31 Aralık 2014 Çarşamba

Bayatılar

Vətən, Topraq, El-oba haqqında Bayatılar

Yol vermə yada, Təbriz,
El gedər bada Təbriz,
Sənin həsrətindəyəm
Can sənə fəda Təbriz.

Kəm baxtı sönən qərib
Qürbətdə ölən qərib
Bəxtəvər günə düşdü
Vətənə dönən qərib.

Əziziyəm dilən gəz,
Bağda gülə dilən gəz,
Qürbətdə xan olunca
Vətənində dilən gəz.

Bu elin adi nədir?
Dostu nə, yadı nədi?
Qürbət eldə bilmədim,
Ağzımın dadı nədı?

Payız qışdan əzəldi,
Yarpaq tökən xəzəldi,
Vətən viran da olsa,
O, cənnətdən gözəldi

Gəmi gəldi, yan gəldi,
Içində bir can gəldi.
Vətən həsrəti çəkdim,
Gözlərimə qan gəldi.

Bu yoldan ötən yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qürbət ölkə,
Ölməyə vətən yaxşı.

Bu yerlər tala yeri,
Bürc yeri, qala yeri,
Qiyamət o gün qopar,
El köçə qala yeri.

Yazı yaza bilmirəm,
Qara poza bilmirəm.
Vətən orda mən burda,
Ayrı dözə bilmirəm.

Su gəlsə sel bilərdim,
Meh, əssə, yel bilərdim,
Dağda bir oba salsan,
Mən səni el bilərdim.

Araqçını yan qoydum,
Içində biyan qoydum,
Yurduma kəc baxanın,
Ürəyinə qan qoydum.

Çuxamın ağı bizdən,
Belinin bağı bizdən,
Düşmən gəlib yurd salsa,
Alar xoş çağı bizdən.

Burada yolum oldu tən,
Varmı bu yoldan ötən,
Bu dünyada şirin şey,
Bir anadı, bir vətən.

Ağlayarlar, gülərlər,
Göz yaşını silərlər,
Keçən yurdun qədrini,
Düşən yurdda bilərlər.

Çən, duman düzə neylər?
Zülfün tök üzə neylər?
Ov bizim, ovlaq bizim,
Yad ovçu bizə neylər?

Dağ başında qara bax,
üstün alan sara bax,
Aləm cənnətə dönsə,
Mənə xoşdür qarabağ.

Durna sanınnan keçər,
Ötər, sanınnan keçər,
Iğid vətən yolunda
Ölər canından keçər.


Arxa, kömək, dayaq, iftixar - haqqında
Qaya tək buzlar gördüm,
Göydə ulduzlar gördüm,
Anasına oxşayan
Qoçaq, mərd qızlar gördüm.

***

Dağların qaşı sənsən
Dibinin daşı sənsən.
Eldə neçə igid var,
Hamının başı sənsən.

***

Bu yurdun tacı bağlar,
Meyvəsi acı bağlar,
Ağrısa qardaş başı,
Yenə də bacı bağlar.

***

Xəncər üstə qaş gəlir,
Qoşun başa-baş gəlir,
Qoşuna qurban olum,
İçində qardaş gəlir.

***

Gətir sazını, qardaş,
Pozma yazını, qardaş,
Böyü, ol qoçaq igid,
Çəkim nazını, qardaş.



Mərdlik-namərdlik, dostluq, igidlik, məğrurluq - haqqında

El batır qəm dəryada,
Kimə gedim mən dada?
İgid göyüşdə ölsə,
Adı qalar dünyada.

***

İgid gərək atlana,
Atın minə, atlana,
Mərd odur ki, döyüşdə
Hər yaraya qatlana.

***

Əzizinəm kasa dolmaz,
Fitnəsiz fasad olmaz.
Namərdə boyun əymə,
Mərd əli kasad olmaz.

***

Bu sazı alan gəlməz,
Oxuyub-çalan gəlməz,
İgidi öldürsələr,
Dilinə yalan gəlməz.

***

Əziziyəm aslandı,
Qılınc qından aslandı,
Tülküdən aslan olmaz,
Aslan elə aslandı.

***

Mərd anadan mərd oğul,
Yada ağa, mərdə qul,
Qorxaq töhmət gətirər,
Baş ucaldar mərd oğul.

***

Halalar, ay halalar,
Qartal dağda balalar,
Qorxaq ölər, məhv olar,
İgid alar qalalar.

***

Sular gələr, göl dolar,
Şaxta vurar, gül solar,
Mərd igidin balası,
Özü kimi mərd olar.

***

Əzizim dalda gəzər,
Bülbüllər dalda gəzər,
Mərdlər qabağı gözlər,
Namərdlər dalda gəzər.

