CİK-CİK XANIM
iri var idi, biri yox idi, bir serçə var idi. Adı Cik-Cik xanım idi. Bir gün Cik-Cik xanım bu qaratikan kolundan, o birinə qonub cik-cik eləyirdi.
Birdən Cik-Cik xanımın ayağına tikan batdı, nə qədər əlləşdi, çıxara bilmədi. Gözlərinin yaşını töküb ağlamağa başladı.
Qarı nənə onu görüb soruşdu:
-Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, niyə ağlayırsan?
Cik-Cik xanım ağlaya-ağlaya qarı nənəyə cavab verdi:
-Ay qarı nənə, ayağıma tikan batıb, qanayıb, gəl çıxart!
Qarı nənə Cik-Cik xanımın ayağından tikanı çıxarıb təndirə atdı.
Cik-Cik xanımın kefi duruldu. Bir o yana, bir bu yana uçub dedi:
-Qarı nənə, mənim tikanımı qaytar!
Qarı nənə dedi:
-Haradan alım, atdım təndirə, yandı.
Cik-Cik xanım dedi:
-Mənə nə borc, tikanımı ver! Verməsən, çörəyini götürüb qaçaram.
Qarı nənə güldü.
Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, Qarı nənənin çörəyini götürüb qaçdı.
Cik-Cik xanım göy ilə uçurdu, gördü yerdə bir çoban qoyun sağır. Yerə qondu, çobana tərəf gəlib dedi:
-Bərəkətli olsun, çoban qardaş! Çörək gətirmişəm, al, südə doğra, ye!
Çoban çörəyi aldı, çanağına doğradı, üstünə də süd töküb dedi:
-Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, gəl sən də ye.
Cik-Cik xanım cavab verdi:
-Mən toxam, yemirəm, özün ye.
Çoban çörəyi yeyib qurtardı.
Cik-Cik xanım qanadlarını yellədib dedi:
-Ay çoban qardaş, mənim çörəyimi ver, gedirəm.
Çoban dedi:
-Çörəyini haradan alım? Yedim, getdi.
Cik-Cik xanım dedi:
-Mənə nə borc yedin. Çörəyimi ver, yoxsa qoyununu götürüb qaçaram!
Çoban gülüb dedi:
-Ay Cik-Cik xanım, nazlı xanım, məndə nə günah var ki, qoyunumu aparasan? Çörəyi özün verdin, mən nə dedim.
Cik-Cik xanım dedi:
-Gör indi sənin başına nə oyun gətirəcəyəm?
Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, çobanın qoyununu götürüb qaçdı. Çoban qışqırmağa başladı:
-Ay aman, ağam məni öldürəcək!
Cik-Cik xanım caynağında qoyun uçurdu, gördü ki, bir dəstə atlı gəlir, onlara yaxınlaşıb soruşdu:
-Ay qardaşlar, hara gedirsiniz?
-Ay qardaşlar, hara gedirsiniz?
Atlılar cavab verdilər:
-Cik-Cik xanım, nazlı xanım, gedirik padşaha gəlin gətirək.
Cik-Cik xanım uçub padşahın qapısına qondu, qoyunu xidmətçilərə verib dedi:
-Alın, padşahın toyuna gətirmişəm.
Cik-Cik xanım içəri girib yuxarı başda əyləşdi.
Xidmətçilər qoyunu kəsib, kabab bişirdilər, qonaqlara payladılar.
Qazı ilə Cik-Cik xanıma da bir qabda kabab qoydular. Qazı tez-tez yeyib Cik-Cik xanımı ac qoydu.
Cik-Cik acığa düşüb padşaha dedi:
-Mənim qoyunumu ver!
Dedilər:
-Qoyunu yemişik, qurtarıb gedib.
Cik-Cik xanım dedi:
-Onu-bunu bilmirəm, qoyunumu verirsiniz, verin, vermirsiniz, gəlininizi aparacağam!
Hamı güldü.
Hamı güldü.
Cik-Cik uçub çəpərin üstünə qondu, gözlədi.
Gəlini zurna-balaban çala-çala gətirdilər. Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, gəlini atın üstündən alıb qaçdı.
Padşah bir başına döydü, bir gözünə, ağladı.
Cik-Cik xanım gəlini hündür bir ağacın dibində yerə qoydu, gördü ki, ağacın kölgəsində bir aşıq saz çalır.
Cik-Cik xanım dedi:
-Salam əleyküm, ay aşıq qardaş, gəl gəlini verim sənə, sən də sazı ver mənə.
Aşıq sevinib dedi:
-Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, səndən mən heç bir şey əsirgəmərəm. Al sazı!
Cik-Cik xanım sazı aldı, gəlini verdi.
Aşıq gəlini götürüb evinə apardı. Cik-Cik xanım ağacın gölgəsində oturub, sazı dınqıldatmağa başladı.
Tikan verdim, çörək aldım,
Dınqıl sazım, dınqıl sazım.
Çörək verdim, qoyun aldım,
Dınqıl sazım, dınqıl sazım.
Qoyunu verdim, gəlin aldım,
Dınqıl sazım, dınqıl sazım.
Gəlini verdim, bir saz aldım,
Dınqıl sazım, dınqıl sazım.
Elə o gündən bəri Cik-Cik xanım ömrünü saz çala-çala, toy-nağara ilə keçirir.
ÇİL MADYAN
iri var idi, biri yox idi, göyün altında, yerin üstündə bir şah oğlu var idi. Bu şah oğ-lunun göy atı var idi. O, hər gün göy atını minər, meydana çıxıb şəhərin bütün yaxşı at minənlərini yarışa çağırardı. Atlılar yığışardılar. Şah oğlu atlılarla cıdıra çıxardı. Cıdırda şah oğlunun göy atı bütün atları keçərdi.
Şah oğlunun bir göyçək bacısı var idi. Şərt kəsmişdi ki, cıdırda hər kimin atı mənim göy atımı ötsə, bacımı ona ərə verib özümə qohum edəcəyəm.
Bu şəhərdə kasıblıqla gün keçirən İlyas adlı bir oğlan var idi. İlyasın da gözəllikdə şah oğlunun bacısından gözəl, ağılda ondan da ağıllı bir bacısı var idi. Şah oğlunun şərtini İlyas da eşitmişdi. Bilmirdi nə təhər eləsin ki, ona üstün gəlsin. Bir gün İlyasın bacısı qardaşının fıkirli olduğunu görüb soruşdu:
- Qurban olum, qardaş, sənə gələn bütün qada-bala mənə gəlsin, söylə görüm niyə fikirlisən?
İlyas dedi:
- Bacıcan, fikirli olmayım, neyləyim? Bu gün şah oğlu atını minib cıdıra çıxmışdı. Özün bilirsən ki, bu şəhərdə şah oğlunun göy atını keçən at yoxdu. İndi iş о yerə gəlib ki, şah oğlu şərt kəsib-hər kimin atı onun göy atını keçsə, bacısını ona verib özünə qohum edəcək. Doğrusu, bu məni çox düşündürür. Deyirəm, görəsən dünyada elə bir at olarmı ki, şah oğlunun atını keçə bilsin? Ya elə hər şeyin yaxşısı bu dünyada şahlara verilib? Bacısı dedi:
- Qardaş, bu nədir ki, sən bunun fıkrini çəkirsən? Get bir yəhər al, iki tuluq da çaxır. Mən səni göndərim, şah oğlunun atını ötən atı gətir.
İlyas gedib bir yəhər aldı, iki tuluq da çaxır. Bacısının yanına qayıtdı. Bacısı dedi:
- Qardaş, yəhəri, iki tuluq çaxırı da götür, bax, bu tərəfə get. Gedərsən, gedərsən, bir meşəyə çatarsan. Meşədə yol haçalanar, üç olar. Nə sol yolla, nə də sağ yolla getmə. Orta yolla gedərsən. Az gedərsən, çox gedərsən, bir dərəyə çatarsan. Dərənin kənarında bulaq var. Bulağın suyu axıb hovuza tökülür. Dəryada bir çil madyan var. Gündə bir yol çıxar, gəlib həmən hovuzdan su içər, qayıdıb dəryaya girər. Sən iki tuluq çaxırı hovuza tökərsən, amma nəbadə atın gözünə görünəsən, yoxsa səni tikə-tikə eləyər. Bir tərəfdə gizlənərsən. Çil madyan dəryadan çıxar, gələr hovuzdakı sudan içər. Çaxır ona əsər eləyər, nəst olar, yıxılar. Onda cəld çıxarsan, yəhəri çil atın belinə basıb minərsən. Nə qədər ayaq-baş vurub çapalasa, о yan-bu yana qaçsa, sən üstündən düşməzsən. Yalından bərk yapışıb yəhərə yaslanarsan. Bir az keçər, çil madyan sakitləşər. Ondan sonra atı götürüb gələrsən. Şah oğlunun çöy atı çil madyanın tozuna da yetişə bilməz.
İlyas bacısı ilə halal-hümmət eləyib yəhəri, çaxır tuluqlarmı götürüb yola düşdü. Bacısı öyrətdiyi yol ilə çox getdi, az dayandı, az getdi, çox dayandı, axır ki, bir günorta üstü gəlib həmin dəryanm kənarına çatdı. Çaxır tuluqlarını hovuza tökdü. Özü də bir yanda gizləndi. Az keçdi, çox keçdi, dəryadan bir madyan çıxdı. Gəlib hovuzdakı sudan içdi. İlyas baxdı ki, deyəsən, çaxır ata əsər eləyib. Cəld gizləndiyi yerdən çıxdı, yəhəri atın belinə qoydu, üstünə mindi. Çil madyan ayaq-baş atdı, çapaladı. О yana-bu yana qaçdı, atıldı, düşdü. İlyas çil madyanın yalından tutub bərk durdu. At sakitləşdi. İlyas dərələrdən sel kimi, təpələrdən yel kimi gəlib bacısının yanına çatdı. Bacısı qardaşını çil madyanın üstündə görüb çox şad oldu. Dedi:
- Qardaş, indi çil madyanı sür, şah oğlunun göy atıyla yarışa giriş.
İlyas çil madyanı sürdü, о vaxt yetişdi ki, şah oğlu göy atı ortada oynadıb deyirdi:
- Bir oğlan istərəm, atını sürsün, mənimlə cıdıra çıxsın. Göy atımı ötüb keçsin, mənimlə qohum olsun.
İlyas çil madyanı şah oğlunun göy atına yanaşdırıb dedi:
- Şah oğlu, sözünə doğru çıxsan, mən səninlə cıdıra çıxaram.
Şah oğlu dedi:
- Mənim sözüm sözdür. Atın mənim atımı keçsə, səninlə qohumam.
Şah oğlu ilə İlyas atlarını qoşalaşdırdılar. Çil madyan ağzını ayırıb, quyruğunu dik tutub götürüldü. Şah oğlunun göy atı nə qədər qaçdısa, onun tozuna da yetişə bilmədi. Çil madyan nişangaha yetişdi, orada dayandı. Şah oğlu cığallıq elədi, dedi:
- Bir dəfə ötməklə mərc tamam olmur. Gəl bir də yarışaq.
İlyas razı oldu. Atları bir baş da çapdılar. Yenə çil madyan şah oğlunun göy atını yarı yolda qoydu. Yığılan adamlar İlyasa "Afərin!" dedilər. Şah oğlu atını sürüb qayıtdı. Əhvalatı vəzir-vəkilinə söylədi. İlyas da çil madyanı sürüb evlərinə gəldi, əhvalatı bacısına danışdı. Bacısı bundan şad olub dedi:
- Qardaş, indi get şah oğluna de ki, şərtə əməl eləyib bacısını versin.
İlyas şah oğlunun yanına gəlməkdə olsun, sənə şah oğlundan danışım. Şah oğlu ürəkdə dediyindən dönmüşdü. Bacısını İlyasa vermək istəmirdi. Amma bunu açıqdan-açığa eləməyə çəkinirdi, el içində yalançı kimi tanınmaq istəmirdi. Ona görə vəzirinə dedi:
-Vəzir, bu barədə tədbirin nədir? Vəzir dedi:
- Şahzadə sağ olsun. İlyas gələr, deyərsən getsin uçuq dağda ilanın əlindən qızıl sandığı alıb gətirsin. Ora indiyə kimi minlərlə pəhləvan gedib, hamısını ilan vurub öldürüb. Onu da ilan vurub öldürər, sən də şərtdən qurtararsan.
Elə bunu demişdi ki, İlyas gəldi, dedi:
- Şah oğlu, atım sənin atını keçdi, şərtinə əməl elə. Şah oğlu dedi:
- Mənim sözüm sözdür. Bacımı sənə verəcəyəm. Amma ona cehiz gərəkdir. Get uçuq dağdakı ilanın əlindən qızıl sandığı al gətir, bacımı sənə verim.
İlyas bacısının yanına qayıtdı. Bacısı onu bikef görüb
dedi;
- Qardaş, qurban olum, sənə gələn qada-bala mənə gəlsin. Nə olub, niyə bikefsən?
İlyas dedi:
- Şah oğlu deyir, get uçuq dağdan ilanın əlindən qızıl sandığı al gətir, bacımı sənə verim.
Bacısı dedi:
- Qardaş, bundan ötrü niyə bikef olursan? Çil madyanı min, get. İki gün yol gedərsən, üçüncü gün uçuq dağa yetişərsən. Uçuq dağda qızıl sandığı taparsan. Bir ilan vaxt-bivaxt qızıl sandığın başına dolanır. Bir gecə-gündüzdə bircə dəfə başını quyruğunun üstünə qoyub gözünün acısınıı alır. Gözləyərsən. Elə ki ilan yatdı, atdan düşüb qızıl sandığı götürərsən, sonra cəld madyanı minib qaçarsan. İlan qanadlı ilandır. Qanadlanıb uçacaq ki, sənə yetişsin. Ancaq qorxma, yetişə bilməyəcək. Sən çil madyanı sürüb qızıl sandığı gətirərsən, şah oğluna verərsən.
İlyas çil madyanı yəhərləyib mindi, yola düşdü. İki gün yol getdi, üçüncü gün uçuq dağa yetişdi. Axtardı, axtardı, axırda qızıl sandığı tapdı. Gördü doğrudan da bir ilan sandığın başına fır-fır fırlanır. Bir tərəfdə gizlənib bir gün, bir gecə gözlədi. Bir də baxdı ki, ilan başını quyruğunun üstünə qoyub yuxuya getdi. İlyas cəld aşırılıb çil madyanın belindən düşdü. Qızıl sandığı götürdü, cəld atın üstünə sıçrayıb yola düşdü. İlan işi başa düşdü. Qanadlandı, İlyasın dalınca düşdü. Amma nə qədər uçdusa, çil madyana yetişə bilmədi. Çil madyan dərələrdən sel kimi, təpələrdən yel kimi, iki günlük yolu bir günə keçib, İlyası şəhərə yetirdi. İlyas evlərinə gəlib çil madyandan düşdü. Bacısının yanınına gəldi. Bacısı qardaşının qızıl sandığı gətirdiyini görüb çox sevindi. İlyas sandığı götürüb şah oğlunun yanına getdi. Qızıl sandığı şah oğluna verdi, dedi:
- Şah oğlu, qızıl sandığı gətirdim, sözünə əməl elə, bacını mənə ver!
Şah oğlu qızıl sandığı İlyasdan alıb dedi:
- Get, sabah yanıma gel.
İlyas evlərinə qayıtdı. Şah oğlu yenə də üzünü vəzirə tutub dedi:
- Vəzir, İlyas uçuq dağdan ilanın əlindən qızıl sandığı alıb gətirdi. İndi tədbirin nədir?
Vəzir dedi:
- Şahzadə sağ olsun, sabah İlyas yanına gələndə göndər gedib div qarısından bağlı boxçanı alıb gətirsin. Arxayın ol, ilandan qurtardısa da, divdən qurtara bilməz.
Sabah açıldı. İlyas şah oğlunun yanına gəldi, dedi:
- Şah oğlu, sözündən dönmə, bacını ver, aparım. Şah oğlu dedi:
- Mənim sözüm sözdür, bacım sənindir. Ancaq bir iş də var. Get, div qarısından bağlı boxçanı al gətir, bacımı verim.
İlyas bikef halda bacısının yanına qayıtdı. Bacısı dedi:
- Qardaş, qurbanın olum, sənə gələn qada-bala mənə gəlsin, niyə bikefsən? Sənə nə olub?
İlyas dedi:
- Bacıcan, şah oğlu məni div qarısından bağlı boxçanı alıb gətirməyə göndərir.
Bacısı dedi:
- Bundan ötrü niyə bikef olursan? Çil madyanı minib üç gün yol gedərsən. Dördüncü gün bir dağa yetişərsən. Dağda bir div qarısı var. Evində yük yığılıb. Bağlı boxça yükün üstündədir. Bir təhər eləyərsən ki, qarı səni görməsin. Çil madyandan düşər, içəri girər, yükün üs-tündən tez bağlı boxçanı götürüb çıxar, çil ata minib sürərsən. Arxadan səs eşidəcəksən... Olmaya dönüb geri baxasan. Geri baxsan, daş olarsan. Div qarısı dalınca düşüb gələcek. Amma sənə yetişə bilməyəcək. Sən çil madyanı sürər, bağlı boxçanı gətirib şah oğluna verərsən.
İlyas bacısının dediyi kimi elədi. Çil madyanı yəhərlədi.
Mindi, üç gün yol getdi. Dördüncü gün həmin dağa yetişdi. Axtarıb div qarısının evini tapdı. Atdan düşüb içəriyə girdi. Div qarısı təndirdə çörək yapırdı. İlyası görmədi. İlyas gördü ki, bağlı boxça yükün üstündədir. Yavaşca götürüb evdən çıxdı. Cəld ata minib yola düşdü. Bir az getmişdi, bir də gördü arxadan elə əcaib səslər gəlir ki, adamın tükləri biz-biz durar. İstədi dönüb geri baxsın, bacısının tapşırığı yadına düşdü, geri baxmadı. Qarı nə qədər səs-küy qaldırdısa, İlyas fıkir vermə-di. Atı sürüb şəhərə çatdı. Bağlı boxçanı gətirib şah oğluna verdi. Şah oğlu İlyası orada qoyub özü bir bəhanə ilə vəzirin yanına gəldi, ona dedi:
- Vəzir, İlyas bağlı boxçanı da gətirdi. İndi tədbirin nədir?
Vəzir dedi:
- Göndər getsin, indi də div qocasından dəfı alıb gətirsin.
Şah oğlu geri dönüb İlyasa dedi:
- Get divdən dəfı al gətir, bacıma toy eləyim, sənə verim.
İlyas kor-peşman durub bacısının yanına gəldi. Əhvalatı ona danışdı. Bacısı dedi:
- Qardaş, bacın sənə qurban, niyə fıkir edirsən? Çil madyanı minib dörd gün gedərsən, beşinci gün bir dağa yetişərsən. Həmin dağda bağlı boxçasını gətirdiyin qarının qardaşı olur. Gözləyərsən, div yuxuya gedər. Dəf yuxarıdan asılıb, cəld götürərsən. Sonra tez ata minib gələrsən. Amma yenə deyirəm, gələndə geri baxmazsan.
İlyas çil madyanı mindi. Dörd gün yol getdi. Beşinci gün dağda divə yetişdi, gözlədi, div yuxuya getdi, tez atdan düşüb içəri girdi, yuxarıdan asılmış dəfi götürüb çil madyana mindi. Div yuxudan oyanıb İlyasın dalınca düşdü. Ancaq nə qədər qaçdısa, İlyasa yetişə bilmədi. İlyas çil madyanı sürüb gəldi, dəfi şah oğluna verdi. Şah oğlu gördü ki, İlyas dəfi də gətirdi. Bütün şərtləri yerinə yetirdi. Əgər bacısını ona verməsə, el içində hörmətdən düşəcək. Məcbur olub bacısını İlyasa verdi. Ancaq toy günü ondan soruşdu:
- İlyas, düzünü de görüm, bu işdə sənə kim kömək elədi?
İlyas əhvalatı ona danışdı. Şah oğlu əmr elədi, İlyasın bacısını gətirdilər. Şah oğlu baxdı ki, adi bir qız ona üstün gəlib. Üzünü qıza tutub soruşdu:
- Ay qız, mən şah oğlu, siz rəiyyət uşağı... Bəs de görüm, necə oldu ki, siz mənə üstün gəldiniz?
Qız dedi:
- Şahzadə sağ olsun, iş şahlıqda, rəiyyətlikdə deyil. Biz ona görə sənə üstün gəldik ki, sən bilmədiyin şeyləri bilirik. Bir də öz işimizdə səndən möhkəm idik. Dünyada bilik, bir də iradə hər şeyə üstün gələr.
Göydən üç alma düşdü, biri nağıl deyənin, biri qulaq asanın, biri də mənim.
Cırtdan
iri vardı, biri yoxdu, bir qarı vardı. Bu qarının bir balaca nəvəsi vardı. Nəvə o qədər balaca idi ki, ona Cırtdan deyərdilər.
Bir gün Cırtdan gördü ki, qonşu uşaqları meşəyə oduna gedirlər, gəlib nənəsinə dedi:
-Ay nənə, uşaqlarla oduna mən də gedəcəyəm.
Qarı uşaqları çağırıb hərəsinə bir parça yağ yaxmacı verdi. Cırtdanı da onlara tapşırdı.
Yolda Cırtdan özünü yerə vurub getmədi, yoldaşları dedilər:
-Ay Cırtdan, niyə gəlmirsən?
Cırtdan dedi:
-Nənəm məni sizə tapşırıb, məni dalınıza alıb aparın.
Yoldaşları onu növbə ilə dallarına alıb, meşəyə gətirdilər.
Uşaqlar başladılar odun yığmağa. Gördülər ki, Cırtdan yığmır. Dedilər:
-Ay Cırtdan, sən niyə odun yığmırsan?
Cırtdan cavab verdi:
-Nənəm məni sizə tapşırıb, mənə də yığın.
Uşaqlar ona da odun yığdılar. Sonra hər kəs öz odununu şələ bağlayıb dalına aldı. Gördülər Cırtdan oturub baxır. Ona dedilər:
-Ay Cırtdan, sən niyə odununu götürmürsən?
Cırtdan cavab verdi:
-Nənəm məni sizə tapşırıb, mənim odunumu da götürün.
Uşaqlar əlacsız qalıb, onun da odununu dallarına götürdülər. Bir az yol gedəndən sonra gördülər ki, Cırtdan geridə qalıb ağlayır. Dedilər:
-Ay Cırtdan, niyə ağlayırsan?
Cırtdan cavab verdi:
-Yorulmuşam. Nənəm sizə yağ yaxmacı verdi....
Yoldaşları onun sözünü ağzında qoydular. Onlardan biri Cırtdana acığlandı:
-Pis öyrənərsən. Daha səni dalımıza götürən deyilik!
Cırtdan əlacsız qalıb yoldaşlarının dalınca getməyə başladı. Onlar bir xeyli getdikdən sonra axşam oldu. Qaranlıq qovuşdu, yolu azdılar. Meşədən çıxanda gördülər ki, bir tərəfdən işıq gəlir, o biri tərəfdə it hürür. Biri dedi: işıq gələn tərəfə gedək, o biri dedi: it hürən tərəfə. Bilmədilər ha tərəfə getsinlər. Axırda Cırtdandan soruşdular:
-Ay Cırtdan, it hürən tərəfə gedək, yoxsa işıq gələn tərəfə?
Cırtdan cavab verdi:
-İt hürən tərəfə getsək, it bizi qapar. İşıq gələn tərəfə gedək, bəlkə yolu tapa bildik.
Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxdılar. Div onları görəndə sevinib öz-özünə dedi: "Yaxşı oldu. Gecə onları bir-bir yeyərəm." uşaqlara bir az çörək yedirdib yatırtdı. Gecədən bir az keçəndən sonra div uşaqların birini yemək istədi. Uşaqların yatıb-yatmadığını bilmək üçün dedi:
-Kim yatıb, kim oyaq?
