31 Aralık 2014 Çarşamba

Azərbaycan Respublikasının Dövlət Himni

Azərbaycan Respublikasının Dövlət Himni

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-dəAzərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament “ Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən,1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi.




Sözlərinin müəllifiƏhməd Cavad1919
BəstəkarıÜzeyir Hacıbəyov1919
ÖlkəAzərbaycan bayrağı Azərbaycan
Təsdiqi1992-ci il 27 may

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Azərbaycan Respublikasının Gerbi

Gerb - Gerb əsas qruplara bölünür: dövlət gerbləri, torpaq gerbləri (şəhər, vilayət, quberniya, əyalət və s.), korporativ gerbləri (orta əsr sexləri), nəsil gerbləri (zadəgan nəsilləri).
Azərbaycan gerbi
Azərbaycan Respublikasının Gerbi
1919-cu ilin noyabrında Azərbaycan Xalq Cumhuriyyəti-nin gerbinin təsviri üçün müsabiqə təyin edildi. Müsabiqəyə 1920-ci il mayın 30-da yekun vurulmalı idi, lakin həmin ilin 27 Aprelində Azərbaycan işğal edildi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.
Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir.
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Azərbaycan ərazisi


Ərazisi 86.6 min km2 (12% meşələr, 1.7% su hövzəsi, 54.9% yararlı torpaqlar, cümlədən 31.1 % otlaq və biçənəklə,31.4% sair torpaqlar).Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel üzərindədir.
Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km
Böyük göllər, km2 
Sarısu – 67.0
Ağgöl – 56.2
Ağzıbirçala – 37.0
Mehman – 35.0
Böyükşor – 9.2
Hacıqabul – 8.4
Dünyada ən böyük göl -Xəzər dənizi
sahəsi 400000 km2, dərinliyi-1025 m.
Ən yüksək dağ zirvəsi 
Bazardüzü – 4466 m.
Qonşuları Dövlət sərhədləri Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.
Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km
Böyük adalar km2 
Pirallahı – 14.4
Çilov – 11.5
Xərə-Zirə – 3.5
Böyük-Zirə – 1.4
Böyük çaylar km
Kür – 1515
Araz – 1072
Alazan (Qanıx) – 413
İori (Qabırrı) – 389
Samur – 216
Tərtər – 200

Azərbaycan bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı.
Yaranma tarixi
Bayraq — bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlər atributudur.
Bayrağın simvol və anlamlı rəngləri ümumiyyətcə dəyişilməzdir. Hər rəng və simvol bir özəl məna daşıyır.
Tarixi
Bayraqlar ilk illərdə yalnız siqnallaşmaq üçün istifadə edilmişdir. Ölkələrin özlərinə bayraq təyin etməsi isə, döyüşlərdə tərəflərin bir-birlərini ayırd edə bilmələri üçün Orta Çağ başlarında ortaya çıxan bir faktdır. Kristofer Kolumb zamanında, hər gəminin hansı ölkəyə mensub olduğunu göstərən bir bayraq daşıması zəruri hesab olunmuşdur və bunun nəticəsində, günümüzdəki bayraq sistemi ortaya çıxmışdır.
Dövlət bayrağı
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasnın Qanununda qeyd edilir:
1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
3. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.”
 Üçrəngli bayrağın simvolları
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.
Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə. Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!” Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.
Yaşıl rəng – islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib.
Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir? Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.
Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. (Bax: M. Əliyev. “Qobustan” jurnalı, 1989, N3).
Tarixçi Cəbi Bəhramov: “Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur”, – deyə bildirir. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.
Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib”.
Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli belə açıqlayıb: “Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir”.
Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunmuş və səkkiz güşə, səkkiz türk xalqının simvoludur.
Cəfər Cabbarlı “Azərbaycan bayrağına” şeirində yazır:
Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yulduz, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od yurdu
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.
Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.
Bayraqlar dövrlər üzrə
Atabəylər dövlətinin (Eldəgəzlər dövləti) bayrağı
1136-1225-ci illər ərzində Azərbaycan ərazisində göy rəngli üzərində ikibaşlı qartal təsviri olan Atabəylər dövlətinin (Eldəgəzlər dövləti) bayrağı ucalırdı. Atabəylər Dövlətinin banisi Atabəy Şəmsəddin Eldəgəzdir. Azərbaycan (Kürdən cənuba), Şimal-Qərbi İran vilayətləri (İsfəhan, Rey) və s. yerləri əhatə edirdi. Paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan və Təbriz olmuşdur.

Qaraqoyunlu dövləti
Qaraqoyunlu dövləti – 1410-1468-ci illər ərzində Şirvan istisna olmaqla bütün Azərbaycanı, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraqı əhatə edirdi. Qaraqoyunlular Oğuz türk əsilli tayfa ittifaqıdır. Bayraqlarında təsvir olunan qoyunun rənginə görə o Qaraqoyunlu adlanırdı.

Ağqoyunlu dövləti
1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.

Səfəvilər dövləti
Səfəvilər dövləti – 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş bir dövlətdir. Səfəvilər tarixdə ilk dəfə Azərbaycan türkcəsini özünün rəsmi dili elan edib. Bayrağında İslam rəmzi olan yaşıl rəng üstünlük təşkil edir.

Bakı xanlığının bayrağı
Bakı xanlığının bayrağın dördkünc qumaşı (ölçüləri 220 x 122 sm) dörd parça açıq moruğu və bir parça açıq xaradan əl ilə tikilmişdir. Uzununa yerləşdirilmiş yaşıl parça (eni 31 sm) ona möhkəm tikilmiş qırmızı atlas köbə (eni 6 sm) vasitəsilə bayraq ağacına taxılmışdır. Yaşıl parçanın üstündə xırda nəbati naxışlı üç zolaq vardır. Birinci zolaqda yanyana baş-ayaq yerləşdirilmiş biri tünd, o biri açıq yaşıl rəngli zambağa oxşar butaların içində altıləçəkli güllər və şişuclu, dalğavari yarpağa oxşar naxışlar salınmışdır. Daha enli ikinci zolağın içində ucları birləşdirilmiş, biri tünd, o biri isə yaşıl rəngli iki aypara çəkilmiş, bu ayparaların və onların birləşməsindən yaranmış çevrənin içində altı və səkkizləçəkli güllər tikilmişdir. Ayparalarla zolağın arasında içərisində tünd yaşıl saplarla xallar vurulmuş butavari yarpaqlardan yaradılmış ornament salınmışdır. Bütün gül və naxışların üzərində artıq solmuş güləbətin saplarının izləri qalmışdır. Yaşıl parçaya yaxın yuxarı sol hissədə yerləşən parçanın üstündə tünd moruğu onturlu ucları birləşdirilmiş üç aypara təsvir edilmişdir. Birinci ən böyük ayparanın içində ortadan başlayaraq əks istiqamətlərdə tünd moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli orta ayparanın içində tünd moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli ayparanın içində tünd moruğu saplarla ərəb dilində “Ya Məhəmməd, möminləri müjdələ” və “Allahdan kömək və yaxın qələbə” sözləri yazılmışdır. Digər ayparanın uclarının birləşməsindən əmələ gələn çevrənin içində yaşıl fonda tünd moruğu saplarla ərəb dilində “Allah kömək edəndir və Allah qoruyandır” sözləri yazılmışdır. Uzunsov səkkizləçəkli gül formasında olan aşağı hissəsi ərəb qrafikası elementlərini (“bismillah” və ya “Bakuyə”) xatırladan mürəkkəb naxışlarla örtülmüşdür.

Gəncə xanlığının bayrağı
Bayrağın dördkünc qumaşı (uzunluğu 127 sm, eni 174 sm) məxsusi toxunmuş və əl ilə bir-birinə tikilmiş moruğu və yaşılrəngli xara parçalarından hazırlanmışdır. Yuxarı hissənin sol tərəfində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilmişdir. Qızılı zanbaq gülləri ilə əhatələnən qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə yazılmış “Allah” sözü vardır. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla bitir. Ortadan iki hissəyə bölünmüş çərçivədə ərəbcə aşağıdakılar yazılmışdır: “Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır “. Mərkəz hissə ara xətləri ilə on qata bölünmüş və bu qatlarda qızılı saplarla ərəbcə aşağıdakı yazı beş dəfə təkrarlanmışdır: “Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir”.
Şəki xanlığının bayrağı
Şəki xanlığının ölçüsünə görə ən iri bayrağı (245 x 237 sm) beşbucaqlı formasındadır. Moruq rəngli orta hissəsi sarı ipək saplarla və güləbətinlə işlənmiş ornamentlərlə örtülmüşdür. Bayraq qumaşı xara (zərxara) parçadandır. Ortada, güləbətin saplarla işlənmiş şaquli istiqamətli xətlər arasında, sarı ipək saplarla cərgə-cərgə səkkizguşə və altıguşə ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə, dəyirmi, rombvarı və üçbucağa oxşar kiçik fiqurlar salınmışdır.
 İrəvan xanlığının bayrağı
Bayrağın qumaş hissəsi (ölçüləri:156 x 156 sm) zoğalı rəngli dördkünc ipək qanovuz parçadandır. Onun üstündə təbii boyalarla Şir və Günəş (şirixurşid) təsvirləri çəkilmişdir. Yan tərəfdən təsvir edilən Şir başını arxaya döndərmiş , qabaq sol pəncəsində qılınc tutmuş, quyruğunu belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir. Şirin arxasında doğan sarı Günəş və onun qızılı şüaları görünür. Şirin başı üstündə damcıvari sarı kartuşda “Əs-sultan ben əs-sultan Şah Fətəli Qacar, 1239″ sözləri yazılmışdır. Bayraq qumaşının zoğalı hissəsində əmələ gəlmiş üçbucaqların hər birində yerləşdirilmiş yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə aşağıdakı Quran ayələri yazılmışdır: aşağıda sağda – “Möminləri müjdələ “, solda – “Kömək allahdandır və yaxın qələbə”, yuxarıda sağda – “Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik”, solda – “Mərhəmətli, rəhimli allahın adı ilə “. Bayrağın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır.

Qarabağ xanlığının bayrağı
İmperator I Aleksandr tərəfindən vəd edilən bayraq bir il sonra – 1807-ci ildə Mehdiqulu xana təqdim edildi. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlarının bu bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiq etdi. Bayraq qumaşı (ölçüləri 115 x 100 sm) zamanın təsirindən saralmış dördkünc ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunmuşdur. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilmiş iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacların üstü göy və qırmızı daşlarla bəzənmişdir. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilmişdir. Qalxanın üzərində ağ, qırmızı və boz rənglərlə Moskva şəhərinin gerbi – Müqəddəs Müzəffər Georginin əksi verilmişdir. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilmiş, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınmışdır. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülmüşdür.

Azərbaycan Respublikasının Dövlət Bayrağı
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərarda Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilirdi. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr – şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər mövcud olub.
Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (böyük mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin, indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. Sovet Rusiyasının XI Qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrildi, süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi…

Sovet hakimiyyəti
1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti quruldu və Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan Sovet Sosialist Respublikası) elan olundu. İlk dövrlərdə inqilabi al bayraqlarla yanaşı, bayrağın sapına yönəlmiş yuxarı sol küncündə ağ beşguşəli ulduz və ağ aypara təsvirli al bayraqlardan da istifadə olunurdu. 1921-ci ildə Bakıda buraxılmış plakatda belə bayraq təsvir olunmuşdu. 1920-1921-ci illər ərzində Azərbaycan Sovet Sosialist Respublikasının ilk bayrağı.

Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin
1921-ci ilin may ayında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarət idi, onun sol küncündə, bayraq sapı tərəfdə yaşıl fon üzərində qızılı “AİŞC” və ya “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti” yazısı yerləşdirilmişdir. Azərbaycan SSR-in bayrağının RSFSR-in (Rusiya Sovet Sosialist Federativ Sosialist Respublikası) bayrağından fərqi onda idi ki, RSFSR bayrağında yazılı sahə qırmızı idi, Azərbaycan SSR-ində isə yaşıl verilmişdi. 1921-ci Azərbaycan SSR-in dövlət dili əsasında türk dili, əlifbası isə ərəb əlifbası idi, odur ki, “AİŞC.” abreviaturası da ərəb əlifbası ilə türk dilində verilirdi. Azərbaycan SSR-in 1921-1922-ci illərdəki bayrağı.

Azərbaycan SSR MİK (Mərkəzi İcraiyyə Komitəsi)
1922-c i ilin dekabrın 30-da SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyini de fakto itirən Azərbaycan SSR MİK (Mərkəzi İcraiyyə Komitəsi) yeni latın qrafikalı əlifbanın (yeni əlifba adlanan) ərəb əlifbası əsasında olan köhnə əlifbası ilə eyni hüquqa malik olması barədə dekret qəbul etdi. Bu amil bayrağın təsvirinə də öz təsirini göstərmiş oldu, yəni “A.S.S.R” abreviaturası, həm latın, həm ərəb əlifbası ilə verildi. Azərbaycan SSR-in 1922-24-cü illər ərzində dalğalanan bayrağı.

Azərbaycan Sovet Sosialist Respublikasının 1924-1930-cu illər bayrağı.
1924-cü il dekabrın 8-də Azərbaycan SSR MİK-in dördüncü çağırış üçüncü sessiyası Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasını qəbul etdi. Azərbaycan SSR Sovetlər Qurultayı 1925-ci il martın 14-də onu təsdiq etdi. “AİŞC-nin dövlət bayrağı 2:1 nisbətdə olan al (qırmızı) qumaşdan ibarətdir. Yuxarı sol küncündə, bayraq sapı tərəfdə radiusu bayraq eninin 1/6-nə bərabər olan ölçüdə qızılı oraq və çəkic yerləşdirilib; onun üzərində şiş ucları sağ tərəfə yönəlmiş qızıl aypara və qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib; ayparanın diametri bayraq eninin 1/10-nə bərabərdir, oraq və çəkicdən sağda yeni və əski türk əlifbası ilə “A.İ.Ş.C” yazısı verilib.

Azərbaycan Sovet Sosialist Respublikasının 1930-1937-ci illər bayrağı.
20-ci illərin axırında rus dilindəki “социалистическая” sözü əvvəlki tək “ictimai” kimi deyil, “sosialist” kimi tərcümə edilməyə başlanıldı. Bununla bağlı bayraq üzərindəki abreviatura yazısında da düzəlişlər edildi. 1930-cu ildən başlayaraq, Azərbaycan SSR-in bayrağı üzərində “ASSR” abreviaturası yalnız latın əlifbası ilə verilməyə başladı.


Azərbaycan SSR-in 1937-1940-cı illər ərzindəki bayrağı. Bayraqdakı təsvirlər latın qrafikası ilə göstərilib.
1937-c i il Konstitusiyasının 152-ci maddəsində isə dövlət bayrağının təsviri belə ifadə edilmişdi: Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağı, sol bucağında, bayraq ağacı yanında yuxarıda qızılla oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində “Az SSR” sözləri yazılmış qırmızı qumaşdan ibarətdir.


Azərbaycan SSR-in 1940-1952-ci illər ərzindəki bayrağı.
1939-cu il 11 iyul tarixdə qəbul edilmiş “Azərbaycan əlifbasının latın əlifbasından rus əlifbasına keçməsi” haqqında Azərbaycan SSR-in Qanununa uyğun olaraq 1940-cı il yanvarın 1-dən Azərbaycan əlifbası latın əlifbasından rus əlifbasına keçirildi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1940-cı il 20 mart tarixli fərmanı ilə Azərbaycan SSR Dövlət bayrağı üzərində “Az. SSR” abreviaturası yeni əlifba ilə təsvir edildi.
Azərbaycan SSR-in 1952-1991-ci ilə kimi mövcud olmuş bayraq.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan SSR xalq rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru K.M. Kazımzadənin layihəsi əsasında Azərbaycan SSR-in yeni Dövlət bayrağı təsdiq olundu və onun təsviri Azərbaycan SSR-in 1953-cü il 18 avqust tarixli Qanunu ilə Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) 152-ci maddəsinə daxil edildi: “Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı iki üfüqi yerləşən rəngli zolaqlardan ibarətdir: qırmızı rəngli üst zolaq bayrağın eninin ¾-nə bərabər ölçüdədir, göy rəngli alt zolaq bayrağın eninin ¼-nə bərabər ölçüdədir, qırmızı zolağın yuxarı sol küncündə bayraq sapı tərəfdə qızılı oraq və çəkic, onlardan yuxarıda qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib. Eninin uzununa nisbəti 1:2-dir.

Azərbaycan Respublikasının dövlət bayrağı
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan üçrəngli bayraq Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən dalğalanmağa başlayıb.



Beynəlxalq nəqliyyat əməliyyatları







Beynəlxalq  nəqliyyat əməliyyatları
fənnindən

Mühazirə.






























Mövzu  1

Fənnin məqsədi və vəzifələri.
                   
Plan :
1.       Giriş .
2.      Fənnin əhəmiyyəti .
3.      Məqsədi və qısa inkişaf  tarixi.
4.      Beynəlxalq nəqliyyat əlaqələri haaqında anlayış.

              Ədəbiyyat :

1.      Z.S.Məmmədov  “XXI əsr iqtisadi inkişafın nəqliyyat fasktoru “ Bakı 2002.
2.      E.Ə.Əliyev “ Beynəlxalq nəqlıiyyat daşımalarının konvension təsbiti “ Bakı 2

1.Giriş

XX əsrdə dünya iqtisadiyyatında baş vermiş inqilabi dəyişikliklərin ana xəttini dinamik  inkişaf  təşkil etmişdir . Ekspertlərin hesablamasına görə ötən yüzillikdə dünya üzrə ümumi daxili istehsal 19 dəfə, əhalinin sayı isı 4 dəfə artmışdır. Keçən yüzillikdə dinamik inkişaf edən sahələrdən biri nəüliyyat olmuşdur. Bu dövrdə cəsarətlə demək olar ki, nəqliyyat sektoru öz inkişaf surəti , miqyasına görə bütün əsrlərə bərabər yol keçmişdir. Nəqliyyat sektorunun mühüm infrastruktur kimi formalaşması başa çatmış , onun təkmilləşməsi istiqamətində inqilabi dəyişikliklər aparılmışdır. Bir cəhəti də qeyd etmək lazımdır ki, nəqliyyat sektorunun inkişafı bütövlükdə iqtisadiyyatın inkişafının güclü faktoruna çevrilmişdir. Əgər XXI əsr su nəqliyyatının genişlənməsi və dəniz yolarının yeni – yeni ərazilərə çəkilməsi ilə xarakterizə olunurdusa XX əsr nəqliyyatın yeni – yeni sahələrinin yaranması , bütövlükdə iqtisadiyyatın bu sektorun sürətli inkişafı ilə fərqlənir. Avtomobil daha çox maliyyə  , texniki, əmək resursları cəlb edən bir sahəyə çevrilmişdir.
Dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat sektoruna müstəqilliyin qorunmasının mühüm faktoru kimi baxılır. Bir sözlə nəqliyyat qloballaşan dünyanın ən fəal, dinamik strukturundan birinə çevrilir.
Şərqlə qərbin qovşağında yerləşən, unikal coğrafi , geosiyasi şəraitə malik olan Azərbaycan dünya iqtisadiyyatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmamışdır. XIX əsrdə Bakı-Tbilisi, Şimal –Cənub dəmir yolunun çəkilməsi, neft sənayenin inkişafı ilə əlaqədar olaraq Xəzəedə gəmiçilik imkanları genişlənmişdir.

2.Fənnin əhəmiyyəti.

Bazar iqtisadiyyatı şəraitində dünya ölkələri arasında gedən inteqrasiya prosesinin inkişafında başqa iqtisadi amillərlə yanaşı , nəqliyyat faktoru mühüm əhəmiyyət kəsb edir.
Nəqliyyatın dünya ölkələrinə iqtisadi inkişafında “FƏQƏRƏ” sütunu rolunu oynayır . Lakin XX əsrin sonunda və XXI əsrin əvvəllərində dünya ölkələri arasında iqtisadi əlaqələrin daha geniş vüsət alması nəqliyyatın yeni qlobal problemlərinin aşkar olmasına təsir göstərmmişdir.
Bu bir həqiqətdir ki, nəqliyyat təkcə yük və sərnişin daşınması əməliyyatlarını yerinə yetirmir, eyni zamana təbii və əmək resurslarının istehsal dövrüyyəsinə cəlb olunmasında,  məhsuldar qüvvələrin inkişafında , istehsal sahələrinin ərazi üzrə səmərəli səmərəli təşkilində, əhalinin məskunlaşmasında, şəhər və kəndlərin əmələ gəlməsində əsas faktor rolunu oynayır. Müasir şəraitdə bütün dünya ölkələrində 100 milyondan çox əhali nəqliyyatın müxtəlif sahələrində çalışır. Xüsusilə XX əsrin sonunda dünyanın siyasi xəritəsinə yeni qrup müstəqil dövlətlərin daxil olması və həmin dövlətlərin sərbəst şəkildə dünya iqtisadiyyatına qovuşması müasir şəraitdə ölkələr arası yük axınlarının intensivləşməsinə təsir göstərməklə nəqliyyatın iqtisadi səmərəliliyini artırmışdır. Ölkələrarası iqtisadi əlaqələrin səmərəliliyinin yüksəldilməsi və yük axınlarının tənzimlənməsinin təmin olunması hər bir nəqliyyat sahəsində beynəlxalq normalara uyğun təkmilləşdirilmə işlərinin aparılmasını tələb edir.

