Beynəlxalq nəqliyyat əməliyyatları
fənnindən
Mühazirə.
Mövzu 1
Fənnin məqsədi və vəzifələri.
Plan :
1. Giriş .
2. Fənnin əhəmiyyəti .
3. Məqsədi və qısa
inkişaf tarixi.
4. Beynəlxalq nəqliyyat
əlaqələri haaqında anlayış.
Ədəbiyyat :
1. Z.S.Məmmədov
“XXI əsr iqtisadi inkişafın nəqliyyat fasktoru “ Bakı 2002.
2. E.Ə.Əliyev “ Beynəlxalq nəqlıiyyat daşımalarının konvension təsbiti “
Bakı 2
1.Giriş
XX əsrdə dünya iqtisadiyyatında baş vermiş inqilabi
dəyişikliklərin ana xəttini dinamik
inkişaf təşkil etmişdir .
Ekspertlərin hesablamasına görə ötən yüzillikdə dünya üzrə ümumi daxili
istehsal 19 dəfə, əhalinin sayı isı 4 dəfə artmışdır. Keçən yüzillikdə dinamik
inkişaf edən sahələrdən biri nəüliyyat olmuşdur. Bu dövrdə cəsarətlə demək olar
ki, nəqliyyat sektoru öz inkişaf surəti , miqyasına görə bütün əsrlərə bərabər
yol keçmişdir. Nəqliyyat sektorunun mühüm infrastruktur kimi formalaşması başa
çatmış , onun təkmilləşməsi istiqamətində inqilabi dəyişikliklər aparılmışdır.
Bir cəhəti də qeyd etmək lazımdır ki, nəqliyyat sektorunun inkişafı bütövlükdə
iqtisadiyyatın inkişafının güclü faktoruna çevrilmişdir. Əgər XXI əsr su
nəqliyyatının genişlənməsi və dəniz yolarının yeni – yeni ərazilərə çəkilməsi
ilə xarakterizə olunurdusa XX əsr nəqliyyatın yeni – yeni sahələrinin yaranması
, bütövlükdə iqtisadiyyatın bu sektorun sürətli inkişafı ilə fərqlənir.
Avtomobil daha çox maliyyə , texniki,
əmək resursları cəlb edən bir sahəyə çevrilmişdir.
Dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat sektoruna
müstəqilliyin qorunmasının mühüm faktoru kimi baxılır. Bir sözlə nəqliyyat
qloballaşan dünyanın ən fəal, dinamik strukturundan birinə çevrilir.
Şərqlə qərbin qovşağında yerləşən, unikal coğrafi , geosiyasi
şəraitə malik olan Azərbaycan dünya iqtisadiyyatının nəqliyyat sektorunda baş
verən proseslərdən kənarda qalmamışdır. XIX əsrdə Bakı-Tbilisi, Şimal –Cənub
dəmir yolunun çəkilməsi, neft sənayenin inkişafı ilə əlaqədar olaraq Xəzəedə
gəmiçilik imkanları genişlənmişdir.
2.Fənnin əhəmiyyəti.
Bazar iqtisadiyyatı şəraitində dünya ölkələri arasında gedən
inteqrasiya prosesinin inkişafında başqa iqtisadi amillərlə yanaşı , nəqliyyat
faktoru mühüm əhəmiyyət kəsb edir.
Nəqliyyatın dünya ölkələrinə iqtisadi inkişafında “FƏQƏRƏ” sütunu
rolunu oynayır . Lakin XX əsrin sonunda və XXI əsrin əvvəllərində dünya
ölkələri arasında iqtisadi əlaqələrin daha geniş vüsət alması nəqliyyatın yeni
qlobal problemlərinin aşkar olmasına təsir göstərmmişdir.
Bu bir həqiqətdir ki, nəqliyyat təkcə yük və sərnişin daşınması
əməliyyatlarını yerinə yetirmir, eyni zamana təbii və əmək resurslarının
istehsal dövrüyyəsinə cəlb olunmasında,
məhsuldar qüvvələrin inkişafında , istehsal sahələrinin ərazi üzrə
səmərəli səmərəli təşkilində, əhalinin məskunlaşmasında, şəhər və kəndlərin
əmələ gəlməsində əsas faktor rolunu oynayır. Müasir şəraitdə bütün dünya
ölkələrində 100 milyondan çox əhali nəqliyyatın müxtəlif sahələrində çalışır.
Xüsusilə XX əsrin sonunda dünyanın siyasi xəritəsinə yeni qrup müstəqil dövlətlərin
daxil olması və həmin dövlətlərin sərbəst şəkildə dünya iqtisadiyyatına
qovuşması müasir şəraitdə ölkələr arası yük axınlarının intensivləşməsinə təsir
göstərməklə nəqliyyatın iqtisadi səmərəliliyini artırmışdır. Ölkələrarası
iqtisadi əlaqələrin səmərəliliyinin yüksəldilməsi və yük axınlarının
tənzimlənməsinin təmin olunması hər bir nəqliyyat sahəsində beynəlxalq
normalara uyğun təkmilləşdirilmə işlərinin aparılmasını tələb edir.
3.
Fənnin məqsədi və qısa inkişaf tarixi.
Dövlətlərin yerləşdiyi məkandan asılı olmayaraq ,ölkələr çalışır
ki, özünün istehsal etdikləri sənaye və kənd təaərrüfatı məhsullarını daha
səmərəli yollarla dünya bazarına çıxarsınlar və yüksək səviyyədə gəlir əldə
etsinlər.
Bu baxımdan nəqliyyatın müasir problemlərini dünya ölkələri ilə
qarşılıqlı əməkdaşlıq fəaliyyəti olmadan həll etmək qeyri mümükündür. Bu proses
dünyanın bütün ölkələri ərazisində fəaliyyət göstərən nəqliyyatın hər bir
sahəsindən səmərəli istifadə olunmağı tələb edir.
XX əsrin sonunda bütün dünya ölkələri üzrə ümumi yük
dövrüyyəsinin 62%-ni, dəniz nəqliyyatının 16%-i dəmir yolu, 14%-i boru kəməri,
8%-i avtomobil , 3%-i isə daxili su yolları təşkil etmişdir. Lakin XXI əsrdə
elmi – texniki tərəqqinin sürətli inkişafına başqa sahələrdə olduğu kimi,
nəqliyyatın müxtəlif sahələrinə şikayət etmiş, onun elmi texniki potensialının
yüksəldilməsinə təsir göstərir. Ən başlıcası isə iqtisadi inteqrasiyanın geniş
vüsət aldığı bir şəraitdə istər sürət , istərsə də yük götürmə baxımından
müasir həyatın tələblərinə cavab verə bilən müasir texnologiyanın prinsiplərinə
əsaslanan maşın və avadanlıqlarının istehsalının həyata keçirilməsi əsas
şərtlərdən hesab edilir.
4.Beynəlxalq nəqliyyat
əlaqələri haqqında anlayış.
A.R-nın dünya iqtisadiyyatına qovuşması və dünya ölkələri ilə gedən
inteqrasiyaprosesində yerini müəyyən etmək üçün müasir baxımdan nəqliyyat
sahələrinin təhlil olunması olduqca vacibdir. Avrasiya ölkələri mərkəzi mövqe
tutan Azərbaycanın əlverişli nəqliyyat sisteminə malik olması dünya ölkələrinin
marağına uyğun olan səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə əlverişli
zəmin yaradır. Eyni zamanda tarixi “İpək yolu”-nun bərpası TASİS və TRASEKA
proqramlarının həyata keçirilməsi üçün respublikanın nəqliyyat sistemi mühüm
əıhəmiyyətə malikdir.
Hələ 1998-ci ilin sentyabr ayında Bakı şəhərində tarizi “İpək
yolu”-na həsr olunmuş beynəlxalq əhəmiyyətli konfransda Respublikanın
Prezidenti H.Əliyev qeyd etmişdir : Əminəmki
tarix böyük “İpək yolu”-nun bərpası məsələlərinin müzakirəsi , konfransımızın
nəticələri və yekunları milli və regional nəqliyyat sektorlarının , beynəlxalq
iqtisadi əməkdaşlığın , inkişafın, Avrasiya məkanında sülhün tərəqqinin
möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcəkdir.
Hazırda Azərbaycan 143
dünya ölkəsi ilə ticarət əlaqələri yaratmışdır. Bu sahədə də nəqliyyatın xüsusi
rolu vardır.
Mövzu 2. Nəqliyyat xarici iqtisadi fəaliyyət sahəsində.
Plan:
1.
Nəqliyyat iqtisadi fəaliyyətin sahəsi kimi.
2.
Nəqliyyatın inkişaf tarixi.
3.
Beynəlxalq nəqliyyat sisteminin formalaşması
4.
Dünya nəqliyyatının sərnişin dövriyyəsinin
strukturu, %-lə.
1.
Nəqliyyat iqtisadi fəaliyyətin sahəsi kimi.
Nəqliyyat bəşər cəmiyyətinin inkişaf tarixində mühüm rol oynayan
faktorlardan biridir. Nəqliyyatın inkişafı cəmiyyətin inkişafı ilə əlaqəli
olmuş, istehsal sahələrinin inkişafında və məhsuldar qüvvələrin formalaşmasında
təsir edici amillərdən biri olmuş, daim təkmilləşmiş və formalaşmışdır.
Nəqliyyatın inkişafında və onun sahələrinin formalaşmasında tarixən yer
kürəsinin ayrı-ayrı regionlarının, dəniz və okeanların öyrənilməsi nəticəsində
və həmin ərazilərə gediş-gəlişin təmin olunması zərurətindən irəli gələrək
nəqliyyatın ayrı-ayrı sahələrinin inkişafına daim diqqət artırılırdı. əgər
cəmiyyətin inkişafında maddi nemətlər istehsalı üçün məhsuldar qüvvələrin
inkişafı zəruri sayılırdısa, istehsal olunmuş məhsulların daşınması üçün
nəqliyyat sahələrinin inkişafı tələb olunurdu. Lakin qeyd etmək lazımdır ki,
dünya nəqliyyatının formalaşmasında ayrı-ayrı dəniz və quru yollarının müəyyən
olunmasında görkəmli səyyahların çox böyük xidmətləri olmuşdur. Xüsusilə dünya
dəniz yollrının açılmasında Avropanın dəniz sahili ölkələrində dənizçiliyin
inkişafı ilə əlaqədar olaraq, dənizçilikdə uzun illər qazandıqları təcrübələr
əsasında dünyanın müxtəlif ölkələrinə səyahət etmiş və yeni dəniz yollarının
açılmasında nailiyyətlər qazanmıdılar. Avropa səyyahlarının xidməti
əvəzolunmazdır. Hələ orta əsrlərdə dünyanın Avropa ölkələri ərazisində yerləşən
adalara dəniz yolu açmaq və həmin adalarda yerləşən təbii sərvətləri istehsal
dövriyyəsinə cəlb etmək məqsədilə İrland səyyahlarının böyük xidmətləri
olmuşdur.
lX əsrin əvvəllərində Normand
səyyahı Erik Rijiy Şotlandiya, X əsrin sonunda isə İNgiltərəyə dəniz yolunun
açılması üçün öz səyahətlərini başa çatdırırlar.
Artıq Xlll əsrdə Portuqaliya
səyyahı, dənizçisi Henrix Atlantik okeanından gələrək Aralıq dənizinə daxil
olur. Bu dövürdən başlayaraq materiklərin daxili dənizlərə yeni yolların
açılması başlanır. Eyni zamanda Afrikanın şimal ərazilərinə dəvə karvanı
vasitəsi ilə daxil olaraq buranın təbii sərvətləri haqqında avropalılara ilkin
məlumatlar çatdırılır. XV əsrin əvvəlində dünya dəniz yolunun kəşfində böyük
xidməti olan , xüsusi dənizçilik məktəbi keçmiş görkəmli şəxslərdən biri də
Xristofer Kolumb olmuşdur. Onun əsas məqsədi Avropa ilə Asiya arsında
Hindistanadək böyük dəniz yolunu müəyyənləşdirmək olmuşdur.
1942-ci ildə kiçik heyətdən
ibarət dəstə ilə İspaniyanın Paloe limanından Hind okeanına yeni dəniz yolunu
kəşf etmək məqsədi ilə səyahətə çıxır.
20 oktyabr 1492-ci ildə Kubanın
sahillərinə gəlib çıxır. əslində isə Kolumb yeni torpaqlar kəşf edir. Dünya
iqtisadiyyatına böyük töhvələr verən sonradan Amerika adalndırılan ərazilər
idi. Dünya dəniz yollarının kəşfində böyük xidməti olan şəxslərdən biri Fermando
Magellon olmuşdur. Lakin bu sadəcə olaraq intibah dövründə dünya
iqtisadiyyatına təsir göstərə bilən yeni dəniz yollarının açılamsı dünya
ərazisi haqqında tam məlumat verməklə ölkənin iqtisadiyyatına təsir göstərə
bilən təbii resursların yerləşdiyi ərazilərin müəyyən olunmasında mühüm
əhəmiyyət kəsb edir.
Dünya iqtisadiyyatının
inkişafında və dünya ölkələri arasında əlaqələrin yaradılmasında quru yolların
müəyyən olunması da mühüm əhəmiyyətə malik idi. Qədim zamanlarda başlamış
sənayeləşmə dövrünə qədər yer kürəsinin quru ərazilərinə müxtəlif səyyahların
getməsi ayrı-ayrı regionlara çıxış yollarının müəyyənləşdirilməsi haqqında
məlumatlar toplanmaqla yanaşı mühüm xammal ehtiyyatlarının yerləşdiyi ərazilər
haqqında tamtəsəvvür yaranırdı. Quru yollarının müəyyən olunması, dəniz
yollarının müəyyən olunması qədər çox çətinliklərlə başa gəlirdi.
Yer kürəsinin quru
ərazilərinin öyrənilməsində, ölkələrarası yolların müəyyən olunmasında böyük
xidməti olan səyyahlardan biri də Marko-polo olmuşdur. O, Avropa ölkələrindən
başlamış Mərkəzi, Şərqi və Cənubi Asiya ölkələrində olmuş, Çinlə-Orta Asiyanı
birləşdirən Böyük İpək yolunun birləşməsinə gəlib çıxır. O səyahətinin ikinci
dövründə Cənubi Asiya ölkələrinə və İran körfəzi sahillərinə gələrək bütün bu
ərazilərdə olan yolların xəritəsini tərtib etmişdir.
Dünya ölkələrinin iqtisadi
inkişafında tədqiq edilmiş hər bir ərazinin təbii iqtisadi şəraitinin müəyyən
olunması və bu əsasda həmin resurslarının istehsal dövriyyəsinə cəlb olunması
üçün məhsuldar qüvvələrin inkişafı dövrün tələblərinə cavab verəcək səviyyədə
formalaşırdı.
2.
Nəqliyyatın inkişaf tarixi.
Dünya iqtisadiyyatının inkişafında XlX əsrin axırı XX əsrin əvvəllərində
məhsuldar qüvvələrin təsiri daha intensive hal almağa başlamışdır. Xüsusiilə
dünyanın iqtisadi cəhətdən inkişaf etmiş Avropa ölkələrində İngiltərə, Fransa,
Almaniya, İtaliya və gigər ölkələrdə sənayeləşmənin sürətli inkişafı
ölkələrarsı iqtisadi əlaqələrin yaranmasında mühüm rol oynayan nəqliyyatın
əvvəlki primitiv formasından yeni sənaye dövrünün tələblərinə uyğun şəkildə
inkişafını tələb edirdi.
XX əsrdə dünya
iqtisadiyyatının inkişafında bir sıra social-iqtisadi amillərlə yanaşı
nəqliyyat faktoru da mühüm rol oymamışdır. Dünya ölkələrinin təbii
resurslarından istifadə etmək üçün əvvəlki primitive nəqliyyatdan fərqli olaraq
ölkələrarsı iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayan dəmir yolu, dəniz
nəqliyyatı, avtomobil nəqliyyatı, boru kəmər və hava nəqliyyatı inkişaf
etdirilməsi iqtisadi inkişafa müsbət təsir göstərir. Dəniz nəqliyyatından daha
səmərəli istifadə etmək məqsədilə və dəniz yollarının qısa məsafələrdən
keçməsini təmin etmək üçün yeni xammalların çəkilməsi diqqət mərkəzinə
yönəldilmişdir.
XX əsrin sonunda dünya
ölkələrində qədim inteqrasiya prosesləri özlüyündə nəqliyyatın sahələr üzrə
intensive inkişafını tələb edirdi. Bu dövür üçün kütləvi yüklərin uzaq
məsafələrə daşınmasında dəmir yoluna daha çox üstünlük verilirdi. XlX əsrin
sonunda XX əsrin əvvəllərində dünya ölkələri üçün dəniz nəqliyyatı ilə yüklərin
daşınması daha səmərəli hesab olunurdu. Yəni dünya ölkələrində yük tutumu daha
çox və intensiv hərəkətə malik olan tankerlərin istehsalının həyata keçirilməsi
dəniz nəqliyyatı ilə yük daşınmanın xüsusi çəkisinin başqa nəqliyyat sahələrinə
nisbətən artmasına zəmin yaratdı. 2000-ci ildə dünya ölkələri üzrə ümumi yük
dövriyyəsinin 16%-i dəmir yolu, 62%- idəniz nəqliyyatı, 8%-i avtomobil
nəqliyyatı, 11%-i boru kəmər, 3%-i daxili sular təşkil etmişdir.
Dünya nəqliyyatın inkişafı
yalnız yük və sərnişin daşınmasına əməliyyatlarını yerinə yetirilir, eyni
zamanda yük milyonlarla əhalinin işlə təmin olunmasında, quruda və suda olan
zəngin təbii resursların istehsal dövriyyəsinə cəlb olunmasında, əhalinin
məskunlaşmasında, şəhərlərin, qəsəbələrin, kəndlərin formalaşmasında mühüm
sənaye və nəqliyyat qovşaqlarının, limanların inkişafında mühüm iqtisadi
əhəmiyyət kəsb edir.
XXl əsrin əvvəllərində
yuxarıda qeyd olunan sahələrin daha qlobal xarakter alması və nəqliyyatın dünya
ölkələrinin iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alıb,
müasir tələblər baxımından təhlil və tədqiq olunması olduqca vacibdir.
3.
Beynəlxalq nəqliyyat sisteminin formalaşması.
Dünyanın nəqliyyat yolları və
nəqliyyat vasitələri dünya nəqliyyat sistemini təşkil edir. O, əsasən XX əsrdə
yaranmışdır. Bu sistemdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin və
həmçinin regionların nəqliyyat sistemini xüsusilə qeyd etmək lazımdır.
Şimali Amerikanın regional
nəqliyyat sistemi daha yüksək səviyyədə inkişaf etmişdir. Dünya nəqliyyat
yollarının uzunluğunun 30%-i bu regionun payına düşür. Bu rəqəm avtomobil və
boru kəməri nəqliyyatında daha yükdəkdir. Şimali Amerika bütün növ nəqliyyat
yük daşınmalarında birinci yerdədir.Avropa Şimali Amerikadan yüklərin daşınması
məsafəsinə görə geri qalır, ancaq onu yolların sıxlığına görə qabaqlayır.
