31 Aralık 2014 Çarşamba

Müəssisənin iqtisadiyyatı

FƏSİL1. FƏNNİN OBYEKTİ VƏ VƏZİFƏLƏRİ

1.1. Fənnin obyekti və predmeti

İnsan fəaliyyəti – istehsal amilləri əsasında həyata ke­­­çirilir. İnsan fəaliyyəti elmin inkişafı ilə təkmilləşir və el­min nailiyyətləri  istifadə olunur, onun obyektiv nəzəri bi­­­liklərin işlənməsi və istifadəsi xüsusi yer tutur. Elm məh­­­suldar qüvvələrinin əsası kimi çıxış edir və əmək vasi­tə­­­ləri, əmək predmeti və iş qüvvəsinin birgə ünsür sta­tu­su­nu qazanmışdır.
Elm – həqiqətlərin, hadisə və proseslərin praktiki cə­hət­­dən dərk edilmə üsullarının ayrılmaz tərkib hissəsi ol­maq­la o, həm də biliklər istehsalçısı kimi insan fəaliy­yə­ti­nin özünə məxsus formalarındandır.
Əgər maddi istehsalın həm miqyasca (kəmiyyətcə) ge­niş­ləndirilməsində və həm də səmərəliliyinin (keyfiy­yət­­cə) yüksəldilməsində biliklər bir vasitə kimi ifadə edil­ər­sə, bunlara nail olmaq üçün mütərəqqi texnoloji pro­ses­lə­rin, maşın və avadanlıqların layihələndirilməsi, is­teh­sa­lın mükəmməl təşkilini nəzəri cəhətdən əsas­lan­dı­rıl­ması isə elmin bilavasitə məqsədidir.
Elm bütövlükdə, şərti olaraq, üç böyük təbiət, ictimai və texniki qrupa bölünür.
Təbiət elmləri – insan və təbiət arasında prosesləri öyrənir, onun tədqiqat obyekti – maddi münasibətlərdir.
Texniki elmlər – istehsal prosesində istifadə edilən əmək cisimlərinin  və əmək vasitələrini, hazırlanma texno­lo­­giyasını, onların istifadə üsullarını, əmək cisimlərinin fi­zi­ki və kimyəvi dəyişikliklərini, hazır məhsulun istehlak xa­s­sələrini və s. öyrənir.
İctimai elmlərin – mühüm sahəsi olan tədqiqat ob­yek­ti, iqtisadi hadisə və proseslərdir. Bu elm özünün ix­ti­­sas­laş­mış sahələri ilə iqtisadiyyatın bütün səviyyələrində möv­cud olan qanun və qanunauyğunluqları həm nəzəri və həm də tətbiqi baxımından təhlil və tədqiq etməklə alınan nə­ticələri ümumiləşdirilməklə məşğul olur.
İctimai elmlər istehsal münasibətlərini tədqiq edir. Ona görə də öyrənmə obyekti istehsal münasibətlərinin məh­suldar qüvvələrlə qarşılıqlı sıx əlaqəsidir.
Bu elmin obyekt və predmeti – sosial – iqtisadi, is­teh­­­sal fəaliyyətidir. O, canlı orqanizmdir, yəni sosial – iq­ti­­sadi və istehsal münasibətləri ilə başqa digər müna­si­bət­lər­­lə qar­şı­lıq­lı bir sistem kimi özünü göstərir.
İqtisad elminin müstəqilləşmiş sahələrindən biri də–təbii ki, özünün tədqiqat obyekti və predmeti olan – “Müəs­­si­sənin iqtisadiyyatı” elmidir.
“Müəssisənin iqtisadiyyatı” fənninin vəzifəsi–bu sis­tem­­də insanların sosial – iqtisadi və istehsal fəaliyyət for­ma­­larını sosial – iqtisadi və istehsal münasibətlərini se­çib gö­­türmək və araşdırmaqdır. “Müəssisənin iqtisa­diy­ya­tı” fən­­ni elmi üsullarla öz obyektini, predmetini və funk­si­ya­la­rı­nı müəyyənləşdirir. Bu anlayışların açıqlan­dı­rıl­ması üçün “Müəssisənin iqtisadiyyatı” fənninin obyekt və pred­me­tini müəyyənləşdirməmişdən öncə müəssisə və iq­ti­sa­diy­yat an­la­yışlarını nəzərdən keçirmək məqsədə u­ğun o­lar.
Bu fənnin əsasını müəssisə – xalq təsərrüfatının ilkin böl­məsi təşkil edir, o, məhsul istehsalı prosesinin həyata ke­çirildiyi istehsal – texniki, sosial  və iqtisadi sistemdən iba­rətdir. “Müəssisələr haqqında” Azərbaycan Respubli­ka­sının qanununda [2] göstərilir ki, müəssisənin mülkiyyət formasından asılı olmayaraq, ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədi ilə məhsul istehsal edən və xidmət göstərən müstəqil təsərrüfat subyektidir. Müəssisə ic­ti­mai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə is­teh­­sal amillərini birləşdirməklə məhsul istehsal edib – sa­tan, iş­lər görüb, xidmətlər göstərən hüquqi şəxs olub tə­sər­rüfat subyektidir.
“Müəssisənin iqtisadiyyatı” fənnin obyekti kimi mü­əs­­­­­­sisə çıxış edir. Lakin son vaxtlar “müəssisə” və “fir­ma” an­­layışlarını çox vaxt eyni mənada istifadə edirlər, bax­­ma­ya­raq ki, onların arasında mövcud fərq var.
Müəssisə – xalq təsərrüfatının ilkin bölməsidir, o, məh­sul istehsalı prosesinin həyata keçirildiyi istehsal – texniki, sosial və iqtisadi sistemdən ibarətdir.
Müəssisə – istehsalla məşğul olur, hazır məhsulunu is­­teh­­lakçılara çatdırır. Müəssisə – iqtisadiyyatın əsası ol­maq­­la, mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş görən və xidmət göstərən, texniki–texnoloji, təş­ki­la­­tı və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs olan müs­tə­­qil təsərrüfat subyektidir.
İstehsal firması – məqsədi mənfəət əldə etmək bir və ya bir neçə müəssisədən ibarət olan məhsul istehsal edən, sə­naye xarakterli iş görən və xidmət göstərən, məhsulunun sa­tışını özü həyata keçirən, innovasiya fəaliyyətini və qiy­mət siyasətini, bazarda rəqabət mübarizəsini özü apa­ran, mənfəətin bölgüsündə iştirak edən hüquqi şəxs sta­tusu olan bazar iqtisadiyyatının ilkin təsərrüfat sub­yek­ti­dir.
Göstərilənlərdən aydın olur ki, müəssisə yalnız is­teh­sal­la məşğul olursa, firma istehsalla yanaşı, öz məh­sul­ların satışı məqsədilə, həm də kommersiya fəaliyyəti ilə və bu­nun­la bağlı olan digər məsələlərlə də məşğul olur.
Bazar iqtisadiyyatının inkişaf etmiş ölkələrində mü­əs­­­­sisələr öz məhsullarını iki kanalla realizə edə bilirlər, is­teh­­lakçılara çatdırırlar : dolayı və birbaşa.
Müəssisələr öz məhsullarını dolayı yolla realizə edərkən məhsulun hərəkətini iki istiqamətdə aparırlar:
 a) “müəssisə – topdansatış” ticarət təşkilatı – pə­ra­kən­­də satış ticarət təşkilatı – istehlakçılar;
 b) “müəssisə – pərakəndə satış ticarəti –isteh­lak­çı­lar”.
Birbaşa yolla məhsulun realizə olunmasında–öz öz­lü­yün­də nə topdansatış və nə də pərakəndə satış təş­ki­lat­la­rı iş­tirak etmirlər, birbaşa məhsulun müəssisədən is­teh­lak­çı­ya hərəkəti sadələşir – bir qütbdə müəssisənin özü və di­­gə­rində ilə bilavasitə onun məhsulunun istehlakçısı da­ya­nır.
İqtisadi baxımdan məhsul satışının birbaşa forması sər­fəlidir, çünki istehsalçı müəssisənin məhsulunun qiy­mə­tinə birinci istiqamətdə iki ticarət təşkilatının (top­dan­satış və pərakəndə satış), ikinci istiqamətdə işə topdan satış “ti­ca­rət əlavələri” əlavə olunmurlar. Lakin məhsul is­teh­­sal edən müəssisə hər iki ticarət təşkilatlarının xid­mə­tin­­dən is­ti­fadə etmir, əhəmiyyət kəsb edən cəhəti isə budur ki, müəs­sisənin öz əsas işindən “yayılmasının” qarşısı alı­nır.
Bazar iqtisadiyyatı  şəraitində işləyən ölkələrin sə­na­ye müəssisələri yuxarıda göstərilən satış kanallarının kon­k­ret şəraiti nəzərə alınmaqla hər üçündən eyni vaxtda, pa­ra­lel olaraq istifadə edə bilirlər.
Öz məhsulunu dolayı yolla realizə edən müəssisə ilə birbaşa realizə edən müəssisə arasında fərq təkcə ondan ibarətdir ki, öz məhsulunu son istehlakçıya özü satır, özü həm istehsal və həm də kommersiya  fəaliyyəti ilə məşğul olur. Bu müəssisələri həm müəssisə, həm də firma ad­lan­dır­maq olar. Ticarət təşkilatlarından istifadə etməklə məh­sul­larını istehlakçılara çatdıran müəssisələr yalnız müəs­si­sə­dir. Deməli, bütün istehsal firmaları həm də müəs­si­sə­dir, la­kin bütün müəssisələr firma olmaya da bi­lər­lər. Mü­əs­sisə yalnız bir fəaliyyət növü ilə – istehsalla məşğul ol­du­ğu halda, firma iki fəaliyyət növü ilə – istehsal və kom­mer­­si­ya ilə məşğul olur.
Beləliklə, müəssisə iqtisadiyyatın əsası olmaqla mən­fəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş görən və xidmət göstərən, texniki–texnoloji, təşkilatı və iqtisadı vəhdətə malik olan, hüquqi şəxs statuslu istehsal vahididir.
İqtisadiyyat – maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların baş­lı­ca fəa­liyyət sahəsidir. Onun inkişaf dərəcəsi məh­sul­dar qüv­və­lərin və istehsal münasibətlərinin səviy­yəsi və xa­­rak­teri ilə müəyyən edilir.
İlk dəfə “iqtisadiyyat” sözünü, anlayışını qədim yu­nan alimi Ksenofont  (e.ə. 430 – 355) – ev təsərrüfatı, son­ra Aristotel (e. ə. 384 – 322) tərəfindən “Oykonomiya” de­­yərək “oykos” (ev,təsərrüfat) və “nomos”(qayda, qanun) söz­lərinin birləşmələrindən yaratmışdır [9].
İqtisadiyyatın öyrənməsi həm tədqiqi və həm də ida­rə olunması baxımdan dörd tərkib hissəsinə bölünür: mik­ro, mezo, makro və meqo (super) iqtisadiyyat.
“Müəssisənin iqtisadiyyatı” – sənaye müəssisələrini, onu təşkil edən bölmələrin fəaliyyətini, idarəetmə, plan­laş­dır­ma məsələlərini öyrənir və təhlil edir.
“Müəssisənin iqtisadiyyatı”-nın predmeti – iqti­sa­diy­ya­­tın məqsədəuyğunluq tələblərinə cavab verən, cə­miy­yətin və əhalinin tələbatının dolğun ödənilməsinə xid­mət et­mə­si, buraxılan məhsulun keyfiyyətini yaxşılaş­dır­maq, əmək məh­suldarlığını yüksəltməkdir.
Fənnin obyekti isə iqtisadiyyatın ayrı – ayrı sahə­lə­rin, on­ların iqtisadi xüsusiyyətlərini öyrənməkdir: müəs­si­sə­lə­ra­rası əlaqələr, onların istehlak dəyəri və digər­ləri. Bu isə kon­kret müəssisənin geniş təkrar istehsaldakı rolunu və ye­rini müəyyən edir, yəni onların inkişaf səviyyəsini və sürətini, istehsal olunan məhsulun həcmini, daxili struk­tu­ru­­­nu əsas tutur. Müəssisələr ayrı – ayrı bölmələr, sexlər, is­­teh­sal sahələr, briqadalar, iş yerləri və s. fənnin ob­yekt­lə­­­rini təşkil edir.
İqtisadiyyat bir tərəfdən insanların çox geniş miq­yas­lı fəaliyyət və onların maddi və sosial ehtiyaclarını təmin edən yeganə təsərrüfat sferasıdırsa, digər tərəfdən o həm də, elm sahələrindən biridir. “İqtisadiyyat” bir elm sahəsi ki­mi bazar strukturlarının və cəmiyyətin təsərrüfat sub­yekt­lərinin fəaliyyət mexanizminin, onların qarşılıqlı əla­qə, asılılıq və təsirlərini tədqiq edir, öyrənir.
Təsərrüfat və onun idarəetmə qanunları mənasını da­şı­yan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Müasir zamanda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə “Ekonomiks” geniş anlamlı bir ka­te­qo­ri­ya kimi işlənir. Azərbaycanda və bir sıra islam öl­kə­­ləri xalq­larının dilində “ekonomika” ərəb dilindən alın­mış “iqtisadiyyat”, “iqtisad” kimi sözlərlə ifadə olunur. Lüğəti mə­nası da elə “ekonomika anlayışının bildirdiyi mənaya uy­ğundur”.
Mikroiqtisadiyyat – elmi iqtisadiyyatın müxtəlif mü­əs­­sisə və ya istehsal firmaları, əmtəə və maliyyə bazarları, bankları, ev təsərrüfatı kimi iqtisadi strukturları və onların ünsürlərinin fəaliyyətini tədqiq edir.
Mezoiqtisadiyyat – bir – biri ilə təsərrüfat əlaqələri üz­­­rə bağlı olan sahə komplekslərinin iqtisadiyyatıdır. Mə­sə­­­lən, aqrar–sənaye kompleksi, aqrar–biznes, hərbi – sə­na­ye komp­leksi.
Makroiqtisadiyyat – məcmu təklif və tələbin forma­laş­ması, milli gəlirin və ümumi milli məhsulun istehsalı dinamikasındakı dəyişiklikləri tədqiq etməklə, hökumətin büdcə və Mərkəzi Bankın pul siyasətinin iqtisadi artıma, inflyasiyaya, işsizlik problemlərinə, beynəlxalq ticarətin inkişafı və qiymətin səviyyəsinə təsirlərini öyrənməklə məşğul olur.
Meqoiqtisadiyyat – bütövlükdə dünya iqtisadiyyatı, beynəlxalq iqtisadiyyat deməkdir. Dünya ölkələrinin iq­ti­sa­di inteqrasiyası genişləndikcə, azad iqtisadi zonalar say­ca çoxaldıqca və xüsusilə qloballaşma dərinləşdikcə me­qo­iq­tisadiyyatın tədqiqat obyekti də əhatə baxımından miqyasca artacaqdır.
Müasir müəssisələrdəki iqtisadi – təsərrüfat fəaliy­yə­ti­nin mürəkkəbliyi müəssisə iqtisadiyyatını müstəqil elmi fənn kimi ayırmağın zəruriliyini müəyyən etmişdir. Bu fənn müəssisənin fəaliyyətinə təsərrüfat rəhbərliyinin komp­­­leks məsələlərinin, istehsal prosesi ünsürlərindən da­ha yaxşı istifadə etmək məqsədilə bütün ünsürlərin sə­mə­rəli əlaqələndirilməsi metodlarının öyrənilməsini qar­şı­sı­na məqsəd qoyur.

1.2.           Fənnin məzmunu və vəzifələri

“Müəssisənin iqtisadiyyatı” fənni nəzəri və praktiki baxımından öz mahiyyətindən asılı olaraq, iqtisadi elmin tərkib hissəsi olaraq, həm konkret iqtisadiyyata, həm də sahə iqtisadiyyatına aiddir. “Müəssisənin iqtisadiyyatı” fənn iqtisadiyyatın bütün ixtisaslarında iqtisadçı  bakalavr təh­sil səviyyəsi üzrə iqtisadçı kadr hazırlığı prosesində təd­ris olunan əsas fənlərin tərkibində mühüm yer tutur (çünki, cəmiyyətdə maddi nemətlər istehsalı, əsasən, mü­əs­­sisələr vasitəsilə həyata keçirilir). “Müəssisənin iqti­sa­diyyatı” fənni xüsusi iqtisadi elmlərə konkret iqtisa­diy­yata və sahə iqtisadiyyatına aiddir. Fənnin əsas vəzi­fə­lə­rin­dən biri cəmiyyətin tələbatını ödəməsi məqsədilə onun möv­cud olan bütün resurslarını səfərbər etmək və tələb olunan məh­sulların istehsalına və xidmət göstərilməsinə yönəl­dil­mək­dir. Bunun üçün istehsalın təşkili, idarə edil­mə­si, müa­­­­sir şəraitə uyğun olan iqtisadi və hüquqi isla­hat­lardan g­ə­­­lən vəzifələrlə əlaqədar olaraq, iqtisadiyyat sa­hə­sin­də, onun təsərrüfat subyektlərində idarəetmə siste­mi­nin tək­milləşdirilməsi, dövlətin müəssisə iqtisa­diy­yatına tən­zim­ləmə tədbirləri, təşkilati prosesləri, onun gələcək in­ki­şa­fını və s. kimi məsələləri öyrənməkdir.
“Müəssisənin iqtisadiyyatı” fənnin tədrisində məqsəd tələbələri müasir zamana uyğun iqtisadiyyatın ümumi qa­nu­nauyğunluqlarının müəssisələrdə formalaşan xüsusiy­yət­ləri və onun fəaliyyətinə təsiri formaları təsər­rü­fat təd­bir­lərinin həyata keçirilməsinin dəqiq yolları, isti­qa­mət­ləri, texniki, texnoloji və iqtisadi siyasətin plan­laş­dı­rıl­ma­sı, istehsalın iqtisadi səmərəliliyinin qiymətləndirilməsi me­­to­dologiyası, bundan əlavə idarəetmə qərarlarının əsas­lan­dırılması metodları tətbiqində təcrübədə öz yerini və sə­mərəsini tapmış biliklərlə silahlandırmaqdadır.
Yuxarıda qeyd olunan kimi, “Müəssisənin iqtisa­diy­ya­tı” fənnin tələbələrə bakalavr səviyyəsinə tədrisin əsas məq­sədi müasir tələblərə uyğun olaraq müəs­si­sələrin iqti­sa­diyyatının bütün qarşıda duran məsələləri haqqında zə­ru­ri bilikləri verməkdir.
Bu fənnin dərs vəsaitində izah olunan məzmunu və möv­zular üzrə quruluşu müəssisənin iqtisadiyyatı ilə sıx bağlı olan proseslərin qarşılıqlı əlaqə və asılılığı nəzərə alınmaqla məntiqi ardıcıllıqla qurulmuşdur.
Müəssisəni tələblərə cavab verən fəaliyyətinin öyrə­nil­­məsi və mənimsəməsi məqsədilə fənnin materialı möv­zu­lar əsasında qurulub və onların arasında ardıcıl və əla­qə­li problemlərin (məsələlərin) həlli izah olunur.
Dərs vəsaitinin sayca birinci mövzusunda fənnin ob­yek­­ti, predmeti, əsas vəzifələri və öyrənilməsi meto­do­lo­gi­ya­sından, bazar iqtisadiyyatının mahiyyətindən və onun xa­rakterik cəhətlərindən, bazar iqtisadiyyatı şəraitində müəs­­­sisənin məqsəd və funksiyasından, istehsalın mahiy­yə­­­­tindən və resurslarından, istehsal prosesinin müx­tə­lif­li­yin­­­­dən və təsnifatından, bazar iqtisadiyyatı şəraitində müəs­­­­sisələrin iqtisadi məzmunu, əlamətləri və vəzi­fə­lər­in­dən, onların təşkilinin hüquqi – təşkilati formalarından və təs­nifatından, yaradılması və ləğvi qaydalarından, mövcud müəssisələri təkmilləşdirərək bazar iqtisadiyyatı müəs­sis­ə­lərinə çevrilməsinin zəruriliyindən və xarakterik cəhət­lə­rin­dən bəhs edilir.
Müəssisənin əsasını onun quruluşu, tərkibində olan struktur bölmələri, sex, istehsal sahələri, onların quruluşu prinsipləri, bundan başqa briqadaları, onların növlər üzrə təşkili, fəaliyyəti və nəhayət, icraçıların iş yerləri, onların təsnifatı haqda əsas məsələlər açıqlanır və izah olunur.
Müasir zamanda bazar iqtisadiyyatının hərtərəfli in­ki­­şafında sahibkarlığın təşkili, inkişaf mərhələləri, sahib­karlığın əhatə etdiyi sahələri, onun fəaliyyət növləri, for­ma­ları, sahibkarlığın və milli inkişafında özəl­ləş­dirmənin roluna geniş yer ayrılır və ətraflı göstərilir.
Hər bir fəaliyyətinin nəticəsi onun səmərəlilik gös­tə­ri­cisi ilə ölçülür və qiymətləndirilir. Bu səbəbdən təd­qiq olunan materiallardan iqtisadi səmərəliliyinin ma­hiy­yəti və meyarı, onun ümumi (mütləq) və müqayisəli (nisbi) gös­təriciləri açıqlanır, onların hesablanması və yüksəl­dil­mə­si yolları izah olunub. Dərs vəsaitinin sonrakı möv­zu­sun­da idarəetmə mexanizmi və onun ünsürlərindən, ida­rə­et­mə prosesi və sistemlərindən, idarəetmənin funk­si­ya­larından və onların təsnifatından, idarəetmə struk­tu­rundan və onun formalaşdırılmasından, müəs­si­sə­lər­də institu­tsi­o­nal islahatlardan, idarəetmənin informasiya və sənədlərlə təmi­natından, idarəetmə qərarları və onların optimal­laş­dı­rıl­masından danışılır.
Müəssisənin mövcud istehsal resurslarının səmərəli is­tifadəsində planlaşdırmanın əhəmiyyəti, onun düzgün təşkil olunmasından asılıdır. Planlaşdırmaya aid olan onun mahiyyətindən, prinsiplərindən, metodlardan ibarət olan material izah olunub. Burada strateji planlaşdırma və onun mərhələləri geniş açıqlanıb və bu da müəssisənin plan­laş­dır­mada proqnozlaşdırmanın rolunu göstərir. Tələblərə uy­ğun olaraq, müəssisə biznes – planı əsasında öz proq­ra­mı­nı tutur və burada biznes – planının bölmələrinin əsas­lan­dı­rılması, onun göstəriciləri əks etdirilmiş, müəyyən açıq­la­malar verilir.
Müəssisələrin sərbəst fəaliyyətinin təşkili onların in­teq­rasiya prosesində geniş iştirakı xarici-iqtisadi fəaliy­yə­ti­ni beynəlxalq əmək bölgüsü əsasında təşkilin daha da əsas­landırılması, amillərin formaları və hüquqi tənzim­lən­məsinə aid böyük və əsaslı tövsiyələr təklif olunur. Müəs­si­sənin xarici–iqtisadi fəaliyyətin nəticələrin alınması, iqti­sa­di səmərəliliyin hesablanması və müsbət nəticələrin əldə edilməsi yolları açıqlanıb. Belə ki, elmi-texniki tərəqqinin mahiyyəti və istehsalın səmərəliliyinin yüksəldilməsində, onun rolundan, elmi-texniki tərəqqinin əsas istiqa­mət­lə­rin­dən, elmi-texniki tərəqqi üzrə tədbirlərin həyata keçiril­mə­si nəticəsində əldə ediləcək iqtisadi səmərənin hesablanma me­todikasından, elmi-texniki potensial, onun mahiyyəti, tərkibi və səviyyə göstəricilərindən və ölçülməsi üsul­la­rın­dan, məhsulun keyfiyyətinin yüksəldilməsi yollarından  və bu sahədə standartların, texniki şərtlərin, ser­ti­fikatların  və fabrik-zavod normativlərinin rolundan da­nışılır.
Kitabda növbə ilə gələn mövzularda sənaye müəs­si­sə­sinin kadrlarının tərkibi, quruluşu və təsni­fa­tın­dan, müəs­­sisə kadrlarının idarə edilməsindən, əmək məh­sul­dar­lı­­ğı və onun yüksəldilməsi yollarından, əməyin ödə­nil­­mə­si­nin forma və sistemlərindən, əməyin ödənilməsi fon­dun­dan, müəssisənin əsas və dövriyyə istehsal fond­la­rın­dan, həm­çinin dövriyə vəsaitlərindən və onlardan sə­mə­rə­li is­ti­fa­dənin qiymətləndirilməsindən, istifadənin yaxşı­laş­dı­rıl­ması yollarından, sənaye müəssisələrində tikinti-qu­raş­dır­ma işlərinin təşkili və planlaşdırılmasından, isteh­sal xərc­lə­ri və məhsulun maya dəyərindən və onların aşağı sa­lın­ma­sının xalq təsərrüfatı əhəmiyyətindən, müəssisənin ma­liy­yəsinin mahiyyətindən, funksiyalarından, maliyyə re­surs­larının yaranma mənbələrindən və onlardan istifadə isti­qamətlərindən, mənfəət və onun artırılmasının əhəmiy­yə­tindən, istehsalın rentabelliyi yollarından, müəs­sisə­lə­rin­­dən geniş şərh edilir.
Fikrimizcə, dərs vəsaitinin təklif edilən məzmunda və quruluşda tədrisi bakalavr səviyyəsində hazırlanan iqti­sad­çılara müəssisələrin iqtisadiyyatı haqqında zəruri bi­lik­lərin mənimsənilməsinə imkan verəcəkdir. “Müəs­si­sə­nin iqtisadiyyatı” fənninin tədris olunması tələbələri aşağıdakı keyfiyyətlərlə silahlandırmağı nəzərdə tutur:
a) milli iqtisadiyyatın formalaşmasında və Azər­bay­can Respublikasının dünya iqtisadi inteqrasiyasına qovuş­ma­sında sənaye müəssisələrinin yeri və rolunu müəyyən­ləş­dirmək;
b) bazar iqtisadiyyat şəraitində sənaye müəssisə­lə­ri­nin müasir inkişaf meyllərini və inkişafının qanu­na­uy­ğun­luq­larını aşkara çıxarmaq və onlardan səmərəli istifadə etmək təcrübəsini öyrətmək;
c) sənaye istehsalının ayrı–ayrı istiqamətlərdə inkişaf perspektivlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün zəruri təşkilati-texniki və iqtisadi–sosial tədbirləri işləyib hazırlamaq bacarığını öyrətmək;
d) sənaye müəssisələrinin idarəetmə strukturlarının ye­nidən qurulması xüsusiyyətlərini, idarəetmə sistemləri, metodları və funksiyalarını, idarəetmə qərarlarının işlənib hazırlanması, qəbul edilməsi və icra olunması texnolo­gi­ya­sını mənimsəmək və ondan istifadə etmək;
e) istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi eh­tiyatlarını aşkara çıxarmaq məqsədilə analitik təhlil apar­mağı bacarmaq və s., çünki hər hansı bir hadisənin, pro­­sesin təhlili və araşdırılması müəyyən qayda və me­tod­la­ra əsaslanır.

1.3.           Fənnin öyrənilməsi metodologiyası

Sənaye müəssisələrin baş verən hadisə və proseslərin düzgün qiymətləndirilməsində, elmi cəhətdən əsaslan­dı­rıl­mış idarəetmə qərarlarının işlənib hazırlan­masında, isteh­sa­lın inkişafının məqsəd və strategiyasının müəyyən­ləş­di­ril­məsində “Müəssisənin iqtisadiyyatı” fənnini öyrə­nil­mə­si metodologiyasının düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki hər hansı bir pro­se­sin (əməliyyatın) və ya hadisənin tədqiqi və təhlili müəy­yən qayda və metodlara əsaslanır.
Metod özü də müəyyən metodologiyaya, elmi dünya görüşünə əsaslanır. Deməli, metodologiya intellektual bir va­sitədir. Müəyyən metodlar sisteminə əsaslanmadan mü­ə­s­sisə miqyasında baş verən sosial-iqtisadi proseslər haq­qında elmi fikir irəli sürmək olmaz, olsa da müsbət nəticə əldə edilməz. Başqa elmlərdə olduğu kimi “Müəs­si­s­ə­nin iqtisadiyyatı” fənninin də istifadə etdiyi, əsas­landığı me­tod­lar müxtəlif və çoxcəhətlidir. Lakin bununla yanaşı, istehsal-təsərrüfat sahəsində istifadə edilən bütün me­tod­ları aşağıdakı iki qrupa ayırmaq olar:
a)    ümumi metodlar  müəssisənin istehsal – tə­sər­rü­­fat fəaliyyətini əhatə edir və onların tədqiqində istifadə olunur. Ümumi metodlara misal olaraq, hadisələrə, pro­ses­lə­rə kompleks halında yanaşma metodunu, optimal­laş­dırma metodunu, müşahidə, təhlil, ümumi­ləşdir­mə, tarixi yanaşma, deduksiya (deduksiya – latın dilindən alınan və “hasiletmə” mənasını daşıyan bir sözdür. Bu metod va­si­təsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumi­q­ti­sa­di prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazır­la­nır. Beləliklə, bu üsulla nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəl­mək mümkün olur. Bu, həm deduksiya, həm də induksiya metodlarının birlikdə tətbiq edilməsi deməkdir) və in­duk­si­ya (induksiya – latınca “yönəltmə” mənasını ifadə edən bir anlayışdır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi prob­lem­lərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu iş hələ “iqtisadi qanun”, “prinsip” və modellər çıxarmaq üçün kifayət deyildir. Bundan sonra bu metodun vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir), mücərrəd təfəkkür metodunu göstərmək olar.
Yuxarıda qeyd olunanlarla bərabər, bütün elmlər (fənnlər) kimi “Müəssisənin iqtisadiyyatı” fənnin də özü­nə­məxsus tədqiqat metodları vardır.
“Müəssisənin iqtisadiyyatı” fənnin tətbiqi mahiyyət daşıması onun araşdırma metodlarının da məzmunca em­pi­rik səciyyəli tədqiqat metodlarından istifadəsini daha önə­mli edir.
Müəssisənin iqtisadi məsələlərinin öyrənilməsində sta­­tistik müşahidə və müqayisəli təhlil metodları böyük əhə­­miyyət kəsb edir. Onlar xüsusi və ümumiləşdirici iq­ti­sa­­di göstəriciləri toplamağa, müəssisənin iqtisadi və sosial in­­kişaf dinamikasını təhlil və onun fəaliyyətinin nə­ticə­lə­ri­ni digər təsərrüfat subyektləri ilə müqayisə etmə­yə imkan ve­­rir.
Müxtəlif ehtimal və proqnozlaşdırma metodları müəs­­­­sisənin təsərrüfat strategiyasının hazırlanmasında və bu­nun köməyi ilə bazarın gələcək konyukturasına uyğun­laş­mağa nail olmaqda və sahibkarlıq qərarlarının qə­bu­lun­da istifadə edilir.
Müəssisə iqtisadiyyatının nəzəri və tətbiqi məsə­lələ­ri­nin təh­lilində riyazi metodlar, təsviri qrafika metod­la­rın­dan da geniş istifadə olunur. Bu metodlar – konkret iqti­sa­di situ­asi­­ya­dan asılı olaraq, ayrı-ayrı iqtisadi göstəricilərin tə­­sir və əks təsir əlaqələrinin düzgün və obyektiv qiymət­lən­­di­ril­­mə­sinə imkan yaradır.
b)   xüsusi metodlar – müəssisənin istehsal – təsərrü­fat fəa­liyyətinin hər hansı bir sahəsini  (məsələn, istehsalı, sa­tışı, maddi-texniki təchizatı, xarici iqtisadi fəaliyyəti və s.) öy­rən­dik­də  və tədqiq etdikdə istifadə olunur. Xüsusi me­todlara mi­sal olaraq, informasiyanın toplanması və  iş­lən­məsi me­to­dunu, modelləşdir metodunu, sorğu – anket me­todunu  gös­tərmək olar.
Ümumi və xüsusi metodlara sistemli yanaşma, dər­k­et­mə, bunların köməyi ilə cəmiyyətin, təbiətin və idrakı inkişaf qanunauyğunluqlarını və bu inkişafdakı əlaqələri konkretləşdirir.
İqtisadi proses və hadisələrin düzgün və ətraflı dərk olunması konkret iqtisad elmləri üçün əsas elmi metod vasitəsilə mümkündür, çünki bu metod hadisə və pro­ses­lə­rin fasiləsiz, mütəhərrik vəziyyətdə ətrafla sıx və qarışmaz ümu­mi əlaqə qarşılıqlı asılılıq və qarşılıqlı təsir və­ziy­yə­tin­də öyrənilir.
Dialektik metodun köməyi ilə  iqtisadi hadisə və pro­ses­lərin real inkişafını – kəmiyyət və keyfiyyət dəyişik­lik­lərini və buna səbəb olan daxili ziddiyyətlərin (əskik­lik­lə­rin vəhdəti və mübarizəsi) mahiyyətini dərk etmək və yeni inkişaf səviyyəsinə qalxmaq naminə onların həll edilmə qaydalarını müəyyənləşdirmək olur. Bütün bunlara görə də tədqiqat və təhlil işində dialektik metod ən mükəmməl elmi metod hesab edilir.
Bütün iqtisadi elmlərdə olduğu kimi, “Müəssisənin iqtisadiyyatı” fənninin də öyrənilməsinin əsasını dialektik me­tod təşkil edir və ona görə də müəssisələrdə baş verən pro­sesləri, hadisələri hər şeydən əvvəl, dialektikada, hərə­kət­də öyrənmək lazımdır.
Müəssisələrdə və onların ayrı-ayrı bölmələrində elmi – tex­niki tərəqqi və ictimai əmək bölgüsü əsasında məh­­suldar qüvvələrin tərkibi, maddi – texniki baza müx­tə­lif olur və xalq təsərrüfatının və əhalinin tələbatından irəli gələn yeni-yeni istehsal sahələri yaradılır və inkişaf et­di­ri­lir. Belə bir hal bütövlükdə iqtisadiyyata və onun müəs­sisələrinin özünə­məx­­susluğuna və deməli, təsə­r­rü­fat­çılı­ğın yaradılması for­ma­larına və onların inkişafına, iqti­sa­di me­­todlardan isti­fa­də­yə, istehsal-təsərrüfat fəaliy­yə­tinin plan­­­­­laşdırılmasına və idarə edilməsinə təsir edir. Buna gö­rə də istehsalın konkret şəraitindən asılı olaraq müxtəlif təsərrüfatçılıq forma­la­rı­nın fəaliyyətinin öyrənilməsi zə­ru­riliyi meydana çıxır. Belə bir zərurətdən “Müəssisənin iq­tisadiyyatı” fənni ya­ran­­mışdır.
Məlumdur ki, müəssisələrdə baş verən hər hansı bir proses, hadisə müxtəlif dövrlərdə keyfiyyət və kəmiyyətcə müxtəlif formada təsadüf edir. Buradan belə bir nəticəyə gəlmək olar ki, müəssisələrin ayrı – ayrı prosesləri, hadi­sə­lə­ri yalnız onların inkişafında, həmin dövrün konkret xü­­su­­siyyətlərini hərtərəfli nəzərə almaqla, tarixən öy­rən­mək olar. Hadisə və proseslərə tarixi yanaşma xalq təsər­rü­fatı is­teh­salının və onun ayrı – ayrı cəhətlərinin inkişaf pers­pek­tiv­­lərinin müəyyən edilməsinin zəruriliyini, gələ­cək­də tex­ni­ka və ictimai istehsalın iqtisadiyyatında baş ve­rə biləcək dəyişikliklərin real qiymətləndirilməsinə əsas­lanan elmi proqnozlaşdırmanı nəzərdə tutur. Bunsuz elmi-tex­ni­ki tə­rəq­qini, əsaslı tikintini, istehsalın təşkili forma­la­rı­nı düz­gün planlaşdırmaq və müəyyənləşdirmək, müəs­si­sə­ləri res­publikamızın ərazisində səmərəli yerləşdirmək, sahə qu­ruluşunda və sahələrin müxtəlif müəssisələrinin inkişaf sü­rət­lərindəki dəyişiklikləri proqnozlaşdırmaq  və plan­laş­dır­maq mümkün deyildir.
Dielektrik metod tələb edir ki:
a)    müəssisə miqyasında baş verən hadisə və pro­ses­lərə təklikdə deyil, bir – birilə qarşılıqlı əlaqədə, hərə­kət­siz yox, daima inkişafda, bir kəmiyyətdən digər kəmiyyətə keçməkdə baxmaq lazımdır. Bu, həmin hadisə və pro­ses­lə­ri düzgün qiymətləndirməyə imkan verir və real vəziy­yətin müəyyənləşdirməsini təmin edir;
b)   istehsalın idarə edilməsi ilə əlaqədar olan bütün məsələlər qabaqcıl müəssisə və təsərrüfatların təcrübəsinin öyrənilməsinə, faktiki materialların hərtərəfli təhlilinə əsas­lansın və elmi-texniki tərəqqinin yeni nailiyyətlərini özündə əks etdirsin. Bu, elm ilə istehsalın əlaqəsini, nə­zə­riy­yə ilə təcrübənin vəhdətliyini təmin edir;
c)   müəssisə miqyasında baş verən proses və ha­di­sə­lə­rə tarixi yanaşılsın, yəni hər bir proses və hadisə konkret is­tehsal şəraitini nəzərə alınmaqla öyrənilməlidir. Belə ol­duq­da mövcud maddi – enerji, əmək və maliyyə re­surs­la­rın­dan səmərəli istifadə etmək üçün geniş imkanlar yaranır. Əks halda, elmi – texniki tərəqqini, əsaslı tikintini, in­ves­ti­si­ya qoyuluşunu və s. planlaşdırmaq xeyli çətinləşər, isteh­sa­lın perspektiv inkişafını müəyyənləşdirmək qeyri-müm­kün olar;
d)   müəssisə miqyasında bu və ya digər proses və hadisəni öyrənərkən onlara kompleks halında yanaşılsın. Bu, həmin proses və hadisələri dəqiq öyrənməklə yanaşı, onları düzgün qiymətləndirməyə imkan verir, müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin müsbət və mənfi hallarının han­sı amillər hesabına baş verdiyini aydınlaşdırmaq müm­kün olur. Əgər belə olarsa, onda müsbət amillərin təsir da­i­rə­sini daha da genişləndirmək və mənfi amillərin təsirinin qarşısını almaq üçün zəruri təşkilat-texniki tədbirləri iş­lə­yib hazırlamaq xeyli asanlaşır.
e)    “Müəssisənin iqtisadiyyatı” fənni ictimai isteh­sa­lın  ayrı-ayrı funksiyalarını öyrənən bir çox ümumi və xü­s­usi iqtisad elmləri ilə, məsələn, “İqtisadi nəzəriyyə”, “Səna­yenin iqtisadiyyatı”, “Əməyin iqtisadiyyatı və sosio­lo­giyası”, “İstehsalın təşkili”, “Maliyə, uçot və statistika”, “İq­ti­sadi kibernetika” və s. əlaqədardır. Ona görə də gös­tə­ri­lən elmlərin inkişafı ilə əlaqədar olaraq, “Müəssisənin iqtisadiyyatı” fənni də inkişaf edir və təkmilləşir.
“Müəssisənin iqtisadiyyatı” fənni texniki fənlərlə də əlaqədardır. Bu əlaqə texnikanın və iqtisadiyyatın qarşı­lıq­lı əlaqəsi ilə, ictimai istehsalın məhsuldar qüvvələri və is­teh­sal münasibətləri ilə şərtlənir. Odur ki, sənaye müəs­si­sə­lərinin texnika və texnologiyası onların iqtisadiyyatının bütün tərəflərinə böyük təsir göstərir. Bununla yanaşı, iq­ti­sa­diyyat da öz növbəsində texniki tərəqqinin istiqa­mət­lə­rini müəyyən edir, ən yeni texnikanı və mütərəqqi tex­no­lo­giyanı ictimai əmək məhsuldarlığını yüksəltmək baxı­mın­dan qiymətləndirir.


FƏSİL 2. MÜƏSSİSƏNİN QURULUŞU VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI

2.1. Müəssisənin quruluşu və onu müəyyən edən amillər

Elmi-texniki tərəqqinin yüksək surəti və geniş icti­mai əmək bölgüsü şəraitində sənaye müəssisələrinin inki­şaf səviyyəsi, onun istehsal quruluşu, ictimai istehsalın ar­tı­­mının sürətləndirilməsi və iqtisadi səmərəliliyinin yük­səl­dilməsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, müəssisə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan müxtəlif vəsilələrdən: sexlərdən, istehsal sahələ­rin­dən, briqadalardan və ayrı-ayrı iş yerlərindən ibarətdir. Müəs­sisənin quruluşu onun tərkibinə daxil olan vəsilələr ara­sındakı kəmiyyət nisbətini ifadə edir. Ümumiyyətlə, müəs­sisənin iki növ quruluşunu: ümumi və istehsal quru­lu­şunu fərqləndirirlər.
Müəssisənin ümumi quruluşu dedikdə – onun tərki­bi­nə daxil olan həm istehsal, həm də qeyri – istehsal sa­hə­lə­ri arasındakı kəmiyyət nisbətləri nəzərdə tutulur. Müəs­sisənin istehsal quruluşu dedikdə isə yalnız istehsal böl­mə­ləri arasındakı kəmiyyət nisbəti başa düşülür. Müəs­si­sənin quruluşu onun tabe olduğu yuxarı dövlət orqanı tərəfindən (əgər özəl müəssisədirsə, onda həmin müəs­si­sə­nin quruluşu təsisçilər tərəfindən), müəssisədaxili böl­mə­lə­rin (məsələn, sexlərin) quruluşu isə müəssisənin özü tərəfindən müəyyən edilir. Müəssisənin istehsal quruluşu ictimai əmək bölgüsünün, əsas istehsalların dife­ren­sial­laş­dı­rılması və ixtisaslaşdırılmasının dərəcəsini əks etdirir. O, istehsal bölmələri arasındakı nisbətlər və qarşılıqlı əla­qə­lər, sexlər və istehsal sahələri arasında ictimai əmək böl­gü­sü, müəssisənin məhsul buraxmasında onların rolu haq­qın­da mühakimə yürütməyə imkan verir.
Müəssisənin istehsal quruluşunun və onun də­yiş­mə­si­nin xarakteristikası üçün aşağıdakı göstərici­lər­dən isti­fa­də olunur: müəssisənin ümumi məhsul buraxılışı həcm­ində ayrı-ayrı istehsal bölmələrinin (o cümlədən əsas sex­lə­rin), məhsul buraxılışının xüsusi çəkisi; müəssisədə ça­lış­an işçilərin tərkibində bu və ya digər istehsal böl­mə­sin­də, o cümlədən əsas sexində çalışan işçilərin pa­yı; müəs­si­sə­ni əsas istehsal fondlarının ümumi dəyə­rin­də ayrı-ayrı istehsal bölmələrinin, o cümlədən əsas sexin əsas istehsal fondlarının xüsusi çəkisi. Məhsul buraxılışı göstəricisi müəs­sisənin istehsal quruluşunu daha dəqiq xarakterizə edir. Çünki işçilərin sayının və əsas fondların həcminin ar­tırılması hələ məhsul buraxılışının çoxal­dıl­ma­sı demək deyildir. Müəssisənin məhsul buraxma qabiliy­yə­tinin ar­tı­rıl­masında istehsal bölmələrinin həqiqi rolu tək­cə mövcud işçilərin sayından və əsas fondların də­yə­rin­dən deyil, eyni zamanda onlardan istifadə səviyyəsindən də xeyli də­rə­cə­də asılıdır. Beləliklə, göstəricilər sis­te­min­dən isti­fa­də edil­mə­si müəssisənin istehsal quruluşunda baş verən də­yiş­ik­lik­ləri müxtəlif cəhətlərdən qiymət­lən­dir­mə­yə imkan verir.
Müəssisənin istehsal quruluşunun formalaşması mü­rək­­kəb prosesdir və o, çoxsaylı iqtisadi, təşkilati və texniki amil­lərin təsiri altında baş verir. Müəssisənin istehsal qu­ru­luşuna təsir edən mühüm amillər aşağıdakılardır:
a) istehsalın həcmi artdıqca müəssisənin tərkibindəki həm əsas istehsal, həm qeyri-istehsal bölmələrin sayı, tərkibi, ölçüsü və onlarda çalışan işçilərin miqdarı da artır ki, bütün bunlar da mürəkkəb istehsal quruluşunun ol­ma­sı­nı tələb edir. Məsələn, maşınqayırma zavodlarında isteh­sa­lın həcminin artması əlavə hazırlıq, emaletmə və yığma sex və istehsalat sahələrinin yaradılmasını tələb edir;
b) istehsalın ixtisaslaşdırılması və kooperativ­ləş­di­ril­mə­si dərəcəsi. Məlumdur ki, yüksək ixtisaslaşdırılmış və kooperativləşdirilmiş müəssisələrdə istehsal quruluşu uni­ver­sal müəssisələrdə olduğundan çox sadə olur. Bu onunla izah edilir ki, ixtisaslaşdırılmış müəssisələrdə bir çox hissə və qovşaqlar, həmçinin yarımfabrikatlar və komplekt­ləş­di­ri­ci məmulatlar kənardan – xüsusi ixtisas­laş­dı­rılmış za­vod­­­lar­dan alındığına görə onların müəssisədə hazır­lan­ma­sına ehtiyac qalmır və bu da müəssisənin bölmələrinin sa­yını azaltmağa imkan verir.
c) məhsulun nomenklaturu az olduqda müəssisənin istehsal quruluşu sadə, çox olduqda isə mürəkkəb olur. Belə ki, məhsulun nomenklaturu çox olduqda əlavə sex və istehsal sahələrinin yaradılması zərurəti meydana çıxır;
d) istehlak olunan xammal və materialın növü, çeşidi müəssisənin istehsal quruluşuna dolayı yolla təsir edir. Məsələn, xammal və materialın ölçüsü və forması anbar tə­sərrüfatının sayına və tərkibinə, nəqliyyat vasitələrinin növlərinə təsir göstərir;
e) maşın və avadanlıqların sayı, tərkibi və yaşı. Təc­rübə göstərir ki, müəssisənin avadanlıq parkında iş maşın və avadanlıqların xüsusi çəkisi artdıqca təmir işlərinin sa­yı­nın artmasına, deməli müəssisənin ümumi quruluşu­nun mürəkkəbləşməsinə səbəb olur;
f) istehsala texniki xidmətin təşkili səviyyəsi  yüksək olarsa, yəni istehsala texniki xidmət ixtisaslaşdırılmış müəssisələr, sexlər və briqadalar tərəfindən həyata keçiri­lər­sə, onda müəssisədə köməkçi və xidmətedici sex və tə­sə­rrüfatların sayı azalır;
ə) məhsulun xarakteri və onun hazırlanması tex­no­lo­gi­­yası nə qədər mürəkkəb olarsa və onun hazırlanması çə­tin olarsa, onda müəssisədə əlavə bölmələrin yara­dıl­ma­sı zərurəti yaranır.
Müəssisənin istehsal quruluşu, qeyd etdiyimiz kimi, müx­təlif amillərin təsiri altında formalaşır. Odur ki, ça­lış­maq lazımdır ki, müəssisənin istehsal quruluşu imkan da­xi­lində optimal, səmərəli olsun. Müəssisənin istehsal qu­ru­lu­şu o halda səmərəli və optimal hesab edilir ki, onun böl­mə­ləri arasında düzgün mütənasiblik yaradılsın və bu, ən az xərclə daha yüksək son nəticələr əldə edilməsini təmin etsin. İstehsalın son nəticələri – onun səmərəliliyini, icti­mai tələblərə və ehtiyatlara uyğun gəlməsini ifadə edir. Adətən, xalq təsərrüfatı, iqtisadi rayon, sahə və müəssisə səviy­yə­lə­rində istehsalın son nəticələri fərqləndirilir.

2.2.  Sex və istehsal sahələri, onların növləri, quruluşu, prinsipləri

Müəssisədaxili quruluşunda əsas məhsul istehsaledici bölmə sexdir. Sexin müəssisədə rolu böyükdür, o, əsas istehsal – inzibati vahididir. Adətən, sexdə eynicinsli və təyinatlı məhsullar istehsal edilir və ona görə də bir qayda olaraq, sexlər texnoloji proseslərin vəhdətliyi, ərazi bü­töv­lü­yü və ixtisaslaşdırılması ilə xarakterizə olunur. Sənaye müəssisələrində müxtəlif təyinatlı və xarakterli sexlər ya­ra­dılır. Məhsulun hazırlanmasındakı iştirakına görə müəs­si­sənin tərkibinə daxil olan sexlər aşağıdakı dörd qrupa bölünürlər: a) əsas sexlər – bilavasitə maddi ne­mətlər is­teh­salı ilə məşğul olurlar. Odur ki, müəssisənin tər­kibində əsas sexlərin xüsusi çəkisi nə qədər çox olarsa, bir o qədər də həmin müəssisənin məhsul buraxma qa­bi­liy­yəti yüksək olar. Əsas sexlərə misal olaraq, ma­şın­qa­yırma za­vod­larında ha­zır­lıq, emaletmə və yığma sexlərini; me­tal­lur­giya kom­bi­nat­larında – domna, marten, prokat və koks sex­lərini; toxu­cu­luq fabriklərində – əyirici, toxucu və bə­zək­­vurma sex­lə­ri­ni göstərmək olar; b) köməkçi sexlər – bi­la­vasitə məhsul istehsalı ilə məşğul olmur, lakin onlar əsas sex­lərin normal  fəaliyyət göstərmələri üçün bütün zəruri şə­raiti yaradırlar. Köməkçi sexlərə misal olaraq, alət, təmir, mo­del və qeyri-standart avadanlıqlar hazırlayan sexləri gös­tərmək olar; c)xidmətedici sexlər – də köməkçi sexlər ki­mi  bilavasitə məh­sulun hazırlanmasında iştirak etmir, la­kin onlar həm əsas, həm də köməkçi sex və tə­sər­rü­fat­ların normal fəa­liy­yət göstərmələri üçün bütün zəruri şə­rai­ti yaradırlar. Xid­mə­tedici sex və təsərrüfatlara misal ola­­raq, nəqliyyat və enerji sexlərini, anbar təsər­rü­fa­tını, eks­perimental sexləri, su təchizatını və s. göstərmək olar; d) əlaltı sexlər – əsas sex­lərin istehsal tullan­tıl­a­rın­dan tək­ra­rən istifadə edilməsi məq­sədilə yaradılır və onlar müəs­sisədə hazırlanan məh­sul­ların maya dəyərinin aşağı sa­lın­ma­sında mühüm rol oy­nayırlar. Belə sex təsər­rü­fat­la­ra mi­sal olaraq, tara hazır­la­yan sexləri, karxanaları, işlən­miş yağ­ların regenerasiyası ilə məşğul olan sexləri göstər­mək olar.
Elmi-texniki tərəqqinin təsiri altında müəssisə  miq­ya­sında əmək bölgüsü daha da dərinləşir ki, bu da öz ək­si­ni sexlərin quruluşunun təkmilləşdirilməsində  və onların qu­rul­ması prinsiplərində tapır. Əsas istehsalın ixtisaslaş­dı­rıl­ması səviyyəsindən asılı olaraq, müəssisənin sexləri aşağıdakı üç prinsip üzrə qurulur:
Texnoloji prinsip üzrə qurulmuş sexlər əsasən, fərdi və kiçik seriyalı istehsal şəraitində geniş tətbiq edilir, çünki bu zaman hazırlanan məhsulların nomenklaturu çox geniş olur və onlar əksər hallarda təkrarlanmır. Texnoloji prin­sip üzrə qurulmuş sexlərin bir sıra üstün cəhətləri var­dır: istehsalın ixtisaslaşdırılmasının daha da dərinləş­di­ril­məsi üçün geniş imkanlar yaranır; istehsala rəhbərlik və texnoloji proseslərin gedişatına operativ nəzarət asanlaşır (sadələşir); mövcud maşın və avadanlıqlardan, texnoloji alət və tərtibatlardan, həmçinin maddi-enerji və əmək eh­ti­yat­larından səmərəli istifadə olunur; texnoloji istehsal tul­lan­tılarının həcmi minimuma endirilir; boşdayanma halları aradan qaldırılır və s.
Bununla belə, texnoloji prinsip üzrə qurulmuş sex­lə­rin bəzi qüsur cəhətləri  də vardır: hər bir sexdə müxtəlif no­menk­laturalı  və çeşidli məhsullar istehsal edildiyindən ma­şın və avadanlıqları tez-tez yenidən sazlamaq lazım gə­lir ki, bu da çoxlu vaxt itkisinə səbəb olur; sexlərdə maşın və avadanlıqlar məhsulların hazırlanmasının tex­no­lo­ji ar­dı­cıllığı üzrə yerləşdirildiyindən (quraşdırıl­dı­ğın­dan) müx­tə­lif növ məhsullar istehsal edildiyi hallarda əmə­liy­yat­ların tərkibi və ardıcıllığının dəyişdirilməsi zə­ru­rə­ti mey­dana çıxır ki, bu da sexdaxili yükdaşımaların həc­mi­ni çoxaldır, istehsal tsiklinin uzunluğunu artırır və vaxt it­ki­si­nə yol verir. Hər bir sex yalnız özünün icra etdiyi əməliy­ya­ta (işə, xidmətə) cavabdeh olduğu üçün həmin se­xin işçilərinin məsuliyyətini azaldır və texnoloji intizama ria­yət edilməsi pozulur və s.
Əşya prinsipi üzrə qurulmuş sexlər – bütöv bir mə­mu­­latın hər hansı bir hissəsini, məsələn, avtomobilin mü­hər­­rikini, porşenini və s. hazırlamaq məqsədilə yaradılır. Bu, sexin işçilərinin konkret məmulat növünün hazır­lan­ma­­sında məsuliyyətini artırır.
Qarışıq prinsip üzrə qurulmuş sexlər – əsasən, küt­lə­vi və iri seriyalı istehsal şəraitində daha geniş tətbiq edilir, çünki bu zaman çoxlu sayda eynicinsli məhsullar istehsal edilir və onların hazırlanması daima təkrarlanır.
Müəssisənin sexləri ayrı-ayrı istehsalat sahələrindən iba­rətdir. İstehsal sahəsi – texnoloji cəhətdən eynicinsli əmə­liy­yatlar (işlər, xidmətlər) yerinə yetirən və ya məh­su­lun hər hansı bir hissəsini hazırlayan iş yerlərinin məc­mu­sun­dan ibarətdir.
Məhsulun hazırlanmasında iştirakına görə istehsalat sahələri üç qrupa: əsas, köməkçi və xidmətedici sahələrə bö­lünürlər. Əsas, köməkçi və xidmətedici istehsalat sa­hə­lə­rinin iqtisadi məzmunu əsas, köməkçi və xidməte­di­ci sexlərdə olduğu kimidir. İstehsalat sahələri iki prinsip: əşya və texnoloji prinsiplər üzrə qurulur. Bu zaman həmin bölmələrin ixtisaslaşdırılması səviyyəsi nəzərə alınır. İx­ti­s­aslaşdırılması səviyyəsinə görə bütün istehsalat sahə­lə­ri üç qrupa bölünür: kütləvi və ya xüsusi istehsalat sahə­lə­ri; iri seriyalı və ya ixtisaslaşdırılmış istehsalat sahələri; ki­çik seriyalı və ya fərdi istehsalat sahələri.
Müəssisənin səmərəli fəaliyyətinin təşkili iş göstəri­ci­­lərinin düzgün müəyyənləşdirilməsini tələb edir,  həmin gös­təricilərə əsasən istehsalat bölmələri üçün plan tapşırığı müəyyən edilir və bu göstəricilərin uçotu vasitəsilə onların fəa­liyyət nəticələri aşkara çıxarılır. Bu göstəricilər istehsal bölmələrdən (sex, şöbə, sahə, briqada), texnoloji prosesin təş­kili və  məz­munundan və həmin bölmələrin müəs­si­sə­nin başqa hissələri ilə əlaqəsinin xüsusiyyətindən asılıdır.
Bir çox sənaye müəssisələrinin ümumiləşdirilmiş təc­rü­bəsi həmin göstəriciləri iqtisadi məzmunlarına və müəs­si­sə­lə­rin ayrı-ayrı istehsal bölmələrə görə sis­tem­ləş­dir­məyə imkan verir. Sənayenin bütün sahələrinin müəs­si­sə­ləri üçün ən ümumi və xarakter göstəricilər sexlərin isteh­sal-təsərrüfat fəaliyyətini müəyyənləşdirən aşağıdakı plan və uçot gös­tə­ri­ci­lərdir: a) məhsul istehsalı (natura ifa­də­­sində, pul ifadəsində, norma – saatlarla); b) ava­dan­lıq­dan istər vaxta görə (təqvim, plan və faktiki vaxta gö­rə),istərsə də işin intensivliyinə görə (gücdən istifadə əm­salı) istifadə edilməsi; c) natura və pul ifadəsində ma­te­ri­al, xammal, yanacaq, elektrik enerjiyası və alət məs­rəf­lə­ri (həm məh­sul vahidi, həm də bütün məhsul buraxılışı üçün); d) fəh­lə­lərin (əsas, köməkçi, xidmətedici fəhlələr), mühəndis – tex­ni­ki işçilərin, qulluqçuların və xid­mət­çi he­yə­tin sayı; on­la­rın ümumi əmək haqqı fondu, bir iş­çi­yə düşən orta əmək haq­qı, əmək məhsuldarlığının yüksəl­dil­mə­si üzrə tapşırıq; e) ayrı-ayrı maddələr üzrə sex isti­fa­də­sin­də pul xərcləri; f) pul istifadəsində brak nəti­cə­sin­də əmələ gələn itki; g)məhsul vahidinin və bütün məh­sul buraxılışının maya də­yə­ri; h) təş­ki­lat-texniki tədbirlər və onların tətbiq edilməsi nəti­cə­lə­ri.
Bu göstəricilərdən hər biri müəssisələrdə konkret şə­ra­­itdən asılı olaraq tətbiq edilir. Maşınqayırma zavodunun əsas sexlərində məhsul istehsalının həcmi, məsələn, ha­zır­lıq sexlərində – pula çevirməklə pəstahın növü və çəki­si­nin miqdarı ilə ölçülür; emal sexlərində – müəyyən va­hid­lər və uyğunluqla məmulatların, detalların, maşın bağ­la­ma­larının komplektinin miqdarı ilə ölçülür; yığma sex­lə­rin­də – yığılmış və satışa hazır maşınların ədəd hesabı ilə və pul istifadəsində miqdarı ilə ölçülür. Metallurgiya za­vod­ları üçün xarakter göstərici çuqun, polad və prokat is­teh­salının marka və ölçüləri üzrə çəki ifadəsində və pul qiymətində verilmiş göstəricidən ibarətdir. Toxuculuq fab­rik­lərində istehsalın həcmi müəyyən növ və sort üzrə bu­ra­xı­lan parçanın natura və ya pul ifadəsində miqdarı ilə xa­rak­terizə olunur.
Köməkçi sexlər üzrə məhsul istehsalının həcmi, ha­be­lə onların fəaliyyəti xarakterindən asılı olaraq, hesab­la­nır. Məsələn, istehsalın həcmi alət qayıran sexlərdə alət komp­lektlərinin, yaxud növlərinin miqdarı ilə və onların təmir mürəkkəbliyi ilə hesablanır.
Müəssisənin sexlərdə istehsalın plan və faktiki həcmi natura və pul göstəricilərdən başqa, qiymət göstəriciləri ilə də müəyyən olunur. Son hazır məhsul buraxan sexlərdə məhsulun həcmi müəssisə topdansatış qiymətləri üzrə də müəyyən edilə bilər. Bir sıra sexlər (hazırlıq və köməkçi sexləri) üçün uçot qiymətləri adlanan qiymətlər tətbiq edi­lir; bu qiymətlər təsərrüfat hesabına keçirilmiş bu və ya di­gər sexin işini pulla ölçmək üçün müəssisənin özü tərə­fin­dən müəyyən edilir.
Müəssisələrdə ümumiləşdirilmiş pul göstəricisindən baş­qa istehsal həcminin müəyyən etmək üçün, bir çox hallarda, daha bir cəmləşdirici göstərici tətbiq edilir; bu göstərici məmulatların və işin norma-saat hesabı ilə əmək tutumluğunu ifadə edir. Düzgün müəyyən edilmiş nor­ma­lar şəraitində istehsal həcminin norma-saatlar üzrə hesab­lan­ması, sexlərin buraxdığı bütün məmulata sərf olunan əməyi daha düzgün təyin etməyə imkan verir.
Sənayenin bir sıra sahələrində (qara və əlvan  metal­lur­­giya, kimya sənaye və digər sənaye sahələri müəs­si­sə­lə­ri­nin tökmə sexləri) məhsul buraxılışının həcmi ilə bir­lik­də avadanlıqdan istifadə edilməsinə dair göstəricilər də tətbiq edilir, bu göstəricilər plan tapşırıqlarında və sexlərin işini uçota aldıqda natura və pul ifadəsində hesablanır.
Sexlərin sərbəst işlərinin məsuliyyətini qoruması reji­mi­nə keçirilməsi xeyli dərəcədə istehsal olunan məhsulu üçün xammal, material, yarımfabrikat, yanacaq, ştamp, alət və elektrik enerjisi məsrəflərinin planlaş­diril­ma­sına və uçotuna əsaslanır. Məlum olduğu kimi maddi və­sait məs­rəf­lərinin miqdarı bir çox cəhətdən sexlərin ha­zır­ladığı məhsulun maya dəyərinin səviyyəsini müəyyən edir.
Sexlərdə maddi vəsaitə qənaət edilməsi onların fəa­liy­yətinin mühüm keyfiyyət göstəricisi, təsərrüfat he­sabı nə­ticələri göstəricisidir. Hər bir sex üçün həmin sexin öz is­tehsal fəaliyyətində istifadə etdiyi maddi vəsait üzrə məs­­rəf normaları müəyyən edilir. Hazırlanan məmulatın va­­hidinə və ümumi miqdarına görə sexin xammal, ma­te­ri­al və başqa vəsaitə planda nəzərdə tutulmuş ümumi eh­ti­ya­cı məsrəf normasına əsasən hesablanır ki, bu da se­xin öz istehsal proqramını təmin etməsi üçün anbardan alaca­ğı müəyyən növlü maddi vəsait limitinin gös­tə­ri­ci­si­dir.
Təsərrüfat hesabına keçirilən sexlərin istehsal–tə­sər­rüfat fəaliyyətini xarakterizə etmək üçün əmək və əmək haqqı üzrə göstəricilərin böyük əhəmiyyəti vardır. Sex­lər­də bu göstəricilərin planlaşdırılması və uçotu konkret şə­rai­tin­dən asılı olaraq həyata keçirilir; lakin bir qayda ola­raq, burada hər fəhlə başına istehsal edilən məhsul, fəhlə­lə­rin miqdarı, onların əmək haqqı fondu və hər bir fəh­lə­nin orta əmək haqqı hesablanır.
İstehsal prosesinə xidmət edilməsi əsas fondların sax­­lanılması və təmiri üzrə sexlərin məsrəfləri və digər xərc­­lər sex xərclərinin tərkibində ayrı-ayrı maddələr üzrə plan­laşdırılır və uçota alınır.
Təsərrüfat hesabına keçirilən sexlərin məsrəf və xərc­­lərinin pul ifadəsində xarakterizə edən göstəricilərdən başqa (maddi vəsait sərfi, fəhlələrin əmək haqqı və sex xərcləri) iri sexlərdə bütün məhsulun maya dəyəri, mə­mu­lat vahidinin maya dəyəri yaxud işlərin norma-saat hesabı ilə miqdarı kimi müəssisənin işinin keyfiyyətini göstərən ümu­miləşdirilmiş göstəricilər də tətbiq edilir.
İstehsal sexlərin fəaliyyətin tənzimlənməsi qaydası ki­mi də istehsal sahələrində daha məhdud dairədə göstə­ri­ci­lər müəyyənləşdirilməsi ilə xarakterizə olunur.
Təcrübədə, təsərrüfat hesabına keçirilən istehsal sa­hə­ləri fəaliyyətinin plan və uçot göstəriciləri aşa­ğı­da­kı­lar­dan ibarət olur: həm natura və həm də pul ifa­də­sində məh­sul istehsalı; material, yanacaq, alət məs­rəf­ləri; fəh­lə­lə­rin sa­yı; bir fəhləyə düşən orta illik və orta aylıq istehsal; fəh­lə­lərin əmək haqqı fondu və fəhlənin orta he­sab­la qa­zan­dı­ğı əmək haqqı. Bundan əlavə ustanın müka­fat fon­du da ay­rılır.
Bütün bu növdə plan və faktiki göstəricilərin əsa­sın­da sexlər və istehsal sahələri  tərəfindən tətbiqi buraxılan məh­sulun daha da səmərəsinin yüksəldilməsinə imkan ya­ra­dır.  

2.3.  İstehsalat  briqadaları və  onların təsnifatı

İstehsalat briqadası – işin nəticələrinə görə ümumi ma­raq və məsuliyyət əsasında birgə əməklə məşğul olmaq, is­tehsal tapşırıqlarını (sifarişləri, müqavilələri) yerinə ye­tir­mək üçün işçiləri birləşdirir. İstehsalat briqadası müəs­si­sə, sex və ya başqa struktur bölmələri rəhbərlərinin əmrinə (sərəncamına) əsasən yaradılır. İstehsalat briqadalarının sa­yı və tərkibi istehsal prosesinin məzmun və mürək­kəb­li­yi­­nə, işin (xidmətin) əmək tutumuna, əməyin və istehsalın el­mi təşkili tələblərinə, tətbiq olunan texniki və təşkilati va­­sitələrə əsaslanmaqla müəyyənləşdirilir. İstehsalat bri­qa­­daları ixtisaslaşdırılmış və kompleks ola bilərİxtisas­laş­­dırılmış briqada bir qayda olaraq, oxşar texnoloji pro­ses­lər­də məşğul olan eyni peşə işçilərini birləşdirir.
Kompleks briqada isə müxtəlif peşələrin işçilərini, həmçinin məhsul istehsalının tam tsiklini və ya onun başa çatdırılmış hissəsini əhatə edən, texnoloji cəhətdən müx­tə­lif, lakin qarşılıqlı əlaqəli işlər kompleksini yerinə yetirən mü­həndis-texniki işçiləri birləşdirir. İstehsalat bri­qa­da­la­rı­nın bütün işçiləri bir növbədə işləyərsə – bu, əla­qədar bri­qa­da və ya briqadada bütün növbələrin işçiləri iş­ləyibsə – bu, hərtərəfli briqada olur. Müasir şəraitdə yeni tip­li bri­qa­da­lar – son nəticələrə görə vahid naryad üzrə əmək haqqı verən və kollektiv qazancı əməkdə iştirak əm­sa­lına əsasən bölüşdürən briqadalar yaradılır. Bu növ bri­qa­­dalar is­teh­sa­lın, onun elmi təşkilinin müasir tələblərinə, əmək kol­lek­tivlərinin artan mədəni səviyyəsinə cavab verən kol­lek­tiv əməyin mütərəqqi təşkili forması olmaqla, is­teh­sa­lın in­ten­sivləşdirilməsinə, əmək məhsuldarlığının ar­tı­rıl­ma­sı­na, iş vaxtından və texnoloji maşın və ava­dan­lıq­lardan isti­fadənin yaxşılaşdırılmasına şərait ya­ra­dır; əmək, mate­ri­al və yanacaq – enerji ehtiyatlarının qə­na­ətli sər­finə im­kan verir. Bundan başqa, bu növ briqadaların ya­­ra­dılması əmək intizamının möhkəm­lən­di­ril­məsinə, kon­­­k­ret iş üçün mə­suliyyətin artırılmasına, kadr axı­cıl­ı­ğı­nın azalmasına ge­niş imkanlar açır.
Briqada formasında əməyin təşkilinin ən geniş yayıl­mış formalarından biri briqada podratıdır. Briqada podratı tikintidə, sənayedə, nəqliyyatda və xalq təsərrüfatının di­gər sahələrində geniş tətbiq edilir. Briqada podratı briqa­da ilə müəssisə müdiriyyəti arasında bağlanmış müqavilə əsa­sın­da fəaliyyət göstərir. Həmin müqavilədə işin təşkili üçün tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Müd­i­riy­yət briqadanı istehsal sənədləri, texniki vasitələr və ma­t­eriallarla vaxtında təchiz etməyi, mütərəqqi tex­no­lo­giyanı və istehsalın təşkilini həyata keçirməyi, əmək müha­fi­zə­si­ni və təhlükəsizlik texnikasını təmin et­mə­yi öhdəsinə gö­tü­rür. Briqada isə texnoloji və istehsal in­tizamını göz­lə­mək, maşın və avadanlıqlardan, alət və tərtibatlardan sə­mə­rəli istifadə etmək, material və enerjini qənaətlə sərf et­mək­lə naryad – tapşırıqda nəzərdə tutulmuş iş­ləri vaxtında və keyfiyyətlə yerinə yetirmək barədə öh­də­lik qəbul  edir.
Briqada aylıq, rüblük  və illik tapşırıqlar əsasında fəaliyyət göstərir. Ona işi icra etmək üçün naryad–tapşırıq verilir: həmin naryad – tapşırıqda məhsulun ümumi həcmi və nomenklaturu, keyfiyyətinə olan tələblər, məhsulun he­sab­laşma maya dəyəri (briqadadan asılı olan məsrəflər), əmək haqqı fondu müəyyən edilir. Briqadanın işinə baş usta, yaxud briqadir rəhbərlik edir. Briqada podratı sa­yə­sin­də istehsalda bilavasitə demokratiya genişlənir və də­rin­ləşir, hüquqlu sahiblik hissi yaranır. Briqada podratı tap­­şırıqların, sifarişlərin, müqavilələrin yerinə yetiril­mə­si­nə, maddi – enerji ehtiyatlarının qənaətli sərfinə, hər bir briqada üzvünün işin son nəticələri üçün məsuliyyətinin güclənməsinə, briqadalar arasında rəqabətin yaranmasına və inkişafına səbəb olur. Təcrübə göstərir ki, podrat bri­qa­da­larda əmək məhsuldarlığı tez artır, əmək intizamı möh­kəm­lənir, briqada üzvləri daha qısa müddətdə əlaqədar pe­şə­lərə yiyələnmək, öz ixtisaslarını artırmaq imkanına ma­lik olurlar.
İri sənaye müəssisələrində briqadalarda  təsərrüfat he­sabı fəaliyyətini tətbiq edirlər. Briqadaların işinin tə­sər­rü­fat hesabına keçirilməsi sex təsərrüfat hesabının möh­kəm­ləndirilməsinə kömək edir. Briqadalar üçün təsərrüfat he­sabı sexlərə nisbətən, onlara daha məhdud dairədə gös­tə­­ricilərin müəyyənləşdirilməsi ilə xarakterizə olunur. Sex­də və sahədə əmək briqada sistemi əsasında təşkil edil­dik­də təsərrüfat hesabı prinsipləri briqadalara da aid edilir. Belə hallarda təsərrüfat hesabına keçirilən briqa­da­la­rın fəaliyyəti üzrə müvafiq plan və uçot göstəriciləri tət­biq edilir. Məsələn, briqadalar üçün plan tapşırığında is­teh­sal olunacaq məhsul yaxud görüləcək iş, əmək haqqı fondu, avadanlıqdan istifadə və maddi vəsaitin məsrəfləri ki­mi göstəricilər nəzərdə tutulur və bu göstəricilər üzrə uçot aparılır. Məsələn, nəqliyyat şöbənin fəaliyyətindəki ən mühüm iş göstəriciləri: ton və ton-kilometr hesabı ilə işin həcmindən, işin bütün həcminə və hər bir ton-kilo­met­rə çəkilən xərcdən və iş nəticələri, yəni plan tapşırığına nis­bətən qənaət yaxud artıq xərcdən ibarət olur.
Briqadanın işi müəyyən edilmiş göstəricilər üzrə pla­nın yerinə yetirilməsinə dair faktiki məlumata əsasən qiy­mət­ləndirilir və iş nəticəsində əmələ gələn qənaət və artıq xərc­lər meydana çıxarılır.
Sahə və briqadalar  istehsal tapşırıqları iş yerinə və məhsulu konkret olaraq istehsal edənlərə çatdırılır. İşin əsas, yaxud köməkçi materiallar, yanacaq və alətlərin sərf edil­­məsi ilə əlaqədar olduğu yerlərdə, məmulat vahidi üçün maddi vəsait sərfi norması, iş üzrə maşın-dəzgah-saat miqdarı, yaxud norma-saat miqdarı fəhləyə xəbər ve­ri­­lir. Ayın axırında (dekadanın axırında və bəzən məsələn, dər­zi briqadaları üçün növbənin axırında) faktiki xərclər müəy­yən edilir və normalardan kənara çıxılması halları müəy­yənləşdirilir.

2.4. İş yerləri, onların səciyyəsi və təsnifatı

Maddi nemətlər istehsalı bilavasitə iş yerlərində hə­ya­ta keçirilir. Ona görə də müəssisə miqyasında əldə edi­lən müvəffəqiyyətlər nəticə etibarı ilə iş yerlərində əməyin təşkilindən, onun səmərəli təchizatından, planirov­ka­sın­dan, iş yerlərinə mütərəqqi xidmət siste­min­dən, iş yerlə­rin­­də əmək şəraitindən və s. asılıdır. Belə ki, yaxşı təşkil edil­miş iş yerləri nəinki az əmək sərf etməklə daha çox məh­sul hazırlamağa imkan verir. Həmçinin işçilərin sağ­lam­lığının mühafizə olunmasına da səbəb olur.
İş yeri – əmək normalarına və fəaliyyətdə olan digər normativ aktlara əsasən müəyyən olunmuş əməyin tətbiqi zonası olub, bir icraçının əmək fəaliyyəti üçün olan vasi­tə­lər­lə təhciz edilir. Beləliklə, müəyyən əməliyyatı (işi, xid­mə­ti) icra etmək üçün aqreqat, dəzgah, maşın və ma­te­rial­larla, alət və tərtibatlarla təchiz edilmiş istehsal mey­dan­ça­sı­nın hüdudlanmış hissəsinə – fəhlənin əmək fəa­liy­yəti zonasına – iş yeri deyilir. İş yerinin tipi ilk növ­bə­də onun texnoloji təyinatı ilə müəyyən edilir. İş ye­ri­­nin düzgün təşkili, hər bir iş yerində elə istehsal şəra­i­ti­nin yaradıl­ma­sı­nı tələb edir ki, bu zaman fəhlənin əmək fənd­ləri və hə­rə­kət­ləri ən məhsuldar və ən az yorucu olsun. Bu tələb­lə­rin yerinə yetirilməsi nəticəsində əmək məhsuldarlığı yük­sə­lir, işin (xidmətin) keyfiyyəti yaxşılaşır, iş yerlərinin düz­gün təşkili üçün şərait yaranır. İş yerinin düzgün təşkil edil­məsi – onun əsas avadanlıqlarla, alətlərlə, texniki sə­nəd­­lərlə, intervallarla təchiz edilməsi, işləyənlərə əl­ve­riş­li əmək şəraiti yaratmaq deməkdir. İş yerlərinin təşkili xü­susiyyətləri bir çox amillərdən, məsələn, yerinə ye­ti­ri­lə­cək işin (xidmətin) həcmindən, iş yerinə təhkim olunmuş əmə­liyyatların sayı və tərkibindən, iş yerinə xidmət sis­te­min­dən, əməyin mexanikləşdirilməsi və avtomat­laş­dı­rıl­ması dərəcəsindən asılıdır.
Fəhlələrin sayına görə – iş yerləri fərdi, yəni yalnız bir fəhlə tərəfindən xidmət olunan və kollektiv, yəni bir qrup tərə­findən xidmət olunan iş yerinə ayrılır. Fərdi iş yer­lə­ri­nə əməyin təşkilinin fərdi formaları uyğun gəlir. Lakin is­teh­sal şəraiti əməyin təşkilinin fərdi formasının tətbiqinə hə­mişə imkan vermir. Bəzi işlərdə, məsələn, yığma, ti­kin­ti – quraşdırma, neft – qaz quyularının qazıl­ma­sın­da və s. işlər­də yetirilməsi zərurəti yaranır. Belə hal­lar­da əməyin təş­ki­li­nin kollektiv (briqada) forması tətbiq olu­nur və ona görə də həmin iş yerləri kollektiv iş yerləri ad­la­nır.
İş yerlərinin tipi orada mövcud olan avadanlıqların miqdarına görə – iş yerləri dəzgahsız, birdəzgahlı və çox­dəz­gahlı iş yerlərinə bölünür. Adətən, birdəzgahlı iş yer­ləri fərdi istehsal şəraitində daha çox tətbiq edilir. İs­teh­­sal prosesinin təşkili xarakterinə görə çoxdəzgahlı iş ye­­rinin əsas avadanlığı işin ümumi ahəngi ilə əlaqədar olur ki, bu da kütləvi və iri seriyalı istehsal sahələri üçün xarak­te­rik­dir. Çoxdəzgahlı iş yeri iki yerə: eyni cinsli ava­dan­lıqla təc­hiz olunan iş yerlərinə və müxtəlif cinsli ava­dan­lıqlarla təchiz olunan iş yerlərinə ayrılır.
İş yeri icraçının icra edilən proseslərində əməyin me­xa­nikləşdirilmə və avtomatlaşdırılması səviyyəsinə görə – iş yerləri üç qrupa: əl əməyinə əsaslana, mexa­nik­ləşdi­ril­miş və avtomatlaşdırılmış iş yerlərinə bölünür. Əl əməyinə əsas­lanan iş yerlərində əmək prosesləri əllə, mexa­nik­ləşdi­ril­miş iş yerlərində – maşın və mexanizmlər ilə, avtomat­laş­­dırılmış iş yerlərində isə – avtomatlaşdırılmış mexa­nizm­lər­lə yerinə yetirilir.
İxtisaslaşdırılma dərəcəsinə görə  iş yerləri univer­sal, ixtisaslaşdırılmış və xüsusi iş yerlərinə ayrılır. Kiçik seriyalı və fərdi istehsal şəraitində universal iş yerləri, iri seriyalı istehsal şəraitində – ixtisaslaşdırılmış iş yerləri və kütləvi istehsal şəraitində isə xüsusi iş yerləri uyğun gəlir. İş yerlərinin ixtisaslaşdırılması dedikdə, onların hər birinin bu və ya digər ümumi əlamətlərinə görə birləşən müəyyən qrup əməliyyatların və ya işçilərin təhkim olunması nə­zər­də tutulur. Belə əlamətlərə emal edilən hissələrin  goru­nü­şü (konfiqurasiyası), emalın texnoloji yekcinsliyi, mürək­kəb­liyi və dəqiqliyi, tətbiq olunan alətlərin oxşarlığı və s. aid edilə bilər.
Yerinə yetirilən işlərin xarakterinə görə – iki növ iş yer­lərini: stasionar (sabit, dəyişməz) və dəyişən iş yer­lə­ri­ni fərqləndirirlər. Stasionar iş yerləri məntəqənin və onun təchizinin daimliyi ilə, dəyişən iş yerləri isə növbə ərzində iş məntəqəsinin dəyişməsi ilə xarakterizə olunur. Dəyişən iş yerlərinə misal olaraq, maşınqayırma zavodlarında növ­bət­çi təmirçi–çilingərlərin, elektrik montyorlarının, saz­layıcıların iş yerlərini göstərmək olar.
Yerinə yetirilən funksiyalara görə – iş yerləri əsas, kö­məkçi və xidmətedici iş yerlərinə ayrılır. Bu fərq əsas, kö­məkçi və xidmətedici işlərdə icra edilən funksiyaların məz­­munundan və xidmət zonasından asılıdır. Köməkçi və xid­mətedici fəhlələrin fəaliyyət dairəsi əsas fəhlələrə nis­bə­tən daha geniş olur.
İş yerlərində fəhlənin əməyinin məhsuldarlığı xeyli də­rəcədə onların səmərəli təchizatından asılıdır. İş yerlə­ri­nin təchizatı dedikdə, onun məntəqəsində olan əsas tex­no­lo­ji və köməkçi avadanlıqların, texnoloji və təşkilati ləva­zi­matların, siqnallaşdırma və texniki təhlükəsizlik vasitə­lə­rinin məcmusu nəzərdə tutulur. İş yerlərinin təchizatı yal­nız o halda daha səmərəli ola bilər ki, o, istehsal prose­si­­nin məzmununa nəinki miqdarca, eyni zamanda keyfiy­yət­cə uyğun olsun, yəni müxtəlif əməliyyatların yerinə ye­tiril­məsində canlı əmək sərfi minimumu olmaqla ən yük­sək əmək məhsuldarlığını təmin etsin. İş yerlərinin təchi­za­­tının səmərəliliyi istehsal – texniki, bioloji və psixi –fi­zi­o­lo­ji amil­­lərlə xarakterizə olunur. İstehsal – texniki amil­lərlə is­teh­­­salın təşkili tipi, iş yerinin texnoloji təyinatı, fəh­lənin ye­ri­­nə yetirdiyi əmək funksiyalarının xarakteri, ix­ti­sas­laş­ma də­­rəcəsi və s. aiddir. Bioloji və psixi – fizioloji amillər qru­pu­­na isə antropometrik (insan bədənin müxtəlif his­sə­lə­rini ölçməkdən ibarətdir), biomexaniki (insan hərə­kət fəa­liy­yə­ti­ni öyrənmək), psixo – fizioloji, estetik, sani­tar – gi­gi­yena amilləri, həmçinin işin texniki təhlükə­siz­li­yi mə­sə­lə­lərinin kompleks həll olunmasının xarakterizə edən amillər daxil edilir.
Fəhlələrə normal və fasiləsiz iş şəraitinin yaradılması üçün iş yerlərinə müntəzəm xidmət olunmalıdır. Belə ki, iş yerlərinə vaxtlı–vaxtında və dəqiq xidmət olunmasının təş­kili fəhlələrdən və avadanlıqlardan səmərəli istifadə edil­məsi, əmək məhsuldarlığının yüksəldilməsi və maddi –enerji ehtiyatlarından qənaətlə istifadə olunması üçün zə­ru­ri şərtdir. İş yerlərinə xidmətin əsas vəzifəsi – istehsalat pro­­sesində mümkün fasilələrin və mexanizmlərin işindəki ça­tışmazlıqların vaxtında qarşısının alınmasından ibarət­dir.
İş yerlərinə xidmət fəhlənin özü tərəfindən və ya xü­susi xidmətedici heyət tərəfindən həyata keçirilə bilər. Bütün hallarda, iş yerlərinə xidmətin təşkili aşağıdakı prinsiplərin gözlənilməsini nəzərdə tutur: xidmət prosesi planlı xarakter daşımalıdır; xidmət fəal – xəbərdaredici ol­ma­lıdır; xidmət kompleks xarakter daşımalıdır; xidmət yük­sək keyfiyyətdə həyata keçirilməlidir; xidmət qənaətli ol­malıdır.
Müəssisədə xidmətin aşağıdakı funksiyaları vardır: is­tehsalın hazırlanması, nəqliyyat, alət, sazlaşdırma, təmir, enerji, nəzarət, tikinti – quraşdırma, təsərrüfat xidmətləri. Göstərilən funksiyaların yerinə yetirilməsi üçün müəs­sisə­lər­də müvafiq sex və təsərrüfatlar yaradılır. Belə sex və tə­sər­rü­fat­lara misal olaraq təmir, energetika, alət, nəqliyyat, tikinti – quraşdırma sexlərini, anbar təsərrüfatını və dispet­çer şöbəsini göstərmək olar.