Bu sözü eşidəndə Cırtdan tez başını qaldırıb dilləndi:
-Hamı yatıb, Cırtdan oyaq.
Div soruşdu:
-Cırtdan, niyə yatmırsan?
Cırtdan dedi:
-Nənəm mənə hər gecə qayğanaq bişirərdi, yedirib yatırardı.
Div qalxdı, tez qayğanaq bişirib Cırtdana yedirtdi ki, bəlkə yatsın.
Bir qədər keçəndən sonra div yenə soruşdu:
-Kim yatıb, kim oyaq?
Yenə Cırtdan başını qaldırıb dedi:
-Hamı yatıb, Cırtdan oyaq.
Div soruşdu:
-Cırtdan, indi niyə yatmırsan?
-Hər gecə nənəm mənə çaydan xəlbirlə su gətirərdi.
Div ayağa qalxdı, bir xəlbir götürüb çaydan su gətirməyə getdi. Cırtdan da tez yoldaşlarını oyadıb dedi:
-Bu div bizi yemək istəyir. Qalxın, qaçaq.
Uşaqlar tez qalxdılar, qaçıb çaydan keçdilər.
Bu tərəfdən div nə qədər xəlbiri suya salıb qaldırsa, gördü ki, xəlbirdə su qalmır. Axırda təngə gəlib qayıtmaq istəyəndə, bir də gördü ki, uşaqlar çayın o tərəfindən gedirlər. İstədi sudan keçib uşaqların dallarınca düşsün, amma keçə bilmədi. Axırda onları səslədi:
-Ay uşaqlar, sudan nə təhər keçdiniz?
Cırtdan tez cavab verdi:
-Get bir dənə dəyirman daşı tap, boynuna keçirt, özünü suya at, onda keçərsən.
Div Cırtdanın sözünə inandı, gedib bir dəyirman daşı tapı boynuna keçirtdi, özünü suya atdı, suda boğulub öldü.
Göydən üç alma düşdü, biri mənim, biri sənin, biri də nağıl söyləyənin.
GÖYÇƏK FATMA
iri var idi, biri yox idi, allahın bəndəsi çox idi, bir kişiynən bir arvad var idi. Günlərin birində iş belə gətirdi ki, bu kişinin arvadı azarlanıb öldü. Həmin arvaddan Fatma adında yetim bir qızı, bir də oğlu qaldı. Kişi gördü ki, uşaqlara baxa bilməyəcək, odu ki, ayrı bir arvad aldı. Kişinin bu arvaddan da bir qızı oldu, amma bu yaman kifir qız idi. Bu arvad gələn gündən yetim Fatmanı gözü götürmədi. Öz qızının adını da Fatma qoydu. Amma bu qızınan onun asiman tafavüt var idi. Yetim Fatma gözəl göyçək bir qız, çirkin Fatma isə qara keçəl idi. Analıq yetim Fatmaynan, oğlana gün verib, işıq vermirdi. Onları gah suya, gah oduna göndərirdi. Evdə qarabaş kimi işlədirdi.
Günlərin birində arvad iki ayağın bir başmağa dirəyib ərinə dedi:
- Kişi, əgər bu uşaqları aparıb azıtmasan, səndə oturmuyacam. Mənim bu uşaqlardan zəhləm gedir, mən onlara daha baxa bilmirəm.
Kişi nə qədər yalvar-yapış elədi ki, ay arvad, insafın olsun, mən bu bir parça tüfülləri hara azıdım, yazıqdılar, gedərlər meşədə qurd-quş yiyər. Arvadın hırı tutmuşdu, elə nırx deyib durdu ki, əgər azıtmasan gününü qara eliyəcəm. Kişi çox götür-qoy elədi, gördü ki, ayrı əlacı yoxdu. Fatmaynan oğlunu götürüb getdi meşəyə. Uşaqlarını alladıb dedi:
- Balalarım, siz moruq, çiyələk yığa-yığa gedin dərənin dibinə, mən də bu biri tərəfdən bir az odun qırım, axşamüstü gəlib sizi də götürərəm, gedərik.
Uşaqlar atalarının sözünə inandılar. Moruq, çiyələk yığa-yığa lap meşənin sıx yerinə çatdılar.
Sizə kimnən deyim, kişidən. Kişi uşaqları aldadıb bu tərəfdən ağlaya-ağlaya, kor-peşiman qayıtdı evə. Axşam oldu. Qaranlıq düşdü, meşədə göz-gözü görmürdü. Ayı, canavar, pələng, şir meşəyə bir nərilti, gurultu, inilti salmışdılar ki, vəhmədən adamın bağrı çatlayırdı. Uşaqlar ha gözlədilər, dədələri gəlib çıxmadı. Axırda əlacsız qalıb bir ağacın başına çıxıb orada gecələdilər. Sabah tezdən durub yol başladılar bir cığırnan getməyə. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib bir bulağın başına çatdılar. Fatmanın qardaşı yaman susamışdı. Özünü tez verdi bulağın başına, istədi sudan doyunca içə. Fatma qoymaq istəmədi, elə bil ürəyinə dammışdı ki, bu suda bir şey var. Fatma nə qədər elədi ki, qardaşı sudan içməsin, olmadı. Oğlan ağzını bulağın gözünə diriyib sudan doyunca içdi. O saat dönüb oldu qara bir inək, Fatma üz-gözünü cırıb şivən saldı ki, ay qardaş, sənə demədimmi içmə, indi mən neyniyim, başıma haranın daşını töküm.
Qardaşı dedi:
- Bacı, daha iş-işdən keçib, mənimki də beləymiş, gəl gedək. Amma bu sirri nə badə bir adama deyəsən ha!
Fatma inəyi də qabağına salıb ayaq ləpiriynən o qədər getdi ki, meşədən çıxdı. Bir dağın başına çıxıb gördü ki, evləri uzaqdan görükür. Düz gəldi evlərinə. Arvad gördü ki, qız gəldi, amma yanında da bir qara inək. Əvvəlcə üz-gözünü turşutdu, qaş-qabağını tökdü, istədi qızı qovlasın. Sonra fikirləşdi ki, oğlan yoxdu, yəqin ölüb-itib, meşədə qalıb. Qız da ki, bir yaxşı inəynən gəlib. İnəyi sağıb yeyərik. Bir azdan sonra qızı genə azdırarıq, o da itib cəhənnəmə vasil olar. Kişi də qızını görüb bir tərəfdən sevindi, bir tərəfdən də oğlunu yadına salıb bikeyf oldu.
Analıq hər gün Fatmanın əlinə bir az yun verib inəyi otarmağa göndərərdi. Fatma axşama kimi inəyi otarır, analığı verdiyi yunu da didib əyirərdi. Bir gün yenə inəyi otardığı yerdə bərk yel əsdi, yel Fatmanın yumağını götürüb apardı. Fatma, "a yel baba, yumağımı aparma" - deyə-deyə yüyürürdü. Yel baba yumağı aparıb bir evin bacasınnan içəri saldı. Fatma gəlib bu evin qapısını döydü. İçəridən bədheybət bir qarı çıxıb dedi:
- A bala, nə var, nə istəyirsən?
Fatma dedi:
- Qarı nənə, yel baba yumağımı sənin bacannan içəri saldı, gəlmişəm ki, onu verəsən.
Qarı dedi:
Qarı dedi:
- A qızım, gəl mənim başıma bax, sonra yumağını verim.
Fatma razı oldu, içəri girib gördü qarının evi zir-zibilnən doludu. Odu ki, dedi:
- Qarı nənə, süpürgəni ver, evini süpürüm.
Qarı süpürgəni verdi. Fatma evi süpürüb tər-təmiz elədi. Sonra da başladı qarının başına baxmağa, gördü ki, bunun başı doludu ilan, çayannan, baxdı ki, qarının başında bitlər var tısbağa boyda, birələr var qurbağa boyda.
Qarı dedi:
- A qızım, de görüm sənin ananın başı qəşəngdi, yoxsa mənim? Mənim birələrim qəşəngdi, yoxsa onun.
Fatma dedi:
- Ay nənə, əlbəttə, sənin başın qəşəngdi. Sənin bit, birələrin də lap sərçə, bülbül kimi şeylərdi.
Bu sözlər qarının xoşuna gəldi, odu ki, dedi:
Bu sözlər qarının xoşuna gəldi, odu ki, dedi:
- Bala, burdan gedəndə qabağına üç bulaq çıxacaq, birinin suyu dümağ, süd kimi, o birininki qapqara şəvə kimi, birinin də suyu qıp-qırmızı lalə kimi. Ağ suda soyunub çimərsən, qara sudan da saçına, qaşına, kirpiyinə çəkərsən. Qırmızı sudan da yanaqlarına, dodaqlarına çəkərsən. Sonra gedib qara inəyin bir buynuzunnan yağ, birinnən də bal əməcəksən.
Fatma qarının yanından çıxıb gəldi, yolda günçıxan tərəfdə qabağına bir bulaq çıxdı, suyu dümağ süd kimi, girib suda çimdi. Bir az gedib günbatan tərəfdə də bir bulağa rast oldu. Bu bulağın suyu da qapqara idi. Fatma bu suynan başını yuyub, bir az da qaşına, kirpiyinə çəkdi. Qırmızı sudan da bir az yanaqlarına, dodaqlarına çəkdi. Fatmanın gözəlliyi bir idi, indi oldu min. Fatma elə bir gözəl qız oldu ki, heç misli-bərabəri olmadı. Aya dedi, sən çıxma, mən çıxacam, günə dedi, sən çıxma, mən çıxacam. Yanaqlar qıp-qırmızı alma kimi, dodaqları qaymaq, dişləri inci, gözü maral gözü. Nə deyim, bir baxan deyərdi bir də baxaydım.
Fatma düz gəlib çıxdı qara inəyin yanına, onun başını, gözünü sığallayıb başladı buynuzlarını əmməyə, gördü ki, doğrudan da, inəyin bir buynuzunnan yağ, birinnən də bal gəlir. Fatma hər gün inəyin buynuzlarını əmib elə kökəldi ki, lap balığa döndü. Fatmanın analığının bu işə həm paxıllığı tutdu, həm də mat qaldı ki, görən Fatma neyləyir ki, belə kökəlib, qəşəngləşir. Odu ki, sabahdan öz keçəl qızını da qoşdu Fatmanın yanına ki, o da naxıra gedib qəşəngləşsin.
İş belə gətirdi ki, yenə bərk bir yel qopdu, bu dəfə də yel keçəl Fatmanın yununu götürüb apardı. Yun gedib həmin qarının bacasınnan içəri düşdü. Keçəl Fatma yunun dalınca qaça-qaça gedib qarının evinə çıxdı. Qapını döyüb yununu istədi. Qarı qızı içəri çağırıb dedi:
- A qızım, gəl başımı bitlə, sonra yununu verim.
Qız qarının başına baxıb gördü ki, bit-birəynən doludu. "Tfu" eləyib geri çəkildi. Qarı dedi:
- A qızım, mənim başım təmizdi, yoxsa sənin ananın?
- A qızım, mənim başım təmizdi, yoxsa sənin ananın?
Qız dedi:
- Allah vurmuşdu səni, başın ilan qurbağaynan doludu, həlbətdə anamın başı yaxşıdı.
Qarı bir altdan yuxarı baxıb dedi:
- A qızım, sən ki, belə dedin, ala yununu verirəm, amma burdan gedəndə qabağına üç bulaq çıxacaq. Birinin suyu qara, birinin suyu ağ, o birininki də qırmızı. Sən əvvəlcə qara suya girib çimərsən, sonra ağ suynan başını yuyub, bir az da qaşına, kirpiyinə, qırmızı sudan da alnına sürtərsən. Sonra da qara inəyin döşlərini əmərsən.
Qız qarının yanınnan çıxıb yolda qara suynan çimdi, ağ sudan qaşına, kirpiyinə çəkdi, qırmızı sudan da alnına sürtdü. Əvvəldən də bir şey olmayan keçəl Fatma dönüb oldu qara qul; hər yeri oldu qap-qara kösəy kimi. Bircə dişləri, gözləri ağarırdı. Keçəl Fatmanın heç nədən xəbəri yox idi. Gəlib inəyin əmcəyini ağzına salıb başladı sormağa, gördü ki, ağzına irin gəlir, tez başladı inəyin o biri məməsini əmməyə, gördü ki, bunnan da qan gəlir. Durub kor-peşiman evlərinə gəldi. Anası qızına baxan kimi əllərini iki dizinə vurub dedi:
- Bıy, başına güllər, ay qız sənə nə oldu ki, bu günə düşdün?
Qız başına gələni anasına söylədi. Daha iş işdən keçmişdi. O günnən keçəl Fatmanı anası evdən heç yerə buraxmadı. Amma göyçək Fatma hər gün inəyi aparıb otarır, özü də günü-günnən qəşəngləşirdi. Analıq gördü ki, Fatma inəyi otarmağa apardıqca yaxşılaşır, odu ki, bir gün bir az quru yuxa bişirib paltarının altınnan kürəklərinə qoydu, əri evə gələndə yerə yıxılıb arxası üstə o üzə, bu üzə çörükdü. Arvad tərpəndikcə yuxalar xırha-xırnan qırılırdı. Arvad ufuldana-ufuldana dedi:
- A kişi, görürsənmi nə bərk azarramışam. Ölürəm, mənə bir əlac.
Kişi dedi:
- Arvad sənin dərmanın nədi, de tapım?
Arvad dedi:
- Mənim dərmanım qara inəyin ətidi. Onu kəsib ətini mənə yedirtsən yaxşı olacam.
Kişi əvvəlcə inəyi kəsmək istəmədi, amma arvad əl çəkmədi ki, çəkmədi. Kişi axırda inəyi kəsdi. Göyçək Fatma gördü ki, inəyi kəsdilər. Qaldı məəttəl ki, indi nə yeyəcək, acınnan öləcək. Durub getdi həmin qoca qarının yanına, əhvalatı ona söylədi. Qarı dedi:
- Qızım, eybi yoxdu, qoy inəyi kəssinnər, sən onun ətinnən yeməzsən, qoy onlar yesinnər, sonra xəlvətcə onun bütün sümüklərini torbaya yığıb gətirərsən mənim yanıma. Qorxma, qardaşın indi də xoruz cildinə düşəcək.
Fatma qarının yanınnan gəlib o dediyi kimi elədi. İnəyin ətinnən yemədi, onsuz da analığı heç ona ət vermədi. Bəli, Fatma inəyin sümüklərini irili-xırdalı yığıb bir torbaya doldurdu, xəlvətcə düz gətirdi qarının evinə, qarı yekə bir quyu qazıb sümükləri basdırdı ora. Üstünü torpaqlayıb qıza dedi: - Bala, qorxma, bu sümüklərdən nə istəsən o saat hazır olacaq.
Qız durub evlərinə gəldi, bir-iki günnən sonra padşahın böyük oğlunun toyuydu, hamını çağırmışdılar. Fatmanın analığı da keçəl qızını geyindirib-keçindirib toya gedirdi. Göyçək Fatma da analığına yalvar-yaxar elədi ki, toya onu da aparsın. Analığı qoymadı ki, qoymadı, dedi:
- Bircə sənin yerin əskik idi, qaxıl otur yerində, onsuz da sənin paltarın nə gəzir ki, geyinib gedəsən.
- Bircə sənin yerin əskik idi, qaxıl otur yerində, onsuz da sənin paltarın nə gəzir ki, geyinib gedəsən.
Analıq bir çanaq darını yerə töküb, bir boş cam qoydu, dedi:
- Mən gələnə kimi bu darını yığarsan çanağa, bu camı da göz yaşınnan doldurarsan, əgər dediklərimi eləməsən, vay sənin gününə.
Fatma qaldı mat-məhəttəl ki, neyləsin. Analığı gedən kimi kor-peşiman daban alıb düz gəldi qarının yanına, analığının tapşırdığı işləri söylədi.
Qarı dedi:
- Qızım, qorxma, bu işlər mənim əlimdə su içimi kimi bir şeydi.
Qarı qıza bir çanaq darı verdi, bir cam da duzlu şor su. Dedi:
- Apar bu darını tök analığının darı çanağına, duzlu suyu da tök cama, elə bilsin ki, ağlayıbsan, gözünün yaşıdı. Qaldı yerətökülən darılar, toyuq-cücələri buraq qoy darını dənnəyib qurtarsınnar.
Qarı bu sözləri qıza deyənnən sonra onu götürüb gəldi inəyin sümüyünü basdırdığı yerə. Quyunun ağzını açıb dedi:
- Ey qara inək, sənnən bir qəşəng padşahanə libas, bir də bir qızıl başmaq istəyirəm ki, Fatma geyinib getsin toya.
O saat bir də gördülər ki, bu şeylər hazır oldu. Qarı qıza bir torba kişmiş, bir torba da kül verib dedi:
- Qızım, bu paltarı, qızıl başmağı geyib, torbaları da götürüb gedərsən toya, orada səni analığın tanımayacaq, toyda səni dəoynadacaqlar. Sən oynayanda camaatın üstünə kişmiş tökərsən, analığının üzünə kül, sonra tez qayıdıb gələrsən evə,paltarını soyunub oturarsan.
Bəli, Fatma zər-zibaynan tikilmiş paltarı geyib, qızıl başmağı ayağına taxıb döndü huri-mələyə. Getdi toya, hamı bugözəllikdə qızı görüb mat qaldı. Fatma oynaya-oynaya adamların qabağına getdikcə hamının qucağına kişmiş töküb,analığının gözünə kül səpdi. Sonra toydan çıxıb tələsik qayıtdı evə. Yolda çaydan hoppanıb keçəndə başmağının bir tayıayağınnan çıxıb düşdü suya. Tələsdiyinnən başmağı qoyub qaçdı. Həmin gün demə padşahın oğlu ova çıxıbmış. Qayıdanbaş yolda atını çayda sulamağa gətirdi. At dodağını suya vurub geri çəkildi. Padşahın oğlu əyilib suya baxdı, gördü ki, sudabir tay qızıl başmaq var, tez çıxardıb özüynən gətirdi. Bu tərəfdən də Fatma gəlib paltarını soyunub gizləndi. Analığı qaş-qabaqlı gəldi evə. Fatma dedi:
- Ana, bir az söylə görüm toyda nə oldu, nə keçdi?
- Ana, bir az söylə görüm toyda nə oldu, nə keçdi?
Arvad dedi:
- Heç, nə olacaq, bir qaragünnünün biri oynayanda hamının qabağına kişmiş tökdü, bizim qabağımıza kül atdı.
Bunları burda qoyaq, görək padşahın oğlu başmağı neylədi. Başmaq o qədər qəşəng idi ki, heç padşahın xəzinəsində dəbeləsi yox idi. Padşahın oğlu başmağı öz lələsinə verib dedi:
- Apar bu başmağı şəhərbəşəhər, kəndbəkənd axtar, hansı qızın ayağına olsa, gərək onu alam.
Lələ hər yeri gəzdi, bütün kəndləri, şəhərləri hələk-fələk elədi, başmaq heç kimin ayağına olmadı. Axırda xəbər alırlar ki, bubaşmağı ayağına taxmamış kim qaldı, dedilər ki, bircə Fatma adlı bir yetim qız var, o qalıbdı. Gətirib başmağı Fatmanınayağına geyindirdilər, gördülər ki, elə bil başmaqçı özü əliynən tikib, düz qızın ayağına. O saat gedib padşah oğluna xəbərapardılar ki, bəs belə-belə, başmaq filan qızın ayağına oldu. Oğlan toy tədarükü görüb Fatmanı gəlin gətirmək üçün özadamlarını göndərdi ki, qızın başını bəzəsinnər. Bu tərəfdən Fatmanın analığı paxıllığınnan az qaldı çatlasın, odu ki,Fatmanın əl-ayağını kəndirnən bağlayıb saldı təndirə, üstünü də örtdü. Öz qızı keçəl Fatmanı da bəzəndirib qoydu göyçəkFatmanın yerində. Yengələr, sağdışlar, solduşlar gəldilər ki, qızın başını bəzəyib gəlin aparsınlar, gördülər ki, qız o qız deyil.
Dedilər:
- Ay balam, bu qız niyə belə qaralıb?
Qızın anası nırx deyib durdu ki, elə bu həmən göyçək Fatmadı, o günün altında durub, gün qaraldıb. Yengə tez başmağıgətirib qızın ayağına taxdı, gördü yox, olmadı. Öz-özünə fikirləşdi ki, axı bu qız mən gördüyüm deyil, bunu bəzəyib aparsaqpadşahın oğlu nə deyər? Elə bu fikirdəydi ki, gördü küçədən uşaqlar oxuyurlar:
Gün çıx, gün çıx,
Kəhər atı min çıx,
Keçəl qızı evdə qoy,
Saçlı qızı götür qaç.
Yengə qızın tez başına baxıb gördü qız qart keçəldi. Tez durdu ki, gedib əhvalatı oğlana söyləsin. Birdən məhlədə bir xoruzbaşladı bannamağa:
Quqqulu-qu,
Fatma xanım təndirdə,
Əl-ayağı kəndirdə.
Yengə gəlib tez təndirin ağzını açdı, gördü doğrudan da Fatmanın əl-ayağını kəndirnən bağlayıb təndirə salıblar. Qızı çıxardıb gətirdilər evə, yetmiş yerdən ona bəzək-düzək verib, geyindirib-keçindirib apardılar padşahın oğluna. Hamı toyda çalır, oynayır, şadlıq eləyirdi keçəl Fatmaynan anası qan ağlayırdı.
Aradan bir müddət keçənnən sonra keçəl Fatmanın anası dedi:
- A qızım, olan-olub, keçən-keçib, bir dur get gör bacın nə qayırır?
Keçəl Fatma geyinib-keçinib getdi bacısının yanına, xoş-beş on beşdən sonra dedi:
- Ay bacı, yaman çimmək istəyirəm, dur gedək dərya kənarında çimək.
Göyçək Fatma bacısının xətrini sındırmayıb öz qızıl teştini də götürüb getdi dərya kənarına. Keçəl qız dedi:
- A bacı, əvvəlcə sən soyun, mən səni çimizdirim, sonrada sən məni çimizdirərsən.
Fatma sözə inanıb soyundu, dəryanın qırağında çimmək istəyəndə keçəl Fatma onu itələyib suyun dərin yerinə saldı.Göyçək Fatma sudan çıxa bilmədi. Keçəl qız Fatmanın paltarını geyinib oğlanın evinə gəldi. Axşam oldu, qız üz-gözünügizlədə-gizlədə bir təhər gecəni saldı. Yatmaq vaxtı gələndə oğlan gördü ki, Fatmanın saçı heç əlinə dəymir. Odu ki, dedi:
- Ay Fatma, sənin saçın heç gözümə dəymir.
Qız dedi:
- Başımı yumuşam deyin yığılıb bir yerə, sabah quruyar, genə uzanar.
Sabah açıldı, oğlan atına minib dəryanın kənarıynan gedirdi, bir də gördü ki, bir balıqçı toru nə qədər çəkirsə, sudan çıxardabilmir. Oğlan atdan düşüb balıqçıya kömək elədi. Bir təhər toru çəkib sudan çıxardılar. Bir də gördülər ki, tora bir balıq düşübki, əcdaha boyda, tez balığın qarnını yardılar. Oğlan gördü ki, buy budu göyçək Fatma balığın qarnında, tez qızı çıxardıb birşeyə büküb evə gətirdi. Fatma başına gələn əhvalatı tamam başdan-ayağa kimi ərinə danışdı. Oğlan o saat əmr elədi ki, birdəli qatır gətirsinlər. Keçəl Fatmanı qatırın quyruğuna bağladıb dağda-daşda sürütdədilər. Keçəl Fatmanın hər tikəsi birdərədə qaldı. Sonra göyçək Fatmaynan padşahın oğlu keyf çəkib dövran keçirdilər.
Göydən üç alma düşdü, biri mənim, biri sənin, biri də nağıl söyləyənin.