***

İgidin bir atıdır,
Bir də təmiz zatıdır,
Koroğluda qoçaqlıq,
Onun ehtiyatıdır.


Vətən, qurbət - haqqında

Yağı gəldi yanıma,
Susamışdı qanıma,
Döndüm qürbət ellərdən,
Qüvvət gəldi canıma.

***

Söz qaldı el gələnə,
Çırmandı sel gələnə,
Gözəl bir bağ salmışam.
El gələ gölgələnə.

***

Yol vermə yada, Təbriz,
El gedər bada, Təbriz,
Sənin həsrətindəyəm,
Can sənə fəda, Təbriz.

***

Əzizim səni, Təbriz,
El sevər səni, Təbriz,
Al qoynuna əzizlə,
Ana tək məni, Təbriz.

***

Kəkliyəm, fərəm sənsiz,
Düşübdür pərən sənsiz,
Yad eldə, yad ölkədə,
İnan, gülmürəm sənsiz.

***

Payız qışdan əzəldi,
Yarpaq tökən xəzəldi,
Vətən viran da olsa,
O, cənnətdən gözəldi.

***

Əzizim kətan yaxşı,
Keyməyə kətan yaxşı,
Qürbət yer cənnət olsa,
Yenə də vətən yaxşı.

***

Su gələr arxa, haray!
Tökülər çarxa, haray!
İgid qürbətə düşsə,
Çağırar arxa, haray!

***

Belədimi qürbət el,
İgid oğul, qürbət el,
Adamı tez qocaldar,
Qərib ölkə, qürbət el.

***

Əzizim sözə qaldı,
Bir şirin sözə qaldı.
Yad qovuldu dağlardan,
El-oba bizə qaldı.

***

Yetdi arxa dolandı,
Sular çarxa dolandı,
Düşmən elin gücündən,
Qorxa-qorxa dolandı.

***

Gəzərəm suz dağları,
Bağlayıb buz dağları,
Hər kəsə şirin olar,
Öz yeri, öz dağları.

***

Təbrizim, can Təbrizim,
Sənə qurban Təbrizim,
Düşmənə boyun əymə,
Mərd ol, dayan, Təbrizim.

***

Don tiksən ağı bizdən,
Belinin bağı bizdən,
Qoymayın yad ellini,
Almağa bağı bizdən.

***

Burda yolum oldu tən,
Varmı bu yoldan ötən,
Bu dünyaya şirin şey,
Bir anadır, bir Vətən.

***

Qolunda var qüvvətin,
Arzum var olsun mətin,
El yolunda baş qoyan,
Qazanar el hörmətin.

***

Əziziyəm bac alar,
Mərd rəqibdən bac alar,
Hər kəsi el istəsə,
Bülənd olar, ucalar.


Urmu gölü bayatilari



Bu dərdi kimə yazam? بو دردی کیمه یازام؟
Öz yurdumda yalqızam, اؤز یوردومدا یالقیزام
Eşidirsənmi məni? ائشیدیرسنمی منی؟
Bu günlər çox susuzam. بو گونلر چوخ سوسوزام




* * *
Haraylar ay haraylar, هارایلار آی هارایلار
Dolanır illər aylar, دولانیر ایللر آیلار
Mən susuzam, hardasız? من سوسوزام، هارداسیز؟
Suyu gətirən çaylar! سویو گتیرن چایلار


* * *

Gəl inanaq sevgiyə! گل ایناناق سئوگی-یه
Qardaşlığa, birliyə, قارداشلیغا، بیرلیییه
Bizden yardım isteyib, بیزدن یاردیم ایسته ییب
Azerbaycan - Urmiyə. آذربایجان - اورمیه





* * * 

Mən aşıq ay olaydim, من آشیق آی اولایدیم
Bir sulu çay olaydim, بیر سولو چای اولایدیم
Aşıb, daşıb dağları, آشیب، داشیب داغلاری
Gəlib sənə dolaydım. گلیب سنه دولایدیم



* * *


Əzizim Urmu Gölü, عزیزیم اورمو گؤلو
Görmüyüm səni ölü, گؤرمویوم سنی اؤلو
Biz yanarıq, yerində, بیز یاناریق، یئرینده
Görsək quru bir çölü. گؤرسک قورو بیر چؤلو




* * *


Xəbər verin ellərə, خبر وئرین ائللره
Düşsün hammı dillərə, دوشسون هامی دیللره
Urmu gölü göz tikib, اورمو گؤلو گؤز تیکیب
Mədəd verən əllərə. مدد وئرن أللره

Hiç yorum yok:

Yorum Gönder