2.5. Müəssisənin istehsal quruluşunun təkmilləşdirilməsi yolları

Qeyd etdiyimiz kimi, müəssisənin istehsal quruluşu müxtəlif amillərin təsiri altında formalaşır və ona görə də, daima dəyişilir, təkmilləşir. Müəssisənin istehsal quruluşu o halda mütərəqqi və optimal hesab edilir ki, onun böl­mə­lə­ri arasında düzgün münasiblik yaradılsın və ən az xərclə daha yüksək nəticələr əldə edilmiş olsun. Buna istehsal qu­ruluşunu daima təkmilləşdirməklə nail olmaq olar. Ha­zır­da istehsal quruluşunun təkmilləşdirilməsinin əsas isti­qa­mətləri aşağıdakılardan ibarətdir:
a) istehsal bölmələrinin səmərəli ölçüsünün müəyyən edil­məsi. İstehsalın ölçüsü – müəyyən avadanlıq komp­lek­ti­nin istehsal gücüdür. O, buraxılan məhsulun miqdarı ilə səciyyələnir. Onun mütərəqqiliyi istənilən dərəcədə maşın və avadanlıq komplektinin tam yüklənməsini təmin et­mə­li­dir. Çünki ayrı-ayrı avadanlıq növləri müxtəlif məhsul­dar­lığına (məhsul buraxma qabiliyyətinə) görə fərq­lə­nir­lər, bu halda orta hesabla bütün istehsal avadanlıqlarının tam yüklənməsi üçün tələb edilən səviyyə istehsalın istə­ni­lən ölçüsündə əldə edilə bilməz. İstehsalın yolverilən mi­ni­mal və optimal ölçülərini fərqləndirirlər. İstehsalın mi­ni­mal yolverilən ölçüsü müasir avadanlığı lazımi qədər yük­lə­məklə ondan istifadə etməyə imkan verir. Müəyyən məh­sulun hazırlanmasında tətbiq edilən texnikanın sə­viy­yə­­si dəyişdikdə istehsalın minimal yolverilən ölçüləri də də­yişir. Məsələn, elektron texnikasının və proqramlı idarə­et­mənin inkişafı və geniş tətbiqi onları azaltmağa imkan verir. Əgər əvvəllər avtomat xətt şəklindəki avadanlıq komp­­lektindən yalnız məhsul buraxılışının həcmi böyük o­l­duqda istifadə edilirdisə, hazırda proqramla idarə olunan ma­şınların tətbiqi ilə istehsal sahələri təşkil edildikdə ey­ni­cinsli məhsulun minimal yolverilən buraxılışı iki – üç dəfə az ola bilər. İstehsalın ölçüsünün minimal yolverilən ölçüsündən çox artırılması minimal avadanlıq komplektini ikiqat artırmaqla əldə edilir. Lakin istehsalın maksimal yol­verilən ölçüdə artırılması zamanı nəinki texniki, həm də iqtisadi hesablamalara əsaslanmaq lazımdır. İstehsalın ölçü­sünün ən məqsədəuyğun qaydada artırılması əsaslı və­sa­it qoyuluşları və məhsulun maya dəyəri üzrə hesab­la­ma­lar əsasında müəyyənləşdirilməlidir. Məhsul vahidinin is­teh­salı üçün minimal gətirilmiş məsrəfləri təmin edən is­­teh­sal ölçüsü optimal ölçü hesab olunur. İstehsalın ölçü­sü­nə istehsaldaxili texniki-təşkilati amillər çox böyük təsir gös­tərir.
İstehsalın ölçüsü müəssisənin və onun vəsilələrinin öl­çüsünü müəyyənləşdirmək üçün əsas götürülür. Müəs­si­sə­nin və onun vəsilələrinin ölçüsü onlarda cəmləşdirilmiş canlı və maddiləşdirilmiş əməyin miqdarını səciy­yə­lən­di­rir. O, nəinki istehsaldaxili texniki-təşkilatı amillərdən, eyni zamanda kənar amillərdən də asılıdır. Müəssisənin və onun vəsilələrinin məqsədəuyğun ölçüsünün müəyyən­ləş­di­rilməsinə, əsasən, aşağıdakı texniki-təşkilati amillər təsir göstərir: buraxılan məhsulların xalq təsərrüfatı əhəmiyyəti, xarakteri və həcmi, istehsalın texniki və təşkilati səviy­yə­si, xammal mənbələrinin və hazır məhsul istehlak­çı­larının yerləşdirilməsi, müəssisənin və onun əsas vəsilələrinin istehsal güclərinin inşası və mənimsənilməsi müddətləri, ölkənin müdafiə qabiliyyəti və s. Elmi-texniki tərəqqi aq­re­qatların iriləşdirilməsinə, çəkisinin və gücünün bir vahid hesabı ilə onların məhsuldarlığının artırılmasına, texnoloji proseslərin intensivləşdirilməsinə imkan verir. Bununla əlaqədar olaraq müəssisə və onun vəsilələrinin ən məqsə­də­uyğun ölçülərinə mütəmadi olaraq baxılmalıdır. Müəs­si­sə və onun səmərəli ölçüsü xammalın, materialların və ha­zır məhsulların istehsalçı məntəqədən istehlakçı məntə­qə­lə­rinə daşınması, saxlanılması və istehlakçı şərtləri, ida­rəetmənin mürəkkəbliyi, həmin vəsilələrin kollek­tiv­lə­ri­nin işlədikləri sosial şərait nəzərə alınmaqla müəyyən edi­lir.
Müəssisənin istehsal quruluşunun təkmilləş­diril­mə­si­nin əsas imkanları bunlardır:
a)   kiçik istehsalların birləşdirilməsi – idarəetmə apa­ratın­da çalışan işçilərinin sayını xeyli azaltmağa, yüksək məhsuldarlı maşın və avadanlıqların tətbiqinə, istehsalın me­xanikləşdirilməsi və avtomatlaşdırılması  səviyyəsinin yük­səldilməsinə şərait yaradır ki, bu da istehsalın həcmi­nin artırılmasının zəruri şərtlərindəndir;
b)   sexsiz istehsal quruluşunun tətbiqi  nəticəsində sex xərcləri tamamilə aradan qaldırılır və bu məhsulun ma­ya dəyərinin aşağı salınmasına imkan verir. Sexsiz is­teh­sal quruluşu, əsasən,  fərdi və kiçik seriyalı istehsal şə­ra­itində və neft-qazçıxarma idarələrində daha geniş tətbiq edi­lir;
c)   əsas, köməkçi və xidmətedici sex və təsərrüfatlar arasında səmərəli nisbətlərin təmin olunması, yəni imkan dairəsində çalışmaq lazımdır ki, müəssisənin sexlərinin sayı çox olsun. Çünki bu, müəssisənin məhsul buraxma qabiliyyətini artırır;
d)   istehsalın idarə edilməsində avtomatlaşdırılmış ida­rəetmə sistemlərinin tətbiqi – idarəetmə aparatında çalı­şan işçilərin sayını azaldır. Çünki burada idarə olunan ob­yek­tin vəziyyəti haqqında məlumatların verilməsi, sax­la­nıl­ması və yenidən işlənilməsi iqtisadi – riyazi metod­ların və modellərin, elektron – hesablama texnikası­nın köməyi ilə avtomatik yerinə yetirilir;
e)   iş yerlərinin attestasiyası – hər bir iş yerinin mü­tə­rəq­qi texniki, texnoloji, təşkilati nəticələrə, əməyin müha­fi­zəsi tələblərinə, qabaqcıl təcrübəyə, normativ və stan­dart­lara uyğunluğunun və təkmilləşdirilməsi məqsədilə kompleks qiymətləndirilməsinə imkan verir. İş yerlərinin attestasiyasının əsas vəzifəsi – iş yerləri sayının işlə­yən­lə­rin sa­yı ilə tarazlaşdırılmasından, istehsalın səmərə­liliyinin yük­səldilməsindən, əmək məhsuldarlığının artırılmasın­dan, əsas fondlardan və əsaslı vəsait qoyuluşundan effektli istifadə edilməsindən ibarətdir. Limitsiz iş yerlərinin ləğv edilməsinə, mütərəqqi iş yerlərinin aşkar edilməsinə, iş yer­lərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənib hazır­lan­masına və həyata keçirilməsinə və s. imkan verir. İş yerlərinin attestasiyasını həyata keçirmək üçün müəs­si­sə­nin rəhbəri həmkarlar ittifaqı komitələri ilə birlikdə fəhlə­lə­rin, mütəxəssislərin və qulluqçuların, səmərə­ləş­di­rici­lə­rin geniş iştirakı ilə attestasiya komissiyaları (müəssisə miqyasında həyata keçirilən işlərin xarakterindən asılı olaraq) yaradır.

 FƏSİL 3. SAHİBKARLIQ FƏALİYYƏTİNİN FORMALARI VƏ NÖVLƏRİ

3.1. Sahibkarlıq fəaliyyəti və onun inkişaf mərhələləri

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyə­ti­nin formalaşması və inkişafında “Sahibkarlıq haqqında” Azər­bay­­can Respublikasının qanunu [4] mühüm rol oyna­mış­dır. Qanunda Azərbaycan Respublikasında sahibkarlıq fəa­liy­yə­tinin prinsiplərini, hüquq və vəzifələrini, onun döv­lət tə­rə­findən müdafiə və təqdim olunmasının forma və üsul­la­rı, dövlət və digər təşkilatlarla münasibətlərini müəy­yən­ləş­dir­mişdir. Qanunda göstərilir ki, sahibkarlıq fəaliy­yəti ilə Azər­baycan Respublikasının hər bir vətən­da­şı, hüquqi, fi­zi­ki şəxslər, xarici ölkələrin vətən­daş­ları məşğul ola bilər. La­kin milli və xarici dövlət orqanlarının vəzifəli şəxsləri – mə­murları sahibkarlıq fəaliyyəti ilə məş­ğul ola bilməzlər. “Sahibkarlıq haqqında” qanunda sa­hib­­karların hü­quq və və­zi­fələrinin şərhinə geniş yer veril­miş­dir.
Sahibkarların aşağıdakı hüquqları vardır:
- istənilən müəssisələri yaratmaq və onların idarə­et­mə orqanlarında iştirak etmək;
dövlət və digər mülkiyyət formalarına əsaslanan mü­əs­­sisələrin əmlakını tamamilə və ya qismən mənim­sə­mək;
- başqa müəssisələrin fəaliyyətində payçı kimi iştirak et­­mək;
- işçiləri işə qəbul etmək və onların əməyinin ödənil­mə­sinin forma və sistemlərini müəyyənləşdirmək;
- təsərrüfat və maliyyə fəaliyyətini müstəqil həyata ke­çirmək;
- məhsul göndərmələri və istehsal olunan məhsulun iş­tirakçılarını seçmək və öz məhsulları üçün qiymətlər müəy­­yənləşdirmək;
- sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətdən (tə­sərrüfat hesablı gəlirdən)  müvafiq qaydada gəlir vergisi ver­dikdən sonra qalan mənfəətdən (gəlirdən) sərbəst istifa­də etmək;
- xarici-iqtisadi münasibətlərdə iştirak etmək və s.
“Sahibkarlıq haqqında” Azərbaycan Respublikasının qa­nununa, əsasən, sahibkarın aşağıdakı vəzifə­lə­ri vardır:
- işə qəbul edilən vətəndaşlarla müqavilə bağlamaq;
- işçilərin ictimai və siyasi partiyalarda birləşməsinə mane olmamaq;
- işçilərə Azərbaycan Respublikasının qanunveri­ci­li­yi ilə müəyyən olunmuş əmək haqqının minimum məblə­ğin­dən az olmayan səviyyədə əmək haqqı vermək;
- dövlət sığorta fonduna müəyyən olunmuş qaydada və məbləğdə ayırmalar ödəmək;
- qanunvericilikdə müəyyən olunmuş həcmdə ver­gi­lər ödəmək;
- işçilərə bağlanmış müqavilələrə müvafiq iş şəraiti yaratmaq və onu daima yaxşılaşdırmaq və s.
Sahibkarlar təsis təşkilatı formasından asılı olaraq, tam və ya məhdud şəkildə əmlak məsuliyyəti daşıyırlar. Öz fəaliyyətini bağlaşma əsasında həyata keçirən sahibkar rəhbərlik etdiyi müəssisənin öhdəlikləri üçün bağlaşmada müəy­yən edilmiş həcmdə məsuliyyət daşıyır. Bununla bə­ra­bər, sahibkarlıq fəaliyyətinin inkişafına köməklik gös­tər­­mək məqsədilə dövlət müəyyən təminatlar verir, sahib­ka­rın hüquq və qanuni mənafeyini müdafiə edir.
“Sahibkarlıq haqqında” Azərbaycan Respublikasının  qa­nununda sahibkarlıq fəaliyyətinin dayandırılması və ona xi­tam verilməsi qaydalarından da danışılır. Bu qanunda gös­tərilir ki, sahibkarlıq fəaliyyətinin dayandırılması haq­qın­da qərarı sahibkarın özü qəbul edə bilər. Lakin bəzi səlahiyyətli orqanlar sahibkarlıq fəaliyyətinin dayandırıl­ma­sı barəsində təqdimat vermək hüququna malikdir. Sa­hib­­karlıq fəaliyyətinə xitam verilməsi haqqında qərarı da sahibkar özü və ya müvafiq rayonun məhkəməsi qəbul edə bilər. Sahibkar vəfat etdikdə onun əmlakı varisinə keçir. Bağ­laşma əsasında həyata keçirilən sahibkarlıq fəaliy­yə­ti­nə aşağıdakı hallarda xitam verilir: a) bağlaşmanın müd­də­ti başa çatdıqda; b) tərəflərin razılığı olduqda; c) məh­kə­mə­nin qərarı çıxarıldıqda; d) bağlanmada nəzərdə tutul­muş digər hallarda.
Ümumiyyətlə, “sahibkar” və “sahibkarlıq fəaliyyəti” haq­qında müxtəlif fikirlər və anlayışlar mövcuddur.  “Sahibkar” ifadəsi iki sözün birləşməsindən –“sahib” və “kar” sözlərindən əmələ gəlmişdir. “Sahib” sözü ərəb di­lin­­də olub “yiyə”, “mülkiyyətçi” deməkdir. “Kar” ifa­dəsi isə fransız sözü olub, “fəaliyyət”, “iş” mənasını da­şı­yır. “Sa­hibkar” ifadəsini ilk dəfə olaraq, Qərb iqtisa­diy­yatında fran­sız iqtisadçısı R.Kantilyon (1680-1734) tərəfindən iş­lədilmişdir. O, mənfəət götürmək məqsədilə məhsulu di­gər­­lərindən müəyyən qiymətə alaraq, bazarda özünə xe­yir­li qiymətə satmağa çalışan adamları “sahibkar” adlan­dır­mış­dır. Onun fikrincə, sahibkarlıq fəaliyyəti müxtəlif növ əmtəələr və tələblə təklif arasında münasibət yaratmağa xid­mət edir.
Sahibkarlıq fəaliyyəti haqqında fikirlər A.Smitin (1723-1790) iqtisadi nəzəriyyəsində də öz əksini tapmış­dır.  Belə ki, o, sahibkarı öz istehsalını planlaşdıran  və təşkil edən, onun nəticələri üçün risk edən mülkiyyətçi kimi nəzərdə tutur. Daha sonralar sahibkarlıq fəaliyyətinin ge­niş anlayışı fransız iqtisadçısı J.B.Sey (1767-1832)  tərə­findən verilmişdir. O, sahibkarı risk etməsinə baxma­ya­raq, mənfəət götürmək məqsədilə hər hansı bir məhsul istehsal edən və satan şəxs kimi qələmə verirdi. Lakin o, özündən əvvəlki iqtisadçılardan fərqli olaraq, sahibkarlıq fəaliyyətinin klassik nəzəriyyəsini yaratmış və həmin nəzəriyyə bu gün də öz əhəmiyyətini itirməmişdir.
Sahibkarlıq haqqında böyük həcmdə və istiqamətdə iqtisadçı alimlər fikirlər söyləmiş, onlar, əsasən, inkişaf mərhələsinə görə dörd  qrupa ayrılır:
-       kommersiya ideyasını həyata keçirmək və mən­fə­ət götürmək məqsədilə iqtisadi risk edən mülkiyyətçilərin fəaliy­yətləri;
-       yeni ideya yaranması və mənimsənməsini keyfiy­yət­cə yeni növ məhsulların  işlənib, hazırlanmasını, isteh­sa­­lın inkişafının perspektiv amillərinin əldə edilməsini, is­teh­salçılar tərəfindən xidmətin yeni üsullarının və yeni in­ve­stisiya tətbiqinin yeni sahələrinin tapılması üzrə axta­rış­ların aparılması və onları həyata keçirənlərin fəaliy­yə­ti­ni;
-       sahibkarlıq subyektin bazar iqtisadiyyatı şəra­i­tin­də qanunvericiliyə uyğun şəkildə həyata  keçirilib, mən­fə­ət əldə edilməsinə yönəldilmiş fəaliyyəti;
-       öz fikirlərini reallaşdırmaq və sosial-iqtisadi sə­mə­­­rəyə nail olmaq üçün yeni kombinasiyaları həyata ke­çi­rən təsərrüfatçılıq subyektlərinin risklə əlaqədar olan tə­şəb­büskarlıq fəaliyyətini aid edirlər.


3.2.  Sahibkarlıq fəaliyyətinin sahələri

Sahibkarlıq maddi nemət və xidmət tələbatlarını ödə­mək üçün ixtisaslaşan məqsədyönlü əmək fəaliyyəti dairə­si­dir. Müasir şəraitdə sahibkarlıq fəaliyyəti bazar iqti­sa­diy­yatı əsasında qurulur. Sahibkarlıq fəaliyyətinin təşkili sa­­hələrinin düzgün müəyyənləşdirilməsindən ibarətdir. Bu­nun üçün sahibkarlıq fəaliyyətinin subyekti elə olma­lı­dır ki, o, mövcud ehtiyatlardan daha səmərəli istifadə et­mək­lə istehsalın yüksək son mərhələsinə nail olmasını tə­min edə bilsin. İstehsalın konkret şəraitindən asılı olaraq, sahibkarlıq fəaliyyətinin formalaşdırılmasında əməyin el­mi təşkilinin tələbləri, fiziologiya, psixologiya və gigi­ye­na töv­siyələri, mühəndis texnologiyası və texniki este­ti­ka­nın tələbləri nəzərə alınmalıdır.
Müasir tələblərə cavab verərək, dünya ölkələrinin təc­­­rü­bəsi göstərir ki, sahibkarlıq fəaliyyətinin subyekti sa­hə­­ləri kimi məhsul istehsalı, onların satışı və ya müxtəlif növ xidmətlər göstərilməsi formasında həyata keçirilən iq­ti­­sadi fəaliyyət növləri çıxış edə bilər. Bazar iqti­sa­diy­yatı şə­raitində hər kəs özünə peşə seçməkdə tam azad­lığa ma­lik olduğu üçün sahibkarlıq fəaliyyəti ilə məş­ğul ol­maq­da tam azaddır, lakin hər bir adam – sahibkar müəy­yən məb­ləğ­də kapitala, əmlaka malik olmalıdır. Bunun­la belə, “sahibkarlıq” fəaliyyətinin adi “təsərrüfat­çı­lıq”, ”biz­nes”  və “kommersiya” fəaliyyətin­dən fərqlənir.
Təsərrüfatçılıq fəaliyyəti istehsal ehtiyatlarının əvvəl texnika və texnologiyasının mövcud səviyyəsində olduğu kimi, yəni heç bir yenilik risk etmədən həyata keçirilir, halbuki, sahibkarlıq fəaliyyətinin məzmununu təşəb­büs­kar­lıq və yenilikçilik təşkil edir və müəyyən risk ilə əlaqə­dar­dır. Risk sahibkarlıq fəaliyyətində əsas rol oynayır. Ris­kin bütün cəhətlərini dərindən öyrənmədən və onu lazı­mın­ca qiymətləndirmədən sahibkarlıq, həmçinin  təsər­rü­fat­­­çılıq fəaliyyətinin taktika və strategiyasını düzgün müəy­­­yənləşdirmək olmaz. Risklərin aşağıdakı növlərini fərq­­ləndirirlər: a) məhsulların nəql edilməsi və istehlak­çı­lar tərəfindən alınması riski; b) istehlakçıların tədiyyə qabiliyyətli tələbləri və onların ödənişi həyata keçir­mə­mə­yi nailiyyətləri ilə əlaqədar olan risk; c) xarici mühitin təsiri, o cümlədən valyuta kursunun və valyuta dönər­li­yi­nin tərəddüd etməsi ilə bağlı olan risk; d) bazarın kon­yuk­tu­­runun formalaşmasında xüsusi əhəmiyyəti olan pul və­sa­it­lərinin köçürülməsinə, ixrac-idxal əməliy­yat­la­rı­na və bir çox başqa tədbirlərə yönəldilən məhdudiyyətlər və qa­da­ğalarla əlaqədar olan risk.
Biznes fəaliyyəti, əsasən, qısamüddətli bir prosesdir, o, birdəfəlik akt olub, hər hansı bir konkret işin, əməliy­ya­tın yerinə yetirilməsi, sövdələşmənin reallaşması ilə əlaqə­dar­dır. Bundan fərqli olaraq, sahibkarlıq fəaliyyəti daimi bir prosesdir, biznes fəaliyyətinə nisbətən daha geniş dairəni əhatə edir: birincisi, sahibkarlıq bazar iqtisadiy­ya­tı­­nı daha dolğun əks etdirdiyinə görə, onu biznes iqti­sa­diy­ya­tı deyil, sahibkarlıq iqtisadiyyatı adlandırırlar; ikincisi, təkcə yenilikçilik qabiliyyətinin deyil, eyni zamanda təd­qi­qatçılıq və müstəqil qərar qəbul etmə və onları həyata ke­çirmə bacarığının məcmusudur.
Biznesin müxtəlif subyektləri mövcuddur, onlardan ilk əvvəl müəyyən işin yerinə yetirilməsidir. Adi həyatda iş­lə məşğul olanları “işgüzar”, “iş adamı”, “işlə məşğul olan adam”, “bizneslə məşğul olan adam”, “biznesmen” adlan­dırırlar. Real bazar iqtisadiyyatı şəraitində işgüzar adamlar digər məqsədyönlü işlərlə yanaşı, sahibkarlıq fəa­liy­yətini də həyata keçirirlər. Bu baxımdan, sahibkarlıq biz­nesin subyektlərindən biridir.
Biznesin ikinci subyekti məhsul, iş və xidmət isteh­lak­çılarıdır. Bu subyektlərə, həm fərdi, həm də kollektiv is­tehlakçılar, həmçinin istehlakçı ittifaqlarından (məsələn: kol­lektiv, səhmdar cəmiyyəti, birliklər və s.) aiddir. Bu, biz­nesin xüsusi  formasıdır; ona görə ki, istehlak biznesi işgüzar münasibətlər sistemində bütün adamların iştirakını əhatə etdirir. Digər tərəfdən, istehlakçı biznesi istehsalın, ticarətin və xidmətin son mərhələsində adamların marağını əks etdirir. İkincisi, istehlakçı biznesi eyni zamanda sahib­kar­lıq biznesini stimullaşdırır, onun hərəkətə gətirilməsi və tarazlaşdırılması qüvvəsi kimi çıxış edir. Nəhayət, is­teh­lakçı biznesmenində yalnız fərdlər deyil, habelə, ye­ni­dən emal etmək, satmaq və xidmət göstərmək məqsədilə di­gər müəssisələrin məhsulunu satın alan sahibkarlar da işti­rak edirlər.
Biznesin üçüncü subyekti bağladıqları müqavilələr əsasında muzdla işləyən əmək kollektividir. İstehlakçı biznes subyekti kimi əmək kollektivləri əmək sərfində öz maraqlarını əsas tutaraq, sahibkarla bağladıqları sazişdən faydalanmaq məqsədilə spesifik xarakterinə malik əmək biznesinə qoşulurlar.
Biznes subyektlərindən biri də işgüzar təklifləri  və fəaliyyəti ilə bazar münasibətlərinə cəlb edilən dövlət or­qan­larıdır. Belə dövlət orqanlarına misal olaraq, serti­fi­kat­­lar, veksellər, qiymətli kağızlar, valyuta satan idarə və təş­kilatları göstərmək olar. Qiymətli kağızların, valyutanın bir qismi dövlət orqanları tərəfindən, digər qismi isə sa­hib­­karlar tərəfindən sərbəst surətdə satılıb-alınır. Dövlət biz­nesinin əsasını dövlət mülkiyyəti, sahibkarlıq bizne­si­nin əsasını isə sahibkar əmlakı təşkil edir.
Kommersiya fəaliyyəti biznes fəaliyyətinin tərkib his­səsi olub, insanların iqtisadi fəaliyyətinin yalnız bir sa­hə­sini, yəni bilavasitə istehsal edilmiş məhsulların real­laş­dırılması ilə  əlaqədar olan ticarət sahəsini, sferasını–alqı və satqı münasibətlərini əks etdirir. Müasir zamanda kom­mer­siya fəaliyyəti yalnız bir ticarət sferası kimi əlavə onun ro­lu və əhəmiyyəti daha yüksəkdir, baxmayaraq ki, kom­mer­siya fəaliyyətinin konkret obyekti  alqı-satqı prosesi olsa da, bir çox ölkələrin qanunvericiliyində alqı-satqı ilə bağlı münasibətlər sırf ticarət sferasından kənara çıxır. Buna görə də hazırda kommersiya fəaliyyətinə əmtəələrin alqı-satqısı ilə yanaşı, həm də onların istehsalı, eləcə də bank, nəqliyyat, kənd təsərrüfatı, sığorta və s. sahələrlə əla­­qədar fəaliyyət formaları da daxil edilir.
Kommersiya münasibətləri sferası olduqca genişdir. Bu­na istehsal olunan məhsullar, pul və qiymətli kağızlar, o cümlədən səhmlər, veksellər və s. xidmətlər, ixtiralar, fir­ma­nın markası, “nou-xau” (“nou-xau”- beynəlxalq sa­ziş­lə­in obyekti olan elmi-texniki biliklərin, istehsalatın xü­susi bacarıq və sirlərinin məcmusudur və patent mü­da­fiə­si ilə təmin edilmiş ixtiraların həyata keçiril­mə­si­dir) və bu kimi maddi və qeyri-maddi nemətlər aiddir.
Kommersiya fəaliyyətinin ən mühüm xüsusiyyət­lə­rin­­dən biri sağlam kommersiya münasibətlərinin yaradıl­ma­sından ibarətdir. Bunun üçün kommersiya müna­si­bət­lə­ri müqabil tərəfləri (partnyorları) müstəqil seçmək, realizə prosesində bütün şərtləri, yəni məhsulun həcmini, çeşidini, keyfiyyətini, qiymətini, müqavilə öhdəliklərini mütləq ye­ri­nə yetirilməsini, qarşılıqlı məsuliyyətliliyini və s. prin­sip­lə­rini nəzərə almaqla formalaşmalıdır.
Kommersiya fəaliyyəti güzəştsiz ola bilməz, yeni kom­­mersiya fəaliyyəti kompromis xarakter daşıyan bir fəaliyyət növüdür. Burada sahibkarın tapşırığı ilə söv­də­ləş­mə işinə mütəxəssis müqavilə bağlamaq üçün da­nı­şıq­lar apararkən tərəf-müqabil qarşısında əvvəllər qoyduğu gü­zəşt­li şərtlərdən onun razılığı ilə öz fikrindən, tələbin­dən dönməyi bacarmalıdır.
Real bazar iqtisadiyyatı kommersiya qarşısında ciddi tələblər qoyur. Kommersiya fəaliyyətində tərəf-müqabillər bağladıqları müqavilələrin bütün şərtlərini lazımınca ye­ri­nə yetirməli, qənaətçilik prinsiplərini tutmalı və hər iki tə­rəf üçün səmərəli olmalıdır. Tərəf-müqabillər arasında tə­miz­lik, düzgünlük, doğruluq, işgüzar etika qaydalarına müt­­ləq əməl etmək mühüm əhəmiyyət kəsb edir. Bu tələb­ləri pozan sahibkar-kommersant sivilizasiyalı işgüzar da­i­rə­­­lər tərəfindən yaxşı qarşılanmır və gec-tez həmin sa­hib­kar müf­lis­ləşməyə düçar olur.
Kommersiya fəaliyyətinin nailiyyətləri xeyli dərə­cə­də kommersiya sirri ilə bağlıdır. Kommersiya sirri iki əsas cəhəti: istehsal və sirrin idarə olunmasını əks et­di­rir. Kom­me­rsiya sirrinin istehsal cəhəti elmi-tədqiqat, el­mi-texniki, layihə – konstruktor, texnoloji-tədqiqat işləri­nin nə­ticə­lə­ri­nin və istehsal prosesində baş verən yardımçı ara­lıq və­zi­fə­ləri, funksiyaları əhatə edir. Kommersiya sir­ri­nin mü­ha­fi­zəsini xüsusi dövlət orqanları təşkil edir.
Kommersiya fəaliyyətinin təşkilində kommersiya söv­də­ləş­mələri mühüm rol oynayır. Sövdələşmə pro­se­sin­də tərəflər bir-birinin məqsədlərini aşkara çıxar­maq­la bu prosesin predmetinin kommersiya həllinin yollarını, üsul­­la­rı­nı, məqsədyönlüyünü və əldə ediləcək nəticələrin fay­da­lılıq dərəcəsini götür-qoy edirlər. Bazar münasibətləri baxımından kommersiya sövdələşməsi dedikdə, tərəf-mü­qa­billər arasında alqı-satqı məsələləri, iş, yaxud xid­mət­lər üzrə razılaşmaların nəticələrinə uyğun surətdə ra­zı­lı­ğa gəl­mə nəzərdə tutulur.
Vasitəçilər – əmtəələrin satılmasın­da və müştərilər arasında yayılmasında şirkətə, müəssisə­yə yardım gös­tə­rən firmalar, yaxud fərdi adamlardır. Onla­ra ticarət vasitə­çi­ləri, əmtəənin irəlilədilməsinin təş­ki­li üzrə mütə­xəs­si­s­lər, marketinq xidmətləri göstəril­mə­­si üzrə agentlər və kredit-maliyyə idarələri aiddir. Vasitəçi­lə­rin iştirakı ilə kom­mersiya sövdələşmələri funksional ba­xım­dan iki qru­pa: ticarət-vasitəçilik sövdələşmə və tica­rət vasitəçiləri qru­­puna ayrılır.
Ticarət vasitəçilik sövdələşməsi dedikdə, satıcılardan və alıcılardan asılı olmayan, lakin onların sifarişləri ilə mal­ların, işlərin və xidmətlərin alqı-satqı əməliyyatlarının müs­təqil vasitəçilərinin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur. Ticarət vasitəçisinə gəldikdə isə o, müs­tə­qil kommersiya müəssisəsi sifətində çıxış edən satıcı və alıcı arasında hüquqi şəxs statusu olan vasitəçilərdir. Onun mənfəəti həmin satıcı, yaxud alıcı tərəfindən satınalma və satış qiymətləri arasındakı fərq, yaxud komisyon mükafatı hesabına təmin edilir.
Kommersiya sövdələşməsinin aşağıdakı mərhələlə­ri­ni fərqləndirirlər:
a)   kontragentin axtarılıb, tapılması və seçilməsi mər­hə­ləsi;
b)  sövdələşmə üzrə sazişin bağlanmasına hazırlıq mər­hələsi;
c)   alqı-satqı müqaviləsinin bağlanmasına hazırlıq mər­hələsi;
d)  bağlanmış müqavilələrin imzalanması mərhələsi.
                                               
3.3. Sahibkarlıq fəaliyyətinin növləri və təsnifatı

Sahibkarlıq fəaliyyətinin müxtəlif cür növləri möv­cud­dur. Hər hansı biznes fəaliyyəti bu və ya digər də­rə­cə­də məhsul və xidmətlər istehsalı, mübadiləsi, məhsulun böl­güsü və istehlakı ilə sıx bağlıdır.  Sahibkarlıq fəaliy­yə­ti­nin aşağıdakı növləri: istehsal sahibkarlığı, kommersiya və maliyyə sahibkarlığı fərqləndirilir. Sahibkarlığın adı çə­kilən növləri bir neçə yarımnövlərə bölünür. Sahib­kar­lı­ğın mövcud olan növ və yarımnövlərini aşağıdakı sxemdə gös­tərmək olar.
 



















Sxem 1.  Sahibkarlıq fəaliyyətinin növləri
 
Sxem 1. Sahibkarlıq fəaliyyətinin növləri

İstehsal sahibkarlığı fəaliyyətinin ən aparıcı növü he­sab edilir. Burada məhsul, əmtəə istehsalı həyata ke­çi­ri­lir, xid­mətlər göstərilir, müəyyən mənada dəyər yaradılır. La­kin bazar iqtisadiyyatına keçid şəraitində bu sferanın fəa­liy­yəti müəyyən uğursuzluğa məruz qalmışdır. Belə ki, tə­­sə­r­rüfat əlaqələri pozulmuş, maddi-texniki təchizat sis­te­mi zəif­­ləmiş, məhsul satışı kəskin surətdə aşağı düş­müş, mü­əs­­­sisənin maliyyə vəziyyəti pisləşmişdir.
Bazar iqtisadiyyatına keçidin ilk dövrlərində kom­mer­siya sahibkarlığı daha geniş inkişaf etmişdir. Kom­mer­si­ya sahibkarlığı alqı-satqı əməliyyatını əhatə edir. Sahib­kar­lığın bu növündə fəaliyyətin nəticəsi daha tez əldə edi­lir. Bu sfera son zamanlar fərdi və xüsusi sahibkarlığın in­ki­şafı ilə əlaqədar genişlənmişdir. Burada daha çox təşəb­büs­kar in­san­lar fəaliyyət göstərirlər. Əgər istehsal sahib­kar­lığında müəs­sisənin rentabelliyi 10-12% həcmindədirsə, kom­me­r­siya firmasında bu göstərici 20-30%  və daha çox­dur.
Kommersiya sahibkarlığı daha səmərəli bir növdür.  Kommersiya sahibkarlığının ən geniş yayılmış formaları kimi əmtəə birjaları və ticarət təşkilatları fərqləndirilir. Birjanın alver meydanında alqı-satqı ilə yanaşı, həm də sı­ğor­ta edilməsi, veksellərin alınıb-satılması və s. bu kimi mə­­sələlər həll edilir. Dünya ticarət birjasının çiçəklənməsi dövrü London birjası başda olmaqla, XIX əsrə düşür. Bu gün ən etibarlı və nüfuzlu birja Nyu–Yorkun Yoll-Strit kü­çə­sində yerləşən məşhur ticarət birjasıdır.
Sahibkarlıq fəaliyyətinin növlərindən biri də maliyyə sahibkarlığıdır (maliyyə-kredit). Bu fəaliyyət sferasına tədavül və mübadilə daxildir. Maliyyə sahibkarlığı istehsal və kommersiya sahələrində formalaşır. Sahibkarlıq fəaliy­yə­tinin göstərilən növlərindən fərqli olaraq, maliyyə sa­hib­karlığı yüksək rentabellik normalarına malik olmur, onun səviyyəsi 5-10% həddində dəyişir.
Ölkədə pul dövriyyəsi ilə sıx əlaqədə olan maliyyə sahibkarlığı əsas yer tutur.
Maliyyə sahibkarlığının fəaliyyətinin əsas sahələrini kommersiya bankları və fond birjaları təşkil edir. Adı çə­kil­ən bu iqtisadi strukturlar həm də bazar münasi­bət­lərinin ən mühüm atributlarındandır.
Kommersiya bankları səhmdar tipli maliyyə-kredit ida­­rəsi olub, kommersiya təşkilatlarının haqqı ödənilməklə kreditləşdirir, pul əmanətlərinin (depozit) qəbulunu həyata keçirir və müştərilərin tapşırığı ilə digər əməliyyatlar apa­rır. Kommersiya banklarının gəlirlərinin əsas mənbəyi de­po­zitlərin faiz dərəcələri, cəlb edilmiş vəsaitlər ilə ssuda vasitələri arasındakı fərqdən ibarətdir.
Kommersiya banklarının əməliyyatları əsas etibarı ilə 3 qrupa ayrılır: passiv (vəsaitlərin cəlb edilməsi); aktiv (vasitələrin yerləşdirilməsi); komissiyon vasitəçilik (müş­tə­ri­lərin tapşırığı ilə müxtəlif əməliyyatlar).
Kommersiya banklarının fəaliyyətlərinin əsas xüsu­siy­yətləri müəssisələrin vəsaitlərinin cəlb edilməsindən iba­rətdir. Bu banklar kommersiya xarakteri daşıyaraq kre­di­torlara pulları müəyyən müddətə və müəyyən faiz dərə­cə­ləri ilə verirlər. Kommersiya banklarının verdikləri kre­dit­lər bu və ya digər səbəbdən vaxtında qaytarılmalıdır.
Bazar münasibətlərinin bir sturukturu və maliyyə sahibkarlığının ən mühüm elementlərindən biri fond bir­ja­la­rıdır. Fond birja təşkilati cəhətdən qeydiyyatdan keçmiş, mün­təzəm olaraq fəaliyyət göstərən qiymətli kağızlar ba­za­rı nəzərdə tutulur. Bunlar ilk növbədə kapitalın mo­bi­ll­i­yi­nin yüksəldilməsinə və aktivlərin real dəyərinin müəy­yən­­ləşdirilməsinə xidmət edir. Fond birjalarının forma­laş­ma prinsipi tələb və təklifin operativ tənzimlənməsinə əsas­­lanır.
Sahibkarlığın perspektiv formalarından olan konsul­ta­tiv (məsləhət) sahibkarlıq son illər daha geniş inkişaf etmişdir. O, çoxsaylı istiqamətlərə malikdir. Respub­li­ka­mı­zı və digər keçmiş İttifaq Respublikalarını inkişaf etmiş ölkələrlə müqayisə etsək, konsultativ sahibkarlığın yaxın gələcəkdə inkişaf edəcəyi gözlənilir.
Xüsusi sektoruna məxsus olan ziyalı əhali son illərdə öz əksini tapmışdır. “Konsultant” sözünün latın dilində hər­fi mənası məsləhətçi deməkdir. İqtisadi və siyasi lek­si­kon­­da mahiyyət etibarı ilə bu kateqoriya mütəxəs­sis­lə­rin müəy­yən sahədə öz ixtisasına uyğun məsələlər üzrə məsləhətlər verməsidir. Xarici ölkələrin praktikasında haq­qı ödənil­mək­lə verilən məsləhətlər idarəetmənin müəy­­yən sahəsi olub kon­s­altinq adını daşıyır. İqtisadiyyat və idarəetmə üzrə kon­saltinqin Avropa Federativ Assosi­a­siya­sının tədqi­qa­tında göstərilir ki, menecment konsaltinq idarəetməsinin  müəy­­yən məsələləri üzrə məsləhətlər verən və konkret kö­mək­liklər göstərən mütəxəssisi hesab edilir.
Sənayecə inkişaf etmiş bazar iqtisadiyyatı ölkə­lə­rin­də konsultativ xidmətlər formasında intellektual kapitalın cəlb edilməsi yeni avadanlıq və intensiv texnologiyanın cəlb edilməsindən daha səmərəli hesab edilir. Lakin müa­sir şəraitdə ölkədə konsultanta bu cür müsbət mü­na­si­bət müşahidə edilmir. Bu sahədə paradoksal mən­zə­rə mü­şa­hi­də edilir. Belə ki, müəssisələrin ək­sə­riy­yəti təşkilati ida­rə­et­mə xarakterli səbəbdən ağır iqtisadi vəziyyətdə oldu­ğun­dan bazar münasibətləri şəraitinə uyğunlaşa bilmir və ona görə də bu sahədə mövcud intellektual potensialdan  isti­fa­də edə bilmirlər. Rəhbərlik də öz növbəsində konsultantın köməyinə müraciət edir, onların maliyyə-təsərrüfat təh­li­li­nin sağlamlaşdırma proqramının, investisiyaların hazır­lan­ması, aktiv marketinq və maliyyə siyasətinin iqtisadi sə­mə­rəsini hiss edirlər.
Konsultativ xidmətlər birdəfəlik şifahi məsləhətlər for­masında həyata keçirilir. Lakin onlar konsultativ la­yi­hə­lər formasında da verilə bilər.
Sahibkarlıq fəaliyyətinin növləri bir-birini tamam­la­yır. Sahibkarlıq fəaliyyətinin növləri içərisində istehsal sa­hib­karlığı ən prioritet sahələrindən olub, daha çox mürək­kəb­liyi ilə xarakterizə olunur.
Sxemdən göründüyü kimi, istehsal sahibkarlığına in­nova­siya, elmi-texniki fəaliyyət, əmtəə və xidmətlər is­teh­sa­lı, istehlak məhsulların  istehsalı və həmçinin infor­ma­si­ya fəaliyyəti aiddir. İstehsal fəaliyyəti ilə məşğul olan hər hansı sahələr hər şeydən əvvəl konkret olaraq, hansı məhsul istehsal edəcəyini, hansı xidmətlər gös­tə­rə­cə­yini  əvvəl­cə­dən planlaşdırır. Sahibkar sonra marke­tinq fəa­liy­yəti ilə məş­ğul olur. Əmtəə və xidmətlərə olan tələbatı və eh­ti­yat­la­rı öyrənmək məqsədilə sahibkar potensial is­teh­sal­çılarla, əmtəənin alıcıları, topdansatış və pərakəndə ti­ca­rət təşki­lat­la­rı ilə əlaqə yaradırlar. Danışıqların yekunu sa­hibkar və əm­tə­ənin gələcək alıcıları arasında bağlanacaq müqa­vilə­lə­rə xidmət edir. Bu cür kontraktlar sahibkarlıq fəaliyyəti ilə bağlı yaranacaq risklərin minimuma en­di­ril­mə­sinə imkan verir. Bazar münasibətlərinin inkişaf etdiyi Qərb ölkələ­rin­də şifahi danışıqlar kontraktların bağlan­ma­sı üçün zəruri olub, onun reallaşması üçün etibarlı təminat formalaşdırır. Bazar münasibətlərinin o qədər də inkişaf et­mədiyi Şərqi Avropa  və keçmiş İttifaq Respublika­la­rın­da isə şifahi danı­şıq­lar o qədər də etibarlı deyildir. Sahib­kar­lıq riski həmin ölkələrdə əhəmiyyətli dərəcədə bö­yük­dür.
Sahibkarlığın istehsal fəaliyyətinin nəticələri alıcılara və istehlakçılara məhsul satışı və xidmətlər göstərilməsi, həmin proseslərdən əldə edilən pul gəlirləri hesab edilir. Satışdan və xidmətlər göstərilməsindən əldə edilən pul gəlirləri ilə istehsal xərcləri arasındakı fərq müəssisənin mənfəətini formalaşdırır. Sahibkarlıq fəaliyyətində ümumi və xalis gəlir fərqləndirilir. Ümumi gəlir verginin ödənil­mə­si də daxil olmaqla, məhsul istehsalına və satışına çəki­lən maddi xərclər çıxıldıqdan sonra sahib­kar­larda qalan gə­lirin məbləğini əks etdirir. Xalis gəlir isə ümumi gə­lir­dən verilir. Müxtəlif ödəmələr, cərimələr və gömrük rü­sum­­­ları çıxıldıqdan sonra qalan məbləği əks etdirməklə sa­­hibkarlıq fəaliyyətinin son nəticəsi hesab edilir.
 Rentabellik göstəricisi sahibkarlıq fəaliyyətinin ma­liy­yə nəticəsinin yekun göstəricisi hesab edilir. Ren­ta­bel­lik səviyyəsi mənfəətin tam maya dəyərinə olan nisbətinin faizlə ifadəsidir.
Vençur biznesi – innovasiya sahibkarlığını xarak­te­ri­zə edir. Son illər vençur biznesi geniş inkişaf etmişdir. Ven­­çur biznesi iqtisadiyyatda ən çox risk tələb edən biz­nes fəa­liy­yətinin  növüdür. Onun ən geniş yayılmış forma­la­rın­­dan biri mütərəqqi texnologiyanın tətbiqidir. Vençur biz­nesi daha çox elmi-tədqiqat işlərinin nəticələrinin kom­me­r­siyalaşdırılması ilə xarakterizə olunur. Səmə­rə­li­li­yin alın­­masına təminat verildiyindən burada riskin səviy­yə­si əhə­­miyyətli dərəcədə yüksəlir. Bu formanın mahiy­yə­ti, adə­tən, elmi-texniki kommersiya firmalarının yaradıl­ması ilə bağlıdır.
Kiçik müəssisələr innovasiya sahibkarlığının inkişa­fın­­­da mühüm rol oynayır. Vençur biznesi ilk növbədə yük­­­sək çevikliyi və dinamizmi ilə fərqlənir. Vençur sahib­kar­­lığı riskin bölüşdürülməsi prinsiplərinə əsaslandığından elmi ideyanın müəllifləri kifayət qədər xüsusi vəsaitə ma­lik olmadan belə onu reallaşdırırlar.
Son illərdə vençur sahibkarlığı inkişaf edir. Bizim iqtisadiyyatda vençur, vençur kapitalı, vençur işgüzarlığı kimi anlayışlar yeni məfhumlardır. Onların məzmunu ilə çox az adam tanışdır. Lakin ABŞ, Kanada, İngiltərə, Fran­sa və digər demokratiya və bazar münasibətləri inki­şaf et­miş ölkələrdə bu anlayışlar iqtisadiyyatın inkişafının ye­ni for­maları, o cümlədən yeni təsərrüfatçılıq formaları, ba­zar, sa­hibkarlıq, şəxsi təşəbbüs və işgüzarlıq, konversiya səy­lə­rinin dövlət tərəfindən həvəsləndirilməsi və s. ilə əla­qə­dar­dır. Bu həmin ölkələrə imkan verir ki, onlar mü­vəf­fə­qiy­yət­lə inkişaf etsinlər və bu əsrdə iqtisadi lider möv­qeyini əldə saxlamağa nail olsunlar. Bütün bunlar isə ven­çur sahibkarlığının öyrənilməsini və inkişafını obyek­tiv zəru­rə­tə çevirir.
Qeyd etmək lazımdır ki, vençur işgüzarlığı cəmiy­yə­tin tərəqqisi üçün birinci dərəcəli sosial-iqtisadi vasitədir. Vençur işgüzarlığının inkişafı üçün ilk növbədə zəruri şə­ra­it yaradılmalıdır. Onun köməyi ilə bir sıra yığılıb qalmış prob­lemlərin həllinə nail olmaq mümkündür.
Sahibkarlıq müəssisəsinin təşkilati-hüquqi forma­la­rın­dan biri də istehsal kooperatividir. İstehsal kooperativi və artellər dedikdə, birgə istehsal və ya digər təsərrüfat fəa­­liyyətini həyata keçirmək üçün şəxsi əməyə  və digər iş­­tirak növünə əsaslanan vətəndaşların könüllü birliyi nə­zər­də tutulur.
İstehsal kooperativləri kooperativ üzvlərinin əmla­kın­dan pay haqları toplanması yolu ilə yaradılır. Bu k­oop­e­­rativin fəaliyyət sferaları istehsalla yanaşı, emal, sənaye, kənd təsərrüfatı və digər məhsulların satışı, məişət xidmət və digər xidmət göstərənlərdən də ibarət ola bilər. İstehsal kooperativinin təsis sənədlərinə onun üzvlərinin ümumi yığıncağında təsdiq olunan nizamnaməsi daxildir. İstehsal kooperativinin ən mühüm xüsusiyyəti onların səhmlər bu­rax­maq hüququndan məhrum olması və ümumi yığın­caq­da qərarların qəbul edilməsində kooperativlərin hər bir üzvünün bir səsə malik olmasıdır.
Sahibkarlıq (kommersiya) müəssisəsinin təşkilati-hü­qu­qi formaları içərisində dövlət və bələdiyyə quruluşlu unitar müəssisələr mühüm yer tutur. Unitar müəssisələr de­dikdə, mülkiyyətçiyə təhkim olunmuş əmlaka görə xü­su­si mülkiyyət hüquqi olmayan kommersiya təşkilatı nə­zər­də tutulur. Unitar müəssisəsinin əmlakı bölünməzdir. Əm­lak müəssisəsinin işçiləri, eləcə də digər şəxslər ara­sın­da bölüşdürülə bilməz.
Unitar formalı müəssisələr yalnız dövlət və bələdiyyə mü­əssisələri ola bilərlər. Unitar müəssisələrin əmlakı döv­lət və ya bələdiyyə mülkiyyətində olub, operativ idarə­et­mə əsasında fəaliyyət göstərirlər.

3.4. Sahibkarlıq fəaliyyətinin formaları

Müasir bazar iqtisadiyyatının formalaşması, elmi-tex­niki tərəqqinin və iqtisadi münasibətlərin beynəlxalq hü­­qu­qi aspektlər fonunda inkişafı sahibkarlıq, təsər­rü­fat­çı­lıq fəaliyyətində yeni təşkilati-hüquqi formalarının mey­da­na gəlməsinə səbəb olmuşdur. Bu baxımdan sahibkarlıq fəa­liyyətinin aşağıdakı müasir formalarını fərqləndirmək zə­ruridir: təsərrüfat yoldaşlığı cəmiyyəti, istehsal koope­ra­tiv­ləri, dövlət və bələdiyyə formaları, unitar müəssisələr.
İqtisadi ədəbiyyatda təsərrüfat yoldaşlığının tam yol­daş­lıq və kommandid yoldaşlıq formaları fərqləndirilir. Tam yoldaşlıq əsasında fəaliyyət göstərən müəssisədə müəy­yən təsərrüfat fəaliyyətini birgə həyata keçirmək üçün iştirakçılar öz aralarında müqavilə bağlayırlar. Tam yol­daşlıq zamanı əmlakın formalaşma mənbələri əsas eti­ba­rı ilə iştirakçıların əmanətlərindən ibarət olur.
Tam yoldaşlığa əsaslanan müəssisənin yaradılması za­manı nizamnamə tələb olunmur. O, təsis müqaviləsi əsa­sında yaradılır və fəaliyyət göstərir. Təsis müqaviləsini tə­sərrüfat yoldaşlığının bütün iştirakçıları imzalayırlar. Tə­sis müqaviləsində yoldaşlıq müəssisəsinin adı, onun yer­­ləş­diyi ərazi, fəaliyyətin idarə olunması qaydası, yol­daş­­lıq müəssisəsində yığıma yönəldilən kapitalın həcmi və tər­kibi, hər bir iştirakçının pul əmanətinin həcmi göstərilir. Bu­­rada həmçinin tam yoldaşlıq müəssisəsinə təqdim olu­nan əmanətlər üzrə öhdəliklərin yerinə yetirilmədiyi hal­lar­­da iştirakçıların məsuliyyəti ilə bağlı məsələlərə də to­xu­­­nulur.
Tam yoldaşlıq müəssisələrində mənfəət və zərər onun iştirakçıları arasında yığıma yönəldilən kapitalda xü­su­­si çəkiyə görə proporsional qaydada bölüşdürülür. Hər bir iştirakçıya görə verginin məbləğini müəyyən etmək üçün onun malik olduğu gəlirin üzərinə ümumi mən­fə­ət­dən xüsusi çəkidə əlavə edilir və bu məbləğdən vergi he­sab­­lanır. Tam yoldaşlığa əsaslanan sahibkarlıq müəs­si­sə­nin iştirakçıları öz əmlakları üzərində tam məsuliyyət da­şı­­­yırlar.
İqtisadi ədəbiyyatda və sahibkarlıq praktikasında kom­­­mandid yoldaşlığını çox hallarda qarışıq yoldaşlıq for­ma­sı da adlandırırlar. Qarışıq yoldaşlıq formasının ma­hiy­yə­ti sahibkarlıq fəaliyyətini həyata keçirən və öz əmlakına görə məsuliyyət daşıyan iştirakçılarla yanaşı bir və ya bir neçə iştirakçı da olur ki, bunları da koman­did­çi­lər adlandırırlar. Komandidçilər yoldaşlıq müəs­sisəsində sa­hibkarlıq fəaliy­yə­ti­nin həyata keçirilmə­sin­də iştirak et­mir­lər.
İstər tam yoldaşlıq və istərsə də qarışıq yoldaşlıq for­ma­larına əsaslanan sahibkarlıq qurumları heç bir nizam­na­mə­yə malik olmur. Onlar bütün iştirakçıların imzaladıqları təsis müqaviləsi əsasında yaradılır və fəaliyyət göstərir.
Sahibkarlıq fəaliyyətinin müasir təşkilat formasından biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyət­lə­ri­nin aşağıdakı növləri fərqləndirilir: məhdud məsuliyyətli cəmiy­yətlər, əlavə məsuliyyətli cəmiyyətlər, səhmdar cə­miy­­yətləri, asılı cəmiyyətlər.
Keçmiş İttifaq respublikalarında bazar münasibət­lə­rinə keçidin ilkin dövrlərində məhdud məsuliyyətli yoldaş­lıq müəssisəsinin yaradılması geniş yayılmışdır. Bu cür cə­miyyətlər bir və ya bir neçə şəxs tərəfindən təsis edilir. Bu cəmiyyətin nizamnamə kapitalı hər bir təsisçinin kapi­ta­lının xüsusi çəkisi əsasında formalaşır. Məhdud mə­su­liyyətli cə­miy­yətin iştirakçıları onun öhdəliklərinə ca­vab­deh­lik da­şı­mır və qoyduqları əmanətin dəyəri çər­çi­vəsində cə­miy­yə­tin fəaliyyəti ilə bağlı zərərlilik öz üzə­rinə gö­tü­rü­lür.
Məhdud məsuliyyətli cəmiyyətdən fərqli olaraq əlavə mə­suliyyətli cəmiyyətin iştirakçıları cəmiyyətin təsis sə­nəd­ləri əsasında müəyyən edilmiş əmanətin dəyəri çər­çi­və­sində istər öz əmanətləri üzrə öhdəliklərə və istərsə də cəmiyyətin bütün fəaliyyətinə birgə məsuliyyət daşıyır. İş­ti­­rakçılardan birinin müflisləşdiyi şəraitdə onun öh­də­li­k­lə­ri qalan iştirakçılar arasında əmanətlərə uyğun pro­por­si­o­nal qaydada bölüşdürülür.
Sahibkarlıq fəaliyyətinin müasir təşkilat formasından biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyət­lə­ri­nin aşağıdakı növləri fərqləndirilir: məhdud məsuliyyətli cə­miyyətlər, əlavə məsuliyyətli cəmiyyətlər, səhmdar cə­miy­yətləri, asılı cəmiyyətlər.
Müasir şəraitdə sahibkarlığın ən geniş yayılmış for­ma­larından biri səhmdar cəmiyyətidir. Səhmdar cəmiy­yət­lərinin əksəriyyəti dövlət və bələdiyyə mülkiyyətinə əsas­la­nan müəssisələrin özəlləşdirilməsi yolu ilə yaradılır. Səhm­dar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə for­malaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü saziş əsasında yaradılan müəssisədir.
Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cə­miyyəti formasında yaradılır. Səhmləri yalnız təsisçilər ara­sında bölüşdürülən və təsisçilərin əksəriyyətinin ra­zı­lı­ğı ilə özgəninkiləşdirilən cəmiyyət qapalı tipli səhmdar cə­miy­yəti hesab edilir. Səhmləri müstəqil surətdə öz­gə­nin­ki­ləş­dirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.
Dövlət əmlakına sərəncam vermək hüququna malik olan idarəetmə orqanlarının təsis etdikləri səhmdar cəmiy­yə­ti istisna olmaqla, səhmdar cəmiyyəti azı üç fiziki və ya hü­quqi şəxs tərəfindən təsis edilir. Dövlət əmlakına sərən­cam etmək səlahiyyətinə malik olan idarəetmə orqan­la­rı­nın təsis etdikləri səhmdar cəmiyyətinin təsisçilərinin sayı məh­dudlaşdırılmır. Onlar təklikdə (təkbaşına) səhmdar cə­miy­yətinin təsisçiləri ola bilərlər.
Cəmiyyətin təsisçilərinin ümumi yığıncağında qəbul edi­lən nizamnamədə aşağıdakılar göstərilməlidir cəmiy­yə­tin adı, tipi, hüquqi ünvanı, fəaliyyət növü, təsisçi və ya təsisçilər tərəfindən alınan səhmlərin kateqoriyası, növü, nominal dəyəri, təsisçi və ya təsisçilər tərəfindən alınan səhm­lərin miqdarı səhmdarlar öz öhdəliklərini yerinə ye­tir­­mədikdə görülən tədbirlər; idarəetmə, nəzarət və maliy­yə-təftiş orqanlarının tərkibi və səlahiyyətləri, fond­la­rın siyahısı və onların formalaşdırılması qaydası.
Səhmdar cəmiyyətinin formalaşdırılmasında dövlət müəs­­sisəsi iştirak etdikdə Maliyyə Nazirliyinin rəyi ol­ma­lı­dır.
Səhmdar cəmiyyəti dövlət müəssisəsinin çevrilməsi əsa­sında da yaradıla bilər. Bu halda dövlət müəssisəsinin səhm­dar cəmiyyətinə çevrilməsi əsaslarını parlament müə­y­­yənləşdirir.
Cəmiyyətin nizamnamə fondunun ümumi həcmi açıq tipli cəmiyyətlər üçün 10 milyon manat, qapalı tipli cə­miy­yətlər üçün isə 5 milyon manat məbləğində müəyyən edilir. Elan olunmuş nizamnamə fondunun məbləği bir il ərzində formalaşmalıdır və cəmiyyət səhmlərini dövlət qey­diyyatından keçirməlidir.
Cəmiyyət nizamnamə fondunu dövlət üçün o vaxt artıra bilər ki, buraxılmış bütün səhmlər nominal dəyərdən az olmamaq şərtilə ödənilmiş olsun. Nizamnamə fondu ye­­ni səhmlərin buraxılması, istiqraz vərəqələrinin səhm­lə­rə dəyişdirilməsi  və səhmlərin nominal dəyərinin ar­tı­rıl­ma­sı yolu ilə artırılır.
Açıq tipli səhmdar cəmiyyəti Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi formada hər il öz fəaliyyəti barəsində küt­ləvi informasiya vasitələrində məlumat dərc etdir­mə­li­dir. Dərc olunmuş məlumatın düzgünlüyünə səhmdar cə­mi­yyəti  və onun məsul işçiləri məsuliyyət daşıyırlar.
Səhm bölünməzdir. Bir səhm bir neçə şəxsə məxsus olduqda səhmdarların hamısı cəmiyyət qarşısında bir şəxs kimi çıxış edirlər.
Səhmlər yalnız onların dəyəri tam ödənildikdə ve­ri­lir. Fiziki şəxslər ancaq adlı səhmlərin sahibi ola bilirlər.
Cəmiyyət həmçinin imtiyazlı səhm buraxa bilər. On­la­rın ümumi məbləği cəmiyyətin nizamnamə fondunun  10 fai­zindən  çox ola bilməz. Cəmiyyətin nizamnaməsində baş­qa hallar nəzərdə tutulmadıqda imtiyazlı səhm sahibləri səs­vermə hüququna malik olmurlar. Cəmiyyətdə nizam­na­mə­­də nəzərdə tutulmuş həcmdə ehtiyat fondu yaradılır. Eh­tiyat fondunun minimum həcmi nizamnamə fondunun 15 faizindən az, maksimum həddi isə 25 faizindən çox ol­ma­­malıdır. Ehtiyat fondu cəmiyyətin balans mənfəətindən ayırmalar hesabına yaradılır. Ayırmaların həcmi nizam­na­mə­də mənfəətin 5-10 faizi həcmində nəzərdə tutulmalıdır. Cə­miyyət səhmdarların ona verdiyi əmlakın təsərrüfat fəa­liy­yəti nəticəsində istehsal olunmuş məhsulun, qazanıl­mış gəlirin, həmçinin qanunvericilikdə yol verilən əsas­lar­la əl­də edilmiş əmlakın sahibidir.
Səhmdarlar cəmiyyətin nizamnamə fonduna öz pay­la­rını bina, avadanlıq, qiymətli əşyalar, qiymətli ka­ğızlar, torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə hüquqları, pul vəsaiti, o cümlədən xarici valyuta şəklində ve­rə bilərlər.
Cəmiyyətin adi idarəetmə orqanı səhmdarların ümu­mi yığıncağıdır.
Ümumi yığıncaq səsvermə hüququna malik olan səhm­­darların azı 60 faizi iştirak etdikdə səlahiyyətli sa­yı­lır.



3.5. Sahibkarlığın və milli iqtisadiyyatın inkişafında özəlləşdirmənin rolu

Sahibkarlıq fəaliyyətinin və milli iqtisadiyyatın inki­şa­fında özəlləşdirmə mühüm rol oynayır. Özəlləşdirmə–ba­zar iqtisadiyyatına keçidlə əlaqədar həyata keçirilən iq­ti­sadi islahatların əsas tərkib hissəsi və iqtisadi sistemin trans­formasiyasının mühüm vasitəsidir. Bazar iqtisadiy­ya­tı­nın tələblərindən irəli gələn qanunauyğun, obyektiv ta­rixi zərurət sayılan özəlləşdirmə dövlət mülkiyyəti üzə­rin­də mülkiyyətçinin dəyişməsi, müəssisələrin və onların əm­laklarının vətəndaşlara, fiziki şəxslərə satılması de­mək­dir.
Azərbaycan Respublikasında həyata keçirilən özəl­ləş­dirmənin əsas məqsədi xüsusi mülkiyyət və azad rə­qa­bət prinsipləri əsasında öz özünü tənzimləyən bazar iqti­sa­diy­yatı mühiti yaratmaq, bazar iqtisadiyyatının tələblərinə mü­vafiq struktur dəyişikliklərini həyata keçirmək, iqti­sa­diy­yata investisiya cəlb etmək, milli iqtisadiyyatı dir­çəl­t­mək və sağlamlaşdırmaq, əhalinin həyat səviyyəsini yük­səlt­məkdən ibarətdir. Deməli, özəlləşdirmə prosesinin hə­ya­ta keçirilməsi müəssisə və təşkilatların dövlət tərəfindən bi­lavasitə idarəetmə funksiyasının aradan qaldırılmasına im­kan verir.
Dövlət mülkiyyətində olan müəssisə və təşkilatların özəl­­ləşdirilməsi xüsusi sahibkarlığın inkişafında əsas rol oy­nayır. Çünki özəlləşdirmə rəqabət aparmağa, səmərəli tə­sərrüfatçılığa, təşəbbüskarlığa və işgüzarlığa səbəb ola bi­­lən əlverişli şəraitin, mühitin formalaşmasının zəruri şə­r­ti­­dir.
Azərbaycan Respublikasında özəlləşdirməni səmərəli hə­yata keçirmək məqsədilə 1993-cü ildə Azərbaycan Res­pub­likasının Milli Məclisi tərəfindən “Azərbaycan Res­pub­­likasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haq­qın­­da” qanun qəbul edilmişdir. Lakin bu qanunun icra me­xa­­nizmi olmadığından özəlləşdirmə prosesinin həyata ke­çi­rilməsi xeyli gecikdirilmişdir. Bu qanun Azərbaycan Res­­publikasında 1995-1998-ci illərdə dövlət mülkiy­yə­ti­nin özəlləşdirilməsini  nəzərdə tuturdu və özəlləşdirmənin bi­­rinci mərhələsi hesab edilirdi.
Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-ci ilin 29 sent­ya­b­rın­­da imza­lan­mış “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə” döv­­lət mülkiyyətinin özəlləş­di­ril­mə­si­nin Döv­lət Proq­ra­mı”–da dövlət müəssisə və təş­ki­lat­la­rı­nın özəl­ləş­di­ril­mə­si­nin iki forması nəzərdə tutulmuşdur: a) kiçik müəssisə və təşkilatların özəlləşdirilməsi; b) orta və iri müəssisə və təşkilatların özəlləşdirilməsi.
1995-1998-ci illərdə kiçik müəssisə və təşkilatların özəl­ləşdirilməsi hərraclar və müsabiqələr əsasında satış yolu ilə həyata keçirilmişdir. Lakin Respublikada başa çatmış kiçik özəlləşdirmə zamanı dövlət müəssisə və təşkilatlarının heç birini konkret sahibkar ala bilməmiş və onların hamısı bir növ əmək kollektivlərinin adına yenidən rəsmiləşdirilməsidir. Belə bir vəziyyətin yaranmasının əsas səbəblərindən biri Dövlət proqramının əmək kol­lek­tiv­lərinə məcburi güzəştlərin verilməsi ilə izah edilir. Çünki əmək kollektivlərinin vəkil etdiyi şəxslər hər vasitə ilə kənar in­ves­torların hərracda iştirakına maneçilik tö­rət­miş­lər. Fak­ti­ki materialların təhlili göstərir ki, kiçik özəl­ləş­dirmə döv­lət üçün lazımi səmərə verməmişdir, yəni 1996-cı ildə 44,8 milyard manat dəyərində qiymət­lən­di­ril­miş və sa­tıl­mış ki­çik müəssisə və təşkilatların əmlakından dövlət büd­cə­si­nə cə­­misi 14,5 milyard manat vəsait daxil ol­muşdur. 08.01.1999-cu il tarixə Dövlət Əmlak Komitəsi tə­rəfindən özəl­­ləşdirilmiş kiçik müəssisə və obyektlər haqqında mə­lu­mat­­­lar göstərilmişdir ki, Respublika üzrə 19840 kiçik döv­lət müəssisə və obyektləri özəlləşdirmişdir ki, onlardan da 13198–i (66,3%) 1998-ci ilə qədər, 6642 – si (ya da 33,5%) isə 1998-ci ildə olmuşdur. Özəlləşdirilən müəssisə və ob­yekt­lər içərisində məişət xidməti və ava­dan­lıqlar, 9046 (ya da 45,6%), ticarət və ictimai iaşə ob­yektləri 2011 (ya da 10,1%), nəqliyyat vasitələri 5303 (və ya 26,7%), ica­rəyə ve­rilmiş qeyri-yaşayış obyektləri 1100 (və ya 5,5%), təşkil et­mişdir. Kiçik özəlləşdirmədən döv­lət büdcəsinə 124,1 mil­yard manat vəsait daxil ol­muş­dur.
Məlumat üçün qeyd edək ki, 2000-ci ilin avqust ayın­da Azərbaycanın iqtisadi həyatında son dərəcədə bö­yük əhəmiyyət kəsb edən iki sənəd – “Dövlət əmlakının özəl­ləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qa­nu­nu və “Azərbaycan Respublikasında dövlət əmlakının özəl­­­­­ləşdirilməsinin ikinci Dövlət Proqramı” Azərbaycan Res­publikasının Prezidenti H. Əliyev cənabları tərəfindən im­zalanmışdır. Bu sənədlərdə ölkəmizdə aparılacaq özəl­ləş­dirmənin ikinci mərhələsinin yeni istiqamətləri müəy­yən edilmişdir. Özəlləşdirməyə dair yeni qanun­ve­ri­cil­ik akt­larının təməl prinsipləri özəlləşdirmə prosesinin iq­ti­sa­di səmərə və sosial yönümlülük əsasında aparılmasını gös­tə­rilmişdir.
1995-1998-ci illərdə aparılmış özəlləşdirmə təcrü­bə­si­nin təhlili belə bir qənaətə gəlməyə əsas ver­miş­dir ki, özəl­ləşdirmənin birinci mərhələsinin həyata ke­çi­ril­mə­si nəticəsində çoxlu saylı kiçik müəssisə və obyektlərin mül­kiyyət formasının dəyişməsinə baxmayaraq, yeni ya­ra­dı­lan müəssisə və obyektlər əksər hallar sahibkarlıq, biz­nes fəa­liyyətini səmərəli qura bilməmişlər. Bu da özəl­ləş­dir­mə­nin ən başlıca məqsədinin – müəssisələrin tə­sər­rü­fat fəa­liyyətinin dirçəldilməsinə nail olmaqla ciddi prob­lem­­lər yaratmışdır.
Yeni qəbul olunmuş qanun və Dövlət Proqramı birin­ci mərhələdə həyata keçirilmiş özəlləşdirmə təcrübəsinin ya­radıcı şəkildə öyrənilməsi əsasında ortaya çıxmışdır. Tə­sa­dü­fi deyildir ki, yeni qanun və Dövlət Proqramında özəl­ləş­dir­mənin yeni üsulları müəyyən edilərkən bi­la­va­si­tə in­ves­to­run bu prosesə cəlb edilməsi imkanlarının real­laş­­dırılması nə­zərdə tutulmuşdur. Özəlləşdirmə prosesində ya­radılan səh­mdar cəmiyyətlərinin səhmlərin satışı mex­a­ni­z­minin tək­milləşdirilməsi də məhz bu məqsədə xidmət edir.
Bundan başqa, yeni qanun və Dövlət Proqramında orta və iri müəssisələrin özəlləşdirilməsində əhalinin və əmək kollektivlərinin mənafelərinin təmin olunması məq­sə­dilə onlara edilən güzəştlər daha ünvanlı və birbaşa xa­rak­ter daşıyır. İstər kiçik müəssisələrin, istərsə də orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı əmlakın güzəştli satışı və özəlləşdirmə çeklərinin geniş miqyasda istifadəsi nəzərdə tutulurdu. Bununla yanaşı, özəlləşdirmədən daxil olan vasitələrin bir hissəsinin mövcud dövlət müəssi­sə­lə­ri­nin və özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin sağlam­laş­dırılması istiqamətində ayrılması hazırkı mərhələdə apa­rılan siyasətin düşünülmüş və məqsədli xarakter daşı­dı­ğına dəlalət edir.
Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycan Res­publikası Prezidentinin müvafiq sərəncamı ilə yara­dıl­mış “Azəralüminium” səhmdar cəmiyyətinin təsis sənəd­lə­rinin hazırlanması işi başa çatdırılmışdır. Bu səhmdar cəmiyyəti üç böyük müəssisənin – Gəncə “Gil–Torpaq” İstehsalat Birliyinin, “Sumqayıtəlvanmetal” İstehsalat Bir­li­yinin və “Zəylik – Alunit” mədən idarəsinin bazasında ya­radılmışdır və artıq fəaliyyət göstərir. “Azəralüminium” səhm­dar cəmiyyəti çox böyük istehsal potensialına malik­dir və heç bir şübhə yoxdur ki, o, tezliklə Azərbaycan iqti­sa­diyyatında ən mühüm obyektlərdən birinə çevriləcək.
Deyilənlərdən əlavə, milli iqtisadiyyatımızın inkişa­fın­­da çox mühüm əhəmiyyət kəsb edən elektroenergetika sa­həsində fəaliyyət göstərən “Bakı-elektrik-şəbəkə”, “Gəncə-elektrik-şəbəkə” və “Sumqayıt-elektrik-şəbəkə” səhm­­dar cə­miy­yətləri yaradılmışdır. Ümumiyyətlə, 2001-ci ilin əv­və­li­nə­dək dövlət müəssisələrinin bazasında 50-dən çox səhmdar cəmiyyətləri yaradılmış və hərraca çı­xa­rıl­­mışdır.
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azər­bay­­can Respublikasının qanununu və “Azərbaycan Res­pub­­likasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”-nın qəbulu obyektiv zərurətdən irəli gəl­miş­dir. Birincisi, ona görə ki, köhnə qanun 1993-cü il­də qə­bul edilmişdir, həmin dövrdəki Dövlət Proqramı isə kon­k­ret müddətlər (1995-1998-ci illər) üçün nəzərdə tu­tul­muş­­dur; ikincisi, həmin proqram müstəqil Azərbay­can Res­publikasının ilk Konstitusiyası qəbul edilənədək qüv­və­yə minmişdir ki, bu da sözsüz ki, Konstitusiyada əksini tapmış mülkiyyət hüquqlarından irəli gələn bir sıra tələb­lə­rə cavab vermirdi. 2000-ci ildə qəbul edilmiş yeni qanun və Dövlət Proqramı deyilən qüsurları aradan qaldırmaqla daha sosial yönümlüdür. Onun sosial yönümlülüyü ondan irəli gəlir ki, özəlləşdirmə prosesində əmək kol­lek­tiv­lə­ri­nin və ayrı-ayrı fiziki şəxslərin hüquqlarının qorunması rəhbər tutulur. Başqa sözlə, istər yeni qanunda, istərsə də Dövlət Proqramında özəlləşdirmənin həyata keçiril­mə­si­nin hər hansı üsulundan asılı olmayaraq, müəssisələrin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxs­lərə 15 faiz güzəştli satışı nəzərdə tutub.
Əmək kollektivinin üzvlərinə bərabər tutulan şəxslər de­dikdə, bilavasitə müəssisədə çalışanlar, əvvəlki iş yer­lə­ri­nə qayıtmaq hüququna malik olanlar 1995-ci ilin bir yan­var tarixindən sonra müəssisədə aparılan struktur də­yi­şik­likləri və ştat cədvəlinin ixtisarları nəticəsində iş­dən azad olmuş və işsiz statusu almış şəxslər və son yeddi il ərzində həmin müəssisədə işləyib, oradan təqaüdə çıxan şəxslər nəzərdə tutuldu.
Yeni qanunda və Dövlət Proqramında ilk dəfə olaraq özəlləşdiriləcək müəssisə və obyektlərin tam təsnifatı verilib və özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlərin siyahısı göstərilib. Qanunda özəlləşdirmənin ikinci mərhələsində yeddi üsulu göstərilir ki, hansı ki onlardan üçü birinci Dövlət Proqramını həyata keçirdikdə is­tifadə olunmayıb. Bunlar fərdi layihələr üzrə müəs­si­sə­lərin özəlləşdirilməsi, ixtisaslaşdırılmış pul hərracları va­si­tə­silə dövlət əmlakının satışı və dövlət müəssisələrinin müflis elan olunması yolu ilə əmlakın satılması üsullarıdır. Digər dörd üsul əvvəllər də tətbiq edilmişdir.
Bundan başqa, yeni qanunda və Dövlət Proqramında kiçik müəssisələrin özəlləşdirilməsinin əvvəlki illərdən fərqi göstərilmişdir. Əvvəla, yeni qəbul edilmiş qanun və Dövlət Proqramı mövcud iqtisadi reallığı daha dolğun əks etdirməklə respublikamızda həyata keçirilən islahatlarla vəhdət təşkil edir; ikincisi, yeni qanun və Dövlət Proq­ra­mın­da kiçik müəssisələrin ölçü meyarı dəyiş­di­ril­miş­dir. Mə­sələn, sənayedə, tikintidə, nəqliyyatda və ra­bi­tə­də işçi­lə­rin sayı 50 nəfərədək olduqda, ticarət və xidmət sahə­lə­rin­­də isə 25 nəfərədək olduqda həmin müəssisələr kiçik müəs­­sisələr hesab edilirlər; üçüncüsü, yeni qanun və Döv­lət Proqramında kiçik müəssisələrin özəlləşdirilməsi qay­da­larında bir sıra yeniliklər vardır. Belə ki, hazırda Nizamnamə kapitalının 15 faizinin əmək kollektivinə gü­zəşt­li satışı nəzərdə tutulmuşdur, daha doğrusu özəlləş­dir­mə paylarına (çeklərinə) dəyişdirilib. Nizam­na­mə kapi­ta­lı­nın qalan 85 faizi isə, əmək kollektivi hərracın qalibi olar­sa, aşağıdakı qaydada satılır: a) 30 faizi hərrac ke­çi­ril­dik­dən sonra 5 bank günü ərzində ödənilir; b) 30 faizi əmək kollektivinə bağışlanılır; c) yerdə qalan 40 faizi isə iki il müddətində bağlanan alqı-satqı müqavilələrinin şərtləri çərçivəsində ödənilir.
Deyilənlərdən aydın olur ki, yeni qanun və Dövlət Proqramında əvvəlki Dövlət Proqramına nisbətən əsas fərq çeklərin güzəştli satışdadır. Belə ki, əvvəlki Dövlət Proqramında əmək kollektivi üçün nəzərdə tutulmuş Nizamnamə kapitalının 15 faizinin çeklərə dəyişdi­ril­mə­sinin mexanizmi başqa idi, yəni həmin çeklərin sayı özəl­ləş­dirmə payının bazar qiyməti əsasında müəyyən­ləş­di­ri­lir­di. Bu da, əvvəla, güzəştli satışın keçirildiyi dövrdə çek­lə­r­in qiymətlərinin artıb-azalması ilə bağlı müəyyən çə­tin­lik­lər yaradırdı; ikincisi, çeklərin bazar qiymətləri əsa­sın­da müəyyənləşdirilməsi bir növ respublikamızda qiymətli kağızlar bazarı tam formalaşmadığı üçün süni istifadə hallarına müəyyən qədər imkan yaradırdı. Bu baxımdan, yeni qanun və Dövlət Proqramında daha təkmil mexanizm öz əksini tapıb, yəni əmək kollektivinin hər bir üzvü bir pay təqdim edir və həmin payı təqdim etməklə kollektivin üzv­lərinin əldə edəcəyi nizamnamə kapitalının 15 faiz his­sə­sinin proporsional payına yiyələnmiş olur. Təbii ki, əmək kollektivinin hər hansı üzvü həmin güzəştli satışda iş­tirak etmirsə, onda bu hissə digər satış forması ilə özəl­ləş­dirilir.
Yeni qanun və Dövlət Proqramı ilə əvvəlki Dövlət Proqramı arasındakı əsas fərqlərdən biri hərracların ke­çi­ril­­məsi mexanizmidir. Məlum olduğu kimi, respub­li­ka­mız­da əmlakın, müəssisələrin qiymətlən­di­ril­məsi metod­i­ka­sı vardır, lakin onlar dünya təcrübəsində olduğundan bir qədər fərqlənirdi, yəni köhnə sovet mühasibat sisteminə əsaslanırdı və ona görə də həmin sistemin təkmilləş­di­ril­mə­sinə zərurət var idi. O qayda ilə əmlak qiymət­lən­di­ril­dik­də, əsasən, mülkün dəyəri bəzən mövcud reallığa, bazar konyukturuna uyğun gəlmirdi. Başqa sözlə, həd­din­dən çox yüksək olurdu. Düzdür, bizdə daşınmaz əmlakın ba­zarı mövcud deyil, amma qeyri-rəsmi olaraq belə bir bazar var və orada tələb və təklifdən asılı olaraq müəyyən qiymət həddi müəyyənləşdirilir. Belə olan halda, Dövlət Əmlak Nazirliyi hər hansı bir obyekti satışa çıxaranda alı­cı­lar ilk növbədə onun qiymətini bazar qiyməti ilə mü­qa­yi­s­ə edirlər və müəyyən nəticəyə gəlirlər. Bu da bir çox hallarda keçmiş Dövlət Proqramında kifayət qədər çev­ik mexanizmin olmadığı üçün bir sıra obyektlərin sa­tıl­ma­mış qalmasına səbəb olurdu.
İlkin hesablamalara görə, kiçik özəlləşdirmədə təq­ri­bən 6000-dən çox kiçik müəssisələr özəlləşdiril­mə­miş­dir, yə­ni satın alınmamışdır. Bunun əsas səbəblərdən bi­ri, qeyd etdiyimiz kimi, obyektlərin qiymətlərinin möv­cud ba­zar konyukturundan fərqlənməsi idi. Yəni Dövlət Proq­ra­mı işlənib hazırlanarkən göstərilən qüsurlar nəzərə alın­mış­dır. Belə ki, indi müəssisə qiymətləndirildikdən son­ra hərraca çıxarılır, əgər ilk iki hərracda həmin müəs­si­sə satılmırsa, növbəti hərraclarda onun qiyməti aşağı sa­lı­nır.
Məsələn, hazırda hərraca çıxarılmış müəssisənin qiyməti üçüncü hərracda 10 faiz, dördüncü hərracda 25 faiz və beşinci hərracda isə 50 faiz aşağı salınır. Nəticə eti­barı ilə bu, obyektə alıcı marağının yaradılmasına şərait ya­radır. Əgər müəssisə  göstərilən qaydada satmazsa, onda hə­min müəssisə müflis elan olunur. Bu halda dünya təc­rü­bəsində qəbul edilmiş başqa bir satış forması tətbiq edilir ki, bu da müəssisələrin müflis elan olunması yolu ilə sa­tıl­m­a­sıdır.


FƏSİL 4. MÜƏSSİSƏNİN TƏSƏRRÜFAT FƏALİYYƏTİNİN PLANLAŞDIRILMASI

4.1. Planlaşdırmanın mahiyyəti, prinsipləri və metodları

Sənayenin elmi əsaslarla idarə olunmasının ən mü­hüm cəhətlərindən biri də onun planlaşdırılmasıdır; plan­laş­dırma idarəetmənin əsas funksiyasıdır; plan­laş­dır­ma ida­rəetmə vasitəsidir.
Planlaşdırma, bazar iqtisadi sisteminə əsaslanan cə­miy­­yətin iqtisadi qanunlarının, xüsusilə tələb və təklif ara­sın­da tarazlıq qanunun düzgün dərk olunması və istifadəsi əsa­­sında xalq təsərrüfatına, onun ayrı-ayrı sahələrinə, mü­əs­­sisələrə rəhbərliyin formasıdır.
Əgər planlaşdırmanın prinsipləri, planın tərtibində tət­biq olunan metod və istifadə olunan göstəricilər sistemi iq­tisadi proseslərin mahiyyət və əlaqələrini düzgün nəzərə ala bilirsə, belə planlaşdırma elmi planlaşdırma hesab olu­nur.
“Plan” yunan sözü olub, məzmununa görə “rəvan”, “bə­­ra­bər” sözlərinə uyğun gəlir. Plan-məqsədi, məzmunu, həc­­­mi, metodları, ardıcıllığı, icra olunma vaxtı gös­tə­ril­mək­­lə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tu­­tulan iş və tapşırıqların məcmusunu özündə əks etdirən sə­­nəddir (məsələn, tədris planı, istehsal planı, biznes-plan və s.).
Planlaşdırma plan dövrü üçün işlənib hazırlanan iq­ti­sa­di və sosial məsələlər kompleksi olub, onların həlli va­si­tə­silə cəmiyyətin ehtiyaclarının həyat səviyyəsinin yük­səl­dil­məsini nəzərdə tutur. Planlaşdırma – məqsədə çatmaq üsu­ludur, resursların tədarükü və məhsul istehsa­lı­nın vax­tın­da, ahəngdar istehsal edilməsinin zəruri şərtidir.
“Planlaşdırma” anlayışına, elmi formalaşdıran bilik­lər sistemi kimi və habelə ictimai həyatın bütün sahə­lə­ri­nin şüurlu nizamlanmasına yerləşdirilmiş fəaliyyət növü, praktiki proses kimi də baxmaq olar.
Planauyğun inkişaf – ölkənin təsərrüfatının ən mü­hüm üstün­lüklərindən ibarətdir. Planlaşdırma nəinki müm­kün­dür, hətta obyektiv olaraq, zəruridir. İctimai istehsalın müx­­­təlif sahələrinin inkişafında daimi və planauyğun pro­p­o­r­sionallıq olmadan, istehsal vasitələri istehsalı ilə is­teh­lak vasitələri istehsalı arasında, sənaye ilə kənd təsərrüfatı ara­­sında, sənayenin sahələri və ayrı-ayrı müəssisələri ara­sında proporsionallıq olmadan iri təsərrüfatı müvəf­fə­qiy­yətlə idarə etmək olmaz. Bütün bu proporsiyalar öl­kə­nin xalq təsərrüfatı planlarında nəzərdə tutulur və həmin planlar yerinə yetirilərkən onlara riayət edilməlidir.
Planlaşdırma istehsalın arası kəsilmədən artması və tək­­milləşməsi, məhsuldar qüvvələrin düzgün yerləş­di­ril­mə­si və inkişaf etməsi üçün zəruri şərtdir. O, əmək və ma­terial ehtiyatlarından qənaətlə istifadə edilməsinə şərait yara­dır və ölkələrinin  təsərrüfat quruculuğunu əlaqə­lən­dir­məyə imkan verir.
Bütünlükdə xalq təsərrüfatının inkişafının planlaş­dı­rıl­ması onun ayrı-ayrı sahələri və müəssisələrinin işinin plan­laşdırmaq zərurətini müəyyən edir. Sənaye müəs­si­sə­lə­ri fəaliyyətinin planlaşdırılması müəssisə, habelə müəs­si­sənin sexlərinin və onların ayrı-ayrı sahələrinin işinin planlaş­dırılması (müəssisədaxili planlaşdırması) cəmiy­yə­tin planlaşdırmasının ümumi sisteminin ayrı-ayrı halqa­la­rı­dır. Müəssisə üzrə və müəssisədaxili planlaşdırma sahə və xalq təsərrüfatı planlaşdırmasının bilavasitə ardı olmaq­la, onunla bir vəhdət təşkil edir.
İctimai istehsal prosesinin həyata keçirilməsinin “tələb­ – resurs – planlaşdırma – vəzifə – funksiya – qərar” sis­temin­də idarəetmənin planlaşdırma funksiyası mühüm yer tutur. Buna görə də müəssisə daxilində planlaşdırma iş­ləri idarəetmənin bütün pillələrində – sexlərdə, istehsal sa­hə­lərində, briqadalarda və bütövlükdə müəssisə üzrə həyata ke­çirilir. Hər sənaye müəssisəsinin planı dövlət si­fa­rişi xalq təsərrüfat planının tapşırıqlarına, dövlət sifa­ri­şi əsasən tərtib edildiyindən müəssisənin fəaliy­yə­ti­nin plan­laş­­diril­ma­sı direktiv xarakter daşıyır. Dövlət sifarişi hər istehsalat kollektivi üçün əsasdır və hökmən yerinə ye­ti­rilməlidir.
Sənaye müəssisələrinin planları möhkəm təməl üzə­rin­də qurulur, çünki ictimai istehsal sistemində  hər müəs­si­sənin yeri dürüst müəyyən edilmişdir. Dövlət sifarişləri müəyyən miqdarda və müəyyən keyfiyyətli məh­sul ha­zır­la­maq üçün müəssisə qarşısında onun üzərinə kon­­kret və­zifələr qoyur. Eyni zamanda plan bu vəzifələri ye­rinə ye­tirmək üçün müəssisənin ixtiyarında olan ma­te­rial­ları  və əmək ehtiyatlarını da müəyyən edir.
Müəssisədə planlaşdırma işi  yalnız plan orqanlarına məxsus bir vəzifə deyildir; plan müəssisənin hər sahəsinin, hər sexinin işinə ediləcək rəhbərliyin əsasıdır.
Müəssisədaxili planlaşdırma müəssisə kollektivinin  canlı və əməli fəaliyyətidir. İstehsala plan üzrə rəhbərlik etmək, planları tamamilə və artıqlaması ilə yerinə yetir­mək uğrunda aparılan mübarizədə əldə edilmiş təc­rü­bə­lə­rin öyrənilməsinə, ümumiləşdirilməsinə  və onlardan isti­fa­də edilməsinə əsaslanır. O planların yerinə yetirilməsinə nə­zarət etmək işi ilə üzvi surətdə əlaqədardır; planların yerinə yetirilməsinə nəzarət edilməsi isə istehsalın gedişini düzgün nizama salmağa, müəssisənin normal işini pozan dis­proporsiyaların əmələ gəlməsinə yol verməməyə, plan­la­­rın vaxtından əvvəl yerinə yetirilməsi üçün ehtiyatları aş­­kar etməyə imkan verir.
Zavod üzrə və zavoddaxili əsas planlar əmək və mad­­di vəsait sərfinin mütərəqqi normalarına əsasən ha­zır­lanır. Planların göstəriciləri texniki – iqtisadi hesab­la­ma­larla əsaslandırılır. Bu, onlara səfərbəredici xarakter verir, istehsalı daha da inkişaf etdirməyə, texnikanın tərəqqisinə, əmək və maddi vəsait sərfini azaltmağa kömək edir.
Müəssisələrin və onların bölmələrinin (sexlərin, sa­hə­­lərin) planları nəinki kollektivin qarşısına müəyyən və­zi­fələr qoyur, bu planlar habelə həmin vəzifələri həll et­mək üçün konkret yollar da göstərir.
Planlarda zaman və məkan etibarilə  müəssisə planın necə yerinə yetirilməsi, planı nəinki tam, hətta artıqlaması ilə də yerinə yetirmək üçün nə kimi təşkilat texniki təd­bir­lə­rin görülməsi və müəssisəyə nə kimi vəsait alın­ma­sı la­zım gəldiyi haqqında da göstərişlər olur.
Planlaşdırma sənaye müəssisəsinin və onun bütün bölmələrinin (sexlərin, sahələrin, təsərrüfatın) istehsal-tə­sər­rüfat fəaliyyətinin bütün sahələrini əhatə edir. Buna gö­rə də müəssisədaxili planı vahid göstəricilər komplek­sin­­dən ibarətdir.
Plan göstəricilərinin vəhdəti onunla müəy­yən­ləş­di­ri­lir ki, əvvələn müəssisənin ayrı-ayrı hissələri arasında üzvi əla­qə vardır və onların fəaliyyətinin bütün nəticələri bir-bi­rindən asılıdır. İkincisi də, müəssisənin hər planı, hansı müd­dətə bu plan tutulursa tutulsun və müəssisənin fəa­liy­yə­tinin hansı sahəsini əhatə edirsə etsin, təsdiq edilmiş ey­ni göstəricilərə əsaslanır.
Müəssisədaxili planlaşdırma prosesində bu gös­tə­ri­ci­lər daha da təfsilləşdirilərək, istehsalın ayrı-ayrı haqlarının iş planlarına çevrilir. Bunu plan tutulan dövrlər haqqında da söyləmək olar. Hər hansı bir qısa dövr üçün tərtib olu­nan planlar daha uzun müddət tutulmuş planlarla əlaqədar o­lur. 
Müəssisədə planlaşdırmanın mühüm vəzifələrindən biri eyni texnikanı və qabaqcıl texnoloji prosesləri tətbiq et­mək və onlardan səmərəli surətdə istifadə edə bilmək üçün lazımi şərait yaratmaqdan ibarətdir.
Planlaşdırma əməyin təşkilini yaxşılaşdırmağa, kadr­la­rın mədəni – texniki səviyyəsini müntəzəm surətdə yük­səlt­məyə, təsərrüfat hesabını möhkəmləndirməyə, qə­na­ət üsuluna riayət etməyə kömək etməlidir.
Müəssisədaxili planlaşdırmanın vəzifələrindən biri də, texniki tərəqqi ilə, habelə itkinin və qeyri-məhsuldar xərc­lə­rin aradan qaldırılması ilə əlaqədar olan daxili is­teh­sal ehtiyatlarını aşkara çıxarıb, onları səfərbərliyə al­maq­dan ibarətdir. Bunlar müəssisəyə öz planını nəinki ta­ma­mi­lə, hətta artıqlaması ilə yerinə yetirmək üçün imkan ya­ra­dır.
Müəssisədə plan işinin əsas mahiyyəti aşağıdakı­lar­dan ibarətdir. a) yeni məhsul istehsalına hazırlıq işlərinə aid planlar tərtib etmək; b) istehsalı mənimsəmiş məh­sul­la­rın hazırlanması planlarını tərtib etmək; c) istehsal üçün zəruri olan iş qüvvəsini, material, enerji və başqa maddi re­sursları müəyyən etmək və d) plan dövründə müəs­si­sə­nin istehsal-təsərrüfat fəaliyyəti göstəricilərini texniki-iqtisadi cəhətdən əsaslandırmaq. Bu işin keyfiyyətlə icra edilməsi istehsalın daxili ehtiyatlarının müntəzəm surətdə aşkara çıxarılmasını və onlardan istifadə edilməsini təmin et­mək üçün təşkilat-texniki tədbirlər hazırlanmasını nə­zər­də tutur.
Zavoddaxili planlaşdırma prosesində planların layı­hə­lərinin geniş surətdə müzakirə edilməsi təşkil edilir, plan tapşırıqları bilavasitə icraçılara çatdırılır, planın ye­ri­nə yetirilməsi üçün operativ hazırlıq işləri aparılır, planın bir qərarda yerinə yetirilməsinə mane olan səbəblər aradan qal­dırılır və bu məsələdə də istehsalın gedişinə ara­sı­kə­sil­mə­dən nəzarət edilir və o nizama salınır.
Müəssisədə plan sahəsində aparılan işlərə istehsal, əmək, əmək haqqı və məhsulun maya dəyəri planlarının ye­rinə yetirilməsinin texniki-iqtisadi cəhətdən təhlil edil­mə­si işi də daxildir ki, bu da uçot və hesabatdan əldə edi­lən məlumat əsasında həyata keçirilir.
İri müəssisələrdə plan işinin bölüşdürülməsi zərurəti meydana gəlir. Bu, məsələn, yeni məhsul istehsalına ha­zır­lıq və onun mənimsənilməsi, yeni texnikanın tətbiq edil­mə­­si, material-texniki təchizat, avadanlığın təmiri və əsaslı tikinti işlərinin planlaşdırılmasına aiddir. Plan işinin bu bölmələrindən hər birinə müvafiq istehsalın işinin plan­laş­dırılması da daxil edilir.
Adətən, zavoddaxili planlaşdırma aşağıdakı prinsip­lər əsasında həyata keçirilir:
a) demokratik mərkəziyyət prinsipi-əsas strateji mə­sə­lələrin həllində mərkəzləşdirilmiş rəhbərliyin demok­ra­tiyanın inkişafı ilə, planlaşdırmada əmək kol­lek­ti­vi­nin iştirakının genişləndirilməsi ilə əlaqələn­di­ril­məsini nəzər­də tutur;
b) elmlilik prinsipi–iqtisadiyyatın dərk edilmiş inki­şaf qanunauyğunluqlarından istifadə olunmasını, hər bir müəy­yən dövrdə fəaliyyət göstərən obyektiv və subyektiv amil­lərin nəzərə alınmasını nəzərdə tutur;
c) fasiləsizlik prinsipi – o deməkdir ki, müəssisənin pers­­pektiv, cari və operativ planları qarşılıqlı əlaqəli  ol­ma­lı və planların yerinə yetirilməsinin müxtəlif mər­hə­lə­lə­rin­də əldə edilmiş resurs  və nəticələrdən asılı olaraq, real iqtisadi vəziyyətin daim dəyişən şəraiti nəzərə alınmalıdır;
d) komplekslilik prinsipi – planların istehsalın bütün tərəflərini, yəni istehsalı, elmi-texniki tərəqqini, əmək, maliyyə və s. – ni əhatə etməsini nəzərdə tutur. Bu prinsip tələb edir ki, müəssisə miqyasında ayrı-ayrı məsələlərin həllinə kompleks yanaşılsın;
e) mütənasiblik prinsipi  o deməkdir ki,  istehsal ilə istehlak arasında, əsas istehsal ilə qeyri-istehsal sahələri arasında və s. müəyyən mütənasiblik təmin olunmalıdır;
f) optimallaşdırma prinsipi – seçilmiş meyar ba­xı­mın­­dan ən yaxşı optimal planın müəyyən edilməsini təmin e­dir. Müəssisədə planların optimallaşdırılması meyarı ki­mi mənfəət, rentabellik və gətirilmiş məsrəflər çıxış edə bi­­lər.
Bunların arasında səmərəli əlaqələri yaratmaq  üçün bu proseslərin gedişatı əsasında gələcək inkişafını (plan­laş­dırmasını) müəyyən etməkdə iqtisadi metodların kö­məyi ilə həll etmək olar. Adətən, sənaye müəssisə­lə­rin­də plan­laşdırma işlərini həyata keçirmək üçün balans, nor­ma­tiv, analitik, proqram-məqsədli və iqtisadi-riyazi metod­lar­dan istifadə edilir.
Məlumdur ki, geniş təkrar istehsal mürəkkəb və çox­tə­rəfli, sahələrarası qarşılıqlı istehsal əlaqələri şəraitində baş verir. Bu cür əlaqələr həm natural və həm də dəyər formasında məcmu ictimai məhsulun istehsalı, bölgüsü, tədavülü (mübadilə) və istehlakı proseslərini birləşdirir.
Çoxillik təcrübəsi göstərmişdir ki, maddi istehsal sahələri arasındakı ən səmərəli proporsiya və kəmiyyət əla­­­qə­lərini müəyyən etmək üçün balans metodunun müs­təs­na əhəmiyyəti vardır.
Ümumiyyətlə, balans metodunun mahiyyəti planın elementləri (bölmələri) arasında əlaqə yaratmaq, plan tap­şı­rıqlarının uzlaşdırılması və planın texniki-iqtisadi cə­hət­dən əsaslandırılmasından ibarətdir. Xalq təsərrüfatı is­teh­sal sahələrin, o cümlədən sənayenin planlaş­dı­rıl­ma­sın­da isti­fadə olunan bu metod sənaye planın  bütün bölmə və gös­təriciləri arasında əlaqə yaradılmasına, onların kə­miy­yət asılılığının müəyyən edilməsinə imkan verir. Onun kö­mə­yi ilə iqtisadi cəhətdən əsaslandırılmış vahid, real pla­nın işlənib hazırlanmasına, planda yarana biləcək müəy­yən uyğunsuzluqların və nəhayət, istehsaldaxili ehti­yat­la­rın müəyyən olunaraq, səfərbərliyə alınmasına nail olmaq mümkün olur. Balans metodunun köməyi ilə optimal plan­la­rının tərtib edilməsi işi xeyli asanlaşır.
Bazar iqtisadi sisteminə daxil olmuş ölkələrin proq­noz­laşdırma  və inkişaf proqramlarının tərtibi prak­ti­ka­sın­da geniş istifadə edilən metodlardan biri də normativ me­tod­dur. O, elmi cəhətdən əsaslandırılmış mütərəqqi norma və normativlərin tətbiqinə əsaslanır. Norma və nor­ma­tiv­lə­rin mütərəqqiliyi istehsal edilən məhsulun keyfiyyətinin yaxşılaşdırılması şəraitində onlarda planlaşdırılan elmi-tex­niki tərəqqinin nailiyyətlərinin, istehsalın və əməyin təş­kilinin qabaqcıl üsullarının maksimum əks etdirilməsi ilə təmin edilir. 
Analitik metod – daha mütərəqqi metod hesab edilir, çün­ki o, elmi-tədqiqat işlərinin aparılmasını, analitik he­sab­­lama əməliyyatlarının yerinə yetirilməsini  və mövcud vəziyyətin təhlilini nəzərdə tutur.
Amillər metodu – istehsalda baş verən bu və ya digər dəyişikliklərin hansı amillər hesabına yarandığını müəy­yən etməyə imkan verir. Bunun üçün istehsalda dəyi­şik­lik­lə­rin əmələ gəlməsinə səbəb olan bütün amillər içərisindən ən əsasları seçilir və istehsalın son nəticələri ilə həmin amil­lərin əlaqəsi öyrənilir.
Proqram-məqsədli metod  son zamanlar ən geniş ya­yılmış metodlardan biridir. Proqram-məqsədli plan­laş­dır­ma – əvvəlcədən qoyulmuş müddətdə müəyyən prob­lem­lərin həllində, bu və ya digər müəssisənin inkişafında son nəticələr əldə edilməsinə yönəldilmiş planlaşdırmadır.
İqtisadi-riyazi metod  məqsəd funksiyasının mini­mal və maksimal hədlərinin axtarılıb tapılmasına imkan verir. Bu və ya digər məsələni həll etmək üçün iqtisadi-riyazi metod vasitəsilə müxtəlif modellər qurulur və on­la­rın arasından ən səmərəlisi seçilir. Modellərin müx­tə­lif növ­­lə­ri vardır: matris modellər – iqtisadiyyatın müxtəlif  sə­viy­­yələrində məhsulun istehsalı və bölgüsünün plan­laş­dı­rıl­ması və təhlili üçün nəzərdə tutulur; optimal plan­laş­dır­­ma modelləri – az məsrəflərlə tapşırılan istehsal nə­ti­cə­si­ni, yaxud tapşırılan ehtiyatlar həcmi ilə maksimum sə­mə­­rəni təmin edən proqramların işlənib  hazırlanmasında is­tifadə olunur; iqtisadi-statistik modellər – iqtisadi gös­tə­ri­cilərin əla­qələndirilməsində istifadə olunur.
 Elmi cəhətdən əsaslandırılmış normaların işlənib ha­zır­lanmasında analitik-hesablama metodundan və təc­rü­bi-eksperimental metoddan istifadə olunur. Analitik hesab­la­ma metodu nisbətən əməktutumlu olmağına baxmayaraq, ən mütərəqqi metod hesab edilir.
Normanın analitik-hesablama metodu ilə müəyyən olunması qabaqcıl texniki, təşkilati və iqtisadi amillərin nə­zərə alınmasına əsaslanır. Bu zaman texnoloji xəritə, təş­kilati-texniki tədbirlər haqqındakı mötəbər məlumatlar, nor­manın tərkibini müəyyən edən hər bir ünsür üzrə aparı­lan hesablama işlərində əsas kimi götürülür.
Analitik-hesablama metodu vasitəsilə norma müəy­yən etməzdən qabaq istehsal şəraiti, texnika və tex­no­lo­gi­ya­nın mütərəqqilik səviyyəsi, əmək prosesinin mü­tə­şək­ki­l­lik dərəcəsi, ölkə qabaqcıl və habelə əcnəbi ölkə müəs­sis­ə­lə­rinin iş təcrübələri hərtərəfli öyrənilir və təhlil olunur. Bunlardan başqa, xalq təsərrüfatında, o cümlədən müəs­si­sə­nin planlaşdırmasında qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi ekspert-qiymətləndirmə, ekstrapolyasiya və di­gər metodlarda tətbiq olunur.

4.2. Strateji planlaşdırma və onun mərhələləri

Planlaşdırma sisteminin aşağıdakı iki növünü: tex­ni­ki – iqtisadı və operativ planlaşdırma növlərini fərq­lən­di­rirlər.
Texniki–iqtisadi planlaşdırma müəssisənin müvafiq plan dövründə dövlət tapşırıqlarının və istehlakçıların si­fa­riş­lərinin yerinə yetirilməsinə yönəldilmiş texniki, iqti­sa­di, təşkilati və sosial inkişaf planlarının işlənib hazır­lan­ma­sı­na dair hesablamalar sistemidir. Texniki – iqtisadi plan­laş­dır­manın iki növünü: qısa və uzunmüddətli növlərini fərq­lən­dirirlər.
Uzunmüddətli planlaşdırma – iqtisadiyyatın və onun tərkib hissələrinin – sahələrin, müəssisələrin, adətən, beş il üçün iqtisadi və sosial inkişaf üzrə tapşırıqların işlənib ha­zırlanmasını nəzərdə tutur. Bununla o, əmək kollek­tiv­lə­ri­nin qarşıya qoyulmuş vəzifələrin həllinin ən səmərəli yollarını və üsullarını müəyyən edir, müəssisənin iq­ti­sa­diy­­yatının planauyğun inkişafını, onun tarazlığını və pro­po­rsionallığını təmin edir, intensivləşdirmə əsasında icti­mai istehsalın effektivliyinin artmasına səbəb olur. Ha­zır­da uzunmüddətli planlaşdırma funksiyasını strateji pla­n­laş­dırma yerinə yetirir.
Qısamüddətli planlaşdırma–uzunmüddətli plan tap­şı­rıq­larına əsasən müvafiq il üçün plan tapşırıqlarını müəy­yənləşdirir. Hazırda müəssisənin qısamüddətli planı funk­si­yasını biznes – plan yerinə yetirir.
Operativ planlaşdırma – ümumi plan tapşırıqlarının iş yer­lərinə (icraçıya) çatdırılmasına imkan verən plan­laş­dır­ma iş növüdür. O, indi də öz funksiyasını saxlayır.
“Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanunun 32–ci maddəsində [2] deyilir: “Müəssisə istehsal etdiyi məhsula, gördüyü işlərə, göstərilən xidmətlərə tə­ləbatı, habelə istehsalat və sosial inkişafını təmin etmək, onun işçilərinin şəxsi gəlirlərinin yüksəldilməsi zə­ru­ri­li­yi­ni nəzərə alaraq öz fəaliyyətini müstəqil plan­laş­dırır və inkişafının perspektivlərini müəyyən edir”.
Hər bir sahə və müəssisənin yaxın və uzaq gələcək üçün imkanlarının əvvəlcədən müəyyən edilməsi–proq­noz­­laşdırılması – bazar iqtisadiyyatına keçidlə əlaqədar di­rek­tiv planlaşdırma dövrünə nisbətən nəinki öz əhə­miy­yə­ti­ni itirir, tamamilə əksinə, daha da aktual olur. Yeni şərait di­rektiv planlaşdırmanın indikativ istiqamətləndirici məs­lə­hət–planlaşdırma ilə əvəz olunması zərurətini yaradır.
İndikativ planlaşdırma bir neçə strateji, tənzimləyici, təchizedici (korrektə), məlumatverici funksiyaları icra e­dir.
Strateji funksiya əsasən, sosial – iqtisadi inkişafın uzunmüddətli planlar proqnozlaşdırılmasından ibarətdir. Bundan əlavə makro səviyyədə inkişaf proporsiyalarının, plan dövrü üçün inkişafı çox vacib olan sahələrin müəy­yən edilməsi və bir də bazar mexanizminin normal işinin tə­min edə biləcək iqtisadi şəraitin formalaşdırılması da in­dia­kativ planlaşdırmanın strateji funksiyasının tərkib his­sə­sini təşkil edirlər. Bütün bunlar isə öz növbəsində uzun müddətli proqnozlar vasitəsilə həyata keçirilir.
Strateji planlaşdırma müəssisə üçün ali səviyyədən olan fəaliyyətdir və əksər hallarda istehsalın inkişafının tə­min olunmasına və mənfəətin artırılmasına xidmət edir. Stra­teji planlaşdırma – istehsal sahəsində müəssisənin məq­sə­di, onun potensial imkanları arasında strateji uy­ğun­lu­ğun yaradılmasının və qorunub saxlanmasının idarə edil­mə­si prosesidir. O, müəssisənin istehsal proqramının məq­səd və vəzifələrinə, “sifariş portfelinin” və istehsalın in­ki­şaf strategiyasına istinad edir.
Strateji planlaşdırmanın dörd mərhələsini: 1). müəs­si­sə proqramının işlənib hazırlanması; 2). müəssisənin məq­səd və vəzifələrinin müəyyənləşdirilməsi; 3). sifariş por­t­felinin tərtib edilməsi; 4). müəssisənin yüksəliş strate­gi­yasının işlənib hazırlanması mərhələlərini fərqlən­di­rir­lər.
1. Müəssisənin proqramı – müəyyən dövr ərzində onun həyata keçirəcəyi işləri, məqsəd və vəzifələri özündə əks etdirirLakin vaxt keçdikcə, istehsal təkmilləşdikcə və yeni əlverişli bazarlar meydana çıxdıqca müəssisənin məqsəd və vəzifələri də dəyişir. Belə bir hal strateji plan­laş­dırmanın daim təkmilləşdirilməsini və ona yenidən ba­xıl­masını tələb edir. Çünki müəssisələrə bu və ya digər əm­təələrin yalnız istehsalçısı kimi deyil, həmçinin  müş­tə­ri ehtiyaclarının və tələblərinin ödəyicisi kimi də baxmaq lazımdır. Bu onunla izah edilir ki, əmtəələr və texnologiya əvvəl – axır vaxt keçdikcə köhnəlir, bazarın ehtiyacları və tələbləri isə dəyişməz qala bilər. Odur ki, müəssisənin proq­ramı bazar yönümlü işlənib hazırlanmalıdır.
2. Müəssisənin məqsəd və vəzifələri – onun proqra­mı­nın əsasında müəyyənləşdirilir. Burada əsas məqsəd –müəs­sisənin mənfəətinin artımını təmin etməkdən iba­rət­dir. Bunun üçün mövcud əmtəələrin satışını artırmaq, carı xərcləri azaltmaq və ya bunların hər ikisinə birlikdə nail olmaqla çoxaltmaq mümkündür. Satışın həcmini daxili bazarın böyük bir hissəsini ələ keçirməklə və yaxud da yeni xarici bazarlara çıxmaqla artırmaq olar. Daxili ba­zar­lar­da öz payını, yəni satışın həcmini artırmaq üçün müəs­si­sə istehsal etdiyi əmtəələri daima yaxşılaşdırmalı və daha güclü stimullar yaratmaqla məşğul olmalıdır. Yeni xarici bazarlara çıxmaq üçün o, rəqabət qabiliyyətli məh­sul­lar istehsal etməyi bacarmalıdır.
3. “Sifariş portfeli”-nin (buna bəzən “təsərrüfat çan­ta­sı” da deyilir) inkişaf planıstrateji planlaşdırmanın əsas mərhələsi hesab edilir. Çünki müəssisənin əsas məqsədi məhsul  istehsal edərək satmaq və mənfəət əldə etməkdir. Müəssisənin “sifariş portfeli”-ni müəyyənləşdirərkən ba­za­­rın həcmi, onun artım tempi, buradan əldə ediləcək mən­fəətin məbləği, rəqabətin gərginliyi, işgüzar fəallığın möv­cudluğu, mövsümlüyü və əmtəə vahidin maya də­yə­ri­nin aşağı salınması imkanları nəzərə alınır.
Müəssisənin inkişaf planı müəyyən bölmələr əsa­sın­da qurulur. Bu planın bölmələri arasında məhsulun is­teh­sa­lı və reallaşdırılması (istehsal proqramı) bölmənin özü­nə­məxsus yeri və əhəmiyyəti vardır. Bu onunla izah edilir ki, yalnız bu bölmə müəssisənin plan dövründəki fəaliyyət məqsədini özündə təsbit edir. Planın qalan bölmələrinə gəlincə, əslində onlar məqsədə çatmaq vasitələridirlər, on­la­­rın tərtibi istehsal proqramına – ona istinad edilərək, uz­laş­dırılaraq tərtib olunurlar.
Müəssisənin ölçüsündən asılı olaraq onun inkişaf pla­nın bölmələri fərqlənirlər, lakin əsasən aşağıdakılardan iba­rət olurlar: 1. məhsulun istehsalı və satışı (istehsal proq­ramı); 2. maddi – texniki təminat; 3. əmək haqqı və kadr­lar; 4. investisiya və yeni texnikanın tətbiqi; 5. məh­su­lun istehsalı və satışı  xərcləri; 6. istehsalın iqtisadi sə­mə­rə­liliyinin yüksəldilməsi; 7. maliyyə planı.
Müəssisənin inkişaf planın bütün bölmələri biri-birilə qarşılıqlı əlaqədə və asılılıqdadırlar. Məsələn, istehsal proq­ra­mı (sifarişlər portfeli) müəyyən edildikdən sonra onun yerinə yetirilməsinin material təminatı aydınlaş­dı­rıl­ma­lıdır. Lakin istehsal proqramını yerinə yetirmək üçün  material resurslarına tələbatı müəyyən etməklə iş bitmir. Bunun üçün müəssisənin imkanları ilə resurslara tələbatın dəyər həc­mi uzlaşdırılmalıdır və s. Bir sözlə, bölmələr ara­sın­dakı bü­tün asılılıq, səbəb – nəticə əlaqələri tam aşkar edil­­dikdən və bölmələrin arasındakı kəmiyyət nisbətləri müəy­yən edil­dik­dən sonra həmin planın reallığına, əsas­lan­dırılma sə­viy­yə­sinin düzgünlüyünə zəmanət ver­mək o­lar.
4. Müəssisənin yüksəliş strategiyası – hansı isteh­sal­la­rın yaradılmasının, öz imkanlarının hansı sahələri inki­şafına yönəldilməsinin əlverişli olduğunu aşkar edir. Müəs­sisənin yüksəliş strategiyasının işlənib hazırlanması aşağıdakı üç mərhələdə həyata keçirilir.
Birinci mərhələdə, mövcud fəaliyyət miqyası da­xi­lin­də müəssisənin istifadə edə biləcəyi imkanlar aşkar edilir.
Buna intensiv artım imkanları deyilir və müəssisənin öz mövcud əmtəələrinə xas olan imkanlardan tam istifadə edildiyi hallarda özünü doğruldur. İntensiv artımın üç əsas növü­nü fərqləndirirlər: bazara dərindən daxil olma  müəs­si­sənin daha təcavüzkar marketinq sahəsində mövcud əmtəələrin mövcud bazarlarda satışının artırılması yol­la­rı­nın axtarılması deməkdir; bazar hüdudlarının geniş­lən­di­ril­mə­si–müəssisənin mövcud bazarlarında satılan əm­tə­ələrin mük­əmməlləşdirilməsi və ya yenilərinin yaradıl­ma­sı hesa­bı­na satış həcmini artırmaq səyidir.
İkinci mərhələdə, müəssisənin marketinq sisteminin digər ünsürləri ilə birləşmə imkanları müəyyənləşdirilir. Buna birgə artım imkanları deyilir. Birgə artım imkanları müəssisənin fəaliyyət sahəsinin möhkəm mövqeyi ol­duq­da və ya müəssisənin sahə çərçivəsində geriyə, irəliyə və ya üfüqi istiqamətlərdə hərəkəti hesabına əlavə qazanc əl­də edilməsi mümkün olan hallarda özünü doğruldur. Birgə artımın aşağıdakı üç növünü fərqlən­di­ri­li­rl­ər; a) geriyə doğ­ru birləşmə–müəssisənin mal gön­də­rən­lərinin sahib­ka­rı­na çevrilməsi və ya onları daha ciddi nə­zarət altına almaq cəhdlərindən ibarətdir: b) irəliyə doğ­ru birləşmə – müəssisənin bölgü sistemini öz mülkiyyətinə çe­virmək və ya ona nəzarəti daha da gücləndirmək üzrə gös­tərdiyi səylərdir: v) üfüqi birləşmə – isə müəssisənin bə­zi rəqib müəssisələri öz mülkiyyətinə çevirmək və ya on­ları öz nəzarəti altına almaq cəhdləridir.
Üçüncü mərhələdə, müəssisənin hüdudlarından kə­nar­da açılan imkanlar aydınlaşdırılır. Buna diversifikasiya ar­tımı deyilir. Diversifikasiya artımı imkanları sahə da­xi­lin­də müəssisənin məhsul satışını artırmaq imkanları olduğu hallarda və ya bu sahədə hüdudlardan kənarda artımın daha cazibədar olduğu zaman özünü doğruldur. Di­ver­sifikasiya artımı imkanlarının da üç növünü fərqlən­di­rirlər: ümumi mərkəzi diversifikasiya  texniki və ya mar­ketinq baxımından müəssisənin mövcud əmtəələrinə oxşar məlumatları öz nomenklaturasına daxil etmək deməkdir: üfüqi diversifikasiya  hazırkı dövrdə buraxılan əmtəələrlə heç bir əlaqəsi olmayan, lakin mövcud alı­cı­la­rın marağına səbəb ola bilən məmulatların öz çe­şi­di­nə da­xil edil­mə­si­dir: konqlomerat diversifikasiya  nə müəssi­sə­nin tətbiq et­di­yi texnologiyaya heç bir aidiyyatı olmayan məmu­lat­la­rın öz çeşidinə daxil edilməsini nəzərdə tutur.

4.3. Strateji planlaşdırmada proqnozlaşdırmanın rolu

Proqnozlaşdırmaya perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yol­la­rı­na, üstünlük veriləcək sahələrin inkişaf istiqa­mət­lə­ri­nə, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan və­zi­fə­lərin yerinə yetirilməsinə dair elmi cəhətdən əsas­lan­­dırılmış təsəvvür, mülahizə və tövsiyələrin məc­mu­su­dur. Proqnozlar vasitəsilə maddi istehsal sahələrin yaxın və uzaq perspektiv üçün inkişaf istiqamətlərini müəyyən et­mək imkanı əldə edilir.
Uzunmüddətli perspektiv inkişaf proqramları proq­noz­lar əsasında tərtib olunurlar. Proqnozlaşdırma əsasında alınan nəticənin dəqiqlik dərəcəsi yüksək olmasa da  onun üstünlüyü və vacibliyi, proqnozlara istinad edərək onların əsasında, hər hansı ictimai – iqtisadi prosesin gələcək inki­şa­fı üçün alternativ proqram variantlarını müəyyən etmək imkanının yaranması ilə izah edilir.
Proqnozlar əsasında orta bir müddəti əhatə edən–bir qayda olaraq – beş illik proqramlar tərtib olunur. Belə proq­ram­lar proqnozlara nisbətən daha dəqiq və konkret olur, çox saylı iqtisadi, sosial, elmi – texniki və təşkilati prob­lem­lərin həllini nəzərdə tutur. Proqramların əhatə etdiyi dövr üçün yerinə yetirilməsi planı işlənib hazırlanır. Gö­ründ­üyü kimi proqnoz, proqrama və planlar biri–birilə üz­vü vəhdətdədirlər.
Ölkənin sosial – iqtisadi inkişafına dair proqnozlar işlənib hazırlanarkən, hər şeydən əvvəl, mövcud vəziyyət iqtisadı, sosial və statistik tədqiqatlar vasitəsilə dərin təhlil edilir və qiymətləndirilir. Bundan sonra iqtisadi inkişaf kon­sepsiyasının iqtisadi strategiya və onun təminat vasitə­lə­­ri üçün makroiqtisadi, ekoloji, elmi – texniki, investisiya və struktur, sosial və xarici iqtisadi əlaqələr üzrə aparıla­caq siyasət, ölkə bazarında tələb və təklifin tarazlığı, ölkə­nin müdafiə qüdrətinin artırılması üzrə proqnozlar işlənib hazır­lanır. Sosial – iqtisadi inkişaf proqnozlarında habelə iq­ti­sadiyyatın idarə edilməsinin daha da təkmilləş­di­ril­mə­si, sahibkarlığın inkişaf etdirilməsi, ədalətli rəqabət mü­hi­ti­nin yaradılması və başqa bu kimi tədbirlər də nəzərdə tu­tu­lur.
Sosial – iqtisadi inkişaf proqnozlarında öz əksini tap­mış bütün fəaliyyət istiqamətlərinin kəmiyyət və key­fiy­yət cəhətlərini səciyyələndirən özünəməxsus göstə­ri­cilərdən istifadə olunur və bunlar planlaşdırma prak­ti­k­a­sı­na tətbiq olu­nular.
Proqnozlaşdırma – gələcəkdə obyektin və ya ha­di­sə­nin həddi və arzu olunan vəziyyətləri, onlara nail olun­ma­sı­nın və reallaşdırılmasının alternativ yolları haqqında eh­ti­mal təsəvvürün işlənib hazırlanmasını nəzər­də tutur. Gə­lə­cəyi görmək forması olan proqnozlaşdırma sosial–iq­ti­sa­dı, elmi–texniki proqramların və layihələrin  işlənib hazır­lan­­masından əvvəl gəlir. Proqnozlaşdırma sosial – iq­ti­sa­di və istehsal qərarlarının əhatə dairəsinin geniş­lən­di­ril­məsini, onların uzun müddətli nəticələrinin qiymət­lən­di­ril­mə­sini təmin edir və strateji proqramların texniki–iq­ti­sa­di cəhətdən əsaslandırılmasına səbəb olur. İstehsalın kon­k­ret şəraitindən asılı olaraq proqnozlar aşağıdakı əlamətlərə görə təsnifləşdirilir:
a)   doğruluq dərəcəsinə görə – hipotezik (ardıcıl he­sab­lamaları, məhdudlaşdırıcı amilləri nəzərə almadan və mülahizə edilən hadisələrin baş verməsinə təsir imkanları olmadan), analatik–hesablama (hadisələrin baş verməsinə tə­sir imkanları olmadan) və ardıcıl hesablamalara əsas­la­nan proqnozlar fərqləndirilir;
b)  vaxt müddətinə görə – proqnozlar uzunmüddətli (15 ildən çox), ortamüddətli (10-15 il) və qısamüddətli (1il­dən 5 ilədək) proqnozlara ayrılırlar;
c)   miqyasına görə – qlobal, ölkə, sahədaxili, müəs­si­sə­daxili və elm–texniki tərəqqinin ayrı–ayrı istiqamətləri üzrə olan proqnozlar fərqləndirilir;
d)   planlaşdırma sahəsinə görə – proqnozlar sosial, iqtisadi və elmi – texniki proqnozlara ayrılır;
e)    idarəetmə səviyyəsinə görə – xalq təsərrüfatı, re­gio­nal, sahə və müəssisənin sosial – iqtisadi inkişafının proq­nozlaşdırılması fərqləndirilir.
İqtisadi proqnozlaşdırma obyektləri aşağıdakılar ola bilər: istehsal güclərinin mənimsənilməsi müddətləri: is­teh­sal məsrəfləri: daxili və xarici bazarın vəziyyəti: kadr­la­rın idarə edilməsi və s. Bəzən proqnoz ilə planı eyni­ləş­di­rirlər. Bu düzgün deyildir. Əvvəla ona görə ki, proqnoz ehtimal xarakterli olduğu halda, plan real vəziyyəti əks etdirir; ikincisi, plandan fərqli olaraq proqnoz istehsalın inkişafının əsas meyllərini, irəliləmə hərəkətinin mümkün istiqamətlərini aşkara çıxarmağa imkan verir; üçüncüsü, proqnoz özünü doğrulmaya bilər, plan isə işlənib hazır­la­nar­kən texniki – iqtisadi cəhətdən əsaslan­dı­rıl­dığından hə­ya­ta keçirilməsi mümkündür. Ümumiyyətlə, proq­noz­laş­dır­manın aşağıdakı xarakterik cəhətləri vardır:
        - birinci, proqnozun qeyri – müəyyənliyi  dedikdə, onun qiymətləndirilməsi üçün müəyyən edilmiş meyarın da­xilən qeyri–mükəmməlliyi elmi nəticələrin sıçrayışlı hə­rə­kətinin xarakteri, sosial – siyasi hadisələrin qabaqcadan xə­bər verilməsinin çətinliyi, cari informasiyaların qeyri –də­qiq olması və təbii şəraitin dəyişikliyi nəzərdə tutulur;
-   ikincisi, proqnozun tədqiqat xarakteri daşıması o deməkdir ki, burada fundamental elmlərin nəticələri geniş tətbiq olunur və iqtisadi proqnozlaşdırma işlərinin çoxu elmi – tədqiqat müəssisələri tərəfindən həyata keçirilir. Bu isə başqa ölkələrin bu sahədə əldə etdikləri nailiyyətlər haqqında informasiyaların olmasını tələb edir;
        - üçüncüsü, proqnozun çoxvariantlılıq xüsusiyyəti – qeyri – müəyyənlik şəraitindən əmələ gəlir. Proqnozun əhatə etdiyi dövr uzun olduqca mümkün olan variantların sa­yı da çoxalır. Müxtəlif variantlı proqnozlar içərisindən seçil­miş səmərəli proqnoz planların işlənib hazır­lan­ma­sın­da istifadə olunur.

4.4. Biznes-plan və onun əsas bölmələri

Bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliy­yə­ti­nin planlaşdırılması sistemində özünəməxsus rol oy­na­yan və sahibkarlıq fəaliyyətinin inkişafında  mühüm əhə­miy­yət kəsb edən planlardan biri də biznes-plandır.
Sənayenin planlaşdırılmasının inkişafından bəhs olu­nar­kən sahibkarlıq fəaliyyətinin planlaşdırılması başqa söz­lə, biznes-planların tərtibi, məqsədi, məzmunu, quru­lu­şu və s. məsələlərin də, qısa da olsa, şərhi vacibdir.
Biznes-plan təbii bir haldır, çünki müəssisənin iqti­sa­di fəaliyyətinin ən əsas məqsədi ilə, yəni maksimum mən­fəət əldə edilməsi ilə bilavasitə əlaqədardır. Bu növ plan­laş­dırmanın strateji planlaşdırmadan fərqi ondan ibarətdir ki, o, daha qısa müddət üçün tərtib edilir və həmin müd­dət­də mənfəət əldə etməyə, yaxud da onun mövcud səviy­yə­sinin artırılmasına xidmət edir. Lakin bu plana yalnız mənfəət əldə edilməsini təmin edən birdəfəlik akt kimi bax­maq olmaz, çünki:
-   birincisi, bu plan müəssisənin məqsəd və vəzi­fə­lə­ri­ni, fəaliyyətinin ardıcıllığını və inkişaf perspektivlərini əks etdirən bir sənəddir;
-   ikincisi, bu plan bir növ universal xarakter daşıyır, yəni onun iqtisadi məzmunundan və tətbiqi sahəsindən asılı olmayaraq, sahibkarlıq fəaliyyətinin bütün formaları üçün xasdır və müəssisənin fəaliyyətini qiymətləndirmək üçün əsas təşkil edir;
-   üçüncüsü, bu plan müəssisənin hər hansı bir layi­hə­si­ni müəyyənləşdirmək istəyən banklar və investorlar üçün zə­ruridir. Deməli, biznes-plan müəssisəsinin həyata keçir­mək istədiyi layihəni elə əks etdirməlidir ki, o iqtisadi əməkdaşlıq sahəsində gələcəkdə tərəflər arasında aparılan da­nışıqlar prosesində işin müvəffəqiyyətliyini əsaslandıra bi­lən tutarlı dəlil olsun;
-   dördüncüsü, bu plan səmərəli təsərrüfatçılıq im­kan­la­rını əks etdirir. Belə ki, biznes-plan əsasında müəs­sisənin bütün iqtisadi ehtiyatlarının, o cümlədən maliyyə vasitələrinin səmərəli istifadə dərəcəsini ifadə edən xərclər və gəlirlərin müqayisəli təhlili durur. Başqa sözlə, müəs­sisənin biznes-planı elə işlənib hazırlanmalıdır ki, o kə­nar­dan cəlb ediləcək maliyyə vasitələrinin məqsədyönlü is­ti­fadəsinə, müəssisənin səmərəli istehsal-təsərrüfat fəa­liy­yətinə və mənfəətin əldə edilməsinə (özü də maksimum dərəcədə) təminat vermək olsun;
-   nəhayət, beşincisi, bu plan layihənin icrasının kadr təminatı ilə bağlı məsələləri, məsələn, işçilərin cəlb edil­mə­si, onların hazırlanması, ixtisasların artırılması, yenidən ha­zırlanması və s. əks etdirir.
Biznes-planın tərtibində ümumi məqsəd istehsal sa­hib­karlığı üçün maliyyə mənbəyi tapmaq, investorları biz­nes fəaliyyətinə şirnikləndirməkdir.
Biznes-planlar tərtib olunarkən aşağıdakı şərtlərə əməl edilir:
- biznes–plan çox yığcam, sadə, tez dərk oluna bilən tərzdə peşəkarlıqla tərtib olunmalıdır;
- biznes–planın investorlar üçün cazibədar və an­la­şıq­lı olması məqsədilə o, bölmələr üzrə işlənib ha­zır­lan­ma­lı­dır;
- biznes–plan özünün obyektiv qiymətini almalı və bunun üçün o, sahibkarlıqla məşğul olacaq kollektivin hər biri tərəfindən öyrənilməlidir, auditor xidmətindən də istifadə etmək və onun rəyini də bilmək vacibdir;
-   biznes-plan potensial investora ilkin variantda təqdim edilməli və əgər planın onda maraq doğruluğuna inam yaranırsa, yalnız bu halda – planın məxfi saxlanılan cə­hətləri də aşkarlanır və onun müfəssəl variantı sər­ma­yə­çi­yə təqdim olunur.
Biznes-planın qarşısında konkret şəraitdən asılı ola­raq, aşağıdakı vəzifələr qoyulur: a) reallaşdırılacaq layihə­nin məqsədəuyğunluğunu iqtisadi cəhətdən əsaslandırmaq; b) xərclər ilə əldə ediləcək gəlirlərin müqayisəli təhlili əsasında gözlənilən iqtisadi-maliyyə nəticələrini araş­dır­maq; c) yerinə yetiriləcək məqsəd və vəzifələrin xarak­te­ri­nə və təyinatına uyğun olaraq, maliyyə mənbələrini və on­ların ödənilməsi şərtlərini müəyyənləşdirmək; v) layihə­nin reallaşdırılması üçün kadr sahəsində müəssisənin im­kan­larını  və ehtiyatlarını, yerinə yetiriləcək məqsəd və və­­zifələrin əsas istiqamətlərini əsaslandırmaq və s.
Müəssisədə biznes-plan müəyyən tələblərə uyğun olaraq işlənib hazırlanır və əsasən aşağıdakı bölmələrdən ibarət olur:
-       həyata keçiriləcək layihənin məqsəd və vəzifələri bölməsi;
-       xülasə bölməsi;
-       sahibkar tərəfindən istehlakçıya təklif edilən məh­su­lun və yaxud xidmətin xarakteri bölməsi;
-       tələbin, satış bazarının və həcminin təhlili və qiy­mət­ləndirilməsi bölməsi;
-       texniki-təşkilati tədbirlər bölməsi;
-       layihənin ehtimal təminat bölməsi;
-       layihənin səmərəlilik bölməsi;
Göstərilən bölmələr aşağıdakılarla bağlıdır.
1.      Həyata keçiriləcək layihənin məqsəd və vəzifələri bölməsi–özündə aşağıdakı məlumatları əks etdirir: əldə ediləcək mənfəətin səviyyəsini; layihənin həyata ke­çi­ril­mə­si nəticəsində əhalinin gündəlik tələbatlarının ödənil­mə­si imkanlarını; məhsul qıtlığının aradan qaldırılmasını; ekoloji mühitin yaxşılaşdırılmasını; müəssisənin kadr ya­ra­dıcılığı potensialının inkişafını; iqtisadi-işgüzar əlaqə­lə­rin dinamikasını; iqtisadi imkanların təbliğini və s. Bu böl­məni işləyib hazırlayan zaman həyata keçiriləcək bu və ya digər məqsəd və vəzifələrin iqtisadi səmərəliliyi müəy­yən­ləşdirilir.
2.      Xülasə bölməsi – layihənin əsas ideyalarının və məz­mu­nun qısa şərhindən ibarətdir və bundan sonrakı böl­mə­lər­in ümumi nəticələrini özündə əks etdirir. Bu bölmə daha dəqiq  və məsuliyyətli işlənib hazırlanmalıdır, çünki investorlar həmin bölmə ilə ətraflı tanış olduqdan sonra investisiya qoyuluşu və əməkdaşlıq haqqında qərar qəbul edirlər. Bu bölmədə aşağıdakılar göstərilir: layihənin qısa məz­munu və son məqsədi; istehsal estetikası və onun di­gər layihələrdən fərqli xüsusiyyətləri; qarşıya qoyulmuş məq­səd və vəzifələrə nail olmağın yolları; layihənin hə­ya­ta keçirilməsi müddətləri; layihənin həyata keçi­ril­mə­­si ilə əla­qədar olan xərclərin həcmi və onların maliy­yə­ləşdi­ril­məsi mənbələri; məqsəd və vəzifələrin yerinə ye­ti­ril­məsi nəticəsində əldə ediləcək səmərə, mənfəət və digər növ gəlirlərdən istifadə istiqamətləri.
3.      Sahibkar tərəfindən istehlakçıya təklif  edilən məh­su­lun və yaxud xidmətin xarakteri bölməsi – özündə aşa­ğı­­da­kıları əks etdirir: yeni məhsulun (şin, xidmətin) ödə­yə­cə­yi tələbatların sferası; həmin tələbatları ödəmək üçün is­tehlakçılara təklif edilən mövcud məhsullardan yeni məh­sulun üstünlükləri; yeni məhsul növlərinin realizəsi üçün nəzərdə tutulmuş qiymət; həmin məhsulun rea­li­zə­sin­dən əldə ediləcək mənfəətin məbləği və norması, yəni isteh­sa­lın rentabellik səviyyəsi və s.
4.      Tələbin, satış bazarının və həcminin təhlili və qiy­mət­ləndirilməsi bölməsi  sahibkarlıq fəaliyyətinin qar­şı­sın­da duran məqsəd və vəzifələrlə əlaqədar olan layihənin həyata keçirilməsinin təsiri altında formalaşır. Bu bölmədə aşağıdakılar öz əksini tapır: yeni məhsulların (xidmətlərin) əsas istehlakçıları; satışın hazırkı və perspektiv həcmi; məh­sulun satış qiyməti və onun gələcəkdə aşağı salınması im­kanları; istehlakçılara əlavə güzəştlərin edilməsi müm­kün­lüyü;  satışdan sonrakı xidmətlərin növləri və qay­dası; müəssisənin bazardakı rəqibləri və onların məh­sul­larının xüsusiyyətləri, keyfiyyəti və satış qiymətləri.
5.      Texniki-təşkilati tədbirlər bölməsi – sahibkarın özü­­nün bu və ya digər məqsəd və vəzifələr üçün işlənib ha­­zır­lan­mış layihənin  həyata keçirilməsi yollarını müəy­yən et­mək üçün lazımdır. Bu bölmədə aşağıdakılar gös­tə­ril­ir: möv­cud istehsal gücünün artırılması və ya yeni is­teh­sal gü­cünün işə salınması üzrə tədbirlər; istehsalın opti­mal həc­mini təmin etmək üçün zəruri olan in­ves­ti­si­yanın həc­mi; müəssisənin maddi enerji və digər növ ehtiyatlarla tə­min olunması imkanları; istifadə oluna­caq texnologiya, tex­nika, kadrlar haqqında məlumatlar. 
6.      Layihənin ehtiyat təminat bölməsi – sahibkarlıq fəa­­liy­yətinin qarşısında qoyulan məqsəd və vəzifələrin hə­ya­ta keçirilməsi üçün lazım olan ehtiyatların növləri, həcmi, əldə edilməsi mənbələri və üsulları haqqında mə­lu­mat­ları özündə əks etdirir. Müəssisənin qarşısında qo­yulmuş məq­səd və vəzifələrin həyata keçirilməsi üçün la­zım olan ehti­yatlar içərisində maliyyə ehtiyatları əsas təşkil edir. Odur ki, bu bölməni tərtib edərkən, əsasən, ma­liy­yə eh­ti­yat­­ları ilə bağlı olan məsələlər, yəni investi­si­ya qo­­yu­luş­la­rı­­nın ümumi məbləği, maliyyələş­di­ril­məsi mən­bə­ləri (is­tiq­­raz buraxılışı, səhm satışı, kredit­lər, layihə sa­hib­­kar­la­rının öz vəsaitləri və s.) öz əksini ta­pır. Bununla belə, hə­min məq­səd və vəzifələrin həyata keçirilməsi üçün la­zım olan digər eh­tiyatlar (məsələn, xammal və ma­te­rial­lar, yana­caq-enerji, bina və qurğular, nəqliyyat vasitələri və s.) və əmək eh­tiyatları haqqında məlumatlar da bu böl­mə­də göstərilir.
7.      Layihənin səmərəlilik bölməsi – özündə layihənin ren­tabelliyi və həmin layihənin həyata keçirilməsi nəti­cə­sin­də əldə ediləcək mənfəətin, gəlirin məbləği haqqında məlumatları özündə əks etdirir. Onlara aiddir: məhsulun is­tehsalı və satışı həcmi; məhsulun satışından əldə edi­lə­cək mənfəətin məbləği; mənfəətdən ödəniləcək vergilərin həcmi; vergi verildikdən sonra müəssisənin sərəncamında qalacaq mənfəətin məbləği və s.

4.5. Müəssisənin istehsal proqramı və onun göstəriciləri

Planlaşdırmadan bəhs olunarkən, hər şeydən əvvəl, bir məsələyə mütləq aydınlıq gətirilməlidir – plan, proq­ram və proqnozun vəhdəti və fərqləri şərh olunmalıdır.
Bazar münasibətləri şəraitində işləyən ölkələrdə nə­zər­də tutulan təsərrüfat tədbirlərinin vacibliyi və mü­rək­kəbliyindən asılı olaraq qısa, orta, uzun dövrü əhatə edən və bir də fövqəladə proqramlar işlənib hazırlanır və həyata keçirilir. Proqram və plan arasındakı fərqi və vəhdəti bil­mək üçün “proqram” anlayışının mahiyyətini bilmək ki­fa­yətdir. Proqram – dövlət tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat  tədbirləri üzrə məqsəd və vəzifələr məcmusudur: proqram icrası nəzərdə tutulan iqtisadi inkişaf və sosial tərəqqi tədbirlərinin hə­y­ata ke­çi­ril­məsi üçün fəaliyyət planıdır. Plan – proqramda öz ək­sini tapan tədbirlərin rəvan, bir qaydada realizə olun­ma­sı məq­sə­dilə həyata keçirilməsi nəzərdə tutulan konkret və komp­leks tədbirlər sistemidir. Göründüyü kimi, planla proq­ramın vəhdəti çox, onların fərqi isə azdır; proqram – məq­səd və vəzifələrdirsə, plan onların yerinə yetirilməsi me­­xanizmidir, daha doğrusu, proqramın həyata ke­çi­ril­məsi üçün məqsədyönlü konkret tədbirlərin məcmusudur.
Müəssisənin istehsal proqramı onun carı ildə müəy­yən nomenklaturda, çeşiddə, keyfiyyətdə və müddətdə məh­sul buraxılışının həcmini özündə əks etdirir. Bazar iqti­sadiyyatı şəraitində müəssisənin istehsal proqramı döv­lət tapşırıqları, istehlakçıların  sifarişləri və təsərrüfat mü­qavilələri əsasında işlənib hazırlanır. Məhsulun no­menk­laturası  natural ifadədə məhsulun qruplar, yarım­qrup­lar və vəziyyətlər üzrə planlaşdırmada və uçotda qəbul edilmiş sistemləşdirilmiş adbaad siyahısıdır. Məh­su­lun çeşidi  məhsulun növ, tip, sort, ölçü, marka, artikul və s. üzrə tərkibini xarakterizə edir. Məhsulun keyfiyyəti  onun təyinatına müvafiq olaraq müəyyən şəxsi və istehsal tə­ləbatını ödəmək qabiliyyətini şərtləndirən xassələrin məc­mu­sudur.
Müxtəlif idarəetmə səviyyələrində istehsal proq­ra­mının işlənib hazırlanmasında və həyata ke­çiril­məsində məqsəd – ictimai tələbatın daha dolğun ödə­nil­məsindən, mal göndərmə üzrə müəyyən olunmuş öh­də­liklərin yerinə ye­tirilməsini təmin etməkdən, məhsu­lun keyfiyyətini mün­tə­zəm sürətdə yaxşı­laş­dır­maq­dan, müəssisənin möv­cud resurslardan və istehsal potensialından (istehsal poten­sia­lı – müəssisənin iqtisadi gücünün dəyərcə və maddi – əşyaca sə­ciyyələndirilməsi, istehsal aparatının müəyyən tərkibdə, tex­niki səviyyədə, keyfiyyətdə və maksimum həcmdə məh­­sul istehsal etmək qabiliyyətini ifadə edir) daha yaxşı is­­tifadə olunmasından ibarətdir.
Adətən, müəssisələrdə istehsal proqramı aşağıdakı ardıcıllıqla işlənib hazırlanır: ilk növbədə, müəssisələr ara­sın­da mal göndərmə barəsində bağlanmış müqavilələr, isteh­lakçılar tərəfindən verilmiş sifarişlər və dövlət tapşı­rıq­ları əsasında carı ildə buraxılacaq məhsulların (işlərin, xidmətlərin) tam nomenklaturası, çeşidi, miqdarı və müd­dət­ləri müəyyən edilir; 2) sonra carı ilin sonuna müəssisə an­barında qalmış hazır məhsulların miqdarı və tamam­lan­ma­mış istehsalın həcmi müəyyənləşdirilir; 3) daha sonra, zəruri təşkilati – texniki tədbirləri nəzərə almaqla cari il üçün istehsal proqramının layihəsi işlənib hazırlanır və əmək kollektivinin müzakirəsinə verilir. Əmək kollektivi tərifindən qəbul edilmiş istehsal proqramı müəssisənin mü­vafiq bölmələrinə göndərilir.
Müəssisə miqyasında bütün səviyyələrdə istehsal proq­ramı üç bölmədən ibarət olaraq işlənib hazırlanır:
a) natural ifadədə məhsul istehsalı bölməsi;     
b) tamamlanmamış məhsul qalığının dəyişməsi böl­mə­si;
v) istehsal gücü balansı və ondan istifadə bölməsi.
Sənaye müəssisələrində istehsal proqramını yüksək səviyyədə işləyib hazırlamaq üçün aşağıdakı tələbləri nə­zə­rə almaq lazımdır:
a) istehsal proqramı elə tərtib edilməlidir ki, onun həyata keçirilməsi dövlət tərəfindən verilmiş tapşırıqların, bağlanmış təsərrüfat müqavilələrin və istehlakçılar tərə­fin­dən verilmiş sifarişlərin tam və vaxtında yerinə ye­ti­ril­mə­si­ni təmin etmiş olsun;
b) istehsal proqramının göstəriciləri elmi cəhətdən əsas­landırılmalıdır, yəni o, elmi–texniki tərəqqinin nailiy­­­yətlərini, qabaqcıl istehsal təcrübəsini, səmərələş­di­ri­ci­lərin və yenilikçilərin təkliflərini (tövsiyələrini) özündə əks et­dir­məlidir;
v) istehsal proqramı istehsalın ahəngdarlığını təmin et­­mə­lidir, çünki bu, müəssisənin istehsal gücündən, maddi – ener­ji, əmək və maliyyə resurslarından istifadəni ya­x­şı­laş­dı­rır və öhdəliklərin vaxtında yerinə yetirilməsinə şərait yara­dır;
q) istehsal proqramı optimal olmalıdır, yəni istehsal proq­ramı elə işlənib hazırlanmalıdır ki, əksər fəhlələr tərəfindən yerinə yetirilmiş olsun;
d) istehsal proqramı mövcud texnoloji maşın və ava­dan­lıqların tam yüklənməsini təmin etməlidir.
Müxtəlif sənaye müəssisələrində işlənib hazırlanan istehsal proqramlarının tərkibi və quruluşu eyni deyildir, çünki hər bir konkret müəssisədə istehsal proqramının tərkibi və quruluşu istehsalın təşkili tipindən, texnika ilə silahlanma səviyyəsindən, müəssisənin məqsəd və stra­te­gi­yasından, onun ixtisaslaşdırılması dərəcəsindən və s. amillərdən asılı olaraq formalaşdırılır.
Müəssisənin istehsal proqramının əsaslandırılması onun iş qüvvəsi və material resursları  ilə təminatı səviy­yə­sindən bilavasitə asılı olur.
İstehsal proqramının  resurs təminatının müəyyən et­mək və əsaslandırmaq üçün iki qrup göstəricilərdən kə­miy­yət və keyfiyyət göstəricilərindən istifadə olunur.
Kəmiyyət göstəriciləri mütləq ölçülərdə ifadə olunur və belə göstəricilərə ümumi, əmtəəlik, realizə olunmuş, başqa həcm göstəriciləri  və habelə işçilərin sayı, əmək haqqı fondu, mənfəətin kütləsi və s. bu kimi digər gös­tə­ri­ci­lər aiddirlər.
Keyfiyyət göstəriciləri nisbidirlər – müxtəlif kəmiy­yət göstəricilərinin biri – birilə müqayisələri yolu ilə he­sab­­­la­nı­lır. Belə göstəricilərdən əmək məhsuldarlığı, fond­v­e­rimi, ma­terialtutumu, rentabellik səviyyəsi və s. gös­tər­mək olar.
Müəssisənin proqramının mühüm göstəricilərindən biri məhsul buraxılışı göstəricisidir. Müəssisənin tərkib­in­dən kənara buraxılan və kənara buraxılmaq üçün təyinat alan hazır məhsul və yarımfabrikatlar və habelə kənar üçün sənaye xarakterli xidmətlər daxil edilir.
Müəssisənin məhsulunun buraxılış planında istehsal olunan məmulatın kənara satışından və ya öz ehtiyaclarını ödəməkdən asılı olmayaraq, onları natural (cinsi) və dəyər göstəricilərində istehsal proqramına daxil edirlər.
Natural şəkildə hazır məhsul buraxılışı sənaye müəs­si­səsinin istehsal proqramının mühüm göstə­rici­lə­rindən biri hesab olunur.
İstehsal proqramına, natural şəkildə, məhsul istehsalı tap­şırığı sahələrarası proporsiyaları müəyyən edən ən mü­hüm məhsullar üzrə daxil edilir.
Məhsul həcminin natural göstəricilərlə plana daxil edilməsində məqsəd istehsalın maddi – əşya propor­si­ya­la­rı­nı və müəssisədaxili təsərrüfat əlaqələrinin müəyyən et­mək və sahələrin birgə fəaliyyətini nəzarət altına almaq, nə­ticə etibarilə istehsal ilə istehlak arasında uyğunluğa  nail olunmaqdır.
Məhsul istehsalı üzrə proqramda natural göstəricinin ölçü vahidi məhsulun istehlak xassələrini özündə daha dəqiq əks etdirən fiziki ölçü vahidlərində göstərilir. Məsə­lən, istehsal ediləcək elektrik enerjisinin həcmi kilo­vat –saatla, neft, kömür, çuqun, polad – tonla, parça – kv. metr­lə və s. ölçülür.
Bəzi məhsulların natural göstəriciləri iki ölçü vahidi ilə verilə bilər: məsələn, elektrik mühərrikləri həm ədədlə və həm də kVt güc ölçüsü ilə istehsal proqramına daxil oluna bilər.
Məhsul istehsalının həcmi natural ifadədə bağlanmış kontraktlar müqabilində kənara və həm də daxili ehti­yac­la­ra təyinatından asılı olaraq iki göstərici vasitəsilə verilir:
a) ümumi buraxılış;
b) əmtəəlik buraxılış.
Birinci göstərici həm kənara və həm də daxili ehti­yat­lar üçün təyinat alan bütün istehsalı özündə birləşdirir.
İkinci göstərici – əmtəəlik buraxılış – yalnız kənara,  ba­­­zar üçün təyinat almış məhsul istehsalının həcmini xa­rak­­terizə edir.
Natural ölçülərlə ümumi buraxılış göstəricisinin plan­­laşdırma praktikasında tətbiqi ən mühüm maddi ne­mət­l­ər istehsalının tam həcmini öyrənmək və bir də ayrı-ay­rı məhsullar üzrə istehsal gücləri–müəssisənin il ər­zin­də mak­simum məhsul istehsal etmək imkanı haqqında mə­lu­mat almaq üçün çox əhəmiyyətlidir.
Planlaşdırma praktikasında bəzən şərti – natural gös­tə­ri­cilər vasitəsilə ilə də məhsul buraxılışı həcmini istehsal proq­ra­mına daxil edirlər. Buna zərurət o vaxt yaranır ki, ey­ni is­teh­lak dəyəri və analoji iqtisadi təyinatı olan məh­su­lun müxtəlif növ­lərinin istehsalı və həm  də onların eyni öl­çüyə gə­ti­ril­mə­sinə ehtiyac duyulsun. Məsələn, yanacaq sə­na­ye­sində şərti yanacaq, yeyinti sənayesində şərti banka və s.
 Sənayenin istehsal proqramında məhsul buraxılışı həc­mi yalnız natural və ya şərti – natural ölçülərlə deyil, həm də dəyər ifadəsində verilir.
Dəyər ifadəsində məhsulun həcmini xarakterizə edən göstəricilərə ümumi, əmtəəlik, realizə olunmuş (satılmış), təmiz (xalis), şərti – təmiz məhsul, emalın normativ dəyəri göstəriciləri aiddirlər.
Ümumi məhsul göstəricisi sənaye – istehsal fəaliyyə­ti­nin son nəticəsini özündə əks etdirir.
Zavod metodu ilə hesablanan ümumi məhsul gös­tə­ri­ci­sinə kənara buraxmaq üçün istehsal olunan və özü­nün ehtiyaclarına istehlak olunan məmulat, yarımfabrikat, sə­na­ye xarakterli xidmətlər və bir də bitməmiş istehsal qa­lı­ğının dəyərləri daxil edilir.
Əmtəəlik məhsula ümumi məhsulun o hissəsi daxil edilir ki, onlar kənar üçün   istehsal olunur (və ya xidmət göstərilir) və təsərrüfat dövriyyəsinə təyinat alır. Başqa sözlə, əmtəəlik məhsula müəssisənin özünün ehtiyacları üçün istehsal olunmuş məhsulların və habelə bitməmiş is­teh­sal qalığının dəyərləri daxil edilmir.
Realizə olunmuş məhsulun tərkibinə bağlanmış kont­raktlar əsasında istehlakçılara göndərilmiş və haqqı ödə­nil­miş sənaye məhsullarının dəyəri daxil edilir.
Əgər əmtəəlik məhsul müxtəlif istehlakçıların ehti­yac­larını ödəmək təyinatı almış sənaye məhsullarının də­yə­rindən ibarətdirsə, realizə edilmiş məhsul isə artıq on­la­rın (istehlakçıların) təsərrüfat dövriyyəsinə daxil olun­muş sənaye məhsullarının dəyərindən ibarət olur.
Planlaşdırma praktikasında tətbiq olunan həcm gös­təricilərindən biri də təmiz (xalis) məhsul göstəricidir.
Xalis məhsul ümumi məhsulun dəyərilə onun isteh­sa­lına sərf olunmuş maddi məsrəflərin fərqi kimi hesab­la­nır və o yeni yaradılmış, əlavə edilmiş dəyərə ekvivalent olan göstəricidir.

FƏSİL 5. MÜƏSSİSƏNİN KADRLARI, ƏMƏK MƏHSULDARLIĞI VƏ  ƏMƏK HAQQI

5.1. Kadrların peşə hazırlığı və onun əhəmiyyəti. Müəssisənin kadrlarının tərkibi və təsnifatı

İstehsal proseslərini həyata keçirmək üçün əsas amil kimi iş qüvvəsi çıxış edir. Müasir zamanda iş qüvvəsinə daha böyük tələblər qoyulur. Elmi-texniki tə­rəq­qinin sürətli inkişafı nəticəsində yüksək ixtisaslı kadr­lara olan tələbat gün gündən artır, çünki buraxılan və istifadə olunan istehsal vəsaitlərindən yalnız yüksək ix­ti­sas və xüsusi texniki hazırlığa malik olan kadrlar səmərəli isti­fa­də edə bilərlər. İstehsalın mexanikləşdirilmə və av­to­mat­laş­dırma səviyyəsinin yüksəldiyi bir şəraitdə işçilərin mədəni-texniki və peşə-ixtisas səviyyəsinə tələb də kəskin surətdə artır. İşçilərin əməyi öz məzmununa və xarakterinə görə yüksək səviyyədə olmalıdır və onlar daha mürəkkəb işləri yerinə yetirməlidirlər. Bu da kadrların hazır­lan­ma­sı­na və onların ixtisasların daimi artırılmasına xüsusi diqqət yetirməsini zəruri edir. Peşə-ixtisas əmək bölgüsü daha mürəkkəb işləri sadə işlərdən fərqləndirməyə imkan verir və özünü kadrların peşə-ixtisas və tarif dərəcələri üzrə böl­gü­sündə büruzə verir. Odur ki, peşə-ixtisas üzrə əmək böl­güsü dərinləşdikcə yeni peşələr və ixtisaslar əmələ gəlir.
Hər hansı bir müəssisənin istehsal proqramı yerinə yetirmək üçün zəruri sayda işçilər tələb olunur, onların dəqiq tərkibdə və hazırlığa malik olması vacibdir.
Müasir dövrdə, əmək bölgüsü, yeni istehsal növ­lə­ri­nin meydana gəlməsi və elmi-texniki tərəqqinin yeni nai­liy­yətlərinin istehsala getdikcə daha geniş tətbiqi yeni peşələr və onların daxilində ixtisasların yaranmasına səbəb olur. İstehsalın inkişafı və tərəqqisi fəhlə nəinki hər hansı bir işi yaxşı yerinə yetirməyi bacarmalıdır, eyni zamanda o, maşın və avadanlıqların konstruksiyasını, istifadə etdiyi xammal və materialların fiziki-kimyəvi xassələrini və is­teh­sal texnologiyasını dərindən bilməlidir. Peşə və ix­ti­sas­ların mənimsənilməsində işçilərin peşə qabiliyyəti mü­hüm rol oynayır. Peşə qabiliyyəti insanın müəyyən əmək fəa­liy­yətini xarakterizə edir. Peşə qabiliyyəti in­san­da hə­yat­da, fəaliyyətdə qazanılır, yəni peşə qabiliyyəti mühüm rol oy­nayır. Peşə qabiliyyəti insanda həyatda, fəaliyyətdə qa­za­nılır, yəni peşə qabiliyyəti bilik, bacarıq və vərdişlərlə əla­qədardır. Ona görə də insanın mədəni-texniki sə­viy­yə­si­nə təsir edən amillər, eyni zamanda onların peşə qa­bi­liy­yə­tinin artmasına da təsir edir.
Müasir sənaye müəssisələrində kadrlardan səmərəli is­tifadə olunmasında və onların hazırlanmasına olan tə­lə­ba­tın minimuma endirilməsində peşələrin qovuşması xü­su­si əhəmiyyətini kəsb edir. Peşələrin qovuşması dedikdə, eyni işçi (fəhlə) tərəfindən müxtəlif növ peşə hazırlığı tələb edən işlərin yerinə yetirilməsi nəzərdə tutulur. Pe­şə­lə­rin qovuşması imkan verir ki, işçi tərkibində və ya özü­nün köməkçisi ilə eyni zamanda bir çox dəzgahda işləsin.
Müəssisənin kadrları, ilk əvvəl, istehsal heyəti (əsas fəaliyyət heyəti) və qeyri – istehsal heyəti (qeyri-əsas fəa­liy­yət heyətli) kimi qruplaşdırılır. İkinci qrupa mənzil-kom­munal təsərrüfatının, uşaq bağçalarının, səhiyyə və yardımçı təsərrüfatlarının işçiləri aiddir.
İstehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə fəhlələr, mühəndis-texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər və mühafizə işçiləri kateqo­ri­ya­larına bölünürlər.
İstehsal heyətin əsas tərkib hissəsi olan fəhlələr qru­pun bilavasitə məhsul yaradılmasında iştirak edən və ha­be­lə istehsal prosesinin normal  təmin edən işçilər aid olu­nur­­lar.
İcra etdikləri işin xarakterindəki fərqlərə görə fəh­lə­lər kateqoriyasını 4 əsas qrupa bölmək olar:
-  texnoloji prosesdə iştirak edən, əmək predmetini emal etmək yolu ilə bilavasitə hazır məhsula çevirən fəh­lə­lər. Lakin bunlardan əlavə, avtomatlaşdırılmış isteh­sal­larda fəhlə-nizamlayıcılar da bu qrupa daxil edilirlər, çün­ki onlar avadanlıqların normal işini təmin edirlər;
-  xammal, material və hazır məhsulun yarım­fab­ri­kat­la­rın daşınması, anbarlaşdırılması və qorunması ilə məşğul olan fəhlələr;
-  əsas fondların təmiri, istehsal avadanlıqlarının pro­fi­laktikasını həyata keçirən təmin üçün hissə və tərtibatlar istehsal edən fəhlələr;
-  hazır məhsulun keyfiyyətinə nəzarət işini icra edən fəhlələr.
Birinci qrupa daxil olan fəhlələr əsas, digər qruplara aid edilənlər isə köməkçi fəhlələr hesab olunurlar.
Mühəndis-texniki mütəxəssis və rəhbər işçilər ka­te­qo­riyasına istehsala texniki rəhbərlik funksiyasını həyata keçirən kadrlar aid olunurlar. Əqli əmək nümayəndələri olan bu kateqoriya işçilər istehsala rəhbərlik və onun təş­ki­linin konstruktor, texnoloji, təşkilati-texniki və sırf is­teh­sal müəssisələri ilə məşğul olurlar. Bu kateqoriya iş­çi­lərə müəssisənin rəhbərliyi, baş mütəxəssislər, tex­nik­lər, us­ta­lar və s. daxil edilir.
Qulluqçular kateqoriyasına maliyyə, uçot, təchizat-sa­tış, dəftərxana və bəzi inzibati-idarə işçiləri aid olu­nur­lar.
Şagirdlər kateqoriyasına fərdi və briqada (qrup) şək­lin­də həm bilavasitə müəssisənin özündə hamilik yolu ilə və həm də başqa məktəblərə ezamiyyə olunmaqla fəhlə pe­şəsinə yiyələnən gənclər aid olunurlar. Bu kateqoriyaya ha­belə müəssisənin balansında olan texniki-peşə mək­təb­lə­rinin şagirdləri də daxil edilir.
Kiçik xidmətedici heyətə inzibati-idarə binalarına qul­luq edən xadimələr, süpürgəçilər, minik avto­mo­bil­lə­ri­nin sürücüləri, kuryerlər , paltar asanlar və s. işçilər aiddir.
Mühafizə işçilərinə isə müəssisənin gözətçiləri və yanğından mühafizə işçiləri aid edirlər.
Müəssisə qeyri-istehsal sahələrində çalışan işçilər is­teh­sal heyətinə aid etmirlər. Bu qəbildən olan işçilərə ya­şa­yış binalarına, səhiyyə məntəqələrinə, uşaq bağ­ça­ları­na, klublara, yardımçı təsərrüfatlara xidmət edən işçilər daxil olu­nurlar. Bundan məqsəd istehsal işçiləri ilə istehsal xa­rak­terli işçiləri icra etməyənlər arasındakı optimal say nis­bətini müəyyənləşdirməkdir.
İstehsal işçilərinin peşə-ixtisas tərkibinə gəlincə o, hər bir müəssisənin özünəməxsus xarakterindən asılı ola­raq fərqlənir. Məsələn, metallurgiya üçün səciyyəvi olan peşə-ix­tisas işçisi poladəridən və polad yayandırsa, toxuculuq üçün-əyirici və toxucu, kimya müəssisələrində aparatçı və operator, maşınqayırma üçün tornaçılar, də­mir­çi­lər, çilin­gər­lər və s.-dir. Bütün bu müxtəliflik müəs­si­sə­nin texnoloji özünəməxsusluğundan irəli gəlir. Texnoloji əmə­liyyatları icra sahiblərinin xüsusi hazırlığı tələb olu­nur.
Müəssisənin kadrlarının peşə-ixtisas dərəcələri (kva­li­fi­kasiya) üzrə təsnifləşdirilməsi onun (müəssisənin) is­teh­sal strukturunda, texniki bazasında və işçilərinin mə­də­ni-texniki səviyyələrində baş verən dəyişikliklərin öyrənil­mə­sində böyük əhəmiyyət kəsb edir. Hər bir istehsal sahə­sin­də baş verən əmək bölgüsü elmi-texniki işləmələrin istehsala tətbiqi və bununla əlaqədar olaraq müxtəlif iş növ­lərinin yaranması və həmin işlərin yerinə yetirilməsi, on­lardan müəyyən nəzəri və empirik biliklər tələb edir ki, bunlar da öz əksini müxtəlif peşələrdə tapır.
Peşənin tərkibində isə əlavə bilik və vərdiş tələb edən ix­tisaslar formalaşır. Məsələn, çilingər peşəsi müxtəlif çilin­gər ixtisaslarına, çilingər-yığıcı, çilingər-alətçi, çilin­gər-təmirçi və s. bölünür. İxtisas isə öz tərkibində müxtəlif ixtisas dərəcələrini birləşdirir. Yerinə yetirilən işin mürək­kəb­liyi, dəqiqliyi, məsuliyyəti müəyyən bilik, vərdiş və ba­carıq tələb edir. Bundan asılı olaraq fəhlələrə ixtisas dərə­cələri verilir. İxtisas dərəcəsinin mühüm tərkib his­sə­lə­ri fəhlənin ümumi təhsili, texniki hazırlıq səviyyəsi və müəyyən ixtisas üzrə onun praktiki vərdişləridir.
İstehsalın texniki səviyyəsi yüksəldikcə, istehsala daha mütərəqqi və mürəkkəb maşınlar tətbiq olunduqca, tex­noloji istehsal üsulu təkmilləşdirildikcə, fəhlənin ixtisas də­rəcələrinə tələblər də çoxalır.
Fəhlələr ixtisas dərəcələrinə görə qrupa bölünür: ix­ti­sas­sız (ixtisas dərəcəsi olmayan), az ixtisaslı, ixtisasın yük­sək ixtisas dərəcəli.
Öz-özlüyündə aydındır ki, xüsusi hazırlıq tələb et­mə­yən işlərin icrası ixtisas dərəcəsi olmayan, başqa sözlə, ix­ti­sassız fəhlələr tərəfindən yerinə yetirilməlidir.
Az ixtisas dərəcəsi fəhlənin xüsusi hazırlıq keçmə müd­dəti cəmisi bir neçə həftə ərzində baş verə bilər. Bu qəbildən olan fəhlələrin icra etdikləri iş o qədər də mürək­kəb olmur.
İxtisas dərəcəsi, başqa sözlə, ixtisaslı fəhlələrin ha­zır­lanması 2-3 il müddətində vaxt tələb edir.
Yüksək ixtisas dərəcəli fəhlələrin hazırlanmasında, onlara nəzəri biliklərlə yanaşı müəyyən iş təcrübəsinin formalaşması da zəruri əhəmiyyət daşıyır. Belə fəhlələr isə nisbətən daha uzun müddətli vaxt ərzində formalaşır.
İstehsal sahəsində elmi-texniki tərəqqinin təsiri al­tın­da, tədricən olsa da, yuxarıda göstərilən ixtisas dərə­cələri arasında ixtisassız fəhlələrin sayı azalmağa doğru meyl edir, yüksək ixtisas dərəcəli fəhlələrin sayı isə artır.
Hər hansı bir istehsal sahəsində ixtisas dərəcəsi aşağı olan fəhlələrin  sayca çox olması o deməkdir ki, həmin sahədə elmi-texniki tərəqqinin nailiyyətləri lazımınca tətbiq olunmur, köməkçi işlərin, yükləmə-boşalma, təmir və s. – nin mexanikləşdirmə səviyyəsi aşağıdır.