GÖYÇƏK FATMA
iri var idi, biri yox idi, allahın bəndəsi çox idi, bir kişiynən bir arvad var idi. Günlərin birində iş belə gətirdi ki, bu kişinin arvadı azarlanıb öldü. Həmin arvaddan Fatma adında yetim bir qızı, bir də oğlu qaldı. Kişi gördü ki, uşaqlara baxa bilməyəcək, odu ki, ayrı bir arvad aldı. Kişinin bu arvaddan da bir qızı oldu, amma bu yaman kifir qız idi. Bu arvad gələn gündən yetim Fatmanı gözü götürmədi. Öz qızının adını da Fatma qoydu. Amma bu qızınan onun asiman tafavüt var idi. Yetim Fatma gözəl göyçək bir qız, çirkin Fatma isə qara keçəl idi. Analıq yetim Fatmaynan, oğlana gün verib, işıq vermirdi. Onları gah suya, gah oduna göndərirdi. Evdə qarabaş kimi işlədirdi.
Günlərin birində arvad iki ayağın bir başmağa dirəyib ərinə dedi:
- Kişi, əgər bu uşaqları aparıb azıtmasan, səndə oturmuyacam. Mənim bu uşaqlardan zəhləm gedir, mən onlara daha baxa bilmirəm.
Kişi nə qədər yalvar-yapış elədi ki, ay arvad, insafın olsun, mən bu bir parça tüfülləri hara azıdım, yazıqdılar, gedərlər meşədə qurd-quş yiyər. Arvadın hırı tutmuşdu, elə nırx deyib durdu ki, əgər azıtmasan gününü qara eliyəcəm. Kişi çox götür-qoy elədi, gördü ki, ayrı əlacı yoxdu. Fatmaynan oğlunu götürüb getdi meşəyə. Uşaqlarını alladıb dedi:
- Balalarım, siz moruq, çiyələk yığa-yığa gedin dərənin dibinə, mən də bu biri tərəfdən bir az odun qırım, axşamüstü gəlib sizi də götürərəm, gedərik.
Uşaqlar atalarının sözünə inandılar. Moruq, çiyələk yığa-yığa lap meşənin sıx yerinə çatdılar.
Sizə kimnən deyim, kişidən. Kişi uşaqları aldadıb bu tərəfdən ağlaya-ağlaya, kor-peşiman qayıtdı evə. Axşam oldu. Qaranlıq düşdü, meşədə göz-gözü görmürdü. Ayı, canavar, pələng, şir meşəyə bir nərilti, gurultu, inilti salmışdılar ki, vəhmədən adamın bağrı çatlayırdı. Uşaqlar ha gözlədilər, dədələri gəlib çıxmadı. Axırda əlacsız qalıb bir ağacın başına çıxıb orada gecələdilər. Sabah tezdən durub yol başladılar bir cığırnan getməyə. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib bir bulağın başına çatdılar. Fatmanın qardaşı yaman susamışdı. Özünü tez verdi bulağın başına, istədi sudan doyunca içə. Fatma qoymaq istəmədi, elə bil ürəyinə dammışdı ki, bu suda bir şey var. Fatma nə qədər elədi ki, qardaşı sudan içməsin, olmadı. Oğlan ağzını bulağın gözünə diriyib sudan doyunca içdi. O saat dönüb oldu qara bir inək, Fatma üz-gözünü cırıb şivən saldı ki, ay qardaş, sənə demədimmi içmə, indi mən neyniyim, başıma haranın daşını töküm.
Qardaşı dedi:
- Bacı, daha iş-işdən keçib, mənimki də beləymiş, gəl gedək. Amma bu sirri nə badə bir adama deyəsən ha!
Fatma inəyi də qabağına salıb ayaq ləpiriynən o qədər getdi ki, meşədən çıxdı. Bir dağın başına çıxıb gördü ki, evləri uzaqdan görükür. Düz gəldi evlərinə. Arvad gördü ki, qız gəldi, amma yanında da bir qara inək. Əvvəlcə üz-gözünü turşutdu, qaş-qabağını tökdü, istədi qızı qovlasın. Sonra fikirləşdi ki, oğlan yoxdu, yəqin ölüb-itib, meşədə qalıb. Qız da ki, bir yaxşı inəynən gəlib. İnəyi sağıb yeyərik. Bir azdan sonra qızı genə azdırarıq, o da itib cəhənnəmə vasil olar. Kişi də qızını görüb bir tərəfdən sevindi, bir tərəfdən də oğlunu yadına salıb bikeyf oldu.
Analıq hər gün Fatmanın əlinə bir az yun verib inəyi otarmağa göndərərdi. Fatma axşama kimi inəyi otarır, analığı verdiyi yunu da didib əyirərdi. Bir gün yenə inəyi otardığı yerdə bərk yel əsdi, yel Fatmanın yumağını götürüb apardı. Fatma, "a yel baba, yumağımı aparma" - deyə-deyə yüyürürdü. Yel baba yumağı aparıb bir evin bacasınnan içəri saldı. Fatma gəlib bu evin qapısını döydü. İçəridən bədheybət bir qarı çıxıb dedi:
- A bala, nə var, nə istəyirsən?
Fatma dedi:
- Qarı nənə, yel baba yumağımı sənin bacannan içəri saldı, gəlmişəm ki, onu verəsən.
Qarı dedi:
Qarı dedi:
- A qızım, gəl mənim başıma bax, sonra yumağını verim.
Fatma razı oldu, içəri girib gördü qarının evi zir-zibilnən doludu. Odu ki, dedi:
- Qarı nənə, süpürgəni ver, evini süpürüm.
Qarı süpürgəni verdi. Fatma evi süpürüb tər-təmiz elədi. Sonra da başladı qarının başına baxmağa, gördü ki, bunun başı doludu ilan, çayannan, baxdı ki, qarının başında bitlər var tısbağa boyda, birələr var qurbağa boyda.
Qarı dedi:
- A qızım, de görüm sənin ananın başı qəşəngdi, yoxsa mənim? Mənim birələrim qəşəngdi, yoxsa onun.
Fatma dedi:
- Ay nənə, əlbəttə, sənin başın qəşəngdi. Sənin bit, birələrin də lap sərçə, bülbül kimi şeylərdi.
Bu sözlər qarının xoşuna gəldi, odu ki, dedi:
Bu sözlər qarının xoşuna gəldi, odu ki, dedi:
- Bala, burdan gedəndə qabağına üç bulaq çıxacaq, birinin suyu dümağ, süd kimi, o birininki qapqara şəvə kimi, birinin də suyu qıp-qırmızı lalə kimi. Ağ suda soyunub çimərsən, qara sudan da saçına, qaşına, kirpiyinə çəkərsən. Qırmızı sudan da yanaqlarına, dodaqlarına çəkərsən. Sonra gedib qara inəyin bir buynuzunnan yağ, birinnən də bal əməcəksən.
Fatma qarının yanından çıxıb gəldi, yolda günçıxan tərəfdə qabağına bir bulaq çıxdı, suyu dümağ süd kimi, girib suda çimdi. Bir az gedib günbatan tərəfdə də bir bulağa rast oldu. Bu bulağın suyu da qapqara idi. Fatma bu suynan başını yuyub, bir az da qaşına, kirpiyinə çəkdi. Qırmızı sudan da bir az yanaqlarına, dodaqlarına çəkdi. Fatmanın gözəlliyi bir idi, indi oldu min. Fatma elə bir gözəl qız oldu ki, heç misli-bərabəri olmadı. Aya dedi, sən çıxma, mən çıxacam, günə dedi, sən çıxma, mən çıxacam. Yanaqlar qıp-qırmızı alma kimi, dodaqları qaymaq, dişləri inci, gözü maral gözü. Nə deyim, bir baxan deyərdi bir də baxaydım.
Fatma düz gəlib çıxdı qara inəyin yanına, onun başını, gözünü sığallayıb başladı buynuzlarını əmməyə, gördü ki, doğrudan da, inəyin bir buynuzunnan yağ, birinnən də bal gəlir. Fatma hər gün inəyin buynuzlarını əmib elə kökəldi ki, lap balığa döndü. Fatmanın analığının bu işə həm paxıllığı tutdu, həm də mat qaldı ki, görən Fatma neyləyir ki, belə kökəlib, qəşəngləşir. Odu ki, sabahdan öz keçəl qızını da qoşdu Fatmanın yanına ki, o da naxıra gedib qəşəngləşsin.
İş belə gətirdi ki, yenə bərk bir yel qopdu, bu dəfə də yel keçəl Fatmanın yununu götürüb apardı. Yun gedib həmin qarının bacasınnan içəri düşdü. Keçəl Fatma yunun dalınca qaça-qaça gedib qarının evinə çıxdı. Qapını döyüb yununu istədi. Qarı qızı içəri çağırıb dedi:
- A qızım, gəl başımı bitlə, sonra yununu verim.
Qız qarının başına baxıb gördü ki, bit-birəynən doludu. "Tfu" eləyib geri çəkildi. Qarı dedi:
- A qızım, mənim başım təmizdi, yoxsa sənin ananın?
- A qızım, mənim başım təmizdi, yoxsa sənin ananın?
Qız dedi:
- Allah vurmuşdu səni, başın ilan qurbağaynan doludu, həlbətdə anamın başı yaxşıdı.
Qarı bir altdan yuxarı baxıb dedi:
- A qızım, sən ki, belə dedin, ala yununu verirəm, amma burdan gedəndə qabağına üç bulaq çıxacaq. Birinin suyu qara, birinin suyu ağ, o birininki də qırmızı. Sən əvvəlcə qara suya girib çimərsən, sonra ağ suynan başını yuyub, bir az da qaşına, kirpiyinə, qırmızı sudan da alnına sürtərsən. Sonra da qara inəyin döşlərini əmərsən.
Qız qarının yanınnan çıxıb yolda qara suynan çimdi, ağ sudan qaşına, kirpiyinə çəkdi, qırmızı sudan da alnına sürtdü. Əvvəldən də bir şey olmayan keçəl Fatma dönüb oldu qara qul; hər yeri oldu qap-qara kösəy kimi. Bircə dişləri, gözləri ağarırdı. Keçəl Fatmanın heç nədən xəbəri yox idi. Gəlib inəyin əmcəyini ağzına salıb başladı sormağa, gördü ki, ağzına irin gəlir, tez başladı inəyin o biri məməsini əmməyə, gördü ki, bunnan da qan gəlir. Durub kor-peşiman evlərinə gəldi. Anası qızına baxan kimi əllərini iki dizinə vurub dedi:
- Bıy, başına güllər, ay qız sənə nə oldu ki, bu günə düşdün?
Qız başına gələni anasına söylədi. Daha iş işdən keçmişdi. O günnən keçəl Fatmanı anası evdən heç yerə buraxmadı. Amma göyçək Fatma hər gün inəyi aparıb otarır, özü də günü-günnən qəşəngləşirdi. Analıq gördü ki, Fatma inəyi otarmağa apardıqca yaxşılaşır, odu ki, bir gün bir az quru yuxa bişirib paltarının altınnan kürəklərinə qoydu, əri evə gələndə yerə yıxılıb arxası üstə o üzə, bu üzə çörükdü. Arvad tərpəndikcə yuxalar xırha-xırnan qırılırdı. Arvad ufuldana-ufuldana dedi:
- A kişi, görürsənmi nə bərk azarramışam. Ölürəm, mənə bir əlac.
Kişi dedi:
- Arvad sənin dərmanın nədi, de tapım?
Arvad dedi:
- Mənim dərmanım qara inəyin ətidi. Onu kəsib ətini mənə yedirtsən yaxşı olacam.
Kişi əvvəlcə inəyi kəsmək istəmədi, amma arvad əl çəkmədi ki, çəkmədi. Kişi axırda inəyi kəsdi. Göyçək Fatma gördü ki, inəyi kəsdilər. Qaldı məəttəl ki, indi nə yeyəcək, acınnan öləcək. Durub getdi həmin qoca qarının yanına, əhvalatı ona söylədi. Qarı dedi:
- Qızım, eybi yoxdu, qoy inəyi kəssinnər, sən onun ətinnən yeməzsən, qoy onlar yesinnər, sonra xəlvətcə onun bütün sümüklərini torbaya yığıb gətirərsən mənim yanıma. Qorxma, qardaşın indi də xoruz cildinə düşəcək.
Fatma qarının yanınnan gəlib o dediyi kimi elədi. İnəyin ətinnən yemədi, onsuz da analığı heç ona ət vermədi. Bəli, Fatma inəyin sümüklərini irili-xırdalı yığıb bir torbaya doldurdu, xəlvətcə düz gətirdi qarının evinə, qarı yekə bir quyu qazıb sümükləri basdırdı ora. Üstünü torpaqlayıb qıza dedi: - Bala, qorxma, bu sümüklərdən nə istəsən o saat hazır olacaq.
Qız durub evlərinə gəldi, bir-iki günnən sonra padşahın böyük oğlunun toyuydu, hamını çağırmışdılar. Fatmanın analığı da keçəl qızını geyindirib-keçindirib toya gedirdi. Göyçək Fatma da analığına yalvar-yaxar elədi ki, toya onu da aparsın. Analığı qoymadı ki, qoymadı, dedi:
- Bircə sənin yerin əskik idi, qaxıl otur yerində, onsuz da sənin paltarın nə gəzir ki, geyinib gedəsən.
- Bircə sənin yerin əskik idi, qaxıl otur yerində, onsuz da sənin paltarın nə gəzir ki, geyinib gedəsən.
Analıq bir çanaq darını yerə töküb, bir boş cam qoydu, dedi:
- Mən gələnə kimi bu darını yığarsan çanağa, bu camı da göz yaşınnan doldurarsan, əgər dediklərimi eləməsən, vay sənin gününə.
Fatma qaldı mat-məhəttəl ki, neyləsin. Analığı gedən kimi kor-peşiman daban alıb düz gəldi qarının yanına, analığının tapşırdığı işləri söylədi.
Qarı dedi:
- Qızım, qorxma, bu işlər mənim əlimdə su içimi kimi bir şeydi.
Qarı qıza bir çanaq darı verdi, bir cam da duzlu şor su. Dedi:
- Apar bu darını tök analığının darı çanağına, duzlu suyu da tök cama, elə bilsin ki, ağlayıbsan, gözünün yaşıdı. Qaldı yerətökülən darılar, toyuq-cücələri buraq qoy darını dənnəyib qurtarsınnar.
Qarı bu sözləri qıza deyənnən sonra onu götürüb gəldi inəyin sümüyünü basdırdığı yerə. Quyunun ağzını açıb dedi:
- Ey qara inək, sənnən bir qəşəng padşahanə libas, bir də bir qızıl başmaq istəyirəm ki, Fatma geyinib getsin toya.
O saat bir də gördülər ki, bu şeylər hazır oldu. Qarı qıza bir torba kişmiş, bir torba da kül verib dedi:
- Qızım, bu paltarı, qızıl başmağı geyib, torbaları da götürüb gedərsən toya, orada səni analığın tanımayacaq, toyda səni dəoynadacaqlar. Sən oynayanda camaatın üstünə kişmiş tökərsən, analığının üzünə kül, sonra tez qayıdıb gələrsən evə,paltarını soyunub oturarsan.
Bəli, Fatma zər-zibaynan tikilmiş paltarı geyib, qızıl başmağı ayağına taxıb döndü huri-mələyə. Getdi toya, hamı bugözəllikdə qızı görüb mat qaldı. Fatma oynaya-oynaya adamların qabağına getdikcə hamının qucağına kişmiş töküb,analığının gözünə kül səpdi. Sonra toydan çıxıb tələsik qayıtdı evə. Yolda çaydan hoppanıb keçəndə başmağının bir tayıayağınnan çıxıb düşdü suya. Tələsdiyinnən başmağı qoyub qaçdı. Həmin gün demə padşahın oğlu ova çıxıbmış. Qayıdanbaş yolda atını çayda sulamağa gətirdi. At dodağını suya vurub geri çəkildi. Padşahın oğlu əyilib suya baxdı, gördü ki, sudabir tay qızıl başmaq var, tez çıxardıb özüynən gətirdi. Bu tərəfdən də Fatma gəlib paltarını soyunub gizləndi. Analığı qaş-qabaqlı gəldi evə. Fatma dedi:
- Ana, bir az söylə görüm toyda nə oldu, nə keçdi?
- Ana, bir az söylə görüm toyda nə oldu, nə keçdi?
Arvad dedi:
- Heç, nə olacaq, bir qaragünnünün biri oynayanda hamının qabağına kişmiş tökdü, bizim qabağımıza kül atdı.
Bunları burda qoyaq, görək padşahın oğlu başmağı neylədi. Başmaq o qədər qəşəng idi ki, heç padşahın xəzinəsində dəbeləsi yox idi. Padşahın oğlu başmağı öz lələsinə verib dedi:
- Apar bu başmağı şəhərbəşəhər, kəndbəkənd axtar, hansı qızın ayağına olsa, gərək onu alam.
Lələ hər yeri gəzdi, bütün kəndləri, şəhərləri hələk-fələk elədi, başmaq heç kimin ayağına olmadı. Axırda xəbər alırlar ki, bubaşmağı ayağına taxmamış kim qaldı, dedilər ki, bircə Fatma adlı bir yetim qız var, o qalıbdı. Gətirib başmağı Fatmanınayağına geyindirdilər, gördülər ki, elə bil başmaqçı özü əliynən tikib, düz qızın ayağına. O saat gedib padşah oğluna xəbərapardılar ki, bəs belə-belə, başmaq filan qızın ayağına oldu. Oğlan toy tədarükü görüb Fatmanı gəlin gətirmək üçün özadamlarını göndərdi ki, qızın başını bəzəsinnər. Bu tərəfdən Fatmanın analığı paxıllığınnan az qaldı çatlasın, odu ki,Fatmanın əl-ayağını kəndirnən bağlayıb saldı təndirə, üstünü də örtdü. Öz qızı keçəl Fatmanı da bəzəndirib qoydu göyçəkFatmanın yerində. Yengələr, sağdışlar, solduşlar gəldilər ki, qızın başını bəzəyib gəlin aparsınlar, gördülər ki, qız o qız deyil.
Dedilər:
- Ay balam, bu qız niyə belə qaralıb?
Qızın anası nırx deyib durdu ki, elə bu həmən göyçək Fatmadı, o günün altında durub, gün qaraldıb. Yengə tez başmağıgətirib qızın ayağına taxdı, gördü yox, olmadı. Öz-özünə fikirləşdi ki, axı bu qız mən gördüyüm deyil, bunu bəzəyib aparsaqpadşahın oğlu nə deyər? Elə bu fikirdəydi ki, gördü küçədən uşaqlar oxuyurlar:
Gün çıx, gün çıx,
Kəhər atı min çıx,
Keçəl qızı evdə qoy,
Saçlı qızı götür qaç.
Yengə qızın tez başına baxıb gördü qız qart keçəldi. Tez durdu ki, gedib əhvalatı oğlana söyləsin. Birdən məhlədə bir xoruzbaşladı bannamağa:
Quqqulu-qu,
Fatma xanım təndirdə,
Əl-ayağı kəndirdə.
Yengə gəlib tez təndirin ağzını açdı, gördü doğrudan da Fatmanın əl-ayağını kəndirnən bağlayıb təndirə salıblar. Qızı çıxardıb gətirdilər evə, yetmiş yerdən ona bəzək-düzək verib, geyindirib-keçindirib apardılar padşahın oğluna. Hamı toyda çalır, oynayır, şadlıq eləyirdi keçəl Fatmaynan anası qan ağlayırdı.
Aradan bir müddət keçənnən sonra keçəl Fatmanın anası dedi:
- A qızım, olan-olub, keçən-keçib, bir dur get gör bacın nə qayırır?
Keçəl Fatma geyinib-keçinib getdi bacısının yanına, xoş-beş on beşdən sonra dedi:
- Ay bacı, yaman çimmək istəyirəm, dur gedək dərya kənarında çimək.
Göyçək Fatma bacısının xətrini sındırmayıb öz qızıl teştini də götürüb getdi dərya kənarına. Keçəl qız dedi:
- A bacı, əvvəlcə sən soyun, mən səni çimizdirim, sonrada sən məni çimizdirərsən.
Fatma sözə inanıb soyundu, dəryanın qırağında çimmək istəyəndə keçəl Fatma onu itələyib suyun dərin yerinə saldı.Göyçək Fatma sudan çıxa bilmədi. Keçəl qız Fatmanın paltarını geyinib oğlanın evinə gəldi. Axşam oldu, qız üz-gözünügizlədə-gizlədə bir təhər gecəni saldı. Yatmaq vaxtı gələndə oğlan gördü ki, Fatmanın saçı heç əlinə dəymir. Odu ki, dedi:
- Ay Fatma, sənin saçın heç gözümə dəymir.
Qız dedi:
- Başımı yumuşam deyin yığılıb bir yerə, sabah quruyar, genə uzanar.
Sabah açıldı, oğlan atına minib dəryanın kənarıynan gedirdi, bir də gördü ki, bir balıqçı toru nə qədər çəkirsə, sudan çıxardabilmir. Oğlan atdan düşüb balıqçıya kömək elədi. Bir təhər toru çəkib sudan çıxardılar. Bir də gördülər ki, tora bir balıq düşübki, əcdaha boyda, tez balığın qarnını yardılar. Oğlan gördü ki, buy budu göyçək Fatma balığın qarnında, tez qızı çıxardıb birşeyə büküb evə gətirdi. Fatma başına gələn əhvalatı tamam başdan-ayağa kimi ərinə danışdı. Oğlan o saat əmr elədi ki, birdəli qatır gətirsinlər. Keçəl Fatmanı qatırın quyruğuna bağladıb dağda-daşda sürütdədilər. Keçəl Fatmanın hər tikəsi birdərədə qaldı. Sonra göyçək Fatmaynan padşahın oğlu keyf çəkib dövran keçirdilər.
Göydən üç alma düşdü, biri mənim, biri sənin, biri də nağıl söyləyənin.
HATƏM VƏ QOYUN DƏRİSİNƏ GİRMİŞ QURD
iri var idi, biri yox idi, Hatəm adlı bir cavan oğlan var idi. O, anası ilə birlikdə yaşayırdı. Hatəmin bir iti, bir keçisi, bir toyuğu var idi. Bütün ili hər gün toyuq bir yumurta, keçi də bir sərnic süd verirdi. Bu südlə yumurta ana-balanı el-elə, baş-başa dolandırırdı. Hatəm toyuğa sarı buğda, keçiyə qara yonca, itə isə san fətir yedirirdi.
Keçi hər il dörd dişi bala doğurdu. Amma onun balaları böyüyüb ərsəyə çatan kimi qurd oğurlayıb yeyirdi. Yazıq keçi həmişə gözünün yaşını axıdıb bala üzünə həsrət qalırdı. Hatəm nə qədər çalışırdısa da qurdu tapa bilmirdi. Keçinin bir qoyun bacılığı var idi. Hər gün otlağa gedəndə bacılığı onun yanına gəlib qəmini dağıdırdı. Keçi gününü bu bacılığı ilə keçirirdi. Günlərin bir günü keçi yenə otlağa çıxmışdı. Bir göy çəmənlikdə otlayırdı. İt də önun yanında idi. Bir de gördü budu, bacılığı ağlaya-ağlaya gelir. Keçi soruşdu:
- Qoyun bacı, söylə görüm niyə ağlayırsan?
Qoyun dedi:
- Ağlamayım, ne eləyim? Bircə madar balam var idi. Onu da bu gece qurd apardı!
Qoyunla keçi bir-birinə qoşulub ağladılar, ürəklərini boşaltdılar. İt otdan-zaddan yolub qoyunun qabağına tökdü. Qoyun doyunca ot yedi, onlarla salamatlaşıb yola düşdü. Get-ha-get, qabağına bir tülkü çıxdı.
Tülkü onu görüb dedi:
- Qoyun bacı, hara gedirsən?