Dünya nəqliyyat xəttlərinin
10%-i MDB ölkələrinin payına düşür. Ancaq MDB yük daşınmalarının həcminə görə
dünyada birinci yeri tutur. Hər il bütün nəqliyyat növləri ilə 100 milyard
tondan çox yük və 1 trilyon sərnişin daşınır. Bu daşınmalarda 650 min
avtomobil, 40 min dəniz gəmiləri, 10 min təyyarə reysi, 200 min dəmir yolu
lokomoyivləri iştirak edir və bu rəqəmlər ilbə-il artır.
Son dövrlərdə dünyanın
nəqliyyat sistemində güclü keyfiyyət dəyişiklikləri baş verir. Beləki,
elektirikləşmiş dəmir yolları çoxalmışdır. Bərk asvalt örtükləri avtomobil
yolları artır. Boru kəmərlərinin diametri artmışdır.
Yük və sərnişin daşınmanın
qurluşu müxtəlif nəqliyyat növləri üzrə dəyişir. Aşağıda yük dövriyyəsinin
quruluşunun dəyişməsi verilmişdir:
Yük dövriyyəsinin dəyişməsi , %-lə
Nəqliyyat növləri
|
1950
|
1970
|
1980
|
1996
|
2000
|
0520
|
Dəmir yolu
Avtomobil
Daxili su nəqli.
Dəniz nəqli.
Neft boru kəməri
Qaz kəməri
Hava nəqliy.
Cəmi yük daşınmalar,trln
|
30,8
7,5
5,6
51,9
3,1
1,1
0,1
6,9
|
18,9
8,0
3,0
62,7
5,0
2,3
0,1
28,9
|
14,5
6,9
2,5
67,5
6,0
2,5
0,1
47,6
|
15,0
9,3
2,7
61,1
8,2
3,6
0,1
48,7
|
15,1
10,1
2,8
69,3
8,6
4,0
0,1
50,8
|
15,2
10,3
3,0
68,5
8,8
4,1
0,1
55,9
|
Dünya yük dövriyyəsində dəniz nəqliyyatı liderlik edir, getdikcə
dəmiryolu nəqliyyatınin xüsusi çəkisi getdikcə azalır və boru kəməri
nəqliyyatının payı isə getdikcə yüksəlir. Dəniz nəqliyyatının əsas yükləri
əsasən maye və torpaq halında olan yüklərdir:
Neft-1000, neft məhsulları
300, dəmir filizi 340, daş kömür 370, dənlilər 250 ( mln ton il ərzində)
Dünya yük daşınmaların ın əsas
xüsusiyyətlərindən biri ondan ibarətdir ki, son dövrlər yüklərin daşınmasında
konteynerlərdən geniş istifadə edilir. Dünyada daşınan yüklərin 40%-ə qədəri bu
vasitələrdən istifadə edilməklə həyata keçirilir. Dəniz nəqliyyatı ilə dəmir
yolu nəqliyyatı arasında və konteyner daşıyan yük avtomobilləri arasında sıx
əlaqəli yük daşınmaları həyata keçirilir.
XX əsrin ikinci yarısında
xarici ticarətin, turizmin, elmin, mədəni, social və digər münasibətlərin
genişlənməsi, əhalinin ölkələr arası hərəkətinə güclü təsir göstərmişdir.
Sərnişin daşınmalarında minik
avtomobilləri liderlik edirlər. onun sərnişin daşınmasında xüsusi çəkisi
hazırda 60%-dən yuxarıdır. Hava nəqliyyatı ilə sərnişin daşınmaları dəmiryolu
daşınmalarına sürətlə yaxınlaşır və onu yaxın perspektivdə ötməlidir.
4.Dünya nəqliyyatınının sərnişin
dövriyyəsinin strukturu, %-lə.
Nəqliyyat növləri
|
1950
|
1970
|
1980
|
1996
|
2000
|
2005
|
Dəmir yolu
|
25.6
|
15.2
|
11.8
|
10.2
|
10.3
|
10.1
|
Avtomobil
|
71.4
|
77.2
|
79.0
|
79.9
|
78.9
|
78.9
|
O cümlədən: fərdi
|
56.8
|
60.5
|
60.0
|
61.1
|
61.3
|
61.5
|
Daxili su yolu nəqliyyatı
|
0.6
|
0.5
|
0.4
|
0.4
|
0.4
|
0.4
|
Dəniz nəqliyyatı
|
0.8
|
0.3
|
0.3
|
0.3
|
0.3
|
0.3
|
Hava nəqliyyatı
|
1.2
|
6.7
|
8.5
|
9.2
|
10.1
|
10.3
|
Sərnişin daşınması,trln
sərnişin - km
|
2.5
|
8.0
|
14.2
|
18.1
|
20.3
|
22.8
|
Dünya nəqliyyatının inkişafı beynəlxalq iqtisadi münasibətlərin
inkişafına müsbət yəsir edən əsas amillərdəndir. Nəqliyyat eyni zamanda
məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində də çox böyük rol oynayır.
Mövzu 4. Beynəlxalq
dəmiryol yük daşınmalarının təşkili.
Plan.
1.
Azərbaycan Respublikasının dəmiryol nəqliyyatının tarixi inkişaf
prinsipləri.
2.
Respublikanın daxili iqtisadi rayonları üzrə dəmiryolu ilə təmin
olunma səviyyəsi
3.
Beynəlxalq dəmiryol yük və sərnişin daşınmaların təmin olunma
səviyyəsi.
4.
Beynəlxalq dəmiryol yük və sərnişin daşınmalara nəzarət və
onların rəsmiləşdirilməsi prinsipləri.
1.Azərbaycan
Respublikasının dəmiryol nəqliyyatının tarixi inkişaf prinsipləri.
Mal
və nəqliyyat vasitələrinin daşınması əsasən aşağıdakı kimi təsnif edilir və
onlara nəzarət etməklə sərhəddən keçirilərək rəsmiləşdirilməsi həyata
keçirilir:
a)
dəniz gəmilərinə gömrük
nəzarəti;
b)
çay gəmilərinə gömrük
nəzarəti;
c)
dəmiryol nəqliyyatına gömrük
nəzarəti;
d)
hava gəmilərinə gömrük
nəzarəti;
e)
avtomobil nəqliyyatına
gömrük nəzarət
Nəqliyyat sektoru dedikdə
hər bir ölkə daxilində fəaliyyət göstərən nəqliyyat sahələrinin qarşılıqlı
fəaliyyəti nəzərdə tutulur. Nəqliyyatın inkişaf etdirilməsi müasir şəraitdə
dünya ölkələrinin qarşısında duran vacib problemlərdən hesab edilir. Əlverişli
nəqliyyat sahələrinin inkişafı ölkələrin iqtisadiyyatına müsbət təsir etməklə
yanaşı, yeraltı və yerüstü təbii resursların istehsal dövriyyəsinə cəlb
olunmasına geniş imkanlar açır.
Azərbaycan Respubliklasının əlverişli
nəqliyyat sisteminə malik olması və dünya iqtisadiyyatına inteqrasiya olunması
üçün zəngin təbii resursların olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın
nəqliyyat sekyoruna tarixən neft sənayesinin inkişafı ilə əlaqəli olaraq dəmir
yolu başqa nəqliyyat sahələrinə nisbətən daha tez inkişaf etmişdir.
Azərbaycanda ilk dəfə 20 yanvar 1883-cü ildə Sabunçu-Suraxanı neft mədənləri
arasında uzunluğu 20 km
olan dəmiryolu çəkilmişdir. Azərbaycan Rusiyanın ucqar regionlarından olmasına
baxmayaraq burada olan fliz və qeyri-fliz təbii sərvətlərin Rusiyanın
bazarlarına daşınması üçün rus imperiyasının daim diqqət mərkəzində olmuşdur.
Rusiya üçün mühüm xammal bazası sayılan Azərbaycan neftini rusiya bazarına
daşınması məqsədi olə Çar Rusiyası tərəfindən Tblisi-Ağstafa-Bakı dəmiryolunun
tikintisi üçün sərancam verir. Həmin sərancam əsasında 1883-cü ildə Azərbaycan
daxilində 500 km
uzunluğunda Ağstafa-Bakı dəmiryolu istifadəyə verildi. Bu dəmiryolu vasitəsilə
Azərbaycanda istehsal edilən neftin 90%-i Rusiyaya daşınırdı. 1900-cü illərdə
Rusiyada istehsal və istifadə edolən neftin 95%-i Abşeron mədənlərinin payına
düşürdü.
XX əsrin əvvəllərindən başlayaraq
Bakı-Ağstafa dəmiryolu ətrafında yerləşmiş regionlarda istehsal olunan kənd
təsərrüfatı məhsulları kütləvi halda Rusiya bazarlarına ixrac olunurdu. Bunun
müqbilində Rusiyadan Azərbaycana hazır parça və digər istehlak malları
gətirilirdi. Bakı-Ağstafa dəmiryolu ilə sutqa ərzində 50-60 ton tutumlu iki və
dörd oxlu vaqonları olan 20 yük qatarı Rusiya bazaralrına göndərilirdi. 1901-ci
ildə Azərbaycan daxilində uzunluğu 211 km olan Bakı-Dərbənd dəmiryolu tikintisi
başa çatdırıldı.bu dəmiryolu Azərbaycanın neft rayonu ilə yanaşı Quba-Xaçmaz
kimi tərəvəzçilik və meyvəçilik iqtisadi rayonlarından keçirdi. Bu dəmiryolu
vasitəsi ilə Quba-Xaçmaz regionunda istehsal edilən kənd təsərrüfatı
məhsullarının Rusiyanın daxili bazarına ixrac olunmasına əlverişli zəmin
yaratmışdır. Eyni zamanda respublikanın qərb bölgələri ilə iqtisadi əlaqələri
inkişaf etdirmək məqsədilə Ələt-Mincivan-Culfa dəmiryolunun tikintisi
planlaşdırılır. 1925-ci ildə Ələt-Culfa yolunun Ələt-İmişli hissəsi, 1930-cu
ilin mayında 283 km
uzunluğunda Ələt-İmişli-Mincivan dəmiryolunun tikintisi başa çatdırıldı.
1936-cı ildə 39 km
uzunluğunda Mincivan- Qafan dəmir yolu tikintisi istifadəyə verilir. Böyük
Vətən Müharibəsi illərində Ələt-Mincivan-Culfa dəmir yolu istifadəyə verilir.(445 km). 1939-cu ildə
Osmanlı-Astara dəmir yolunun (125
km) tikintisi 1941-ci lidə başa çatdırıldı. Həmin dəmir
yolundan uzunluğu 35 km
olan Salyan-Neftçala köməkçi dəmir yolu çəkilir. 1934-cü ildə çirakidzor-
kükürd yataqlarının istifadəyə verilməsi liə əlaqədar olaraq Gəncə-Aşıqlı
əlaqələndirici dəmir yolu 22
km uzunluğunda istifadəyə verilir. Mingəçevir SES-in
inkişafı ilə bağlı Mingəçevir-Yevlax (19 km) əlaqələndirici dəmir yolu çəkilir.
1963-65-ci illərdə Yevlax-Bərdə-Ağdam dəmir yolu, 1978-ci ildə xankəndinə qədər
uzadıldı (105 km).
1985-ci ildə Yevlax-Şəki-Balakənd dəmir yolu (162 km). Həmin ildə
Bakı-Ağstafa magistral yolundan Sığırlı-Çölgöylər (Şamaxı rayonu) 15 km. 2000-ci ilin
məlumatına görə respublika ərazisində ümumi dəmir yolunun uzunluğu 2100 km təşkil edir. Ümumi
dəmir yolunun 68% magistral,32%-i köməkçi dəmir yolu təşkil edir. Respublikada
fəaliyyət göstərən dəmir yolunun 54%-i elektirikləşdirilmiş yollar təşkil edir
2.
Respublikanın daxili iqtisadi rayonları üzrə dəmiryolu ilə təmin olunması
səviyyəsi.
Ərazinin nəqliyyatla təmin olunmasını müəyyənləşdirmək üçün dəmir
yolunun ümumi uzunluğunu əraziyə bölüb minə vurmaqla hər 1000 kv.km əraziyə
düşən dəmir yolu müəyyənləşdirilir.
Aparılan təhlilə əsasən Respublika üzrə
ümumi dəmir yolunun 2000-ci liin məlumatına görə 39,6%-i Kür-Araz, 78%-i
Şəki-Zaqatala, 18%-i Abşeron, 10%-i Gəncə-Qazax, 8,4% Naxçıvan MR, 7,4%
Quba-Xaçmaz, 8,4% Şamaxı-İsmayıllı, Lənkəran-Astara və Yuxarı Qarabağ
rayonlarının payına düşür. Hər 1000 kv.km əraziyə düşən dəmir yolu Abşeron
iqtisadi rayonunda 63,2 km,
Naxçıvan MR-da 32,2 km,
Şəki-Zaqatalada 27,9 km,
Kür-Arazda 32,4 km,
Quba-Xaçmazda 21,5 km,
Gəncə-Qazaxda 17,4 km,
Lənkəran-Astarada 19 km,
Yxarı Qarabağda 6,2 km,
Şamaxı-İsmayıllıda 1,2 km
təşkil edir.
Dəmir yolunun əhaliyə görə təminatına
iqtisadi rayonlar üzrə bir o qədər kəskin fərq müşahidə olunmur. Respublika
üzrə orta hesabla hər 1000 nəfərə 0,4 km dəmir yolu düşdüyü halda, Abşeron
iqtisadi rayonunda həmin göstəriciyə müvafiq olaraq 0,2 km, Naxçıvan MR üzrə 0,7 km, Kür-Arazda 0,6 km qalan iqtisadi
rayonlar üzrə 0,2 km
təşkil edir. Azərbaycanda 2000-ci ildə bütün nəqliyyat növləri ilə daşınan
yükün 18,4%-i dəmir yolu nəqliyyatının payına düşür.
3.Beynəlxalq dəmir yol
yük və daşınmaların təmin olunma səviyyəsi.
Azərbaycan ərazisi üzrə dəmir yolu ilə
təmin olunması hər 1000 kv.km 21
km təşkil edir. MDB ölkələri ilə müqaisədə həmin
göstəricilər müvafiq olaraq Ukraynada 37,6 km, Moldovada 43,1 km, Belarusiyada 26,5 km, Gürcüstanda 21 km, Rusiyada 5,0 km, Özbəkistanda 7,8 km, Qazaxstanda 5,2 km, Qırğızstanda 1,8 km, Tacikstanda 3,2 km, Türkmənistanda 4,3 km təşkil edir.
Baltikyani ölkələrdə Litvada 30,8
km, Latviyada 37,3 km, Estoniyada 22,3 km təşkil edir.
Avropa ölkələrinə gəldikdə isə hər 1000
kv.km əraziyə düşən dəmir yoluna görə ölkələri iki qrupa ayirmaq olar. Birinci
qurup ölkələrə hər 1000 kv.km 50 km-dən 100 km və çox dəmir yolu düşən, ikinci qrup
ölkələrə isə hər 1000 kv.km əraziyə 20 km-dən 50 km-dək dəmir yolu düşür.
Birinci qrup ölkələrdə; Belçika 114
km, Çexiya və Slovakiyada 102 km, Macarıstanda 83,5 km, Almaniyada 86,1 km, Avstriyada 75,5 km, Fransada 62,6 km, İtaliyada 65,0 km, Danimarkada 63,7 km, Böyük Britaniyada 69,3 km dəmir yolu düşür.
Asiya ölkələrində isə dəmir yolunun
iqtisadi göstəriciləri Avropadan xeyli geri qalır. Yaponiyanı çıxmaq şərti ilə
(hər 1000 kv.km əraziyə 75,8
km dəmir yolu düşür). Qalan bütün ölkələr ərazinin
nəqliyyatla təmin olunmasına görə ikinci qrupa aid edilir. Türkiyədə hər 1000
kv.km-ə 197 km
Koreyada 31,4 km,
Çində 5,5 km,
İranda 4,6 km,
Hindistanda 19,5 km,
Vyetnamda 7,6 km
dəmir yolu düşür.
Ərazinin dəmir yolu ilə təminatında
Amerikada aparıcı yeri ABŞ, Kanada və Meksika ölkələri təşkil edir. ABŞ-da hər
1000 kv.km əraziyə 20,2 km,
Kanadada 19,4 km,
Meksikada isə 13,4 km
təşkil edir.
Dəmir yolunun əhali üzrə təminatında MDB
ölkələri arsında kəskin fərq müşahidə edilmir. Qazaxstanda hər 1000 nəfər
əhaliyə 1,0 km,
Rusiyada 0,6 km,
Ukraynada 0,4 km,
Belarusiyada 0,5 km,
Özbəkistanda 0,2 km,
Gürcüstanda 0,3 km,
Moldavada 0,3 km,
Qırğıstanda 0,1 km
tacik və Türkmənistanda 0,7
km təşkil edir.
4.Beynəlxalq dəmiryol yük və sərnişin daşınmalara
nəzarət və onların rəsmiləşdirilməsi prinsipləri.
Mal və nəqliyyat vasitələrinin sərhəddən keçirilməsi zamanı
rəsmiləşdirməni həyata keçirmək üçün aşağıda qeyd edilən nəzarət formaları
həyata keçirilir:
1)
mal və nəqliyyat
vasitələrinin sənədləri yoxlanılır;
2)
mal və nəqliyyat
vasitələrinə gömrük baxışı keşirilir;
3)
mal və nəqliyyat vasitələri
müayinə edilir.
Dəmir yol nəqliyyatı ilə yük və sərnişin
daşınmalarına nəzarət və rəsmiləşdirmə əməliyyatları üzrə standartalr nəzərə
alınmaqla, tərəf-dövlətlər məlumatların dəqiqliyinə nail olmaq məqsədilə əsas
bəyannamənin təqdim edilməsini tələb edirlər.
Dəmir yolu ilə daşınan yüklərin gömrük
rəsmiləşdirilməsi zamanı gömrük orqanlarının və dəmir yolunun qarşılıqlı
münsibətlərinin müvəqqəti texnologiyası təqdim olunur. Bu texnologiyada
yüklərin gömrük nəzarəti altında daşınması şərtləri, yüklərin gömrük ərazisinə
gətirilməsi zamanı rəsmiləşdirilməsi üçün sərhəd stansiyasının işçililəri
tərəfindən gömrük orqanının vəzifəli şəxslərinə yükün gəlməsini çatdırmalıdır.
Məlumatlar iki nüsxədə ötürmə cədvəllərinin, həmcinin daşınma və müşayiət etmə
sənədini gömrük orqanına verilməsini təmin edir. Gömrük orqanının vəzifəli
şəxsi ötürmə cədvəllərinin hər iki nüsxəsinin yuxarı sağ küncündə aşağıdakı
formada ştamp vurur:
Sənədlər gömrük tərəfindən qəbul edildi
saat 17:30-da
Dəmir yol stansiyasına qaytarıldı saat
18:10-da
Gömrük orqanının vəzifəli şəxsinin imzası
Dəmir yolu stansiyası işçisinin imzası
Ştampın nömrəsi
Ötürmə cədvəlinin bir nüsxəsi əlavə
sənəödlərlə birlikdə gömrük orqanında saxlanılır. Digər nüsxə stansiyanın
əməkdaşına qaytarılır.
Gömrük orqanının vəzifəli şəxsləri ötürmə
stansiyasının əməkdaşları ilə birlikdə nəzərdə tutulmuş müddətdə daşınma
vasitələrinin sayını, nömrələrini, plombların vəziyyətini, yükün vəziyyətini və
s. yoxlayır. Sonra akt tərtib olunur. Aktda yük tam “rəsmiləşdirilibdir”
yazılır.
Mövzu 6. Beynəlxalq aviasiya yük daşınmalarının
təşkili.
Plan:
1. Azərbaycanda hava nəqliyyat sektorunun
inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu.
2. Azərbaycanın MDB respublikaları ilə aviasiya
sərnişin və yük daşımaların təşkili
3. Azərbaycan Beynəlxalq ölkələrlə hava yolları
əlaqələri, bu ölkələrlə sərnişin və yük daşınmaların təşkili.
4. Beynəlxalq hava daşınmaları hüququnun konvension
təsbiti.
5. Beynəlxalq hava yük daşınmaların
rəsmiləşdirilməsi prinsipləri.
1.
Azərbaycanda hava nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili
əlaqələrdə rolu
Respublikanın
əlverişli coğrafi məkanda yerləşməsi başqa nəqliyyat sahələri kimi, hava
nəqliyyatının inkişafına təsir göstərmişdir. Azərbaycan ərazisində ilk təyyarə
1918 – ci ildə uçuş etməklə hərbi xarakter daşımışdır. Respublika “Zaqafqaziya”
aksionerinin yaranmasından sonra hava nəqliyyatının inkişaf dövrü başlanmış və
birinci dəfə poçt və sərnişin daşınması Bakı – Tiblisi arasında 8 yanvar 1924 –
cü ildə həyata keçirilmişdir. 1931 – ci ildə Bakıda ilk yeni hava limanının
tikintisinə başlandı və 1933 – cü ildə Yevlaxda 2 – ci hərbi xarakter daşıyan
hava limanının tikintisi başa çatdırıldı. 1937 – ci ildə müstəqil olaraq Bakı –
Moskva hava xətti istifadəyə verildi. Hər gün Bakı – Moskva hava xətti ilə 15
sərnişin və poçt hər iki istiqamətdə daşınılırdı.
İkinci dünya müharibəsinə qədər respublikada sərnişin və poçt
daşınmaqla yanaşı, tibbi yardım, k/t – da ziyanvericilərə qarşı hava
nəqliyyatından geniş istifadə olunurdu.
Son illərdə respublika miqyasında
hava nəqliyyatı ilə sərnişin və xalq təssərrüfatı yüklərinin daşınmasında TU –
154, TU – 134 B, K – 10, Boinq təyyarələrindən istifadə olunur. Hava nəqliyyatı
ilə sərnişin və xalq təsərrüfatı yüklərinin daşınmasında bir sıra çətinliklər
olmasına baxmayaraq son 15 – 20 il ərzində sərnişin daşınması 3 dəfə, yük
daşınması isə 5 dəfədən çox artmışdır. Son ilin məlumatına görə hava nəqliyyatı
ilə daşınan cəmi sərnişinlərin 9,2% - i respublikanın daxili rayonlar arasında,
90,8% - i isə respublikadan kənara daşınmışdır. Kənar ölkələrə hava nəqliyyatı
ilə daşınılan sərnişinlərin hesablamalara görə 52% - i respublikadan göndərilən
sərnişinlər, 48% - i isə respublikaya gələn sərnişinlər təşkil edir.
Respublikaya
kənar ölkələrdən tez xarab olan malların daşınması məqsədə uyğun hesab olunur.
Bir tərəfdən xarab olan məhsulların itkisini azaltmağa, əlavə yük vurma – yük
boşaltma xərclərini, həmçinin digər nəqliyyat növlərinə nisbətən boş dayanma
hallarının qarşısını almış olar. Həmçinin vaxta qənaət etməklə vaxt itkisinin
qarşısı alınar. Beləki Bakı şəhərindən Rusiyanın ən ucqar şəhəri olan
Xabarovskiyə bir başa sürətlə gedən qatarla 151 saata gedilirsə, təyyarə ilə
həmin məsafəni 15 saata, Alma – Ata şəhərinə 70 – 7 saata, Daşkəndə 59 – 7
saata çatmaqla vaxta uyğun olaraq 141 və 54 saat qənaət etmiş olarıq.
Beləliklə
Azərbaycan şəraitində hava nəqliyyatı ilə sərnişin və xalq təsərrüfatı
yüklərinin daşınması 3 istiqamətdə inkişaf etmişdir.
1)
Respublikanın daxili
iqdisadi rayonları ilə;
2)
MDB üzvü olan
respublikaların şəhər və rayonları ilə;
3)
Beynəlxalq və yaxud xarici
ölkələrlə olan əlaqələri
1) Respublikadaxili
əlaqələr – daxili hava yollarının ümumi uzunluğu 3500 km olub, bütün hava
4,8% - i təşkil edir. O, cümlədən Bakı – Naxçıvan (330km), Bakı – Ağdam –
Fizuli (330 km),
Bakı – Yevlax (250 km),
Bakı – Lənkəran (330 km),
Bakı – Zaqatala (360 km),
Bakı – Naftalan (250 km),
Bakı – Xocalı (350 km),
Bakı – Şəki (320 km),
Naxçıvan – Gəncə, Bakı – Gəncə və s. ibraətdir. Respublika daxili rayonlararası
sərnişin daşınmada əsasən AN – 26, YAK – 40, TU – 154 təyarələrindən istifadə
olunur.
2000 – ci ildə respublikadaxili
daşınan sərnişinlər ümumi daşınan sərnişinlərin 31% - ni təşkil etmişdir.
Respublikadaxili daşınan sərnişinlərin 29% - i Bakı – Yevlax, 23,.6% - i Bakı –
Gəncə, 7,5% - i Bakı – Naxçıvan marşurutların payına düşmüşdür.
- Azərbaycanın MDB
respublikaları ilə aviasiya sərnişin və yük daşımaların təşkili
Azərbaycanın son illər MDB
respublikaları ilə iqtisadi əlaqələri aktivləşməklə yanaşı, hava nəqliyyatı ilə
yük və sərnişin daşınması tempi yüksəlmiş və hava nəqliyyatı əlaqələrinin
coğrafi yanaşı genişlənmişdir.
XX əsrin son 10 ilində Azərbaycan
MDB – nin 70 – dən çox şəhər və rayonları ilə hava nəqliyyatı ilə əlaqə
yaratmışdır və daşınan ümumi sərnişinlərin 46%, o cümlədən respublikadan
göndərilən sərnişinlər 59%, gələnlər isə 41% təşkil edir.
Yüksək sərnişin gərginliyi Bakı –
Moskva, Bakı – Yekaterinburq, Bakı – Sankt Peterburq, Bakı – Krasnodar və di
gər
şəhərlərarası sərnişin daşınmalarında müşahidə olunmuşdur. MDB respublikalarına
daşınan sərnişinlərin 44% - i Bakı – Moskva marşurutunun payına düşür.
- Azərbaycan
Beynəlxalq ölkələrlə hava yolları əlaqələri, bu ölkələrlə sərnişin və yük
daşınmaların təşkili
Azərbaycan müstəqillik qazandıqdan sonra əldə olunmuş müstəqillik
bir sıra iqtisadi amillərlə yanaşı dünyanın inkişaf etmiş və inkişaf etməkdə
olan ölkələri ilə beynəlxalq münasibətlərin formalaşmasına zəmin yaratmışdır.
Əvvələr hava nəqliyyatı əlaqələri SSRi tərəfindən idarə olunduğundan Azərbaycan
müstəqil hava yollarına malik deyildi. 1990 – cı ildən sonra müstəqil hava
yollarına nail olmaqla bir sıra xarici ölkələrlə sərbəst şəkildə dünya bazarına
çıxmaq imkanı qanzandı. İndiki şəraitdə Azərbaycanın Avropa, Asiya, Amerika,
Avstraliya ölkələri ilə hava nəqliyyatı vasitəsilə əlaqələri yaradılmışdır.
1999 – cu ildə respublikanın hava nəqliyyatı ilə sərnişin daşımanın 52% - i
xarici ölkələrin payına düşmüşdür. Ən gərgin sərnişin daşınan marşurutlar Bakı
– İstanbul, Bakı – Tehran (25%), Bakı – Ankara (30%), Bakı – Kiş (4%), Bakı –
Teləviv (7%), Bakı – Dehli (3%), Bakı – Karau (7%), Bakı – Dubay və s.
marşurutlarda müşahidə edilmişdir.
Eyni zamanda şərq ölkələri ilə əlaqələrin formalaşmasında Bakı –
Dəməşq, Bakı – Məşhəd, Bakı – Oman, Bakı – Qahirə, həmçinin Avropanın əksər ölkələrinin
mərkəzləri ilə hava marşurutları fəaliyyət göstərir.
Dünyanın müasir hava limanlarının
təhlili göstərir ki, bütün dünya ölkələrində 34 – dən çox nəhəng hava limanları
fəaliyyət göstərir. İl ərzində dünya ölkələrində sərnişin daşınması 40 milyon
sərnişindən – 60 milyon sərnişin daşınmaya malik 5 ədədi, 20 milyon sərnişin
daşınmadan – 40 miliyon sərnişin daşınmaya malik 15 ədəd, 15 milyondan – 20
milyon sərnişin daşıyan 14 hava limanları mövcuddur.
- Beynəlxalq hava
daşınmaları hüququnun konvension təsbiti.
Azərbaycan Respublikası üçün nəqliyyat, o cümlədən də aviasiya
nəqliyyatı sahəsində daha sıx əməkdaşlıq üçün, həm nəqliyyat bazarlarının
açılması, həm də müasir dövlətlərin bazar iqtisadiyyatı prinsiplərinin inkişafı
üçün çox mühüm əhəmiyyət kəsb edir. Regionlar səviyyəsində bu məsələlər son
illərdə keçirilimiş ayrı – ayrı beynəlxalq nəqliyyat konfranslarında, məsələn:
Nəqliyyata dair ümumavropa konfransının (Krit mart 1994 – cü il; Helsinki iyun
1997 – ci il), BMT AİK nəqliyyat və ətraf mühitə dair konfransının (Vyana
noyabr 1997 –ci il) Bəyannamələrində, İnfrastruktur məsələləri üzrə nazirlər
səviyyəsində konfransın (Nyu – Dehli oktyabr 1996 – cı il) və 1997 – 2006 – cı
illər üçün Asiya – Sakit okean regionunda infrastrukturun inkişafı üzrə hərəkətlər
planı haqqında Dehli konfransının, “Avropa – Qafqaz – Asiya” dəhlizinin
inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında sazişin imzalanması ilə başa çatan
tarixi İpək yolunun bərpası üzrə Bakı Beynəlxalq konfransının (sentyabr 1998 –
ci il) qərarlarında, Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizi” nin yaranması
üçün təsis olunmuş və qəbul olunmuş müxtəlif beynəlxalq – hüquqi sənədlərdə öz
əksini tapmış və təsbit edilmişdir
- Beynəlxalq hava
yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri
Hava
gəmilərinə Gömrük nəzarəti və onların rəsmiləşdirilməsi Beynəlxalq mülki
aviyasiya barədə 1944 – cü il Çikaqo Konvensiası ilə reqlamentləşdirilir. Bu
konvensiya ilə nəzərdə tutulan vəsiqə və digər sənədlərin yoxlanmasını təşkil
edə bilər. Konvensiyanın 29 – cu maddəsinə görə belə sənədlərə ekipajın hər
üzvünə şəhadətnamə, yollanmış və təyinat məntəqəsi göstərilməklə bütün
sərnişinlərin soyadlarının siyahısı, yük üçün manifest və ətraflı bəyannamə,
bort lurnalı, bort radiostansiyası siyahısı üçün icazə aid edilir.
Bununla bərabər Konvensiya hava
gəmilərinə gömrük nəzarətinin daha geniş beynəlxalq – hüquqi reqlamentasiyasını
nəzərdə tutur. Bu Konvensiyaya görə nəzərdə tutulur ki, tərəfdaşlar elə şərait
yaratmalıdır ki, rəsmiləşdirilmə prosedurları hava nəqliyyatına xas olan sürət
üstünlüyünə xələl gətirilməsin, odur ki, aşağıdakı sənədlərin vahid formaları
müəyyən edilir:
a) əsas (baş) bəyannamə. Bu
bəyannamədə digər məlumatlarla birgə hava gəmisinin istismarçısı, onun milli
mənsubiyyəti, qeydiyyat nişanları, reysin nömrəsi, tarix uçub getmə məntəqəsi,
uçub gəlmə məntəqəsi, uçuş marşurutu, ekipaj üzvlərinin ümümi sayı, uçuş
mərhələsində sərnişinlərin sayı göstərilir;
b) yük cədvəlləri, bu cədvəldə hava
gəmisinin istismarçısı, yüklənmə məntəqəsi, yükü boşaltma məntəqəsi, qaimə
nömrəsi, yerlərin sayı, yükün növü qeyd olunur;
v) sərnişinlərin hava gəmisinə
mindirilmə və düşürülmə kartları;
q) Ekipaj üzvlərinin şəhadətnaməsi,
azuqə ehtiyyatı; hava gəmisi qəbul edilərkən gəmi kapitanından bu sənədlər
tələb olunur; əsas bəyannamənin 3 nüsxəsi, yük cədvəlinin 3 nüsxəsi, bort
ehtiyatları siyahısının 2 nüsxəsi. Uçuşa hazırlandıqda isə əsas bəyannamənin 2
nüsxəsi, yük cədvəlinin 2 nüsxəsi, bort ehtiyyatı siyahısının 2 nüsxəsi tələb
olunmaqla rəsmiləşdirilir.
Mövzu 7:
Gömruk sistemində yüklərin Respublika sərhədindən
çıxaran zaman gömrük baxışından keçirilməsi.
Plan:
1. Nəqliyyat vasitələrinin Resublika sərhədindən çıxaran
zaman gömrük qanunvericiliyi;
2. Yüklərin R-ka sərhədindn
çıxaran zaman gömrük baxişindan keçirilməsi;
3. Yüklrin gömrük
ərazisinə gətirən zamanı gömrük rəsmilşdirilməsi qaydasi;
4. Yüklərin Az. R-dan
kənara aparılması zamanı gömrük rəsmiləşdirilmsi qaydası;
- Nəqliyyat vasitələrinin Resublika sərhədindən
çıxaran zaman gömrük qanunvericiliy.
Gömrük Məcəlləsi muəyyən edir ki, nəqliyyat vasitələrinin Az.
R-nın gömrük sərhədindən keçirilməsi gömrük bəyənnamsində göstərilən konkret
gömrük rejiminə uyğun olaraq reallaşdirilir.
Həm əmtəə kimi gömrük sərhdindən keçirilən nqliyyat vasitələri,
həm də sərnişin və yüklərin beynəlxalq daşinmasinda istifadə olunan nəqliyyat
gömrük qanunvericiliyinin tənzimlnməsinin predmentidir.
Nəqliyyat vasitələri, Az. R-nın gömrük sərhədindən onlar barəd
tətbiq olunan gömrük rejiminə uyğun olaraq keçirilir.
Az. R-nın gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri,
həmçinin mal qismində Az. R-nın gömrük sərhədindən keçirilən nəqliyyat
vasitələri Az. R-nın gömrük orqanı tərəfindən müəyyən olunana yerdə
saxlanılmalıdır.Bu tələbə riayyət etmədikdə Az. R-sı gömrük orqanı nəqliyyat
vasitələrini məcburi saxlamaq hüququna malikdir.Nəqliyyat vasitələri saxlama
müddəti daşıyıcı ilə birlikdə Az. R-sı gömrük orqanı tərəfindən müəyyən olunur və gömrük nəzarətinin gömrük
rəsmiləşdirilməsinin zərərinə olaraq azaldıla bilməz.
Nəqliyyat vasitələri saxlanıldıqlari yerdən ancaq Az. R-sı gömrük
orqanının icazəsi ilə yola düşə bilər.
Daşıyıcı nəqliyyat vasitələrinin Az. R-nın gömrük sərhədindən
keçirilməsi vaxti və yeri Az. R-nın müvafiq gömrük orqanı ilə razılaşdırılır.
Gömrük Məcəlləsinə görə nəqliyyat vasitələrinin daşıyıcısı:
1)
məsi vaxtınGömrük sərhədindən keçirilı və yerini gömrük orqanı
ilə razilaşdirmalidir;
2)
Sərhəddən keçirilən
nəqliyyat vasitəsini gömrük orqanlarının müəyyən etdiyi yerdə saxlamalidir.Bu
vəzifənin yerinə yetirilnəsi gömrük orqanlarına həmin nəqliyyat vasitəsinin
məcburi salanılması hüququnu verir;
3)
Nəqliyyat vasitəsinin dayanacaq yerini yalniz gömrük orqanının
icazəsi ilə tərk etməlidir.
Gömrük rəsmiləşdirilməsi və nəzarəti aparılarkən nəqliyyat
vasitəsinin dayanacaq muddəti daşiyici ilə razılaşdırılmaqla gömrük orqanı
tərəfindən müəyyən olunur.Bu zaman gömrük rəsmiləşdirilməsinin bütün məsələləri
nəzərə alinir.
2.
Yüklərin R-ka sərhədindn çıxaran zaman gömrük baxişindan
keçirilməsi.
Yük dedikdə - marşurutla, vaqonla, konteynerlə və kiçik həcimdə dəmiryolu ilə daşınan və ya
daşınmasi nəzərdə tutulan mallar nəzərdə tutulur.
Az. R-nın gömrük ərazisinə gətirilən və oradan aparılan bütün
yüklərgömrük rəsmiləşdirilməsindən keçirilməlidir.
Gömrük rəsmiləşdirilməsi qaydasi DGK-nin normativ sənədləri ilə müəyyən olunur.Gömrük orqanlarının və
dəmiryolunun qarşılıqlı münasibətləri
qaydası hüquqi – normativ aktlarla müəyyən olunur.
Yüklərin gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsində nəzərdə
tutulmuş müddətlərdə icra olunur.Yüklərin gömrük rəsmiləşdirilməsi gömrük
orqanlarının razılığı ilə yüklərin müvəqqəti saxlanc anbarlarinda
yerləşdirilməsi və ya faktiki yerləişdirilməsi ilə dəmir yolu şöbələri
tərəfindən təsis olunmuş müvəqqəti saxlanc anbarları DGK-nin tələblərinə uyğun
təchiz olunmalıdır.
Gömrük rəsmilşdirilməsi başa çatmış yüklərin iki gömrük orqanı
arasında daşınması gömrük nəzarəti altında daşınmasını icra edən dəmir
yollarının məsuliyyəti ilə icra olunur.Gömrük nəzarəti altında daşınan yüklər
gömrük orqanlarinin vəzaifəli şəxslərinin öz səlahiyyətləri daxilində
verdikləri qərarın icrası dəmir yolunun işçiləri üçün vacibdir.Dəmir yolu
tərəfindən yüklərin gömrük nəzarti altında daşınması yüklrin daşınması
qaydalarına beynəlxalq yük daşınmaları haqqında müvafiq razılaşmalara uyğun
olaraq Gömrük Məcəlləsinə riayyət
olunmaqla həyata keçirilir.Dəmir yolu tərəfindən yüklərin gömrük nəzarti
altında nəqli texniki vəziyyəti yüklrin saxlanılmasını təmin edən
vaqonlarda və konteynerlərdə hyata keçirilir.
