sı təcrübəsinə əsasən tərtib olunur və buna görə də iri avia­siya risklərinin sığorta olunması zamanı sığorta ödə­ni­şi və eləcə də sindikatlarda birləşən anderrayterın uni­ver­sal və ixtisaslaşmış sığorta təşkilatını təmin edən ümumi ma­liyyə vəsaitlərindən istifadə edilir.
Aviasiya sığortasının xüsusiyəti, riskin qəza əlamə­ti­nə əsaslanır. O bir sıra sığortaçılar üçün öz risklik təbiə­ti­ni, qeyri-balanslığını və zərərlilik xüsusiyyətini qoruyub saxlayır. Hal-hazırda hava gəmilərinin əsas sığorta etdirən şəxslərinə, hava gəmilərinin müxtəlif növləri ilə məşqul olan kommersiya aviadaşıyıcıları, istismarçılar, hava reys­lə­ri­nin operatorları və eləcə də aeroklublar, aviazavodlar, avio­texnikanın satışı ilə məşqul müxtəlif təşkilat və şir­kət­lər, hava gəmilərinin fərdi sahibkarları və s. daxildir.
Bundan başqa şəxsi hava gəmilərini, heyət və yük­lə­rin daşınması üzrə şəxsin avianəqliyyat xidmətinə malik olan sənaye və kommersiya kompaniyaları da sığorta et­di­rir­lər.
Sığorta obyekti, sığorta etdirən şəxsin hava gəmi­sinin qorunub saxlanılması ilə əlaqədar olan əmlak mara­ğı­nı ifadə edir (qanad və arxa tərəfi də daxil olmaqla hava gə­misinin korpusu, elektrik və hidravlik sistemin və elə­cə­də hava gəmisinin korpusu və ya daxilində quraşdırılmış na­viqasiya və radio avadanlıqlarının şassisi).
Dünya təcrübəsində, hava gəmilərinin sığortası və istismar ilə əlaqədar olan məsuliyyətin müxtəlif növləri üzrə kombinə edilmiş polislər daha geniş şəkildə ya­yıl­mış­dır. Sığorta müqaviləsinə əsasən, sığortaçı hava gəmisinin uçuş­da, dayanacaqda – (torpaqda və ya suda) yerləşməsi za­manı həyata keçirilən sığorta müddəti ərzində müxtəlif sə­bəblərin nəticəsində dəyən zərəri pul və ya natural for­ma­da ödəməli və yaxud da zərərin ölçüsünü azalt­ma­lı­dır. Hava gəmiləri “bütün risklərdən” sığorta oluna bilərlər.
Sığorta hadisəsinin baş verdiyi birinci halda (yəni, hava gəmisinin tam şəkildə məhv olması) sığorta ödənişi tam sığorta məbləğinin ölçüsünə uyğun olaraq həyata ke­çi­rilir. İkinci halda isə sığorta etdirən şəxsə, gəminin nəinki məhv olması həm də müxtəlif səbəblər nəticəsində zə­dələnməsi zamanı sığorta ödənişi verilir, lakin ödənən məb­ləği sığorta hadisəsinin şərt və ağırlıq dərəcəsindən ası­lı olur.
Yanqın, ildırım zərbəsi, partlayış, bir hava gəmisinin di­ğəri ilə toqquşması və ya üçüncü şəxsin qərəzli fəa­liy­yə­ti nəticəsində elektro avadanlıqların, detalların, his­sə­çi­lə­rin və ya ayrı-ayrı mexanizmlərin mexaniki şəkildə sın­ma­sı və eləcə də hava gəmisinin köhnəlməsi, onun daxilində baş verən karroziya və konstruktiv defektlər zamanı dəyən zə­rər ödənilmir.
Hər hansı bir detalın təbii şəkildə köhnəlməsi nə­ti­cə­sin­də hava gəmisi zədələndikdə, sığorta obyektinə dəyən zərər bu detalın qiymətinə uyğun olaraq ödənilir.
Hava gəmisinin sığorta olunması zamanı sığorta məb­ləği, gəminin həqiqi dəyərindən artıq olmayan məb­ləğ­­də təyin edilir, lakin hava gəmisinin qiymətindən az olan məbləğə uyğun olan sığortanın həyata keçirilməsinə ica­zə verilir. Hava gəmilərinin sığorta üzrə müqaviləsi fran­şizanı da nəzərdə tutur.
Hava gəmisinin sığortası üzrə polisə adətən bu şərt­lər daxil edilir:
-  hava gəmisinin itməsi (adətən hava gəmisi xə­bər­dar­lıq olmadan itdikdə və onun haqqında 15 gün ərzində mə­lumat olmadıqda, sığorta ödənişi ödənilir);
-  məcburi eniş və hava gəmisinin xilas olunması üzrə xərclər (hava gəmisinin forsmajor vəziyyəti ilə əlaqədar ola­raq enməsi zamanı sığortaçı tərəfindən uçuşun və hava gə­misinin nəqlinin təmin olunması üzrə xərclər ödənilir);
-  zədələnmiş hava gəmisinin təmirinin qiyməti (zədə­lən­mənin sığorta hadisəsi nəticəsində baş verməsi sübut olun­duqda, xərclərin müvafiq ödənişinin şərtləri və həddi müəy­yən edilir);
-  hava gəmisinin tam şəkildə məhv olmasının müəy­yən edilməsi;
-  abandon hüququna malik olmaq (hava gəmisinin sı­ğor­ta müqaviləsinin şərtlərinə əsasən sığorta etdirən şəxs sı­ğortaçının razılıqı olmadan abandon haqqında bəyan edə bil­məz, yəni, sığorta etdirən şəxs sığorta məbləğinin ölçü­sü­nə uyğun olan sığorta ödənişini əldə etmək məqsədilə sı­ğorta olunmuş əmlaka olan hüquqlardan imtina edə bil­məz).
İcarə, lizinq, hava gəmilərinin kreditə götürülməsi və s. kimi sığorta müqaviləsinin şərtlərinə tərəflərin müvafiq hüquqi münasibətlərin iştirakçıların maraqını müdafiə edən təshihlər daxil edilir.
Sığortaınn qiyməti bir sıra amillərdən asılıdır və uçuş təhlükəsizliyinin, uçuş və texniki uçuş heyətinin peşəkar­lı­ğı­nın, hava gəmilərinin hazırlığını, istismarını və texniki xid­mətini təmin edən idarəetmə və diğər yerüstü per­so­na­lın ən aşağı səviyyədə olması və eləcədə yerdə və hava gə­mi­lərinin bortunda sərnişinlərə təqdim olunan xidmətin yaxşı təşkil olunması, ekipaj üzvlərinin istirahət şəraitinin xeyli pis olması zamanı onun qiyməti artır.
Sığortaçılar arasında iri ölçülü risklərin paylaş­dı­rıl­ma­sı ilə hesablaşma və diğər texniki işi yerinə yetirən (sığor­taçının razılığına və ya göstərişinə əsasən) brokerlər məş­ğul olurlar.




XIII FƏSİL. MÜLKİ MƏSULİYYƏTİN SIĞORTASI

13.1. Məsuliyyətin sığorta olunmasının mahiyyəti

Məsuliyyətin sığorta olunması- sığorta obyekti kimi sığorta etdirən şəxsin fəaliyyəti və ya fəaliyyətsizliyi nə­ti­cə­sində üçüncü (fiziki və ya hüquqi) şəxslərə dəyən zərərə görə bu şəxslərə kompensasiya verilməsini təmin edən sı­ğor­ta sahəsidir. Vətəndaş, müəssisə və təşkilatların kon­k­ret şəkildə olan mülkiyyətinə tətbiq edilən əmlak sığortası və vətəndaşların həyat və əmək qabiliyyəti ilə əlaqədar olan müəyyən hadisələrin baş verməsi nəticəisndə həyata ke­çirilən şəxsi sığortadan fərqli olaraq məsuliyyət sığor­ta­sının vəzifəsinə zərər verən potensial şəxslərin iq­ti­sa­di maraqlarının sığorta müdafiəsi təşkil edir. Məsuliy­yə­tin sı­ğor­ta olunması üçüncü şəxslərin həm sağlamlığı, həm də əm­lakına dəyən zərərin mümkünlüyünü nəzərdə tutur. Qa­nu­nun qüvvəsi və ya məhkəmənin qərarına əsasən həyata ke­çirilən kompensasiya əvəzinə bu sığorta vasitəsilə zərəri kompensasiya edən müvafiq ödənişlər həyata keçirilir.
Sığortanın bu sahəsinin əsas xüsusiyyəti ondan iba­rət­dir ki, sığortaçı və sığorta etdirən şəxslə bərabər mü­na­si­bətlərin üçüncü tərəfi kimi əvvəlcədən müəyyən olun­ma­mış şəxslər iştirak edə bilərlər. Sığorta etdirən şəxs tərə­fin­dən sığorta ödənişinin həyata keçirilməsi zamanı sığor­ta olunmuş fiziki və ya hüquqi şəxs üçün sığorta məbləği tə­­yin edilir. Bu zaman sığorta ödənişi yalnız sığorta ha­di­sə­si­nin baş verməsi – üçüncü şəxslərə zərərin dəyməsi za­ma­nı konkret olaraq həyata keçirilə bilər.
Sovet dövründə bizim ölkəmizdə məsuliyyətin sığor­ta olunması yalnız dövlət sığortası tərəfindən həyata ke­çi­ri­lən nəqliyyatın mexanikləşdirilmiş vasitələrinin əcnəbi sahibkarlarının və eləcə də xaricə şəxsi avtomaşınlarında sə­fər edən vətəndaşların vətəndaş məsuliyyətinin könüllü şə­kildə sığorta olunması üsulu vasitəsilə məhdud­laş­dı­rı­lır­dı. Bundan başqa, xarici Dövlət Sığortası İdarəsi uzun illər ər­zində sovet gəmi sahiblərinin xarici dəniz ərazilərində müəy­yən müddət üzrə qalmasının və bir sıra digər əmə­liy­yat­ların məsuliyyət sığortasını həyata keçirmişdir.
Xarici ölkələrdə məsuliyyətin sığorta olunmasının bir çox növləri fəaliyyət göstərir. Məsələn:
-  istehsalatda baş verən bədbəxt hadisə və işçinin şi­kəst olması və ya vəfat etməsi ilə əlaqədar olaraq sahibkar tə­rəfindən məbləğin ödənilməsinə zəmanət verən müəs­si­sə­lərin məsuliyyətinin sığorta olunması;
-  ev təsərrüfatı, ev və vəhşi heyvanların sahiblərinin mə­suliyyətinin və eləcə də ailə məsuliyyətinin sığorta olun­masını ifadə edən şəxsi məsuliyyətin sığorta olun­ma­sı;
-  işgüzar məsuliyyətin (daşınmaz mülkiyyətin sahib­lə­rinin, icarədarların, müəssisələrin mülkiyyətlərinin, ge­niş istehlak mallarını istehsal edən istehsalçıların və eləcə də ətraf mühitin çirkləndirilməsinə görə) sığorta olunması;
-  peşəkar məsuliyyətin sığorta olunması.