3.      Fənnin məqsədi və qısa inkişaf tarixi.

Dövlətlərin yerləşdiyi məkandan asılı olmayaraq ,ölkələr çalışır ki, özünün istehsal etdikləri sənaye və kənd təaərrüfatı məhsullarını daha səmərəli yollarla dünya bazarına çıxarsınlar və yüksək səviyyədə gəlir əldə etsinlər.
Bu baxımdan nəqliyyatın müasir problemlərini dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti olmadan həll etmək qeyri mümükündür. Bu proses dünyanın bütün ölkələri ərazisində fəaliyyət göstərən nəqliyyatın hər bir sahəsindən səmərəli istifadə olunmağı tələb edir.
XX əsrin sonunda bütün dünya ölkələri üzrə ümumi yük dövrüyyəsinin 62%-ni, dəniz nəqliyyatının 16%-i dəmir yolu, 14%-i boru kəməri, 8%-i avtomobil , 3%-i isə daxili su yolları təşkil etmişdir. Lakin XXI əsrdə elmi – texniki tərəqqinin sürətli inkişafına başqa sahələrdə olduğu kimi, nəqliyyatın müxtəlif sahələrinə şikayət etmiş, onun elmi texniki potensialının yüksəldilməsinə təsir göstərir. Ən başlıcası isə iqtisadi inteqrasiyanın geniş vüsət aldığı bir şəraitdə istər sürət , istərsə də yük götürmə baxımından müasir həyatın tələblərinə cavab verə bilən müasir texnologiyanın prinsiplərinə əsaslanan maşın və avadanlıqlarının istehsalının həyata keçirilməsi əsas şərtlərdən hesab edilir.

4.Beynəlxalq nəqliyyat əlaqələri haqqında anlayış.

A.R-nın dünya iqtisadiyyatına qovuşması və dünya ölkələri ilə gedən inteqrasiyaprosesində yerini müəyyən etmək üçün müasir baxımdan nəqliyyat sahələrinin təhlil olunması olduqca vacibdir. Avrasiya ölkələri mərkəzi mövqe tutan Azərbaycanın əlverişli nəqliyyat sisteminə malik olması dünya ölkələrinin marağına uyğun olan səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır. Eyni zamanda tarixi “İpək yolu”-nun bərpası TASİS və TRASEKA proqramlarının həyata keçirilməsi üçün respublikanın nəqliyyat sistemi mühüm əıhəmiyyətə malikdir.
Hələ 1998-ci ilin sentyabr ayında Bakı şəhərində tarizi “İpək yolu”-na həsr olunmuş beynəlxalq əhəmiyyətli konfransda Respublikanın Prezidenti H.Əliyev qeyd etmişdir : Əminəmki tarix böyük “İpək yolu”-nun bərpası məsələlərinin müzakirəsi , konfransımızın nəticələri və yekunları milli və regional nəqliyyat sektorlarının , beynəlxalq iqtisadi əməkdaşlığın , inkişafın, Avrasiya məkanında sülhün tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcəkdir.
Hazırda Azərbaycan 143 dünya ölkəsi ilə ticarət əlaqələri yaratmışdır. Bu sahədə də nəqliyyatın xüsusi rolu vardır.
   












Mövzu 2. Nəqliyyat xarici iqtisadi fəaliyyət sahəsində.
 
        Plan:

1.         Nəqliyyat iqtisadi fəaliyyətin sahəsi kimi.
2.         Nəqliyyatın inkişaf tarixi.
3.         Beynəlxalq nəqliyyat sisteminin formalaşması
4.         Dünya nəqliyyatının sərnişin dövriyyəsinin strukturu, %-lə.

1.      Nəqliyyat iqtisadi fəaliyyətin sahəsi kimi.

    Nəqliyyat bəşər cəmiyyətinin inkişaf tarixində mühüm rol oynayan faktorlardan biridir. Nəqliyyatın inkişafı cəmiyyətin inkişafı ilə əlaqəli olmuş, istehsal sahələrinin inkişafında və məhsuldar qüvvələrin formalaşmasında təsir edici amillərdən biri olmuş, daim təkmilləşmiş və formalaşmışdır. Nəqliyyatın inkişafında və onun sahələrinin formalaşmasında tarixən yer kürəsinin ayrı-ayrı regionlarının, dəniz və okeanların öyrənilməsi nəticəsində və həmin ərazilərə gediş-gəlişin təmin olunması zərurətindən irəli gələrək nəqliyyatın ayrı-ayrı sahələrinin inkişafına daim diqqət artırılırdı. əgər cəmiyyətin inkişafında maddi nemətlər istehsalı üçün məhsuldar qüvvələrin inkişafı zəruri sayılırdısa, istehsal olunmuş məhsulların daşınması üçün nəqliyyat sahələrinin inkişafı tələb olunurdu. Lakin qeyd etmək lazımdır ki, dünya nəqliyyatının formalaşmasında ayrı-ayrı dəniz və quru yollarının müəyyən olunmasında görkəmli səyyahların çox böyük xidmətləri olmuşdur. Xüsusilə dünya dəniz yollrının açılmasında Avropanın dəniz sahili ölkələrində dənizçiliyin inkişafı ilə əlaqədar olaraq, dənizçilikdə uzun illər qazandıqları təcrübələr əsasında dünyanın müxtəlif ölkələrinə səyahət etmiş və yeni dəniz yollarının açılmasında nailiyyətlər qazanmıdılar. Avropa səyyahlarının xidməti əvəzolunmazdır. Hələ orta əsrlərdə dünyanın Avropa ölkələri ərazisində yerləşən adalara dəniz yolu açmaq və həmin adalarda yerləşən təbii sərvətləri istehsal dövriyyəsinə cəlb etmək məqsədilə İrland səyyahlarının böyük xidmətləri olmuşdur.
     lX əsrin əvvəllərində Normand səyyahı Erik Rijiy Şotlandiya, X əsrin sonunda isə İNgiltərəyə dəniz yolunun açılması üçün öz səyahətlərini başa çatdırırlar.
    Artıq Xlll əsrdə Portuqaliya səyyahı, dənizçisi Henrix Atlantik okeanından gələrək Aralıq dənizinə daxil olur. Bu dövürdən başlayaraq materiklərin daxili dənizlərə yeni yolların açılması başlanır. Eyni zamanda Afrikanın şimal ərazilərinə dəvə karvanı vasitəsi ilə daxil olaraq buranın təbii sərvətləri haqqında avropalılara ilkin məlumatlar çatdırılır. XV əsrin əvvəlində dünya dəniz yolunun kəşfində böyük xidməti olan , xüsusi dənizçilik məktəbi keçmiş görkəmli şəxslərdən biri də Xristofer Kolumb olmuşdur. Onun əsas məqsədi Avropa ilə Asiya arsında Hindistanadək böyük dəniz yolunu müəyyənləşdirmək olmuşdur.
    1942-ci ildə kiçik heyətdən ibarət dəstə ilə İspaniyanın Paloe limanından Hind okeanına yeni dəniz yolunu kəşf etmək məqsədi ilə səyahətə çıxır.
   20 oktyabr 1492-ci ildə Kubanın sahillərinə gəlib çıxır. əslində isə Kolumb yeni torpaqlar kəşf edir. Dünya iqtisadiyyatına böyük töhvələr verən sonradan Amerika adalndırılan ərazilər idi. Dünya dəniz yollarının kəşfində böyük xidməti olan şəxslərdən biri Fermando Magellon olmuşdur. Lakin bu sadəcə olaraq intibah dövründə dünya iqtisadiyyatına təsir göstərə bilən yeni dəniz yollarının açılamsı dünya ərazisi haqqında tam məlumat verməklə ölkənin iqtisadiyyatına təsir göstərə bilən təbii resursların yerləşdiyi ərazilərin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir.
    Dünya iqtisadiyyatının inkişafında və dünya ölkələri arasında əlaqələrin yaradılmasında quru yolların müəyyən olunması da mühüm əhəmiyyətə malik idi. Qədim zamanlarda başlamış sənayeləşmə dövrünə qədər yer kürəsinin quru ərazilərinə müxtəlif səyyahların getməsi ayrı-ayrı regionlara çıxış yollarının müəyyənləşdirilməsi haqqında məlumatlar toplanmaqla yanaşı mühüm xammal ehtiyyatlarının yerləşdiyi ərazilər haqqında tamtəsəvvür yaranırdı. Quru yollarının müəyyən olunması, dəniz yollarının müəyyən olunması qədər çox çətinliklərlə başa gəlirdi.
    Yer kürəsinin quru ərazilərinin öyrənilməsində, ölkələrarası yolların müəyyən olunmasında böyük xidməti olan səyyahlardan biri də Marko-polo olmuşdur. O, Avropa ölkələrindən başlamış Mərkəzi, Şərqi və Cənubi Asiya ölkələrində olmuş, Çinlə-Orta Asiyanı birləşdirən Böyük İpək yolunun birləşməsinə gəlib çıxır. O səyahətinin ikinci dövründə Cənubi Asiya ölkələrinə və İran körfəzi sahillərinə gələrək bütün bu ərazilərdə olan yolların xəritəsini tərtib etmişdir.
    Dünya ölkələrinin iqtisadi inkişafında tədqiq edilmiş hər bir ərazinin təbii iqtisadi şəraitinin müəyyən olunması və bu əsasda həmin resurslarının istehsal dövriyyəsinə cəlb olunması üçün məhsuldar qüvvələrin inkişafı dövrün tələblərinə cavab verəcək səviyyədə formalaşırdı.

2.      Nəqliyyatın inkişaf tarixi.

    Dünya iqtisadiyyatının inkişafında XlX əsrin axırı XX əsrin əvvəllərində məhsuldar qüvvələrin təsiri daha intensive hal almağa başlamışdır. Xüsusiilə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş Avropa ölkələrində İngiltərə, Fransa, Almaniya, İtaliya və gigər ölkələrdə sənayeləşmənin sürətli inkişafı ölkələrarsı iqtisadi əlaqələrin yaranmasında mühüm rol oynayan nəqliyyatın əvvəlki primitiv formasından yeni sənaye dövrünün tələblərinə uyğun şəkildə inkişafını tələb edirdi.
    XX əsrdə dünya iqtisadiyyatının inkişafında bir sıra social-iqtisadi amillərlə yanaşı nəqliyyat faktoru da mühüm rol oymamışdır. Dünya ölkələrinin təbii resurslarından istifadə etmək üçün əvvəlki primitive nəqliyyatdan fərqli olaraq ölkələrarsı iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayan dəmir yolu, dəniz nəqliyyatı, avtomobil nəqliyyatı, boru kəmər və hava nəqliyyatı inkişaf etdirilməsi iqtisadi inkişafa müsbət təsir göstərir. Dəniz nəqliyyatından daha səmərəli istifadə etmək məqsədilə və dəniz yollarının qısa məsafələrdən keçməsini təmin etmək üçün yeni xammalların çəkilməsi diqqət mərkəzinə yönəldilmişdir.
    XX əsrin sonunda dünya ölkələrində qədim inteqrasiya prosesləri özlüyündə nəqliyyatın sahələr üzrə intensive inkişafını tələb edirdi. Bu dövür üçün kütləvi yüklərin uzaq məsafələrə daşınmasında dəmir yoluna daha çox üstünlük verilirdi. XlX əsrin sonunda XX əsrin əvvəllərində dünya ölkələri üçün dəniz nəqliyyatı ilə yüklərin daşınması daha səmərəli hesab olunurdu. Yəni dünya ölkələrində yük tutumu daha çox və intensiv hərəkətə malik olan tankerlərin istehsalının həyata keçirilməsi dəniz nəqliyyatı ilə yük daşınmanın xüsusi çəkisinin başqa nəqliyyat sahələrinə nisbətən artmasına zəmin yaratdı. 2000-ci ildə dünya ölkələri üzrə ümumi yük dövriyyəsinin 16%-i dəmir yolu, 62%- idəniz nəqliyyatı, 8%-i avtomobil nəqliyyatı, 11%-i boru kəmər, 3%-i daxili sular təşkil etmişdir.
    Dünya nəqliyyatın inkişafı yalnız yük və sərnişin daşınmasına əməliyyatlarını yerinə yetirilir, eyni zamanda yük milyonlarla əhalinin işlə təmin olunmasında, quruda və suda olan zəngin təbii resursların istehsal dövriyyəsinə cəlb olunmasında, əhalinin məskunlaşmasında, şəhərlərin, qəsəbələrin, kəndlərin formalaşmasında mühüm sənaye və nəqliyyat qovşaqlarının, limanların inkişafında mühüm iqtisadi əhəmiyyət kəsb edir.
    XXl əsrin əvvəllərində yuxarıda qeyd olunan sahələrin daha qlobal xarakter alması və nəqliyyatın dünya ölkələrinin iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alıb, müasir tələblər baxımından təhlil və tədqiq olunması olduqca vacibdir.

3.      Beynəlxalq nəqliyyat sisteminin formalaşması.

    Dünyanın nəqliyyat yolları və nəqliyyat vasitələri dünya nəqliyyat sistemini təşkil edir. O, əsasən XX əsrdə yaranmışdır. Bu sistemdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin və həmçinin regionların nəqliyyat sistemini xüsusilə qeyd etmək lazımdır.
    Şimali Amerikanın regional nəqliyyat sistemi daha yüksək səviyyədə inkişaf etmişdir. Dünya nəqliyyat yollarının uzunluğunun 30%-i bu regionun payına düşür. Bu rəqəm avtomobil və boru kəməri nəqliyyatında daha yükdəkdir. Şimali Amerika bütün növ nəqliyyat yük daşınmalarında birinci yerdədir.Avropa Şimali Amerikadan yüklərin daşınması məsafəsinə görə geri qalır, ancaq onu yolların sıxlığına görə qabaqlayır.
    Dünya nəqliyyat xəttlərinin 10%-i MDB ölkələrinin payına düşür. Ancaq MDB yük daşınmalarının həcminə görə dünyada birinci yeri tutur. Hər il bütün nəqliyyat növləri ilə 100 milyard tondan çox yük və 1 trilyon sərnişin daşınır. Bu daşınmalarda 650 min avtomobil, 40 min dəniz gəmiləri, 10 min təyyarə reysi, 200 min dəmir yolu lokomoyivləri iştirak edir və bu rəqəmlər ilbə-il artır.
    Son dövrlərdə dünyanın nəqliyyat sistemində güclü keyfiyyət dəyişiklikləri baş verir. Beləki, elektirikləşmiş dəmir yolları çoxalmışdır. Bərk asvalt örtükləri avtomobil yolları artır. Boru kəmərlərinin diametri artmışdır.
    Yük və sərnişin daşınmanın qurluşu müxtəlif nəqliyyat növləri üzrə dəyişir. Aşağıda yük dövriyyəsinin quruluşunun dəyişməsi verilmişdir:

 Yük dövriyyəsinin dəyişməsi , %-lə

Nəqliyyat növləri
1950
1970
1980
1996
2000
0520
Dəmir yolu
Avtomobil
Daxili su nəqli.
Dəniz nəqli.
Neft boru kəməri
Qaz kəməri
Hava nəqliy.
Cəmi yük daşınmalar,trln
30,8
7,5
5,6
51,9
3,1
1,1
0,1

6,9
18,9
8,0
3,0
62,7
5,0
2,3
0,1

28,9
14,5
6,9
2,5
67,5
6,0
2,5
0,1

47,6
15,0
9,3
2,7
61,1
8,2
3,6
0,1

48,7
15,1
10,1
2,8
69,3
8,6
4,0
0,1

50,8
15,2
10,3
3,0
68,5
8,8
4,1
0,1

55,9

    Dünya yük dövriyyəsində dəniz nəqliyyatı liderlik edir, getdikcə dəmiryolu nəqliyyatınin xüsusi çəkisi getdikcə azalır və boru kəməri nəqliyyatının payı isə getdikcə yüksəlir. Dəniz nəqliyyatının əsas yükləri əsasən maye və torpaq halında olan yüklərdir:
    Neft-1000, neft məhsulları 300, dəmir filizi 340, daş kömür 370, dənlilər 250 ( mln ton il ərzində)
    Dünya yük daşınmaların ın əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, son dövrlər yüklərin daşınmasında konteynerlərdən geniş istifadə edilir. Dünyada daşınan yüklərin 40%-ə qədəri bu vasitələrdən istifadə edilməklə həyata keçirilir. Dəniz nəqliyyatı ilə dəmir yolu nəqliyyatı arasında və konteyner daşıyan yük avtomobilləri arasında sıx əlaqəli yük daşınmaları həyata keçirilir.
    XX əsrin ikinci yarısında xarici ticarətin, turizmin, elmin, mədəni, social və digər münasibətlərin genişlənməsi, əhalinin ölkələr arası hərəkətinə güclü təsir göstərmişdir.
    Sərnişin daşınmalarında minik avtomobilləri liderlik edirlər. onun sərnişin daşınmasında xüsusi çəkisi hazırda 60%-dən yuxarıdır. Hava nəqliyyatı ilə sərnişin daşınmaları dəmiryolu daşınmalarına sürətlə yaxınlaşır və onu yaxın perspektivdə ötməlidir.

4.Dünya nəqliyyatınının sərnişin dövriyyəsinin strukturu, %-lə.

Nəqliyyat növləri
1950
1970
1980
1996
2000
2005
Dəmir yolu
25.6
15.2
11.8
10.2
10.3
10.1
Avtomobil
71.4
77.2
79.0
79.9
78.9
78.9
O cümlədən: fərdi
56.8
60.5
60.0
61.1
61.3
61.5
Daxili su yolu nəqliyyatı
0.6
0.5
0.4
0.4
0.4
0.4
Dəniz nəqliyyatı
0.8
0.3
0.3
0.3
0.3
0.3
Hava nəqliyyatı
1.2
6.7
8.5
9.2
10.1
10.3
Sərnişin daşınması,trln sərnişin - km
2.5
8.0
14.2
18.1
20.3
22.8

    Dünya nəqliyyatının inkişafı beynəlxalq iqtisadi münasibətlərin inkişafına müsbət yəsir edən əsas amillərdəndir. Nəqliyyat eyni zamanda məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində də çox böyük rol oynayır.

Mövzu 4. Beynəlxalq dəmiryol yük daşınmalarının təşkili.
 
            Plan.

1.      Azərbaycan Respublikasının dəmiryol nəqliyyatının tarixi inkişaf prinsipləri.
2.      Respublikanın daxili iqtisadi rayonları üzrə dəmiryolu ilə təmin olunma səviyyəsi
3.      Beynəlxalq dəmiryol yük və sərnişin daşınmaların təmin olunma səviyyəsi.
4.      Beynəlxalq dəmiryol yük və sərnişin daşınmalara nəzarət və onların rəsmiləşdirilməsi prinsipləri.

1.Azərbaycan Respublikasının dəmiryol nəqliyyatının tarixi inkişaf prinsipləri.

    Mal və nəqliyyat vasitələrinin daşınması əsasən aşağıdakı kimi təsnif edilir və onlara nəzarət etməklə sərhəddən keçirilərək rəsmiləşdirilməsi həyata keçirilir:
a)      dəniz gəmilərinə gömrük nəzarəti;
b)      çay gəmilərinə gömrük nəzarəti;
c)      dəmiryol nəqliyyatına gömrük nəzarəti;
d)     hava gəmilərinə gömrük nəzarəti;
e)      avtomobil nəqliyyatına gömrük nəzarət
  Nəqliyyat sektoru dedikdə hər bir ölkə daxilində fəaliyyət göstərən nəqliyyat sahələrinin qarşılıqlı fəaliyyəti nəzərdə tutulur. Nəqliyyatın inkişaf etdirilməsi müasir şəraitdə dünya ölkələrinin qarşısında duran vacib problemlərdən hesab edilir. Əlverişli nəqliyyat sahələrinin inkişafı ölkələrin iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, yeraltı və yerüstü təbii resursların istehsal dövriyyəsinə cəlb olunmasına geniş imkanlar açır.
    Azərbaycan Respubliklasının əlverişli nəqliyyat sisteminə malik olması və dünya iqtisadiyyatına inteqrasiya olunması üçün zəngin təbii resursların olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın nəqliyyat sekyoruna tarixən neft sənayesinin inkişafı ilə əlaqəli olaraq dəmir yolu başqa nəqliyyat sahələrinə nisbətən daha tez inkişaf etmişdir. Azərbaycanda ilk dəfə 20 yanvar 1883-cü ildə Sabunçu-Suraxanı neft mədənləri arasında uzunluğu 20 km olan dəmiryolu çəkilmişdir. Azərbaycan Rusiyanın ucqar regionlarından olmasına baxmayaraq burada olan fliz və qeyri-fliz təbii sərvətlərin Rusiyanın bazarlarına daşınması üçün rus imperiyasının daim diqqət mərkəzində olmuşdur. Rusiya üçün mühüm xammal bazası sayılan Azərbaycan neftini rusiya bazarına daşınması məqsədi olə Çar Rusiyası tərəfindən Tblisi-Ağstafa-Bakı dəmiryolunun tikintisi üçün sərancam verir. Həmin sərancam əsasında 1883-cü ildə Azərbaycan daxilində 500 km uzunluğunda Ağstafa-Bakı dəmiryolu istifadəyə verildi. Bu dəmiryolu vasitəsilə Azərbaycanda istehsal edilən neftin 90%-i Rusiyaya daşınırdı. 1900-cü illərdə Rusiyada istehsal və istifadə edolən neftin 95%-i Abşeron mədənlərinin payına düşürdü.
    XX əsrin əvvəllərindən başlayaraq Bakı-Ağstafa dəmiryolu ətrafında yerləşmiş regionlarda istehsal olunan kənd təsərrüfatı məhsulları kütləvi halda Rusiya bazarlarına ixrac olunurdu. Bunun müqbilində Rusiyadan Azərbaycana hazır parça və digər istehlak malları gətirilirdi. Bakı-Ağstafa dəmiryolu ilə sutqa ərzində 50-60 ton tutumlu iki və dörd oxlu vaqonları olan 20 yük qatarı Rusiya bazaralrına göndərilirdi. 1901-ci ildə Azərbaycan daxilində uzunluğu 211 km olan Bakı-Dərbənd dəmiryolu tikintisi başa çatdırıldı.bu dəmiryolu Azərbaycanın neft rayonu ilə yanaşı Quba-Xaçmaz kimi tərəvəzçilik və meyvəçilik iqtisadi rayonlarından keçirdi. Bu dəmiryolu vasitəsi ilə Quba-Xaçmaz regionunda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyanın daxili bazarına ixrac olunmasına əlverişli zəmin yaratmışdır. Eyni zamanda respublikanın qərb bölgələri ilə iqtisadi əlaqələri inkişaf etdirmək məqsədilə Ələt-Mincivan-Culfa dəmiryolunun tikintisi planlaşdırılır. 1925-ci ildə Ələt-Culfa yolunun Ələt-İmişli hissəsi, 1930-cu ilin mayında 283 km uzunluğunda Ələt-İmişli-Mincivan dəmiryolunun tikintisi başa çatdırıldı. 1936-cı ildə 39 km uzunluğunda Mincivan- Qafan dəmir yolu tikintisi istifadəyə verilir. Böyük Vətən Müharibəsi illərində Ələt-Mincivan-Culfa dəmir yolu istifadəyə verilir.(445 km). 1939-cu ildə Osmanlı-Astara dəmir yolunun (125 km) tikintisi 1941-ci lidə başa çatdırıldı. Həmin dəmir yolundan uzunluğu 35 km olan Salyan-Neftçala köməkçi dəmir yolu çəkilir. 1934-cü ildə çirakidzor- kükürd yataqlarının istifadəyə verilməsi liə əlaqədar olaraq Gəncə-Aşıqlı əlaqələndirici dəmir yolu 22 km uzunluğunda istifadəyə verilir. Mingəçevir SES-in inkişafı ilə bağlı Mingəçevir-Yevlax (19 km) əlaqələndirici dəmir yolu çəkilir. 1963-65-ci illərdə Yevlax-Bərdə-Ağdam dəmir yolu, 1978-ci ildə xankəndinə qədər uzadıldı (105 km). 1985-ci ildə Yevlax-Şəki-Balakənd dəmir yolu (162 km). Həmin ildə Bakı-Ağstafa magistral yolundan Sığırlı-Çölgöylər (Şamaxı rayonu) 15 km. 2000-ci ilin məlumatına görə respublika ərazisində ümumi dəmir yolunun uzunluğu 2100 km təşkil edir. Ümumi dəmir yolunun 68% magistral,32%-i köməkçi dəmir yolu təşkil edir. Respublikada fəaliyyət göstərən dəmir yolunun 54%-i elektirikləşdirilmiş yollar təşkil edir

  2. Respublikanın daxili iqtisadi rayonları üzrə dəmiryolu ilə təmin olunması səviyyəsi.

    Ərazinin nəqliyyatla təmin olunmasını müəyyənləşdirmək üçün dəmir yolunun ümumi uzunluğunu əraziyə bölüb minə vurmaqla hər 1000 kv.km əraziyə düşən dəmir yolu müəyyənləşdirilir.
    Aparılan təhlilə əsasən Respublika üzrə ümumi dəmir yolunun 2000-ci liin məlumatına görə 39,6%-i Kür-Araz, 78%-i Şəki-Zaqatala, 18%-i Abşeron, 10%-i Gəncə-Qazax, 8,4% Naxçıvan MR, 7,4% Quba-Xaçmaz, 8,4% Şamaxı-İsmayıllı, Lənkəran-Astara və Yuxarı Qarabağ rayonlarının payına düşür. Hər 1000 kv.km əraziyə düşən dəmir yolu Abşeron iqtisadi rayonunda 63,2 km, Naxçıvan MR-da 32,2 km, Şəki-Zaqatalada 27,9 km, Kür-Arazda 32,4 km, Quba-Xaçmazda 21,5 km, Gəncə-Qazaxda 17,4 km, Lənkəran-Astarada 19 km, Yxarı Qarabağda 6,2 km, Şamaxı-İsmayıllıda 1,2 km təşkil edir.
  Dəmir yolunun əhaliyə görə təminatına iqtisadi rayonlar üzrə bir o qədər kəskin fərq müşahidə olunmur. Respublika üzrə orta hesabla hər 1000 nəfərə 0,4 km dəmir yolu düşdüyü halda, Abşeron iqtisadi rayonunda həmin göstəriciyə müvafiq olaraq 0,2 km, Naxçıvan MR üzrə 0,7 km, Kür-Arazda 0,6 km qalan iqtisadi rayonlar üzrə 0,2 km təşkil edir. Azərbaycanda 2000-ci ildə bütün nəqliyyat növləri ilə daşınan yükün 18,4%-i dəmir yolu nəqliyyatının payına düşür.

3.Beynəlxalq dəmir yol yük və daşınmaların təmin olunma səviyyəsi.

    Azərbaycan ərazisi üzrə dəmir yolu ilə təmin olunması hər 1000 kv.km 21 km təşkil edir. MDB ölkələri ilə müqaisədə həmin göstəricilər müvafiq olaraq Ukraynada 37,6 km, Moldovada 43,1 km, Belarusiyada 26,5 km, Gürcüstanda 21 km, Rusiyada 5,0 km, Özbəkistanda 7,8 km, Qazaxstanda 5,2 km, Qırğızstanda 1,8 km, Tacikstanda 3,2 km, Türkmənistanda 4,3 km təşkil edir. Baltikyani ölkələrdə Litvada 30,8 km, Latviyada 37,3 km, Estoniyada 22,3 km təşkil edir.
    Avropa ölkələrinə gəldikdə isə hər 1000 kv.km əraziyə düşən dəmir yoluna görə ölkələri iki qrupa ayirmaq olar. Birinci qurup ölkələrə hər 1000 kv.km 50 km-dən 100 km və çox dəmir yolu düşən, ikinci qrup ölkələrə isə hər 1000 kv.km əraziyə 20 km-dən 50 km-dək dəmir yolu düşür. Birinci qrup ölkələrdə; Belçika 114 km, Çexiya və Slovakiyada 102 km, Macarıstanda 83,5 km, Almaniyada 86,1 km, Avstriyada 75,5 km, Fransada 62,6 km, İtaliyada 65,0 km, Danimarkada 63,7 km, Böyük Britaniyada 69,3 km dəmir yolu düşür.
    Asiya ölkələrində isə dəmir yolunun iqtisadi göstəriciləri Avropadan xeyli geri qalır. Yaponiyanı çıxmaq şərti ilə (hər 1000 kv.km əraziyə 75,8 km dəmir yolu düşür). Qalan bütün ölkələr ərazinin nəqliyyatla təmin olunmasına görə ikinci qrupa aid edilir. Türkiyədə hər 1000 kv.km-ə 197 km Koreyada 31,4 km, Çində 5,5 km, İranda 4,6 km, Hindistanda 19,5 km, Vyetnamda 7,6 km dəmir yolu düşür.
    Ərazinin dəmir yolu ilə təminatında Amerikada aparıcı yeri ABŞ, Kanada və Meksika ölkələri təşkil edir. ABŞ-da hər 1000 kv.km əraziyə 20,2 km, Kanadada 19,4 km, Meksikada isə 13,4 km təşkil edir.
    Dəmir yolunun əhali üzrə təminatında MDB ölkələri arsında kəskin fərq müşahidə edilmir. Qazaxstanda hər 1000 nəfər əhaliyə 1,0 km, Rusiyada 0,6 km, Ukraynada 0,4 km, Belarusiyada 0,5 km, Özbəkistanda 0,2 km, Gürcüstanda 0,3 km, Moldavada 0,3 km, Qırğıstanda 0,1 km tacik və Türkmənistanda 0,7 km təşkil edir.

4.Beynəlxalq dəmiryol yük və sərnişin daşınmalara nəzarət və onların rəsmiləşdirilməsi prinsipləri.

    Mal və nəqliyyat vasitələrinin sərhəddən keçirilməsi zamanı rəsmiləşdirməni həyata keçirmək üçün aşağıda qeyd edilən nəzarət formaları həyata keçirilir:
1)      mal və nəqliyyat vasitələrinin sənədləri yoxlanılır;
2)      mal və nəqliyyat vasitələrinə gömrük baxışı keşirilir;
3)      mal və nəqliyyat vasitələri müayinə edilir.
    Dəmir yol nəqliyyatı ilə yük və sərnişin daşınmalarına nəzarət və rəsmiləşdirmə əməliyyatları üzrə standartalr nəzərə alınmaqla, tərəf-dövlətlər məlumatların dəqiqliyinə nail olmaq məqsədilə əsas bəyannamənin təqdim edilməsini tələb edirlər.
    Dəmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarının və dəmir yolunun qarşılıqlı münsibətlərinin müvəqqəti texnologiyası təqdim olunur. Bu texnologiyada yüklərin gömrük nəzarəti altında daşınması şərtləri, yüklərin gömrük ərazisinə gətirilməsi zamanı rəsmiləşdirilməsi üçün sərhəd stansiyasının işçililəri tərəfindən gömrük orqanının vəzifəli şəxslərinə yükün gəlməsini çatdırmalıdır. Məlumatlar iki nüsxədə ötürmə cədvəllərinin, həmcinin daşınma və müşayiət etmə sənədini gömrük orqanına verilməsini təmin edir. Gömrük orqanının vəzifəli şəxsi ötürmə cədvəllərinin hər iki nüsxəsinin yuxarı sağ küncündə aşağıdakı formada ştamp vurur:
    Sənədlər gömrük tərəfindən qəbul edildi saat 17:30-da
    Dəmir yol stansiyasına qaytarıldı saat 18:10-da
    Gömrük orqanının vəzifəli şəxsinin imzası
    Dəmir yolu stansiyası işçisinin imzası
    Ştampın nömrəsi
    Ötürmə cədvəlinin bir nüsxəsi əlavə sənəödlərlə birlikdə gömrük orqanında saxlanılır. Digər nüsxə stansiyanın əməkdaşına qaytarılır.
    Gömrük orqanının vəzifəli şəxsləri ötürmə stansiyasının əməkdaşları ilə birlikdə nəzərdə tutulmuş müddətdə daşınma vasitələrinin sayını, nömrələrini, plombların vəziyyətini, yükün vəziyyətini və s. yoxlayır. Sonra akt tərtib olunur. Aktda yük tam “rəsmiləşdirilibdir” yazılır.


                          













Mövzu 6. Beynəlxalq aviasiya yük daşınmalarının təşkili.

Plan:
1. Azərbaycanda hava nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu.
2. Azərbaycanın MDB respublikaları ilə aviasiya sərnişin və yük daşımaların təşkili
3. Azərbaycan Beynəlxalq ölkələrlə hava yolları əlaqələri, bu ölkələrlə sərnişin və yük daşınmaların təşkili.
4. Beynəlxalq hava daşınmaları hüququnun konvension təsbiti.
5. Beynəlxalq hava yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri.

1.       Azərbaycanda hava nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu

Respublikanın əlverişli coğrafi məkanda yerləşməsi başqa nəqliyyat sahələri kimi, hava nəqliyyatının inkişafına təsir göstərmişdir. Azərbaycan ərazisində ilk təyyarə 1918 – ci ildə uçuş etməklə hərbi xarakter daşımışdır. Respublika “Zaqafqaziya” aksionerinin yaranmasından sonra hava nəqliyyatının inkişaf dövrü başlanmış və birinci dəfə poçt və sərnişin daşınması Bakı – Tiblisi arasında 8 yanvar 1924 – cü ildə həyata keçirilmişdir. 1931 – ci ildə Bakıda ilk yeni hava limanının tikintisinə başlandı və 1933 – cü ildə Yevlaxda 2 – ci hərbi xarakter daşıyan hava limanının tikintisi başa çatdırıldı. 1937 – ci ildə müstəqil olaraq Bakı – Moskva hava xətti istifadəyə verildi. Hər gün Bakı – Moskva hava xətti ilə 15 sərnişin və poçt hər iki istiqamətdə daşınılırdı.
İkinci dünya müharibəsinə qədər respublikada sərnişin və poçt daşınmaqla yanaşı, tibbi yardım, k/t – da ziyanvericilərə qarşı hava nəqliyyatından geniş istifadə olunurdu.
            Son illərdə respublika miqyasında hava nəqliyyatı ilə sərnişin və xalq təssərrüfatı yüklərinin daşınmasında TU – 154, TU – 134 B, K – 10, Boinq təyyarələrindən istifadə olunur. Hava nəqliyyatı ilə sərnişin və xalq təsərrüfatı yüklərinin daşınmasında bir sıra çətinliklər olmasına baxmayaraq son 15 – 20 il ərzində sərnişin daşınması 3 dəfə, yük daşınması isə 5 dəfədən çox artmışdır. Son ilin məlumatına görə hava nəqliyyatı ilə daşınan cəmi sərnişinlərin 9,2% - i respublikanın daxili rayonlar arasında, 90,8% - i isə respublikadan kənara daşınmışdır. Kənar ölkələrə hava nəqliyyatı ilə daşınılan sərnişinlərin hesablamalara görə 52% - i respublikadan göndərilən sərnişinlər, 48% - i isə respublikaya gələn sərnişinlər təşkil edir.
Respublikaya kənar ölkələrdən tez xarab olan malların daşınması məqsədə uyğun hesab olunur. Bir tərəfdən xarab olan məhsulların itkisini azaltmağa, əlavə yük vurma – yük boşaltma xərclərini, həmçinin digər nəqliyyat növlərinə nisbətən boş dayanma hallarının qarşısını almış olar. Həmçinin vaxta qənaət etməklə vaxt itkisinin qarşısı alınar. Beləki Bakı şəhərindən Rusiyanın ən ucqar şəhəri olan Xabarovskiyə bir başa sürətlə gedən qatarla 151 saata gedilirsə, təyyarə ilə həmin məsafəni 15 saata, Alma – Ata şəhərinə 70 – 7 saata, Daşkəndə 59 – 7 saata çatmaqla vaxta uyğun olaraq 141 və 54 saat qənaət etmiş olarıq.
Beləliklə Azərbaycan şəraitində hava nəqliyyatı ilə sərnişin və xalq təsərrüfatı yüklərinin daşınması 3 istiqamətdə inkişaf etmişdir.
1)                             Respublikanın daxili iqdisadi rayonları ilə;
2)                             MDB üzvü olan respublikaların şəhər və rayonları ilə;
3)                             Beynəlxalq və yaxud xarici ölkələrlə olan əlaqələri
1) Respublikadaxili əlaqələr – daxili hava yollarının ümumi uzunluğu 3500 km olub, bütün hava 4,8% - i təşkil edir. O, cümlədən Bakı – Naxçıvan (330km), Bakı – Ağdam – Fizuli (330 km), Bakı – Yevlax (250 km), Bakı – Lənkəran (330 km), Bakı – Zaqatala (360 km), Bakı – Naftalan (250 km), Bakı – Xocalı (350 km), Bakı – Şəki (320 km), Naxçıvan – Gəncə, Bakı – Gəncə və s. ibraətdir. Respublika daxili rayonlararası sərnişin daşınmada əsasən AN – 26, YAK – 40, TU – 154 təyarələrindən istifadə olunur.
            2000 – ci ildə respublikadaxili daşınan sərnişinlər ümumi daşınan sərnişinlərin 31% - ni təşkil etmişdir. Respublikadaxili daşınan sərnişinlərin 29% - i Bakı – Yevlax, 23,.6% - i Bakı – Gəncə, 7,5% - i Bakı – Naxçıvan marşurutların payına düşmüşdür.


  1. Azərbaycanın MDB respublikaları ilə aviasiya sərnişin və yük daşımaların təşkili

        Azərbaycanın son illər MDB respublikaları ilə iqtisadi əlaqələri aktivləşməklə yanaşı, hava nəqliyyatı ilə yük və sərnişin daşınması tempi yüksəlmiş və hava nəqliyyatı əlaqələrinin coğrafi yanaşı genişlənmişdir.
            XX əsrin son 10 ilində Azərbaycan MDB – nin 70 – dən çox şəhər və rayonları ilə hava nəqliyyatı ilə əlaqə yaratmışdır və daşınan ümumi sərnişinlərin 46%, o cümlədən respublikadan göndərilən sərnişinlər 59%, gələnlər isə 41% təşkil edir.
            Yüksək sərnişin gərginliyi Bakı – Moskva, Bakı – Yekaterinburq, Bakı – Sankt Peterburq, Bakı – Krasnodar və di
gər şəhərlərarası sərnişin daşınmalarında müşahidə olunmuşdur. MDB respublikalarına daşınan sərnişinlərin 44% - i Bakı – Moskva marşurutunun payına düşür.

  1. Azərbaycan Beynəlxalq ölkələrlə hava yolları əlaqələri, bu ölkələrlə sərnişin və yük daşınmaların təşkili

 Azərbaycan müstəqillik qazandıqdan sonra əldə olunmuş müstəqillik bir sıra iqtisadi amillərlə yanaşı dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə beynəlxalq münasibətlərin formalaşmasına zəmin yaratmışdır. Əvvələr hava nəqliyyatı əlaqələri SSRi tərəfindən idarə olunduğundan Azərbaycan müstəqil hava yollarına malik deyildi. 1990 – cı ildən sonra müstəqil hava yollarına nail olmaqla bir sıra xarici ölkələrlə sərbəst şəkildə dünya bazarına çıxmaq imkanı qanzandı. İndiki şəraitdə Azərbaycanın Avropa, Asiya, Amerika, Avstraliya ölkələri ilə hava nəqliyyatı vasitəsilə əlaqələri yaradılmışdır. 1999 – cu ildə respublikanın hava nəqliyyatı ilə sərnişin daşımanın 52% - i xarici ölkələrin payına düşmüşdür. Ən gərgin sərnişin daşınan marşurutlar Bakı – İstanbul, Bakı – Tehran (25%), Bakı – Ankara (30%), Bakı – Kiş (4%), Bakı – Teləviv (7%), Bakı – Dehli (3%), Bakı – Karau (7%), Bakı – Dubay və s. marşurutlarda müşahidə edilmişdir.
            Eyni zamanda şərq ölkələri ilə əlaqələrin formalaşmasında Bakı – Dəməşq, Bakı – Məşhəd, Bakı – Oman, Bakı – Qahirə, həmçinin Avropanın əksər ölkələrinin mərkəzləri ilə hava marşurutları fəaliyyət göstərir.
            Dünyanın müasir hava limanlarının təhlili göstərir ki, bütün dünya ölkələrində 34 – dən çox nəhəng hava limanları fəaliyyət göstərir. İl ərzində dünya ölkələrində sərnişin daşınması 40 milyon sərnişindən – 60 milyon sərnişin daşınmaya malik 5 ədədi, 20 milyon sərnişin daşınmadan – 40 miliyon sərnişin daşınmaya malik 15 ədəd, 15 milyondan – 20 milyon sərnişin daşıyan 14 hava limanları mövcuddur.

  1. Beynəlxalq hava daşınmaları hüququnun konvension təsbiti.

            Azərbaycan Respublikası üçün nəqliyyat, o cümlədən də aviasiya nəqliyyatı sahəsində daha sıx əməkdaşlıq üçün, həm nəqliyyat bazarlarının açılması, həm də müasir dövlətlərin bazar iqtisadiyyatı prinsiplərinin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Regionlar səviyyəsində bu məsələlər son illərdə keçirilimiş ayrı – ayrı beynəlxalq nəqliyyat konfranslarında, məsələn: Nəqliyyata dair ümumavropa konfransının (Krit mart 1994 – cü il; Helsinki iyun 1997 – ci il), BMT AİK nəqliyyat və ətraf mühitə dair konfransının (Vyana noyabr 1997 –ci il) Bəyannamələrində, İnfrastruktur məsələləri üzrə nazirlər səviyyəsində konfransın (Nyu – Dehli oktyabr 1996 – cı il) və 1997 – 2006 – cı illər üçün Asiya – Sakit okean regionunda infrastrukturun inkişafı üzrə hərəkətlər planı haqqında Dehli konfransının, “Avropa – Qafqaz – Asiya” dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında sazişin imzalanması ilə başa çatan tarixi İpək yolunun bərpası üzrə Bakı Beynəlxalq konfransının (sentyabr 1998 – ci il) qərarlarında, Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizi” nin yaranması üçün təsis olunmuş və qəbul olunmuş müxtəlif beynəlxalq – hüquqi sənədlərdə öz əksini tapmış və təsbit edilmişdir

  1. Beynəlxalq hava yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri

Hava gəmilərinə Gömrük nəzarəti və onların rəsmiləşdirilməsi Beynəlxalq mülki aviyasiya barədə 1944 – cü il Çikaqo Konvensiası ilə reqlamentləşdirilir. Bu konvensiya ilə nəzərdə tutulan vəsiqə və digər sənədlərin yoxlanmasını təşkil edə bilər. Konvensiyanın 29 – cu maddəsinə görə belə sənədlərə ekipajın hər üzvünə şəhadətnamə, yollanmış və təyinat məntəqəsi göstərilməklə bütün sərnişinlərin soyadlarının siyahısı, yük üçün manifest və ətraflı bəyannamə, bort lurnalı, bort radiostansiyası siyahısı üçün icazə aid edilir.
            Bununla bərabər Konvensiya hava gəmilərinə gömrük nəzarətinin daha geniş beynəlxalq – hüquqi reqlamentasiyasını nəzərdə tutur. Bu Konvensiyaya görə nəzərdə tutulur ki, tərəfdaşlar elə şərait yaratmalıdır ki, rəsmiləşdirilmə prosedurları hava nəqliyyatına xas olan sürət üstünlüyünə xələl gətirilməsin, odur ki, aşağıdakı sənədlərin vahid formaları müəyyən edilir:
            a) əsas (baş) bəyannamə. Bu bəyannamədə digər məlumatlarla birgə hava gəmisinin istismarçısı, onun milli mənsubiyyəti, qeydiyyat nişanları, reysin nömrəsi, tarix uçub getmə məntəqəsi, uçub gəlmə məntəqəsi, uçuş marşurutu, ekipaj üzvlərinin ümümi sayı, uçuş mərhələsində sərnişinlərin sayı göstərilir;
            b) yük cədvəlləri, bu cədvəldə hava gəmisinin istismarçısı, yüklənmə məntəqəsi, yükü boşaltma məntəqəsi, qaimə nömrəsi, yerlərin sayı, yükün növü qeyd olunur;
            v) sərnişinlərin hava gəmisinə mindirilmə və düşürülmə kartları;
            q) Ekipaj üzvlərinin şəhadətnaməsi, azuqə ehtiyyatı; hava gəmisi qəbul edilərkən gəmi kapitanından bu sənədlər tələb olunur; əsas bəyannamənin 3 nüsxəsi, yük cədvəlinin 3 nüsxəsi, bort ehtiyatları siyahısının 2 nüsxəsi. Uçuşa hazırlandıqda isə əsas bəyannamənin 2 nüsxəsi, yük cədvəlinin 2 nüsxəsi, bort ehtiyyatı siyahısının 2 nüsxəsi tələb olunmaqla rəsmiləşdirilir.
             
Mövzu 7:
Gömruk sistemində yüklərin Respublika sərhədindən çıxaran      zaman  gömrük baxışından keçirilməsi.
                                       Plan:
1.      Nəqliyyat  vasitələrinin Resublika sərhədindən çıxaran zaman gömrük qanunvericiliyi;
2.      Yüklərin R-ka sərhədindn çıxaran zaman  gömrük  baxişindan keçirilməsi;
3.      Yüklrin gömrük ərazisinə gətirən zamanı gömrük rəsmilşdirilməsi qaydasi;
4.      Yüklərin Az. R-dan kənara aparılması zamanı gömrük rəsmiləşdirilmsi qaydası;

  1. Nəqliyyat  vasitələrinin Resublika sərhədindən çıxaran zaman gömrük qanunvericiliy.

Gömrük Məcəlləsi muəyyən edir ki, nəqliyyat vasitələrinin Az. R-nın gömrük sərhədindən keçirilməsi gömrük bəyənnamsində göstərilən konkret gömrük rejiminə uyğun olaraq reallaşdirilir.
Həm əmtəə kimi gömrük sərhdindən keçirilən nqliyyat vasitələri, həm də sərnişin və yüklərin beynəlxalq daşinmasinda istifadə olunan nəqliyyat gömrük qanunvericiliyinin tənzimlnməsinin predmentidir.
Nəqliyyat vasitələri, Az. R-nın gömrük sərhədindən onlar barəd tətbiq olunan gömrük rejiminə uyğun olaraq keçirilir.
Az. R-nın gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri, həmçinin mal qismində Az. R-nın gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri Az. R-nın gömrük orqanı tərəfindən müəyyən olunana yerdə saxlanılmalıdır.Bu tələbə riayyət etmədikdə Az. R-sı gömrük orqanı nəqliyyat vasitələrini məcburi saxlamaq hüququna malikdir.Nəqliyyat vasitələri saxlama müddəti daşıyıcı ilə birlikdə Az. R-sı gömrük orqanı tərəfindən  müəyyən olunur və gömrük nəzarətinin gömrük rəsmiləşdirilməsinin zərərinə olaraq azaldıla bilməz.
Nəqliyyat vasitələri saxlanıldıqlari yerdən ancaq Az. R-sı gömrük orqanının icazəsi ilə yola düşə bilər.
Daşıyıcı nəqliyyat vasitələrinin Az. R-nın gömrük sərhədindən keçirilməsi vaxti və yeri Az. R-nın müvafiq gömrük orqanı ilə razılaşdırılır.
Gömrük Məcəlləsinə görə nəqliyyat vasitələrinin daşıyıcısı:
1)                 məsi vaxtınGömrük sərhədindən keçirilı və yerini gömrük orqanı ilə razilaşdirmalidir;
2)                  Sərhəddən keçirilən nəqliyyat vasitəsini gömrük orqanlarının müəyyən etdiyi yerdə saxlamalidir.Bu vəzifənin yerinə yetirilnəsi gömrük orqanlarına həmin nəqliyyat vasitəsinin məcburi salanılması hüququnu verir;
3)                 Nəqliyyat vasitəsinin dayanacaq yerini yalniz gömrük orqanının icazəsi ilə tərk etməlidir.
Gömrük rəsmiləşdirilməsi və nəzarəti aparılarkən nəqliyyat vasitəsinin dayanacaq muddəti daşiyici ilə razılaşdırılmaqla gömrük orqanı tərəfindən müəyyən olunur.Bu zaman gömrük rəsmiləşdirilməsinin bütün məsələləri nəzərə alinir.

2.      Yüklərin R-ka sərhədindn çıxaran zaman gömrük baxişindan keçirilməsi.

Yük dedikdə - marşurutla, vaqonla, konteynerlə  və kiçik həcimdə dəmiryolu ilə daşınan və ya daşınmasi nəzərdə tutulan mallar nəzərdə tutulur.
Az. R-nın gömrük ərazisinə gətirilən və oradan aparılan bütün yüklərgömrük rəsmiləşdirilməsindən keçirilməlidir.
Gömrük rəsmiləşdirilməsi qaydasi DGK-nin normativ sənədləri  ilə müəyyən olunur.Gömrük orqanlarının və dəmiryolunun qarşılıqlı münasibətləri  qaydası hüquqi – normativ aktlarla müəyyən olunur.
Yüklərin gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə icra olunur.Yüklərin gömrük rəsmiləşdirilməsi gömrük orqanlarının razılığı ilə yüklərin müvəqqəti saxlanc anbarlarinda yerləşdirilməsi və ya faktiki yerləişdirilməsi ilə dəmir yolu şöbələri tərəfindən təsis olunmuş müvəqqəti saxlanc anbarları DGK-nin tələblərinə uyğun təchiz olunmalıdır.
Gömrük rəsmilşdirilməsi başa çatmış yüklərin iki gömrük orqanı arasında daşınması gömrük nəzarəti altında daşınmasını icra edən dəmir yollarının məsuliyyəti ilə icra olunur.Gömrük nəzarəti altında daşınan yüklər gömrük orqanlarinin vəzaifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri qərarın icrası dəmir yolunun işçiləri üçün vacibdir.Dəmir yolu tərəfindən yüklərin gömrük nəzarti altında daşınması yüklrin daşınması qaydalarına beynəlxalq yük daşınmaları haqqında müvafiq razılaşmalara uyğun olaraq Gömrük  Məcəlləsinə riayyət olunmaqla həyata keçirilir.Dəmir yolu tərəfindən yüklərin gömrük nəzarti altında nəqli texniki vəziyyəti yüklrin saxlanılmasını  təmin edən   vaqonlarda və konteynerlərdə hyata keçirilir.
Göndərən gömrük orqanı adı daşıma müddətlrinə əsaslanaraq, dəmiryolunun  nəzərdə tutulan marşurut imkanlarını və başqa şərtlərini nzrə alaraq yükün təyinat gömrükxanasına çatma müddətini təyin edir.Dəmiryolu normal daşınma və saxlanma şəraitində təbii aşınma və ya azalma istisna olunmaqla, qablaşdırma materillarını və mallari dəyişməmiş vəziyətdə təyinat stansiyasına çadırmağa və yükün çatdırılması barədə muvafiq gömrük orqanına məlumat verməyə borcludur.
Dəmiryolu ilə yüklərin gömrük nəzarəti altında daşınması zamanı gömrük ödənişlərinin ödənilmsinin təmin olunması təlb olunmur.  

3.      Yüklərin gömrük ərazisinə gətirən zamanı gömrük rəsmilşdirilməsi qaydasi.

Az. R-nın gömrük ərazisin yüklərin gətirilməsi zamanı gömrük rəsmiləşdirilmsi, sərhəd stansiyasının işçilri tərfindən gömrük orqanının vzifli şəxslərinin yükün xaricdən daxil oması haqqında məlumatlandırılmasi ilə başlayır.Məlumatlandırma iki nüsxədə ötürmə cədvəllərinin, həmçinin, daşınma və müşaət etmə sənədlrinin gömrük orqanlarına verilməsindən ibartdir.Gömrük orqanını vəzifəli şxsi cədvələrinin hər iki nüxəsinin yuxarı sağ küncündə aşağıdakı kimi ştamp vururlar:
“Sənədlər gömrük orqanı tərəfindn qəbul olunub ____ saat ______dəq  gömrük orqanını vəzifəli şəxsinin imzası _____________ dəmiryol işçisinin imzası ___________” ştamp.
Ötürmə cədvəlinin bu nüsxəsi gömrük məqsədləri  üçün nzrdə tutulmuş malı müşaiyət edən sənədlərin əlavə nüsxələri ilə birlikdə gömrük orqanında qalir, digər nüsxəsi isə ötürmə cədvəli ilə birlikdə  təqdim olunmuş bütün səndlrlə stansiyanın əməkdaşına qaytarılır.
Sərhəd  gömrük orqanının vəzifəli şəxsi yuxarida göstərilən, idxal olunan yüklərin sndlrini  yoxlayır, onlari qediyata alır və aşağıdakı qrarlardan birini qəbul edir:
-          Yükün tam gömrük rəsmiləşdirilməsi haqqında;
-          Yükün və sənədlərin alınması və ya təkrar yoxlanılma aparılması haqqında;
-          Yükün gömrük nəzarəti altında təyinat gömrük orqanına göndrilməsi haqqında.
DGK-nin muəyyən etdiyi hallarda,daxili gömrük orqanlarında tam gömrük rəsmiləşdirilmsi üçün nəzərdə tutulmuş qayda və müddətlərdə tam gömrük rəsmiləşdirilməsi sərhəd gömrük  orqanında aparılır.
Yükün geri qaytarılmasi  haqqında qərar dəmir yolu qaimsində yükün adının altında səbəbi göstərilməklə “geri qaytarılmalıdır”  ştampı ilə və ya anoloji yazı ilə göstərilir.
Yükün və onun sənədlərinin alınması və ya yükün tkrar yoxlanlması haqqında qərar daşınma sənədlərində səbəbi göstərməklə “baxılması qadağandır” ştamp ilə göstərilir.Ştamp və yazı gömrük orqanının vəzifəli şəxsinin nömrəli şəxsi möhrü ilə təsdiq olunur.Bu halda stasiyanın işçiləri ümumi formada akt tərtib edir.Yükün çatdırılması müddəti isə saxlanma dövrünə müvafiq artırılır.
Xaricdən gəlmiş gömrük yükləri təyinat stansiyalarında ümumi istifadə yerlərində olan müvəqqəti saxlanc anbarlarinda yerləşdirilir və ya müvəqqəti saxlanc anbarı olan müəssisələrin keçid yollarına verilir.

4.      Yüklərin Az. R-dan kənara aparılması zamanı gömrük rəsmiləşdirilmsi qaydası.

Yüklərin Az. R-dan kənara aparılmasına gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra icazə verilir.Yüklərin dəmir yolu il daşınmasına təhvil verilməsindən əvvəl yük göndrən planlaşdırılan yükləmə gününə kimi əvvəlcədən aşağıdaki sənədlri gömrük orqanlarına təhvil olunmalıdır:
-          yükün xaricə aparılması məramı haqqında məlumat kimi daşınma qaydalarına muvafiq olaraq doldurulmuş daşınma sənədləri;
-          bəyan olunmuş gömrük rejiminə muvafiq olaraq yükün mümkün buraxılması haqqında qrarın qəbul olunmasına imkan verən səndlər.
Gömrük orqanını vəzifəli şəxsi:
-          daşınma sənədlərini gömrük orqanının muəyyən etdiyi aydada qeydə alir;
-          təqdim olunmuş sənədlri yoxlayır;
-          yükün buraxılmasının mümkünlüyü haqqında qərar qəbul edir;
-          müsbət həll olunduğu hallda qaimənin birinci nüsxəsində, qaimənin və ya yol cədvəlinin əlavə nüsxələrində bilavasitə yükün adının altında “yükləməyə icazə verilib” ştampı vurur, yaxud analoji ifadəni yazır və nömrəli şəxsi möhrü ilə təsdiqləyir;
-          qaimənin və ya yol cədvəlinin əlavə nüsxəsinin yuxarı sol küncündə “hömrük üçün nüsxə” qeydini aparır;
-          tam gömrük rəsmiləşdirilməsi üçün vaxt təyin edir.Gömrük rəsmilşdirilməsi zamanı yük müvqqəti saxlanc anbarında və ya müəssisənin keçid yolunda yerləşdirilə bilər.
Gomrük orqanının vəzifəli şəxsi gömrük məcəlləsi və DGK-nın normativ aktlarında nəzərdə tutulan əsasla olduqda yükləmə əməliyyatları qadağan oluna bilər.
Yükləməyə icazə verilib ştamp əsasında dəmir yol işçiləri qaimləri imzalayır və yükləmə üçün daşıma vasitələri ayırırlar.
Yük daşıma vasitəsinə yükləndikdən sonra, yük göndrən YGB-ni, daşıma sənədlərini və gömrük rəsmilşdirilməsi və nəzarəti üçün zəruri olan digər səndləri gömrük orqanına tqdim edir.Gömrük orqanının vəzifəli şəxsləri müəyyən olunuş müddətlərdə yükün gömrük rəsmilşdirilməsini  həyata keçirir və xaricə buraxilması haqqında qərar qəbul edirlər.
Gömrük orqanının qərarı beynlxalq dəmir yolu qaiməsinin “gömrük qeydləri” qrafasinda, göndərmə yolunun nəzrdə tutulmuş yol cədvəlinin əlavə nüsxəsində və daxili nəqletmə sənədlərində dəmir yolu qaiməsinin 4-cü qrafasinda “buraxilmasına  icazə verilir” ştampı ilə göstərilir.Bu sənədlərin yuxarı sağ küncündə YGB-nin nömrəsi yazılır.Göstəriln ştamlar və yazılar gömrük orqanının vəzifəli şəxsinin nömrəli şxsi möhrü ilə təsdiq olunur.
Gömrük orqanını vəzifəli şəxsləri gömrük və daşınma sənədlərini  yoxladıqdan sonra yükün sərhəddən buraxılması haqqında son qərar qəbul edirlər.Bu qərar qəbul olunduqdan sonra ötürm cədvəlinin hər iki nüsxəsin “buraxılmasına icazə verilib” ştampı vurulur və gömrük orqanının vəzifəli şəxsinin şəxsi möhrü ilə təsdiq olunur.Yükün xaric buraxılması haqqında qərar qəbul olunduqdan sonra daşınma və müşaiət sənədləri sərhəd stansiyasının işçilərinə qaytarılır.Gmrük orqanın işçilərində öturmə cədvəlinin surəti və yük ilə birlikdə daxil olmuş YGB-nin 4-cü vərəqi qalır.DGK-nin müvafiq əmri ilə təsdiq olunmuş daxili gömrük tranziti haqqında əsasnamənin müvafiq bölmsinə uyğun olaraq yük sənədlərində göndəriş gömrük orqanı tərfindən qoyulmuş gömrük qeydləri olduğu halda, ixrac olunan yüklərin gömrük rəsmiləşdirilməsi YGB-nin 4-cü vərəqi olmadanda aparıla bilər.Bu halda sərhəd gömrükxanaları tərəfindən tərtib olunana yüklərin Az. R-dan faktiki ixracı haqqında jurnal və məlumatlardan YGB-nin nömrəsi yazıldiqdan sonra “yoxdur” qeyd olunur.
                         
Mövzu 8:

                   Gömrük rəsmiləşdirilməsi qaydaları.

                                     Plan:
  1. Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri.
  2. Gömrük rəsmiləşdirilməsi icraatının yeri və vaxtı.
  3. Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt.
  4. Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil.
  5. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası.

1.      Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri.


      Gömrük rəsmiləşdirilməsi-Mal və nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq müəyyən gömrük rejimi altında yerləşdirilməsi və bu rejimin fəaliyyətinin bitirilməsi əməliyyatlarının məcmusudur.
Gömrük rəsmiləşdirilməsi həmçinin, mal və nəqliyyat vasitələrinin Az-nın gömrük sərhədindən keçirilmsinə gmrük nəzarətinin təmin olunması və bu cür keçirilməyə dövlət tənzimlənmə vasitələrinin tətbiq olunması məqsədi ilə gömrük orqanının vəzifəli şəxsləri tərəfindən aparılan əməliyyatların məcmusu kimidə anlaşıla bilər.
Gömrük rəsmiləşdirilməsi qaydaları həm Gömrük Məcəlləsinin müddəaları, həmdə Az. R-sı Qanunvericiliyinin digər aktları ilə müəyyən olunur.Qanunvericilik dedikdə,yalnız qanunlar deyil, həmdə Az. R-nin icra hakimiyyəti orqanlarının, ilk növbədə DGK-nin qanun qüvvəli aktları nəzərdə tutulur.
Məsələn: “Az. R-nın gömrük buraxılış məntəqələrindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilmsi qaydaları üzrə təlimat”.
Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi qanunvericilik aktları ilə yanaşı beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş normalarla da həyata keçirilə bilər.Buna misal olaraq BYD kitabçası tətbiq olunmaqla Beynəlxalq yük daşımaları Konvensiyası avtonəqliyyat vasitələri və konteynerlərlə daşınan yüklərin rəsmiləşdirilməsinin tənzamlənməsində ümumi qəbul olunmuş normalar kimi mühum əməhəmiyyət kəsb edir.
Maddə 124. Gömrük rəsmilşdirilməsinin aparılması qaydası.
Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və Az. R-nın digər qanunvericilik aktları, ocümlədn Az. R-nın gömrük işini aparan icra hakimiyyəti orqanını normativ aktları ilə müəyyən olunmuş qaydada aprılır.
Maddə 130. Gömrük rəsmiləşdirilməsinin başlanması.
Bu Məcəllədə nəzərdə tutulan ilkin əməliyyatların aparılması qaydasına riayyət etməklə, Az. R-sı gömrük orqanının vəzifəli şəxsi konkret mallar və nəqliyyat vasitələrinin gmrük rəsmiləşdirilməsini aparmağa hazır olduğunu bildirdiyi vaxtdan gömrük rəsmiləşdirilməsi başlayır.

