1 Ocak 2015 Perşembe

Tapmacalar


Ayağı yoxdur, qaçır,

Qanadı yoxdur, uçur.
Açmasi : Bulud
***

Araba gedər, izi yox,

Yanar, yanar, közü yox.
Açmasi : Günəş
***

Bir ağacım var, oniki budağı.

Hər budağın otuz yarpağı.
Açmasi : İl, aylar, günlər, gecə, gündüz
***

Bir qızıl öküzüm var,

Harda yatsa ot bitməz.
Açmasi : Od
***

Biri gedər, gəlməz,

Biri yatar, durmaz.
Açmasi : Tüstü, kül
***

Qəndə oxşar dadı yox,

Göydə gəzər qanadı yox.
Açmasi : Qar
***

Göydə doğular,

Yerdə boğular.
Açmasi : Yağış
***

Bostanda var bir arvad,

Paltar geyib qatbaqat.
Açmasi : Kələm
***

Yer altında sarı biz.

Açmasi : Kök
***

Bir dağarcıq unum var,

Içində bir oxlov.
Açmasi : İydə
***

Bir təndirim var iki çörək tutur.

Açmasi : Qoz
***

Bu yanı taxta, o yanı taxta,

Yumuru bəy otaqda.
Açmasi : Fındıq
***

Çölü sarı, içi darı.

Açmasi : Əncir
***

Bir damım var,

tək dirəkli.
Açmasi : Göbələk
***

Ağzın açar, zəhər saçar,

Onu görən geri qaçar.
Açmasi : İlan
***

Altı taxta, üstü taxta,

Bəy oturub otaqda.
Qoyun deyil, otlayır,
Toyuq deyil, yumurtlayır.
Açmasi : Tısbağa
***

Yatanda yumuru yatar.

Ətin dərmana qatar.
Hər kim istər onu tutsun,
Tikanları əlinə batar.
Açmasi : Kirpi
***

Gündüz yatar yuvada,

Cecə gəzər obada.
Açmasi : Yarasa
***

Nağaraçı nağara çalır,

Nə nağarası var, nə çubuğu.
Açmasi : Ağacdələn
***

Qanadı var quş deyil,

Dişləyir, ilan deyil.
Açmasi : Ağcaqanad
***

Yazda yığır yeməyini,

Çox sevir öz əməyini.
Yeyib yatır baharadək.
Nədir adı tapın görək.
Açmasi : Qarışqa
***

Balaca quyu,

Içində suyu,
Ağcadan ağdı,
Sarıdan sarı.
Açmasi : Yumurta
***

Qızılgül pardaxlandı,

Qol atıb çardaxlandı,
Torpaqsız yerdə bitdi,
Yarpaqsız budaqlandı.
Açmasi : Maral buynuzu
***

Nənəyə dəyməz, babaya dəyər,

Xalaya dəyməz, bibiyə dəyər,
Allaha dəyməz billaha dəyər
Açmasi : Dodaqlar
***

Bel sapı, balta sapı,

Bir budağı, beş yarpağı
Açmasi : Əl
***

Bir güzgüyüm var qapaqlı.

Dörd dövrəsi saçaqlı.
Açmasi : Göz
***

Əvvəl vardı yeyərdik,

Yeməsəydik ölərdik
Indi də var yemirik,
Yeməsək də, ölmürük.
Açmasi : Ana südü
***

Həftədə bir dəfə başin kəsərəm

Nə qanı çixar nə canı.
Açmasi : Dırnaq
***

Gündüzlər dolanar,

Gecələr ağzı açıq yatar.
Açmasi : Ayaqqabı
***

Aşmaz-uşmaz,

Yerə düşsə,
Beli sınmaz.
Açması: Yarpaq
***

Əyri-üyrü boy atar,

Əyağı yerə batar.
Salxım-salxım sallanar
Altında sarvan yatar.
Açması: Söyüd ağacı
***

İnəyim var eşikdədi,

Alı-ili eşikdədi,
İldə bir kərə sağılar.
Özü yenə eşikdədi.
Açması: Bağ
***

Uzanar, ha uzanar,

Qollarınnan balalar.
Açması:  Ağaclar
Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.
Açması: Lobya
***

Anaxanım atlandı,

Qol-qanadı qatlandı.
Açması: Kələm 
***

Babam oturub al çuxada,

Kim soyundursa gözü çıxar.
Açması: Soğan
***

Bağda bitər tağı yox,

Ha sıxarsan yağı yox.
Açması: Bibər
***

Lalalar, ay lalalar,

Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.
Açması: Kartof
***
Ləyənda, ay ləyəndə,

Gül boynunu əyəndi,

Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.
Açması: Xiyar
***

Ağ yerə toxum səpərlər

Açması: Yazı
***

Ağzı birdi, dili mindi,

Gah belə deyir, gah elə.
Açması: Qələm
***

Ağca atı nalladım,

Səmərqəndə yolladım.
Açması: Məktub
***

Arpa yemir, saman yemir,

Anqırır heyvan kimi.
Açması: Paravoz
***

Bir qapağı, Min yarpağı.

Açması: Kitab
***

Bir qarpızım var cığal

Üstünə dünya sığar.
Açması: Qlobus
***

Bir sehirli fanaram,

Kibritsiz də yanaram
Nə yerdə yox, nə göydə
Havadan sallanaram.
Açması: Elektrik lampası
***

Quş deyil qanadı var,

Quşlardan yeyin uçar.
Açması: Təyyarə
***

O nədi ki, içində qışdır,

Çölündə bahar.
Açması: Soyuducu
***

Avın alsan mırıldar,

Sığallasan xoruldar.
Açması:  Pişik
***

Ağzı qara boz bəylər,

Vursan ağzın əyilər
Açması: Canavar
***
Adam döyül, əl-ayağı, dişi var,

Əcəb şeydi, qərəvəllə işi var.

Açması: Meymun
***

Bağda sürünər gəzər,

Az-az görünər gəzər,
Oxşuyar bir yumağa
Qorxuram əl vurmağa.
Açması: Kirpi
***

Bir atım var minə bilmirəm.

Ağzın açsa dinə bilmirəm.
Açması: Şir
***

Bir axmaq öküzüm var,

İləndirib ət yeyər.
Açması: Ayı
***

Dik çıxanda ildırım,

Dik enəndə digirqoz.
Açması: Dovşan
***

Dilim-dilim nar,

Diziməcən qar,
Yeddi dananın gönü,
Bircə ayağıma dar.
Açması:  Siçan
***

Yer altında yağlı küt.

Açması: Porsuq
***

O nədi ki, evə girməz,

Sədaqəti eldə gəzər.
Açması:  İt
***

Ağ uzatdım,

Al toxudum,
Qara sərdim
Açması: Böyürtkən
***

Ağac başında al yanaqlı qız

Açması: Alma
***

Ağac başında qırmızı qız.

Açması: Zoğal
***

Ağac başında qımro bitər.

Açması: Fındıq

10 yorum: