31 Aralık 2014 Çarşamba

AFORIZMLƏR

• Qadın sirli ola bilər, kişi isə yalnız anlaşılmayan...

• Qadınlar heç vaxt anlamırlar ki, onlar sevilmək üçün yaradılıblar.

• Nikah hissiyyatın sakitliyi üçün faydalıdır. Sevginin sakitliyi üçün o faydasızdır.

• Taledən şikayət etməyin. Ola bilər ki, ona da sizinlə xoş deyil..

• Rəhm - bu nifrətin ən yüksək formasıdır.

• Yaddaş əzik səhifəyə oxşardır, hansı ki, heç nə ütüləməyəcək.

• Çoxlarının qorxduğu adam çoxlarından qorxmalıdır.

• Əsl düşmən səni heç vaxt tərk etməyəcək, dost da.

• Əgər rahat yatmaq istəyirsənsə, yatağına özünlə təmiz vicdan apar.

• Düşmənlər insanın kölgəsidir. İnsanın əməllərinin əhəmiyyətini bu kölgənin uzunluğu ilə ölçmək olar.

• Yaxşılara qarşı dost, pislərə qarşı isə zalım ol, qalanlara isə qanunları tətbiq et.

• Xoşbəxtliyi dadmanın yeganə çarəsi, onu bölüşməkdir, çünki səadət əkiz doğulur.

• Əvvəl ol, sonra sahib ol. Sən özünü çuxur et, su dolar içinə.

• Keçici hirslərimizlə qalıcı axmaqlıqlar edərik. Adını da "Qüsuruma Baxma" qoyarıq.

• Yaltaq nə özü, nə də özgələri haqqında yüksək fikirdə olmadıqı üçün yaltaqlıq edir.

• Hər kəs tərəfindən doğru qəbul edilən şey, böyük ehtimalla səhvdir.

Hiç yorum yok:

Yorum Gönder