2.Gömrük rəsmiləşdirilməsi icra satının yeri və vaxtı.

GM-nə görə gömrük rəsmiləşdirilməsi, bu iş üçün gömrük orqanını fəaliyyət göstərdiyi, mal göndərən və ya müəssisənin, yaxud onun struktur bölməsinin yerlşdiyi ərazidə, xüsusi müəyyən olunuş yerlrd icra olunur.Gömrük rəsmiləşdirilməsi gömrük orqanının etdiyi iş vaxtı ərzind həayata keçirilir.Gömrük orqanının iş rüjimi DGKilə razılaşdırılmalıdır.Bunula belə, Gömrük Məcəlləsi gömrük rəsmiləşdirilməsini digər yerdə və gömrük orqanının iş vaxtından kənar vaxtlarda da icra olunmasını mümkün sayır.Bunun üçün maraqlı şxs gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının razılığını almalıdır və bu halda meydana çıxan bütün xərcləri maraqlı şəxs ödəyir.Başqa yerlərdə iş vaxtından kənar vaxtda da aparılan gömrük rsmilşdirilmələri üçün iki qat haqq alınır.DGK ayrı-ayrı koteqoriyalı malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanına həvalə edə bilr.Məsələn, DGK-nin 20/02/1998 tarixli 002 saylı əmri ilə idxal olunan aksizli malların mərkəzləşdirilmiş qaydada gmrük rəsmiləşdirilməsini təşkil etmək, aksiz markalarının tətbiqinə nzarəti gücləndirmək məqsədi  ilə  fəaliyyət zonası bütövlükdə Az. R-nın gömrük ərazisi olan yeni struktur vahidi – Aksiz gömrük postu yaradılmışdır.
Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən, idxal olunan və gömrük ərazisindən keçiriln etlil spirtinin, alkaqollu içkilərin və tütün məmulatlarının gömrük rsmiləşdirilməsini bu post həyata keçirir.
Gömrük rəsmiləşdirilməsinin yerinin və vaxtının müəyyən olunması bir sıra faktorılardan asılıdır:
-          keçirilən malın xarakter xassələri;
-          malların daşındığı nqliyyat növü;
-          keçirilən malların rəsmiləşdirildiyi gömrük rejimləri;
-          keçirilən malların mənşə ölkəsi;
-          malların göndəricisinin, yaxud alıcısının yerləşdiyi yer.
Gömrük rəsmiləşdirilməsi yerləri müvaviq gömrük rejimləri üzrə hazırlanan təlimatlara da müəyyən oluna bilər.
Az. R-sı gömrük sərhədindən boru kəməri nəqliyyatı və elektrik ötürücüsü xətləri üzrə keçirilən malların gömrük rəsmiləşdirilməsi haqqında təlimat DGK-nin 03 iyun 1997-ci il tarixli 561 saylı əmri ilə tsdiq olunmuşdur.
Dəmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarının və dəmir yolunun qarşılıqlı münasibətlərinin müvəqqəti texnalogiyasının təqribi nümunəsi 9 saylı əlavədə göstərilir.
Əgər mallar gömrük sərhəddindən keçənədək iki və daha çox nəqliyyat növündən istifadə olunursa, gömrük rəsmiləşdirilməsi malların dodurulub – boşaldığı son yerin fəaliyyət zonasına daxil olduğu gömrük orqanı tərəfindən icra olunur. 
Əgər faktiki ixrac (idxal) dəniz nəqliyyatı ilə həyata keçirilirsə, gömrük rəsmiləşdirilməsi dəniz nəqliyyatının yükləndiyi əraziyə nəzarət edən gömrük orqanı tərəfindən icra  olunmalıdır.

2.      Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt.

Gömrük rəsmiləşdirilməsi, malları göndərənin və ya alanın yaxud onların struktur bölmlərinin yerlşdiyi yer üzrə Az. R-sı gömrük orqanın fəaliyyət zonasında, bu iş üçün müəyyən olunuş yerlərdə və Az. R-nın gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi Az. R-sı gömrük orqanının iş vaxtında aparılır.
Az. R-sı gömrük orqanının razılığı ilə başqa yerlərd və iş vaxtından kənar vaxtlarındada gömrük rəsmiləşdirilmsidə aparəla bilər.
Az. R-nın gömrük işini aparan icra hakimiyyəti orqanı ayrı-ayrı koteqoriyalı malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin aparılmasını Az. R-nın müəyyən gömrük orqanına həvalə edə bilər.
Mal və nəqliyyat vasitələrini gömrük sərhdindən keçirən şəxslər, daşıyıcı, anbar sahibi, həmçinin mal və nəqliyyat vasitələrinə münasibətdə səlahiyyətlərə malik digər şəxslər gömrük rəsmiləşdirilməsi  yerinə daxil olmaq hüququna malikdirlər.Gömrük orqanı onların iştirakını tələb etdikdə bu hüququ vəzifəyə çevrilir, belə ki, bu mərhələdə adı çəkilən şəxslər gömrük rəsmiləşdirilməsi zamanı bu orqanın vəzifəli şəxslərinə kömək etməlidirlər.Belə kömək dedik də, GM-nin 132-ci maddəsində göstərilən əmliyyatlar, prob və nümunələrin götürülməsi nəzərdə tutulur.
Maddə 126: Gömrük rəsmiləşdirilməsində səlahiyyətli şəxslərin və onların nümayəndələrinin iştirakı.
Mallar və nəqliyyat vasitələri barədə səlahiyyətli şəxslər və onlarin nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər.
Az. R-sı gömrük orqanının tələbi ilə göstərilən şəxslər və onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak etmli və gömrük rəsmiləşdirilməsinin aparılmasında Az.R-sı gömrük orqanlarının vəzifəli şəxslərinə kömək etmlidirlər.
GM-nin 141-ci maddəsinin 3-cü bəndində və 171-ci maddəsinin 5-ci bəndinə əsasən DGK-nin icazəsi ilə rəsmiləşdirməni aparan gömrük orqanına bu orqanın vəzifəli şxslərinin bildiyi xarici dildə tərtib olunmuş sənədlər təqdim oluna bilər.

3.      Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil.

Gömrük rəsmiləşdirilməsi Az. Dilində aparılır. Bu məcəllədə Az. R-sı beynəlxalq müqavilələrində və Az R-nın gömrük işini aparan icra hakimiyyəti orqanının normativ aktlarında  nəzərdə tutulmuş hallar istisna olunur.Bir dövltin ərazisində verilmiş və hüquqi qüvvəsi olan sənədlər digər dövlətin ərazisində, beynəlxalq müqavilə və sazişlərdə başqa hal nəzərdə tutulmamışsa, yalnız müəyyən olunmuş qaydada təsdiq olunduqdan sonra istifadə oluna bilər.Məsələn, mülki, ailə-cinayət işləri üzrə hüquqi münasibətləri və hüquqi yardım barədə 22 yanvar1993-cü ildə qəbul olunuş Beynəlxalq Konvensiyaya görə, bu Konvensiyanın üzvü olan ölkələrin birinin ərazisində sənədlər ona verilmiş səlahiyyətlər daxilində və müəyyən olunmuş formada xüsusi səalhiyyətli orqan və ya təşkilat tərəfindən hazırlanmış yaxud şəhadətləndirilmişsə, digər ölkənin ərazisində təsdiq olunması tələb olunmur.Bu cür sənədlərə natarius təsdiqi yetrli olur.
Təcrübədə xarici sənədlərin şəhadətləndirilməsinin daha çox iki üsulundan istifadə olunur: konsul leqallaşdırılması, apostil qoyulması.
Maddə 128: Gömrük rəsmiləşdirilməsi və digər dövlət orqanlarının nəzarəti.
Az. R-nın qanunvericiliyində nəzərdə tutulan hallarda Az R-nın gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilmsi baytarlıq, fitosanitar, ekoloji və dövlt nəzarətinin digər növlri həyata keçirildikdən sonra başa çatır.
Gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin təşkili Az R-nın qanunvericilik aktlarına uyğun olmalıdır.
Az R-dan idxal – ixrac əməliyyatlarının tənzimlənmsi Qaydaları Az R –nın Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 saylı fərmanı ilə təsdiq olunmuşdur.30 mart 1998-ci il tarixli 691 saylı fərmanla onun bəzi müddəaları dəqiqləşdirilmişdir.
İxrac-idxal əməliyyatlarının bu qaydalarda nəzrdə tutulmayan digər formaları bütün rezidentlər tərəfindən sərbəst surətdə icra olunur.

5.Gömrük rəsmiəlşdirilməsinin sadələşdirilmiş qaydası.

Gömrük sərhədindən keçirilən malların ayrı-ayrı kateqorialarının gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş formada və prioritet qaydada aparıla bilir.Bu mala katiqoriyalarına adətən təbii fəlakətlərin, qəzaların,bədbəxt hadisələrin ləğv olunması tələb olunan mallar, canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddlər,kütləvi informasiya məqsdləri üçün məlumatlar.Həmçinin ali qanunvericilik, icarə və məhkəmə hakimiyyəti orqanlarının ünvanına göndərilən və digər bu qəbildən olan mallar aid olunur.
     Sadələşmiş gömrük rəsmiləşdirilmsi qaydalarının şərtlərini DGK müəyyən edir.
Bu cür gömrük rəsmiləşdirilmısinin xüsusiyyətlərini açıqlamağa çalışaq.
Bumalların rəsmiləşdirilməsinin  prioritetliyi – gömrük orqalarına təqdim olunduqdan sonra həmin malların birinci növbədə rəsmiləşdirilməsidir.
Sənədləşdirilmiş qaydada mal müşayiət, nəqliyyat və digər sənədlər – (əgər bu sənədlərdə daşıyıcının, mal göndərən və mal alan şəxslərin barəsində və həmçinin malların özünün adı, mənşəyi, miqdarı və dəyəri barədə mməlumatlar varsa), gömrük orqanlarına təqdim olunması ilə malların bəyan edilməsinə yol verilir.
Əgər gömrük orqanlarında malların başqa adla , saxta sənədlərlə keçirilməsini, təqdim olunana sənədlərin lazım olan məlumatları əks edirmədiyini güman etməyə kifyyət qədər əsas varsa, onlar deklarantdan çatışmayan məlumatları əks etdirən əlab sənədlər tələb edə bilərlər (bəzi hallarda qoyulan tələbi özündə əks etdirən sərbəst yazılmış ərizədə kifayyt edə bilər).
Maddə 131: Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası.
Təbii fəlakətlər,qəzalar, bədbəxt hadisələr zamanı zəruri malların,canlı heyvanların, tez xarab olan malların,radioaktiv maddəlrin, kütlvi informasiya məqsədləri üçün məlumatların və digər materialların, Az. R-nın ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan malların gömrük rəsmiləşdirilməsi güzəştli və sənədləşdirilmiş qayadada icra olunur.
Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiq olunma halları və şəraitəlr Az. R-nın gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.
Sənədləşdirilmiş qayda deklaranta xeyli vaxta qnaət etməyə imkan yaradır.
Malları və nəqliyyat vasitəlri ilə gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yük əməliyyatları və başqa əməliyyatlar (GM maddə 132) dedikdə malların daşınması, çəkilməsi və ya miqdarının digər üsullarla tyini, malların yüklənmsi, boşaldılması, başqa nəqliyyat vasitəsinə keçirilməsi, zədlənmiş qablamaların düzəldilməsi, taranın açılması, qablaşdırılması, gömrük rəsmiləşdirilməsi tələb olunan mal və nəqliyyat vasitələrinin yenidən qablaşdırılması, mal və nəqliyyat vasitələrinin ola biləcəyi bina, iri həcmli qab və digər yerlərin açılması və s. nəzərdə tutulur.

Mövzu 9.
Beynəlxalq avtomobil yükdaşımalarının təşkili

Plan:
  1. Azərbaycanda avtomobil  nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu.
  2. Azərbaycanın MDB respublikaları ilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaların təşkili.
  3. Azərbaycanın Beynəlxalq ölkələrlə avtomobil yolları ilə əlaqələri, sərnişin və yük daşımalarının təşkili
  4. Beynəlxalq avtomobil nəqliyyatı ilə yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri

1.         Azərbaycanda avtomobil  nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu

        Azərbaycanın dünya iqtisadiyyatına qoşulmasında digər nəqliyyat sahələri ilə yanaşı avtomobil nəqliyyatınında mühüm rolu vardır. Yük daşımada avtomobil nəqliyyatından əvvələr yalnız dağlıq ölkələrin ərazilərində qısa məsafələrdə istifadə olunurdu, lakin son zamanlarda dünyanın inkişaf etmiş ölkələrdə avtomobil yolarının texniki iqtisadi göstəricilərinin yüksəldilməsi və yük tutumu 30 – 40 tona qədər olan avtomobillərin istehsalı avtomobil nəqliyyatından istifadə olunmasına geniş şərait yaratmaqla  daxili və xarici iqtisadi əlaqələrdə avtomobil nəqliyyatının iqtisadi səmərəliliyinin artmasını təmin etdi. Odur ki, hazırda avtomobil yolarının Beynəlxalq normalara uyğun  inkişaf etməsinə xüsusi diqqət yetirilir. Azərbaycanın avtomobil yolları istər Beynəlxalq iqtisadi əlaqələrin inkişafında, istərsə də daxili rayonlar arası yük və sərnişin daşınmasında mühüm əhəmiyyət kəsb edir. Son illərə dək Azərbaycan ərazisində avtomobil yollarının texniki göstəriciləri dünya standartına cavab vermirdi. Lakin son illərdə Azərbaycanın Beynəlxalq avtomobil yolları konvensiy          asına qoşulması ilə bağlı yolların bir qismi Beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmışdır. Son illərin məlumatına görə respublika daxili ümumi avtomobil yollarının 18,5% - i asvalt beton örtüklü, 20% - i qara örtüklü, 46,7% - i çınqıl örtüklü 14,8% - i isə qrunt yollardan ibarətdir. Yolların bu strukturda olması ağır tonajlı yük avtomobillərinin hərəkətinnə cavab vermir. Halbu ki, respublika ərazisinə sutka ərzində tutumu 20 – 30 ton olan 150 – 200 ədəd ağır tonajlı yük avtomobilləri daxil olur. Ərazidə maqistral avtomobil yollarının örtük səviyyəsi müasir tələbələrdən aşağı səviyyədə olduğundan belə yüklü avtomobillərin təzyiqinə davam gətirməyib qısa vaxt ərzində xarab olur. Azərbaycanın Avrasiya ölkələri ilə inteqrasiyaya qoşulması daxili yük axınları ilə yanaşı, tranzit yük axınlarının intensiv inkişafına şərait yaradan mühüm faktordur, odur ki bu axınları tənzimləmək üçün respublika daxili maqistral avtomobil yollarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi son dərəcədə vacibdir. Azərbaycan ərazisində fəaliyyət göstərən avtomobil yolları quruluşuna görə respublika və yerli əhəmiyyətə malik yollara ayrılır. Respublika əhəmiyyətli avtomobil yollarının texniki səviyyəsi müasir dünya göstəriciləri səviyyəsi tələbatdan aşağı olduğundan avtomabillər normadan artıq yanacaq sərf olunması, ilə yanaşı onların daşıma əmsalı da xeyli aşağı düşür. Son illərin məlumatına görə respublika əhəmiyyətli avtomobil yollarının 3% birinci kateqoriyalı, 18%  ikinci kateqoriyalı, 31% üçüncü kateqoryalı, 10% isə dördüncü kateqoryalı yollara aid edilir. Odur ki, yaxın gələcəkdə respublikanın avtomobil yollarının 1 – 2 – ci kateqoryalı yol səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Xüsusi ilə qədim “İpək yolu”nun bərpası Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisində mərkəzləşməsi ölkənin “arteriya” sistemi olan bütün nəqliyyat sahələrində, o cümlədən avtomobil yollarının bütün istiqamətlərdə bərpa işlərinin başa çatmasını tələb edir. Yerli əhəmiyyətli avtomobil yolları respublika ərazisində fəaliyyət göstərən ümumi avtomobil yollarının 64% – ni təşkil edir. Respublika ərazisində yerli əhəmiyyətli yollar əsasən dördüncü və beşinci kateqoriyalı yollar qrupuna daxil edilir. Ümumi yerli əhəmiyyətli avtomobil yolları respublika ərazisində 16,6 min km təşkil edir. Ümumi əhəmiyyətli yolların son ilin göstəricilərinə görə 9,8% - ı asvalt – beton, 19% - ı qara örtüklü, 44,6% – ı çınqıllı örtüklü, 26,6% - ı isə qrunt torpaq örtüklü yollardan ibarətdir. Respublikanın daxili, iqtisadi rayonları üzrə avtomobil yollarının 2,2% - i Abşeron, 6,1% - i Gəncə, 8,6% - i Qazax, 7,7% - i Mil – Qarabağ, 7,4% - i Muğan – Salyan, 17,6% - i Şirvan, 7,4% - i Şəki, 10,9% - i Lənkəran, 7,2% - i Xaçmaz, 3,6% - i Arazboyu, 10,8% Kəlbəcər, 5,6% – i Naxçıvan, 4,9% – i Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşür. Beləliklə hər 1000 kv əraziyə orta hesabla Abşeron iqtisadi rayonu üzrə 112 km, Gəncədə 341 km, Qazaxda 302 km, Mil – Qarabağ 338 km, Muğan – Salyanda 284 km, Şirvanda 401 km, Şəkidə 184 km, Lənkəranda 441 km, Xaçmazda 220 km, Arazboyunda 501 km, Naxçıvanda 262 km, Yuxarı Qarabağda 244 km təşkil edir.
Avtomobil nəqliyyatının mühüm göstəricilərindən biridə yük və sərnişin daşınmasıdır. Son ildə respublika daxilində daşınan cəmi yüklərin 47% - i, Sərnişinlərin isə 84% - i avtomobil nəqliyyatı təşkil edir. Son illərdə avtomobil nəqliyyatı təkcə Azərbaycanın daxili iqtisadi rayonları ilə deyileyni zamanda MDB respublikaları və bir sıra xarici ölkələrlədə sərnişin və yük daşımaları sistemində geniş əlaqələr yaratmışdır.


2.         Azərbaycanın MDB respublikaları ilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaların təşkili

       Azərbaycan keçmiş SSRİ – nin demək olarki bütün respublikaları ilə sərnişin və yük daşınmalarında avtomobil nəqliyyatı əlaqələri yaratmışdır. Bu əlaqələr daha çox Rusiya Federasiyası, Gürcüstan, Ukrayna, Belarusiya, Qazaxıstan, Moldova, Özbəkistan və digər MDB respublikaları ilə əlaqə yaratmışdır. MDB respublikaları ilə ümumi sərnişin və yük daşımalarının 18,5%-ı Rusiyanın, 16,2% Ukraynanın, 18,3% - ı Gürcüstanın, 12% - ı Belarusiyanın, 14,4% - ı Qazaxıstanın, qalan faizlər isə digər MDB ölkələrinin hesabına olmuşdur.
      Azərbaycanın avtomobil yollarının ərazi təminatına görə MDB – nin bir sıra respublikalarından irəlidədir. Azərbaycanda hər bir min kv. km. əraziyə orta hesabla 286,3 km bərk örtüklü avtomobil yolu düşdüyü halda Rusya Federasiyasında müvafiq olaraq 38,2 km, Qazaxıstanda 38,2 km, Ukraynada 391 km, Belarusiyada 318 km, Özbəkistanda 149 km, Gürcüstanda 423 km, Moldovada 412 km, Qırğızıstanda 91 km, Tacikstanda 149 km, Türkmənistanda 37 km təşkil edir.

3.         Azərbaycanın Beynəlxalq ölkələrlə avtomobil yolları ilə əlaqələri, sərnişin və yük daşımalarının təşkili

      Hazırda Azərbaycan 140 dünya ölkələri ilə iqtisadi – siyasi əlaqələr yaratmışdır. Odur ki, bu əlaqələrin yaranmasında nəqliyyat sahələrinin o cümlədən avtomobil nəqliyyatının xüsusi rolu vardır. Müasir dünya ölkələrində aparılan hesablamalara görə avtomobil yollarının ümumi uzunluğu 24200 min km təşkil edir. Cəmi avtomobil yollarının 24,7% - ı Asiya, 45% - ı Amerika, 18,4% - ı Avropa, 9,1%-i MDB, 0.6%-i Baltikyanı ölkələrin, 2.2%-i Afrika, Avstraliya və Okeaniyanın payına düşür.
Azərbaycanda isə bütün kateqoriyalardan olan ümumi avtomobil yollarının uzunluğu 35 min km təşkil edir. Hesablamara görə dünya ölkələrində olan ümumi avtomobil yollarının 72%-i bərk örtüklü, 38%-i qrunt yolların payına düşür.
Bərk ğrtüklü yolların əksər hissəsi ABŞ (5640 min km), Yaponiya (1130 min km), Hindistan (830 min km), Çin (840 min km), Rusiya (620 min km), Böyük Britaniya (350 min km), Almaniya (480 min km) payına düşmüşdür.

4.      Beynəlxalq avtomobil nəqliyyatı ilə yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri

 Avtomobil nəqliyyatı yük daşımaları zamanı daşıyıcı tərəfindən gömrük orqanlarına qaimə təqdim edilməsi ilə müşaiyət olunur. Bu qaimələrdə onların tərtib edilmə yeri və tarixi; mal göndərənin adı və ünvanı; daşıyıcının adı və ünvanı; yükün daşınmaya qəbul edildiyi yer; tarixi və təhvil veriməsi nəızərdə tutulan yer; alıcının adı və ünvanı; yükün qəbul edilmiş şərti işarəsi və qablaşdırma üsulu; təhlükəli yüklər daşındıqda isə onların istifadə olunan şərti işarəsi; yük yerlərinin sayı; onların markalanma işarələri və nömrələri; yükün brutto və başqa cür ifadə edilmiş kütləsi; daşınma xərcləri göndərilməlidir.
Lazım olan hallarda boşaldılıb yüklənmənin qadağan olunduğunu göstərən tapşırıq; alıcının öz öhdəsinə götürdüyü xərclər; əlavə olunan xərcləri məbləği; yükün elan edilmiş qiyməti; yükün sığorta ediməsi üzrə təlimat; daşınmanın müddəti; daşıyıcıya verilmiş sənədlərinn siyahısı; sərhəd – keçid məntəqələri də qaimədə əks etdirilə bilər.
Bundan başqa sürücünün doldurulmuş yük vərəqəsi olmalı, gömrük orqanları tələb etdikdə o təqdim olunmalıdır.
Beynəlxalq yük daşınmaları kitabçası ilə yük daşınmaları zamanı gömrük orqanlarına bu kitabçalar təqdim olunur. Gömrük orqanlarının yükü gömrük sərhəddindən keçilən şəxslərin, gömrük brokerlərinin yaxud nəzarəti gömrük orqanlarına həvalə olunmuş fəaliyyətlə məşğul olan digər şəxslərin barəsində bank və digər kredit idarələrindən məlumat və arayış almaq hüququ gömrük məcəlləsi ilə təsbit edilmişdir.
Sərnişin daşıyan avtonəqliyyat vasitələrinə gömrük nəzarəti həyata keçirilərkən onları idarə edənlər gömrük orqanlarına daşıma üçün müvafiq icazə sənədi təqdim etməlidirlər. Bu sənədlər: daşıyıcının adı və yerləşdiyi yeri, avtobus xəttinin adını; icazənin verildiyi dövlətin ərazisində avtobus xətti trassı göstəricilərinin icazə verən dövlətin ərazisində sərnişinlərin mindirildiyi və endirildiyi dayanacaqların; daşınma müddəti və avtobusların hərəkət cədvəlini; sərnişinlərin və baqajın daşınması üçün müəyyən edilmiş tarif ödənişlərinin daşıyıcının vəzifələrini avtobus xəttinin istismara verilmə tarixini özündə əks etdirməlidir. Göstərilən sənədlər gömrük orqanın məsul şəxsinə verildikdən sonra sənədlər yoxlanılır, gətirilən yük və sərnişinlərin gömrük sərhəddindən buraxılması rəsmiləşdirilir.

Mövzu 10


       PLAn
1.      Tranzit yük daşınması anlayışı, transit rejimin təyinatı və ondan istifadəetmənin hüquqi əsası.
2.      Tranzit yük daşınması rejimindən istifadənin sahəsi və şərtləri.
3.      Malların tranzitinə gömrük nəzarəti.
4.      Quru ilə əhatə olunmuş dövlətlərin ərazisi vasitəsilə transit yük daşınmaları haqqında konversiya TİR (1975).
5.      BYD kitabçası ( karnet TİR – avtomobil yük daşınmaları zamanı)

1 .”Tranzit yük daşınması” anlayışı, tranzit rejimin təyinatı və ondan istifadəetmənin hüquqi əsası

       Tranzit yük daşınması anlayışı beynalxalq mal mübadiləsinin obyektiv zərurətindən yaranan və ölkələrin coğrafi mövqeyi , geosiyasi və iqtisadi münasibətləri ilə şərtlənən zəruri nəqliyyat kateqoriyası olub, beynəlxalq ticarət əməliyyatlarında mühüm əhəmiyyət kəsb edir.
        Tarixdən bəllidir ki, gömrük ərazilərindən tranzitlə daşınan yüklər uzun müddət müxtəlif ölkələrdə vergi tutmaya məruz qalırdı. Kommunikasiya və nəqliyyat vasitələrinin inkişafı, beynəlxalq yük daşınmaların həcminin artması ilə bağlı tranzit gömrük rejimi yarandı və bu da gömrük nəzarəti altında gömrük ərazisində daşınan mallara proteksionist tədbirlərin təsirinin aradan qaldırılmasına imkan verdi.
       Beləliklə tranzit gömrük rejimi - malların (yüklərin) gömrük nəzarəti altında, Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları , vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirlər tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir.Ancaq Az. Res-sı Qanunvericiliyi  Az.Res-nın dövlətlərarası müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir. Bu rejimin geniş tətbiq edilməsində həm də malların tranziti şərtlərinin tənzimlənməsi  və yüngülləşdirilməsinə yönəldilmiş, onların eyniləşdirilməsini (inifikasıyasını) nəzərdə tutan müxtəlif beynəlxalq - hüquqi sənədlərin hazırlanması mühüm rol oynadı.
         Bu rejim altında daşınan mallardan gömrük rüsumları , vergilər, tutulmalar və iqtisadi siyasət tədbirləri tətbiq edilmir.Yüklərin tranziti həmçinin Az. Res-nın beynəlxalq sazişləri , Nazirlər Kabinetinin qərarları, DYK-nin normativ aktları ilə də tənzimlənə bilər.





2. Tranzit yük daşınması rejimindən istifadənin
sahəsi və şərtləri

Tranzit  gömrük rejimi bu rejim altında yerləşdirilən malların nomenklaturasına, miqdarına və təyinatına aid heç bir xüsusi məhdudiyyət müəyyən etmir.Ancaq tranzit rejimin tətbiqində Gömrük Məcəlləsinin 19 maddəsinədə nəzərdə sərhəddən keçirilən malların ayrı-ayrı kateqoriyalarına qadağa və məhdudiyyət nəzərdə tutulur.
Təcrübədə tranzit rejiminin müəyyən edilməsinin prinsip və şərtləri iki qrupa ayrılır:
-          rejimin benefisarı tərəfindən qəbul edilən öhdəliklər və ya rejimdən istifadə edilməsinə icazə verilməsinə görə onun müəyyən edilən şərtlərə;
-          rejimin reqlamentasiyasına riayət edilməsini təmin etmək üçün gömrük orqanları tərəfindən istifadə edilən gömrük nəzarətini həyata keçirmək vasitəsinə
Gömrük Məcəlləsi tranzit gömrük rejimini tətbiq edilməsinin icazə qaydasını müəyyən edir. Rejimdən istifadəyə müraciət və icazənin verilməsi mallar barədə bütün nazımı məlumatları, daşınma məqsədi və s-ni özündə cəmləşdirən doldurulmuş gömrük bəyannaməsinin gömrük orqanına təqdim edilməsi  yolu ilə həyata keçirilir.
            Bəzi hallarda YGB-dən istifadə edilməkdə rəsmiləşdirilməsi əvəzinə digər sənəd formalarından da istifadə edilməsinə yol verilir. BYD-ı konvensiyasının müddəalarında göstərilən Tir Korvetlərindən istifadə edilən bilir.

3.Malların tranzitinə gömrük nəzarəti

     Malların gömrük altında daşınması zamanı görülən tədbirlər mal və nəqliyyat vasitələrinin qorunmasına zəmanət verilməklə, onların kəmiyyət və keyfiyyətinin dəyişməz qalmasını təmin etməlidir.
            Malların tranzit daşınması zamanı daimi gömrük nəzarətində olur və Gömrük Məcəlləsinin 188-ci maddəsinin müddəalarına uyğun olaraq bu nəzarət həyata keçirilir.
-         Mallar Azərbaycan Respublikasına gətirildiyi zaman onların Azərbaycan gömrük sərhədini keçdiyi andan;
-         Mallar Azərbaycan Respublikasından aparıldığı zaman gömrük orqanı tərəfindən gömrük bəyannaməsinin qəbul edildiyi andan başlayır.
Gömrük nəzarətinin həyata keçirilməsinə təsir edə biləcək mühüm fakturala kimi aşağıdakıları qeyd etmək olar:
-          tranzitin tipi (beynəlxalq milli)
-          nəqliyyat vasitəsinin növü (daşınma növü, dəmir yolu, avtomobil, su yolu və s.)
-          Malın növü; - Daşıyıcının statusu; -tranzit qaydalarının pozulması riski.
Sənədli gömrük nəzarəti başlıca olaraq malların tranzit rejimi altında yerləşdirilməsi və rejimin bitməsinin rəsmiləşdirilməsi prosesində aparılır. Məcəlləyə görə təyinat gömrük orqanına verilməli olan sənədlər aid olduqları mallarla birlikdə təyinat gömrük orqanına çatdırılır. Mallar barəsində məlumatlara və faktiki göstəricilərə nəzarət, bir dayda olaraq, mallara gömrük baxışı və inventarizasiya aparılması yolu ilə həyata keçirilir (GM maddə 192)
Tranzit rejimi altında malların eyniləşdirilməsi plomb, möhür qoyulması və eyniləşdirmə işarələrinin qoyulması yolları ilə reallaşdırılır. Eyni zamanda yükləri daşıyan tranzit nəqliyyat vasitələri eyniləşdirilir. Belə ki, BYD konvensiyasına əsasən tranzit daşınmalarını həyata keçirən avtomobillər TİR lövhəsi ilə təchiz olunur.
Beləliklə tranzit daşınma malların təyinat gömrük arasına çatdırılması və müəyyən əməliyyatların aparılması ilə başa çatmış hesab edilir. Təyinat gömrükxanasına çatmış mallar və nəqliyyat üzərində əməliyat bitən andan etibarən, onlar Azərbaycan ərazisini tərk etməlidir. Əks halda sərbəst dövriyyə buraxılışı və idal rejimi kimi ödəyiciləri ödəməlidir.



4.         Quru ilə əhatə olunmuş dövlətlərin ərazisi vasitəsilə tranzit yük daşınmaları haqqında Konvensiya - TİR (1975)

Beynəlxalq Yük Daşınmaları Konversiyasına əsasən tranzit daşınmalarını həyata keçirən avtomobillər TİR lövhəsi ilə təchiz olunur. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1997-ci il tarixli 527 saylı sərəncamı ilə bağlı,  DGK-nin 8 sentyabr 1997-ci il tarixli 825 saylı əmri ilə BYD kitabçası tətbiq edilməli BYD-ı haqqında gömrük konversiyası Azərbaycan ərazisində tətbiq edilməyə başlanmışdır.
1.      nəqliyyat vasitələrinin (konteyerlərin) gömrük möhürləri və plombları ilə yük daşınmalarına buraxılması qaydası haqqında təlimata uyğun həyata keçirilməsi;
2.      Gömrük möhürləri və plombları ilə yüklərin daşınmassından ötrü nəqliyyat vasitələrinin (konteyerlərin) təchizatı qaydaları təsdiq edilmişdir.

5. BYD kitabçası (karnet TİR-avtomobil yük
daşınmaları zamanı

            BYD konversiyasına qoşulmuş Azərbaycan Respublikasında malların aralıq başlatma yükləmələri həyata keçirilməkdən yol nəqliyyat vasitələrində müqavilə tərəflərindən birinin göndərilmə gömükxanasından bir neçə sərhəddən keçməklə digər müqavilə iştirakçısı tərəfindən təyinat gömrükxanasına daşınmasına aiddir, bur şərtlə ki, əməliyyatın başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilmiş olsun.
            Azərbaycan Respublikaında BYD prosedurasına əməl olunmaqla daşınan mallar aralıq gömrükxanasınada (idxal zamanı giriş, tranzit zamanı giriş və çıxış) idxal və ya ixrac rüsum vergilərinin ödənilməsindən depozitə qoyulmasından azad edilir. Həmin gömrükxanalarda BYD kitabçalarının rəsmiləşdirilməsi üçün yığımlar tutulmur. Həmçinin BYD  prosedurasından istifadə olunmaqla plomblanmış yol nəqliyyat vasitələrində daşınan mallar bir qayda olaraq gömrükxanalarda gömrük baxışından azad olunurlar. Müstəsna hal kimi BYD kitabçasının manifestində göstərilməyən əşya olmasına kifayət qədər dəlil olan hallarda mallara müşaiət keçirilə bilər.
            BYD kitabçası 4 səhifəli üz qabığından, kəsilməyən 1/2 nömrəli sarı vərəqdən və 1/2 nömrəli kötükdən, 1 nömrəli (kəsilən) vərəqlərdən və 1 nömrəli kötüklərdən (ağ rəngli), 2 nömrəli kəsilən vərəqlərdən və 2 nömrəli kötüklərdən (yaşıl rəngli) və yol nəqliyyat hadisəsinə dair protokollardan (sarı rəngli) ibarətdir.
            Kəsilən vərəqlərin və onların kötüklərinin (1 və 2) birləşməsi (kombinasiya) bir qayda olaraq hər bir ölkədə (göndərilmə ölkəsində və giriş gömrükxanalarında) 2 nömrəli kəsilən vərəq və 2 nömrəli kötük isə çıxış və təyinat gömrükxanalarında istifadə olunmaq üçün nəzərdə tutulmuşlar.
            Hal-hazırda istifadə edilən BYD kitabçaları 14 və ya 20 vərəqdən (yəni 7 və ya 10 komplekdən) ibarətdir. Bu müvafiq  olaraq 7 və ya 10 dövlətin ərazisindən keçməklə daşınma üçün nəzarətdə tutulmuşdur.
            Beləliklə ümumi yük daşınmalarında tranzit yük daşınmasının çəkisi 56 % təşkil edir. Daşınmalardan gələn ümumi gəlirin çəkisi  9,2 % təşkil etmişdir. Başqa formada desək son ildə tranzit yük daşımalarından əldə olunan ümumi gəlir 300 min manat təşkil etmişdir.
            Respublikada dəmir yolu ilə daşınan ümumi yüklərin 24,5 % tranzit yüklə təşkil etmişdir.









Mövzu 11. Beynəlxalq nəqliyat əməliyytlarının gömrük tərtibatı

P L A N

1.      Beynəlxalq nəqliyyat əlaqələrinin əhəmiyyəti və ticarətin inkişafında rolu.
2.      Nəqliyyat əməliyyatlarının gömrük tərtibatı haqqında anlayış.
3.      Beynəlxalq nəqliyyat əməliyyatlarının gömrük tərtibatında idxal və ixrac sənədləri
4.      Qanunvericilik və beynəlxalq hüquq qaydalarına əsasən nəqliyyata dair müqavilələrin bağlanması.

1. Beynəlxalq nəqliyyat əlaqələrinin əhəmiyyəti və ticarətin inkişafında rolu.

            Dünya ölkələrinin iqtisadi inkişafında hər bir ərazinin təbii iqtisadi şəraitin müəyyən olunması və bu əsasda həmin şəraitdəki resusların istehasal dövriyyəsinə cəlb olunmasında məhsuldar qüvvələrin dövrün tələblərinə uyğun inkişafının xüsusi rolu vardır.Bu baxımdan XIX əsrin axırı və XX əsrin əvvəllərində məhsuldar qüvvələrin təsir dairəsi daha intensiv hal alır.Avropanın və eləcədə dünyanın qabaqcıl ölkələrində sənayenin inkişafı ölkələrarası iqtisadi əlaqələrin yaranmasında nəqliyyatın əvvəlki primitiv formasından yeni sənaye dövrünün tələblərinə uyğun inkişafına səbəb oldu.
        Ölkələrarası iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayan nəqliyyat növlərinin dəniz, avtomobil, dəmiryolu, boru kəməri və hava nəqliyyatının inkişaf dövrü başladı. Bununla bağlı yolların səmərəli təşkili işi daha çox diqqət çəkdi.Bu məqsədlə Aralıq dənizi ilə Hind Okeanı hövzəsi ölkələri ilə qısa məsafədən keçməklə, yüklərin daşınmasını təmin edən Süveyş kanalı, Şimali Amerikanı Mərkəzi və Cənubi Amerika ilə qısa məsafədə birləşdirən Panama kanalı, Xəzər dənizini hövzəsi ölkələrarası əlaqə yaradan Volqa-Don kanalının çəkilməsi ölkələrarası yüklərin daşınması üçün həmin ölkələrin iqtisadi inkişafına təsir göstərməklə,külli miqdarda səmərəsiz nəqliyyat xərclərinin aradan qaldırılmasına şərait yarandı.
          Beləliklə XXI əsrin əvəllərinə dünya ölkələri ərazisində ümumi dəmir yolunun uzunluğu 1250 min km, avtomobil yollarının uzunluğu 24000 min km, daxili su yollarının uzunluğu 550 min km, boru kəməri nəqliyyatının uzunluğu 1500 min km , hava yollarının uzunluğu isə 8000 min km təşkil etmişdir ki, bu daş ölkələr arası əlaqələrin genişləndirilməsini təmin etməklə, dünya ticarət sistemini təmsil etmişdir.
           Dünya nəqliyyat xərclərinin 10% - i MDB ölkələrinin payına düşür.Ancaq MDB yük daşınmalarının həcminə və ticarət dövriyyəsinə görə birinci yeri Az Respublikası tutaraq, 140 dünya ölkəsi ilə ticarət əlaqəsi yaratmışdır.Ticarət əməliyyatlarının həcmi 11.6 milyard olmuş, beləki  ixrac 6.4 milyard -2242 adda mal , idxal 5.2 milyard ABŞ $- 5935 adda mal.
            Hər il bütün nəqliyyat növləri ilə 100 milyard tondan çox yük və 1(bir) trilyon sərnişin daşınmışdır. Bu daşınmalarda 650 min avtomobil, 40 min dəniz gəmiləri, 10 min təyyarə reysi, 200 min dəmir yolu lokomotivləri iştirak etmişdir.