5.2. Müəssisənin kadrlara tələbatının hesablanması və hazırlanmasının formaları

Müəssisə iqtisadiyyatının və habelə istehsal heyətinin ida­rə edilməsinin mühüm məsələlərindən biri də kadrlara tə­ləbatın düzgün müəyyən olunmasıdır. Bu iş əməyin nor­ma­laşdırılmasına və həmin məsələnin həllində konkret ola­raq vaxt norması, istehsal norması, xidmət norması, say nor­ması, idarəetmə həddi kimi normaların tətbiqinə əsas­lan­malıdır.
Müə­ssisədə işçilərin plan sayını aşağıdakı kimi he­sab­layırlar:
İpl=İi-∑İq
Burada, İpl – işçilərin plan sayı;
   İi – plan iş həcminin yerinə yetirilməsi üçün zə­ru­ri olan işçilərin  sayı;
    İq – əmək məhsuldarlığının yüksəldilməsi hesa­bı­na iş qüvvəsinə qənaətdir.
Digər bir metod plan tapşırıqlarının yerinə yetirilməsi üçün işçilərin sayının hesablanmasıdır. Bunun üçün aşağıdakı düsturdan istifadə olunur:
İix Əip
Burada, İb – bazis ilində işçilərin sayıdır;
     Əip – plan ili üçün istehsal proqramının artması əmsalıdır;
T.Hüseynovun [19] fikrincə, sonuncu metod nöq­san­lı­dır. Çünki plan ili üçün hesablamada bazis ilinin işçi­lə­ri­nin sayının müəyyən edilməsində yol verilən səhvlər və on­lardan (işçilərdən) necə istifadə olunması, daha do­ğ­ru­su, həmin sayın keçən il üçün nə qədər real olub-olmaması plan ili üçün (keçmişdə yol verilən səhvlər) bir növ qanu­ni­ləşdirilir.
Normalaşdırılması mümkün olan və olmayan işlər üçün iş qüvvəsinə tələbatın hesablanması qaydaları bir-birin­dən fərqlənir.
Normalaşdırılan işlərdə məşğul olacaq istehsal iş­çi­lə­ri­nə tələbatın hesablanması – müəyyən peşə və ixti­sas­lar üzrə – iş vaxtının sərfi əsasında aparılır. Nor­mal­laşdırılan vaxt məsrəfi istehsal proqramında istehsalı nəzərdə tutulan hər məmulat növü üzrə ayrı-ayrılıqda hesablanır, onlar sonradan cəmlənir. Bununla yanaşı vaxt norması müəyyən edilərkən, plan ilində əmək məhsuldarlığının yüksəl­dil­mə­si, fəhlələrin sayına tələbatı azaldan bir amil kimi nəzərə alı­nır.
  •İp
 
Normallaşdırılan işlərin icrası üçün fəhlə kadrlara tələbat (F5) aşağıdakı düsturun köməyi ilə hesablanır:

B1
 
                    Fs =

Burada, N – bir məmulatın istehsalına vaxt norması;
            İp – istehsal proqramı üzrə məmulatların sayı;
            B1 –bir fəhlənin faydalı iş vaxtı fondudur.
Göstərilən üsullarının səmərəli istifadəsi üçün ilk əvvəl fəhlələrin planlaşdırmada istifadə olunan əsas əm­sal­lardan biri məhsulu (istehsal proqramının) əmək tu­tu­mu­dur.
Məhsulun əməktutumu – qeyd etdiyimiz kimi, məh­sul vahidi istehsalına, yaxud müəyyən texnoloji əməliy­ya­tın yerinə yetirilməsinə (norma – saatla, ya da adam – saatla) sərf olunan iş vaxtının göstəricisidir.
Planlaşdırma zamanı əmək tutumunun 3 növünü fərq­ləndirirlər: normativ, plan və faktiki. Normativ əmək­tu­tumu–müəyyən məmulatın istehsalı üçün texnoloji prosesin bütün əməliyyatları üzrə mövcud texniki əsaslan­dı­rılmış vaxt normalarının məcmusudur. Plan əməktu­tu­mu–məhsul vahidinin istehsalı üçün planlaşdırılan iş vaxtı məsrəflərini özündə əks etdirilir. Faktiki əməktutumu isə müəy­yən dövr ərzində məhsul vahidinin hazırlanması üçün həqiqi iş vaxtı məsrəflərini ifadə edir.
Bundan başqa texnoloji, istehsal və tam əməm­k­tu­tu­mu da fərqləndirilir. Texnoloji əməktutumu – əsas işə görə fəhlələrin əmək məsrəflərinin və əsas vaxta görə fəhlələrin əmək məsrəflərinin məbləği kimi təyin edilir; istehsal əmək­tutumu – texnoloji əməktututumu ilə istehsala xid­mə­tin əməmktutumu məbləğindən ibarət olub, bunun əsas və köməkçi fəhlələrin əmək məsrəflərini əhatə edir; məh­su­lun tam əməktutumu isə müəssisənin sənaye istehsal he­yə­ti işçilərinin bütün kateqoriyalarının ümumi canlı əmək məs­rəf­lərinin məcmusunu əks etdirir. Əməktutumu göstə­ri­ciləri hesablanarkən əsas olaraq texnoloji əməktu­tu­mu götürülürki, bu da əməliyyat, hissə, qovşaq, məmulat və məhsul vahidi üçün vaxt normalarına görə hesablanır, is­teh­sal və tam əməktutumları isə iriləşdirilmiş qaydada mü­vafiq işçi qrupları arasında münasibəti xarakterizə edən əmsalların köməyi ilə müəyyənləşdirilir.
Vaxt norması – məhsul vahidi istehsalına sərf olunan iş vaxtının elmi əsaslandırılmış həcmidir; adam–saatla (dəqiqə ilə, günlə) müəyyən edilir. Vaxt norması müəyyən iqlim və təşkilati-iqtisadi şəraitdə işləyən bir və ya bir neçə icraçının əmək sərfini müəyyən edir. Vaxt norması hasilat normasını təyin etmək və məhsul vahidinin əmək tutumunu hesablamaq üçün əsas təşkil edir. Vaxt norması mühəndis hesablamaları və xronometraj ölçüləri əsasında müəyyən edilir. Onun tərkibinə iş vaxtının normalaşdırılan ünsürləri: hazırlıq tamamlama vaxtı (th.t); operativ vaxt (top); köməkçi vaxt (tköm); iş yerinə xidmət vaxtı (txid) və fasilə vaxtı (tfas) daxildir:
   tvax = th.t + top + tköm +txid + tfas
Operativ, xidmət və fasilə vaxtlarının məcmusu ədə­di vaxtı təşkil edir.
Müəssisədə fəhlələrin planlaşdırılmasında xüsusi yeri onların faydalı iş vaxtı təşkil edir.
Bir fəhlənin plan ilindəki faydalı iş vaxtı fondu–həmin işçinin təqvim iş vaxtı fondunun plan üzrə işə çı­xı­l­ma­yan günlərin sayı (məsələn, istirahət, bayram, mə­zu­niy­yət və s. günlər) və iş günlərinin ixtisar olunmuş saatları qədər az olur. Fəhlənin plan ilindəki faydalı iş vaxtı fon­du­nu (tfay) hesablamaq üçün təqvim iş günlərinin sayından (Ktəq) bayram və istirahət günlərin (Kist), həmçinin mü­di­riy­yətin icazəsi ilə işə çıxılmayan günlərin sayını (Kçıx) çıxıb, alınan kəmiyyəti iş növbəsinin uzunluğuna (tnöv) vurmaq lazımdır, yəni:
   Tfay = (Ktəq – Kist - Kçıx) • tnöv
Əsas fəhlələrin sayını istehsal proqramının əmək tutumuna görə, yalnız elə işlər və əməliyyatlar üzrə müəy­yən etmək olar ki, burada məhsul vahidinin və yaxud işin yerinə yetirilməsi üçün vaxt məsrəfi normasını təyin et­mək mümkündür. Digər hallarda əsas fəhlələrin sayını müəy­yən edilməsi üçün xidmət normasından, ya da hasilat nor­masından istifadə edilir. Əsas işəmuzdçu fəhlələrin əmək­­tutumuna görə müəyyən edilməsi üçün istehsal proq­ra­­mının plan əməktutumunu il ərzində hər orta siyahı fəh­lə­sinin faydalı (nominal) iş vaxtı fondu ilə normanın ye­ri­nə yetirilməsini nəzərə alan əmsalın hasilinə bölmək la­zım­dır.
Köməkçi fəhlələr üç qrupa ayrılırlar: a) əsas sex və istehsal sahələrində normalaşdırılan köməkçi işlərlə məş­ğul olan fəhlələr; b) yenə həmin sex və istehsal sahə­lə­rin­də normalaşdırılmayan köməkçi işlərlə məşğul olan fəh­lə­lər; c) köməkçi və xidmətedici sex və təsərrüfatlarda ça­lı­şan köməkçi fəhlələr. Normalaşdırılan işlərdə çalışan kö­mək­çi fəhlələrin sayının hesablanma metodikası əsas fəh­lə­lərin sayının hesablama metodikası aşağıdakı kimidir. Fərq yalnız ondan ibarətdir ki, burada istehsal proqramının əməktutumu əvəzinə köməkçi işlərin əmək tutumu əsas gö­türülür. Normalaşdırılmayan işlərdə çalışan köməkçi fəh­lə­lərin sayı iş yerlərinin miqdarına, yaxud xidmət nor­ma­larına görə müəyyən edilir.
Ştat cədvəli isə müəssisələrin quruluş və ölçüsü, xü­su­si bölmə və şöbələrin sayı, onların istehsalda düzgün yerləşdirilməsi əsasında müəyyən edilir.
Kiçik xidmətedici heyətin sayı bir nəfər işçinin xid­mət normasına görə hesablanır.
Müəssisələrdə çox vaxt gözətçilərin və mühafizə­çi­lə­rin sayı – gözətçi və mühafizəçi məntəqə­lə­rinin sayına gö­rə və nəhayət şagirdlərin sayı isə – əlavə işçilərə olan tələ­ba­­ta əsasən müəyyən edilir.
İstehsal heyətinin müəssisənin iqtisadi nəticələrinə tə­siri onun fəhlələrin peşə hazırlığından asılıdır.
Sənaye müəssisələrinin fəhlə hazırlığı əsasən texniki-peşə məktəbləri vasitəsi ilə aparılır. Texniki-peşə məktəb­lə­rində təhsil müddəti bir ildən üç ilə kimi müəyyən edil­miş­dir. Adətən, texniki-peşə məktəblərində hazırlanan fəhlə kadr­­ları istehsal hazırlığı ilə yanaşı texniki və nəzəri biliyə də malik olurlar. Texniki-peşə məktəblərində təhsil müd­də­ti bir il olan peşələr üzrə fəhlə kadrları ikinci də­rə­cə­li, iki il­lik təhsil müddətində – iki-üç, üç illik təhsil müd­dətində ha­zır­lanarsa, daha yüksək dərəcəli fəhlə kadr­la­rı hazırlanır. İstehsalın konkret şəraitindən asılı ola­raq fəh­lə kadrlarının əksər hissəsi bilavasitə müəssisə­lər­də ha­zır­­lanır.
Müəssisələrdə fəhlə kadrları, əsasən, aşağıdakı for­ma­larda hazırlanır:
a) fərdi formada – fəhlə kadrlarının hazırlanması hər bir şagirdin (yeni işə qəbul edilmiş  işçinin) iş yerində tə­li­mat­çılar tərəfindən öyrədilməsi yolu ilə aparılır. Tə­li­mat­çılar briqadirlər, baş ustalar və yüksək ixtisaslı fəh­lələr ola bilər. Onlar şagirdlərə konkret peşə üzrə əməli olaraq iş fəndlərini öyrənməyə və istehsalat vərdişi əldə etməyə kömək edirlər;
b) briqada formasında – fəhlə kadrları hazırlığı bri­qa­da şəklində təşkil olunan işlərdə həyata keçirilir. Briqa­da­nın tərkibi və miqdarı peşələrin müxtəlifliyindən və isteh­sa­lat şəraitindən asılı olaraq  müəyyən edilir. İstehsalat tə­limini başa vurduqdan sonra şagirdlər öyrəndikləri peşə və ix­ti­saslar üzrə müəyyən edilmiş qaydada sorğudan (im­ta­han­dan) keçirilir və onun nəticəsindən asılı olaraq  onlara mü­vafiq tarif dərəcələri verilir. Bu zaman təhsil müddəti üç aya qədər olur;
c) qrup formasında – istehsalat təlimi peşə qrupları üzrə aparılır və təlim işləri xüsusi briqadasında, yaxud da tədris-istehsalat emalatxanalarında həyata keçirilir. Qrup for­masında kadr hazırlığının briqada formasındakına nis­bə­tən fərqi ondan ibarətdir ki, briqada kollektiv fərdi işlər icra edən fəhlələrdən təşkil olunur. Qrup formasında daha mü­rəkkəb peşələr üzrə fəhlə kadrları hazırlanır;
d) məktəb və kurslar formasında  istehsalatdan ay­rıl­­maq və ayrılmamaqla daha mürəkkəb peşə və ixtisaslar üzrə fəhlə kadrları hazırlanır. Özü də istehsalatdan ayrıl­ma­dan təşkil olunan məktəb  və kurslar və məktəblərdə isə müəs­sisələrarası formada həyata keçirilir. Belə kurs və mək­təblərdə təhsil alanların sayı 10 nəfərdən az və 30 nə­fər­dən çox olmamalıdır.
Müəssisələr üçün mütəxəssis kadrları dövlət və qeyri-dövlət ali və orta ixtisas məktəblərində, kolleclərdə, uni­ver­sitetlərdə və Akademiyalarda hazırlanır. Mütəxəs­sis­lərin bu və ya digər mütəxəssis qrupuna aid edilməsi on­ların ali və orta ixtisas təhsili məktəblərini başa vur­duq­dan sonra aldıqları diplomlar ilə müəyyən edilir.
5.3. Əmək məhsuldarlığı və onun yüksəldilməsi yolları

Əmək məhsuldarlığı  dedikdə əmək sərfiyyatının sə­mə­rəliliyi, məhsulun hər vahidinə sərf edilən əməyin sə­viy­­yəsi nəzərdə tutulur. Əmək  məhsuldarlığının ar­tı­rıl­ma­sı  məhsulun istehsalı üçün lazım olan iş vaxtının qısal­dıl­ma­sı deməkdir. Cəmiyyət, məhsulun hər vahidinə sərf olu­nan əməyi azaltmaqla hər işçi başına daha artıq miqdarda məh­sul istehsal etmək və deməli, öz artan tələbatını daha dol­ğun təmin etmək imkanına malik olur. Əmək məh­sul­dar­lığının daim yüksəldilməsi, istehsalının artırılması və təkmilləşdirilməsi üçün zəruri şərtdir.
İstehsalında əmək məhsuldarlığını yüksəltmək üçün əməli yollar mövcuddur. Bu yollardan ən mühümü ağır sə­na­yenin birinci növbədə inkişaf etdirilməsi və ən yeni tex­ni­kanın daha geniş tətbiq edilməsindən, işçilərin ümu­mi təhsil və mədəni səviyyəsinin yüksəldilməsindən əmək  in­ti­zamının möhkəmləndirilməsi və onun ən yaxşı təşkili  for­malarının tətbiq edilməsindən və mövcud olan im­kan­ların genişləndirilməsindən ibarətdir.
Əmək məhsuldarlığının yüksəlməsi – istehsalı artır­maq, xalqın  maddi vəziyyətini daha da yaxşılaşdırmaq və mə­dəni səviyyəsini daha da yüksəltmək yolunda həlledici şərt­dir.
Əmək məhsuldarlığını yüksəltmək uğurundakı müba­ri­zə, əsas fondlardan daha yaxşı istifadə edilməsi və mate­ri­al resurslarının daha artıq qənaətlə işlədilməsi ilə sıx sürətdə əlaqədardır.
Fəhlə və qulluqçuların mədəni-texniki səviyyəsini yük­­səltmək və onların istirahəti üçün daha yaxşı  şərait ya­rat­­maq məqsədilə ictimai istehsal artdıqca  və əmək  məh­sul­darlığı yüksəldikcə onların qazandığı nailiyyətlər ço­xa­lar və gəlirləri artar.
Hər fəhləyə düşən istehsalın artırılması, əməyin in­ten­­sivliyini yüksəltmək, yəni müəyyən vaxt ərzində daha artıq miqdar əmək sərfi yolu ilə edilə bilər.
Əmək mühafizəsini və  təhlükəsizlik texnikasını ya­xın­laşdırmaq üçün sənaye müəssisələrində hər il böyük təd­birlər görülür. Bu şəraitdə sənayenin hər bir işçisi, özü­nün tam  qüvvə və qabiliyyətləri daxilində  vicdanla çalış­ma­lıdır.
Hər bir fəhləyə düşən istehsalın artırılması, əməyin məhsuldarlıq qüvvəsini yüksəltmək, yəni istehsalın  tex­ni­ki cəhətdən daha artıq silahlanması və işçilərin  ixtisasının yüksəldilməsi nəticəsində eyni miqdar əməyin daha çox məhsul vermək qabiliyyətini artırmaq yolu ilə əldə edilir. Bu, müəssisələrdə (əmək müəssisələrdə) əmək məhsul­dar­lığını yüksəltmək üçün əsas yoldur. Texnikanı durmadan tərəqqi etdirmək və kadrların mədəni-texniki səviyyəsini daima artırmaq haqqındakı obyektiv zərurət də buradan irəli gəlir. Sənayenin fəhlələri və mühəndis-texnik işçiləri is­tehsalın texnikası və texnologiyanın təkmilləşdirilməsinə hər vasitə ilə kömək etməyə və öz texniki biliklərini və mə­harətlərini daim yüksəltməyə çalışmalıdırlar.
Müasir cəmiyyətdə hər bir zəhmətkeş nə qədər çox məh­sul istehsal edirsə, öz əməyi müqabilində bir o qədər ar­tıq haqq alır; cəmiyyət də, istehsalı daha da inkişaf et­dir­mək və xalqın maddi rifahını yüksəltmək yolunda təd­bir­lər görmək üçün bir o qədər artıq imkan əldə etmiş olur. Əmək məhsuldarlığının yüksək surətlə artmasını təmin et­mək işində dövlət mənafeyi ilə xalq mənafeyinin ayrılmaz bir­liyi təzahür edir ki, bu da istehsalının əsas üstün­lük­lə­rin­dən biridir.
Əmək məhsuldarlığının səviyyəsi bir sıra amilləri əsasən müəyyən edilir; həm də əmək məhsuldarlığını daha da yüksəltmək üzrə hər bir sənaye sahəsinin və hər bir müəs­sisənin özünə məxsus spesifik xüsusiyyətləri və eh­ti­yat mənbələri vardır. Bu amillərin bir qismi müəs­si­sə­nin yerləşdirilməsi, onun kooperativləşmə əlaqələri, istehsalın müəyyən olunmuş həcmi və başqa şərtlərdən asılıdır.
Əmək məhsuldarlığını yüksəltmək sahəsində bila­va­si­tə müəssisələrin özündən asılı olan amilləri aşağıdakı qrup­lara birləşdirmək olar:
Birinci qrup amillər əməyin məhsuldar qüvvəsini yük­­səldilməsi və məhsulun əmək tutumluğunun azaldıl­ma­sı ilə əlaqədardır. Buraya aşağıdakılar aiddir:
- məhsulun özünün təkmilləşdirilməsi (onun kons­truk­tiv əsaslarının yaxşılaşdırılması, daha keyfiyyətli ma­te­riallardan istifadə edilməsi);
- istehsalın texniki səviyyəsinin yüksəldilməsi (fəhlə­lə­rin əməyinin texniki cəhətdən daha artıq silah­lan­dı­rıl­ma­sı, məhsulun hazırlanması üsullarının yaxşılaşdırılması);
- fəhlələrin ixtisas və ustadlığının yüksəldilməsi (məh­­sulun hazırlanması üzrə istehsal əməliyyatlarının fəh­lə­lər tərəfindən daha tez və daha yaxşı yerinə yetirilməsi);
- istehsalın və əməyin təşkilinin yaxşılaşdırılması (müəs­­sisənin istehsal vasitələrindən və əmək ehti­yat­lar­ın­dan daha səmərəli istifadə edilməsi).
Deməli, məhsulun əmək tutumluğu məhsuldar qüv­və­lərin inkişafından və istehsal şəraitindən bilavasitə asılı­dır. Texniki tərəqqi, kadrların ixtisasının yüksəldilməsi, əməyin və istehsalın təşkilinin yaxşılaşdırılması əsasında məh­sulun əmək tutumluğunun azaldılması əmək məh­sul­dar­­lığının durmadan artmasının əsas mənbəyidir.
Əmək məhsuldarlığının səviyyəsini müəyyən edən ikinci qrup amillər iş vaxtından istifadə edilməsinin yaxşı­laş­dırılması ilə əlaqədardır. Buraya aşağıdakılar aiddir:
- sağlamlaşdırıcı tədbirlər görülməsi və fəhlələrin məi­­şət şəraitinin yaxşılaşdırılması nəticəsində xəstəliyə gö­­­rə işə çıxmamaq və hallarının azaldılması və habelə üzr­süz səbəbə görə işə çıxmamaq hallarının ləğv edil­məsi yo­lu ilə istifadə edilməyən iş günləri miqdarının azal­dılması;
- iş yerinin hazır və avadanlığın saz olmaması, elek­trik enerjisinin və lazımi material və alətlərin olmaması və baş­qa təşkilat-texniki nöqsanlar üzündən növbə daxi­lin­də­ki iş vaxtı itkisinin aradan qaldırılması;
- əmək intizamının pozulması (işə gecikmək, fəhlə­lə­rin təqsiri üzündən boş dayanmalar, iş vaxtı qurtarmamış işi dayandırmaq) nəticəsində növbə daxilindəki iş vaxtı it­ki­­sinin aradan qaldırılması;
- məhsulun zay edilməsi və yenidən işlənməsi, müəy­yən edilmiş istehsal texnologiyasından kənara çıxılması, la­zımi ölçüdə materialların olmaması və iş vaxtının başqa qeyri-məhsuldar sərfi üzündən əmələ gələn iş vaxtı itki­si­nin aradan qaldırılması.
Deməli, iş vaxtından istifadənin effektliyi, bir tərəf­dən, əməyin və istehsalın təşkilindən, hər bir iş yerində fa­si­lə­siz və yüksək məhsuldar iş üçün lazımi şərait yara­dıl­ma­sından və digər tərəfdən, istehsalda əmək intizamının və fəhlələrin əmək şəraitinin və məişətinin vəziyyətindən asılıdır.
İş vaxtından daha yaxşı istifadə olunması müəs­si­sə­lər­də əmək məhsuldarlığının yüksəldilməsi üçün çox bö­yük ehtiyat mənbəyidir.
Məhsul vahidinin əmək tutumluğu hətta əvvəlki kimi saxlansa da iş vaxtı itkisinin azaldılması nəticəsində hər bir fəhləyə düşən məhsul buraxılışı xeyli artırıla bilər.
Əmək məhsuldarlığının səviyyəsini müəyyən edən üçüncü qrup amillər müəssisədə kadrların səmərəli yerləş­di­rilməsi ilə əlaqədardır. Buraya aşağıdakılar aiddir:
- inzibati-idarə işçiləri sayının azaldılması və işindən azad olunan işçilərdən bilavasitə istehsalatda istifadə edil­məsi (bu, müəssisənin hər bir işçisinə düşən məhsul isteh­sa­lının artmasına kömək edir);
- yardımçı və köməkçi fəhlə sayının azaldılması he­sa­bına əsas istehsal fəhlələrinin xüsusi çəkisinin ar­tı­rıl­ma­sı (bu, fəhlənin hər nəfərinə düşən istehsalın artmasına im­kan verir);
- fəhlələrdən, onların ixtisasına və istehsal təc­rü­bə­si­nə müvafiq surətdə istifadə edilməsi, belə ki, bir fəhlə öz qa­biliyyətindən asılı olaraq maksimum məhsul istehsal edə bilsin;
- işçi qüvvəsi axınının ləğv edilməsi, müəssisələrdə dai­mi fəhlə və mütəxəssis kadrların yaradılması.
Qabaqcıl müəssisələrin təcrübəsi göstərir ki, müəs­si­sə­də olan kadrlardan daha səmərəli istifadə olunmasının təmin edilməsi, əmək məhsuldarlığının daha da yük­səl­dil­mə­si üçün böyük ehtiyat mənbəyi təşkil edir.
Əmək məhsuldarlığını yüksəltmək uğrunda aparılan əsas istiqamətlər aşağıdakılardır:
1. Texniki tərəqqi və istehsalın texniki səviyyəsinin yük­səldilməsi. Müəssisələrdə əmək məhsuldarlığının su­rət­lə artmasının maddi əsası və başlıca mənbəyi texni­ka­nın arası kəsilmədən tərəqqi etməsidir.
2. Texniki tərəqqi – istehsal texnikasının arası kəsil­mə­dən yeniləşdirilməsi və müəssisələrdə maşın və ava­dan­lıq parkının təkmilləşdirilməsi. Texniki tərəqqinin ən əsas yollarından biri istehsal proseslərinin mexa­nik­ləşdi­ril­məsi və avtomatlaşdırılmasından, əl əməyinin maşınla əvəz edilməsindən ibarətdir.
3. Texniki tərəqqi istehsalın hərtərəfli elektrik­ləş­di­ril­məsi əsasında həyata keçirilir. Elektrik, iş maşını və me­xa­nizmlərini hərəkətə gətirmək üçün əsas enerji mənbəyi və­zifəsi görür.
4. Kadrların mədəni-texniki səviyyəsinin və ixti­sa­sı­nın artırılması. Sənaye durmadan yeni texnika ilə təchiz edi­lir.
5. İstehsalın təşkilinin yaxşılaşdırılması. Texnika və kadrlardan istifadənin effektliliyi onların istehsal pro­se­sin­də əlaqələndirilməsi və istehsalın təşkil edilməsi metod­la­rın­dan həlledici dərəcədə istifadəsi.
6. Əmək intizamının möhkəmləndirilməsi və iş vax­tın­dan səmərəli surətdə istifadə edilməsi. Əməyin təş­kil edilməsi – bunun da əsasını yoldaşlıq əməkdaşlığı və qar­şı­­lıqlı yardım münasibətləri təşkil edir – istehsal pro­se­sin­də bütün əmək və maddi vasitələrdən ən səmərəli surətdə is­ti­fadə etmək və yüksək əmək intizamı yaratmaq üçün ge­niş imkanlar açır.
7. Texniki normalaşdırmanın və əmək haqqının təş­ki­li­nin qaydaya salınması. Əmək məhsuldarlığının art­ma­sı normalaşdırmanın və əmək haqqının təşkilindən xey­li dərəcədə uzlaşdırmaq.
8. Əmək məhsuldarlığının yüksəldilməsinin mühüm amillərindən biri də zəhmətkeşlərin maddi rifah halının surətlə yaxşılaşdırılmasıdır.
5.4. Əməyin ödənilməsinin forma və sistemləri

Əmək haqqı əməkdən istifadənin qiymətidir. O, əmək­­­dən istifadənin saat, gün, həftə ərzində əməkdən isti­fa­dənin pulla ifadəsidir.
Cəmiyyətdə əmək haqqı, hər bir fəhlənin və ya qul­luq­çunun əməyinin kəmiyyət və keyfiyyətinə görə ictimai məhsulundan onun şəxsi istehlakı üçün ayrılan hissənin pulla ifadəsidir. Əmək haqqının düzgün təşkil edilməsi, müəs­sisənin müvəffəqiyyətlə işləməsi və əmək məh­sul­dar­lığının arası kəsilmədən yüksəlməsi üçün ən mühüm ilkin şərtlərdən biridir.
Əmək haqqı ictimai mənafe ilə işçinin öz əməyinin nə­ticəsi üçün maddi cəhətdən şəxsən maraqlı olması arasında qırılmaz əlaqəni ifadə edir.
İstehsalının inkişafı hələ cəmiyyət üzvlərinin bütün tə­ləbatını tamamilə və məhdudlaşdırılmadan təmin etmək sə­viyyəsinə çatmadığından məhsul bölgüsü üçün vahid ölçü müəyyən etmək lazımdır. Belə bölgü ölçüsü yalnız zəh­mətkeş  tərəfindən cəmiyyətə verilmiş əmək ola bilər. Həmin şəraitdə əməyə görə aparılan bölgü ictimai mənafe ilə şəxsi mənafeyi daha yaxşı bir surətdə əlaqələndirir. Müəssisələrdə əmək haqqı elə təşkil edilməkdir ki, isteh­sa­lın hər cəhətdən genişləndirilməsi və əmək məh­sul­dar­lı­ğının durmadan yüksəldilməsi üçün işçilərdə öz əməyinin nəticələri üzrə şəxsi maddi maraq kimi böyük bir qüvvə səfərbər edilə bilsin.
Öz əməyinin nəticələri üzrə işçinin şəxsi maddi ma­ra­ğını istehsalın genişləndirilməsində real qüvvəyə çevir­mək üçün işçinin əmək haqqını onun əməyinin nə­ti­cə­lə­rin­dən asılı etmək lazımdır. Başqa şərtlər bərabər olduqda, əmə­yin nəticələri hər şeydən əvvəl işçinin bacarıq, bili­yin­dən və onun ixtisasından asılıdır. Buna görə də öz mürək­kəb­liyi və çətinliyinə görə müxtəlif olan işlərin yerinə ye­ti­rilməsi üçün verilən əmək haqqının miqdarı da müxtəlif olmalıdır; ixtisaslı mürəkkəb əməyə, sadə əməyə nisbətən yüksək muzd verilməlidir. İxtisaslı əmək istehsala daha artıq fayda verir, çünki o, eyni vaxt ərzində daha çox mad­di dəyər yaratmağa və daha çox istehsal nəticəsi verməyə qa­bildir. Əməyin ixtisas və məhsuldarlığı bərabər olan hal­­larda ilk növbədə ən yaxşı işçiləri məhz çətin və mü­hüm sahələrə cəlb etmək və bununla da bütövlükdə is­teh­sa­lın inkişafını təmin etmək üçün həmin sahələrdəki iş­çi­lə­rə daha yüksək muzd vermək iqtisadi cəhətdən düz­gün­dür. Sənaye müəssisəsində əmək haqqı şərtləri elə qurulur ki, ağır və isti işlərdə, istehsalın başcıl sahələrində işləyən fəhlələrə daha yüksək əmək haqqı təmin edilsin.
Bazar münasibətləri şəraitində fəaliyyət göstərən müəs­sisələrdə əmək haqqının düzgün müəyyən olunması, həm muzdlu fəhlənin əməyinin ədalətli qiymətləndirilməsi və həm də sahibkarın iqtisadi maraqların təmin olunması baxımından çox vacibdir.
Fəhlənin əmək haqqının onun əməyinin keyfiyyəti (mürəkkəbliyi) və kəmiyyətinə görə (istehsal norması ilə) müəyyən edilməsi işçinin ona qarşı ədalətli münasibət gös­tərilməsinə dair imicin formalaşmasına səbəb olur.
       Kəmiyyətcə çox və keyfiyyətcə yaxşı əmək yüksək əmək haqqına layiq bilinməlidir. Yüksək ixtisas dərəcə­si­nə malik olan əmək cəmiyyətə yüksək keyfiyyətli və çox miqdarda maddi nemət verdiyindən yüksək səviyyədə də mü­kafatlandırılmalıdır, daha doğrusu, ixtisas sahibinə yük­­­sək əmək haqqı verilməlidir.
Əmək haqqı işçilərin sosial həyatının ən önəmli “təsiredicisi” olduğundan onu müəyyən edən prinsip və amillər elmi əsaslara söykənməlidir.
Əmək haqqı düzgün təşkil edildikdə əmək məhsul­dar­lığının yüksəlişi əmək haqqının artımından irəlidə get­məlidir. Bu şərt olmadan istehsal inkişaf edə bilməz, de­məli, real əmək haqqının sabit, planauyğun surətdə yük­səl­dilməsi də təmin edilə bilməz.
Orta pul əmək haqqının artımına nisbətən əmək məh­sul­darlığının artım surətinin daha yüksək olması is­teh­sa­lı genişləndirmək, lazımi ehtiyatlar yaratmaq, zəh­mət­­keş­lə­rin rifahını və onlara göstərilən ictimai-mədəni xid­mətin sə­viyyəsini yüksəltmək üçün vəsait yığmaq yo­lun­da imkan verir.
Əmək haqqının düzgün təşkil edilməsinin bir şərti də mü­qayisəlilikdir, yəni müəssisədə bütün iş növləri üzrə əməyin ölçüsü ilə istehlak ölçüsünün müəyyən­ləş­di­ril­mə­si­nə eyni qayda ilə yanaşmalıdır.
Buna görə də əmək haqqının düzgün təşkil edilməsi müəy­yən bir işin icrasına lazım olan vaxtın dürüst və tex­ni­ki cəhətdən əsaslandırılmış normalaşdırılmasına və hə­min iş növünün haqqının ödənilməsi üzrə dürüst müəy­yən­ləşdirilmiş şərtlərin olmasını tələb edir.
Əmək haqqı təşkil olunarkən aşağıdakı prinsiplər nə­zə­rə alınmalıdır: əməyin kəmiyyət və keyfiyyəti; əmə­yin in­tensivliyi; iş şəraiti; əmək məhsuldarlığı ilə əmək haq­qı ara­sındakı nisbətlər; istehsalın coğrafi yerləşməsi və s. Əmək haqqının nominal, real, orta aylıq, minimum növ­lə­ri­ni fərqləndirirlər.
Nominal əmək haqqı  müəyyən iş dövrü ərzində fəh­­lə və qulluqçuların sərf etdikləri əməyin kəmiyyət və key­fiyyətinə uyğun olaraq pul və ya natura şəklində ödə­ni­lən əmək haqqıdır; hesablanmış (bütün çatası məbləğ) və ələ verilən əmək haqqı (vergilər çıxılmaqla) fərqləndirilir. Əməyə görə bölgü prinsipi öz ifadəsini nominal əmək haqqında tapır. Müəssisə miqyasına nominal əmək haqqı əməyə görə bölgü qanununa müvafiq olaraq müəyyən vaxt müddəti ərzində hər bir işçinin şəxsi istehlakına daxil olan mən­fəətin (təsərrüfat hesablı gəlirin) bir qismindən iba­rət­dir. Lakin nominal əmək haqı öz-özlüyündə işçinin ictimai məhsulda faktiki payını hələ müəyyən etmir, çünki bu, həmçinin mallara və xidmətlərə qoyulan qiymət və taarif səviy­yəsindən, yəni real əmək haqqından asılıdır.
Real əmək haqqı  maddi nemətlərdə və xid­mət­lə­rin­də ifadə olunan əmək haqqının miqdarıdır. Real əmək haq­qının artımı nominal əmək haqqının əmtəələrin qiy­mə­ti və xidmətlərin tarifi indeksinə nisbəti ilə müəyyən olu­nur. Bu zaman əmək haqqından tutulmuş vergilərin məb­lə­ği çıxılır.
Orta aylıq əmək haqqı  müəssisənin hər bir işçisinə görə hesablanan əmək haqqının miqdarını səciyyələndirir. Orta aylıq əmək haqqı fondunu muzdlu işçilərin sayına bölməklə müəyyən edilir. Mühəndis – texniki işçilərin, qul­­luq­­çuların, kiçik xidmətedici heyətin, gözətçilər və şa­gir­d­lə­rin orta illik və ya orta aylıq əmək haqqı müəy­yən­ləş­di­ri­lir. Orta aylıq (orta illik) əmək haqqını müəyyən etmək üçün aylıq (illik) vahid əmək haqqı fondunun kə­miy­yətini müəs­sisənin orta siyahı sayına bölünmək la­zımdır. Fəh­lə­lə­rin orta aylıq (orta illik) əmək haqqını he­sab­layarkən isə, bun­dan başqa, orta günlük və orta saatlıq əmək haqqı da müəyyən edilir.
Minimum əmək haqqı  bütün işləyənlər üçün dövlət tərə­findən müəyyən vaxta qəbul edilmiş minimum əmək haq­qıdır. Minimum əmək haqqı istehlak qiymətləri in­dek­si­nin artması ilə əlaqədar mütəmadi olaraq yenidən baxılır. Müasir zamanda minimum əmək haqqı  yüz manata yaxın müəyyən olunub.
Cəmiyyətin quruculuğu təcrübəsində, müəssisədə hər bir iş sahəsi üçün əməyin ödənilməsi şərtlərinin müəy­yən­ləş­dirilməsinə dair üsullar hazırlanmışdır. Sənaye müəs­si­sə­lərində fəhlələrin əmək haqqının təşkili tarif sistemi və əməyin ödənilməsi formaları üzrə müəyyən edilir.
Tarif sistemi tarif-ixtisas arayış kitabçalarında, tarif cədvəlindən və tarif maaşlarından ibarətdir.
Tarif-ixtisas arayış kitabçalarında müəssisədə görü-lən işlərin istehsal xarakteristikası verilir ki, bu da fəhlə­lə­rin ixtisasını müəyyən etmək və onların gördükləri işləri qiy­mətcə müqayisələndirmək üçün əsas təşkil edir.
Tarif-cədvəli fəhlələrin ixtisaslarından asılı olaraq, əmək haqqı üzrə nisbətləri müəyyən edir. Tarif dərəcəsi fəhlənin ixtisas dərəcəsini xarakterizə edir: daha yüksək ixtisasa tarif cədvəlinin daha yüksək dərəcəsi uyğun gəlir.
Tarif maaşı müəyyən edilmiş tarif cədvəlinə və ix­ti­sas arayış kitabçasına müvafiq olaraq, görülən müxtəlif iş­lərə qarşı ödəniləsi əmək haqqının qədərini müəyyən edir.
Tarif sistemi hər bir iş üzrə əmək haqqının ödə­nil­mə­sin­də daimi və bərabər şərtlərin olması və hər bir işçiyə müəy­yən minimum əmək haqqı verilməsi üçün təminat yara­dır, eyni zamanda tarif sistemi əmək haqqı üzrə he­sab­lamaların düzgünlüyünü yoxlamaq üçün imkan yaradır. Tarif maaşları adətən müştərək müqavilələrə daxil edilir.
I dərəcənin tarif maaşının qədəri və tarif cədvəli də­rə­cə­ləri arasındakı nisbətlər yalnız müəyyən bir müəs­si­sə­nin işçiləri üçün deyil, habelə bütünlüklə sənaye üçün də böyük əhəmiyyətə malikdir. Tarif üzrə maaşın səviyyəsi bu və ya başqa müəssisəyə, ölkənin bu və ya başqa ra­yo­nu­na işçilər cəlb edilməsinə təsir göstərir. Buna görə də səna­yenin bütöv bir sahəsi üçün tarif sistemi razılaş­dı­rıl­mış qaydada müəyyən edilir.
Tarif maaşı əmək haqqının ölçüsünü vaxt vahidi – saat, gün, ay ərzində müəyyənləşdirir. Fəhlələr üçün o, gün ərzində (gündəlik) və ya saat ərzində (saatlıq) I də­rə­cə­li əmək haqqı şəklində müəyyən olunur. Yüksək tarif də­rəcələrinə aid edilən işlər üçün əmək haqqının miqdarı I də­rəcənin əmək haqqını tarif dərəcələri üzrə müvafiq tarif əm­salına vurmaqla müəyyənləşdirilir.
Tarif cədvəlində dərəcələr arasındakı artım fərqi nə qə­dər çox olarsa, fəhlə aşağı dərəcədən yuxarı dərəcəyə keç­məkdə maddi cəhətdən daha çox maraqlı olar, öz ix­ti­sas səviyyəsini artırmağa cəhd göstərər, onun əmək məh­suldarlığı və gördüyü işin keyfiyyəti yüksələr və nə­ti­cə etibarilə istehsalın səmərəliliyi təmin edilmiş olar.
Sənaye müəssisələrində fəhlələrə verilən əmək haqqı for­maları böyük əhəmiyyətə malikdir. Əmək haqqı forma­la­rının düzgün seçilməsi müəssisənin müvəffəqiy­yət­lə iş­lə­məsi, əmək məhsuldarlığının artırılması və məhsulun ma­ya dəyərinin aşağı salınması üçün böyük əhəmiyyətə ma­­likdir.
Sənaye müəssisələrində əməyin ödənilməsinin əsas for­ma­ları – işəmuzd və vaxtamuzd əmək haqqı forma­la­rı­dır. Əmək haqqının bu əsas formaları müxtəlif mükafat növləri ilə tamamlanır. İşəmuzd əmək haqqı formasında işçi istehsal etdiyi məhsulun, yaxud yerinə yetirdiyi işlərin kəmiyyət və keyfiyyətinə uyğun olaraq mükafatlandırılır. Əməyin ödənilməsinin bu forması əmək nəticələri dəqiq və tam uçota alınan işlərdə tətbiq edilir. İşəmuzd əmək haq­qı əməyin ödənilməsinin əmək haqqının təşkili prinsip­lə­rinə uyğundur, elmi əsasda qurulur və əmək məhsul­dar­lığının yüksəldilməsinin mühüm vasitəsidir, hər bir işçinin şəx­si mənafeyi ilə ümum müəssisə mənafeyinin əla­qə­lən­di­rilməsinə imkan verir.
İşəmuzd əmək haqqı sisteminin tərkibi:
-  müstəqim (birbaşa);
-  qeyri-müstəqim (dolayı);
-  işə görə-mütərəqqi;
-  işə görə-mükafatlı;
-  akkord sistemi formasında tətbiq edilir.
İstehsalda əsas işlər üzrə, adətən, hər bir fəhlənin əmə­yinin fərdi nəticələrinin normalaşdırılması və uçota alınması üçün imkan vardır. Buna görə də sənaye müəs­si­sə­lərində fəhlələrə verilən əmək haqqının üstün sistem for­ma­sı, müstəqim fərdi işəmuzd əmək haqqından ibarətdir ki, bu da adətən sadəcə olaraq işəmuzd əmək haqqı ad­la­nır. Bütün sənaye fəhlələrinin dörddə üç hissəsindən çoxu­na işəmuzd sistemi üzrə əmək haqqı verilir. Müs­tə­qim işə­muzd əmək haqqının ən mühüm üstünlüyü bundan iba­rət­dir ki, fəhlənin əmək haqqı onun müəyyən bir dövr ər­zin­də istehsal etdiyi yararlı məhsulun (detalların, əməliy­yat­la­rın və s.) miqdarına tam uyğun olaraq dəyişilir. Buna görə də işəmuzd əmək haqqı sistemi öz əməyinin nəticə­lə­ri üzrə işçilərdə şəxsi maddi maraq yaratmaq prinsipinə da­ha çox uyğun gəlir. İşəmuzd sistemi istehsal üçün də fay­dalıdır: bu sistem fəhlələrin ustalığının artmasına, ava­dan­lıq və alətlərdən daha yaxşı istifadə edilməsinə maraq oya­dır, iş vaxtının itkisini, işsiz dayanmaları və istehsala rəh­bərlik işində təşkilat-texniki nöqsanları aradan qal­dı­r­maq üçün fəhlələri səfərbərliyə alır.
Müstəqim işəmuzd əmək haqqı sistemində işçinin əmək haqqı hazırlanmış məhsulun miqdarına və məhsul va­hidinin istehsalı üçün müəyyən edilmiş əmək haqqına (iş qiymətinə) əsasən təyin edilir. İş qiyməti – iş dərə­cə­si­nin saatlıq tarif maaşının müəyyən bir işin görülməsi üçün vaxt norması üzrə lazım olan normalaşdırılmış saatların sa­­yına vurulması yolu ilə müəyyən edilir. Əgər tarif sis­te­mi növbə üçün müəyyən edilmişsə, onda iş qiyməti mü­vafiq dərəcənin günlük tarif maaşının günlük istehsal normasına bölünməsi yolu ilə müəyyən edilir.
İşəmuzd iş qiymətinin hesablanmasını belə bir nis­bət­lə ifadə etmək olar:
 


              

     Hesablama üçün əsas olaraq həmin işin görülməsi üçün saat hesabı ilə normalaşdırılmış vaxt götürülərsə, onda nisbət belə bir forma alar:
 

   •                                                        
                                                                                           

İş qiymətinin əvvəlcədən müəyyən edilməsi və fəhlə işə başlamazdan, ona tapşırıq (naryad) verilərkən fəhləyə bil­dirilməsi xüsusilə vacibdir. Kütləvi surətdə təkrar olu­nan işlərə,  naryad verilmədiyindən, bu barədə bütün fəh­lə­lərin məlumat alması üçün, iş qiymətləri adətən sexdə ası­lır.
İşəmuzd əmək haqqının qeyri-müstəqim sistemində fəh­lənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəh­lə­lərin əmək haqqından və ya istehsal etdikləri məh­su­lun miqdarından asılıdır. Bu sistem çox hallarda əsas fəhlələrə xid­mət edən köməkçi fəhlələrin əmək haqqının ödə­nil­məsində tətbiq olunur. Bu sistemin iki variantını fərq­lən­di­rir­lər: birinci variantda hər hansı iş yerinə xidmət edən fəh­lənin əmək haqqı, əsas işəmuzdçu fəhlənin hasilatından ası­lı olaraq müəyyən edilir. Ona görə də köməkçi fəhlə ayrı-ayrı iş yerləri və ya istehsal sahələrinə fasiləsiz və key­fiyyətli xidmət etməyə maddi cəhətdən maraqlı olur. Əgər əsas fəhlə bir işi icra edərsə, onda köməkçi fəhlə də hə­min işə görə əmək haqqı alır. Belə olan halda köməkçi fəh­lənin əmək haqqının kəmiyyətini müəyyən etmək üçün həmin fəhlənin gündəlik tarif maşını (Tm) norma-saat və yaxud digər natural ifadələrlə ifadə olunan xidmət norması (txid) ilə həmin xidmət obyekti üçün plan üzrə müəyyən edilmiş tapşırıq (Npl) hasilinə bölmək lazımdır, yəni:

Əh.d = Tm : (txid  •  Npl).

Bu sistemin tətbiq edilməsi üçün zəruri müqəddəm şərtlər: əməyin normallaşdırılmasının yüksək keyfiyyətdə olmasından, iş uçotunun yaxşı təşkil edilməsindən, məh­su­lun keyfiyyətinə görə qəbul edilməsindən və iş yerinin xam­malla və ya pəstahı ilə normal surətdə təmin edil­mə­sin­dən əsaslıdır.
İşə görə mütərəqqi əmək haqqı sisteminin əhəmiyyəti böyükdür. İşəmuzd əmək haqqında fəhlənin əmək haqqı onun istehsal etdiyi məhsulun artmasına və əmək məhsul­dar­lığının yüksəldilməsinə tam müvafiq olaraq artır. İşə gö­rə mütərəqqi əmək haqqı sistemində fəhlənin əmək haq­qı onun əməyinin məhsuldarlığından daha sürətlə artır; bu on­dan irəli  gəlir ki, əsas işəmuzd qiymətinə edilən əla­və­lər get – gedə, mütərəqqi sürətdə artır. Bu sistemin elə bu xü­su­siyyəti göstərir ki, həmin sistem əmək haqqının küt­lə­vi və daimi forması ola bilməz, çünki bu əmək məh­sul­dar­lığının artımına nisbətən əmək haqqının daha sürətlə art­ma­sına səbəb olardı. Lakin bəzi təşkilati və iqtisadi şərt­lə­rə riayət edildikdə işə görə mütərəqqi sistem bütövlükdə müəssisə üzrə əmək məhsuldarlığının artırılmasına və maya dəyərinin aşağı salınmasına səbəb ola bilər.
Mütərəqqi işəmuzd sistemin tətbiq edilməsi sahələri və bu sistem üzrə əlavə mükafat vermək üçün çəkiləcək xərc­lərin miqdarı həmin şərtlərə əsasən müəyyənləşdirilir. Bu sistemin tətbiq edilməsi üçün zəruri, əsas şərtlər: əmə­yin normalaşdırılmasının yüksək keyfiyyətdə olma­sın­dan, iş uçotunun yaxşı təşkil edilməsindən, məhsu­lun keyfiy­yə­tə görə qəbul edilməsindən və iş yerinin xammalla normal sürətdə təmin edilməsindən asılıdır.
Daimi əmək haqqı sistemi olmaq etibarı ilə mütə­rəq­qi işəmuzd sistem sənayenin ayrı – ayrı sahələ­rin­də və bir sıra xüsusilə mühüm işlərdə tətbiq edilir. Başqa sahələrdə sistemin müvəqqəti əmək haqqı forması olmaq etibarı ilə müəyyən bir iş sahəsində tətbiq edilməsi daha düzgündür.
İşəmuzd-mükafatlı əmək haqqı sistemində işəmuzd­çu fəhlə müstəqim əmək haqqından əlavə işin konkret kə­miy­yət və keyfiyyət göstəriciləri üzrə tapşırığın (sifarişin) ye­­rinə yetirilməsi və artıqlaması ilə ödənilməsi üçün müəy­yən məbləğ mükafat alır. Bu, işəmuzd-mükafatlı əmək haqqının əsas mahiyyətini təşkil edir. Fəhlələrin mü­ka­fatlandırılması ayrı-ayrılıqda kəmiyyət və keyfiyyət gös­təricisi və eyni zamanda hər iki göstəricilər üzrə bir­lik­də aparıla bilər. Keyfiyyət göstəricilərinə misal ola­raq, bu­ra­xılan məhsulun etibarlılığı və davamlılığı, bra­kın və qə­zaların azaldılması, maddi-enerji ehtiyatlarına qənaət və s. gös­tərmək olar. Kəmiyyət göstəricilərinə aiddir: məhsul bu­­raxılışı üzrə tapşırığın yerinə yetirilməsi faizi, işin hə­ya­ta keçirilməsi müddətinin ixtisar edilməsi və s.
Mükafat vermək üçün başlanğıcın kifayət qədər yük­sək ilk normalar əsasında müəyyən edilməsi – əmək haqqı sis­­teminin tətbiqinin effektli olması, yəni əmək məh­sul­darlığının daha da artırılması üçün ən mühüm şərtdir.
İşəmuzd qiymətə edilən əlavələrin miqdarı müəyyən bir sahə üçün təsdiq edilmiş nümunəvi cədvəllərə (şkala­la­ra) uyğun olaraq təyin edilir. İş qiymətinə edilən mü­tə­rəq­qi əlavələr kifayət qədər olmalıdır ki, əmək məh­sul­dar­lı­ğı­nın yüksəldilməsi üçün maraq oyada bilsin.
İşəmuzd işlərdə mükafatlı sistem, qiymətli xammal və ya yarımfabrikatlara qənaət edilməsinə, məhsulun key­fiy­yətinin yüksəldilməsinə və istehsalın başqa keyfiy­yət göstəricilərinin yaxşılaşdırılmasına nail olunması xüsusilə vacib olan sahələrdə daha çox tətbiq edilir.
Mükafat – istehsalın mexanikləşdirilməsi inkişaf et­dik­cə daha da genişlənmək üçün böyük perspektivlərə ma­lik olan çox çevik və effektli əmək haqqı formasıdır. Yük­sək dərəcədə mexanikləşdirilmiş bir sıra sahələrdə işə­muzd əmək haqqı sistemi müvəffəqiyyətlə tətbiq edilir.
İşəmuzd əmək haqqı sistemi üçün əsas ilk şərtlərin, yə­ni ciddi müəyyən edilmiş texnologiyanın, əsaslan­dı­rıl­mış iş normalarının olmadığı sahələrdə də mükafatlı iş nor­ma­larının olmadığı sahələrdə də mükafatlı vaxtamuzd sistemin tətbiq edilməsi məqsədəuyğundur. Fəhlələrə veri­lən mükafatlar əməyin ödənilməsinin vahid fondu hesa­bına ödənilir. İşəmuzd – mükafatlı əmək haqqı sistemində fəh­lənin aylıq əmək haqqının kəmiyyətini (Əh.mük) he­sab­la­maq üçün aşağıdakı düsturdan istifadə edilir:

Əh.mük = Əh.m +(Əh.m  • Kmük) : 100

BuradaKmük – fəhləyə veriləcək mükafat, faizlə gö­tü­rülür.
İşçinin fəaliyyətinin fərdi nəticələri nə qədər dürüst nəzərə alınarsa mükafat bir o qədər səmərəli olar. Növbə­lər və xidmət edilən avadanlıq qrupları üzrə və ya müəy­yən iş yerləri üzrə iş nəticələri uçotunun yaxşı təşkil olun­ma­sı, işçinin vəzifələrinin və xidmət edilən avadanlıq va­hid­ləri sayının dürüst müəyyən edilməsi – mü­ka­fat­lan­dır­ma­nın müvəffəqiyyətlə tətbiq edilməsi üçün mühüm şərt təş­kil edir.
Sistemli mükafatların verilməsi qaydası adətən, mü­ka­fat­landırma haqqındakı əsasnamədə göstərilir. Birdə­fə­lik mükafatların maraq oyadıcı rolunu artırmaq üçün, hər dəfə, birdəfəlik mükafatın nə üçün, hansı fonddan, nə qə­dər və kimə verilməsi haqqında müəssisənin bütün kol­lek­tivinə xəbər vermək lazımdır.
Müəssisələrdə əmək haqqının ödənilməsində akkord sistemi istifadə edilir. Müştərək işəmuzd sistemi akkord formasında da tətbiq edilir. Burada akkord formasına daxil olan işlər texnoloji prosesin xarakterinə görə ayrıla da bilər, lakin işin tez və keyfiyyətli görülməsi üçün briqada üzvlərində ümumi maraq oyadılması məqsədi ilə həmin işlər birləşdirilir.
Bu sistem də normaların dürüst hazırlanmasını və nar­yada daxil olan bütün əməliyyat və işlərin yerinə ye­ti­ril­məsi üçün lazım olan vaxtın dəqiq hesablanmasını  tələb e­dir.
Akkord əmək sistemindən əsasən  tikintidə və nəqliy­yat­da istifadə olunur. Akkord əmək haqqı briqadanın icra edə­cəyi iş üzrə bütövlükdə hesablanılır. Akkord iş qiy­mət­lə­ri müəyyən edilərkən kompleks akkord işlərinə daxil olan mövcud normalar və ayrı-ayrı iş vahidinin (həc­mi­nin) qiymətləri əsas götürülür. Əməyin akkord sistemi üz­rə ödənilməsində akkord tapşırıqlarının keyfiyyətlə və vax­tından əvvəl yerinə yetirilməsi üçün mükafatlandırma qay­dası da müəyyən edilir. Mükafat, əmək haqqına akkord qai­məsi üzrə əlavə olunur və həmin müəssisədə mövcud olan mükafatlandırma qaydası əsasında verilir.
Əmək haqqının ödənilməsi növləri içərisində vaxta­muzd əmək haqqı geniş yayılmışdır.
Sənaye müəssisələrində işləyən fəhlələrin müəyyən hissəsi üçün vaxtamuzd əmək haqqı forması tətbiq edilir.
Vaxtamuzd əmək haqqı sistemində fəhlələrə, işlən­miş iş vaxtından və öz tarif dərəcəsindən asılı olaraq əmək haq­qı verilir. Vaxtamuzd əmək haqqı, başlıca olaraq fəh­lə­nin fərdi istehsal normasını müəyyən etmək mümkün ol­ma­yan iş növləri üzrə tətbiq edilir. Bu qrupa, adətən kö­mək­çi fəhlələr, yəni sexin təmir fəhlələri, sazlayıcılar, yağ­layıcılar, krançılar, sex süpürgəçiləri və başqa fəhlə ka­teqoriyaları aid edilir.
Bütün sənaye fəhlələrinin cəmisi dörddə bir hissəsi qə­dərinə vaxtamuzd sistemi üzrə, bunlardan üçdə iki his­sə­si isə əlavə olaraq mükafatlı sistem üzrə, əmək haqqı ve­ri­lir. Yəni onların əmək haqqı buraxılan məhsulun miq­da­rına görə deyil, işlənmiş vaxta görə hesablanır. Vaxta­muzd əmək haqqı formasında əmək haqqının miqdarı fəh­lə­nin ix­ti­­sas dərəcəsindən və sərf etdiyi iş vaxtından ası­lı­dır.
Vaxtamuzd əmək haqqı forması istehsalın xüsusiy­yə­tin­dən asılı texniki cəhətdən əsaslandırılmış istehsal nor­ma­larının müəyyən edilməsi mümkün olmayan işlər üzrə, habelə işəmuzd əmək haqqı sisteminin tətbiq edilməsi iqtisadi cəhətdən sərfəli olmayan sahələrdə tətbiq edilir.
Əməyin vaxtamuzd ödəniş formasında işçinin əmək haqqı onun tərəfindən istehsalda işlənmiş vaxta və müva­fiq ixtisas dərəcəsinin tarif maaşına görə hesablanır. Əmə­yin ödənişinin vaxtamuzd formasının, məhsul istehsalı ar­tı­mının fəhlənin özündən deyil, avadanlıqdan asılı olduğu və habelə əməyin normalaşdırılmasının mümkün olmadığı iş yerləri və sahələrində tətbiq edilməsi həm zəruri və həm də məqsədəuyğundur.
Əməyin ödənilməsinin vaxtamuzd sistemi iki ödəniş for­­masını – sadə vaxtamuzd və mükafatlı vaxtamuzd – özün­də birləşdirir.
Əməyin ödənilməsinin sadə vaxtamuzd formasında fəh­lənin əmək haqqının məbləği onun saatlıq tarif maaşını iş növbəsindəki saatların və aydakı iş günlərinin sayına vur­maqla müəyyən edilir.
Əməyin ödənilməsinin mükafatlı vaxtamuzd for­ma­sın­da fəhləyə (işçiyə) işlədiyi vaxta və tarif maaşına görə ödə­nilən əmək haqqından əlavə hər hansı bir işi ilə əla­qə­dar (məsələn, material qənaət) mükafatı da ödənilir.
Vaxtamuzd işləyən fəhlələrin çox hissəsinə və mü­hən­dis-texnik işçilərin və qulluqçuların xeyli hissəsinə mükafatlar verilir.
Mükafatlı sistemlər əsas etibarı ilə vaxtamuzd əmək haqqı verilən işlər üzrə tətbiq edilir; çünki burada əməyin nor­malaşdırılması mümkün olmadığından və ya həmin iş nö­vünün məqsədi əsas istehsal işçisinə köməkdən ibarət ol­duğundan işəmuzd əmək haqqı tətbiq edilə bilmir. İs­teh­sal sexlərinin ixtisaslı köməkçi fəhlələri (maşın­saz­la­yan fəh­lələr, təmir çilingərləri və elektriklər, elektrik kranları maşinistləri və s.) istehsalın normal gedişi üçün mühüm işçi qrupunu təşkil edərək, onlar mürəkkəb və kompleksli iş­ləri yerinə yetirirlər ki, bu da onların əməyini mahiyyət eti­barı ilə mühəndis-texniki işçilərinin əməyini yaxşılaş­dı­rır.
Bazar iqtisadiyyatına keçid şəraitində müəssisədə əmə­yin ödənilməsinin təkmilləşdirilməsində əsas diqqət əmək haqqının forma və sistemlərinin düzgün və səmərəli tət­biqinə yönəldilməlidir.
Əməyin ödənilməsinin forma və sistemlərinin tək­mil­ləşdirilməsi fəhlələrin öz işlərinin keyfiyyət göstə­ri­ci­lə­rini yaxşılaşdırmaqla maddi cəhətdən maraqlı olmaları, istehsal prosesində istifadə edilən xammal və materiallara qənaətlə və istehsal normasını artıqlaması ilə yerinə yetirmələri məqsədilə onların əməyinin ödənilməsinin rolunu yüksəltmək istiqamətində aparılmalıdır.

5.5. Əməyin ödənilməsi fondu və onun növləri

Ayrı-ayrı müəssisə, sex və ya sahə üçün əmək haqqı fon­dunun istehsal fəaliyyətinin ümumi yekunları ilə öl­çül­mə­si deməkdir. Buna görə də əmək haqqı fondunun is­teh­sa­lın həcminə görə planlaşdırılması və əmək haqqı fon­du­nun sərf edilməsi üzərində ciddi nəzarət qoyulması xüsusi ilə vacibdir.
Müəssisə və ya sex üzrə əmək haqqı fondu, əməyə görə bölüşdürmək üçün plan üzrə verilən və müəyyən dövr (ay, kvartal, il) ərzində istehsal tapşırığının yerinə yetirilməsi üçün kifayət edən və lazım olan pul vəsaitinin ümumi məbləğindən ibarətdir.
Müəssisə, sex və sahədə əmək haqqının plan fondu, istehsal normalarının (xidmət ştatının), tarif maaşlarının və əmək haqqı sistemlərinin layihələşdirilən səviyyədə ol­ma­sı tam şərti ilə, istehsal planı tapşırıqlarının tam ye­ri­nə yetirilməsi üçün plan dövründə veriləcək əmək haqqı məb­­ləğlərinin hesablanması yolu ilə müəyyən edilir.
Deməli, əmək haqqı fondu və orta əmək haqqı sex və ya müəssisənin əmək planında, istehsal tapşırığının əmək tutumluğu, əmək məhsuldarlığının səviyyəsi, işləyənlərin sayı, onların peşə və ixtisaslar üzrə tərkibi, mövcud tarif şərt­ləri, əmək haqqı sistemləri və əmək qanunları ilə müəy­yən edilən kəmiyyətlərdir.
Plan hesablanarkən əmək haqqı fondu və orta əmək haqqı zəhmətkeşlərin hər bir qrupu üzrə, yəni fəhlələr, şa­gird­lər, mühəndis-texnik işçilər, qulluqçular və kiçik xid­mətçi heyət üzrə ayrıca olaraq müəyyən edilir.
Əmək haqqı plan və hesabat fondunu fərqləndirirlər. Əmək haqqının hesabat fonduna müəssisə tərəfindən hə­min dövr ərzində istər siyahıda olan fəhlə və qulluqçulara, istərsə də müəssisənin siyahısında olmayan şəxslərə ve­ri­lən bütün əmək haqqı məbləğləri aid edilir. Maliy­yə­ləş­dir­mə­nin hər hansı bir mənbəyi hesabına verilməli olan əmək haqqı məbləğləri burada uçota daxil edilir.
Planlaşdırma və uçot işlərini sadələşdirmək məq­sə­di­lə fəhlələrin saatlıq, günlük, aylıq və illik əmək haqqı fond­ları fərqləndirilir ( sxem 2).



 




























Sxem 2. Əmək haqqı fondunun qurulu

Bu fondların əsasında orta saatlıq, orta günlük, orta ay­lıq və orta illik əmək haqqı müəyyən edilir.
Saatlıq əmək haqqı fondu – faktiki işlənilən vaxtın ödə­­nilməsindən ibarətdir. Saatlıq əmək haqqı fondunun tər­kibinə işəmuzd qiymətlərlə işəmuzdçu fəhlələrin, tarif ma­aşları üzrə vaxtamuzdçu fəhlələrin əməyinin ödə­nil­mə­si, işəmuzd-mükafatlı və işəmuzd-mütərəqqi sistemlər üz­rə əlavələr daxil olur.
Günlük əmək haqqı fondu – faktiki işlənilən adam-günlərə görə verilən haqqdan ibarətdir. Bura saatlıq əmək haqqı fondu və yeniyetmələrə qısaldılmış iş gününə görə və südəmər uşaqlı analara verilən əlavələr daxil olur.
Aylıq və illik əmək haqqı fondu – müəssisənin fəhlə­lə­ri üçün hesablanılan bütün əmək haqqı ödəmələrindən ibarətdir. Bura gündəlik əmək haqqı fondu, növbəti və əla­və məzuniyyət üçün verilən haqq istifadə olunmayan mə­zu­niyyətlərin ödənişi, uzun müddət işləməyə görə, döv­lət və ictimai vəzifələrin yerinə yetirilməsinə görə verilən əla­vələr, işdən çıxarkən verilən vəsait, başqa müəssisəyə və oxumağa ezam edilən işçilərin əmək haqqı və s. daxil olur. Əmək haqqının aylıq (illik) hesabat fondunun tərki­bi­nə bütün gün boşdayanmalar üçün ödənişlər də daxil edi­lir.
Fəhlələrin hesabat əmək haqqı fondu tərkibinə bir çox müxtəlif ödənişlər daxil olur. Bu ödənişlər: işəmuzd sistem əsasında əsas işəmuzd qiymətlər üzrə verilən əmək haqqından; mütərəqqi-işəmuzd sistem əsasında əmək haq­qı alan fəhlələrə əsas işəmuzd qiymətləri üzrə verilən əmək haqqından; işəmuzd işləyənlərə mütərəqqi-işəmuzd sis­tem üzrə verilən əlavələrdən; tarif maaşları üzrə verilən vax­ta­muzd əmək haqqından; vaxtamuzd və işəmuzd işlə­yən­lərə verilən mükafatlardan; iş normalarında nəzərdə tutulmuş şərtlərin dəyişilməsi ilə əlaqədar olaraq işəmuzd işləyənlərə verilən əlavələrdən; iş vaxtından kənar görülən iş üçün verilən əlavələrdən; cari (növbə daxili) işsiz da­yan­­ma saatlarında verilən əmək haqlarından; növbəti mə­zu­­­niyyətlər zamanı verilən əmək haqlarından və sairə­lər­dən ibarətdir.
Adətən, əmək haqqını uçota aldıqda və onun plan fon­dunu hesabladıqda müxtəlif ödənişlər, bəzi ümumi əla­mət­lərə görə qruplaşdırılır. Əmək məhsuldarlığını təhlil edər­kən fəhlənin illik (və ya aylıq) işi və müəyyən dövr ər­zində günlük və saatlıq işi müəyyənləşdirildiyi kimi, əmək haqqı fondunu da hesablayan zaman ümumi (illik və ya aylıq), günlük və saatlıq əmək haqqı fondunu bir-bi­rin­dən fərqləndirirlər. Əmək haqqı fondunun belə bölünməsi il (ay), gün və saat ərzində orta əmək haqqının də­yi­şik­li­yi­ni müəyyən etməyə və həmin rəqəmləri işlənmiş saat, növ­bə, ay və il üzrə əmək məhsuldarlığının dəyişikliyi ilə mü­qayisə etməyə imkan verir. Bu əmək haqqı fondları növ­lərinə bir də nəzər salaq.
Saatlıq əmək haqqı fondu – faktiki olaraq işlənilmiş saatlar üçün fəhlələrə verilən bütün ödənişləri əhatə edir. Bununla da saatlıq fond işlənilmiş adam-saatların uçotu ilə bilavasitə əlaqədardır. Saatlıq əmək haqqı fonduna iş gö­rül­məmiş vaxt üçün heç bir ödəniş və habelə əmək qa­nun­ları üzrə kompensasiya və təminat xarakterli əlavə haqq daxil edilmir. Həmin əlavələr günlük əmək haqqı fonduna daxil edilir; günlük fonda saatlıq fonddan başqa qanunla və ya müştərək müqavilə ilə müəyyən edilmiş hallarda haq­qı ödənilməsi iş görülməmiş saatlar və işdə növbə-da­xi­li fasilələr üçün verilən ödənişlər daxil edilir.
İşlənilmiş adam-günlərlə əlaqədar olmayan bütün başqa ödənişlər, məsələn, növbəti məzuniyyət üçün, uzun müddətli xidmət üçün, bütöv günlük işsiz dayanma üçün və sair bu kimi hallarda verilən ödənişlər aylıq əmək haqqı fonduna daxildir.
Plan əmək haqqı fonduna yalnız normal iş zamanı zə­ruri olan məsrəflər daxil edilir. İstehsalın və əməyin təş­ki­lində olan nöqsanlar nəticəsində əmələ gələn hər cür əla­və məsrəflər, normal iş şəraitindən kənara çıxılması, iş­siz dayanmaq, brakı düzəltmək və s. hallar üzrə verilən əla­və haqlar hesabatda nəzərə alınır, lakin əmək haqqı fon­du planına daxil edilmir.
Sex və müəssisə üzrə əmək haqqı fondu planının iş­lə­nilib, tərtib edilməsi işçilərin hər bir qrupu üzrə zəruri olan ödənişlərin ayrılıqda hesablanmasını tələb edir.
Sexin istehsal tapşırığının yerinə yetirilməsi üçün la­zım olan əməliyyat və işlər üçün əsas işəmuzd qiy­mət­lə­rə, əsasən, işəmuzd işləyən fəhlələrə veriləcək bütün ödə­niş­lər məmulatlar üzrə təyin edilir, burada sexin istehsal proq­ramı, müəyyən edilmiş texnologiya və hər bir əmə­liy­yat üçün nəzərdə tutulmuş vaxt normaları əsas götürülür. Be­ləliklə, işçilərin əsas qrupunun – yəni işəmuzd işləyən fəh­­lələrin – əmək haqqı planı, sexdə bir məmulatın hazır­lan­ması üçün icra ediləcək əməliyyatlar üzrə iş qiymətləri məc­munun planda göstərilmiş məmulatın miqdarına vu­rul­ması  yolu ilə müəyyən edilir.
Məhsulun tərkibi sabit olduqda həmin hesablamalar asanlaşır, çünki onu hər dəfə yenidən hesablamaq lazım gəlmir, yalnız hər bir sexdə əməliyyat, detal və məmulat üzrə mövcud olan toplu normalaşdırıcı kartaları və işə­muzd qiymətləri dürüstləşdirməklə kifayətlənilir; burda plan dövründə məmulatın əmək tutumluğunun aşağı salın­ma­sı üzrə müəyyən edilmiş tədbirlər nəzərə alınmalıdır.
Yardımçı sexlərdə işəmuzd sistemlə işləyən fəhlə­lə­rin əmək haqqı fondunu da həmin üsulla, yəni texniki nor­ma­laşdırma məmulatlarına və sexin istehsal proqramına, əsasən, müəyyən etmək daha düzgündür.
Vaxtamuzd əmək haqqı alan fəhlələr üçün tarif üzrə əmək haqqı fondu, vaxtamuzd işlər üçün lazım olan vaxtın miqdarına  (saat hesabı ilə) əsasən müəyyən edilir; burda həmin işlərin tarifləri nəzərə alınır. Lazım olan iş saatının miqdarı, istifadə edilən avadanlığın xarakterinə, əsasən, iş yerlərinə görə və ya müəyyən edilmiş xidmət normaları üzrə müəyyən olunur.
Tarif üzrə ödənişlər fonduna mütərəqqi sistem üzrə işəmuzd işləyən fəhlələrə verilən əlavə haqqlar və habelə, mü­kafatlar əlavə edilir. Mütərəqqi sistem üzrə əlavə haq­q­lar normaların planda qəbul edilmiş artıqlaması ilə yerinə yetirilməsi faizinə, əsasən, hesablanır. Bu qayda vax­tamuzd əmək haqqı alan fəhlələrə verilən mükafatlara da aid­dir.
Mühəndis-texnik işçilərinə əmək haqqı fondu müəy­yən­ləşdirilmiş tapşırıqların yerinə yetirilməsi üçün verilən mükafatların, istehsalat-texnika təhsili haqqının, bayram günlərində işləməyə görə və müvəqqəti əvəzetməyə görə verilən haqların məbləğindən ibarətdir. Gözətçilərin, kiçik xidmətedici heyətin və şagirdlərin əmək haqqı fondu və­zi­fə maaşlarını, gecə işi üçün və bayram günləri üçün iş­lə­ni­lən vaxt üçün verilən əlavələri özünə daxil edir. Qeyri-sənaye heyətli işçilərinin əmək haqqı fondunun he­sab­lan­ma­sının tarif və vəzifə maaşına görə hesablanır. Qul­luq­çuların və mühəndis-texnik işçilərin əmək haqqı fondu ştat cəd­vəli və vəzifə maaşlarına, əsasən, başlıca olaraq, vax­ta­muzd əmək haqqı alan fəhlələr üçün tətbiq edilən üsullarla müəy­yən edilir.
Müəssisələrin fəhlələrinə, mühəndis-texnik işçilərinə, qul­­luqçularına və başqa işçilərinə verilməli olan əmək haq­­qından başqa ümumi əmək haqqı fondu planına, müəs­si­sənin siyahı (ştat) tərkibində olmayan şəxslərə müəs­sisəyə göstərdikləri xidmət üçün veriləsi əmək haqqı da daxil edilir. Buraya əsas istehsalla əlaqədar olmayan nəq­liy­yat, təmizlik, təmir, qısamüddətli işlər, təsadüfi yük­lə­mə-boşaltma işləri və sair işlər üçün kənar şəxslərə ve­ri­lən bir­dəfəlik, təsadüfi ödənişlər daxil edilir.
Həmin fond hesabına müəssisənin daimi işçilərinə aidiyyəti olan işlər ödənilə bilməz (çünki bu işləri müəs­si­sə­­nin daimi işçilərinin özləri görməlidirlər), bu fon­dun he­sa­bına əlavə daimi (ştat) işçilər də saxlanıla bilməz.
Beləliklə, əmək üzrə istehsal planının həcminə və xa­rak­terinə, əsasən, hər bir müəssisə üçün istehsal sme­ta­sı­nın bir hissəsi olmaq etibarilə əmək haqqı  fondunu müəy­yən edir. Əmək haqqı fondu planın yerinə yetirilməsi üçün lazım olan işçilərin sayı ilə, onların ixtisası və əmə­yi­­nin haqqının ödənilməsi şərtləri ilə müəyyən edilir.
Sex və ümumzavod xərclərinə daxil olan əmək haqqı məs­rəfləri xüsusi diqqət tələb edir. Xidmətedici və kö­mək­çi sahələrdə əməyin təşkilinin səviyyəsi çox zaman əsas sexlərdəkinə nisbətən aşağı olur və məhz burada, habelə in­zibati-idarə xərcləri üzrə əmək haqı fonduna qənaət edil­mə­si üçün çoxlu ehtiyat mənbələri vardır.
Əmək haqqı fonduna qənaətin ən mühüm şərti, iş vax­tı məsrəflərinə qənaət edilməsi üzrə təşkilat-texniki təd­­birlərin planauyğun surətdə həyata keçirilməsi vasi­tə­si­lə əmək məhsuldarlığının artırılmasından ibarətdir.

 FƏSİL 6. MÜƏSSİSƏNİN ƏSAS FONDLARI VƏ
İSTEHSAL GÜCÜ

6.1. Əsas fondların mahiyyəti, tərkibi, təsnifatı, onların qiymətləndirilməsi üsulları

Maddi nemətlər istehsalı insan əməyinin istehsal va­si­tələri ilə birləşməsini tələb edir. İstehsal vasitələri isteh­sal fondları formasında çıxış edərək, əmək vasitələrinə və əmək cisimlərinə bölünür.  
Əmək vasitələrinin köməyi ilə insan əmək cisim­lə­ri­nə təsir göstərir. Əmək cisimləri isə insan əməyinin tə­si­ri­nə məruz qalır.
Sənaye müəssisələrində istehsal vasitələri əsas və döv­riyyə fondlarına ayrılır, yəni istehsal vasitələri əmək va­sitələrinə (maşın, alətlər, dəzgahlar, istehsalat binaları və. s) və əmək cisimlərinə (xammal, material, yanacaq və s.) bölünməsi və müəssisə vasitələrin dövriyyəsindən onların müxtəlif şəkildə iştirak etməsi təşkil edir.
Əmək vasitələri istehsal əsas fondlarının maddi məz­mu­nunu, əmək cisimlərin isə dövriyyə istehsal fondlarının mad­di əsasını təşkil edir.
Əmək vasitələri və əmək cisimləri məhsulun hazır­lan­ma prosesində müxtəlif rol oynayır. Əmək vasitələri is­teh­sal prosesində dəfələrlə iştirak edir, öz dəyərini ha­zır­lanmış məhsulun (işin, xidmətin) üzərinə tədriclə aşınma dərəcəsindən asılı olaraq, hissə-hissə keçirir və istehsal prosesində öz natural formasını saxlayır (dəyişmir).
Əmək cisimləri isə (xammal, materiallar və s.) bir istehsal tsikli ərzində tamamilə istehlak olunur, hazır məhsulu yaratmaqla özünün natural formasını  dəyişir, hazır məhsulun üzərinə birdən-birə tam keçirir və hər bir istehsal tsiklindən sonra ödənilir.
Müəssisənin istehsal fondları, qeyd olunan kimi, əsas fond­lara və dövriyyə fondlarına bölünür. Bu bölgünün əsa­sını əmək vasitələri ilə əmək cisimləri arasındakı fərq­lər təşkil edir ki, bunlar da aşağıdakı qatda da göstərilə bi­lər:
1.   Əsas fondlar
2.   Dövriyyə fondları
Əsas fondlar:
1.   Bir çox istehsal tsiklində iştirak edir.
2.   Öz dəyərini uzun müddət ərzində hissələrlə hazır məhsula keçirir.
3.   İstehsal prosesində öz natural (istehlak) formasını saxlayır.
Dövriyyə fondları:
1.   Hər bir istehsal tsiklində tamamilə istehlak olunur.
2.   Öz dəyərini bütövlüklə və birdən-birə hazır məh­su­la keçirir.
3.   İstehsal prosesində öz natural (istehlak) formasını sax­lamır.
Beləliklə, əsas fondlar müəssisənin istehsal fond­la­rı­nın elə bir hissəsidir ki, bu hissə bir çox istehsal tsiklində iştirak edir, öz dəyərini hissə-hissə hazır məhsula keçirir və istehsal prosesində öz natural formasını saxlayır.
Müəssisənin əsas istehsal fondlarına hər şeydən əv­vəl istehsal prosesində iştirak etmə xarakterindən asılı ola­raq, istehsal və qeyri-istehsal əsas fondlara bölünür. İ­s­teh­sal əsas fondları  maddi istehsal sferasında, qeyri-is­teh­sal əsas fondları isə qeyri-istehsal sahələrində fəaliyyət gös­tə­rir­lər.
Mülkiyyət formasından asılı olaraq, əsas fondlar döv­lət, kooperativ və xüsusi formalara ayrılır.
Müəyyən fəaliyyətdə iştirak edərək, istehsal təyi­na­tı­na görə əsas fondları doqquz qrupa ayrılır:
-  istehsal-texniki və qeyri-istehsal təyinatlı binalar;
-  qurğular və tikililər;
-  ötürücü qurğular;
-  güc maşın və avadanlıqları (elektrik mühərriklər, transformatorlar, elektrik generatorlar, elektroburlar və s.);
-  iş maşın və avadanlıqlar. Bunlar əsas fondların  ən mühüm tərkib hissəsidir və müəssisənin istehsal gücünün əsas hissəsini təşkil edir;
-  ölçü və nizamlayıcı cihazlar, qurğular və labo­ra­to­ri­ya avadanlıqları;
-  hesablama texnikası;
-  hər növ nəqliyyat vasitələri (avtomobil, dəmir yol, hava və su nəqliyyat növləri);
-  hər növ texnoloji alət və ləvazimatlar, istehsal və təsərrüfat inventarı və s. daxil edilir.
İstehsal binalar qrupuna müxtəlif istehsal işləri icra edi­lən bütün binalar, yəni əsas və yardımçı sexlərin və la­bo­ratoriyaların binaları və başqa bu kimi binalar daxildir. Bundan əlavə istehsala xidmət edən binalar – dəftərxana, an­bar və qaraj binaları, parovoz və vaqon deposu binaları və bu kimi binalar da həmin qrupa daxildir. Binaların də­yə­rinə onların daxilində olan qruplar (qızdırıcı qurğular, su kəməri, kanalizasiya və işıq şəbəkələri) da daxildir.
Əsas istehsal fondlarının böyük bir qrupunu tikililər təş­kil edir. Həmin tikililərə körpülər, estakadalar, quyular, bənd­lər, dambalar, kanallar, şose yolları, süni təpələr və tunellər aid edilir. Kömür şaxtaları və neft quyuları, habelə başqa istehsal tikililər də bu qrupdan sayılır.
İstehsal prosesində binaların və tikililərin əhəmiyyəti çox böyükdür. Bunlar həmin prosesdə bilavasitə iştirak et­mə­sə də, hər halda bunlarsız istehsal prosesi ya ümu­miy­yət­­lə əmələ gələ bilməz, ya da yarımçıq həyata keçirilə bi­­lər.
İstehsal və qüvvət avadanlığının ayrı-ayrı növləri ara­sında daimi əlaqə vardır. Bu əlaqə ötürücü mex­a­nizm­lərin və nəqliyyat vasitələrinin köməyi ilə həyata keçirilir ki, həmin mexanizmlər və nəqliyyat vasitələri vahid isteh­sal mexanizminin ayrı-ayrı hissələri arasında qarşılıqlı is­teh­sal əlaqələrinin yaradılmasını təmin edir. Ötürücü me­xa­nizmlər məfhumuna müxtəlif növ enerjini (elektrik ener­jisini, istilik enerjisini və mexaniki enerjini), habelə mal və qazabənzər maddələri bir yerdən digər yerə kö­çü­rən bütün mexanizmlər və qruplar daxildir. Deməli, elek­­trik və istilik şöbələri, telefon və teleqraf şəbəkələri, tran­s­missiyalar, boru kəmərləri və s. əsas fondların bu qrup­una aid edilir.
Dəzgahlar, maşınlar, aparatlar, enerji mənbəyi vasi­tə­si­­lə hərəkətə gətirilməlidir. Buna görə də zavod­lar­da, fab­rik­­lərdə, şaxtalarda istehsal avadanlığı ilə yanaşı ola­raq qüv­­vət (quç) avadanlığı da olur. Bu qrupa ilk mü­hə­r­riklər – buxar maşınları, lokomotivlər, dizellər, habelə elektrik ge­neratorları, sabit və dəyişən cərəyanla işləyən elek­trik mo­tor­la­rı, qüvvət transformatorları və s. daxil edi­lir. Bu qrup müəssisənin enerji silahlılığının  səviy­yə­si­ni gös­tərir.
Müəssisənin əsas istehsal fondlarına istehsal ava­dan­lı­­ğı, yəni texnoloji prosesdə bilavasitə iştirak edən, onu hə­­yata keçirən istehsal alətləri daxildir. Xammalı və əsas ma­­terialları mexaniki, termik və kimyəvi üsullarla emal edən hər cür iş maşınları və aparatları – dəzgahlar, preslər, çəkiclər, mədən və filiz avadanlığı, domna və marten so­ba­ları, prokat dəzgahları, elektroqaynaq aparatları, kimya aparatları, əyiricilik və toxuculuq avadanlığı və s. əsas fondların istehsal avadanlığı fonduna aid edilir. İstehsal ava­­danlığı ən fəal hissəsi olub, müəssisənin istehsal gücü­nün təyin edilməsində həlledici əhəmiyyətə malikdir.
Nəqliyyat vasitələri qrupu dəmiryol və başqa nəqliy­yat növlərinin əsas vasitələrindən – lokomotivlərdən, plat­for­­malardan, vaqonetkalardan, avtomobillərdən, qoşqu, av­tomobil və s. dən ibarətdir.
Əsas istehsal fondlarına inventar, alət  və başqa əsas va­­sitələr, yəni müxtəlif iş alətləri, uyğunlaşdırıcılar, ştamp­­lar, modellər, laboratoriya və ölçü cihazları, təsər­rü­fat və dəftərxana inventarı, hesab maşınları, kompüterlər, ya­zı ma­şınları, dəmir kassaları və s. müxtəlif qruplara ay­rı­lır. Plan­laşdırma və uçot işləri təcrübəsində əsas fond­la­rın tər­kibinə yalnız azı bir il işləyə bilən və hərəsinin də­yə­ri ­­­­­­­­­100 manatdan aşağı olmayan inventar və alət növləri aid edilir.
İstehsal əsas fondları istehsalda fəal iştirakına görə ak­tiv və passiv hissələrə ayrılır. Aktiv hissəyə qurğular, güc maşın və avadanlıqları, mühərriklər, iş maşınları, ava­dan­lıqlar və s., passiv hissəsinə – binalar, inventar, la­bo­ratoriya ləvazimatı və s. aiddir.
İstehsal əsas fondların müxtəlif qruplarının onların ümu­mi dəyərindəki nisbətləri əsas fondların strukturunu xa­rakterizə edir və faizlə ifadə olunur. Əsas fondlarının struk­turu o halda mütərəqqi hesab edilir ki, onun tər­ki­bin­də qurğuların xüsusi çəkisi yüksək olur. Bu istehsal əsas fond­ların hər manatına daha çox məhsul buraxılışına im­kan verir.
Əsas fondların ayrı-ayrı növləri arasındakı nisbət on­la­rın quruluşunu təşkil edir ki, bu da ayrı-ayrı sahələrin is­teh­sal xüsusiyyətlərindən asılıdır.
 Sənaye müəssisələrində əsas fondların mövcud ol­ma­sı, istifadəsi, onların qiymətləndirilməsi vasitəsilə apa­rı­lır. Onlar natural və dəyər ifadəsində uçota alınır və qiy­mət­ləndirilir. Əsas fondların natural forması bir çox cəhət­dən bu və ya digər müəssisənin texnoloji xüsusiyyətləri ilə müəy­yən edilir. Qara metallurgiya zavodlarında əsas fond­la­ra domna və marten sobaları, prokat dəzgahları, bun­lara xid­mət edən avadanlıq və s. daxildir. Maşınqayırma za­vod­larında əsas fondlara dəmirçi-press avadanlığı, tökmə ava­danlığı, metalkəsən dəzgahlar və başqa avadanlıq da­xil­dir.
Əsas fondların natural göstəricilər üzrə təhlili müəs­si­sənin işi üçün böyük əhəmiyyətə malikdir, çünki bu təh­lil ayrı-ayrı sexlərin və sahələrin istehsal imkanlarını müəy­yən etməyə yardım göstərir. Eyni zamanda fondların ümu­mi dinamikasını hesablamaq üçün müəssisənin əsas fond­ları yalnız natural göstəricilərlə deyil, həmçinin pul, yə­ni dəyər formasında da uçota alınır.
İstehsal əsas fondlarının dəyərcə pul vasitəsilə qiy­mət­­lən­di­ril­mə­sinin 3 üsulunu: tam ilkin dəyərə, tam bərpa dəyərinə və qalıq dəyərinə görə qiymətləndirilməsi üsullarını fərq­lən­dirirlər.
1.   Tam ilkin dəyərə görə – əsas fondların qiymətlən­di­rilməsi vaxtında onların tikilməsi, alınması, gətirilməsi və quraşdırılması müəssisəyə neçəyə gəlmişdir. Buna ba­lans dəyəri deyilir.
2.   Tam bərpa dəyərinə görə – əsas fondların tam il­kin dəyərinə görə qiymətləndirilməsindəki qüsuru aradan qal­dırır. Həmin dəyər fəaliyyətdə olan əsas fondların yeni şə­raitdə mənəvi köhnəlməni və tikinti – quraşdırmada baş ver­miş dəyişikliklərini nəzərə alaraq, yaradılmasının ne­çə­yə başa gəldiyini göstərir və əsas fondlar vaxtaşırı yenidən qiy­mətləndirilir.
3.   Qalıq dəyərinə görə – hazırkı müddətdə əvvəl­lər­də istifadə olunmuş əsas fondların dəyərindən hələ nə qə­dər qaldığını göstərir. Fondların bu dəyər üzrə qiy­mət­lən­di­rilməsinin iqtisadi əhəmiyyəti bundadır ki, o, əsas fondların hazırda ilk dəyərindən hələ hansı hissəsinin qaldığını, yəni nə qədər dəyəri hazır məhsula keçirməli old­u­ğunu göstərir. Əsas fondların köhnəlmə dəyəri çıxıl­maq­la hesablanan dəyərinə qalıq dəyəri deyilir.