Göndərən gömrük orqanı adı daşıma müddətlrinə əsaslanaraq,
dəmiryolunun nəzərdə tutulan marşurut
imkanlarını və başqa şərtlərini nzrə alaraq yükün təyinat gömrükxanasına çatma
müddətini təyin edir.Dəmiryolu normal daşınma və saxlanma şəraitində təbii aşınma
və ya azalma istisna olunmaqla, qablaşdırma materillarını və mallari dəyişməmiş
vəziyətdə təyinat stansiyasına çadırmağa və yükün çatdırılması barədə muvafiq
gömrük orqanına məlumat verməyə borcludur.
Dəmiryolu ilə yüklərin gömrük nəzarəti altında daşınması zamanı
gömrük ödənişlərinin ödənilmsinin təmin olunması təlb olunmur.
3.
Yüklərin gömrük ərazisinə gətirən zamanı gömrük rəsmilşdirilməsi
qaydasi.
Az. R-nın gömrük ərazisin yüklərin gətirilməsi zamanı gömrük
rəsmiləşdirilmsi, sərhəd stansiyasının işçilri tərfindən gömrük orqanının
vzifli şəxslərinin yükün xaricdən daxil oması haqqında məlumatlandırılmasi ilə
başlayır.Məlumatlandırma iki nüsxədə ötürmə cədvəllərinin, həmçinin, daşınma və
müşaət etmə sənədlrinin gömrük orqanlarına verilməsindən ibartdir.Gömrük
orqanını vəzifəli şxsi cədvələrinin hər iki nüxəsinin yuxarı sağ küncündə
aşağıdakı kimi ştamp vururlar:
“Sənədlər gömrük orqanı tərəfindn qəbul olunub ____ saat
______dəq gömrük orqanını vəzifəli
şəxsinin imzası _____________ dəmiryol işçisinin imzası ___________” ştamp.
Ötürmə cədvəlinin bu nüsxəsi gömrük məqsədləri üçün nzrdə tutulmuş malı müşaiyət edən
sənədlərin əlavə nüsxələri ilə birlikdə gömrük orqanında qalir, digər nüsxəsi
isə ötürmə cədvəli ilə birlikdə təqdim
olunmuş bütün səndlrlə stansiyanın əməkdaşına qaytarılır.
Sərhəd gömrük orqanının
vəzifəli şəxsi yuxarida göstərilən, idxal olunan yüklərin sndlrini yoxlayır, onlari qediyata alır və aşağıdakı
qrarlardan birini qəbul edir:
-
Yükün tam gömrük
rəsmiləşdirilməsi haqqında;
-
Yükün və sənədlərin alınması
və ya təkrar yoxlanılma aparılması haqqında;
-
Yükün gömrük nəzarəti
altında təyinat gömrük orqanına göndrilməsi haqqında.
DGK-nin muəyyən etdiyi hallarda,daxili gömrük
orqanlarında tam gömrük rəsmiləşdirilmsi üçün nəzərdə tutulmuş qayda və
müddətlərdə tam gömrük rəsmiləşdirilməsi sərhəd gömrük orqanında aparılır.
Yükün geri qaytarılmasi haqqında qərar dəmir yolu qaimsində yükün
adının altında səbəbi göstərilməklə “geri qaytarılmalıdır” ştampı ilə və ya anoloji yazı ilə göstərilir.
Yükün və onun sənədlərinin alınması və ya yükün
tkrar yoxlanlması haqqında qərar daşınma sənədlərində səbəbi göstərməklə
“baxılması qadağandır” ştamp ilə göstərilir.Ştamp və yazı gömrük orqanının
vəzifəli şəxsinin nömrəli şəxsi möhrü ilə təsdiq olunur.Bu halda stasiyanın
işçiləri ümumi formada akt tərtib edir.Yükün çatdırılması müddəti isə saxlanma
dövrünə müvafiq artırılır.
Xaricdən gəlmiş gömrük yükləri təyinat
stansiyalarında ümumi istifadə yerlərində olan müvəqqəti saxlanc anbarlarinda
yerləşdirilir və ya müvəqqəti saxlanc anbarı olan müəssisələrin keçid yollarına
verilir.
4.
Yüklərin Az. R-dan kənara aparılması zamanı gömrük
rəsmiləşdirilmsi qaydası.
Yüklərin Az. R-dan kənara aparılmasına gömrük rəsmiləşdirilməsi
başa çatdıqdan sonra icazə verilir.Yüklərin dəmir yolu il daşınmasına təhvil
verilməsindən əvvəl yük göndrən planlaşdırılan yükləmə gününə kimi əvvəlcədən
aşağıdaki sənədlri gömrük orqanlarına təhvil olunmalıdır:
-
yükün xaricə aparılması
məramı haqqında məlumat kimi daşınma qaydalarına muvafiq olaraq doldurulmuş
daşınma sənədləri;
-
bəyan olunmuş gömrük
rejiminə muvafiq olaraq yükün mümkün buraxılması haqqında qrarın qəbul
olunmasına imkan verən səndlər.
Gömrük orqanını vəzifəli şəxsi:
-
daşınma sənədlərini gömrük
orqanının muəyyən etdiyi aydada qeydə alir;
-
təqdim olunmuş sənədlri
yoxlayır;
-
yükün buraxılmasının
mümkünlüyü haqqında qərar qəbul edir;
-
müsbət həll olunduğu hallda
qaimənin birinci nüsxəsində, qaimənin və ya yol cədvəlinin əlavə nüsxələrində
bilavasitə yükün adının altında “yükləməyə icazə verilib” ştampı vurur, yaxud
analoji ifadəni yazır və nömrəli şəxsi möhrü ilə təsdiqləyir;
-
qaimənin və ya yol
cədvəlinin əlavə nüsxəsinin yuxarı sol küncündə “hömrük üçün nüsxə” qeydini
aparır;
-
tam gömrük rəsmiləşdirilməsi
üçün vaxt təyin edir.Gömrük rəsmilşdirilməsi zamanı yük müvqqəti saxlanc
anbarında və ya müəssisənin keçid yolunda yerləşdirilə bilər.
Gomrük orqanının vəzifəli şəxsi gömrük məcəlləsi
və DGK-nın normativ aktlarında nəzərdə tutulan əsasla olduqda yükləmə
əməliyyatları qadağan oluna bilər.
Yükləməyə icazə verilib ştamp əsasında dəmir yol
işçiləri qaimləri imzalayır və yükləmə üçün daşıma vasitələri ayırırlar.
Yük daşıma vasitəsinə yükləndikdən sonra, yük
göndrən YGB-ni, daşıma sənədlərini və gömrük rəsmilşdirilməsi və nəzarəti üçün
zəruri olan digər səndləri gömrük orqanına tqdim edir.Gömrük orqanının vəzifəli
şəxsləri müəyyən olunuş müddətlərdə yükün gömrük rəsmilşdirilməsini həyata keçirir və xaricə buraxilması haqqında
qərar qəbul edirlər.
Gömrük orqanının qərarı beynlxalq dəmir yolu
qaiməsinin “gömrük qeydləri” qrafasinda, göndərmə yolunun nəzrdə tutulmuş yol
cədvəlinin əlavə nüsxəsində və daxili nəqletmə sənədlərində dəmir yolu
qaiməsinin 4-cü qrafasinda “buraxilmasına
icazə verilir” ştampı ilə göstərilir.Bu sənədlərin yuxarı sağ küncündə
YGB-nin nömrəsi yazılır.Göstəriln ştamlar və yazılar gömrük orqanının vəzifəli
şəxsinin nömrəli şxsi möhrü ilə təsdiq olunur.
Gömrük orqanını vəzifəli şəxsləri gömrük və
daşınma sənədlərini yoxladıqdan sonra
yükün sərhəddən buraxılması haqqında son qərar qəbul edirlər.Bu qərar qəbul
olunduqdan sonra ötürm cədvəlinin hər iki nüsxəsin “buraxılmasına icazə
verilib” ştampı vurulur və gömrük orqanının vəzifəli şəxsinin şəxsi möhrü ilə
təsdiq olunur.Yükün xaric buraxılması haqqında qərar qəbul olunduqdan sonra daşınma
və müşaiət sənədləri sərhəd stansiyasının işçilərinə qaytarılır.Gmrük orqanın
işçilərində öturmə cədvəlinin surəti və yük ilə birlikdə daxil olmuş YGB-nin
4-cü vərəqi qalır.DGK-nin müvafiq əmri ilə təsdiq olunmuş daxili gömrük
tranziti haqqında əsasnamənin müvafiq bölmsinə uyğun olaraq yük sənədlərində
göndəriş gömrük orqanı tərfindən qoyulmuş gömrük qeydləri olduğu halda, ixrac
olunan yüklərin gömrük rəsmiləşdirilməsi YGB-nin 4-cü vərəqi olmadanda aparıla
bilər.Bu halda sərhəd gömrükxanaları tərəfindən tərtib olunana yüklərin Az.
R-dan faktiki ixracı haqqında jurnal və məlumatlardan YGB-nin nömrəsi
yazıldiqdan sonra “yoxdur” qeyd olunur.
Mövzu 8:
Gömrük rəsmiləşdirilməsi qaydaları.
Plan:
- Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri.
- Gömrük rəsmiləşdirilməsi icraatının yeri və vaxtı.
- Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt.
- Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil.
- Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası.
1.
Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri.
Gömrük
rəsmiləşdirilməsi-Mal və nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinin
tələblərinə uyğun olaraq müəyyən gömrük rejimi altında yerləşdirilməsi və bu
rejimin fəaliyyətinin bitirilməsi əməliyyatlarının məcmusudur.
Gömrük rəsmiləşdirilməsi həmçinin, mal və nəqliyyat vasitələrinin
Az-nın gömrük sərhədindən keçirilmsinə gmrük nəzarətinin təmin olunması və bu
cür keçirilməyə dövlət tənzimlənmə vasitələrinin tətbiq olunması məqsədi ilə
gömrük orqanının vəzifəli şəxsləri tərəfindən aparılan əməliyyatların məcmusu
kimidə anlaşıla bilər.
Gömrük rəsmiləşdirilməsi qaydaları həm Gömrük Məcəlləsinin
müddəaları, həmdə Az. R-sı Qanunvericiliyinin digər aktları ilə müəyyən
olunur.Qanunvericilik dedikdə,yalnız qanunlar deyil, həmdə Az. R-nin icra
hakimiyyəti orqanlarının, ilk növbədə DGK-nin qanun qüvvəli aktları nəzərdə
tutulur.
Məsələn: “Az. R-nın gömrük buraxılış məntəqələrindən istehsalat
və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilmsi
qaydaları üzrə təlimat”.
Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi qanunvericilik
aktları ilə yanaşı beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş normalarla da
həyata keçirilə bilər.Buna misal olaraq BYD kitabçası tətbiq olunmaqla
Beynəlxalq yük daşımaları Konvensiyası avtonəqliyyat vasitələri və
konteynerlərlə daşınan yüklərin rəsmiləşdirilməsinin tənzamlənməsində ümumi
qəbul olunmuş normalar kimi mühum əməhəmiyyət kəsb edir.
Maddə 124. Gömrük
rəsmilşdirilməsinin aparılması qaydası.
Gömrük rəsmiləşdirilməsi
bu Məcəllə və Az. R-nın digər qanunvericilik aktları, ocümlədn Az. R-nın gömrük
işini aparan icra hakimiyyəti orqanını normativ aktları ilə müəyyən olunmuş
qaydada aprılır.
Maddə 130. Gömrük
rəsmiləşdirilməsinin başlanması.
Bu Məcəllədə nəzərdə
tutulan ilkin əməliyyatların aparılması qaydasına riayyət etməklə, Az. R-sı
gömrük orqanının vəzifəli şəxsi konkret mallar və nəqliyyat vasitələrinin gmrük
rəsmiləşdirilməsini aparmağa hazır olduğunu bildirdiyi vaxtdan gömrük
rəsmiləşdirilməsi başlayır.
2.Gömrük rəsmiləşdirilməsi icra satının yeri və
vaxtı.
GM-nə görə gömrük rəsmiləşdirilməsi, bu iş üçün gömrük orqanını
fəaliyyət göstərdiyi, mal göndərən və ya müəssisənin, yaxud onun struktur
bölməsinin yerlşdiyi ərazidə, xüsusi müəyyən olunuş yerlrd icra olunur.Gömrük
rəsmiləşdirilməsi gömrük orqanının etdiyi iş vaxtı ərzind həayata
keçirilir.Gömrük orqanının iş rüjimi DGKilə razılaşdırılmalıdır.Bunula belə,
Gömrük Məcəlləsi gömrük rəsmiləşdirilməsini digər yerdə və gömrük orqanının iş
vaxtından kənar vaxtlarda da icra olunmasını mümkün sayır.Bunun üçün maraqlı
şxs gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının razılığını almalıdır və
bu halda meydana çıxan bütün xərcləri maraqlı şəxs ödəyir.Başqa yerlərdə iş
vaxtından kənar vaxtda da aparılan gömrük rsmilşdirilmələri üçün iki qat haqq
alınır.DGK ayrı-ayrı koteqoriyalı malların və nəqliyyat vasitələrinin
rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanına həvalə edə
bilr.Məsələn, DGK-nin 20/02/1998 tarixli 002 saylı əmri ilə idxal olunan aksizli
malların mərkəzləşdirilmiş qaydada gmrük rəsmiləşdirilməsini təşkil etmək,
aksiz markalarının tətbiqinə nzarəti gücləndirmək məqsədi ilə
fəaliyyət zonası bütövlükdə Az. R-nın gömrük ərazisi olan yeni struktur
vahidi – Aksiz gömrük postu yaradılmışdır.
Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən, idxal olunan
və gömrük ərazisindən keçiriln etlil spirtinin, alkaqollu içkilərin və tütün
məmulatlarının gömrük rsmiləşdirilməsini bu post həyata keçirir.
Gömrük rəsmiləşdirilməsinin yerinin və vaxtının müəyyən olunması
bir sıra faktorılardan asılıdır:
-
keçirilən malın xarakter
xassələri;
-
malların daşındığı nqliyyat
növü;
-
keçirilən malların
rəsmiləşdirildiyi gömrük rejimləri;
-
keçirilən malların mənşə
ölkəsi;
-
malların göndəricisinin,
yaxud alıcısının yerləşdiyi yer.
Gömrük rəsmiləşdirilməsi yerləri müvaviq gömrük
rejimləri üzrə hazırlanan təlimatlara da müəyyən oluna bilər.
Az. R-sı gömrük sərhədindən boru kəməri nəqliyyatı
və elektrik ötürücüsü xətləri üzrə keçirilən malların gömrük rəsmiləşdirilməsi
haqqında təlimat DGK-nin 03 iyun 1997-ci il tarixli 561 saylı əmri ilə tsdiq
olunmuşdur.
Dəmir yolu ilə daşınan yüklərin gömrük
rəsmiləşdirilməsi zamanı gömrük orqanlarının və dəmir yolunun qarşılıqlı
münasibətlərinin müvəqqəti texnalogiyasının təqribi nümunəsi 9 saylı əlavədə
göstərilir.
Əgər mallar gömrük sərhəddindən keçənədək iki və
daha çox nəqliyyat növündən istifadə olunursa, gömrük rəsmiləşdirilməsi
malların dodurulub – boşaldığı son yerin fəaliyyət zonasına daxil olduğu gömrük
orqanı tərəfindən icra olunur.
Əgər faktiki ixrac (idxal) dəniz nəqliyyatı ilə
həyata keçirilirsə, gömrük rəsmiləşdirilməsi dəniz nəqliyyatının yükləndiyi
əraziyə nəzarət edən gömrük orqanı tərəfindən icra olunmalıdır.
2.
Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt.
Gömrük rəsmiləşdirilməsi, malları göndərənin və ya
alanın yaxud onların struktur bölmlərinin yerlşdiyi yer üzrə Az. R-sı gömrük
orqanın fəaliyyət zonasında, bu iş üçün müəyyən olunuş yerlərdə və Az. R-nın
gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi Az. R-sı gömrük
orqanının iş vaxtında aparılır.
Az. R-sı gömrük orqanının razılığı ilə başqa
yerlərd və iş vaxtından kənar vaxtlarındada gömrük rəsmiləşdirilmsidə aparəla
bilər.
Az. R-nın gömrük işini aparan icra hakimiyyəti
orqanı ayrı-ayrı koteqoriyalı malların və nəqliyyat vasitələrinin gömrük
rəsmiləşdirilməsinin aparılmasını Az. R-nın müəyyən gömrük orqanına həvalə edə
bilər.
Mal və nəqliyyat vasitələrini gömrük sərhdindən
keçirən şəxslər, daşıyıcı, anbar sahibi, həmçinin mal və nəqliyyat vasitələrinə
münasibətdə səlahiyyətlərə malik digər şəxslər gömrük rəsmiləşdirilməsi yerinə daxil olmaq hüququna
malikdirlər.Gömrük orqanı onların iştirakını tələb etdikdə bu hüququ vəzifəyə
çevrilir, belə ki, bu mərhələdə adı çəkilən şəxslər gömrük rəsmiləşdirilməsi
zamanı bu orqanın vəzifəli şəxslərinə kömək etməlidirlər.Belə kömək dedik də,
GM-nin 132-ci maddəsində göstərilən əmliyyatlar, prob və nümunələrin
götürülməsi nəzərdə tutulur.
Maddə 126: Gömrük
rəsmiləşdirilməsində səlahiyyətli şəxslərin və onların nümayəndələrinin
iştirakı.
Mallar və
nəqliyyat vasitələri barədə səlahiyyətli şəxslər və onlarin nümayəndələri
gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər.
Az. R-sı
gömrük orqanının tələbi ilə göstərilən şəxslər və onların nümayəndələri gömrük
rəsmiləşdirilməsində iştirak etmli və gömrük rəsmiləşdirilməsinin aparılmasında
Az.R-sı gömrük orqanlarının vəzifəli şəxslərinə kömək etmlidirlər.
GM-nin 141-ci maddəsinin 3-cü bəndində və 171-ci
maddəsinin 5-ci bəndinə əsasən DGK-nin icazəsi ilə rəsmiləşdirməni aparan
gömrük orqanına bu orqanın vəzifəli şxslərinin bildiyi xarici dildə tərtib olunmuş
sənədlər təqdim oluna bilər.
3.
Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil.
Gömrük rəsmiləşdirilməsi Az. Dilində aparılır. Bu məcəllədə Az.
R-sı beynəlxalq müqavilələrində və Az R-nın gömrük işini aparan icra
hakimiyyəti orqanının normativ aktlarında
nəzərdə tutulmuş hallar istisna olunur.Bir dövltin ərazisində verilmiş
və hüquqi qüvvəsi olan sənədlər digər dövlətin ərazisində, beynəlxalq müqavilə
və sazişlərdə başqa hal nəzərdə tutulmamışsa, yalnız müəyyən olunmuş qaydada
təsdiq olunduqdan sonra istifadə oluna bilər.Məsələn, mülki, ailə-cinayət
işləri üzrə hüquqi münasibətləri və hüquqi yardım barədə 22 yanvar1993-cü ildə
qəbul olunuş Beynəlxalq Konvensiyaya görə, bu Konvensiyanın üzvü olan ölkələrin
birinin ərazisində sənədlər ona verilmiş səlahiyyətlər daxilində və müəyyən
olunmuş formada xüsusi səalhiyyətli orqan və ya təşkilat tərəfindən hazırlanmış
yaxud şəhadətləndirilmişsə, digər ölkənin ərazisində təsdiq olunması tələb
olunmur.Bu cür sənədlərə natarius təsdiqi yetrli olur.
Təcrübədə xarici sənədlərin şəhadətləndirilməsinin daha çox iki
üsulundan istifadə olunur: konsul leqallaşdırılması, apostil qoyulması.
Maddə 128: Gömrük
rəsmiləşdirilməsi və digər dövlət orqanlarının nəzarəti.
Az. R-nın
qanunvericiliyində nəzərdə tutulan hallarda Az R-nın gömrük sərhədindən
keçirilən mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilmsi baytarlıq,
fitosanitar, ekoloji və dövlt nəzarətinin digər növlri həyata keçirildikdən
sonra başa çatır.
Gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin təşkili Az
R-nın qanunvericilik aktlarına uyğun olmalıdır.
Az R-dan idxal – ixrac əməliyyatlarının tənzimlənmsi Qaydaları Az
R –nın Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 saylı fərmanı ilə təsdiq
olunmuşdur.30 mart 1998-ci il tarixli 691 saylı fərmanla onun bəzi müddəaları
dəqiqləşdirilmişdir.
İxrac-idxal əməliyyatlarının bu qaydalarda nəzrdə tutulmayan
digər formaları bütün rezidentlər tərəfindən sərbəst surətdə icra olunur.
5.Gömrük rəsmiəlşdirilməsinin sadələşdirilmiş
qaydası.
Gömrük sərhədindən keçirilən malların ayrı-ayrı kateqorialarının
gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş formada və prioritet qaydada aparıla
bilir.Bu mala katiqoriyalarına adətən təbii fəlakətlərin, qəzaların,bədbəxt
hadisələrin ləğv olunması tələb olunan mallar, canlı heyvanlar, tez xarab olan
mallar, radioaktiv maddlər,kütləvi informasiya məqsdləri üçün
məlumatlar.Həmçinin ali qanunvericilik, icarə və məhkəmə hakimiyyəti
orqanlarının ünvanına göndərilən və digər bu qəbildən olan mallar aid olunur.
Sadələşmiş gömrük
rəsmiləşdirilmsi qaydalarının şərtlərini DGK müəyyən edir.
Bu cür gömrük rəsmiləşdirilmısinin xüsusiyyətlərini açıqlamağa
çalışaq.
Bumalların rəsmiləşdirilməsinin
prioritetliyi – gömrük orqalarına təqdim olunduqdan sonra həmin malların
birinci növbədə rəsmiləşdirilməsidir.
Sənədləşdirilmiş qaydada mal müşayiət, nəqliyyat və digər
sənədlər – (əgər bu sənədlərdə daşıyıcının, mal göndərən və mal alan şəxslərin
barəsində və həmçinin malların özünün adı, mənşəyi, miqdarı və dəyəri barədə
mməlumatlar varsa), gömrük orqanlarına təqdim olunması ilə malların bəyan
edilməsinə yol verilir.
Əgər gömrük orqanlarında malların başqa adla , saxta sənədlərlə
keçirilməsini, təqdim olunana sənədlərin lazım olan məlumatları əks
edirmədiyini güman etməyə kifyyət qədər əsas varsa, onlar deklarantdan
çatışmayan məlumatları əks etdirən əlab sənədlər tələb edə bilərlər (bəzi
hallarda qoyulan tələbi özündə əks etdirən sərbəst yazılmış ərizədə kifayyt edə
bilər).
Maddə 131: Gömrük
rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası.
Təbii
fəlakətlər,qəzalar, bədbəxt hadisələr zamanı zəruri malların,canlı heyvanların,
tez xarab olan malların,radioaktiv maddəlrin, kütlvi informasiya məqsədləri
üçün məlumatların və digər materialların, Az. R-nın ali qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən
olan malların gömrük rəsmiləşdirilməsi güzəştli və sənədləşdirilmiş qayadada
icra olunur.
Gömrük
rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiq olunma halları və
şəraitəlr Az. R-nın gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.
Sənədləşdirilmiş qayda deklaranta xeyli vaxta qnaət etməyə imkan
yaradır.
Malları və nəqliyyat vasitəlri ilə gömrük rəsmiləşdirilməsi üçün
zəruri olan yük əməliyyatları və başqa əməliyyatlar (GM maddə 132) dedikdə
malların daşınması, çəkilməsi və ya miqdarının digər üsullarla tyini, malların
yüklənmsi, boşaldılması, başqa nəqliyyat vasitəsinə keçirilməsi, zədlənmiş
qablamaların düzəldilməsi, taranın açılması, qablaşdırılması, gömrük rəsmiləşdirilməsi
tələb olunan mal və nəqliyyat vasitələrinin yenidən qablaşdırılması, mal və
nəqliyyat vasitələrinin ola biləcəyi bina, iri həcmli qab və digər yerlərin açılması
və s. nəzərdə tutulur.
Mövzu 9.
Beynəlxalq avtomobil yükdaşımalarının təşkili
Plan:
- Azərbaycanda
avtomobil nəqliyyat sektorunun
inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu.
- Azərbaycanın MDB
respublikaları ilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaların
təşkili.
- Azərbaycanın
Beynəlxalq ölkələrlə avtomobil yolları ilə əlaqələri, sərnişin və yük
daşımalarının təşkili
- Beynəlxalq
avtomobil nəqliyyatı ilə yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri
1.
Azərbaycanda avtomobil
nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə
rolu
Azərbaycanın dünya
iqtisadiyyatına qoşulmasında digər nəqliyyat sahələri ilə yanaşı avtomobil
nəqliyyatınında mühüm rolu vardır. Yük daşımada avtomobil nəqliyyatından
əvvələr yalnız dağlıq ölkələrin ərazilərində qısa məsafələrdə istifadə
olunurdu, lakin son zamanlarda dünyanın inkişaf etmiş ölkələrdə avtomobil
yolarının texniki iqtisadi göstəricilərinin yüksəldilməsi və yük tutumu 30 – 40
tona qədər olan avtomobillərin istehsalı avtomobil nəqliyyatından istifadə
olunmasına geniş şərait yaratmaqla
daxili və xarici iqtisadi əlaqələrdə avtomobil nəqliyyatının iqtisadi
səmərəliliyinin artmasını təmin etdi. Odur ki, hazırda avtomobil yolarının
Beynəlxalq normalara uyğun inkişaf
etməsinə xüsusi diqqət yetirilir. Azərbaycanın avtomobil yolları istər
Beynəlxalq iqtisadi əlaqələrin inkişafında, istərsə də daxili rayonlar arası
yük və sərnişin daşınmasında mühüm əhəmiyyət kəsb edir. Son illərə dək
Azərbaycan ərazisində avtomobil yollarının texniki göstəriciləri dünya
standartına cavab vermirdi. Lakin son illərdə Azərbaycanın Beynəlxalq avtomobil
yolları konvensiy asına qoşulması
ilə bağlı yolların bir qismi Beynəlxalq standartlar səviyyəsinə
uyğunlaşdırılmışdır. Son illərin məlumatına görə respublika daxili ümumi
avtomobil yollarının 18,5% - i asvalt beton örtüklü, 20% - i qara örtüklü,
46,7% - i çınqıl örtüklü 14,8% - i isə qrunt yollardan ibarətdir. Yolların bu
strukturda olması ağır tonajlı yük avtomobillərinin hərəkətinnə cavab vermir.
Halbu ki, respublika ərazisinə sutka ərzində tutumu 20 – 30 ton olan 150 – 200
ədəd ağır tonajlı yük avtomobilləri daxil olur. Ərazidə maqistral avtomobil
yollarının örtük səviyyəsi müasir tələbələrdən aşağı səviyyədə olduğundan belə
yüklü avtomobillərin təzyiqinə davam gətirməyib qısa vaxt ərzində xarab olur.
Azərbaycanın Avrasiya ölkələri ilə inteqrasiyaya qoşulması daxili yük axınları
ilə yanaşı, tranzit yük axınlarının intensiv inkişafına şərait yaradan mühüm
faktordur, odur ki bu axınları tənzimləmək üçün respublika daxili maqistral
avtomobil yollarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi son
dərəcədə vacibdir. Azərbaycan ərazisində fəaliyyət göstərən avtomobil yolları
quruluşuna görə respublika və yerli əhəmiyyətə malik yollara ayrılır.
Respublika əhəmiyyətli avtomobil yollarının texniki səviyyəsi müasir dünya
göstəriciləri səviyyəsi tələbatdan aşağı olduğundan avtomabillər normadan artıq
yanacaq sərf olunması, ilə yanaşı onların daşıma əmsalı da xeyli aşağı düşür.
Son illərin məlumatına görə respublika əhəmiyyətli avtomobil yollarının 3%
birinci kateqoriyalı, 18% ikinci kateqoriyalı,
31% üçüncü kateqoryalı, 10% isə dördüncü kateqoryalı yollara aid edilir. Odur
ki, yaxın gələcəkdə respublikanın avtomobil yollarının 1 – 2 – ci kateqoryalı
yol səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Xüsusi ilə qədim “İpək
yolu”nun bərpası Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizlərinin Azərbaycan
ərazisində mərkəzləşməsi ölkənin “arteriya” sistemi olan bütün nəqliyyat
sahələrində, o cümlədən avtomobil yollarının bütün istiqamətlərdə bərpa
işlərinin başa çatmasını tələb edir. Yerli əhəmiyyətli avtomobil yolları
respublika ərazisində fəaliyyət göstərən ümumi avtomobil yollarının 64% – ni
təşkil edir. Respublika ərazisində yerli əhəmiyyətli yollar əsasən dördüncü və
beşinci kateqoriyalı yollar qrupuna daxil edilir. Ümumi yerli əhəmiyyətli avtomobil
yolları respublika ərazisində 16,6 min km təşkil edir. Ümumi əhəmiyyətli
yolların son ilin göstəricilərinə görə 9,8% - ı asvalt – beton, 19% - ı qara
örtüklü, 44,6% – ı çınqıllı örtüklü, 26,6% - ı isə qrunt torpaq örtüklü
yollardan ibarətdir. Respublikanın daxili, iqtisadi rayonları üzrə avtomobil
yollarının 2,2% - i Abşeron, 6,1% - i Gəncə, 8,6% - i Qazax, 7,7% - i Mil –
Qarabağ, 7,4% - i Muğan – Salyan, 17,6% - i Şirvan, 7,4% - i Şəki, 10,9% - i
Lənkəran, 7,2% - i Xaçmaz, 3,6% - i Arazboyu, 10,8% Kəlbəcər, 5,6% – i
Naxçıvan, 4,9% – i Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşür. Beləliklə
hər 1000 kv əraziyə orta hesabla Abşeron iqtisadi rayonu üzrə 112 km, Gəncədə 341 km, Qazaxda 302 km, Mil – Qarabağ 338 km, Muğan – Salyanda 284 km, Şirvanda 401 km, Şəkidə 184 km, Lənkəranda 441 km, Xaçmazda 220 km, Arazboyunda 501 km, Naxçıvanda 262 km, Yuxarı Qarabağda 244 km təşkil edir.
Avtomobil nəqliyyatının mühüm göstəricilərindən biridə yük və
sərnişin daşınmasıdır. Son ildə respublika daxilində daşınan cəmi yüklərin 47%
- i, Sərnişinlərin isə 84% - i avtomobil nəqliyyatı təşkil edir. Son illərdə
avtomobil nəqliyyatı təkcə Azərbaycanın daxili iqtisadi rayonları ilə deyileyni
zamanda MDB respublikaları və bir sıra xarici ölkələrlədə sərnişin və yük daşımaları
sistemində geniş əlaqələr yaratmışdır.
2.
Azərbaycanın MDB respublikaları ilə avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımaların təşkili
Azərbaycan keçmiş
SSRİ – nin demək olarki bütün respublikaları ilə sərnişin və yük daşınmalarında
avtomobil nəqliyyatı əlaqələri yaratmışdır. Bu əlaqələr daha çox Rusiya
Federasiyası, Gürcüstan, Ukrayna, Belarusiya, Qazaxıstan, Moldova, Özbəkistan
və digər MDB respublikaları ilə əlaqə yaratmışdır. MDB respublikaları ilə ümumi
sərnişin və yük daşımalarının 18,5%-ı Rusiyanın, 16,2% Ukraynanın, 18,3% - ı
Gürcüstanın, 12% - ı Belarusiyanın, 14,4% - ı Qazaxıstanın, qalan faizlər isə
digər MDB ölkələrinin hesabına olmuşdur.
Azərbaycanın avtomobil
yollarının ərazi təminatına görə MDB – nin bir sıra respublikalarından
irəlidədir. Azərbaycanda hər bir min kv. km. əraziyə orta hesabla 286,3 km bərk örtüklü
avtomobil yolu düşdüyü halda Rusya Federasiyasında müvafiq olaraq 38,2 km, Qazaxıstanda 38,2 km, Ukraynada 391 km, Belarusiyada 318 km, Özbəkistanda 149 km, Gürcüstanda 423 km, Moldovada 412 km, Qırğızıstanda 91 km, Tacikstanda 149 km, Türkmənistanda 37 km təşkil edir.
3.
Azərbaycanın Beynəlxalq ölkələrlə avtomobil yolları ilə
əlaqələri, sərnişin və yük daşımalarının təşkili
Hazırda Azərbaycan
140 dünya ölkələri ilə iqtisadi – siyasi əlaqələr yaratmışdır. Odur ki, bu
əlaqələrin yaranmasında nəqliyyat sahələrinin o cümlədən avtomobil
nəqliyyatının xüsusi rolu vardır. Müasir dünya ölkələrində aparılan
hesablamalara görə avtomobil yollarının ümumi uzunluğu 24200 min km təşkil
edir. Cəmi avtomobil yollarının 24,7% - ı Asiya, 45% - ı Amerika, 18,4% - ı
Avropa, 9,1%-i MDB, 0.6%-i Baltikyanı ölkələrin, 2.2%-i Afrika, Avstraliya və
Okeaniyanın payına düşür.
Azərbaycanda isə bütün kateqoriyalardan olan ümumi
avtomobil yollarının uzunluğu 35 min km təşkil edir. Hesablamara görə dünya
ölkələrində olan ümumi avtomobil yollarının 72%-i bərk örtüklü, 38%-i qrunt
yolların payına düşür.
Bərk ğrtüklü yolların əksər hissəsi ABŞ (5640 min
km), Yaponiya (1130 min km), Hindistan (830 min km), Çin (840 min km), Rusiya
(620 min km), Böyük Britaniya (350 min km), Almaniya (480 min km) payına
düşmüşdür.
4.
Beynəlxalq avtomobil nəqliyyatı ilə yük daşınmaların
rəsmiləşdirilməsi prinsipləri
Avtomobil nəqliyyatı yük daşımaları zamanı daşıyıcı tərəfindən gömrük
orqanlarına qaimə təqdim edilməsi ilə müşaiyət olunur. Bu qaimələrdə onların
tərtib edilmə yeri və tarixi; mal göndərənin adı və ünvanı; daşıyıcının adı və
ünvanı; yükün daşınmaya qəbul edildiyi yer; tarixi və təhvil veriməsi nəızərdə
tutulan yer; alıcının adı və ünvanı; yükün qəbul edilmiş şərti işarəsi və
qablaşdırma üsulu; təhlükəli yüklər daşındıqda isə onların istifadə olunan
şərti işarəsi; yük yerlərinin sayı; onların markalanma işarələri və nömrələri;
yükün brutto və başqa cür ifadə edilmiş kütləsi; daşınma xərcləri
göndərilməlidir.
Lazım olan hallarda boşaldılıb yüklənmənin qadağan olunduğunu
göstərən tapşırıq; alıcının öz öhdəsinə götürdüyü xərclər; əlavə olunan
xərcləri məbləği; yükün elan edilmiş qiyməti; yükün sığorta ediməsi üzrə
təlimat; daşınmanın müddəti; daşıyıcıya verilmiş sənədlərinn siyahısı; sərhəd –
keçid məntəqələri də qaimədə əks etdirilə bilər.
Bundan başqa sürücünün doldurulmuş yük vərəqəsi olmalı, gömrük
orqanları tələb etdikdə o təqdim olunmalıdır.
Beynəlxalq yük daşınmaları kitabçası ilə yük daşınmaları zamanı
gömrük orqanlarına bu kitabçalar təqdim olunur. Gömrük orqanlarının yükü gömrük
sərhəddindən keçilən şəxslərin, gömrük brokerlərinin yaxud nəzarəti gömrük
orqanlarına həvalə olunmuş fəaliyyətlə məşğul olan digər şəxslərin barəsində
bank və digər kredit idarələrindən məlumat və arayış almaq hüququ gömrük
məcəlləsi ilə təsbit edilmişdir.
Sərnişin daşıyan avtonəqliyyat vasitələrinə gömrük nəzarəti həyata
keçirilərkən onları idarə edənlər gömrük orqanlarına daşıma üçün müvafiq icazə
sənədi təqdim etməlidirlər. Bu sənədlər: daşıyıcının adı və yerləşdiyi yeri,
avtobus xəttinin adını; icazənin verildiyi dövlətin ərazisində avtobus xətti
trassı göstəricilərinin icazə verən dövlətin ərazisində sərnişinlərin mindirildiyi
və endirildiyi dayanacaqların; daşınma müddəti və avtobusların hərəkət
cədvəlini; sərnişinlərin və baqajın daşınması üçün müəyyən edilmiş tarif
ödənişlərinin daşıyıcının vəzifələrini avtobus xəttinin istismara verilmə
tarixini özündə əks etdirməlidir. Göstərilən sənədlər gömrük orqanın məsul
şəxsinə verildikdən sonra sənədlər yoxlanılır, gətirilən yük və sərnişinlərin
gömrük sərhəddindən buraxılması rəsmiləşdirilir.
Mövzu 10
PLAn
1.
Tranzit yük daşınması anlayışı, transit rejimin
təyinatı və ondan istifadəetmənin hüquqi əsası.
2.
Tranzit yük daşınması rejimindən istifadənin
sahəsi və şərtləri.
3.
Malların tranzitinə gömrük nəzarəti.
4.
Quru ilə əhatə olunmuş dövlətlərin ərazisi
vasitəsilə transit yük daşınmaları haqqında konversiya TİR (1975).
5.
BYD kitabçası ( karnet TİR – avtomobil yük daşınmaları
zamanı)
1 .”Tranzit yük daşınması” anlayışı, tranzit rejimin təyinatı və ondan
istifadəetmənin hüquqi əsası
Tranzit yük daşınması anlayışı
beynalxalq mal mübadiləsinin obyektiv zərurətindən yaranan və ölkələrin coğrafi
mövqeyi , geosiyasi və iqtisadi münasibətləri ilə şərtlənən zəruri nəqliyyat
kateqoriyası olub, beynəlxalq ticarət əməliyyatlarında mühüm əhəmiyyət kəsb
edir.
Tarixdən bəllidir ki, gömrük
ərazilərindən tranzitlə daşınan yüklər uzun müddət müxtəlif ölkələrdə vergi
tutmaya məruz qalırdı. Kommunikasiya və nəqliyyat vasitələrinin inkişafı,
beynəlxalq yük daşınmaların həcminin artması ilə bağlı tranzit gömrük rejimi
yarandı və bu da gömrük nəzarəti altında gömrük ərazisində daşınan mallara
proteksionist tədbirlərin təsirinin aradan qaldırılmasına imkan verdi.