2. Nəqliyyat  əməliyyatlarının gömrük tərtibatı haqqında anlayış

       Gömrük Məcəlləsinin müddəalarına uyğun olaraq nəqliyyat vasitələrinin Az.Res-nın gömrük sərhəddindən keçirilməsi gömrük bəyannaməsində göstərilən konkret gömrük rejiminə uyğun olaraq reallaşdırılır.
         Gömrük sərhəddindən keçirilən nəqliyyat vasitələri  həm əmtəə kimi, həm də sərnişin və yük kimi beynəlxalq daşınmalarda istifadə edilən nəqliyyat gömrük qanunvericiliyinin müddəalarına uyğun tərtibat əsasında tənzimlənir. Az.Res-nın gömrük sərhəddindən keçirilən nəqliyyat vasitələri gömrük orqanı tərəfindən müəyyən edilən yerdə saxlanılır.Bu tələbə riayət etməyən hallarda gomrük orqanlarının nəqliyyat vasitələrini məcburi saxlamaq hüququ vardır.Nəqliyyat  vasitələrinin saxlama müddəti daşıyıcı ilə birlik də Az.Res-sı gömrük orqanı tərəfindən müəyyən edilir. Bu müddət gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin  zərərinə olaraq  azaldıla bilməz.
          Gömrük Məcəlləsinə görə nəqliyyat vasitələrinin daşıyıcısı:
1)      gömrük sərhəddinin keçilməsi vaxtını və yerini gömrük orqanları ilə razılaşmalıdır.
2)      Sərhəddi keçən nəqlyyat vasitəsi gömrük orqanının icarə verdiyi yerdə saxlamalıdır.
3)      Nəqliyyat vasitələri ancaq dayanacağı yerdən gömrük orqanının icazəsi ilə dayanacağı tərk edə bilər.
         Beləliklə daşınan yüklərin və nəqliyyat vasitələrinin sərhəddən keçirilərkən rəsmiləşdirilməsi üçün gömrük orqanlarının və nəqliyat müəsissələrinin əməkdaşlarının qarşılıqlı münasibətlərinin müvəqqəti texnologiyasının müddəaları ilə təmizlənir:
1. Ümumi müddəalar:
1.1 Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və oradan aparılan bütün yüklər və nəqliyyat vasitələri rəsmiləşmədən keçməlidir.
1.2 Rəsmiləşdirmə Gömrük Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə həyata keçirilməlidir.
1.3 Yüklərin gömrük rəsmiləşdirilməsi gömrük orqanlarının razılığı ilə yüklərin müvəqqəti saxlanc anbarlarında yerləşdirilməsi də həyata keçirilə bilər.
1.4 Yük daşınmalarının təkminləşdirilməsi məqsədilə avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemləri tətbiq edilə bilər.

2. Yüklərin gömrük nəzarəti altında daşınması

2.1 Gömrük rəsmiləşdirilməsi başa çatmamış yüklərin iki gömrük orqanı arasında daşınması gömrük nəzarəti altında, daşınmanı icra edən nəqliyyat müəssisənin məsuliyyəti ilə həyata keçirilir;
2.2 Yüklərin nəzarəti altında daşınması beynəlxalq yük daşınmaları haqqında müvafiq razılaşmalara uyğun olaraq Gömrük Məcəlləsinə riayət olunmaqla həyata keçirilir.
2.3 Daşıyıcılar gömrük nəzarəti altında daşınan yüklərin gömrük orqanının razılığı olmadan sahibinə vermə hüququ yoxdur
3. Yeklərin gömrük ərazisinə gətirilməsi zamanı rəsmiləşdirilməsi qaydası
3.1 Gömrük ərazisinə yüklərin gətirilməsi zamanı rəsmiləşdirilməsi yükün gömrük orqanının vəzifəli şəxsinin yükün daxil olmasını məlumatlandırdıqdan sonra başlayır. Məlumatlandırma 2 nüsxədə ötürmə cədvəlinin, həmçinin daşınma və müşayiət etmə sənədlərinin gömrük orqanına verilməsi ilə başlanır.
4.Yüklərin Azərbaycan Respublikası ərazisindən aparılması zamanı rəsmiləşdirilməsi

4.1 Yüklərin Azərbaycan Respublikasından kənara aparılmasına gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra icazə verilir.
5. Yüklərə gömrük baxışının keçirilməsi qaydası, eyniləşdirmə vasitələrinin qoyulması və götürülməsi və açılma aktının tərtibi ilə başa çatır.

3.      Beynəlxalq nəqliyyat əməliyyatların gömrük tərtibatında idxal və ixrac sənədləri

         Beynəlxalq nəqliyyat əməliyyatları zamanı Azərbaycan ərazisinə gətirilən yük və sərnişinlərin və eləcə də Azərbaycan ərazisindən aparılan yük və sərnişinləri daşınması Azərbaycan Respublikası qanunvericliyi və beynəlxalq konversiyaların müddəalarına uyğun tənzimlənir. Qaydalarda nəzərdə tutulan hallarda əməliyyatların tənzimlənməsi və rəsmiləşdirilməsi üçün rezidentlər İqtisadi İnkişaf Nazirliyinə ixrac üzrə aşağıdakı sənədləri təqdim edir:
-          Xarici şəxslərlə bağlanmış müqavilə;
-          İstehsalçı və ixracatçı arasında bağlanmış müqavilə (istehsalçı ixrac etmədikdə);
-          İxrac qiymətini əsaslandırma arayışı;
-          Azərbaycan Respublikasına başqa ölkələrdən gətirilən mallar haqqında sənədlər.
İdxal əməliyyatları üzrə:
-          Xarici şəxslərlə bağlanmış müqavilə;
-          Əməliyyatların mliyyələşdirmə mənbəyi haqqında məlumat;
-          İdxal qiymətini əsaslandırma arayışı;
İqtisadi İnkişaf  Nazirliyində müqavilələrin ekspertizası keçirilərkən onların Azərbaycan Respublikasının Qanunvericiliyinə və beynəlxalq hüquq qaydalarına uyğunluğu araşdırılır və Azərbaycan Respublikasının iqtisadi maraqlarının gözlənilməsi yoxlanılır.
            Xarici ticarət əməliyyatlarnın rəsmiləşdirilməsi üçün Rezidentlər gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidir:
İxrac əməliyyatları üzrə:
-          Hüquqi şəxsin Dövlət Statistika komitəsi tərəfindən müəyyən edilmiş kodu;
-          Xarici şəxslərlə bağlanmış müqavilə;
-          İxrac olunan malların mənşəyi haqqında sənədlər;
-          İxrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil bankın sədri;
-          Bu qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf  Nazirliyinin müsbət rəyi;
-          Yük gömrük bəyənnaməsi.
İdxal əməliyyatları üzrə:
-          Bağlanmış müqavilə;
-          Yük gömrük bəyannaməsi;
-          İnvays-idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd;
-          Yol nəqliyyat sənədləri;
-          Malın mənşəyini təsdiq edən sənəd;
-          Malın keyfiyyət sertifkatı;
-          malın uyğunluq sertifkatı;
-          Bu qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf Nazirliyinin ekspertizasının müsbət rəyi.
İxrac və idxal əməliyyatları üzrə tələb olunan sənədlər təqdim olunduqdan sonra gömrük orqanları həmin sənədləri rəsmiləşdirib 24 saat ərzində malların buraxılmasını təmin etməlidir

4.Qanunvericilik və beynəlxalq hüquq qaydalarına əsasən
nəqliyata dair müqavilələrin bağlanması.

     Öz spesifik məzmununa görə beynəlxalq nəqliyat hüquqi yüklərin və sərnişinlərin müxtəlif nəqliyat növləri vasitəsilə beynəlxalq daşınması zamanı əmələ gələn münasibətləri, nəqliyyat təşkilatları və fərdi daşıyıcılar, həmçinin daşıma prosesi bir neçə daşıyıcı tərəfindən həyata keçirildikdə onların ölkələri arasında yaranan münasibətləri tənzimləyən hüquqi normalar məcmusuna malikdir.
            Bu sahədə hüquqi tənzimləmənin xüsusiyyəti ondan ibarətdir ki, daşımanın əsas məsələləri yük və sərnişin daşımaların eyni şərtlərini müəyyən edən unifikasiya olunmuş normaları ifadə edən beynəlxalq sazişlərə həll olunur.
            TRASEKA nəqliyyat marşrutu qədim böyük ipək uolunun yenidən iri ticarət, həm də nəqliyyat dəhlizinə çevrilməsinə imkan yaradaraq, Mərkəzi Asiya və Qafqaz dövlətlərinin fəal Avropa bazarına nəqliyyat çıxışından ibarətdir. TRASEKA nəqliyyat dəhlizinin marşurutu üzrə yerləşən limanların, dəmir və avtomobil yollarının əsaslı layihələrinin maliyyələşdirilməsi üçün AYİB (Avropa yenidənqurma və İnkişaf Bankı) 250 milyon ABŞ dolları səviyyəsində vəsait öhdəlik götürmüşdür. Beləliklə Azərbaycan Respublikası Türkmənistan İNOQEYT proqramı neft və qazın Avropaya nəqlinə dair dövlətlərarası müqavilə (1996-cı il), Azərbaycan-Türkiyə  (noyabr 1992-ci il), Azərbaycan-Ruminya ( mart 1996), Azərbaycan-Qazaxıstan (sentyabr 1996), Azərbaycan-Moldova (noyabr 1997), Azərbaycan-Misir (1997), Azərbaycan-Fransa (1997), Azərbaycan-Gürcüstan (1996), Azərbaycan-Beynəlxalq Avtomobil yük daşımaları konvensiyasına qoşulması (1975), Dəniz hüququ haqqında BMT-nin yaratdığı Konvensiya (1982), Hava nəqliyyatına dair Ümumavropa konfransı (krit 1996 və 1997-2006cı illər Asiya-Sakit okeyan region müqavilələri və 5 beynəlxalq nəqliyyatın inkişafında xüsusi rolu olmuşdur.

Mövzu  12

Azərbaycan Respublikasında Beynəlxalq daşınmaların təşkili və idarə edilməsi.


1.         Beynəlxalq daşınmalar haqqında anlayış.
2.         Beynəlxalq daşınmalar zamanı tətbiq olunan əməliyyatların təşkili.
3.         Yüklərin daşınma şərtləri.
4.         Yüklərin göndərilməsi şərtləri.
5.         Yüklərin təyinat yerinə çatdırılması və qəbulu şərtləri.

1.      Beynəlxalq daşınmalar haqqında anlayış.

    Bütün dövlətlər arasında, eləcədə onların müxtəlif təsərrüfat sahələrinin inkişafında müvəffəqiyyətin əsasını təşkil edən amillərdən biri nəqliyyat daşınmalarıdır. Beynəlxalq nəqliyyat daşınmaları isə bu işin əsasını təşkil edir.
    Dövlətlərarası beynəlxalq iqtisadi əlaqələr yaratmaqda nəqliyyat əmtəələrin (yükün) və insanların (sərnişinlərin iki və daha çox ölkələr arasında əlaqəsini, yəni beynəlxalq münasibatlərini təmin edir.
    Beynəlxalq daşınmalar, müxtəlif ölkələrin milli daşıyıcıları tərəfindən yerinə yetirilir. Yəni dünya milli nəqliyyat sistemində ayrıca olaraq beynəlxalq yük və sərnişin nəqliyyat sistemi yoxdur. Bu iş üçün ayrı-ayrı ölkələr özlərinin nəqliyyat növləri, nəqliyyat xətləri, qurğuları, stansiyaları, dayanacaqları, özlərinin yük və nəqliyyat terminləri və.s. istifadə olunur.
    Nəqliyyatı yaxşı təşkil etmək üçün onun inkişafına təsir edən əsas amilləri təmin etmək lazımdır. Nəqliyyatı təşkil edən amillər: nəqliyyatın hərəkət vasitələri, daşıma vasitələri, yol əlaqələri, texniki qurğu və mexanizmlər hesab olunur. Bunların hər biri beynəlxalq daşınmalarda böyük rol oynayır.
    İnkişaf etmiş ölkələri bir-biri ilə müqayisə etdikdə həmin ölkənin 1000 km2 sahəsinə düşən yolun (avtomobil və dəmiryolu) uzunluğu müqayisə vahidi olaraq qəbul edilir.
    Beynəlxalq daşınmalarda yük və sərnişin daşınma əsas proses hesab edilməklə yükün göndərilmə əməliyyatları da (yəni yükün qəbulu, qablaşdırılması, markalanması, yükün bir növ nəqliyyatdan başqa növ nəqliyyata verilməsi, vergilərin ödənilməsi, yükün sahibinə çatdırılması və.s hesab edilir.
    Nəqliyyat əlaqələrinin inkişafı və təşkilində beynəlxalq ticarətin böyük rolu vardır. Dünyada heç bir ölkə ayrılıqda özünün bütün ehtiyyatlarını təmin edə bilmir. Odur ki, beynəlxalq ticarət dünya miqyasında ictimai həyatın ayrılmaz və mühüm tərkib hissəsidir. Dünya dövlətləri nə üçün ticarət edirlər? Bunun başlıca səbəbi odur ki, dunyada iqtisadi ehtiyyatlar qeyri bərabər bölünmüşdür (məs, Yaponiyada texnika və Avstraliyada isə kənd təsərrüfatı malları çox inkişaf etmişdir).
    Alimlər sübut etmişlər ki, ticarətlə dünyanın iqtisadi potensialını genişləndirmək mümkündür. Əgər bir ölkə başqa bir ölkə üçün mal istehsal edirsə, demək bu ölkə həmin sahədə ixtisaslaşır. Beləliklə bazar iqtisadiyyatının inkişaf yolu elə qurulmuşdur ki, dünya ölkələri bir-birindən asılı vəziyyətdədir. Bununla bağlı bazar ticarəti ölkələr arası idxal və ixrac vəziyyətini yaradır. İdxal-ölkəyə xaricdən gətirilən, ixrac isə xaricə aparılan mallar nəzərdə tutulur. O ölkənin ki, idxalı artır onun milli istehsalı zəifləyir. Odur ki, hər bir ölkənin inkişaf etməsi üçün ixracı artırmaq yollarını axtarır. Məsələn Azərbaycan neft ixracını gücləndirməklə beynəlxalq əlaqələri gücləndirmişdir. Hazırda Azərbaycan dünyanın 140-dan artıq ölkələri ilə əlaqələr yaratmışdır. Xaricdən mal idxalını azaltmaq üçün sənayeni inkişaf etdirmək, xammal ixracını azltmaq və emalı artırmaq, ixracı genişləndirmək lazımdır.
    Beynəlxalq ticarət şərtlərində ixracat vahidinin idxal vahidinə olan nisbəti nəzərdə tutulmaqla xarici qiymətlər indeksləri hesablanır.
    Beynəlxalq ticarət şərtlərinin (indekslərin) hesablanması illər üzrə dövlətin iqtisadiyyatının vəziyyəti, yəni ölkədə idxalın və ya ixracın üstünlüyü müəyyən edilir.
    2006-cı il ərzində respublikanın 140 dünya ölkələri ilə ticarət əməliyyatlarının həcmi 11637208.6 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6372112.8 min ABŞ dolları dəyərində 5935 adda mal isə idxal olunmuşdur və saldo müsbət 11070116.9 min ABŞ dolları təşkil etmişdir.
    Buradan aydın olur ki, beynəlxalq yük daşınmaların səviyyəsi nə qədər olmuşdur.
    Buradan aydın olur ki,bu səviyyədə malın(yükün) daşınmasında nəqliyyatın xidməti nə qədər məsuliyyətli və nə qədər qiymətlidir. Bununla bağli gömrük xidmətinində rolu genişlənir və onun təşkili məsuliyyəti artırır.

2.Beynəlxalq daşımalar zamanı tətbiq olunan əməliyyatların təşkili.

    Odur ki, beynəlxalq nəqliyyat əlaqələri, malların daşınması gömrük nəzarəti altında aparılır. Mallar gömrük nəzarəti altında daşınarkən gömrük orqanları mövcud gömrük qanunvericilik qaydaları əsasında bütün tədbirləri həyata keçirirlər.
    Bütün aparılan əməliyyatlar mal və nəqliyyat vasitələrinin qorunmasına zəmanət verməli, malların keyfiyyət və kəmiyyətcə dəyişməaz qalmasını və daşınan mallara qeyri-qanuni hərəkətlər olmasının qarşısı alınmalıdır.
    Gömrük orqanları malların gömrük nəzarəti altında daşınması üçün asağıdaki əsas tədbirlərin görülməsini təşkil edir:
    1.Yüklərə gömrük müşaiətini;
    2.Gömrük daşıyıcılarının xidmətindən istifadə edilməsini;
    3.Nəqliyyat vasitələrinin təchiz edilməsi üzrə təşkilat-texniki tədbirlər kompleksini.
    Nəqliyyatın əsas iki xüsusiyyəti olan xidmətlərin təşkili.
    1.Əmtəələrin istehsal yerindən tələb olunan yerə qədər nəqliyyat vasitələri tərəfindən daşınmasının təşkili və xidmət haqqında ödənilməsi.
    2.Məhsulların normal daşınmasını təmin etməyi və istehsal yerində yığılıb qalmasının qarşısını almaq.
    3.Malların daşınması haqqının nəqliyyat tarifini uyğun tərtibatını təşkil etsin.
    4.Müxtəlif nəqliyyat növlərindən səmərəli istifadə olunmasını təşkil etmək.

3.Yüklərin daşınma şərtləri

    Yüklərin bir yerdən basqa yerə daşınmasında asağıdakı əməliyyatlar aparılır:
    1.Yüklərin daşınması üçün hazırlanması.
    2.Yüklərin anbarda qablanma yerlərində çəkilmə sahəsində yığılıib qalmasına yol verilməməsi üçün tədbirlərin aparılması.
    3.Yüklərin yüklənməsi,daşınması,magistral nəqliyyata verilməsi və yük sahibinə çatdırılması.
    4.Magistral növ nəqliyyatlarda yüklərin yerləşdirilməsi.
    Yüklərin daşınmasının şərtləri və qaydaları nəqliyyata dair əsasnamədə müəyyən edilmişdir. Məlum olduğu kimi mallar (yüklər) müxtəlif olduğu kimi nəqliyyat növləri də müxtəlifdir. Odur ki, malın xüsusiyyətinə uyğun nəqliyyat vasitəsindən
istifadə edilir.
    Yüklər daşınmaq üçün elə nəqliyyata vurulur ki,təbii halı dəyişmədən alıcıya çatdırılsın.
    Gömrük orqanları məntəqəyə daxil olan malların qablanması vəziyyətini yoxladıqda onun üzərində nişanlanması pozulmamalı, yükün əsas göstəriciləri qabın üzərində olan nişanlanma ilə uyğun olmalıdır. Nişanlanmanın məqsədi yüklə sənədləşmə arasında əlaqə yaratmaqdır. Nişanlanmada (Markirovka) göndərmə məntəqəsinin adı, yeri və təyinat yerin adı və yeri,hər bir partiya yükdə yerin miqdarı, hər bir partiyasının çəkisi, malın növü və s. qeyd edilmişdir. Nişanələr yükün üzərinə vəya əlavə edilmiş yarlika yazılır. Yazılar aydın görünməklə, su tərəfindən silinməməlidir.

4.Yükün göndərilməsi şərtləri

    Yüklərin göndərilməsinin asağidaki növləri vardır:
    1.Kiçik(xırda) göndərmələr-dəmir yol üçün 10 tona qədər, dəniz (çay) nəqliyyatı üçün 20 ton və avtomobil nəqliyyatı üçün 5 tona qədər hesab olunur.
    2.Yığma göndərmələri-burada yükün çəkisi kiçik göndərmələrdən artıqdır.
    3.Vaqon və Gəmi göndərmələri-30,40,50 ton
    4.Konteyner göndərmələri-3,5,10,20,30 ton
    Yüklər kütləvi halda açıq havada sürətlə aparıla bilər. Lakin 0-C tempraturda xarab olan mallar xüsusi şəraitdə aparılmalıdır. Əks halda onların gömrükxanada AKT-laşdırılmasi aparılmalıdır. Burada əsas məsuliyyət  göndərən şəxsin üzərinə düşür.
    Maye yüklər xüsusi sisternalarda və bunkerlərdə göndərilir.
    Dən yemləri xüsusi örtülü nəqliyyatlarda aparılır.
    Meşə materialların əksəriyyəti dəmiryolu nəqliyyatı ilə daşınır.

5.Yüklərin təyinat yerlərinə çatdırılması və qəbulu şərtləri.

    Yüklərin daşınmasında əsas şərtlərdən birisi müqaviləyə uyğun olaraq vaxtında çatdırılmasıdır.
    Çatdırılmanın 2 növü vardır:
1)Konteynerlə
2)Adi yük maşını ilə
    Bunlardan əlavə vaqonla,xırda həcmli konteynerlə.Yüklər tez xarab olan,adi formalı yüklər
Odur ki,tez xarab olan yüklər üçün qatarın sürəti 550-600 km/gün,adi və iri yüklər üçün V=330 km/gün və xırda yük və konteyner üçün V=180 km/gün təyin edilir.
    Xırda yüklərin göndərilməsində onun rəsmiləşdirilməsinə əlavə 2 gün,konteynerlərin göndərilməsinə 1 gün(1000 km-dək məsafə üçün) və 1000 km-dək çox olduqda 2 gün vaxt verilir
  
Mövzu 13

Gömrük sistemində Beynəlxalq nəqliyyat əlaqələrinin idarəedilməsinin təsnifatı.