6.2.  Əsas fondların aşınması, amortizasiya və təmiri

Əsas fondların yaradılmasına və bərpa edilməsinə qo­yulan xərcləri əks etdirən bütün bu dəyər onların işlə­di­yi bütün müddət ərzində tədriclə hazır məhsula keçir. İllik köh­nəlmənin kəmiyyəti təbii olaraq, yalnız bu dəyərdən de­yil, həmçinin əsas fondların iş müddətindən də asılı ola­caq­dır.
Əsas fondların iş müddəti bir sıra amillərdən, məsə­lən, binaların, tikililərin və avadanlığın konstruk­si­ya­sın­dan, onların hazırlanması üçün istifadə edilmiş  material­lar­dan, əsas fondların işlənilməsi şəraitindən, müəyyən də­rə­cədə bunların işlə yüklənilməsi səviyyəsindən, əsas fond­lara xidmət edən kadrların ixtisasından və s. asılıdır. Əsas fondların iş müddətinə ayrı-ayrı amillər  göstərdiyi tə­siri nəzəri cəhətdən hesablamaq son dərəcə çətindir, bu­na görə də həmin amillərin təsiri dərəcəsi  demək olar ki, yalnız təcrübə əsasında müəyyən edilir.
İstehsal prosesində əsas fondlar qeyd etdiyimiz kimi, ilkin natural formasını saxlayaraq, tədricən köhnəlir və aşı­nırlar. Köhnəlmə ifadəsi ilə əsas fondların dəyərinin bir hissəsinin itirilməsi prosesi nəzərdə tutulur və yaradılmış məhsulun üzərinə hissə-hissə keçirilir.
Hər bir müəssisə müntəzəm surətdə xüsusi fonda, əsas fondların köhnəlməsini əks etdirən miqdarda ayır­ma­lar keçirməlidir. Müəssisənin bir il ərzində xüsusi fonda ke­­çirdiyi ayırmalar, təbii olaraq, əsas fondun illik köh­nəl­mə kəmiyyətini əks etdirməlidir. Bu ayırmalara amor­ti­za­si­ya ayırmaları, toplanan vəsaitə isə  amortizasiya fondu de­yilir.
Amortizasiya – istehsal əsas fondlarının dəyərinin həmin fondların köməyi ilə yaradılmış məhsulun üzərinə tədricən keçirilməsi, pul vəsaitlərinin məqsədli yığımı və sonrakı təkrar istehsalında, bərpasında istifadəsi deməkdir. Əsas fondların bütün iş dövrü üçün edilən amortizasiya ayır­maları həmin fondların yaradılması və bərpa edilməsi xərc­­lərini ödəməlidir. Buna uyğun olaraq, il ərzindəki  amo­r­tizasiya ayırmaları əsas fondların yaradılması və bər­pa edilməsi xərclərinin həmin fondların işlədildiyi il­lə­rin sa­yına bölünməsi nəticəsində alınmış məbləğə bərabər ol­ma­­lıdır.
Təcrübədə illik amortizasiya ayırmaları əsas fond­la­rın həmin müəssisə üçün müəyyən edilmiş amor­ti­za­siya normasına görə hesablanır və aşınma dərəcəsini məhsulun üzə­rinə keçirən dəyər hissəsi müəyyən edilir.
İllik amortazisiya ayırmalarının kəmiyyəti amor­ti­za­si­ya norması əsasında müəyyən edilir. Amortizasiya nor­ma­sı – amortizasiya  ayırmalarının əsas fondların orta illik də­yərinə nisbətinin faizlə ifadəsidir, yəni:

Toplanan pul vəsaitləri əsas fondların tam bərpası üçün nəzərdə tutulan xüsusi pul fonduna – amortizasiya fon­du­na keçirilir. Bu fond əsas fondların  bərpası üçün sti­mul yaradır.
Amortizasiya əsas fondların yeni yaradılan məhsulun maya dəyərinə daxil edilən hissəsini ifadə edir.
Amortizasiya fondu əsaslı təmir işlərinin və əmək  və­saitlərinin modelləşdirilməsinin maliyyələşdirilməsi mən­­bə­yindən biridir.
Amortizasiya ayırmalarını hesablamaq üçün əsas fond­ların  fiziki, mənəvi və sosial aşınmasını fərqlən­di­rir­lər.
Əsas fondların fiziki aşınması  – onların istismarı nə­ti­cəsində, yaxud təbii olaraq, köhnəlməsidir. Əsas fond­la­rın fiziki aşınmasının iki növü: işləməkdən aşınma və təbii aşın­maşı mövcuddur.
İşləməkdən aşınma – əsas fondların istismarı prose­sin­də onların istehsal istehlakı nəticəsində, təbii aşınma isə təbii amillərin dağıdıcı təsiri ilə baş verir. Əsas fondların fi­ziki aşınması həm onların istismarı müddətindən və in­ten­sivliyindən, həm də saxlanılması şəraitindən asılıdır. Əsas fondların fiziki aşınma dərəcəsi onların faktiki və nor­mativ xidmət müddətlərinin nisbəti ilə müəyyən olu­nur. Faktiki xidmət müddəti normativdən az olan ob­yekt­lər üzrə əsas fondların fiziki aşınma əmsalı – faktiki xid­mət müddətinin normativ xidmət müddətinə nisbəti kimi tə­yin edilir. Faktiki xidmət müddəti normativ müddətə bə­ra­bər, yaxud ondan yüksək olan obyektlər üçün əsas fondların fiziki aşınma əmsalı – faktiki xidmət müddətinin faktiki və qalan xidmət müddətlərinin cəminə nisbəti kimi müəy­yən edilir:

.

Burada Dilk, Dqal – əsas fondların ilkin və qalıq dəyəri, manatla və  txid – əsas fondların xidmət müddəti, il.
Əsas fondların mənəvi aşınması – əmək vasitə­lə­ri­nin texniki istehsal xassələrini itirmə dərəcəsindən asılı olaraq öz ilk dəyərini tədricən itirməsidir. Əsas fondların mə­nəvi aşınmasının iki formasını fərqləndirirlər: onun is­teh­­sal et­di­yi sahələrdə (məsələn, maşınqayırma zavo­dun­da) əmək məh­suldarlığının yüksəldilməsi və eyni növ əmək va­si­tə­lə­ri­nin ucuzlaşdırılması nəticəsində əmələ gə­lir.
Birinci növ mənəvi aşınmanın kəmiyyəti əsas fond­la­rın ilkin (Dilk) və bərpa dəyəri (Dbər) arasındakı fərqdən ibarətdir:     
Am.b = Dilk – Dbər .
            
Əsas fondların mənəvi aşınmasının ikinci forması ye­ni, daha məhsuldar və qənaətcil texnikanın yaranması ilə əla­qədardır. İstehsalda yeni, daha səmərəli əmək və­sa­it­lə­ri­nin geniş tətbiqi köhnə texnikaya (obyektlərə)  nisbi fay­da­lılığının aşağı düşməsinə səbəb olur.
Əsas fondların mənəvi aşınmasında müəssisənin it­ki­si­ni azaltmağın əsas yolu maşın və avadanlıqlardan daha dolğun və intensiv istifadə etməkdir.
Əsas fondların mənəvi aşınmasının birinci və ikinci for­maları müəyyən növ əsas fondların istehlak dəyəri va­hi­dinə düşən qiymətlərin müvafiq sürətdə aşağı düş­məs­in­də öz istifadəsini tapır və amortizasiya normaları müəyyən edi­lərək nəzərə alınır.
Mütərrəqqi texnika mənəvi cəhətdən köhnəlmiş, fiziki cəhətdən isə yararlı olan öz təyinatını itirməmiş olub, istehsaldan çıxara bilər ki, yeninin məhsuldarlığı hesabına əldə edilən əlavə səmərə, köhnənin məhsul üzərinə hələ keçirmədiyi dəyərindən çox olsun.
İstehsal əsas fondları fiziki, mənəvi və iqtisadi köh­nəl­mə ilə yanaşı sosial cəhətdən də köhnəlirlər. Belə köh­nəlmə, köhnə avadanlıqlara nisbətən istismarı fəhlə üçün daha rahat və cazibədər olan (səssiz, təhlükəsiz, ra­hat və s.) yeni avadanlıqların əmələ gəlməsində özünü göstərir.
Əsas fondların fiziki, mənəvi və sosial aşınması əsas­lı təmir və modernləşdirmə hesabına qismən ödənilir, tam ödə­nilməsi (renovasiya) isə avadanlıqlarının yenisi ilə əvəz olunması yolu ilə həyata keçirilir.
Əsas fondlar fiziki cəhətdən qismən və tam köh­nə­lir­lər. Onların fiziki cəhətdən qismən köhnəlməsi əsaslı, orta və cari təmirlə aradan qaldırılır.
Əsaslı təmirdə – maşın və avadanlıqlar tam sökülür, kor­lanmış qovşaq və hissələr dəyişdirilir. Təmirin nəti­cə­sin­də onlar öz əvvəlki texniki-iqtisadi parametrlərini bərpa edir­lər. Sonra çəkilən xərclər amortizasiya fondu hesabına ödə­nilir.
Əsas fondları lazımi halda saxlamaq üçün ən mühüm təd­birlərdən biri onların məhsuldarlığını qoruyub saxla­maq  və iş müddətini uzatmaq məqsədilə vaxtında və key­fiy­yətcə yaxşı təmir edilməkdən ibarətdir.
Hazırda müəssisələrin çoxunda nəzəri əsasında planlı xəbərdarlıq təmiri sistemi qəbul edilmişdir. Bu sistem üç cür təmirin mövcud olmasını, yəni əsaslı təmiri, orta tə­mi­ri və kiçik (cari) təmiri nəzərdə tutur.
Əsaslı təmir bütün köhnəlmiş hissələri və detalları dəyişdirməklə əlaqədar olan və bir qayda olaraq, avadan­lı­ğın tamamilə sökülməsini, təmizlənməsini və yox­la­nıl­ma­sı­nı tələb edən iri təmir nəzərdə tutulur.
Əsas fondların normal qaydada işləməsi üçün orta tə­mi­rin böyük əhəmiyyəti vardır. Bu təmir əsaslı təmirə nis­bətən daha az mürəkkəb olan işlərin görülməsini nə­zər­də tutur. Orta təmirin əsas vəzifəsi qəzaların baş ve­ril­mə­si­nin, maşının sınmasının və məhsuldarlığının azalmasının qar­şısını almaq məqsədilə profilaktik müayinə keçir­mək­dən və avadanlığın nisbətən sadə təmirindən ibarətdir.
Əsaslı və orta təmirlərdən bir çox hallarda avadanlığı modernləşdirmək üçün istifadə edilə bilər və edilməlidir. Təmirlə modernləşdirmə arasındakı fərq bundan ibarətdir ki, təmirdə məqsəd avadanlığın məhsuldarlığını bərpa et­mək­dir, modernləşdirmə isə avadanlığın məhsuldarlığını ar­tırmaq məqsədini güdür.
Cari (kiçik) təmirə gəldikdə, bu təmir əsas fondların hər gün işlədilməsi ilə əlaqədar olan daha sadə təmir işlərinin görülməsini nəzərdə tutur. Məsələn, binalarda ca­ri təmir – binaların ağardılmasından, sınmış şüşələrin əvə­zinə təzə şüşə salınmasından, elektrik şəbəkəsinin xırda tə­mir­lərindən və sairələrdən ibarət olmalıdır; avadanlığın cari təmiri xırda zədələrin aradan qaldırılmasından və bütün maşını sökmədən, ayrı-ayrı hissələrinin dəyiş­di­ril­mə­sindən və s. ibarət ola bilər.
Planlı xəbərdarlıq təmiri sistemi əsaslı, orta və kiçik təmirlərin müəyyən qaydada növbə ilə keçirilməsini, ha­be­lə avadanlığın müntəzəm surətdə müayinə edilməsini nə­zərdə tutur. Bu ardıcıllıq təmir tsiklini əhatə edir ki, hə­min tsikl də bir əsaslı təmirlə digər əsaslı təmir arasındakı dövrü nəzərdə tutur.
Əsas fondları müvəffəqiyyətlə təmir edə bilmək üçün ehtiyat hissələri və detal istehsalını mərkəzləşdirilmiş qay­da­da təşkil etməyin çox böyük əhəmiyyəti vardır. Belə bir təd­bir təmiri asanlaşdırır və ucuzlaşdırır, çünki təmir üçün lazım olan şeyləri müəssisənin özümdə sadələşmiş və çoxlu vəsait sərf etməyə ehtiyac qalmır.

6.3. Müəssisənin istehsal gücü və onun hesablanması

Əsas fondlar özü-özlüyündə cansızdır. Onlar yalnız iş­çi qüvvəsi ilə birlikdə canlanır. İşçi  qüvvəsi isə əsas is­teh­sal fondlarının əlaqələndirilməsi müəssisənin, sexin və sahənin istehsal gücünü müəyyən edir. Müəssisənin (sex, sahənin) istehsal gücü deyərkən, onların məhsul buraxılışı üzrə malik olduqları ən yüksək səviyyədə məhsulun bu­ra­xı­lışını nəzərdə tuturlar. İstehsal gücünün miqdar ifadəsi, yəni kəmiyyəti, əsas fondlardan ən mükəmməl surətdə is­ti­fadə edilməsi (müəssisə üçün qoyulan iş rejiminə uy­ğun olaraq), mütərəqqi texnologiyanın və əmək təşki­lin­dəki qabaqcıl metodların tətbiq edilməsi, avadanlığın məhsul­dar­lığının mütərəqqi normalarının həyata keçirilməsi və “zəif yerlərin” aradan qaldırılması əsasında, müəssisənin bir il ərzində hazırlaya biləcəyi müəyyən növ məhsulun mak­simum miqdarı ilə xarakterizə edilir.
İstehsal gücünün həcmini müəyyən bir hədd kimi, yəni həmişəlik müəyyən edilmiş bir maksimum kimi təsəvvür etmək olmaz. Bu həcm dəyişkən həcmdir. Tex­ni­ka inkişaf etdikcə, yəni daha mükəmməl texnoloji pro­ses­lər tətbiq edildikcə, istehsalın tətbiqi yaxşılaşdıqca  və kadr­ların tərkibi yüksəldikcə müəssisənin  məhsulun bu­ra­xı­lış qabiliyyəti artır.
Müəssisənin istehsal gücü müəyyən dövr ərzində  (ay, rüb, il) elm və texnikanın ən yeni nailiyyətlərinin, mü­tə­rəqqi texnoloji proseslərin və qabaqcıl istehsalat təc­rü­bəsinin geniş tətbiqi, əmək və  istehsalın təşkilinin tək­mil­ləşdirilməsi əsasında mövcud istehsal əsas fondlardan tam istifadə etməklə optimal nomenklaturada, çeşiddə və key­fiy­yətdə müəyyən məhsul buraxılışı üzrə maksimum im­kan­dır.
Müəssisənin istehsal gücü hazırladığı məhsulun öl­çül­düyü vahidlərlə ölçülür. Adətən, sənaye müəs­si­sə­lə­ri­nin istehsal gücünü ölçmək üçün natural, şərti natural, əmək və digər göstəricilərindən istifadə edilir. Əgər müəs­si­sə bir neçə növ məhsul buraxarsa, istehsal gücü bir neçə na­tural göstərici ilə xarakterizə ola bilər.
Əgər hazırlanan məhsullar növ və ölçülərinə, xa­rak­te­rinə və xüsusiyyətlərinə görə bir-birindən fərqlənirsə, on­da həmin müəssisənin istehsal gücü şərti natural gös­tə­ri­cilərlə xarakterizə olunur.
Müəssisənin istehsal gücün  düzgün hesablanmasının çox böyük əhəmiyyəti vardır, çünki onun həcminə görə müəs­sisənin istehsal proqramı işlənib hazırlanır. Ona görə də, məsələn, neft mədənlərinin istehsal gücü neçə ton neft hasil edilməsi ilə, qazma kontorlarının gücü neçə metr qaz­ma əldə edilməsi ilə, aqreqat hazırlayan maşınqayırma zavodunun gücü neçə ədəd aqreqat buraxılması ilə və sairələrlə  müəyyən edilir.
Ayrı-ayrı hallarda, əgər müəssisə bir neçə növ məh­sul buraxarsa, istehsal gücü bir neçə natural göstərici ilə xa­­rakterizə oluna bilər. Məsələn, maşınqayırma zavod­la­rı­nın istehsal gücü iki natural göstərici ilə, yəni həm ədədlə, həm də güc vahidi ilə ölçülür. Belə ki, güc trans­for­ma­tor­la­rı kvt-la  və ədədlə, fəvvarə armaturası atmos­fer­lə və dəst ilə, dərinlik nasos stanqları  metr ilə ölçülür və s.
Bəzi hallarda “istehsal gücü” anlayışını “istehsal proq­­ramı” anlayışı ilə eyniləşdirirlər. Bu, düzgün deyil. Bi­­­rincisi, ona görə ki, müəssisənin istehsal gücü onun po­ten­­sial, istehsal proqramı isə real imkanıdır. Potensial im­­kan həmişə real imkandan çox olur və odur ki, müəs­si­sə­nin istehsal gücü onun istehsal proqramından artıqdır; ikin­­­cisi, müəssisənin istehsal proqramı onun orta illik gü­cü­­­nə əsasən, işlənib hazırlanır və həmin gücə müəs­si­sə­nin mak­simum gücü deyilir; üçüncüsü, plan döv­rü ərzində müəs­sisənin istehsal gücü bu və ya digər təş­kilatı – tex­ni­ki tədbirlərin həyata keçirilməsi nəticə­sin­də müəyyən qə­dər artır (dəyişir), istehsal proqramı isə qəbul və təsdiq edil­­dikdən sonra plan dövrü ərzində, adətən, dəyişməz qa­lır.
Müəssisənin istehsal gücünü hesablayarkən ona təsir edən amillər nəzərə  alınmalıdır. Müəssisənin istehsal gü­cü­­nün kəmiyyətinə aşağıdakı amillər təsir göstərir:
a) texnoloji məqsədlər üçün istifadə edilən ava­dan­lıq­ların sayı və tərkibi;
b) plan ildə avadanlığın işləmə vaxtı fondu;
v) texnoloji avadanlıqlardan istifadənin mütərəqqi nor­maları;
q) istehsal olan məhsulun əmək tutumu;
ğ) məhsulun hazırlanmasında istifadə edilən texnoloji alət və tərtibatların xüsusi çəkisi;
d) məhsulun hazırlanması texnologiyanın təkmilləş­di­rilməsi;
e) məhsulun hazırlanmasında istifadə edilən xammal və materialın  keyfiyyəti;
ə)  əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsi;
z) avadanlığın təmirdə qalma  vaxtının azaldılması ;
i) istehsal əsas fondların texnoloji quruluşun təkmil­ləş­dirilməsi.
Avadanlığın  işləmə vaxtı fondu – plan dövründə ava­­­danlığın potensial, yaxud faktiki işləmə müddətidir. Ava­­danlığın təqvim üzrə, rejimlə (nominal), faydalı (nor­ma­tiv, plan), faktiki və məhsuldar işləmə vaxtı fondu fərq­lən­dirilir. Təqvim üzrə avadanlığın işləmə vaxtı fondu–nə­­zərdən keçirilən dövrdə vaxtın astronomik miqdarı ilə hesablanır. Avadanlığın rejim iş vaxtı fondu – təqvim fon­dun­dan qeyri-iş vaxtını çıxmaqla müəyyən edilir və bu zaman avadanlığın işinin növbəliliyi  və gün ərzində işdə nə­zərdə tutulmuş fasilələr hesaba alınır. Avadanlığın fay­dalı iş vaxtı fondu – avadanlığın planlı təmiri ilə əla­qə­dar boşdayanma vaxtı həmçinin onun sazlanması və yeni­dən saz­lanması vaxtı çıxılmaqla rejimlə işləmə vaxtı əsa­sın­da hesablanır. Faktiki avadanlığın işləmə fondu – fay­da­lı iş­lə­mə vaxtı fondundan artıq boşdayanma vaxtının kə­miy­yəti qədər az və vaxtdan artıq işlənilən saatların  kə­miy­yəti qə­dər çox ola bilər. Avadanlığın məhsuldar iş vax­tı fondu dedikdə, avadanlığın faydalı iş vaxtı  fon­dun­dan onun qeyri – məhsuldar iş vaxtını çıxdıqdan sonra yer­də qalan vaxt nəzərdə tutulur.

6.4. Əsas fondlardan və istehsal gücündən istifadə göstəriciləri

Əsas fondların həcminin artırılması ilə yanaşı, möv­cud istehsal əsas fondlardan istifadənin yaxşılaş­dı­rıl­ması da ən mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu bir tərəfdən istehsalın həcminin artırılması imkanını geniş­lən­dirir, digər tərəfdən isə, istehsal aparatının texnika ilə si­lahlanma səviyyəsinin yüksəldilməsi ilə, əmək məhsul­dar­lığının artırılması və məhsulun maya dəyərinin aşağı sa­lınması ilə əlaqədardır.
İstehsal əsas fondlardan istifadəni qiymətləndirmək üçün müxtəlif göstəricilərdən istifadə edilir. Həmin gös­tə­ri­­cilərinin bəzilərinin mahiyyəti və hesablama metodikası aşa­ğıdakı kimidir.
Fond verimi – məhsulun illik həcmini istehsal əsas fond­ların orta illik tam balans dəyərinə bölməklə təyin edi­­lir. Fond verimi göstəricisi fəaliyyətdə olan  və yeni işə sa­lınan fondların aktiv hissəsi üzrə hesablanır. Fond ve­ri­mi­ni hesablamaq üçün məhsul buraxılışının illik həcmi mü­əssisənin topdansatış qiymətində təyin edilir, istehsal əsas fondlar isə, onların aşınma dərəcəsi nəzərə alınmadan ilk dəyərlərinə görə qiymətləndirilir. Fond veriminin yük­səl­­dilməsinə – əsas fondların quruluşunun təkmil­ləşdi­ril­mə­si, boş dayanma hallarının aradan qaldırılması, maşın və avadanlıqların vaxtı – vaxtında təmir  edilməsi hesa­bı­na nail olunur.
İstehsalın fondla təmin olunma – səviyyəsini hesab­la­maq üçün müəyyən dövr ərzində (məsələn, bir ildə) maddi istehsal sferasında istifadə olunan istehsal əsas fond­ların orta illik qalıq dəyərinə 100 kvadrat metr isteh­sal mey­dan­ça­sı sahəsinə bölmək lazımdır. Bu gös­tə­ri­ci is­teh­sal mey­dan­çasından və orada qurulmuş ava­dan­lıqdan istifadə olun­masının səmərəliliyini səciy­yə­lən­dirir.
Təzələnmə əmsalı – istehsal əsas fondların texniki və­­ziyyətini xarakterizə edir və müəyyən  dövr ərzində is­tis­mara verilmiş istehsal əsas fondların ilk dəyərinin on­la­rın həmin dövrün sonuna olan ümumi dəyərinə nisbəti kimi hesablanır. Təzələnmə əmsalı yeni istehsal əsas fond­la­rın inşası və əldə edilməsindən  məsrəflərin həcmini və onların istehsal əsas fondların ümumi dəyərində tutduğu pa­yını özündə əks etdirir. İstehsal əsas fondların təzə­lən­mə əmsalı tək­cə onların istismara verilməsi səviyyəsini de­yil, həm­çi­nin onların istehsalatdan çıxarılmasından ası­lı­dır. İstehsal əsas fondların istehsalatdan çıxma əmsalı – müəy­yən dövr ər­zin­də istehsalatdan çıxarılmış istehsal əsas fondların  də­yə­rinin, həmin dövrün əvvəlinə olan is­teh­­sal əsas fondların ümumi dəyərinə nisbəti kimi təyin edi­lir.
 Artma əmsalı – istehsalın fondla silahlanma dərə­cə­si­ni xarakterizə edir və istehsal əsas fondların plan ilinin so­nuna olan qalıq dəyərini, həmin ilin əvvəlindəki qalıq dəyərinə bölməklə müəyyən edilir.
Köhnəlmə əmsalı – hər hansı bir tarixə, məsələn, fev­ra­lın 1-nə istehsal əsas fondların köhnəlmə dərəcəsini nə­zə­rə alan kəmiyyətini onların ilk dəyərinə nisbəti kimi tə­yin edilir. Bu əmsal həm istehsal əsas fondların bütün növ­lə­ri  üzrə, həm də onun ayrı – ayrı ünsürləri üzrə he­sab­la­nır. Onu da qeyd edək ki, istehsal əsas fondların köh­nəl­mə əm­salını hesablayarkən onların yararlılıq əmsalını da müəy­yənləşdirmək lazımdır.
Yararlılıq əmsalı – istehsal əsas fondların köhnəlmiş his­səsinin dəyərinin (qalıq dəyərinin) onların ilk dəyərinə olan nisbəti kimi müəyyən edilir. Deməli, köhnəlmə əm­sa­lı istehsal əsas fondların köhnəlmiş, yararlılıq əmsalı isə köh­nəlməmiş hissəsinin (işə yararlı olan hissəsinin) xüsusi çə­­kisini xarakterizə edir. Lakin həm köhnəlmə və həm də ya­­rarlılıq  əmsalı istehsal əsas fondların təkrar istehsalı ba­rə­də heç bir məlumat vermir.
Avadanlıqdan istifadə əmsalı – istehsal əsas fond­la­rın ak­tiv hissəsindən məhsuldar istifadə dərəcəsini xa­rak­te­­rizə edir. Vaxta, gücə, istehsal olunan məhsulun həcminə və ya ye­rinə yetirilən işə görə hesablanır. Vaxta görə ava­dan­­lı­ğın faktiki iş vaxtı fondunu faydalı iş vaxtı  fonduna böl­­­mək lazımdır.
İstehsal güclərindən istifadəni qiymətləndirmək üçün istifadə edilən göstəriciləri  şərti olaraq iki qrupa: ümumi və xüsusi göstəricilərə ayırmaq olar. Birinci qrup gös­tə­ri­ci­lər, istehsal gücündən bütövlüklə müəssisə və onun bölmələri üzrə istifadə dərəcəsini, ikinci qrup gös­tə­ri­cilər isə – avadanlıq və qurğuların ayrı – ayrı növ­lə­rin­dən (mə­sə­lən, turboburdan, elektroburdan, mancanaq dəz­ga­hın­dan, dərinlik nasoslarından və s.) istifadə səviy­yə­sini sə­ciy­­yələndirir.
Ümumi göstəricilərə aiddir:
a)     istehsal gücündən faktiki istifadə əmsalı – müəy­yən müddət ərzində istehsal edilən  məhsulun istehsal gü­cü­nə olan nisbətinə bərabərdir;
b)     layihə istehsal gücündən istifadə əmsalı – müəs­si­sənin təsdiq olunmuş layihə gücündən istifadə səviy­yə­si­ni xarakterizə edir. Bu əmsalı hesablamaq üçün müəs­si­sə­nin  müəyyən dövr ərzindəki faktiki istehsal gücünün kə­miy­yətini onun layihə istehsal gücünün kəmiyyətinə böl­mək lazımdır;
c)     müəssisənin istehsal meydançasından istifadə əm­sa­lı – iki amildən: avadanlığın yerləşdirilməsindən və hə­min avadanlığın məhsuldarlığından asılıdır. Buna görə də hə­min göstəricini hesablamaq üçün ilk növbədə ava­dan­lı­ğın daha məqsədəuyğun  surətdə yerləşdirilməsinə ça­lış­maq lazımdır ki, istehsal sahəsinin bir kvadrat metrindən da­ha səmərəli istifadə etmək mümkün olsun. Özü – öz­lü­yün­də aydındır ki, bu tədbir heç də əmək şəraitinin pis­ləş­mə­­si, yaxud təhlükəsizlik texnikası tədbirlərinin po­zul­ma­sı hesabına həyata keçirilməməlidir. İkincisi, hər ava­dan­lıq vahidi üzrə məhsuldarlığın yüksəldilməsinə, müəyyən vaxt ərzində həmin avadanlıqda məhsulun buraxılışını ar­tır­mağa çalışmaq lazımdır.
İstehsal gücündən istifadə edilməsi üzrə xüsusi gös­tə­ricilər avadanlıqların  ayrı-ayrı növlərindən istifadə əm­sa­lıdır. Bir çox avadanlıq növlərinin məhsuldarlığı vaxt va­hidi ərzində onların vasitəsilə istehsal olunan məhsulun miq­darı ilə müəyyən oluna bilər.

6.5. Əsas fondlardan və istehsal gücündən istifadənin yaxşılaşdırılması yolları

İstehsal əsas fondlardan və istehsal gücündən istifa­də­nin yaxşılaşdırılmasının iqtisadi əhəmiyyəti olduqca bö­yükdür. Əsas istehsal fondlarından və istehsal gücündən  səmərəli istifadə olunduqda məhsul buraxılışı artır və be­lə­liklə, məhsul vahidi istehsalına sərf edilən maddiləşmiş əmə­yin miqdarı əsasən amortizasiya məbləği azalır. İs­teh­sal əsas fondlarına hesablanan amortizasiya ayırmaları is­teh­sal əsas fondlarının ömür müddətinə görə hesablanır.
İstehsal əsas fondların həcminin artırılması və isteh­sal gücünün müntəzəm sürətdə genişləndirilməsi ən mü­hüm xalq təsərrüfatı məsələlərindəndir. Bu tədbir isteh­sa­lın arası kəsilmədən artırılması imkanlarını genişləndirir. İstehsal gücünün genişləndirilməsi bir qayda olaraq, isteh­sal aparatının texniki səviyyəsinin yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, məhsulun maya dəyərinin aşağı salınması ilə bilavasitə əlaqədardır. İstehsal gücünün genişləndirilməsi ilə yanaşı, mövcud gücdən və istehsal əsas fondlarından istifadənin yaxşılaşdırılması da böyük xalq təsərrüfatı əhəmiyyətinə malikdir. İstehsal gü­cün­dən istifadənin yaxşılaşdırılmasının  bilavasitə nəticəsi, isteh­sal əsas fondların əvvəlki həcmi ilə daha çox məhsul is­teh­sal edilməsindən, investisiya qoyuluşuna olan tə­lə­ba­tın azal­­­­dılmasından ibarətdir. Sənaye müəs­si­sə­lə­rində əsas fond­l­arından və istehsal gücündən istifadənin yaxşılaş­dı­rıl­­masının əsas yolları aşağıdakılardan ibarətdir:
Mövcud müəssisələrin texnika ilə silahlanma səviy­yə­sinin yüksəldilməsi və yenidən qurulması – fəaliyyət gös­tə­rən müəssisələrdə istehsal əsas fondlarının təkrar is­teh­sa­lı­nın mütərəqqi formalarıdır. Mövcud müəssisələrin tex­nika ilə silahlanma səviyyəsinin yüksəldilməsinə aid­dir: is­teh­sa­lın texniki-iqtisadi səviyyəsinin yüksəl­dil­məsi, me­xa­­nik­ləş­di­rilməsi və avtomatlaşdırılması, modernləş­di­ril­məsi, köh­nəl­miş və fiziki aşınmış avadanlığın yeni, da­ha məhsuldar ava­danlıqla əvəz edilməsi, həmçinin ümum­za­vod təsər­rü­fa­tı­nın və yardımçı xidmətlərin tək­mil­ləş­di­ril­məsi üzrə kom­p­leks tədbirlər.
Mövcud müəssisələrin tex­ni­ka ilə silahlanma səviy­yə­si­nin yüksəldilməsində məq­­­səd is­teh­salı hər vasitə ilə in­ten­siv­ləşdirməkdən, isteh­sal gücünü ar­tırmaqdan, əmək məh­sul­darlığının yüksəl­dil­mə­sini təmin et­məklə məhsul bura­xı­lı­şını artırmaqdan və key­fiy­­yətini yaxşılaşdırmaqdan, iş yerlərini ixtisar etmək­dən, məh­sulun material tutumunu və maya dəyərini aşağı sal­maq­dan, material və yanacaq-enerji ehtiyatlarına qənaət et­mək­dən, müəs­sisənin istehsal-tə­sər­rü­fat fəaliyyətinin di­gər texniki-iq­tisadi göstəricilərini ya­x­şı­laşdırmaqdan iba­rət­dir.
Mövcud müəssisələrin yenidən qurulması, bir qayda olaraq, əsas təyinatlı binaları və qurğuları geniş­lən­dir­mə­dən, əsas, köməkçi və xidmətedici sex və təsər­rüfatların ye­nidən qurulmasını nəzərdə tutur və elmi-texniki tərəq­qi­nin nailiyyətləri əsasında istehsalın təkmilləşdirilməsi, onun texniki-iqtisadi səviyyəsinin  yüksəldilməsi ilə bağ­lı­dır. Yenidənqurma texnoloji pillələrdəki qeyri-mütəna­sib­li­yin  aradan qaldırılmasını, az tullantılı, tullantısız texno­lo­giyanın  və çevik istehsalın tətbiq olunmasını, iş yerləri sayının ixtisar edilməsini, əmək məhsuldarlığının yüksəl­dil­məsini, məhsulun material tutumunun və maya dəyə­ri­nin  aşağı salınmasını, fond veriminin yüksəldilməsini və  di­gər texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılmasını tə­min edir.
Yuxarıda deyilənləri nəzərə alaraq, bazar iqtisa­diy­ya­tı­na keçid dövründə dövlətin əsas iqtisadi strategiyası yeni müəs­sisələrin yaradılması əvəzinə, fəaliyyətdə olan müəs­si­sələrin texnika ilə silahlanmasına səviyyəsinin yük­səl­dil­mə­sinə və yenidən qurulmasına yönəltməkdən, bu məq­səd­lərə yönəldilən vəsaitin istehsal üçün əsaslı vəsait qoyuluşunun ümumi həcmindəki payını xeyli artırmaqdan, ava­danlıq və maşınlar üçün məsrəfin investisiya qoyu­lu­şun­da xüsusi çəkisini artırmaqdan ibarətdir.
İstehsalın mexanikləşdirilməsi və avtomatlaş­diril­ma­sı səviyyəsinin yüksəldilməsi – texnoloji prosesin bütün mərhələlərində əl əməyinin maşınla əvəz edilməsini təmin edir. Müasir dövrdə istehsalın mexanikləşdirilməsi və av­to­­mat­laşdırılması bir-birinə uyğun gələn rejimlərdə maşın və digər avadanlıqlar yaradılması və tətbiqi əsasında həyata keçirilir; belə maşın və avadanlıqlar məhsuldarlığa görə bir-biri ilə əlaqəli olur və texnoloji prosesin daha yaxşı yerinə yetirilməsini təmin edir. Bu zaman əl əmə­yin­dən maşın və avadanlıqları idarə etməkdə, nizamlamaqda və sazlamaqda, həmçinin əməyi yüngülləşdirmək və məh­sul­­darlığı yüksəltmək üçün mexanikləşdirilməsi və avto­mat­laşdırılması o qədər də mühüm əhəmiyyət kəsb et­mə­yən və iqtisadi cəhətdən məqsədəuyğun olmayan az əmək­tutumlu proseslərdə istifadə olunur. İstehsalın me­xa­nik­ləşdirilməsinə və avtomatlaşdırılmasına bu cür ya­naş­ma kompleks mexanikləşdirilmiş və avtomatlaşdırılmış axın xətlərinin, sexlərin yaradılmasına, müəssisələrin ya­ra­dıl­ma­sına zəmin hazırlayır və onların yaradılmasını tə­min edir. Bütün bunların hamısı mövcud maşın və ava­dan­lıq­lardan tam və hərtərəfli istifadə olunmasına imkan verir ki, bu da vaxt vahidi ərzində istehsal olunmuş məhsulun (işin, xidmətin) həcminin artırılmasının zəruri şərtləridir.
Avadanlığın boş dayanma hallarının ləğv edilməsi – möv­cud maşın və avadanlıqlardan istifadənin yaxşı­laş­dı­rıl­masının əsas yollarından biri hesab edilir. Avadanlığın iki cür boş dayanmasını:  planlaşdırılan və plan­laş­dı­rıl­ma­yan boş dayanma hallarını fərqləndirirlər. Avadanlığın planlaşdırılan boş dayanmaları bilavasitə onların iş rejim­lə­ri ilə bağlıdır. Belə ki, bəzi sənaye müəssisələrində hə­ya­ta keçirilən texnoloji proseslərin özü avadanlığın gecə-gün­düz işləməsini tələb edir. Məsələn, elektrik stan­si­ya­ları, toxuculuq fabrikləri, neft-qaz quyularının qazılması və mənimsənilməsi, domna və marten peçləri, neft-qaz emalı zavodları və s. fasiləsiz işləyirlər. Digər sənaye müəs­sisələrində isə, məsələn, maşınqayırma zavodlarında ma­şın və avadanlıqlar, adətən, iki və ya bir növbə ilə iş­lə­yir­lər. Müəssisələrdə maşın və avadanlıq üçün müəyyən edil­miş iş rejimi onların növbəlik əmsalı ilə xarakterizə olu­nur.
Növbəlik əmsalı – maşın və avadanlığın hər bir va­hi­di­nin (məsələn, dəzgahın, aqreqatın, axın xəttinin və s.) gün, ay, rüb və il ərzində orta hesabla neçə növbə iş­lə­di­yi­ni göstərir. Növbəlik əmsalı bütün növbələrdə işlənmiş növ­bə-dəzgahların (növbə-maşınların) miqdarını qurulmuş avadanlığın miqdarına bölməklə müəyyən edilir.
Avadanlığın planlaşdırılmayan boş dayanmalarının ləğv edilməsi müəssisələrdə xeyli miqdarda istehsal güc­lə­ri­nin artırılmasına imkan verir. Maşın və avadanlıqların planlaşdırılmayan boş dayanmalarının əsas səbəbləri on­la­rın saz olmamasından, təmir gözləməsindən və təmir iş­lə­ri­nin həyata keçirilməsi müddətindən, işə salma müd­də­ti­nin uzanmasından  və s. ibarətdir. Ümumiyyətlə, ma­şın və avadanlıqların uzun müddət və növbə daxili işləməməsini fərqləndirirlər. Adətən, maşın və avadanlıqların uzun müd­­dət işləməməsi istehsal olunan məhsulun çeşidinin ya­xud onun hazırlanması texnologiyasının dəyişilməsi nə­ti­­cə­­sində baş verir. 
Maşın və avadanlığın növbə iş vaxtı it­ki­ləri isə işdə istehsal prosesinin normal gedişinin, həm­çi­nin əmək inti­za­mı tələblərinin pozulmasından irəli gələn req­la­ment­ləş­di­rilməyən (aradan qaldırıla bilən) fa­si­lə­lər­dir. Pozun­tu­la­rın birinci qrupuna əməyin və istehsalın pis təş­kili nəti­cə­sin­də işdə yaranan fasilələr, materialların iş yerlərinə çat­dı­rılması ilə əlaqədar yubanmalar, maşın və avadanlıqların işindəki qüsurlar, lazımi miqdarda və çe­şid­də texnoloji alət və tərtibatların olmaması, qaldırıcı-nəq­liy­yat vasitə­lə­rini gözləməklə əlaqədar vaxt itkiləri, key­fiy­yətsiz hazır­la­nan çertyoj-texniki sənədlərlə əlaqədar tex­noloqun, kons­truk­torun işə qarışması və s. aid edilir. İkin­ci qrupa əmək nizam-intizam qaydalarının pozul­ma­sın­dan – işdən yayıl­maq­dan, gecikmələrdən, iş yerindən öz­­başına getmə, iş gü­nünün axırında vaxtından əvvəl çıxıb get­mə və s.-dən irəli gələn itkilər aiddir. Deməli, maşın və ava­danlıqların növbə daxili vaxt itkilərinin aradan qal­dı­rıl­ma­sında əmə­yin təşkili və ödənilməsinin kollektiv formalarının, bri­qa­da podratının  müəssisə daxili təsərrüfat hesabının tət­biqi, əmək kollektivində yaradıcılıq ruhu, yüksək məhsuldar əmək üçün şərait yaradılması və qeyri-mütəşəkkilliyə, intizamsızlığa yol verilməməsi mühüm rol oynayır.
İş vaxtından istifadənin yaxşılaşdırılması – istehsalın intensivləşdirilməsinin, əmək məhsuldarlığının yüksəl­dil­mə­sinin, avadanlıq vahidinə düşən məhsul buraxılışının ar­tırılması mühüm ehtiyat mənbələridir. İş vaxtından isti­fa­dənin yaxşılaşdırılmasına – əməyin və istehsalın təş­ki­li­nin təkmilləşdirilməsi, əmək və texnoloji intizamın möh­kəm­ləndirilməsi, əmək şəraitinin və təhlükəsizlik tex­ni­ka­sı­nın yaxşılaşdırılması hesabına xəs­təlik və xəsarətlərin azal­dılması, iş yerlərinin attestasiyası və sə­mə­rə­ləş­di­ril­mə­si səbəb olur.
Avadanlıqdan istifadə əmsalının yüksəldilməsi  möv­cud avadanlıqlardan vaxta, gücə (məhsuldarlığa), istehsal olu­­nan məhsulun həcminə və ya yerinə yetirilən işə görə  sə­­mərəli istifadəni təmin edir. Avadanlıqdan istifadə əm­sa­lının yüksəldilməsinin mühüm amili mütərəqqi tex­no­logiyanın tətbiq edilməsindən, texnoloji proseslərin inten­siv­ləşdirilməsindən, qabaqcıl təcrübənin geniş yayıl­ma­sın­dan ibarətdir.
Avadanlığın faydalı iş vaxtı fondunu artırmaq. Mə­lum­dur ki, avadanlıq faktiki işlənmiş iş vaxt ərzində də hə­mi­şə məhsuldar işləmir. Əgər müəyyən dəzgahda istehsal edilmiş məhsulun bir qismi zay olarsa, onda zay məhsulun istehsalına sərf edilən maşın vaxtı əslində həmin dəzgahın iş vaxtının itkisi deməkdir. Bundan başqa, hissələrin me­xa­niki emalı prosesində metalın artıq hissələrinin yonul­ma­sına sərf edilən maşın vaxtı da qeyri-məhsuldar vaxt he­sab edilməlidir. Deməli, avadanlıqdan istifadəni yaxşı­laş­dırmağın, mühüm ehtiyatı onun qeyri-məhsuldar işlə­mə­si hallarını aradan qaldırmaqdan, xüsusən istehsal za­yının yaranmasına yol verməməkdən ibarətdir. İsteh­sa­lın tex­niki səviyyəsinin yüksəldilməsi, fəhlələrin ixti­sa­sı­nın ar­tırılması istehsal zayının yaranması hallarının aradan qal­­dırılması üçün əlverişli şərait yaradır. Metal emalı ava­dan­lığından daha səmərəli istifadə edilməsinin mühüm amili pəstahlarda və döymələrdə emal payının azaldıl­ma­sın­dan və mütərəqqi emal üsullarının tətbiq edilməsindən iba­rətdir.
İstehsalın ixtisaslaşdırılması səviyyəsinin yüksəldil­mə­si – maşın və avadanlıqların məhsuldarlığının artırıl­ma­sı­na çox böyük təsir göstərir, çünki istehsalın ixtis­as­laş­dı­rıl­ması məmulatların əmək tutumunu azaldır, istehsalın təş­kilini yaxşılaşdırır, daha məhsuldar texnikanı və mütə­rəq­qi texnologiyanı tətbiq etməyə imkan verir.
İstehlak olunan xammal və materialın keyfiyyətinin yaxşı­laş­dırılması – avadanlığın məhsuldarlığının yüksəl­dil­məsinə səbəb olur. Məsələn, domna peçinin faydalı həc­mindən istifadə əmsalı dəmir filizinin və koksun key­fiy­yəti ilə, istehsala vermək üçün onların ayrılması və çe­şid­lərə  ayrılması ilə xeyli dərəcədə müəyyən edilir. To­xu­cu­luq fabriklərində istifadə olunan məhsulların məhsul­dar­lı­ğı ilkin xammaldan, onun təmizliyindən və növündən; neft emalı zavodlarında xam neftdən hazır məhsul çıxımı əm­salı xam neftin təmizlənməsindən və distillə edil­mə­sin­dən asılıdır.
İş yerlərinin attestasiyası – hər bir iş yerinin mü­tə­rəq­qi, texniki, texnoloji, təşkilati nəticələrə, əməyin müha­fi­zə­si tələblərinə, qabaqcıl təcrübəyə, normativ və stan­dart­­la­ra uyğunluğunun və təkmilləşdirilməsi məqsə­di­lə komp­­leks qiymətləndirilməsini nəzərdə tutur. İş yer­lə­ri­nin attes­ta­siyasının əsas vəzifəsi – iş yerləri sayının işlə­yən­lərin sa­yı ilə tarazlaşdırılmasından, istehsalın sə­mə­rə­li­li­yi­nin yük­səldil­məsindən, əmək məhsuldarlığının artırıl­ma­­sın­­dan, əsas fondlardan və istehsal güclərindən sə­mə­rə­li is­ti­fa­də edilməsindən ibarətdir.
Əmək vasitələrinin modernləşdirilməsi – fəaliyyətdə olan əmək vəsaitlərinin təkmilləşdirilməsi və onlarda əməli dəyişiklik aparmaq, qovşaq və hissələri yenisi ilə əvəz etmək, istehsal əməliyyatlarını mexanikləşdirmək və avto­mat­laşdırmaq üçün tərtibatlar və cihazlar quraş­dır­maq­la onların istehsalın müasir texniki-iqtisadi səviy­yə­si­nə cavab verən vəziyyətə gətirilməsi deməkdir. Əmək və­sa­itlərinin modernləşdirilməsi əsas fondların, binaların, əmək alət­lə­ri­nin və hər şeydən əvvəl iş maşın və ava­dan­lıq­ların mün­tə­zəm surətdə təzələnməsi formasıdır. O, maşın və ava­dan­lıq­la­rın texniki səviyyəsinin yüksəl­dil­məsini, işin iqtisadi gös­tə­ricilərinin yaxşılaşdırılmasını tə­min edən bir sıra kons­truk­siya dəyişiklikləri etməyi nə­zər­də tutur. Əmək vəsa­it­lə­ri­nin modernləşdirilməsi əsas fond­ların mənəvi aşınmasını qismən aradan qaldırmağa imkan ve­rir.
Əmək vasitələrinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması daha mütərəqqi texnoloji pro­ses­lərin tət­biqi, istehsalın kompleks mexanik­ləş­di­ril­mə­si və avto­mat­laşdırılması, ixtisaslaşdırmanın dərinləş­di­ril­məsi ilə  bir­­likdə həyata keçirildikdə xüsusilə, əhəmiyyətli olur. Əmək vasitələrinin modernləşdirilməsi nəticəsində ava­dan­­lıq kompleks mexanikləşdirilmiş və avtomatlaşdırılmış axın xəttinə  qoşulur, xüsusi texnoloji alət və tərtibatlarla təc­­hiz olunur. Avadanlığın modernləşdirilməsi onun məh­sul­darlığını, işinin dəqiqliyini və aşınmaya davamlılığını ar­tırır, əmək şəraitini yaxşılaşdırır və s. Özü də əmək va­si­tə­­lərinin modernləşdirilməsinə çəkilən xərclər, adətən, qı­sa müddətdə ödənilir. İstehsalın texniki səviyyəsinin, onun in­tensivləşdirilməsinin yüksəldilməsində  əmək vəsait­lə­ri­nin modernləşdirilməsi mühüm rol oynayır.   


FƏSİL 7. MÜƏSSİSƏNİN DÖVRİYYƏ  İSTEHSAL FONDLARI VƏ DÖVRİYYƏ VƏSAİTLƏRİ

7.1. Dövriyyə  istehsal fondları, onun tərkibi, quruluşu və mahiyyəti

Əmək cisimləri hər bir müəssisənin işi üçün əmək va­­sitələri qədər məcburi şərtdir. Müəssisələrdə əmək ci­sim­­ləri dövriyyə istehsal fondları şəklində meydana çı­xır. Dövriyyə istehsal fondları müəssisənin maddi – əşya ün­sür­lərinin elə bir hissəsidir ki, bunlar hər bir istehsal tsik­lin­də tamamilə istehlak olunmuş məhsulun üzərinə ke­çi­rir və istehsal prosesində öz cinsi formasını dəyişirlər. Müəs­si­sələrin dövriyyə istehsal fondları daim hərəkətdədir və bu­na görə də onlar eyni vaxtda müxtəlif formalarda çı­xış edirlər.
Müəssisələrin dövriyyə istehsal fondlarını iki hissəyə bölmək olar: a) istehsal prosesinə daxil olmasını  hələ gözlənən əmək cisimləri; b) istehsal prosesinə artıq daxil olmuş əmək cisimləri.
Dövriyyə istehsal fondlarının birinci hissəsi əmək ci­simlərinin istehsal ehtiyatlarını təşkil edir. Dövriyyə is­teh­sal fondlarının ikinci hissəsi isə həmin müəssisədə əməklə artıq birləşmiş və hələ hazırlanıb qurtarmamış – bit­məmiş məhsul şəklində olan əmək cisimlərindən ibarətdir. Hazır məhsul isə dövriyyə istehsal fondlarına deyil, tədavül fondlarına aid edilir.
İstehsal ehtiyatlarının əsas hissəsini xammal və ma­te­riallar təşkil edir. Xammal deyərkən hasil edici sənayenin və kənd təsərrüfatının verdiyi məhsul, məsələn, müxtəlif filizlər, qeyri-filiz qazıntılar, pambıq, kətan, yun və s. nə­zər­də tutulur. Material dedikdə isə sənayedə emaldan ke­çi­ril­miş olan, məsələn, metal prokatı, taxta-şalban və parça kimi əmək cisimləri nəzərdə tutulur.
Materialların heç də bütün növləri müəssisədə hazır məh­sulun yaranmasında eyni dərəcədə iştirak etmir. Bun­lar istehsal prosesində iştirak etmələri xarakterinə uyğun ola­raq əsas və köməkçi materiallara bölünür. Hazır­la­nan məh­sulun əsas məzmununu təşkil edən materiallar (mə­sə­lən, maşınqayırma zavodunda metal) əsas materiallara aid edilir.
Belə ki, metal – maşınqayırma zavodlarında, taxta – şalban – mebel fabriklərində, gön – dəri – ayaqqabı fab­ri­kin­­də, xam neft və təbii qaz – neft və qazayırma zavod­la­rın­da əsas materialdır.
Müəssisələrin belə bir xərcləri olur ki, bunlar hazırkı dövrdə (ildə, rübdə) sərf edilir (məsələn, kəşfiyyat və ax­ta­rış işlərinə), lakin gələcək dövrlərdə hazırlanacaq məh­su­lun (məsələn, hasil ediləcək neft və qazın) maya dəyərinə daxil edilir. Köməkçi materiala ya əmək va­si­tə­lə­ri­nin nor­mal işləməsi üçün sərf edilən materiallar (mə­sə­lən, sürtgü yağları), ya əsas materiala qoşulan materiallar (məsələn, rəng­lər), ya da əmək prosesinin özünə kömək edən ma­te­ria­l­lar (məsələn, sexin ehtiyacı üçün lazım olan ma­te­ria­l­lar) aid edilir.
Dövriyyə fondları tərkibində yanacaq ayrıca uçota  alı­nır. Həmçinin satın alınan yarımfabrikatlar, istehsalın koope­rativləşdirilməsi yolu ilə alınan və həmin müəs­si­sə­də hələ istehsal prosesinə daxil edilməyən detal­lar və bağ­la­malar istehsal ehtiyaclarında olan dövriyyə fon­d­una aid edilir. Tara materialları və tara, habelə əsas fondların cari təmiri üçün lazım olan ehtiyat hissələri də müəssisədə is­teh­sal ehtiyatları şəklində olan dövriyyə fonduna daxil edilir. Az qiymətli və tez işlənib xarab olan, yəni bir ildən artıq işlədilə bilməyən və az qiymətli olan alətlər və təsər­rü­fat inventarı da planlaşdırma və uçot praktikasında  döv­riy­yə fondlarının tərkibinə daxil  edilir. İstehsal prose­sin­də gördükləri işin xarakterinə görə bu növ istehsal va­si­tə­ləri əsas fondlara aid edilməli idi. Lakin uçot işlərini və ma­liy­y­ələşdirmə qaydalarını sadələşdirmək üçün bunlar döv­riy­yə fondlarına daxil edilir.
İstehsal prosesində olan dövriyyə istehsal fondlarına bitiril­mə­­miş istehsal, müəssisənin özündə hazırlanan yarım­fab­ri­­katlar və gələcək dövrlərin bəzi xərcləri, o cümlədən ye­ni məhsul istehsalının mənimsənilməsi üçün çəkilən xərc­lər daxil edilir. Müəssisənin bir sexində hazırlanan və son­ra yenə həmin müəssisənin başqa sexlərində, yaxud başqa müəssisələrdə əlavə işlənib hazırlanmalı olan məh­sul­lar müəs­sisənin özündə hazırlanmış yarım­fab­rikatların tər­ki­bi­­nə daxildir. Məsələn, tam metallurji tsiklinə malik olan me­tallurgiya zavodunda həmin zavodun istehsal et­di­yi çu­qun və polad yarımfabrikat sayılır, çünki bu məh­sullar son­ra yenə həmin zavodda bir daha emala uğ­ra­yır. Əyirici və toxuculuq sexi olan toxuculuq fab­ri­kin­də, istifadə edil­mək üçün  toxuculuq sexinə verilən iplik də ya­rım­fa­b­ri­kat­dır.
Bitirilməmiş istehsal dedikdə hər hansı momentdə sexdə ya iş yerində (dəzgahlarda, aqreqatlarda və sairdə) iş­lənib hazırlanma prosesində olan, yaxud iş yerində iş­lə­nib hazırlanmağı gözləyən əmək cisimləri nəzərdə tu­tu­lur. Beləliklə, bitirilməmiş istehsalın yarımfab­ri­kat­lar­dan fərqi on­dan ibarətdir ki, yarımfabrikatlar həmin  sexdə ta­ma­mi­lə işlənib qurtarmış olan məhsuldur, bitirilməmiş istehsal isə hələ işlənib hazırlanmaq prosesində olan məhsuldur.
Sənaye müəssisələrinin dövriyyə istehsal fondlarının tərkibini 3№-li sxemdən görmək olar.


 
















Sxem 3.Müəssisənin dövriyyə istehsal fondlarının tərkibi



İstehsal prosesində olan dövriyyə istehsal fondları
 
İstehsal ehtiyatların-da olan dövriyyə istehsal fondları

 
Dövriyyə istehsal fondlarının ayrı – ayrı ünsürləri ara­­­­sındakı faiz ifadəsində nisbət onların quruluşunu təşkil e­­dir.
Sənaye müəssisələrində dövriyyə fondlarının quru­lu­şu texnoloji prosesin xarakterindən, istehsal şəraitindən, ha­belə texnikanın və müəssisənin təşkilinin səviyyəsindən ası­lıdır.

7.2.  Dövriyyə istehsal fondlarından istifadə göstəriciləri

Dövriyyə istehsal fondlarından istifadənin yaxşı­laş­dı­rıl­­­ması iqtisadi cəhətdən böyük səmərə verir. Bu səmərə özü­­nün məhsul vahidi üçün maddi – enerji ehtiyatları  məs­­rəfinin azalmasında əks etdirir. Məhsul  vahidinin ha­zır­lanması üçün maddi – enerji ehtiyatlarının xüsusi məs­rə­finin azalması, eyni miqdarda material – enerji eh­ti­yat­larından daha çox məhsul istehsal etməyə, onun maya də­yə­rini və material tutumunu aşağı salmağa, müəssisənin  ma­­liyyə vəziyyətini yaxşılaşdırmağa və s. imkan verir.
Material sərfinə qənaət etmək məqsədilə tədbirlər gö­rülməsi üçün və bu işdə olan ehtiyat mənbələrinin təhlili bö­yük əhəmiyyət kəsb edir. Belə bir təhlili həyata keçir­mək­­dən ötrü xammal və materialların istifadə göstəriciləri nə­zərdən keçirilməlidir. Bu göstəricilər texnoloji prosesin xü­­susiyyətindən çox asılıdır.
Material – enerji ehtiyatlarından istifadəni qiymət­lən­dir­­mək üçün bir sıra göstəricilərdən istifadə edilir. Bu gös­tə­ricilərdən birincisi ilkin xammaldan hazır məhsul çıxımı əmsalıdır. Bu göstərici faizlə ifadə olunur və müəssisənin ilkin xammaldan nə qədər hazır məhsul istehsal etdiyini səciyyələndirir.
Əsas xammalı ilk emal edən müəssisələrdə emal edi­lən xammaldan hazır məhsul alınması nəzərdə tutulur. Mə­sələn, xam neftdən benzin, sürtgü yağları, filizdən mis çı­­­xarılması, çuğundurdan şəkər istehsalı, çiyidli pam­bıq­dan mahlıc əldə edilməsi, pambıq mahlıcından iplik alın­ma­sı, toxumlarından bitki yağı hasil edilməsi, mal – qara­dan diri çəkisindən ət əldə edilməsi və s. belə bir gös­tə­ri­ci­dir. Bu göstərici əsas xammaldan müəssisənin nə qədər ha­­zır məhsul əldə etmiş olduğunu müəyyən edir.
İlkin xammaldan hazır məhsul çıxımı əmsalına, hə­min xammalın ilkin emalı və saflaşdırılması həlledici təsir gös­tərir.
Xammal və materialdan istifadənin səmərəliliyini xa­ra­kterizə edən ikinci əsas göstərici materialdan istifadə əm­salıdır. Materialları emal edən müəssisələrdə ma­te­rial­lar­dan istifadə əmsalı qənaətin ehtiyat mənbələri göstərici rolunu oynayır. Bu əmsal məhsul hazırlanması prosesində əmələ gələn itkilərin miqdarını göstərir. Bu əmsal plan və faktiki növlərini fərqləndirir. Xammal və materialdan is­ti­fa­dənin plan əmsalı  məhsul vahidinin xalis çəkisinin, hə­min məhsulun hazırlanması üçün material məsrəfi nor­ma­la­rına görə sərf ediləcək materialın miqdarına olan nis­bətini; faktiki istifadə əmsalı isə – məhsul vahidinin xa­lis çəkisinin faktiki sərf olunmuş materialın miqdarına olan nisbətini xarakterizə edir, yəni detalın  xalis çəkisinin ma­te­rial sərfinin həqiqi miqdarına olan nisbəti nəzərdə tu­tu­lur. Burada detalın xalis çəkisi dedikdə; təsdiq olunmuş çer­tyojlara (cizgilərə) və texniki şərtlərə dəqiq uyğun ola­raq işlənib hazırlanan detalın çəkisi nəzərdə tutulur.
Bəzi sahələrdə, məsələn, taxta – şalban emalında de­ta­lın xüsusi çəkisi əvəzinə detalın xalis həcmi götürülür. Ma­teriallardan istifadə əmsalı, bu və ya digər məmulat ha­zırlanarkən müəssisədə əmələ gələn itkilərin qədərini xa­­rakterizə edən çox mühüm  göstəricidir. Bu əmsal nə qə­­dər yüksək, yəni vahidə nə qədər yaxın olarsa, deməli, it­­ki də bir o qədər azdır, yəni materialdan bir o  qədər yax­şı və mükəmməl istifadə edilir.
Materiallardan istifadə əmsalını təhlil edərkən nəzərə almaq lazımdır ki, məmulatın xalis çəkisi heç də dəyişməz daimi bir şey deyildir. Sənayedə maşınların xalis çəkisini azaltmaq üçün xeyli imkan vardır. Həmçinin detalların bi­çi­mi (konfiqurasiyası), onların emal texnologiyası, müəs­si­sənin malik olduğu avadanlığın keyfiyyəti, fəhlə və mü­­hən­dis – texnik kadrlarının ixtisası itkinin qədərinə bö­yük tə­sir göstərir.
Yanacaqdan istifadə əmsalı – yanacaq işlədən ava­dan­lığın faydalı iş əmsalı ilə xarakterizə edilir. Bu əmsal, həmin avadanlıqda istilikdən nə dərəcədə faydalı istifadə edil­diyini göstərir; deməli, istilik itkisinin qədərini də xa­rak­terizə edir. İstilik sərf edən aqreqatların faydalı iş əm­salı bu aqreqatların konstraksiyasından, sobadan çıxan qaz utilizə edə biləcək avadanlıqla təchiz edilməsindən və ya­na­cağın keyfiyyətindən xeyli dərəcədə asılıdır. Başqa hal­lar­da olduğu kimi, burada da kadrların bacarığı, təcrübəsi və texniki hazırlığı böyük rol oynayır. Avadanlığın faydalı iş əmsalının artırılması eyni miqdar avadanlıqdan daha çox məhsul istehsal etmək mümkün olur, deməli, ava­dan­lığa tələbat azalır.
 Bu əmsalların hər birinin təhlili, material sərfinin bü­­tün texniki – iqtisadi şərtlərini, qəbul edilmiş texno­lo­gi­ya­nı, avadanlığın keyfiyyət və vəziyyətini, işlədilən xam­malların, material və yanacağın xarakteristikasını və kadr­ların ixtisasını hərtərəfli nəzərdən keçirməyi tələb edir.
Təcrübə göstərir ki, sənaye müəssisələrində material-enerji ehtiyatlarından istifadəni yaxşılaşdırmaq üçün  çox böyük ehtiyat mənbələri vardır. Ehtiyatlara qənaətin əsa­sı­nı – təbii və maddi ehtiyatlardan kompleks istifadə olun­ma­sından, itkilərin və səmərəsiz məsrəflərin mak­si­mum ara­dan qaldırılmasından, təkrar maddi ehtiyatların və on­lar­la  bağlı olan məhsulların dövriyyəsinə daha çox cəlb olun­ması imkanlarından ibarətdir. Ehtiyatlara qənaətə is­teh­salın və ehtiyatlardan istifadənin bütün mərhələlərində nail olunmalıdır: təbii xammalın, yanacağın və s. çı­xa­rıl­ma­sının səmərələşdirilməsi (məsələn, neftin laylarından daha tam çıxarılması), çıxarılmış ehtiyatlardan maksimum is­ti­fadə olunması, daşınma və saxlanma zamanı itkilərin mi­nimuma endirilməsi; istehsal prosesində və ya qeyri – is­tehsal istehlakı zamanı ehtiyatların daima səmərəli tət­bi­qi, təkrar ehtiyatların aşkar edilməsi, uçota alınması  və on­ların hər şeydən əvvəl, birbaşa təminat üzrə işlənməsi və s.

7.3. Material resurslarına qənaət edilməsi yolları

Müəssisələrin ən mühüm vəzifələrindən biri dövriyyə istehsal fondlarından istifadə edilməsini getdikcə yaxşı­laş­dır­maqdan ibarətdir; bu da, birinci növbədə hazır məh­su­lun hər vahidinə sərf edilən materialın azaldılmasında  tə­za­hür edir.
Hər  məhsul vahidi üzrə xammal, material və yana­caq sərfinin azaldılması, hər şeydən əvvəl o deməkdir ki, möv­cud olan miqdarda materialdan daha çox hazır məhsul is­teh­sal edilə bilər. Beləliklə, xammal, material və ya­na­ca­ğa qənaət edilməsi nəticəsində mövcud materiallarla is­teh­sal proqramının yalnız tamamilə deyil, həmçinin artıq­la­ma­sı ilə yerinə yetirilməsi mümkün olur.
Xammal və materiallara qənaət etmək uğrunda mü­ba­­rizə, müəssisəni yeni texnika tətbiq etməyə və texnoloji prosesləri təkmilləşdirməyə sövq edir. Xammal, material və yanacağa qənaət edilməsi əmək məhsuldarlığına müs­bət təsir göstərir. Məhsul vahidi üzrə material sərfinin azal­dılması, bir qayda olaraq canlı əmək üzrə də qənaətə sə­bəb olur, çünki burada materialın işlənməsi, habelə da­şı­nıb gətirilməsi, yüklənməsi, boşaldılması və saxlanmasına sərf olunan əmək ixtisar edilir.
Material vəsaiti sərfinə qənaət etmək müəssisələrdə məh­sulun maya dəyərinin aşağı salınmasını və ictimai yı­ğı­mının artmasını təmin edən əsas amillərdən biridir. Belə­liklə, material vəsaitindən istifadə edilməsinin yaxşı­laş­dırılması müəssisənin istehsal və iqtisadi fəaliyyətinin hər cəhətinə böyük müsbət təsir göstərir.
 Müəssisələrdə də, materiallar üzrə bir sıra  qənaətin mənbələri mövcuddur. Materiallardan istifadə təhlili gös­tə­rir ki, sənaye müəssisələrində xammal, material, yana­caq və elektrik enerjisi üzrə qənaət eldə etmək üçün isti­fa­də edilməmiş böyük ehtiyat mənbələri vardır.
Maşınqayırma sənayenin tökmə sexlərində yararlı tök­mələr alınması, çuqun tökmələrdə, təqribən 65–75%, polad tökmələrdə isə 55 – 60% təşkil edir. Dəmirçi sex­lə­rin­də isti ştamplama emalında yararlı məhsul 80% – çatır. Biç­mə sexlərində metaldan istifadə edilməsi də təqribən bu səviyyədədir. Burada nəzərdə tutmaq lazımdır ki, dəqiq tökmə metodları hələ kifayət qədər geniş yayılmamışdır; eyni zamanda dəmirçi sexlərində hələ də bir çox detallar sərbəst döymə metodu ilə hazırlanır. Buna görə də ma­şın­qa­yırma zavodlarının mexaniki sexlərində yonqar şək­lində metal itkisi hələ də çox olur. Bu sexlərdə materiallardan is­tifadə əmsalı sərbəst döymədə 0,60–dan 0,75–ə qədər, ştamp­lanan detalların  emalında isə – 0,75–dən 0,8–ə qə­dər­­dir. Beləliklə, maşınqayırma sənayedə qara metallardan istifadə əmsalı bu metalların əvvəlcə hazırlıq sexlərində, sonra isə mexaniki sexlərdə emalı zamanı orta hesabla, təqribən 0,5–0,55 təşkil edir.
Elektrik enerjisindən istifadə üzrə də böyük ehtiyat mən­bələri vardır. Bir sıra müəssisələrdə avadanlığın çox bo­şuna işlənməsi halları olur, avadanlığın iş rejimi azal­dı­lır və həqiqi gücü xidmət etdiyi aqreqatların tələbatından xey­li artıq olan motorlar qurulur.
Müxtəlif sənaye sahələri müəssisələrində material­la­ra qənaət üzrə böyük ehtiyat mənbələri olması dövriyyə  is­teh­sal fondlarından ən yaxşı istifadə etmək uğrunda mü­ba­rizəni daha da qüvvətləndirmək lüzumunu irəli sürür. Ma­terial resurslarına qənaət edilməsinin başlıca yolları xam­mal, yanacaq, elektrik enerjisi, metal və başqa ma­te­rial­­ların daha səmərəli sürətdə sərf olunması, xammalı iş­lə­­dər­kən ondan kompleksi sürətdə istifadə edilməsi, xam­mal-material sərf etmək normalarının azaldılması, az ta­pı­lan və baha başa gələn xammal, material və əlvan metallar əvəz ediciləri işlədilməsi təmin  edilməlidir.
Müəssisələrdə materiallara qənaət edilməsi imkanları böyükdür, lakin onlardan istifadəsi tam deyildir.
Xalq təsərrüfatı müxtəlif sahələrinin müəssisələrində materiallara qənaət etmək yolları da müxtəlifdir; bu və­ziy­yət texnologiyada və istehsalın təşkilində olan fərqlərdən irə­li gəlir. Lakin neçə olsa, bunlar əsas qənaət yolları şək­lin­­də birləşdirilə bilər və bu yollar da müxtəlif sənaye sa­hə­ləri müəssisələrində tətbiq edilən ümumi metodları xa­rak­terizə edə bilər.
Müəssisədə materiallar üzrə qənaətin əsas yol­la­rın­dan biri istehsal tullantılarını azaldan və tullantılardan isti­fa­də olunmasını təmin edən yəni texnikanın və yeni texno­lo­ji proseslərin tətbiq edilməsindən ibarətdir.
Məsələn, maşınqayırma zavodlarının tökmə sex­lə­rin­də dəqiq tökmə metodlarının – metalı kokil deyilən metal qə­liblərə tökmə metodunun, təzyiq altında tökmə me­tod­u­nun, mərkəzdənqaçma tökmə metodunun və qabıqlı tökmə me­todunun və i.a. – tətbiq edilməsi metala xeyli qənaət et­məyə (20 – 25% – ə qədər) imkan verir.
Dəmirçi sexlərində sərbəst döymə üsulunun ştamp­la­ma üsulu ilə əvəz edilməsi nəticəsində tullantılar orta he­sab­la  20 – 25% azalır. Məlum olduğu kimi, sərbəst döy­mə üsulu ilə hazırlanan məmulatın pəstahı, bir qayda ola­raq, ondan qayırılması detaldan xeyli ağır olur. Ştamplama üsu­lu pəstahı ilə hazırlanmağa imkan verir ki, burada artıq material daha az olsun.
Preslər vasitəsilə aparılan ştamplama üsulunun tətbi­qi xüsusilə yaxşı nəticə verir; bu üsul, hətta çəkiclər vasi­tə­silə aparılan ştamplama üsuluna nisbətən metal üzrə əla­və olaraq 12 – 15% və daha artıq qənaət təmin edir. Metal ema­lında, soyuq oturtma, soyuq yayma  və kön­də­lən yay­ma üsulları kimi mütərəqqi texniki metodlar da böyük qə­na­ət verir.
Qara metallurgiya zavodlarında oksigenlə körükləmə üsu­lunun tətbiq edilməsi, yanma proseslərinin avto­mat­laş­dı­rılması, metallurgiya aqreqatlarının konstruksiyasının tək­milləşdirilməsi, ərgin poladın arası kəsilmədən tökül­mək metodunun və başqa üsulların tətbiq edilməsi yolu ilə xam­­mal, yanacaq və elektrik enerjisi itkisi azaldılır. Elek­t­rik stansiyalarında yanacaq itkisini azaltmaq üçün əsas yol­­lardan biri istiləşdirilmənin maksimum dərəcədə in­ki­şaf etdirilməsidir. Elektrik və istilik enerjisi əldə etmək üçün yanacaqdan kompleksli surətdə istifadə edilməsinə əsaslanan istiləşdirilmə nəticəsində hər 1 kilovat – saat elek­trik enerjisinə yanacaq sərfini, təqribən 2,5 dəfə azalt­maq mümkün olur. Bundan əlavə, yüksək və çox yüksək təz­yiqli avadanlığın tətbiq edilməsi və mənimsənilməsi ya­nacaq üzrə xeyli qənaət təmin edir.
Eyni texnikanın tətbiqi yüngül sənaye və yeyinti sə­naye fabriklərində də xammaldan daha yaxşı istifadə edil­məsinə səbəb olur. Yağ sənayesində köhnə texnolo­gi­ya üz­rə (açıq hidravlik preslərlə) emal zamanı yağ itkisi 7,5%-ə çatdığı halda, vintli konveyer pres­lə­rin­dən istifadə edildikdə, bu itkilər yalnız 2,3% olur və, nəhayət, eks­t­ra­k­si­ya metodu ilə emal edildikdə itki 0,9% -ə enir.
Sənayedə texniki tərəqqinin əsas yollarından biri ol­maq etibarilə istehsalın kimyalaşdırılması – materiallara qə­naət edilməsinə imkan yaradan amillər içərisində mü­hüm yer tutur. İstehsalın kimyalaşdırılması xammaldan komp­leksli sürətdə istifadəni təmin edir.
Böyük istilik aqreqatları olan müəssisələrdə (məsə­lən, qara və əlvan metallurgiya zavodlarında, tikinti mate­rial­ları sənaye müəssisələrində, kimya sənayesinin bəzi sa­hə­lərində və s.) yanacaq və istilik tullantılarından istifa­də­nin  xüsusilə böyük iqtisadi əhəmiyyəti vardır. Havaya qal­xan tüstü qazlarından  istifadə etmək üçün xüsusi uti­li­za­tor qazanların qurulması, əvvəllər hədər gedən çoxlu is­ti­­liyin istifadəsini təmin etməklə bərabər, əsas aqreqatın bü­tün iş göstəricilərin də xeyli yaxşılaşdırır. İsti suyun ka­na­lizasiyaya buraxılması nəticəsində də çoxlu istilik itkisi əmə­lə gəlir və bununla da yanacağın verdiyi istiliyin 10% -dən  20%-nə qədəri hədər gedir.
Yeni texnikanın tətbiqi ilə yanaşı olaraq, heç də bö­yük əsaslı xərc çəkmədən, texnologiyanı səmərələş­dir­mək və bütün istehsalın mədəniyyətini yüksəltmək üçün gün­də­lik, müntəzəm iş aparılması da itkiləri və tullantıları xeyli azal­dır.
Avadanlıqdan istifadənin yaxşılaşdırılması və isteh­sal proseslərinin intensivləşdirilməsi yolu ilə də istehsal it­ki­lərinin azaltmaq olar. Kərpic sənaye zavodlarında kər­pi­cin sürətli qaydada bişirilməsi üsulunun tətbiqi sobaların  məh­suldarlığını xeyli artırmaqla bərabər, yanacaq üzrə 35–40% qənaət əldə etməyə və elektrik enerjisi sərfinin təq­ribən 3 dəfə azaltmağa imkan verir.
İstehsalın təşkilinin yaxşılaşdırılması və xüsusən is­teh­salın ixtisaslaşdırılmasının inkişafı da materiallar üzrə qə­naət əldə etmək üçün mühüm amil təşkil edir. Xarak­te­rik cəhət bundan ibarətdir ki, ixtisaslaşdırılmamış zavod­lar­da müxtəlif metal məmulat, normallaşdırılmış alətlər və küt­ləvi detallar istehsalına sərf edilən metal, ixtis­as­laş­dı­rıl­mış müəssisələrə nisbətən 1,5-2 dəfə artıq olur.
Baha tamam olan və az tapılan xammal və material növlərinin yerinə əvəzedici materiallar sərf edilməsi qə­na­ət üçün çox mühüm vasitədir. Əvəzedicilər və yeni ma­te­rial­lar tətbiq edilməsi sahəsində də çox böyük im­kan­lar vardır. Maşınqayırma sənayesində əlvan metallar əvə­zinə müxtəlif qeyri – metal materiallar, məsələn, vinip­last, p­o­li­izobutilen, asbovinil, polietilen, faolit və sairənin daha çox tətbiq edilməsi qənaət sahəsində mühüm tədbirlərdir.
Ən çox soda işlədilən sənaye sahələrindən biri olan şüşə sənaye zavodlarında natrium sulfatı sodanın əvəz­ed­i­ci­si yerini verməklə daha çox tətbiq edilməkdədir.
Texniki təyinatlı məmulat istehsalında yeyinti məh­sul­larının başqa məhsullarla tamamilə əvəz edilməsi xalq tə­sərrüfatı üçün böyük əhəmiyyətə malik olan bir məsələ­dir. Bir çox dəzgah, motor, transformator və başqa növ ava­danlığın və habelə avtomobillərin vəzni həddindən yu­xa­rıdır. Bunun əsas səbəblərindən biri odur ki, bir çox ma­şın­larda ayrı – ayrı detalların və bağlamaların möhkəmlik eh­tiyatı həddindən artıqdır.
Maşınların vəznini azaltmaqdan ötrü məmulatın kons­t­ruksiyasını nəzərdən keçirərək, onların sxemini sa­də­ləş­dirmək, onların ayrı – ayrı detallarının və bağla­ma­la­rı­nın sayını azaltmaq, maşınların konstruksiyasında daha möh­kəm materiallardan istifadə etmək, qaynaqlı kons­truk­si­yalar tətbiq etmək, əyilən və içi boş yüngülləşdirilmiş pro­fillərdən istifadə etmək və detalların üst təbəqəsinin möh­kəmləndirilməsi metodlarını həyata keçirmək la­zım­dır.
Xammal və yanacaq üzrə qənaətin təşkilat – iqtisadi şərtləri böyük səmərə verə bilər. Materiallar üzrə qənaət əldə etmək uğrunda mübarizədə, istehsal – texniki amil­lər­lə yanaşı olaraq, təşkilati – iqtisadi şərtlərdən və istehsalın ya­x­şılaşdırılması yolundakı iqtisadi vasitələrdən də geniş istifadə edilməlidir.
Dövriyyə istehsal fondlarının istifadəsinin yaxşılaş­dı­rıl­ması yolunda müəssisələr arası istehsal təcrübəsinin tət­bi­qinin genişləndirilməsi əhəmiyyətli amil təşkil edir. Müəs­sisələrin mühəndis – texnik işçilərinin əsas və­zi­fə­lə­rin­dən biri də bütün dəyərli təşəbbüsləri müntəzəm sürətdə və əzmlə aşkara çıxarıb yaymaq, yeniliklərin qabaqcıl təc­rü­bəsini dərindən öyrənmək və müntəzəm sürətdə təcrübə mübadiləsi təşkil etməkdən ibarətdir.
Xammal, material və yanacaqdan istifadə yolunda tət­biq edilən qabaqcıl metodlar diqqətlə yoxlanıldıqdan son­ra müvafiq istehsal təlimatnamələrində, texnoloji xə­ri­tə­lərdə və başqa texniki sənədlərdə təsbit edilməli və be­lə­lik­lə, həyata keçirmək üçün məcburi şəklə salınmalıdır.
Tələbatın planlaşdırılmamasının və dövriyyə fondları is­ti­fadəsinin yaxşılaşdırılması və habelə müəssisələrdə xam­mal, material və yanacağın hərəkətinin düzgün uçota alın­ması da materiallar üzrə qənaət əldə etmək yolunda mühüm amil təşkil edir.
Sonra, müəssisələrin material – texniki təchizatının la­zımi qaydaya salınması və lazım bütün istehsal va­si­tə­lə­ri­nin müəssisələrə vaxtında və komplektli şəkildə çat­dı­rıl­ma­sı, materiallardan daha yaxşı istifadə olunması işində mü­hüm rol oynayır.
Beləliklə, materiallara qənaət etmək uğrunda mü­ba­ri­zə – müəssisələrin bütün fəhlə, mühəndis – texnik işçiləri və qulluqçuları kollektivinin mühüm vəzifəsidir.

