Güc sahibi ikən bağışlamağı bilmirsənsə; gücsüz qaldığında bağışlanılmağı gözləmə. Varkən bölüşmürsənsə; yoxkən başqalarının səninlə bölüşəcəklərini ümid etmə. Yolunu itirənə tapması üçün kömək etmirsənsə; itdiyində bir bələdçi tapacağını zənn etmə.
*
Gerçəyin dəyişməyəcəyi deyilmişdir bizə həmişə; yaxşı dəyişənlər də bir zamanlar gerçək olaraq qəbul edilmi idimi?
*
Bildiklərini elə-beləcə söyləsən başına gələcəklərə qarşı da əvvəldən tədbir görməyi unutmamalısan. Çünki başqalarını narahat edəcək sözlərin dostlarının belə asanca saf dəyişdirməsinə səbəb ola bilər.
*
Eşq ən az bir əsr sürərdi köhnədən, indi isə o eşqi dəqiqələrə endirdilər.
*
Düşüncə ən inkişaf etmiş silahdan daha təsirlidir. O səbəblə bir cəmiyyəti əsir etmək üçün əvvəl əlindəki silahını deyil, başındakı düşüncəni götürməlisən.
*
Dayanacaqları olmayan bir səfərin, başlanğıcı da sonu da yoxdur.
*
Azadlıq istəyirsənsə aşiq olma; aşiqsənsə "azadam" deyə havalara girmə!
*
Bütün yaxşılıqların da pisliklərin də anası məlumatdır.
*
Fəlakətlərdən dərs çıxaran onu heç yaşamamış sayılar.
*
Ən təsirli dərmanlar zəhərdən edilmirmi? Səni sözləriylə zəhərləyənlərin söylədiklərini şəxsiyyətini gücləndirici bir dərman olaraq istifadə edə bilərsən.
*
Bıçaqı əlinə keçirdinsə mütləq bir şeyləri kəsmək məcburiyyətində deyilsən.
*
Yalançılar yalanlarını çox tez unudarlar. Ona görə də yeni yalanlar uydurmaq məcburiyyətində qalarlar.
*
Bu gün sizinlə birlikdə gülən, sabah sizinlə birlikdə ağlamaya bilər.Təəccüblənməyin!
*
Eşq yarası olmaz, çünki eşq yaralanmaz; eşq, şəxsiyyətin maska taxmış bir surətini öldürər. Adam başqa bir maska taxaraq yeni bir şəxsiyyət yaradar və həyatına davam edər…
*
Gözlərin izah edə bilmədiyini dodaqlardan gözləmə; baxışlar izah edə bilmirsə sözlər nə etsin!
*
Şübhə bəzən beynin qurdudur, bəzən də mühərriki.
*
Birlikdə hərəkət edən güc və zəkanın məğlub edə bilməyəcəyi çətinlik yoxdur.
*
Düşənlərə qəhqəhə ilə gülənləri anlaya bilmiş deyiləm. Bu hərəkətlərinin səbəbi özlərinin düşməmiş olmalarıdırmı, yoxsa düşməkdən qorxmalarıdırmı? Belə ya da elə; amma burada gülməli olan nə?
Hiç yorum yok:
Yorum Gönder