13.2. Nəqliyyat vasitələri sahiblərinin məsuliyyət sığortası

 Bu sahənin əsas növlərindən biri nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığorta olunmasıdır. Bu, vətəndaşın şikayəti üzrə nəqliyyat vasitələrinin sahibindən cərimə şəklində alınan məbləğin ölçüsünə uyğun olan sı­ğorta təminatının zərərçəkmiş (şikəst olmuş) üçüncü şəxsə ödə­nilməsini təmin edən məsuliyyət sığortasının ən geniş ya­yılmış növlərindəndir. Avtomo-billərin və digər nəq­liy­yat vasitələrinin sayının, o cümlədən qəza hallarının əhə­miy­yətli dərəcədə artması, ölkə daxilində yol hərəkətinin bütün iştirakçları üçün sığorta müdafiəsi sisteminin ya­ra­dıl­masını tələb edir. Məhz buna görə də YHN-nin iş­ti­rak­çı­larının həyat, sağlamlıq və əmlak dəyərinin sığorta olun­ma­sından başqa, avtonəqliyyat sığortasının əsas obyektini nəq­liyyat vasitələrinin sahiblərinin vətəndaş məsuliyyəti təş­kil etməlidir.
Sığortanın bu növünün obyekti kimi qanun qar­şı­sın­da ətrafdakı insanlar üçün yüksək təhlükə yaradan mən­bə­lə­rin sahibləri olan avtonəqliyyat sahiblərinin vətəndaş məsuliyyəti təşkil edir. Bu zaman nəqliyyat vasitələrinin hər bir sahibi üçün bu məsuliyyət sığorta hadisəsinin baş verməsi müddətinə qədər mücərrəd formada çıxış edir. Sığortanın bu növünün əsas xüsusiyyətləri aşağıdakılardır:
-  nəqliyyatın istismar olunması zamanı nəqliyyat va­si­tələri sahibləri tərəfindən dəyən zərərin zərərçəkənlərə (vətəndaş və təşkilatlara) ödənilməsini təmin etmək;
-  nəqliyyatın mexanikləşdirilmiş vasitələrinin sahib­lə­­rinin – sığorta etdirən şəxslərin spesifik qrupunun iqti­sa­di maraqlarının mühafizə olunması.
Məhz bu əsas vəzifələrin eyni zamanda yerinə yeti­ril­məsi nəqliyyat vasitələri sahiblərinin mülki mə­su­liy­yə­ti­nin sığorta olunmasının mahiyyət və təyinatını təşkil edir.
Sığortanın bu növü spesifik xüsusiyyətə malikdir. Sığortada iştirak edən tərəflər kimi, bir – biri ilə qarşılıqlı münasibətdə olan və sığorta etdirən şəxslərin hesabına zə­rər­çəkənlər ilə hesablaşmaq üçün xüsusi sığorta fondunu ya­radan sığortaçı (sığorta təşkilatı) və sığorta etdirən şəxs (nəqliyyat vasitəsinin sahibi) çıxış edirlər. Sığortanın bu növündə sığortalanmış konkret şəxs və ya əmlak iştirak etmir və eləcə də sığorta məbləği əvvəlcədən müəyyən de­yil­dir. Bu isə tarif dərəcəsinin müəyyən edilməsində bö­yük çətinliklər törədir. Burada digər sığorta sahələrinin müx­­təlif növləri də bir-biri ilə uzlaşdırılır. Məsələn, bir­də­fə­lik ödənişlər ilə yanaşı, nəqliyyat vasitələri, geyim, ma­ğa­zaların vitrini, ev heyvanları və digər əmlakın zə­də­lən­mə­si və ya məhv olması, eləcə də insanların sağlamlığına də­yən zərərə görə itirilmiş əmlak marağı və ya ailə baş­çı­sı­nın ölümü ilə əlaqədar olaraq ödənilən çoxsaylı uzun­müd­dətli ödənişlər həyata keçirilə bilər.
Ödənişin ölçüsü tərəflərin razılığı və ya məhkəmənin qə­rarına əsasən dəyən zərərin faktiki məbləğinə uyğun ola­raq təyin edilir.
Tarif stavkaları yol – nəqliyyat hadisələrinin sayı və və­təndaş və təşkilatlara dəyən zərərin ölçüsünün nəzərə alın­ması vasitəsilə hesablanır. Zərərin həcmi aşa­ğı­da­kı­lar­dan asılıdır:
-  əmək qabiliyyətinin itirilməsinə görə zərər­çə­kən­lə­rə sərf olunan əmək haqqının və sağlamlığa dəyən zərərə sərf edilən xərclərin həcmi;
-  zərərçəkənin himayəsi altında olan (onun ölü­mün­dən sonra) şəxslərə ödənilən ödənişin həcmi;
-  təşkilatların əmlakına dəyən zərərin həcmi;
Tarif dərəcələrinin differensiasiyası qəza yerində olan nəqliyyat vasitəsinin motorunun və ya mühərrikinin si­l­in­drinin iş həcminin gücündən asılı olaraq həyata ke­çi­ri­lir. Sığortanın şərtləri qəza, toqquşma və digər sığorta ha­di­sələrinə şərait yaratmayan sürücülər və eləcə də in­ti­zam­lı sürücülər üçün nəzərdə tutulan ödənişə müvafiq gü­zəşt­lə­ri tətbiq edir.
Mülki məsuliyyətin sığorta olunması xarici ölkələrdə daha geniş şəkildə inkişaf etmişdir. Bu sığorta növü müs­tə­qil növ kimi avtonəqliyyat sığortasına daxil olan diğər sı­ğorta növlərini bir sığorta sənədi üzrə (polislə) tərtib olu­nan növlərin məcmuyunu təşkil edə bilər. Nəqliyyat va­si­tə­lərinin sahibləri üçün sığortanın bu növü icbari hesab olu­nur, çünki yalnız belə forma zərərçəkənlərə dəyən zə­rə­rin tam şəkildə ödənilməsini təmin edir. Müəssisə və təş­ki­latlar bir sıra hallarda özlərinin mülki məsuliyyətlərini kö­nüllü qaydada da sığorta etdirirlər.

13.3. Təsərrüfat və peşə fəaliyyəti prosesində zərər vurulması üzrə məsuliyyət sığortası

Mülkiyyət formalarının müxtəlif olması orta və iri müəs­sisələrlə yanaşı fərdi kiçik müəssisə və koope­ra­tiv­lə­rin inkişaf etməsi və eləcə də fərdi əmək fəaliyyəti ilə məş­­ğul olan şəxslərin sürətlə artması təsərrüfat və peşə fəa­­liyyəti prosesində baş verən zərər vurma hallarına tət­biq edilən məsuliyyətin sığorta olunması növünün sığorta təc­rübəsinə daxil edilməsinə şərait yaratmışdır. Bu ba­xım­dan peşə məsuliyyətinin sığortalanması mühüm əhəmiyyət kəsb edir.
Peşə məsuliyyətinin sığorta olunması nəzəri cə­hət­dən öz peşə vəzifələrini və ya müvafiq xidmətlərin tətbiq olunmasını həyata keçirən şəxslər və müəssisələrə mü­va­fiq iddiaların qaldırılmasının mümkün olması ilə əla­qə­dar­dır. İddiaların təqdim olunmasının əsasını sığorta etdirən şəxs tərəfindən buraxılan səhvlər və ehtiyatsız fəaliyyət təşkil edir.
Peşə fəaliyyətinin sığorta olunması üzrə risklərin 3 qrupu sığorta oluna bilər:
1. Üçüncü şəxslərə bədən xəsarətinin yetirilməsi və on­­­ların sağlamlığına dəyən zərərin mümkünlüyü ilə əla­qə­dar olan risklər; Belə hallara həkim, cərrah, diş həkimi, əc­za­­­çı və muzdla işləyən nəqliyat vasitələrinin sahibləri və s. təcrübəsində rast gəlinir.
2. Maddi (iqtisadi) zərərin yetirilməsi mümkünlüyü ilə əlaqədar olan risklər; Bura iddiaların təqdim edilmə hü­qu­qunun itirilməsi aiddir (memar, inşaatçı-mühəndis və s.)
3. Ehtiyatlılıq səviyyəsi peşəkar bacarıq səlahiy­yət­lə­ri­nin tələblərinə cavab vermədikdə və ya bu tələblərin sə­viy­yəsindən aşağı olduqda müştəri və ya xəstəyə zərər ye­ti­rilməsi riski.
Bu zaman zərərçəkən məhkəməyə şikayət etmək hü­qu­quna malikdir. Qeyd etmək lazımdır ki, zərərçəkən eh­ti­yatsız hərəkətin baş verdiyi tarixdən deyil, eh­ti­yat­sız­lıq nə­­ticəsində dəyən zərərin aşkar olunduğu müddətdən eti­barən məhkəməyə şikayət etməlidir.
Sığortaçının polisin fəaliyyət göstərdiyi müddət ər­zin­də yaranan bütün zərərlər üzrə peşə məsuliyyətinin sı­ğor­ta olunmasına dair məsuliyyəti müəyyən limitdən artıq ol­mamalıdır.
Sığorta etdirən şəxs tərəfindən həyata keçirilən qeyri-səmimi davranış, yalan, cinayət və qərəzli fəaliyyət üzrə faktlar sığortaçının məsuliyyət həddindən istisna edilir. Çünki peşəkar məsuliyyətin sığorta olunması və­zi­fə­lərin vicdanla, bacarıqla və səlahiyyətə uyğun yerinə ye­ti­rilməsi zamanı baş verən səhv və ehtiyatsız fəaliyyətə əsaslanır.
Bu sığorta üzrə mükafatın tarif dərəcəsi, peşə, yaş, iş stajı, ixtisasın alınma tarixi, işçilərin ümumi sayı və s.-dən asılı olur. Sığorta ödənişi üzrə ölçünün əsası isə 2 əsas amildən təşkil olunmuşdur; bilavasitə olaraq kommersiya fəa­liyyəti ilə məşğul olan işçilərin ümumi sayı və mə­su­liy­yə­tin müəyyən olunmuş limiti.
Peşə məsuliyyətinin sığorta olunmasının bəzi növləri icbari qaydaya uyğun olaraq həyata keçirilir.
Müasir bazar iqtisadiyyatlı ölkələrdə məsuliyyət sı­ğor­tasının bir növü də müəssisələrin mülki məsuliy­yə­ti­nin sı­ğorta olunmasıdır. Bu sığorta növü üzrə məsuliyyət de­dik­də hər bir ölkənin qanunvericiliyi ilə zərərin ödə­nil­mə­si üzrə müəyyən olunmuş öhdəliklər başa düşülür. 
Bir sıra xarici ölkələrdə bu sığorta növü icbari qay­da­ya uyğun olaraq (məsələn, Böyük Britaniya) həyata ke­çi­rilir. Almaniyada isə yalnız aviamüəssisə, atom enerjisi qur­ğularını və dərman preparatlarını istehsal edən müəs­si­s­ələrin mülki məsuliyyəti icbari qayda üzrə sığorta olunur. Sığorta müqaviləsi yalnız konkret riskin hər birinin də­rin­dən öyrənilməsindən sonra imzalanır. Belə ki, enerji təc­hi­za­tı və neft emalı müəssisələri univermaq və ya ti­kiş­xa­na­ya nisbətən daha çox təhlükə yaradırlar. Məhz buna görə də sığorta etdirən şəxs sığorta vasitəsi haqqında mə­lu­mat­la­rın ifadə olunduğu xüsusi formalı ərizə blanklarını dol­dur­malıdır.

13.4. Müəssisələrin mülki məsuliyyətinin sığorta olunması

Müəssisələrin mülki məsuliyyətinin sığorta olunması ob­­yektlərinə, şəxslərə dəyən zərər (ölüm, şikəstlik, və di­gər bədən xəsarətləri) və ya onların sağlamlığına dəyən xa­rici əlaməti olmayan zədələr (məsələn, istehsalat səs-kü­yü nəticəsində baş verən xəstəlik halları) və eləcə də zə­də­lən­məsi və ya məhv olması nəticəsində əmlaka yetirilən zə­rərlər daxildir.
Müəssisələrin mülki məsuliyyətinin sığorta olunması növündən sığortanın diğər növləri üzrə sığorta olunan su nəqliyyatı vasitələri və eləcə də avtomaşınların müəs­si­sə­lər tərəfindən istismar olunması ilə əlaqədar olan risklər is­tisna edilir. Bundan başqa aviasiya və digər sahələr ilə əla­qədar olan risklər bu sığortaya aid edilmirlər.
Müəssisələrin mülki məsuliyyətinin sığorta olunması üzrə tarifləri hər bir sığortaçı müstəqil şəkildə təyin edir. Tarif dövrü 6 ildən 8 ilə qədər olan müddəti əhatə edir. Sı­ğor­­ta mükafatlarının vahid dərəcəsi zamanı müxtəlif mü­qa­vilələr üzrə olan xərclərin səviyyəsinin nəzərə alın­ma­sı ilə müvafiq güzəştlər tətbiq olunur.
Tarif dərəcələrinin hesablanması zamanı bu amillər əsas götürülür:
1.   Dövriyyənin məbləği. Dövriyyə dedikdə ancaq özünə-məxsus məhsul və xidmətdən, əmtəə məhsullarının satışı və əlavə əməliyyatlardan əldə edilən gəlir başa dü­şü­lür.
2.   Əməkhaqqının illik məbləği. Burada sığorta işi üz­rə olan brutto – əməkhaqqı əsas amildir. Bura vergi tət­biq edilən əmək haqqı üzrə gəlirin hamısı aid edilir.
3.   İstehsalatla məşğul olan şəxslərin ümumi sayı.
4.   Kənar ərazidə həyata keçirilən işlər.
Məhz burada mülki məsuliyyətin yüksək təhlükəsi ya­ranır. Əsas tarif dərəcəsi ilə yanaşı olaraq sığorta mü­qa­vi­ləsinin hər biri üzrə riskə görə baza haqqı kimi iştirak edən minimal dərəcə nəzərdən keçirilir. O bütün müqa­vi­lə­lərdə eyni əsas riskin nəzərə alınmasını təmin edir.
Minimal tarif dərəcəsi müəssisələrin 4 qrupu üzrə müəyyən olunur:
-  pərakəndə ticarət müəssisələri;
-  digər ticarət, mədən və kustar müəssisələri;
-  sənaye müəssisələri;
-  tikinti təşkilatları.
Sığorta müqaviləsinin fəaliyyət dövrü ərzində sığorta ödə­nişinin ölçüsünün dəqiqləşdirilməsi həyata keçirilir.
Sığorta etdirən şəxsin arzusuna uyğun olaraq mü­qa­vi­lə kombinə edilmiş formada (bir neçə variatların) tətbiq edil­məsi vasitəsilə imzalana bilər.
13.5. Kredit risklərinin sığortası