7.4. Dövriyyə vəsaitlərinin normalaşdırılması

Müəssisənin vəsaitlərinə olan tələbatını müəyyən et­mək, həmin müəssisənin material – texniki təchizatını düz­gün təşkil etmək və materiallardan qənaətlə istifadə et­mək üçün bunların sərfinin normalaşdırılması böyük əhə­miy­yətə malikdir.
Material – enerji ehtiyatlarını sifarişlər və müqa­vi­lə­lər ilə əlaqələndirmək, istehsalın fasiləsizliyini təmin et­mək  və müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün dövriyyə vasitələrini normalaşdırırlar. Burada əsas məq­səd dövriyyə vasitələrinin ayrı – ayrı ünsürləri üzrə əsas­landırılmış norma və normativləri müəyyən etməkdir. Bu norma və normativlərin kəmiyyəti ilə olmalıdır ki, on­lar az miqdarda vəsaitlə istehsal prosesinin və məhsulun realizə edilməsi və hesablaşmaların müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini təmin etsin.
Maddi ehtiyatların sərfinə dair verilən normalar plan tapşırığı olub, istehsalın texnikası, texnologiyası və təş­ki­li­ni təkmilləşdirməkdən ötrü planda nəzərdə tutulan təd­bir­lə­rin həyata keçirilməsini nəzərə almaqla məhsul vahidini hazırlamaq və ya sənaye xarakterli işləri yerinə yetirmək üçün  lazım olan xammal və materialların icazə verilmiş mak­simum miqdarını müəyyən edir. Material resurslarının sər­fini normalaşdırmaqda məqsəd müəssisənin daxili eh­ti­yat mənbələrini aşkara çıxarıb səfərbərliyə almaq və ma­te­ri­alları səmərəli sürətdə və qənaətlə işlətməkdən ibarətdir. Xammal və material sərfi üzrə normaların əhəmiyyəti bir də bundan ibarətdir  ki, onlar müəssisələrin material fond­la­rına olan tələbatını düzgün müəyyən etməyə imkan ve­rir. Bu normalar müəssisədə zəruri olan materiallara dair tə­ləbatnamələri tərtib etmək və bu tələbatnamələri yox­la­maq üçün material – texniki təchizat planlarını tapmaq üçün təməl təşkil edir.
Dövriyyə vəsaitləri üzrə olan normalar, maddi– ener­ji resursları olan normalar kimi, mütləq kəmiyyətlərlə (ne­çə günlük ehtiyatla) müəyyən edilir. Bu zaman müəs­si­sə­nin özünə məxsus olan xüsusiyyətləri nəzərə alınır: a) is­teh­sal və realizə dövrünün uzunluğu; b) istehsal dövrünün ha­zırlığı; ç) emaletmə və yığma sexləri arasında bölüş­dü­rül­məsi; d) materialların istehsala buraxılması dövriliyi; e)məh­sul təhvilverənlərin istehlakçı müəssisələrdən uzaq­lı­ğı; k) məhsul təhvilvermənin tezliyi, müntəzəmliyi; l) gön­də­rilən məhsulların komplektliyi və miqdarı; m) məhsul təhvilverənlərlə hesablaşma qaydası və forması və s.
Sənaye müəssisələr vəsaitlərin səmərəli istifadəsi nor­maların təsnifatını nəzərdə tutur və onların müxtəlif növ­lərini fərqləndirir. Material ehtiyatlarının sərfi nor­ma­la­rı və yarım normaları onların işlənib hazırlanması  me­to­di­kasından, təyinat və istifadə xarakterindən olan fərq­lə­ri­nə və s. görə aşağıdakı formada təsnifləşdirilir:
- normalaşdırılan materialın təyinatına görə;
- normalar üçün nəzərdə tutulmuş dövrünə görə;
- normalaşdırma obyektinə görə;
- materialların nomenklaturundan asılı olaraq qrup­la­ra bölünür.
Materialın təyinatına görə normaları təsnifləşdi­rər­kən birinci qrupa əsas materialların sərfi normaları daxil edilir. Bu normalar, bir qayda olaraq, hər konkret məmulat üçün ayrılıqda müəyyən edilir.
İkinci qrup, köməkçi materiallar sərfinə aid nor­ma­lar­dan ibarətdir. Bu qrupun daxilində bir neçə yarımqrup ay­rılması məqsədə daha uyğundur ki, bunlardan da hər birinin özünə məxsus normalaşdırma xüsusiyyəti vardır. Məsələn:
-   hazır məhsula cismən daxil olan köməkçi material (maşınqayırma sayəsində rənglər, xam kətanı hazırlamaq üçün işlədilən xlor maddəsi və s.) sərfi normaları;
-   əmək alətlərinin saz işləməsi üçün sərf edilən kö­mək­çi material (sürtgü yağları, silmə materialları, ötürücü qa­yışlar və s.) sərfi normaları;
-   təmir üçün işlədilən materialların (bərkidici de­tal­lar, surik, qurğuşun və s.) sərfi normaları;
-   tara və qablaşdırma materialların (meşə material­la­rı, karton və s.) sərf normaları;
       - normal əmək şəraiti üçün işlədilən yanacağın və başqa materialların sərfi normaları və s.
Elektrik enerji sərfi normaları ayrıca bir qrup təşkil edir; bu normaları elektrik enerjisindən istifadə xarak­te­rin­dən, yəni elektrik motorları üçün hərəkətverici qüvvə kimi is­tifadə edilməsi, texnoloji məqsədlərə, məsələn, elektrik so­balarında alümin, nikel və sairə əritmək sərf edilməsi və işıq üçün istifadə edilməsi xarakterindən asılı olaraq ya­rım­qruplara bölmək olur.
Tətbiq dövrlərinə görə normalar illik, kvartallıq və operativ cari normalara bölünür. İllik normalar məhsul (və ya iş)vahidinə bir ildə orta hesabla sərf edilən materialın mak­simum miqdarını müəyyən edir. İllik normalar, müəs­si­sənin il ərzində orta hesabla əldə etməli olduğu sər­fi­yatın səviyyəsini əks etdirərək ayrı-ayrı plan dövrləri üzrə konk­ret­ləşdirilir.
Metal sərfinin illik normaları kvartallıq (rüblük) nor­ma­­larına bölünə bilər. Belə bölgü fəsillərindən asılı olan ma­terial sərfi cəhətdən, məsələn, elektrik stan­si­ya­larında ya­nacaq sərfi, donma istehsalında koks sərfi, dəmir yol­la­rında yanacaq sərfi cəhətdən daha əsaslı hesab oluna bi­lər.
Materialların sərfinin illik normaları operativ – tex­ni­ki normalar şəklində dəqiqləşdirilir; bu normalar tex­no­loji prosesin və istehsal təşkilinin konkret şəraiti üçün mak­simum xammal və ya material sərfini müəyyən edir. Ope­rativ –  texniki normalar illik normalardan onunla fərq­lənir ki, bu normalar daha müfəssəl sürətdə tərtib edilir, müəs­si­sə­də həyata keçirilən ayrı-ayrı texniki və təş­ki­latı təd­bir­lə­ri daha konkret surətdə nəzərdə tutulur. Material sərfinin ope­rativ – texniki normalarının tətbiq müd­­dəti həm də bütün müəssisələr üçün eyni deyildir. Bu nor­­malar bir ay, iki ay, beş ay və i. a. yəni texnika və ya is­tehsalın təşkili sahəsində material sərfi üzrə dəyişiklik əmələ gətirən bu və ya digər tədbirlərin həyata keçiriləcəyi müddətə qədər tətbiq edilə bilər.
Material sərfi normaları, onların tətbiq miqyasında ası­lı olaraq, fərdi normalara və toplu normalara bölünür. Müəy­yən zavodda və ya müəyyən tip avadanlıqda (qa­zan­da, sobada) hazırlanan konkret məhsul vahidinə sərf edilən ma­terial normaları fərdi normalara aid edilir.
Bir neçə eyni müəssisə tərəfindən hazırlanan eyni bir məhsula (və ya görülən eyni bir işə) material sərfi nor­ma­la­rı toplu normalara aid edilir. Məsələn, bir neçə  elektrik stansiyası tərəfindən elektrik enerjisi hasil edilməsi üçün yanacaq sərfi normaları, bir neçə mədəndə neft çıxarılması üçün elektrik enerjisi sərfi normaları, bir neçə zavodda hazırlanan dəzgaha qara metal prokatı sərfi normaları toplu norma sayılır.
Normalaşdırma obyektindən asılı olaraq məmulat üz­rə və detal üzrə (bəzən bağlamalar üzrə) normalar da biri – birindən fərqləndirilir. Məmulat üzrə normalar bü­tün­lükdə məmulata sərf ediləcək materialların plan üzrə miqdarını, detal üzrə normalar isə əmin məmulatın ayrı – ayrı de­tal­la­rı­na (disk, təkər, örtük) plan üzrə sərf ediləcək ma­te­rial­la­rın miqdarını müəyyən edir.
Məmulat üzrə material normaları, bir qayda olaraq za­­vod və fabriklərdə material ehtiyatına olan tələbatı mü­əy­­yən etməkdən ötrü tətbiq olunur. Müəssisələr daxi­lin­də sex­lərdə və sahələrdə isə detal üzrə normalar tətbiq olunur. Bunlar, əvvəllən, bütövlükdə məmulata material sərfi nor­ma­larını  texniki cəhətdən hesablamaq üçün, ikincisi, sex­lə­rə buraxılan material limitlərini müəyyən etmək üçün, üçün­cüsü isə, sexlərdə bitməmiş istehsal halında qalması olan materialların  miqdarını hesablamaq üçün lazımdır.
Normallaşdırılan materialların nomenklaturundan ası­lı olaraq, iriləşdirilmiş nomenklaturada müəyyən edilən ma­te­rial sərfi normaları və təfsilləşdirilmiş nomenk­la­tu­ra­da müəyyən edilən material sərfi normaları da bir – bi­rin­dən fərqləndirilir.
İriləşdirilmiş göstəricilərlə müəyyən edilən normalar, müəssisənin material ehtiyatına olan illik tələbatını təyin etmək üçün, habelə materiallara qənaət etmək işində za­vodun (fabrikin) ümumi nəticələrini aşkara çıxarmaq və təhlil etmək üçün tətbiq olunur. Detal nomenklaturu üzrə müəyyən edilən normalar materiala rüblük xüsusiləş­di­ril­miş tələbnamələr hazırlamaq üçün və sexləri konkret istiqamətli, sortlu, markalı və ölçülü materiallarla təchiz etmək üçün lazımdır.

7.5. Dövriyyə vasitələrinin dövriyyəsi və onun sürətləndirilməsi yolları

Dövriyyə vəsaitlərin istehsal proseslərdə istifadə olun­ması böyük əhəmiyyətə malikdir. Müəssisələrin döv­riy­yə vəsaiti istehsalın fasiləsiz prosesinə xidmət edərək, daima hərəkətdə olur. Müəssisə vəsaitinin bir formadan baş­qa formaya keçməsinə, onların hərəkət prosesinin arası kə­silmədən bir mərhələdən başqa mərhələyə keçməsinə dövr etmə deyilir. Müəssisənin dövriyyə vəsaitinin dövr et­məsi həmin vəsaitin tədavül və istehsal sferasından ke­çə­rək ardıcıl surətdə öz formasını dəyişdirilməsi ilə: pul – istehsal ehtiyatları – istehsal – hazır məhsul – pul şək­lin­də dəyişdirilməsi ilə xarakterizə edilir.
Dövriyyə vəsaitinin dövr surəti müəssisənin işinin mühüm iqtisadi göstəricilərindən biridir. Dövriyyə vəsaiti nə qədər tez dövr edərsə, o tədavül sferasında və istehsal sferasında nə qədər az müddət qalarsa, müəssisəyə bir o qədər də az dövriyyə vəsaiti lazım olur. Müəssisələrdə və­sa­itin dövr etməsinin sürətləndirilməsi öz dövriyyə və­sa­i­ti­nə olan tələbatı azaldır, istehsalı genişləndirmək üçün mad­di vəsaiti azad edir, məhsulun maya dəyərinin aşağı sa­lınmasına imkan yaradır və müəssisələrin rentabelliyini yük­səldir.
Dövriyyə vəsaitinin istifadə edilməsinin səmə­rə­li­li­yi­nin ən ümumi iqtisadi göstəricisi dövriyyə vəsaitinin hər bir manatına düşən məhsul realizasiyası həcmindən ibarət­dir.
Müəssisələrdə vəsaitin dövriyyəsinin sürətlən­diril­mə­si və bununla əlaqədar olaraq istehsal ehtiyatlarının azal­dıl­maşı, materialların saxlanılması xərclərini ixtisar edilir, on­ların itkisini və xarab olması hallarını azaldır, məmulat vahidinə düşən qeyri – müstəqim xərclərin miqdarını aşağı sa­lır və bank kreditinin bir hissəsindən və borc alınmış  həmin pul üçün verilən faizdən müəssisəni azad edir, yəni məhsulun maya dəyərini aşağı salır. Pul vəsaitinin ma­te­rial ehtiyatlarından və bitirilməmiş istehsaldan saldırılması və onların dövlət bankındakı hesablaşma hesabına daha çoxlu toplanması müəssisələr üçün faiz şəklində əlavə gəlir verir ki, bu da həmin pul vəsaitinin dövlət bankında saxlanılmasına görə müəssisələrə verilən faizdən ibarətdir. Beləliklə, dövriyyə vəsaitinin dövretmə sürətinin artması nə­ticəsində maya dəyərinin aşağı salınması və əlavə gəli­rin əldə edilməsi müəssisələrin rentabelliyini artırır.
Müəssisələrdə vəsaitin dövretmə sürətinin artırılma­sı­nın iqtisadi əhəmiyyəti habelə ondan ibarətdir ki, müəs­si­sə onun sərəncamında olan dövriyyə vəsaiti ilə xalq tə­sər­rüfatına daha çox məhsul verməyə imkan tapır.
Dövriyyə vəsaitinin dövr etməsi müəssisələrin fəaliy­yə­tinin bütün növlərindən asılıdır. İstehsalın təşkili və mə­də­niyyəti, texnikanın səviyyəsi və ondan istifadə edilməsi dərəcəsi, texnologiyanın keyfiyyəti, təchizata, istehsala və məhsul satışına rəhbərlik etmə sistemi, müəssisələrdə plan iş­inin, maliyyə-hesabat işinin vəziyyəti dövretmə gös­tə­ri­ci­lərinə təsir göstərir. Belə bir cəhət onunla izah edilir ki, bütün dövriyyə vəsaitinin dövretmə sürəti onun ayrı – ayrı hissələrinin dövr etməsindən əmələ gəlir. Xammal və materiallar nə qədər tez dövr edərsə, yəni onlar nə qədər tez hazır məhsul şəklinə düşərsə, müəssisənin vəsaiti də bir o qədər tez dövr edər. Hazır məhsul nə qədər tez sa­tı­lar­­sa, vəsaitin dövrü də bir o qədər sürətlənmiş olar və i. a.
Bu və ya digər iş sahəsində – anbarlarda, sexlərdə, tə­davül sferasında vəsaitin dövr surəti müəssisənin (sexin, şöbənin) hər bir istehsal halqasının fəaliyyətindən asılıdır; hər bir müəssisənin bütün dövriyyə vəsaitinin dövr surəti isə onun ayrı – ayrı növləri üzrə olan vəsaitin dövr su­rə­tin­dən asılıdır.
Vəsaitin dövr etməsinin əsas göstəricisi dövriyyə su­rə­tindən və dövriyyə müddətindən ibarətdir. Dövriyyə sü­rə­ti müəyyən vaxt ərzində vəsaitin dövri sayı ilə, dövriyyə müd­dəti isə vəsaitin bir dəfə dövr etməsi üçün lazım olan günlərin miqdarı ilə ölçülür.
Sənaye müəssisələrində dövriyyə vəsaitinin döv­ret­mə surəti göstəriciləri mövcud olan müəssisə topdansatış qiy­mətləri üzrə (dövriyyə vergisiz) realizə edilmiş əm­tə­ə­lik məhsuldan alınmış məbləğə (tullantılardan hazırlanmış çox işləyən mallar da daxil olmaqla) və mövcud dövriyyə və­saiti məbləğinə əsasən hesablanır. Vəsaitin dövr surətini he­sablayarkən ay 30 günə, rüb 90 günə, il isə 360 günə bə­rabər götürülür.
Müəssisənin sərəncamında olan dövriyyə vəsaitinin məb­ləği həmin vəsaitin müəyyən dövrdəki orta rəqəmi şək­lində müəyyən edilir. Normalaşdırılan dövriyyə vəsaiti üz­rə onların orta rəqəmi həm plan üzrə, həm də faktiki ola­raq müəyyən edilir; normalaşdırılmayan dövriyyə və­sa­i­t­i üzrə yalnız onların faktiki orta məbləği göstərilir. Bu və ya digər  dövriyyə vəsaiti növünün orta qalıq rəqəmi qalıq sıralarının orta arifmetik miqdarının hesablanması yolu ilə təyin edilir. Qalıq sırası nə qədər çox götürülərsə onların orta rəqəmi daha düzgün olar.
Dövriyyə vəsaitinin orta aylıq qalığını mühasibat ba­lan­sının məlumatı üzrə təyin etmək olar. Bunun üçün ayın əv­vəlindəki və axırındakı qalıq məbləğini toplayıb 2 yerə böl­mək lazımdır. Orta rüblük qalıq, bu rübdəki üç ayın orta qalıqlarına əsasən hesablanır. Dövriyyə və­sa­it­i­nin orta illik qalığı orta rüblük qalıqlara əsasən he­sab­la­nır.
Normalaşdırılan dövriyyə vəsaitinin plan üzrə orta qa­lı­ğını hesablayarkən aşağıdakını nəzərə almaq lazımdır. Rüb ərzində orta aylıq normativi müəyyən etmək üçün rüb ərzindəki normativ artımının məbləğini rübdəki a­y­ların sayına bölməli və hər ay üçün alınan normativ ar­tı­mı­nı ayın əvvəlindəki normativin üzərinə gəlməlidir. Nə­ti­cə­də ayın axırına aid normativ əldə edilir. Dövriyyə və­saiti­nin orta illik normativi orta rüblük normativlərə əsasən müəyyən edilir.
Normallaşdırılmayan dövriyyə vəsaiti üzrə yalnız faktiki orta qalıqlar müəyyən edilir, çünki bu vəsaitin dövr surəti üzrə plan göstəriciləri müəyyən edilmir.
Normalaşdırılmayan vəsaiti dövretmə sürətini he­sab­la­yarkən pul vəsaitinin hamısı hesaba alınmır. Mü­əs­si­sələrin Dövlət bankındakı hesablaşma hesablarında olan pul vəsaiti nəzərə alınmır. Bu, ondan irəli gəlir ki, döv­riyyə vəsaitlərinin dövranı prosesində müəssisələr döv­­ret­mə surətini artırmaq və daxili ehtiyatları səfərbər­liyə al­maq yolu ilə vəsaiti, material ehtiyatlarından, bitmə­miş is­teh­salından, hazır məhsul ehtiyatlarından debitor borc­la­rın­dan saldırıb pul formasına çevirir və Dövlət bankındakı he­sablaşma hesabında saxlayır.
Bununla əlaqədar olaraq, dövretmə sürətini hesab­la­yar­kən hesablaşma hesabında olan  pul vəsaitini müəs­si­sə­nin normalaşdırmayan dövriyyə vəsaiti tərkibinə daxil et­mək olmaz. Bununla bərabər müəssisələrin əsaslı təmir və əsas­lı tikinti üzrə plandan əlavə apardıqları kapital qo­yu­lu­şu­nu qanunsuz olaraq dövriyyə vəsaiti hesabına təmin et­dik­ləri bir çox hallara və müəssisənin müxtəlif xüsusi fond­lardan artıq xərclərə yol verməsinə də təsadüf edilir. Döv­riyyə vəsaitindən bu cür qeyri – düzgün istifadə edil­mə­si nəticəsində onların dövr surəti ləngidilir.
Bu və digər ləngiməni aşkara çıxarmaq üçün aşağı­da­kı halları nəzərə almaq və müəssisənin sərəncamındakı nor­malaşdırılmayan dövriyyə vəsaitinə əlavə etmək la­zım­dır:
Sənaye bankına yaxud baş idarələrə amortizasiya ayır­maları hesabına artıq verilmiş məbləğlər; əsaslı təmirə və kapital qoyuluşuna qanunla mənbələrdən əlavə sərf edi­lən dövriyyə vəsaiti, xüsusi fondlar və digər məqsədli mən­bələr hesabına maliyyələşdirilən məsrəflər üzrə artıq  xərc­lər və habelə fərdi mənzil tikintisi üzrə haqq – hesabın bank tərəfindən verilən müvafiq borclardan artıq olan his­sə­sidir.
Mövsümlə əlaqədar olaraq əmtəə – material vəsaiti yı­ğılıb qalmış müəssisələrdə normalaşdırılan vəsaitin plan üz­rə orta qalıqlarını müəyyən etmək üçün normativ məb­lə­ğinə bu məqsəd üçün faktiki alınan kreditlər və müəssisə kreditləşdirilən zaman mal verən təşkilatların Dövlət bankı tərəfindən ödənilmiş borcu əlavə edilir. Əmtəə – material vəsaitinin mövsümlə əlaqədar olmayan normadan artıq qalıqları, Dövlət bankı tərəfindən kreditləşdirilmiş olsa da, belə normativə əlavə edilmir.
Dövriyyə vəsaitinin dövr etməsinin sürətləndirilməsi əsas yer tutur bu səbəbdən bu prosesi nəzərdən keçirir. Döv­riyyə vəsaitinin dövretmə sürətini artırmaq hər bir müəs­sisənin ən mühüm iqtisadi vəzifəsidir. Sənayedə bütün dövriyyə vəsaitinin dövr müddətinin təkcə bir gün azal­­dılması müəssisələrdə bir neçə milyon manat vəsaitin azad olunmasına imkan yaradır. Dövriyyə vəsaitinin dövr­et­­mə surətinin artırılması dövlətə minimum vəsait sərf et­mək­lə istehsalı genişləndirməyə, xalq təsərrüfatının möv­­cud resursları ilə təsərrüfatımızın inkişaf surətini artırmağa im­kan verir.
Müəssisələrin vəsaitinin dövretmə surətini artırmaq üçün məhsulun istehsalı sferasında, material – texniki təc­hi­zat sahəsində, müəssisələrin satış fəaliyyətində və mal təhvil verən, habelə mal alan təşkilatlarla haqq – hesabın təşkilində bir sıra tədbirlərin həyata keçirilməsi lazımdır.
İstehsal sferasında vəsaitin dövretmə surətini artır­maq üçün əsas yollar aşağıdakılardan ibarətdir: a) daha sə­mə­rəli istehsal üsuluna keçməklə istehsal tsiklinin ixtisar edil­məsi və bitirilməmiş istehsalın həcminin azaldılması; b) istehsal ehtiyatlarının artıq hissəsinin ləğv edilməsi.
İstehsal tsiklinin ixtisar edilməsi, yəni xammal və material istehsalata daxil olandan hazır məhsul buraxılana qədər vaxtın azaldılması, yalnız istehsal prosesinin özündə olan vəsaitin dövriyyəsini sürətləndirmək üçün deyil, həm də bütün normalaşdırılan vəsaitin dövriyyəsini sürət­lən­dir­mək üçün böyük əhəmiyyətə malikdir. İstehsal prosesi nə qə­dər tez başa çatarsa, dövriyyə vəsaiti də istehsal sfe­ra­sın­da bir o qədər tez dövr edər. İstehsal tsikli nə qədər qısa olar­sa, eyni miqdarda hazır məmulat buraxmaq üçün is­teh­sala bir o qədər az vəsait tələb olunar.
İstehsal tsikli yeni texnikanın və texnologiyanın tətbiqi və onlardan səmərəli istifadə edilməsi, elmin yeni nai­liy­yətlərinin və əməyin, istehsalın təşkili üzrə ən yaxşı üsul­ların tətbiqi əsasında istehsal prosesinin sürətlən­di­ril­mə­si hesabına ixtisar edilir. İstehsal sferasında olan və­sa­i­tin dövriyyə surəti həm də dövriyyə vəsaitinin istehsal eh­ti­yatları formasında qalması müddətindən asılıdır. İstehsal eh­tiyatları nə qədər az olarsa, istehsalın həcmi və surəti əv­vəlki kimi qaldıqda müəssisələrin vəsaitinin dövriyyə su­rəti də bir o qədər tez olar.
Material – texniki təchizat sahəsində vəsaitin döv­riy­yə surətinin artırılması aşağıdakı yollarla, yəni təchizatı plan­laşdırmaq qaydasını və maddi vəsaitin anbardan is­te­h­sa­la buraxılmağın təşkilini yaxşılaşdırmaq, vəsaitin müəs­si­səyə lazım olmayan materiallarda  çöküb qalmasına yol ver­məmək, anbar təsərrüfatını qaydaya salmaq və əmtəə – material uçotunu yaxşılaşdırmaq yolu ilə ola bilər. Müəs­si­sələrdə artıq xammal, material ehtiyatlarının, bitiril­mə­miş istehsalın yığılıb qalması maliyyə çətinliklərinə səbəb olur və təsərrüfatın maliyyə vəziyyətini zəiflədir. Borc müd­dətinin gecikdirilməsi nəticəsində müəssisələr cə­ri­mə­lər və penilər verməyə, məhsulun maya dəyərini artırmağa və qeyri – məhsuldar xərclərə və zərərlərə yol verməyə məc­bur qalır.
Dövriyyə vəsaitinin dövretmə sürətinin artırılma­sın­da həmin vəsaitin tədavül sferasında azalması da böyük rol oynayır. Normalaşdırılan vəsaitin quruluşunda tədavül sfe­rasında olan hazır məmulat xeyli yer tutur. Hazır mə­mu­latın dövretmə surətinin artması yalnız sərf olunmuş is­teh­sal vəsaitlərini və əmək haqqını azad etmir, bu həm də mən­fəət və dövriyyə vergisi formasında cəmiyyətin xalis gəlirini reallaşdırmağı sürətləndirir. Bu, hazır məhsulun tez­liklə satılmasında, həm müəssisənin özü üçün, həm də maliy­yə orqanları üçün maraq yaradır, çünki hazır mə­mu­lat satıldıqca dövriyyə vergisinin hamısı və mənfəətin müəy­yən hissəsi Dövlət büdcəsinə daxil olur.
Məhsulun realizasiyası prosesinin sürətləndirilməsi və anbarlarda çoxlu miqdarda hazır məmulat ehtiyatının yığılıb qalmasına yol verilməsinin satış fəaliyyətindən ası­lı­dır. Hazır məhsulun satılması işi nə qədər yaxşı təşkil edil­ərsə, əmtəələr də bir o qədər tez realizə edilər, yəni müəssisələrin də vəsaitinin dövriyyə surəti artar.
Müəssisələrin satış fəaliyyətində dövriyyə vəsaitinin dövretmə surətinin artırılmasının əsas yolları: material al­maq üçün vaxtında müqavilələr bağlamaqdan və hazır məh­sulu yükləyib yola salmaq üçün vaxtında naryad al­maq­dan, əmtəə buraxılışını və onun yüklənib göndə­ril­mə­si­ni sürətləndirməkdən və sənədlərin dövrünü yaxşı­laş­dır­maq­dan ibarətdir. Dövriyyə vəsaitinin dövretmə surətinin ar­tırılması işində mühüm tədbirlərdən biri, fabrika və za­vod­ların bütün fəhlə və qulluqçu kollektivinin, müəs­si­sə­nin bütün sahələrində dövriyyə vəsaitindən daha yaxşı is­ti­fadə etmək uğrunda yarışa qoyulmasından ibarətdir.
Dövriyyə vəsaitinin dövretmə surətinin artması nəti­cə­sində müəssisələrin dövriyyədən aldıqları vəsait il müd­dətində müəssisələrin öz dövriyyə vəsaitinin azad olun­muş hissəsi Dövlət büdcəsinə keçirilir.
Müəssisələrin normalaşdırılan dövriyyə vəsaitinin döv­retmə surətinin plandan əlavə artırılması nəticələri müəs­sisələrin və təşkilatların illik mühasibat hesabatı üzrə müəyyən edilir. Dövriyyədən saldırılaraq büdcəyə keçi­ri­l­miş dövriyyə vəsaitinin miqdarı, dövretmə surətinin plan­dan əlavə artırılması və normalaşdırılan dövriyyə vəsaiti qa­lıqlarının hesabat ilinin sonu üçün plana nisbətən azal­dıl­ması nəticəsində həqiqətən azad edilmiş vəsaitin miq­da­rı­na bərabər olmalıdır Müəssisələrin dövriyyə vəsaiti nor­ma­tivləri, azad olunmuş və büdcəyə keçirilmiş dövriyyə vəsaiti məbləğinə bərabər miqdarda azalır. Azad edilmiş vəsaitdən bu cür istifadə etmək qaydası, istər nor­ma­laş­dı­rı­lan və istərsə normalaşdırılmayan dövriyyə vəsaitinin dövr surətini artırmaq üçün müəssisələri maraqlı edir.







FƏSİL 8. İNVESTİSİYA QOYULUŞU VƏ ƏSASLI TİKİNTİ

8.1. İnvestisiya anlayışı, məqsədləri və fəaliyyəti

Müasir dövrdə aparılan tədqiqatlardan məlum olur ki, in­vestisiya anlayışı  geniş məzmuna, tərkibə malikdir. Mə­lum­dur ki, makroiqtisadiyyatda qoyuluşları ümumi (məc­mu) xarakterli tərkib elementlərindən biridir. Belə ki, fab­rik, zavod, yaşayış binalarının tikilməsi, yeni maşın və ava­danlıqlarının alınması, həmçinin cari ildə istehsal edil­miş, lakin istehlak olunmamış əmtəə-material qiymətləri in­ves­tisiya kimi qəbul edilir. İnvestisiya yeni kapitalın is­teh­sal maddi-əşya elementlərinin yaradılması, həmçinin şəx­si amilini (insanın) lazımi bacarıqlara və vərdişlərə yi­yə­lənməsinə vəsait sərfi kimi başa düşülür.
İnvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə təsərrüfatçılığa, sahibkarlıqda və müx­tə­lif növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, ha­be­lə maddi və intellektual sərvətlərdən ibarətdir.
İnvestisiyalar – həm pul, həm də real kapitala qo­yul­muş vəsaitlərdir. Bu, pul vəsaitləri, kreditlər, daşınan və daşınmaz əmlaka, intellektual mülkiyyətə və digər dəyərli sahələrə qoyulan vəsaitlər şəklində həyata keçirilə bilər. Real kapitala qoyulan investisiyalar əsasən kapitalın təkrar istehsalına və bərpasına səbəb olurlar. İnvestisiya qoyu­lu­şu­nun əsas məqsədi gələcəkdə daha çox gəlir əldə etmək üçün qoyulan xərclərdir, istehsalat vasitələrinə qoyulan əla­və xərclərdir; kapitalın artırılması məqsədilə qoyulan xərc­lərdir və s.
Bu vəsaitləri birləşdirərək vahid bir şəkildə investisiya anlayışını belə ifadə etmək olar: “Müəssisənin istehsalat həc­mində artım və mütəmadiliyin təmin edilməsi və gə­lə­cək­də müəyyən bir zamanda həyata keçməsi göz­lə­ni­lən gə­lirin əldə edilməsi məqsədilə maliyyə vəsaitlərinin is­teh­salata istiqamətləndirilməsidir”.
Müəssisələr müxtəlif məqsədlərlə investisiya qoyurlar. Bu məqsədlərin əsasları aşağıdakılardır:
-  mövcud istehsalat səviyyəsini qorumaq üçün köh­nəl­miş təchizatın yenisi ilə əvəz edilməsi;
- istehsalat həcminin artırılması üçün vacib olan tex­no­lo­giyanın təmin edilməsi;
- bazara yeni çıxan məhsulları istehsal etmək və yeni tex­nologiyalardan faydalanmaq;
-  xərcləri azaltmaq və ya istehsalatı artırmaq və yaxud bun­ların hər ikisinin birlikdə öhdəsindən gəlmək;
-  məhsulun istehlakçıya çatdırılmasında daha təsirli va­sitələrə əl atmaq və bölgü kanallarını genişləndirmək;
-  istehsal edilən məhsulun keyfiyyətini yüksəltmək və in­kişaf etdirmək;
-  iş şəraitinin yaxşılaşdırılmaq;
- ətraf mühitin çirklənməsinin qarşısını almaq, xalqın sağlam­lığını qorumaq və bu məqsədlə mövcud qanun­ve­ri­ci­liyə riayət etmək;
- bazar şərtləri ilə ayaqlaşmaq, bölgədə, ölkədə və dün­ya­da rəqabət üstünlüyünü təmin etmək;
- müəssisənin qarşılaşacağı konkret riskləri aradan qal­dır­maq və ya məhdudlaşdırmaq;
- müəssisənin bazardakı və sənayedəki payını qorumaq və səmərəliliyi artırmaq məqsədilə tədqiqat və inkişaf et­dir­mə fəaliyyətlərini həyata keçirmək;
- müəssisədə işləyənlərin sağlamlığının rifahının qo­run­ması və onların həvəsləndirilməsi və s.
Müəssisələr bu məqsədləri həyata keçirmək üçün in­ves­­tisiya qoyulmasına istiqamətlənirlər. Ancaq bu məq­səd­­lər ümumi xarakter daşıyır. İnvestisiya qoyulmasının əsa­sı isə müəssisə həyatının mütəmadiliyi və gəlirdir. Əgər müəssisə fəaliyyətlərini mütəmadi şəkildə təmin et­mək istəyirsə, daha keyfiyyətli mal və xidmət istehsal edə­rək istehlakçıların istifadəsinə verməli, bunlardan əldə edə­cəyi gəlirlərin müəyyən bir qismi ilə yeni məhsullar is­teh­sal etməli və yeni texnologiyalar ilə istehsalın artırıl­ma­­sına çalışmalıdır.
Bazar iqtisadiyyatının inkişafı fəaliyyətdə olan sub­yekt­lər bir tərəfdən rəqabətə davamlı olmağı, digər tə­rəf­dən sabitliyin təmin edilməsini və dəyişən iqtisadi şəraitdə fəa­liyyət göstərməsini tələb edir. Bütövlükdə cəmiyyətin və onun subyektlərinin inkişafı milli gəlirin yüksəlməsi ilə müm­kündür. Bu cür yüksəlişlərin əsası investisiya və in­ves­tisiya qoyuluşu prosesini özündə əks etdirən investisiya fəa­liyyətidir.
İnvestisiya prosesinin əsas iştirakçıları (subyektləri) xa­rici fiziki və hüquqi şəxslər, habelə dövlət, beynəlxalq təş­kilatlar, şirkətlər və ayrı-ayrı şəxslərdir. Onlar hər bir in­vestisiya prosesində həm təklif, həm də tələblər tə­rə­fin­dən iştirak edə bilirlər.
İnvestisiya (investisiya resurslarına) pul vəsaitlərini, məq­sədli bank əmanətləri, texnologiyalar, maşınlar, təchi­zat, lisenziya, o cümlədən əmtəə nişanları, kreditlər, eləcə də sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan iqtisadi və so­sial səmərə və gəlir əldə etmək üçün digər əmlak, əm­la­ka hüququ və intellektual dəyərlər aid edilə bilər.
İnvestisiya fəaliyyətinin obyektlərinə yeni yaranmış və mo­dernləşdirilmiş fondlar və xalq təsərrüfatının müxtəlif sahələrindəki dövriyyə vəsaitləri, qiymətli kağızlar, məq­səd­li pul qoyuluşları, elmi-texniki məhsul, eləcə də digər əm­lak obyektləri, əmlak hüququ və intellektual əmlak hü­qu­qu aiddir.
İnvestisiya prosesi investisiya bazarında həyata ke­çi­ri­lir ki, bu da öz növbəsində kapital qoyuluşu bazarını (əsas fondların təkrar istehsalı üçün), əmlak bazarını, qiy­mət­li kağızlar bazarını, intellektual mülkiyyət və hüq­uq­lar ba­za­rı­nı, investisiya layihələri bazarını özündə birləşdirərək bir sı­ra müstəqil seqmentlərə bölünür.
İnvestisiya fəaliyyətinin ümumi prinsiplərinə görə bu ba­zarlar investisiya obyektlərinə görə fərqlənir ki, bu da üsul­ların, formaların, təhlil üsulunun və səmərəliliyinin qiy­mətləndirilməsinin, etibarlığın və investisiya riskinin sə­viyyəsini müəyyən edir.
İnvestisiya fəaliyyətinin subyektlərini investorlar, si­fa­rişçilər, iş icraçıları, investisiya fəaliyyəti ob­yekt­lə­ri­nin istifadəçiləri, eləcə də təminatçılar, hüquqi şəxslər (bank, sı­ğorta və vasitəçi təşkilatlar, investisiya birjaları) və in­ves­tisiya prosesinin digər iştirakçıları təşkil edir. İnves­ti­si­ya fəaliyyətinin subyektləri fiziki və hüquqi şəxslər, o cüm­­lədən xarici hüquqi fiziki şəxslər, dövlət və beynəl­xalq təşkilatlar da ola bilər.
 İnvestisiya fəaliyyətinin əsas subyekti olan investor, şəx­si və ya cəlb edilmiş vəsaitlərin investisiya şəklində qo­­yu­luşunu həyata keçirir və onun məqsədyönlü isti­qa­mət­də istifadəsini təmin edir. İnvestor rolunda aşağı­da­kı­lar iştirak edə bilər:
- dövlət və bələdiyyə  əmlakını və ya əmlak hüququnu idarəetmə səlahiyyətinə sahib orqanlar;
- yerli fiziki və hüququ şəxslər, sahibkar birlikləri;
- xarici fiziki və hüquqi şəxslər, dövlət və beynəlxalq təşkilatlar.
Sifarişçi rolunda investorlar, eləcə də investor tərə­fin­dən səlahiyyət verilmiş fiziki və hüquqi şəxslər çıxış edə bi­lər. Bu halda bu şəxslər investisiya prosesinin digər işti­rak­çılarının sahibkarlıq və başqa fəaliyyətlərinə müdaxilə et­məməlidirlər.
İnvestisiya prosesi – kapital təklifləri ilə onun tələ­bat­çı­­larının məqsəd və maraqlarının üst – üstə düşərək gös­tər­­dik­ləri fəaliyyət prosesidir. İnvestisiya prosesi tələblə tək­­li­fin qarşılaşdırma mexanizmidir. Hər iki tərəf maliyyə ba­­zar­larda və ya maliyyə institutlarda qarşılaşırlar. Bəzən isə bu iki tərəf öz aralarında birbaşa danışığa girərək fəa­liy­yət gös­tərirlər. Bu halda da maliyyə institutları in­ves­ti­si­ya pro­sesində aktiv olaraq qalır. Maliyyə insti­tut­la­rı  de­dik­də elə maliyyə qrupları nəzərdə tutulur ki, onlar müx­tə­lif növ ma­liyyə vəsaiti qəbul edərək sonradan onu borc ka­pi­talı və ya digər formalarda investisiya edirlər.
İnvestisiya prosesini sxem 4 – dən daha aydın görmək o­lar:















Sxem 4. İnvestisiya prosesi
İnvestisiya prosesi uzunmüddətli prosesdir. Prosesin son məqsədi olan mənfəət aşağıdakı mərhələləri keçdik­dən sonra reallaşır:
1)  Araşdırılma – Kapital qoyuluşunun predmetinə ilkin yanaşmadır. Yəni təklif araşdırılır, məqsədə müvafiq istiqamət fəaliyyətə başlanılır, təklifə müvafiq inventisiya layihəsi hazırlanır.
2)  Təhlil – İnvestisiya layihələrin dəyəri, həcmi və də­yər  mətləblər hesablanılaraq dəqiqləşdirilir. Bu mər­hə­lə­də yerli və xarici bazarlar təhlil olunur, istehsal olunacaq və satılacaq məhsulun həcmi proqnozlaşdırılır.
3)  Qərar qəbulu – Layihənin təhlilindən sonra əldə olunan yekun nəticələrə əsasən son qərar qəbul edilir.
4)  İnvestisiya mənbələrinin müəyyən olunması – Ka­pi­tal qoyuluşları üçün nəzərdə tutulmuş maliyyə və­sa­it­lə­ri­nin və digər aktivlərinin araşdırılması. Belə investisiya la­hi­yələrinin  həyata   keçirilməsi üçün şirkətlər çox vaxt öz döv­riyyə vəsaitlərdən deyil, borc kapitaldan, kreditlərdən, da­ha çox istifadə edirlər.
5)  Sənədlərin hazırlanması – Qarşı tərəf ilə rəsmi da­nı­­şıqlar üçün müvafiq sənədlərin hazırlanması.
6)  Danışıqlar və rəsmiyyət – Müqavilədən asılı ola­raq hər tərəf öz üzərinə müəyyən olunmuşları götürür.
7)  Maliyyə vəsaitlərinin formalaşdırılması.
8)  İnşaat – Nəzərdə tutulmuş mal istehsalını rea­l­laş­dır­­­maq üçün zəruri istehsal obyektlərinin tikintisi, la­zımi tex­­­nologiyanın tətbiqi, işçi personalının hazır­lan­ma­sı pro­se­­si gedir.
9)  İstehsalat – Məhsul istehsalı başlanır və nəzərdə tu­tulan texnologiya əsasında həyata keçirilir.
10)  Məhsulun reallaşdırılması.
11)  Qoyulan vəsaitin qaytarılması.
12)  Mənfəətə keçid – Proqnozlaşdırılan mənfəətin real­laşması baş verir. İnvestorlar müəyyən məqsədə çat­maq üçün öz fəaliyyət sferasını seçirlər.

8.2.  Əsaslı tikintinin və investisiya qoyuluşunun mahiyyəti, tər43kibi və quruluşu

Müəssisənin əsas vəsaiti onun mülkiyyət forma­sın­dan asılı olaraq, müxtəlif tərkibdə olur. Dövlət  mülkiy­yə­tin­də olan müəssisələrin fəaliyyətinin maliyyələşdirilməsi dövlət tərəfindən verilən istehsal vasitələri təşkil edir. Hər bir yeni müəssisə işləməyə hazır olduğu zaman dövlət tə­rə­findən onun sərəncamına ona lazım olan bütün əsas və­sa­­itlər, yəni binalar, tikililər, dəzgahlar, maşınlar, ava­dan­lıqlar, nəqliyyat vasitələri və alətlər verilir. İşləməkdə olan bü­tün dövlət müəssisələrində sıradan çıxan ayrı-ayrı ob­yek­tlərin bərpa edilməsi və əsas vəsaitin artırılması kapital qo­­yuluşu yolu ilə həyata keçirilir. Dövlətə məxsus ol­ma­yan müəssisələrin təşkili, təminatı, planlaşdırılması və is­teh­­sal proseslərin həyata keçirilməsi müəyyən mənbələrdə ma­liyyələşdirilir və idarə olunur. Təsisedici tərəf kimi fi­zi­ki və hüquqi şəxslər, sahibkarlar, birliklər və digər qu­rum­lar çıxış edirlər, onlar tərəfindən təşkili işlərini və ma­liy­yə­ləşdirmə prosesini həll edirlər.
Hər bir müəssisə üzrə kapital qoyuluşunun həcmini məh­sul istehsalının və ya xidmət göstərməsinin plan­laş­dır­mış artımına əsasən müəyyən edilir. Burada mövcud is­teh­sal gücündən, istehsal sahəsindən və avadanlıqdan mak­si­mum dərəcədə istifadə olunması və habelə mənəvi cəhət­dən köhnəlmiş dəzgah, maşın və avadanlığın yeniləri ilə əvəz edilməsi, yeni binaların tikilməsi, köhnələrin bərpası və s. tikinti obyektlərin əvəz edilməsi zəruriyyəti nəzərə alı­nır. Bunu həyata keçirmək üçün kapital qoyuluşu tələb olu­nur.  
 Kapital qoyuluşu – istehsal və qeyri-istehsal sahələ­rin­də əsas fondların sadə və geniş təkrar istehsalı üçün nə­zər­də tutulan maliyyə vəsaitlərini  özündə əks etdirir. İqti­sa­diyyatın bu və ya digər sahəsinə kapital qoyuluşu müəy­yən edilərkən həmin sahənin məhsullarına olan tələbat nə­zə­rə alınır. Kapital qoyuluşu yeni binaların və qurğuların ti­kilməsi üzrə aparılan inşaat işləri ilə əlaqədar xərclərdən və istehsal vəsaitlərinin əldə edilməsi və quraşdırılması üçün sərf edilən xərclərdən  (investisiyalardan) ibarət olur.
Əsaslı tikinti – yeni obyektlərin tikilməsi, mövcud olan­ların isə yenidən qurulması, genişləndirilməsi və tex­ni­ka ilə silahlanma səviyyəsinin yüksəldilməsi məqsədilə hə­yata keçirilən tikinti-quraşdırma işlərini əhatə edir. Sə­na­ye müəssisələrində tikinti-quraşdırma işlərinin iqtisadi ma­hiyyəti istehsalın lazımi sürətini  və miqyasını, istehsal və qeyri-istehsal təyinatlı obyektlərin inkişafındakı opti­mal nisbətləri, istehsalın maddi bazasının inkişafını, yeni tex­niki vasitələrin tətbiqini  və s. təmin etməkdən iba­rət­dir. Tikintisi başa çatdırılmış və istifadəyə verilməsi üçün ha­zırlanmış istehsal obyektləri, neft-qaz quyuları, qurğular (məsələn, estakadalar, dambalar, körpülər və s.), boru kə­mər­ləri və başqa obyektlər tikinti məhsullarıdır.
Sənaye müəssisələrində tikinti-quraşdırma işləri is­teh­sal və qeyri-istehsal obyektlərinin tikilməsi və onlarda avadanlıqlar quraşdırılması ilə əlaqədar görülən bütün iş­lə­ri özündə əks etdirir. Tikinti işlərinə aiddir: bina və qur­ğuların ucaldılması, maşın və avadanlıqların quraş­dı­rıl­ma­sı üçün özül, bünövrə və dayaq konstruksiyaların qu­rul­ma­sı, tikinti sahəsinin öyrənilməsi, ərazinin tikinti üçün ha­zır­lanması, yaşıllaşdırma və abadlaşdırma işləri, sanitar-tex­niki və quraşdırma işləri. Avadanlığın quraşdırılması iş­lərinə aiddir: texnologiya, energetika, qaldırıcı-nəqliyyat və digər növ avadanlığın yığılması və quraşdırılması.
Tikinti-quraşdırma işləri əsas fondların geniş təkrar is­tehsalının başlıca mənbəyidir. O, müəssisənin maddi ba­za­sının möhkəmləndirilməsini təmin edir, əmək kol­lek­tivinin mədəni-məişət şəraitinin yaxşılaş­dırıl­ma­sın­da apa­rıcı rol oynayır. Bu baxımdan tikinti-quraşdırma işləri in­vestisiya qoyuluşunun praktiki olaraq həyata keçiril­mə­si­dir.
Kapital qoyuluşu həyata keçirilməsində investi­siya­lar öz təyinatına görə istehsala yönəlik investisiyalar və ma­liy­yə investisiyalara ayrılır.
1.   İstehsala yönəlik investisiyalara aşağıdakılar aid­dir: a) yeni investisiyalar; b) yeniləşdirmə (əvəzetmə) in­ves­tisiyaları; c) tamamlama investisiyaları; d) modern­ləş­dir­­mə investisiyaları; e) çatışmazlıqların aradan qal­dı­rıl­ma­sı in­ves­ti­siyaları; f) keyfiyyətin yaxşılaşdırılması inves­ti­si­ya­ları; q)icarə investisiyaları; h) strateji investisiyalar; x) so­sial məqsədli və ətraf mühitin qorunması inves­ti­si­ya­ları və­ s.
Yeni investisiyalar – bir müəssisənin ilk qurulduğu gündən qoyulan investisiyadır. Bu investisiyalar üçün la­yi­hələrinin geniş olaraq hazırlanması və investisiyanın mü­hüm tərəfləri olan hüquqi, iqtisadi, texniki və maliyyə təh­lilinin  geniş şəkildə aparılması mühüm əhəmiyyət kəsb edir. Yeni investisiyalar digər investisiya növlərinə görə da­ha riskli olur. Bu cür investisiyalar üçün veriləcək hər han­sı bir mənfi qərar müəssisəni gələcəkdə iflas olmaq həd­dinə gətirib çıxara bilər.
Yeniləşdirmə (əvəzetmə) investisiyaları – mal və xid­mət istehsalının mütəmadiliyini təmin etmək məqsədilə ka­pitalın ayrılmasıdır. Bu investisiya növünə texniki cə­hətdən əlverişli olmayan, mövcud üsulların və təchizatın ye­­niləşdirilməsi daxildir. Yeniləşdirmə investisiyaları de­dik­də, ilk mərhələdə köhnəlmiş texnologiyanın eyni nö­vü­nün yenisi ilə dəyişdirilməsi düşünülə bilər.
Tamamlama investisiyaları – istehsal amillərinin (xammal, kapital, iş gücü və s.) məhdud olması və ya t­ə­lə­bin istənilən səviyyədə olmaması səbəbi ilə bəzi müəs­si­sə­lər investisiyalarını ilk vaxtlar məhdudlaşdıra bilərlər. Da­ha sonra istehsal amillərinin artması və tələb həcminin ge­niş­lənməsinə mütənasib olaraq investisiyalarını əv­vəl­cə­dən planlaşdırılmış səviyyədə həyata keçirmək üçün əskik qalmış hissələrini tamamlamaq məqsədilə bu investisiya nö­vünə müraciət edilir.
Modernləşdirmə investisiyaları – yeni bir istehsal üsu­luna və ya yeni texnologiyaya, köhnəsi ilə müqayisədə da­ha səmərəli istehsal üsuluna keçirilməsinə şərait ya­ra­dan investisiyalardır.
Çatışmazlıqların aradan qaldırılması investisiyaları – in­vestisiya layihələrinin ilk mərhələdə çox geniş və mü­fəs­səl hazırlanmasına baxmayaraq, istehsala baş­la­dıq­dan sonra bə­zi mənfi və gözlənilməz vəziyyətlərlə qarşı-qa­r­şı­ya qal­maq mümkündür. Bu cür investisiya istehsalda dur­ğun­luq baş verdiyi zaman qoyulur ki, buna da ça­tış­maz­lıq­la­rın ara­dan qaldırılması investisiyaları deyilir.
Keyfiyyətin yaxşılaşdırılması investisiyaları – müəs­si­s­ələr arasında amansız rəqabətin  və texnologiyanın inki­şa­fı ilə əlaqədar keyfiyyətli malın istehsalı hər zaman mü­hüm məsələ olaraq qalmışdır. İstehsal edilən malın key­fiy­yə­tini yüksəldərək, müəssisənin bazardakı payını qorumaq və ya onu daha da artırmaq üçün malın keyfiyyətini ar­tı­ra­caq investisiyalara ehtiyac duyulur ki, buna da keyfiyyətin yaxşılaşdırılması investisiyaları deyilir.
İcarə investisiyaları. İcarə –  əmlaka, torpağa və di­­gər təbii ehtiyatlara müqavilə əsasında əvəzi ödə­nil­mək­lə müd­dətli sahib olmaq və bunlardan istifadə etməkdir. Müəs­­­sisələr istehsalatda istifadə etdikləri təchizatın mül­kiy­­yət hüququnu müəyyən bir müddətdə özündə saxlaya bi­l­ərlər. Bu təchizatın hamısının  və ya bir qisminin müəy­­yən bir müddət üçün istifadə hüququnun alınmasına ica­rə investisiyaları deyilir.
Strateji investisiyalar – müəssisələrin investisiya­la­rın qo­runması və inkişaf etdirilməsi məqsədini daşıyan in­ves­ti­siyalardır. Bu investisiyaları başlıca olaraq, iki qrupa ayır­maq mümkündür.  Bunlar: a) rəqabət və tex­no­lo­gi­ya­nın məruz qalacağı riski azaltmaq məqsədini daşıyan in­ves­tisiyalar; b) müəssisədə münasib sosial şəraitin ya­ra­dıl­ması üçün qoyulan investisiyalar.
Sosial məqsədli və ətraf mühitin qorunması in­ves­ti­si­ya­ları – işləyənlərin  iş şəraitini yaxşılaşdırmaq məq­sədilə qoy­ulan investisiyalara sosial məqsədli investisiyalar de­yi­lir. Buna nümunə olaraq, iş yerinin insan sağlamlığına zə­rərli təsirlərdən qorunmasını, idman qurğularının tikil­mə­si­ni və s. göstərmək mümkündür. Ətraf mühitin qo­run­ması in­vestisiyaları isə ekologiyanın pozulmasının qa­r­şısının alın­ması məqsədilə qoyulur. Ümumiyyətlə, bu cür inves­ti­si­yalar qanunvericiliyin təsiri ilə qoyulur.
 2. Maliyyə investisiyaları – kapitalın mal və xidmət istehsal xaricindəki sahələrə istiqamətləndirilməsidir. Bu cür investisiyaların əsas məqsədi qoyulan kapitala müəy­yən bir faiz gəlirinin təmin edilməsi, uzun müddətli eh­­ti­yat yaratmaq və müəssisənin iqtisadi gücünü artır­maq­dır. Bu cür investisiyaların istehsalatla birbaşa əlaqəsi yox­­dur və hər hansı bir istehsalat obyektinin qurulması üçün nə­zərdə tutulmamışdır. Səhmlərin, daşınan və daşınmaz əm­­­lakın, valyutanın və qızılın alınmasını da maliyyə in­ves­­tisiyalara aid etmək mümkündür. Vacibliyinə görə ma­liy­yə investisiyaları is­teh­sal investisiyalarından sonra gə­lər. Çünki sənaye müəs­si­sələrinin ən çox üstünlük verdiyi investisiyalar is­teh­salatla əlaqədardır. İstehsala yönəlik və maliyyə in­ves­tisiyalar istifadə sahəsindən, təyinatından, məqsəd­lə­rin­dən və s. asılı olaraq, müxtəlif proseslərə cəlb olunurlar və müəyyən xərclər vasitələrlə həyata keçirirlər.
İnvestisiya qoyuluşunun tərkibinə daxil olan xərclər ara­sındakı nisbətin faizlə ifadəsi onun quruluşunu təşkil edir. İnvestisiya qoyuluşunu sahəvi, texnoloji və təkrar is­teh­sal quruluşu ilə fərqləndirirlər. İnvestisiya qoyuluş­u­nun sahəvi quruluşu müəssisənin ayrı-ayrı bölmələri üzrə investisiya qoyuluşu həcmləri arasındakı  nisbəti; texnoloji quruluşu – qurğuların tikintisinə, maşın və avadanlıqların (əsas fondların aktiv hissəsinin) alınmasına və onların qu­raş­dırılmasına çəkilən məsrəflər arasındakı nisbəti; təkrar is­tehsal quruluşu isə – bir tərəfdən yeni obyektlərin ti­kin­ti­si­nə, digər tərəfdən isə mövcud istehsalın texnika ilə si­lah­lan­ma səviyyəsinin yüksəldilməsinə yönəldilmiş xərclər arasındakı nisbəti xarakterizə edir.

8.3. İnvestisiya qoyuluşunun obyektləri və
maliyyələşdirilməsi mənbələri

İnvestisiya – gəlir, əlavə vəsait və ya müəyyən növ sə­mərə əldə etmək məqsədi ilə müxtəlif fəaliyyət növləri ob­yektlərinə qoyulan maddi, maliyyə vəsaitlərdən və in­tel­lektual sərvətlərdən ibarətdir.
Bazar iqtisadiyyatının formalaşdırılmasında, müəs­s­i­sə­nin inkişafında düzgün və səmərəli fəaliyyətində in­ves­ti­si­ya siyasətinin həyata keçirilməsi onun obyekt və sub­yekt­lərinin müəyyənləşdirilməsi mühüm rol oynayır.
İnvestisiya qoyuluşunda başlıca məqsəd əhəmiyyət kəsb edən əsas istehsal sahələrinə və bununla bağlı xidmət gös­tərən, xüsusilə də, ümumilikdə sosial infrastrukturun ya­radılması və son nəticədə lazımi mənfəət əldə edil­mə­si­dir. Odur ki, investisiya fəaliyyətinin obyekti dedikdə, iq­ti­s­adiyyatla bağlı bütün sahələrdə əmlak, o cümlədən əsas fondlar, dövriyyə vəsaiti, qiymətli kağızlar, məqsədli pul əma­nətləri, intellektual  sərvətlər, elmi – texniki məhsullar və digər mülkiyyət obyektləri, habelə, əmlak hüquqları və s. investisiya fəaliyyətinin obyekti hesab edilə bilər. Be­lə­lik­lə, cəmiyyətdə investisiya qoyuluşlarının obyektləri konk­ret olaraq ölkənin qarşısında duran ictimai – iqtisadi və sosial vəzifələrdən asılı olaraq müəyyənləşdirilir. On­lar­da müx­tə­lif obyektlərə sərf edilməsinin nəzərdə tu­tul­ması maraqlı tə­rəflərin mənafelərinə tam uyğun formada həyata ke­çi­ri­lir. Sənaye müəssisələrində investisiya qoyuluşu, əsasən, yeni obyektlərin tikintisinə, mövcud istehsalların ge­niş­lən­di­rilməsinə, yenidən qurulmasına sərf edilir. Odur ki, sə­naye müəssisələrində həmin  obyektlər investisiya qo­yu­lu­şu­nun obyektləri hesab edilir.
Yeni obyektin tikintisi dedikdə, ilk  dəfə təsdiq edil­miş texniki sənədləşdirməyə əsasən yeni meydançalarda ti­kilən obyektlər nəzərdə tutulur. Hazırda yeni obyektlərin ti­kintisinə sərf olunan investisiya qoyuluşunun həcmi, de­mək olar ki, istənilən səviyyədə deyil.
Mövcud müəssisələrin genişləndirilməsi – əsas növ məh­sul buraxılışını təmin edən obyektlərin işə sa­lın­ma­sın­dan sonra dəyişdirilmiş tikinti layihə üzrə müəssisənin ikin­ci və sonrakı növbələrinin tikintisinin davam et­di­ril­mə­si, mövcud sexlərin, istehsal sahələrin və digər ob­yek­t­lə­rin genişləndirilməsi və əlavə istehsal komplekslərinin ti­kintisi deməkdir.
Mövcud müəssisələrin yenidən qurulması – vahid plan üzrə texnologiyanın ayrı – ayrı mərhələlərində və kö­mək­çi xidmətlərdə ya bütünlükdə, ya da qismən yeni ava­dan­lığın quraşdırılması, yaxud mənəvi cəhətdən köh­nəl­miş və yaxud da fiziki aşınmış avadanlığın yenisi ilə əvəz edil­məsi, istehsalın mexanikləşdirilməsi və av­to­mat­laş­dı­rıl­ması, istehsal sahələri arasında yaranmış qeyri – mü­tə­na­sibliyin aradan qaldırılması ilə onun istehsal aparatının tək­milləşdirilməsidir.
Mövcud müəssisələrin texnika ilə yenidən silah­lan­ma­sı dedikdə, maşın və avadanlıqların, nəqliyyat va­si­tə­lə­ri­nin, ölçü və tənzimləyici cihazların və qurğuların yeni, öz texniki – iqtisadi xarakteristikasına görə daha mü­tə­rəq­qi­ləri ilə əvəz olunması yolu ilə müasir tələblər sə­viy­yə­si­nə yüksəldilməsi nəzərdə tutulur.
Əsaslı tikinti və əsas vəsaitlərin alınması üçün çə­ki­lən bütün məsrəflər plan üzrə nəzərdə tutulan kapital qo­yu­luşundan, müəssisənin gəlirindən, sahibkarın və tə­sis­çi­lə­rin öz vəsaitələrindən, alınan investisiyalardan, amor­ti­za­si­ya ayrımlarından, bank kreditlərindən və s. maliy­yə­ləş­di­ri­lir. Bu prosesin nəticəsindən müəssisələrin əsas fondların is­tifadəyə verilməsi artır.
Müəssisələrin maliyyələşdirilməsi mənbələri qeyd et­di­­yimiz kimi geniş və çox istiqamətlidir. Odur ki, maliy­yə­ləşmə mənbələrinə görə investisiya qoyuluşları dörd qrupa bölünür: mərkəzləşdirilmiş investisiya qoyuluşu (döv­lət büdcəsindən ayrılan vəsait hesabına yaradılır), qeyri – mər­kəzləşdirilmiş investisiya qoyuluşu (əsasən, müəs­­si­sə­lərin mənfəəti hesabına yaradılır), xarici ölkələrin  in­­ves­ti­siya qoyuluşu və tikintidaxili ehtiyatlar hesabına əl­də edi­lən vəsait. Son illərdə mərkəzləşdirilmiş şəkildə is­teh­salın in­­kişafına ayrılan investisiya qoyuluşunun həcmi xey­li aza­lmış, xarici ölkələrin investisiya qoyuluşları isə art­­mışdır.
Dövlət investisiyaları vergilər, dövlət müəssisələrinin mənfəəti, yeni pul emissiyası, daxili və xarici istiqrazlar bu­raxılmasından hökumətin əldə etdiyi gəlirlər hesabına həyata keçirilir.
Xüsusi investisiyalar bölünməz xüsusi mənfəət, amor­­tizasiya fondu, xaricdən cəlb edilən uzunmüddətli kre­­dit, xüsusi kapitalı artırmaq məqsədi ilə səhmlərin, is­tiq­­razların, digər qiymətli kağızların satışından alınan vəsa­it hesabına həyata keçirilir.
Lakin xüsusi kompaniyaların və sahibkarların uzun müddət üçün qoyduqları investisiyaların əhəmiyyətli his­sə­si son nəticədə dövlətin nəzarət dairəsinə düşə bilir. Öl­kə­də bazar iqtisadiyyatının inkişafı, dövlətin iqtisadi ro­lu­nun artması ilə əlaqədar dövlət investisiyasına ehtiyac da artır. Xüsusilə yüksək mənfəət və sosial nəticə əldə edə bil­məyən xüsusi təsərrüfat sahələrində, məsələn, in­fra­struk­tur sahələrdə dövlət investisiyası əsasında tikilən müəs­sisələr özlərinin istehsal – təsərrüfat, ticarət – kom­me­rsiya əlaqələrini daha tez canlandırılmaqla bazarda möv­qelərin möhkəmləndirmək imkanı qazana bilir.
İri müəssisələr xüsusi pul vəsaitləri hesabına öz­lə­ri­nin iqtisadi artımını maliyyələşdirməyə üstünlük ve­rir­lər. Bu yalnız bir səbəblə: kreditorlara faiz ödəməklə əla­qə­dar­dır. Bir çox müəssisələr bölünməz mənfəətə vəsait qoy­ma­ğa çalışırlar. Bölünməz mənfəət bütün xərclərin yerini dol­durduqdan, vergiləri ödədikdən sonra müəssisənin sə­rən­camında qalan vəsaitdir.
Xüsusi vəsaitlər hesabına kapitalı artırmağın digər yolu aktivlərin realizasiyasıdır. Aktivlərin realizasiyası zə­ru­ri vəsaitləri toplamaq məqsədilə müəssisəyə məxsus olan  istifadə olmayan əmlakın satılışıdır. Bu daxili mənbə va­sitəsilə əldə edilən xalis gəlir hesabına kapitalın həc­mi­nin artırılması, mənfəətin investisiyalaşması adlanır.
Müəssisənin daxili maliyyələşdirmə mənbələrinə amor­­tizasiya ayırmaları da daxil edirlər. İstifadə pro­se­sin­də köhnəlmiş olan əsas vəsait müəssisədə amortizasiya he­sa­bına bərpa olunur. Pul formasındakı amortizasiya ayır­ma­­ları müəssisənin amortizasiya fondunu təşkil edir. Amor­­tizasiya fonduna keçirilən vəsait, tikinti işlərinə, ya­xud köhnəlmiş və sıradan çıxmış obyektlərin yeniləri ilə əvəz edilməsinə və qismən də işləməkdən olan əsas və­sa­i­tin əsaslı təmirinə və modernləşdirilməsinə xərclənir.
Daxili mənbə hesabına investisiyanın maliy­yə­ləş­di­ril­məsi heç də bütün vergilərdən azad olmayıb, özü müəy­yən xərclərlə əlaqədar olur. Bir sıra müəssisələr bölünməz mən­fəəti daxili maliyyələşməyə sərf etməkdən daha çox xa­rici layihələrə qoymağa üstünlük verirlər. Onların çoxu bu və ya digər dərəcədə xarici maliyyələşdirmədən asılı olur. Burada əsas məsələ  maliyyələşdirmənin xarici mən­bə­lərindən istifadə etmək deyil, yalnız hansı üsulla, nə vaxt  və nə qədər pul cəlb etməkdən ibarətdir.
Ümumiyyətlə, investisiyaların qoyulması əsasən döv­lət­dən kənar mənbələrdən formalaşır.
Müəssisənin maliyyələşdirmə mənbəyi kimi borc və səhm kapitalından da istifadə edilir. Ümumiyyətlə borc ka­pitalı səhm kapitalından ucuz olur, çünki borca görə ödə­nilən faiz tutumuna aid olan məbləğdən çıxılır. Be­lə­lik­lə, böyük borclar yüksək risklə bağlı olur, müəssisələr faizi ödəmək və borcu qaytarmaq imkanını itirə bilər.
İnvestisiya qoyuluşunda iki başlıca xarici maliy­yə­ləş­dir­mə mənbəyini: borc kapitalı və səhm kapitalından istifadə edilir. Hər iki mənbə dörd müxtəlif istiqamətdən: a)uzunmüddətli ssudalardan: b) lizinqlərdən (uzun­müd­dət­li icarədən), v) istiqrazlardan: q) səhmlərdən ma­liy­yə­lə­şir.
Uzunmüddətli borc ödəmə müddəti bir ili ötən borc­dur. Belə borclar ödənilən və ödənilməyən ola bilər. Ödə­ni­lən borcun daha geniş yayılmış növü ipotekadır.
Lizinq uzunmüddətli icarəyə dair qanuni müqavilə olub, istifadə hüququna görə aktivin sahibinə istifadəçinin öhdəliyidir. Hər hansı bir mülkiyyəti və ya avadanlığı əldə etməklə əlaqədar kommersiya kreditindən vəsait götürmək üçün müəssisə lizinq xidmətindən və ya uzunmüddətli icarədən istifadə edirlər.
İstiqraz kapital cəlb etmək üçün satışa buraxılan borc öh­dəliyidir. Bütün mənbə imkanları müəssisə səfərbər edə­rək öz maliyyə ehtiyaclarını ödəyə bilər.
Bütövlükdə xarici kapital qoyuluşunun maliy­yə­ləş­di­ril­məsi xarici dövlət vəsaiti, müəssisə və təşkilatların xü­su­si vəsaitləri hesabına həyata keçirilir. Xarici dövlət və­sa­itlərinə büdcə təsisatları, müəssisə və təşkilatların xüsusi vəsaitlərinə isə – amortizasiya ayırmaları, mənfəət və tə­sər­rüfat üsulu  ilə aparılan tikintinin dəyərinin aşağı sa­lın­ma­sından qənaət, daxili ehtiyatların  səfərbərliyə alınması və s. daxildir.
Xarici investisiya müəssisələrdə mənfəət inves­ti­si­ya­sı­nın maliyyələşdirilməsinin başlıca mənbəyidir. Mənfəət – izafi məhsulun dəyərini ifadə edən müəssisənin xalis gəlirinin başlıca formasıdır. Onun məbləği əmtəənin xid­mə­tin satış qiyməti ilə dəyərinin maya dəyəri arasındakı fər­qi təşkil edən pul gəlirlərinin bir hissəsidir. Xarici hü­qu­qi şəxslərdə mənfəət müəssisənin kommersiya fəaliy­yə­ti­nin nəticəsinin ümumiləşdirici göstəricisidir. Müəssisədə əldə edilən mənfəətdən büdcəyə vergi və digər tədiyyələri ödədikdən sonra xalis mənfəət qalır. Onun bir hissəsini istehsal və sosial  xarakterli kapital qoyuluşuna yönəltmək olar. Mənfəətin bu hissəsi investisiya yığım fondu tər­ki­bin­də və ya müəssisədə yaradılmış digər analoji fondlar tər­kibində istifadə edilir.
Xarici müəssisələrdə investisiyanın maliyyələş­di­ril­mə­sinin ikinci ən böyük mənbəyi amortizasiya ayırma­la­rı­dır. Müəssisədə əsas fondların dəyərcə köhnəlmənin yı­ğı­mı mütəmadi (hər ay) baş verir. Lakin əsas istehsal fond­la­rı hər bir tək­rar istehsal mərhələsindən sonra natural for­ma­da ödənil­mə­ni tələb etmir. Nəticədə sərbəst pul vəsaiti for­malaşır (amortizasiya ayırmalarını istehsal xərclərinə da­xil etmək yolu ilə) və bu müəssisənin əsas kapitalın tək­rar isteh­sa­lı­nın genişləndirilməsinə yönəldilə bilər. Bun­dan əlavə hər il yeni obyektlər istismara verilir ki, bunlara da müəyyən edil­miş norma üzrə (balans dəyərindən faizlə) amor­ti­za­si­ya hesablanır. Lakin bu kimi obyektlər normativ  xidmət müddəti qurtaranadək ödəmə tələb etmir.
Əmtəə istehsalçılarının rəqabətinin nəticəsi olaraq irəli gələn əsas fondların təzələnməsinin zəruriliyi müəs­si­sə­ləri məcbur edir ki, onlar sonrakı investisiya qoy­maq üçün yığım yaratmaq məqsədilə avadanlığın su­rət­lə si­lin­mə­sini həyata keçirsinlər. İnvestisiyanın iq­tisadi cəhətdən həvəsləndirici kimi sürətli amortizasiya nor­mativ xidmət müd­dətinin süni qısaldılması və müvafiq ola­raq amo­r­ti­za­si­ya normasının artırılması üsulu ilə apa­rı­lır.

8.4. Müəssisədə tikinti-quraşdırma işlərinin təşkili

Tikinti-quraşdırma işlərinin ən mühüm mərhələsi ti­kin­ti-quraşdırma işlərinin layihəsinin işlənib ha­zır­lan­ma­sın­dan ibarətdir. Bu layihədə tikiləcək obyektlər müəy­yən­ləş­dirilir, onların zəruriliyi və məqsədəuyğunluğu texniki-iqtisadi cəhətdən əsaslandırılır.
Müəssisənin uzunmüddətli tikinti-quraşdırma maliy­yə planlarının hazırlanması ancaq müəyyən layihələr üzə­rin­də işlərin aparılması ilə həyata keçirilir. Layihələr plan­la­rın hazırlanıb ortaya çıxarılmasında əsas rol oynayır. Bir la­yihənin tətbiqə əlverişli olub-olmadığını, xətalı ün­sür­lə­rin meydana gəlib-gəlmədiyini, iqtisadi və texniki dövrü ər­zində özünü ödəyib-ödəməyəcəyini, ya da mənfəətlilik də­rə­cəsini ölçmək üçün aparılan prosesə layihə deyilir.
İnvestisiya layihələri hər hansı bir investisiyanın eh­ti­yac dərəcəsinin, tələb səviyyəsi ilə istehsal gücünün, maya dəyərinin və mənfəətin əldə edilməsi ilə də­yər­lən­di­ri­lir. Başqa sözlə, investisiya layihəsi investisiyanın hü­qu­qi, iqtisadi, texniki və maliyyə təhlillərinin planlı şəkildə ha­zırlanmasıdır. Layihənin hazırlanması bu əsas dörd bö­lüm­dən ibarətdir və biri digərini tamamlayır.
Layihənin bu bölmələrində texniki-iqtisadi əsas­lan­dı­rıl­­masında tikiləcək obyektin yeri, investisiya qoyulu­şu­nun kəmiyyəti, tikinti-quraşdırma işlərinin həcmi və ye­ri­nə yetirilməsi müddəti, tikinti üçün ayrılmış sahədən – əra­­zidən istifadə olunması, təsərrüfat əlaqələri və s. həl­l­et­mə­ləri müəyyən edilir.
Sənaye müəssisələrində tikinti-quraşdırma işlərini yük­­sək səviyyədə həyata keçirmək üçün xüsusi şöbə –əsaslı tikinti şöbəsi yaradılır və bu şöbə tikinti-quraşdırma iş­­lərini sənədləşdirir və onun yerinə yetirilməsinə nəzarət e­dir.
Tikinti-quraşdırma işlərinin layihələşdirilməsində ti­kin­ti smeta dəyərinin müəyyənləşdirilməsi, işlənib hazır­lan­ması mühüm yer tutur. Çünki bu sənədlərə əsasən ti­kin­ti-quraşdırma işləri həyata keçirilir.
Müəssisə üzrə kapital qoyuluşunun ümumi məbləği ayrı-ayrı tikinti və qurğu obyektlərin smeta dəyərinə və ha­belə alınan maşın və avadanlığın plan üzrə dəyərinə əsa­sən müəyyən edilir.
Smeta sənədləri əsasında investisiya qoyuluşunun ümumi həcmi müəyyən edilir, tikinti-quraşdırma işləri maliyyələşdirilir, podratçılar ilə sifarişçilər arasında (əgər tikinti-quraşdırma işləri podratçı təşkilatlar tərəfindən hə­ya­ta keçirilirsə) hesablamalar həyata keçirilir. Beləliklə, tikintinin smeta dəyəri işlənib hazırlanmış layihəyə uyğun olaraq əsas fondların tikilməsi və istifadəyə verilməsi üçün lazımi məsrəflərin pul ilə ifadəsidir, yəni tikinti-qu­raş­dırma işlərinə, maşın və avadanlıqların quraş­dı­rıl­ma­sı­na  və s. əsaslı məsrəflər öz əksini smeta dəyərində tapır.
Bundan başqa, kapital qoyuluşunun maliyyə­ləş­di­ril­mə­sinə təkcə görülən işlərin haqqının ödənilməsi məbləği deyil, həm də lazımi avadanlıq və tikinti materiallarının də­yəri daxil edilir. Bununla əlaqədar olaraq, müəssisənin ma­liy­yə planında maliyyələşdirmə məbləği  smeta dəyəri üzrə hesablanmış əsaslı tikintinin həcminə uyğun gəlməyə bi­lər. Əsaslı tikintinin smeta dəyəri, tikinti materialları eh­ti­yatlarının və avadanlığın planlaşdırılan artım məbləği qə­dər maliyyələşdirmə həcmindən az olacaq, yaxud müəs­si­sə­də olan material və avadanlığın faktik qalıqlarının plan üzrə azaldılan məbləği qədər maliyyələşdirmə həcmindən çox olacaqdır.
Əsas vəsaitin təmirinə çəkilən xərclər, yaxud ava­dan­lı­ğın modernləşdirilməsi və yenidən qurulması xərcləri müəs­sisə rəhbərliyi tərəfindən təsdiq edilmiş illik plana əsasən müəssisənin bankda xüsusi hesablarında saxlanan vəsaitdən maliyyələşdirilir.
Əsaslı inşaata qoyulan maddi və maliyyə vəsaiti mak­­simum dərəcədə səmərəli istifadə edilməlidir ki, ti­kin­ti-quraşdırma işləri sürətlə ucuz və yaxşı keyfiyyətli icra edilsin.
Tikilib qurtarmış və istismara verilmiş binalar və qur­ğular, qurulmuş yeni dəzgahlar və avadanlıq təsərrüfat təş­­kilatlardan pulsuz qəbul edilən maşın və əsas fondların baş­qa növləri  öz ilk qiymətləri üzrə müvafiq müəssisənin  iş­ləyən, yaxud ehtiyatda olan əsas vəsaiti tərkibinə daxil edi­lir.
Müəssisənin əsaslı-tikinti şöbəsi tikinti-quraşdırma sme­tadan başqa əlavə tikinti titul siyahısını işləyib ha­zır­la­yır.
Tikintinin titul siyahısında hər bir obyektin tikilməsi yeri, gücü, dəyəri, müddəti, tikilməyə başlanması və qur­­tar­ması vaxtı,  investisiya qoyuluşunun illər üzrə bölüş­dü­rülməsi göstərilir. Bu sənəd sifarişçi, podratçı, maliyyə, bank, təchizat orqanları, maşın və avadanlıqlar göndərən təş­ki­latlar üçün əsas sənəd hesab edilir. Sənaye müəs­si­sə­lə­rində tikinti-quraşdırma işləri iki üsulla: podrat və tə­sər­rü­fat üsulu ilə  həyata keçirilir.
Podrat tikinti üsulu – müstəqil, daimi fəaliyyətdə olan tikinti-quraşdırma təşkilatlarının sifarişçi təşkilatlarla podrat müqaviləsi üzrə həyata keçirdikləri tikinti tsiklinin təşkili formasıdır. Sifarişçinin podrat tikinti təşkilatları ilə qa­rşılıqlı münasibəti obyektin tikintisi və ya yenidən qu­rul­ması haqqında qərar qəbul olunmasından və işin pod­rat­çı təşkilatın planlarına daxil edilməsindən sonra mey­da­na çıxır. Podrat işləri planlarının həm həcmi, həm də bü­tün keyfiyyət göstəriciləri üzrə işlənib hazırlanmasını ti­kin­ti təşkilatları ilə sifarişçilər birgə həyata keçirirlər; bu iş ob­yektin titul siyahısından nəzərdə tutulan və işə salınma müddətlərinə uyğun olaraq aparılır. Əsaslı vəsait qo­yu­lu­şu­nun planlaşdırılmasında iştirak edən sifarişçi təş­ki­lat ti­kin­tini layihə – smeta sənədləri, texnoloji, enerji və digər avadanlıqlarla  və ayrı – ayrı material növləri ilə tə­min edir, başa çatdırılmış işləri qəbul edir və haqqını ödə­yir. Podratı tikinti üsulu təsərrüfat tikinti üsuluna nis­bə­tən daha mütərəqqi üsul hesab edilir. Çünki bu za­man tikinti-qu­raşdırma işləri xüsusi ixtisaslaşdırılmış podrat təş­ki­lat­ları tərəfindən aparılır ki, bu da ix­ti­sas­laş­dı­rıl­mış tikinti maşın və avadanlıqlardan istifadə etməyə im­kan verir. Pod­rat tikinti üsulu ilə tikinti-quraşdırma işlərini həyata ke­çirmək üçün sifarişi ilə podrat təşkilatı arasında podrat müqaviləsi bağlanılır.
Təsərrüfat-tikinti üsulunda tikinti quraşdırma işləri podratçı təşkilatlar cəlb edilmədən, bilavasitə müəssisənin özü tərəfindən həyata keçirilir. Bu üsul kiçik həcmli ti­kinti-quraşdırma işlərinin apa­rıl­masında iqtisadı baxım­dan daha sərfəlidir. Odur ki, müa­sir şəraitdə, xüsusilə müəs­sis­lərin özəlləşdirilməsi ilə əla­­qədar olaraq, təsərrüfat üsulu ilə tikintinin həcmi və xü­su­si çəkisi xeyli artmışdır. İlk növ­bədə istehsalın texnika ilə təchizatı işləri təsərrüfat üsu­lu ilə aparılır ki, bu da on­la­rın sürətlə görülməsinə im­kan verir. Bu cür işlərin maddi – texniki cəhətdən təmin edil­mə­si birinci olaraq həyata keçirilir.
Ümumiyyətlə, sənaye  müəssisələrində tikinti – qu­raş­dırma işlərinin hansı üsullarla aparılması hərtərəfli iq­ti­sa­di cəhətdən əsaslandırılmalıdır. Bunun üçün müxtəlif gös­təricilərdən: investisiya qoyuluşunun özünü ödəmə müd­dətindən, səmərəlilik əmsalından, əldə ediləcək illik qə­naətdən, qoyulan xərclərdən, investisiya qoyuluşunun iq­tisadi səmərəliyindən istifadə edilir.
İnvestisiya qoyuluşunun iqtisadi səmərəliliyi - əsas fondların istehsalına çəkilən məsrəflərlə əldə edilən nə­ti­cə­lər arasındakı nisbəti xarakterizə edir. İnvestisiya qo­yu­lu­şunun birdəfəlik nəticəsi – istehsal gücünün və qeyri-is­teh­sal obyektlərinin işə salınmasından ibarətdir. İn­ves­ti­si­ya qoyuluşunun son nəticəsi müəssisə miqyasında – məh­su­lun və xidmətlərin, cəmiyyət miqyasında isə – milli gə­li­rin artımıdır. 
İnvestisiya qoyuluşunun iqtisadi səmərəliyinin yük­səl­dilməsi – istehsalın intensivləşdirilməsinin mühüm is­ti­qa­­mətlərindən biridir. Bu məqsədlə  investisiya qoyuluşu elə obyektlərə yönəldilməlidir ki, onlar tələbatı daha tam ödə­mək şərtilə, planlaşdırılan dövr ərzində ictimai is­teh­sa­lın optimal proporsional artımını təmin etmiş olsun.