Beləliklə tranzit gömrük rejimi -
malların (yüklərin) gömrük nəzarəti altında, Azərbaycan Respublikasının iki
gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük
rüsumları , vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirlər tətbiq
edilmədən keçirilməsindən ibarət gömrük rejimidir.Ancaq Az. Res-sı
Qanunvericiliyi Az.Res-nın
dövlətlərarası müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir. Bu rejimin
geniş tətbiq edilməsində həm də malların tranziti şərtlərinin
tənzimlənməsi və yüngülləşdirilməsinə
yönəldilmiş, onların eyniləşdirilməsini (inifikasıyasını) nəzərdə tutan
müxtəlif beynəlxalq - hüquqi sənədlərin hazırlanması mühüm rol oynadı.
Bu rejim altında daşınan mallardan gömrük
rüsumları , vergilər, tutulmalar və iqtisadi siyasət tədbirləri tətbiq
edilmir.Yüklərin tranziti həmçinin Az. Res-nın beynəlxalq sazişləri , Nazirlər
Kabinetinin qərarları, DYK-nin normativ aktları ilə də tənzimlənə bilər.
2. Tranzit yük daşınması rejimindən istifadənin
sahəsi və şərtləri
Tranzit gömrük rejimi bu
rejim altında yerləşdirilən malların nomenklaturasına, miqdarına və təyinatına
aid heç bir xüsusi məhdudiyyət müəyyən etmir.Ancaq tranzit rejimin tətbiqində
Gömrük Məcəlləsinin 19 maddəsinədə nəzərdə sərhəddən keçirilən malların
ayrı-ayrı kateqoriyalarına qadağa və məhdudiyyət nəzərdə tutulur.
Təcrübədə tranzit rejiminin müəyyən edilməsinin prinsip və
şərtləri iki qrupa ayrılır:
-
rejimin benefisarı tərəfindən
qəbul edilən öhdəliklər və ya rejimdən istifadə edilməsinə icazə verilməsinə
görə onun müəyyən edilən şərtlərə;
-
rejimin reqlamentasiyasına
riayət edilməsini təmin etmək üçün gömrük orqanları tərəfindən istifadə edilən
gömrük nəzarətini həyata keçirmək vasitəsinə
Gömrük
Məcəlləsi tranzit gömrük rejimini tətbiq edilməsinin icazə qaydasını müəyyən
edir. Rejimdən istifadəyə müraciət və icazənin verilməsi mallar barədə bütün
nazımı məlumatları, daşınma məqsədi və s-ni özündə cəmləşdirən doldurulmuş gömrük
bəyannaməsinin gömrük orqanına təqdim edilməsi
yolu ilə həyata keçirilir.
Bəzi hallarda YGB-dən istifadə
edilməkdə rəsmiləşdirilməsi əvəzinə digər sənəd formalarından da istifadə
edilməsinə yol verilir. BYD-ı konvensiyasının müddəalarında göstərilən Tir
Korvetlərindən istifadə edilən bilir.
3.Malların tranzitinə
gömrük nəzarəti
Malların gömrük altında daşınması zamanı görülən tədbirlər mal və
nəqliyyat vasitələrinin qorunmasına zəmanət verilməklə, onların kəmiyyət və
keyfiyyətinin dəyişməz qalmasını təmin etməlidir.
Malların tranzit daşınması zamanı
daimi gömrük nəzarətində olur və Gömrük Məcəlləsinin 188-ci maddəsinin
müddəalarına uyğun olaraq bu nəzarət həyata keçirilir.
-
Mallar Azərbaycan
Respublikasına gətirildiyi zaman onların Azərbaycan gömrük sərhədini keçdiyi
andan;
-
Mallar Azərbaycan
Respublikasından aparıldığı zaman gömrük orqanı tərəfindən gömrük
bəyannaməsinin qəbul edildiyi andan başlayır.
Gömrük nəzarətinin həyata keçirilməsinə təsir edə biləcək mühüm
fakturala kimi aşağıdakıları qeyd etmək olar:
-
tranzitin tipi (beynəlxalq
milli)
-
nəqliyyat vasitəsinin növü
(daşınma növü, dəmir yolu, avtomobil, su yolu və s.)
-
Malın növü; - Daşıyıcının
statusu; -tranzit qaydalarının pozulması riski.
Sənədli gömrük nəzarəti başlıca olaraq malların tranzit rejimi
altında yerləşdirilməsi və rejimin bitməsinin rəsmiləşdirilməsi prosesində
aparılır. Məcəlləyə görə təyinat gömrük orqanına verilməli olan sənədlər aid
olduqları mallarla birlikdə təyinat gömrük orqanına çatdırılır. Mallar
barəsində məlumatlara və faktiki göstəricilərə nəzarət, bir dayda olaraq,
mallara gömrük baxışı və inventarizasiya aparılması yolu ilə həyata keçirilir
(GM maddə 192)
Tranzit rejimi altında malların eyniləşdirilməsi plomb, möhür
qoyulması və eyniləşdirmə işarələrinin qoyulması yolları ilə reallaşdırılır.
Eyni zamanda yükləri daşıyan tranzit nəqliyyat vasitələri eyniləşdirilir. Belə
ki, BYD konvensiyasına əsasən tranzit daşınmalarını həyata keçirən avtomobillər
TİR lövhəsi ilə təchiz olunur.
Beləliklə tranzit daşınma malların təyinat gömrük arasına
çatdırılması və müəyyən əməliyyatların aparılması ilə başa çatmış hesab edilir.
Təyinat gömrükxanasına çatmış mallar və nəqliyyat üzərində əməliyat bitən andan
etibarən, onlar Azərbaycan ərazisini tərk etməlidir. Əks halda sərbəst dövriyyə
buraxılışı və idal rejimi kimi ödəyiciləri ödəməlidir.
4.
Quru ilə əhatə olunmuş dövlətlərin ərazisi vasitəsilə tranzit yük
daşınmaları haqqında Konvensiya - TİR (1975)
Beynəlxalq Yük Daşınmaları Konversiyasına əsasən tranzit
daşınmalarını həyata keçirən avtomobillər TİR lövhəsi ilə təchiz olunur.
Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1997-ci il tarixli 527 saylı
sərəncamı ilə bağlı, DGK-nin 8 sentyabr
1997-ci il tarixli 825 saylı əmri ilə BYD kitabçası tətbiq edilməli BYD-ı
haqqında gömrük konversiyası Azərbaycan ərazisində tətbiq edilməyə
başlanmışdır.
1.
nəqliyyat vasitələrinin
(konteyerlərin) gömrük möhürləri və plombları ilə yük daşınmalarına buraxılması
qaydası haqqında təlimata uyğun həyata keçirilməsi;
2.
Gömrük möhürləri və
plombları ilə yüklərin daşınmassından ötrü nəqliyyat vasitələrinin
(konteyerlərin) təchizatı qaydaları təsdiq edilmişdir.
5. BYD kitabçası (karnet TİR-avtomobil yük
daşınmaları zamanı
BYD konversiyasına qoşulmuş
Azərbaycan Respublikasında malların aralıq başlatma yükləmələri həyata
keçirilməkdən yol nəqliyyat vasitələrində müqavilə tərəflərindən birinin
göndərilmə gömükxanasından bir neçə sərhəddən keçməklə digər müqavilə
iştirakçısı tərəfindən təyinat gömrükxanasına daşınmasına aiddir, bur şərtlə
ki, əməliyyatın başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil
nəqliyyatı ilə həyata keçirilmiş olsun.
Azərbaycan Respublikaında BYD
prosedurasına əməl olunmaqla daşınan mallar aralıq gömrükxanasınada (idxal
zamanı giriş, tranzit zamanı giriş və çıxış) idxal və ya ixrac rüsum
vergilərinin ödənilməsindən depozitə qoyulmasından azad edilir. Həmin
gömrükxanalarda BYD kitabçalarının rəsmiləşdirilməsi üçün yığımlar tutulmur.
Həmçinin BYD prosedurasından istifadə
olunmaqla plomblanmış yol nəqliyyat vasitələrində daşınan mallar bir qayda
olaraq gömrükxanalarda gömrük baxışından azad olunurlar. Müstəsna hal kimi BYD
kitabçasının manifestində göstərilməyən əşya olmasına kifayət qədər dəlil olan
hallarda mallara müşaiət keçirilə bilər.
BYD kitabçası 4 səhifəli üz qabığından,
kəsilməyən 1/2 nömrəli sarı vərəqdən və 1/2 nömrəli kötükdən, 1 nömrəli
(kəsilən) vərəqlərdən və 1 nömrəli kötüklərdən (ağ rəngli), 2 nömrəli kəsilən
vərəqlərdən və 2 nömrəli kötüklərdən (yaşıl rəngli) və yol nəqliyyat hadisəsinə
dair protokollardan (sarı rəngli) ibarətdir.
Kəsilən vərəqlərin və onların
kötüklərinin (1 və 2) birləşməsi (kombinasiya) bir qayda olaraq hər bir ölkədə
(göndərilmə ölkəsində və giriş gömrükxanalarında) 2 nömrəli kəsilən vərəq və 2
nömrəli kötük isə çıxış və təyinat gömrükxanalarında istifadə olunmaq üçün
nəzərdə tutulmuşlar.
Hal-hazırda istifadə edilən BYD
kitabçaları 14 və ya 20 vərəqdən (yəni 7 və ya 10 komplekdən) ibarətdir. Bu
müvafiq olaraq 7 və ya 10 dövlətin
ərazisindən keçməklə daşınma üçün nəzarətdə tutulmuşdur.
Beləliklə ümumi yük daşınmalarında
tranzit yük daşınmasının çəkisi 56 % təşkil edir. Daşınmalardan gələn ümumi
gəlirin çəkisi 9,2 % təşkil etmişdir.
Başqa formada desək son ildə tranzit yük daşımalarından əldə olunan ümumi gəlir
300 min manat təşkil etmişdir.
Respublikada dəmir yolu ilə daşınan
ümumi yüklərin 24,5 % tranzit yüklə təşkil etmişdir.
Mövzu 11. Beynəlxalq nəqliyat əməliyytlarının
gömrük tərtibatı
P L A N
1.
Beynəlxalq nəqliyyat əlaqələrinin əhəmiyyəti və ticarətin
inkişafında rolu.
2.
Nəqliyyat əməliyyatlarının gömrük tərtibatı haqqında anlayış.
3.
Beynəlxalq nəqliyyat əməliyyatlarının gömrük tərtibatında idxal
və ixrac sənədləri
4.
Qanunvericilik və beynəlxalq hüquq qaydalarına əsasən nəqliyyata
dair müqavilələrin bağlanması.
1. Beynəlxalq nəqliyyat əlaqələrinin əhəmiyyəti və
ticarətin inkişafında rolu.
Dünya ölkələrinin iqtisadi
inkişafında hər bir ərazinin təbii iqtisadi şəraitin müəyyən olunması və bu
əsasda həmin şəraitdəki resusların istehasal dövriyyəsinə cəlb olunmasında
məhsuldar qüvvələrin dövrün tələblərinə uyğun inkişafının xüsusi rolu vardır.Bu
baxımdan XIX əsrin axırı və XX əsrin əvvəllərində məhsuldar qüvvələrin təsir
dairəsi daha intensiv hal alır.Avropanın və eləcədə dünyanın qabaqcıl
ölkələrində sənayenin inkişafı ölkələrarası iqtisadi əlaqələrin yaranmasında
nəqliyyatın əvvəlki primitiv formasından yeni sənaye dövrünün tələblərinə uyğun
inkişafına səbəb oldu.
Ölkələrarası iqtisadi əlaqələrin
inkişafında mühüm rol oynayan nəqliyyat növlərinin dəniz, avtomobil, dəmiryolu,
boru kəməri və hava nəqliyyatının inkişaf dövrü başladı. Bununla bağlı yolların
səmərəli təşkili işi daha çox diqqət çəkdi.Bu məqsədlə Aralıq dənizi ilə Hind
Okeanı hövzəsi ölkələri ilə qısa məsafədən keçməklə, yüklərin daşınmasını təmin
edən Süveyş kanalı, Şimali Amerikanı Mərkəzi və Cənubi Amerika ilə qısa
məsafədə birləşdirən Panama kanalı, Xəzər dənizini hövzəsi ölkələrarası əlaqə
yaradan Volqa-Don kanalının çəkilməsi ölkələrarası yüklərin daşınması üçün
həmin ölkələrin iqtisadi inkişafına təsir göstərməklə,külli miqdarda səmərəsiz
nəqliyyat xərclərinin aradan qaldırılmasına şərait yarandı.
Beləliklə XXI əsrin əvəllərinə dünya
ölkələri ərazisində ümumi dəmir yolunun uzunluğu 1250 min km, avtomobil
yollarının uzunluğu 24000 min km, daxili su yollarının uzunluğu 550 min km,
boru kəməri nəqliyyatının uzunluğu 1500 min km , hava yollarının uzunluğu isə
8000 min km təşkil etmişdir ki, bu daş ölkələr arası əlaqələrin
genişləndirilməsini təmin etməklə, dünya ticarət sistemini təmsil etmişdir.
Dünya nəqliyyat xərclərinin 10% - i MDB
ölkələrinin payına düşür.Ancaq MDB yük daşınmalarının həcminə və ticarət
dövriyyəsinə görə birinci yeri Az Respublikası tutaraq, 140 dünya ölkəsi ilə
ticarət əlaqəsi yaratmışdır.Ticarət əməliyyatlarının həcmi 11.6 milyard olmuş,
beləki ixrac 6.4 milyard -2242 adda mal
, idxal 5.2 milyard ABŞ $- 5935 adda mal.
Hər il bütün nəqliyyat növləri ilə
100 milyard tondan çox yük və 1(bir) trilyon sərnişin daşınmışdır. Bu
daşınmalarda 650 min avtomobil, 40 min dəniz gəmiləri, 10 min təyyarə reysi,
200 min dəmir yolu lokomotivləri iştirak etmişdir.
2. Nəqliyyat
əməliyyatlarının gömrük tərtibatı haqqında anlayış
Gömrük Məcəlləsinin müddəalarına uyğun
olaraq nəqliyyat vasitələrinin Az.Res-nın gömrük sərhəddindən keçirilməsi
gömrük bəyannaməsində göstərilən konkret gömrük rejiminə uyğun olaraq
reallaşdırılır.
Gömrük sərhəddindən keçirilən
nəqliyyat vasitələri həm əmtəə kimi, həm
də sərnişin və yük kimi beynəlxalq daşınmalarda istifadə edilən nəqliyyat
gömrük qanunvericiliyinin müddəalarına uyğun tərtibat əsasında tənzimlənir.
Az.Res-nın gömrük sərhəddindən keçirilən nəqliyyat vasitələri gömrük orqanı
tərəfindən müəyyən edilən yerdə saxlanılır.Bu tələbə riayət etməyən hallarda
gomrük orqanlarının nəqliyyat vasitələrini məcburi saxlamaq hüququ
vardır.Nəqliyyat vasitələrinin saxlama
müddəti daşıyıcı ilə birlik də Az.Res-sı gömrük orqanı tərəfindən müəyyən
edilir. Bu müddət gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin zərərinə olaraq azaldıla bilməz.
Gömrük Məcəlləsinə görə nəqliyyat
vasitələrinin daşıyıcısı:
1)
gömrük sərhəddinin keçilməsi
vaxtını və yerini gömrük orqanları ilə razılaşmalıdır.
2)
Sərhəddi keçən nəqlyyat
vasitəsi gömrük orqanının icarə verdiyi yerdə saxlamalıdır.
3)
Nəqliyyat vasitələri ancaq
dayanacağı yerdən gömrük orqanının icazəsi ilə dayanacağı tərk edə bilər.
Beləliklə daşınan
yüklərin və nəqliyyat vasitələrinin sərhəddən keçirilərkən rəsmiləşdirilməsi
üçün gömrük orqanlarının və nəqliyat müəsissələrinin əməkdaşlarının qarşılıqlı
münasibətlərinin müvəqqəti texnologiyasının müddəaları ilə təmizlənir:
1. Ümumi müddəalar:
1.1
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və oradan aparılan bütün
yüklər və nəqliyyat vasitələri rəsmiləşmədən keçməlidir.
1.2 Rəsmiləşdirmə
Gömrük Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə həyata keçirilməlidir.
1.3 Yüklərin
gömrük rəsmiləşdirilməsi gömrük orqanlarının razılığı ilə yüklərin müvəqqəti
saxlanc anbarlarında yerləşdirilməsi də həyata keçirilə bilər.
1.4 Yük
daşınmalarının təkminləşdirilməsi məqsədilə avtomatlaşdırılmış nəzarət və
idarəetmə sistemləri tətbiq edilə bilər.
2. Yüklərin gömrük nəzarəti altında daşınması
2.1 Gömrük
rəsmiləşdirilməsi başa çatmamış yüklərin iki gömrük orqanı arasında daşınması
gömrük nəzarəti altında, daşınmanı icra edən nəqliyyat müəssisənin məsuliyyəti
ilə həyata keçirilir;
2.2 Yüklərin
nəzarəti altında daşınması beynəlxalq yük daşınmaları haqqında müvafiq
razılaşmalara uyğun olaraq Gömrük Məcəlləsinə riayət olunmaqla həyata
keçirilir.
2.3 Daşıyıcılar
gömrük nəzarəti altında daşınan yüklərin gömrük orqanının razılığı olmadan
sahibinə vermə hüququ yoxdur
3. Yeklərin gömrük ərazisinə gətirilməsi zamanı
rəsmiləşdirilməsi qaydası
3.1 Gömrük
ərazisinə yüklərin gətirilməsi zamanı rəsmiləşdirilməsi yükün gömrük orqanının
vəzifəli şəxsinin yükün daxil olmasını məlumatlandırdıqdan sonra başlayır.
Məlumatlandırma 2 nüsxədə ötürmə cədvəlinin, həmçinin daşınma və müşayiət etmə
sənədlərinin gömrük orqanına verilməsi ilə başlanır.
4.Yüklərin Azərbaycan Respublikası ərazisindən
aparılması zamanı rəsmiləşdirilməsi
4.1 Yüklərin
Azərbaycan Respublikasından kənara aparılmasına gömrük rəsmiləşdirilməsi başa
çatdıqdan sonra icazə verilir.
5. Yüklərə
gömrük baxışının keçirilməsi qaydası, eyniləşdirmə vasitələrinin qoyulması və
götürülməsi və açılma aktının tərtibi ilə başa çatır.
3.
Beynəlxalq nəqliyyat əməliyyatların gömrük tərtibatında idxal və
ixrac sənədləri
Beynəlxalq nəqliyyat əməliyyatları zamanı Azərbaycan ərazisinə
gətirilən yük və sərnişinlərin və eləcə də Azərbaycan ərazisindən aparılan yük
və sərnişinləri daşınması Azərbaycan Respublikası qanunvericliyi və beynəlxalq
konversiyaların müddəalarına uyğun tənzimlənir. Qaydalarda nəzərdə tutulan
hallarda əməliyyatların tənzimlənməsi və rəsmiləşdirilməsi üçün rezidentlər
İqtisadi İnkişaf Nazirliyinə ixrac üzrə aşağıdakı sənədləri təqdim edir:
-
Xarici şəxslərlə bağlanmış
müqavilə;
-
İstehsalçı və ixracatçı
arasında bağlanmış müqavilə (istehsalçı ixrac etmədikdə);
-
İxrac qiymətini əsaslandırma
arayışı;
-
Azərbaycan Respublikasına
başqa ölkələrdən gətirilən mallar haqqında sənədlər.