Məsuliyyətin sığorta olunmasının digər riskləri ara­sın­da kredit risklərinin sığorta olnması xüsusi əhəmiyyətə ma­likdir. Onun mahiyyəti kredit risklərinin azaldılması və ya aradan qaldırılmasından ibarətdir. Bu sığortanın ob­yekt­lərinə alıcıya təqdim olunan kommersiya kreditləri, tə­darükü və ya alıcıya təqdim edilən bank ssudaları, kredit üz­rə öhdəçilik və zəmanətlər, uzunmüddətli investisiyalar da daxil edilir.
Bu sığortanın növlərinin arasından bir sıra sığorta növ­lərini (valyuta risklərinin sığorta olunması, ixracatın yeni bazara daxil olması üçün sərf olunan xərclərin sığorta olun­ması, inflyasiyadan sığorta) əhatə edən ixracat kre­dit­lə­rinin sığorta olunması növü öz spesifik xüsusiyyətlərinə görə fərqlənir.
Kredit risklərinin sığorta olunması borclu şəxsin ödə­niş qabiliyyətini itirməsi və ya bir sıra səbəblərə görə bor­cu ödəməməsi zamanı satıcı və ya kreditor bankın ma­ra­ğını müdafiə edir.
Müqavilə satıcının hesabına əsasən hesablandıqda təqdim edilən kreditin ödənilməsini sığorta təşkilatı həyata keçirir. Kreditin ödənilməməsinin müxtəlif səbəbləri möv­cud­dur. Onları iki əsas qrupa bölürlər. Birinci qrupa kom­mer­siya və ya iqtisadi riskləri (fərdi alıcının mü­f­lis­ləş­mə­si, ödənişin həyata keçirilməsi və ya əmtəənin qəbul olun­ma­sından imtina etmək, borcun şərtləşdirilmiş müddət ər­zin­də ödənilməməsi) daxil edirlər. İkinci qrupa isə siyasi risk­lər (hərbi fəaliyyət, inqilab, borcların konsolidasiyası, mil­liləşdirmə, müsadirə, dövlət təşkilatı tərəfindən ödə­ni­şin ödənilməməsi,idxalat lisenziyasının ləğv edilməsi, em­bar­qonun tətbiq olunması və s.) daxildir.
Hal-hazırda sənaye cəhətdən inkişaf etmiş ölkələrdə kredit risklərinin sığorta olunması ilə məşğul olan kom­pa­ni­yalar fəaliyyət göstərirlər. Onlardan bir çoxu ixracat kre­dit­­lərinin sığorta sisteminə və xarici investisiyaların sı­ğor­ta olunmasına dair sxemə malikdirlər. Daxili ticarətdə kre­dit risklərinin sığorta olunması az saylı fərdi sığorta kom­pa­niyaları tərəfindən, ixracat kreditlərinin sığorta olun­ma­sı isə dövlətin sığorta agentlikləri tərəfindən həyata ke­çi­ri­l­ir.
Kreditlərin ödənilməməsi riskinin könüllü şəkildə sığorta olunması qaydaları üzrə sığorta obyekti kimi banka borc­lu olan bütün şəxslərin məsuliyyəti çıxış edir. Sığorta et­dirən şəxs kredit müqaviləsi ilə şərtləşdirilən və bank va­si­təsilə borclu şəxs tərəfindən müqavilə şərtlərinin ye­ri­nə yetirilməsi zamanı təyin edilmiş məbləği əldə etmə­dik­­də sığortaçının məsuliyyəti sığorta ödənişinin müd­də­tin­dən 20 gün sonra fəaliyyət göstərməyə başlayır. Sı­ğor­ta­çının məsuliyyətinin konkret həddi və onun məsuliyyətinin ya­ran­ma müddəti sığorta müqaviləsinə uyğun olaraq həyata ke­çirilir.
Sığortanın müddəti 1 aydan 1 ilə qədər müəyyən edi­lir. Tarif stavkası sığorta müddətindən asılı olaraq təyin edi­lir. O bank tərəfindən təqdim olunmuş bütün kreditlərin ödə­nilməməsi risklərinin sığorta olunması zamanı sığorta məbləğinin 1%-dən 2,2%-ə qədər olan ölçüsünü təşkil edir. Bu zaman müqavilə 1 il müddətinə imzalanır. Müx­tə­lif kreditlərin sığorta olunması zamanı isə tarif stavkası da­ha yüksəkdir (sığorta məbləğinin 1,8%-dən 3,5%-ə qədər). Riskin səviyyəsindən asılı olaraq sığorta ödə­niş­lə­ri­nin stavkası müvafiq əmsalların tətbiq edilməsi vasitəsilə (0,2%-dən 1,0%-ə qədər və 1,0%-dən 5,0%-ə qədər) azala və ya yüksələ bilər.
Borclu şəxslərin kreditin ödənilməsi üzrə olan mə­su­liy­yətinin könüllü şəkildə sığorta olunması qaydasına əsa­sən sığorta obyekti kimi borclu şəxsin kredit verən bank qar­şısında olan məsuliyyəti çıxış edir. Sığortanın bu nö­vü­nün əsas şərtləri kreditlərin ödənilməməsi risklərinin sı­ğor­ta olunması şərltərinə oxşardır. Sığorta ödənişlərinin stav­kası sığorta məbləğinin 1,8%-dən 3,5%-ə qədər olan həc­mi üzrə müəyyən olunmuşdur. Riskin səviyyəsindən ası­lı olaraq azaldıcı və yüksəldici əmsallar da tətbiq oluna bi­lər.
Qeyd etmək lazımdır ki, göstərilən sığorta növləri üz­rə müqavilələri imzalayan zaman sığorta orqanları borc­lu olan şəxsin maliyyə vəziyyətini və onun ödəniş qabiliy­yə­ti baxımından olan nüfuzunu nəzərə almalıdır.
Kreditləri borc alan şəxslər kimi kooperativlər çıxış et­dikdə onların istehsal fəaliyyətini, maliyyə vəziy­yət­lə­ri­ni, dövriyyə vəsaitlərinin vəziyyətini, həyata keçirilən ka­pi­tal qoyuluşlarının iqtisadi cəhətdən keyfiyyətli olmasını, is­tehsalat xərclərinin azaldılması üzrə tədbirlərin həyata ke­çirilməsini və eləcə də gəlirin dövriyyəsini və artımını ət­raflı şəkildə tədqiq etmək lazımdır.
Kreditlərin ödənilməsi üzrə borclu olan şəxslərin mə­suliyyətinin sığorta olunması üzrə maliyyə nəticələrini düz­gün şəkildə təyin etmək məqsədi ilə qeyd olunmuş sı­ğor­ta növləri üzrə tarif stavkasının strukturunu nəzərə al­maq lazımdır. Tarif stavkasının 80%-i növbəti illər ərzində ödə­niş üçün nəzərdə tutulan ehtiyat fondunun for­ma­laş­ma­sı­na və sığorta ödənişinin həyata keçirilməsinə, 20%-i isə iş­lərin həyata keçirilməsi üzrə xərclərə və cəlirlərə yö­nəl­dil­mişdir.


XIV FƏSİL. SOSİAL SIĞORTA

14.1. Sosial sığortanın mahiyyəti və prinsipləri

Sosial sığorta – qanunvericilikdə nəzərdə tutulmuş hal­larda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gə­lir­lə­ri­nin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, ha­be­lə itirilməsinin qarşısının alınmasına yönəldilmiş tə­mi­nat formasıdır. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur.
Məcburi dövlət sosial sığortası işəgötürənlər tərə­fin­dən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər ba­rə­sində həyata keçirilir. “Sosial sığorta haqqında” Qa­nun­da nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi döv­lət sosial sığortasına cəlb olunurlar.
Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş ver­mə­si ilə sığorta olunanın sığorta təşkilatından sığorta ödə­ni­şi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşa­ğı­da­kılar daxildir:
-  pensiya yaşına çatmaq;
-  əlil olmaq;
-  ailə başçısını itirmək;
-  əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanun­ve­ri­ciliklə müəyyən olunmuş dövr üçün);
-  hamiləlik və doğum;
-  uşağın anadan olması;
-  uşağa qulluq;
-  ölüm;
-  sanatoriya-kurort müalicəsi zərurəti;
-  işsiz olmaq (qanunvericiliklə müəyyən olunmuş dövr üçün).
Məcburi dövlət sosial sığortası bu maddədə gös­tə­ri­lən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə aparılır.
Sosial sığortanın həyata keçirilməsi müəyyən prin­sip­lərlə həyata keçirilir. Sosial sığortanın prinsipləri aşağı­da­kılardır:
-  sosial sığortanın müntəzəmliyinə dövlət təminatı;
-  sosial sığortanın ümumiliyi;
-  sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi;
-  sosial sığorta subyektlərinin hüquq bərabərliyi;
-  dövlət sosial sığortasının məcburiliyi;
-  məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması.

14.2. Sosial sığorta üzrə ödəmələrin növləri

Sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən və sığorta ödəməsinin təyin edilməsinə əsas olan sənədlər qanunvericiliklə müəyyən edilir. Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödənişləri verilir:
-  Azərbaycan Respublikasının müvafiq qanunve­ri­ci­li­yi ilə müəyyən edilən əmək  pensiyaları;
-  könüllü (əlavə) sosial sığorta əsasında əmək pen­si­ya­larına əlavələr;
-  əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müa­vinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
-  hamiləliyə və doğuma görə müavinət;
-  uşağın anadan olmasına görə birdəfəlik müavinət;
-  qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə ça­ta­na qədər uşağa qulluqla əlaqədar müavinət;
-  dəfn üçün müavinət;
-  sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.
Qeyd etmək lazımdır ki, əmək qabiliyyətinin mü­vəq­qə­ti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma gö­rə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Həm də hər iki halda müa­vi­nə­tin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının ba­za hissəsinin 25 mislindən artıq ola bilməz.
Qanunvericiliyə görə əmək haqqının ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan işəgötürənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna ol­maq­la) hesablanmış məcburi dövlət sosial sığorta haq­qı­nın məb­ləğinin azadolmalar nəzərə alınmadan he­sab­lan­ma­lı olan məcburi dövlət sosial sığorta haqqının məb­lə­ği­nə nis­b­ətində almaq hüququ vardır.
Müvafiq dövlət proqramlarına uyğun olaraq əlillərin, işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlər məcburi dövlət sosial sığorta vəsaiti he­sa­bı­na maliyyələşdirilir.

14.3. Sosial sığortanın iştirakçıları, onların hüquq və vəzifələri

Sosial sığorta ilə əlaqədar Azərbaycan Respub­li­ka­sı­nın qanunvericiliyi “Sosial sığorta haqqında” Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. Sosial sı­ğor­ta­nın iştirakçıları sığortaçı, sığortaedənlər və sığorta olu­nan­lardır.
Sığortaçı – Azərbaycan Respublikasının qanun­ve­ri­ci­liyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sı­ğortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata ke­çi­rən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir.
Sığortaedənlər – Azərbaycan Respublikasında fəaliy­yət göstərən mülkiyyət və təşkilati–hüquqi forma­sın­dan ası­lı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici döv­lətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.
Sığorta olunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir.
Sığorta olunanın sığorta stajı – sığorta olunanın xey­ri­nə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəa­liyyəti dövrlərinin ümumi müddətidir.
“Sosial sığorta haqqında” Qanunla sığortaçının hü­quq­ları müəyyənləşdirilmişdir. Sığortaçının hüquqları aşa­ğıdakılardır:
-  bütün işəgötürənlərdən məcburi dövlət sosial sı­ğor­ta­­sı üzrə işçilərin sığorta edilməsini tələb etmək;
-  sosial sığorta ödəmələrinin həcmi və verilmə əsas­la­rı barədə sığorta edənlərdən arayış almaq;
-  məcburi dövlət sosial sığortası qaydalarına sığorta edənlər tərəfindən əməl edilməsinə nəzarət etmək;
-  könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öh­də­lik­lərin icrasını tələb etmək;
-  qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları hə­yata keçirmək.
Sığortaçının vəzifələri bunlardan ibarətdir:
-  özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən təd­birlər görmək;
-  sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödə­nilməsini təmin etmək;
-  könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öh­də­liklərini vaxtında və tam həcmdə icra etmək;
-  qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri ye­rinə yetirmək.
Azərbaycan Respublikası qanunvericiliyi ilə sığorta­edən­­lərin hüquq və vəzifələri müəyyən­ləş­dirilmişdir. Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər:
-  sosial sığortanın bütün formalarında iştirak etmək;
-  könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək;
-  sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək.
Sığortaedənlərin vəzifələri bunlardır:
-  məcburi dövlət sosial sığortasını həyata keçirən sı­ğor­taçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxs­ləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fi­zi­ki şəxslər istisna olmaqla);
-  müəyyən edilmiş müddət daxilində sosial sığorta haq­qını sığortaçıya ödəmək;
-  sosial sığorta haqlarının uçotunu aparmaq və bu ba­rə­də sığortaçıya hesabat vermək;
-  hesabat dövründə fəaliyyət göstərmədiyi halda sı­ğor­taçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəy­yən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin ol­ma­ması barədə arayış təqdim etmək;
-  qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri ye­rinə yetirmək.
“Sosial sığorta haqqında” Qanunda sığorta olunan­la­rın hüquq və vəzifələri göstərilmişdir. Sığorta olunanların hü­quqları aşağıdakılardır:
-  onları məcburi dövlət sosial sığortası üzrə sığorta et­məyi işəgötürəndən tələb etmək;
-  könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müs­tə­qil seçmək;
-  sosial sığorta ödəmələrinin vaxtında verilməsini tə­ləb etmək;
-  sosial sığorta ödəmələri təyin edilərkən sığor­ta­çı­dan və ya sığortaedəndən özünün sığorta stajı barədə mə­lu­mat almaq.
Sığorta olunanların vəzifələri aşağıdakılardır:
-  məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşki­lat­da uçota durmaq;
-  sosial sığorta haqqını vaxtında ödəmək;
-  sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək.

14.4. Məcburi dövlət sosial sığortası

“Sosial sığorta haqqında” Qanunda məcburi dövlət so­sial sığortasına cəlb olunan şəxslər müəyyən­ləş­di­ril­miş­dir. Həmin şəxslər bunlardır: Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezi­den­tinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxs­lər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azər­bay­can Respublikasının vətəndaşları və vətəndaşlığı olma­yan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödə­nişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olu­nan digər gəlirləri əldə edən əcnəbilər (Neft və qaz kon­trak­tları ilə əlaqədar Sazişlər çərçivəsində fəaliyyət gös­tə­rən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər is­ti­sna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hər­bi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hər­bi xidmət hərbi qulluqçuları istisna olmaqla); proku­ro­r­lar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müs­təntiqləri vergi orqanlarının işçiləri; vəkillər kolle­gi­ya­sının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliy­yə­ti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sı­ğor­tası ilə əhatə olunurlar.
Qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyya­tı­na, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəy­yən edilmiş qaydada uçota alındıqdan, mülkiy­yə­tin­də olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər tor­pağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, tə­sərrüfat subyekti olmayan digər işəgötürənlər isə əmək mü­qaviləsi (kontraktı) bağlandıqdan sonra bir ay müddə­tin­də müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar.
Banklar tərəfindən təsərrüfat subyektlərinə (kom­mer­siya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məş­ğul olan fiziki şəxslər istisna olmaqla) bank hesabları açıl­dıqda həmin subyekt məcburi dövlət sosial sığortası sa­həsində idarəetməni həyata keçirən müvafiq icra ha­ki­miy­yəti orqanı tərəfindən verilən bank və ya digər kredit təş­kilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat təq­dim etməlidir.
Kommersiya hüquqi şəxslərin, xarici kommersiya hü­quqi şəxsin nümayəndəlik və filiallarının, habelə sa­hib­kar­lıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi döv­lət sosial sığortası üzrə sığortaçı təşkilatda uçotu mü­va­fiq icra hakimiyyəti orqanının təqdim etdiyi uçot mə­lu­mat­ları əsasında aparılır.
Məcburi dövlət sosial sığortası üzrə sığorta iş­ti­rak­çı­la­rının uçotu, qaydaları məcburi dövlət sosial sığortası sa­hə­­sində idarəetməni həyata keçirən müvafiq icra ha­ki­miy­yə­ti orqanı tərəfindən müəyyən edilir.
14.5.Məcburi dövlət sosial sığorta haqqı və onun hesablanması qaydası

Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya gö­rə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi döv­lət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gə­li­rə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olu­na­nın) vəsaitləri hesabına ödənilir.
Məcburi dövlət sosial sığorta haqqı:
-  seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hü­qu­qi formasından asılı olmayaraq Azərbaycan Res­pub­li­ka­sının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə baş­qa­sını sosial sığorta edən şəxslər üçün hesablanmış əmə­yin ödənişi fondunun və məcburi dövlət sosial sı­ğor­ta­sına cəlb olunan digər gəlirlərinin 22 faizi miqdarında;
-  mülkiyyətində olan kənd təsərrüfatına yararlı tor­paq­ları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən) əmək qabiliyyətli ailə üzv­ləirinin hər biri üçün (alınan əmlak və torpaq payı he­sa­bına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) tor­paq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olun­muş minimum aylıq əmək haqqının:
-  torpaqların 1-ci keyfiyyət qrupu üzrə - 12 faizi;
-  torpaqların 2-ci keyfiyyət qrupu üzrə - 8 faizi;
-  torpaqların 3-cü keyfiyyət qrupu üzrə - 4 faizi;
-  torpaqların 4-cü keyfiyyət qrupu üzrə - 2 faizi  miq­da­rında;
-  ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, da­yə, şəxsi katibə, sürücü və s.) əməyindən istifadə edən şəxslər üçün hesablanmış əmək haqqının 20 faizi miq­da­rın­da;
-  Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərən­cam­ları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qul­luq­çu­la­rı; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qul­luq­çu­lar və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, pro­ku­ro­run müavinləri və köməkçiləri, prokurorluğun müs­tən­tiq­lə­ri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər üçün – he­sa­b­lanmış əmək haqqının 3 faizi miqdarında;
-  vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün – gəlirlərinin 20 faizi miqdarında;
-  müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qo­no­rar məbləğinin 15 faizi miqdarında;
-  mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna ol­maqla) ödəmə mənbəyindən tutulmaqla – gəlirlərin 25 faizi miqdarında;
-  xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı ödəməyən Azərbaycan Respublikasının vətəndaşları üçün – ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizi.
Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin, digər sa­hələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs­lər isə 20 faizi məbləğinin:
-  Bakı şəhərində – 100 faizi;
-  Sumqayıt və Gəncə şəhərlərində – 90 faizi;
-  respublika tabeli digər şəhərlərdə – 80 faizi;
-  rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəb­ə­lə­r­də – 60 faizi;
-  kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Ailə kəndli təsərrüfatının hər bir üzvü üçün ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.
Hər ay üçün hesablanmış məcburi dövlət sosial sı­ğor­ta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə ey­ni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məb­ləğdə nağd və ya nağdsız hesablaşma qaydasında öd­ə­ni­lir.
Ödəmə mənbəyindən qonorar ödəyən hüquqi və fi­zi­ki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qo­norarın hesablandığı aydan sonrakı ayın 15-dək ödə­ni­lir.
Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məb­ləğ­lə­ri aşağıdakı qaydada alınır:
-        sığortaedən məcburi dövlət sosial sığorta haq­la­rı­nı bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məc­­buri dövlət sosial sığortası sahəsində idarəetməni hə­ya­­ta keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna mü­vafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məc­buri dövlət sosial sığorta haqları üzrə borcların və tət­biq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir;
-        hesablanmış və ya yenidən hesablanmış məcburi döv­lət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edil­miş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə gös­tərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən mü­va­fiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haq­la­­rı üzrə borcların və tətbiq edilmiş maliyyə san­k­si­ya­lar­ı­nın məcburi dövlət sosial sığortası sahəsində idarəetməni hə­yata keçirən müvafiq icra hakimiyyəti orqanının he­sa­bı­na alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir;
-        sığortaedənin cari və digər hesablarında vəsait ol­duq­da, məcburi dövlət sosial sığortası sahəsində ida­rə­et­mə­ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sə­rəncamı bank və ya digər kredit təşkilatı tərəfindən hə­min sərəncamın daxil olduğu gün icra edilir;
-        sığortaedənin valyuta hesabına sərəncam yönəl­dil­diyi halda bank və ya digər kredit təşkilatı həmin gün Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə sığortaedənə məlumat göndərir. Valyuta vəsaiti sığortaedən tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra edilir;
-        sığortaedənin cari, valyuta və digər hesablarında və­sait olmadıqda və ya məcburi dövlət sosial sığorta haq­la­rı üzrə borcların və tətbiq edilmiş maliyyə sank­si­ya­la­rı­nın ödənilməsinə kifayət etmədikdə, məcburi dövlət sosial sı­ğortası sahəsində idarəetməni həyata keçirən müvafiq ic­ra hakimiyyəti orqanının sərəncamı bankda və ya digər kre­dit təşkilatında saxlanılır və sığortaedənin hesablarına və­sait daxil olduqca icra edilir;
-        məcburi dövlət sosial sığorta haqları üzrə borc­la­rın və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın ban­ka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və hə­min borca görə sərəncam bir daha icraya qəbul edilmir, hə­min borclar və maliyyə sanksiyaları sığorta edəndən məh­kəmə qaydasında alınır;
-        məcburi dövlət sosial sığortası sahəsində idarə­et­mə­ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məc­buri dövlət sosial sığorta haqları üzrə borcların və tət­biq edilmiş maliyyə sanksiyalarının alınması haqqında sə­rən­camı bir neçə bank və kredit təşkilatına verildikdə və bu zaman məcburi dövlət sosial sığorta haqları üzrə borc­lar və tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedənin hər hansı cari, valyuta və digər hesabından məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən mü­va­fiq icra hakimiyyəti orqanının hesabına alındıqda, məc­bu­ri dövlət sosial sığortası sahəsində idarəetməni həyata ke­çirən müvafiq icra hakimiyyəti orqanı digər banklara və ya kredit təşkilatlarına həmin borc və maliyyə sank­si­ya­la­rı­nın alınması üçün vermiş olduğu sərəncamların və artıq alınmış vəsaitlərin dərhal geri qaytarılmasını təmin edir;
-        sığortaedən hüquqi şəxs olmadıqda, borc məbləği məh­kəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tu­tu­lur.
Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi döv­lət sosial sığorta haqqı sığortaedənin müraciətinə əsa­sən geri qaytarılır.




14.6. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri

Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haq­qı hesablanmayan aşağıdakı gəlir növləri istisna olun­maq­la əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə he­sab­lanır:
-  iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səy­yar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gün­dəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;
-  qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərc­lə­ri­nin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəq­liy­yat xərcləri) məbləğləri;
-  işçilərin sayının azaldılması, ştatların ixtisar edil­mə­si və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xi­tam verilərkən birdəfəlik ödənilən məbləğlər;
-  əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalı­şan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və iş­çi­lərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çe­şid­lərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fər­di mühafizə vasitələrinin dəyəri;
-  istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tə­ləbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşki­lat­la­rın hesabına ödənilən təqaüd məbləğləri;
-  təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar mü­­­vafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, ha­­belə xarici dövlətlər və digər təşkilatlar tərəfindən gös­tə­rilən birdəfəlik yardımlar;
-  aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;
-  məcburi dövlət sosial sığorta haqları hesabına ve­ri­lən sosial sığorta ödəmələrinin məbləğləri;
-  Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büd­cəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri;
-  sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini dol­dur­maq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sı­ğor­ta ödənişi, həmçinin işəgötürən tərəfindən ödənilən bü­tün növ icbari və könüllü tibbi sığorta haqları, 5 ildən az ol­mayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sı­ğor­tası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığor­taçılarına ödədikləri sığorta haqları, həyatın yığım sı­ğor­tası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 5 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər han­sı məbləğlər;
-  muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gə­lirlər (faiz gəliri, dividend, əmlakın icarəyə veril­mə­sin­dən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün is­tifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hə­diyyə və mirasların məbləği);
-  yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;
-  dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;
-  işəgötürənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;
-  dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya;
-  rotasiya qaydasında xarici ezamiyyətə göndərilən dip­lomatik xidmət əməkdaşlarının və diplomatik xidmət or­qanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxs­lərin xarici ölkədə aldığı əmək haqqı;
-  fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı va­si­tə­silə əlaqələndirilən beynəlxalq, yerli humanitar və on­la­rın təsis etdikləri inkişaf təşkilatlarının (işəgötürənlərin) do­nor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələş­di­ri­lən humanitar proqramlar çərçivəsində ayrılan vəsait he­sa­bına formalaşan əmək haqqı fondu (Azərbaycan Res­pub­likası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nöm­rə­li sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi kö­ç­künlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məş­ğul­luğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası müd­dətində);
-  əmək xəsarəti və ya sağlamlığın başqa cür po­zul­ma­sı nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödə­mələr;
-  ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tə­rəfindən verilən maddi yardımlar;
-  «hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə ve­ri­lən və «Əmək pensiyaları haqqında» Azərbaycan Res­pub­li­kasının Qanunu ilə müəyyən edilən təminat xərcliyinə (pul təminatına) daxil edilməyən ödənişlər;
-  əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əmək­daş­lıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti sub­yektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əmək­haqqı, mükafat və digər maddi təminatlar.
Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edil­məsinin şərtləri və qaydası Azərbaycan Respub­li­ka­sı­nın müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Qanunda nə­zərdə tutulan sosial sığorta ödəmələri sığorta olunanlara bilavasitə sığortaçı tərəfindən verilir.
14.7. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə

Məcburi dövlət sosial sığortası sahəsində idarə­et­mə­ni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövl­ət sosial sığortası sahəsində idarəetməni həyata ke­çi­rən müvafiq icra hakimiyyəti orqanı:
-  məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir;
-  “Sosial sığorta haqqında” Qanunun tətbiqi ilə əla­qə­dar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir;
-  məcburi dövlət sosial sığorta haqqının toplanması qay­dalarını müəyyən edir;
-  qanunvericiliklə müəyyən olunmuş qaydada ka­me­ral və səyyar yoxlamalar aparır;
-  sığortaedənlərin məcburi dövlət sosial sığortası üz­rə hesabatlarını qəbul edir;
-  məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir;
-  məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qal­dı­rıl­ma­dıqda hesablaşma və digər hesabları üzrə köçürmə əmə­liyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır;
-  ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliy­yə­­tinin dayandırılması və əmlakının satılması yolu ilə məc­buri dövlət sosial sığorta haqqı üzrə debitor borc­la­rı­nın ödənilməsi üçün iddia qaldırır;
-  Azərbaycan Respulikasının Əmək Məcəlləsində nə­zər­də tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağ­la­nılmadan işəgötürən tərəfindən hər hansı işin (xidmətin) ye­rinə yetirilməsinə cəlb edilən işçiləri qanunvericiliklə müəy­yən edilmiş qaydada məcburi dövlət sosial sı­ğor­ta­sı­na cəlb edir;
-  Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məş­ğul olur.
Məcburi dövlət sosial sığortasının vəsaitləri vahid fondda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq nor­ma­tiv hüquqi aktlara uyğun olaraq sosial sığorta ödə­mə­lə­ri­nin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir.
Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəl­dil­mə­si­nə yol verilmir.
Məcburi dövlət sosial sığortasının vəsaitləri aşa­ğı­da­kı mənbələr hesabına yaradılır:
-  məcburi və könüllü (əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı;
-  dövlət büdcəsindən ayırmalar;
-  maliyyə sanksiyalarının və cərimələrin tətbiqi nə­ti­cə­sində daxil olan məbləğlər;
-  sanatoriya-kurort yollayışlarının satışından əldə edil­miş vəsaitlər;
-  bank kreditləri;
-  qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər.
Məcburi dövlət sosial sığortası sahəsində ida­rə­et­mə­ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı maliyyə sank­siyalarının tətbiqi nəticəsində əldə edilmiş vəsaitlərin 30 faizini işçilərin maddi həvəsləndirilməsinə və maddi tex­niki bazasının inkişaf etdirilməsinə yönəltmək hü­qu­qu­na malikdir.
Məcburi dövlət sosial sığortası sahəsində idarəet­mə­ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sosial sı­ğorta haqlarının daxil olması və sosial sığorta ödə­mə­lə­ri­nin verilməsi ilə əlaqədar aparılan əməliyyatlara görə bank müəssisələrinə xidmət haqqı ödənilməsi onların arasında bağlanan müqavilə ilə tənzimlənir.
Bütün bank müəssisələri sığortaçı təşkilatların tələbi ilə onların fəaliyyəti üçün zəruri olan məlumatları 10 gün­dən gec olmayaraq təqdim etməyə borcludurlar.