FƏSİL 9. İSTEHSAL XƏRCLƏRİ VƏ MƏHSULUN MAYA DƏYƏRİ
        
9.1. İstehsal xərcləri və məhsulun maya dəyəri, onların aşağı salınmasının əhəmiyyəti
  
İstehsal xərcləri – məhsulun (işin, xidmətin) ha­zır­lan­ma­­sına çəkilən canlı və maddiləşmiş əmək məsrə­fi­nin məc­musudur. Əmtəə-pul münasibətləri şəraitində dəyər for­masında çıxış edir.
Məhsulun maya dəyəri müəssisənin iş keyfiyyətinin əsas göstəricilərindən biridir. Nəticə etibarilə müəssisə kollektivinin bütün istehsal-təsərrüfat fəaliyyətinin nəti­cə­ləri bu göstəricidə əks etdirilir. Maya dəyəri göstərir ki, məh­sulun hazırlanması və realizə edilməsi müəssisə üçün ne­çəyə başa gəlir. Maya dəyəri müəssisədə məhsulun is­teh­­salı və realizə edilməsi ilə əlaqədar olan bütün xərc­ləri pul formasında ifadə edir.
Məhsulun maya dəyərinin müntəzəm surətdə aşağı sa­lınması dövlətə, müəssisəyə  həm ictimai istehsalın daha da inkişaf etdirilməsi və həm də sahibkarların, zəhmət­keş­lə­rin maddi rifah halının yaxşılaşdırılması üçün əlavə və­sait verir.
İstehsalın həcmi artdıqca məhsulun maya dəyərinin dur­madan aşağı salınması  uğrunda aparılan mübarizənin əhə­miyyəti də getdikcə daha artır və daha böyük səmərə ve­rir.
Maya dəyərinin aşağı salınmasından əldə ediləcək qə­naət, xalq təsərrüfatının bütün sahələrinin hökumət tə­rə­fin­dən müəyyən edilmiş böyük inkişaf proqramının ma­liy­yələşdirilməsinin mühüm mənbəyi olacaqdır.
Bir çox sənaye müəssisələri ildən-ilə maya dəyərinin aşağı salınması üzrə plan tapşırıqlarını tamamilə və artıq­la­masilə yerinə yetirərək külli miqdarda plandan artıq yı­ğım əldə edir. 
İctimai istehsal xərcləri və müəssisənin əmtəə is­teh­sa­­lına çəkdiyi pul məsrəfləri fərqləndirilir. İctimai istehsal xərclərinə istehsal edilmiş istehsal vasitələrinin keçirilmiş də­yəri və bütün yeni yaradılmış dəyər daxildir. Bu xərclər əmtəə dəyərinə bərabərdir və qiymətlərin müəy­yən­ləşdi­ril­mə­sində əsas təşkil edir.
Müəssisənin əmtəə istehsalına çəkdiyi pul məsrəfləri əmtəənin dəyərindən azdır. Bu xərclər məhsulun maya də­yə­ri formasında çıxış edir; maya dəyərinə isə istehlak edil­miş maddi ehtiyatlar  və işçilərin əməyinin ödənil­mə­si­nə çə­kilən xərclər daxil edilir. Deməli, maya dəyəri müəs­si­sə­də buraxılan məhsulun ona neçəyə tamam olduğunu gös­tərir.
Məhsulun maya dəyəri istehsalın iqtisadi səmə­rə­li­li­yi­ni xarakterizə edən ümumiləşdirilmiş göstəri­ci­lərdən biri­dir. Bu göstəricidən yeni texnika və mütərəqqi tex­no­lo­gi­yanın, həmçinin yeni növ xammal və materialların tətbi­qi­nin, istehsalın və əməyin təşkilinin təkmilləşdirilməsinin iqtisadi səmərəliliyinin məqsədəuyğunluğunun müəy­yən­ləş­dirilməsində istifadə edilir. Məlumdur ki, məhsulun maya dəyərində material ehtiyatlarından istifadə olunması səviy­yəsi və əmək məhsuldarlığının əldə edilmiş nəticəsi öz əksini tapır, yəni məhsulun maya dəyəri onun hazır­lan­ma­sı prosesində əmək vasitələrindən və əmək cisim­lə­rin­dən, həmçinin əməyin özünün nə qədər səmərəli istifadə olun­duğunu göstərir. Bu baxımdan, məhsulun maya də­yə­ri­nin aşağı salınması və istehsal xərclərinin zəruri səviy­yə­yə qədər azaldılması müəssisənin mənfəətinin (təsərrüfat he­sabı gəlirinin) artırılmasının əsas mənbələrindəndir.
Bəzən  məhsulun maya dəyəri ilə istehsal xərclərini, onun dəyəri ilə qiymətini eyniləşdirirlər. Əslində isə onlar bir-birlərindən fərqlənirlər. Məsələn, məhsulun maya də­yə­ri həmişə istehsal xərclərindən kəmiyyətcə artıq olur, yəni məhsulun maya dəyəri istehsal xərclərindən  əlavə, “isteh­saldan kənar” xərcləri də özündə əks etdirir. “İs­teh­sal­dan kənar” xərclər dedikdə, məhsulun realizəsi ilə əla­qə­dar müəssisə xərcləri nəzərdə tutulur. İstehsaldan kənar xərclərə aiddir: tara və qablaşdırma xərcləri, məhsulun stan­siyaya və ya yola salma körpüsünə daşınması, va­qon­la­ra (gəmiyə) yüklənməsi xərcləri, məhsulların realizəsi za­manı onların topdansatış qiymətlərindən satış təşkilat­la­rı­na ödənilən güzəştlərin məbləği və s. İstehsaldan kənar xərclər xüsusi mühasibat balansında nəzərə alınır və məh­su­lun tam maya dəyərinə daxil edilir. İstehsaldan kənar xərclər konkret məmulatlar istehsalının maya də­yə­ri­nə müm­kün qədər birbaşa əlavə olunur, qalan hallarda isə on­lar məmulatın kütləsinə, həcminə, istehsal maya də­yə­rinə gö­rə məmulatlar arasında proporsional, mü­tə­na­sib bö­lüş­dü­rülür.
Məhsulun maya dəyəri və dəyəri arasında həm key­fiy­yət, həm də kəmiyyət fərqləri vardır. Məhsulun ma­ya dəyərinin onun dəyərindən kəmiyyətcə fərqi ondan iba­rətdir ki, sənaye müəssisələrində yaradılan mənfəət ma­ya dəyərinin tərkibinə daxil edilmir, həmin məhsulun də­yə­rinin tərkibinə isə daxil edilir. Məhsulun maya dəyərinin onun dəyərindən keyfiyyət fərqi ondan ibarətdir ki, is­teh­lak edilən istehsal vasitələri məsrəfləri ilə həmin vasitələrə qo­yulan qiymətlər arasında fərq mövcuddur, yəni məh­s­ulun maya dəyəri həmin müəssisədə onun hazırlanmasına çəkilən xərclərin fərdi kəmiyyəti ilə, dəyəri isə – ictimai zəruri əmək məsrəfləri ilə müəyyən edilir.
Məhsulun maya dəyəri ilə onun qiyməti arasında sıx qar­şılıqlı əlaqə vardır. Belə ki, məhsulun maya dəyəri onun qiymətinin əsasını təşkil edir(adətən, məhsulun qiy­mə­tinin tərkibində onun maya dəyərinin xüsusi çəkisi təq­ri­bən 80%-ə qədər olur). Deməli, məhsulun qiyməti onun maya dəyərindən aşağı ola bilməz, çünki belə halda müəs­si­sə zərərlə işləmiş olar. Odur ki, məhsulun qiymətini azal­tmaq üçün, digər şərtlər eyni qalarsa, onun maya də­yə­ri­ni aşağı salmaq lazımdır. Bu, istehsalın səmərəliliyinin yüksəldilməsinin zəruri şərtidir.
Sənaye müəssisələrində məhsulun maya dəyərinin aşağı salınması texniki tərəqqi və əmək kollektivinin mə­dəni-texniki səviyyəsinin yüksəldilməsi əsasında əmək məh­suldarlığının müntəzəm surətdə artması, maddi-enerji və əmək ehtiyatlarından səmərəli istifadə olunması, is­teh­sa­­lın təşkilinin və üsullarının təkmilləşdirilməsi sayəsində aşağı salınır. Məhsulun maya dəyərinin aşağı salınması müəs­sisənin mənfəətinin artırılmasının, deməli, istehsalın ren­tabellik səviyyəsinin yüksəldilməsinin əsas mənbəyidir və həm də məhsul buraxılışı həcminin artırmağın vacib amilidir. Məhsulun maya dəyərini canlı və maddiləşmiş əməyə qənaət etmək hesabına aşağı salmaq olar. Maddi ehtiyatlarda maddiləşmiş keçmiş əməyə qənaət eyni miq­dar­da materialdan daha çox məhsul istehsal etməyə, canlı əmək məsrəflərinə qənaət isə, onun məhsuldarlığını ar­tır­ma­ğa və beləliklə də, istehsal həcmini yüksəltməyə imkan ve­rir.
Sənaye müəssisələrində məhsulun maya dəyərinin aşağı salınmasının əhəmiyyəti böyükdür, onu aşağıdakılar göstərir:
a) yeni texnikanın müntəzəm surətdə tətbiq edilməsi – istehsalın texnika cəhətdən təchiz olunması səviyyəsini yüksəldir;
b) istehsalın ixtisaslaşdırılması və koopera­tiv­ləş­di­ril­mə­si səviyyəsinin yüksəldilməsi;
c) maddi istehsal sahələrində  çalışan işçilərin əmə­yi­nin məhsuldarlığının yüksəldilməsi – eyni şəraitdə əmək haqqı və digər xərclərin qənaətini təmin edir;
d) ümumzavod və sex xərclərinin  ixtisar edilməsi – ida­rəetmə aparatının sadələşdirilməsi və ucuzlaşdırılması nəticəsində əldə edilir;
e) brak və qeyri-məhsuldar məsrəflər nəticəsində əmələ gələn hər cür itkilərin ixtisar edilməsi;
f) buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi  müəssisəyə imkan verir ki, eyni miqdarda xərc qoyduğu halda məhsulun realizəsindən daha çox gəlir, mənfəət əldə etsin. Çünki məhsulun keyfiyyəti pis olarsa, onun qiyməti də aşağı olar.

9.2. Məhsulun maya dəyərinin tərkibi, quruluşu və növləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  1996-cı il 16 avqust 111 saylı qərarı ilə təsdiq edilmiş “Məh­sulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərc­lərin tərkibi haqqında” Əsasnaməyə [8] görə məhs­u­lun (işin, xidmətin) maya dəyəri istehsal prosesində isti­fa­də olunan təbii eh­ti­yat­ların, xammalın, materialın, ya­na­ca­ğın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiy­mət­lən­dirilmiş dəyərini, həmçinin onların istehsalına və sa­tı­şına sərf edilən digər xərcləri özündə əks etdirir.
Məhsulun maya dəyərinə daxil edilən xərclərin tər­ki­bi haqqında Əsasnaməyə görə məhsulun maya dəyə­ri­nə daxil edilən xərclərin tərkibinə istehsalın təşkili və tex­no­logiyasından irəli gələn, buraxılan məhsulların, görülən iş­lə­rin və yerinə yetirilən xidmətlərin keyfiyyəti və istehsal pro­sesinə nəzarət üzrə məsrəflər də daxil olmaqla, məh­su­lun (işin, xidmətin) istehsalı ilə bilavasitə əlaqədar olan xərc­lər daxil edilir.
Məhsulun maya dəyərinin aşağı salınması uğrunda fəal surətdə mübarizə aparmaq üçün onun hansı xərc­lər­dən ibarət olduğunu və onun miqdarına hansı amillərin tə­sir göstərdiyinin bilmək lazımdır.
Məhsulun maya dəyəri məsrəflərin iqtisadi ünsürləri və xərc maddələri üzrə planlaşdırılır və uçota alınır.
Məhsulun istehsalı prosesində müəssisə xammal və ma­terial, yanacaq və enerji sərf edir, əsas fondların amor­ti­zasiyasını həyata keçirir, fəhlə və qulluqçulara əmək haqqı verir və başqa işlər üçün pul xərcləyir. Bu xərclər, iq­tisadi əlamətə əsasən (istehsal təyinatından asılı ol­ma­ya­raq) qruplaşdırıldıqda, bunlar məsrəflərin iqtisadi ünsürləri ad­lanır.
Hazırda sənayedə məsrəflərin iqtisadi ünsürlərinə əsasən aşağıdakı qruplaşdırma qəbul edilmişdir: 1) xam­mal və əsas materiallar; 2) köməkçi materiallar; 3) kə­nar­dan alınan yanacaq; 4) kənardan alınan enerji; 5. əsas və­sa­itlərin amortizasiyası; 6) əmək haqqı; 7) ictimai sığorta üçün ayırmalar; 8) başqa pul xərcləri.
Xərclərin ayrı-ayrı maddələrinin məzmunu onların tə­yinatında və istifadəsində əhəmiyyətli yer tutur. Məh­su­lun istehsalına sərf edilmiş xammal və əsas materialların dəyəri istifadə üçün yararlı olan istehsal tullantıların dəyərini çıxmaq şərtilə “xammal və materiallar” maddəsi üzrə uçota alınır: tullantıların dəyəri isə preyskurant qiy­mət­ləri üzrə və ya onların ehtimal realizə qiymətləri üzrə təyin edilir. Başqa müəssisələrdən koope­rativ­ləş­dir­mə şə­k­lin­də alınmış yarımfabrikatlar (əgər bunlar müstəqil xərc mad­dəsində ayrılmamışsa) yenə həmin “xammal və ma­te­rial­lar” maddəsi üzrə uçota alınır.
“Yanacaq və enerji” maddəsində yalnız müəyyən məh­s­u­lun hazırlanması üzrə texnoloji ehtiyaclar üçün sərf olun­muş yanacaq və enerji uçota alınır.
“Əsas əmək haqqı” maddəsində məhsulun hazır­lan­ma­sı üçün əsas istehsal fəhlələrinə verilən əmək haqqı uço­ta alınır.
“Avadanlığın saxlanması və istismarı xərcləri” mad­də­sində avadanlığın, ona xidmət göstərilməsi ilə və onun cari təmiri ilə əlaqədar olan xərclər, yəni avadanlığın sax­la­­nılması və işlədilməsi üçün sərf olunmuş mate­rial­la­rın, ya­na­caq və enerjinin dəyəri, avadanlığa xidmət edən fəh­lə­lərin əmək haqqı, avadanlığın cari təmir xərcləri, istehsal ava­danlığının amortizasiyası (onların müstəqil xərc mad­də­sinə ayrılmadığı sahələrdə), az qiymətli və tez xarab olan alətlərin köhnəlməsi dəyəri və sair xərclər uçot alınır. Avadanlığın saxlanılması və istismar edilməsi ilə əlaqədar olan xərclər qeyri-müstəqim xərclərə aiddir. Bir sıra is­teh­sal sahələrində bu xərclər maşın və avadanlığın iş saat­la­rı­na və ya avadanlığın işinin başqa natura göstə­rici­lə­rinə pro­porsional olaraq məhsulun ayrı-ayrı növlərinin maya də­yəri üzərinə bölüşdürülür. Bəzi istehsal sahələrində isə ava­danlığın saxlanılması və işlədilməsi xərcləri əsas is­teh­sal fəhlələrinin əmək haqqı məsrəflərinə proporsional ola­raq məhsulun ayrı-ayrı növlərinin maya dəyərinə daxil edi­lir.
“Sex xərcləri” maddəsində avadanlığın işinə aid olan xərclərdən başqa sexin saxlanması üzrə olan bütün xərclər uçota alınır. Sex xərclərinə, sex heyətinin saxlanılması xərcləri, sex binalarının, tikililərinin və inventarının sax­la­nıl­ması, cari təmiri və amortizasiyası xərcləri, səmə­rələşdirmə və ixtiraçılıq xərcləri, əmək mühafizəsi xərcləri və sex xarakterli başqa xərclər daxil edilir. Sənaye sahələrinin əksəriyyətində sex xərcləri məhsulun ayrı-ayrı növ­lərinin maya dəyərinə əsas istehsal fəhlələrinin əmək haq­qına (mükafatlı – mütərəqqi – işəmuzd üzrə verilən əla­və əmək haqqı nəzərə alınmamaq şərtilə) proporsional ola­raq daxil edilir.
“Ümumzavod xərcləri” maddəsində zavod idarəsinin sax­lanılması ilə əlaqədar olan bütün xərclər və müəs­si­sə­nin ümumistehsal ehtiyacları üçün çəkilən xərclər uçota alı­nır. Ümumzavod xərcləri məhsulun ayrı-ayrı növlərinin ma­ya dəyərinə sex xərcləri kimi bölüşdürülür. Sex və ümum­zavod xərclərinin tərkibində qeyri-məhsuldar xərc ad­­lanan xərclər ayrıca uçota alınır. Bunlara cərimələr, peniyalar, dəbbələmə pulları, materialların və bitirilməmiş is­tehsalın əksik gəlməsi, brak və anbarlarda saxlanılan ma­te­rialların xarab edilməsi, işsiz dayanmalar və sairə nə­ti­cə­sin­də əmələ gələn itkilər daxil olur.
“Brak nəticəsində olan itkilər” maddəsində qəti ola­raq brak edilmiş məhsulun maya dəyəri və həmin brakın dü­zəldilməsi məsrəfləri göstərilir. Burada həmin mə­s­rəf­lər­dən keyfiyyətsiz material və yarımfabrikatlar verdiyi və bunun nəticəsində vurulan zərərin ödənilməsi üçün mal ve­rənlərdən alınmış məbləğ, brak müqəssirlərindən tutul­muş məbləğ və habelə brak edilmiş məhsulun ehtimal rea­li­zə qiymətləri üzrə dəyər çıxılır. Plan kalkulyasiyalarında “brak nəticəsində olan itkilər” maddəsi üzrə, bir qayda olaraq xərc nəzərdə tutulmur.
“İstehsaldan kənar xərclər” maddəsi üzrə, başlıca olaraq hazır məhsulun satılması üzrə olan xərclər (məhsul üçün tara və onun qablaşdırılması xərcləri, satışla əlaqədar olan nəqliyyat xərcləri), standartlaşdırma və elmi-tədqiqat işləri ilə əlaqədar olan xərclər, kadr hazırlığı üzrə mər­kəz­ləş­dirilmiş xərclər və i.a. uçota alınır. İstehsaldan kənar xərc­lər ayrı-ayrı məhsulların maya dəyərinə bir qayda ola­raq fabrik-zavod maya dəyərinə proporsional olaraq daxil edi­lir.
“Yeni məhsul növləri istehsalının mənimsənilməsi üzrə xərclər” maddəsinə məmulatın yeni növlərinin isteh­sa­lını hazırlamaq üçün çəkilən xərclər əks etdirilir. Bu xərc­lər yeni hazırlanmış məhsulun maya dəyərinə plan üz­rə müəyyən edilmiş miqdarda daxil edilir.
“Müəyyən məqsədli alət və uyğunlaşdırıcıların köh­nə­lməsinin ödənilməsi” maddəsinə müəyyən məmu­la­tın ha­zırlanması üçün işlədilən alət və uyğunlaşdırıcıların  də­yə­rinin ödənilməsi uçota alınır. Bu məsrəflər o mə­mu­lat­la­rın maya dəyərinə daxil edilir ki, alət və xüsusi uy­ğun­laş­dı­rıcılar onlar üçün hazırlanmış olsun.
Məhsulun maya dəyərinin kalkulyasiyalaşdırılması böyük əhəmiyyətə malikdir. Məhsul vahidinin istehsalı və rea­­lizasiyası üçün çəkilən məsrəflərin hesablanmasına məh­­sulun maya dəyərinin kalkulyasiyası deyilir. Kalkul­ya­siya hər sənaye sahəsində qəbul edilmiş xərc maddələri üzrə tərtib edilir. Hazırda üç növ kalkulyasiya mövcuddur; bunlar plan, normativ və hesabat kalkulyasiyasından iba­rət­dir.
Plan kalkulyasiyası ayrı-ayrı məmulatlar üzrə maya dəyəri tapşırığından ibarətdir. Bu tapşırıq, ayrı-ayrı xərc mad­dələri üzrə olan məsrəflərin hesablanması yolu ilə müəy­yənləşdirilir; burada əmək məsrəfləri, material, ya­na­caq və elektrik enerjisi sərfiyyatı və avadanlıqdan istifadə edil­məsi üzrə qabaqcıl normalar əsas tutulur. İstehsala xid­mət və onun idarə edilməsi üzrə olan xərclər he­sab­la­nar­kən ciddi qənaət üsulunun həyata keçirilməsi nəzərdə tu­tu­lur.
Normativ kalkulyasiya məhsul vahidinə çəkilən xərc­lə­rin miqdarını həmin müəssisədə müəyyən dövr ərzində tət­biq edilən normalar üzrə hesablamaq yolu ilə müəy­yən­ləş­dirilir. Normativ kalkulyasiyanın plan kalkul­ya­si­ya­sın­dan fərqi ondadır ki, plan kalkulyasiyası nəinki əldə edilmiş məsrəf normalarına əsaslanır, bu kalkulyasiya habelə təşkilat-texniki tədbirlərin və hər şeydən əvvəl əmək məhsuldarlığının artmasına  və qənaət üsulunun hə­ya­ta keçirilməsinə kömək edən tədbirlərin görülməsi nə­ti­cə­sində xərc normativlərinin müəyyən dərəcədə aşağı sa­lın­masını nəzərdə tutur. Təşkilat-texniki tədbirlərin həyata keçirilməsi nəticəsində məmulat vahidinə düşən material və pul vəsaiti xərclərinin normaları dəyişilir. Normativ kalkulyasiyada bu dəyişikliklər nəzərə alınır və buna görə də normativ kalkulyasiyası, bir qayda olaraq, hər ay ye­ni­dən nəzərdən keçirilib tərtib olunur; halbuki, maya dəyəri üz­rə təsdiq  edilmiş plan tapşırıqları plan dövrü ərzində də­yişilmir.
Müəssisələrin fəaliyyətinin təhlilində məhsulun maya dəyərinin planlaşdırılması əsas yer tutur. Məhsulun maya dəyəri planı məhsul vahidi üzrə əmək və material məsrəf­lə­rinin texniki və iqtisadi cəhətdən əsaslandırılmış mütə­rəq­qi normalarına əsaslanır. Yalnız məsrəflərin norma­laş­dı­rılması işini lazımi qaydada təşkil etmək vasitəsilə maya dəyə­rinin planlaşdırılması üzrə qarşıya qoyulan əsas və­zi­fə­ni, yəni məhsulun maya dəyərinin aşağı salınması üçün müəs­sisədaxili ehtiyatlarının aşkara çıxarılması və on­lar­dan istifadə edilməsi vəzifəsini yerinə yetirmək olar.
Maya dəyərinin planlaşdırılmasında istər həmin müəssisədə, istərsə də istehsal xarakterinə görə oxşar olan baş­qa müəssisələrdə qabaqcıl təcrübənin aşkara çıxarıl­ma­sı və bu təcrübədən istehsalda istifadə etmək üçün təd­bir­lər görülməsi mühüm cəhətdir. Sənaye məhsulunun maya də­yərinin təhlili nəticələrindən istifadə etmək maya də­yə­rinin planlaşdırılmasının keyfiyyətini xeyli dərəcədə yax­şı­laşdırır, material və pul vəsaitinin səmərəsiz itkisini aş­kar etməyə və planı tərtib edən zaman müəssisənin işində möv­cud olan qüsurların aradan qaldırılması üçün tədbirləri nə­zərdə tutmağa imkan verir.
Məhsulun maya dəyərinin planı aşağıdakı gös­tə­ri­ci­lər­dən ibarət olur: 1) ayrı-ayrı məhsul növlərinin maya də­yə­ri; 2) əmtəəlik məhsulun maya dəyəri; 3) müqayisəyə gə­lən məh­sulun maya dəyərinin aşağı salınması tapşırığı; 4) is­teh­sal xərcləri smetası.
İstehsal məsrəflərinin planlaşdırılması hər şeydən əv­vəl ayrı-ayrı məmulatın plan üzrə olan maya dəyərini müəyyən edən hesablamalara əsaslanır. Məhsul vahidinin maya dəyərinin plan kalkulyasiyası həmin sənaye sahə­sin­də qəbul edilmiş xərc maddələri nomenklaturası üzrə tər­tib edilir. Müstəqim xərclər hər məmulat üzrə müəy­yən­ləş­dirilir; burada məhsul vahidi üzrə material və pul məsrəflərinin plan normaları əsas götürülür.
Məhsul vahidi üzrə qeyri-müstəqim xərclərin miq­da­rı­nı müəyyənləşdirmək üçün əvvəlcə sex xərclərinin sme­ta­ları (sex və başqa istehsal bölmələri üzrə) və ümum­za­vod xərclərinin smetası tərtib edilir, sonra isə həmin xərc­lə­rin ümumi məbləği məhsulun ayrı-ayrı növlərinin maya də­yərinə bölüşdürülür. Qeyri-müstəqim xərclərin ayrı-ayrı mad­dələri üzrə olan məsrəflərin miqdarı da normativlərə əsas­lanır.
Məhsul vahidinin fabrik-zavod maya dəyərinə isteh­sal­dan kənar xərclər, yəni məhsulun satışı ilə əlaqədar olan xərclər və mərkəzləşdirilmiş ayırmalar əlavə edilir. Məh­sul vahidinin plan kalkulyasiyası üzrə hesablanmış tam maya dəyəri ayrı-ayrı məhsul növlərinin istehsalı və sa­tışı ilə əlaqədar olan məsrəflərin səviyyəsi üzrə tap­şı­rıq­dan ibarətdir.
Məhsulun ayrı-ayrı növlərinin plan üzrə maya dəyəri və buraxılışı məmulatına əsasən əmtəəlik məhsulun plan ma­ya dəyəri  bu qaydada hesablanır.
Cədvəl 1.
Məmulatın adı
Plan üzrə məmulatın miqdarı
( ədədlə)
Plan maya dəyəri
(min manatla)
Məmulat vahidi üzrə
Bütün əmtəə buraxılışı üzrə
A
B
C
D
1085
1000
490
25
16,1
14,7
20,4
19,4
17470
14700
9996
485
Yekunu
2600
-
42651

Maya dəyəri planlaşdırılan və uçota alınan zaman bütün əmtəəlik məhsul, müqayisəyə gələn və müqayisəyə gəlməyən məhsula ayrılır.
Əvvəlki ildə (hesabat ilinə görə) buraxılan məhsul və həmçinin istehsal tsikli uzun müddət sürən və keçən ildə tək-tək nüsxələrdə buraxılan məmulatlar (unikal dəzgah­lar, turbinlər, bluminqlər və i.a.)  müqayisəyə gələn məh­sul sayılır. Müqayisəyə gələn məhsulun tərkibinə sifarişlər üz­rə kənar üçün görülən işlər, müəssisənin özünün əsas tikintisinə göstərilən xidmətlər, əsaslı təmir üzrə olan işlər və təcrübi qaydada hazırlanan məhsul daxil edilmir.
Müqayisəyə gəlməyən məhsula cari ildə istehsalı mənimsənilən məhsul daxil edilir.
Maya dəyərinin hesablanması istehsal xərcləri sme­ta­sı məsrəflərin iqtisadi ünsürləri üzrə tərtib edilir. Sme­tada məh­sulun istehsalı üzrə, yarımfabrikatların və bitməmiş is­tehsal qalıqlarının artımı üzrə plan məsrəfləri və həm­çi­nin ümumi məhsulun tərkibinə daxil olmayan iş və xid­mət­lər üçün olan məsrəflər göstərilir.
Bütün məsrəflər, ayrı-ayrı xərclərin təyinatından asılı olmayaraq iqtisadi ünsürlər üzrə göstərilir. Smetanın belə qu­rulması, ondan maliyyə normativlərini müəy­yən­ləş­dir­mək və məhsulun maya dəyəri planını texniki-maliyyə pla­nının digər bölmələri ilə əlaqələndirmək üçün istifadə et­məyə imkan verir. Məsələn, istehsal xərcləri smetasının “əmək haqqı” maddəsi üzrə planlaşdırılan məbləğ əmək pla­nında göstərilmiş əmək fonduna uyğun olmalıdır. “Xammal və materiallar” maddəsində verilmiş məbləğ ma­terial-texniki təchizat planında plan maya dəyəri ilə qiy­mətləndirilmiş həmin materialların miqdarına uyğun ol­malıdır və i. a.
Maya dəyərinə dair hesabatda hər rüb məsrəflərin iqtisadi ünsürləri üzrə məhsul istehsalına çəkilən faktiki xərclərə aid məmulat verilir. İllik hesabatda həmin mə­mu­la­ta plan göstəriciləri əlavə edilir. Nəzərdə tutmaq la­zımdır ki, hesabatda plan göstəriciləri məhsulun plan həc­mi və çeşidi üzrə tərtib olunmuş istehsal xərcləri sme­ta­sın­dan götürülür; istehsalın faktiki xərcləri isə – məhsulun fak­tiki həcmi  və çeşidi üzrə verilir ki, bunu da maya də­yə­rini təhlil edərkən nəzərə almaq lazımdır.
Məhsulun maya dəyərinə daxil edilən xərclərin tər­ki­bi, istehsalın təşkili və texnologiyasından irəli gələn, bu­ra­xılan məhsulların, görülən işlərin və yerinə yetirilən xid­mət­lərin keyfiyyəti və istehsal proseslərin xüsusiy­yət­lə­rin­dən asılı olaraq müxtəlif  tərkibdə olur.
Məhsulun maya dəyərinin tərkibinə daxil olan məs­rəf­lər arasındakı nisbət, yəni məhsulun maya dəyərinin ümumi tərkibində müxtəlif növ məsrəflərin xüsusi çəkisi onun quruluşunu təşkil edir.
Maya dəyərinin quruluşu hər bir müəssisənin spesifik xüsusiyyətləri ilə əlaqədardır, yə­ni istehsalın texnika ilə silahlanma səviyyəsindən, me­xa­nik­ləşdirilməsi və avto­mat­laşdırılması dərəcəsindən, isteh­sal olunan məhsul­ların həcmindən və mürəkkəbliyindən, tex­noloji proses­lə­rin xarakterindən, istehlak olunan maddi ehtiyatların xü­su­siy­yətindən asılıdır. Bunun da nəticəsində ayrı-ayrı müəs­si­sələrdə məhsulun hazırlanmasına çəkilən xərclərin quru­lu­şu biri-birindən xeyli fərqlənir.
Məhsulun maya dəyərində hansı xərclərin üstün ol­ma­sından asılı olaraq sənaye müəssisələri material­tu­tum­lu, yanacaqtutumlu, enerjitutumlu, fondtutumlu və əmək­tu­tum­lu müəssisələrə ayrılır.
Müəssisənin buraxılan məhsulun bir çox əlamətlərinə görə onun maya dəyərinin növlərini fərqləndirirlər. Bu­ra­ya texnoloji, sex, istehsal, tam (kommersiya), fərdi, orta, plan, faktiki və sairə növləri daxildir.
Texnoloji maya dəyəri – bilavasitə texnoloji pro­ses­lə­rin (əməliyyatların) yerinə yetirilməsi ilə əlaqədar sex mə­srəflərinin məbləğini özündə əhatə edir və müxtəlif tex­no­loji proseslərin içərisində ən səmərəlisini seçmək üçün tət­biq edilir.
Sex maya dəyəri – sexin müəyyən məhsulunun is­te­h­salı ilə əlaqədar olan bütün məsrəfləri, yəni əsas və kö­mək­çi materiallar, yanacaq, enerji məsrəflərini, istehsal fəh­lələrinin əmək haqqını, avadanlığın saxlanması və is­tis­ma­rı xərclərini və sexin idarə edilməsi ilə əlaqədar olan sex xərclərini özündə cəmləşdirir.
İstehsal maya dəyəri – məhsul növünün istehsalı üçün müəssisənin ümumi məsrəflərini səciyyələndirir. O, sex maya dəyərindən və ümumzavod xərclərinin cəmindən iba­­­rətdir.
Tam (kommersiya) maya dəyəri – məhsulun istehsalı və realizə ilə əlaqədar olan bütün məsrəfləri əhatə edir və ona görə də müəssisənin istehsal fəaliyyətinin son nəti­cə­si­ni səciyyələndirir. O, sex maya dəyərindən, ümumzavod xərc­lərindən və istehsaldan kənar xərclərdən ibarətdir.
Fərdi maya dəyəri – istehsalın təşkili, avtomat­laş­dır­ma və mexanikləşdirmə, ixtisaslaşdırma və təmər­küz­ləş­di­ril­məsi dərəcəsini xarakterizə edir və müxtəlif müəs­sis­ə­lə­rində eyni olmur.
Orta sahə maya dəyəri – müəyyən növ məhsulun fər­di maya dəyərinin məcmusu kimi müəyyən olunur və əsas ölçü kimi, hər bir müəssisənin əmtəəlik məhsulunun həc­mi qəbul edilir. Orta sahə maya dəyəri sənaye məh­sul­la­rı­na topdansatış qiymətlərinin qoyulması üçün əsas he­sab edi­lir.
Plan maya dəyəri – maddi-enerji, tədarük-nəqliyyat xərclərinin mütərəqqi məsrəf normaları, iş vaxtından, ma­şın və avadanlıqdan istifadə edilməsinin texniki norma və normativləri əsasında müəyyən edilir.
Faktiki maya dəyəri – müəyyən dövr ərzində məh­su­lun istehsalına və realizəsi üzrə faktiki məsrəflər əsasında he­­sablanır. Əgər müəssisədə əsas və köməkçi mate­rial­lar­dan səmərəli istifadə olunarsa, əmək məhsuldarlığı artarsa və əsas fondlardan istifadə olunması yaxşılaşarsa faktiki mə­srəflər plan məsrəflərindən aşağı səviyyədə ola bilər ki, bu da faktiki maya dəyərinin plan maya dəyərindən az ol­ması deməkdir.  

9.3. İstehsal xərclərinin təsnifatı

İstehsal məsrəflərinin iqtisadi ünsürlər üzrə qrup­laş­dı­rılması müəssisənin maddi və pul vəsaitinə olan ümumi eh­tiyacını təyin etməyə imkan verir. Bu qruplaşdırma, həm­­çinin  maya dəyəri planını texniki-sənaye maliyyə pla­nının başqa bölmələri ilə əlaqələndirmək, dövriyyə və­sa­i­ti­ni planlaşdırmaq və onlardan istifadə edilməsi üzərində nəzarət qoymaq məqsədini güdür.
  Məlumdur ki, istehsal xərcləri ya iqtisadi ünsürlər üzrə, ya da kalkulyasiya maddələrinə görə təsnifləşdirir. İq­tisadi məzmununa və təyinatına görə eyni olan bütün istehsal xərcləri harada əmələ gəlməsindən və xərclərin ob­yektlərindən asılı olmayaraq ayrı-ayrı ünsürlər üzrə qrup­laşdırılır. İqtisadi ünsürlər üzrə istehsal xərclərinin təs­nifatı, qruplaşdırılması müəssisənin maddi-enerji eh­ti­yat­larına və yanacağa olan ümumi tələbatını, istehsal əsas fond­larının amo­rtizasiyasını, əmək haqqı xərclərini, eyni za­manda, di­gər pul məsrəflərini müəyyən etməyə imkan ve­rir.
   Məsrəflərin iqtisadi ünsürlərə əsasən qrup­laş­dı­rıl­ması müəssisənin maddi və pul məsrəflərini göstərir, burada həmin məsrəflər ayrı-ayrı məhsul növləri və başqa tə­sərrüfat ehtiyacları üzrə bölünmür. İqtisadi ünsürlərə əsasən, bir qayda olaraq məhsul vahidinin maya dəyərini müəyyən etmək olmaz. Buna görə də məsrəflərin iqtisadi ün­sürlərə əsasən qruplaşdırılması ilə yanaşı olaraq is­teh­sa­la çəkilən xərclər xərc maddələri üzrə də, yaxud baş­qa sözlə desək, kalkulyasiyanın maddələri üzrə də plan­laş­d­ı­rı­lır və uçota alınır.
İstehsal xərclərinin təsnifatında xərc maddələri əsas diqqətə layiqdir. Məsrəflərin xərc maddələri üzrə qrup­laş­dı­rılması nəticəsində həmin məsrəflərin yerini, səbəblərini və təyinatını müəyyənləşdirmək üçün imkan yaranır, bu­nun­la da məhsul vahidinin maya dəyərini və onun istehsalı və satışının neçəyə başa gəlməsini təyin etmək mümkün olur. Maya dəyərinin xərc maddələri üzrə planlaşdırılması və uçota alınmasından məqsəd, maya dəyərinin bu və ya baş­­qa səviyyəsinin hansı amillərin təsiri altında əmələ gəldiyini və onun aşağı salınması uğrunda hansı istiqa­mət­lərdə mübarizə aparmağın lazım gəldiyini aydın­laş­dır­maq­dan ibarətdir.
Sənayedə xərc maddələrinin aşağıdakı nümunəvi nomenklaturu qəbul edilmişdir: 1)  xammal və materiallar; 2) texnoloji ehtiyaclar üçün yanacaq və enerji; 3) istehsal fəhlələrinin əsas əmək haqqı; 4) avadanlığın saxlanması və istismarı xərcləri; 5) sex xərcləri; 6) ümumzavod xərcləri;  7) brak nəticəsində itkilər; 8) istehsaldan kənar xərclər.
Xərclərin birinci yeddi maddəsi istehsal maya də­yə­rini təşkil edir. Tam maya dəyəri isə istehsal maya də­yə­ri ilə istehsaldan kənar xərclərin toplanmasından əmələ gəlir.
   Ayrı-ayrı sahələrin xüsusiyyətləri xərc mad­də­lə­rinin nümunəvi nomenklaturasının dəyişdirilməsi və ona əlavələr edilməsi zəruriyyətini törədir. Məsələn, hasiledici sə­nayedə dağ-mədən hazırlıq işləri və əsas fondların amor­tizasiyası üzrə məsrəflər ayrıca hesablanır, çünki məh­sulun maya dəyərində bu məsrəflərin xüsusi çəkisi çox olur. Maşınqayırmada satın alınan yarımfabrikatlar üz­rə məsrəflər, yeni məmulat istehsalının mənimsənilməsi xərc­ləri və müəyyən məqsəd üçün işlədilən alət və uy­ğun­laşdırıcıların köhnəlməsini ödəmə xərcləri, habelə sair məq­sədlər üçün çəkilən xərclər ayrı-ayrı maddələrdə gös­tə­rilir.
Müəssisələrdə məhsulun (işin, xidmətin) maya də­yə­ri­nə daxil edilən xərclər onların iqtisadi məzmununa görə aşağıdakı ünsürlər üzrə qruplaşdırılır:
   a) material xərcləri (qaytarılan tullantıların dəyəri çıxılmaqla) ünsürünün tərkibinə məhsul isteh­sa­lı­na, iş və xidmətlərin həyata keçirilməsinə sərf edilən xam­malın, materialın və digər növ ehtiyatların dəyəri da­xil edilir;
b) əmək haqqı xərcləri – qanunvericilikdə nəzərdə tu­tu­lan hədlər daxilində müvafiq məhsul istehsalında iş­tirak edən işçilərə (o cümlədən ştatdankənar) hesablanan əmək haqqı və müavinətlər üzrə xərcləri özündə əks et­di­rir;
c) sosial ehtiyaclara ayırmalar – ünsüründə qa­nun­­vericilikdə nəzərdə tutulmuş normalarla Dövlət Sosial Müdafiə Fonduna, Məşğulluq Fonduna, işçilərə hesab­la­nan əmək ödənişlərinin (sığorta haqqları hesablanmayan ödəniş növlərindən başqa) ümumi məbləğinə mütənasib olaraq hesablanan məcburi ayırmalar əks etdirilir;
d) əsas fondların köhnəlməsi (amortizasiya) – ün­sü­rün­də əsas istehsal fondlarının balans dəyəri ilə hesab­lan­mış məbləğləri əks etdirilir;
e) sair xərclər – ünsürü üzrə xərclər aşağıdakı kimi qruplaşdırılır: 1) istehsalın hazırlanmasına və mənim­sə­nil­mə­sinə sərf edilən xərclər; 2) yeni müəssisələrin, sexlərin və aqreqatların mənimsənilməsinə sərf edilən xərclər; 3) kütləvi və seriyalı istehsal üçün nəzərdə tutulmayan məhsul istehsalı hazırlığına və mənimsənilməsinə çəkilən xərclər; 4) istehsalın təşkili və texnologiyasının tək­mil­ləş­di­rilməsi, habelə məhsulun keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar olan xərclər; 5) ixtiralar və səmərələşdirici tək­lif­lər­lə əlaqədar olan xərclər; 6) istehsal prosesinə xidmət xərc­ləri; 7) istehsal fondlarının işçi vəziyyətində sax­la­nıl­ma­sı xərcləri; 8) normal iş şəraitinin yaradılması üzrə xərc­lər; 9) istehsalın idarə edilməsi ilə əlaqədar olan xərclər; 10) təbiətin mühafizəsi üzrə olan xərclər; 11) au­dit, informasiya və məsləhət xidmətləri üzrə xərclər; 12) eza­miyyə, reklam və nümayəndəlik xərcləri; 13) texniki ida­rəetmə vasitələrinin saxlanılması üzrə xərclər və s.
Konkret məmulatın, məhsul vahidinin maya dəyərini müəyyən etmək üçün xərclər kalkulyasiya maddələri üzrə və onların sərf olunma yeri və məqsədli təyinatı nəzərə alın­maqla qruplaşdırılır. Kalkulyasiya maddələrinin ək­sə­riy­yəti öz iqtisadi tərkibinə görə kompleks xarakter daşıyır və ona görə də onlar həm maddi məsrəflərin ünsürlərini (məsələn, xammalı, materialı və s.), həm də əməyin ödə­nil­məsi üzrə xərcləri özündə əks etdirir.
Kalkulyasiya mad­dələrinə görə məhsulun maya də­yə­rinin tərkibinə da­xil edilən xərclər aşağıdakı kimi qrup­laşdırılır: xammal və ma­teriallara çəkilən xərclər; sa­tın alın­mış məmulat və ya­rım­fabrikatların dəyəri; qay­ta­rı­lan tullantıların dəyəri; tex­noloji məqsədlər üçün yanacaq və enerjinin dəyəri; istehsal fəhlələrinin əsas və əlavə əmək haq­qı;  sosial ehti­yac­­lara ayırmalar; istehsalın hazır­lan­ma­sı və mənim­sə­nil­mə­si xərcləri; alət və tər­ti­bat­la­rın aşın­ma­sı xərcləri; ava­dan­lığın saxlanılması və istis­marı xərc­ləri;  ümumzavod və sex xərcləri; zay məh­sul he­sa­bı­na itkilər; sair istehsal xərc­ləri və nəhayət, istehsaldan kə­nar xərclər.
   Məsrəflərin məhsulun ayrı-ayrı növlərinin maya də­yə­rinə aid edilməsi üsulundan asılı olaraq məsrəflər bir ne­çə növ xərclərə ayrılır: birbaşa (müstəqim), dolayı (qey­ri-müstəqim), şərti-sabit, şərti-dəyişən, əsas, əlavə, sadə, komp­leks xərclər.
Birbaşa  (müstəqim xərclər) məhsulun hazırlanması ilə bila­vasitə əlaqədar olan və onun ayrı-ayrı növləri üzrə uçota alınan məsrəflərdir.  Bu xərclər məhsul hazırlanması prosesi ilə bilavasitə əlaqədardır və istehsal olunan mə­mu­lat vahidinin maya dəyərinin tərkibinə daxil edilir. Birbaşa xərclərə aiddir: xammal, materiallar və alınmış ya­rım fab­ri­katlara, istehsal işçilərinin əmək haqqı, müəy­yən məq­səd­li alətlər və tərtibatların aşınması, yeni növ məh­sul is­teh­salının mənimsənilməsi xərcləri və digər xü­su­si xərc­lər. Bu xərclərə aid olan məsrəflərin no­menk­la­tu­ru sənaye sa­hələrinin xüsusiyyətlərindən və istehsalın xa­rak­terindən ası­lıdır.
Dolayı və ya (qeyri-müstəqim xərclər) – konkret məh­sul növləri üzrə hesablanması mümkün və ya məqsədə uy­ğun olmayan məsrəflər bu növ xərc sayılır. Bu məsrəflər məh­sulun ayrı-ayrı növlərinin maya dəyərinə bilavasitə de­yil, dolayı, yəni həmin məsrəflərin məhsul növləri ara­sın­da bölüşdürülməsi yolu ilə daxil edilir. Sənayedə belə məs­rəflərə avadanlığın saxlanılması və istismarı xərcləri, sex və ümumzavod (ümumfabrik) xərcləri aid edilir. Bu xərc­lər, əsas istehsal fəhlələrinin əmək haqqına mütənasib olaraq, yaxud bölüşdürmə üçün əsas götürülmüş hər hansı bir başqa əlamətə görə  bölüş­dü­rü­lür.
Dolayı xərclərə misal olaraq binaların qızdırılması, işıq­landırılması, amortizasiya və s. bu kimi xərclər va­hi­di­nin maya dəyərinin tərkibinə mütənasib olaraq daxil edilir.
   Şərti – sabit xərclər – müəyyən dövr ərzində sabit (də­yişməz) qalır və ya istehsalın həcmi müəyyən dəyiş­ik­lik­lərə məruz qaldıqda cüzi, az dəyişir. Belə xərclərə misal olaraq istehsalat binalarının qızdırılmasına, işıqlan­dı­rıl­ma­sı­na, avadanlıqların istismarına və onların saz vəziyyətdə sax­lanılmasına çəkilən xərcləri, sex və ümumzavod xərc­lə­rini göstərmək olar.
   Şərti – dəyişən xərclər – istehsalın həcmindən bila­va­sitə asılıdır və ona müvafiq olaraq dəyişilir. Məsələn, tex­noloji məqsədlər üçün istifadə edilən yanacaq və ener­ji­yə çəkilən xərclər, fəhlələrin əmək haqqı və s.
Əsas xərclər – bilavasitə məhsulun hazırlanması ilə əlaqədar olan xərclərdir. Belə xərclərin tərkibinə texnoloji cəhətdən zəruri olan və məhsulun hazırlanması prosesində tamamilə istehlak olunan maddi-enerji ehtiyatlarına çəkilən xərclər, fəhlələrin əmək haqqı və s. daxil edilir.
Əlavə xərclər – istehsalın təşkili və idarə edil­mə­sin­dəki qüsurlar, müqavilə öhdəliklərinin və plan-uçot in­ti­za­mı­nın pozulması nəticəsində əmələ gələn nəzərdə tu­tul­ma­mış itkiləri və xərcləri özündə əks etdirir. Əlavə xərclərə aiddir: vaxtın qeyri-məhsuldar sərf edilməsinin ödə­nil­mə­si­nə (məsələn, müəssisənin bilavasitə təqsiri üzündən boş­da­yanma vaxtına görə, qəzaya uğramış quyunun bərpasına gö­rə verilən əmək haqqı və s.) çəkilən məsrəflər; maddi-ener­ji ehtiyatlarından səmərəsiz istifadəyə görə (məsələn, mad­di ehtiyatların korlanması və itirilməsi, boşdayanma hal­larında yanacaq və enerji sərfi və s.) çəkilən xərclər; mal göndərmə müqavilələrinin pozulmasına görə verilən cə­rimələr və s. Əlavə xərclər məhsulun faktiki maya də­yə­ri­nin tərkibinə daxil edilir.
Sadə xərclər – bir ünsürdən, məsələn, xammal və ma­teriallara, satın alınan komplektləşdirici məmulatlar və ya­rımfabrikatlara, istehsal fəhlələrin əsas əmək haqqına, tex­noloji məqsədlər üçün istifadə edilən yanacaq və enerjiyə çəkilən xərclərdən ibarət olur.
Kompleks xərclər – iqtisadi cəhətdən müxtəlif, lakin istehsal təyinatına görə eyni olan ünsürlərdən ibarətdir.

9.4. İstehsal xərclərinin və maya dəyərinin aşağı salınmasının yolları

İstehsal məsrəflərinin quruluşu, yəni ayrı-ayrı iq­ti­sa­di ünsürlərin istehsal üzrə ümumi məsrəflərdəki nis­bə­ti, məhsulun maya dəyərinin aşağı salınması istiqamətlərini göstərir. İstehsal məsrəfləri canlı və keçmiş əmək məsrəf­lə­rindən ibarətdir. Əmək məhsuldarlığının artmasını təmin edən texniki tərəqqi, əməyin və istehsalın yaxşı təşkil edil­mə­si və qənaət üsulunun ardıcıl surətdə həyata keçirilməsi canlı və əşyalaşdırılmış əməyə qənaət edilməsinin, məh­su­lun maya dəyərinin aşağı salınmasının əsas yollarıdır.
Müəssisədə maya dəyərinin aşağı salınmasının kon­k­ret yollarını işləyib hazırlayarkən istehsal məsrəflə­ri­nin aza­l­­­dılması uğrunda mübarizənin ümumi istiqamətini müəy­­yənləşdirmək kifayət deyildir; burada konkret təd­bir­lə­ri iş­lə­yib hazırlamaq lazımdır. Bunun üçün xərc mad­də­lə­ri üzrə məhsulun maya dəyərinin necə əmələ gəldiyini nəzərdən ke­çirmək lazımdır. Maya dəyərinin aşağı salınması üzrə təd­birlər hər bir xərc maddəsi üzrə işlənib hazırlanmalıdır ki, bu da hər bir məhsul növünün maya dəyərinin aşağı sa­lın­­ması yollarını müəyyən etməyə, hər bir istehsal sa­hə­sin­də məsrəflərin aşağı salınması imkanlarını qabaqcadan tə­yin etməyə və həmin tədbirlərin həyata keçirilməsinin nə­ticələrini görməyə imkan verir.
İstehsal güclərindən yaxşı istifadə edilməsi hesabına məh­sul buraxılışı, həmçinin artırılması maya dəyərinin aşa­ğı salınmasının mühüm şərtlərindən biridir.
Məhsul buraxılışı həcminin artırılması məhsulun ma­ya dəyərinin, istehsala xidmət etmək və onu idarə etmək üz­rə xərclər hesabına aşağı salınmasına imkan verir. Belə bir imkan ondan irəli gəlir ki, sex xərclərində məsrəflərin xey­li hissəsini (maşınqayırmada 60%-dən çoxunu) istehsal pla­nının yerinə yetirilməsindən asılı olmayan şərti-sabit xərc­lər və yalnız təxminən 40%-i planın yerinə yetirilməsi də­rəcəsindən asılı olan xərclər təşkil edir. Şərti-sabit sex xərc­lərinə: avadanlığın amortizasiyası, binaların sax­lan­ma­sı və sex aparatının xərcləri və başqa xərclər daxil olur. Ümu­mzavod xərclərini  tamamilə şərti-sabit xərclər hesab et­mək olar. Bu, o deməkdir ki, onların ümumi məbləği is­teh­sal planı həcmcə yerinə yetirilmədikdə azalmır və a­­r­tıq­la­ma­silə yerinə yetirildikdə isə artmır. Buradan belə bir nə­ti­cə çıxır ki, məhsul buraxılışı çox olduqca məhsulun maya dəyərində sex və ümumzavod xərclərinin payı azalır.
Məhsul buraxılışı həcminin artması ayrı-ayrı sex və is­tehsal sahələrinin işindən asılıdır. Sex və sahə işçiləri məh­sul buraxılışı üzrə plan tapşırıqlarını artıqlamasilə ye­ri­nə yetirməklə onun maya dəyərinin aşağı salınmasına kö­mək edirlər. Burada, maya dəyərinin aşağı salınmasında hər bir sex və sahənin nə dərəcədə iştirak etməsi onların məh­sul buraxılışındakı rolundan asılı olaraq müəyyən edi­lə bilər.
Əmək məhsuldarlığının artırılması məhsulun maya dəyərinin aşağı salınmasının təməlini təşkil edir. Əmək məhsuldarlığı artdıqca istehsalın həcmi də artır ki, bu da sex və ümumzavod xərclərinin şərti-sabit hissəsi üzrə qə­na­əti təmin edir. Lakin bu, müəssisənin əmək məhsul­dar­lığını yüksəltməsi nəticəsində əldə etdiyi qənaətin yal­nız bir hissəsidir. Bundan başqa, əmək məhsuldarlığının ar­tırılması müəyyən şəraitdə əmək haqqına da qənaət edil­mə­sinə səbəb olur. Əsas istehsal fəhlələrinin əmək haqqı məs­rəflərinin hansı hallarda azalmasını nəzərdən keçirək.
İstehsal fəhlələrinin hər nəfərinə düşən istehsalın artırılması aşağıdakı tədbirlər hesabına əldə edilə bilər:
1. Təşkilat-texniki tədbirlərin həyata keçirilməsi he­sa­bına. Bu zaman bir qayda olaraq istehsal normaları və bunlara müvafiq olaraq görülən işlər üzrə iş qiymətləri də dəyişdirilir.
 2. Planlı qaydada təşkilat-texniki tədbirləri həyata ke­çirmədən müəyyən edilmiş istehsal normalarının artıq­la­masilə yerinə yetirilməsi hesabına. Burada bir qayda olaraq istehsal normaları və iş qiymətləri dəyişdirilmir.
Birinci halda, yəni istehsal normaları və iş qiymətləri də­yişdirildikdə, müəssisə, sex və ümumzavod xərcləri üz­rə əldə edilən qənaətdən başqa əsas istehsal fəhlələrinin əmək haq­qı üzrə də qənaət əldə edir. Bunun səbəbi odur ki, iş qiy­mətlərinin aşağı salınması ilə əlaqədar olaraq məh­sul vahidinin maya dəyərində əmək haqqının payı aza­lır. Lakin bu, fəhlələrin orta əmək haqqının aşağı düş­mə­sinə sə­bəb olmur, çünki həyata keçirilən təşkilat-tex­niki təd­bir­lər, fəhlələr tərəfindən eyni əmək sərf etməklə daha çox məhsul istehsal edilməsinə imkan verir. Beləliklə, təşkilat-texniki tədbirlərin həyata keçirilməsi ilə yanaşı olaraq is­teh­sal normalarının müvafiq qaydada nəzərdən keçirilməsi fəhlələrin orta əmək haqqının artması ilə birlikdə məhsul va­hidi üzrə əmək haqqı payının azalması hesabına da məh­sulun maya dəyərinin aşağı salınmasına imkan verir.
İkinci halda, yəni müəyyən edilmiş istehsal normaları və iş qiymətləri dəyişilmədikdə, əmək məhsuldarlığının artması, yalnız məhsul vahidinə düşən sex və ümumzavod xərcləri payının azalması hesabına olaraq məhsulun maya dəyərinin aşağı salınmasına təsir edir.
İşəmuzd-mütərəqqi əmək haqqı tətbiq edildiyi hal­lar­da məhsul vahidinin maya dəyərindəki əmək haqqı mə­s­rəf­ləri istehsal normalarının artıqlamasilə yerinə yetiril­mə­si nəticəsində hətta arta da bilər, lakin əmək haqqının bir qə­dər artması məhsul buraxılışının həcmcə artması hesa­bı­na olaraq qeyri-müstəqim xərclər üzrə əldə edilən qənaətlə ödənilməlidir.
Maya dəyərin formalaşmasında məhsul vahidi üzrə xam­mal və material məsrəflərinin azalması öz təsirini gös­tə­rir. Bir çox sənaye sahələrində xammal və material məs­rəflərinin xüsusi çəkisi məhsulun maya dəyərində böyük yer tutur. Müəssisə məsrəflərin miqdarına mate­rial­la­rın tə­darük edilməsindən başlayaraq təsir göstərə bilər. Maya də­yərində xammal və materialların əldə edilməsi və da­şın­ması xərcləri nəzərə alınır. Bu səbəbdən material verən təş­kilatların düzgün seçilməsi məhsulun maya dəyərinə müs­bət təsir göstərir.
Müəssisədən materialların yaxın mə­safədə olan ma­te­­rial verən təşkilatlardan alınması və ən ucuz növlü nəq­liy­yatla daşınması mühüm cəhətdir. Nəq­liyyat-tədarük xərc­ləri üzərində nəzarət qoyulması və bü­tün nəqliyyat növ­lərindən iqtisadi cəhətdən məqsədə uy­ğun surətdə is­ti­fadə edilməsi maya dəyərinin aşağı salın­ma­sına kömək e­dir.
Material verən təşkilatlarla müqavilə bağ­layarkən elə materialların alınmasını nəzərdə tutmaq la­zımdır ki, onlar öz ölçü və keyfiyyətinə görə mate­rial­la­rın plan üzrə olan tələblərə ciddi uyğun gəlsin. Eyni za­manda, mümkün olan yerlərdə məhsulun keyfiy­yə­ti­ni pis­ləşdirmədən daha ucuz materiallardan istifadə etməyə ça­lışmaq lazımdır.
Məmulat konstruksiyalarının yaxşılaşdırılması və is­teh­sal texnologiyasının təkmilləşdirilməsi məhsul va­hi­di­nin istehsalı üzrə xammal və material məsrəflərinin aşağı sa­lınmasının əsas şərtini təşkil edir. Bu sahədə istehsal tul­lantılarının azaldılması və onlardan istifadə edilməsi də bö­yük ehtiyat mənbəyi sayıla bilər. Material ehtiyatlarına qə­naət edilməsi üzrə tədbirləri ayrı-ayrı məmulat üzrə, sex və sahələr üzrə işləyib hazırlamaq məqsədə uyğundur. Be­ləliklə, məhsul vahidinə material məsrəflərinin aşağı sa­lın­ma­sı üzrə konkret nəticələri müəyyən etmək mümkün o­lur.
İstehsala xidmət üzrə və onun idarə edilməsi üzrə məs­rəflərin azaldılmasının əhəmiyyəti böyükdür. Məhsul vahidi üzrə bu məsrəflərin həcmcə azalması nəinki məhsul buraxılışı həmçinin artırılmasından, habelə onların mütləq məbləğinin azalmasından asılıdır. Bütövlükdə müəssisə üz­rə sex və ümumzavod xərclərinin məbləği az olduqca di­­gər şərtlər eyni qaldıqda, hər məmulatın maya dəyəri aşa­­ğı olur. Sex və ümumzavod xərclərinin azaldılması üçün hər şeydən əvvəl idarə aparatını sadələşdirməli, ucuz­laşdırmalı və idarə xərcləri üzrə qənaət əldə edil­mə­si­ni təmin etməlidir.
Sex və ümumzavod xərclərinin tərkibinə, həmçinin xey­li dərəcədə, köməkçi və yardımçı fəhlələrin əmək haq­qı da daxil edilir. Köməkçi və yardımçı işlərin me­x­a­nik­ləş­dirilməsi tədbirlərinin həyata keçirilməsi həmin işlərdə ça­lışan fəhlələrin sayının azalmasına və deməli, sex və ümumzavod xərcləri üzrə qənaət əldə edilməsinə səbəb olur. Sex və ümumzavod xərclərinin azaldılması həmçinin ava­danlığın işlədilməsi və başqa təsərrüfat ehtiyacları üçün istifadə edilən köməkçi materialların qənaətlə sərf edil­məsi də yardım edir.
Ayrı-ayrı maddələr üzrə sex və ümumzavod xərcləri tərkibinə daxil olan məsrəflərin  nəzərdən keçirilməsi və habelə müəssisənin sexləri və başqa quruluş bölmələri üzrə lazımi tədbirlərin işlənib hazırlanması həmin xərc­lə­rin azalması yollarını axtarıb tapmağa imkan verir. Nə­zər­də tutulmuş tədirlərin yerinə yetirilməsi və onların sə­mə­rə­si, faktiki məsrəflərlə sex və ümumzavod xərclərinin smetasının müqayisə edilməsi yolu ilə yoxlanılır.
Brak nəticəsində olan itkilərin və qeyri-məhsuldar başqa xərclərin azaldılması maya dəyərinin aşağı salın­ma­sın­da böyük ehtiyat mənbəyidir. Brakın səbəblərinin öy­rə­nil­­məsi və onun təqsirkarlarının aşkara çıxarılması is­teh­sal­­da brak nəticəsində olan itkilərin ləğv edilməsi üçün təd­birlərin həyata keçirilməsinə imkan verir. Müəssisədə brak nəticəsində olan itkilərə qarşı dözülməzlik şəraiti ya­rat­mağın, öz təqsirləri üzündən braka yol verən şəxslərə qarşı ictimai təsir tədbirləri görülməsinin və brak iş görən­lə­rə qarşı müvafiq maddi cərimə tətbiq edilməsinin də böyük əhəmiyyəti vardır.
Maya dəyərinin aşağı salınmasının başqa bir ehtiyat mən­bəyi ixtisaslaşmanın və kooperativləşdirmənin geniş­lən­dirilməsindən ibarətdir. Kütləvi-axın istehsal üsulu ilə işləyən ixtisaslaşmış müəssisələrdə məhsulun maya dəyəri ey­ni məhsuldan az miqdarda istehsal edən müəssisələrə nis­bətən aşağı olur. İxtisaslaşmanın inkişaf etdirilməsi müəs­sisələr arasında ən səmərəli kooperativləşdirmə əla­qə­lərinin yaradılmasını tələb edir.
Yuxarıda qeyd olunanlara əlavə olaraq məhsulun ma­ya dəyərinin aşağı salınması tapşırığı yalnız mü­qa­yis­ə­yə gələn məhsul üzrə müəyyən edilir. Bu tapşırıq məh­su­lun maya dəyərinin keçən ilə nisbətən aşağı salınması faizi ilə və müqayisəyə gələn məhsulun maya dəyərinin aşağı sa­lınması üzrə planlaşdırılan qənaətin məbləği ilə ifadə edi­lir.
Müqayisəyə gələn məhsulun ayrı-ayrı növlərinin ma­ya dəyərinin aşağı salınması tapşırıqlarının səviy­yə­si­nin ne­cə hesablandığı  2 – ci cədvəldə verilmişdir.
Keçən ilin hesabat kalkulyasiyaları üzrə A məmu­la­tın maya dəyəri aşağıdakı miqdarda müəyyən edilmişdir.

“A” məmulatının maya dəyəri haqqında hesabat məlumatı
Cədvəl 2.
Rüblər
Məmulatın miqdarı (ədədlə)
Maya dəyəri (min manatla)
Məmulat vahidi üzrə
Bütün buraxılış üzrə
I
II
III
IV
230
240
260
270
19
18,4
17,9
16,9
4370
4416
4654
4560
İl ərzində cəmi
1000
-
18000

Cədvəldən göründüyü kimi, keçən il üçün məmulat va­­hidinin orta illik maya dəyəri hesabat üzrə 18 min ma­nat (18 000 000 : 1000) təşkil etmişdir.
Yuxarıda nəzərdən keçirilən misalda həmin məmu­la­tın plan maya dəyəri 16100 manat məbləğində müəyyən edilmişdir. Bu, o deməkdir ki, keçən ilin orta illik maya dəyərinə nisbətən plan üzrə məmulatın maya dəyərinin 1900 manat və ya 10.6% aşağı salınması nəzərdə tutulur.
Misaldan görünür ki, məhsul vahidinin orta illik maya dəyəri  (18 min manat) müəssisənin keçən ilin III rübündə əldə etdiyi maya dəyərinin səviyyəsini əks et­di­rir. IV rübündə məmulatın maya dəyəri 16,9 min ma­nat, dekabr ayında isə daha az olmuşdur. Buna görə məh­sulun ma­ya dəyərinin aşağı salınması üzrə illik tapşırıqları müəyyənləşdirəndə,  planın tərtib edilməsindən qabaqkı son dövr ərzində maya dəyəri üzrə əldə edilmiş səviyyəni nə­zərdə tutmaq lazımdır.
Bütün müqayisəyə gələn əmtəəlik məhsulun maya də­­­yərinin aşağı salınması üzrə tapşırıqları müəy­yən­ləş­dir­mək üçün  isə müəssisə planında nəzərdə tutulmuş məhsul həc­­­minə əsasən məmulatın bütün nomenklaturası üzrə  he­sab­­lanır. Məsələn, müəssisə yalnız iki növ müqayisəyə gə­lən məhsul hazırlayarsa, onda həmin hesablama aşağıdakı ki­mi olacaqdır.
Cədvəl 3.
Məmulat
Plan üzrə miqdarı (ədədlə)
Maya dəyəri (min manat hesabilə)
Məhsulun maya dəyərinin aşağı salınması, faizlə
Məmulat vahidi üzrə
Bütün  buraxılış üzrə
Keçən ilin hesabatı
Plan
Keçən ilin hesabatı
Plan
A
B
1085
1000
18
15
16,1
14,7
19530
15000
17470
14700
10,6
2,0
Yekunu
-
-
-
34530
32170
6,8

Yuxarıdakı hesablamadan görünür ki, plan üzrə məh­su­­lun maya dəyərinin aşağı salınmasından keçən ilə nis­bə­tən  2360 min manat (34530 – 32170)  məbləğində qənaət əl­də etmək nəzərdə tutulmuşdur. Əgər həmin plan üzrə qə­na­əti keçən ilin faktik orta illik maya dəyərilə nis­bətl­əş­dirsək və nəticəni faizlərlə ifadə etsək onda mü­qayisəyə gələn məhsulun maya dəyərinin aşağı salın­ması üzrə tap­şı­rıq 6,8% (2360:34530:100%) ola­caq­dır.
Məhsulun maya dəyərinin aşağı salınmasına bir çox amil­lər təsir edir. Məhsulun maya dəyərinin aşağı sa­lın­ma­sı amilləri dedikdə, bu azalmanı təmin edən şərtlər nə­zər­də tutulur. Məhsulun maya dəyərinin aşağı salınması amil­lə­rinə aiddir: a) istehsalın yeni texnika ilə silahlanma sə­viy­yəsinin yüksəldilməsi; b) istehsalın və əməyin təş­ki­li­nin təkmilləşdirilməsi; c) məhsul həcminin və qu­ru­lu­şu­nun dəyişilməsi və s.
Maya dəyərinin aşağı salınması bu və ya başqa də­rə­cə­də hər bir müəssisə işçisinin səyindən asılıdır. Buna gö­rə də məhsulun maya dəyərinin müntəzəm surətdə aşağı sa­lınması üçün mübarizədə istehsalın bütün sahələrində qə­naət əldə edilməsi uğrunda kütləvi yarışının və ma­ra­ğı­nın genişləndirilməsinin həlledici əhəmiyyəti vardır.

9.5. Qiymətin mahiyyəti, onun təsnifatı, növləri və funksiyaları
  
Qiymət – əmtəə dəyərinin pul ifadəsi olub, onun kəmiyyət göstəricisidir. Dəyərin azalması ilə, bir qayda olaraq, əmtəənin qiyməti də azalır, onun artması ilə isə artır. Azərbaycan Respublikasında müstəqillik qazanandan  sonra məhsulların qiyməti planlı qaydada mərkəz­ləşdi­ril­miş qaydada dövlət tərəfindən müəyyən edilirdi və onun iki növünü: pərakəndə satış və topdan satış (topdansatış qiy­­­məti özü də iki cür: sənaye topdansatış və müəssisə top­­dansatış qiymətləri formasında olurdu) qiymətlərini fərq­­­ləndirildi.
Sənaye müəssisələri məhsulun qiymətində nəinki maya dəyəri, habelə mənfəət və dövriyyə vergisi for­ma­sın­da cəmiyyətin sərəncamına keçən saf gəlir ifadə edil­miş olur. Sənaye məhsulunun qiymətləri dövlət tərəfindən plan üzrə, həmin məhsulun maya dəyərinə və rentabelliyin müəyyən səviyyəsinə əsasən təyin edilir.
Sənaye məhsulu üzrə bir neçə qiymət növləri var­dır: bunlar müəssisə topdansatış qiyməti, sənaye top­dan­sa­tış qiyməti və dövlət pərakəndə satış qiymətindən iba­rət­dir.
Müəssisə topdansatış qiyməti elə qiymətdir ki, bu qiy­mət əsasında dövlət müəssisələri, plana müvafiq olaraq öz məhsulunu  bir-birilərinə, əsaslı tikintiyə və ya sə­na­ye­nin təchizat-satış təşkilatlarına verir. Müəssisənin sərf et­di­yi xərcləri ödəmək və onun gəlirli olmasını təmin et­mək üçün müəssisə topdansatış qiymətinə bir qayda olaraq hə­min məhsul növü üzrə plan maya dəyəri və plan üzrə müəy­yənləşdirilmiş mənfəət daxil edilir. Məsələn, əgər məh­sul vahidinin plan maya dəyəri 1000 manata bəra­bər­dir­sə və plan üzrə müəyyən edilən mənfəət 30 manatdırsa, on­da müəssisə topdansatış qiyməti 1030 manata bərabər ola­caqdır. Məhsul həmin qiymətlər üzrə satıldıqda müəs­sisə istehsal və satış üzrə plan məsrəflərini ödəyir və mən­fə­ət də əldə edir.
   Sənaye topdansatış qiyməti elə qiymətdir ki, bu qiy­mət əsasında sənaye müəssisələri və təchizat-satış təş­ki­latları sənaye məhsulu dövlət və kooperativ ticarət         müəssisələrinə satır. Sənaye topdansatış qiymətə müəssisə topdansatış qiyməti, sənayenin satış təşkilatlarının xeyrinə ticarət əlavəsi və dövriyyə vergisi şəklində cəmiyyətin sərəncamına keçən xalis gəlir daxil edilir.
Fərz edək ki, məhsul vahidi üçün sənaye satış təş­ki­lat­larının xeyrinə ticarət əlavəsi gətirdiyimiz misalda 20 manat, dövriyyə vergisi isə – 200 manat təşkil edir. Bu zaman sənaye topdansatış qiyməti (manatla) aşağıdakı məbləği təşkil edəcək:

1.   Müəssisə topdansatış qiyməti..........................1030
2.   Satış təşkilatlarının xeyrinə ticarət əlavəsi........+20
3.   Dövriyyə vergisi.............................................+200
4.   Sənaye topdansatış qiyməti.............................1250      
Satış təşkilatlarının xeyrinə ticarət əlavəsi məhsul sa­tı­şı üzrə olan xərcləri, yəni tədavül sferasında olan xərcləri ödə­mək üçün nəzərdə tutulur. Dövriyyə vergisi cəmiyyət üçün məhsulun elə bir hissəsinin pul ifadəsidir ki, o məh­sul realizə edildikdən sonra cəmiyyətin ehtiyaclarını ödə­mək üçün bilavasitə büdcəyə, dövlətin sərəncamına daxil o­lur.
Dövlət pərakəndə satış qiymətləri çox işlənən mallar, yəni ticarət təşkilatları tərəfindən əhaliyə satılan parça, ayaqqabı, paltar, ərzaq və başqa mallar üzrə tətbiq edilir.
Dövlət pərakəndə satış qiyməti sənaye topdansatış qiy­­məti ilə ticarət təşkilatlarının xeyrinə ticarət əlavə­sin­dən ibarət olur. Sənaye topdansatış qiymətlərinə edilən ti­ca­r­ət əlavəsi (və ya pərakəndə satış qiymətlərindən edilən güzəşt) ticarət təşkilatlarına çatır; bu məbləğlər ticarət təşkilatlarının plan daxilindəki tədavül xərclərini ödəyir və həmin təşkilatlarda işin yaxşılaşdırılması üçün təsərrüfat hesablı maraq yaratmaqdan ötrü mənfəət əmələ gətirir.
Məsələn, məhsul vahidi üzrə ticarət əlavəsi 50 manat təş­kil edərsə, o zaman pərakəndə satış qiyməti yuxarıda ver­diyimiz misalda 1300 manat (1250 + 50) təşkil edə­cək­dir. Sənaye məhsulu qiymətinin quruluşunu aşağıdakı sxem­lə ifadə etmək olar:

Məhsulun maya dəyəri
Mənfəət
Sənayenin satış təşkilatlarının xeyrinə ticarət əlavəsi
Dövriyyə vergisi
Ticarət əlavəsi
Müəssisə topdansatış qiyməti


Sənaye topdansatış qiyməti
Dövlət pərakəndə satış qiyməti


Sxem 5. Sənaye məhsulu qiymətinin quruluşu.

Sənaye məhsulu üzrə qiymətlər preyskurant qiy­mət­lə­ri şəklində müəyyən edir. Preyskurantlarda müəyyən məh­sul növü üçün olan qiymətlərdən başqa həmin məh­su­lun texniki təsviri, növü, markası, artikulu, istismar mə­mu­­latları, qabaritləri, çəkisi və texniki şərtləri verilir. Preys­­kurantlarda qiymətlər məhsulun sortundan və key­fiy­yə­tindən asılı olaraq göstərilir.
Bazar iqtisadiyyatı şəraitində  məhsulun qiymət həd­di rəqabət mübarizəsi şəraitində bazarda tələb və təklifdən ası­lı olaraq hər bir istehsalçı müəssisə (satıcı) tərəfindən sər­bəst surətdə müəyyən edilir. Lakin bu zaman aşağıdakı prinsiplər nəzərə alınır:
a) qiymətlərin əlverişliliyi prinsipi – tələb edir ki, qiy­­mət həm istehsalçı müəssisələrin (satıcıların), həm də alı­­cıların (istehlakçıların) mənafeyinə uyğun olsun, yəni qiy­­mət elə olmalıdır ki, o, alıcını özünə cəlb etməklə is­teh­­salçı müəssisəni maddi cəhətdən maraqlandırmış olsun;
b) qiymətlərin diferensiallaşdırılması prinsipi – qiy­mət həddinin müəyyənləşdirilməsində ona təsir edən müx­tə­lif amillərin nəzərə alınmasına əsaslanır. Bu o deməkdir ki, qiymətlər müəyyən edilərkən bazardakı tələb və tək­li­fin səviyyəsi, malların satılması şərtləri, alıcılara qayğı, haqq-hesab sistemi, alıcının ödəmə qabiliyyəti və s. nəzərə alın­malıdır;
v) qiymətlərin tələb və təkliflərə uyğunluğu prinsipi – bazarın perspektivliyini nəzərə almaqla qiymətlərin tə­yin edilməsini tələb edir. Bu o deməkdir ki, qiymətlər ba­za­rın tələb və təklifindən asılı olaraq dəyişkən olmalıdır;
q) qiymətlərin dinamikliyi prinsipi – tələb edir ki, ba­za­rın real vəziyyətini və pulun infilyasiya (infilyasiya – kağız pul kütləsinin malların həqiqi tələblərinə nisbətən həd­dindən çox artması deməkdir) səviyyəsini nəzərə al­maqla məhsulun qiymət həddi müəyyənləşdirilməlidir. Özü də məhsulun qiyməti o həddə müəyyən edilməlidir ki, o infilyasiya indeksinin kəmiyyətindən az olmasın, çünki bu halda əvvəlki mənfəət təmin edilməmiş olur. Buna nail ol­maq üçün qiymətləri vaxtaşırı olaraq indeksləşdirmək la­zımdır.
Müasir zamanda bazar iqtisadiyyatı şəraitində qiy­mət­lər sərbəstləşdirildiklərinə görə onların müxtəlif növ­lə­rin­dən istifadə edilir. Belə bir hal qiymətlərin təs­nif­ləşdi­ril­məsini zəruri edir. Adətən, qiymətlər aşağıdakı əla­mət­lərə görə təsnifləşdirilir:
a) xidmət dövriyyəsinin xarakterinə görə – topdan satış, alış, pərakəndə satış, əhaliyə xidmət tarifləri və qiy­mət­ləri, tədavül sferasında əlavələr və s. qiymətləri fərq­lən­dirirlər;
b) azadlıq (sərbəstlik) dərəcəsinə görə – bütün qiy­mət­­lər azad, tənzimlənən və təsbit edilmiş qiymətlər qru­pu­na ayrılır;
c) tətbiqi üsuluna görə – qiymətlər kontakt, transfert (trans­fert – pulun bir maliyyə idarəsindən digərinə və ya öl­kədən ölkəyə köçürülməsi deməkdir), birja və torq qiy­mət­lərə ayrılır;
d) əsaslandırılması dərəcəsinə görə – qiymətlər bazis, ara­yış, preyskurant, faktiki və istehlak qiymətlərinə bö­lü­nür;
e) fəaliyyət göstərmə müddətinə görə – daimi, cari, sürüşkən, mövsümi və pilləli qiymətlər fərqləndirilir.
Ümumiyyətlə, milli iqtisadiyyatda müəssisənin fəa­liy­yətində bir çox qiymətlərdən istifadə olunur. Onlardan əsaslarını qeyd edək:
Azad qiymətlər – azad bazarda tələb və təklifin təsiri al­tında formalaşan qiymətlərə deyilir.
Hərrac qiymətləri – hərrac dükanlarında malların sa­tıl­masında istifadə edilir. Bu qiymətlə mallar müsabiqə əsa­sında sərbəst alınıb-satılır.
Bazar qiymətləri – bazarlarda mala olan tələb və tək­lif­dən asılı olaraq sərbəst surətdə müəyyənləşdirilir və onlar dövlət tərəfindən tənzimlənmir.
Dünya qiymətləri ilə mallar xarici ölkələrin bazar­la­rın­da realizə edilir. Bu növ qiymətlər bazardakı tə­ləb və təklifdən asılı olaraq, tənzimlənir.
Ekspert qiymətləri – ekspertlərin rəyinə, mövcud mə­lu­matlarından  və aparılan sorğudan asılıdır.
İnhisar qiyməti – malın bazar qiymətinin spesifik for­ma­sıdır; məhsulun tam maya dəyərindən çox yüksəkdir və ona görə də istehsalçıya-satıcıya əlavə gəlir əldə  etməyə imkan verir. Bu qiymət bazarda malın qıtlığı hallarda istifadə olunur.
İstehsal qiyməti – istehsal xərcləri ilə orta mənfəətin cə­mindən  ibarət olub, əmtəə dəyərinin çevrilmiş forma­sı­dır. Lakin məhsulun istehsal qiyməti onun dəyərindən həm quruluşuna, həm də həcminə görə fərqlənir. Məhsulun dəyəri əmək məsrəfləri ilə, özünün qiyməti ilə və vəsait sərfi ilə müəyyən edilir.
Komisyon qiymətləri – komisyon  mağazasına malı sat­maq üçün təhvil verən mal sahibi ilə komisyonçu ara­sın­da razılaşmaya əsasən müəyyən edilir və bağlanan mü­qa­vilə onun əsasını təşkil edir.
Mövsümi qiymətlər – ən çox kənd təsərrüfatı və ye­yin­ti sənayesi müəssisələrinin məhsullarını (məsələn, don­dur­ma, mineral sular, soklar və s.) satarkən tətbiq olunur. Onun həddi istehsalın həcmindən  və vaxt amilindən asılı o­lur.
Müvəqqəti qiymətlər ilə keyfiyyəti yaxşılaşdırılmış və istehsalçıların böyük tələbatı olan mallar satılır.
Müqavilə qiymətlərinin həddi tərəflərin, yəni isteh­sal­çılar ilə istehlakçılar arasında razılaşma əsasında müəy­yən edilir. Onlar hazırda istehsalçı ilə istehlakçı dövlətin işti­rakı olmadan müəyyən olunurlar.
Limit qiyməti istehsalçı (satıcı) ilə razılaşdırılmaqla tap­­şırığı (sifariçi) verən təşkilat (sifarişçi) tərəfindən müəy­­­yən edilir və qiymətin mümkün maksimal səviy­yə­si­ni ifadə edir. Onun həddini bazar topdansatış qiymətləri müəy­yən edir.
Satınalınma qiymətləri, əsasən kənd təsərrüfatı məh­sul­­ları üçün müəyyən edilir Bu qiymətlə fermer tə­sər­rü­fat­la­­rından və kənd əhalisindən kənd təsərrüfatı malları satın alı­­nır və iri şəhər və rayonlarda satılır. Pərakəndə satış qiy­­mətləri xalq istehlakı mallarının satılmasında tətbiq edi­­lir.
Topdansatış qiymətləri – ilə istehsalçı müəssisələr (sa­tı­cılar) öz məhsullarını digər müəssisələrə və əhaliyə sa­tır­lar. Bazar iqtisadiyyatı şəraitində onun üç növündən isti­fa­də edirlər: müəssisə, sənaye və bazar topdansatış qiyməti.
İstehlak qiyməti – bazarda rəqabət nəticəsində yara­nır. Bu növ qiymətin əsasını məhsulun istehlak dəyəri təş­kil edir. Məhsulun istehlak dəyəri  dedikdə, onun isteh­lak­çı­­nın bu və digər tələbatının ödəmə qabiliyyəti nəzərdə tu­tu­lur. İstehlak dəyəri məhsulun maddi məzmununu əmələ gə­tirir.
İş qiyməti – işə görə əmək haqqı sistemində işçinin saatlıq, günlük və aylıq (illik) əmək haqqının kəmiyyətini hesabladıqda tətbiq edilir.
Müqayisəli qiymətlər – məhsulun qiymətləndirilməsi məq­sədilə müxtəlif dövrlərdə onun həcmini müqayisə et­mək və ya dinamika göstəricilərini müəyyənləşdirmək üçün tətbiq edilir.
Regional qiymətlər  daxili bazarda tətbiq edilir. Re­gio­­nal qiymətlərin həddi müxtəlif regionlarda eyni de­yil­dir. Dünya bazarlarında məhsulun alqı – satqı pro­se­sin­də tət­biq edilən qiymətlər də regional qiymətlər hesab edilir.
Sabit qiymətlər – əsasən, dövlət tərəfindən strateji əhə­­miyyətli məhsullar (məsələn, neft, qaz, enerji və s.) üçün təyin edilir və müəyyən edilmiş müddətlərdə də­yiş­məz qalır.
İxrac qiymətləri – xarici ölkələrə məhsul satılan zaman tətbiq edilir və s. qiymətlər.
Qiymət öz təyinatına görə bir çox funksiyaları yerinə ye­tirir. Onlardan, əsasən, uçot, stimullaşdırıcı və bö­lüş­dü­rü­­cü funksiyalarını təşkil edir. Uçot funksiyası  ictimai əmək sərfinin və nəticələrinin uçotu və ölçülməsi ilə əla­qə­­dardır; stimullaşdırıcı funksiya – istehsalın surətinə, məh­­sulun çeşidinin təzələnməsi və keyfiyyətinin yük­səl­dil­məsinə, texnoloji avadanlıqların işə salınmasının sü­rət­lən­dirilməsinə, materiala qənaət edilməsinə və əmək sər­fi­nin azaldılmasına və s. qiymətin təsir göstərməsi ilə bağ­lı­dır; bölüşdürücü funksiya – mallara olan tələb və təklifin nis­bətinə, istehsalın və istehlakın optimal strukturunun formalaşmasına təsir göstərir.
FƏSİL 10.  MÜƏSSİSƏNİN MALİYYƏSİ