                
Plan :

1.    Gömrük sistemində Beynəlxalq nəqliyyat əməliyyatları əlaqələri və bu əlaqələrin təşkilinin ümumi prinsipləri barədə sazişlər.
2.    Nəqliyyat sistemində idarəetmənin əsas prinsipləri.
3.    Nəqliyyat sistemində idarəetmənin funksiyaları.
4.    Nəqliyyat sistemində idarıetmənin metodları.
5.      Nəqliyyat sitemində ayrı-ayrı nəqliyyat növlərinin hüquqi aspektləri.

1.Gömrük sistemində Beynəlxalq nəqliyyat əməliyyatları əlaqələri           və bu əlaqələrin təşkilinin ümumi prinsipləri barədə sazişlər.

Müasir dövrdə nəqliyyatın bütün növlərində yüklərin və sərnişilərin beynəlxalq daşınmasının təşkili və şərtləri haqqında çoxtərəfli nəqliyyat sazişləri mövcuddur. Çoxtərəfli nəqliyyat sazişləri , onların formal surətdə iştirakçısı olmayan , lakin sazişlərin əsas müddəalarını milli nəqliyyat qanunvericiliyində təkrar edən dövlətlər tərəfindən də tez-tez tətbiq olunur. Müasir dövrdəki nəqliyyat konvensiyalarının müıyyın sistemi mövcuddur və bu sistem fəaliyyət göstərərək aşağıdakı sənədləri özündə əks etdirir :
1)      Beynəlxalq əlaqələrin təşkili və ümumi prinsipləri barədə sazişləri;
2)      Yüklərin və sərnişinlərin daşınmasının vahid ümumi şərtlərinin müəyyən edilməsi barədə sazişləri;
3)      Dövlətlər arasındakı nəqliyyat əlaqələrinin sadələşdirilməsinə yönəldilmiş sazişlər(məsələn : vaqonlar və konteynerlərin istifadəsi, gömrük prosedurlarının , vergi rejiminin sadələşdirilməsi və sairə məsələlər üzrə ).
Bundan başqa nəqliyyat konvensiyaları bəzi beynəlxalq təşkilatların , ilk növbədə BMT və bu sistemin müvafiq ixtisaslaşmış müəssələrinin İKAO, İMO və başqa beynəlxalq nəqliyyat təşkilatlarının fəaliyyəti çərçivəsində təkmilləşdirilir.
Müasir dövlətlərin normativ – hüquqi aktlarında nəqliyyat sahəsində olan bütün kompleks problemlərin, o cümlədən dövlətlərin xarici iqtisadi əlaqələrinin aspektləri kimi yüklərin və sərnişinlərin beynəlxalq daşınmasının , beynəlxalq əlaqələrin hüquqi tənzimlənməsi məsələlərinin təkmilləşdirilməsi üçün müvafiq cəhdləri təşəbbüs göstərir. Bu tendensiya və istiqamət daha çox A.R-nın Rusiya federasiyasının və digər MDB-yə üzv dövlətlərin inkişaf edən qanunvericilik praktikasında, xüsusilə bizim dövlət tərəfindən qəbul edilən ( 11 iyun, 1999-cu il ) “Nəqliyyat haqqında “ qanunda öz əksini tapmışdır.

2.Nəqliyyat sistemində idarəetmənin əsas prinsipləri.

Nəqliyyat sistemində idarəetmənin prinsipləri dedikdə nəqliyyatı idarə edən gömrük sisteminin əsaslandığı ideyalar, qaydalar, əsas müddəalar və davranış normaları başa düşülür.
Idarəetmə təcrübəsində nəqliyyatı idarə edən gömrük orqanları tərəfindən ümumi , xüsusi və təşkilati-texnoloji prinsiplər tətbiq edilir.
Nəqliyyat sistemində idarəetmənin ümumi prinsipləri strateji idarəetmə normalarıdır və onlar gömrük orqanlarının bütün sahələrində və yarımsistemlərində fəaliyyət göstərir. Lakin onlar hər bir idarəçilik sistemində spesifikdir. Hətta idərəetmənin əsas ümumi prinsiplərini sadalanması(məsələn: sistemlilik, əks əlaqə, inforçasiyanın kafiliyi, optimallıq, bərabər tabelilik və s.), eleəcə də onların gömrük orqanlarında idarəetmə sisteminə dialektik təsiri bunu təsdiq edir.
Sistemlilik idarəetmənin aparıcı prinsipidir. Nəqliyyatı idarə edən gömrük orqanı şöbələrinin idarə edilməsində sistemlilik , sistemin struktur və funksional vahidliyini təmin edir və təkmilləşdirir.
Gömrük orqanları qarşısında dayanan vəzifələr nə qədər mürəkkəbdirsə , sistemin əks əlaqə prinsipi bir o qədər böyük əhəmiyyət kəsb etmir. Informasiya idarəetmə subyektinə sistemə təsir etmək və idarəçilik qərarlarının icrasina təmin etmək məqsədilə hər bir zaman anında sistemin vəziyyəti haqqında , qoyulmuş məqsədin əldə edilməsi haqqında təsəvvür əldə etməyə imkan verir.
Informasiyanın kafiliyi prinsipi o deməkdir ki, gömrük sistemində informasiya həcmlərinin görünməmiş dərəcədə artması şəraitində informasiya proseslərnin intensivləşdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
Idarəetmənin təşkilati – texnoloji prinsipləri gömrük orqanları rəhbərlərinin təşkilati sərəncamverici və inzibati-icraedici fəaliyyətinin əsasında dayanır. Nəqliyyat idarələrində bu idarəetmə prinsipinə aşağıdakılar aiddir : vahid rəhbərlik, konkretlik, əməyin bölgüsü, skalyar, iearxiya, sərəncamvermənin vahidliyi və tək rəhbər , səlahiyyətlərin ötürülməsi, idarəetmə diapazonu.

3.Nəqliyyat sistemində idarəetmənin funksiyaları.

Idarəetmənin funksiyaları – həyata keçirilməsi üçün müəyyən idarəçilik işləri (əməliyyatları) tələb olunan konkret idarəçilik fəaliyyəti növüdür.
Gömrük orqanlarının idarı edilməsində idarəetmə funksiyaları çox mühüm yer tutur, çünki onlar bütün səviyyələrdə idarəçilik fəaliyyətinin mahiyyətini və məzmununu açıqlayır və idarəetmə sahəsində vəzifələrin bölgüsünü əks etdirir, nəzərdə tutulmuş nəticələri əldə etmək üçün onların həyata keçirilməsi zamanı müəyyən növbəlilik və fəaliyyət birliyi tələb edir.
Gömrük orqanları sistemində idarəetmə funksiyalarını təsnif etməklə posesin mərhələlərini əks etdirən ümumi idarəetmə funksiyalarına və gömrük orqanlarının əməliyyat – xidmət fəaliyyətinin konkret növlərinin spesifik idarəetme fnksiyalarına bölmək olar. Idarəetmənin ümumi funksiyalarına aşağıdakılar aiddir :
1)      əməliyyat-xidmət şəraitinin təhlili və proqnozlaşdırılması;
2)      planlaşdırma;
3)      təşkiletmə;
4)      tənzimetmə;
5)      uçot və nəzarət.
Gömrük əməliyyatı xidməti şəraiti dedikdə iqtisadi, siyasi, sosial, hüquqi, regional və digər şərtlərlə dialektik inkişafda olan , gömrük fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən qarşılıqlı əlaqəli elementlər məcmusu nəzərdə tutulur.
Planlaşdırma  idarəetmənin elə əsas funksiyasıdır ki, onun vasitəsilə gələcək fəaliyyətin təşkilati başlanğıcı işlənib hazırlanır. Planlaşdırma vasitəsilə sistemin inkişaf məqsədləri və istiqamətləri müəyyən edilir, mövcud problemləri realizəı edilməsi vasitəsi olan metodlar işlənib hazırlanır, sistemin inkişaf tempi müəyyən edilir.
Təşkiletmə dedikdə , idarəetmənin elə əsas funksiyası  nəzəedə tutulur ki, onun reallaşdırılması vasitəsilə planlaşdırma prosesində işlənib hazırlanmış planların yerinə yetirilməsi üçün şərait yaranır.
Tənzimləmə dedikdə idarəetmənin elə əsas funksiyası başa düşülməlidir ki, onun vasitəsilə tabelikdə olan şəxslərin fəaliyyətinin səmərəliliyi yüksəlir və ya planlaşdırma zamanı verilmiş parametrlərdən kənara çıxmalar aradan qaldırılır.
Uçot funksiyasının mahiyyətini idarə olunan sistemin cari vəziyyəti haqqında onun hərəkət istiqamətləri və templəri, əldə edilən nəticələr və dəyişən problemlər haqqında informasiyanın toplanması , sisyemləşdirilməsi və ilkin işlənməsi təşkil edir.
Nəzarət idarəetmənin elə əsas funksiyasıdır ki, onun reallaşdırılması vasitəsilə gömrük orqanlarının vahid sisteminin fəaliyyəti prosesi üzərində müşahidə həyata keçirilir, bu və ya digər zaman momentində tabeçilikdə olanların fəaliyyətinin gedişi, şəraiti, vəziyyəti və nəticələri haqqında məlumatlar toplanır.


4.Nəqliyyat sistemində idaretmənin metodları.

Qarşıya qoyulmuş məqsədlərin əldə edilməsi üçün idarəetmə obyektinə təsir yollarının, üsullarının, vasitələrinin və formalarının məcmusu idarəetmə metodu adlanır. Idarəetmənin metodları idarəçilik fəaliyyətinin miqyasına təsir formasına görə təsnif edilir.
Idarəetmənin ümumi və xüsusi metodları mövcuddur.
Idarəetmənin ümumi metodları gömrük işinin qlobal problemlərinin , strateji məslələrinin həllinə yönəlmişdir, onlar bütün gömrük sisteminin əsas məqsədlərini və fəaliyyət göstərməsi məsələlərinin əldə olunması üsullarını müəyyən edir.
Idarəetmənin xüsusi metodları , başlıca olaraq operativ və cari idarəetmə sistemlərində istifadı edilir.
Gömrük sistemində təsir formalarından asılı olaraq başlıca və dolayı təsir metodları tətbiq edilir. 
Bir başa  təsir metodları dövlətin idarəsinə və nüfuzuna əsaslanır. Onlara təşkilati sərəncamverici və hüquqi metodlar aiddir.
Dolayı təsir metodlarına sosial , psixoloji, iqtisadi və iqtisadi – riyazi metodlar aiddir.

5.Nəqliyyat sitemində ayrı-ayrı nəqliyyat növlərinin hüquqi aspektləri.

A.R-sı üçün beynəlxaq nəqliyyat münasibətlərinə təal inteqrasiyaprosesi 14 iyun 1996-cı ildə A.R-sı höküməti ilə Beynəlxaq Yol Hərəkəti Təşkilatı (BYHT Cenevrə) arasında onun misyasının  Azərbaycan ərazisində açılması haqqında sazişin imzalandığı vaxtdan başlamışdır. Bu sazişin imzalanması dövlətimizin nəinki BYHT ilə, həmçinin  ona üzv olan bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı həyata keçirmək, öz xarici ticarət faliyyətini aktivləşdirmək,beynəlxaq iqtisadi münasibətlərdə daha yüksək dərəcədə iştirak etmək istəyini və buna sadiqliyini real şəkildə təsdiq etdi.
Bu hüquqi aspektlər əsasında ölkənin nəqliyyat vasitələrinin texniki xarakteristikalrının beynəlxalq səviyyəyə uyğunlaşmış , servis xidmətlərinin keyfiyyət göstəriciləri artırılmışdır, nəqliyyat-yol infrastrukturunun vəziyyətinin yaxınlaşdırılması beynəlxalq səviyəyə uyğunlaşdırılmışdır. 

                                
Mövzu 15
BNƏ-nin idarə edilməsində gömrük tarif güzəştlərinin tətbiqi.
                   
                   Plan :

1.      Gömrük tarifinin mahiyyəti.
2.      Nəqliyyat sistemində tarif güzəştləri.
3.      BNƏ-nin idarə edilməsində Beynəlxalq Yol Hərəkəti Təşkilatı ilə AşR-nın Hökuməti arasında bağlanmış sazişin rolu
4.      Nəqliyyat sistemində gömrük ödənişlərinin hesablanması

1.Gömrük tarifinin mahiyyəti.

Xarici ticarətdə gömrük – tarif tənzimlənməsindən istifadə edilməsi  iqtisadi islahatların həyata keçirilməsində xüsusi rolu vardır.
Gömrük – tarif tənzimləmə mexanizmindən istifadə etməklə fəal və çevik gömrük siyasətinin həyata keçirilməsində, A.R-nın iqtisadi təhlükəsizliyinin təmin edilməsində və iqtisadi maraqların qorunmasında başlıca şərtlərdə biridir.
Gömrük tarifi həm proteksianist, həmdə fiskal funksiyalar daşıyır.
Proteksianist – funksiya zamanı milli istehsalçıların mənafeyi müdafiə olunur. Beləki, idxal mallarında gömrük rüsumu tutmaqla , onların daxili bazarda satışı zamanı dəyərinin artmasına və bununla da milli sənaye və kənd təsərrüfatında istehsal edilən analoji malların rəqabət qabiliyyətinin yüksəldilməsinə imkan yaradır.
Gömrük tarifinin fiskal funksiyası gömrük rüsumları tutulması hesabına dövlət büdcəsinin mədaxil hissəsinə vəsait yığılması təmin edir.
Göstərilənlərdən əlavə gömrük tarifi daxili qiymətlərə təsir etməklə müəyyən dərəcədə daxili istehsalın və ixracın inkişafına xidmət edir.
Idxal mallarının daxili bazarda bahalaşmasının nəticəsi olaraq , belə malların qiyməti qalxır. Nəticədə milli istehsalçılar əlavə gəlir əldə edir ki, bu iqtisadiyyata investisiya, yaxud ixrac qiymətlərinin aşağı düşməsi ilə yaranan itkilərə kompensasiya və xarici bazarda ölkə mallarının rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
Gömrük tarifi bir sıra hallarda, birtərəfli qaydada ixrac məhsullarının istehsalına tələb olunan mallara aşağı və hətta sıfır dərəcəli idxal rüsumu tətbiq etməklə milli istehsalın və ixracın stimullaşdırılması üçün istifadə edilə bilər.
Gömrük tarifinin xarici – ticarət münasibətlərinə , həmçinin bütövlükdə iqtisadiyyata təsirini nəzərə alaraq, dövlət orqanlarından rüsum stavkaların təyin edilməsində xüsusi məsuliyyət tələb olunur. Ölkə təsərrüfatlarının inkişaf səviyyəsi ilə gömrük rüsumu stavkaları arasında müəyəən asılılıq vardır. Təsərrüfat inkişaf etmiş olduqca, gömrük rüsumlarının dərəcələri aşağı düşür. Belə ölkələrdə kifayət qədər rəqabət qabiliyyətli məhsullar buraxılır və daxili bazar yüksək rüsumılar hesabına qorunmasına, büdcənin gəlir hissəsini gömrük ödəncləri hesabına doldurukmasına ehtiyac qalmır.
Əgər birinci qrup ölkələrdə bu rüsumların dərəcləri 10%-dən aşağıdırsa, ikinci qrup ölkələrdə adətən 20-50% olur. Bununla belə, inkişaf etməkdə olan ölkələrdə bir sıra mal növlərinə tətbiq edilən rüsumlar 50, bəzəndə 100%-dən artıq olur.
Qeyd etmək lazımdır ki, xarici ticarətin inkişafı, beynəlxalq mal mübadiləsinin artırmaq üçün rüsumların azaldılması, bəzi hallarda isə tamamilə imtina edilməsi tələb olunur.

2.Nəqliyyat sistemində tarif güzəştləri.

Tarif güzəştləri Gömrük Məcəlləsinin 33,34,35 və 36-cı müddəalarına əsasən tətbiq olunur .
Maddə 33. Gömrük güzəştləri A.R-sı Nazirlər Kabinetinin qərarı ilə verilir.
Tarif güzəştləri dedikdə, A.R-nın ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya bir tərəfli qaydada A.R-nın gömrük sərhəddindən keççirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması , rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması , malın perferensial gətirilməsi üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür.
Bu qanunda nəzərdə tutulmuş gömrük güzəştlərinin verilməsi qaydası A.R-nın Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.BNƏ-nin idarə edilməsində BYHT ilə A.R-nın Hökuməti arasında bağlanmış sazişin rolu.

BYHT-nın və A.R-sı Hökumətinin dostcasıma əməkdaşlıq ruhunda hərəkəy etdiklərinə əsaslanaraq aşağıda qeyd olunanlar haqqında razılığa gəlmişdir : Bu maddənin müddəalarında öz əksini tapmışdır.
Sazişin 1-ci maddəsi anlayışlardır.
Sazişdə istifadə olunana anlayışlar aşağıdakılardır :
a.       “Missiya” – BYHT –nın qəbul edən dövlətin ərazisində yerləşən struktur bölməsi deməkdir; onun vasitəsilə BYHT özünün məqsəd və vəzifə proqramları çərçivəsində fəaliyyətini həyata keçirir və A.R-sı ilə əməkdaşlıq edir.
b.      “Hökumət” – A.R-sı höküməti deməkdir.
c.       “Qəbul edən dövlət” - ərazisində BYHT Missiyasının yerləşdiyi dövlət deməkdir.
d.      BYHT konvensiyası – BYHT Baş Məclisi tərəfindən qəbul edilən BYHT – nın Konvensiyası deməkdir.
Maddə 2. Missiyanın məqsədi və fəaliyyət sahəsi.
Maddə 3. Missiyanın statusu, imtiyazlar və immunitet.
Maddə 4. Fondlar , aktivlər və digər əmlak.
Maddə 5. Missiyanın vızifəli şəxsləri.
Maddə 6. Məkan salınan ölkədə tiplanan heyət.
Maddə 7. Məskan salan ölkəyə gəlmə və həmin ölkədən getmə.
Maddə 8. Rabitə vasitələri.
Maddə 9. BYHT –nın emblemi.
Maddə 10. Bildiriş .
Maddə 11. Şəxsiyyət vəsiqəsi.
Maddə 12. Əlavə sazişlər .
Maddə 13. BYHT Missiyasına iddialar.
Maddə 14. A.R-nın təhlükəsizliyi.
Maddə 15. Mübahisələrin həlli.
Maddə 16. Qüvvəyə minmə.
Maddə 17. Sazişin qüvvəsinə xitam verilməsi.
Maddə 18. Yekun müddəaları.

4.Nəqliyyat sistemində gömrük ödənişlərinin hesablanması.

Mal qismində A.R-nın gömrük sərhəddindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmuyan baqajda , beynəlxalq poçt göndərişlərində keçirilən kommersiya məqsədləri üçün nəzərdə tutlmayan malların, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin 0,15%-i miqdarında məzənənyə görə 10 ABŞ dollarından az olmayaraq gömrük yığımı hesablanır.
A.R-nın gömrük sərhəddindən tranzit gömrük rejimi altında keçirilən malların rəsmiləşdirilməsi 30 ABŞ dolları, hər əlavə tranzit YGB-nə görə 10 ABŞ dolları miqdarında A.R-si Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları hesablanır.
Fiziki şəxslər tərəfindən A.R-nın gömrük ərazisinə gətirilən ( o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə :
-        Yük və  minik avtomobilləri , mikroavtobus və avtobuslar üçün – 20 ABŞ dolları;
-        Digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları ;
-        Iş vaxtından kənar vaxtda bu göstərilənlər 2 dəfə artırılır.
“Gömrük Tarifi Haqqında” A.R –sı qanuna müvafiq olaraq gömrük sərhəddindən keçirilən mallar gömrük rüsumuna cəlb olunur. Rüsumların məbləği A.R-sı Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Aşağıdakılar vergitutma obyekti hesab olunur :

Ø  Bəyanetmə tarixindən asılı olmayaraq MDB üzvü olan dövlətlərin ( Gürcüstan, Qazaxstan, Özbəkistan Respublikaları istisna olmaqla) hüdudlarından kənarda istehsal edilmiş, A.R-na gətirilən istehsala buraxılış tarixindən 1 ilə qədər keçmiş minik avtomobillərinin gömrük dəyəri ;
Ø  MDB üzvü olan ölkələrin istehsalı ( mənşə sertifikatı olub MDB dövlətlərinin hüdudlarına gətirilən istehsal buraxılış tarixindın 1 ilə qədər keçmiş minik avtomobillərinin ) tarixindən asılı olmayaraq gömrük dəyəri.
Bundan başqa nəqliyyatın mühərrikinin tutumundan ( həcmindən, at qüvvəsindən) asılı olaraq gömrük tarif sisteminə əsasən vergitutma tətbiq edilir.