XV FƏSİL. SIĞORTA ŞİRKƏTLƏRİNİN İQTİSADİYYATI VƏ MALİYYƏSİ

15.1. Sığortaçının gəlirlərinin formalaşması mənbələri və strukturu

Sığorta təşkilatı digər sahibkarlıq strukurları kimi öz fəaliyyətindən müəyyən gəlir əldə etməlidir. Sığortaçı tə­rə­findən sığorta və qanunvericilklə qadağan edilməmiş di­gər fəaliyyətlərin həyata keçirilməsi nəticəsində əldə etd­i­yi vəsait üzrə toplanmış məbləğ sığortaçının gəliri adlanır. Sığorta şirkətlərinin maliyyə resurslarının yara­dıl­ma me­xa­nizmi onların gəlirinin tərkibi və strukturu, müəs­si­sələrin hər birinin sahə xüsusiyyəti və onların bazarda olan mövqeyi ilə bağlıdır.
Müasir təcrübədə sığortaçıların gəlirinə aşağıdakıları aid edirlər:
1. Sığorta mədaxili.
2. Sığorta fəaliyyətindən əldə olunan digər gəlirlər.
3. Digər fəaliyyətlərdən əldə olunan gəlirlər.
Sığorta mədaxili aşağıdakılardan təşkil olunmuşdur:
1. Sığorta müqaviləsinə əsasən sığorta haqları üzrə g­ə­­lir, sığorta ödənişlərini, sığorta ehtiyatına daxil edilən he­­sab­laşmaları və təqdim edilən müqavilə üzrə sığorta haq­­larını nəzərə almaqla təkrarsığorta.
2. Sığorta ehtiyatlarının qaytarılma məbləği.
3. Komissiyon mükafatlar və tantyemalar.
4. Təkrarsığortaçılar tərəfindən sığorta ödənişləri üzrə payların ödənilməsi.
5. İTS üzrə işlərin həyata keçirilməsinə yönəldilən vəsaitlərin qənaəti.
Sığorta fəaliyyətindən əldə olunan digər gəlirlərə aşağıdakılar daxildir:
1. Sığorta ehtiyatları və digər vəsaitlərin yerləş­di­ril­mə­sindən ədə olunan gəlirlər.
2. Depo mükafatlarına hesablanan faizlərin məbləği;
3. Reqressin məbləği.
4. Sair gəlirlər.
Digər fəaliyyətlərdən əldə olunan sair gəlirlərə aşağı­da­kılar daxildir:
1. Əsas fondlar və digər aktivlərin realizəsindən əldə olu­nan gəlir.
2. İcarə haqqı.
3. Debitor borclar üzrə məbləğ.
4. Hesabdan silinən kreditor borclar.
5. Qanunvericilik ilə qadağan olunmamış fəaliy­yət­dən əldə olunan digər gəlirlər.
Rəsmi təsnifatın əsasında sığortaçının gəlirlərinin qrup­laşmasının müxtəlif variantlarını təklif etmək müm­kün­dür. Gəlirlərin mənbəyindən asılı olaraq, sığorta təş­ki­lat­larının gəlirlərini şərti olaraq 3 qrupa bölürlər:
1.   Sığorta əməliyyatlarından əldə olunan gəlirlər.
2.   İnvestisiya fəaliyyətindən alınan gəlirlər.
3.   Sığorta əməliyyatları ilə əlaqədar olmayan fəaliy­yət növlərindən əldə olunan gəlirlər.




15.2. Sığorta əməliyyatlarından əldə olunan gəlirlər

Sığorta əməliyyatlarından əldə olunan gəlirlər sığor­ta­çının gəlir bazasını və eləcə də sığorta büdcəsinin təş­ki­li­nin əsas şərtlərini tamamlayan mühüm mənbələrdən bi­ri­dir. Bu gəlirlərin mərkəzi elementlərindən biri də sığorta etdirən şəxslərin sığorta haqları və ya birbaşa sığorta mü­qa­viləsi üzrə olan sığorta mükafatlarıdır. Sığorta kom­pa­ni­ya­sına daxil olan ödənişlərin həcmi, sığorta çantasının tər­kib və strukturu, qiymət (tarif) siyasəti, marketinq stra­te­gi­yası və digər amillərdən asılıdır. Bu amillərin fəa­liy­yə­ti bir – biri ilə qarşılıqlı şəkildə bağlıdır. Məsələn, işlənib ha­zırlanmış marketinq strategiyasının həyata keçirilməsi mü­vafiq tarif siyasətinin tətbiqi olmadan mümkün de­yil­dir. Uğurlu şəkildə həyata keçirilən marketinq siyasəti isə sı­ğorta çantasının balanslaşdırılmasını təmin edir.
Lakin sığortaçı tərəfindən sığorta mükafatlarının top­lan­ması obyektiv amillər ilə müəyyən olunur; bunlara ba­zar şəraiti, inflyasiyanın sürəti, qanunvericilik və normativ ba­za, vergi qoyuluşu sistemi, sığorta bazarının in­hi­sar­lan­ma səviyyəsi, ssuda faizlərinin dinamikası, dövlətin sosial mü­dafiəsinin inkişaf səviyyəsi və s. aid etmək olar.
Bu amillərin təsiri sığorta kompaniyasına daxil olan sı­ğorta tədiyyələrinin axınını artırır və yaxud da azaldır.
Sığorta təşkilatı ümumi riskin müəyyən payını qəbul və sığorta mükafatının adekvat hissəsini əldə edərək ye­ni­dən sığorta mexanizmi vasitəsilə sığorta əməliyyatlarına cəlb olunması onu sığorta fəaliyyətindən alınan gəlirin mən­bəyi olan yenidən sığorta mükafatlarını artırmağa im­kan verir. Regionda yenidən sığortanın inkişaf etməsi sə­viy­yəsindən asılı olaraq yenidən sığorta etdirən şəxs kimi iştirak edən sığorta kompaniyası sığorta hadisəsinin baş ver­məsi zamanı yenidən sığortaya təqdim olunan risklər üz­rə dəyən zərərlərin payı üzrə ödənişi də əldə edərək, öz gə­lirlər bazasını genişləndirmiş olur.
Sığorta müdafiəsinin təqdim olunması ilə yanaşı sı­ğor­ta təşkilatı vasitəçi funksiyasını yerinə yetirir. Mə­sə­lən, riskin yenidən sığortaya təqdim olunması sxemində ilkin sığortaçı yenidən sığortaçıya real riski təklif etdiyinə görə ko­missiyon mükafatını alır. Sığorta təşkilatı hər hansı bir ris­ki digər sığorta təşkilatına təqdim etdikdə komissiyon və broker mükafatını əldə edir. Proporsional təkrarsığorta mü­qaviləsində adətən tantyemin yenidən sığorta etdirən şəx­sə yəni sedentə təqdim edilməsi nəzərdə tutulur. Bu il­kin sığortaçının yenidən sığortaçının gəlirində iştirak et­mə­yinin bir formasıdır. Belə gəlirin əldə edilməsi üsuluna görə onu və broker mükafatı qrupuna aid edirlər.

15.3. Sığortaçının investisiya fəaliyyətindən alınan gəlirlər

 “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Res­pub­li­ka­sı Qanununda sığorta şirkətlərinin hansı fəaliyyət növ­lə­ri iə hansı səviyyədə məşğul ola bilmələri müəyyən edil­miş­dir. Bu baxımdan sığorta şirkətlərinin investisiya fəa­liy­yəti ilə məşğul ola bilmələri üçün bir sıra qa­nu­na­uy­ğun­luq mövcuddur.
İlk növbədə qeyd etmək lazımdır ki, sığorta şirkət­lə­ri­nin investisiya fəaliyyəti birbaşa sığorta ilə əlaqədar deyil. O, sığorta etdirən şəxslərin sığorta haqlarının kapital qo­yuluşu mənbəyi kimi isifadə olunmasına əsaslanır. Müəyyən müddət ərzində sığortaçının sərəncamında olan sı­ğorta mükafatları müəyyən olunmuş qaydalar üzrə in­vest­ləşir və sığorta təşkilatına investisiya gəlirini gətirir. İn­vestisiya imkanı nöqteyi – nəzərindən həyatın uzun­müd­dət­li sığortası üzrə ehtiyatlar daha münasib olurlar, çünki bu ehtiyatlar uzun müddət ərzində sığortaçının sərən­ca­mın­da olurlar. İnvestisiyalardan əldə edilən gəlir bank əma­nətləri üzrə faizlərdən, səhmlər üzrə dividentlərdən, qiy­mətli kağızlar üzrə gəlirlərdən və daşınmaz əml­a­k­lar­dan təşkil olunur. İnvestisiya gəliri sığorta şirkətləri üçün əsas gəlir mənbəyidir. Sığortaçı bu mənbəyə əsasən öz müş­tərilərinə əlavə xidmət təklif edir. Fond bazarının in­ki­şaf etdiyi ölkələrdə sığortanın bəzi növləri üzrə olan in­ves­ti­siya gəliri sığorta əməliyyatları üzrə mənfi nəticələri örtmə­yə şərait yaradır.

15.4. Sığorta əməliyyatları ilə əlaqədar olmayan fəaliyyət növlərindən əldə olunan gəlirlər

Sığorta əməliyyatlarının həyata keçirilməsi və inves­ti­siya fəaliyyətindən əldə olunan gəlirlərdən başqa sı­ğor­ta­çı digər gəlirləri də əldə edə bilər. Bunlara aiddir:
1. Depo mükafatlarına hesablanan faizlərin məbləği.
2. Reqress qaydasına uyğun olaraq əldə edilən məb­ləğ­lər.
3. Əsas fondlar, maddi qiymətlilər və digər aktivlərin realizəsindən əldə olunan gəlir.
4. İcarədən əldə olunan gəlir.
5. Sığorta ehtiyatlarının qaytarılma məbləği.
6. Konsaltinq, tədris və s. işlər.
Təkrarsığorta müqaviləsinin imzalanması zamanı təkrarsığorta etdirənin (sedentin) qismən və ya tam həcm­də təkrarsığorta mükafatını depozitə qoyması üzrə şərtlər nə­zərdən keçirilir. Müqavilənin müddətinin sona çatması və sığorta hadisəsinin baş verməməsi zamanı mükafat de­po­ya əlavə edilən faizlər ilə birlikdə təkrarsığortaçıya təq­dim olunur. Belə zəmanətlərin təqdim olunması mükafatın maliyyə ehtiyatı kimi istifadə olunmasını təmin edir.
Sığorta təşkilatı mülki qanunvericilik çərçivəsində müş­tərinin marağını ifadə etmək və eləcə də sığorta ha­di­sə­sində günahı olan şəxsə qarşı reqress şikayətini etmək hü­ququna malikdir. Məbləğlərin reqress qaydasına uyğun ola­raq daxil edilməsi sığortaçı tərəfindən öhdəliklərin ye­ri­nə yetirilməsindən sonra həyata keçirilir. Bununla əla­qə­dar olaraq sığorta kompaniyasının sığorta ödənişlərinin həyata keçirilməsi üzrə xərcləri kompensasiya olunur.
Sığorta tikinti – təsərrüfat obyekti kimi təsərrüfat fəa­liyyətində istifadə edilməyən əsas fondları realizə et­mək hüququna malikdir. Bu zaman gəlir realizədən alınan mədaxil ilə xərclərin məbləği üzrə artırılmış əsas fondların balans (qalıq) məbləği arasında mövcud olan fərq kimi he­sab­lanır. Sığorta kompaniyasına məxsus olan əmlak ica­rə­yə verilə bilər. Məsələn, əmlak obyektləri, əsas fondlar bə­zi hallarda icarə obyekti kimi istifadə edilir və icarə haq­qı gəlir mənbəyinə çevrilir.
Sığorta təşkilatlarında sığorta ehtiyatlarının qay­ta­rıl­ma­sı xüsusi hesablaşmalar vasitəsilə həyata keçirilir. Bu sı­ğorta ehtiyatlarının azaldılma məbləğidir.
Sığorta təşkilatlarının gəlir mənbələrindən biri də kon­saltinq işlərin görülməsi və tədrisidir. İxtisaslanmış he­yə­ti olan sığorta təşkilatı risk menecment və proqram məh­sullarının tərtib olunması üzrə xidmətləri təqdim edir və mütəxəssislərin təhsil almasını həyata keçirir. Bu gə­lir­lər sığorta müdafiəsinin təqdim olunması ilə əlaqədar ol­ma­salar da, sığorta fəaliyyətinə bilavasitə təsir göstərirlər.