10.1. Müəssisənin maliyyəsinin mahiyyəti və funksiyası

Müəssisələrin istehsal-təsərrüfat fəaliyyətində ma­liy­­yə­nin əhəmiyyətli rolu mövcuddur. Təsərrüfat he­sab­lı sə­na­ye müəssisələrinin maliyyəsi pul münasibətlərinin planlı surətdə təşkil olunmuş sistemlərindən ibarətdir ki, bu da pul vəsaitinin alınması və ondan istifadə edilməsi ilə əla­qə­dardır. Sənaye müəssisələri öz istehsal təsərrüfat fəaliy­yətini həyata keçirərkən puldan geniş istifadə edirlər. Müəssisələr istehsala sərf olunan xərcləri və onun nəticə­lə­rini pul formasında ölçür, özlərinə lazım olan istehsal va­sitələrini pulla satın alır və öz hazır məhsulunu pulla rea­lizə edirlər. Fəhlələr və qulluqçularla, onların sərf et­dik­ləri əməyə görə haqq-hesab pul formasında (əmək haq­qı) aparılır. Müəssisələrin xalis gəliri, yəni mənfəət, pul yı­ğımı şəklində meydana çıxır. Müəssisələrin sərəncamına daxil olan pul vəsaiti bu və ya başqa pul fondlarını təşkil edir ki, bunlardan da sonra planlı qaydada müəyyən məq­səd­lər üçün istifadə olunur. Beləliklə, pul vəsaitindən ma­liy­yə formasında istifadə edilməsi, müəssisələrinin istehsal təsərrüfat fəaliyyətinin cəhətlərindən biri, onun ayrılmaz tərkib hissəsidir.
Maliyyənin dərk edilməsi, onun əsl məzmununu müəy­­­yən etmək üçün onu zahiri görüntüsündən – for­ma­sın­­dan təcrid etmək lazımdır.
Maliyyənin pulun hərəkəti formasında görünüşü, onun bir əldən digər ələ keçməsi sübut edir ki, maliyyə mahiyyət etibarilə ictimai-iqtisadi münasibətləri ifadə edir.
Pulun hərəkəti zamanı tərəflər – firma, müəssisə, idarə, təşkilatlar və dövlət arasında, yəni pulu ödəyənlər və onu alanlar arasında ictimai-iqtisadi münasibətlər əmələ gəlir. Başqa sözlə, maliyyə dəyərin pul formasında hə­rəkətindən ibarət olduğuna görə iqtisadi münasibətləri özü­ndə əks etdirir.
Maliyyəyə, bölgü vasitəsi kimi, yəni ümumi daxili məh­sulun bölgüsü və məqsədli pul vəsaiti fondlarının ya­ran­ması ilə əlaqədar pul münasibətləri kimi də baxmaq la­zım­dır. Bu prosesdə, həm dövlətin, həm də təsərrüfat sub­yekt­lərinin pul vəsaiti fondları yaranır və istifadə edilir.
Bütün maliyyə əməliyyatları: büdcəyə ödəmələr, büd­cədən maliyyələşmə, pensiya və müavinətlərin ödə­nil­mə­si, müəssisələrdə yaradılan məqsədli pul vəsaiti fond­la­rı (amortizasiya fondu, əmək haqqı fondu, sosial inkişaf fon­­du və s.) özündə dəyərin hərəkətini, onun bölgüsünü pul formasında ifadə edir. Başqa sözlə, maliyyə-təsərrüfat sub­­yektlərinin (müəssisə və təşkilatların) və dövlətin pul və­saiti fondlarının yaradılması, bölüşdürülməsi və bun­la­rın tək­rar istehsal, stimullaşdırma və cəmiyyətin sosial e­h­t­i­yac­la­rının ödənilməsi üçün istifadə edilməsi prosesində mey­da­na çıxan pul münasibətlərinin məcmusunu ifadə e­dir.
Maliyyə münasibətlərinin ümumi məcmusunda bir-biri ilə sıx qarşılıqlı bağlı olan aşağıdakı sahələri – təsərrüfat subyektlərinin (firma, birlik, müəssisə, təşkilat və idarələrin) maliyyəsi, sığorta və dövlət maliyyəsi bir-birin­dən fərqləndirilir. Subyektlərin fəaliyyət xarak­te­rin­dən asılı olaraq, bu sahələrin hər birinin daxili də müxtəlif və­silələrdən ibarət olur. Bu qəbildən olan hər bir vəsilə öz və­zifələrini yerinə yetirir, maliyyə aparatının özünə­məx­sus strukturuna malik olur, lakin məcmu halda ölkənin ma­­liy­yə sistemini əmələ gətirirlər.
Maliyyə sisteminin hər bir həlqəsi də, öz növbəsində, sub­yektlərin sahə mənsubiyyətindən, mülkiyyət for­ma­sın­dan, fəaliyyət xarakterindən və başqa amillərdən asılı ola­raq, ayrı-ayrı hissələrə bölünür. Maliyyə sisteminin qeyd edilən sahə və həlqələri arasındakı əlaqələrin mahiyyəti on­ların fəaliyyətinin qarşılıqlı maliyyə təminatından iba­rət­dir ki, bu da vergilər, yığımlar, ayırmalar, rüsumlar, cərimələr, təxsisatlar və s. formalarda ifadə olunur. Bu qarşılıqlı əlaqələrin bünövrəsində təsərrüfat subyektlərinin (müəssisələrin, təşkilatların) maliyyəsi, daha dəqiq desək, tək­rar istehsal məsrəflərinin maliyyə təminatı dayanır. Belə maliyyə təminatı üç formada həyata keçirilir: özü­nü­ma­liyyələşdirmə,kreditləşdirmə, dövlət maliyyələş­diril­mə­si. Maliyyə təminatının qeyd olunan bu formaları ara­sın­da nis­bətlərin optimallaşdırılması dövlət tərəfindən mü­va­fiq ma­liyyə siyasətinin tətbiqi  yolu ilə təmin edilir.
Müəssisənin maliyyəsi bilavasitə onun istehsal-təsər­rü­fat fəaliyyətindən asılı olur və həmin  fəaliyyətə fəal tə­sir göstərir. İstehsal proqramının müvəffəqiyyətlə yerinə ye­tirilməsi, əmək məhsuldarlığının artırılması və məhsu­lun maya dəyərinin aşağı salınması müəssisənin maliyyə və­ziyyətinin yaxşı olması üçün həlledici şərtlərdir. Bu­nun­la bərabər, istehsal proqramının yerinə yetirilməsi də öz növbəsində müəssisənin maliyyə vəsaitindən və onun ma­liy­yə planını yerinə yetirməsindən asılıdır. Əgər maliyyə tə­sərrüfatı yaxşı aparılırsa, ayrılan vəsait öz yerinə xərc­lə­nir­sə, əgər pul gəlirləri lazımi ölçüdə və öz vaxtında müəs­si­sənin hesabına daxil olursa, o zaman müəssisə pul və­sa­i­ti üzrə öz öhdəçiliklərini ödəmək işində çətinlik çəkmədən plan tapşırıqlarını nəinki tamamilə, hətta artıqlaması ilə ye­­rinə yetirə bilər. Əksinə, müəssisə öz maliyyə tə­sə­r­rü­fa­tı­nı pis təşkil edərsə, onun lazımi miqdarda xammal və ma­terial almağa, fəhlə və qulluqçulara əmək haqqı ver­mə­yə imkanı olmayacaq, bu isə öz növbəsində istehsalın ge­di­şinə mənfi təsir göstərəcəkdir.
Müəssisənin maliyyəsi texniki-sənaye-maliyyə planı­nın yerinə yetirilməsi gedişini və onun nəticələrini əks et­di­rir və eyni zamanda müəssisə tərəfindən öz plan tap­şı­rıq­larının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin et­mək üçün bir vasitədir. Müəssisə maliyyənin yardımı ilə iş­çi qüvvəsindən və istehsal vasitələrindən nə dərəcədə sə­mə­rəli istifadə edilməsini obyektiv surətdə qiymət­lən­dir­mək, iş­də­ki nöqsanları və “zəif cəhətləri” vaxtında aşkara çı­xarmaq, ehtiyat mənbələrini aydınlaşdırmaq və isteh­sa­lın təşkilinin yaxşılaşdırılması işində daha düzgün və sə­mə­rəli yolları axtarıb tapmaq üçün imkanlar əldə etmiş o­lur.
İşin kəmiyyət və keyfiyyət göstəricilərindən asılı ola­raq, pul vəsaitinin daxil olması, pul xərclərinin istehsal-tə­sərrüfat fəaliyyəti ilə bilavasitə əlaqədar olması müəs­si­sə­nin və onun ayrı-ayrı həlqələrinin işinə manatla nəzarət etmək üçün əsas təşkil edir.
Müəssisələrin bütün fəaliyyəti kimi maliyyə təsər­rü­fa­tı da plan üzrə, təsərrüfat hesabı əsasında aparılır.
Təsərrüfat hesabı – təsərrüfat mexanizminin ən mü­hüm tərkib hissəsi olub, müəssisələrin əmək kol­lek­tiv­lə­ri­nin dövlət plan tapşırıqlarının, ayrı-ayrı istehlakçıların si­fa­rişlərinin  və bağlanmış təsərrüfat müqavilələrinin yerinə yetirilməsində və işin səmərəliliyinin və keyfiyyətinin yük­səldilməsində maddi maraqlı olmalarına imkan verir. Tə­sər­rüfat hesabının iki növünü: müəssisənin tam təsər­rü­fat hesabını  və təsərrüfatdaxili (istehsaldaxili) təsərrüfat he­sabını fərqləndirirlər. Tam təsərrüfat hesabı aşağıdakı prin­siplərə əsaslanır:
a) müəssisənin təsərrüfat-operativ müstəqilliyi – o de­mək­dir ki, müəssisənin fəaliyyətinə yuxarı idarəetmə or­qan­larının qarışmasına yol verilmir. Müəssisə onun sə­rən­­ca­mında olan vəsaitdən özü müstəqil istifadə edir. Döv­lət tapşırığına, istehlakçıların sifarişlərinə və bağ­lan­mış mü­qa­vilələrinə müvafiq olaraq, ona lazım olan maddi-enerji re­surslarını əldə edir (satın alır), müəyyən məhsulun is­teh­sa­lını təşkil edir və onu həyata keçirir və həmin məhsulu müəy­yən etdiyi qiymətlərlə realizə edir. Müəs­si­sə­lərin belə təsərrüfat-operativ müstəqilliyi təsərrüfat he­sa­b­ının mü­hüm şərtlərindən biridir;
b) rentabellik – o deməkdir ki, normal işləyən müəs­si­sələr istehsal etdikləri məhsulun hazırlanmasına çək­dik­lə­ri xərcləri həmin məhsulun satışından əldə etdiyi qa­zan­cın hesabına ödəyir və öz vəsaiti hesabına dövlət büdcəsi qa­rşısındakı öhdəliklərini yerinə yetirmək (gəlir vergisi for­masında) və geniş təkrar istehsalı həyata keçirmək üçün kifayət qədər mənfəət götürür;
c) müəssisələrin maddi maraqlılığı prinsipi – müəs­sisə­lə­ri, onların rəhbərlərini və bütün işçilərini məhsulun is­teh­­salı və reallaşdırılmasına dair tapşırıqların (sifa­riş­lə­rin, mü­qavilələrin) müvəffəqiyyətlə yerinə yetirilməsi, əmək, maddi və maliyyə resurslarından qənaətlə istifadə edil­mə­si, elmi-texniki tərəqqinin nailiyyətlərinin isteh­sa­la­ta daha sü­rətlə tətbiq edilməsi, istehsalın rentabellik səviy­yə­sinin yük­səldilməsi üçün maddi cəhətdən maraq­lan­dır­maq yolu ilə təsərrüfat hesabında geniş tətbiq olunur;
d) müəssisələrin maddi məsuliyyəti  prinsipi – gö­tü­rül­müş öhdəliklərin yerinə yetirilməsi və itkisiz işləməyin tə­min olunması üçün müəssisənin tam məsuliyyət da­şı­ma­sın­da ifadə olunur. Məhsulun istehsalı və satışı üzrə tap­şırığı (sifarişi, müqaviləni) yerinə yetirmədikdə, zay məh­sul buraxılışına yol verildikdə, məhsulun keyfiyyəti aşağı düşdükdə, boş dayanmalar və maddi-enerji resurs­la­rın­dan sə­mərəsiz istifadə halları olduqda təsərrüfat hesablı müəs­si­sələrin gəlirləri azalır, çünki müəssisələr öz iş­lə­ri­nin maliyyə nəticələri üçün dövlət və sifarişlər qarşı­sın­da mə­su­liyyət daşıyır;
e) müəssisələrin fəaliyyəti üzərində manatla nəzarət  prin­sipi tələb edir ki, pul göstəriciləri vasitəsi ilə müəs­si­sə­nin və onun struktur bölmələrinin işin keyfiyyəti və nə­ti­cə­ləri aydınlaşdırılsın, hər bir müəssisənin və onun iş­çi­lə­ri­nin fəaliyyətinə iqtisadi cəhətdən təsir göstərilsin.
İstehsaldaxili təsərrüfat hesabı – müəssisənin tam tə­sər­rüfat hesabının tərkib hissəsi olub, müəssisənin struk­tur böl­mələrinin işinin səmərəliliyinin və keyfiy­yə­tinin yük­­­səl­dilməsində  maddi maraqlı olmalarını təmin edir. İs­­teh­­sal­­daxili təsərrüfat hesabı müəssisənin tam təsərrüfat he­sa­b­ından fərqlənir: müəssisələrin bölmələrinə hüquqi şəxs hüququ verilmir, onların bitkin mühasibat balansı olmur, onlar üçün daha az miqdarda göstərici müəy­yən­ləş­di­rilir.
İstehsaldaxili təsərrüfat hesabı prinsiplərinin tətbiqi əsasında müəssisənin struktur bölmələrinin mənafeyi ilə onun işçilərinin şəxsi mənafeyi əlaqələndirilir və beləliklə də hər bir bölmənin ictimai tələbatın ödənilməsindəki töh­fə­sini müəyyənləşdirmək mümkün olur. İstehsaldaxili tə­sərrüfat hesabı aşağıdakı prinsiplərin gözlənilməsini nə­zər­də tutur: əmək, maddi və maliyyə resurslarından sə­mə­rə­li istifadə olunmasında müəssisənin struktur böl­mə­lə­ri­nin operativ-istehsal müstəqilliyi; lazımi istehsal fond­la­rı­nın bölmələrə təhkim edilməsi, onlar üçün tapşırıqların müəyyən edilməsi; təsərrüfat fəaliyyətinin nəticələrinin uçotu və onların qiymətləndirilməsi; tapşırıqların yerinə ye­tirilməsinə görə bölmələrin iqtisadi məsuliyyəti; bölmə iş­çilərinin maddi və mənəvi cəhətdən həvəsləndirilməsi.
Öz xərcini ödəmə prinsipi o deməkdir ki, müəs­si­sə­lər məhsul satışından əldə etdikləri pul vəsaitləri ilə öz­lə­ri­nin bütün xərclərini ödəməlidirlər. Xərclərin ödənilməsi o hal­da təmin ola bilər ki, müəssisənin məhsul satışından əl­də etdiyi pul vəsaiti istehsal xərclərindən çox olsun. De­məli, öz xərcini ödəmə prinsipini rentabelli işləyən müəs­si­sələr təmin edə bilərlər.
Öz xərcini ödəmə prinsipinin daha da inkişafı özünü maliyyələşdirmədir; bu şəraitdə müəssisə nəinki sadə, həmçinin geniş təkrar istehsala çəkdiyi bütün xərclərini, o cüm­lədən elm və texnikanın inkişafına, istehsalın texniki təc­hizatına yenidən qurulmasına çəkilən xərcləri öz mən­bə­ləri hesabına ödəyir. Özünü maliyyələşdirmə şəraitində müəs­sisələrin hüquqları genişləndirilir və iqtisadi məsu­liy­yə­ti gücləndirilir.
Müəssisənin maliyyəsi münasibətlər sistemindən iba­­rət olub, onun vasitəsi ilə müəssisənin pul ehtiyatları ya­ranır və onlardan istifadə edilir. Bir tərəfdən bunlar pul mü­nasibətləridir, çünki pulun fəaliyyəti (hərəkəti) ilə əla­qə­­dardır; digər tərəfdən isə pul gəlirlərinin və yığım­la­rı­nın, eləcə də maliyyə fondlarının formalaş­dı­rıl­ma­sı, bö­lüş­dü­rülməsi və ondan istifadə edilməsi prose­sin­də müəs­sisələrdə meydana gələn qarşılıqlı iqtisadi müna­si­bətl­ər sis­temidir. Deməli, maliyyə müəyyən pul müna­si­bət­ləri sistemindən ibarət olub, eyni zamanda istehsal-iqti­sa­di münasibətlərin xüsusi formasıdır.
Ümumiyyətlə, maliyyə sistemi qarşılıqlı surətdə əla­qə­dar olan iki hissədənümumdövlət maliyyəsindən və müəssisə maliyyəsindən ibarətdir. Ümumdövlət maliyyəsi döv­lət səviyyəsindən sahə və ərazi miqyasında milli gə­li­rin bölüşdürülməsi və yenidən bölüşdürülməsi prose­si­nə xidmət edirsə, müəssisənin maliyyəsi onların vasitələrinin hərəkəti prosesinə xidmət etməklə maddi istehsal sfe­ra­sı­nın daxilində fəaliyyət göstərir və müəssisə miqyasında is­teh­­salın inkişafına xidmət edir. Deməli, müəssisə ma­liy­yəs­inin əsasını maddi istehsal təşkil edir, çünki burada əmək kollektivinin maddi və mədəni tələbatının ödənil­mə­si­nin mənbəyi olan mənfəət yaradılır. Müəssisənin maliy­yə­si özündən aşağıdakı münasibətləri əhatə edir: a) müəs­si­sə ilə onun işçiləri arasındakı münasibətlər (məsələn, əmək haqqının ödənilməsi); b) müəssisə və onun struktur bölmələri arasındakı münasibətlər; v) müəssisələrin bir-biri ilə münasibətləri (məsələn, maddi-enerji resurslarının alın­ması üzrə hesablaşmalar zamanı pul vəsaitlərinin hərə­kə­ti); q) müəssisə ilə dövlət və digər özəl təşkilatlar ara­sın­dakı münasibətlər (məsələn, bank kreditləri üçün faizin verilməsi, gəlir vergisinin ödənilməsi və s.); d) döv­lət müəssisə ilə onun tabe olduğu yuxarı dövlət təşkilatı ara­sındakı münasibətlər.
Müəssisə maliyyəsi aşağıdakı üç əsas funksiyanı ye­ri­nə yetirir: birincisi, müəssisənin istehsal və digər fəa­liy­yət növlərini pul ehtiyatları ilə təmin edir; ikincisi, isteh­sa­lın və əmək kollektivinin tələbatının ödənilməsi prosesinin fasiləsizliyini təmin etmək məqsədi ilə pul gəlirlərini bö­lüş­dürmək; üçüncüsü, müəssisənin istehsal-təsərrüfat fəa­liyyətinə, resursların əmələ gəlməsi, bölüşdürülməsi və istifadəsinə manatla maliyyə nəzarətini həyata keçirir.
Bazar iqtisadiyyatı şəraitində bütövlükdə müəs­si­sə­nin, onun təsisçilərinin və işçilərin maliyyə müvəf­fə­qiy­yə­ti maliyyə resurslarının əsas və dövriyyə vasitələrinə, ha­be­lə iş qüvvəsinin stimullaşdırılması vasitələrinə nə dərə­cə­də səmərəli və məqsədəuyğun transformasiyasında asılı olur. İdarəetmənin bütün səviyyələrində (strateji, taktiki, op­erativ) maliyyə resurslarının rolu bu və ya digər dərə­cə­də vacibdir, inkişaf planında bunlar xüsusi ilə mühüm əhəmiyyət kəsb edirlər.
İstehsal müəssisələrin maliyyəsi digər funksiyaları da yerinə yetirir:
- müəssisənin istehsal potensialının formalaş­dı­rıl­ma­sı və artırılması, onun optimal strukturunun təmin edil­mə­si;
- cari maliyyə-təsərrüfat və kommersiya fəaliyyətinin təmin edilməsi;
- sosial siyasətin həyata keçirilməsində və əhalinin ri­fah halının yüksəldilməsində təsərrüfat subyektinin isti­ra­kının təmin edilməsi.
İndiki şəraitdə növlərinə və miqyaslarına, təşkilati-hü­quqi formalarına, fəaliyyət şərtləri və ölçülərinə görə re­al diferensiasiyası onların müəssisənin idarə edilmə­si­nin müx­təlif təşkilati strukturlarının formalaşmasına səbəb olur. Müəssisənin idarə edilməsinin bu və ya başqa təş­ki­la­ti strukturuna uyğun olaraq idarəetmənin maliyyə-iqtisad bloku – kiçik bir şöbədən tutmuş, idarə, şöbə, büro, qrup və s. bu kimi struktur bölmələrindən ibarət mürəkkəb kompleksə qədər  çox müxtəlif formalarda təşkil olunur.

10.2 Müəssisənin maliyyə resursları, yaranma mənbələri və onlardan istifadə

Müəssisələrə maliyyə resursları istehsal vasitələri əl­də etmək, maliyyə ehtiyatları yaratmaq, işçi qüvvəsini işə cəlb etmək, büdcə və mal göndərənlərlə hesablaşmaq, bank borclarını ödəmək (aldıqları kreditlər üçün) və s. məq­sədlər üçün lazımdır. Maliyyə resursları yaratmaq və on­lardan istifadə etmək – müəssisələrin istehsal-təsərrüfat və digər fəaliyyət növlərinin ayrılmaz tərkib hissəsidir. Bu o deməkdir ki, hər bir müəssisənin maliyyə vəziyyəti bi­la­va­sitə onun fəaliyyətinin nəticəsindən asılıdır.
Müəssisələrdə istehsal proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi, əmək məhsuldarlığının artırılması və məh­sulun maya dəyərinin aşağı salınması onların maliyyə və­ziyyətinin yaxşı olmasının həlledici şərtidir. Digər tərəf­dən istehsal proqramının yerinə yetirilməsi və müəs­si­sə­nin ahəngdar və bir qərarda fəaliyyət göstərməsi xeyli dərə­cə­də onun maliyyə vəziyyətindən asılıdır. Belə ki, əgər müəs­sisənin maliyyə vəziyyəti yaxşıdırsa, ona çatası pul və­saitləri vaxtında onun hesablaşma hesabına daxil olarsa və ondan öz təyinatına görə istifadə edilərsə, onda həmin müəs­sisə öz öhdəliklərini də vaxtında yerinə yetirmək im­ka­nına malik olur və bu zaman müəssisə maliyyə ça­tış­ma­maz­lıqları kimi mənfi hallarla qarşılaşmır.
Bazar iqtisadiyyatı şəraitində müəssisənin maliyyə resursları, əsasən, aşağıdakı mənbələr hesabına yaradır:
a) təsisçilərin pulu və maddi payları;
b) məhsulun (işin, xidmətin) satışından əldə etdikləri gəlirlər;
v) bank kreditləri;
q) qiymətli kağızların satışından əldə edilən pul və­sa­iti;
d) banklarda saxladıqları pullar üçün alınan divi­dent­lər;
e) hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə və­sa­itləri və s.
İstehsal və digər fəaliyyət növlərini həyata keçi­rər­kən müəssisələrdə maliyyə çətinlikləri əmələ gələrsə, on­la­rın aradan qaldırılması üçün kreditlərdən istifadə edilir. Kre­dit­ləşdirmənin iki növünü: uzun müddətli və qısa müd­dət­li növlərini fərqləndirirlər.
Uzunmüddətli kreditlər, adətən, investisiya qoyulu­şu, yeni texnikanın tətbiqi, istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, texnoloji maşın və avadanlıqların modern­ləşdirilməsi, məhsulun keyfiyyətinin yaxşı­laş­dı­rıl­ma­sı, mövcud istehsalın genişləndirilməsi, yenidən qurul­ma­sı və yeni texnika ilə silahlanma səviyyəsinin yüksəl­dil­məsi və s. üçün verilir.
 Qısamüddətli kreditləşdirmə isə əsas etibarilə tap­şı­rıq­ların, sifarişlərin yerinə yetirilməsi gedişatında dövriy­yə vəsaitlərinə əlavə tələbat olduğu hallarda həyata keçi­ri­lir.
Maliyyə planı – müəssisənin istehsal, təchizat, satış və maliyyə fəaliyyətinin nəticələrini dəyər ifadəsində əks etdirir. Maliyyə planı iki hissədən: gəlir və xərc hissədən ibarət olaraq rüblərə bölünməklə illik plan işlənib hazır­la­nır. Gəlirin və daxil olan vəsaitlərin cəmi xərcin, büdcə ayır­­ma­ları və ödəmələrinin cəminə bərabər olmalıdır (bu­na difesitsiz, kəsirsiz maliyyə planı deyilir). Müəs­si­sə­nin ma­liy­yə resursları dedikdə, onun öz maliyyə öhdəlik­lərini ye­ri­nə yetirməsi, cari xərcləri və öz istehsalının geniş­lən­di­ril­məsi  ilə əlaqədar olan özünün pul vəsaitləri və borc alın­­mış (kənardan daxil olmuş) vəsaitlərin məc­mu­su nə­zər­də tutulur.
Müəssisənin maliyyə resursları yaranma mənbəyinə və mənşəyinə görə xüsusi və cəlb edilmiş (borc) və­sa­it­lə­ri­nə bölünürlər. Müəssisələr müxtəlif mülkiyyət, təşkilati-hü­quqi və təşkilati-iqtisadi formalarda olduqlarından, on­la­rın xüsusi vəsaitlərinin yaranma mənbələri də xeyli də­rə­cə­də fərqlənir.
Müəssisələrin xüsusi vəsaitləri, əsasən, aşağıdakı mən­bələrdən formalaşır:
-        mülkiyyətçi tərəfindən verilən kapital – onun əsas his­­səsini təşkil edən nizamnamə fondu (səhmlərin sa­tı­şın­dan gələn vəsaitlər, mülkiyyətçi və təsisçilərin pay və­sait­lə­ri);
-        hüquqi və fiziki şəxslərin sair vəsaitləri (məqsədli ma­liyyələşdirmə, ianələr, xeyriyə vəsaitləri və s.).
-          müəssisənin yaratdığı ehtiyatlar (ehtiyat kapitalı, əla­və kapital və yığılmış mənfəət);
Cəlb edilmiş vəsaitlərin əsas mənbələri isə aşağı­da­kı­lardır:
a)   bank kreditləri;
b)  borc vəsaitləri;
c)   istiqrazların və başqa qiymətli kağızların satı­şın­dan daxil olan vəsaitlər;
d)  kreditor borcları;
e)   hesablanması ilə köçürülməsi vaxtı arasındakı müddətdə əmələ gələn büdcəyə olan öhdəliklər;
f)    firma və ya müəssisənin əmək haqqı üzrə borc öh­də­likləri;
g)   yaranma vaxtı ilə ödəmə vaxtı arasındakı fərq nə­ti­­cəsində sosial sığortaya və sosial təminat orqanlarına borclar.
Hər bir müəssisənin fəaliyyətinin başlıca maliy­yə­ləş­dir­mə mənbəyi onun xüsusi vəsaitləri hesab olunur. Xü­susi vəsaitlərin ilkin mənbəyi isə müəssisənin nizamnamə kapitalıdır (yaxud fondudur). Nizamnamə kapitalı müəs­si­sə­nin fəaliyyətini təşkil və təmin etmək üçün mülkiy­yətçilər (təsisçilər) tərəfindən verilən vəsaitlərin məbləğini əks etdirir. "Nizamnamə kapitalı" kateqoriyasının məz­mu­nu isə müəssisələrin təşkilati-hüquqi formasından asılı ola­raq dəyişir:
-      dövlət müəssisəsi üçün – müəssisənin özün­ü­ma­liy­yələşdirmə şəraitində fəaliyyət göstərməsi üçün döv­lə­tin ona ayırdığı əmlakın dəyər ifadəsi;
-      məhdud məsuliyyətli müəssisə üçün – mülkiy­yət­çi­lərin paylarının məbləği;
-      səhmdar cəmiyyəti  üçün – birgə fəaliyyəti təşkil et­mək üçün iştirakçılar tərəfindən verilən əmlakın dəyər qiy­məti;
-      icarə müəssisəsi üçün – müəssisənin təsərrüfat fəa­­liy­yətini təşkil etmək üçün mülkiyyətçi tərəfindən müəs­sisəyə ayrılmış əmlakın dəyər qiyməti və s.
Müəssisə yaradılan zaman onun nizamnamə kapi­ta­lı­na (fonduna) qoyulan pul vəsaitləri maddi və qeyri-maddi ak­tivlər şəklində ola bilər. Aktivlər pay şəklində niza­m­na­mə kapitalına (fonduna) verildikdə, onlar üzərində əmlak hüququ təsərrüfat subyektinə, yəni müəssisəyə keçir, baş­qa sözlə, həmin payı verən investorlar bunlar üzərində əm­lak hüquqlarnı itirirlər. Müəssisə ləğv edildikdə, yaxud iş­ti­rakçı ortaqlığın və ya cəmiyyətin tərkibindən çıxdıqda, o, müəssisənin qalıq əmlakının yalnız onun payına uyğun hissəsinə iddia edə bilər, əvvəl qoyduğu vəsaitləri həmin formada və tam şəkildə tələb edə bilməz. Nizamnamə ka­pi­talı (fondu) hüquqi baxımından müəssisənin investorlar qarşısında öhdəlik (məsuliyyət) həddini əks etdirir.
Nizamnamə kapitalının (fondunun) həcmi (yaxud məb­­ləği) müəssisə dövlət qeydiyyatına alınarkən elan olu­nur. Onun həcminin artırılması (azaldılması) yalnız qa­nun­vericiliklə müəyyən olunmuş və təsis sənədlərində (əsa­sən nizamnamədə) göstərilmiş qaydalarda həyata ke­çi­ri­lir.
İstehsala investisiya edilmiş ilkin kapital istifadə olun­­duqca reallaşdırılan məhsulun qiymətində öz əksini ta­­pan dəyər yaradır. Məhsul reallaşdırıldıqdan sonra o, pul for­­masını alır, müəssisənin hesablaşma hesabına daxil olur. Reallaşdırmadan mədaxil məhsul istehsalına çəkilmiş xərc­lərin ödənməsi və müəssisədə pul fondlarının və ma­liy­yə ehtiyatlarının yaradılması üçün mənbə olsa da, o gə­lir deyildir. Belə ki, mədaxil, istifadə prosesində keyfiyyət baxımından müxtəlif olan tərkib hissələrinə bölünür.
Mənfəət dinamik inkişaf edən hər bir müəssisənin başlıca vəsait mənbəyi hesab olunur. Büdcəyə vergiləri və di­gər ödənişləri keçirdikdən sonra xalis mənfəət müəs­si­sə­nin sərəncamında qalır. Mənfəətin istifadə olunması (bö­lüş­dürülməsi) qaydaları müəssisənin nizamnaməsində gös­tə­rilməlidir. Mənfəətin müəyyən hissəsi payçılar arasında bö­lüş­dürülərək, divident kimi səhmdarlara verib, yaxud baş­qa formada mülkiyyətçi tərəfindən götürülə bilər. Xü­su­si vəsait mənbəyi kimi mənfəətin yalnız bölüş­dü­rül­mə­yən hissəsi, mənfəət hesabına  yaradılmış fondlar və ehti­yat­lar hesab olunur.
İstər amortizasiya ayırmaları, istərsə də mənfəət müəs­sisənin xüsusi maliyyə resurslarıdır.
Mənfəət – müəssisənin ehtiyat fondunun yaradıl­ma­sı­nın başlıca mənbəyidir. Ehtiyat fondunun vəsaiti gözlə­nil­məz itkiləri və təsərrüfat fəaliyyətinin mümkün zə­rər­lə­ri­ni ödəmək üçün yaradılır, yəni təbii olaraq, sığorta xa­rak­teri daşıyır.
Müəssisənin xüsusi vəsait mənbəyi kimi əlavə ka­pi­tal, bir qayda olaraq, əsas vəsaitlərin və digər material qiy­mətlərin (maddi vəsaitlərin) yenidən qiymət­lən­diril­məsi nə­ticəsində əmələ gəlir. Onun istehlak məqsədlərinə isti­fa­də­si hüquqi-normativ sənədlərlə qadağan edilir.
Müəssisənin fəaliyyət prosesi tsiklik xarakter daşıyır. Bir tsikl ərzində zəruri resursların cəlb edilməsi, onların is­teh­sal prosesində birləşdirilməsi, məhsul istehsalı, is­tehsal edilən məhsulun satışı və son maliyyə nəticələrinin əldə edilməsi baş verir. O da məlumdur ki, müəssisənin idarə edil­məsinin ümumi funksiyalarının yönəldildiyi iri­ləş­di­rilmiş və nisbətən müstəqil iqtisadi obyektlər, pul re­surs­ları (daha dəqiq desək, maliyyə resursları), əmək re­surs­ları və istehsal vasitələridir (əmək alətləri və pred­met­lə­ri).
Müəssisənin strukturundan asılı olmayaraq, bütün hallarda müəssisənin maliyyə xidmətinin başlıca vəzifələri aşağıdakılardır:
a) ümumi maliyyə təhlili və qiymətləndirilməsi;
b) müəssisənin maliyyə resursları ilə təmin edilməsi (başqa sözlə, vəsait mənbələrinin idarə edilməsi);
c) maliyyə resurslarının bölgüsü (müəssisənin in­ves­ti­siya siyasəti və maliyyə aktivlərinin idarə edilməsi).
Birinci funksiya çərçivəsində müəssisənin maliyyə xid­məti  aşağıdakı vəzifələri yerinə yetirir:
- müəssisənin aktivlərinin və bunların ma­liy­yə­ləş­di­rilməsi mənbələrinin ümumi şəkildə qiymətləndirilməsi;
- müəssisənin əldə olunmuş iqtisadi imkanlarının sax­­lanması və onun fəaliyyətinin genişləndirilməsi üçün zəruri olan resursların tərkibinin və həcminin qiy­mət­ləndi­­rilməsi;
- əlavə maliyyələşdirmə mənbələrinin ümumi şəkildə təhlili və qiymətləndirilməsi;
- maliyyə resurslarının vəziyyətinə və səmərəli is­ti­fa­də­sinə nəzarət sisteminin qiymətləndirilməsi.
İkinci funksiya çərçivəsində müəssisənin maliyyə xid­­məti aşağıdakı məsələlərin dəqiq qiymətləndirilməsini həyata keçirirlər:
- tələb olunan maliyyə resurslarının həcmi;
- həmin maliyyə resurslarının əldə edilməsi for­ma­la­rı (uzunmüddətli yaxud qısamüddətli kredit, nağd və­sa­it­lər);
resursların əldə oluna bilmə dərəcəsi və verilməsi müd­dətləri (maliyyə resurslarının əldə oluna bilmə də­rə­cəsi müqavilə şərtləri ilə müəyyən edilə bilər; maliyyə re­surs­ları zəruri həcmlərdə və lazımı zaman anında alın­ma­lı­dır);
-      konkret resurs növlərinin əldə olunmasının qiy­mə­ti (faiz dərəcələri, bu və ya başqa vəsait mənbəyinin ve­ril­mə­sinin formal və qeyri-formal şərtləri);
-      bu və ya digər vəsait mənbəyi ilə əlaqədar riskin də­­rəcəsi (məsələn, vəsait mənbəyi kimi müddətli bank ssu­dalarına nisbətən mülkiyyətçinin öz kapitalından isti­fa­də riski daha azdır).
Müəssisənin maliyyə xidmətinin üçüncü funksiyası investisiya xarakteri uzunmüddətli və qısamüddətli qə­rar­la­rın təhlilini və qiymətləndirilməsini nəzərdə tutur. Bu za­man təhlil olunan və qiymətləndirilən məsələlər aşa­ğı­da­kılardır:
-      maliyyə resurslarının digər növ (material, əmək, pulresurslara transformasiyasının optimallığı;
-      əsas fondlara qoyuluşların (əsaslı tikintinin) məq­sə­­dəuyğunluğu və səmərəliliyi, bunların tərkibi və quru­lu­şu;
-  dövriyyə vəsaitlərinin optimallığı;
-  maliyyə qoyuluşlarının səmərəliliyi və s.
10.3.  Mənfəət və ondan istifadə istiqamətləri

Müəssisənin istehsal fəaliyyətinin əsas göstəricisi mən­­fəətdir, onu qazanmaq naminə o, bütün imkanlarını onun alınmasına yönəldir.
Mənfəət müəssisənin istehsal – təsərrüfat fəaliyyətini xa­rakterizə edən ümumiləşdirici göstəricilərindən biri olub, onun xalis gəliri formasında çıxış edir. Mənfəət əmtə­­əlik məhsulu (işin, xidmətin) satışından əldə edilən ümumi gəlirin bir hissəsidir; istehsala çəkilən bütün xərc­lə­ri həmin gəlirdən çıxdıqdan sonra əmələ gəlir. Ona görə də eyni istehsal şəraitində satılan məhsulunun həcmi art­dıq­ca, bazar topdansatış qiyməti yüksəldikcə və maya də­yə­ri aşağı düşdükcə müəssisənin də mənfəətinin məbləği ar­tacaqdır.
Mövcud qaydaya əsasən müəssisənin əldə etdiyi mən­fəətin bir hissəsi gəlir vergisi formasında dövlət büd­cə­sinə ödənilir, qalan hisə isə müəssisənin tam sə­rən­ca­mı­na keçərək ondan sərbəst surətdə istifadə edilir.
 Bazar iqtisadiyyatı şəraitində mənfəətin əldə olun­ma­sı müəssisənin yaradılması və fəaliyyətinin əsas məq­sə­didir. Mənfəət müəssisəsinin mövcudluğu və gələcək fəa­liyyəti üçün müəyyən təminat yaradır.
Bazarda müəssisə əmtəə istehsalçısı kimi çıxış edir. Müəssisə məhsula qiymət müəyyən edərək, onu istehlak­çı­lara satır və nəticədə müəssisədə pul mədaxili baş verir. Bu zaman mənfəət də əldə olunur. Maliyyə nəticəsini əldə etmək üçün mədaxillə məhsulun maya dəyərini müqayisə etmək lazımdır. Əgər mədaxil maya dəyərindən çoxdursa, bu mənfəətin alınmasını göstərir. Müəssisə həmişə çalışır ki, mənfəət əldə etsin. Əgər mədaxil maya dəyərindən az olursa, müəssisə zərərə düşür, iflasa uğrayır.
Mənfəətin mövcudluğu istehsalın səmərəliliyini, müəs­sisənin maliyyə vəziyyətinin yaxşı olduğunu göstərir. Müəs­sisənin balans, hesablaşma və əmtəəlik məhsul isteh­sa­lından əldə edilən mənfəət növləri fərqləndirilir.
Balans mənfəəti müəssisənin bütün istehsal-təsər­rü­fat fəaliyyətinin nəticəsindən, istehsal və qeyri-istehsal fəa­liyyətinin bütün növləri, o cümlədən realizədən kənar gəlir və  itkiləri saldosu üzrə mənfəətin ümumi məb­lə­ğin­dən ibarətdir.
Müəssisənin hesablaşma mənfəəti gəlir vergisi  və bank kreditlərinin həcmi qədər balans mənfəətindən azdır.
Əmtəəlik məhsul istehsalından əldə edilən mənfəətin məbləği məhsulun bazar topdansatış qiyməti ilə onun tam maya dəyəri arasındakı fərqi xarakterizə edir. Ondan məh­sul vahidinin rentabellik səviyyəsini müəyyən etdikdə isti­fa­də edilir.
Məhsulun həcminin artırılması, maya dəyərinin aşağı sa­lın­ması, strukturunun təkmilləşdirilməsi və keyfiy­yə­ti­nin yaxşılaşdırılması, qeyri-məhsuldar xərclərin və hər cür it­ki­lə­rin aradan  qaldırılması, istehsalın rentabellik səviy­yə­si­nin yüksəldilməsi, maddi-enerji resurslarına çəkilən xərc­lərin azaldılması, yeni texnika və texnologiyanın isteh­salata tətbiq edilməsi və bunun da əsasında onun sə­mə­rə­liliyinin yüksəldilməsi mənfəətin artırılması amil­lə­ri­dir.
Məhsulun keyfiyyətinin yüksəldilməsi iqtisadi artı­mın ən mühüm amili, istehsalın intensivləşdirilməsinin va­cib şərtidir. Bazar iqtisadiyyatı şəraitində məhsulun key­fiy­yətinin yüksəldilməsi, qeyd etdiyimiz kimi, mühüm iqti­sadi və siyasi vəzifə kimi çıxış edir, çünki məhsulun key­fiyyəti onun qiymətinə təsir edir. Məhsulun key­fiy­yə­ti­nin yüksəldilməsi nəticəsində müəssisənin əldə edəcəyi il­lik mənfəətin məbləğini hesablamaq üçün bazis  və plan il­lərində məhsul vahidinin topdansatış qiymətləri ara­sın­da­kı fərqi cari ildə buraxılacaq məhsulların sayına vuraraq müəy­yən edilir.
İstehsalın rentabellik səviyyəsi müəyyən vaxt (məsə­lən, rüb, il) dövründə müəssisənin istehsal-təsərrüfat fəa­liy­yətinin mənfəətliliyini (yaxud ziyanlığını) xarakterizə edir. İstehsalın rentabellik səviyyəsinin yüksəldilməsi nəti­cə­sində müəssisənin əldə edəcəyi illik mənfəətin məblə­ği­ni təyin etmək üçün plan ilində buraxılacaq məhsulun həc­mi­ni istehsalın plan və bazis  rentabellik səviyyəsinin fər­qi­nə vuraraq, 100%-lə  bölərək tapırlar.
Maddi-enerji ehtiyatlardan səmərəli istifadə isteh­sa­lın mənfəətliliyinin təmin olunmasında mühüm rol oyna­yır. İstehsalın özünəməxsus xüsusiyyətlərindən asılı ola­raq, istehsal xərc­lə­rin­də maddi-enerji ehtiyatlarının bu və ya digər növlərinin xü­susi çəkisi xeyli fərqlənir, sənaye müəs­sisələri isə mü­va­fiq olaraq, material tutumlu, enerji tu­tumlu, yanacaq tu­tum­lu olur və s. Maddi-enerji re­surs­la­rın­dan səmərəli isti­fa­də edilməsi nəticəsində müəssisənin əldə edəcəyi illik mən­fəətin məbləği tapılır.
İstehsal xərcləri – məhsulun hazırlanmasına çəkilən can­lı və maddiləşmiş əmək məsrəflərinin məcmusunu xa­rak­terizə edir. İstehsal xərclərinin azaldılması hesabına müəs­sisənin əldə edəcəyi illik mənfəətin məbləğini he­sab­la­maq üçün bazis və plan illərindəki məhsul vahidinin məs­rəf norması (kq-la) material vahidinin topdansatış qiy­mə­tinə və plan ilinə nəzərdə tutulan məhsulun sərfinə vu­ru­lur.
 Məhsul vahidinin maya dəyərinin aşağı salınması he­­sa­bına müəssisənin əldə edəcəyi illik mənfəətin məblə­ği­ni hesablamaq üçün bazis ilində məhsulun topdansatış qiy­mətindən  məhsul vahidinin maya dəyərinin aşağı düş­mə­si hesabına həmin məhsulun topdansatış qiymətinin azal­masına vuraraq 100%-ə bölürlər və onu faizlə müəy­yən edirlər.
Yeni texniki istehsalın tətbiqi nəticəsində müəs­si­sə­nin əldə edəcəyi illik mənfəətin məbləğini hesablamaq üçün məhsulun maya dəyərinin plan və bazis arasındakı fərqi plan ildə buraxılan məhsulun sayına vuraraq, ondan yeni texnikanın dəyərini çıxırlar.
Mənfəət bazar münasibətlərinin kateqoriyası kimi aşa­ğıdakı funksiyaları yerinə yetirir:
- firmanın fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi səmərəni xarakterizə edir;
-  firmanın maliyyə resurslarının  əsas elementidir;
- müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinin for­ma­laşmasının mənbəyidir.
Zərər də müəssisənin fəaliyyətində müəyyən rol oy­na­yır. O, maliyyə vəsaitlərindən istifadə, istehsalın təşkili və məhsulun satışı istiqamətində müəssisənin uğur­suz­luq­lar­ını göstərir.
Müəssisə və istehsal firmalarında mənfəətin öz kə­miy­yətinəiqtisadi məzmununa və funksional təyinatına görə dörd göstəricisi formalaşırBütün bu hesablamaların ba­zasında müəssisənin istehsal-təsərrüfat və ya firmanın is­teh­sal – kommersiya fəaliyyətinin əsas göstəricisi olan balans mənfəəti dayanır. Verginin hesablanması üçün xü­su­si göstərici – ümumi mənfəət, bunun əsasında isə vergi tutulan və vergiyə cəlb edilməyən mənfəət hesablanır. Ver­gilər və büdcəyə digər ödəmələr edildikdən sonra ba­lans mənfəətinin qalan hissəsi xalis mənfəət adlanır. O, müəs­sisənin fəaliyyətinin son maliyyə nəticəsini xarak­te­ri­zə edir.
Balans mənfəətinə üç əsas element:
a)   məhsulun reallaşdırılmasından, işlərin yerinə yeti­ril­məsindən, xidmətlərin göstərilməsindən,  mənfəət (zə­rər);
b)  müəssisənin əsas vəsaitlərinin və digər əmlakının reallaşdırılmasından daxil olan mənfəət (zərər);
c)   reallaşdırmadan (satışdan) kənar əməliyyatlarının maliyyə nəticələri daxildir.
Məhsulun (iş və xidmətlərin) reallaşdırılmasından mənfəət müəssisənin əsas fəaliyyətinin maliyyə nəti­cə­si­dir. Reallaşdırmadan mənfəət reallaşdırmadan mədaxillə (ƏDV-siz və aksizsiz) istehsal və reallaşdırma  xərclərinin   (kom­mersiya maya dəyəri) fərqi kimi müəyyən edilir.  Müəssisənin əsas vəsaitlərinin və digər əmlakının reallaş­dı­rılmasından mənfəət (zərər) özünün balansında olan əm­la­kın satışından əldə olunur.
Reallaşdırmadan kənar maliyyə nəticələrinə alınmış və ödənilmiş cərimə, peniya və digər sanksiya növlərinin sal­dosu, həmçinin hesabat ilində aşkar olunmuş keçmiş illərin mənfəəti, keçmiş illərdə silinmiş debitor borclarının ödən­məsindən daxil olan məbləğ, müəssisənin hesab­la­rın­da olan pul vəsaitlərinə görə ödənilən faizlər, digər müəs­si­sələrin nizamnamə kapitalında pay iştirakından gəlirlər, qiy­mətli kağızlar üzrə gəlirlər və s. daxildir.
Büdcəyə vergilər və digər ödənişlər köçürüldükdən son­ra xalis mənfəət müəssisənin sərəncamına keçir. Müəs­si­sə həmin mənfəətdən öz nizamnaməsinə uyğun istifadə e­dir.
Mənfəət, yuxarıda qeyd edildiyi kimi, müəssisənin xü­susi vəsaitlərinin formalaşmasının, onun gələcək inki­şa­fı­nın başlıca mənbəyidir. Buna görə də maliyyənin plan­laş­dırılmasının ən mühüm məsələlərindən biri də mən­fə­ətin bölgüsü siyasətinin (yaxud divident siyasətinin) işlə­dil­məsidir.
Müəssisənin əldə etdiyi mənfəətdən istifadə onun qaydada bölüşdürülməsini tələb edir. Hazırda müəssisənin sərən­camında qalan mənfəətin müəssisə tərəfindən bura­xı­lan məhsulun maya dəyərinin tərkibinə daxil edilməyən xərclərin ödənilməsində istifadə edilir. Həmin xərclərə aiddir: müəssisənin təftiş komissiyasının və müəssisə ic­las­larının keçirilməsi üzrə xərclər, nümayəndəlik xərc­lə­ri, reklam xərcləri, yarmarka və sərgilərdə iştirak et­mə­yə gö­rə xərclər, idarəetmə sisteminin təkmilləş­di­ril­mə­si üzrə xərc­­lər, baş idarənin saxlanılmasına çəkilən xərclər, təhsil müəs­sisələrinin saxlanılmasına çəkilən xərclər, qeyri-is­teh­sal sferasına çəkilən xərclər, məhsulun istehsalı ilə bi­la­va­sitə əlaqədar olmayan xərclər, mükafat­lan­dır­ma­ya çəki­lən xərclər, pensiyalara  edilən əlavələr, əlavə mə­zu­niy­yət­lər üçün ödənişlər, rabitə xidmətinə çəkilən xərclər, sosial mə­sələlərin həllinə yönəldilmiş xərclər və s.
Müəssisənin sərəncamında qalan mənfəətin böl­gü­sü­nə əsas tələb ondan ibarətdir ki, onun istehlaka və yığıma gedən hissəsi arasında optimal nisbət geniş təkrar istehsal prosesini maliyyə resursları ilə təmin etsin.
Mənfəətin bölgü siyasəti işlənərkən məsələnin iki tə­rə­fi diqqət mərkəzində saxlanılır: bır tərəfdən, di­vi­dent­lə­rin (səhmlərə görə mənfəət payı, yaxud təsis pa­yı­na uyğun mənfəət payı və s.) verilməsi mülkiyyət­çi­lərin maraqlarını müdafiə etməlidir. Yüksək dividentlər müəssisənin inves­tor­lar üçün cazibədar edir; digər tərəfdən isə, dividentlərin mak­simumlaşdırılması, yaxud mənfəətin daha çox his­sə­si­nin mülkiyyətçilər arasında bölgüsü istehsalın inkişafına yönəldilən (təkrar investisiya) mənfəət payının azalmasına gətirib çıxarır ki, bu da müəssisənin gələcək inkişafına  prob­lemlər yaradır. Buna görə də mənfəətin bölgüsü si­ya­səti bu iki məsələnin optimal əlaqələndirilməsi əsa­sın­da qu­rulur.
Mənfəətin  bölgüsünü, onun istifadəsinin  əsas  isti­qa­mətlərini müəyyən edərkən, hər şeydən əvvəl, rəqabət şə­raitini nəzərə almaq lazımdır, çünki bu şərait müəs­si­sə­nin istehsal gücünü əhəmiyyətli dərəcədə artırmaq və tə­zə­lə­­mək zərurətini diktə edə bilər. Buna uyğun olaraq, ka­pi­tal qoyuluşlarını, dövriyyə vəsaitlərinin artırılmasını, elmi-texniki tədqiqatların aparılmasını, yeni texnolo­gi­ya­la­rın tət­biqini, mütərəqqi əmək metodlarına keçidi və s. mali­y­yə­­ləşdirmək üçün mənfəətdən ayırmaların miqyası müəy­yən­ləşdirilir.

10.4 Müəssisənin gəliri və onun növləri

Hər bir fəaliyyətin nəticəsi müəyyən bir məhsul is­teh­sal etmək, xidmət göstərmək və yekunda gəlir al­maq­dır. Müəssisə ictimai tələbatın ödənilməsi və əlavə xərc et­di­yin­dən çox vəsait alması məqsədilə, istehsal amillərini bir­ləşdirməklə məhsul istehsal edib satan işlər görüb, xid­mət­lər göstərən hüquqi şəxs olan təsərrüfat subyektidir.
Gəlirlər müəssisənin il ərzində onu maliyyələşdirən ka­pitaldır, o pul vəsaitləri və digər əmlak şək­lin­də ak­tiv­lə­rin daxil olması, öz öhdəliklərini yerinə ye­tir­mək­lə ka­pi­talın  həcmcə çoxalması nəticəsində təşkilatın, müəs­sisə­nin bu dövr ərzində əldə etdiyi məcmu (ümumi) iqtisadi fay­da, götürdüyü xeyirdir.
Müəssisənin gəliri özündə onun illik mənfəətini və di­gər fəaliyyət növlərindən (məsələn, kommersiya fəaliy­yə­tin­dən, mənzil-kommunal təsərrüfat fəaliyyətindən, yar­dım­çı təsərrüfatlardan, əmək kollektivinə pullu xid­mət­lə­rin göstərilməsindən və s.) əldə edilən vəsaitləri əks et­di­rir. Gəlirin əsas hissəsini müəssisənin mənfəəti təşkil edir. Deməli, müəssisənin gəliri kəmiyyətcə yalnız onun isteh­sal-təsərrüfat fəaliyyətindən əldə edilən vəsaiti deyil, eyni za­manda onun qeyri-istehsal sahələrindən əldə edilən və­sa­itləri özündə birləşdirir.
Müəssisənin gəlirlərinin mahiyyətini, məzmununu və əmələ gəlməsi prosesi, onun yaranması, hansı mənbə­lər­dən formalaşmasını bilmək vacibdir.
Gəlirlərin yaranmasına görə, təyinatına, yerinə ye­tir­di­yi funksiyalara müvafiq olaraq, onlar müəyyən xü­su­siy­yət­lərə malikdirlər.
Hesablaşma mərhələsi kimi pul vəsaitlərinin nağd və nağd olmayan formalarda müəs­si­sənin hesablaşma hesa­bı­na daxil edilməsi aktlarıdır.
Gəlirlərə daxil olan vəsaitlər, əsasən, ilk əvvəl məh­su­lun satışından daxil olan məbləğdir. İstehsal prosesində məh­sulun satışından pul vəsaitləri il ərzində müəssisənin xa­lis əmlakını artıran pul formasında dəyərlərin mə­da­xi­li­dir. Onun hesabına daxil olan pul vəsaitlərinin heç də ha­mı­sı onun xalis əmlakını artıra bilmirlər və elə buna görə də onlar gəlir hesab oluna bilməzlər.
Burada vəsaitin çatışmaması hallarda müəssisə bank­dan kredit götürür, onu vacib istiqamətlərə yönəldir, lakin o müəyyən müddətdən sonra bu borcu  qaytarmalıdır və onun vəsaitindən çıxmalıdır. Bu səbəbdən bu kredit müəs­si­sənin xalis əmlakının dəyər məbləğini dəyişdirmir. Müəs­sisənin gəlirinə aid olmayan vəsaitlərə təsisçilərin qoy­­duqları əmanətlər. Baxmayaraq ki, onlar kapitalın həc­mi­­ni artırırlar, onlar ilk təsərrüfatçılığın yaranmasına və fəa­­liyyətinə yönəldilir. Bundan başqa, gəlirlərin əldə edil­mə­si pul vəsaitlərinin, aktivlərin və digər əmlakın daxil ol­ma­sı ilə əlaqədar olduğundan müəssisənin üçüncü şəxsdən (hüquqi və ya fiziki) aldığı ixracatdan gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər – sonradan büdcəyə köçürül­dü­yündən – müəssisə üçün gəlir sayılmır.
Müəssisənin gəlirləri onların xarakteri, istiqamətləri, alın­ma şərtlərinə və özünün yaranma mənşəyinə görə aşa­ğı­da göstərilən fəaliyyət növləri ilə bağlı olurlar:
-  müəssisənin adi (əsas) fəaliyyətindən daxil olan gə­lir­lər;
-  müəssisənin icra etdiyi əməliyyatlardan gələn gə­lir­lər.
-  məhsulların, göstərilən xidmətlərin və görülən iş­lə­rin satılması ilə bağlı olmayan gəlirlər;
-  fövqəladə hallarla əlaqədar daxil olan gəlirlər.
Yuxarıda göstərilənlərdən yalnız birincisi müəs­si­sə­nin əsas (adi) fəaliyyəti ilə, qalanları isə sair daxilo­l­ma­lar­dan əldə edilən gəlirlər hesab edilir.
Gəlir növlərinin təsnifləşdirilməsində onların daha iki əlaməti əsas kimi götürülür:
a)     gəlirlərin əldə olunmasının daimiliyi – mütəmadi və təsadüfi.
Gəlirlərin daimiliyi, fasiləsizliyi baxımından istisna təşkil edən “fövqəladə hallarla bağlı” gəlirlərdir. Bunlar gözləniləndirlər, lakin zəruri, arzu olunan deyildirlər; bu gə­lirlər təsadüf mahiyyətli, vaxtaşırı mahiyyət daşıyan gə­lir­lərdir.
b)     hesabat dövrünə aidiyyətinə görə – cari gəlirlər və gələcək dövrün gəlirləri.
Gəlirlərin təsnifləşdirilməsində istifadə olunan başqa bir əlamət də cari gəlirlərin müəssisənin xərcləri ilə qar­şı­lıq­lı əlaqəsidir. Bu əlaqələrdən birincisi cari hesabat döv­rü­nün xərcləri ilə əlaqədar olan cari hesabat dövrünün gə­lir­ləridir. İkincisi isə yaranması cari hesabat dövrünün xərc­ləri ilə əlaqədar olmayan gəlirlərdir.
Müəssisəyə daxil olan gəlir növlərinin iqtisadi məz­mu­nuna görə səviyyələri aşağıda təsvir olunduqları ki­mi­dir.
Müəssisənin adi fəaliyyətindən daxil olan gəlirlərin ro­lu böyükdür. Bu qəbildən olan gəlirlərə artıq qeyd olun­du­ğu kimi istehsal edilmiş məhsulun, göstərilmiş xidmətin  və görülmüş işin satılmasından əldə edilən gəlirlər aid olu­nur­lar. Başqa sözlə, bu növ gəlirlər müəssisənin təsis olu­n­ma­sı məqsədilə birbaşa bağlı olan gəlirlərdir.
Müəssisənin gəliri, əsasən, həcmi satılmış məhsulun miqdarından və qiymətindən asılı olaraq, satışdan daxil olan pul vəsaiti vasitəsilə formalaşır. Deməli, satışdan gə­lən pul vəsaitinin məbləğini müəyyən etmək üçün satılan hər bir növ məhsulun bazar qiyməti onun sayına vu­ru­la­raq, cəmlənir.
Qeyd etmək lazımdır ki, əgər müəssisənin gəliri onun istehsal etdiyi məhsulun satışından məcmu pul və­sa­it­­lərinin məbləğidirsə, mənfəəti həmin məcmu pul və­sa­it­lə­­rinin məbləği ilə məcmu istehsal xərclərinin fərqidir.
Müəssisənin icra etdiyi əməliyyatlardan daxil olan gə­lirlər. Bu qəbildən olan gəlirlərə aşağıdakıları aid edir­lər:
-  müəssisənin kənar təşkilata müvəqqəti istifadə üçün ver­diyi aktivlərə görə ödəniş haqqı kimi daxil olan gə­lir­lər;
-  kəşflərə görə patent, sənaye məhsulu nümunələri və digər intellektual mülkiyyət növlərindən istifadə hüququna görə daxil olan gəlirlər;
-  başqa təşkilatların nizamnamə kapitalında iştirak etməkdən (faizlər də daxil olmaqla qiymətli kağızlardan) daxil olan gəlirlər;
-  müəssisənin başqa təşkilatlarla müştərək işgüzar əmək­­daşlığından əldə olunan gəlirlər;
-  banklar tərəfindən müəssisəyə mənsub pul və­sa­it­lə­rin­dən istifadəyə görə ödədiyi faizlər;
-  istehsal əsas fondları və digər aktivlərin başqa təş­ki­latlara satışından daxil olan gəlirlər aid edilirlər.
Yuxarıda sadalanan gəlirlər – əgər onların əldə olun­ma­sı təşkilat üçün əsas fəaliyyət növü ilə bağlıdırsa – “adi fəa­liy­yət növlərindən gəlirlər” hesab olunurlar. Bu qə­bil­dən olmayan təşkilatlar üçün isə belə gəlirlər “müəssisənin icra etdiyi əməliyyatlardan gələn gəlirlər”–ə aid olunurlar.
Müəssisənin gəlir növlərindən biri də “məhsulların, göstərilən xidmətlərin və görülən işlərin satılması ilə bağlı olmayan gəlirlərdir”. Bu gəlirlərə müqavilə şərtlərini poz­duq­larına görə “müqabil tərəflərin” öhdəlikləri, cəri­mə­lər, dəb­bələmə pulu, peniyalar; təmənnasız, o cümlədən mü­qa­vi­lə əsasında bəxşiş kimi verilmiş aktivlər; başqa təşkilat tərəfindən müəssisəyə vurulmuş ziyanın ödənilən məbləği; ke­çən dövrə aid olan, lakin hesabat ilində aşkar edilmiş mən­fəət; iddia (isk) vaxtı keçmiş kreditor və deponent borc­­ların qaytarılmasından gələn gəlirlər aid olunurlar.
Nəhayət, fövqəladə hallarla bağlı olan gəlirlər.  Adın­­­dan göründüyü kimi müəssisə üçün bu qəbildən olan gə­­lirlər onun təsərrüfatçılıq fəaliyyətində baş verən föv­qə­la­də hadisələrlə bağlı daxil olan gəlirlərdir. Bunlara iq­ti­sa­di məzmunlarına görə mütləq mənada “gəlir” demək o qə­dər də düzgün deyildir. Buraya yanğın, daşqın, qəza və di­gər təbii fəlakət halları üçün ödənilən sığorta ayırmaları, bər­­pası və istifadəsi mümkünsüz olan aktivlərin satıl­ma­sın­dan əldə olunan pul vəsaitləri aid edilir.
Son illərdə dövlət müəssisələrində geniş istifadə olunan və hesablanan gəlirin üç növü mövcuddur:
Ümumi, təsərrüfat hesablı və xalis gəlir növlərini fərqləndirirlər.
Müəssisənin ümumi gəliri – onun iş nəticələrini sə­ciy­yələndirən mühüm iqtisadi göstəricilərdən biridir. Baş­qa sözlə, müəssisənin ümumi gəliri onun sərəncamına da­xil olan pul vəsaitinin əməyin ödənilməsinin vahid fon­du­nun  və müəssisənin xalis gəlirinin  yaradılmasına yö­nəl­dilən hissəsidir. Məhsulun, sənaye xarakterli işlərin və sə­naye fəaliyyəti balansında olan əsas istehsalın və yar­dım­çı tə­sərrüfatların xidmətlərinin görülməsindən götürülən qa­zanc­dan əmələ gəlir; bu qazanca həmçinin müstəqil ba­lans­da olan özünün qeyri-sənaye təsərrüfatına məhsul rea­li­zə etməkdən və əmək kollektivinə pullu xidmətlər gös­­tər­məkdən, götürülən qazanc da (məhsulun və xid­mət­lərin is­tehsalına və satışına çəkilən maddi məsrəflər çı­xıl­maqla) daxildir.
İstehsalın silinmiş və artıq qalmış əmlakın, əvvəllər alın­mış maddi  dəyəri malların satışından əldə edilən qa­zanc müəssisənin ümumi gəlirinin tərkibinə aid edilmir, çün­ki onlar müəssisə fəaliyyətinin nəticəsi deyildir. Müəs­si­sənin ümumi gəlirindən müəyyən edilmiş miqdarda gəlir ver­gisi ödənilir, bank kreditlərinə görə faizlər verilir, qa­lan məbləğ isə müəssisənin sərəncamına keçir. Müəs­si­sə­nin ümumi gəliri əsasında təsərrüfat hesablı gəlir ya­ra­nır.
Müəssisənin təsərrüfat hesablı gəliri – əməyin ödə­nil­məsi üçün müəssisənin tam sərəncamına daxil olan (büdcə və digər öhdəlikləri yerinə yetirdikdən sonra) və­sa­it və mən­fəətin bir hissəsidir. Təsərrüfat hesablı gəlir mü­əs­sisə kol­lektivinin istehsal və sosial inkişafının mən­bə­yidir. Tə­sər­­rüfat hesablı gəlir müəssisədən götürülə və ye­nidən bölüşdürülə bilər. Təsərrüfat hesablı gəlir he­sa­bı­na əməyin ödənilməsinin vahid fondu və digər maddi hə­vəs­ləndirmə fondları yaradılır. Təsərrüfat hesablı gəlir tə­sər­rüfat me­xa­niz­minin yenidən qurulmasında, müəs­si­sə­lə­rin təsər­rü­fat müstəqilliyinin genişləndirilməsində və is­teh­salın son nəti­cə­lərinin yaxşılaşdırılması üçün onların ma­rağının və məsuliyyətinin artırılmasında mühüm rol oy­na­yır.
Müəssisənin xalis gəliri – müəssisə işçilərinin əməyi ilə yaradılmış izafi məhsulun pulla ifadəsi olub, məhsulun sa­tış qiymətində hesablanmış dəyəri ilə tam maya dəyəri ara­sındakı fərqi təşkil edir. Müəssisənin xalis gəliri onun pul yığımı və dövlət büdcəsi gəliri mənbəyidir. Müəs­si­sə­nin xalis gəliri əməyin ödənilməsinin vahid fon­du ya­ra­dıl­dıqdan sonra qeyd etdiyimiz kimi müəs­sisə­nin ümumi gəl­irinin yerdə qalan hissəsidir. Xalis gəlirin ümumi məb­lə­ğin­də mənfəətin payı çoxdur və ona görə də müəs­sisənin mənfəəti onun xalis gəliri formasında çıxış e­dir.



10.5. İstehsalın rentabelliyi və  onun yüksəldilməsi yolları

Məhsulun hər növü üzrə olan mənfəət müəssisə qiy­mə­ti ilə məmulatın maya dəyəri arasındakı fərqdən iba­rət­dir. Mənfəət öz iqtisadi mahiyyəti etibarı ilə cəmiyyətin xa­lis gəlirinin  bir formasıdır. Müəssisə mənfəətinin ümu­mi məbləği hazırlanan və realizə edilən məhsulun hər nö­vün­dən alınan mənfəətdən əmələ gəlir. Beləliklə, müəs­si­sə­nin mənfəətinin  ümumi miqdarı məhsul vahidi qiy­mə­ti­nin səviyyəsindən, onun maya dəyərindən, hazırlanan və satılan məhsulun miqdarından asılıdır.
Dövlət orqanları tərəfindən eyni növlü məhsul üzrə bü­tün  dövlət müəssisələri üçün vahid qiymətlər müəyyən edi­lir. Məhsulun maya dəyərinin səviyyəsi və satılan məmulatın miqdarı isə müəssisələrin fəaliyyətindən ası­­lıdır. Deməli, müəssisənin ala biləcəyi mənfəətin ümu­mi məbləği də onun öz işindən asılıdır.
Fərz edək ki, iki müəssisə tərəfindən buraxılan eyni məhsulun topdansatış qiyməti və plan maya dəyəri bəra­bər­­dir. Həmin müəssisələrdən biri yaxşı işləyir və məh­su­lun maya dəyərinin aşağı salınması və satış plan­la­rı­nı artırması ilə yerinə yetirilir. O biri müəssisə isə pis işləyir. Hər iki müəssisə yeni məhsul buraxır ki, bunların da vahidinin topdansatış qiyməti eynidir, lakin, onların bu­raxılan məhsulun maya dəyərində fərq, onların realizə et­diyi məhsuldan mənfəəti müəyyən məbləğdə alırlar, yəni, aşağı xərclə daha çox mənfəət əldə edilir.
Qiymətlərin səviyyəsi sabit olduqda məhsulun maya dəyəri aşağı düşdükcə,  müəssisənin mənfəətinin miqdarı da bir o qədər çox olacaqdır. Əksinə maya dəyəri artdıqda və məhsulun buraxılışı və realizasiya planı yerinə ye­ti­ril­mə­dikdə müəssisənin mənfəətinin miqdarı azalacaqdır.
Müəssisənin mənfəətinin miqdarı buraxılan məh­sul­la­rın keyfiyyətindən də asılıdır. Məhsul keyfiy­yət­cə pis ol­duq­da onun qiyməti də aşağı olur. Məhsulun çeşidi, komp­lek­tliyi, standartı və keyfiyyəti pozulduqda məhsulun daha aşa­ğı qiymətlərlə realizə edilməsi üzündən, mal verən müəs­sisə nəzərdə tutulmuş gəlirləri itirir. Həmin müəssisə ha­­belə çox hallarda cərimə də verir. Sənayedə belə bir qay­­da mövcuddur ki, bəzi mal verən müəssisələr bu­rax­dı­ğı məhsul üzrə təminatlı öhdəçilik daşıyır. Təminatlı öh­də­çilik yerinə yetirilən zaman aşkara çıxarılmış nöq­san­la­rı aradan qaldırılması üzrə alıcı müəssisə və təşkilatlar tə­rə­fin­dən çəkilən xərcləri mal verən müəssisə öz mənfəəti he­sa­bına ödəməlidir. Beləliklə, müəssisənin istehsal, satış və təc­hizat fəaliyyəti onun rentabelliyinin səviyyəsinə təsir gös­tərir ki, burada bir tərəfdə məhsulun maya dəyəri, digər tə­rəfdən müəssisə tərəfindən buraxılan məmulatın qiyməti əks olunur.
Hər bir müəssisə, öz hazırladığı məhsulu tələb-təklif nis­bətindən asılı olaraq bazar qiyməti üzrə realizə edərək, əl­də etdiyi gəlirlə məhsulun istehsal və satış xərclərini ödə­məli və mənfəət almalıdır. Bu məqsədlə məhsulun qiy­mə­ti, bir qayda olaraq maya dəyərindən yüksək müəy­yən edilir. Mədaxilin məxaricdən çox olması müəssisənin gə­lir­liyini, rentabelliyini xarakterizə edir. Müəssisənin re­n­ta­be­lliyi onun işinin müəyyən dövr ərzində iqtisadi ef­fek­t­li­li­yinin ümumiləşdirici göstəricisidir.
Müəssisənin rentabelliyi həm alınan mənfəətin məb­lə­ği ilə həm də rentabelliyin səviyyəsi ilə xarakterizə edi­lir. Müəssisənin rentabelliyi səviyyəsi mənfəət məbləğinin rea­lizə edilmiş məhsulun tam maya dəyərinə nisbətinin faiz­lə ifadəsidir. Rentabellik göstəricisi nəinki pul yığım­la­rını, eyni zamanda müəssisənin təsərrüfat fəaliyyətinin  ef­fek­tivliyini göstərir. Bütün müəssisə və istehsal sahə­lə­rin­də işin rentabelliyinin təmin edilməsi sənayenin daha da inki­şaf etməsi və xalqın maddi rifah halının müntəzəm su­rətdə yax­­şı­laşdırılması üçün böyük əhəmiyyətə ma­lik­dir. Müəs­si­sə­lərin rentabelliyi yüksək olduqca cəmiyyətin gə­liri də çoxalır və ölkədə təsərrüfat və mədəniyyəti hər­tə­rəf­li inkişaf etdirmək üçün dövlət daha çox vəsaitə malik o­lur.
Dövlət ayrı – ayrı müəssisələrin rentabellik səviy­yə­si­ni tarazlaşdırmaq üçün müəyyən tənzimedici tədbirlər hə­yata keçirir. Bu zaman istehsalın plana uyğun surətdə in­kişaf etdirilməsi vəzifələri və müəssisələrdə təsərrüfat hesa­bının möhkəmləndirilməsi zərurəti əsas tutulur. İsteh­sa­lın şərait və xarakterindən asılı olaraq, ayrı – ayrı  müəs­si­sələrinin rentabelliyinin plan səviyyəsi də müxtəlif tərz­də təyin edilir. Təcrübədə müəssisələrin əksəriyyəti üçün rentabellik səviyyəsi planı faizlə müəyyən edilir.
İstehsalın rentabellik səviyyəsi kapitalizmdə olan mən­fəət normasından prinsipial surətdə fərqlənir. Renta­be­llik səviyyəsi kortəbii surətdə deyil, planlı qaydada tə­yin edilir. Müəssisələrdə mənfəətin mənbəyini istismardan azad adamların cəmiyyət üçün verdikləri əmək təşkil edir. Bu mənfəət dövlətə, cəmiyyətə və cəmiyyət üzvlərinə məx­susdur. Ayrı – ayrı müəssisələr minimum ren­ta­bel­lik­lə, bəzən isə onsuz da, işləyə bilər. Müvəqqəti olaraq ren­ta­belli olmayan müəssisələr bağlanmır, onlara öz istehsal fəa­liyyətini davam etdirmək üçün, bank­dan borc hesabına lazımi  vəsait alırlar. Lakin rentabelli ol­­mayan müəssisələr uzun müddət ərzində belə qala bil­məz və qalmamalıdır. İstehsalın inkişafı və təsərrüfat he­sabının möhkəm­ləndi­ril­məsi vəzifələri müəssisələrin zə­rər­li işləməsinin aradan qal­dırılmasını və onların ren­ta­bel­li­yinin yüksək­ləş­di­ril­mə­si­ni tələb edir.
Sənaye istehsalı həcminin müntəzəm surətdə və sü­rət­lə  artırılması, əmək məhsuldarlığının yüksək­ləş­di­ril­mə­si və maya dəyərinin aşağı salınması nəticəsində sə­na­ye müəs­sisələri  mənfəətinin ümumi məbləği durmadan ço­xa­lır.
Təsərrüfat fəaliyyətini təhlil etməkdə ayrı–ayrı müəs­­sisələrin rentabellik səviyyəsi ilə yanaşı olaraq ayrı–ay­rı sənaye məmulatı növlərinin də rentabellik səviyyəsini müəyyən edir. Bunun üçün hər məmulat növünə qiymət nəzərə alınır. Ayrı–ayrı məhsul növlərinin rentabelliyi müəssisə topdansatış qiyməti üzrə məmulatın maya dəyəri ilə mənfəət arasındakı nisbətlə müəyyən edilir.
Müəssisələrin rentabelliyi üç göstərici üzrə, yəni məh­sul buraxılışının rentabelliyi, məhsul realizasiyasının ren­tabelliyi və müəssisənin bütün istehsal – təsərrüfat fəaliyyətinin rentabelliyi üzrə hesabat aparılır.
Məhsul buraxılışının rentabelliyini təyin etmək üçün əmtəəlik məhsul buraxılışının müəssisə topdansatış qiy­mə­ti üzrə ümumi məbləğini həmin məhsulun maya dəyəri ilə müqayisə etmək lazımdır.
Məhsul realizasiyasının rentabelliyi də yuxarıda göstərilən qaydada müəyyən edilir, lakin burada məhsulun buraxılışı deyil, satışı məbləği əsas götürülür.
Müəssisənin  istehsal – təsərrüfat fəaliyyətinin renta­bel­liyi həm məhsulun satışı nəticələrini və həm də satış­dan kənar gəlir və zərərləri nəzərdə tutulur. Satışdan kənar gə­lir ilə zərərlər bilavasitə məhsulun istehsalı və realiza­si­ya­sı ilə əlaqədar deyildir. Müəssisələrin satışından kənar zə­rər və itkilərinə təbii fəlakət nəticəsində əmələ gələn zər­ər­lər, iddia müddəti qurtardığı üçün ləğv edilən borclar və ar­bitraj və ya məhkəmə tərəfindən rədd edilən və ümidsiz sa­yı­lıb ləğv edilən borclar, müəssisələrin mənzil – kom­mu­nal təsərrüfatının istismarından əmələ gələn zərərlər, he­sabat ilində aşkarlara çıxarılmış, lakin keçən illərə aid olan zərərlər ləğv edilmiş, istehsal sifarişləri üzrə itkilər və sair zərərlər daxildir.
Müəssisənin satışdan kənar mədaxil və məxaricləri mənfəət və zərərlər üzrə xüsusi hesabda uço­ta alınır. Müəs­sisənin həmin hesab üzrə uçota aldığı mə­daxil və mə­­xariclərinin məbləği məhsulun satışından alı­nan nə­ti­cə­lər­lə birlikdə onun fəaliyyətinin son nə­ti­cəsini, yəni müəy­yən dövr ərzində mənfəət və ya zərərini təşkil edir. Bu son maliyyə nəticəsi müəssisənin mühasibat balan­sın­da əks et­di­rilir və buna görə də ona balans mənfəəti və ya balans zərəri deyilir. Müəssisənin faktiki rentabelliyi balans nə­ti­cə­sinə əsasən müəyyən edilməlidir.
Satışdan kənar zərərlər (mənzil – kommunal təsər­rü­fat­larının istismarı   nəticəsində əmələ gələn zərərlər is­tis­na olmaqla) adətən planlaşdırılmır.  Bu zərərlər müəs­si­sə­nin rentabelliyini aşağı salır.
Müəssisənin istehsal təsərrüfat fəaliyyətinin ren­ta­bel­liyi müəssisənin yalnız istehsal fəaliyyəti üzrə de­yil, eyni zamanda təchizat – satış və maliyyə işləri üzrə əldə et­diyi nəticələrinin göstəricisidir. Müəssisədə uçot,  təc­hi­zat, satış və maliyyə işləri nə qədər yaxşı təşkil edilərsə, müxtəlif itkilər bir o qədər az və rentabellik isə bir o qədər yüksək olar. Rentabellik, alınan vəsaitin düzgün istifadə edilməsindən, alıcı müəssisələr və mal verənlərlə vaxtında haqq – hesab aparılmasından, maliyyə planın bütün gəlir maddələri üzrə yerinə yetirilməsindən və planda nəzərdə tu­tulmuş məsrəflər üçün vəsaitin qənaətlə istifadə edil­mə­sin­dən asılıdır. Müəssisə bütün sahələrdə öz vəsaitindən nə qədər qənaətlə və səmərəli istifadə edərsə, bir  qədər çox mənfəət əldə edər və onun maliyyə vəziyyəti bir o qə­dər yaxşı olar.
Müəssisəyə düzgün rəhbərliyin ən mühüm şərti və tələbi rentabelli işin təmin edilməsindən ibarətdir. Müəs­si­sə­nin rentabelsiz, zərərlə işləməsi, ona bilavasitə ziyan vu­rur. Zərərlərin ödənilməsi üçün müəssisənin borc alması, başqasının hesabına yaşamaq əhval – ruhiyyəsi doğurur, müəs­sisənin işi üzərində manatla nəzarəti zəiflədir.
İstehsalın rentabelliyini yüksəltməyinin əsas yolu məh­sulun maya dəyərinin aşağı salınmasından ibarətdir. Müəs­sisə məhsulun maya dəyərini aşağı salmaqla alınan mən­fəətin miqdarını artırır və öz rentabelliyinin səviy­yə­si­ni yüksəldir.
Müəssisənin rentabelliyini yüksəltmək üçün məh­su­lun keyfiyyətinin yaxşılaşdırılması və istehsal həcminin ar­tırılması ciddi əhəmiyyətə malikdir ki, bunlar da mə­mu­la­tın maya dəyərinin aşağı salınmasına səbəb olur və eyni za­manda müəssisələrin böyük məbləğdə mənfəət götü­rül­mə­sini təmin edir. Bu mənfəəti müəssisə yalnız, istehsal et­diyi məhsulu realizə etdikdən sonra ala bilər. Məhsulun – satışın ləngiməsi, alıcılardan tədiyyələrin vax­tın­da alın­ma­ma­sı müəssisənin mənfəətinin məbləğini aşağı salır.
Müəssisələr tərəfindən buraxılan ayrı – ayrı məmulat növ­lərinin rentabelliyi eyni olmur. Bəzi məmulatlar çox ren­tabelli, bəziləri isə az rentabelli olur. Buna görə də müəssisə rentabelliyinin ümumi səviyyəsi buraxılan məh­su­lun ümumi çeşidində ayrı – ayrı məhsul növlərinin xüsusi çəkisinin dəyişilməsi ilə  əlaqədar olaraq dəyişə bi­lər.
Müəssisə rentabelliyinin yüksəldilməsinin mühüm şər­ti bütün böyük və kiçik təsərrüfat işlərində qənaət üsu­luna ciddi riayət olunmasından, təsərrüfatsızlıqdan irəli gə­lən hər cür qeyri – məhsuldar məsrəf və itkilərə qarşı qəti mübarizə aparılmasından ibarətdir. Vəsaitin düzgün, qə­naətlə sərf edilməsi plan və maliyyə intizamına ciddi ria­yət  olunmasına, vəsaitin müəyyən olunmuş plana tama­mi­lə uyğun surətdə sərf edilməsinə əsaslanır. Plan – ma­liy­­yə intizamına nə qədər ardıcıl və ciddi riayət olunursa, mü­əssisə bir o qədər az itki vermiş olur, deməli, onun  ren­tabelliyi bir o qədər yüksək olur.
Müəssisələrdə təsərrüfat hesabının möhkəm­lən­di­ril­mə­si və inkişaf etdirilməsi istehsalın renta­belliyini yük­səlt­mək vəzifəsinin həyata keçirilməsində mühüm rol oy­na­yır.














İstifadə olunmuş ədəbiyyat siyahısı

Azərbaycan dilində

1.   Azərbaycan Respublikasının Konstitusiyası, Ba­kı­, 1995.
2.   “Müəssisələr haqqında” Azərbaycan Respub­lika­sı­nın qanunu, Bakı, 1996.
3.   “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Res­­pub­likasının Qanunu, Bakı, 1995.
4.   “Sahibkarlıq haqqında” Azərbaycan Res­pub­lika­sı­nın Qanunu, Bakı, 1996.
5.   1995–1998–ci illərdə Azərbaycan Respubli­ka­sın­da dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proq­ramı, Bakı, 1996.
6.   “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Res­­­publikasının Qanunu, Bakı, 1996.
7.   Müflisləşmə və iflas haqqında” Azərbaycan Res­pub­likasının Qanunu, Bakı.
8.   Azərbaycan Respublikasının Mülki Məcəlləsi. B.: Hüquq ədəbiyyatı, 2003.
9.   Azərbaycan respublikasının Əmək Məcəlləsi. B.: Qanun, 2004.
10.   “Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında” Əsasnamə, 16 avqust 1996–cı il tarixli Azərbaycan Respublikası Nazirlər Kabi­ne­tinin 3 №li qərarı .
11.   “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliy­yə­ti­nin bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi” haq­­qında Azərbaycan Respublikası Prezidentinin 25 ok­t­ya­br 2007–ci il tarixli 2458 saylı Sərəncamı.
12.   “Maliyyə–sənaye qrupları haqqında” Azərbay­can Respublikasının Qanunu. “Biznesmenin bülleteni”, №38 (103). B.: 1996.
13.   “İstehlakçıların hüquqlarının müdafiəsi haqqın­da” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan” qəzeti, 29 mart 1996 – cı il.
14.   “Patent” haqqında Azərbaycan Respublikasının Qa­nunu, “Biznesmenin bülleteni” № 51. Bakı.: 1997.
15.   Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimat. Mühasibat işi (nor­ma­tiv sənədlər toplusu), B.: Elm və həyat, 1998, səh 232 – 240.
16.   İqtisadi nəzəriyyə: Mikroiqtisadiyyat (dərslik, rus dilindən tərcümə), “Daşkov və Ko”, M. 2007.
17.   T.Ə.Hüseynov “Firmanın iqtisadiyyatı” (dərslik), B. 2009.
18.   T.Ə.Hüseynov “Müəssisənin iqtisadiyyatı” (dərs­lik) Səda 2005.
19.   T.Hüseynov “Firmanın iqtisadiyyatı” (dərslik), B. 2009.
20.   Z.S.Abdullayev, Z.Ə.Bağırova “Müəssisənin iq­ti­sadiyyatı ” ( dərslik), B. 2003.
21.   H.B.Allahverdiyev, K.S.Qafarov, Ə.M.Əhmədov “Milli iqtisadiyyatın dövlət tənzimlənməsi” (dərslik) b. 2007.
22.   T.Quliyev “Menecmentin əsasları” (dəslik), B. 20­01.
23.   F.Kotler “Marketinqin əsasları” (dərslik), B. 19­93.
24.   V.Niftullayev “ Sahibkarlığın əsasları”, B. 2002.



Rus dilində

25.   Е.В.Харитонова. Инновация  как элемент ин­вес­тиционной политики предприятий в транс­фор­ма­ци­онной экономике. Санкт – Петербург, 2007.
26.   Экономика (dərslik), « Prospekt» nəşriyyatı, III nəşri, M., 2008.
27.   Экономика фирмы (dərslik), ИНФРА – М., 2006.
28.   Экономика предприятия (dərslik, IV nəşri), ЮНИТИ – ДАНА, М., 2007.
29.   Крылов Э.И.и др. Анализ эффективности инвестиционный деятельности предприятия (dərs vəsaiti), Финансы и статистика, М.: 2003.
30.   М.И.Тертышник. Экономика предприятия. ИНФРА,  М, 2005.
31.   Сафронов Н.Экономика организации ( пред­при­ятия) (dərslik), М. :2004.





2 yorum: