31 Aralık 2014 Çarşamba

AFORIZMLƏR

Yazıcı həyatın ozu kimi həyat, həyatın ozündən pis həyat və həyatın özündən daha gozəl həyat yaratmaga calışan və nadir hallarda buna nail olan əzabkeşdir….

Xoşbəxtlik bədəndə deyil ruha aiddir; onun mənbəyi həzz və zövq deyil,sədaqətdir. Səhvət deyil həqiqi məhəbbətdir….

Tərbiyə o deyil ki, xörəyi süfrəyə dagitmayasan. Tərbiyə odur ki, bunu kimsə edəndə özünü bilməməzliyə qoyasan…

Hökmdar öz təbəqələrində elə qorxu yaratmalidir ki, bu qorxu məhəbbətə oxsamasa da nifrətə cevrilməsin…

İgidlik güləşmədə , qovgada üstünlük qazanmaqda deyil; mərd o adamdir ki qəzəblənən zaman səbrli olsun….

Hikmət ilahinin öz nurundan insanlara verdiyi paydır!

Aforizm-mühakiməyə ehtiyacı olmayan fəlsəfi aksiyomadır!

İnkarı inkar qanunu olduğu kimi, təsdiqi təsdiq qanununun olmasını qəbul etsəydik aforizmlər bu qanunun özü olardı!

Düşünmək – dənizin dibindən inci axtarmaqdır. Müdrik fikirlər isə bu incilərin özüdür!

Müasir dövrdə bütün müharibələr qəzetlərdə başlayır və qəzetlərdə də qurtarır!

Həyatda insanın dörd müəllimi olur - valideynləri, müəllimləri, şəxsi təcrübələri və təbiət.

Onlardan biri körpəlikdə, biri uşaqlıqda, biri gənclikdə, biri də qocalıqda müəllimlik edir!

Təcrübənin acı nəticələri, nəzəriyyələrin şirin vədindən xeyirlidir!

Yaxşı kitabların vərəqləri həmişə pis vəziyyətdə olur!

Tələbələrin pozğunluğu müəllimlərin, müəllimlərin pozğunluğu cəmiyyətin günahıdır!

Valideynlərimiz bizə həyat verib, müəllimlər isə ondan necə istifadə etməyi öyrədir!

Müəllimlər özlərinin yox, şagirdlərinin qabiliyyəti ilə fəxr edirlər!

Düzgün düşünmək düzgün yaşamağın əsasıdır!

Hiç yorum yok:

Yorum Gönder