15.5. Sığortaçının xərclərinin müxtəlif əlamətlər üzrə təsnifatı

Sığortaçı öz fəaliyətində müəyyən xərcləri həyata ke­çirir, yəni sığorta müdafiəsinin təmin olunması müəy­yən itkilər ilə müşayiət olunur. Nizamnamə fəaliyyətinin hə­yata keçirilməsinə yönəldilən və mühasibat hesabatında öz əksini tapan xərclər sığorta kompaniyasının xərcləri ad­la­nırlar. Onları müxtəlif əlamətlər üzrə təsnifləşdirirlər:
1. Həyata keçirmə müddəti üzrə (maliyyələşdirmənin ardıcıllığı).
2. Əsas fəaliyyətə olan münasibət üzrə (sığorta əmə­liy­yatlarının əlaqəli olması).
3. Məqsədli təyinat üzrə (əməliyyatların məzmunu).
Həyata keçirilmə müddətinə görə sığorta kompa­ni­ya­larının xərcləri sığortanın ilkin qeydiyyatı üzrə xərclərə, mü­qavilənin həyata keçirilməsi üzrə xərclərə, sığorta ha­di­sə­sinin baş verməsi zamanı sığortaçının xərclərinə, sığorta fəa­liyyəti ilə sıx şəkildə əlaqədar olmayan xərclərə və elə­cə də cari xərclərə bölünürlər.
Müqavilənin imzalanması, yəni sığorta məhsulunun sa­tılma müddətinə qədər sığorta təşkilatı reklam, bazarda əm­təənin dövriyyəsi, müqavilələrin hazırlanması (şərtlərin iş­lənib hazırlanması, tariflərin hesablanması, blankların bu­raxılması), risklərin qiymətləndirilməsinə görə eks­pert­lə­rə pul vəsaitinin ödənilməsi, məsləhət işlərinin müəy­yən­ləşdirilməsi və s. üzrə olan xərcləri ödəməlidir.
Müqavilənin imzalanması (anderraytinq), onun hə­ya­ta keçirilməsi və yerinə yetirilməsi daha mühüm xərclərlə müşayiət olunur. Bura sığorta təşkilatının müqaviləni (sazişi) imzalamasından sonra öz işçilərinin əmək haqqı, sığorta mükafatlarının yığılması, sığorta etdirən şəxslərə- şirkətin müştərilərinə xidmətin təqdim olunması üzrə ödə­niş­lərin həyata keçirilməsi daxil olur. Bu qrupa həm­çinin agent­lərə komissiyon mükafatlarının ödənilməsi, mü­qa­vi­ləni tərtib edən əməkdaşlara əmək haqqının ödənilməsi və elə­cə də müqavilənin həyata keçirilməsi (məsələn, agent­lə­rin nəqliyyat xərcləri) üzrə xərclər də daxildir.
Sığorta müqaviləsinin icra olunması əsası sığorta tə­mi­natının və ya zərərin maliyyələşdirilməsi ilə bağlıdır. Bu qrupa zərərin tənzimlənməsi üzrə xərclər (xilasetmə xid­­mətinin və ekspertlərin xidmətinin ödənilməsi) da­xil­dir.
Əsas fəaliyyət üzrə xərclər iki böyük qrupa bolu­nür­lər: sığorta əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar olan xərclər və sığorta fəaliyyəti ilə bilavasitə bağlı ol­ma­yan xərclər. Birinci qrup xərclər sığorta müdafiəsi ilə əla­qə­dardır. Sığortaçının sığorta hadisəsi üzrə ödənişi ən iri mad­dələrdən biridir. Əhəmiyyətinə görə iri olan digər mad­də sığorta ehtiyatlarının yaradılması ilə bağlı olan mad­­dədir. Bu vəsaitlər gələcəkdə sığorta müqaviləsi üzrə öh­dəliklərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. Yu­xarıda sadalanan ehtiyatlar ilə yanaşı, sığorta təşkilatı həm­çinin qarşısıalınma tədbirlərin maliyyələşdirilməsi üçün ehtiyatlar da yaradır. Təkrarsığorta üzrə əməliy­yat­la­­rın həyata keçirilməsi zamanı sığortaçı müəyyən xərc­lə­rə məruz qalır: Bununla təkrarsığortaya təqdim olunmuş risklər üzrə sığorta haqlarının bir hesabdan digərinə köçürülməsi, təkrarsığortaya qəbul edilmiş risklər üzrə zə­rər paylarının ödənilməsi, komissiyon mükafatı və tantyemin ödənilməsi və s. aid etmək olar.
Sığorta təşkilatlarının sahə xüsusiyyətinə əsaslanmış investisiya fəaliyyəti əsas fəaliyyətə bilavasitə təsir gös­tər­mə­yən müəyyən xərclər ilə müşayiət olunur. Sığorta təş­ki­la­tının əsas gəlir mənbəyi olan investisiya fəaliyyəti ilk növ­bədə investisiyaların realizəsi ilə əlaqədar olan müəy­yən xərcləri və eləcə də dövlətin qiymətli kağızlarının alış və nominal məbləği arasında mövcud olan fərqlərin he­sab­dan silinməsini nəzərdə tutur. Sığorta biznesinin həyata keçirilməsi müvafiq inzibati xərclər ilə müşayiət olunur.
Sığortaçıda onlar işin həyata keçirilməsi üzrə xərclər kimi ifadə edilirlər. Sığorta təşkilatının xərclərinin ümumi həcmində xüsusi çəki etibarı ilə xərclərin bu qrupu ən aparıcı yerlərdən birini tutur. İşin həyata keçirilməsi üzrə xərclərin tərkibinə hər hansı bir sığortaçıda mövcud olan xərclər və eləcə də sığorta fəaliyyətinin xüsusiyyətini əks et­dirən xərclər daxildir. İşlərin həyata keçirilməsi üzrə xərc­­lər sığorta əməliyyatlarının həyata keçirilməsi üçün zə­­ruri şərtlərdən biridir: brokerlərə komissiyon mü­ka­fat­la­rı­nın ödənilməsi, ekspert syurveyerlərin, tibbi müəs­si­sə­lə­rin xidmətlərinin ödənilməsi, statistik məlumatların təq­dim olunması üzrə xidmətlərin ödənilməsi və s.
Sığorta fəaliyyətinə bilavasitə təsir göstərən və sığ­o­r­ta xidmətlərinin maya dəyərinə daxil olan işlərin hə­ya­ta ke­çirilməsi üzrə xərclərə məhsulun maya dəyərinə da­xil olan məhsulların istehsalı və realizəsi üzrə xərclərin tər­ki­bi kimi baxılmalıdır.
Sığorta müqaviləsinin hazırlanması və imzalanması üzrə xərclərə yeni şərtlərin işlənib hazırlanması üzrə xərc­lər və komissiyon xərcləri, eləcə də risklərin qiy­mət­lən­di­ril­məsi üzrə xidmətlərin ödənilməsi ilə əlaqədar olan xərc­lər daxil olunur. Müqavilənin icra olunması ehtiyatların ya­radılması təkrarsığorta və investisiya xərcləri də daxil ol­maqla, sığorta hadisəsi üzrə ödənişlərin həyata ke­çi­ril­mə­sini təmin edir. Dolayı xərclərə isə müqavilənin idarə olun­ması üzrə inzibati xərcləri, eləcə də icarə haqqını və digər xərcləri aid etmək olar.
Sığortaçının xərcləri tam şəkildə sığorta xidmətinin maya dəyərini təşkil edir. Sığorta əməliyyatları üzrə ma­liy­yə nəticələrinin müəyyən olunması və vergi qo­yu­lu­şu bazalarının aşkar edilməsi zamanı maya dəyərinin həc­mi xüsusi əhəmiyyət kəsb edir. Sığorta xidmətinin maya də­yəri anlayışını müxtəlif müqavilələr üzrə nəzərdən ke­çir­mək mümkündür.
Sığortanın bu və ya digər növü üzrə qiymətin (ta­ri­fin) formalaşması zamanı maya dəyərinin hesabat və ya plan­laşdırılmış həcminin əsası qoyulur. Tarifin kal­kul­ya­siyası zamanı cari zərərlərin və gələcək xərclərin ödə­nilməsi (sığorta təminatının ödənilməsi və ehtiyatların yara­dıl­ma­sı), qarşısıalınma tədbirlərin maliyyələşdirməsi, ehti­yat­la­rı­nın formalaşdırılması və eləcə də müəssisənin fəaliy­yə­ti­nin maliyyələşdirilməsi nəzərdən keçirilir. Sadalanan bü­tün maddələr sığorta tarifi üzrə strukturun müvafiq ele­ment­ləri ilə ifadə olunmalıdır. Lakin, sığorta fəaliyyətinin xü­susiyyəti ilk növbədə hesabların nisbiliyi, onların əv­vəl­cə­dən müəyyənləşdirilməsini tələb edir. Məhz buna görə də maya dəyərinin proqnoz üzrə həcmi sığorta xidmətinin fak­tiki maya dəyərindən fərqlənir. Faktiki maya dəyəri sı­ğor­tanın konkret növü üzrə olan müqavilənin nə­ti­cə­lər­in­dən, sığorta məbləğinin faktiki zərərlilik səviyyəsindən, şirkətin təsərrüfat fəaliyyətinin nəticələrindən, vəsaitlərin inzibati – təsərrüfat məqsədlərinə olan qənaətindən birbaşa asılıdır. Qanuna əsasən sığortaçı tərəfindən təqdim olunan sı­ğorta xidmətlərinin maya dəyərinə və digər xərclərə aşa­ğı­dakıları aid etmək olar:
1.   Qarşısıalınma tədbirləri ehtiyatına məbləğin köçü­rülməsi.
2.   Təkrarsığortaya qəbul olunmuş müqavilə üzrə sı­ğorta ödənişləri paylarının ödənilməsi.
3.   Təkrarsığorta müqaviləsi üzrə ödənilən ko­mis­siyon mükafatları və tantyemlər.
4.   Maliyyə Nazirliyinin təsdiq etdiyi normalara əsa­sən işlərin həyata keçirilməsi üzrə sərf olunan xərclər.
5.   Agentlərə komissiyon mükafatlarının təqdim olun­­­ması, nəqliyyat xərclərinin ödənilməsi.
6.   Məsləhət və məlumat xidmətləri, auditor nəticələri üz­rə ödənişlər də daxil olmaqla xidmətlərin ödənilməsi.
7.   Reklam, kadrların hazırlanması və ixtisas artır­ma­sı üzrə xərclər.
8.   Blankların hazırlanmasına sərf olunan xərclər.
9.   İllik balans və mənfəət və zərərlər hesabatının nəşr edilmsinə sərf olunan xərclər.
10.   Əsas fondların icarəsinə sərf olunan xərclər.
11.Sığorta fəaliyyəti ilə əlaqədar olan digər xərclər.

15.6. Sığorta şirkətlərinin ödədiyi vergilərin təsnifləşdirilməsi

Vergilər sığorta təşkilatları tərəfindən də ödənilir. Onları aşağıdakı əsas qruplara ayırırlar;
-       gəlirdən ödənilən vergilər; mənfəətə tətbiq olunan vergi, divident üzrə ödənilən vergi, iştirak payından digər müəssisə və təşkilatların fəaliyyətinə cəlb olunan vergi;
-       sığorta xidmətlərinin təqdim olunmasından əldə olu­nan gəlirlərdən vergi; avtomobil yollarından istiadə edən­­lər üçün vergi, yaşayış fondu və sosial-mədəni sahə ob­yektlərinin saxlanması üçün vergi;
-       əmlakdan alınan vergi; sığorta təşkilatlarının əm­la­kına tətbiq olunan vergi, bura həmçinin nəqliyyat va­si­tə­lə­rinin sahiblərindən alınan vergini də əlavə etmək olar. Bu zaman vergi qoyuluşunun obyekti kimi nəqliyyat va­sitələrinin mühərrikinin qüvvəsi çıxış edir. Nəqliyyat va­si­tə­ləri üzrə verginin obyekti kimi əldə edilən əmlakın – nəliyyat vasitəsinin məbləği çıxış edir;
-       təbii ehtiyatlar üzrə ödənişlər; torpaq vergisi və tor­pağa görə ödənilən icarə haqqı;
-       əmək həqqı üzrə gəlir vergisi; dövlətin sosial fon­du­na pul vəsaitinin köçürülməsi, ərazilərin abad­laş­dı­rıl­ma­sı və digər məqsədlərin həyata keçirilməsi üzrə ödəmələr;
-       reklam üzrə vergi;
-       qiymətli kağızlar üzrə maliyyə əməliyyatlarının müəy­yən növünə yönəldilmiş vergi;
-       qeyri – sığorta xidmətlərinin göstərilməsindən alı­nan məbləğ və əmlakın realizəsinə tətbiq olunan vergi; əla­və dəyər vergisi;
-       şikayət ərizələrinin və əmlak xüsusiyyətli müqa­vi­lə­lərin dəyər vergisi; dövlət rüsumu.
Yuxarıda sadaladığımız vergilər həm yerli, həm də mər­kəzi dövlət büdcəsinə köçürülən vergilərdir.
Sığorta təşkilatları vergi qanunvericiliyinə riayət olun­­masına görə məsuliyyət daşıyırlar. Bu qanun­ve­ri­ci­lik­də hesablamaların düzgün olması və eləcə də ödənişlərin tam və müəyyən olunmuş vaxt ərzində həyata keçirilməsi ifadə olunmuşdur.
Gəlir vergisinin ödənilməsi üçün nəzərdə tutulan ver­gi qoyuluşu üzrə bazanın hesablanma qaydaları aşağıda sxe­matik təsvir olunmuşdur.

15.7. Sığortaçının mənfəətinin vergiyə cəlb edilməsi

Vergi qoyuluşu bazası fəaliyyət göstərən qa­nun­ver­i­ci­liyə əsasən təqdim olunan güzəştlərin məbləği qədər azalır. Sığortaçılara təqdim olunan gəlir vergisinin əsas gü­zəştlərinə vergi qoyuluşu bazasının və gəlir vergisi stav­ka­sının azaldılmasını aid etmək olar. Bundan əlavə vergi qo­yuluşu bazasından kapital qoyuluşlarının ma­liy­yə­ləş­di­ril­məsinə istiqamətlənən və bank kreditlərinin öd­ə­nil­mə­si­nə şərait yaradan mənbələr sığortaçılar tərəfindən onların ba­lansında olan səhiyyə müəssisələrinin, təhsil müəs­si­sə­lə­rinin, mədəniyyət və idman mərkəzlərinin, uşaq bağ­ça­la­rı­nın, uşaqların istirahət düşərgələrinin, qocalar və əlillər evi­nin, yaşayış fondunun maliyyələşdirilməsinə sərf olu­nan xərclər, vergi qoyuluşunun tətbiq olunduğu gəlirin nor­mativ həddi ölçüsündə olan maliyyə vəsaitinin xey­riy­yə­çilik məqsədlərinə istifadə olunması üzrə sığorta haqları sığortaçılar tərəfindən həyatın müəyyən çərçivəyə uyğun olaraq sığorta edilməsi üzrə ehtiyatların tamamlanmasına yönəldilən məbləğləri də çıxmaq olar.
Mənfəət vergisi üzrə məbləğ sığortaçılar tərəfindən mühasibat uçotu və hesabat məlumatlarına əsaən təyin edilir. Rüb ərzində sığortaçılar vergi qoyuluşu dövrü və müəy­yən olunmuş stavka üzrə əldə olunan mənfəətin məb­ləğinə əsasən verginin avans üzrə haqqını müəyyən edir­lər. Avans haqqının ödənilməsi hər ayın 15-dən gec ol­mayaraq bərabər paylar üzrə verginin rüblük məbləğinin ölçüsünə uyğun olaraq həyata keçirilir.
Birinci rüb, yarım ay, doqquz ay və bir ilin başa çat­ma­sı zamanı sığortaçılar gəlir vergisi üzrə məbləği ver­gi stav­kası, eləcə də əvvəllər hesablanmış ödənişləri də nə­zə­rə almaqla faktiki şəkildə əldə olunmuş gəlirə (mənfəətə) əsa­sən hesablayırlar. Faktiki gəlir üzrə hesablanan ver­gi­nin məbləği sığortaçı tərəfindən rüblük hesablaşma üzrə büd­cənin gəlirinə rüblük mühasibat hesablaşmalarına təq­d­im olunması üçün müəyyən olunmuş 5 gün müddəti ər­zin­də köçürülür. İllik hesablaşmalar üzrə isə verginin məb­ləği mühasibat hesabatı və balansın il ərzində təqdim olunması üçün müəyyən olunmuş 10 gün müddəti ərzində daxil edilir.
Faktiki vergi və avans ödənişlərinin müqayisə olun­ma­sı zamanı aşkar edilən verginin məbləği növbəti ödə­niş­lər üzrə hesablanılır və ya tədiyyəçiyə onun yazılı əri­zə­sinə əsasən qaytarılır.
Mənfəət vergisindən başqa sığortaçılar dividend, səhm­lər üzrə əldə edilən faiz, istiqraz və digər qiymətli ka­ğız­lar və eləcə də sığorta təşkilatları və müəssisələrin iş­ti­rak­çı payı üzrə gəlirdən vergi ödəyirlər.
Yuxarıda sadalanan gəlirlər üzrə vergi bu gəlirlərin dərəcəsinə əsasən ödənilir. Məhz buna görə də gəlir ver­gi­si­nin hesablanması zamanı yuxarıda qeyd olunan gəlirlər iki­qat vergi qoyuluşunun qarşısının alınması məqsədilə vergi qoyuluşu bazasından istisna edilməlidir.
Qiymətli kağızlar üzrə müqavilənin həyata ke­çi­ril­mə­si zamanı sığortaçılar qiymətli kağızlar vasitəsilə ic­ra olu­nan əməliyyatlara görə vergi ödəyirlər. Sığortaçı qiy­mətli kağızların emitenti kimi çıxış etdikdə bu sı­ğor­ta­çı­dan vergi alınır. Vergi qoyuluşu obyekti isə qiy­mətl­i ka­ğız­ların nominal dəyəridir.
Qiymətli kağızların ilkin emissiyasını həyata keçirən səhm­dar cəmiyyətlərin buraxdığı qiymətli kağızların no­mi­nal məbləğinə vergi tətbiq olunmur.
Qiymətli kağızlar üzrə həyata keçirilən əməliyyatlara tətbiq olunan vergi nominal məbləğin normativ ölçüsünə uyğun olaraq alınır. Xarici valyuta üzrə qiymətli kağızlarla əlaqədar olan əməliyyatlara tətbiq olunan vergi Mərkəzi Bank tərəfindən təyin olunmuş məzənnə və qeydiyyat ta­ri­xi­nə əsasən fəaliyyət göstərən emissiya üzrə hesablanır. Ver­ginin məbləği emissiyanı qeydiyyata təqdim edən tə­diy­yəçi tərəfindən ödənilir və büdcəyə köçürülür. Qiy­mət­li kağızlar ilə əlaqədar olan gəlirlərdən ödənilən vergiləri, yə­ni divident, faiz və qiymətli kağızlar üzrə həyata ke­çi­ri­lən əməliyyatlardan əldə olunan vergini xüsusilə qeyd et­mək lazımdır.
Deməli, sığorta təşkilatları öz xidmətlərini əsas fəa­liy­yət sahəsində realizə edirlər. Eyni zamanda sığorta təş­ki­latlarının fəaliyyət göstərən qanunvericilik üzrə qadağan olunmayan digər təsərrüfat əməliyyatlarına əlavə dəyər vergisi də tətbiq oluna bilər.
Sığorta təşkilatlarının əmlakına tətbiq edilən verginin müəy­yən olunması zamanı vergi qoyuluşu obyekti kimi əsas vəsaitlər, qeyri-maddi aktivlər və vergini ödəyən şəx­sin balansında yerləşdirilmiş ehtiyat və itkilər çıxış edirlər.
Verginin hesablanması vergi qoyuluşunun müvafiq döv­rü üzrə təyin edilən əmlakın orta illik dəyərinə və qa­nun­vericilik tərəfindən cari təqvim ili üzrə müəyyən olun­muş vergi stavkasına əsasən həyata keçirilir. Əmlak üzrə ver­gi dərəcəsinin ölçüsü Vergi Məcəlləsində nəzərdə tu­tu­lan normativlə hesablanır. Verginin məbləği təqdim olu­nan güzəştlərə əsasən vergidən azad olunmuş əmlakın də­yə­rini nəzərə almaqla, ilin yekunu üzrə hər il sığortaçı tə­rə­findən hesablanılır.
MDB məkanında sığorta təşkilatları tərəfindən yol fond­larına ödənilən vergilərə, avtomobil yollarından isti­fa­də edənlər üçün nəzərdə tutulan vergi, nəqliyyat va­si­tə­lə­ri­nin sahiblərindən alınan vergi və nəqliyyat vasitələrinin əl­də edilməsi üzrə vergi daxil edilir. Avtomobil yol­la­rın­dan istifadə edən şəxslərə vergi qoyuluşu obyekti kimi sığorta təşkilatlarının sığorta xidmətlərinin realizəsindən əl­də etdiyi gəlirin məbləği çıxış edir. Sığortaçının gəliri sı­ğor­ta ödənişlərini, sığorta ehtiyatlarına əlavə edilən kö­çür­mə­ləri və müqavilə üzrə sığorta haqlarını nəzərə almaqla sı­ğorta müqaviləsi üzrə əldə olunan sığorta haqlarının da­xil olması hesabına formalaşır. Vergi Məcəllənin müvafiq stav­kası üzrə ödənilir. 
Nəqliyyat vasitələri sahiblərindən alınan vergini av­to­mobil, motosikl, avtobus və digər maşınlara malik olan sığorta təşkilatları ödəyirlər. Vergi nəqliyyat maşınlarının ni­şanları və eləcə də mühərrikin güc vahidinin hər biri üçün olan illik verginin ölçüsünü nəzərə almaqla, qa­nun­ve­ricilik tərəfindən təyin olunmuş müddət və stavka üzrə ödənilir.
Alqı – satqı, dəyişmə, lizinq və ya nizamnamə fon­du­na ödənilən sığorta haqları vasitəsilə avtonəqliyyat va­si­tə­lərini əldə edən sığortaçılar avtonəqliyyat vasitə­lə­ri­nin əl­də olunmasına görə vergi ödəyən tədiyyəçilərə çevri­lir­lər. Vergi qoyuluşu obyekti kimi avtomobilin ƏDV-siz və ak­sizsiz satış qiyməti çıxış edir. Nəqliyyatın əldə olunması üz­rə vergi aşağıdakı stavkalar üzrə ödənilir: yük av­to­mo­bil­ləri, yüngül furqonlar, avtobuslar, xüsusi və yüngül av­to­mobillər, qoşulan arabalar (qoşqular).
Sənəddə avtomobilin aksiz məbləği, əlavə dəyər ver­gi­si də nəzərə alınmaqla satış qiyməti qeyd olunduqda sa­tış qiymətinin bu vergiləri çıxmaq şərtilə avtomobil üçün vergi qoyuluşu bazası təmin edilir.
Vergi nəqliyyat vasitələrinin əldə olunmasından 5 gün sonra qeydiyyat və ya yenidən qeydiyyat prosesindən ke­çən zaman ödənilir. Avtonəqliyyat vəsaitlərinin qəbulu və ötürülməsi əsasında hesaba daxil edilmə günü nəqliyyat va­sitəsinin alınma günü hesab edilir.
Avtonəqliyyat vasitələrinin qeydiyyata alınması tə­diy­­yəçinin yerləşdiyi ərazinin dəyişməsi, nəqliyyat va­si­tə­lə­rinin ötürülməsi, özəlləşdirilməsi və tədiyyəçinin hüquqi – təşkilati formasının dəyişməsi zamanı həyata ke­çi­ril­dik­də nəqliyyat vasitəsinin alınmasına görə vergi ödənilir.
Yol fondlarının yaradılmasının mənbəyi olan nəq­liy­yat vergisini də xüsusilə nəzərdən keçirmək lazımdır. Bir ver­gi obyekti kimi nəqliyyat vasitəsindən əldə olunan və­sa­i­tlər dolayı yolla sərnişin avtomobil nəqliyyatının, şəhər elektrik nəqliyyatının, sərnişin dəmiryolu nəqliyyatının inkişaf etməsinə yönəldilir.
Vergi qoyuluşu obyekti kimi burada əmək haqqı fon­du üzrə sərf olunan faktiki xərclər çıxış edirlər.
MDB məkanında sığorta orqanlarına vergi qo­yu­lu­şu­nun ümumi sxemi tətbiq olunduğuna görə bu orqanlar yer­li vergiləri (torpaq vergisi, reklam üzrə vergi, ərazilərin abad­laşdırılması üçün ödənilən vergi) digər tədiyyəçilər üçün müəyyən olunmuş qayda üzrə ödəyirlər.

15.8. Sığortaçının maliyyə nəticələrinin müəyyənləşdirilməsi

Sığorta kompaniyasının fəaliyyətinin mürəkkəb və çox cəhətli olması maliyyə nəticəsinin təyin edilməsini əhə­miyyətli dərəcədə mürəkkəbləşdirir. Maliyyə nəticəsi müəs­sisənin maliyyə – təsərrüfat fəaliyyətinin yekununu ifa­də edir.
Sığortada maliyyə nəticəsi ənənəvi olaraq müəyyən dövr ərzində gəlir və xərclərin müqayisə olunmasına əsa­sən təyin edilir. Bu üsul sığortaçıların gəlirinə vergi qo­yul­ması üçün nəzərdə tutulan maliyyə nəticələrinin he­sab­lan­ma­sına tətbiq olunur. Bu normativ aktlara əsasən maliyyə nə­ticəsi vergi qoyuluşu bazası kimi sığorta xidmətlərinin rea­lizəsi ilə sığortaçılar tərəfindən fəaliyyət göstərən qa­nun­vericiliyə uyğun olaraq həyata keçirilən fəaliyyətin di­gər gəlirləri arasında mövcud olan fərq kimi və eləcə də sı­ğortaçıların fəaliyyətinə bilavasitə daxil olan maliyyə nə­ti­cələrinin gəlir və xərclərinin uçotu vasitəsilə hesablanır.
Sığorta təşkilatının mənfəət və zərərlər haqqında he­sa­batı sığortaçının balansına daxil olan və il ərzində nəşr olu­nan hesabat formasıdır. Bu mühasibat sənədlərində əks olu­nan məlumatlar maraqlı şəxslərin hər biri üçün la­zım­lı­dır. Bu məlumatların sadə və aydın olması sığorta mü­da­fiə­sinin sosial xüsusiyyətinə əsaslanır və müştərilər üçün sı­ğorta kompaniyasının maliyyə vəziyyəti haqqında zəruri mə­lumatların əldə edilməsinə şərait yaradır. Bəzi sı­ğor­taçılar nəşr edilmiş maliyyə – təsərrüfat fəaliyyətinin əsəs göstəricilərindən reklam məqsədi ilə istifadə edirlər. Ma­liy­yə nəticələri haqqında hesabat forması sığorta fəa­liy­yə­ti­nə nəzarət edən orqanların təlimatlarına uyğun olaraq döv­ri şəkildə dəyişikliklərə məruz qalır.
Sığortada gəlir iki meyar üzrə nəzərdən keçirilir:
1.   Gəlir maliyyə nəticəsi kimi.
2.   Normativ gəlir və ya tarif ilə ifadə edilən gəlir.
Normativ gəlir tarifin hesablanması zamanı sığorta xid­mətinin qiymətinə uyğun olaraq yaranır. O tarifin netto – stavkasına yüklənmə elementinin daxil olmasını əks et­di­rir. Bu sığortanın konkret növü üzrə planlaşdırılan he­sa­bat gəliridir. Lakin sığorta əməliyyatlarının həyata ke­çi­ril­məsi üzrə təcrübə bəzən gözlənilən nəticədən kə­nar­laş­ma­la­rın olduğunu göstərir. Sığorta təşkilatlarının fəa­liy­yə­ti­nin ehtimal xüsusiyyəti maliyyə nəticəsinin hesabat həc­mi­nə istinad etməsinə əsaslanır. Sığorta növü üzrə gəliirin son həcmi dövri gəlirin xərcləri ilə müqayisə edilməsi əsa­sın­da təyin edilir. Bundan başqa sığorta təşkilatlarının ma­liy­yə təsərrüfat fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar ola­raq sığorta üzrə gəlirləri investisiya üzrə gəlirlərdən ayı­rırlar. Təqdim olunan xidmətlərin maliyyə xüsusiyyəti sı­ğortaçının geniş investisiya imkanlarını müəyyən edir. Sı­ğortanın bir neçə növü üzrə olan investisiya gəliri zə­rə­rin ödənilməsi üçün kifayət etməyən sığorta ehtiyatlarının tə­min olunması üzrə mənbəyə çevrilir. İnvestisiyadan əldə olunan gəlir sığortaçının şəxsi kapitalının artırılmasına və sığorta işinin inkişaf etməsinə təkan verir.


15.9. Maliyyə nəticələrini xarakterizə edən mütləq göstəricilər

Sığorta təşkilatının fəaliyyətinin maliyyə nəticələrini xa­rakterizə edən göstəricilər biznesin “dar yerlər”inin aş­kar olunması və onun keyfiyyətinin artırılması isti­qa­mə­ti­nin müəyyən edilməsi məqsədilə əsas informasıya ba­za­sı­nı təşkil edir. Sığorta təşkilatının gəlir üzrə göstəriciləri ilə ya­naşı maliyyə fəaliyyəti digər göstəricilərlə də təqdim olu­na bilər. Onların arasında mütləq və nisbi göstəricilər fərq­ləndirilir.
Mütləq göstəricilərə təqdim olunmuş xidmətlərin həcmi üzrə göstəriciləri aid etmək olar. Məsələn;
1.  İmzalanmış müqavilələrin sayı. Sığorta çantası və sı­ğorta dairəsinin əhatə olunması səviyyəsinin, sığorta xid­mət­lərinə olan tələbatın, sığorta təşkilatının sığorta ba­za­rındakı yerinin xarakterikası üçün tətbiq olunur mə­lu­mat­lar dinamika üzrə tədqiq edilir.
2.  Sığorta təminatının ödənilməsi. İcra olunmuş mə­su­liyyətin və sığorta təşkilatınının ödəniş qabiliyyətinin hə­qiqi səviyyəsini xarakterizə edir. O hesabat ilinin faktiki zə­rərlilik səviyyəsindən asılıdır. Bu zaman, faktiki ödə­niş­lə­rin planlı ödənişlərdən kənara çıxması və kənara çıx­ma­nın səbəbləri tədqiq olunur.
3.  Sığorta olunmuş obyektlərin sığorta məbləği. Sı­ğor­tanın orta məbləğini ifadə etməklə sığortaçılar tə­rə­fin­dən qəbul olunan məsuliyyətin həcmini xarakterizə edin.
4.  Daxil olan sığorta tədiyyələrinin (mükafatların) həc­mi, sığorta təşkilatı tərəfindən təsərrüfat fəaliyyətinin hə­yata keçirilməsi üçün nəzərdə tutulan cari maliyyə vəsaitlərinin ölçüsünü ifadə edir. Müqayisə üçün istifadə olunur. Dinamika üzrə, növlər üzrə nəzərdən keçirilir. Mü­ka­fatın artım tempi müəssisələrin ödəniş artımından asılı ola­raq tədqiq edilir, səbəb və amillər araşdırılır.
5.  Gəlir və xərclərin həcmi. Dinamika üzrə nəzərdən ke­çirilir. Artımın tərkibi, strukturu və amilləri dərindən təd­­qiq olunur.
6.  Sığorta ehtiyatlarının həcmi. Sığorta təşkilatının ödə­niş qabiliyyətinin qiymətləndirilməsi üçün tətbiq edi­lir. Onların dinamikası, tərkibi, məsuliyyətinin strukturu nə­­zərdən keçirilir.