Qoyun dişlərini şaqqıldadıb dedi:
- Ədə, nə qoyun, nə keçi, mən qurdam! Qoyun dərisinə girmişəm, hiylə işlədirəm.
Tülkü gülüb dedi:
- Oho! Xoş gördük, qurd lələ, kələyin ucunu yaxşı tapmısan. Düzünü de görüm, bu gün bığının altından nə keçirmisən?
Qurd cavab verdi:
- Tülkü baba, canın üçün, üç gündür ki, dilimə ət dəymir.
Tülkü dedi:
- Özünü yorulmuş bilsən, yoldaşını ölmüş bil. Bəs yaxşı, nə üçün qoyun dərisi geyinmisən? Bunun ki sənə bir mənfəəti yoxdu.
Qurd dedi:
- Bunun mənə mənfəəti çoxdur. Hatəmin keçisi ile bacılıq olmuşam. O doğub böyüdür, mən yeyirəm.
- Nə olsun, indi ki, acsan?!
Qurd dedi:
- Keçi o qədər kökdür ki, dərisinə sığışmır, tükünü çəksən yerindən yağ damar. Gedək sən hay-həşir elə, men onu aldadıb kənara çıxardım, yeyək.
Tülkü dedi:
- Keçi təkdirmi?
Qurd dedi:
- Yanında bir it də var.
Tülkü it adını eşidib dedi:
- Dosta xəyanət edən axırda bəlasını çəkər. Qorxuram qurunun oduna yaş da yana.
Qurd dedi:
- İşini gör, mənim dostluğum ele belə olar. Men qoyun dərisindən çıxacağam. Gedərik, sən səs eləyib itin ağzını başqa yerə salarsan, mən keçini oğurlayaram.
Tülkü razı oldu. Qurd qoyun dərisindən çıxdı. Bunlar bir-birinə qoşulub, düz keçi otlayan yerin yaxınlığına gəldilər. Burada bir toyuq da var idi. Toyuğu görəndə tülkünün ağzı sulandı. Tülkü qurdu keşikde qoydu, özü çəkilib uzağa getdi, və bir neçə dəfə vaqqıldadı. İt onun səsini eşidən kimi hürə-hürə ona tərəf getdi. Qurd fürsəti fövtə verməyib, keçini tutdu, belinə tullayıb yola düzəldi. Toyuq bunu görən kimi, qanad açıb havaya qalxdı və özünü Hatəmə çatdırıb ağlaya-ağlaya dedi:
- Bəs niyə, durmusan? Keçini qurd apardı!
Hatəm bir başına vurdu, bir gözünə, daban açıb yola düşdü. Toyuq da qanad açıb havaya qalxdı. Bu dəmdə it də gəlib çıxdı. Toyuq göydə, Hatəmlə it də yerdə yel kimi qaçırdılar. Onlar kəsə yolla gedib qurdu haqladılar. Hatəm qurdu nişan alıb bir ox atdı, qurd yaralandı. Qurd keçini buraxıb özünü qayadan tulladı, yarımcan olsa da, ölümdən qurtardı. Hatəm keçini götürüb qayıtmaqda olsun, sizə xəbəri tülkü babadan verim. Tülkü bir uca yerdən tamaşa edirdi. Hatəm gedəndən sonra yavaş-yavaş qurdun yanına gəlib gördü ki, qurd qızıl qan içindədir. Onun yaralarını bağlayıb dedi:
- Əhsən, qurd lələ, men səni bələ qoçaq bilmirdim. Heç kəs o qovha-qovdan qurtarmazdı ki, sen qurtardın.
Qurd dedi:
- Heç eybi yoxdur. Ölmərəmsə, bu hayıfi onlardan çıxaram.
Tülkü dedi:
- Heç bir şey edə bilməyəcəksən.
Qurd dedi:
- Tülkü baba, mən yenə qoyun dərisinə girəcəyəm. Sən məni bazara apar, bir təhər qoyun adına Hatəmə sat. Gerisi ilə işin yoxdur.
Tülkü dedi:
- Bir tümən pul verərsən, bazardan şini alıb cibimə tökərəm. Sonra səni sataram.
Qurd dedi:
- Yaxşı verərəm.
Qurd ilə tülkü bir dərzinin yanına gəldilər. Tülkü dedi:
- Dərzi qardaş, mənə bir dəst çoban paltarı tik.
Dərzi dedi:
- Tülkü baba, xeyir ola? Çoban paltarı nəyinə lazım olub?
Tülkü dedi:
- Qurd lələ bəd əməldən əl çəkib, daha heyvan yemir. Bir neçə qoyun almışam, qurdu onlara çoban edəcəm.
Dərzi dedi:
- İnanan daşa dönsün.
Tülkü dedi:
- Sənin nə işinə qalıb ki, dərinə gedirsən. Pulunu al, paltarı tik, ver.
Dərzi onlara bir dəst çoban paltarı tikib verdi. Bunlar çoban paltarını götürüb bir xəlvətə çəkildilər. Tülkü paltarı geydi, qurd da qoyun dərisinə girdi. Tülkü qurdu qabağına qatıb bazara gətirdi. Həmin gün Hatəm də bazara gəlmişdi. O, gəzə-gəzə tülkünün yanına gəlib, qoyunu tanıdı. Qoyunun başını tumarlayıb dedi:
- Çoban qardaş, bu qoyun mənim keçimin bacılığıdır. Adam da belə damazlıq qoyunu satarmı?
Tülkü dedi:
- Əlacım yoxdur, əlim aşağıdır, onun üçün satıram.
Hatəm dedi:
- Mən bu qoyuna müştəriyəm, qiyməti neçədir?
Tülkü dedi:
- At deyil, dəvə deyil, neçe verirsən ver də.
Hatəm dedi:
- Ay canım, qiymətini de.
Tülkü dedi:
- Sənə üç tümən.
Hatəm dinməz-söyləməz üç tümən pul verib, qoyunu aldı, evinə gətirdi. Tülkü də bir xeyli ət alıb özünü meşeyə verdi, Hatəmin anası da bu qoyunu tanıyırdı. O çox şad olub qoyunun üzündən-gözündən öpdü. Qoyunu keçi ilə toyuğun yanına apardılar. Bunlar da öpüşdülər, görüşdülər, bir məclis düzəltdilər. Keçi nağara vurdu, toyuq zurna çaldı, şadlıq elədilər. Bir müddət belə keçdi, amma qurd fürsət tapıb keçini yeyə bilmədi. İt onlardan ayrılmırdı. Qurd ət üzünə həsrət qalmışdı. Gündən-günə zəifləyirdi. Bir gün keçi Hatəmə dedi:
- Bacılığım gündən-günə zəifləyir. Özü də dodağını dodağının üstünə qoyub heç nə demir.
Hatəm qurddan soruşdu:
- Qoyun, dərdin nədir?
Qurd dedi:
- Zökəm olmuşam, boğazım ağrıyır.
Hatəm dedi:
- Toyuğumuz hər gün bir yumurta verir. Yeyərsən, boğazının ağrısı keçər, zökəmin də yaxşı olar.
Bəli, Hatəm hər gün toyuğun yumurtasını qurda verirdi.
Qurd gündə bir yumurta yeyib, ölmə-diril dolanır, keçini aparmaq üçün fürsət gözləyirdi. Bir neçə gün də belə keçdi. Qurd gördü bir yumurta ilə dolana bilməyəcək, axırda acından öləcək. Hatəme dedi:
- Mənim zökəmim yaxşı olmadı. Boğazım lap qovuşur.
Hatəm dedi:
- Keçinin südünü də verərəm içərsən, yaxşı olarsan. Hatəm hər gün keçidən sağılan südü də ona verirdi.
Elə olmuşdu ki, Hatəmlə anası yavanlıq üzünə həsrət qalmışdılar. Bir səhər qurd öz-özünə dedi: "Nə qədər ki, Hatəm evdədir, mən fürsət tapıb keçini apara bilməyəcəyəm. Yaxşısı budu, onu uzaq səfərə göndərim". Axşam qurd Hatəmin yanına gəlib dedi:
- Zökəmim lap xarab olub. Get mənə həkim gətir.
Hatəmin ona yazığı gəldi. Şəhərə həkim gətirməyə getdi. О gedən kimi qurd keçi ilə toyuğu yanlayıb dedi:
- Ürəyim üstümdə durmur. Bir bağçaya çıxaq, ürəyim açılsın.
Keçi qoyunu götürüb bağçaya apardı. Qurd hər tərəfə göz gəzdirdi: Hatəm yox, it уox. Bu fürsəti kim buraxar? Birdən sıçrayıb keçini yaxaladı. Keçi dedi:
- Bacı, bu nədir, məni niyə dişləyirsən?
Qurd dedi:
- Səsini kəs, dəli olmuşam.
Qurd keçini belinə atıb, yola düzəldi, keçi bircə dəfə bərkdən qışqırdı:
- Ay aman, məni qoyun apardı!
Toyuq səsə bayıra çıxıb, gördü ki, qoyun keçini götürüb qaçır. Toyuq о saat itə xəbər verdi. Hər ikisi qaçıb Hatəmə xəbər verdilər. Toyuq ağlaya-ağlaya dedi:
- Niyə durmusan? Qoyun keçini apardı.
Hatəm məəttəl qalıb dedi:
- Sən nə danışırsan? Keçini də qoyun apararmı?
Toyuq dedi:
- Danışmaq yeri deyil. Apardı deyirəm, tez ol.
Hatəm kəsə yolla gedib qurdu qabaqladı. Baxdı ki, budu, qoyun keçini boğazlayıb ley kimi gedir. Onlar hərəsi bir tərəfdən tökülüşüb qurdu tutdular. Qurd əhvalatı belə görəndə özünü dəliliyə vurdu ki, bəlkə onu dəli hesab etdilər. Amma Hatəm onun hiyləsinə inanmadı. Başına bir ip salıb sürüyə-sürüyə evinə gətirdi. Keçinin öna ürəyi yanıb dedi:
- Hatəm, onu həkimə göstər. Bəlkə doğrudan da dəli olub.
Hatəm dedi:
- Dəli olub, özünü qayadan atsın, daha səni niyə aparır? Mən bunü öldürəcəyəm. Yəqin qudurub.
Hatəm qılıncı çəkib, onu vurmaq istəyəndə qurd dişlərini şaqqıldadıb zingildədi. Hatəm tez onu yaxaladı. Dərisini boğazından çıxarıb nə gördü? Gördü ki, bu qoyun dərisinə girmiş qurddur. Hatəm onu tanıyıb dedi:
- Oho! Sən qoyun dərisinə girmiş qurd imişsən! Mən səni göydə axtarırdım, yerdə əlimə düşmüsən. Sen hər il mənim keçimin dord balasını yemisən.
Qurd nə qədər yalvardısa, Hatəm onun sözünə baxmadı. Qılıncı onun təpəsinə elə vurdu ki, qurdun beyni xaş-xaş kimi ovulub yerə töküldü. Hatəm onun dərisini soydu. Keçini, toyuğu və iti götürüb evinə gəldi. Ömürləri boyu kefi kök, damağı çağ yaşadılar.
MƏLİKMƏMMƏD NAĞILI
adşah hər gün səhər tezdən sübh açılan kimi durub gedərmiş bağa ki, almanı dərib yesin, amma görərmiş ki, alma dərilib. Kor-peşman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axırda padşah təngə gəlib böyük oğlunu yanına çağırdı. Oğul atasının qulluğuna gələn kimi baş endirib dedi:
-Ata, sənə fəda olum, mənə görə nə qulluq? Atası dedi:
-Belə də iş olar? Mən padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm?! Gərək nə təhər olsa, almanı oğurlayanı tutasan ki, tənbeh oluna.
Oğlan atasının əlindən öpüb çıxdı, dava libasını geyinib, oxkamanını götürüb, bağa getdi
Oğlan bir saat gözlədi, iki saat gözlədi, sübh - alma yetişən vaxt yuxu onu tutdu. Bir zaman ayılıb gördü ki, alma ağacda yoxdu - dərilibdi. Padşahın böyük oğlu kor-peşman evə qayıtdı.
O-biri gün padşah ortancıl oğlunu yanına çağırıb dedi:
-Belə də iş olar? Mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm?! Gərək nə təhər olsa, alma oğurlayanı tutasan ki, tənbeh oluna.
Ortancıl oglan da atasının əlindən öpüb çıxdı, dava libasını geyinib, oxukamanını götürüb, bağa getdi. Bu da bir saat gözlədi, iki saat gözlədi, axırda alma yetişən vaxtı yuxuya gedib yatdı. Bir zaman ayılıb gördü ki, alma dərilib. Kor-peşman evə qayıtdı.
Bu xəbəri padşahın kiçik oğlu Məlikməmməd eşitcək, atasının yanına gəldi, ədəblə baş endirib dedi:
-Ata, izn ver, bu səfər də alma ağacının keşiyini mən çəkim.
Atası dedi:
-Səndən böyük qardaşların deyirdilər alma ağacının keşiyini çəkib oğrunu tutacağıq, amma tuta bilmədilər, kor-peşman geri qayıtdılar. Indi sən gedib nə edəcəksən?
Məlikməmməd əl çəkməyib, atasından təvəqqe elədi ki, ona izn versin. Atası çarnaçar razılıq verdi. Məlikməmməd kefi kök, damağı çağ, qayıdıb öz otağına gəldi. Elə ki, gün batdı, axşam oldu, Məlikməmməd qıvraq geyinib, ox-kamanını götürüb bağa getdi. О biri qardaşları kimi bir saat gözlədi, iki saat gözlədi, axırda gördü yuxusu gəlir. Xəncərini çıxarıb, barmagını yardı, yerinə duz tökdü. Gecə ta səhərə kimi barmağının ağrısından yata bilmədi.
Sübhə yaxın gördü ki, bir gurultu, bir nərilti qopub, ta nə təhər... Durub ağacın dalında gizləndi ki, görsün bu nədir. Gördü ki, bir div gəlir, boyu minarə kimi, adam baxanda bağrı yarılır, elə bilirsən bir dağ qopub gəlir.
Məlikməmməd о saat barmağını dişləyib dedi:
-Aha, almanı aparan bu imiş.
Div gəlib alma ağacına yaxınlaşanda Məlikməmməd birdən onun başına elə bir qılmc vurdu ki, qılme zərbədən iki parça olub əlindən yerə düşdü. Div о saat qayıdıb, nə'rə çəkə-çəkə qaçdı.
Sabah olan kimi Məlikməmməd almaları yığıb bir məcməiyə qoydu, üstünə də örtük çəkib atasına apardı. Padşah almaları görcək çox şad oldu.
Məlikməmməd dedi:
-Ay ata, izn ver, qanın iziynən gedib divi öldürüm.
Padşah razı oldu. Məlikməmmədə bir qədər də qoşun verib, о biri oğlanlarını da ona qoşdu və yola saldı. Onlar qanın iziylə gedib, bir quyuya rast gəldilər. Bildilər ki, div bu quyuya giribdi. Quyunun ağzına bir dəyirman daşı qoyulmuşdu. Padşahın oğlanları istədilər daşı götürüb içəri girsinlər. Əwəl böyük oğlan daşdan yapışdı, nə qədər çalışdı, yerindən tərpədə bilmədi. Ortancıl oğlan irəli yeridi, bu da nə qədər çalışdı, daşa gücü çatmadı. Növbə Məlikməmmədə yetişdi. O, daşdan yapışdı, bir dəfə gücverib, daşı götürdü, kənara atdı. Daşı atandan sonra divin dalınca quyuya girmək lazım idi. Yenə böyük oğlan qabağa yeriyib dedi:
-Gərək məni sallayasınız.
Dedilər:
-Yaxşı.
О saat bir kəndir götürüb, onun belinə bağladılar, quyuya sallamağa başladılar. Bir az sallamışdılar ki, oğlan bərkdən çığırdı:
-Ay yandım, çəkin!
Padşahın böyük oğlunu quyudan çəkdilər. Ortancıl oğlan qabağa yeriyib dedi:
-Məni quyuya sallayın, divin dalınca gedim.
Yenə razı oldular, kəndiri belinə bağlayıb, onu quyuya salladılar.
Padşahın ortancıl oğlunu da elə bir az quyuya sallamışdılar ki, quyudan səs gəldi:
-Ay yandım, çəkin! Onu da yuxarı çəkdilər.
Axırda növbə Məlikməmmədə çatdı. Məlikməmməd qabağa yeriyib dedi:
-Məni quyuya sallayın, amma nə qədər "yandım" desəm, qulaq asmayın.
Məlikməmmədi quyuya sallayanda, о da о biri qardaşları kimi çığırmağa başladı:
-Ay yandım, çəkin!
Bu sözlərə qulaq asmadılar. Məlikməmməd bir az aşağı enmişdi ki, gördü yavaş-yavaş isti azalır. Quyunun təkinə çatan kimi, bir о yana, bir bu у ana baxıb, gördü bir yol var. Belindən kəndiri açıb, başladı yolnan getməyə. Məlikməmməd az getdi, çox getdi, gedib bir otağa çıxdı. Qapını açıb bir boş otağa girdi, gördü ki, bu otağm içində də bir qapı var, bu qapmı açdı, bir ayrı otağm içində də bir qapı var, bu qapını da açdı, bir ayrı otağa girdi. Onun da qapısını açdı... Belə-belə Məlikməmməd yeddinci qapını açdı. Gördü burda taxtın üstündə elə bir nazənin əyləşib ki, yemə, içmə, xəttixalma, gülcamalma tamaşa elə. Qızın dizi üstə bir div başını qoyub yatmışdı.
Qız Məlikməmmədi görcək dedi:
-Ey cavan, kimsən, nəkarəsən? Heyfsən, qaç gizlən! Div yaralanıb, acığı tutub. Ayılıb səni görsə, bir dəqiqə də sağ qoymaz.
Məlikməmməd dedi:
-Mən elə bu divi öldürməyə gəlmişəm.
Məlikməmməd xəncərini çəkib, divin ayağını dəlməyə başladı. Div gözlərini açıb, qıza dedi:
-Qoyma, ayağımı milçək yedi!
Məlikməmməd bir az sakit olub yenə başladı divin ayağını dəlməyə. Div gözlərini açıb çığırdı:
-Qoyma, ayağımı milçək yedi!
Üçüncü dəfə Məlikməmməd divin ayağmı dələndə div yerindən qalxıb qıza bir şapalaq vurub dedi:
-Sənə demirəm ayağımı milçək yedi!
Bu halda Məlikməmməd yerindən şir kimi sıçrayıb, divnən tutaşdı. Bunlar qırx gün, qırx gecə güləşdilər. Heç biri о birini yıxa bilmədi. Axırda hər ikisi gücdən düşdü. Div dedi:
-Hər kəssən, buraya gəlmisən, bir az möhlət ver yatım, sonra yenə güləşərik.
Məlikməmməd razı oldu. Div başını yenə qızm dizi üstünə qoyub yatdı. Durdu, yenə başladılar güləşməyə. Bu minvalnan yeddi gün, yeddi gecə güləşdilər.
Axırda qız Məlikməmmədə dedi:
-Ey cavan, taxçada bir şüşə var, bu divin canı о şüşədə idi. Onu sındırmasan, divə güc gələ bilməyəcəksən.
Məlikməmməd sıçrayıb taxçadakı şüşəni yerə çırpdı. Şüşənin içindən bir quş uç'maq istəyəndə, Məlikməmməd о saat onu tutdu. Div yerindən qalxıb yalvarmağa başladı:
-О quşa dəymə, dünyada nə istəyirsən sənə verim. О quşu öldürmə, о mənim canımdı.
Məlikməmməd qəbul etməyib dedi:
-Mənim elə axtardığım bu idi.
Sonra quşun başmı üzüb yerə atdı; həmən saat div gurultu ilə taxtdan düşüb öldü.
Məlikməmməd divi öldürdükdən sonra başını qızm dizinin üstə qoyub doyunca yatdı. Bir qədər keçdi, durub о biri otağa keçdi.
Məlikməmməd gördü ki, burda əvvəlkindən də gözəl bir qız oturub, bunun da dizi üstə bir div başını qoyub yatıb. Qız Məlikməmmədi görəndə dedi:
-Ey cavan, yazıqsan, qayıt qaç! Indicə div oyanar, səni parça-parça elər.
Məlikməmməd dedi:
-Qorxma, ay qız, bunu da öldürəcəyəm.
Məlikməmməd qılıncını çıxarıb divin ayağını dəlməyə başladı. Div gözlərini açıb qıza dedi:
-Qoyma, ayağımı milçək yedi!
Məlikməmməd bir az sakit olub, yenə başladı divin ayağını dəlməyə. Div gözlərini açıb qıza dedi:
-Qoyma, ayağımı milçək yedi!
Məlikməmməd üçüncü dəfə divin ayağını dələndə, div yer-dən qalxıb qıza bir şapalaq vurub dedi:
-Sənə demirəm ayağımı milçək yedi! Məlikməmməd yenə sıçrayıb divnən güləşməyə başladı. Bunlar qırx gün, qırx gecə güləşib, bir-birini yıxa bilmədilər. Axırda Məlikməmməd divi yuxuya verdi. Bu divin də canı şüşədə olduğundan, o, taxçadakı şüşəni sındırdı, quşu tutdu, başını üzən kimi, div gurultuynan yıxılıb öldü.
Məlikməmməd başını qızın dizi üstə qoyub bir az dincəldi, sonra durub üçüncü otağa girdi. Burda taxtın üstə bir nazənin sənəm əyləşmişdi Bu qız о biri qızların ikisindən də gözəl idi. Elə gözəl idi ki, yenə, içmə, xətti-xalma, gül-camalma tamaşa elə.
Məlikməmməd qıza lap ürəkdən aşiq oldu. Qızın da gözü Məlikməmmədə düşdü. Qız ona yalvararaq dedi:
-Ey cavan, heyfsən, qaç gizlən! Div gəlib səni yeyəcək. Məlikməmməd qulaq asmayıb bir az oturdu, bir də gördü,nə, göy guruldadı, ildırım çaxdı, dağ kimi nəhəng bir div gəldi.
Bunlar qırx gün, qırx gecə güləşdilər. Bu divin də canı şüşədə idi. Məlikməmməd şüşəni cəld götürüb yerə çırpdı, quşun başmı üzdü, div öldü.
Məlikməmməd kefi kök, damağı çağ başını qızın dizi üstə qoyub yatdı.
Məlikməmməd yuxudan duran kimi, qızları başına yığıb, vəzndə yüngül, qiymətdə ağır şeylərdən götürüb, quyunun təkinə gəldi. Əvvəl böyük qızın belinə kəndir bağladı, qardaşları yuxarı çəkdilər, ondan sonra ortancıl qızı çəkib çıxartdılar. Növbə balaca qıza gələndə, qız Məlikməmmədə dedi:
-Qoy əvvəl səni yuxarı çəksinlər, sonra da mən çıxaram. Qorxuram qardaşların görərlər ki, mən о birilərindən gözələm, paxıllıqları tutar, kəndiri kəsib, səni quyuya salarlar.
Məlikməmməd razı olmadı. Qız dedi:
-İndi ki, razı olmursan, bax bu dediklərimə qulaq as. Kəndiri kəsəcəklər, yenə quyunun təkinə düşəcəksən. О vaxt döyüşə-döyüşə iki qoç gələcək; biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi, işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.
Məlikməmməd qızın dediklərinə qulaq asandan sonra, onun belinə ip bağladı, qızı yuxarı çəkdilər. Kiçik qız quyudan çıxanda qardaşları ağılları başlarından çıxdı, dedilər:
-Məlikməmməd kiçik qardaş olduğu üçün gözəl qızı özünə götürəcək.
Qardaşların paxıllığı tutdu, yarı yolda Məlikməmmədin kəndirini kəsdilər. O, şappıltıynan quyunun təkinə düşdü.
Quyuda Məlikməmməd bikef oturmuşdu. Bir də gördü ki, qız deyən ağ qoçnan qara qoç budu, döyüşə-döyüşə gəlir. Məlikməmməd о saat sıçrayıb ağ qoçun belinə mindi. Amma ağ qoç onu qara qoçun belinə tulladı. Qara qoç da Məlikməmmədi götürüb qaranlıq dünyaya apardı.
