31 Aralık 2014 Çarşamba

ŞAHMAT HAQQINDA AFORIZMLƏR

Dünyanın ən qədim oyunlarından biri şahmat rəvayətə görə, ilk dəfə Hindistanda meydana gəlib. Daha sonra İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayılıb. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya olub.

Şahmatın ilk ulduzları XIX əsrdə parlayıb: Andersen, Morfi, Rubinşteyn və Steynits. 

Şahmat üzrə ilk dünya çempionu isə Vilhelm Steynitsdir. Sonrakı çempionlar: Emmanuel Lasker, Xose Raul Kapablanka, Mixail Tal, Anatoli Karpov, Harri Kasparov və s. Sonuncu dünya çempionu hindistanlı Visvanathan Ananddır.

Kulis.az sizə şahmat haqqında ən maraqlı fikirləri təqdim edir: 

Şahmat haqqında deyirlər ki, həyat üçün çox uzundur, amma bu, şahmatın deyil, həyatın qüsurudur.
İrninq Çernyov

Şahmatın əsası onun nə olduğunu düşünməkdir.
Devid Bronsteyn

Şahmat taxtası insan zehninin gimnastika zalıdır.
Paskal

Şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var. 
Pyer Mak Orlan

Şahmat beyin işgəncəsidir.
Kasparov

Uduzan həmişə səhvdir. 
Panov

Şahmat bəşəriyyətin lənətidir. 
H.G.Uells

Şahmat analiz sənətidir.
Botvinnik

Mənə qalib gələn hər kəsə nifrət edirəm.
Liza Leyn

Yaxşı oyunçunun həmişə yaxşı şansı olur. 
Kapablanka

Yaşım artdıqca piyadalara daha çox dəyər verməyə başlayıram.
Keres

İçki-işləyənlərin lənətidir. Işləmək-içənlərin lənətidir. Şahmat isə düşünənlərin lənətidir. 
C. Ross

Piyadamı verməkdənsə, barmağımı verərəm.
Ruben Fayn

Şahmatdakı peşmanlıqdan daha böyük peşmanlıq yoxdur. 
H.G.Uells

Morfi bütün dahilərin ən yaxşısı idi.
Fişer

Rəqib şahın kəlləsi üçün heç bir əvəz böyük deyil. 
Koblentz

İki cür fəda var: doğru olanlar və mənimkilər.
Tal

Yumşaq qəlblisinizsə, şahmat oynaya bilməzsiniz.
Fransız atalar sözü

Ən yaxşısı rəqib daşlarını fəda etməkdir.
Tartakouer

Yaxşı gediş görəndə, gözləyin, daha yaxşısını axtarın. 
Em. Lasker

Daş itirməmək üçün çox oyunlar itirilib.
Tartokouer

Səhvlər taxtanın hər yanında edilməyi gözləyirlər.
Tartakouer

Şahmat taxtasında yalan və ikiüzlülük çox yaşaya bilməz.
Em. Lasker

Hiç yorum yok:

Yorum Gönder