1.Dağ dağa rast gəlməsə, deməli bu normal haldı.
2. Keçinin ölümü gələndə başını çobanın mobil telefonuna sürtər.
3. Keçəl suya getməz. Çünki evinə su çəkdirib.
4. Yeyərsən qaz ətini, görərsən ləzzətini. Əsas odur ki, quş qripi olmasın.
5. Dost dosta zəng gərək zəng, etməsə sms gərək.
6. Qəssab kontur axtarır keçi abunə hayında.
7. Dövlətdə dəvə, övladda dəvənin balası.
8. Gözəllik ondu, doqquzu pantalondu.
9. Day-day igidin yaraşığıdı.
10. Suyun lal axanı, adamın manitora baxanı.
11. Halva-halva deməklə sevgili görüşə gəlməz!
12. Meşədə armudun ən yaxşısını ayı yığıb mürəbbə bişirər.
13. Atı atın yanına bağlasan həmrəng olmasa da, bir dənə balaca at da peyda olar.
14. Dünənki cücə bugünki xoruza müğənnilik öyrədir.
15. İki eşşəyin arpasını bölə bilmirsənsə, ver arpanı eşşəklərin özlərinə, özləri öz aralarında böləcəklər.
16. Qonşu qonşu olsa evə "levi" işıq çəkdirmək olar.
17. Ölünün dalınca danışmazlar!Ölü eşidə bilər.
18. Dişləməyən çeynəməz.
19. Gözlər qəlbin aynasıdır, burun qəlbın vintilyasiyası , qulaqlar isə qəlbin krosnu antennası.
20. Palaza bürün İran sərhəddini keç.
21. Hər oxuyan "Yeni Ulduz" olmaz.
22. Qız ağacı-palma ağacı hər gələn bir daş atar. Qızın başı-gözü partlayar.
23. Bağa baxarsan bağ olar, baxmazsan qaçqınlar dolar.
24. Ot kökü üstə bitər. Asfaltda mərkəzi yolun ortasında.
25. Atan sarımsaq anan aci soğan. Sən hardan oldun "Miss Sweet-2007"?
26. Qaş düzəltdiyin yerdə vurdun linzanı saldın.
27. Burada mənəm, Bağdadda kor Səddam.
28. Dostunu mənə göstər, mən sənə deyim dostun kimdir.
29. Köhnə sauna-köhnə cakkuzi.
30. Qızım, sənə deyirəm, sakit, gəlnimiz eşitməsin.
31. Faiq Ağayev Samir Bağırova Samir Bağırov deməsə bağrı çatlıyar.
32. Çata gir tayını tap.
33. Allah dəvəyə qanad versəydi, dəvəquşu adını dəyişib inəkquşu eliyərdi.
34. Keçəl dərman tapsaydı, səhiyyə naziri həbs olunmazdı.
35. Uşağı buyurma, özün yüyür.
36. İmpotentin bir oğlu oldu, vurdu arvadın gözün çıxardı.
37. Gecə bəzəyi-Avropa oteli bəzəyidi.
38. Xeyirsöyləməzə dedilər xeyir söylə, dedi: "Mənnən məzələnirsiniz?!"
39. Ağac bara getdikcə, başını polis idarələrinə salar.
40. Könlü balıq istəyənin quyruğu akvariumda gərək.
41. Arvadın sözünə qulaq as. Qulağında "nauşnik"lə.
42. Çörəyi ver çörəkçiyə, de ki, çəkisi azdı.
43. Aslanın erkəyi dişisi olmaz. Aslanlar mavidirlər?
44. Arxalı köpək qurdu salar KPZ-yə.
45. Qara kişmişı cibə tökərlər, ağ ayranı itə. Kişmişin ayrana nə dəxli var?
46. Qara qızın problemi var.
47. Müğənni ulduz görməsə ölməz.
48. İt hürər karvan keçər. Karvanın yuxarıda adamı var.
49. Bağda ərik var idi salam-əleyk var idi. Bağda ərik qurtardı, əncir yetişdi.
50. Sevgi sevən mərd olar, sevməyən namərd olar. Sevəsən ayrılasan, bax bu yaman mırt olar. . .
51. Qız evi restoran danışır, oğlan evinin xəbəri yox.
52. Soğan yeməmisənsə niyə it iyi verirsən?
53. Od olmayan yerdə kabab bişirmək olmaz.
54. Səndən hərəkət, məndən bərəkət. ( Vergilər imkan versə)
55. Anasına bax qızını al, atasına bax maşınını.
56. Röya zənciyə qara demiş, zənci gülməkdən ölmüş.
57. Torpaq deyər- Öldürmə məni, firla məni balalarının başına. . .
58. Kasıb öləndə molla məzuniyyətdə olar.
59. Batırmayan bəbəyə pampers yoxdur.
60. Ayı qandı-kürd qandı.
61. Pişik balasını acından yeyər.
62. İt itin ayağını pedikür eləməz.
63. Qarğa, məndə kakos var.
64. Ətini yesəm də, kartofunu sənə saxlayacam.
65. Su meymunun boğazına qədər qalxanda akvalanq paltarı geyinər.
66. Meymun baxdı güzgüyə, makiyaj elədi.
67. Cəhənnəmə gedən özü ilə kondisioner aparır.
68. Tələsən tıxaca düşər.
69. Qudurasan qurbağa, başlayasan saçlarını burmağa.
70. İgid ölər bankda pulu qalar.
71. Təzə ay çıxanda köhnəni ulduzlarla barter edərlər.
72. Ağa Nəzərəm, Mersedesdə gəzərəm.
73. Yaxşı dost ad günündə tanınar.
74. Stamatoloq verən atın dişinə baxmazlar.
75. Rüqzakda pişik var.
76. Yaxşı at özünə tatiurovka döydürməz.
77. Borclu borclunun mobil telefonunu əlindən alar.
78. Tənbələ dedilər, qapını ört, tənbəl pultu basdı qapı örtüldü.
79. İlanı yuvasından çıxarırlar, yuva plana düşüb.
80. İlanın ağına da lənət, qarasına da. Mavisi ilə işin olmasın Avropa Şurasına şikayət edər.
81. İlan vuran kabeldən qorxar.
82. Dünya bir plastik pəncərədi, almağa pulu çatmayan gələr, baxar gedər.
83. Karın könlündəki, korun qulağındakı.
84. Dərə xəlbət, tülkü makler.
85. Bala "baunty"dən şirindi.
86. Hay-hayla gələn İbrahim Tatlısəslə gedər.
87. Yaxtan olunca bəxtin olsun.
88. Qadın yıxan evi heç bələdiyyə də yıxmaz.
89. İgid odur atdan düşə atlana, igid odur kreditə yox, nəğd ala.
90. Ver yeyim, ört yatım, gözlə adım çıxmasın.
Hiç yorum yok:
Yorum Gönder