Burada Məlikməmməd bir ağacın altında oturdu. Gördü bu ağaca bir əjdaha dırmaşır. Əjdaha bir az yuxarı qalxmışdı ki, ağacın başında çoxlu quş balasının səsi gəldi. Demə Zümrüd quşunun yuvası bu ağacda imiş. Zümrüd quşunun yumurtadan çıxmış balaları böyüyəndə əjdaha gəlib onları yeyər, Zümrüd quşu da bala üzünə həsrət qalarmış. Bu dəfə də əjdaha ağaca dırmaşırdı ki, yenə Zümrüd quşunun balalarmı yesin. Məlikməmməd bunu gördü, qılmcını çəkib, əjdahanı iki parça elədi. Sonra ağacın dibində yatdı.
Sizə kimdən deyim, Zümrüd quşundan. Zümrüd quşu balalarına dən gətirməyə getmişdi, qayıdıb gələndə ağacın altında gözünə bir qaraltı dəydi. Quş elə bildi ki, balalarını yeyən bu adamdı. Cəld gedib dimdiyinə iri bir daş aldı, istədi Məlikməmmədin üstünə salsın. Balaları yuvadan çığırışıb qoymadılar, dedilər:
-Əjdaha bizi yemək istəyirdi, bu oğlan əjdahanı öldürüb, canımızı qurtardı.
Zümrüd quşu daşı kənara atıb, aşağı endi, qanadlarını Məlikməmmədin üstünə çəkdi.
Məlikməmməd yuxudan ayılıb quşu gördü, çox qorxdu. Quş dedi:
-Hər kəssən, nəkarəsən, qorxma. Mən sənə pislik eləmərəm. Mən neçə ildi ki, sən öldürdüyün əjdahanın əlindən bala üzünə həsrət idim. Indi sən əjdahanı öldürüb, mənim balalarımı ölümdən qurtardın. Bu yaxşılığın əvəzinə nə istəyirsən? Məlikməmməd başına gələnləri quşa nağıl elədi, dedi:
-Heç nə istəmirəm, ancaq məni işıqlı dünyaya çıxart.
Zümrüd quşu dedi:
-Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən.
Məlikməmməd bilmədi ki, qırx şaqqa əti, qırx tuluq suyu haradan tapsm. Quş Məlikməmmədin bikef olduğunu görüb dedi:
-Ey Məlikməmməd, qırx ağaclıqda bir padşahın ölkəsi var. Bir əjdaha gəlib suyun qabağmı kəsib. Nə qədər arzuman pəhləvanlar gedibsə, onu öldürə bilməyib. Yeddi ildi ki, əjdaha suyun qabağını kəsib. Hər gün bir qız aparıb onun ağzına atırlar. Əjdaha qızı yeyəndə bir az su axır, camaat da su götürür. Indi görürəm, sən qüvvətli pəhləvansan, olsa-olsa, о əjdahanı da sən öldürə bilərsən. Get о əjdahanı öldür. Padşahdan qırx şaqqa ət, qırx tuluq su al. Elə ki, dediklərimə əməl elədin, bu tükümü oda tut, mən hazır olaram, səni işıqlı dünyaya çıxardaram.
Bəli, Məlikməmməd quşdan tükü alıb, yola düşdü. Az getdi, üz getdi, dərə, təpə, düz getdi, gəldi Zümrüd quşunun dediyi padşahın ölkəsinə çıxdı. O, gəzə-gəzə bir qarının qapısına gəlib dedi:
-Qarı nənə, allah qonağı istərsənmi?
Qarı dedi:
-Niyə istəmirəm. Allaha da qurban olum, qonağıma da.
Məlikməmməd gördü ki, bütün şəhər qara geyib. Qarıdan soruşdu:
-Qarı nənə, bu camaat niyə qara geyib?
Qarı dedi:
-Qadan alım, bir əjdaha suyun qabağını kəsib, hər gün onun ağzına bir qız atırıq, qızı yeyənə qədər bir az su axır, biz də götürürük. Ölkədə qız qurtarıb. Padşahın gözünün ağı qarası bir qızı var, sabah onu əjdahanın ağzına atacaqlar. Odur ki, camaat qara geyib.
Məlikməmməd axşam qarının evində yatdı. Səhər tezdən əjdahanın yerini qarıdan öyrəndi, ora getdi. Bir də gördü ki, camaat ağlaşa-ağlaşa padşahın qıznı suyun qabağına gətirdilər. Qızı əjdahanın ağzına atmaq istəyəndə Məlikməmməd irəli getdi, qılıncı siyirib, əjdahaya elə bir qılmc vurdu ki, iki parça oldu. Padşaha muştuluqçu getdi. Məlikməmmədi təntənə ilə padşahın hüzuruna apardılar. Padşah üzünü Məlikməmmədə tutub dedi:
-Ey oğlan, о əjdaha mənim arzuman pəhləvanlarımın hamısını yeyib. Sən bizim ölkəni bəladan qurtardm. Indi gəl padşahlığımı sənə verim, qızımı da al, bütün taxttacıma sahib ol.
Məlikməmməd ədəblə baş əyib dedi:
-Padşah sağ olsun, səndən heç zad istəmirəm. Mənə qırx şaqqa ət, qırx tuluq da su ver, işıqlı dünyaya çıxım.
Padşah əmr elədi, Məlikməmmədə qırx şaqqa ət, qırx tuluq da su hazır elədilər. Məlikməmməd şeyləri alandan sonra padşahnan xüdahafizləşib kənara çıxdı. Zümrüd quşunun verdiyi tükü oda tutdu.
Zümrüd quşu о saat hazır oldu. Məlikməmməd əti quşun bir qanadının üstünə, suyu da о biri qanadının üstünə qoydu. Özü də Zümrüd quşunun belinə minib, yola düşdülər. Quş göyün üzünə qalxdı, qaranlıq dünyadan uzaqlaşmağa başladılar. Məlikməmməd aşağı baxdı, gördü ki, yer xəlbir kimi görünür. Bir az da qalxdılar. Məlikməmməd bir də baxıb gördü ki, yer lap gözdən itib. Elə quş havaxt "qa" dedi, Məlikməmməd ətdən verdi, "qu" dedi sudan verdi. Işıqlı dünyaya bircə mənzil qalmışdı ki, bir şaqqa ət Məlikməmmədin əlindən yerə düş-dü, quş "qa" deyəndə Məlikməmməd məəttəl qaldı, bilmədi nə eləsin. Əlacı kəsildi, qılmcı çıxarıb baldırından ətindən kəsib quşun ağzına atdı. Zümrüd quşu gördü ki, bu ət о birilərə oxşamır, çox şirindir. Odur ki, dilinin altına qoydu, yemədi. Axırmcı mənzil də qutardı. Zümrüd quşu Məlikməmmədi işıqlı dünyaya çıxartdı, qanadının üstündən yerə qoyub dedi:
-Di get!
Məlikməmməd dedi:
-Sən get, mən özüm gedərəm.
Zümrüd dedi:
-Yox, gərək sən gedəsən.
Məlikməmməd axsaya-axsaya getməyə başladı. Zümrüd dedi:
Ey oğlan, səbəb nədir ki, axsayırsan? Məlikməmməd əhvalatı açıb nağıl elədi:
-Daha nə gizlədim, sənə verdiyim axırmcı ət baldırımın əti idi.
Quş о saat dilinin altından əti çıxarıb Məlikməmmədin baldırina yapışdırdı. Tüpürcəyindən də sürtüb sağaltdı. Sonra tükündən Məlikməmmədə verib dedi:
-Havaxt dara düşsən, bu tükləri yandır, mən о saat gəlib səni dardan qurtararam.
Quş sözünü deyib, uçub getdi. Məlikməmməd yavaş-yavaş gəlib bir dərzi dükanın qabağına çıxdı. Dərziyə dedi:
-Ay usta, allah rizasına, məni yanında şəgird saxlarsanmı?
Ustanın buna yazığı gəldi. Onu yanında saxladı. Məlikməmməd yamaq-sökükdən tikib, ustasına qulluq eləyirdi. Bir gün adam gəldi ki, padşah böyük oğluna toy eləyir, usta gəlsin, paltar biçsin. Dərzi sevinə-sevinə qayçısını da götürüb padşahın sarayına getdi. Məlikməmməd bir az oturdu, sonra dükanı bağlayıb bir guşəyə çəkildi, Zümrüd quşunun tükünü çıxarıb yandırdı. О saat Zümrüd quşu hazır olub dedi:
-Mənə görə nə qulluq?
Məlikməmməd dedi:
-Bu saat mənə bir dəst sari paltar, qılmc, qalxan, bir də sarı yel atı gətir.
Zümrüd quşu "Baş üstə!" — deyib, uçub getdi. Az çəkmədi ki, Məlikməmməd deyən şeylər hazır oldu. Məlikməmməd paltarları geyindi, qılıncmı belinə bağladı, qalxanı qoluna taxdı, atı birbaş padşahın sarayının qabağma sürdü. Şəhər camaatı, bütün qoşun tamaşaya yığılmışdı. Padşahın böyük oğlu da at çapırdı.
Məlikməmməd atını meydana salıb bir о başa çapdı, bir bu başa çapdı, sonra qılıncını çıxarıb, padşahın böyük oğlunun boynunu vurdu.
Camaat bir-birinə dəydi. Qoşuna qarışıqlıq düşdü. Hamı Məlikməmmədin dalınca töküldü, onu oxa basdılar. Mulikməmməd atı çapıb yel kimi gözdən itdi. Gəlib dükanı açıb oturdu. Bir azdan sonra dərzi başına döyə-döyə dükana gəldi. Məlikməmməd durub, yalandan ustanın о tərəfinə bu tərəfinə keçib dedi:
-Ay usta, qurbanın olum, nə olubdu?
Usta dedi:
-Nə olacaq, padşahın sarayının qabağında at yarışında hardansa suya dönmüş sari paltarlı bir atlı gəldi, bir az о başa, bir az bu başa at çapdı, birdən qılıncını çəkib padşahın oğlunun boynunu vurdu. Dalınca töküldülər, tuta bilmədilər.
Məlikməmməd yalandan bir az heyfsilənib, gedib yerində oturdu. Aradan bir neçə vaxt da keçdi. Padşahın böyük oğlunun qırxı çıxdı.
Bir gün yenə adam gəldi ki, padşah ortancıl oğluna toy eləyir, usta gəlsin paltar biçməyə.
Dərzi sevinə-sevinə qayçısını götürüb, yola düşdü. Məlikməmməd də dükanda qaldı. Usta gedəndən sonra Məlikməmməd yenə durub dükanı bağladı. Həmən küçəyə gedib Zümrüd quşunun tükünü yandırdı. О saat Zümrüd quşu hazır olub dedi:
-Mənə görə nə qulluq?
Məlikməmməd dedi:
-Bu saat mənə bir dəst qırmızı paltar, qılmc, qalxan, bir də qırmızı at gətirərsən.
Zümrüd quşu yenə "Baş üstə!" deyib, bir dəqiqədə gedib atı, paltarı gətirdi. Məlikməmməd qısqıvraq geyinib padşahın sarayına tərəf getdi.
Yenə qoşun, camaat düzülüb padşahın oğlunun at çapmağına tamaşa eləyirdilər.
Məlikməmməd atı meydana salıb, bir о başa, bir bu başa çapdı. Sonra padşahın ortancıl oğlunun başmı qılıncnan vurub qaçdı. Qoşun onun dalınca nə qədər at çapdısa, tuta bilmədi, ox atdısa, vura bilmədi.
Camaat, qoşun təzədən qara geyib yasa batdı.
Məlikməmməd paltarını dəyişib dükana gəldi. Yenə dərzi başına-gözünə döyə-döyə geri qayıtdı.
Məlikməmməd dedi:
-Ay usta, sənə nə olub ki, elə hər yerə gedəndə başına-gözünə döyə-döyə qayıdırsan?
Usta dedi:
-Mərdimazar, kim idisə, qırmızıpaltar bir atlı gəlib padşahın gözünün ağı-qarası bircə oğlu qalmışdı, onun boynunu vurub qaçdı. Dalınca nə qədər töküldülərsə, tuta bilmədilər, ox atdılar, vura bilmədilər.
Bu işdən bir neçə vaxt keçdi, il ötdü, ay ötdü, günlərin bir günü, yenə ustayla şəgirdi dükanda oturmuşdular. Birdən şəgird ustasına dedi:
-Ay usta, dur get, padşahdan muştuluq istə ki, kiçik oğlunu tapmışam.
Usta cavabında dedi:
-Ədə, dəli olmusan? Padşah deməz ki, kiçik oğlun hardadı? Onda nə cavab verərəm?
Məlikməmməd başına gələnləri açıb dərziyə nağıl elədi. Dərzi sevinə-sevinə birbaş padşahın sarayına getdi. Elə darvazadan içəri girmişdi ki, tələsdiyindən ayağı ilişib yıxıldı. Padşah pəncərədən bunu görüb dedi:
-Yəqin dərzidə bir xəbər var. Gedin onu bura gətirin.
Qul-qaravaş tökülüb dərzini padşahm qulluğuna gətirdilər. Dərzi yetişən kimi, padşaha baş endirib dedi:
-Padşah, sənə fəda olum, muştuluğumu ver, kiçik oğlun Məlikməmmədin yerini deyim.
Padşah az qaldı özündən getsin, dedi:
-Məlikməmməd quyuda ölübdü, ölü də dirilərmi? Tez de görüm, bu nə əhvalatdı?
Dərzi dedi:
-Muştuluğumu verməsən, deməyəcəyəm.
Padşah ona özü ağırlığında qızıl verəcəyini və'd etdi. Dərzi Məlikməmmədin başına gələnləri nağıl elədi. Padşah dedi:
-Məni istəyən, dərziyə xələt!..
Dərziyə о qədər xələt verdilər ki, çəkib apara bilmədi. Vəzir, vəkil tökülüşüb Məlikməmmədin dalınca getdilər. Padşah oğlunun üzündən, gözündən öpdü. Sonra onu hamama apardılar, şahzadələrə layiq paltar geyindirib, atasının qulluğuna apardılar. Padşah oğlunu duz kimi yalayıb, bağrına basdı.
Məlikməmməd başma gələn əhvalatı atasına nağıl eləyib dedi:
-Ata, meydanda qardaşlarını öldürən mən idim. Quyuda neçə vaxt divlərlə əlləşib üç qız gətirmişdim. Bəs rəvadırmı, onlar kəndiri kəsib məni quyunun dibinə salsınlar, nişanlımı özlərinə götürsünlər?
Padşah oğlunun alnından öpüb, şükür elədi ki, o, sağ-salamatdı. Böyük qızı vəzirin oğluna, ortancılını vəkilin oğluna, kiçiyini də Məlikməmmədə verdilər.Qırx gün qırx gecə toy oldu. Onlar yedilər, yerə keçdilər, siz yeyin, dövrə keçin.
Göydən üç alma düşdü, biri mənim, biri sənin, biri də nağıl söyləyənin.">
PİNƏÇİ MURADLA ŞAH
iri varmış, biri yoxmuş, bir ədalətsiz padşah, bir də Murad adlı bir pinəçi varmış. Padşah keflə-damaqla, Murad da pinəçiliklə gün keçirirmiş. Günlərin bir günü padşah xalqın onun ədalətsizliyi barədə nə danışdığını bilmək fıkrinə düşdü. О vəziri ilə məsləhətləşib paltarını dəyişdi, əyninə köhnə libas geyib, çiyninə bir xurcun saldı. Əlinə də bir ağac alıb saraydan çıxdı. Şəhəri gəzib dolandı, axşam qaş qaralanda gəlib paytaxtın uzaq bir məhəlləsinə çatdı. Bir həyətin yanından keçəndə evdən gülmək səsi eşidib dayandı, fikirləşdi:
- Kim ola bilər ki, mənim dövrümdə ucadan gülsün? Qapını döydü.
Həyətdən bir səs gəldi:
- Kimdi?
Padşah cavab verdi:
- Qərib bir qonağam, şəhərə təzə gəlmişəm, yatmağa yerim yoxdur, bir gecəliyə məni qonaq saxlayın.
Ev yiyəsi dedi:
- Mənim qapım da, kasıb süfrəm də həmişə qonaq üzünə açıqdır. Bir qonağım var, qoy olsun iki.
Ev yiyəsi qapını açdı, qonağı hörmətlə qəbul etdi, otağına aparıb dedi:
- Qonaq qardaş, yoldan gəlmisən, əl-üzünü yu, yorğıunluğun çıxsın.
Padşah əl-üzünü yudu. Ev yiyəsinin arvadı süfrə salıb çörək gətirdi. Onlar yeyib içdilər, şirin-şirin söhbət edib gecəni yarıya yetirdilər. Yer salıb yatmaq istəyəndə padşah dedi:
- Bir söz soruşmaq istəyirəm.
Ev yiyəsi dedi:
- İkisini soruş.
Padşah dedi:
- Sənin günün-güzaranın mənim çox xoşuma gəldi. Bilmək istəyirəm ki, sən nə işin sahibisən, nə yolla çörək qazanıb, gün keçirirsən?
Ev yiyəsi dedi:
- Nə işin sahibi olacağam, pinəçiyəm, adım da Muraddır. Səhərdən axşama kimi bir iynə, bir də bir bizlə çörək qazanıram, Gündəlik qazancımla bir-iki qonaq çağırıb, bu daxmada gün keçirirəm.
Padşah bir söz deməyib fıkrə getdi. Gecə belə gəlib keçdi. Padşah səhər çörəyini yedi, gün çıxanda Murad padşahı yola salıb dedi:
- Qonaq qardaş, bu ev sənin öz evindi, utanma, axşam yenə bizə gəl, gözüm üstə yerin var.
Padşah razılıq edib Muraddan ayrıldı. Elə о gün şəhərdə car çəkib xəbər verdilər:
- Ey camaat, bilin, padşahın hökmündən xəbərdar olun! Bu gündən sonra padşah icazə vermir ki, kimsə küçədə oturub pinəçilik eləsin. Hər kəs bu əmrə itaət eləməsə, padşahın qəzəbinə düçar olacaq!
Axşam gün batan kimi padşah yenə də paltarını dəyişib, çomağını götürdü, saraydan çıxıb birbaş pinəçinin evinə tərəf yönəldi. О qapıya çatar-çatmaz tar-qaval səsi eşitdi. Bu səs Muradın evindən gəlirdi. Padşah təəccüb eləyib qapını tıqqıldatdı.
Murad qapını açıb, padşaha dedi:
- Qərib qonaq, xoş gəlmisən, özü də lap vaxtında gəlmisən.
Padşah içəri daxil olub gördü ki, içəridə başqa qonaqlar da var. Süfrə açılıb, üstünə hər cür yemək düzülüb. Qonaqların başı yeməyə qarışmışdı. Padşah Muraddan soruşdu:
- Görünür, bu gün pinəçilikdən çox qazanmısan?
Pinoçi Murad dedi:
- Xeyr, padşah mənim halal sənətımi qadağan elədi.
Padşah dedi:
- Bəs bu qonaqlığın xərci haradandır?
Pinəçi Murad dedi:
- Qonaq qardaş, elə ki, car çəkib, padşahın əmrini xəbər verdilər, mən özümü itirmədim, hökmün ağırlığı məni qorxutmadı. Bir süpürgə götürüb evlərin, dükanların qabağını süpürdüm. Azdan-az, çoxdan-çox nə verdilərsə, qane olub aldım. Zəhmətim artdısa da, qazancım da az olmadı. “Nə qədər ki, sağam, qoy süfrəmin də başında oturanların sayı çox olsun,” deyib qonşularımı da qonaq çağırdım.
Padşah fıkrə gedib barmağını dişlədi. Gecəni orada qaldı, səhər Muraddan ayrılıb sarayına yola düşdü. О gün də şəhərə car çəkib xəbər verdilər:
- Ey camaat, bilin və agah olım, padşahm hökmündən xəbərdar olun. Bu gündən sonra şəhərdə süpürgəçilik etmək qadağan olunur.
Axşam oldu, qaranlıq düşən kimi padşah yenə Muradın yanına yollandı. Bn defə tar-qaval səsi lap uzaqdan eşidilirdi. О təəccüblə qapıya yaxmlaşıb döydü. Pinəçi Murad gülər üzlə qapmı açıb dedi:
- Xoş gəlmisən, qonaq qardaş, buyur içəri.
Padşah otağa daxil olub gördü ki, süfrə döşənib, xörəklər düzülüb, sazəndə çalır, xanəndə oxuyur. Qonaqların başı kefə qarışdığı zaman padşah soruşdu:
- Görünür, bu gün süpürgəçilikdən gələn qazancın çox olub?
Pinəçi Murad dedi:
- Elə bil ki, padşah mənimlə düşmənçilik eləyir. Hansı işə əl atıram, onu qadağan eləyir. Mənim zəhmətlə açdığım süfrəni bağlamaq istəyir. Daha bilmir ki, zəhmətlə çörək yeyən adam, padşahın zülmündən qorxmaz. Bu gün car səsini eşidən kimi bir dəst məmur paltarı geyindim. Şəhərin ətraf kəndlərini gəzib, qanun-qaydaya riayət etməyənləri cərimə elədim. Qazancım hər günkündən çox oldu. Doğrudur, bu özü də qanunsuz işdir Amma padşah məni məcbur edir ki, belə şeylərə əl atım
Muradın qonaqları çalıb-çağırırdılar, oxuyub-oynayırdılar. Gecə yarıdan keçdi. Hər kəs evinə, padşah da dərin fıkrə getdi. "Mən bir pinəçi ilə bacara bilməyəcəyəm?" - deyə o, öz-özünü məzəmmət elədi. Səhər açılan kimi Murad qonağını yola salıb, məmur paltarını geyinib şəhərə getdi. О gün car çəkilmədi. Padşah vəzirləri ilə məsləhətləşib öz adamlarından iki nəfəri tacir paltarında Muradın dolandığı küçələrə göndərdi. Məmurlar Muradı uzaqdan görüb tanıdılar, öz aralar ın da mübahisə etməyə başladılar. Murad onlara yaxınlaşıb ucadan qışqırdı:
- Nə var, nə olub? Siz bilmirsiniz ki, səs salıb xalqın istirahətini pozmaq olmaz?
- Bu adam mənim pulumu alıb, vermir - deyə tacirlərdən biri cavab verdi.
Biri də dedi:
- Yalan deyir, о özü mənə borcludur, pulumu danır.
Murad dedi:
- Belə ki, görürəm, siz hər ikiniz davakar adamlarsinız. Ona görə də sizin ikinizi də dövlət ad ın dan cərimə edirəm. Bir də bundan sonra bir-birinizin üstünə şər atıb-eləməyəsiniz. Ya cəriməni verin, ya da hər birinizi üç gün həbs etdirəcəyəm.
Tacirlər pul tapıb vermək bəhanəsi ilə Muradı gətirib şəhərin ortasına çıxartdılar. Burada paltarlarını çıxarıb, padşah qulluqçusu olduqlarını bildirdilər. Muradı tutub saraya gətirib dedilər:
- Padşah sağ olsun, bu kişi sizin adınızdan istifadə edib adamları cərimələyir.
Padşah Murada baxıb dedi:
- Sənin təqsirin böyükdür. Ancaq şəhərin asayişinə xidmət elədiyin üçün günahından keçirəm. Bu gündən sonra səni özümə saray məmuru təyin eləyirəm.
Sonra üzünü vəzirə tutub dedi:
- Əmr ver, buna bir dəst yaxşı libas versinlər. Belinə gümüş kəmər, naxışlı qılınc bağlasınlar. Özünə də mənim taxtımın yanında yer ver, qoy gözümdən uzağa getməsin. Bundan sonra mənim əmrlərimi bu icra edəcək.