İdxal
əməliyyatları üzrə:
-
Xarici şəxslərlə bağlanmış
müqavilə;
-
Əməliyyatların
mliyyələşdirmə mənbəyi haqqında məlumat;
-
İdxal qiymətini əsaslandırma
arayışı;
İqtisadi İnkişaf
Nazirliyində müqavilələrin ekspertizası keçirilərkən onların Azərbaycan
Respublikasının Qanunvericiliyinə və beynəlxalq hüquq qaydalarına uyğunluğu
araşdırılır və Azərbaycan Respublikasının iqtisadi maraqlarının gözlənilməsi
yoxlanılır.
Xarici ticarət əməliyyatlarnın
rəsmiləşdirilməsi üçün Rezidentlər gömrük orqanlarına aşağıdakı sənədləri
təqdim etməlidir:
İxrac əməliyyatları üzrə:
-
Hüquqi şəxsin Dövlət
Statistika komitəsi tərəfindən müəyyən edilmiş kodu;
-
Xarici şəxslərlə bağlanmış
müqavilə;
-
İxrac olunan malların mənşəyi
haqqında sənədlər;
-
İxrac olunan malların
haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil bankın
sədri;
-
Bu qaydalarda nəzərdə
tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf Nazirliyinin müsbət rəyi;
-
Yük gömrük bəyənnaməsi.
İdxal əməliyyatları üzrə:
-
Bağlanmış müqavilə;
-
Yük gömrük bəyannaməsi;
-
İnvays-idxal olunan malların
əmtəə dəyərini müəyyən edən sənəd;
-
Yol nəqliyyat sənədləri;
-
Malın mənşəyini təsdiq edən
sənəd;
-
Malın keyfiyyət sertifkatı;
-
malın uyğunluq sertifkatı;
-
Bu qaydalarda nəzərdə
tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf
Nazirliyinin ekspertizasının müsbət rəyi.
İxrac və idxal əməliyyatları üzrə tələb olunan sənədlər təqdim
olunduqdan sonra gömrük orqanları həmin sənədləri rəsmiləşdirib 24 saat ərzində
malların buraxılmasını təmin etməlidir
4.Qanunvericilik və beynəlxalq hüquq qaydalarına
əsasən
nəqliyata dair müqavilələrin bağlanması.
Öz spesifik məzmununa görə beynəlxalq
nəqliyat hüquqi yüklərin və sərnişinlərin müxtəlif nəqliyat növləri vasitəsilə
beynəlxalq daşınması zamanı əmələ gələn münasibətləri, nəqliyyat təşkilatları
və fərdi daşıyıcılar, həmçinin daşıma prosesi bir neçə daşıyıcı tərəfindən
həyata keçirildikdə onların ölkələri arasında yaranan münasibətləri tənzimləyən
hüquqi normalar məcmusuna malikdir.
Bu sahədə hüquqi tənzimləmənin
xüsusiyyəti ondan ibarətdir ki, daşımanın əsas məsələləri yük və sərnişin
daşımaların eyni şərtlərini müəyyən edən unifikasiya olunmuş normaları ifadə
edən beynəlxalq sazişlərə həll olunur.
TRASEKA nəqliyyat marşrutu qədim
böyük ipək uolunun yenidən iri ticarət, həm də nəqliyyat dəhlizinə çevrilməsinə
imkan yaradaraq, Mərkəzi Asiya və Qafqaz dövlətlərinin fəal Avropa bazarına
nəqliyyat çıxışından ibarətdir. TRASEKA nəqliyyat dəhlizinin marşurutu üzrə
yerləşən limanların, dəmir və avtomobil yollarının əsaslı layihələrinin
maliyyələşdirilməsi üçün AYİB (Avropa yenidənqurma və İnkişaf Bankı) 250 milyon
ABŞ dolları səviyyəsində vəsait öhdəlik götürmüşdür. Beləliklə Azərbaycan Respublikası
Türkmənistan İNOQEYT proqramı neft və qazın Avropaya nəqlinə dair
dövlətlərarası müqavilə (1996-cı il), Azərbaycan-Türkiyə (noyabr 1992-ci il), Azərbaycan-Ruminya (
mart 1996), Azərbaycan-Qazaxıstan (sentyabr 1996), Azərbaycan-Moldova (noyabr 1997),
Azərbaycan-Misir (1997), Azərbaycan-Fransa (1997), Azərbaycan-Gürcüstan (1996),
Azərbaycan-Beynəlxalq Avtomobil yük daşımaları konvensiyasına qoşulması (1975),
Dəniz hüququ haqqında BMT-nin yaratdığı Konvensiya (1982), Hava nəqliyyatına
dair Ümumavropa konfransı (krit 1996 və 1997-2006cı illər Asiya-Sakit okeyan
region müqavilələri və 5 beynəlxalq nəqliyyatın inkişafında xüsusi rolu
olmuşdur.
Mövzu 12
Azərbaycan
Respublikasında Beynəlxalq daşınmaların təşkili və idarə edilməsi.
1.
Beynəlxalq daşınmalar
haqqında anlayış.
2.
Beynəlxalq daşınmalar
zamanı tətbiq olunan əməliyyatların təşkili.
3.
Yüklərin daşınma şərtləri.
4.
Yüklərin göndərilməsi
şərtləri.
5.
Yüklərin təyinat yerinə
çatdırılması və qəbulu şərtləri.
1.
Beynəlxalq daşınmalar haqqında anlayış.
Bütün dövlətlər arasında, eləcədə onların
müxtəlif təsərrüfat sahələrinin inkişafında müvəffəqiyyətin əsasını təşkil edən
amillərdən biri nəqliyyat daşınmalarıdır. Beynəlxalq nəqliyyat daşınmaları isə
bu işin əsasını təşkil edir.
Dövlətlərarası beynəlxalq
iqtisadi əlaqələr yaratmaqda nəqliyyat əmtəələrin (yükün) və insanların
(sərnişinlərin iki və daha çox ölkələr arasında əlaqəsini, yəni beynəlxalq
münasibatlərini təmin edir.
Beynəlxalq daşınmalar,
müxtəlif ölkələrin milli daşıyıcıları tərəfindən yerinə yetirilir. Yəni dünya
milli nəqliyyat sistemində ayrıca olaraq beynəlxalq yük və sərnişin nəqliyyat
sistemi yoxdur. Bu iş üçün ayrı-ayrı ölkələr özlərinin nəqliyyat növləri,
nəqliyyat xətləri, qurğuları, stansiyaları, dayanacaqları, özlərinin yük və
nəqliyyat terminləri və.s. istifadə olunur.
Nəqliyyatı yaxşı təşkil
etmək üçün onun inkişafına təsir edən əsas amilləri təmin etmək lazımdır.
Nəqliyyatı təşkil edən amillər: nəqliyyatın hərəkət vasitələri, daşıma
vasitələri, yol əlaqələri, texniki qurğu və mexanizmlər hesab olunur. Bunların
hər biri beynəlxalq daşınmalarda böyük rol oynayır.
İnkişaf etmiş ölkələri
bir-biri ilə müqayisə etdikdə həmin ölkənin 1000 km2 sahəsinə düşən
yolun (avtomobil və dəmiryolu) uzunluğu müqayisə vahidi olaraq qəbul edilir.
Beynəlxalq daşınmalarda
yük və sərnişin daşınma əsas proses hesab edilməklə yükün göndərilmə
əməliyyatları da (yəni yükün qəbulu, qablaşdırılması, markalanması, yükün bir
növ nəqliyyatdan başqa növ nəqliyyata verilməsi, vergilərin ödənilməsi, yükün
sahibinə çatdırılması və.s hesab edilir.
Nəqliyyat əlaqələrinin
inkişafı və təşkilində beynəlxalq ticarətin böyük rolu vardır. Dünyada heç bir
ölkə ayrılıqda özünün bütün ehtiyyatlarını təmin edə bilmir. Odur ki,
beynəlxalq ticarət dünya miqyasında ictimai həyatın ayrılmaz və mühüm tərkib
hissəsidir. Dünya dövlətləri nə üçün ticarət edirlər? Bunun başlıca səbəbi odur
ki, dunyada iqtisadi ehtiyyatlar qeyri bərabər bölünmüşdür (məs, Yaponiyada
texnika və Avstraliyada isə kənd təsərrüfatı malları çox inkişaf etmişdir).
Alimlər sübut etmişlər
ki, ticarətlə dünyanın iqtisadi potensialını genişləndirmək mümkündür. Əgər bir
ölkə başqa bir ölkə üçün mal istehsal edirsə, demək bu ölkə həmin sahədə
ixtisaslaşır. Beləliklə bazar iqtisadiyyatının inkişaf yolu elə qurulmuşdur ki,
dünya ölkələri bir-birindən asılı vəziyyətdədir. Bununla bağlı bazar ticarəti
ölkələr arası idxal və ixrac vəziyyətini yaradır. İdxal-ölkəyə xaricdən
gətirilən, ixrac isə xaricə aparılan mallar nəzərdə tutulur. O ölkənin ki,
idxalı artır onun milli istehsalı zəifləyir. Odur ki, hər bir ölkənin inkişaf
etməsi üçün ixracı artırmaq yollarını axtarır. Məsələn Azərbaycan neft ixracını
gücləndirməklə beynəlxalq əlaqələri gücləndirmişdir. Hazırda Azərbaycan
dünyanın 140-dan artıq ölkələri ilə əlaqələr yaratmışdır. Xaricdən mal idxalını
azaltmaq üçün sənayeni inkişaf etdirmək, xammal ixracını azltmaq və emalı
artırmaq, ixracı genişləndirmək lazımdır.
Beynəlxalq ticarət
şərtlərində ixracat vahidinin idxal vahidinə olan nisbəti nəzərdə tutulmaqla
xarici qiymətlər indeksləri hesablanır.
Beynəlxalq ticarət
şərtlərinin (indekslərin) hesablanması illər üzrə dövlətin iqtisadiyyatının
vəziyyəti, yəni ölkədə idxalın və ya ixracın üstünlüyü müəyyən edilir.
2006-cı il ərzində
respublikanın 140 dünya ölkələri ilə ticarət əməliyyatlarının həcmi 11637208.6
min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6372112.8 min ABŞ dolları dəyərində
5935 adda mal isə idxal olunmuşdur və saldo müsbət 11070116.9 min ABŞ dolları
təşkil etmişdir.
Buradan aydın olur ki,
beynəlxalq yük daşınmaların səviyyəsi nə qədər olmuşdur.
Buradan aydın olur ki,bu səviyyədə
malın(yükün) daşınmasında nəqliyyatın xidməti nə qədər məsuliyyətli və nə qədər
qiymətlidir. Bununla bağli gömrük xidmətinində rolu genişlənir və onun təşkili
məsuliyyəti artırır.
2.Beynəlxalq daşımalar zamanı tətbiq olunan
əməliyyatların təşkili.
Odur ki, beynəlxalq nəqliyyat əlaqələri,
malların daşınması gömrük nəzarəti altında aparılır. Mallar gömrük nəzarəti
altında daşınarkən gömrük orqanları mövcud gömrük qanunvericilik qaydaları
əsasında bütün tədbirləri həyata keçirirlər.
Bütün aparılan əməliyyatlar mal və
nəqliyyat vasitələrinin qorunmasına zəmanət verməli, malların keyfiyyət və
kəmiyyətcə dəyişməaz qalmasını və daşınan mallara qeyri-qanuni hərəkətlər
olmasının qarşısı alınmalıdır.
Gömrük orqanları malların gömrük nəzarəti
altında daşınması üçün asağıdaki əsas tədbirlərin görülməsini təşkil edir:
1.Yüklərə gömrük müşaiətini;
2.Gömrük daşıyıcılarının xidmətindən
istifadə edilməsini;
3.Nəqliyyat vasitələrinin təchiz edilməsi
üzrə təşkilat-texniki tədbirlər kompleksini.
Nəqliyyatın əsas iki xüsusiyyəti olan
xidmətlərin təşkili.
1.Əmtəələrin istehsal yerindən tələb olunan
yerə qədər nəqliyyat vasitələri tərəfindən daşınmasının təşkili və xidmət
haqqında ödənilməsi.
2.Məhsulların normal daşınmasını təmin
etməyi və istehsal yerində yığılıb qalmasının qarşısını almaq.
3.Malların daşınması haqqının nəqliyyat
tarifini uyğun tərtibatını təşkil etsin.
4.Müxtəlif nəqliyyat növlərindən səmərəli
istifadə olunmasını təşkil etmək.
3.Yüklərin daşınma şərtləri
Yüklərin bir yerdən basqa yerə daşınmasında
asağıdakı əməliyyatlar aparılır:
1.Yüklərin daşınması üçün hazırlanması.
2.Yüklərin anbarda qablanma yerlərində
çəkilmə sahəsində yığılıib qalmasına yol verilməməsi üçün tədbirlərin
aparılması.
3.Yüklərin yüklənməsi,daşınması,magistral
nəqliyyata verilməsi və yük sahibinə çatdırılması.
4.Magistral növ nəqliyyatlarda yüklərin
yerləşdirilməsi.
Yüklərin daşınmasının şərtləri və qaydaları
nəqliyyata dair əsasnamədə müəyyən edilmişdir. Məlum olduğu kimi mallar
(yüklər) müxtəlif olduğu kimi nəqliyyat növləri də müxtəlifdir. Odur ki, malın
xüsusiyyətinə uyğun nəqliyyat vasitəsindən
istifadə
edilir.
Yüklər daşınmaq üçün elə nəqliyyata vurulur
ki,təbii halı dəyişmədən alıcıya çatdırılsın.
Gömrük orqanları məntəqəyə daxil olan
malların qablanması vəziyyətini yoxladıqda onun üzərində nişanlanması
pozulmamalı, yükün əsas göstəriciləri qabın üzərində olan nişanlanma ilə uyğun
olmalıdır. Nişanlanmanın məqsədi yüklə sənədləşmə arasında əlaqə yaratmaqdır.
Nişanlanmada (Markirovka) göndərmə məntəqəsinin adı, yeri və təyinat yerin adı
və yeri,hər bir partiya yükdə yerin miqdarı, hər bir partiyasının çəkisi, malın
növü və s. qeyd edilmişdir. Nişanələr yükün üzərinə vəya əlavə edilmiş yarlika
yazılır. Yazılar aydın görünməklə, su tərəfindən silinməməlidir.
4.Yükün göndərilməsi şərtləri
Yüklərin göndərilməsinin asağidaki növləri
vardır:
1.Kiçik(xırda) göndərmələr-dəmir yol üçün
10 tona qədər, dəniz (çay) nəqliyyatı üçün 20 ton və avtomobil nəqliyyatı üçün
5 tona qədər hesab olunur.
2.Yığma göndərmələri-burada yükün çəkisi
kiçik göndərmələrdən artıqdır.
3.Vaqon və Gəmi göndərmələri-30,40,50 ton
4.Konteyner göndərmələri-3,5,10,20,30 ton
Yüklər kütləvi halda açıq havada sürətlə
aparıla bilər. Lakin 0-C tempraturda xarab olan mallar xüsusi şəraitdə
aparılmalıdır. Əks halda onların gömrükxanada AKT-laşdırılmasi aparılmalıdır.
Burada əsas məsuliyyət göndərən şəxsin
üzərinə düşür.
Maye yüklər xüsusi sisternalarda və
bunkerlərdə göndərilir.
Dən yemləri xüsusi örtülü nəqliyyatlarda
aparılır.
Meşə materialların əksəriyyəti dəmiryolu
nəqliyyatı ilə daşınır.
5.Yüklərin təyinat yerlərinə çatdırılması və qəbulu
şərtləri.
Yüklərin daşınmasında əsas şərtlərdən
birisi müqaviləyə uyğun olaraq vaxtında çatdırılmasıdır.
Çatdırılmanın 2 növü vardır:
1)Konteynerlə
2)Adi yük
maşını ilə
Bunlardan əlavə vaqonla,xırda həcmli
konteynerlə.Yüklər tez xarab olan,adi formalı yüklər
Odur ki,tez
xarab olan yüklər üçün qatarın sürəti 550-600 km/gün,adi və iri yüklər üçün
V=330 km/gün və xırda yük və konteyner üçün V=180 km/gün təyin edilir.
Xırda yüklərin göndərilməsində onun
rəsmiləşdirilməsinə əlavə 2 gün,konteynerlərin göndərilməsinə 1 gün(1000 km-dək
məsafə üçün) və 1000 km-dək çox olduqda 2 gün vaxt verilir
Mövzu 13
Gömrük sistemində
Beynəlxalq nəqliyyat əlaqələrinin idarəedilməsinin təsnifatı.
Plan :
1. Gömrük sistemində Beynəlxalq
nəqliyyat əməliyyatları əlaqələri və bu əlaqələrin təşkilinin ümumi prinsipləri
barədə sazişlər.
2. Nəqliyyat sistemində
idarəetmənin əsas prinsipləri.
3. Nəqliyyat sistemində
idarəetmənin funksiyaları.
4. Nəqliyyat sistemində
idarıetmənin metodları.
5. Nəqliyyat sitemində
ayrı-ayrı nəqliyyat növlərinin hüquqi aspektləri.
1.Gömrük sistemində Beynəlxalq nəqliyyat əməliyyatları
əlaqələri və bu əlaqələrin
təşkilinin ümumi prinsipləri barədə sazişlər.
Müasir dövrdə nəqliyyatın bütün növlərində yüklərin və
sərnişilərin beynəlxalq daşınmasının təşkili və şərtləri haqqında çoxtərəfli
nəqliyyat sazişləri mövcuddur. Çoxtərəfli nəqliyyat sazişləri , onların formal
surətdə iştirakçısı olmayan , lakin sazişlərin əsas müddəalarını milli
nəqliyyat qanunvericiliyində təkrar edən dövlətlər tərəfindən də tez-tez tətbiq
olunur. Müasir dövrdəki nəqliyyat konvensiyalarının müıyyın sistemi mövcuddur
və bu sistem fəaliyyət göstərərək aşağıdakı sənədləri özündə əks etdirir :
1) Beynəlxalq əlaqələrin
təşkili və ümumi prinsipləri barədə sazişləri;
2) Yüklərin və
sərnişinlərin daşınmasının vahid ümumi şərtlərinin müəyyən edilməsi barədə
sazişləri;
3) Dövlətlər arasındakı
nəqliyyat əlaqələrinin sadələşdirilməsinə yönəldilmiş sazişlər(məsələn :
vaqonlar və konteynerlərin istifadəsi, gömrük prosedurlarının , vergi rejiminin
sadələşdirilməsi və sairə məsələlər üzrə ).
Bundan başqa nəqliyyat konvensiyaları bəzi beynəlxalq
təşkilatların , ilk növbədə BMT və bu sistemin müvafiq ixtisaslaşmış
müəssələrinin İKAO, İMO və başqa beynəlxalq nəqliyyat təşkilatlarının
fəaliyyəti çərçivəsində təkmilləşdirilir.