15.10. Maliyyə nəticələrini xarakterizə edən nisbi göstəricilər

Maliyyə nəticələrini xarakterizə edən nisbi göstə­ri­ci­lər müxtəlifdirlər. Bunlara aiddir:
1.  Rentabillik. Sığorta təşkilatı və onun müxtəlif sı­ğor­ta növləri üzrə hesablanır. Balans mənfəətinin ni­za­m­na­mə kapitalına və ya sığorta fəaliyyəti üzrə xərclərin məb­ləğinə olan nisbətlə hesablanır. Sığorta növü üzrə ren­tabillik sığortanın müvafiq növünə əsasən əldə edilən gə­li­rin sığorta məbləğinə və ya sığortanın bu növü üzrə daxil olan sığorta haqlarının məbləğinə olan nisbətlə müəyyən edi­lir. Sığorta təşkilatının rentabilliyi həmçinin sığorta ilə əla­­qədar olmayan fəaliyyətin nəticələrinin uçota alınması va­sitəsi ilə də təyin olunur. Aktivlərin rentabilliyi xalis gə­li­­rin aktivlərirn orta illik məbləğinə olan nisbətinə əsasən hesablanır. İnvestisi-yaların səmərəliliyi və ya rentabelliyi in­vestisiya gəlirinin sığorta ehtiyatlarının məbləğinə bö­lün­məsi vasitəsilə hesabanır.
2.  Sığorta növü üzrə olan ödənişlərin normativləri. Tarifdə qeyd olunmuş ödənişlərin normativləri ilə top­lan­mış sığorta mükafatları üzrə faktiki ödənişlər kimi müəy­yən edilən faktiki səviyyənin müqayisə edilməsi ilə öy­rə­ni­lir
3.  Xərclərin səviyyəsi. Sığorta təşkilatlarının xərcləri toplanmış sığorta ödənişlərinin həcmi ilə müqayisə edilir. Zərərlilik əmsalı sığorta ödənişləri və xərclərin toplanmış ödəniş məbləğinə olan nisbəti vasitəsilə müəyyən edilir. Əlavə xərclərin səviyyəsi – ödənişli komissiyon haqlarının sığorta ödənişlərinin ümumi məbləğinə olan nisbəti kimi ifadə olunur.
4.  Gəlir. Qeyri sığorta fəaliyyətindən əldə edilən gə­li­rin sığorta fəaliyyətindən əldə edilən gəlir ilə müqayisə edil­məsi.
Sığorta kompaniyalarının təsərrüfat fəaliyyətinin dün­ya təcrübəsi sığorta kompaniyalarının reytinqinin hə­ya­ta ke­çirilməsi üçün tətbiq edilən müxtəlif üsullardan is­ti­fadə edilir. Əsasən gəlirlilik və ödəniş qabiliyyətini xa­rak­terizə edən nisbi göstəricilər tətbiq edilirlər. Onlara aşa­ğıdakılar daxildir:
1.  Cari passivlərlə cari aktivlərin nisbəti.
2.  Cari passivlərlə pul vəsaitlərinin nisbəti. Bu gös­tə­ri­ci sığorta kompaniyaları üçün əhəmiyyətli olmasa da onun azalması investisiyaların satışı və ya artmasına təkan ve­rə bilər. Əmsalın “az” olması sübut edir ki, sığorta kom­pa­niyası vəsaitləri “yenidən yerləşdirmişdir”.
3.  Təkrarsığorta prosesinə cəlb edilən risklər üzrə sı­ğorta mükafatlarının ümumi mükafat məbləğinə nisbəti;
4.  Təkrarsığortaçıların zərərlərin ödənilməsi üzrə pay­larının sığorta hadisəsi üzrə həyata keçirilən ödə­niş­lə­rin ümumi məbləğinə olan nisbəti.
Sığorta təşkilatlarına daxil olan gəlirlərin əsas mən­bəyi kimi sığorta və yenidən sığorta əməliyyatları zamanı əldə olunan sığorta mükafatlarını göstərmək olar.
İnvestisiya gəliri – müştərilərə bonusun təqdim olun­ma­sına, bəzi hallarda isə hətta zərərlərin qeyri sığorta fəa­liy­­yəti ilə təmin edilməsinə zəmanət verən sığortaçının əsas gəlir mənbəyidir.
Sığorta təşkilatının xərcləri nizamnamə fəaliyyətinin hə­yata keçirilməsi ilə əlaqədardır. Xərclərin əsas maddəsi – sığorta təminatlarının ödənilməsidir. Sığortaçının xər­c­lə­ri­ni aşa­ğıdakı xüsusiyyətlər üzrə təsnif edirlər: həyata ke­çi­ril­mə müddəti üzrə; sığorta müdafiəsinin əsas fəa­liy­yə­tinə olan münasibəti üzrə; məqsədli təyinat üzrə.
Sığorta şirkətinin xərclərinin maya dəyərinin he­sab­lanması, məhsulun istehsal olunması və realizəsi, gəlirə ver­gilərin qoyulması zamanı nəzərə alınan maliyyə nə­ti­cə­lə­rinin formalaşmasmı qaydası və eləcə də sığortaçılar tə­rə­findən əldə olunan gəlirə görə verginin ödənilməsi üçün zə­ruri olan vergi qoyuluşu bazasının təyin edilməsinin xü­su­siyyətlərinə uyğun tənzimlənir.
Maliyyə nəticəsi müəssisənin maliyyə – təsərrüfat fəa­liyyətinin yekununu ifadə edir. Maliyyə nəticəsi sığorta xid­mətlərinin realizəsindən əldə olunan gəlir ilə bu dövr ər­z­ində həyata keçirilən xərclər arasında mövcud olan fərq şə­klində təyin edilir.
Sığortada gəlir: maliyyə nəticəsi və normativ (hesa­bat) gəlir kimi nəzərdən keçirilir. Sığorta təşkilatlarının fəa­liyyətinin maliyyə nəticələri mütləq və nisbi gös­tə­ri­ci­lə­rin geniş dairəsinin təhlili və onların dərindən öy­rə­nil­mə­si vasitəsilə tədqiq oluna bilər.
Faktiki nəticələrin planlaşdırılmış nəticələr ilə müqa­yi­s­ə olunması maliyyə – büdcə planının tərtib olun­ma­sı va­sitəsilə təyin edilir. Büdcə göstəricilərinin icra olunması sı­ğorta təşkilatının daxili auditorlarının tədqiqat ob­ye­k­ti­dir.
Ə D Ə B İ Y Y A T

1.   “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respub­li­ka­sı­nın Qanunu, 2008
2.   Sığortanın könüllü növləri üzrə qarşısıalınma təd­bir­ləri fon­dunun yaradılması və yerləşdirilməsi qaydaları, 2005.
3.   Sığortaçıların aktivləri və öhdəlikləri nor­ma­tiv­lə­ri­nin he­sablaması qaydaları,  Bakı - 2005
4.   Sığorta təşkilatlarının maliyyə-təsərrüfat fəa­liy­yə­ti­nin mü­hasibat uçotunun hesablar planı və onun tətbiqinə dair Tə­li­mat, 1997.
5.   Azərbaycan Respublikasında sığorta və təkrarsığorta brokerlərini fəaliyyət qaydaları, Bakı-2005
6.   Aktuari və sığorta ekspertinin fəaliyyət gös­tər­mə­si qay­dası, 2005
7.   Həyat sığortası üzrə riyazi ehtiyatların yaradılması qay­dası haqqında metodika, 2005
8.   Sığorta bələdçisi. Bakı: Çaşıoğlu, 2008,
9.   B.Xankişiyev «Sığorta fəaliyyətinin əsasları» (dərs vəsaiti) Bakı - 2006
10.   B.A.Xankişiyev, P.N.Abdullayev, «Sığorta işi» (dərs vəsaiti), Bakı - 2004.
11.   Bəybala Xankişiyev, «Sığorta hamı üçün», Bakı, 20­­­­05.
12.   N.N.Xudiyev, «Sığorta işi», Bakı, Azərnəşr, 20­03.
13.   «Sığorta», Azərbaycan Respublikasının sığorta sa­­hə­si­ni tənzimləyən nomativ hüquqi aktlar Toplusu, Bakı, 2005.
14.   Akif Kərimov, «Sığorta», Bakı, 2000.
15.   «Maliyyə və uçot» jurnalı, № 1-10, Bakı - 2006.
16.   Ю.А.Сплетухов, Е.Ф.Дюжиков, «Страхо­ва­ние» (учебное пособие), Москва, ИНФРА-М, 2005.
17.   Адамчук Н.Г., Асабина С.Н., Турбина К.Е. и дру­­гие. «Теория и практика страхования» (учебное по­со­бие). АНКИЛ, Москва 2003.
18.   Шахов В.В. «Страхование» (учебник). М., Юнити,  19­97.

19.   Сахирова Н.П. «Страхование» (учебное посо­бие), Мос­ква 2006.

5 yorum:

  1. Siz təcili kredit lazımdır? Siz borc var? Siz nə hallarda, indi heç bir daha çox Bizim Services Quick asan & Secure kredit narahat, sizin bank tərəfindən rədd edilmiş ?, biznes maliyyələşdirilməsi üçün təcili kredit lazımdır. Bu gün $ 1,000.000 - $ 2,000 qədər borc! Bu e-poçt kredit məlumat Bizimlə əlaqə: noramildred.loan@hotmail.com

    Qeyd: 24 saat ərzində ilkin cavab və maliyyə edəcəklər

    Regards.
    Mrs Nora

    YanıtlaSil
  2. Evis kredit kredit sirk?t siz? baslamaq lazimdir h?r hansi m?bl?g borc haziriq
    Sizin s?xsi is. biz d? ?g?r, 3% faiz d?r?c?si il? kredit verm?k biz d? ev satmaq bil?r ayliq öd?nis evi almaq ist?yir?m
    S?n. bel? Xahis k?nd t?s?rrüfati k?nd t?s?rrüfati kredit üçün müraci?t. Siz kredit lazimdir ?g?r
    , Evisloanfirm@gmail.com çox s?b?bl?ri niy? ola bil?r: bizim e-poçt ?laq?
    gözl?nilm?z avtomobil v? ya ev t?mir - Siz b?zi ?lav? pul ?ld? etm?k lazimdir
    Sizin toy v? ya xüsusi bayram üçün öd?nilm?si. Lakin, bunun üçün lazim n?
    Yuxaridaki 100.000 ABS dollari $ 5000 ABS dollari arasinda borc zaman.

    Sirk?tin ixtisaslasma.
    1) 3% faiz d?r?c?si kredit verir.
    2) Biz d? sizin h?r hansi bir siz seçdiyiniz bir ev ala bil?r
    yer.

    YanıtlaSil
  3. Layihələr, investisiya, şəxsi kreditlər, mənzil kreditləri, tələbə kreditləri, konsolidasiya kreditləri və müxtəlif layihələr üçün kreditlər lazımdırmı? Kiçik, orta və ya böyük bir işə başlamaq üçün kreditə ehtiyacınız varmı? Bir ev və ya avtomobil krediti qurmaq üçün kreditə ehtiyacınız varmı? Maşın avadanlıqları almaq üçün kirayəyə ehtiyacınız varmı? George Anderson Kredit Provayderi problemin bütün cavablarını verir, biz% 2 faizi təmin edirik, əməliyyatlarımız sürətli, təhlükəsiz və rahatdır. bizdən kredit almaq istəyənlər, bizə müraciət edin (georgeanderson.loanfirm255@gmail.com)

    Kredit təklifi.

    YanıtlaSil
  4. Biz fərdlər arasında bütün dünyaya kredit veririk.

    Bizimlə əlaqə saxlayın:
    E-poçt: contact@creditfinancesinstitut.com
    WhatsApp nömrəsi: +33784505888
    Veb səhifə:https://www.creditfinancesinstitut.com

    YanıtlaSil
  5. Şəhadətim hamıya salam. Mən kömək üçün söz vermiş, lakin mənə heç vaxt kredit verməyən müxtəlif kredit verənlərdən bir neçə dəfə müraciət etdikdən sonra cənab Benjamindən borcumu necə əldə etdiyimi ifadə etmək üçün buradayam. Bir dostum məni Mr.Benjamin Lee ilə tanış etməyimə qədər mənə kömək edəcəyini vəd etdiyini və həqiqətən də heç bir gecikmədən vəd etdiyi kimi etdi. Həqiqətən də kömək edən cənab Benjamin Li ilə görüşənə qədər hələ də etibarlı kredit borc verənlərin olduğunu düşünməmişdim. kredit və inancımı dəyişdirdim. Həqiqi və təcili bir kreditə ehtiyacınız olub olmadığını bilmirəm, WhatsApp + 1-989-394-3740 və cənab Benjamin ilə əlaqə qurmaqdan azad olun və e-poçt: Lfdsloans@outlook.com təşəkkür edirəm.

    YanıtlaSil