Murad padşahın bu "mərhəmətinin" mənasını başa düşmədi. Onu geyindirdilər, belinə bəzəkli, naxışlı qılınc bağladılar. Axşam gün batanadək sarayda saxlayıb, padşahın gözünün qabağında dayandırdılar. Qaranlıq düşəndə padşah Murada dedi:
- İndi get, sabah səhər tezdən gəlib əmrimə müntəzir olarsan...
Murad "Baş üstə," deyib saraydan çıxdı, evinə tərəf yollandı. Murad gedəndən sonra padşah paltarını dəyişib sarayı tərk elədi. Muradın evinə çatdı.Qonaqların biri gəlib, biri gedirdi. Çalan-çağıran, о yanların səsindən qulaq tutulurdu. Murad qapıda durub qonaqları О gəlib qəbul eləyirdi, arvadı da xörək hazırlayırdı.Murad əli çomaqlı qonağını görüb tanıdı:
- Gəl, gəl. Sənin gəldiyin gündən mənimki düz gətirmir. Hər gün əmr verir, sənətimi qadağan elətdirir. Ancaq o, öz əmrləri ilə mənim açıq süfrəmi bağlaya bilməyəcək. О padşahdırsa, mən də pinəçi Muradam, - deyib onu evin yuxarı başına apardı.
Qonaqlar yeyib-içdikcə padşahın ürəyi döyünürdü. O, Muradın bu günkü qonaqlığın xərcini haradan tapdığını bilmək istəyirdi.
Söhbət arasında macal tapıb Muraddan soruşdu:
- Görünür, bu gün çox adamı cərimə etmisən.
Pinəçi Murad dedi:
- Xeyr, heç bir nəfəri də cərimə eləmədim.
Padşah dedi:
- Bəs bu xərci haradan aldın?
Pinəçi Murad dedi:
- Padşahın hesabınadır.
Padşah dedi:
- Açıq danış, məni başa sal.
Pinəçi Murad dedi:
- Bu gün padşahın adamları məni tutublar. Geyindirib sarayda saxladılar. Padşah məni axşama kimi buraxmadı. Qaranlıq düşəndən sonra evimə getməyə icazə verdi. Mən də pulsuz evə gəlsəydim, süfrəm bağlı qalacaqdı. Odur ki, fıkirləşib çarə tapdım.Padşahın verdiyi qılıncın tiyəsini girov qoyub pul götürdüm.Qonaqlıq üçün nə lazımdırsa alıb evə gəldim.Süfrəni bəzəyib qonaqları dəvət elədim. Çalğıçıları da çağırdım ki, məclisim şən keçsin.
Padşah dedi:
- Bəs tiyəsiz qılıncla padşahın yanına necə gedəcəksən?
Pinəçi Murad dedi:
- Əvəzinə taxta tiyə düzəltdirib salmışam.
О gecə padşahın gözünə yuxu getmədi. Sabah Murada necə divan tutacağını düşünürdü. О düşünürdü ki, sabah Murad onun suallarına necə cavab verəcək, vəziyyətdən necə çıxacaq?
Səhər açılan kimi qonaq öz yolu, Murad da öz yolu ilə saraya getdilər. Murad gəlib saraya çatanda bir neçə zəncirli dustağın həyətdə saxlanıldığını gördü.
- Bu gün padşah qatillərə divan tutduracaq, - deyə Muradı xəbərdar etdilər.
Padşahın taxtı eyvanda quruldu, qırmızı paltar geymiş padşah gəlib oturdu, acıqlı nəzərlə vəzirə baxıb dedi:
- Qatillər hazırdırmı? Vəzir dedi:
- Bəli, qibleyi-aləm. Padşah dedi:
- Mənim saray məmurum buradadırmı? Murad о saat:
- Mən əmrə müntəzirəm, - deyib irəli gəldi.
Padşah Murada dedi:
- Bu saat qabaqda dayanmış dustağın boynunu vur.
Murad padşahın əmrini eşidən kimi düşündü, özünü itirmədi, tez dustağın yanına gəlib, əlini qılıncın dəstəsinə atıb dedi:
- Ey dustaq, sənin günahın varmı, qatilsənmi, ya yox, bu mənə məlum deyil. Padşah əmr eləyir, mən də onun əmrinə tabe olub, sənin boynunu vururam. Əgər doğrudan da qatilsənsə, qoy mənim qılıncım ülgücdən də iti olub, sənin başını bədənindən ayırsın. Yox, əgər günahın yoxdursa, mənim qılıncım dönüb parça-parça olsun.
Bunu deyib, qılıncı çəkdi, dustağın boynunu vuranda taxta qılınc bölünüb iki parça oldu. О üzünü padşaha tutub dedi:
- Ey padşah, bu adam qatil deyilmiş. О müqəssir olsaydı, mənim qılıncım taxtaya dönməzdi.
Padşah Muradın bu hazırcavablığına, ağlına, tədbirinə etiraz eləməyə söz tapmayıb dedi:
- Get, mən səninlə bacara bilmədim, yaşa, dövran sür.
Murad da evinə gəldi, pinəçiliklə məşğul oldu, ömür sürüb dövran keçirməyə başladı.
Göydən üç alma düşdü, biri nağıl deyənin, biri qulaq asanın, biri də mənim.
SEHRLİ ÜZÜK
iri varmış, biri yoxmuş, Allah varmış, şəriki yoxmuş, bir qarının bir keçəl n’vəsi varmış. Bunlar kasıblıqla dolanırlarmış. Qarı hər gün bir kələf ip əyirib verirmiş nəvəsinə ki, aparıb bazarda satsın, puluna soğanla çörək alsın. Yenə bir gün qarı bir kələf ip əyirib verdi keçələ ki, satıb çörək alsın. Keçəl kələfi götürüb gəldi bazara. Gördü yolun ortasında bir hay-küy var ki, gəl görəsən, adamlar bir-birinə qarışıb, hərənin əlində bir yekə dəyənək bir iti döyürlər. Yazıq it gah ora qaçır, gah bura, heç kim ona qahmar çıxmır. Elə qalıb zingildəyə-zingildəyə. Keçəlin ürəyi yumşaldı, itə yazığı gəldi, irəli durub dedi:
- Ay camaat, bu Allahın heyvanı sizə neyləyib ki, onu döyüb öldürürsünüz? İti öldürməklə əlinizə nə gələcək, alın bu kələfi sizə verim, o iti verin mənə.
Adamlar ipi alıb, iti verdilər keçələ. Keçəl iti götürüb qayıtdı evlərinə. Qapıdan içəri girəndə nənəsi gördü ki, keçəl əliboş gəlir, yanında da bir it küçüyü var. Qarı soruşdu:
- Ay oğul, bəs çörək almadın?
Keçəl dedi:
- Ay nənə, yolda gördüm ki, bu iti döyüb öldürürlər, yazığım gəldi, kələfi verib əvəzində bu iti aldım.
Arvad gördü ki, çərən-pərən eləməklə heç nə çıxmayacaq, əlacı kəsilib bir söz demədi. Bir az acığı soyuyandan sonra yenə bir kələf ip əyirib verdi keçələ, özü də bərk-bərk tapşırdı ki, bu dəfə də çörəksiz qayıtsan, vay halına. Bəli, keçəl dinməz-söyləməz kələfı götürüb getdi bazara. İndi də gördü ki, bazarda bir pişiyi döyürlər. İrəli durub adamlardan soruşdu ki, bu yazıq pişiyijı təqsiri nədir ki, onu döyürlər? Dedilər ki, qəssab dükanından ət oğurlayıb, odur ki, döyürfər.
Keçəl dedi:
- Ac olsanız elə siz də oğurlayarsınız da! Alın bu ipi verim sizə, o pişiyi verin mənə.
Adamlar ipi alıb pişiyi verdilər keçələ. Keçəl indi də pişiyi götürüb gəldi evlərinə. Qarı gördü ki, keçəl gəlir, amma çörək əvəzinə qucağında bir pişik gətirir. Qarı ağzını açıb gözünü yumdu, gözünü açıb ağzını yumdu, əlinə keçən daşı, kəsəyi keçəlin təpəsinə vurdu ki, ay fərsiz, özümüz acından ölürük, yeməyə bir tikə çörək tapmırıq, hələ gedib it-pişik də gətirirsən. Keçəl gördü ki, nənəsi düz deyir, and içdi ki, bu dəfə heç nə almayacağam. Qarı deyinə-deyinə bir kələf də əyirib verdi keçələ, özünə də tapşırdı ki, əgər bu dəfə də əliboş qayıtsan, evə gəlmə. Keçəl kələfi götürüb bazara getdi, satıb çörək aldı, evlərinə qayıtdı. Axşam çörəklərini yeyib, bir az da it-pişiyə verib yatdılar.
Keçəl gecə yatanda fikirləşirdi ki, yaxşı, mən bu itnən pişiyi getirmişəm, özümüz çörək tapmırıq, onlara nə verəcəm. Birdən ağlına gəldi ki, sabah itlə pişiyi də götürüb meşəyə apararam, bəlkə orda dovşandan, sərçədən bir şey tapıb yedilər. Bu fikirlə gecəni yatdı, səhər nənəsinə deyib, itlə pişiyi də özüylə götürüb meşəyə getdi. Bunlar o qədər yol getdilər ki, lap yoruldular. Çıxdılar bir hündür dağın başına. Keçəl gördü ki, bir mağaranın qabağında üç div var, vallah, bunlar bir bədheybət divlərdi ki, adam baxanda az qalır bağrı çatlasın; qulaqları lavaş boyda, dişləri fil dişi boyda, nəfəs alanda burunları dəmirçi körüyü kimi qalxıb-enir. Dırnaqları kotan kimi yeri eşir, özü də bir-birinin quyruğundan, buynuzundan yapışıb dalaşırlar. Keçəl bunları görən kimi istədi qaçsın, birdən it hürdü, divlər səs eşidib tez keçəli tutdular. Keçəl qorxusundan bilmədi neyləsin. Divlərdən böyüyü dedi:
- Ey bəni-insan, qorxma, bizim şərtimizi kəs, səninlə işimiz olmaz.
Keçəl dedi:
- : Nə üstdə dava eləyirsiniz?
İkinci div dedi:
- Biz üç div iki qiymətli şey tapmışıq, biri həzrət Süleymanın xalçası, biri də üzüyüdü. Xalçanın üstündə oturub desən ki, məni həzrət Süleymanın eşqinə filan yerə apar, o saat aparacaq, üzükdən də nə dilək istəsən hazır olacaq. Bu iki şeyi üç divin arasında bölə bilmirik.
Keçəl fikirləşdi ki, bu divlərin əlindən qurtarmaq üçün bir yaxşı fənd işlətsin. Odur ki, dedi:
- Ay div qardaşlar, yaxşısı budur, siz o şeyləri qoyun mənim yanımda. Mən bu dağın başından uzağa bir daş atım, siz üçünüz də gedin o daşın dalınca, kim daşı tez gətirsə xalça onundur, üzük ikinci gələnin olar, axıra qalan isə öz bəxtindən küssün.
Divlər ürəklərində fikirləşdilər ki, üçüncü gələn elə bu keçəli həzm-rabedən keçirər.
Bəli, keçəl bir yekə daşı aşağı yuvarladı, daş dağ aşağı elə gedirdi ki, ildırım kimi. Divlər də daşın dalınca qaçırdılar. Elə divlər bir az aralanan kimi keçəl üzüyü barmağına taxdı, itlə pişiyini de götürüb xalçanın üstündə oturdu və dedi:
- Ey xalça, həzrət Süleyman eşqinə, bizi apar düz evimizə.
O saat xalça göyə qalxdı. Keçəl xalçanın üstündə göylə uçurdu. Bir də baxdi ki, aşağıda bir dərya görünür. Yadına düşdü ki, itle-pişik acdı, evdə nənəsinin də yeməyə heç nəyi yoxdur.
Öz-özünə dedi: "Ele bu dəryanın qırağında yerə düşüb bir az balıqdan-zaddan tutsam yaxşı olar." Bu fikirlə dəryanın qırağında xalçaya dedi:
- Ey xalça, həzrət Süleyman eşqine, bizi endir yerə, bir az balıq tutaq.
Xalça o saat bunları yerə endirdi. Keçəl üzüyü barmağından çıxarıb dedi:
- Ey üzük, həzrət Süleyman eşqinə, bizə bir-iki balıq yetir.
Söz keçəlin ağzından çıxan kimi o saat gördülər ki, bir yekə ana balıq sudan iki balasını çıxardıb dedi:
- Alın, ikicə balam var, onu da sizə peşkəş verirəm. Keçəl balıqları alıb bir az çır-çırpı yığdı, bir yaxşı ocaq çatdı, bahğın birini kabab bişirdi. İtlə pişiyə də verəndə onlar yemədilər. Keçəl nə qədər elədisə heyvanlar yemədilər. Axırda keçəl hirslenib onlan danlamağa başladı:
- Ay Allahın heyvanları, niye naşükürlük eləyirsiniz, yeyin də!
Birdən it dilə gelib dedi:
- Ey keçəl qardaş, biz naşükür deyilik, bizim insafımız götürmür ki, onu yeyək. O ana balığın cəmi iki balası vardı, onların ikisinidə sənə peşkəş eləyəndə gərək sən insafa gəlib balanın birini özünə qaytaraydın. Amma sən bunu eləmədin. Odur ki, bunun peşmançılıgını çəkəcəksən. Balığın gözü balalarının dalınca qalmışdı, ona görə də yemədik.
Bunu eşidən keçəl tutduğu işdən çox peşman oldu, gördü ki, həqiqətən də səhv eləyib. Ancaq sonrakı peşmançılıq fayda verməz, deyiblər. Fikirli-fikirli dəryanın qırağına gəldi ki, əllərini yusun. Elə bir-iki ovuc su götürüb əllərini yaxalamışdı ki, birdən sehrli üzük barmağından sürüşüb düşdü dəryaya. Keçəl üzüyünü nə qədər axtardısa tapa bilmədi. Axırda kor-peşman evlərinə qayıtdı. Evləri lap yaxındaydı deyə, bu dəfə heç xalçaya da minmədi, xalçanı büküb qoltuğuna vurdu, başladı getməyə. İtlə pişik də bu işə yaman pərt olmuşdular. Odur ki, dedilər:
- Ay qardaş, sən get, biz bir az buralarda hərlənək, görək üzüyü tapa bilərikmi?
Keçəl gəldi evlərinə, itlə pişik qaldılar dəryanın qırağında. Bir də gördülər ki, bir qoca balıqçı gəlib torunu atdı dəryaya, başladı balıq tutmağa. Qocanın toruna bir yekə balıq, düşdü, ha çəkdisə gücü çatmadı. İt dişiylə toru tutub çəkdi, qocaya kömək elədi. Toru birtəhər kənara çıxartdılar, içindən bir yekə balıq çıxdı. Qoca fikirləşdi ki, bu itlə pişik ona kömək elədilər, gərək bunun əvəzində mən də onlara yaxşılıq eləyəm. Odur ki, balığın qarnını yarıb içalatını itlə pişiyin qabağına atdı ki, yazıqdılar, yeyib doysunlar. İtlə pişik leşin içini axtarıb üzüyü ordan tapdılar. Sevinə-sevinə aparıb keçələ verdilər. Keçəl üzüyü görəndə sevindi, itlə pişiyin başını sığalladı, onlara çoxlu yemək verib razılıq elədi. Keçəlin kefi kökəldi, nənəsinə dedi:
- Nənə, de görüm dünyada ən gözəl qız kimdi?
Qarı dedi:
- A bala, neyləyirsən kimdi?
Keçəl dedi:
- Alıb özümə arvad eləyəcəm.
Nənəsi dedi:
- A bala, kirimişcə otur yerində, sən keçəlin biri, yatmağa heç yorğan-döşəyin də yoxdu, elə gözəl qızlar padşahlarda olur, onu da ki, sənə verməzlər.
Keçəl dedi:
- Sənin oralarda işin olmasın, de görüm, ən gözəl qız kimin qızıdı?
Arvad dedi:
- Oğul, mən eşitmişəm ki, ən gözəl qız Hindistan padşahının kiçik qızıdı, amma onun da nişanlısı var.
Keçəl dedi:
- Eybi yoxdu, mən o qızı alıb gətirərəm.
Səhər keçəl durdu, üzüyü dilinin altına qoyub dedi:
- Üzük, Həzrət Süleymanın eşqinə, səndən bir imarət istəyirəm, bir kərpici qızıl olsun, bir kərpici gümüş, özü də o qədər hündür olsun ki, başı buluddan, ayağı yerdən nəm çəksin.
O saat bir də gördü ki, gurultu-nəriltiylə bir imarət hazır oldu ki, keçəlin dediyindən də qəşəng. Keçəlin nənəsi bu işə lap məəttəl qaldı. Keçəl dedi:
- Nənə, ev hazırdı, mən gedirəm indi də həmən qızı gətirəm.
Keçəl xalçanın üstündə oturub dedi:
- Xalça, Həzrət Süleymanın eşqinə, məni apar Hindistan padşahının torpağına.
O saat xalça göyə qalxıb keçəli apardı Hindistan torpağına, düz Hind padşahının evinin qabağında qoydu yerə. Elə bu vaxt padşahın kiçik qızı aynadan küçəyə baxırdı. Keçəl qızı görən kimi az qaldı ağlı başından çıxsın, o saat dedi:
- Elə əsl mən deyən gözəldi ki var.
Tez üzüyü dilinin altma qoyub dedi:
- Üzük, səndən istəyirəm ki, padşahın bu gözəl qızı bu saat mənim bu xalçamın üstündə olsun.
O dəqiqə gördü ki, qız xalçanın üstündədi. Dedi:
- Xalça, Həzrət Süleyman eşqinə, apar bizi evimizə. Xalça göyə qalxıb onları düz gətirdi bir kərpici qızıl, bir kərpici gümüşdən olan imarətin içinə. Qız baxıb gördü ki, bura elə bir imarətdi ki, heç onun atası yuxusunda da görə bilməz. Qərəz, qızla bir gün, beş gün belə burda ömür sürsünlər, görək, Hindistan padşahı neylədi.
Hindistan padşahı bir də xəbər tutdu ki, bəs qızı yoxa çıxıb. Hər yerə adam saldırdı, car çəkdirdi, qızdan bir soraq çıxmadı ki, çıxmadı. Axırda padşah baş vəzirini yanına çağırtdırıb dedi:
- Vəzir, qızımın izsiz-soraqsız yoxa çıxmağı mənim ürəyimi yaman sıxır, bu dərdə dözə bilmirəm, amandı bir tədbir gör.
Vəzir dedi:
- Qibleyi-aləm, mən neçə gündü fikirləşirəm, çox götür-qoy eləmişəm, çoxlu rəmmallar çağırmışam; heç kəs ağıllı bir söz deyə bilmir. Bircə rəmmal dedi ki, qızı bir keçəl oğlan aparıb, özü də bir kərpici qızıl, bir kərpici gümüş imarətdə saxlayır. İndi bircə ümidim ona gəlir ki, bir küp qarısı tapaq, göndərək hər yeri axtarsın, bəlkə bir xəbər gətirə bildi.
Padşah o saat əmr elədi, bir küpəgirən qarı tapıb gətirdilər. Padşah baxıb gördü bu elə bir qarıdır ki, üzünə baxan gərək kəffarə verə. Gözləri çəp, ağzı əyri, qıçı topal, beli donqar, qaşqabağından da ki, lap zəhrimar tökülür. Padşah dedi:
- Vəzir, bu şil-kütün biridi, düz yerdə yeriyə bilmir, ağlım kəsmir ki, əlindən bir iş gələ.
Qarı dedi:
- Ey padşah, sən mənim sir-sifətlə baxma, gördüyüm işə bax. De görüm məni niyə çağırmısan?
Padşah dedi:
- Qarı, mənim qızım birdən-birə yoxa çıxıb. Hər yeri ələk-vələk eləmişəm, tapa bilmirəm. Əgər sən onu tapa bilsən, nə istəsən verərəm.
Qarı gülüb dedi:
- Elə bu?
Padşah dedi:
- Bu azdı?
Qarı dedi:
- Sağ olmuş, belə işlər mənim əlimdə su içimi kimi bir şeydi. Günü bu gün taparam, amma gərək xələt verəsən.
Padşah о saat qarının ovcuna bir xışma qızıl basdı. Qarı qızılı görən kimi gözləri siçan tutmuş pişik gözü kimi dörd oldu. О saat dabanına tüpürüb saraydan çıxdı. Vəzir, vəkil qarının dalınca baxıb gördülər şil-küt hesab elədikləri qarı elə səkir ki, elə bil hacıleyləkdi. Qarı evinə gəlib girdi küpün içinə, puçunu burdu, о saat küp gurultuyla-pırıltıyla qalxdı düz göyün yeddinci qatına. Qarı küpün içində göydə dövr eləyirdi, bir də gördü ki, uzaqda bir imarət görünür, elə bil imarət deyil, gün çıxıb hər yerə işıq salır. Küpü düz sürdü о tərəfə, gəlib şəhər qırağında bir xarabalıqda endi yerə, küpdən çıxıb özünə yetmiş yerdən sığal verdi, bir əlinə əsa, bir əlinə də təsbeh alıb gəldi həmin imarətin qabağına. O qədər güddü ki, gördü padşahın qızı külafirəngə çıxıb bayıra baxır. Qarı gəlib külafirəngin yanından keçəndə birdən ayağını boş qoyub yıxıldı yerə, başladı yalandan ah-uf eləyib zarımağa.
Qızın qarıya yazığı gəldi, nökərlərə əmr elədi ki, gedin o qarını gətirin evə, bir az çörəkdən-zaddan verək. Nökərlər gedib qarını gətirdilər qızın yanına. Yaxşı deyiblər, kor nə istər iki göz, biri əyri, biri düz. Elə qarı da bunu istəyirdi ki, özünü birtəhər qızın yanına salsın. Qız qarını görən kimi dedi:
- Qarı nənə, hara gedirdin, niyə yıxıldın?
Qarı təsbehini çevirə-çevirə dedi:
- Bıy, qarı nənə sənə qurban, nə gözəl-göyçək qızsan, lap padşah qızına oxşayırsan. Mən kasıb bir arvadam, heç kimim yoxdu, elə sənin kimi insaflı adamların süfrələrindən artıq qalan qır-qırıntıdan verirlər, bir-təhər dolanıram. İndi məsçidə gedirdim, namaz qılmağa, acımdan qılçalarımda taqət qalmamışdı deyin, daşa ilişib yıxıldım.
Qızın qarıya yazığı gəldi, gətirib ona yemək verdi. Qarı doyunca yeyib qurtarandan sonra yağlı dilini işə salıb qızla şirin-şirin elə söhbətlər elədi ki, qızın xoşuna gəldi. Qız da neçə vaxtıydı ki, ata-anasından ayrılmışdı, burda da keçəlin qoca nənəsinden savayı söhbət eləməyə adam yoxuydu. Qarının söhbəti qızın ürəyini yumşaltdı. Qız da özünün bütün dərdini qarıya söylədi. Qarı gördü ki, qızın ürəyi tamam yumşalıb, nə soruşsa düzünü deyəcək, odur ki, dedi:
- Qızım, bu cah-calal ki, görürsən, heç bir padşahda ola bilməz, bəs, sənin ərin bu boyda dövləti hardan ahb?
Qız dedi:
- Qarı nənə, vallah bilmirəm.
Qarı gördü fürsətdi, tez dedi:
- Onda yəqin ərin səni istəmir.
Qız dedi:
- Yox, qarı nənə, о məndən ötrü ölür.
Qarı dedi:
- Qızım, onlar hamısı sözdü, əgər ərin səni istəsə, öz sirrini sənə deyər.
Qarı sözünü qurtarıb ayağa qalxdı ki getsin. Qız yalvardı ki, qarı nənə, sən Allah, sabah da gəl bizə, bir az söhbət elə, təkəm, yaman darıxıram. Qarı "Baş üstə, nənən sənə qurban," deyib getdi.
Axşam oldu, keçəl evə gələndə gördü arvadının qaş-qabağı yerlə gedir. Dedi:
- Sənə nə olub?
Qız dedi:
- Sən məni istəmirsən.
Keçəl dedi:
- Bu hardan ağlına gəldi?
- Əgər sən həqiqətən məni istəsən bu var-dövləti hardan almağının sirrini mənə deyərsən.
Keçəl nə qədər istədi deməsin, gördü yox, qız əl çəkmir. Axırda əlacı kəsildi, dedi ki, hal-qəziyyə belə, bəs dilimin altında bir üzük var, onu əlimdə tutub desəm ki, Həzrət Süleyman eşqinə, filan şey filan olsun, о saat о dediyim şey olur. Bu yerə saldığımız yaşıl xalçanın da üstünə çıxıb desəm ki, xalça, məni Həzrət Süleyman eşqinə, filan şəhərə apar, xalça о saat quş kimi uçub məni ora араrır. Bütün bu cah-cəlalı bu üzüklə xalçanın köməyilə düzəltmişəm.
Qız ərindən bu sözləri eşidəndən sonra rahat yatdı.
Səhər oldu, günortaüstü qarı əsasını yerə dirəyə-dirəyə yenə gəldi qızın yanına. O yandan, bu yandan söhbət eləyəndən sonra qız dedi:
- Qarı nənə, axşam ərimdən öyrəndim ki, bu dövləti hardan alıb.
Qız keçəlin dediklərini qarıya söylədi. Qarı istədiyinə çatmışdı deyə, bu gün dünənkindən də şirin söhbət elədi. Axşam oldu, keçəl gəldi, amma qarı getmək istəmədi. Yalandan özünü yerə yıxıb dedi:
- Vay, sancılandım.
Qarı yalandan bir hay-küy saldı ki, vay qaranlıq düşdü, mən necə gedəcəm. Qız dedi:
- Qarı nənə, nə çoxdu yerimiz, bu gece bizdə yatarsan, yaxşı olub gedərsən.
Elə qarı da bunu istəyirdi, O saat qızı qucaqlayıb o üzündən, bu üzündən marçamarç öpüb dedi:
- Qızım, səni görüm xoşbəxt olasan, qalmışdım fikirdə ki, bu sancıyla mən hara gedəcəm.
Gece yatmaq vaxtı gələndə qarının yerini qapının yanında saldılar. Qızla oğlan da evin yuxarı başında hərəsi bir yer salıb yatdılar.
Gecənin bir yaxtı imansız qarı durub bunların burnuna bihuşdarı iylətdi, barmağıyla oğlanın burnunu tutdu, oğlanın nefesi darıxdı, ağzını açdı, qarı əlini salıb dilinin altından üzüyü götürdü. Qarı dəstəmaz alıb namaz qıldı, xalçanın üstündə oturub dedi:
- Xalça, Həzrət Süleyman eşqinə, qızla məni bu imarətlə bərabər Hindistan padşahının torpağına apar.
Qarı bu sözü deyən kimi bir də gördü qalxdı göyün üzünə, bir göz qırpımında çatdı Hindistana. Üzüklə xalçanı da aparıb getdi padşahın yanına, əhvalatı tamam-kamal söyləyib dedi:
- İndi gedib qızına baxa bilərsən.
Padşah vəziri də götürüb getdi qızının yanına, gördü, doğrudan, belə bir imarət heç bir padşahın torpağında yoxdu. Özü də qızı hələ yuxudan ayılmayıb. Padşah qızını ayıldıb başladı dərdləşməyə.
Bunları burda qoyaq, görək keçəlin başına nə gəldi. Keçəl bir də ayılıb gördü ki, nə qız, nə ev, lələ köçüb, yurdu qalıb. Qoca nənəsiylə öz köhnə evlərində bir cırıq həsirin üstdə qalıblar. O saat barmağını dişlədi ki, bizi didərgin salan yəqin o qarı olacaq. Arvadımın dili dinc dursaydı, məndən sirri soruşmasaydı, belə də olmazdı.
Keçəl dedi:
- Nənə, yenə ipdən-zaddan əyir, aparım satım, bir az əppək alım.
Arvadın əlacı kəsildi, cehrəni, iyi götürdü, bir az yun eyirib iplik elədi, verdi keçələ ki, aparıb satsın. Keçəl dedi:
- Eh nənə, bundan nə çıxacaq, bir-iki qəpik-quruş verələr, ya verməyələr.
Nenəsi dedi:
- Ay oğul, neyləyim, əlimdən ayrı iş gəlmir.
Keçəl dedi:
- Ay nənə, kasıbın bəxti olmaz, cibimdə bir sağ yer yoxdu ki, qəpik-quruşumu ora qoyam, qorxuram düşüb itə. Bəlkə, köhnə kisədən-zaddan ola?
Nənəsi dedi:
- Bıy, ay oğul, yaxşı yadıma saldın, dədəndən bir kise, bir papaq, bir de bir tütek qalıb. Rəhmətlik həmişə deyərdi ki, bunlan divlərin zağasından tapıb. Men elə o vaxtdan onları sandıqda saxlayardım, gətirim torbanı verim.
Arvad gətirib boş kisəni nəvəsinə verdi. Keçəl ip yumağını da götürüb getdi bazara. Kələfi iki quruşa satdı, bir quruşuna əppək aldı, bir quruşunu da kisəyə saldı. Axşam oldu, keçəl gəldi evlərinə, çörəklərini yedilər, yatdılar. Səhər arvad yenə bir kələf verdi ki, keçəl aparıb satsın. Keçəl dedi:
- Nənə, dünən bir quruşluq əppək almışdım, bir quruş da artırıb kisəmə salmışdlm. İndi bu bir quruşu verim saxla, elə gündə bir quruş artırsaq yaxşı olar.
Keçəl kisəni açıb quruşu çıxaranda gördü ki, pul dönüb qızıl olub. Nənə-bala bu işə məəttəl qaldılar. Keçəl sevinə-sevinə getdi bazara, ipi satıb iki quruş qazandı; bir quruşluq çörək aldı, bir quruşu da kisəyə saldı. Evə gəlib kisəni açanda gördü ki, bu pul da qızıl olub. O saat bildilər ki, nə sirr varsa, bu kisədədi. Odur ki, nənə-bala əllərinə keçən daşı-kəsəyi kisəyə doldurub boşaldan kimi hamısı qızıl oldu. Bir gün, beş gün, keçəl kisəylə o qədər varlandı ki, var-dövlət başından aşdı. Bir qəşəng imarət tikdirdi ki, əvvəlkindən də yaxşı. İmarətə qızıl-gümüşdən, ləl-cavahiratdan bir bəzək vurdurmuşdu ki, yeddi ağaclıqdan gün kimi işıq salırdı. Keçəlin kefi lap kökəlmişdi, odur ki, dedi:
- Nənə, bu kişilikdən deyil ki, mən burda duram, arvadım Hindistanda. Allaha şükür, var-dövlət desən, bizdə, gəl sən burda ye-iç, dolan, mən gedim, bəlkə qızı tapa bildim.
Nənəsi istədi razı olmasın, gördü, yox, nəvəsi, əl çəkənə oxşamır. Əlacı kəsildi, razılıq verdi ki, oğul, yaxşı bu gece qal, sabah yola düşərsən.
Nənə-bala oturub dərdləşirdilər, birdən keçəl dedi:
- Nənə, əgər bu pul kisəsi olmasaydı, biz acından nə günə qalardıq, qapı-qapı düşüb dilənərdik.
Nənəsi dedi:
- Hə, ay oğul, neçə il idi ki, o kisə sandıqda dururdu, mən nə biləydim ki, bu kisə beləymiş.
Keçel dedi:
- Nənə, sən deyirdin ki, dədəmdən bir papaqla tütək də qalıb, birdən onlarda da bir sirr olar. Gətir bir baxaq, görək onlar necə şeydi.
Arvad durub sandıqdan papaqla tütəyi də gətirib nəvəsinə verdi. Keçəl papağı qoydu başına ki, görsün necə yaraşır. Elə papağı başına qoyan kimi nənəsi dedi:
- Bıy, başıma daşlar, nəvəm qeyb oldu ki?!...
Arvad başladı hay-şivənə ki, bala, sən necə oldun? Keçəl elə bildi ki, nənəsi dəli olub. Dedi:
- Ay nənə, sənə nə olub, görmürsənmi burda, yanında oturmuşam.
Arvad dad-fəryad elədi ki, ay oğul, vallah, səni görmürəm. Birdən keçəlin ürəyinə gəldi ki, demək olmaz, şətəl bu papaqdan keçmiş olar, tez papağı başından götürdü. O saat nənəsi keçəli qucaqlayıb dedi:
- Ay bala, bu nə iş idi?
Keçəl dedi:
- Nənə, darıxma, bu saat bu sirri tapacam.
Papağı qoydu nənəsinin başına, baxdı ki, indi də arvad yoxa çıxdı. Keçəl sevinə-sevinə dedi:
- Nənə, tapdım, bu papağı kim başına qoysa, gözə görünmür, indi də mən səni görmürəm.
Keçəl şükür elədi ki, bu lap yaxşı oldu. Papağı qoyaram başıma, heç kim məni görməz, nə kefim istəyər eləyərəm.
Keçəl dedi:
- Nənə, mənim gözüm bu tütəkdən də su içmir. Görəsən, bunda nə sirr var?
Tütəyi əlinə alıb, о üzünə, bu üzünə çevirdi, heç bir şey olmadı. Birdən ağzına apardı ki, görsün çalınırmı, elə bircə dəfə üfürmüşdü ki, bir də gördü ki, eşikdən bir səs-küy gəlir, bir hay-həşir var ki, az qalır yer-göy lərzəyə gəlsin. Qapını açıb eşiyə baxanda gördü burda о qədər qoşun var ki, iynə atsan уеrә düşməz. Keçəli görən kimi qoşun başçısı gəlib ona yalvardı ki, dünyada nə istəyirsən verək, bircə о tütəyi çalma, bizim hamımızın qulağı önun səsindən kar olub. Keçəl о saat başa düşdü ki, tütəkdə də bu sirr varmış. Keçəl fürsəti fövtə vermədi, dedi:
- Məni aparın Hindistan torpağına, mən də tütəyi çalmayım.
Qoşun böyüyü о saat razı oldu. Keçəl nənəsiylə halallaşıb düşdü qoşun böyüyünün yanına, başladılar getməyə. Elə bir az getmişdilər qoşun böyüyü nə elədi, nə eləmədi, keçəl bir də baxıb gördü ki, budu, Hindistan torpağında, qızın imarətinin qabağındadı. Keçəl qoşun böyüyünü buraxıb özü başladı qızın yanına getməyə. Gördü ki, qızın imarəti hər tərəfdən elə hündür hasarla dövrələnib ki, ordan heç quş da səkə bilməz. İstədi qapıdan xəlvət getsin, gördü yox, bu da mümkün deyil. Qapıda iki elə bığıburma pəhləvan durub ki, adamı az qalır gözləriylə yesin.
Keçəl о qədər gözlədi ki, qapı açılanda papağı başına qoyub bir böyürdən girdi içəri. Axtara-axtara düz gedib çıxdı qızın otağına. Qapının arasından baxıb gördü ki, arvadı evdə təkcə oturub, qabağında da bir yekə qızıl nimçədə aş. Keçəl papağı başına qoyub qapını açdı, girdi içəri, sonra da qapını örtüb, cəftəsini də vurdu. Qız gördü qapı açildı, sonra da öz-özünə bağlandı, amma içəri heç kim girmədi. Qızı vahimə basdı ki, görəsən, bu nə olan işdi. Keçəl yol gəlib bərk acmışdı, aşı görən kimi ədəb-ərkanla yerdə bardaş qurub başladı aşı yeməyə. Qız gördü aşı yeyirlər, amma gözə adam-zad görünmür. Qorxudan qışqırıb qaçmaq istəyəndə keçəl səsləndi ki, hara qaçırsan, mən sənin ərinəm, gelmişəm səni aparmağa. Keçəl papağı başından götürüb yerə qoydu, qız baxıb gördü ki, öz əridi. Dili tutula-tutula dedi:
- A kişi, bu nə işdi? Sən cinsən, şeytansan, nəsən? Məni bu sirdən agah elə.
Keçəl dedi:
- Gəl otur, bir az dərdləşək, sonra bilərsən.
Bunlar oturub başlarına gələn qəzavü-qəderdən danışdılar. Axırda keçəl dedi:
- İndi dur hazırlaş, səni aparmağa gəlmişəm.
Qız dedi:
- A kişi, sənin evin yox, yeməyə çörəyin yox, bu cür naz-neməti, var-dövləti qoyub hara gedirsən, elə qal burda olaq.
Keçəl dedi:
- Əşi, sən nə danışırsan, indi elə bir cah-cəlal düzəltmişem ki, bu gördüyün mülk onun yanında tövləyə oxşayır.
Qız inanmadı ki, inanmadı. Dedi:
- Axı, niyə məni aldadırsan, sən o qədər pulu hardan aldın?
Keçel gördü olmur, axırı açıb dedi:
- Ay zalım qızı, bax, bu kisəni görürsənmi, bunun içinə hər nə qoysan dönüb olur qızıl. Bütün var-dövləti bu kisəylə düzəltmişəm.
Qız dedi:
- Bəs, yaxşı, sənin xalçan yox, üzüyün yox, bu uzaq yolu nə cür gəlib çıxdın?
Keçəl tütəyi çıxardıb dedi:
- Bax, bunu bircə dəfə çalsam, hara istəsəm, məni aparıb qoyarlar.
Bunları burda qoyaq, sizə xəbər verək padşahdan.
Padşah qorxurdu ki, qızını gəlib apararlar. Odur ki, qızın otağının üstündən xəlvətcə bir baca açdırıb ora bir adam qoymuşdu ki, gecə-gündüz onu pusub gözləsin. Bu işdən qızın xəbəri yox idi. Qıznan keçəlin bu danışıqlarını bacadan pusan adam eşidib, düz qaça-qaça daban aldı padşahın yanına, bütün gördüklərini danışdı.
Padşah o qədər gözlədi ki, qıznan keçəl soyunub yatdılar. Bunlar şirin yuxuda yata-yata aynadan, bacadan düşüb keçəlin əl-ayağını sarıdılar, kisəni, papağı, tütəyi də aparıb padşaha verdilər. Keçəli möhkəm döyüb saldılar zindana.
Qızın da keçələ o qədər meyli yoxdu deyə, atasına heç bir söz demədi.
Keçəl zindanda qalmaqda olsun sizə kimdən deyim, keçəlin nənəsindən, itlə pişikdən. Yazıq arvad hər gün keçəlin cah-cəlalına baxıb ah çəkirdi. İtlə pişik də heç yerə getmirdilər. Keçəlin nənəsinə hayanlıq eləyirdilər. Arvad da elə meylini salmışdı itlə-pişiyə. Bir gün keçəl yenə nənəsinin yadına düşmüşdü deyə qarı bikef idi. İtlə pişik sözü bir yerə qoydular ki, bu heç kişilikdən deyil ki, keçəl bizi ölümdən qurtardı, gerək biz də ona yaxşılıq eləyək, gedək onu tapaq, üzüyü padşahdan alaq.
İtlə pişik yol başlayıb düz getdilər Hindistan torpağına. Pişik qabaqda qaçırdı, it də onu qovurdu, elə gedirdilər ki, heç quş da onlara çata bilməzdi. Bunlar bu getməklə düz qırx gün, qırx gecə yol getdilər, çaylar keçdilər, dağlar aşdılar, axırı Hindistan elinə gəlib çatdılar. Gedib qızın imarətini tapdılar. Pişik qapını açıb miyoldaya-miyoldaya girdi qızın yanına. Keçəlin arvadı o saat pişiyi tanıdı. Qız nə qədər pişiyi sığalladı, çörək verdisə, pişik səsini kəsmədi, gözü o üzə, bu üzə baxırdı. Qız başa düşdü ki, pişik keçəli axtarır. Odur ki, dedi:
- Ay Allahın heyvanı, bilirəm, keçəli axtarırsan, o zindandadı.
Qızın söz ağzından qurtarmamış pişiklə it qapıdan çıxıb zindana üz qoydular. Pişik bacadan özünü içəri saldı, başladı miyoldamağa. Keçəl o saat pişiyini tanıdı. Pişik dil açıb insan kimi dedi:
- İtlə mən gəlmişik üzüklə xalçanı oğurlayıb səni burdan aparaq.
Keçəl dedi:
- Üzük padşahın dilinin altındadı, xalça da taxtın qabağında yerə salınıb.
İtlə pişik düz getdilər padşahın evinin qabağına. Aynadan-qapıdan nə qədər boylandılarsa, girməyə bir yer tapmadılar. Pişik o tərəf bu tərəf boylanırdı bir də gördü ki, bir siçan qapının altından çıxıb qaçır. Tez xırtdəkləyib siçanı tutdu. Siçan gözünün yaşını sel kimi axıdıb başladı yalvarmağa, dedi:
- Səni and verirəm ananın südünə, məni yemə, balalarım acdı, onlara yemək aparıram.
Pişik dedi:
- Bir şərtim var, onu yerinə yetirsən yemərəm.
Siçan dedi:
- Şərtin nədi?
Pişik dedi:
- Gərək sən qapının küncündən bir deşik açasan, mən də sənnən ordan girək içəri. Padşahın dilinin altında bir üzük var, onu çıxardıb verərsən mənə, ondan sonra sənnən işim yoxdu.
Siçan əlini gözünün üstə qoyub dedi:
- Baş üstə, o mənim əlimdə.
Siçan o saat dişiynən qapının taxtasını xırtaxırtla kəsib bir deşik açdı. Pişiklə girdilər içəri. Pişik tez dırmaşıb cəftəni içəriden açdı, qapının arasını açıq qoydu. Gördülər padşah taxtın üstə fıshafısla yatır. Pişik tez yerdən xalçanı qatlayıb verdi itə. Siçan taxtın üstə o, üze, bu üzə hoppanıb çıxdı padşahın sinəsinin üstünə, yavaşca quyruğunun ucunu padşahın burnunun deşiyinə saldı, o saat padşah asqırdı, üzük ağzından sıçrayıb yerə düşdü. Pişik üzüyü götürdü, siçana razılıq eləyib çıxdı eşiyə. İt xalçanı, pişik də üzüyü götürüb getdilər keçəlin yanına, üzüyü verdiler keçələ. Keçəl dedi:
- Üzük, Həzrət Süleyman eşqinə, məni bu zindandan qurtar.
Söz ağzından qurtaran kimi bir də gördü ki, zindanınqapısı açıldı. Keçəl çıxıb itlə də görüşdü. Üçü de oturdular xalçanın üstündə. Keçəl yenə dedi:
- Xalça, Həzrət Süleyman eşqinə, arvadımı da burda səndən istəyirəm. Bizi apar öz evimizə.
Bir də gördülər arvad da xalçanın üstündədi. Xalça qalxıb göyə, uça-uça bunları düz gətirdi öz evlərinə. Keçəlin nenəsi sevindiyindən bilmədi neyləsin.
Bunları burda qoyaq, görək padşah necə oldu. Padşah yuxudan ayılıb gördü xalça yoxdu, dilini tərpədib gördü ki, üzük də qeybə çəkilib. Padşah dizinə döyə-döyə qaldı, şivən saldı, vəzir-vəkili başına yığdı, bir çarə istədi. Axırda vəzir dedi:
- Qibleyi-aləm sağ olsun, bu işə bircə küp qarısından savayı heç kim əncam çəkməyəcək, sən onu çağırtdır.
Padşah o saat həmən küpəgirən qarını gətirtdi hüzuruna. Əhvalatı ona söyləyib kömək istədi. Qarı evvəlcə çox nəm-nüm elədi ki, axı onlar məni tanıyırlar, bu dəfə harda görsəler tutub öldürərlər. Padşah qarının ovcuna iki xışma qızıl qoyub dedi:
- Mən bilmirəm, neyləyirsən elə, qızımı tap gətir. Qarı küpünün içinə girib düz qalxdı göyün yeddinci qatına, gedib keçəlin olduğu şəhərə çatdı. Bir xarabalıqda küpünü gizlədib sehr oxudu, özünü elədi on beş yaşında qız. Düz gəlib keçəlin evinin qabağında oturdu. Elə bu hində keçəlin arvadı aynadan qızı gördü, adam göndərdi ki, gedin o qızı çağırın görüm buralarda nə axtarır. Gedib qız sifətinə düşmüş küp qarısını gətirdilər. Keçəlin arvadı dedi:
- Ay qəşəng qız, buralarda nə axtarırsan?
Qız dedi:
- Ay xanım, vallah, mən köçdən qalıb azmışam, ata-anamı axtarırdım, tapa bilmədim, indi gecələməyə bir yer axtarıram, gəlib çıxmışam bura.
Padşah qızının buna yazığı gəldi, ərini himnən başa saldı ki, nə deyirsən, bunu yanımızda saxlayaqmı?
Keçıl fikirləşdi ki,. arvadım atası evində kəniz-qaravaşların qayğısı ile böyümüş adamdı, indi burda təkcə qulağı batmış adam kimi qalıb, elə bu qızla gününü keçirər, darıxmaz, odu ki, başıyla razılıq verdi. Padşah qızı dedi:
- Ay qəşəng qız, mən gündüzlər evdə tək qalıb darıxıram, gəl sən qal mənim yanımda, nə vaxt atan-anan gələr, onda gedərsən.
Yaxşı deyiblər, kor nə istər iki göz, biri əyri, biri düz. Qız belə bir işi Allahdan istəyirdi. Odur ki, özünü tülkülüyə qoyub dedi:
- Xanım, sən ki deyirsən qal, qalıram yanında.
Bəli, gecə oldu, yatmaq vaxtı gəldi, yer salıb hərəsi bir tərəfdə yatdılar. Gecədən bir az keçmiş keçəl yenicə yuxuya getmişdi ki, qız durub ər-arvadın burnuna bihuşdarı iylətdi, sonra üzüyü keçəlin dilinin altından çıxardıb dedi:
- Üzük, Həzrət Süleyman eşqinə, bir göz qırpımında qızla məni bu imarətlə bir yerdə apar Hindistana.
Söz tamam olan kimi qarının mətləbi hazır oldu, qız gözünü açanda gördü ki, Hindistanda atasının yanındadır. Bu tərəfdən də keçəl ayılıb gördü ki, yenə nənəsiylə qalıb öz köhnə daxmalarında bircə cırıq həsirin üstündə. Keçəl başına ikiəlli bir qapaz ilişdirdi ki, kül mənim başıma, bu şətəl yəqin o qızdan keçdi, mən niyə onu evə qoyurdum ki, başıma da bu oyun gəlirdi. Keçəl and içdi ki, vallah, əgər mənim bir də əlimə fürsət düşsə, gərək padşahla qarıya bir turp əkdirəm, bir turp əkdirəm ki, qiyamətəcən yadlarından çıxmasın.
Bu işlər keçələ yaman əsər eləmişdi. Nə yeyirdi, nə içirdi, acından quruyub lap ələngəyə dönmüşdü. Bir gun axşam vaxtı keçəl nənəsinə dedi:
- Nənə, məni tikə-tikə doğrasalar da, burda duran deyiləm. Gedirəm.
Nənəsi nə qədər yalvar-yapış elədi ki, oğul, bu vaxt hara gedirsən, qal, sabah get.
Keçəl dedi:
- Nənə, üz vurma, daha dura bilmirəm, mən getdim.
Nənəsi gördü ki, keçəl dediyindən dönməyəcək.
Odur ki, dedi:
- Oğul, get, yolun uğurlu olsun.