Müasir dövlətlərin normativ – hüquqi aktlarında nəqliyyat
sahəsində olan bütün kompleks problemlərin, o cümlədən dövlətlərin xarici
iqtisadi əlaqələrinin aspektləri kimi yüklərin və sərnişinlərin beynəlxalq
daşınmasının , beynəlxalq əlaqələrin hüquqi tənzimlənməsi məsələlərinin
təkmilləşdirilməsi üçün müvafiq cəhdləri təşəbbüs göstərir. Bu tendensiya və
istiqamət daha çox A.R-nın Rusiya federasiyasının və digər MDB-yə üzv
dövlətlərin inkişaf edən qanunvericilik praktikasında, xüsusilə bizim dövlət
tərəfindən qəbul edilən ( 11 iyun, 1999-cu il ) “Nəqliyyat haqqında “ qanunda
öz əksini tapmışdır.
2.Nəqliyyat sistemində idarəetmənin əsas
prinsipləri.
Nəqliyyat sistemində idarəetmənin prinsipləri dedikdə nəqliyyatı
idarə edən gömrük sisteminin əsaslandığı ideyalar, qaydalar, əsas müddəalar və
davranış normaları başa düşülür.
Idarəetmə təcrübəsində nəqliyyatı idarə edən gömrük orqanları
tərəfindən ümumi , xüsusi və təşkilati-texnoloji prinsiplər tətbiq edilir.
Nəqliyyat sistemində idarəetmənin ümumi prinsipləri
strateji idarəetmə normalarıdır və onlar gömrük orqanlarının bütün sahələrində
və yarımsistemlərində fəaliyyət göstərir. Lakin onlar hər bir idarəçilik
sistemində spesifikdir. Hətta idərəetmənin əsas ümumi prinsiplərini
sadalanması(məsələn: sistemlilik, əks əlaqə, inforçasiyanın kafiliyi,
optimallıq, bərabər tabelilik və s.), eleəcə də onların gömrük orqanlarında
idarəetmə sisteminə dialektik təsiri bunu təsdiq edir.
Sistemlilik idarəetmənin aparıcı
prinsipidir. Nəqliyyatı idarə edən gömrük orqanı şöbələrinin idarə edilməsində
sistemlilik , sistemin struktur və funksional vahidliyini təmin edir və
təkmilləşdirir.
Gömrük orqanları qarşısında dayanan vəzifələr nə qədər
mürəkkəbdirsə , sistemin əks əlaqə prinsipi bir o qədər böyük əhəmiyyət
kəsb etmir. Informasiya idarəetmə subyektinə sistemə təsir etmək və idarəçilik
qərarlarının icrasina təmin etmək məqsədilə hər bir zaman anında sistemin
vəziyyəti haqqında , qoyulmuş məqsədin əldə edilməsi haqqında təsəvvür əldə
etməyə imkan verir.
Informasiyanın kafiliyi prinsipi o
deməkdir ki, gömrük sistemində informasiya həcmlərinin görünməmiş dərəcədə
artması şəraitində informasiya proseslərnin intensivləşdirilməsi olduqca böyük
əhəmiyyət kəsb edir.
Idarəetmənin təşkilati – texnoloji prinsipləri gömrük orqanları rəhbərlərinin təşkilati sərəncamverici və
inzibati-icraedici fəaliyyətinin əsasında dayanır. Nəqliyyat idarələrində bu
idarəetmə prinsipinə aşağıdakılar aiddir : vahid rəhbərlik, konkretlik, əməyin
bölgüsü, skalyar, iearxiya, sərəncamvermənin vahidliyi və tək rəhbər ,
səlahiyyətlərin ötürülməsi, idarəetmə diapazonu.
3.Nəqliyyat sistemində idarəetmənin funksiyaları.
Idarəetmənin
funksiyaları – həyata keçirilməsi üçün müəyyən
idarəçilik işləri (əməliyyatları) tələb olunan konkret idarəçilik fəaliyyəti
növüdür.
Gömrük orqanlarının idarı edilməsində idarəetmə funksiyaları çox
mühüm yer tutur, çünki onlar bütün səviyyələrdə idarəçilik fəaliyyətinin
mahiyyətini və məzmununu açıqlayır və idarəetmə sahəsində vəzifələrin bölgüsünü
əks etdirir, nəzərdə tutulmuş nəticələri əldə etmək üçün onların həyata
keçirilməsi zamanı müəyyən növbəlilik və fəaliyyət birliyi tələb edir.
Gömrük orqanları sistemində idarəetmə funksiyalarını təsnif
etməklə posesin mərhələlərini əks etdirən ümumi idarəetmə funksiyalarına və
gömrük orqanlarının əməliyyat – xidmət fəaliyyətinin konkret növlərinin
spesifik idarəetme fnksiyalarına bölmək olar. Idarəetmənin ümumi funksiyalarına
aşağıdakılar aiddir :
1)
əməliyyat-xidmət şəraitinin
təhlili və proqnozlaşdırılması;
2)
planlaşdırma;
3)
təşkiletmə;
4)
tənzimetmə;
5)
uçot və nəzarət.
Gömrük əməliyyatı xidməti şəraiti
dedikdə iqtisadi, siyasi, sosial, hüquqi, regional və digər şərtlərlə dialektik
inkişafda olan , gömrük fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən qarşılıqlı
əlaqəli elementlər məcmusu nəzərdə tutulur.
Planlaşdırma idarəetmənin elə əsas funksiyasıdır ki, onun
vasitəsilə gələcək fəaliyyətin təşkilati başlanğıcı işlənib hazırlanır.
Planlaşdırma vasitəsilə sistemin inkişaf məqsədləri və istiqamətləri müəyyən
edilir, mövcud problemləri realizəı edilməsi vasitəsi olan metodlar işlənib
hazırlanır, sistemin inkişaf tempi müəyyən edilir.
Təşkiletmə dedikdə , idarəetmənin
elə əsas funksiyası nəzəedə tutulur ki,
onun reallaşdırılması vasitəsilə planlaşdırma prosesində işlənib hazırlanmış
planların yerinə yetirilməsi üçün şərait yaranır.
Tənzimləmə dedikdə idarəetmənin
elə əsas funksiyası başa düşülməlidir ki, onun vasitəsilə tabelikdə olan
şəxslərin fəaliyyətinin səmərəliliyi yüksəlir və ya planlaşdırma zamanı
verilmiş parametrlərdən kənara çıxmalar aradan qaldırılır.
Uçot funksiyasının mahiyyətini
idarə olunan sistemin cari vəziyyəti haqqında onun hərəkət istiqamətləri və
templəri, əldə edilən nəticələr və dəyişən problemlər haqqında informasiyanın
toplanması , sisyemləşdirilməsi və ilkin işlənməsi təşkil edir.
Nəzarət idarəetmənin elə əsas
funksiyasıdır ki, onun reallaşdırılması vasitəsilə gömrük orqanlarının vahid
sisteminin fəaliyyəti prosesi üzərində müşahidə həyata keçirilir, bu və ya
digər zaman momentində tabeçilikdə olanların fəaliyyətinin gedişi, şəraiti,
vəziyyəti və nəticələri haqqında məlumatlar toplanır.
4.Nəqliyyat sistemində idaretmənin metodları.
Qarşıya qoyulmuş məqsədlərin əldə edilməsi üçün idarəetmə
obyektinə təsir yollarının, üsullarının, vasitələrinin və formalarının məcmusu
idarəetmə metodu adlanır. Idarəetmənin metodları idarəçilik fəaliyyətinin
miqyasına təsir formasına görə təsnif edilir.
Idarəetmənin ümumi və xüsusi metodları mövcuddur.
Idarəetmənin ümumi metodları
gömrük işinin qlobal problemlərinin , strateji məslələrinin həllinə
yönəlmişdir, onlar bütün gömrük sisteminin əsas məqsədlərini və fəaliyyət
göstərməsi məsələlərinin əldə olunması üsullarını müəyyən edir.
Idarəetmənin xüsusi
metodları , başlıca olaraq operativ və cari idarəetmə sistemlərində istifadı
edilir.
Gömrük sistemində təsir formalarından asılı olaraq başlıca və dolayı təsir metodları tətbiq
edilir.
Bir başa təsir metodları dövlətin idarəsinə və nüfuzuna
əsaslanır. Onlara təşkilati sərəncamverici və hüquqi metodlar aiddir.
Dolayı təsir metodlarına sosial , psixoloji, iqtisadi və iqtisadi
– riyazi metodlar aiddir.
5.Nəqliyyat sitemində ayrı-ayrı nəqliyyat
növlərinin hüquqi aspektləri.
A.R-sı üçün beynəlxaq nəqliyyat münasibətlərinə təal inteqrasiyaprosesi
14 iyun 1996-cı ildə A.R-sı höküməti ilə Beynəlxaq Yol Hərəkəti Təşkilatı (BYHT
Cenevrə) arasında onun misyasının
Azərbaycan ərazisində açılması haqqında sazişin imzalandığı vaxtdan
başlamışdır. Bu sazişin imzalanması dövlətimizin nəinki BYHT ilə, həmçinin ona üzv olan bütün dövlətlərlə qarşılıqlı
faydalı əməkdaşlığı həyata keçirmək, öz xarici ticarət faliyyətini
aktivləşdirmək,beynəlxaq iqtisadi münasibətlərdə daha yüksək dərəcədə iştirak
etmək istəyini və buna sadiqliyini real şəkildə təsdiq etdi.
Bu hüquqi aspektlər əsasında ölkənin nəqliyyat vasitələrinin
texniki xarakteristikalrının beynəlxalq səviyyəyə uyğunlaşmış , servis
xidmətlərinin keyfiyyət göstəriciləri artırılmışdır, nəqliyyat-yol
infrastrukturunun vəziyyətinin yaxınlaşdırılması beynəlxalq səviyəyə
uyğunlaşdırılmışdır.
Mövzu 15
BNƏ-nin idarə
edilməsində gömrük tarif güzəştlərinin tətbiqi.
Plan :
1. Gömrük tarifinin
mahiyyəti.
2. Nəqliyyat sistemində
tarif güzəştləri.
3. BNƏ-nin idarə
edilməsində Beynəlxalq Yol Hərəkəti Təşkilatı ilə AşR-nın Hökuməti arasında
bağlanmış sazişin rolu
4. Nəqliyyat sistemində
gömrük ödənişlərinin hesablanması
1.Gömrük tarifinin mahiyyəti.
Xarici ticarətdə gömrük – tarif tənzimlənməsindən istifadə
edilməsi iqtisadi islahatların həyata
keçirilməsində xüsusi rolu vardır.
Gömrük – tarif tənzimləmə mexanizmindən istifadə etməklə fəal və
çevik gömrük siyasətinin həyata keçirilməsində, A.R-nın iqtisadi
təhlükəsizliyinin təmin edilməsində və iqtisadi maraqların qorunmasında başlıca
şərtlərdə biridir.
Gömrük tarifi həm
proteksianist, həmdə fiskal funksiyalar daşıyır.
Proteksianist – funksiya zamanı milli istehsalçıların mənafeyi müdafiə olunur.
Beləki, idxal mallarında gömrük rüsumu tutmaqla , onların daxili bazarda satışı
zamanı dəyərinin artmasına və bununla da milli sənaye və kənd təsərrüfatında
istehsal edilən analoji malların rəqabət qabiliyyətinin yüksəldilməsinə imkan
yaradır.
Gömrük tarifinin fiskal funksiyası
gömrük rüsumları tutulması hesabına dövlət büdcəsinin mədaxil hissəsinə vəsait
yığılması təmin edir.
Göstərilənlərdən əlavə gömrük tarifi daxili qiymətlərə təsir
etməklə müəyyən dərəcədə daxili istehsalın və ixracın inkişafına xidmət edir.
Idxal mallarının daxili bazarda bahalaşmasının nəticəsi olaraq ,
belə malların qiyməti qalxır. Nəticədə milli istehsalçılar əlavə gəlir əldə
edir ki, bu iqtisadiyyata investisiya, yaxud ixrac qiymətlərinin aşağı düşməsi
ilə yaranan itkilərə kompensasiya və xarici bazarda ölkə mallarının rəqabət qabiliyyətinin
yüksəldilməsinə xidmət edir.
Gömrük tarifi bir sıra hallarda, birtərəfli qaydada ixrac
məhsullarının istehsalına tələb olunan mallara aşağı və hətta sıfır dərəcəli
idxal rüsumu tətbiq etməklə milli istehsalın və ixracın stimullaşdırılması üçün
istifadə edilə bilər.
Gömrük tarifinin xarici – ticarət münasibətlərinə , həmçinin
bütövlükdə iqtisadiyyata təsirini nəzərə alaraq, dövlət orqanlarından rüsum
stavkaların təyin edilməsində xüsusi məsuliyyət tələb olunur. Ölkə
təsərrüfatlarının inkişaf səviyyəsi ilə gömrük rüsumu stavkaları arasında
müəyəən asılılıq vardır. Təsərrüfat inkişaf etmiş olduqca, gömrük rüsumlarının
dərəcələri aşağı düşür. Belə ölkələrdə kifayət qədər rəqabət qabiliyyətli
məhsullar buraxılır və daxili bazar yüksək rüsumılar hesabına qorunmasına,
büdcənin gəlir hissəsini gömrük ödəncləri hesabına doldurukmasına ehtiyac
qalmır.
Əgər birinci qrup ölkələrdə bu rüsumların dərəcləri 10%-dən
aşağıdırsa, ikinci qrup ölkələrdə adətən 20-50% olur. Bununla belə, inkişaf
etməkdə olan ölkələrdə bir sıra mal növlərinə tətbiq edilən rüsumlar 50,
bəzəndə 100%-dən artıq olur.
Qeyd etmək lazımdır ki, xarici ticarətin inkişafı, beynəlxalq mal
mübadiləsinin artırmaq üçün rüsumların azaldılması, bəzi hallarda isə tamamilə
imtina edilməsi tələb olunur.
2.Nəqliyyat sistemində tarif güzəştləri.
Tarif güzəştləri Gömrük Məcəlləsinin 33,34,35 və 36-cı
müddəalarına əsasən tətbiq olunur .
Maddə 33. Gömrük güzəştləri A.R-sı Nazirlər Kabinetinin qərarı
ilə verilir.
Tarif güzəştləri dedikdə, A.R-nın ticarət siyasəti həyata
keçirilərkən qarşılıqlı və ya bir tərəfli qaydada A.R-nın gömrük sərhəddindən
keççirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması , rüsum ödənişindən
azad etmə, rüsum dərəcələrinin aşağı salınması , malın perferensial gətirilməsi
üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür.
Bu qanunda nəzərdə tutulmuş gömrük güzəştlərinin verilməsi
qaydası A.R-nın Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3.BNƏ-nin idarə edilməsində BYHT ilə A.R-nın
Hökuməti arasında bağlanmış sazişin rolu.
BYHT-nın və A.R-sı Hökumətinin dostcasıma əməkdaşlıq ruhunda
hərəkəy etdiklərinə əsaslanaraq aşağıda qeyd olunanlar haqqında razılığa
gəlmişdir : Bu maddənin müddəalarında öz əksini tapmışdır.
Sazişin 1-ci maddəsi anlayışlardır.
Sazişdə istifadə olunana anlayışlar aşağıdakılardır :
a.
“Missiya” – BYHT –nın qəbul
edən dövlətin ərazisində yerləşən struktur bölməsi deməkdir; onun vasitəsilə
BYHT özünün məqsəd və vəzifə proqramları çərçivəsində fəaliyyətini həyata
keçirir və A.R-sı ilə əməkdaşlıq edir.
b.
“Hökumət” – A.R-sı höküməti
deməkdir.
c.
“Qəbul edən dövlət” -
ərazisində BYHT Missiyasının yerləşdiyi dövlət deməkdir.
d.
BYHT konvensiyası – BYHT Baş
Məclisi tərəfindən qəbul edilən BYHT – nın Konvensiyası deməkdir.
Maddə 2. Missiyanın məqsədi və fəaliyyət sahəsi.
Maddə 3. Missiyanın statusu, imtiyazlar və immunitet.
Maddə 4. Fondlar , aktivlər və digər əmlak.
Maddə 5. Missiyanın vızifəli şəxsləri.
Maddə 6. Məkan salınan ölkədə tiplanan heyət.
Maddə 7. Məskan salan ölkəyə gəlmə və həmin ölkədən getmə.
Maddə 8. Rabitə vasitələri.
Maddə 9. BYHT –nın emblemi.
Maddə 10. Bildiriş .
Maddə 11. Şəxsiyyət vəsiqəsi.
Maddə 12. Əlavə sazişlər .
Maddə 13. BYHT Missiyasına iddialar.
Maddə 14. A.R-nın təhlükəsizliyi.
Maddə 15. Mübahisələrin həlli.
Maddə 16. Qüvvəyə minmə.
Maddə 17. Sazişin qüvvəsinə xitam verilməsi.
Maddə 18. Yekun müddəaları.
4.Nəqliyyat sistemində gömrük ödənişlərinin
hesablanması.
Mal qismində A.R-nın gömrük sərhəddindən keçirilən nəqliyyat
vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmuyan baqajda ,
beynəlxalq poçt göndərişlərində keçirilən kommersiya məqsədləri üçün nəzərdə
tutlmayan malların, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə
gömrük dəyərinin 0,15%-i miqdarında məzənənyə görə 10 ABŞ dollarından az
olmayaraq gömrük yığımı hesablanır.
A.R-nın gömrük sərhəddindən tranzit gömrük rejimi altında
keçirilən malların rəsmiləşdirilməsi 30 ABŞ dolları, hər əlavə tranzit YGB-nə
görə 10 ABŞ dolları miqdarında A.R-si Mərkəzi Bankı tərəfindən müəyyən edilən
məzənnəyə görə manatla gömrük yığımları hesablanır.
Fiziki şəxslər tərəfindən A.R-nın gömrük ərazisinə gətirilən ( o
cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün
vəsiqə verilməsinə görə :
-
Yük və minik avtomobilləri
, mikroavtobus və avtobuslar üçün – 20 ABŞ dolları;
-
Digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları ;
-
Iş vaxtından kənar vaxtda bu göstərilənlər 2 dəfə artırılır.
“Gömrük Tarifi Haqqında” A.R –sı qanuna müvafiq olaraq gömrük
sərhəddindən keçirilən mallar gömrük rüsumuna cəlb olunur. Rüsumların məbləği
A.R-sı Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Aşağıdakılar vergitutma obyekti hesab olunur :
Ø
Bəyanetmə tarixindən asılı
olmayaraq MDB üzvü olan dövlətlərin ( Gürcüstan, Qazaxstan, Özbəkistan
Respublikaları istisna olmaqla) hüdudlarından kənarda istehsal edilmiş, A.R-na
gətirilən istehsala buraxılış tarixindən 1 ilə qədər keçmiş minik
avtomobillərinin gömrük dəyəri ;
Ø
MDB üzvü olan ölkələrin
istehsalı ( mənşə sertifikatı olub MDB dövlətlərinin hüdudlarına gətirilən
istehsal buraxılış tarixindın 1 ilə qədər keçmiş minik avtomobillərinin )
tarixindən asılı olmayaraq gömrük dəyəri.
Bundan başqa
nəqliyyatın mühərrikinin tutumundan ( həcmindən, at qüvvəsindən) asılı olaraq
gömrük tarif sisteminə əsasən vergitutma tətbiq edilir.