31 Aralık 2014 Çarşamba

DƏYƏRLI AFORIZMLƏR

1. Qadınlar başa düşmək üçün yox, sevilmək üçün yaradılıb..

2. Sevgi haqqında ətraflı danışan biri, heç də aşiq deyildir..

3. Ən asan həyat - ölmək, ən çətini isə yaşamaqdır..

4. İnsan həyatı bir kibrit qutusuna bənzəyir. Onunla ciddi davranmaq gülməli gələr. Ciddi davranmarsan təhlükəli olar..

5. Doğulmaq – bədbəxtlik, yaşamaq - əzab, ölmək – kədərdir..

6. Səmimiyyət və dostluq ən çətin tapılan nemətdir [Napaleon]

7. Düşməninə qalib gəlmək üçün onunla dost olmaq lazımdı..

8. Kişilər öz sevdikləri qadını əsəbləşdirməyi və yenə də əsəbləşdirməyi sevirlər [Marqaret Tetçer]

9. Əgər kişi ağıllı fikir söyləmiş olarsa inanmayın! Çünki bu ağıllı fikirlər onlara qadınlar tərəfindən öyrədilmiş olur..

10. Qadın və kişi insan ruhunun iki notunu təşkil edir ki, onlarsız düzgün və bütöv akkord alınmır [Cuzebbe Madzini]

11. Ağıllı kişi həmişə qadını başa düşür, aşiq olan kişi isə həmişə qadını başa düşməyə çalışır [Fransuaza Saqan]

12. Əgər kişi qadının nə fikirləşdiyini anlaya bilsəydi yenə də həmin fikrə inanmazdı [Doroti Parker]

13. Kişi üçün uğursuz sevgi-əyləncə üçün bir bəhanədir [Karmen Silv]

14. Hər kəs məni özündən razı bilə bilər. Önəmli deyil heç! Boş-boş yalançı şirinlikdən yaxşıdır özündən razılıq. Çünki xanımlıq da ağac kimidir. Kökü yerdə başı yuxardadır! [LoRittoo]

15. Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz[D.Karnegi]

16. Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır [Ç.Kolton]

17. Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur [C.Məmmədquluzadə]

18. Nəfsinin hakimi olan dünyanın ağası olar

19. Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir[Napoleon]

20. Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən [F.Nitsşe]

21. Yalan nə qədər böyük olarsa, inanani da bir o qədər çox olar
[Adolf Hitler]

22. Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var [A.L.Stal]

23. Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir[B.Spinoza]

24. Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər [O.Uayld]

25. Başqalarının halına yana bilən insan yaşamağa layiqdir [Van Qoq]

26. Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir [C.Vatson]

27. Ən asan şey insanın özünü aldatmağıdır,Çünki bir insan arzu etdiyi şeyin düzgün olduğuna inanır..

28. Biri üçün darıxdığınızda, kədərlənmək yerinə darıxa biləcək birinə sahib olduğunuz üçün, özünüzü şanslı hiss etməniz lazım olduğunu fərqinə varmalısınız [Paul Auster]

29. Aclıqdan ölmək üzrə olan bir iti qurtarın, sizi dişləməyəcək..İnsan ilə it arasındakı tək fərq budur [M.Tveyn]

30. Bir kişinin yumruğundan sərtdir bəzən bir qadının son sözü.
Çünki, birincisi dişlərini qırar, ikincisi bütün xəyallarını [William Butler]

Hiç yorum yok:

Yorum Gönder