Keçəl evdən çıxdı, az getdi, çox dayandı, çox getdi, az dayandı, dağlar aşdı, çaylar keçdi, gəlib bir meşəyə çıxdı. Keçəl acmışdı, yeməyə bir şey axtarırdı. Gördü ki, meşə doludu cır meyvəylə. Bir az almadan-armuddan, gavalıdan dərib doldurdu xurcununa. Ürəyi əzilirdi, iki dənə gavalı götürüb ağzına atdı. Elə gavalını yeyib qurtaran kimi bir də gördü ki, təpəsinin ortasından iki buynuz cıxdı. Nə qədər çalışdı ki, buynuzları qöparsın, gördü mümkün olmur. Qaldı məəttəl ki, görəsən, bu niye belə oldu, ağlına da gəlmədi ki, bunu eləyən gavalıdı. Bir azdan sonra xurcundan bir armud çıxarıb yedi. Bu dəfə gördü ki, elə bil düz-dünya hərləndi başına, kəllə-mayallaq dəydi yerə. O saat başı qaldı yerdə, ayaqları göydə. Keçəl tamam çaşbaş qaldı. Nə qədər elədi, ayağa qalxa bilmədi. Başa düşdü ki, bunu bu günə salan yediyi meyvələrdi. Yazıq keçəl başı yerdə, ayaqları göydə əlləriylə ölüm-zülüm bir xeyli gedib meşədən çıxdı, gördü aşağıda bir qəşəng örüş var. Endi örüşə, istədi bir az uzanıb dincini alsın, gqrdü yox, nə uzanmaq, nə dincəlmək heç biri mümkün deyiL Keçəl lap təngə gəldi.
Öz-özünə fikirləşdi ki, məni bu günə salan gavalıyla armud oldu. Allaha təvəkkül, qoy almadan da birini yeyim, ya məni bir az da pis günə salsın, ya da öldürsün, canım qurtarsın. Bu fikirlə almadan birini yedi. Almanı yeyəndən sonra nə görsə yaxşıdı, bir də gördü ki, tezədən dönüb anadangəlmə oldu. Buynuzu yoxa çıxdı, başladı yenə həmişəki kimi yeriməyə. Keçəl istədi ki, xurcundakı meyvələri boşaltsın yerə. Birdən ağlına gəldi ki, ele yaxşı oldu. Gederəm Hindistana, bunları birtəhər fırıldaqla verərəm padşah yeyər, buynuz çıxardıb təpəsi üstə qalar.
Keçəl xurcunu çiyninə salıb soraqlaşa-soraqlaşa başladı Hindistana getməyə. Elə bir az getmişdi ki, gördü bir kahanın qabağında bir bədheybət div, ayaqları qalxıb göyə, başı qalıb yerdə. Div elə qəzəblənib, elə qəzəblənib, dırnaqlarıyla yeri kotan kimi eşir, nərəsindən dağ-daş lərzəyə gəlib əsir. Keçəl divi görəndə istədi qaçsın, div onu görüb, çağırdı, dedi:
- Ey bəni-insan, mənim əlimdən heç yana qaça bilməyəcəksən, nahaq əziyyət çəkmə, mən neçə illərdi ki, belə təpəsi üstə qalmışam, əgər dərdimə əlac eləyə bilsən, nə istəsən onu verəcəyəm, yox əlac edə bilməsən, səni bircə tikəyə dürmək eləyib yeyəcəm.
Keçəl başa düşdü ki, div də onun kimi armud yeyib bu günə düşüb. Odur ki, xurcunundan bir alma çıxardıb verdi divə, dedi:
- Bu almanı ye, yaxşı olacaqsan.
Div almanı yeyən kimi qalxıb durdu ayaq üstə, sevindiyindən başladı keçəli duz kimi yalamağa. Div dedi:
- Qardaş, indi də görüm məndən nə istəyirsən?
Keçəl dedi:
- Səndən heç nə istəmirəm, bircə məni aparıb qoyarsan Hindistana.
Div o saat əlini gözünün üstə qoyub dedi:
- Mənim gözüm üstə, min dalıma, özü də gözünü yum.
Bəli, keçəl xurcununu çiyninə salıb mindi divin dalına. Div bir əfsun oxuyub qalxdı göyə, uça-uça keçəli aparıb qoydu Hindistana.
Keçəl Hindistana çatmaqda olsun, sizə kimdən xəbər verim, padşahdan. Demə, padşaha soyuq dəyib bir az kefsizmiş. Keçəl gördü ki, car çəkirlər ki, bəs padşah azarlayıb, yaxşı həkim lazımdır. Özünə güvənən həkim varsa gəlsin onu yaxşı eləsin, çoxlu xələt alsın. Keçəl fursəti fövtə verməyib tez həkim paltarı tapıb geydi, xurcundakı meyvələrdən də bir az cibinə doldurub getdi padşahın yanına. Əhvalatı söylədi ki, bəs, mən həkiməm, səni yaxşı eləyə bilərəm. Padşah dedi:
- Həkim, mənim başımda bu saat bir ağrı var ki, bütün dünya gözümə qaranlıq görünür. Məni yaxşı eləsən, nə istəsən verəcəm.
Keçəl cibindən bir armudla bir gavalı çıxarıb verdi padşaha, dedi:
- Al, bunlarm ikisini də birdən ye, sağalacaqsan.
Padşah armudla gavalını yeyən kimi təpəsindən buynuz çıxartdı, özü də ayaqları qalxdı göyə, başı endi yerə, qaldı təpəsi üstə kəlləmayallaq. O saat hay-küy düşdü, keçəli tutdular. Keçəl dedi:
- Heç zəhmət çəkməyin, mən qaçıb eləyəsi deyiləm.
Vəzir arif adamdı, gördü ki, padşah kəllə-mayallaq olandan sonra həkim əlini belinə qoyub baxır, özü də suçlu adama oxşayır. Keçəl dedi:
- Mən olmayandan sonra heç kim səni yaxşı eləyə bilməyəcək, təpəsi üstə qalıb öləcəksən. And iç ki, istədiklərimi verəcəksən, səni yaxşı eləyim.
Padşah and-aman eləyəndən sonra keçəl çıxardıb ona bir alma verdi. Padşahın gözü qorxmuşdu deyə yemək istəmədi. Keçəl dedi:
- Ye, qorxma, sənin dərmanın bu almadadı.
Padşah almanı yeyən kimi durub oturdu yerində, buynuzu da düşdü yerə, hamı bu işə məəttəl qaldı. Keçəl xalçayla üzüyü alandan sonra gəldi arvadının yanına, onunla xalçanın üstündə oturub dedi:
- Xalça, Həzrət Süleyman eşqinə, bizi apar öz qızıl kərpicli evimizə.
Xalça göyə qalxıb bunları gətirdi öz imaretlərinə.
Keçəl nənəsiylə görüşüb-öpüşdü. İtlə pişiyi de doyuzdurub öz yanında saxladı. O gündən itlə pişik imarətin dörd tərəfini gözləyib həndəvərə bir adam da buraxmadılar.
Günlərin birində keçəl arvadına dedi:
- Yaxşı, sən məndən hər nə xəbər alırdınsa, mən sənə deyirdim, indi sən də mənə de görüm sən ki, üzüyün sirrini bilirdin, qarı səni oğurlayıb aparandan sonra niyə məni axtarmırdın?
Qız dedi:
- Vallah, Allahdan gizlin deyil, səndən ne gizlin. Mən baxıb gördüm ki, sən qoçaq, mərd oğlansan, amma başına baxanda adamın qol-qanadı sınıb yanına düşürdü. Sənin keçəl olmağın məni yaman məyus eləyirdi. Odur ki, qalmışdım iki yolun arasında.
Bu söz keçəli yaman bərk tutdu, bir xeyli fikrə getdi. Birdən yadına düşdü ki, axı mənim barmağımdakı üzük dünyada nə istəsən onu verir, mən niyə dərdimə ondan əlac istəmirəm?
Keçəl tez üzüyü barmağından çıxardıb oturdu xalçanın üstündə, dedi:
- Üzük, Hezret Süleyman eşqinə, məni elə yerə apar ki, orda başımın dərmanı olsun.
Söz tamam olan kimi xalça qalxdı ərşə, o qədər yol getdi ki, gedib dünyanın axırına çıxdı, orda bir meşənin içinə endi. Keçəl gördü yanında bir qəşəng bulaq var ki, suyu dumduru göz yaşı kimi. Suyun içindəki daşlar elə gözəl, elə qəşəngdi ki, elə bil ləl-cəvahiratdı. Hava çox istiydi, keçəl də neçə gün yol gəldiyindən toz-torpağın içindəydi. Odur ki, paltarını soyunub özünü verdi bulağın suyuna, bir çala düzəldib doyunca çimdi. Sonra çıxıb qıraqda başladı qurulanmağa, əlini atdı ki, başını qurulasm, gördü eyə, başına tük gəlib. Özünə inanmadı, bir də əlini apardı başına, gördü doğrudan da başına tük gəlib. Əyilib suda öz şəklinə baxdı, gördü nişanədən ötəri başında bir tük tapılmayan keçəlin başı tüklə doludu. Keçəl sevindiyindən bilmədi neyləsin. Oturdu xalçanm üstündə düz gəldi evlərinə.
Arvadı keçəli görəndə az qaldı tanımasın. Keçəl elə qəşəng oğlan olmuşdu ki, üzünə baxan deyirdi bir də baxım. Bayaq qızın məhəbbəti bir idisə, indi artıb oldu min. Ər-arvad yeyib-içib kef çəkdilər, siz də yeyin, için, muradınıza çatın.
Göydən üç alma düşdü, biri mənim, biri itlə pişiyin, biri də qulaq asanların.
SİÇAN VƏ PİŞİK
iri var idi, biri yox idi, yer üzündə bir siçan var idi, bir pişik.
Günlərin bir günü həmin bu siçan yuvasından boylanıb pişiyə dedi:
- Gəlsənə qardaş olaq?
Pişik etiraz elədi:
- Yox, səndən mənə qardaş olmaz.
Siçan soruşdu:
- Niyə?
Pişik cavab verdi ki, sən qorxaq, oğru, ziyankarsan.
Siçan peşman-peşman söylədi:
- Doğrudur, bir az qorxaqlığım var, amma nə oğruyam, nə də ziyankar.
Pişik külüb dedi:
- Bəs un, buğda çuvallarını yırtıb daqıdan, sən deyilsən?
Siçan kinayə ilə çavab verdi ki, ay pişik qardaş, bəs sən özün heç nə yemirsən? hava ilə dolanırsan? Pişik acıqla söylədi :
- Əvvəla mən miyoldayıb yemək istəyirəm, ev sahibi də ətdən, çörəkdən verir. Amma sən oğurlayırsan.
Çox uzun söz-söhbətdən sonra pişik dedi:
- Yaxşı, nə deyirəm, gəl dost olaq, amma mənə xəyanət eləsən, özündən küs.
Siçan razılaşdı. Dostlaşıb bir yerdə yaşamağa başladılar. Günlərin birində siçan dedi:
- Pişik qardaş, indi payızdır, havalar yaxşı keçir, nə istəsək tapıb yeyirik. Bir azdan qış kirəcək, hər yeri qar örtəcək, yeməyə heç nə tapmayacağıq, gəl indidən özümüzə azuqə yığaq.
Pişik xəbər aldı:
- Necə yığaq?
Siçan dedi:
- Mən kimin gözünə. görünsəm baş-gözümü əzər. Yaxşısı budur sən gündə bir evə get, kim nehrə çalxasa miyolda, yağ istə, versinlər, gətir gəl, yığıb qışa saxlayaq.
Pişik bu təkliflə razılaşdı. Gündə bir evə kedib xeyli yağ yığdı. Siçanla pişik bir küpə tapıb yağı doldurdular içinə, aparıb bir ağacın dibində basdırdılar, sonra qayıdıb gəldilər evlərinə. Aradan bir müddət keçdi, qış yaxınlaşdı, tamah siçana güc gəldi, pişiyə yalan satıb dedi:
- Pişik qardaş, bu gün əmim oğlunun ad qoydusudur, məni qonaq çağırıblar, icazə ver gedim.
Pişik dedi:
- Get, amma tez gəl.
Siçan evdən çıxıb gəldi yağı basdırdıqları yerə, torpağı eşib. küpənin ağzını açdı, yağdan bir az yedi, küpənin üstünü torpaqlayıb qayıtdı evə.
Pişik soruşdu:
- Siçan qardaş, əmin oğlunun adını nə qoydular?
Siçan cavab verdi:
- Bir azacıq.
Pişik dedi:
Pişik dedi:
- Adı ilə böyüsün, amma bu adın mənasını başa düşmədim.
Siçan dedi:
- Pişik qardaş, bu adın mənası mənə də aydın deyil. Bundan başqa xalam oğlunun və bibim oğlunun da ad qoydusu olacaq,ora da kedib qayıdanda hamısını birdən öyrənib deyərəm.
Aradan bir neçə gün keçdi, siçanın könlünə yenə yağ düşdü. Odur ki, dedi:
- Pişik qardaş, indi də xalam oğlunun ad qoydusudur, məni qonaq çağırıblar, getməsəm küsərlər, izin ver gedim.
Pişik bu dəfə də icazə verdi. Siçan sevinə-sevinə qaçıb gəldi həmən ağacın dibinə, torpağı eşib küpəni tapdı, ağzını açıb yağı yarısınacan yedi. Sonra yenə küpənin üstünü torpaqlayıb evə qayıtdı.
Pişik siçanın qayıtdığını körüb dedi:
- Siçan qardaş, xalan oğlunun adını nə qoydular?
- Yarısınacan,-deyə siçan cavab verdi.
Pişik dedi:
- Çox qəribə adlardır.
Siçanla pişik bir neçə gün də bir yerdə yaşadılar. Siçan gördü ki, havalar bərk soyuyur, bir-iki gündən sonra qar yağsa gedib yağı tapa bilməz, odur ki, dedi:
- Pişik qardaş, indi də bibim oqlunun ad qoydusudur. Bibim məni qonaq çağırıb, getməsəm yaxşı düşməz, küsərlər, deyərlər ki, siçan bəy, xalası oğlunun, əmisi oğlunun, ad qoydusuna gəldi, amma bizi saya salmadı. Xahiş edirəm, mənə icazə ver axırıncı dəfə bibimkilə gedim.
Pişik dedi:
- Siçan qardaş, mən bir söz demirəm get, amma tez gəl darıxıram.
Siçan «baş üstə» deyib yola düşdü. Gəlib küpəni çıxartdı, içindəki yağın hamısını yeyib boş küpəni yenidən torpaqladı. Siçan tələsik evə qayıtdı. Pişik soruşdu ki, siçan qardaş, bu dəfə bibin oqlunun adını nə qoydular? Siçan cavab verdi ki, axırınacan. Pişik başını bulayıb güldü.
Siçan dedi:
- Pişik qardaş, niyə gülürsən, olmaya adlar xoşuna gəlmədi?
Pişik dedi:
- Məh eşitmişəm ki, hər adın bir mənası var. Amma bu adların mənasını başa düşə bilmədim.
Siçan dedi:
- Bu adların mənasını qışda küpəyə baxanda bilərsən.
Pişik dedi:
- Ay siçan, nə danışırsan, küpənin ada nə dəxli?!
Bu vaxt birdən yağküpəsi pişiyin yadına düşdü.
Pişik dedi:
- Siçan qardaş, yaxşı ki, küpə sözünü dedin, axı bizim yağ küpəmiz yaddan çıxıb, kedək bir ora baş çəkək, görək dururmu.
Siçan dedi:
- Pişik qardaş, indicə yoldan gəlirəm, bərk yorulmuşam, sabah gedərik.
Pişik razı oldu. O kecə yatdılar, səhər pişik dedi:
Siçan qardaş, di dur gedək küpəyə baxaq.
Siçan istədi bu dəfə də getməsin, pişik əl çəkmədi. İkisi də durub getdilər, ağacın altındakı küpəni qazıb çıxartdılar. Gördülər küpə. boşdur. Pişik siçana dedi:
- Ay gələkbaz, yağı sən yeyibsən.
Siçan da ona dedi ki, yox özün yeyibsən. Yağın üstündə siçanla pişik başladılar dalaşmağa.
Pişik dedi:
- Ay siçan, mən bu qədər yağı axı necə yeyə bilərəm?
Siçan dedi:
Əvvəlcə bir az, sonra yarısınacan, sonra da axırınacan.
Pişik bu sözləri eşidəndə barmağını dişləyib dedi:'
- Bu sözlər mənə tanışdı. Demək sən qohumlarının ad qoydusuna gedəndə yağı xırda-xırda yeyirmişsən. İndi mən də səni yeyərəm əvəzi çıxar.
Siçan dedi:
- Pişik qardaş, axı biz dostuq. Dost dostu yeməz.
Pişik dedi:
- Doğrudur dost dostu yeməz. Yadındadırmı mən səninlə şərt kəsmişdim ki, məni aldatsan, oğurluq eləsən, səni yeyəcəyəm. İndi görürəm xəyanətdən əl çəkməyibsən, ona görə əlimdən qurtara bilməyəcəksən. Sən mənim yağımı oqurlayıb yedin, mən də səni yeyəcəyəm.
Pişik atılıb siçanı yedi.
ŞƏNGÜLÜM, ŞÜNGÜLÜM, MƏNGÜLÜM
iri varmış, biri yoxmuş, bir keçi varmış. Keçinin üç balası varmış. Birinin adı Şəngülüm, birinin adı Şüngülüm, o birinin də adı Məngülüm.
Bu keçi hər gün gedib meşədə və çöldə otlayar, geri qayıdanda buynuzunda ot, ağzında su, döşlərində süd gətirərmiş. Astanada dayanıb qapını döyərmiş, Şəngülüm, Şüngülüm, Məngülüm atıla-atıla, dingildəyə-dingildəyə qapının dalına gəlib soruşarmış:
-Kimdir?
Keçi də cavab verərmiş:
-Şəngülüm, Şüngülüm, Məngülüm!
Açın qapını, mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynumuzda ot gətirmişəm.
Şəngülüm, Şüngülüm, Məngülüm sevinib tez qapını açarmış. Keçi içəri girib onların otunu, suyunu verərmiş. Yedilər, içirər, yatırdarmış. Sabah örüşə gedəndə yenə də hər gün üçünün üzündən öpüb tapşırarmış, Şəngülüm, Şüngülüm, Məngülüm, qurd sizi aldadar, aparar yeyər, ha. Hər kim qapını döydü, mən deyən sözləri eşidməmiş açmayın.
Günlərin bir günü Qurd özünə söz verdi ki, Şəngülüm, Şüngülüm, Məngülümü yeyəcəm. Keçinin qapısının ağzına gəldi. Yavaş-yavaş qapını döyməyə başladı. Şəngülüm, Şüngülüm, Məngülüm dingildəyə-dingildəyə qapının dalına gəlib səsləndilər:
-Kimdir?
Qurd dedi:
-Mənəm, Keçiyəm, balalarım, açın qapını.
Şəngülüm, Şüngülüm, Məngülüm o saat bilirlər ki, qapını döyən anaları deyil, Qurddur, onlara kələk gəlir. Qurd nə qədər yalvardı, qapını açmadılar. Qurd qapını sındırmaq istəyirdi, bir də gördü ki, Keçi gəlir. Qaçıb bir kolun dalına girdi. Orda gizləndi ki, görsün Keçi qapını necə açır. O, biri tərəfdən Keçi gəlib qapını döyə-döyə dedi:
-Şəngülüm, Şüngülüm, Məngülüm!
Açın qapını, mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynumuzda ot gətirmişəm.
Şəngülüm, Şüngülüm, Məngülüm oynaya-oynaya gəlib qapını açdılar. Keçi içəri girdi. Həmişəki kimi onlara su, ot, süd verdi. Bir az ordan-burdan söhbət elədilər. Balaları qapını döyüldüyünü söylədilər. Keçi dedi:
-O xain Qurddur.
Sonra balaların üzündən öpüb getdi.
İndi sizə xəbər verim Qurddan. Keçinin sözlərini Qurd öyrənmişdi. Koldan çıxıb bir az gözlədi. Sonra yavaş-yavaş gedib qapını döyməyə başladı. Çəpişlər oynaya-oynaya qapının dalına gəlib soruşdular:
-Kimdir?
Qurd səsini Keçinin səsinə oxşadıb dedi:
-Şəngülüm, Şüngülüm, Məngülüm !
Açın qapını, mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynumuzda ot gətirmişəm.
Balaları elə bilir ki, bunları çağıran analarıdır. Cəld qapını açdılar. Qurd o saat Məngülümü yedi, Şəngülüm, Şüngülüm qaçıb gizləndilər. Qurd çox axtardı, onları tapmadı. Keçinin qorxusundan qaçıb getdi. Elə ki, Qurd getdi, Şəngülüm, Şüngülüm gizləndikləri yerdən çıxıb qapını bağladılar. Bir küncə oturub ağlamağa başladılar. Axşam düşdü. Keçi örüşdən qayıdıb qapını nə qədər döydü, ona cavab verən olmadı. Çəpişlər elə bildilər ki, yenə də Qurddur. Ona görə cavab vermədilər. Keçi geri çəkilib qapıya bir buynuz ilişdirdi. Dalbadal bir buynuz, iki buynuz Şəngülümlə Şüngülüm gördü ki, qapını sındıracaq, gəlib qulaq verdilər, balaca deşikdən baxdılar ki, analarıdır. Qapını açdılar. Keçi onlardan soruşdu:
-Bəs, Məngülüm hanı?
Onlar başladılar ağlamağa. Əhvalatı analarına danışdılar. Keçi hirslənib dedi:
-Yaxşı, Qurdla mənimki qalsın, siz qapını bağlayın, evdə oturun.
Bəli, Keçi düşdü yolun ağzına. Az getdi, çox getdi, gəlib bir damın üstünə çıxdı. Ayaqlarını yerə döyməyə başladı. İçəridən səs gəldi:
-O kimdi, damın üstə, tappır-tuppur döyür, ayağın damın üstə.
Keçi dedi:
-Balamı sən yemisən?
Tülkü dedi:
-Yox, mən yeməmişəm, get Qurddan soruş.
Keçi ordan dəmirçinin yanına gəlib dedi:
-Dəmirçi qardaş, mənim buynuzlarımı qılınc kimi iti elə, nizə kimi şiş. Sənə bir kasa qaymaq, bir kasa da süd verəcəyəm.
Dəmirçi razı oldu. Bir azdan Keçinin buynuzları qılıncdan da iti oldu. Keçi onun qaymağını, südünü verdi. Keçi getdi çıxdı Qurdun damının üstünə. Bu vaxt qurd da bir qazan aş asmışdı, ocağın üstə bişirirdi. Keçi damı döyəndə bunun aşının içinə torpaq töküldü. Onda qurd çağırdı:
-O kimdir damım üstə,
Toz tökər şamım üstə?
Toz tökər şamım üstə?
Aşımı şor eylədi,
Gözümü kor eylədi?
Keçi cavab verdi:
-Mənəm, mənəm, canavar
Buynuzum qoşa-qoşa.
Balamı sən yemisən
Gəl girək bir savaşa.
Qurd cavab verdi:
-Çox gözəl, gəl savaşa, elə mən səni axtarırdım.
Qurd sözünü tamam elədi. Dişlərini qıçırtdi, istədi Keçini yesin. Keçi ona aman vermədi. Geri çəkilib irəli gəldi, ona elə bir buynuz vurdu ki, buynuzlar iki qarış onun döşünə işlədi. Qurd bərkdən ulayıb yerə yıxıldı. Keçi o saat onun qarnını yırtıb Məngülümü çıxartdı, bağrına basdı, gözlərindən öpdü. Qurd qışqırıb dedi:
-Vay qarnım, vay.
Keçi dedi:
-Məngülümü yeməyəydin!
Vay qursağım deməyəydin!
Xain Qurd öldü. Keçi balası Məngülümü götürüb evə yollandı. Şəngülüm, Şüngülüm Məngülümü görəndə çox sevindilər. Onun üzündən-gözündən öpdülər, şadlıq elədilər.
Göydən üç alma düşdü, biri nağıl deyənin, biri qulaq asanın, biri də mənim.
Hiç yorum yok:
Yorum Gönder